Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1817/2024 24.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X11 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)- 611/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını xx.xx.2024-cü il tarixdə çəkmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən külli miqdarda təmiz çəkisi 44,135 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 1,786 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 800 manat müqabilində alaraq əldə edib, üzərində saxlamaqla daşımış və Suraxanı RPİ-nin X3 və Bakı şəhər BPİ-nin X5 Mübarizə şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 5 ünvanında qarşısında saxlanılaraq Suraxanı RPİ-nə gətirilmişdir. Daha sonra orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibinden 02 ədəd ağ və qara rəngli sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 36,042 qram ve 8,093 qram, ümumi təmiz çəkisi küllü miqdarda 44,135 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 1,786 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində evə gedərkən, ünvan 5 ünvanda bloka daxil olan zaman 3 nəfər şəxs onun üstünə hücüm çəkmişdir. Onları tanımadığına görə özünü qorumaq məqsədilə aralarında çəkişmə baş vermiş, onların polis əməkdaşları olduğunu bildikdən sonra isə o, polis əməkdaşlarının maşına minmişdir. Maşına əyləşdikdən sonra onda 120 qram narkotik vasitə olduğunu o, da üzərində narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra onu Bakı şəhər BPİ-nə aparmış və orada xidməti otaqlardan birinə salıb onu döyərək ona qarşı fiziki zor tətbiq edərək narkotik vasitəni üzərinə götürməyə məcbur etmişlər. O da təzyiq altında narkotik vasitəni üzərinə götürməyə razı olmağa məcbur olmuşdur. Bundan sonra polislər onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə aparmışlar və orada da təxminən 1 saat saxlanıldıqdan sonra onu Suraxanı RPİ-nə aparmışlar. Orada ona üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirilmiş və əvvəlcədən əynində olan idman şalvarın sağ yan cibinə 3 ədəd sellofan bükümdə narkotik vasitəni qoyaraq videoçəkiliş zamanı özünün həmin bükümləri çıxarıb təqdim etməsinə məcbur etmişlər. Məcburiyyət altında üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əvvəlcə əynində olan idman şalvarın sol yan cibindən özünə aid olan «Samsung» markalı mobil telefonu, sonra isə şalvarının sağ cibindən polislərin məcburən verdikləri 1 ədəd qara və 2 ədəd ağ rəngli sellofan bükümdə olan narkotik vasitələri çıxardıb təqdim etmişdir. Təhqiqatçı ondan həmin bükümlərin içərisində nə olmasını soruşduqda isə polislərin əvvəlcədən onu məcbur edərək öyrətdikləri kimi bükümlərdə olan maddələrin narkotik vasitə heroin va «şüşə» yəni psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmçinin həmin narkotik vasitə və psixotrop maddələri Sulutəpə deyilən yerdə iranlının hesabına 800 manat pul köçürməklə və şəklini atdığı ünvandan götürməklə əldə etdiyini bildirmişdir. Halbuki, həmin narkotik vasitə və psixotrop maddənin ona heç bir aidiyyəti olmamış və polislərin növbəti təzyiqindən qorxdugu üçün istər ilkin araşdırma, istərsə də istintaq və barəsində həbs qətimkan tədbiri seçilərkən narkotik vasitə və psixotrop maddənin zorla üzərinə qoyulmasını bildirməmişdir. Ona qarşı fiziki zor tətbiq etmiş polis əməkdaşlarının ad, soyadlarını bilmir, sadəcə Bakı şəhəri BPİnin əməkdaşları olması barədə məlumatı vardır. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təzyiqlər, eləcə də qanunsuz hərəkətlər etsələrdə o, ƏN-nin 3 saylı PX-ya daxil olarkən onda xəsarətləri olması barədə soruşan olmadığından o, bu barədə onlara heçnə bildirməmiş, polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı isə hər - hansı orqana müraciət etməmiş və vəsatat verməmişdir. Daha sonra ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmamış bir uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlayıb daşıması, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat barədə polis idarəsinin rəisinə raportla məruzə edilmişdir. İdarənin rəisinin əmrinə əsasən onun rəhbərliyi ilə və Bakı şəhəri BPİ-nin KMNMŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və Şahid2la birlikdə əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2023-cü il tarixdə, saat 16:30-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, 3 saylı evin yaxınlığında olduğunu muəyyən edib orada ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib özlərini ona təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nə dəvət etmişlər. Polis idarəsinə gətirildikdən sonra idarənin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş və ona hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu, sağ yan cibindən içərisində 01 ədəd şəffaf sellofana, 01 ədəd qara rəngli sellofana, 01 ədəd də ağ rəngli sellofana bükülmüş bükümlər olan sellofan çıxarıb təqdim etmişdir. Qara rəngli sellofan açılıb baxıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik kütlə, şəffaf sellofan açıldıqda içərisində ağ rəngli kristallardan ibarət spesifik qoxuya malik kütlə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələrin nakotik vasitə olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasi vətəndaşı kimi tanıdığı şəxsə 800 manat ödəyərək Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ona göndərilən ünvandan götürərərək əldə etdiyini bildirmişdir. Həmin bükümlər 01 ədəd zərfə qoyularaq möhürlənmiş, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol oxunmuş və məzmunu ilə tanış olduqdan sonra protokol və zərfin üzəri iştiraçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ərizəsi əsasında yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş və həmin ünvanda heç bir narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qadağan olunmuş əşya, vasitə və predmet aşkar olunmamışdır. Keçirilmiş əməliyyat axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Sonuncunun dediyinə görə o, narkotik vasitə və psixotrop maddəni İİR-nın vətəndaşından onlayn formada almışdır. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən polis idarəsinə gətirilən və ya idarədə olduğu zaman ona qarşı hər hansı psixi, fiziki təsir və qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin Kiber Məkanda NMŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu, sağ yan cibindən içərisində 01 ədəd şəffaf sellofana, 01 ədəd qara rəngli sellofana, 01 ədəd də ağ rəngli sellofana bükülmüş bükümlər olan sellofan çıxarıb təqdim etmiş, qara rəngli sellofan açılıb baxıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik kütlə, şəffaf sellofan açıldıqda içərisində ağ rəngli kristallardan ibarət spesifik qoxuya malik kütlə olduğu məlum olmuşdur. Sonuncu təqdim etdiyi kütlələrin nakotik vasitə olduğunu, həmin narkotik vasitələri İİR-nın vətəndaşı kimi tanıdığı şəxsə 800 manat ödəyərək Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ona göndərilən ünvandan götürərərək əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılarkən polis idarəsinə gətirilən və ya idarədə olduğu zaman ona qarşı hər hansı psixi, fiziki təsir və qanunsuz hərəkətlər edilməmişdir. Cinayət işinin 1-ci cild 8-9-cu vərəqələrində olan Suraxanı RPİ-nin NMB-nin rəisi Şahid1 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxanlanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 113-114-cü vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(010)-600/2023 saylı qərarından görünür ki, Suraxanı RPİ-nin NMB-nin rəisi Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 69-71-ci vərəqələrində olan Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi N.H.Məhərrəmovun xx.xx.2023-cü il tarixli şübhəli şəxsin həbsdən azad edilməsi qərarından və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Suraxanı RPİnin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 108-112-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdən hesablanmaqla 03 (üç) ay 28 (iyirmi səkkiz) gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 156-161-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 230-234-cü vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 17-18-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 35-37-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti rədd edilmiş və sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 53-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6055 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində « Azərbaycan Respublikası DİN Zərflər üçün № 45»-li dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 2 (iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 36,042 qram və 8,093 qram, ümumi təmiz çəkisi 44,135 qram açıq qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,786 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 44,135 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq – 43,985 qram. Metamfetaminin təmiz çəkisi: 1,786 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 1,736 qram. Cinayət işinin 1-ci cild 54-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 167-168-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi əlavə Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1948 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 169-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 564 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Sonucnunun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 1-ci cild 191-203-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı gedişatının əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, iş üzrə digər maddi sübutlar şəxsi axtarış zamanı aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 sellofan bükümdə 43,985 qram narkotik vasitə olan heroin və 01 ədəd sellofan bükümdə 1,736 qram psixotrop maddə olan metamfetamin saxlanması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Gəncə Qarnizon Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 42-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hökmün icrası hərbi əməliyyatlar bitənədək təxirə salınmış; 2) Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı ildə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə Azəraycan Respublikası Cinayət Məcəlləsinin 77-ci maddəsinə əsasən qalan 1 il 7 ay 6 gün müddət cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-611/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş, onun haqqında həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış və Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(010)-433/2023 saylı qərarı ilə həbsdə olması nəzərə alınmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş olan Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-6935/2024 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzası xx.xx.2024-cü il tarixdə bitmişdir. Cinayət işinin 1-ci cild 166-cı vərəqəsində olan şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 18:10-dan 18:20-dək Suraxanı RPİ-nin TŞ-də qeydə alınmışdır. Həmin şöbənin təhqiqatçısı A.E.Meydanov özünü, müdafiəçini və digər iştirakçıları təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur, sonuncudan üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, şalvarın sağ cibindən ağ rəngli sellofan kəsiyinə bükülmüş, sonra da qara rəngli sellofan kəsiyində nisbətən böyük bükümü, 2 ədəd də ağ rəngli sellofan kəsiyində balaca bükümləri çıxardıb stolun üstünə qoyur. Təhqiqatçı A.E.Meydanov əvvəlcə qara rəngli sellofan bükümü açır, içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olması görünür, təhqiqatçı A.E.Meydanov həmin maddənin spesifik qoxuya məxsus olmasını bildirir. Daha sonra sonuncu digər ağ rəngli sellofan bükümü açır, onunda içərisində qəhvəyi rəngli toz şəkilli kütlə olması görünür və həmin kütlənin spesifik qoxuya malik olduğunu bildirir. Təhqiqatçı A.E.Meydanov 3-cü sellofan kəsiyində olan bükümü açır və içərisində ağ rəngli, kristal şəkilli maddə olması görünür, sonuncu bu maddənin də spesifik qoxuya məxsus olmasını bildirir. Daha sonra Şahid1 tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır və üzərindən hər hansı bir əşya aşkar edilmir. Təhqiqatçı təqdim edilən bükümləri Təqsirləndirilən şəxs göstərərək, sorğu-sual edir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərində olan maddənin narkotik vasitə olan heroin “şüşə” olduğunu, şəxsi istifadəsi üçün, Sulutəpədən, whatsapp sosial şəbəkəsi ilə iranlıdan əldə etdiyini, həmin maddəyə görə 800 manat ödəniş etdiyini, əvvəlcədən qoyulduğu yerdən götürdüyünü, həmin iranlıdan əvvəllər narkotik vasitə almadığını, bunun 1-ci dəfə olduğunu və həmin iranlını tanımadığını, əvvəllər 2004-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə məhkum olunduğunu, narkotik vasitənin satışı ilə məşğul olmadığını, 5 ildir narkotik vasitə istifadə etdiyini, əldə etdiyi maddəni 1 ay ərzində istifadə edəcəyini, polis idarəsinə gətirilən zaman polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təzyiqə, eləcə də işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunan maddənin özünə məxsus olduğunu, həmin maddəni iranlıdan «zaklatka» yolu ilə 800 manata istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin 1-ci cild 42-ci vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsinə etiraz etmir. Cinayət işinin 1-ci cild 43-49-cu vərəqələrində olan mənzilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işinin 1-ci cild 115-ci vərəqəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 127-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı qeyd edilən mərkəzdə stasionar müalicədə olmayıb, xx.xx.2023-cü il tarixdə Ambulator X10dan keçmiş, (dispanser – 5 illik) qeydiyyatdadır. Diaqnoz “opioid və psixistimulyatorun qəbulu nəticəsində asılılıq sindromu”. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 54/2-16114/24 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin MSY-nə qəbul edilərkən onun üzərinə baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin anten əhatə dairəsini əhatə edən "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs anten əhatə dairəsi xx.xx.2024-cü il tarixdə saat 14:38-dən 14:41-dək Bakı şəhər, Suraxanı rayonu, Hövsan qəsəbəsində olmuşdur. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten əhatə dairəsini əhatə edən "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 xx.xx.2024-cü il tarixdə anten əhatə dairəsi saat 14:37-dən 14:43-dək Bakı şəhər, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında olmuşdur(həmin ünvan Suraxanı RPİ-nin ərazisinə uyğun gəlir). Cinayət işinin 2-ci cildinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş və atası Təqsirləndirilən şəxs anası isə X7r. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər, ekspert rəyləri, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Sonuncunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin və psixotrop maddələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməlləri qismən etiraf etməsi, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərinə narkotik vasitə və psixotrop maddələrinin qoyulması, həmçinin narkotik vasitənin satışı ilə məşğul olmaması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələr həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə protokolundan (1ci cild i/v 35-36), şübhəli şəxsin izahatından (1-ci cild i/v 38-39), şübhəli və təqsirləndirilən şəxsin dindirmə (1-ci cild i/v 67-68, 90-92) protokollarından və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərarından görünür ki (1-ci cild i/v 108-112), təqsirləndirilən şəxs istər məhkəmə iclasında istərsə də məhkəməyədək istintaq dövründə özünü törətdiyi əməldə tam təqsirli bilərək əməlindən səmimi peşman olduğunu bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarışı özündə əks etdirən DVD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sağ cibindən ağ rəngli sellofan kəsiyinə bükülmüş 2 ədəd ağ rəngli sellofan kəsiyində balaca bükümləri təqdim edərək, üzərində olan maddənin narkotik vasitə heroin və “şüşə” olduğunu bildirir, onu whatsapp sosial şəbəkəsi ilə əlaqə saxladığı iranlıdan şəxsi istifadəsi üçün əldə etdiyini, həmin maddələrə görə iranlıya 800 manat ödəniş edəcəyini və Sulutəpədə əvvəlcədən qoyulduğu yerdən götürdüyünü, həmçinin 5 il müddətdir ki, narkotik vasitə istifadə etdiyini, əldə etdiyi maddəni 1 ay ərzində istifadə edəcəyini, polis idarəsinə gətirilən zaman polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təzyiqə, eləcə də işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunan maddənin özünə məxsus olduğunu bildirir. Məhkəmə həmçinin qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkət edilməsini bildirsə də, Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 54/2-16114/24 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin MSY-nə qəbul edilərkən onun üzərinə baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. Həmçinin, göstərilən faktlarla bağlı Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir orqana vəsatət və ya şikayət verilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində polis əməkdaşlarının onu Bakı Baş Polis İdarəsinə apardığını bildirsə "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin və Şahid1 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrələrin anten əhatə dairələrinin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 xx.xx.2024-cü il tarixdə saat 14:00-dan 14:43-dək radələrində eyni ərazidə yəni, Bakı şəhər, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində olmuşlar. Həmin ərazi isə Suraxanı RPİ-nin ərazisi ilə uyğunluq təşkil edir. Bundan başqa məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroinin xeyli miqdarından təxminən 293.2 dəfə, külli miqdarından təxminən 22 dəfə artıq olmasının müəyyən edilməsi, həmçinin psixotrop maddə olan metamfetaminin xeyli miqdarından təxminən 11.5 dəfə artıq olması və üç bükümdə olması bir daha təsdiq edir ki, o, narkotik vasitələri məhz satış məqsədi ilə əldə etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-611/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını xx.xx.2024-cü il tarixdə çəkib qurtarmışdır (2-ci cildə əlavə edilimiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubu). Bununla da məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli xx.xx.2023-cü il tarixdə, yəni Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)- 611/2023 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyindən Təqsirləndirilən şəxs məhkum edilmiş şəxs hesab edilmir, buna görə də onun əməlində cinayətlərin resedivi yaranmır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləcsinin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökmü qanuni qüvvəsini almamışdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə yəuin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-611/2023 saylı hökmü qanuni qüvvəyə minmədən əvvəl törədildiyindən, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-611/2023 saylı hökmünə əsasən şübhəli şəxs qismində tutulduğu 11 avqust 2023cü il tarixdən 13 avqust 2023-cü il tarixədək 02 (iki) gün və hazırki, cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmaqla, onun üzərində cəza saxlanılmalı və saxlanılmış cəzadan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-611/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə növündə cəza müddəti çıxılmaqla onun üzərində cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1948 saylı nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (i/v 167-168). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 43,985 qram narkotik vasitə olan heroin və 1,736 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcinin cəmi 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş «A.İ.M» Vəkil Bürosunun vəkili «A.İ.M» Vəkil Bürosunun vəkili Ş.R.Nəcəfova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011) - 611/2023 saylı hökmü ilə təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-611/2023 saylı hökmünə əsasən şübhəli şəxs qismində tutulduğu 11 avqust 2023cü il tarixdən 13 avqust 2023-cü il tarixədək 02 (iki) gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 17 noyabr 2023-cü il tarixdən 19 noyabr 2023-cü il tarixədək 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində 5 (beş) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və həmin cəzadan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-611/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilmiş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə növündə cəza müddəti çıxılmaqla Təqsirləndirilən şəxs üzərində 5 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 43,985 qram narkotik vasitə olan heroin və 1,736 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «A.İ.M» Vəkil Bürosunun vəkili X6 məhkəmənin hazırlıq iclasında iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «A.İ.M» Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1817/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1817/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver