Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1818/2022 21.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X17 iştirakı ilə, xx xxxx 1971-ci il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Union Park” yaşayış massivi, ev 31/23, mənzil 310 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 310-cu və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2017-ci ilin noyabr ayından 2022-ci ilin mart ayının sonunadək olan dövr ərzində Bakı şəhərində təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə fiziki şəxslərin qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, eləcə də aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə ayrı-ayrı fiziki şəxsləri təkrarən təhrik etmişdir. Belə ki, o, 2017-ci ilin noyabr-dekabr aylarında, Bakı şəhərində tanışı Zərərçəkmiş şəxs1 iddiası əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsində nikahın pozulması ilə əlaqədar əmlak bölgüsünə dair mülki işin araşdırılmasını yəqinliklə öyrənib bildikdən sonra, Zərərçəkmiş şəxs1 xeyli miqdarda pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib sonuncunun pozulmuş hüququnu qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etməkdə ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək qeyd olunan mülki işin onun xeyrinə həll olunmasını təmin edəcəyinə yalandan vəd verərək, həmin vaxt Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Elnur Nuriyevə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə yekun məhkəmə qərarının çıxarılmasına dair edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3300 manat məbləğində, həmçinin bu işin həlli üçün xahiş edəcəyini yalandan bildirdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləyən Ramella Allahverdiyevaya himayədarlıq müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5000 manat məbləğində pul vəsaitlərinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs1 bildirib aldadaraq, həmin adla sonuncudan 2017-ci ilin noyabr ayında yaşadığı ünvan 2 ünvanında yerləşən evində 3300 manat, 2017-ci ilin dekabr ayında isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Binəqədi rayonu, X44 küçəsi 157 ünvanında yerləşən “Şuşa” filialının qarşısında 5000 manat olmaqla, ümumilikdə vahid niyyət və qəsdlə 8300 manat məbləğində pul vəsaitini ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin həmin əməlləri ilə vahid niyyətlə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3300 manat pulu vəzifəli şəxs olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Elnur Nuriyevə, 5000 manat məbləğində pulu isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevaya rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa, o, 2018-ci ilin yay aylarında Bakı şəhərində tanışı Zərərçəkmiş şəxs1 keçmiş qayınanası Elmira Şabanova tərəfindən fiziki zorakılığa məruz qalması ilə əlaqədar Bakı şəhəri Nizami rayon Polis İdarəsində şikayət ərizəsinin araşdırıldığını yəqinliklə öyrənib bildikdən sonra, Zərərçəkmiş şəxs1 pul vəsaitlərini təkrarən tamah məqsədilə ələ keçirmək üçün yenidən özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirmiş, sonuncunun pozulmuş hüququnu qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada müraciətinin araşdırılması imkanından istifadə etməkdə ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək qeyd olunan şikayət ərizəsi əsasında cinayət işinin başlanılması və Elmira Şabanovanın məsuliyyətə cəlb olunacağını təmin edəcəyini yalandan vəd verərək, bu qərarların qəbulu məsələsinin həlli üçün onun xeyrinə xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin vaxt Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsində işləmiş Ədalət Abbasova birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1500 manat, həmçinin Nizami rayon prokurorunun müavini vəzifəsində işləmiş Ramin Qocayevə 2500 manat məbləğində pul vəsaitlərinin rüşvət qismində verilməsinin zəruriliyini Zərərçəkmiş şəxs1 bildirib aldadaraq, Nizami rayon Polis İdarəsində şikayət ərizəsi əsasında cinayət işinin başlanacağı və Elmira Şabanovanın məsuliyyətə cəlb olunacağına inanan sonuncudan 2018-ci ilin yay aylarında yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən evində iki dəfəyə 1500 manat və 2500 manat olmaqla, ümumilikdə vahid niyyətlə 4000 manat məbləğində pul vəsaitini ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrarən dələduzluq etmiş, həmçinin həmin əməlləri ilə vahid niyyətlə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1500 manat pulu vəzifəli şəxs olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Abbasova, 2500 manat məbləğində pulu isə Bakı şəhəri Nizami rayon prokurorunun müavini Ramin Qocayevə təkrarən rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Bundan başqa o, 2018-ci ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Mənzil X27 tərəfindən satışı həyata keçirilən mənzillərdən birini almaq istəyən tanışı Şahid2 təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib dövlətin normativ xarakterli hüquqi aktlarla tənzimlənən vətəndaşlara güzəştli şərtlərlə mənzillərin satışı imkanında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə, Şahid2lə qeyd olunan mənzillərdən birinin alışını onun üçün təmin edilməsi məqsədilə Mənzil X27nin yüksək vəzifəli şəxsinə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2000 manat məbləğində pul vəsaitinin rüşvət qismində veriləcəyini sövdələşərək 2018-ci ilin may ayında Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospekti, 23 ünvanında yerləşən 2 saylı “ASAN” Xidmət Mərkəzinin qarşısında Şahid2 qeyd olunan pul vəsaitini alsa da, nəzərdə tutulan mənzilin alışı reallaşmadığından 2020-ci ilin sentyabr ayından 2021-ci ilin payız aylarınadək olan dövrdə hissə-hissə həmin pulu qaytarıb sonuncuya tam ödəməklə Mənzil X27nin vəzifəli şəxsinə xidməti vəzifələrinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2000 manat pulu təkrarən rüşvət qismində verməyə Şahid2 təhrik etmişdir. Bundan başqa, o, 2019-cu ilin iyun ayında Bakı şəhərində Azərbaycan Respublikası Qaçqınların və X20 üzrə Dövlət Komitəsində işə düzəlmək istəyən tanışı Şahid1 təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib dövlətin normativ xarakterli hüquqi aktlarla tənzimlənən vətəndaşların işə qəbul olunması imkanında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə, Şahid1 onun işə qəbul məsələsinin həlli üçün qeyd olunan komitənin vəzifəli şəxsinə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 750 manat məbləğində pul vəsaitinin rüşvət qismində veriləcəyini sövdələşərək 2019-cu ilin iyun ayında Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti 81 ünvanında yerləşən Dövlət Statistika Komitəsinin qarşısında Şahid1 qeyd olunan pul vəsaitini alsa da, sonuncunun işə qəbulu reallaşmadığından 2020-ci ilin noyabr ayında həmin pulu qaytarıb tam ödəməklə Qaçqınların və X20 üzrə Dövlət Komitəsinin vəzifəli şəxsinə xidməti vəzifələrinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 750 manat pulu təkrarən rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Bundan başqa, o, 2020-ci ilin aprel ayında Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə işə düzəlmək istəyən tanışı Zərərçəkmiş şəxs2 təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib dövlətin normativ xarakterli hüquqi aktlarla tənzimlənən vətəndaşların işə qəbul olunması imkanında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə, Zərərçəkmiş şəxs2 onun işə qəbul məsələsinin həlli üçün nazirliyin vəzifəli şəxsinə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8000 manat məbləğində pul vəsaitinin rüşvət qismində veriləcəyini sövdələşərək, 2020-ci ilin aprel ayında yaşadığı ünvan 2 ünvanında yerləşən evin blokunda 500 manat, həmin ay Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 7 ünvanında 3500 manat, 2020-ci ilin yay aylarında isə, Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasındakı keçiddə 4000 manat olmaqla, qeyd olunan pul vəsaitini hissə-hissə Zərərçəkmiş şəxs2 alsa da, sonuncunun | işə qəbul olunması reallaşmadığından 2021-ci ilin yanvar-aprel aylarında həmin pulu hissə-hissə qaytarıb tam ödəməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsinə xidməti vəzifələrinin icrası ilə əlaqədar biləbilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8000 manat pulu təkrarən rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 təhrik etmişdir. Bundan başqa, o, 2020-ci ilin may ayında Bakı şəhərində tanışı Zərərçəkmiş şəxs5 “Atletlər kəndi”ndə yerləşən mənzillərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs5 pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün təkrarən özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib sonuncunun qanuni əsaslarla güzəştli şərtlərlə dövlət tərəfindən satışa çıxarılan mənzilləri əldə etmək imkanında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək, qeyd olunan mənzillərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli üçün yüksək vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2507 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 2020-ci ilin may ayında poçt vasitəsilə 1207 manat, həmin ay Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində 800 və Abşeron rayonu ərazisində “Məhəmmədli” dairəsində 500 manat olmaqla, qeyd olunan pul vəsaitini Zərərçəkmiş şəxs5 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus 2507 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, sonuncunun mənzil almaq işi reallaşmadığından 2020-ci ilin sentyabr ayınadək həmin puldan hissə-hissə 1300 manat qaytarıb ödəmiş, həmin əməli ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifəli şəxsə onun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2507 manat pulu təkrarən rüşvət qismində verməyə Zərərçəkmiş şəxs5 təhrik etmişdir. Bundan başqa, o, 2021-ci ilin aprel-sentyabr aylarında, Bakı şəhərində tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işə düzəlmək istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs2 pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün təkrarən özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib sonuncunun qanuni əsaslarla işlə təmin olunmasında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək qeyd olunan qurumda işə düzəlməsini təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli üçün yüksək vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 2021-ci ilin aprel ayında Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 14 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının qarşısında 3000 manat, həmin ilin yay aylarında bank kartına köçürülmə yolu ilə 500 manat, həmin ilin avqust-sentyabr aylarında isə ünvan 9 ünvanınının qarşısında 1000 manat olmaqla, qeyd olunan pul vəsaitini hissə-hissə Zərərçəkmiş şəxs2 alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 4500 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməli ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4500 manat pulu Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsinə təkrarən rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 təhrik etmişdir. Bundan başqa, o, 2022-ci ilin yanvar ayında Bakı şəhərində tanışı Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Mənzil X27 tərəfindən satışı həyata keçirilən mənzillərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs3 pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün təkrarən özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib sonuncunun qanuni əsaslarla güzəştli şərtlərlə dövlət tərəfindən satışa çıxarılan mənzilləri əldə etmək imkanında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan suiistifadə edərək, qeyd olunan mənzillərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli üçün yüksək vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 2022-ci ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon filialının qarşısında, “Atatürk” parkının içərisində Zərərçəkmiş şəxs3 qeyd olunan pul vəsaitini alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 4500 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməli ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar Mənzil X27nin vəzifəli şəxsinə onun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4500 manat pulu təkrarən rüşvət qismində verməyə Zərərçəkmiş şəxs3 təhrik etmişdir. Bundan əlavə o, 2022-ci ilin mart ayında Bakı şəhərində tanışı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Mənzil X27 tərəfindən satışı həyata keçirilən mənzillərdən birini almaq istədiyini öyrəndikdən sonra, Zərərçəkmiş şəxs4 pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün təkrarən özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində geniş səlahiyyətlərə və əlaqələrə malik məxfi vəzifədə işlədiyini bildirib sonuncunun qanuni əsaslarla güzəştli şərtlərlə dövlət tərəfindən satışa çıxarılan mənzilləri əldə etmək imkanında ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan suiistifadə edərək qeyd olunan mənzillərdən birinin alışını onun üçün təmin edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli üçün yüksək vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirib aldadaraq, həmin adla 2022-ci ilin mart ayında ünvan 12 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov rayon filialının qarşısında Zərərçəkmiş şəxs4 qeyd olunan pul vəsaitini alıb öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 4500 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, həmin əməli ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar Mənzil X27nin vəzifəli şəxsinə onun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 4500 manat pulu təkrarən rüşvət qismində verməyə Zərərçəkmiş şəxs4 təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə 2015-ci ildə “Xətai” Estetik Klinikasında işlədiyi dövrdə orada rentgenoloq vəzifəsində çalışan X31 vasitəsilə tanış olmuşdur. Elmira Şabanova ondan Zərərçəkmiş şəxs1 hər-hansı bir yerə işə düzəltməyə köməklik göstərməyini xahiş etmişdir. 2017-ci ilin təxminən qış aylarının birində yaxın dostluq münasibəti olan Zərərçəkmiş şəxs1 qayınanası ilə arasında ailəməişət xarakterli mübahisələr yarandığını və bu səbəbdən də həyat yoldaşı Elnurə Şabanova ilə boşandığını, onu evdən qovduqlarını, hazırda isə evsiz qaldığını bildirib evində qala bilib-bilməyəcəyi ilə bağlı ona müraciət etmişdir. Onun da Emilə yazığı gəlmiş, onunla birlikdə yaşayan mərhum qardaşı Raufla məsləhətləşib Emilin onlarla birlikdə yaşamağına razılıq vermişdir. Emil onlarla bir evdə yaşadığı müddətdə evin kirayə puluna da köməklik göstərmişdir. O, özünü X21 Xidmətinin əməkdaşı və yüksək vəzifəli şəxslərlə yaxın bir adam kimi göstərmişdir. Həmin ərəfədə Emilin həyat yoldaşı ilə birgə əmlakının bölgüsü məsələsi ilə bağlı Nizami Rayon Məhkəməsində, eləcə də qayınanası tərəfindən soyuq silah ilə hücuma məruz qalması, özünü öldürmə həddinə çatdırılması ilə bağlı Nizami rayon prokurorluğunda, Nizami rayon Polis İdarəsində və həmin idarənin 25-ci bölməsində işləri olmuşdur. 2017-ci ilin təxminən sonunda Emil ona müraciət edərək köməklik etməyini xahiş etmiş, ondan həmin məsələlərlə bağlı öz vəzifəsindən və imkanlarından istifadə edərək məsələlərin onun xeyrinə həll olunmasını istəmişdir. O da Emilə həmin məsələlərin həll edilməsində guya kömək edəcəyi barədə vəd vermişdir. Əvvəlcə 2017-ci ilin payız aylarında hakim Elnur Nuriyevə verilməsi üçün Emildən 3300 manat məbləğində pulu yaşadığı mənzildə almışdır. Sonra 2017-ci ilin təxminən dekabr ayında yenidən Nizami Rayon Məhkəməsində əmlak bölgüsü ilə bağlı prosesin Emilin xeyrinə həll olunması üçün guya tanışı Bakı Ağır Cinayətlər Məhkəməsinin Ramella adlı hakiminə vermək adı altında 5000 manat pul almışdır. Emil həmin pulu ona Binəqədi rayonu, 7 mikrorayon ərazisində yerləşən "xxxx"ın qarşısında vermişdir. O, Ramella adlı hakimin öz nüfuzundan istifadə edərək Nizami Rayon Məhkəməsində işini aparan hakimə işin xeyrinə həll olunması üçün göstəriş verəcəyini bildirmiş, amma Emildən aldığı pulu nə Ramella adlı hakimə, nə də onun işinin həll olunması üçün başqa bir şəxsə vermişdir. Həmin pulu özünün ehtiyacları üçün xərcləmişdir. Emil ondan işinin həll olunub-olunmaması ilə bağlı soruşduqda isə ona yalandan məsələnin düzələcəyini bildirmişdir. 2018-ci ilin təxminən yay aylarında Emil ondan Nizami rayon Polis İdarəsində olan araşdırma materialı üzrə qayınanası Elmira Şabanova barəsində cinayət işi başlanılması üçün kömək etməyini istəmişdir. O da Emildən bu məsələnin həll edilməsi üçün Polis İdarəsinin rəisi Ədalət adlı şəxsə vermək adı altında 1500 manat pul almışdır. Emil pulu ona yaşadığı evdə vermişdir. Emil pulu verdikdən sonra sonuncunu Nizami rayon Polis İdarəsinin qarşısına aparmış, işini həll etmək görüntüsü yaratmaq üçün ona orada gözləməyini bildirərək özü isə hazırda xatırlamadığı bəhanə ilə Polis İdarəsinə daxil olub 5 dəqiqə sonra çıxmış və Emilə guya pulu verdiyini bildirmişdir. Əslində isə həmin pulu nə Ədalət adlı polis rəisinə, nə də başqa şəxsə vermiş, həmin pulu da öz ehtiyacları üçün xərcləmişdir. 2018-ci ilin yay aylarında guya polisdə olan işinin həll edilməsi üçün Nizami rayon prokurorunun müavini Ramin Qocayevə verilməsi adı altında Emildən 2500 manat almışdır. Emil pulu ona yaşadığı evdə vermişdir. Bu məsələnin də real görünməyi üçün eyni qaydada Emili özü ilə birlikdə rayon prokurorluğunun qarşısına apararaq orada gözləməyini tapşırmış, özü isə guya pul vermək adı altında prokurorluğun binasına daxil olmuşdur. Həmin binada olan şəxslərdən hazırda xatırlamadığı mövzuda hər hansı bir məlumat soruşaraq geri qayıtmış və Emilə pulu verdiyini bildirmişdir. Əslində isə Ramin Qocayevin qəbulunda olmamış, həmin pulu da əvvəlkilərdə olduğu kimi öz ehtiyacları üçün xərcləmişdir. Emil işi ilə bağlı maraqlandıqda hər dəfə işinin həll ediləcəyi ilə bağlı vaxtı uzatmaq üçün müxtəlif bəhanələr gətirmişdir. Zərərçəkmiş şəxs2 ilə təxminən 2020-ci ilin mart ayında tanış olmuşdur. Lamiyyənin Rusiya Federasiyasında yaşayan atası Polad Canbaxışov həmin ərəfələrdə Bakı şəhərində olmuş və tanışı Vüqarla birlikdə Binəqədi rayonunda yaşadığı ünvana qonaq gəlmişlər. Söhbət zamanı Polad ona ali təhsilli qızının olduğunu, amma işsiz olduğunu və iş axtardığını bildirmişdir. O da əvvəllər polis orqanlarında çalışdığını, həmin vaxt isə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu bildirmişdir. O, Polada qızını Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzində işə düzəldəcəyini bildirmiş, Polad da fikirləşib bu barədə xəbər edəcəyini demişdir. Bir müddət keçdikdən sonra Vüqar əlaqə saxlayaraq Lamiyyənin onunla görüşmək istədiyini bildirmiş, o da Vüqarla razılaşıb Lamiyyəni yaşadığı evə dəvət etmişdir. Sonra Vüqar, Lamiyyə və sonuncunun anası onun evinə gəlmişlər. Lamiyyəni “102” zəng mərkəzində işə düzəldəcəyinin müqabilində 8000 manat pulun tələb olunduğunu və həmin pulun 4000 manatını indidən verməli olduğunu demişdir. Lamiyyə o qədər pulunun olmadığını bildirdikdə ona avans kimi heç olmasa 500 manat verməsini istəmişdir. Lamiyyə ona 500 manatı verdikdən sonra sonuncudan bəzi sənədlərin surətlərini istəmiş və yerdə qalan 3500 manatla birlikdə ona verməli olduğunu demişdir. Bir müddət keçdikdən sonra Lamiyyə ona 3500 manatla birlikdə istədiyi sənədlərin surətlərini də yaşadığı evin blokunda vermişdir. Lamiyyənin maddi imkanının zəif olduğunu gördükdə ona polis orqanlarında çalışan koronavirus xəstəliyindən vəfat edən Emin adlı tanışının həmin işi 12000 manata deyil, 8000 manata həll edəcəyini bildirərək yerdə qalan 4000 manatı gətirməsini istəmişdir. Bir neçə ay sonra Lamiyyə yerdə qalan 4000 manat pul dayenə yaşadığı evin blokunda vermişdir. Amma həmin işi düzəldə bilməyəcəyini başa düşüb Lamiyyədən aldığı pulu 2021-ci ilin aprel ayına qədər 8000 manatın hamısını özünə qaytarmışdır. Bir neçə gün sonra isə Lamiyyəyə onu “102” zəng mərkəzinə işə düzəldə bilmədiyini, amma təmənnasız Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəldə biləcəyini bildirmiş, Lamiyyə də razılıq vermişdir. Lamiyyə ilə söhbətləri zamanı təmənnasız olmasına baxmayaraq Dövlət Təhlükəsizlik Xidmətində çalışan Yaşar adlı tanışına onun vasitəsi ilə həmin işə görə şirinlik kimi 4500 manat verməli olduğunu demişdir. Sonra Lamiyyəylə birlikdə işə qəbulla bağlı ərizə yazaraq 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizlik Xidmətinin komendaturasına gələrək ora həmin ərizəni təqdim etmişlər. X14 Xidmətinin qarşısında 3000 manat pulu ona vermişdir. Daha sonra X7 Xidmətindən xəbər gözlədiyi müddətdə işsiz qalmasın deyə onu Bakı Metropolitenində işlə təmin edə biləcəyini, amma şirinlik kimi 500 manat verməli olduğunu bildirmişdir. Lamiyyə həmin ilin yay aylarında onun göndərdiyi bank kartına 500 manat pul göndərmişdir. Bir neçə ay keçdikdən sonra Lamiyyəyə Bakı Metropolitenində işin alınmayacağını bildirərək həmin 500 manatı Dövlət Təhlükəsizlik Xidmətinə işə qəbul olunmağı ilə bağlı pul vəsaitinə yönləndirdiyini bildirmiş və 1000 manat da verməli olduğunu demişdir. 2021-ci ilin avqust-sentyabr aylarında Lamiyyə ilə metronun “Azadlıq” stansiyasındakı keçiddə görüşərək yerdə qalan 1000 manat pulu da almışdır. X8 Xidmətinə işə düzəltmək adı altında ondan aldığı 4500 manat pulu qaytarmamış və öz işlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs3la təxminən bir ildən artıq müddətdir ki, tanışdırlar. O, Elvinə özünü həkim kimi təqdim etmiş, həmçinin işə qəbul olunmağı üçün sənədlərini Dövlət Təhlükəsizlik Xidmətinə verdiyini bildirmişdir. Elvinlə dostluq münasibətləri yaranmış, hətta onun anası və bacısı ilə tanış olmuş, bir neçə dəfə onun yaşadığı evə qonaq da gəlmişdir. Elvin Sumqayıt şəhərində kirayədə yaşadığı üçün Yeni Yasamal ərazisində “MİDA” tərəfindən tikilən sosial evlərdən ona guya ev təşkil edə biləcəyini bildirib ondan 4500 manat pul almağı fikirləşmişdir. Bu məqsədlə Elvinlə görüşlərinin birində bu barədə məlumat verib 4500 manat müqabilində 3 otaqlı mənzil təşkil edə biləcəyini demiş, Elvin də onun təklifi ilə razılaşmışdır. O, Elvinə inandırıcı olması üçün 4500 manat verdikdən sonra, mənzilin qalan pulunu aylıq 200 manat ödəniş etməklə verəcəyini demişdir. 2022-ci ilin yanvar ayında Elvinlə “Ayna Sultanova” adına parkın yaxınlığında yerləşən "xxxx"ın filialının qarşısında görüşərək ondan 4500 manat pulu almışdır. Elvin pulu verdikdən bir müddət sonra isə ona “ASAN” Xidmətə gedərək oradan guya ev seçimi üçün “ASAN İmza” almağını tapşırmışdır. Elvin də bir müddət sonra Sumqayıt şəhərinə gedərək orada “ASAN İmza” almış və şəklini çəkərək “WhatsApp” proqramı vasitəsilə ona göndərmişdir. Amma o, vədinə əməl etməyib həmin pulu da öz xərclərinə sərf etmişdir. Zərərçəkmiş şəxs3 vasitəsilə tutulmazdan təxminən 4-5 ay əvvəl metronun “Azadlıq” stansiyasının yaxınlığında Şamil adlı şəxslə tanış olmuşdur. 10 gün sonra Şamil adlı şəxsin evində qonaq olanda sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs4 ilə tanış olmuş və aralarında ailəvi dostluq münasibətləri yaranmışdır. Samirə təxminən 20 il Beyləqan rayonunda musiqi müəllimi işlədikdən sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş və burada kirayə yaşamışdır. O, Samirəyə özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmiş və Yasamal rayonu ərazisində “MİDA” tərəfindən tikilən sosial evlərdən guya ona ev təşkil edə biləcəyini deyib Samirədən 4500 manat pul almışdır. Bu məqsədlə Samirə ilə görüşlərinin birində bu barədə məlumat verib sonuncuya 4500 manat müqabilində 3 otaqlı mənzil təşkil edə biləcəyini demiş, Samirə də onunla razılaşmışdır. 2022-ci ilin mart ayında Samirə ilə metronun “Nərimanov” stansiyasının yaxınlığında görüşərək ondan 4500 manat pulu almışdır. O, Samirəyə inandırıcı olması üçün 4500 manat verdikdən sonra, mənzilin qalan pulunu aylıq 200 manat ödəniş etməklə verəcəyini demişdir. Həmin pulu götürdükdən sonra öz şəxsi ehtiyacları üçün xərcləmiş, Samirə mənzilin nə vaxt veriləcəyi ilə bağlı tez-tez maraqlansa da ona müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Zərərçəkmiş şəxs5 2020-ci ilin yanvar ayında taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Onun idarə etdiyi taksidən müştəri kimi istifadə edən zaman söhbət əsnasında ev problemi olduğunu bildirdiyi üçün ona bu barədə köməklik edə biləcəyini demişdir. Bunun müqabilində 2020-ci ilin may ayında ondan hissəhissə olmaqla ümumilikdə 2500 manat pul almışdır. Amma sonradan işinin alınmadığını görüb pulunu tələb etdikdə bir neçə ay ərzində həmin pulu hissə-hissə olmaqla tam olaraq geri qaytarmışdır. Pulu qaytarmağına baxmayaraq Habil aldadıldığı üçün ona qarşı aqressiv olmuşdur. Habilin şikayət etməkdə məqsədi əlavə pul almaqdır. Şahid1 2018-ci ilin ortalarında “Facebook” sosial şəbəkəsində tanımış, onunla münasibəti yaranmış və bir neçə dəfə görüşmüşdür. 2019-cu ilin iyun ayında Pərviz iş axtarmış, qaçqın və məcburi köçkünlərin dövlət müdafiəsi komitəsinə işə düzəlmək istəmişdir. O, köməklik edə biləcəyi adı ilə Pərvizdən 750 manat pul almışdır. Sonradan Pərviz işinin həll olmadığını görüb pulunu qaytarmağını tələb etmişdir. O da 2020-ci ilin noyabr ayında həmin pulu tam şəkildə geri qaytarmışdır. Bundan başqa 2018-ci ilin aprel ayında Şahid2lə “Facebook” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Hikmət də özü kimi Şuşa şəhərindən olduğu üçün onunla dostluq münasibətləri yaranmışdır. Hikmət ona Tərtər rayonunda yaşadığını deyib Bakı şəhərinə köçmək istədiyini və burada ev almaq istədiyini bildirmişdir. O da Yeni Yasamal ərazisində “MİDA” tərəfindən tikilən sosial evlərdən ona guya ev təşkil edə biləcəyini bildirib ondan 2000 manat pul almağı fikirləşmişdir. Bu məqsədlə Hikmətlə görüşlərin birində 2000 manat müqabilində ona mənzil təşkil edə biləcəyini demiş, Hikmət də Bakı şəhərinə köçmək istədiyi üçün onun təklifi ilə razılaşmışdır. O, 2018-ci ilin may ayında Hikmətdən 2000 manat pul almış, amma uzun müddət keçsə də ona mənzil təşkil edə bilməmişdir. 2020-ci ilin sentyabr ayında Hikmət pulunu geri istəmişdir. O, vaxtı uzatmağa çalışsa da Hikmət inad edərək ona daha inanmadığını bildirmişdir. O, 2021-ci ilin təxminən payız aylarında 2000 manatı Hikmətə qaytarmışdır. O, Dövlət Təhlükəsizlik Xidmətində, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində və ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işləməmiş, xüsusi rütbəsi olmamışdır. Bakı Ağır Cinayətlər məhkəməsində habelə Bakı şəhəri Nizami Rayon Məhkəməsində hakim və məhkəmə aparatında, Nizami rayon Polis İdarəsi və Nizami rayon prokurorluğunda işləyən tanıdığı hər hansı şəxs olmamışdır. Məhkəmədən bütün bu halların, hazırda valideyninin himayəsində olan bir azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində ən humanist qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, ali təhsillidir, Azərbaycan Respublikası Tibb Universitetinin müalicə işi fakültəsinin məzunudur. 1992-2005-ci illərdə 1 nömrəli X28 Toksikologiya şöbəsində laborant vəzifəsində, 2000-2006-cı il tarixlərdə Əzizbəyov rayonu 14 nömrəli xəstəxanada cərrah-onkoloq vəzifəsində, 2006-cı ilin fevral ayından iyul ayına kimi Fövqaladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsində məntəqə-həkimi vəzifəsində, 2006-cı ilin avqust ayından Fövqaladə Hallar Nazirliyinin Xüsusi Hərbi Həkim Ekspertiza Mərkəzində həkim kimi işləmişdir. 2014-cü ilin iyun ayında ona şəkərli diabet xəstəliyi ilə əlaqədar İİ qrup əlil kimi pensiya təyin olunmuş və həmin vaxtdan işdən çıxmışdır. 2011-ci ilin martın 18-dən özünü Dövlət Təhlükəsizliyi Xidmətinin polkovniki kimi təqdim edən Təqsirləndirilən şəxs ilə 2015-ci ildə keçmiş qayınanası X31 vasitəsilə tanış olmuşdur. Qayınanasının Təqsirləndirilən şəxs ilə onu tanış etməkdə məqsədi sonuncu tərəfindən şəhərdə yerləşən xəstəxanaların birinə yenidən həkim vəzifəsinə təyin etdirməkdə köməklik etməsi olmuşdur. Sevinc özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etməklə yanaşı dövlətdə mühüm vəzifələri tutan şəxslərlə əlaqəli olduğunu bildirmişdir. 2015-ci ilin əvvəlində qayınanası Elmira Şabanova ilə aralarında ailə-məişət xarakterli mübahisələr yaranmağa başlamış, bütün bu proseslərin nəticəsində yoldaşı Elnurə Şabanova ilə 2017-ci ilin avqust ayında boşanmışdır. Boşanma ilə əlaqədar birgə əmlak bölgüsü məsələsi ilə bağlı Nizami Rayon Məhkəməsində işləri başlanmışdır. Bundan əvvəl və həmin ərəfədə bu məsələlərlə bağlı özünü çox pis hiss etdiyi üçün bir neçə dəfə özünü öldürmək istəmişdir. Bununla da bağlı Nizami rayon Polis İdarəsində, habelə 25-ci bölmədə araşdırma da başlanılmışdır. Qayınanası ilə aralarında yaranmış əmlak, maddi və digər məsələlər zamanı Təqsirləndirilən şəxs onun xeyrinə Bakı Ağır Cinayətlər məhkəməsinin Ramella adlı hakimi vasitəsilə məhkəmədə, Nizami rayon prokurorunun müavini Ramin Qocayev vasitəsilə polisdə olan işləri və digər məsələlərin həlli adı ilə ayrı-ayrı vaxtlarda ondan xeyli pul almışdır. Belə ki, 2017-ci ilin təxminən noyabr ayında Nizami Rayon Məhkəməsində keçmiş həyat yoldaşı ilə arasındakı əmlak bölgüsü ilə bağlı prosesinin xeyrinə həll olunması üçün Təqsirləndirilən şəxs işini aparan hakim Elnur Nuriyevə verilməsi üçün 3300 manat məbləğində pulu Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, “Union Park” yaşayış massivində yerləşən mənzilində vermişdir. Sonradan Sevinc həmin pulu verdiyini və işin onun xeyrinə həll olunacağını bildirmişdir. Amma bir müddət sonra onun işinə baxan hakim iş yerini dəyişdiyi üçün işi başqa hakimə verilmiş və pulunu da Təqsirləndirilən şəxs geri ala bilməmişdir. 2017-ci ilin təxminən dekabr ayında Nizami Rayon Məhkəməsində əmlak bölgüsü ilə bağlı prosesin xeyrinə həll olunması üçün təkrar olaraq Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin Ramella adlı hakiminə verilməsi üçün 5000 manat məbləğində pulu 7-ci mikrorayon ərazisində yerləşən "xxxx"ın qarşısında vermişdir. Təqsirləndirilən şəxs dediyinə görə Ramella adlı hakim öz şəxsi nüfuzundan istifadə edərək Nizami Rayon Məhkəməsində onun işini aparan hakimə işinin xeyrinə həll olunması üçün göstəriş verəcəkdi. Amma sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq guya Elnur Nuriyev və Ramella adlı hakimlərə vermək adı altında pulunu mənimsəmişdir. 22 avqust 2017-ci il tarixdə qayınanası Elmira ilə birgə ünvan 14 ünvanında yaşayan zaman ailə-məişət zəminində yaranan münaqişə zamanı sonuncu özü ilə gətirdiyi mətbəx bıçağı ilə ona hücum edərək öldürməklə hədələmiş, həmin vaxt əmisi oğlu Elman Babayev onu müdafiə etmək üçün özünü qabağa verən zaman qayınanası Elmira sonuncuya əl və bilək nahiyələrinə müxtəlif dərəcəli xəsarətlər yetirmişdir. İki gün sonra əmisi oğlu ilə birlikdə Nizami rayon Polis İdarəsinin 25-ci Bölməsinə gedərək şikayət etmiş, amma bu şikayəti ilə bağlı heç bir tədbir görülməmişdir. 2018-ci ilin yay aylarında Nizami rayon Polis İdarəsində şikayət ərizəsi əsasında cinayət işinin başlanılmasından ötrü Təqsirləndirilən şəxs 7-ci mikrorayonda yerləşən evində sonuncuya 500 manat pul vermişdir. Təqsirləndirilən şəxs dediyinə görə o, həmin pulu şikayəti əsasında cinayət işinin başlanılması üçün Polis İdarəsinin rəisi Ədalət adlı şəxsə verəcəkdi. Pulu verdikdən sonra Sevinc onunla birlikdə Nizami rayon Polis İdarəsinin qarşısına getmiş, Polis İdarəsinin binasına daxil olub çıxdıqdan sonra pulu verdiyini bildirmişdir. 2018-ci ilin yay aylarında Nizami rayon prokurorunun müavini Ramin Qocayevə verilməsi adı ilə Təqsirləndirilən şəxs 7ci mikrorayonda yerləşən evində sonuncuya 2500 manat pul vermişdir. Təqsirləndirilən şəxs dediyinə görə o, həmin pulu Ramin Qocayevə verdikdən sonra sonuncu onun Nizami rayon Polis İdarəsində olan şikayət ərizəsi əsasında cinayət işinin başlanılmasına dair tapşırıq verəcəkdi. Pulu verdikdən sonra Təqsirləndirilən şəxs onunla birlikdə Nizami rayon prokurorluğunun qarşısına kimi getmiş, sonra isə özü prokurorluğun binasına daxil olub çıxdıqdan sonra pulu verdiyini bildirmişdir. Amma bundan sonra da işi ilə bağlı heç bir dəyişiklik olmamış və Təqsirləndirilən şəxs işini həll edəcəyi adı ilə onu aldadaraq aldığı pulları mənimsəmişdir. Sevinc həmin pulları yüksək vəzifəli şəxslərə verməsi adı ilə ondan almış, onu inandırmaq üçün onunla birlikdə həmin idarələrə getmiş, amma birlikdə içəri girməyərək ondan çöldə gözləməyini xahiş etmişdir. Özü içəri girib bir neçə dəqiqə sonra çıxmışdır. Həmin pulları kimlərəsə verib-verməməsindən məlumatı olmamışdır. Uzun müddət keçdikdən sonra nə Nizami Rayon Məhkəməsində nə də ki, Nizami rayon Polis İdarəsində heç bir işinin həll olunmadığını görmüşdür. 24 fevral 2020-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə iddiası qismən təmin edilmiş və xeyrinə olmayan qərar çıxarılmışdır. Nizami rayon Polis İdarəsində də cinayət işi başlanılmadığı üçün Sevincin onu aldadaraq pulları alıb mənimsədiyini başa düşüb Sevincdən pullarını tələb etməyə başlamışdır. Amma hər dəfə verəcəyini bildirib müxtəlif bəhanələrdə vaxtı uzatmışdır. O da münasibəti olduğu üçün səbr edib uzun müddət gözləmişdir. Sonra Sevincin pulları vermədiyini görüb Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu düşündüyü üçün həmin quruma rəsmi şəkildə müraciət etmişdir. Sevinc özünü Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnik rüstbəsində əməkdaşı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin, eləcə də dövlətin digər yüksək vəzifəli şəxslərin yaxını kimi təqdim etmiş və bir sıra məsələlərin həllində bu addan istifadə etmişdir. Bir neçə dəfə polkovnik olduğunu deyəndə vəsiqəsini göstərməsini istəmiş, amma Sevinc bunun məxfi olduğunu deyib göstərməkdən imtina etmişdir. Sevinc sosial şəbəkələrdə Dövlət Təhlükəsizliyi Xidmətinin embleminin və rütbələrinin fotoşəkillərini tez-tez paylaşmışdır. Ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, ali təhsilini 2012- 2016-cı illərdə Rusiya Federasiyasının Perem şəhərində Politexnik Universitetində “İqtisadiyyat və idarəetmə” ixtisası üzrə almışdır. 2020-ci ilin mart ayında atası X36 adlı tanışı ilə söhbətləri zamanı onun ali təhsilli olmağına baxmayaraq hələ də işsiz olduğunu bildirib hər hansı işlə təmin etmək istədiyini bildirmişdir. Vüqar adlı şəxs də uzaq qohumluq münasibətlərinin olduğu Təqsirləndirilən şəxs adlı şəxsin uzun illər polis orqanlarında çalışdığını, onu işlə təmin edə biləcəyini atasına demişdir. Sonra atası Vüqar adlı şəxslə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, 7-ci mikrorayondakı evinə qonaq getmişlər. Orada söhbət zamanı Sevinc əvvəllər Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində çalışdığını, polis orqanlarında polkovnik-leytenant rütbəsinə kimi qalxdığını, sonradan Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul olunduğunu, amma orada rütbəsinin mayora endirildiyini, oradan işdən azad olunmağı ilə bağlı müraciət etdiyini, amma hazırkı dövrədək ərizəsinin imzalanmadığını bildirmişdir. Söhbət zamanı Sevinc atasına onu Daxili İşlər Nazirliyinin “102” Xidmətində 800 manat maaşla işlə təmin edə biləcəyini, həmçinin orada xalası qızı Aygün Hümbətova adlı şəxsin çalışdığını bildirmişdir. Atası da onunla danışaraq Sevincə xəbər edəcəyini bildirmişdir. Evə gəldikdə atası ona bu barədə danışmış, o da həmin işə razılığını vermişdir. Atası həmin ərəfədə Rusiya Federasiyasına geri qayıtdığı üçün Vüqar adlı şəxsin mobil telefon nömrəsini ona vermişdir. O da Vüqarla əlaqə saxlayaraq Sevinc xanımla iş barəsində görüşmək istədiyini bildirmişdir. 2020ci ilin aprel ayının əvvəllərində Vüqar, özü və anası Şahid3 görüşüb Sevincin yaşadığı evə getmişlər. Söhbət zamanı Sevinc işinin 18000 manat müqabilində alına biləcəyini bildirmişdir. Bir neçə gün sonra Sevinclə telefonla əlaqə saxladıqda Sevinc ona sakit təbiətli, ali savadlı xanım olduğunu bildirərək 8000 manat müqabilində həmin işi həll edə biləcəyini bildirmişdir. O, 8000 manat pulun hamısının birdəfəlik verilməli olduğunu soruşduqda Sevinc ilk əvvəl 4000 manat pul verməli olduğunu, yerdə qalan 4000 manat pulu isə həmin ilin sentyabr ayında işə qəbul olunacağı vaxt işini həll edən ortada olan adama verilməli olduğunu demişdir. Səhəri gün Sevinc zəng edərək 4000 manat pulu istəmiş, o isə hazırda həmin miqdarda pulunun olmadığını bildirdikdə Sevinc avans kimi heç olmasa 500 manat pul verməli olduğunu demişdir. Həmin gün Sevincin yaşadığı evə gedərək, binanın blokunda 500 manat pulu Sevincə vermişdir. Söhbət zamanı Sevinc ona ali təhsili barədə diplomunun surəti, ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surəti, 02 ədəd fotoşəkil və bu kimi sənədləri 3500 manatı verəcəyi gün pulla birlikdə verməyini tapşırmışdır. Bir neçə gün sonra Sevinclə əlaqə saxlayaraq yerdə qalan 3500 manat məbləğində pulla istədiyi sənədlərin surətlərinin hazır olduğunu bildirmişdir. Sevinc də özü gəlib onun olduğu yerdə pulu və sənədləri təhvil alacağını demişdir. Ona öz yaşadığı ünvan 7 ünvanının yerini bildirdikdən bir neçə saat sonra Sevinc əlaqə saxlayaraq artıq orada olduğunu bildirmişdir. Evdə olanda 3500 manat məbləğində pulu və istədiyi sənədlərin surətlərini Sevincə vermişdir. Bu hadisədən sonra Sevinc həftədə bir-iki dəfə yazaraq işin alınacağını, səbrlə gözləməli olduğunu bildirmişdir. 2020-ci ilin yay aylarında telefonla əlaqə saxlayaraq işinin Daxili İşlər Nazirliyinin Baş Kadrlar idarəsində Emin adlı tanışında olduğunu, işini 12000 manata deyil 8000 manata həll edə biləcəyini bildirərək yerdə qalan 4000 manatı da verməli olduğunu bildirmişdir. Bir neçə gün sonra Sevinclə metronun “Azadlıq” stansiyasında keçiddə anası ilə birlikdə görüşərək pulu Sevincə vermişdir. Həmin hadisədən bir neçə həftə keçdikdən sonra 2020-ci ilin yay aylarında Sevinc boş anket blankı vermiş və həmin anketdə yazılmış qrafalar üzrə məlumatları, eləcə də yaxın qohumları haqqında məlumatları yazaraq qısa müddət ərzində ona geri qaytarmalı olduğunu bildirmişdir. Bir neçə gün sonra həmin anketdə qeyd olunan məlumatları yazaraq Sevincə vermişdir. Bu hadisədən bir müddət keçdikdən sonra 2020-ci ilin sentyabr ayında Sevinclə görüşdükdə o üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi yazıları olan, dövlət gerbinin əks olunduğu kağızda “rəis müavini Rüfət Həsənov" adının qarşısında imza olan, 19 aprel tarixli müraciətinə baxıldığı və qəbul olunmağı barədə məktub göstərərək təyinatının Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə verilməsi üçün həmin mərkəzdə vakant yerin açılmasını gözləməyini tapşırmış və bu məsələ ilə Baş Kadrlar İdarəsində çalışan Emin adlı tanışından xəbər gözlədiyini bildirmişdir. Üzərindən bir müddət də keçdikdən sonra Sevinclə əlaqə saxladıqda “Vətən müharibəsi”nin başladığını əsas gətirərək hazırda başının qarışıq olduğunu və xəbər edəcəyini demişdir. O, noyabr ayında Sevinclə əlaqə saxladıqda onun həmin ayın 18-də artıq Daxili İşlər Nazirliyinə çağırılacağını bildirmişdir. Noyabr ayının 18-də bir xəbər çıxmadıqda yenidən Sevinclə əlaqə saxlamış və o, Eminin “Covid-19” virusuna yoluxduğunu, onunla danışa bilmədiyini bildirmiş və xəbər edəcəyini demişdir. Bir müddət keçdikdən sonra isə Sevinc özünün də koronavirusa yoluxduğunu bildirmişdir. 2021-ci ilin yanvar ayında Sevinclə görüşdükdə sonuncu polisə işə qəbulla bağlı məsələnin uzandığını bildirərək ona verdiyi 8000 manat puldan 4000 manatını mart ayınadək hissə-hissə qaytarmağa başlamışdır. Sevincdən pulu niyə qaytardığını soruşduqda o, Eminin idman məsələni özünün həll etdiyini bildirərək işə qəbulla bağlı istədiyi pulun bir hissəsinin kifayət etdiyini bildirmişdir. 2021-ci ilin aprel ayında isə yerdə qalan 4000 manat pulu da qaytarmışdır. Həmin ay yenidən Sevinclə görüşəndə sonuncu onu Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul etdirəcəyini vəd vermiş və ora işə qəbulun pulsuz olduğunu bildirmişdir. O, razılığını verdikdən bir neçə gün sonra Dövlət Təhlükəsizliyi Xidmətində çalışan polkovnik rütbəli Yaşar adlı tanışına 3000 manat “şirinlik" verməli olduğunu demişdir. Sevinclə rəsmi qaydada işə qəbulla bağlı ərizə yazaraq Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasına gəlmiş, binanın qarşısında 3000 manat pulu ona vermiş, daha sonra komendaturaya daxil olaraq ərizəni təqdim etmişdir. 2021-ci ilin may ayının ortalarında Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət edilib onunla söhbət aparılmışdır. Həmin hadisədən bir həftə keçdikdən sonra mobil telefonuna zəng gəlmiş və özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edən xanım işə qəbul olunmadığını bildirmişdir. Bu barədə dərhal Sevincə dedikdə, o, Yaşarla danışaraq məsələni həll edəcəyini bildirib səbirli olmağını tapşırmışdır. Bir müddət keçdikdən sonra 2021-ci ilin yay aylarında gözlədiyi müddətdə Sevinc onu Bakı Metropolitenində işə qəbul etdirə biləcəyini, Dövlət Təhlükəsizliyi Xidmətində əmri çıxana qədər orada çalışa biləcəyini və oradakı adamına da 500 manat məbləğində "şirinlik” verməli olduğunu demişdir. O, işsiz qalmasın deyə Sevincin bu təklifinə razılıq vermiş və sonuncunun atdığı bank kartına 500 manat məbləğində pul göndərmişdir. Həmin işdən də bir xəbər çıxmadığını gördükdə Sevinclə əlaqə saxlamış, sonuncu onun artıq Dövlət Təhlükəsizliyi Xidmətində işinin həll olunduğunu, ümumilikdə 4500 manat istənildiyini, 3000 manat əvvəldən verdiyinə görə 1500 manat qaldığını, Bakı Metropolitenində işə qəbul olunmağıyla bağlı məsələnin həll olunmadığına görə verdiyi 500 manat pulun da həmin pulun içində olduğunu bildirərək sonda 1000 manat məbləğində əlavə pul istəmişdir. Sevinclə 2021-ci ilin avqust-sentyabr aylarında yaşadığı ünvanın yaxınlığında yerləşən "Bolmart” marketin qarşısında görüşərək 1000 manat pulu da ona vermişdir. Həmin ərəfələrdə Sevincdən xəbər çıxmadığını görüb işsiz qalmasın deyə “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və 2021-ci ilin oktyabr ayında işə qəbul olunmuşdur. X26 Təhlükəsizliyi Xidmətinə işə qəbulla bağlı əlaqə saxladıqda o, müxtəlif bəhanələr gətirərək məsələnin uzandığını bildirmişdir. Sevinc özünü Dövlət Təhlükəsizliyi Xidmətinin mayor rütbəsində olan əməkdaşı kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin, eləcə də dövlətin digər yüksək vəzifəli şəxslərin yaxını kimi təqdim etmiş və bir sıra məsələlərin həllində bu addan istifadə etmişdir. Bir neçə dəfə mayor rütbəli Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu bildirdiyi zaman vəsiqəsini göstərməsini istəmiş, Sevinc A4 kağızı böyüklüyündə öz fotoşəkili olan bir sənəd göstərib Dövlət Təhlükəsizliyi Xidmətinin işçisi olduğunu bildirmişdir. Sevinc sosial şəbəkələrdə tez-tez yüksək rütbəli məmurların şəkillərini paylaşıb təbrik mesajları yazmış, həmin məmurlarla ailəvi gediş-gəlişi olduğunu demişdir. Sonradan Sevincin onu aldadaraq 4500 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu ərazisində yerləşən “Türkel” restoranında tanış olmuşdur. Sevinc əvvəllər İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işlədiyini, Yasamal rayonu üzrə kurator olduğunu bildirmiş və X37 birinci müavini Seyfulla Əzimovla, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin qohumu kimi təqdim etmişdir. Həmçinin keçmiş həyat yoldaşının hakim olduğunu, qohumlarının müxtəlif vəzifələrdə işlədiyini bildirmişdir. Bundan başqa, daima yüksək vəzifəli məmurlarla münasibətinin olması barədə danışmışdır. O da Sevinclə dostluq münasibətləri yaratmış, hətta Sevinci anası və bacısı ilə tanış etmiş, bir neçə dəfə Sumqayıt şəhərində evlərində də olmuşdur. Sevinc onun Sumqayıt şəhərində kirayədə yaşadığını bilib Yasamal rayonu ərazisində “MİDA” tərəfindən tikilən sosial evlərdən mənzil təşkil edə biləcəyini demiş, həmçinin bu barədə valideynləri ilə danışaraq onların razılığını almışdır. Təxminən 2021-ci ilin sentyabr-oktyabr aylarında Sevinclə metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında görüşərək birlikdə Mənzil X27nin Yasamal rayonu ərazisində aparılan tikinti sahəsinə getmişlər və Sevinc həmin binaları göstərərək mənzilinin orada olacağını bildirmişdir. Onlar razılaşdıqdan sonra Sevinc öz telefonunda mənzillərin kvadratını göstərərək 3 otaqlı mənzil üçün 4500 manat ödəniş olunacağını, qalan pulu isə aylıq 200 manat məbləğində ödəniş edəcəyini bildirmişdir. Sevinc ona 4500 manat məbləğində pulu tanışları vasitəsi ilə rüşvət verərək sosial mənzilin düşəcəyini bildirmişdir. Atası pulun verilməsinə razılıq verdikdən sonra 2022-ci ilin yanvar ayında bank vasitəsi ilə ona pul göndərmişdir. O da həmin pulu bankda nağdlaşdıraraq həmin günü Sevinclə Binəqədi rayonunda “Ayna Sultanova” parkının yaxınlığında "xxxx"ın filialının qarşısında görüşərək ona vermişdir. Pulu verdikdən bir müddət sonra Sevinc “ASAN” Xidmətə gedərək oradan ev seçimi üçün “ASAN İmza” almağını tapşırmışdır. O da Sumqayıt şəhərinə gedərək orada “ASAN İmza” almış və şəklini çəkərək “WhatsApp” proqramı vasitəsilə Sevincə göndərmişdir. Son vaxtlara qədər Sevinc ilə münasibətləri çox yaxşı olmuşdur. İstintaq orqanına dəvət edildikdən sonra Sevincin əməlləri barədə məlumat əldə etmişdir. Sevinc özünü Dövlət Təhlükəsizlik Xidmətinin mayor rütbəsində olan əməkdaşı kimi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin, eləcə də, dövlətin digər yüksək vəzifəli şəxslərin yaxını kimi təqdim etmiş və bir sıra məsələlərin həllində bu adlardan istifadə etmişdir. Bir dəfə mayor rütbəli Dövlət Təhlükəsizlik Xidməti əməkdaşı olduğunu bildirdiyi zaman vəsiqəsini göstərməsini istəmiş, Sevinc isə, icazə verilmədiyini, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin bütün vəsiqələri yığdığını bildirmişdir. Sevinc onu aldadaraq 4500 manat məbləğində ziyan vurmuşdur. Ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin mart ayının əvvəllərində qızının Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Zirvə” kursunda keçirilən sınaq imtahanlarından çıxmasını gözləyərkən tanış olmuşdur. Sevinc ona özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin mayor rütbəli əməkdaşı kimi təqdim etmiş, həmçinin qohumlarının müxtəlif vəzifələrdə işlədiyini bildirmişdir. Bundan sonra onunla arasında dostluq münasibətləri yaranmış, hətta 2022-ci ildə Ramazan ayı ərzində bir dəfə Sevinci yaşadığı evə iftar üçün dəvət etmişdir. Sevinc bir neçə dəfə onun evində olmuş, aralarında ailəvi dostluq münasibətləri yaranmışdır. Sevinc onun Bakı şəhərində kirayədə yaşadığını bilib Yasamal rayonu ərazisində Mənzil X27 tərəfindən tikilən sosial evlərdən 3 otaqlı mənzil üçün 4500 manat müqabilində mənzil təşkil edə biləcəyini demişdir. O da bu barədə valideynləri ilə danışaraq onların razılığını almışdır. 2022-ci ilin mart ayının sonlarında Sevinclə metronun “Nərimanov” stansiyasının qarşısında görüşərək yaxınlıqda olan "xxxx"ın filialına getmişdir. Oradan əlavə pul da çıxardıb ümumilikdə 4500 manat pulu Sevincə vermişdir. Sevinc ona guya 4500 manat ödəniş etdikdən sonra mənzilin qalan pulunu aylıq 200 manat məbləğində ödəniş etməklə həyata keçirəcəyini bildirmişdir. Sevinc 4500 manat pulu tanışları vasitəsilə adını çəkmədiyi şəxslərə rüşvət verərək ona sosial mənzilin düşəcəyini bildirmişdir. Amma sonradan Sevincdən bu barədə bir xəbər gəlməmişdir. Sevinc özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin, eləcə də dövlətin digər yüksək vəzifəli şəxslərinin yaxını kimi təqdim etmiş və bir sıra məsələlərin həllində bu addan istifadə etmişdir. Bir neçə dəfə mayor rütbəli Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu bildirdiyi zaman vəsiqəsini və ya forma ilə şəklini göstərməsini istəmiş, amma Sevinc bunun məxfi olduğunu deyib göstərməkdən imtina etmişdir. O, istintaq orqanına dəvət edildikdən sonra Sevincin əməlləri barədə məlumat əldə etmişdir. Sevinc onu aldadaraq 4500 manat məbləğində ziyan vurmuşdur. Ona vurulmuş ziyanın ödənilməsini tələb edir. İbtidai istinaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq, ona metronun «Koroğlu» stansiyasının yaxınlığında yerləşən Atletlər kəndində hərbi qulluqçulara evlərin paylanıldığını və tanışının vasitəsilə rüşvət verərək, ev təşkil edə biləcəyini bildirmişdir. Bunun müqabilində isə, 2500 manat pul vəsaiti tələb etmişdir. İlkin olaraq 1200 manat pul vəsaitini təcili olaraq göndərməyini istəmişdir. O da 1207 manat pul vəsaitini poçt vasitəsilə Təqsirləndirilən şəxs adına göndərmişdir. Təxminən on gün sonra Təqsirləndirilən şəxs sənədləşmə işləri ilə əlaqədar olaraq, ondan 800 manat pul vəsaiti tələb etmişdir. Özündə həmin məbləğdə pul vəsaiti olmadığı üçün həyat yoldaşı X3 qardaşı Rahimdən həmin məbləği Təqsirləndirilən şəxs verməsini istəmişdir. O, da bibisioğlu Kamran adlı şəxsdən 800 manat borc alaraq, Təqsirləndirilən şəxs ilə Mehdiabad qəsəbəsində görüşərək vermişdir. Bundan on gün sonra Təqsirləndirilən şəxs əlaqə saxlayaraq, yerdə qalan 500 manat pul vəsaitini tələb etmişdir. O da Rafiq adlı tanışından 500 manat pul vəsaitini Təqsirləndirilən şəxs verməyini xahiş etmişdir. Rafiq həmin pul vəsaitini Abşeron rayonu ərazisində “Məhəmmədli” dairəsində Təqsirləndirilən şəxs ilə görüşərək, sonuncuya vermişdir. Təqsirləndirilən şəxs yekunda 2020-ci ilin 26 iyun tarixində “Milli Ordu”nun yaranma günü münasibəti ilə hərbi qulluqçulara evlərin paylanılacağını və ona da vəd etdiyi həmin mənzilin qeyd olunan tarixdə veriləcəyini bildirmişdir. 2020-ci ilin iyul ayına qədər Təqsirləndirilən şəxs vəd etdiyi həmin mənzilin veriləcəyini gözləmiş, lakin sonradan aldadıldığını başa düşərək, Təqsirləndirilən şəxs ona verdiyi 2500 manat pul vəsaitini geri qaytarmağı tələb etmişdir. O, isə cavabında Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin yaxını olduğunu bildirmiş və onun adından istifadə edərək hədə-qorxu gəlmişdir. 2020-ci ilin sentyabr ayına qədər hissə-hissə olaraq, ona verdiyi 2500 manat pul vəsaitinin 1300 manatını qaytarsa da, geri qalan 1200 manatını hələ də qaytarmamışdır. Ərizəsində geri qalan həmin məbləğin 800 manat olduğunu bildirsə də, indi həmin məbləğin 1200 manat olmasını xatırlamışdır. Sonuncu dəfə 2021-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq, qaytarmalı olduğu 1200 manat pul vəsaitini ondan istəsə də, əməliyyat olunduğunu və həmin məbləği qaytara bilməyəcəyini bildirmişdir. Bundan sonra onunla yenidən əlaqə saxlamamışdır (cild 1, iş vərəqə 158-161). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2018-ci ilin aprel-may ayında “Facebook” sosial şəbəkəsində profilinə Təqsirləndirilən şəxs adlı istifadəçidən dostluq təklifi gəlmişdir. O da dostluq təklifini qəbul edib danışmağa başlamışdır. Sevinc profilində doğulduğu yeri Şuşa şəhəri kimi qeyd etmiş, iş yeri olaraq heç nə göstərməmiş, özünə aid 1-2 şəkil olmuşdur. O özü də profilində doğum yerini Şuşa şəhəri olaraq qeyd etmişdir. Sevinc ona mesaj yazaraq, özünün də Şuşa şəhərindən olduğunu, ona tanış olmağı və gələcəkdə görüşməyi təklif etmişdir. Onlar bir müddət “Facebook” sosial şəbəkəsində danışdıqdan sonra, birbiriləri ilə əlaqə saxlamaq üçün mobil nömrələrini vermişlər. Daha sonra Sevinclə əlaqə saxlamış və Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən kafelərin birində görüşmüşdür. Sevinc söhbət zamanı əvvəllər Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarələrində işlədiyini bildirmişdir. Sevinc hazırda işsiz olduğunu və başqa işə düzəlmək üçün sənədlərini hazırladığını demişdir. Onlar 2019-cu ilin iyun ayına kimi Sevinclə mütəmadi görüşmüşlər. Görüşlərin birində X15 Xidmətində işə qəbul olunduğunu demiş, amma heç vaxt xidməti vəsiqəsini göstərməmişdir. Bir dəfə Sevincə zəng edəndə sonuncu Dövlət Təhlükəsizliyi Xidmətinin komendaturasında olduğunu və danışa bilmədiyini deyib telefonu tələsik söndürmüşdür. 2019-cu ilin iyun ayında Sevincə hazırkı əmək müqaviləsinin müddəti 2019-cu ilin dekabr ayında bitdiyindən özünə yeni iş yeri axtardığını, qaçqın və məcburi köçkünlərin dövlət müdafiəsi komitəsinə işə düzəlmək niyyətinin olduğunu bildirmişdir. Sevinc həmin qurumda tanışlarının olduğunu və onların işə düzəlməkdə kömək edəcəklərini demişdir. Sevinc ondan sənədlərini hazırlamağı və ona verməyini istəmiş, o da bütün sənədləri hazırlayıb Sevincə vermişdir. Sonra Sevinc işə düzəldəcək şəxsin “şirinlik” istədiyini bildirmiş, o isə “şirinlik” vermək yerinə həmin şəxsi qonaq edə biləcəyini demişdir. Sevinc isə bunun mümkün olmadığını, 1500 manat pul verməli olduğunu demişdir. Bu qədər pul verməyəcəyini dedikdə Sevinc heç olmasa 1000 manat verməyini təklif etmiş, o həmin pulun da çox olduğunu, yalnız 750 manat pulunun olduğunu bidirmişdir. Sevinc də 750 manatı verməyini, qalan 250 manatı isə özünün verəcəyini demişdir. 2019-cu ilin iyun ayında Yasamal rayonu, İnşaatçılar prospekti 81 ünvanında yerləşən Dövlət Statistika Komitəsinin qarşısında Sevinclə görüşüb 750 manat pulu ona vermişdir. Bundan sonra Sevinc 10 gün içərisində nəticə olacağını desə də, amma heç bir xəbər çıxmamışdır. O, bir ildən çox müddət gözləmiş, amma yenə də işə düzəlməyindən xəbər çıxmamışdır. 2020-ci ilin avqust ayında Sevinclə görüşmüş və ona etirazını bildirərək pulunu geri istəmişdir. Sevinc işin həll olacağını, amma gözləməli olduğunu, əks halda pulunu qısa müddətdə qaytaracağını demişdir. O, dəfələrlə Sevincə zəng etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək yayınmış və pulu qaytarmamışdır. Sentyabr ayında isə zəng edəndə telefonu açmamış və mesaj yazaraq xaricdə olduğunu bildirmişdir. Bundan sonra müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. Bir neçə dəfə də telefonla əlaqə saxladığı zaman xarici ölkədə olduğunu və ölkəyə qayıtdıqdan sonra pulu verəcəyini bildirmişdir. 2020-ci ilin noyabr ayında isə Sevinc aldığı 750 manat pulu tam şəkildə ona qaytarmışdır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs ilə “Facebook” sosial şəbəkəsində tanış olmuş, onunla sosial şəbəkədə müzakirə səhifəsində yazışmağa başlamışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs əslən Şuşa şəhərindən olmasını bilmiş, o da Şuşalı olduğu üçün Sevinclə ünsiyyət qurmağa başlamışdır. Söhbətləri zamanı Sevincə Bakıda ev tapmaq və gəlib orada yaşamaq istədiyi bildirmişdir. Sevinc də ona Bakı şəhərində ev almağa köməklik edəcəyini bildirmişdir. 2018-ci ilin may ayında Sevinc ona Bakı şəhəri, Yasamal rayonu ərazisində “MİDA” tərəfindən tikilən sosial evlərdən mənzil təşkil edə biləcəyini demişdir. Sevinc bunun müqabilində 2000 manat məbləğində pulu tanışları vasitəsi ilə rüşvət verərək ona sosial mənzilin düşəcəyini bildirmişdir. İki gün sonra Sevinc ona “ASAN” Xidmətə gedərək oradan ev seçimi üçün “ASAN İmza” almağını tapşırmışdır. O da Bərdə şəhərinə gedərək orada “ASAN İmza” almışdır. Növbəti gün “ASAN İmza” və şəxsiyyət vəsiqəsini Sevincə vermək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospekti, 23 ünvanında yerləşən 2 saylı “ASAN” Xidmətin qabağında Sevinclə görüşüb əvvəlcədən razılaşdırdıqları həmin 2000 manat pulu, şəxsiyyət vəsiqəsinin surətini və “ASAN İmza”nı ona vermişdir. Sevinc də 2018-ci ilin may ayında evlərin paylanıldığı zaman ona ev təşkil edəcəyini bildirmişdir. Amma sonradan müəyyən səbəblərdən vəd etdiyi evi hələ verə bilməyəcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayınadək gözləmiş, amma sonradan Sevincin onu aldatdığını başa düşmüşdür. 2020-ci ilin sentyabr ayında Sevincə zəng edərək verdiyi 2000 manat pulu geri qaytarmasını tələb etmişdir. Sevinc isə həmin pulu geri qaytaracağını bildirərək, bunun üçün möhlət istəmişdir. Sevinc təxminən 6 ay ərzində bank hesabına 2000 manat pulu hissə-hissə olaraq tamamilə geri qaytarmışdır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Sənədlərə baxış keçirilməsi barədə 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan Zərərçəkmiş şəxs1 aid olan sənədlər, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 28 aprel 2018-ci il tarixli məktubu, 2018-ci il tarixli “Kapital Bank" qəbzi, “Rabitə Bank”a təqdim etmək üçün Zərərçəkmiş şəxs1 pensiya alması barədə arayış, 14 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsinə dair “X45”, 14 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsinə dair 39229 nömrəli Hesab-faktura, 14 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsinə dair 39226 nömrəli Hesab-faktura, 13 avqust 2018-ci il tarixli Azərbaycan Respubikası Prezidentinə ünvanlanmış ərizə, 13 avqust 2018-ci il tarixli Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış ərizə, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Üzeyir Həsənzadənin 15 iyun 2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı, Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə verilmiş şikayət ərizəsi, Zərərçəkmiş şəxs1 barəsində pensiya təyin edilməsi barədə 12 iyun 218-ci il tarixli arayış, "xxxx"dan qəbzi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən Zərərçəkmiş şəxs1 26 aprel 2018-ci il tarixli məktub, Zərərçəkmiş şəxs1 tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri X29 14 sentyabr 2018-ci il tarixli məktub, Zərərçəkmiş şəxs2 aid olan sənədlər, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin 19 aprel tarixli məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin məktubu, 9x12 ölçüdə iki ədəd fotoşəkil, Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Zərərçəkmiş şəxs2 ona Rusiya Federasiyasının Perm şəhərində Milli Tədqiqat Politexnik Universiteti tərəfindən verilmiş bakalavr diplomunun təsdiqi barədə şəhadətnaməsi, Zərərçəkmiş şəxs2 atası X4 şəxsiyyət vəsiqəsinin surəti, X9 doğum haqqında şəhadətnaməsinin surəti, X9 ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsinin surəti, X9 attestatının surəti, X9 diplomunun surəti, Zərərçəkmiş şəxs3 aid olan sənədlər, o cümlədən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin Sertifikatın aktivləşdirilməsi barədə 12 fevral 2022-ci il tarixli sertifikatı, Məmmədova (Cahangirova) Gülnar Fəxrəddin qızının şəxsiyyət vəsiqəsinin surəti, X24 ilə X5 arasında bağlanmış 15 fevral 2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surəti, telekommunikasiya xidmətləri ilə əlaqədar Abunə müqaviləsinə X51 xidmətinə qoşulmaimtina forması, Zərərçəkmiş şəxs4 aid olan sənədlər, o cümlədən əmək kitabçasının surəti, şəxsiyyət vəsiqəsinin surəti, X6 şəxsiyyət vəsiqəsinin surəti, X1 şəxsiyyət vəsiqəsinin surəti, X1 doğum haqqında şəhadətnaməsinin surəti, X16 ilə Zərərçəkmiş şəxs4 arasında nikah haqqında şəhadətnaməsinin surəti, Zərərçəkmiş şəxs5 aid olan sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsinin surəti, X25 doğum haqqında şəhadətnaməsinin surəti, ******* saylı hərbi biletin surəti, X18 şəxsiyyət vəsiqəsinin surəti, X25 şəxsiyət vəsiqəsinin surəti, X12 şəxsiyyət vəsiqəsinin surəti, Zərərçəkmiş şəxs5 barəsində xidməti xasiyyətnamə, Zərərçəkmiş şəxs5 barəsində 10 mart 2014-cü il tarixli arayış, 13 noyabr 2017-ci il tarixli xəstəlik haqqında şəhadətnamə, 18 yanvar 2018-ci il tarixli N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarış, Şahid1 aid olan sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Dövlət Neft Akademiyasını bitirməsi haqqında 2001-ci il tarixli diplomun surəti, “Crimea as a Birth-place of Nursing” adlı 16 may 2013-cü il tarixli sertifikat, Azərbaycan Gənclər Fondu tərəfindən verilmiş 2016-cı il tarixli sertifikat, Şahid2 aid olan sənədlər, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən iş yerinə dair arayış, şəxsiyyət vəsiqəsinin surəti, X19 13 sentyabr 2013-cü il tarixli Nikah haqqında şəhadətnaməsinin surəti, X10 doğum haqqında şəhadətnaməsinin surəti, X2 doğum haqqında şəhadətnaməsinin surəti, Şahid2 doğum haqqında şəhadətnaməsinin surəti, X19 doğum haqqında şəhadətnaməsinin surəti, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin sertifikatı, X13 şəxsiyyət vəsiqəsinin surəti aşkar edilib götürülmüşdür (cild 2, iş vərəqə 92-94). İfadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs 4500 manat pulu verdiyi yeri, yəni Nərimanov rayonu, Mirzəbala Məmmədov küçəsi 73A ünvanında yerləşən "xxxx"ın Nərimanov rayon filialının qarşısını göstərərək ifadəsində göstərdiklərini təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 102-105). İfadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 4500 manat pulu hissə-hissə verdiyi yerləri, yəni ünvan 7, ünvan 9 ünvanının qarşısını, metronun “Azadlıq prospekti” stansiyasının keçidini, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Union Park” yaşayış massivi, ev 31/23, mənzil 310 ünvanı, Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 14 ünvanında yerləşən Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binasının qarşısını göstərərək ifadəsində göstərdiklərini təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 116-125). İfadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 4500 manat pulu verdiyi yeri, yəni Nərimanov rayonu, Atatürk prospekti 31 ünvanında yerləşən "xxxx"ın Nərimanov rayon filialının qarşısını göstərərək ifadəsində göstərdiklərini təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 189-192). İfadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pulları verdiyi yerləri, yəni ünvan 19 ünvanında yerləşən "xxxx"ın “Şuşa” filialının qarşısını, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, “Union Park” yaşayış massivi, ev 31/23, mənzil 310 ünvanı göstərərək ifadəsində göstərdiklərini təsdiq etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 203-208). Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 11 sentyabr 2022-ci il tarixli 078- 27283-1222 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs cəmiyyətdə özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş idarəsində və Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsində işləmiş, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi xidmətində işləyən şəxs kimi insanlara göstərməsi, bir sıra məsələlərin həllində öz nüfuzundan istifadə edərək həll edəcəyi ilə bağlı vətəndaşlara vədlər verərək qeyd olunan pul vəsaitlərini ələ keçirməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs müxtəlif şəxslərdən pul vəsaitlərinin ələ keçirilməsi əməliyyat tədbirləri nəticəsində təsdiq olunsa da, həmin şəxsin özündən başqa, iştirak edən şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tapşırığı icra olunarkən Təqsirləndirilən şəxs ələ keçirdiyi pul vəsaitilərini şəxsi ehtiyaclarına xərcləməsi müəyyən olunmuş, həmin pul vəsaitlərini hər hansı şəxs və ya şəxslərə rüşvət qismində təklif etməsi və yaxud verməsini müəyyən etmək mümkün olmamışdır (cild 3, iş vərəqə 54). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 09 sentyabr 2022-ci il tarixli 8327 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 3, iş vərəqə 28). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 09 sentyabr 2022-ci il tarixli 4085 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə müalicədə olmamışdır (cild 3, iş vərəqə 29). Cinayət işinin materiallarına əlavə edilmiş 09 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2009-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 3, iş vərəqə 50). Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 72 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahi şikayət daxil olmadığı göstərilmişdir (cild 3, iş vərəqə 51). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqə 66). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 310-cu və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü və 310-cu maddələrində nəzərdə tutulan əməllər az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 310-cu və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 310-cu və 32.4, 312.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 68, 148-152). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan baxış zamanı aşkar edilərək götürülmüş və maddi sübut kimi tanınmış sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X32 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X17 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla bağlı cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 310cu və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış zamanı aşkar edilərək götürülmüş sənədlər cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına vəkil X32 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş iş üzrə zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə onlara vurulmuş ziyanı tələb etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1818/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1818/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver