Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1819/2024 12.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 sentyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CMnin 67.1-ci maddəsi tətbiq edilməklə 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 avqust 2019-cu ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 il 22 gün vaxtından əvvəl şərti azad edilmiş, 04 sentyabr 2020-ci ildə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış; Cəlilabad Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci, 76.6.3, 69.3-cü maddələri tətbiq edilməklə 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 iyun 2022ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 04 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, 28 oktyabr 2022-ci ildə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqəsdi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, saxlamış və daşımışdır. Belə ki, o, şəxsiyyəti naməlum, özünün deməsinə görə İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxsdən naməlum tarixdə, 01 ədəd sellofan bükümdə təmiz çəkisi, 18,095 qram külli miqdarda kustar üsulla hazırlanmış ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə təmiz çəkisi 52,360 qram külli miqdarda açıq qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, üzərində «Metadoni 40» markalanma göstəricisi olan üzərində F/M40 yazısı həkk olunmuş 190 ədəd ümumi çəkisi 7,6 qram olan külli miqdarda narkotik vasitə metadonu, 01 ədəd qara rəngli bağlamada, 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 380 qram, 100 qram, 50 qram olmaqla eyni tərkibli təmiz çəkisi 530 qram külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 18,095 qram külli miqdarda kustar üsulla hazırlanmış ağ rəngli kristal şəkilli psixotrop maddə metamfeiamini əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış və daşımış, 01 dədə bükümdə, təmiz çəkisi 52,360 qram külli miqdarda açıq qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, üzərində «Methadoni 40» markalanma göstəricisi olan üzərlərində F/M40 yazısı həkk olunmuş 190 ədəd ümumi çəkisi 7,6 qram olan külli miqdarda narkotik vasitə olan metadonu, 01 ədəd qara rəngli bağlamada, 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 380 qram, 100 qram, 50 qram olmaqla eyni tərkibli təmiz çəkisi 530 qram külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı yaşadığı ünvan 2 ünvanında saxlamış, 15 yanvar 2024-cü il taritxdə saat 21 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivi, ev 42 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilmiş üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 18,095 qram külli miqdarda kustar üsulla hazırlanmış ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin və üzərində heroin, psixotrop maddə metamfetamin, marixuana izləri olan 1(bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyataxtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 52,360 qram külli miqlarda açıq qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində «Methadone40» markalanma göstəricisi olan üzərlərində FM40 yazısı həkk olunmuş 190 ədəd ümumi çəkisi 7,6 qram olan külli miqdarda narkotik vasitə metadon, 01 ədəd qara rəngli bağlamada 01 ədəd qara rəngli bağlamada, 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 380 qram, 100 qram, 50 qram olmaqla eyni tərkibli təmiz çəkisi 530 qram külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində heroin, psixotrop maddə metamfetamin, marixuana izləri olan 1(bir) ədəd elektron tərəzi ünvan 1 ünvanının mətbəxində olan divanın alt hissəsinə baxış zamanı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, satışı ilə məşğul olmur. Özünü təqsirli bilir. Sonuncu dəfə evində 580 qram marixuana olmuşdur. O, marixuananı İran vətəndaşından almışdır. O, xx.xx.2024-cü il tarixdə saxlanılarkən üzərində heroin olmamışdır. Protokolları imzalamışdır. İstintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Cəlilabad Rayon Məhkəməsindən əvvəl Xəzər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. 15 yanvar 2024cü il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 15 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» yaşayış sahəsi, 42 nömrəli evin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar və özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlayıb daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdaifəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən 01 ədəd bükümdə metamfetaminə oxşar kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən 01 ədəd bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, metamfetaminin özünə aid olduğunu, metamfetamini Rza adlı İran İslam Respublikası vətəndaşının Salyan rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, metamfetaminin bir hissəsindən istifadə edəcəyini, digər hissəsini isə Rza adlı şəxsin ona deyəcəyi yerlərərə yerləşdirdikdən sonra bunun müqabilində Rza adlı şəxs ona 1000 manat pul ödəyəcəyini, yaşadığı mənzilində də narkotik vasitə olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs razılığı və ərizəsi ilə Bakı şəhəri, ünvan 4 ünvanına baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilin mətbəxində olan divanın alt hissəsindən təxminən çəkisi 50-570 qram olan marixuanaya bənzər maddə, «Methadone 40» həbləri və heroinə bənzər maddələr çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin heroin, «Methadone 40» həbləri, narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Tərəflərindən Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 15 yanvar 2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətovun 15 yanvar 2024-cü il tarixli, 3-137/325/2024 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 15 yanvar 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 30-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə, şalvarının sol yan cibindən yaşadığı evə aid ədəd 3 ədəd açar, 100 ABŞ dolları, 418 AZN pul, 1 ədəd bank kartı, özünə aid sürücülük vəsiqəsi, şalvarının sağ yan cibindən üzərində 070-22-09-42 mobil nömrəsi olan «Nokia» markalı mobil telefon və üzərində ***-***-**-** mobil nömrəsi olan «Xiaomi» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Aşkar olunmuş metamfetaminə oxşar kütlə, mobil telefonlar, bank kartı, sürücülük vəsiqəsi götürülmüş, 3 ədəd açar, 100 ABŞ dolları, 418 AZN pulu isə ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin özünə aid olduğunu, metamfetamini Rza adlı İran İslam Respublikası vətəndaşının Salyan rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, metamfetaminin bir hissəsindən özünün istifadə edəcəyini, digər hissəsini isə Rza adlı şəxsin ona dediyi yerlərərə yerləşdirdikdən sonra bunun müqabilində Rza adlı şəxsin ona 1000 manat pul ödəyəcəyini bildirmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 33-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 35-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 yanvar 2024-cü il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünüur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşıdığı Bakı şəhəri, ünvan 4 ünvanına baxış keçirilmiş, baxış zamanə Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində olan divanın alt hissəsindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroinə oxşar kütlə, üzərində «Methadone40» markalanma göstəricisi olan üzərlərində FM40 yazısı həkk olunmuş 190 ədəd narkotik vasitə metadon, 01 ədəd qara rəngli bağlamada, 03 ədəd çətənə (kannabis) bitkisinə oxşar kütlə və bir ədəd elektron tərəzini təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı mənzildən aşkar edilib götürülən 01 ədəd bükümdə narkotik vasitə heroin, üzərində «Methadone40» markalanma göstəricisi olan üzərlərində FM40 yazısı həkk olunmuş 190 ədəd narkotik vasitə metadon, 01 ədəd qara rəngli bağlamada, 03 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana onun özünə aiddir, həmin narkotik vasitələri Rza adlı İran İslam Respublikası vətəndaşının Salyan rayonu ərazisində qoydurduğu yerdən götürmüş, narkotik vasitənin bir hissəsindən özü istifadə edəcəkmiş, digər hissəsini isə Rza adlı şəxsin ona deyəcəyi yerlərərə yerləşdirdikdən sonra bunun müqabilində Rza adlı şəxsin ona 1000 manat pul ödəyəcəkmiş. Aşkar edilmiş bükümlər və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmə zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 44-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/230 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №»li dairəvi möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...(imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 18,095 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: «şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş...(imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 52,360 qram açıq qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində «Metadone40» markalanma göstəricisi olan 190 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 1 (bir) ədəd elektron tərzinin üzərində heroinin və metamfetaminin izləri vardır, 190 ədəd həbdən ibarət metadonun təsiredici maddəsinin ümumi miqdarı 7,6 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Tərəzinin üzərindəki heroin və metamfetamin iz şəklində olduğundan onların təmiz çəkilərini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in İİ siyahısına daxildirlər. Cinayət işinin 51-54-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 yanvar 2024-cü il tarixli, 3-16-16/2-7/73 nömrəli ekspert rəyindən görünür ki, üzərində «şübəhli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...» sözləri yazılmış qara rəngli bağlamada olan 03 (üç) ədəd şəffaf sellofan bükülülərdə yarı ayrılmış təmiz çəkiləri 380,0 qram, 100,0 qram və 50,0 qram, ümumi təmiz çəkisi 530,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda marixuananın izləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün çəkisini və eyniliyini müəyyən etmək mümkün deyildir. Cinayət işinin 129-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 may 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürə aparılmasını özündə əks etdirən 01 ədəd diskdə olan videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır, sonuncu əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə, şalvarının sol yan cibindən yaşadığı evə aid 3 ədəd açar, 100 ABŞ dolları, 418 AZN pul, 1 ədəd bank kartı, özünə aid sürücülük vəsiqəsi, şalvarının sağ yan cibindən üzərində «Nokia» markalı mobil telefon və «Xiaomi» markalı mobil telefonu çıxarıb təqdim edir. Təqdim olunan metamfetaminə oxşar kütlə, mobil telefonlar, bank kartı, sürücülük vəsiqəsi götürülür, 3 ədəd açar, 100 ABŞ dolları, 418 AZN pulu isə ona geri qaytarılır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin özünə aid olduğunu, həmin metamfetamini Rza adlı İran İslam Respublikası vətəndaşının Salyan rayonu ərazisində qoydurduğu yerdən götürdüyünü, metamfetaminin bir hissəsindən özü istifadə edəcəyini, digər hissəsini isə Rza adlı şəxsin ona dediyi yerlərərə yerləşdirdikdən sonra bunun müqabilində Rza adlı şəxsin ona 1000 manat pul ödəyəcəyini bildirir. Cinayət işinin 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 may 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşıdığı Bakı şəhəri, ünvan 4 ünvana baxış keçirilməsini özündə əks etdirən 01 ədəd diskdə olan videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində olan divanın alt hissəsindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroinə oxşar kütə, üzərində «Methadone40» markalanma göstəricisi olan üzərlərində FM40 yazısı həkk olunmuş 190 ədəd narkotik vasitə metadon, 01 ədəd qara rəngli bağlamada, 03 ədəd çətənə (kannabis) bitkisinə oxşar kütlə və bir ədəd elektron tərəzini çıxarıb təqdim edir. O, bildirmişdir ki, yaşadığı mənzildən götürüb təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə heroin, üzərində «Methadone40» markalanma göstəricisi olan üzərlərində FM40 yazısı həkk olunmuş 190 ədəd narkotik vasitə metadon, 01 ədəd qara rəngli bağlamada, 03 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana özünə aiddir, həmin narkotik vasitələri Rza adlı İran İslam Respublikası vətəndaşının Salyan rayonu ərazisində qoydurduğu yerdən götürmüşdür, narokotik vasitənin bir hissəsindən özü istifadə edəcəkmiş, digər hissəsini isə Rza adlı şəxsin ona deyəcəyi yerlərərə yerləşdirdikdən sonra bunun müqabilində Rza adlı şəxsin ona 1000 manat pul ödəyəcəkmiş. Cinayət işinin 115-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 aprel 2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd «Nokia» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 117-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 aprel 2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş 01 ədəd «Xiaomi» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 33-cü PŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və evinə axtarış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 142-153-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 13 may 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə və evinə axtarış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək üçün ********* nömrəli cinayət işindən ayrıca icraata material ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, onda narkotik vasitə marixuana olduğunu,lakin heroin olmadığını bildirərək, istintaqda verdiyi ifadəsini də təsdiq etdiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və onun üzərində narkotik vasitə heroin olmadığı barədə ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün etirafını, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikasının «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 800 qramdan artıq xüsusilə külli miqdar, metadonun 0,02 qramı şəxsi istehlak miqdarından artıq, 1,6 qramından artıq külli miqdar, 160 qramdan artıq xüsusilə külli miqdar psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar, marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda külli miqdar, 50.000 qramdan artıq xüsusilə külli miqdar hesab edilir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 93-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 sentyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 avqust 2019-cu ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 il 22 gün vaxtından əvvəl şərti azad edilmiş, 04 sentyabr 2020-ci ildə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış; cinayət işinin 133-138-ci vərəqələrində olan Cəlilabad Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci, 76.6.3, 69.3-cü maddələri tətbiq edilməklə 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 iyun 2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 04 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, 28 oktyabr 2022-ci ildə cəza müddəti bitmişdir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə görə, qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin xüsusilə təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin xüsusilə təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməli cinayətlərin xüsusilə təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Cinayət işinin 97-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 01 mart 2024-cü il tarixli, 2728 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 131-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 fevral 2024-cü il tarixli 844 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirilən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin xüsusilə təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən, cinayətlərin xüsusi təhlükəli residivi zamanı məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri xüsusi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 15 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 28-ci vərəqəsində olan 15 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 82-86-cı vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 4(010)-16/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı məznildən aşkar olunub götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 529,85 qram narkotik vasitə qurudulmuş marixuana, 52,160 qram narkotik vasitə heroin, 17,995 qram psixotrop maddə metamfetamin, 180 ədəd metadon həbi və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı məznildən aşkar olunub götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 529,85 qram narkotik vasitə qurudulmuş marixuana, 52,160 qram narkotik vasitə heroin, 17,995 qram psixotrop maddə metamfetamin, 180 ədəd metadon həbi və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1819/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1819/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver