Məhkəmə qərarları › İş №1(101)-1817/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1817/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1817/2023 10.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu oğlunun sədrliyi, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı və X3, Müdafiəçi – “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 1/2 ünvanında qeydiyyatda olan, orta təhsilli, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Xəlil Baba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan vaxtda və yerdə “Xəlil Baba” adlı şəxsdən külli miqdarda 1005,3 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, 05 aprel 2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saat 08:45-də Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi 35 ünvanının qarşısında saxlanılaraq 21-ci polis bölməsinə gətirilmiş, orada barəsində şəxsi axtarış keçirilən zaman üzərindəki əl çantasının içərisindən 01 bükümdə təmiz çəkisi 1005,3 (1 kiloqram 5,3 qram) qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı üzərində heroin izləri olan 01 ədəd “Tangent max,200,0g” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitə istifadə etməmiş və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əvvəllər sadəcə bir neçə dəfə nəşə çəkmişdir. O, “Xəlil baba” adlı şəxsi tanımır. O,polis əməkdaşları tərəfindən 05 aprel 2023-cü il tarixdə saxlanılaraq 21-ci Polis Bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş keçirilmişdir. Həmin zaman qarşısına qoyulmuş sarı qabın içərisində torpağa bənzər maddə olmuşdur. Polis bölməsində ona kənarda özü üçün əlverişli həyat şəraitinin mövcud olmaması bildirilərək səfil həyat tərzi yaşamağı davam etdirməməsi üçün əməlini etiraf edib gələcəkdə də cəzaçəkmə müəssisəsində müalicə alaraq sağalmasının mümkünlüyünü bildirmişlər. Psixiatriya xəstəxanasında qeydiyyatda olduğundan yenə oraya göndərəcəklərini və polis əməkdaşlarının dediyi kimi müalicə alıb sağalacağını düşünmüşdür. Bu səbəbdən də deyilən sənədlərə imza atmışdır. İttiham olunduğu maddəni bilməmiş və verdiyi izahatı oxumamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 2 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 2023-cü ilin mart ayının sonlarında Watsapp ani mesajlaşma mübadilə sistemi vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Xəlil Baba adlı şəxs onunla əlaqə saxlayaraq, yerləşdiyi ünvanın konumunu və həmin ünvanın şəkilini ona ataraq, həmin ünvandan çəkisi 1 kq olan narkotik vasitə heroini götürərək, sonradan bildirəcəyi ünvana çatdırmağı müqabilində həmin 1 kq narkotik vasitədən 200 qramını özünə götürəcəyi təklif etmişdir. O, X5 vətəndaşı Xəlil Baba adlı şəxslə razılaşaraq, bir neçə dəfə onunla əlaqə saxlayaraq, narkotik vasitə heroinin çatdırılması müqabilində 200 qram narkotik vasitə heroin əldə edəcəyinə dair razılaşmanın nə yerdə olduğunu soruşmuş, İran İslam Respublikası vətəndaşı Xəlil Baba adlı şəxs isə yaxın günlərdə iş birliklərinin baş tutacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında İran İslam Respublikası vətəndaşı Xəlil Baba adlı şəxs zəng edərək, ona narkotik vasitənin yerləşəcəyi ünvanı və həmin ünvanın fotoşəklini ataraq oraya atılmış 1 kq narkotik vasitə heroini sövdələşdikləri kimi həmin ünvandan götürərək özündə saxlayıb, sonradan bildirəcəyi ünvana aparmağı, həmin çatdırılmanın müqabilində isə 1 kq narkotik vasitədən 200 qramını özünə götürməyi bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə saat 19 radələrində “zakladka” atılmış İran İslam Respublikası vətəndaşı Xəlil Baba adlı şəxsin dediyi Nəsimi rayonu, Azadlıq prospekti 70 ünvanına gedərək, orada olan sarı rəngli yapışqanlı sellofan ilə sarılmış bükülünü götürərək, Nəsimi rayonu, Kubinka adlanan ərazidə yaşadığı gündəlik evə gətirərək saxlamışdır. Səhərisi gün həmin narkotik vasitə heroini evdən özü ilə götürüb əl çantasına qoyaraq evdən çıxıb, xx.xx.2023-cü il tarixdə saat 08:45 radələrində ünvan 2 ünvanın arxasında olan zaman ona mülki geyimdə olan 2 nəfər şəxs yaxınlaşaraq, özlərini Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları kimi təqdim etdikdən sonra, onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. PBdə dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılacağı bildirilərək, baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəsis dəvət olunmuşdur. Ona üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təklif edilmişdir. O, üzərində olan qara rəngli üzərində ‘‘Gucci made in italy” yazıları olan əl çantasının içərisindən 01 ədəd sarı yapışqanlı sellofan ilə sarılmış bükümü, 01 (bir) ədəd üzərində “Tangent max 200,0 g” yazısı olan qara rəngli elektron tərəzini, ümumilikdə 37 manat nağd pulu, qara rəngli mobil (modeli) telefonunu və üzərində X10 +**********8 yazısı olan 01 ədəd ağ kağız parçasını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, isə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bütün bunlardan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində nə olduğunu və hansı məqsədlə üzərində gəzdirdiyi soruşulduqda, o, həmin bükümün içərisindəkinin heroin olduğunu, uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü xx.xx.2023-cü il tarixində ünvan 3 ünvandan İran İslam Respublikasının vətəndaşı olan Xəlil Baba adlı şəxsdən “zakladka” vasitəsilə götürdüyünü, həmin bükümü İran İslam Respublikasının vətəndaşı olan Xəlil Baba adlı şəxsin dediyi adama çatdırdıqdan sonra, əvvəlcədən razılaşmalarına əsasən 1 kq olan narkotik vasitədən 200 qramını özünə götürəcəyini, götürəcəyi 200 qram narkotik vasitəni həm istifadə edəcəyini, həm də şəxsi ehtiyaclarını ödəmək üçün satıb pul əldə edəcəyini, kağız parçasında olan nömrənin isə narkotik vasitəni əldə etdiyi şəxsə məxsus olduğunu, mobil telefonlarını tez-tez itirdiyi və sındırdığı üçün, həmin şəxslə əlaqəsinin itməməsinə görə Xəlil Baba adlı şəxsin mobil nömrəsini kağız parçasına yazdığını bildirmişdir. Baxış zamanı onun üzərindən aşkar olunmuş həmin maddə və elektron tərəzi ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılaraq zərfin üzəri Nəsimi RPİ-nin 21-ci PB-nin 189 saylı zərflər üçün möhürü ilə möhürləndi, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olan Xəlil Baba adlı şəxsin Bakıda haradan narkotik tapmasını və kimlərlə cinayətkar birlik olmasını bilmədiyini, həmin narkotik vasitənin haradan gəlməsini və kim tərəfindən gətirilməsi barədə də heç bir məlumatının olmadığını, İran İslam Respublikasının vətəndaşı olan Xəlil Baba adlı şəxs ilə əvvəlcədən razılaşmalarına görə zakladka vasitəsi ilə çəkisi 1 kq olan narkotik vasitə heroini götürərək, özündə saxlayaraq başqa ünvana çatdırmağının müqabilində 1 kq narkotik vasitədən 200 qramını özünə götürəcəyini, narkotik vasitənin İran İslam Respublikasından gəlməsindən məlumatının olmadığını, arabir narkotik vasitə satışı ilə məşğul olduğunu, İran İslam Respublikasının vətəndaşı olan Xəlil Baba adlı şəxslə razılaşmalarına görə 1 kq narkotik vasitə heroini ünvana çatdırdıqdan sonra əldə edəcəyi 200 qram narkotik vasitənin bir qismini istifadə edəcəyini, bir qismini isə sataraq pul əldə edəcəyini, 01 (bir) ədəd üzərində “Tangent max 200,0 g” yazısı olan qara rəngli elektron tərəzini isə satacağı narkotik vasitəni çəkmək üçün üzərində gəzdirdiyini, istifadəsində ***-***-**-** GSM nömrəsi olduğunu, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqi 89-90) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, onunla qohumluq münasibətləri və yaxud da heç bir ədavəti yoxdur. Daxili İşlər Nazirliyinin Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 2023cü ilin aprel ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, özləri tərəflərindən saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmişdir. Orada təhqiqatçı və müdafiəçinin də iştirakları ilə üzərinə şəxsi axtarış və baxış keçirilmiş, bu zaman sarı rəngli sellofana bükülmüş halda narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa nə isə aşkar edilib-edilmədiyini məlum hadisənin üstündən uzun müddət vaxt keçdiyi üçün dəqiq xatırlamasa da üzərindən xatırladığı qədəri ilə tərəzi də aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etdiyini dəqiq bilmir. Bundan başqa, onun çantasından aşkar edilmiş narkotik vasitə təxminən 01 kiloqrama yaxın çəkidə olmuşdur. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Nəsimi RPİ-nin 21-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı xüsusi rütbəsini daşıyır. Ona etimad doğuran, məlum, qərəzsiz mənbədən Elmir adh şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması Elmir adlı şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən sonra bilavasitə yaxalanması, narkotik vasitələrin vaxtında aşkar olunmaqla götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirə salınmaz tədbirlər görülməklə aşkar və gizli üsulla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi Bölmə rəhbərliyinə raportla məruzə olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə həmin tədbirin Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilə birgə keçirilməsi ilə bağlı qərar tərtib olunmaqla, xx.xx.2023-cü il tarixdə saat 08:45 radələrində keçirilmiş əməliyyat tədbiri zamanı Elmir adlı şəxs ünvan 2 ünvanın yaxınlığında saxlanılmaqla Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmişdir. PB-də olarkən onun şəxsiyyəti tam dəqiqləşdirilərkən, onun xx.xx.1987-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 1/2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə Nəsimi RPİ-nin 21-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Nicat Sadıqov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, dəvət olunmuş mütəxəssis tərəfindən «Sony» markalı videokamera vasitəsilə çəkiliş edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır.Baş təhqiqatçı Nicat Sadıqov tərəfindən Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olundu. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli üzərində “Gucci made in italy” yazıları olan əl çantasının içərisindən 01 ədəd sarı yapışqanlı sellofan ilə sarılmış bükümü, 01(bir) ədəd üzərində “Tangent max 200,0 g” yazısı olan qara rəngli elektron tərəzini, ümumilikdə 37 manat nağd pulu, qara rəngli mobil (modeli) telefonunu və üzərində X10 +**********8 yazısı olan 01 ədəd ağ kağız parçasını çıxarıb masanın üzərinə qoymuşdur. Baxış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə və 01 (bir) ədəd üzərində “Tangent max 200,0 g” yazısı olan qara rəngli elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı. DİN-in 189 saylı möhürü ilə möhürləndikdən sonra üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalandı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd qara rəngli Xiaomi Redmi 6A markalı mobil telefon təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahı verildikdən sonra götürüldü, 37 manat pul isə özünə geri qaytarıldı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin bükümün içərisindəkinin heroin olduğunu, uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü xx.xx.2023-cü il tarixində ünvan 3 ünvandan İran İslam Respublikasının vətəndaşı olan Xəlil Baba adlı şəxsdən “zakladka” vasitəsilə götürdüyünü, o, həmin bükümü İran İslam Respublikasının vətəndaşı olan Xəlil Baba adlı şəxsin dediyi adama çatdırdıqdan sonra, əvvəlcədən razılaşmalarına əsasən 1 kq olan narkotik vasitədən 200 qramını özünə götürəcəyini, götürəcəyi 200 qram narkotik vasitəni həm istifadə edəcəyini, həm də şəxsi ehtiyaclarını ödəmək üçün satıb pul əldə edəcəyini, kağız parçasında olan nömrə isə narkotik vasitəni əldə etdiyi şəxsə məxsus olduğunu, mobil telefonlarını tez-tez itirdiyi və sındırdığı üçün, həmin şəxslə əlaqəsinin itməməsinə görə Xəlil Baba adh şəxsin mobil nömrəsini kağız parçasına yazdığını, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olan Xəlil Baba adlı şəxsin Bakıda haradan narkotik tapmasını və kimlərlə cinayətkar birlik olmasını bilmədiyini, həmin narkotik vasitənin haradan gəlməsini və kim tərəfindən gətirilməsi barədə də heç bir məlumatının olmadığını, İran İslam Respublikasının vətəndaşı olan Xəlil Baba adlı şəxs ilə əvvəlcədən razılaşmalarına görə zakladka vasitəsi ilə çəkisi 1 kq olan narkotik vasitə heroini götürərək, özündə saxlayaraq başqa ünvana çatdırmağının müqabilində 1 kq narkotik vasitədən 200 qramını özünə götürəcəyini, narkotik vasitənin İran İslam Respublikasından gəlməsindən məlumatının olmadığını, arabir narkotik vasitə satışı ilə məşğul olduğunu, İran İslam Respublikasının vətəndaşı olan Xəlil Baba adlı şəxslə razılaşmalarına görə 1 kq narkotik vasitə heroini ünvana çatdırdıqdan sonra əldə edəcəyi 200 qram narkotik vasitənin bir qismini istifadə edəcəyini, bir qismini isə sataraq pul əldə edəcəyini, 01 (bir) ədəd üzərində “Tangent max 200,0 g” yazısı olan qara rəngli elektron tərəzini isə satacağı narkotik vasitəni çəkmək üçün üzərində gəzdirdiyini, istifadəsində ***-***-**-** GSM nömrəsi olduğunu, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdi. (Cild 1, iş vərəqi 123-126) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid1 dindirilərkən Təqsirləndirilən şəxs çarpaz suallar verilmiş, o isə cavab olaraq boynuna götürməsi üçün polis əməkdaşları tərəfindən əlavə narkotik vasitə verildiyini, həmçinin üzərində elektron tərəzi olmadığını, ümumiyyətlə elektron tərəzi istifadə etmədiyini, özünün isə polis əməkdaşlarının vəd ehtiva edən sözləri əsasında narkotik vasitəni və elektron tərəzini boynuna götürdüyünü söyləmişdir. Şahid1 isə bunu inkar edərək öz ifadəsinin doğru olduğunu, təqsirləndirilən şəxsə boynuna götürməsi üçün əlavə narkotik vasitə və yaxud hər hansı büküm verilmədiyini, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrlə yanaşı bir ədəd kiçik elektron tərəzi də aşkarlandığını bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4,7) 05 aprel 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 08:45 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanın arxasında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 8) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 08:45 dəqiqədən hesablanmışdır. (Cild 1, iş vərəqə 21- 23; 25-26) 05 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması istintaq hərəkəti keçirilərək üzərində olan qara rəngli üzərində “Gucci made in italy” yazıları olan əl çantasının içərisindən 01 ədəd sarı yapışqanlı sellofan ilə sarılmış bükümü, 01 (bir) ədəd üzərində “Tangent max 200,0 g” yazısı olan qara rəngli elektron tərəzini, ümumilikdə 37 manat nağd pulu, 01 ədəd qara rəngli Xiaomi Redmi 6A markalı mobil telefonunu və üzərində X11 +**********8 yazısı olan 01 ədəd ağ kağız parçası aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 189 saylı möhürü ilə möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd qara rəngli Xiaomi Redmi 6A markalı mobil telefon təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah verildikdən sonra götürülmüş, 37 manat pul isə özünə geri qaytarılmışdır.(Cild 1, iş vərəqə 43-44; 49-53) Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1979 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 189” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm və elektron tərəzi şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan 01 (bir) ədəd paketdə 01(bir) ədəd bükümdə təmiz çəkisi 1005,3 qram qəhvəyi rəngli, toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və üzərində “Tangent max 200,0g” yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır, iz şəklində olduğu üçün heroinin çəkisinin və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub olmamasım müəyyən etmək mümkün deyildir.(Cild 1, iş vərəqə 62- 63) “Əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.1 və 234.4,3-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqi 74) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 77-78) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-180/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 96-99) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3456 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 158-159) Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1618 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi vəziyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliklər müəyyən edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 160-162) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokollar və ona əlavə edilmiş CD disklər, ekspert rəyləri, maddi sübut və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 163-172) 05 iyul 2023-cü il tarixli “Cinayət işin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair istintaqı aparılan ********* saylı cinayət işindən narkotik vasitənin mənbəyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 175) Nəsimi RPİ-nin 21-ci polis bölməsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin martaprel aylarında şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə narkotik vasitə olan heroini hissə-hissə olmaqla müxtəlif tarixlərdə satmışdır. (Cild 1, iş vərəqi 157) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Nəsimi rayon məhkəməsinin 1(006)-55/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Bundan başqa, Nəsimi rayon məhkəməsinin 1(006)-157/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18 oktyabr 2022-ci il tarixdən, 19 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıği 01 (bir) gün müddət çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz gün) azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.(Cild 1, iş vərəqə 121-122;142-155) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini polis əməkdaşlarının vəd ehtiva edən sözlərinə inanması ilə əlaqələndirmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılan zaman həmin vaxt üzərində narkotik vasitənin, eləcə də elektron tərəzinin olmadığını, polis əməkdaşlarının ona kənarda özü üçün əlverişli həyat şəraitinin mövcud olmamasını bildirərək səfil həyat tərzi yaşamağı davam etdirməməsi üçün əməlini etiraf edib gələcəkdə də cəzaçəkmə müəssisəsində müalicə alaraq sağalmasının mümkün olması vədi ilə külli miqdarda narkotik vasitəni və 01 ədəd elektron tərəzini gətirərək ona məxsus olduğunu etiraf etməsini təklif etməsini söyləmişdir. O isə buna razılıq verərək həmin narkotik vasitəni boynuna götürdüyünü demiş, şahidlər Şahid1 və Şahid2 isə ifadələrində Təqsirləndirilən şəxs özləri tərəfindən saxlanıldığını, onun üzərinə polis bölməsinin inzibati binasında şəxsi axtarış keçirilərkən 01 ədəd bükümdə narkotik vasitə və bir ədəd elektron tərəzi aşkarlandığını, həmçinin təqsirləndirilən şəxsə videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə miqdarda narkotik vasitə verərək özünə aid olduğunu etiraf etməsini tələb və təklif etmədiklərini bildirmişlər. Cinayət işinin materiallarının 49-53-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi haqqında” protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 01 ədəd büküm və 01 ədəd elektron tərəzi olmuş və başqa büküm olmamışdır. O, həmin 01 ədəd bükümü və elektron tərəzini istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etmişdir. Habelə, adları qeyd edilən protokolda, eləcə də məhkəmə baxışında müvafiq videçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün “Xəlil Baba” adlı şəxsdən əldə etdiyini deməsi müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona verilmiş ittihamla bağlı ziddiyətli ifadəsi, videoçəkilişdə bildirməsi üçün külli miqdarda narkotik vasitənin verilərək özünə aid olduğunu etiraf etməsini təklif etdiklərini bildirməsi eləcə də üzərindən elektron tərəzinin aşkarlanmadığını qeyd etməsi mötəbər sübutlarla təkzib edilmişdir. Habelə, Təqsirləndirilən şəxs üzərində ittiham aktında göstərildiyi kimi, yəni 1005,3 qram çəkidə narkotik vasitə olan heroinin, ümumiyyətlə heç bir narkotik vasitə olmadığını bildirməsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cinayət işinin materialları, şahid ifadələri və digər sübutlarla onun ifadəsində göstərdiyi həmin xüsusatın həqiqət olmadığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və diskdə olan videoçəkilişə əsasən, Təqsirləndirilən şəxs cibindəki 01 ədəd bükümü və 01 ədəd “Tangent max,200,0g” markalı elektron tərəzini könüllü olaraq təqdim etmiş, həmin bükümün içərisindəki narkotik vasitə və 01 ədəd elektron tərəzi kağız zərflərdə qablaşdırılıb “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Zərflər üçün” 189 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmin qablaşdırılmış maddə xx.xx.2023-cü il tarixdə “Məhkəmə-kimyəvi ekspertiza təyin edilməsi barədə” qərarla ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2023-cü il tarixli, 6/1979 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi və "şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm və elektron tərəzi şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bir ədəd kağız zərfdə təqdim edilmiş, zərfin tamlığı pozulmamış, zərfi açdıqda içərisində qara rəngli 01 ədəd polliten bükümdə təmiz çəkisi 1005,3 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi və 01 ədəd “Tangent max,200,0g” markalı qara rəngli elektron tərəzi aşkarlanmışdır. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində ümumi təmiz çəkisi 1005,3 qram olan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə-heroin olması müəyyənləşmiş, rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Habelə, Təqsirləndirilən şəxs aşkarlanmış 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri olması aparılmış ekspertiza təhqiqatının nəticəsində müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş zərf və kağız paketlərinin tamlığı pozulmamış, təqdim edilənlər əsasında ekspertiza keçirilib nəticəyə gəlinmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə olan heroinin və 01 ədəd elektron tərəzinin aşkarlanması ilə bağlı məhkəmə şahid ifadələrini, istintaq hərəkəti protokollarını və əlavələrini təhlil edib belə qərara gəlir ki, Təqsirləndirilən şəxs həmin hissədə verdiyi ifadələri həqiqətə uyğun olmayan və işin faktiki halları ilə uzlaşmayan ifadələrdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, onun üzərindən narkotik vasitə və 01 ədəd elektron tərəzinin aşkar olunması cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən tam səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə vermiş, ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında bu cür məzmunda ifadələr verməklə məhkəmədə çaşqınlıq yaratmaq, nəticədə isə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən ifadəsində heç vaxt narkotik vasitə istifadə etmədiyini göstərmiş, daha sonra proses iştirakçılarının suallarına cavab verərkən əvvəllər bir neçə dəfə “nəşə” yəni, marixuana istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmədə bir-biri ilə ziddiyyət təşkil edən bu cür ifadələr verməsi onun digər ifadələrininin də doğruluğunu şübhə altına alır. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları sübut kimi qəbul edir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - narkotik vasitə olan heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutmaqla, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarındakı müddəaları da nəzərə alır “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən, şəxsi istehlak miqdarında narkotik vasitə olan heroinin istifadəsi təmiz halda ən çoxu 0,15 qram qeyd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman 01 ədəd bükümdə- ümumi təmiz çəkisi 1005,3 qram külli miqdarda narkotik vasitə heroin və 01 ədəd “Tangent max,200,0g” markalı qara rəngli elektron tərəzi aşkarlanmışdır. Məhkəmə aşkar olunmuş narkotik vasitəylə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 6,702 dəfə çoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 1005,3 qram miqdarda narkotik vasitə heroinin şəxsi istehlak miqdarından 6,702 dəfə artıq olması onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməyə görə məhkum edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs rəsmi iş yerinin olmadığını, hər hansı yerdə işləmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs işləmədiyi təqdirdə onun üzərindən şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan dəfələrlə çox, yəni külli miqdarda heroinin aşkarlanması, habelə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 51-3/2- 5314/23 nömrəli məktubuna əsasən, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatın mövcudluğu, eləcə də onun üzərindən narkotik vasitə olan heroinin izlərini daşıyan elektron tərəzinin aşkarlanması Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün deyil, satış məqsədilə əldə edib saxlamaqla daşıması nəticəsinə gəlməyə məhkəmə üçün kifayət qədər əsas verir. Məhkəmədə Təqsirləndirilən şəxs “Xəlil Baba” adlı şəxsi tanımadığını bildirərək heç kəslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmədiyini söyləmiş və bununla da həmin hissədə də özünün təqsirsizliyini isbat etməyə çalışmışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verən zaman onun törətdiyi cinayət əməlinin tövsifində mühüm əhəmiyyət kəsb etdiyindən həmin xüsusatı da ətraflı araşdıraraq Təqsirləndirilən şəxs söylədiklərinin işin faktiki halları ilə uzlaşmadığı və həqiqət olmadığı haqqında yekun nəticəyə gəlmişdir. Belə ki, cinayət işində olan “Şəxsi axtarış və götürmə” aparılmasının videogörüntüsünü özündə əks etdirən “CD” diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən müəyyən miqdarda pul, bir ədəd telefon, bir ədəd sellofan büküm, bir ədəd elektron tərəzi, həmçinin üzərində mobil nömrə və “Xəlil Baba” yazısı olan kağız aşkarlanmışdır. Ondan üzərindən aşkarlananlarla bağlı soruşulduqda Təqsirləndirilən şəxs pul və telefonun şəxsi istifadə üçün özünə aid olduğunu, sellofan bükümdəkinin narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni və bir ədəd elektron tərəzini tanımadığı, adının “Xəlil Baba” olduğunu bildiyi İran İslam Respublikası vətəndaşından qarşılğında 200 qram narkotik vasitə əldə etmək müqabilində başqa bir şəxsə çatdırmaq üçün aldığını söyləmişdir. Kağızda yazılanların nə demək olduğunun aydınlaşdırılması məqsədi ilə ona sual verilərkən isə Təqsirləndirilən şəxs yazılmış mobil nömrə və “Xəlil Baba” yazısının məhz həmin narkotik vasitəni aldığı İran İslam Respublikası vətəndaşının adı və əlaqə nömrəsi olduğunu bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin külli miqdarda olmasına, üzərindən narkotik vasitənin miqdarını ölçmək məqsədilə istifadə edilən bir ədəd elektron tərəzinin aşkarlanmasına, onun narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət işində olmaqla, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olması məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-157/2023 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci il maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18 oktyabr 2022-ci il tarixdən, 19 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıği 01 (bir) gün müddət çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz gün) azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, hazırki cinayət işi üzrə irəli sürülmüş ittiham birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş cinayətlə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 66.5-ci maddəsi üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, həmçinin cəza təyin edərkən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri mütləq nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun əvvəlki cinayət işi üzrə 18 oktyabr 2022-ci il tarixdən, 19 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıği 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, azadlıqdan məhrumetmənin 01 (bir) gününə bərabər tutulmaqla çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-157/2023 nömrəli hökmü ilə cəza təyin edilərkən təqsirləndirilən şəxsin 18 oktyabr 2022-ci il tarixdən, 19 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldıği 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzadan çıxılmışdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-180/2023 saylı qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 05 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizasları ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1005,1 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsinin xx.xx.2023-cü il tarixli, 3456 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmçinin CPM-in 26.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-157/2023 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1005,1 qram narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, 01 (ədəd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar