Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1818/2025 09.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X9 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum edilmiş, fərdi əməklə məşğul olan, subay, Cəlilabad rayonu, Cəlilabad şəhəri, V.Mürsəlov küçəsi, ev 9 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM-də yerləşən Binə 2 hosteldə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Araz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda “Araz” adlı şəxsin göstərişi ilə satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda 1830 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 03 iyun 2025-ci il tarixdə, saat 22:20-də ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əlində olan sellofan torbanın içərisində 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1830 qram təşkil edən kustar, üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadadəsində göstərmişdir ki, nömrəsini “Tiktok” sosial şəbəkəsindən əldə edərək özünü Azərbaycan vətəndaşı kimi təqdim edən “Araz” adlı şəxs İran nömrəsi ilə ona yazmışdır. Bu şəxslə “WhatsApp” tətbiqi üzərindən danışıqla əlaqə saxlamışdır. Əvvəllər narkotik vasitələri Bakıda yox Lənkaranda almışdır. Narkotik istifadəçisi olmuş, bir ay müddətində Lənkəranda yaşamış, bu müddət ərzində ehtiyac olmadığı üçün “Araz” adlı şəxslə ünsiyyətdə olmamışdır. “Araz” adlı şəxs ona külli miqdarda narkotik təklif etmiş, lakin o qəbul etməmişdir. O, narkotik vasitələri satış məqsədi olmadan əldə etmək istəmişdir. Şəxsi istifadəsi üçün alacağı narkotik vasitələrin qarşılığında 50 (əlli) manat məbləğində pul vəsaitini “Araz” adlı şəxsin kart hesabına göndərməli olmuşdur. Hadisə günü “Araz” adlı şəxs narkotik vasitəni əldə etmək üçün ona məkan və narkotik vasitələri qoyacağı yerin şəklini göndərmişdir. “Araz” adlı şəxslə razılaşanda narkotik vasitənin miqdarının çox olacağı təqdirdə götürməyəcəyini bildirmişdir. Çünki “Araz” adlı şəxs əvvəllər ona bir neçə dəfə satış məqsədi ilə narkotik vasitə təklif etmişdir. O, məkana taksi ilə getmiş, ərazini yaxşı tanımadığından saat 07:30 radələrindən həmin ərazidə olmuşdur. Narkotik vasitənin olduğu çanta ondan bir metr məsafəsində iki qarajın ortasında olmuşdur. O, narkotik vasitə olan çantanı görmüş, lakin götürməmişdir. Qarajın qabağından arxasına keçəndə saat 09 radələrində polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 3 iyun 2025-ci il tarixdə əməliyyat tədbirinin rəhbərinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində, saxlanılmasında, istifadəsində şübhəli bilinmişdir. Video-çəkiliş aparılmaqla M.X6 39 ünvanında saat 09 radələrində saxlanılmış, saxlanılan zaman üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması ilə bağlı şəxsə sual verilmiş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan ağ sellofanı təqdim etmiş və içində heroin olduğunu bildirmişdir. Heroini hansı məqsədlə saxladığını soruşduqda tanımadığı İran vətəndaşından sifariş əsasında həmin heroini başqa yerə göndərəcəyini bildirmişdir. Şəxsin üzərindən əlavə olaraq kartlar və digər əşyalar aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 3 iyun 2025-ci il tarixdə axşam saat 21:10 radələrində əvvəlcədən narkotik vasitənin daşınmasında şübhəli bilinən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, həmin məlumatda konkret Təqsirləndirilən şəxs barəsində olmamışdır. Məlumatda müəyyən şəxsin gəlib narkotik vasitəni götürəcəyi bildirilmişdir. Adı yazılsa da, onlar həmin şəxsə yaxınlaşıb aydınlaşdırmalı olurlar. Həmin əməliyyat məlumatında Təqsirləndirilən şəxs görkəmi və əlamətləri ilə bağlı məlumat olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında 22-ci polis şöbəsinin digər 2 nəfər əməkdaşları və onun keçirdiyi əməliyyat axtarışı nəticəsində Təqsirləndirilən şəxs onlar tərəfindən video-çəkiliş aparılmaqla saxlanılmışdır. Saxlanılan zaman əlində 1 ədəd böyük sellofanda büküm olmuşdur. Özlərini təqdim etdikdən sonra şəxs əlində olan sellofan bükümün 2 kiloya yaxın heroin tipli narkotik vasitə olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri İran vətəndaşı ilə telefonla əlaqə saxlayaraq öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Sahib oğlunun külli miqdarda narkotik vasitəni saxlanması, daşıması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 22:20 radələrində Kövkəb Səfərəliyeva 39 ünvanında şəxs saxlanılmışdır. Şəxs saxlananda üzərində ağ rəngli torba olmuş, video-çəkiliş aparılmaqla baxış keçirilmiş və saxlanılan şəxs sellofanı təqdim edərək içərisində heroin olduğunu və ona göndərilən məkandan götürdüyünü bildirmişdir. Sorğu zamanı Şahid2 İran vətəndaşından sifariş əsasında aldığı həmin heroini götürərək Kövkəb Səfərəliyeva 39 ünvanına göndərəcəyini bildirmişdir. Şəxsin üzərindən aşkarlanan ağ sellofandakı narkotik maddə qablaşdırılaraq götürülmüşdür. Əlavə olaraq 2 kapital bank kartı, 1 unibank kartı, pul və göy rəngli “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Pul şəxsin özünə qaytarılmışdır. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki,(cild 1, iş vərəqə 1) Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 10-11) xx.xx.1987-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, subay, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” TM-də yerləşən “Binə 2” hosteldə yaşayan Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdə saat 22:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva 39 ünvanında saxlanılaraq ona paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu bildirilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əlindəki ağ rəngli, üzərində göy muncuq şəkli olan sellofan torbanı təqdim etmiş və həmin torbanın içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, tanımadığı İran İslam Respublikası vətəndaşının tapşırığı ilə götürüb onun zəngindən sonra dediyi yerə qoymaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi irihəcmli sellofan büküm polis əməkdaşları tərəfindən götürüldükdən sonra üzərinə baxış davam etdirilmiş və əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən 1 ədəd göy rəngli “Redmi” markalı mobil telefon aşkar olunub götürülmüşdür. Bundan sonra, M. Həsənov özü əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd 5 manat, 7 ədəd 1 manatlıq əskinaslardan ibarət 12 manat kağız pullar, 5 manat rus rublu, 1 ədəd jeton, 1 manat 20 qəpikdən ibarət qəpik pulları çıxarıb təqdim etmişdir. Həmin pullar polis əməkdaşları tərəfindən nəzərdən keçirildikdən sonra iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən fiziki şəxsin sahibkarlıq uçotuna dair 1 ədəd şəhadətnamə, 1 ədəd şəxsiyyət, sürücülük vəsiqələri, 01 ədəd "xxxx" ASC-yə, 2 ədəd "xxxx" ASC-yə aid kartlar, 1 ədəd rezinlə sarınaraq bağlanmış qara, qırmızı üzlü bloknot, şalvarının arxa sol cibindən 1 ədəd cib dəsmalı təqdim etmişdir. Həmin əşyalardan 1 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd "xxxx" ASC-yə, 2 ədəd "xxxx" ASC-yə aid kartlar, 01 ədəd üzərində 050 416-10- 32 saylı mobil nömrəsi olan “Redmi” markalı mobil telefonu, eləcədə 01 ədəd qara rəngli sellofana bükülmüş nakrotik vasitə heroinə bənzər maddə Təqsirləndirilən şəxs iştirakı ilə açılıb baxılaraq yenidən qablaşdırılmaqla iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, 1 ədəd bloknot, 1 ədəd cib dəsmalı, 1 ədəd vergi uçotu şəhadətnaməsi və 1 ədəd sürücülük vəsiqəsi onun özünə qaytarılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması zamanı “İphone” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmış, protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasında tərtib edilmiş, protoklola əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına dair videogörüntülərin köçürüldüyü 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 15-16) Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı barəsində əməliyyat-axtarış tədbiri keçirilən xx.xx.1987-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, subay, ünvan 3 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” TM-də yerləşən “Binə 2” hosteldə yaşayan Təqsirləndirilən şəxs 03 iyun 2025-ci il tarixdə saat 22:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva 39 ünvanında saxlanılaraq yerində üstü yoxlanılan zaman üzərindən 01 ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə olan heroinə bənzər maddənin, 01 ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Redmi” markalı mobil telefonun, 01 ədəd "xxxx" ASC-yə aid, 02 ədəd "xxxx" ASC-yə aid bank kartlarının aşkar olunduğu, həmin maddə və əşyaların yenidən qablaşdınlaraq möhürləndiyi, 01 ədəd DVD diskdə Təqsirləndirilən şəxs narkotik maddəyə bənzər kütlənin aşkar olunması və həmin narkotik vasitələrin ona aid olduğunu və ondan götürüldüyünü bildirməsi öz əksini tapmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 25) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2025-ci il tarixdə saat 22:20 dəqiqədə tutulmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2081 nömrəli ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 44-48) tədqiqata təqdim edilmiş, üzərində “Təqdim etdi: (imza) Mürtəza Hüseynağa oğlu...” yazıları olan bir ədəd paketdə qablaşdırılmış bağlamanın içərisində təmiz səkisi 1830 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs qismində cəlb etmə etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 66-67) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-373/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 85-89) Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. DVD disklərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 90-92) əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması zamanı keçirilimiş tədbirlərin öz əksini tapması təsdiq olunmuşdur. DVD disklərə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 93-94) Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bağlamada narkotik vasitə heroinə bənzər maddə, bir ədəd zərfdə 3 ədəd bank kartları və 01 ədəd zərfdə “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs 1 ədəd bağlamada olan narkotik vasitə heroinə bənzər kütlənin, mobil telefon və kartların ona aid olub olmamasına dair sual verdikdə həmin narkotik vasitə heroinin, mobil telefon və kartların ona aid olduğunu bildirərək narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Sonra aşkarlanan kütlə və digər əşyalar yenidən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Daha sonra əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair video-çəkilişinin köçürüldüyü 01 ədəd videodiskə “HP” markalı kompüterdə baxış keçirlmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə heroinə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs həmin kütləni, mobil telefon və bank kartlarını təqdim etməsi eləcədə sübut əhəmiyyəti kəsb etməyən əşyaların onun özünə qaytarılması öz əksini tapdığı təsdiqlənmişdir. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 95-96) Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan ***-***-**-** nömrə ilə istifadə etdiyi “Redmi” markalı mobil telefonun “Whatsapp” proqramı tətbiqinə 03 iyun 2025-ci il tarixdə “X15” kimi qeyd olunmuş, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsə məxsus +98-***-***-**-** nömrəli telefonla aşağıda göstərilən tarixdə və saatda aralarında qarşılıqlı “Whatsapp” proqramı vasitəsilə aparılmış danışıqları, SMS, fotoşəkillər, yer təyini göndərmə kimi ünsiyyətlərinin mövcud olması təsdiq olunmuş, Təqsirləndirilən şəxs məxsus istifadəsində olan ***-***-**-** nömrə ilə istifadə etdiyi “Redmi” markalı mobil telefonun “Whatsapp” proqramı tətbiqinə 20:17, 20:28, 20:46, 21:20-də daxil olmuş səsli zənglər silinmiş, 21:21-də 44 saniyəlik səsli danışıq zəngi, 21:22-də 1 dəqiqəlik səsli danışıq zəngi, 21:23-də Təqsirləndirilən şəxs “X15” dan yerin təyininə dair göndərilmiş fotoşəkil, 21:27-də foto silinib, 21:29-da foto silinib, 21:34-də 25 dəqiqə səsli zəng, 21:56-da yerin təyininə dair foto, 22:00-da mesaj silinib, 22:00-da mesaj silinib, yerin təyininə dair foto silinib, 22:01-də 1 dəqiqə səsli mesaj, 22:03-də buraxılış zəng, 22:04-də “taxtaların altında 2 kilo kola, gözlə adam var,” 22:09-da “??, Noldu” və buraxılmış zənglərə aid sonuncu məlumatlar aşkar olunmuşdur. Maddi sübutu tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 104) Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 1830 qram olan narkotik vasitə heroin, bir ədəd üzərində ***-***-**-** nömrə olan “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1829,8 qramdan ibarət qalıq çəkisi, 01 ədəd “Redmi” markalı mobil telefon saxlanılması üçün Nəsimi RPİ-nin saxlancına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, (cild 1, iş vərəqə 109-111) Həsənov X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69,3-cü maddəsi ilə 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. CD diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 131-132) diskə baxış zamanı ********* saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı mobil nömrəsindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə danışıqlar və sms yazışmaları aparılması müəyyən olunmuş, telefon danışıqlarına və sms yazışmalarına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən danışıqlar müəyyən olunmamışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 xx.xx.2025-ci il tarixli, 785 saylı ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 134-136) Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət - sol saidin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə (həm öz boyu hündürlüyündən yıxılaraq yerin səthinə və ya küt əşyaya dəymə nəticəsində, həm insan bədəninin hissəsinin təsirindən və s.) həm şəxsin özü tərəfindən, həm də digər şəxs tərəfindən yetirilə bilməsi mümkündür. İş materiallarında olan X1 xx.xx.2025-ci il tarixli, 3325 nömrəli ekspert rəyindən görünür ki, (cild 1, iş vərəqə 137-138) Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 143-157) Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.4-1-ci maddəsinə tövsif olunaraq ona yenidən ittiham elan olunmuşdur. Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 159-160) cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan Təqsirləndirilən şəxs qabaqcadan əlbir olaraq qeyd olunan əməli törətdiyi “Araz” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 163-164) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.3-cü maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.3-cü maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər şəklində izah verilmişdir. CMin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədi ilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-cü maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4- 1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə hazırki iş üzrə iş materiallarını və məhkəmə iclasında müəyyən edilmiş halları tam və hərtərəfli tədqiq edərək aşağıda şərh edilən hüquqi dəyərləndirmədən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı AR CM-nin 234.4-1-ci maddəsi ilə irəli sürülmüş ittiham (qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma) qanuni və əsaslı hesab edilməlidir. Belə ki, AR Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır; 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs” əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs “Araz” adlı şəxslə qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlirlər. Bu hal təqsirləndirilən şəxsin həm şəxsi marağı, həm də mənfəət əldə etməsi müqabilində “Araz” adlı şəxslə əlbir olmasına dəlalət edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri əldə etdiyi “Araz” adlı şəxsin müəyyən olunmaması əsası ilə “qabaqcadan əlbir olan bir qrup şəxs” ifadəsinin ittihamdan xaric edilməsi məhkəmənin mövqeyinə görə düzgün hesab edilə bilməz. Belə ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra etməsi kifayətdir. Yəni, iştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Daha dəqiq desək, Təqsirləndirilən şəxs öz hərəkətlərinin ictimai təhlükəliliyini və planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçı ilə birgə iştirak etməyi arzulayır. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan “Araz” adlı şəxsin müəyyən edilməsi məqsədi ilə cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə – səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.3-cü maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmənin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.3-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumuna qaytarılmalıdır. Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 1829,8 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq çəkisi 1829,8 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 4 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi” markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 32 (otuz iki) saata görə 352 (üç yüz əlli iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq “Pro Bono” Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Hakimlər Hafiz Kamranov Babək Pənahov
Məhkəmə qərarları › İş №1(101)-1818/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1818/2025
09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver