Məhkəmə qərarları › İş №1(101)-1816/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1816/2025

05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1816/2025 05.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X9 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 8 iyun 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2016cı il tarixli, 1(088)-18/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 9(doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 5 dekabr 2025-ci il tarixdə, saat 10:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda 12,55 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda 4,44 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 8 iyun 2025-ci il tarixdə, saat 17:00-da ünvan 2 ünvanının qarşısında siqaret kötüyünü yerə atması səbəbindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X27 9-cu Patrul Bölüyünün (bundan sonra mətndə - ƏÇPA-nın 9-cu PB) polis nəfərləri tərəfindən saxlanılmış və sorğu-sual əsnasında üzərində narkotik vasitə və psixotrop maddələr olmasını etiraf etdiyindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə (bundan sonra mətndə - Nəsimi RPİ-nin 19-cu PŞ) aparılaraq orada həmin gün saat 18:30-da üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın cibindən 6(altı) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,383 qram, 2,223 qram, 2,750 qram, 1,630 qram, 1,727 qram və 1,837 qram olmaqla ümumi təmiz çəkisi 12,55 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 6(altı) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,854 qram, 0,282 qram, 0,892 qram, 0,838 qram, 0,743 qram və 0,831 qram olmaqla ümumi təmiz çəkisi 4,44 qram təşkil edən kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona göndərilmiş məkana gedərək psixotrop maddə metamfetamini götürüb cibinə qoyub həmin ərazinin yaxınlığında siqaret çəkərək piyada hərəkət etmiş, siqareti çəkdikdən sonra qalan hissəsini yerə tullamış, bu zaman post patrul xidmətinin polis əməkdaşları ona yaxınlaşaraq qadağan olunmuş ərazidə niyə siqaret çəkib yerə tulladığını soruşmuş, o da cavabında Bakı şəhərinə qonaq gəldiyini və hansı ərazinin qadağan olunub-olunmaması barədə bilmədiyini bildirmişdir. Polis əməkdaşı avtomobildən düşərək ona qadağan olunmuş əraziyə siqaret tullamağın 30 manat məbləğində cəriməsinin olduğunu qeyd etdikdə razılaşmış, lakin polis əməkdaşı ödənişi yerində etməsini tələb etdikdə sonuncuya üzərində pul olmadığını, cərimə yazılmasını və ya kart nömrəsi verməsini, bir-iki saat ərzində karta pul göndərə biləcəyini bildirmişdir. Danışıqlar nəticəsində polis əməkdaşı ilə razılaşa bilmədiklərindən sonuncu üzərinə baxış keçirəcəyini bildirdikdə narazılıq etməmiş, baxış zamanı isə arxa cibində olan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra digər polis əməkdaşı yaxınlaşıb onun qolunu qandallayaraq mobil telefonunu götürmüş, polis şöbəsinə aparılaraq növbətçi hissənin arxa tərəfində yerləşən dəmir barmaqlıqlar olan yerdə saxlanılmışdır. Nurlan adlı polis əməkdaşı ona yaxınlaşaraq üzərindən aşkar olunan qanunsuz maddələrin satışı ilə məşğul olduğunu bildirmiş, o isə həmin psixotrop maddə metamfetamini doğum gününü qeyd etmək üçün alaraq öz şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. O, məhz doğum günündə saxlanılmışdır. O, polis əməkdaşına məhkumluğundan sonra ikinci dəfə Bakı şəhərinə qonaq kimi gəldiyini, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını demiş, polis əməkdaşı tərəfindən isə əli qandallı vəziyyətdə olarkən ona qarşı əl-qol hərəkəti edilməklə həmin maddələrin satışı ilə məşğul olduğu vurğulanmış, bununla belə o hər dəfəsində psixotrop maddə metamfetamini yalnız istifadə etdiyini, onun həmin maddənin satışı ilə məşğul olmadığını bildirmişdir. O, saxlanılarkən üzərində narkotik vasitə heroin olmamış, ümumiyyətlə narkotik vasitə olan heroindən istifadə etməmişdir. Psixotrop maddə metamfetamini vatsap sosial şəbəkəsində profil adı “Jamal” olaraq qeyd olunan şəxsdən almış, polis əməkdaşları həmin şəxsin adının Hüseyn olduğunu və Hüseyndən almasını deməsini tələb etmişlər. O, polis əməkdaşlarının dedikləri ilə razılaşmamışdır. Daha sonra təhqiqatçı onu otağına aparıb sənədləşmə işlərini həyata keçirmiş, Elvin adlı polis əməkdaşı otağa gəlib bükümləri gətirmiş, bununla da qanunsuz predmetlər aktlaşdırılmışdır. Onun üzərində saxlanılarkən yalnız bir bükümdə psixotrop maddə metamfetamin olmuş, lakin polis əməkdaşları həmin psixotrop maddə metamfetamini bir neçə bükümlərə ayırmışdır. Polis əməkdaşı ona narkotik vasitə və psixotrop maddə istifadə etməsi ilə bağlı ittiham veriləcəyini deyərək həmin ittihama uyğun ifadə verməsini bildirmişlər

3. Verilən suallara cavab olaraq E.F.Yusibov ifadəsinə davam edərək göstərdi ki, o, psixotrop maddə metamfetamini götürdükdən 20-30 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanılmış, bu səbəbdən bükümü götürərkən açıb içərisinə baxmamış, habelə saxlanılanadək hər hansı maddə istifadə etməmişdir. O, İran İslam Respublikası vətəndaşı ilə 5 qram psixotrop maddə metamfetamini almaqla bağlı razılaşaraq bunun qarşılığında ona 200 manat pul göndərmiş, sonuncu psixotrop maddə metamfetaminin yanında başqa maddə olacağı və onu harasa qoyması ilə bağlı hər hansı söz deməmişdir. O, videoçəkiliş zamanı polis əməkdaşları ondan necə danışmasını tələb etmişlərsə elə də danışmışdır. Həmçinin polis əməkdaşları narkotik vasitəni və psixotrop maddəni bükümlərə ayırmaqla hər dəfə bu şəkildə alıb istifadə etdiyini bildirməsini istəmişlər. O, tutulmazdan əvvəl bir il ərzində psixotrop maddə metamfetamin istifadə etmiş, narkoloji dispanserdə qeydiyyatda olmamış, sadəcə spirtli içkidən şok vəziyətinə düşdüyündən dərman almışdır. O, psixotrop maddə metamfetamini ad gününü qeyd etmək məqsədi ilə şəxsi istehlakı məqsədilə almışdır. Həqiqətən də ittihamda qeyd olunan tarixdə, vaxtda və ünvanda saxlanılmışdır. Üzərindən aşkar olunan psixotrop maddəni 500 manat məbləğinə almasına dair ifadə verməsini Elvin adlı polis əməkdaşı ondan tələb etmiş, Nurlan adlı polis əməkdaşı isə onu döymüşdür.

4. Verilən suallara cavab olaraq E.F.Yusibov ifadəsinə əlavə edərək göstərdi ki, polis əməkdaşları Şahid2 və Şahid1 tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Üzərindən aşkar olunan psixotrop maddə onun özünə məxsus olmuş, lakin narkotik vasitə heroin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, həmin heroinin kimə məxsus olmasını bilmir. O, Gəncə şəhərindən Bakı şəhərinə yalnız psixotrop maddə metamfetamin almaq üçün gəlməmiş, həmçinin Bakı şəhərində başqa işləri də olmuşdur. Ona yaxınlaşan post patrul xidməti əməkdaşlarından Şahid1 onun üzərinə baxış keçirərək üzərində olan psixotrop maddəni götürmüş, daha sonra polis şöbəsində polis əməkdaşları tərəfindən həmin maddə yenidən cibinə qoyulmuşdur. Şəxsi axtarış zamanı ifadəsi kimi qeyd olunmuş xüsusatları özü bildirməmiş, həmin hallar polis əməkdaşları tərəfindən yazılmışdır. İbtidai istintaq dövründə polis əməkdaşları ondan tələb etdikləri məzmunda ifadə vermişdir. Videoçəkilişdən əvvəl Nurlan adlı əməliyyat müvəkkili ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib təzyiq göstərmiş, burnunda olan xəsarəti Nurlan adlı əməliyyat müvəkkili yetirmişdir. Videoçəkilişlə aparılan istintaq hərəkətindən əvvəl ona qarşı təzyiqlər olduğundan videoçəkiliş zamanı hər hansı etiraz bildirməmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhəri narkoloji dispanserində qeydiyyatda olması barədə yazılanlar doğru deyildir. Belə ki, o, narkoloji dispanserdə qeydiyyatda olmamışdır. Tibb kitabçasında qeyd olunan xəsarətləri əvvəllər özü özünə yetirmişdir. O, psixotrop maddə aldığı İran İslam Respublikası vətəndaşının nömrəsini mobil telefonunda Hüseyn adı ilə qeyd etməmiş, ibtidai istintaq dövründə də həmin şəxsin adının Hüseyn olduğunu bildirməmişdir. Mobil telefonunda Sadiq kimi qeyd olunan şəxs daşınmaz əmlak üzrə maklerdir. Rəşad Qənbərov saxlanılarkən onun yanında olan şəxs olmuş, Rəşad şəxsiyyət vəsiqəsini itirdiyinə görə ona şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. O, Gəncə şəhərindən Bakı şəhərinə 4 və ya 5 iyun 2025-ci il tarixdə gəlmiş, Rəşad Qənbərovla birlikdə qalmışdır. Oteldə qalmaq üçün şəxsiyyət vəsiqəsi tələb olunduğundan və Rəşad şəxsiyyət vəsiqəsini itirdiyindən ondan şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. Rəşad Qənbərov heç bir yerdə işləmir. Hüseynin ona göndərdiyi məkana aid mesajı özü silmişdir. “Leo Bank” kartını gündəlik məişət tələbatı üçün istifadə etmişdir.

5. Davam edən məhkəmə iclasları zamanı verilən suallara cavab olaraq E.F.Yusibov ifadəsinə əlavə edərək göstərdi ki, cinayət işi üzrə sübutlar polis əməkdaşları tərəfindən aldatma və hədə-qorxu qorxu ilə onun müdafiə hüquqları pozulmaqla toplanmışdır. Belə ki, ƏÇPA-nın 9-cu PB-nin əməkdaşları xidməti patrul avtomobili ilə ona yaxınlaşaraq qadağan olunmuş ərazidə siqaret çəkməsi ilə bağlı ona irad bildirərək yerində cərimə ödəmək adı ilə ondan 30 manat pul tələb etmişlər. Həmin vaxt onun yanında olmuş Rəşad adlı şəxs oradan uzaqlaşıb getmişdir. O, etiraz etdikdə isə həmin polis əməkdaşları patrul avtomobilindən düşərək üzərinə baxış keçirib şalvranının arxa cibində olan metamfetamini götürüb qollarına qandal vurub xidməti avtomobillə Nəsimi RPİ-nin 19-cu PŞ-yə aparmışlar. Maşında ona məxsus mobil telefon da götürülmüşdür. O, polis şöbəsində növbətçi hissədə olarkən Nurlan adlı polis əməkdaşı gələrək ona təzyiq göstərib narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmiş, o isə qəti etiraz etmişdir. Bu səbəbdən Nurlan tərəfindən döyülmüşdür. Daha sonra o, sorğu-sual edilərək təhqiqatçı Elvin Qənizadənin otağına aparılmış, sonuncu ona ayrı-ayrı bükümlərdə olan heroini və metamfetamini göstərib ona aid olub-olmadığını soruşmuş, o isə özünə məxsus bükümü göstərərək metamfetaminin ona məxsus olduğunu, heroinin ona məxsus olmadığını bildirmişdir. Elvin Qənizadə isə narkotik vasitə heroinin də ona məxsus bükümlərin içərisindən çıxmasını bildirmişdir. O həmin hala etiraz etdikdə, təhqiqatçı Elvin Qənizadə ona əvvəllər məhkum olunduğunu, dediklərini qəbul etmədiyi halda yanında olan şəxsi tapıb həmin şəxslə əlbirlik verəcəyini hədə-qorxu gəlmişdir. Daha sonra metamfetamini də ayrı-ayrı kağız bükümlərdə töküb çoxlu sayda büküm etmiş və ona çəkiliş zamanı nəyi necə deməsini izah etmişdir. Daha sonra vəkil gəlmiş və videoçəkiliş olmuşdur. Sonradan müstəntiqə də bu barədə danışmış, lakin müstəntiq onu aldadaraq və hədə-qorxu gələrək ona sənədləri imzalatdırıb əsassız ittiham vermişdir. Sonda E.F.Yusibov narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən istifadə etdiyini, lakin heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olduğunu və narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalmaq istədiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.

6. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X14 iştirakı ilə 9 iyun 2025-ci il tarixdə şübhəli və 10 iyun 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən bir il altı ay əvvəl cəza çəkmə müəssisəsindən azad olunduqdan sonra Gəncə şəhərində müxtəlif işlərlə məşğul olmuş, lakin hazırda heç bir yerdə işləmir. Cəza çəkmə müəssisəsindən azad olunduqdan sonra narkotik vasitə və psixotrop maddələrdən istifadə etməyə başlamış, həmin maddələri tanımadığı şəxslərdən əldə etmişdir. Bir müddət əvvəl “Tiktok” platformasında “Hüseyn” adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Onlar əvvəlcə “Tiktok” platformasında, daha sonra “Watshapp” mobil tətbiqi vasitəsilə yazışmışdır. Həmin şəxs ona Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddələri sata biləcəyini dediyindən 5 iyun 2025-ci il tarixdə yol taksiləri vasitəsilə Bakı şəhərinə gəlmiş və bir neçə gün Bakı şəhərində müxtəlif ünvanlarda kirayə qalmışdır. “Hüseyn” ilə olan razılaşmaya əsasən birinci 500 manat əvəzində ona 6 qram heroin və 6 qram metamfetamin göndərməli olmuşdur. Bu məqsədlə “Hüseyn” adlı şəxsin göndərdiyi kart hesabına Memar Əcəmi metro stansiyası yaxınlığında olan marketlərin birindəki terminal vasitəsilə 500 manat pul göndərmişdir. Daha sonra “Hüseyn” ona Bakı şəhərində hansısa məkanın ünvanını göndərmiş, o da 8 iyun 2025-ci il tarixdə məkan vasitəsilə həmin ünvana getmiş və 8 iyun 2025-ci il tarixdə günorta radələrində 6 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini və 6 ədəd kağız bükümdə psixotrop maddə metamfetamini götürmüşdür. Daha sonra o, Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 29B ünvanında hərəkətdə olarkən siqaret çəkərək yerə atmış, bu zaman polis əməkdaşları onu saxlayıb nəyə görə siqareti nəzərdə tutulmayan yerdə çəkərək yerə atmağını soruşmuşdur. O, uzaqlaşmaq istəyərkən polis əməkdaşları onu saxlayaraq nəyə görə həyəcanlanmasını soruşmuş, o da cavabında üzərində narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu PŞ-yə dəvət etmiş, orada xidməti otaqlardan birinə dəvət edilməklə ondan vəkilinin olub-olmaması barədə soruşulmuş, vəkilinin olmadığını bildirdikdə isə dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmamasını soruşduqda o, əynində olan şalvarın sol yan cibindən 6 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini və 6 ədəd kağız bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Digər cibindən isə özünə məxsus olan göy rəngli “Redmi” markalı mobil telefonu və özünə məxsus olan 5411-2498-1331-8958 nömrəli “LeoBank” kartını təqdim etmişdir. Daha sonra isə üzəri yoxlanılmış və qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar olunmamışdır. Polis əməkdaşı ondan bükümlərin içərisində nə olmasını və onları haradan əldə etməsi barədə soruşduqda 6 ədəd şəffaf sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin, 6 ədəd kağız bükümün içərisində psixotrop maddə olan metamfetamin olmasını və həmin maddələri onlayn yolla “Hüseyn” kimi tanıdığı İran İslam Respublikası vətəndaşından 500 manata əldə etdiyini demişdir. Daha sonra həmin bükümlər içi boş olan kağız zərfə qoyularaq üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefon və bir ədəd bank kartı sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, hər hansı şəxsə pay verməmiş, narkotik vasitələr və psixotrop maddələr almaq üçün İran İslam Respublikası vətəndaşı olan “Hüseyn” adlı şəxsin hazırda xatırlamadığı kart hesabına göndərdiyi 500 manat pulun qəbzini tullamışdır. Təxminən bir ildir istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. İran İslam Respublikasının vətəndaşı olan şəxsin anket məlumatlarını bilməmiş, həmin şəxsin istifadəsində olan +98 991 *** **** nömrə ilə “Whatsapp” mobil tətbiqi ilə əlaqə saxlamış, həmin şəxslə aralarında heç bir razılaşma olmamış, əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gəlməsi barədə məlumatı olmamış, üzərində narkotik vasitələr və psixotrop maddələr saxlaması barədə hər hansı şəxsin məlumatı olmamış, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin maddələrdən istifadə edə bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən polis idarəsinin inzibati binasında olarkən fiziki zor və ya psixoloji təsirə məruz qalmamışdır. Özünə məxsus olan 5411-2498-1331-8958 nömrəli “LeoBank” kartından narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində istifadə etməmiş, həmin kartdan gündəlik alış-veriş zamanı istifadə etmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 56-58; 78-81;).

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

8. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

9. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş ƏÇPA-nın 9-cu PB-nin polis nəfəri polis serjantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 8 iyun 2025-ci il tarixdə, saat 17:00-da ƏÇPA-nın 9-cu PB-nin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə ünvan 2 ünvanında xidmət aparan zaman bir nəfər şəxsin siqaret çəkərək yerə atdığını görüb həmin şəxsə yaxınlaşmaq istəyərkən onun qaçmağa çalışdığını görmüşlər. Onlar həmin şəxsi saxlayaraq nə üçün qaçmaq istədiyini soruşduqda həmin şəxs cavab olaraq üzərində bir neçə bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Həmin şəxsi patrul avtomobilinə dəvət edərək Nəsimi RPİ-nin 19-cu PŞ-yə aparmışlar. Həmin şəxs hər hansı etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. PŞ-də olan zaman həmin şəxsin 8 iyun 1990-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra PŞ-yə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra həmin şəxsin narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması və qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə edilmiş və həmin raportun icrası Nəsimi RPİnin 19-cu PŞ-in təhqiqatçısı polis kapitanı Elvin Qənizadəyə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Elvin Qənizadənin xidməti iş otağına aparmışlar. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmiş, üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, vəkil də şəxsi axtarışda iştirak etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, istintaq hərəkəti zamanı Nəsimi RPİ-nin 19-cu PŞ-in təhqiqatçısı polis kapitanı Elvin Qənizadə Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan olunan hər hansı əşya və ya predmet olub-olmamasını soruşmuş, sonuncu əynindəki cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddələr olan şəffaf sellofana bükülmüş 6 ədəd bükümü və psixotrop maddə metamfetaminə bənzər maddələr olan ağ rəngli kağıza bükülmüş 6 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa əşya və ya predmet olması soruşulduqda əynində olan cins şalvarın sağ yan cibindən özünə məxsus olan bank kartını və özünə məxsus olan göy rəngli “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra təhqiqatçı Elvin Qənizadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olması və onları haradan əldə etməsi barədə soruşulduqda birinci şəffaf sellofan bükümlərin içərisində “kakos” adlandırdığı narkotik vasitə heroin olmasını, kağız bükümlərin içərisində isə psixotrop maddə metamfetamin olmasını və onları internet vasitəsilə tanış olduğu “Hüseyn” adlı İran İslam Respublikası vətəndaşından 500 manata aldığını bildirmişdir. Daha sonra həmin bükümlərdəki maddələr qablaşdırılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-in 187 nömrəli möhürü ilə möhürlənməklə üzəri imzalanaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus “Leobank” bank kartı və göy rəngli “Redmi” markalı mobil telefon da sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülmüşdür.

10. Verilən suallara cavab olaraq şahid E.Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, xidmət yoldaşı Şahid2 ilə birlikdə onlara təhkim olunmuş ərazidə patrul avtomobilində xidmətdə olarkən təxminən saat 17:00 - 18:00 radələrində Təqsirləndirilən şəxs tək halda əlində olan siqaret kötüyünü yerə atdığını görmüş, bununla bağlı ona yaxınlaşdıqda sonuncunun qaçmaq istəməsi (qaçmağa cəhd etməsi) onu şübhəli vəziyyətə saldığından saxlamışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldıqdan sonra onun bədəninin əsdiyini görüb səbəbini soruşduqda Elsevər üzərində narkotik vasitə olduğunu bildirmiş, bu barədə rəhbərliyə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs dərhal xidməti avtomobilə əyləşdirib Nəsimi RPİ-nin 19-cu PŞ-yə aparılaraq bu barədə raport tərtib etmişlər. Rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilərək vəkillə təmin edilmiş, təhqiqatçının xidməti otağına üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməklə üzərindən yarısı şəffaf sellofanda, yarısı kağızda olmaqla 12 ədəd bükümdə qanunsuz predmet aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən yalnız vizual olaraq üzərində kəsici və ya deşici alət olubolmamasını yoxlanılmış, lakin üzərinə şəxsi axtarış keçirməmişdir. Təqsirləndirilən şəxs saxladıqları ərazidən polis şöbəsinə avtomobillə olan məsafə təxminən 5 dəqiqə olmuşdur. ƏŞPA-nın 9-cu PB-də Nurlan adlı polis əməkdaşı yoxdur. Təqsirləndirilən şəxs polis şöbəsində nəzarətsiz qalmamış, daim müşahidə və nəzarət altına saxlanılmışdır. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üstünü Elvin adlı polis əməkdaşı yoxlamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən avtomobili özü idarə etmiş, Şahid2 isə Təqsirləndirilən şəxs yanında olmaqla ona nəzarət etmişdir. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı etiraz etməmiş və ya narazılıq bildirməmiş, üzərindən təhqiqatçı tərəfindən aşkar edilmiş qanunsuz maddəni İran İslam Respublikası vətəndaşından aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs telefonu polis şöbəsində götürülmüşdür.

11. Məhkəmədə şahid qismində dindirilmiş ƏÇPA-nın 9-cu PB-nin polis nəfəri polis serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1 ifadəsi ilə əsasən oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs üzərindən təhqiqatçı tərəfindən aşkar edilmiş qanunsuz maddələri İran İslam Respublikası vətəndaşı Hüseyn adlı şəxsdən aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs cibindən hər hansı qanunsuz maddə götürməmiş və ya onun cibinə qoymamışdır. Təqsirləndirilən şəxs siqaret kötüyünü yerə atması ilə bağlı törətdiyi inzibati xətaya görə onu polis şöbəsinə aparıb raport tərtib etmişlər.

12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.

Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

13. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, 8 iyun 2025-ci il tarixdə, saat 17:00-da Təqsirləndirilən şəxs ünvan 2 ünvanında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-yə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman ondan 06 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,383 qram, 2,223 qram, 2,750 qram, 1,630 qram, 1,727 qram və 1,837 qram olmaqla ümumi təmiz çəkisi 12,55 qram narkotik vasitə olan heroin və 06 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,854 qram, 0,282 qram, 0,892 qram, 0,838 qram, 0,743 qram və 0,831 qram olmaqla ümumi təmiz çəkisi 4,44 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktına görə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X10 tərəfindən 9 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

14. ƏÇPA-nın 9-cu PB-nin polis nəfərləri polis serjantları Şahid1 və Şahid2 tərəfindən tərtib olunmuş 8 iyun 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 17:00 radələrində inzibati ərazidə xidmətdə olan zaman ünvan 6 ünvanında 9 nömrəli orta məktəbin qarşısında bir nəfər şəxsin tütün məmulatını istifadə etdikdən sonra tullantılar üçün nəzərdə tutulmayan yerə tulladığından ona yaxınlaşaraq özlərini təqdim edən zaman sonuncu qaçaraq uzaqlaşmaq istədikdə tərəflərindən saxlanılmış, həmin şəxs üzərində narkotik vasitə olduğunu, bu səbəbdən ona yaxınlaşdıqlarını düşündüyü üçün qorxub qaçdığını bildirdiyindən Nəsimi RPİ-nin PŞ-yə aparılmış, orada həmin şəxsin 8 iyun 1990cı ildə ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur (Cild 1, i.v.3;).

15. “Şübhəli şəxsin tutulması haqqında” 8 iyun 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Elvin Qənizadə tərəfindən həmin tarixdə, saat 18:15-də müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X14 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə bu barədə protokol tərtib edilmişdir. Qərarın və protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı, yəni 8 iyun 2025-ci il tarixdə, saat 17:00-dan tutulmuş hesab edilmiş və bu barədə atası X11 ***-***-**-** mobil telefon nömrəsi vasitəsi ilə məlumat verilmişdir (Cild 1, i.v.16-19;).

16. “Şəxsi axtarış və götürmə haqqında” 8 iyun 2025-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 18:30-dan 19:00-dək Nəsimi RPİ-nin 19cu PŞ-nin təhqiqatçısı polis kapitanı Elvin Qənizadə tərəfindən həmin şöbənin əməliyyat müvəkkili polis leytenantı X4, ƏÇPA-nın 9-cu PB-nin polis nəfərləri polis serjantları Şahid1 və Şahid2, müdafiəçi X14 iştirakı ilə Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasına dair qərar ilə tanış edildikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra E.F.Yusibov əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 6 ədəd şəffaf sellofanda və 6 ədəd ağ rəngli kağızda olan bükümləri çıxarıb masanın üzərinə qoymuş, eyni zamanda əynində olan göy rəngli şalvarın sağ yan cibindən “Leo Bank” kartını və “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, həmin şəxs üzərində hər hansı əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ümumilikdə 12 (on iki) ədəd bükümə baxış keçirilmiş, 6 ədəd şəffaf sellofan büküm açıldıqda onların hər birinin içərisində tozşəkilli qəhvəyi rəngli maddə olması aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd şəffaf sellofan bükümün içərisindəki maddələr barədə soruşulduqda sonuncu qeyd olunan şəffaf sellofan bükülülərin içərisində “kakos” olduğunu, həmin narkotik vasitəni bu gün saat 15 radələrində X17 vətəndaşının ona göndərdiyi koordinatla gəlib 9-cu mikrorayon ərazisindən götürdüyünü bildirmişdir. Daha sonra 12 (on iki) ədəd bükümdən digər 6 ədəd ağ rəngli kağız büküm açıldıqda onların hər birinin içərisində kristalşəkilli ağ rəngli maddələrin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 ədəd ağ rəngli kağız bükümün içərisindəki maddələr barədə soruşulduqda sonuncu qeyd olunan kağız bükülülərin içərisində “patı” olduğunu və həmin psixotrop maddəni bu gün saat 15 radələrində İran İslam Respublikası vətəndaşının ona göndərdiyi koordinatla gəlib 9-cu mikrorayon ərazisindən götürdüyünü və 12 (on iki) ədəd büküm üçün ümumilikdə İran İslam Respublikası vətəndaşının kartına 500 manat göndərdiyini bildirmişdir. Bundan sonra içərisində narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr olan 12 (on iki) ədəd büküm zərfə qoyularaq Nəsimi RPİ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş “187” nömrəli möhürü ilə möhürlənərək üzəri hər bir iştirakçı tərəfindən imzalanmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs 8 iyun 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən PŞ-yə gətirilən zaman və PŞ-də olduğu zaman hər hansı zorakılığın olub olmaması soruşulduqda Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən PŞ-yə gətirilən və PŞ-də olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Protokol tərtib olunması üçün videoçəkliş dayandırılmışdır. Protokolda şəxsi axtarış və götürmə istintaq hərəkətinin “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla xidməti iş otağında süni işıqlardırma şəraitində həyata keçirilməsi, baxış zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, protokola dair hər hansı bir şikayət və ya vəsatət daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 30-31; 34-37;).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 3 mart 2025-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 17 dəqiqə 56 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq R.T.Bəhmənov tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 20 iyun 2025-ci il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən E.F.Yusibovun üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olaraq suallara rahat şəkildə cavab verməklə fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda, istintaq hərəkəti zamanı E.F.Yusibovun təhqiqatçı tərəfindən ona verilən suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələri şəxsi istehlakı məqsədilə əldə etdiyini, yaşadığı Gəncə şəhəri ərazisində qeyd olunan predmetləri tapa bilmədiyindən 1-2 aylıq təminatı üçün külli miqdarda əldə etdiyini, ümumiyyətlə həmin qanunsuz predmetlərin satışı ilə məşğul olmadığını bildirməsi müəyyən edilmişdir (Cild 1, i.v. 37; 105-106;).

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə)” ekspertizasının 3-16-16/2-6/2121 saylı, 9 iyun 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksləri olan, “1. Qasımov Nurlan “imza”; 2. Şahid2 “mza”; 3. (soyad oxunmur) Eltun “imza”; 4. Elman Ağayev “imza”; 5. Təqsirləndirilən şəxs “imza”: Təhqiqatçı: E Qənizadə “imza” yazıları qeyd edilmiş zərfdəki: 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 2,383 qram, 2,223 qram, 2,750 qram, 1,630 qram, 1,727 qram, 1,837 qram, ümumi təmiz çəkisi - 12,550 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bükümlərdəki heroinlər öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,854 qram, 0,282 qram, 0,892 qram, 0,838 qram, 0,743 qram və 0,831 qram, ümumi təmiz çəkisi 4,440 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin bükümlərdəki metamfetaminlər öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. Heroinin ümumi təmiz çəkisi - 12,550 qram, tədqiqata sərf edildi cəmi - 0,180 qram (hər obyektdən 0,030 qram olmaqla), qalıq - 12,370 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 4,440 qram, tədqiqata sərf edildi cəmi - 0,180 qram, qalıq - 4,260 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manatdır (Cild 1, i.v. 49-54;).

19. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 9 iyun 2025-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi 9 iyun 2025-ci il tarixdə istintaqın davam etdirilməsi üçün Nəsimi RPİnin İstintaq Şöbəsinə göndərilmiş, həmin tarixdə qeyd edilən cinayət işi müstəntiq X10 tərəfindən icraata qəbul edilərək ibtidai araşdırması davam etdirilmişdir (Cild 1 i.v. 59; 62;).

20. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (Cild 1, i.v. 65-66;).

21. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilərək hüquq və vəzifələri ətraflı izah olunmuşdur (Cild 1, i.v.69-70;).

22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 4(006)-380/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 8 iyun 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, müdafiəçi X22 təqsirləndirilən şəxs E.F.Yusibovun hüquqlarını fəal şəkildə müdafiə etməklə həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimatın təmin edilməsinə etiraz etmiş, E.F.Yusibov isə özünü təqsirli bilmədiyini, ona elan olunmuş ittihamla razı olmadığını, narkotik maddələrdən istifadə etsə də, satışı ilə məşğul olmadığını bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v. 91-96;).

23. “Mobil telefona baxış keçirilməsi haqqında” 25 iyun 2025-ci il tarixli protokoldan görünür ki, müstəntiq Rahim Bəhmənov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı “Whatsapp” proqramında +98 991 *** **** saylı mobil nömrənin “Hüseyn İranlı” kimi qeyd olunması, həmin şəxsə məxsus +98 991 *** **** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs arasında olan 8 iyun 2025-cü il tarixə aid silinmiş mesajların əks olunması müəyyən edilmişdir. Baxış zamanı mobil telefondan narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döviryyəsi ilə əlaqədar başqa mesajlar, yazışmalar, şəkillər və ya videolar aşkar edilməmişdir (Cild 1, i.v. 109;).

24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş 15 iyun 2025-ci il tarixli məhkumluq haqqında tələbnamədən, müvafiq hökm və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 1(088)-18/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 2 yanvar 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır (Cild 1, i.v.123- 164;).

25. “Baxış keçirilməsi haqqında” 8 avqust 2025-ci il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 173;).

26. Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi polis polkovnik-leytenantı Samir Haşımov tərəfindən həmin X8 müstəntiqi polis kapitanı Rahim Bəhmənova ünvanlanmış 20 avqust 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ondan 8 iyun 2025-ci il tarixdə götürülmüş narkotik vasitələri və psixotrop maddələri M.Əcəmi metro stansiyası yaxınlığında əvvəlcədən atılmış məkandan götürmüş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop madələrin satışı ilə məşğul olması müəyyən olunsa da, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v.174;).

27. “Maddi sübut kimi tanıma haqqında” 5 sentyabr 2025-ci il tarixli qərar və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 12,550 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 4,440 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 12,370 qram çəkidə narkotik vasitə heroin və 4,260 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Nəsimi RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir (Cild 1, i.v.175-178;).

28. “Canlı şəxin məhkəmə-tibbi ekspertizasının” 7 iyul 2025-ci il tarixli, 800 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – burun nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdirlər, müayinə olunan şəxsin göstərdiyi müddətə və şəraitdə törənə bilərdilər: həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Həmin rəyin tədqiqi hissəsindən görünür ki, 9 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs oğlnun məhkəmə-tibbi müayinəsi keçirilmiş, müayinə olunanın deməsinə görə, ..... 5-6 gün bundan əvvəl burnunu sərt qaşıyaraq özüözünə ehtiyatsızlıqdan xəsarət yetirmiş, tibbi yardım üçün müraciət etməmiş, hal-hazırda şikayəti yoxdur (Cild 1, i.v. 179-181;).

29. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 9 iyun 2025-ci il tarixli, 3387 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Gəncə şəhər ND-də (F10x2) diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP(+), MET(+), THC(+), AMP(+) aşkar edilmişdir. Müayinə zamanı deməsinə görə 5-6 aydır psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir, həmçinin nakrotik vasitə marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Müayinə zamanı ümumi zəiflik, əsəbilik, gərginlik, narahatçılıq, əzələlərdə olan ağrılar və yuxunun pozulması şəklində abstinensiya əlamətləri aşkar olunur. Narkotik vasitə və psixotrop maddələrə qarşı patoloji meyl formalaşmışdır. Narkotik vasitə və psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılıq vardır (Cild 1, i.v.182-183;).

30. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X5” X21 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 iyul 2025-ci il tarixli, 2440 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və başqa şəxslərə zərər yetirməsi təhlükəsi müəyyən edilmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli olan halları adekvat qavramaq və bu barədə düzgün məlumat vermək iqtidarındadır. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik aşkar edilmir. Təqsirləndirilən şəxs hazırki psixoloji durumu ona araşdırma üzrə zəruri olan hərəkətlərdə iştirak etməyə imkan verir. Qərarın təsviri hissəsində göstərilən hadisə zamanı Təqsirləndirilən şəxs emosional vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır (Cild 1, i.v. 184-187;).

31. “Sübutların qiymətləndirilməsi haqqında” 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 12,550 qram narkotik vasitə heroin və 4,260 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 12,370 qram olan narkotik vasitə heroin və 4,370 qram olan psixotrop maddə metamfetaminin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs məxsus “LeoBank” kartının ailə üzvlərinə təhvil verilməsi üçün Nəsimi RPİ-nin inzibati otağında saxlanılması, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair aparılan ********* nömrəli cinayət işindən “Hüseyn” adlı istintaqa məlum olmayan şəxsin və digər şəslərin barəsində Aəzrbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi və Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır (Cild 1, i.v. 193-205;).

32. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə” 15 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs narkotik vaistələri və psixotrop maddələri əldə etdiyi mənbənin, habelə “Hüseyn” adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 207-208;).

33. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq E.H.Bəhmənov tərəfindən 29 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 30 sentyabr 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.212-221;).

34. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən tədqim edilmiş tibb kitabçasının surətindən görünür ki, X12 11 iyun 2025-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Qeyd edilən kitabçasının 12-13-cü bəndlərindən görünür ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmiş, baxış zamanı bədən səthində sol bazunun bayır, sol saidin ön və arxa, qarnın ön səthində köhnə çapıqlar aşkar edilmişdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

36. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

37. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

38. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

39. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçilərinin vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.

40. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

42. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

43. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

44. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

45. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

46. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.

47. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 31-ci bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

49. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

50. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələri satacağı istehlakçı ilə razılığın əldə edilməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.

51. Bundan başqa, istintaq orqanı hökmün 31-ci bəndində göstərilmiş qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “..Təqsirləndirilən şəxs ilkin ifadələrində öz təqsirini qismən etiraf etməsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilməlidir... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarda olmaqla sonuncunun həmin çəkidə narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün gəzdirməklə saxlaması inandırıcı hesab olunmur. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşından əldə ediyini bildirmişdir” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə edərək üzərində saxlama daşıması əməlini məhz satış məqsədi ilə törədilməsi ilə bağlı mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.

52. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız narkotik vasitə və psixotrop maddənin külli miqdarda olması və onların çoxsaylı xırda bükümlərdə olmasını istinad etsə də, özü özlüyündə yalnız bu əlamətlər “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.

53. Bundan başqa, E.F.Yusibov məhkəməyədək icraat zamanı üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılarkən ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni öz şəxsi istifadəsi məqsədilə anket məlumatlarını dəqiq bilmədiyi şəxsdən 500 manat qarşılığında əldə etdiyini, habelə hər hansı şəxsə satmaq və ya bağışlamaq niyyətinin olmadığını, yaşadığı Gəncə şəhərində həmin predmetləri tapmaq mümkün olmadığından 1-2 aylıq təminatı üçün çox miqdarda aldığını göstərmişdir. İstintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.

54. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavabdan (bax hökmün 26-cı bəndi) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satdığı şəxslərin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Qeyd edilən cavabın cinayət təqibinin nəticəsində maraqlı olan təhqiqat orqanının əməkdaşı tərəfindən verilməsi nəzərə alındıqda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə etməsinə dair təhqiqat orqanı əməkdaşının mülahizələri yalnız söz xarakterli olmuş, həmin mülahizələri təsdiq edə biləcək hər hansı məlumat, material və ya digər sübut məhkəmə və ya ibtidai araşdırma orqanına təqdim edilməmişdir. Belə ki, təhqiqat orqanı əməkdaşının təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair mülahizəsi Təqsirləndirilən şəxs istifadə olmuş mobil telefon məlumatlarının məhkəmə qərarı ilə əldə edilərək baxılması, istifadəsində olmuş mobil telefona ibtidai araşdırma orqanı tərəfindən baxış keçirilməsi istintaq hərəkətləri ilə də öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş dövriyyəsi qadağan edilmiş predmetləri məhz satış məqsədi ilə əldə edilməsinə dair hər hansı mötəbər sübut iş materiallarında olmamaqla yanaşı, məhkəmə istintaqı gedişində də ittihamçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

55. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin miqdarının yalnız şəxsi istehlak miqdarından (xeyli miqdardan) artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.

56. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

57. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında təqsirləndirilən şəxs E.F.Yusibov tərəfindən ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.

58. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.

59. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.

60. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

61. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

62. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

63. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

64. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

65. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.

66. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

67. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

68. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.

69. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

70. X26 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X23rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.

71. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.

72. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

73. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxs E.F.Yusibovun əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.

74. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, E.F.Yusibov CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir.

75. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.

76. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

77. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

78. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının müddəalarını da rəhbər tutur.

79. Məhkəmə, Təqsirləndirilən şəxs “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aşkar edilmiş psixotrop maddənin ona məxsus olmasına baxmayaraq narkotik vasitə heroinin ümumiyyətlə ona məxsus olmaması, ümumiyyətlə narkotik vasitə heroindən istifadə etməməsi, saxlanılarkən üzərində yalnız bir bükümdə psixotrop maddə metamfetamin olması, lakin polis əməkdaşları tərəfindən üzərinə həmçinin narkotik vasitə heorinin də qoyulması, o cümlədən onda olan psixotrop maddənin də bir neçə bükümə ayrılaraq ona yenidən təqdim edilməsi, saxlanıldıqdan sonra psixi və fiziki təzyiqlərə məruz qalması, aldadılması və hədə-qorxu gəlinməsi ilə əlaqədar videoçəkilişlə həyata keçirilmiş istintaq hərəkəti zamanı polis əməkdaşlarının ondan tələb etdiyi formada ifadə verməsi və sair ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Eyni zamanda, E.F.Yusibov məhkəmə iclaslarında narkotik vasitə heroindən istifadə etmədiyini bildirsə də, aparılmış ekspert tədqiqatlarının nəticəsində onda opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, habelə ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MOP(+), MET(+), THC(+), AMP(+) olması (bax hökmün 29-cu bəndi) müəyyən edilmişdir. Bundan başqa, E.F.Yusibov məhkəməyədək icraatın ilkin mərhələsindən son mərhələsinədək özünü qismən, yəni CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilmiş, cinayət işinin materiallarına əlavə olunmuş əksər sənədlərə bu barədə müvafiq qeydlər aparmaqla ona verilmiş ittihamı qətiyyətlə qəbul etməyərək üzərində aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini məhz şəxsi istifadəsi məqsədilə əldə etdiyini dəfələrlə vurğulamışdır. Məhkəmə E.F.Yusibovun məhkəməyədək icraat zamanı israrlı özünümüdafiə xarakterli davranışlarını nəzərə alaraq hesab edir ki, E.F.Yusibovun məhkəmə iclaslarında təkidlə narkotik vasitə heroindən istifadə etməməsi, ümumiyyətlə üzərindən aşkar olunması iddia olunan narkotik vasitə heroinin ona məxsus olmaması, habelə ona məxsus psixotrop maddə metamfetaminin də polis əməkdaşları tərəfindən çoxsaylı bükümlərə ayrılmasını bildirməsi ağlabatan olmamaqla inandırıcı hesab olunmur.

80. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

81. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

82. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

83. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə E.F.Yusibov hökmün 16-17 və 22-ci bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 16-17, 22, 28 və 35-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də E.F.Yusibovun saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, E.F.Yusibov məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində və üzərinə videoçəkiliş vasitəsilə həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı verilən suallara ətraflı cavablar verməklə üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etməsini xüsusi vurğulayaraq fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı məlumat verməmiş, o cümlədən ibtidai istintaq orqanına aktiv etirazına baxmayaraq guya fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı hüquq-mühafizə orqanına və ya barəsində qətimkan tədbiri məsələsini həll edən məhkəməyə məlumat verməmiş, o cümlədən barəsində canlı şəxsin ekspertizası keçirilərkən də bu barədə məlumat verməmişdir. Məhkəmə təqsirləndirilən şəxs E.F.Yusibovun həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələrinə digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxs E.F.Yusibovun ifadələrində göstərdiyi və hər hansı digər sübutla öz təsdiqini tapmayan ifadələrinə tənqidi yanaşılmaqla sübut kimi qiymətləndirilmədən rədd edilməlidir.

84. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

85. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

86. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

87. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

88. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

89. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

90. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır.

91. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

92. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 35 yaşında olmaqla narkomaniya xəstəliyindən müalicə olunaraq sağalmaq istəməsini və törədilməsində özünü təqsirli bildiyi cinayət əməlinə münasibətdə peşman olmasını bildirməsini, məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

93. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax hökmün 24-cü bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.

94. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

95. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

96. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

97. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 8 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 8 iyun 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

98. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 8 iyun 2025-ci il tarixdən hesablanmalıdır.

99. Məhkəmə hökmün 29-cu bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

100. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

101. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Nəsimi RPİ-nin maddi sübutların saxlanma yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkiləri 12,370 qram olan narkotik vasitə heroin və 4,260 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd “Redmi” markalı mobil telefon və 1(bir) ədəd “LeoBank” bank kartı Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk və şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk olmaqla, cəmi 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

102. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

103. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

104. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

105. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

106. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

107. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 8 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 12,370 qram olan narkotik vasitə heroin, 4,260 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd “Redmi” markalı mobil telefon və 1(bir) ədəd “LeoBank” bank kartı Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 2 (iki) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar