Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-182/2021 22.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X11 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Nümayəndə4 zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12, X34, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs9 nümayəndəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 zərər çəkmiş şəxs X7 nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə3 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə 1985-ci il sentyabrın 13-də Ermənistan SSR-in Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum edilməmiş, "xxxx" MTK-nın direktoru işləmiş, Bakı şəhəri, Nərimanov rayonu, X73 küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci və 308.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgənin əmlakını külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2008-ci il fevralın 05-də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi X62 İdarəsi tərəfindən qeydiyyata alınan "xxxx" mənzil-tikinti kooperativinin 2008-ci il yanvarın 22-dən direktoru olmaqla kooperativin 2008-ci il 05 fevral tarixli Nizamnaməsinə əsasən cəmiyyətin idarə edilməsi, onun fəaliyyətinə cari nəzarətin həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, maliyyə vəsaitinin xərc istiqamətlərinin müəyyən edilməsi və digər təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin cəmiyyətin faktiki rəhbəri olan atası X55 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmiş, kooperativ tərəfindən ünvan 3 2010-cu ildən inşasına başlanılan birgirişli onmərtəbəli binanın yeddinci mərtəbəsində yerləşən ümumi sahəsi 115,2 m2 olan 38 saylı mənzili 2010-cu il 22 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə şəxsən Bakı şəhər sakini Zərərçəkmiş şəxs15 74.880 manata satsa da həmin mənzilin əvvəllər heç kəsə satılmaması barədə yalan məlumatlar verməklə mənzili yenidən başqa şəxslərə satıb qazanc əldə etməyə dair atası X35 aralarında olan ümumi cinayətkar niyyətə uyğun olaraq 2014-cü ilin yanvar ayında sonuncuya mənzil almaq üçün müraciət edən Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 38 saylı mənzilin Zərərçəkmiş şəxs15 satılmasını gizlətmiş, mənzilin əvvəllər heç kəsə satılmamasını yalandan bildirib həmin mənzilin Zərərçəkmiş şəxs1 54.144 manata satılmasına razılaşmış, 2014-cü il yanvarın 31-də həmin pul vəsaitini MTK-nın ünvan 3 inşa edilməklə həmin binanın birinci mərtəbəsində yerləşən ofisində Zərərçəkmiş şəxs1 atası X55 vasitəsi ilə almış, inandırmaq üçün həmin mənzilin göstərilən şəxsə satılması barədə kooperativin ofisində şəxsən qeyd edilən tarixdə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 2014-cü il 31 yanvar tarixli alqı-satqı müqaviləsini və maliyyə arayışını öz imzası və MTK-nın möhürü ilə təsdiq etdikdən sonra qabaqcadan əlbir olduğu X55 vasitəsi ilə X43 vermiş, sonuncuya məxsus 54.144 manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək ona külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində dələduzluq etmiş, daha sonra eyni niyyətlə 2014-cü ilin sentyabr ayında qabaqcadan əlbir olduğu atası X44 mənzil almaq üçün müraciət edən Bakı şəhər sakini Zoya X2 Namazov 38 saylı mənzilin Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs1 satılmasını gizlətməklə əvvəllər heç kəsə satılmamasını yalandan bildirdikdə həmin mənzili Zərərçəkmiş şəxs8 74.880 manata satmağa razılaşıb 2014-cü il oktyabrın 01-də həmin pul vəsaitini MTK-nın ünvan 3 inşa edilən binanın birinci mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs8 atası X55 vasitəsi ilə almış, inandırmaq üçün həmin mənzilin ona satılması barədə kooperativin ofisində qeyd edilən tarixdə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etdiyi saxta rəsmi sənədləri – 2014-cü il 01 oktyabr tarixli alqı-satqı müqaviləsini ilə maliyyə arayışını öz imzası və MTK-nın möhürü ilə təsdiq etdikdən sonra qabaqcadan əlbir olduğu X55 vasitəsi ilə Zərərçəkmiş şəxs8 vermiş, sonuncunun 74.880 manat pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək ona külli miqdarda ziyan vurmaqla təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində dələduzluq etmişdir. Bundan başqa istintaq tərəfindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özünün (96 pay haqqı, 96 %) və X56 (1 pay haqqı, 1 %), həmçinin tanışları X57 (1 pay haqqı, 1 %), X58 (1 pay haqqı, 1 %) və X22 (1 pay haqqı, 1 %) birgə fəaliyyət göstərmək üçün üzvlüklərinə əsaslanan mütləq pay haqqı müəyyən edilməklə 2008-ci il 22 yanvar tarixli təsis müqaviləsi ilə təsdiq edilmiş Nizamnaməyə əsasən, 2008-ci il fevralın 05-də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi X62 İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın 2008-ci il yanvarın 22-dən direktoru olmaqla kooperativin həmin tarixli Nizamnaməsinə əsasən, cəmiyyətin idarə edilməsi, onun fəaliyyətinə cari nəzarətin həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, maliyyə vəsaitinin xərc istiqamətlərinin müəyyən edilməsi və digər təşkilati-sərəncamverici funksiyalarla malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin kooperativin faktiki rəhbəri atası X55 üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Bakı şəhər İcra hakimiyyəti başçısının 2005-ci il 17 avqust tarixli 220 saylı sərəncamı əsasında ünvan 3 2005-ci ildən inşasına başlanılaraq üç yerüstü mərtəbəsi inşa edilmiş Bakı Şəhəri İcra Hakimiyyətinin 2012-ci il 26 aprel tarixli 170 saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək yaşayış binasının tikintisinə icazə verilməklə birgirişli onmərtəbəli, 54 mənzildən ibarət olan yaşayış binasından qabaqcadan əlbir olduğu X35 birlikdə kooperativ adından binanın tamamlanmayan hissəsinin layihə-smeta sənədlərinə uyğun olaraq tikilib başa çatdırılması, binanın xarici tərtibatı və daxili arakəsmələrin layihəyə uyğun tikilməsi, divarların suvaq edilməsi, giriş seyf qapılarının razılaşmadan asılı olaraq qoyulması, mənzillərin giriş nöqtəsinədək elektrik, qaz, su və kanalizasiya xətlərinin çəkilməsi, müvafiq sayğacların quraşdırılması və yekun sənədlərinin alınması, binada OTİS liftlərinin quraşdırılması, binanın fasadının alkopon və şüşə materiallarla üzlənməsi işlərinin görülməsi, tikintinin başa çatmasından sonra mövcud şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq binanın istismarına icazə alınmasını həyata keçirdikdən sonra 2015-ci ilin may ayınadək mənzilin alıcıya təhvil vermək öhdəliyi götürülməklə 2010cu il oktyabrın 22-dən 2015-ci il aprelin 16-dək olan müddətdə mənzil alqı-satqı müqavilələri əsasında ayrı-ayrı payçılara, yəni mənzil almaq üçün ayrı-ayrı müştərilərin bilavasitə özü və qabaqcadan əlbir olduğu atası X55 tərəfindən tapılaraq onlara mənzillərin satılıb maliyyə arayışları və kassa mədaxil orderləri əsasında həmin payçılardan müxtəlif məbləğlərdə, o cümlədən 2010-cu il 22 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs15 ümumi sahəsi 115,2 m2 olan 38 saylı mənzilin satılması ilə əlaqədar 74.880 manat, 2012-ci il 12 iyul tarixli alqı-satqı müqaviləsi ilə X15 ümumi sahəsi 102,9 m2 olan 24 saylı mənzilin satılması ilə əlaqədar 31.500 manat, 2014-cü il 10 mart tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs11 ümumi sahəsi 161,1 m2 olan 30 saylı mənzilin satılması ilə əlaqədar 75.670 manat, 2014-cü il 27 iyul tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs4 ümumi sahəsi 115,2 m2 olan 26 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat, 2014-cü il 27 iyul tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 27 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat olmaqla cəmi 102.507 manat, 2014-cü il 11 avqust tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs3 ümumi sahəsi 161,1 m2 olan 1 saylı mənzilin satılması ilə əlaqədar 75.670 manat, 2014-cü il 22 sentyabr tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 115,2 m2 olan 50 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat, 2014-cü il 24 sentyabr tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 51 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat, 2014-cü il tarixli 20 oktyabr alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 115,2 m2 olan 29 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat, 2014-cü il 25 dekabr tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 52 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat, 2014cü il 25 dekabr tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 161,1 m2 olan 54 saylı mənzilin satılması ilə əlaqədar 75.717 manat olmaqla cəmi 356.401 manat, 2014-cü il 04 sentyabr tarixli iki ədəd alqı-satqı müqaviləsi ilə X45 ümumi sahəsi 102,9 m2 olan 3 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat və ümumi sahəsi 115,2 m2 olan 02 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat olmaqla cəmi 102.507 manat, 2014-cü il 04 sentyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs12 ümumi sahəsi 115,2 m2 olan 14 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat, 2014-cü il 23 dekabr tarixli alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 16 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat olmaqla cəmi 102.507 manat, 2014-cü il 01 oktyabr tarixli üç ədəd alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs8 ümumi sahəsi 115,2 m2 olan 44 saylı mənzilin satılması ilə əlaqədar 74.880 manat, ümumi sahəsi 115,2 m2 olan 32 saylı mənzilin satılması ilə əlaqədar 74.880 manat, ümumi sahəsi 115,2 m2 olan 47 saylı mənzilin satılması ilə əlaqədar 74.880 manat olmaqla cəmi 224.640 manat, 2014-cü il 14 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs16 arvadı X23 ümumi sahəsi 115,2 m2 olan 41 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat, 2014-cü il 20 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs7 anası Şahid3 ümumi sahəsi 115,2 m2 olan 53 saylı mənzilin satılması ilə əlaqədar 54.144 manat, 2014-cü il 20 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs6 anası X31 ümumi sahəsi 115,2 m2 olan 17 saylı mənzilin satılması ilə əlaqədar 95.000 manat, 2014-cü il 20 oktyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs9 arvadı X17 ümumi sahəsi 161,1 m2 olan 49 saylı mənzilin satılması ilə əlaqədar 75.670 manat, 2014-cü il 14 noyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs5 ümumi sahəsi 102,9 m2 olan 28 saylı i mənzilin satılması ilə əlaqədar 48.363 manat, 2014-cü il 14 noyabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs19 ümumi sahəsi 161,1 m2 olan 37 saylı mənzilin satılması ilə əlaqədar 75.717 manat, 2014-cü il 23 dekabr tarixli üç ədəd alqı-satqı müqaviləsi ilə ümumi sahəsi 102,9 m2 olan 40 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat, ümumi sahəsi 102,9 m2 olan 39 saylı mənzilin satılması ilə əlaqədar 48.363 manat və ümumi sahəsi 161 m2 olan 42 saylı mənzilin satılması ilə əlaqədar 75.717 manat olmaqla cəmi 248.160 manat, 2014-cü il 20 dekabr tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs17 ümumi sahəsi 166,1 m2 olan 60 saylı mənzilin satılması ilə əlaqədar 116.200 manat, 2015-ci il 05 yanvar tarixli alqı-satqı müqaviləsi ilə Mamay Maqsud oğlu Qulubəyova ümumi sahəsi 166,1 m2 olan 43 saylı mənzilin satılması ilə əlaqədar 40.000 manat, 2015-ci il 14 fevral tarixli alqı-satqı müqaviləsi ilə X10 ümumi sahəsi 166 m2 olan 13 saylı mənzilin satılması ilə əlaqədar 110.000 manat, 2015-ci il 16 aprel tarixli alqı-satqı müqaviləsi ilə Zərərçəkmiş şəxs18 arvadı X24 ümumi sahəsi 161,1 m2 olan 18 saylı mənzilin satılması ilə əlaqədar 144.900 manat olmaqla ümumilikdə 18 nəfər şəxsə 31 mənzili satmaqla cəmi 2.057.193 manat məbləğində pul vəsaitini inşası həyata keçirilən həmin binanın birinci mərtəbəsindəki ofisdə qabaqcadan əlbir olduğu X35 birlikdə alaraq sonuncuya və kooperativin direktoru kimi özünə etibar edilmiş həmin pul vəsaitinin cəmi 1.489.145,9 manat məbləğində hissəsini binanın tikinti-quraşdırma işlərinə sərf edib öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə qalan 568.047,1 manat etibar edilmiş özgə əmlakını binanın tikinti-quraşdırma işlərinə sərf etməyib qabaqcadan əlbir olduğu X35 birlikdə qulluq mövqeyindən istifadə edərək kooperativin qeyd edilən ünvanında özünün xidməti otağında həmin pul vəsaitini götürüb şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgəyə – "xxxx" MTK-ya məxsus 568.047,1 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən mənimsəməklə talamış, uzun müddət ərzində qeyd olunan binanın tikintisini müqavilə şərtlərinə uyğun olaraq tamamlamaqla mənzillərin alıcılara təhvil verilməsini həyata keçirməyərək qeyd edilən 18 nəfərin, yəni kütləvi surətdə fiziki şəxslərin mənzilə sahib olmaq, ondan birgəyaşayış qaydalarına uyğun istifadə etmək və mənzil şəraitini yaxşılaşdırmaqla əlaqədar əmlak hüquqlarına və qanuni mənafelərinə qabaqcadan əlbir olduğu X35 birlikdə bir qrup şəxs halında vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci və 308.2.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç bir cinayət törətməmiş, o cümlədən dələduzluq etməmiş, özgənin əmlakını mənimsəməmiş, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməmişdir, ona qarşı irəli sürülən mülki iddiaları qəbul etmir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, 2012-ci ilin iyul ayında mənzil almaq qərarına gələrək ünvan 3 hündürmərtəbəli binaya yaxınlaşmışmaqla satışda mənzil olduğunu öyrənib "xxxx" MTK-nın faktiki sahibi X55 və sədri Təqsirləndirilən şəxs ilə birinci mərtəbədəki ofisdə görüşmüş, sonuncular bir il ərzində binanın tikilərək tam istifadəyə veriləcəyini dedikləri üçün inanmışdır və mənzilin hər kvadrat metrinin qiymətini 680 manata razılaşmışlar. Binanın altıncı mərtəbəsindəki ikiotaqlı, sahəsi 102,9 m2 olan 24 saylı mənzilə görə 2012-ci il iyulun 12-də övladı X65 yanında Tapdığa 8.000 manat ödədikdə həmin tarixli müqavilə əsasında mənzil onun adına rəsmiləşdirildikdən sonra o, 2014-cü ilin sentyabr ayına qədər kooperativin ofisində hissə-hissə cəmi 31.500 manat ödəniş etmişdir. Tapdıq 2015-ci ilin may ayına kimi binanın tikilib təhvil veriləcəyinə söz vermiş, sonradan Eminin və Tapdığın mənzilləri sataraq ölkədən qaçdıqlarını bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs 2020-ci il aprelin 24-də təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci və 308.2.-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək mahiyyəti üzrə ifadə verməkdən imtina etmişdir (8-ci cild, iş vərəqi 56- 69). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs1 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2014-ci ilin yanvar ayında dostu Zərərçəkmiş şəxs12 ünvan 3 "xxxx" MTK tərəfindən inşa olunan hündürmərtəbəli binadakı mənzillərin sərfəli qiymətə olduğunu eşidib oradan bir neçə mənzil almaq qərarına gəldiyini, sonuncu ilə birlikdə gedib binaya baxdıqdan sonra kooperativin direktoru Təqsirləndirilən şəxs və sonuncunun atası X55 ilə görüşərək mənzillərin hər kvadrat metrinin 470 manata satılması barədə razılaşdıqlarını, Eminin kooperativin formal direktoru olmaqla kooperativi faktiki olaraq Tapdığın idarə etməklə mənzillərin qiymətlərinə və satılmasına dair qərarları verdiyini, 2014-cü il yanvarın 31-də yeddinci mərtəbəki sahəsi 115,2 m2 olan üçotaqlı 38 saylı mənzilə görə Eminin yanında Tapdığa 54.144 manat verdikdən sonra mənzilin onun adına rəsmiləşdirildiyini, Tapdıqla Emin binanın 2015-ci ilin may ayında istismara verilərək həmin tarixdən etibarən mənzilinin təmirinə başlayacaqlarını vəd etsələr də sözlərinə əməl etmədiklərini göstərmişdir (2-ci cild, iş vərəqi 42-45; 4-cü cild, iş vərəqi 14-17). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs8 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2012-ci ildən tanıdığı X35 münasibətlərinin yaxşı olduğunu, 2012-ci ilin oktyabr ayında sonuncunun ona faktiki sahibi olduğu, "xxxx" MTK tərəfindən ünvan 3 inşa edilən hündürmərtəbəli binanın birinci mərtəbəsindən sərfəli qiymətə qeyri-yaşayış sahəsi verməyi təklif etdiyini, Tapdığa 2013- 2014-cü illər ərzində hissə-hissə olmaqla ümumilikdə 299.520 manat məbləğində pul ödədiyini və sonuncunun binanın birinci mərtəbəsindəki 60 m2 sahəsi olan qeyri-yaşayış sahəsini onun adına rəsmiləşdirdiyini, Tapdığın 2014-cü il oktyabrın 01-də onu ofisinə dəvət edərək həmin sahəni başqa şəxsə satmaq istədiyini bildirib əvəzində dörd mənzil təklif etdiyini, sonuncu ilə mənzillərin hər kvadrat metrini 650 manata razılaşdırmaqla həmin gün Tapdığa qeyri-yaşayış sahəsinin sənədlərini qaytardıqdan sonra sonuncunun ona 32 saylı, 38 saylı, 44 saylı və 47 saylı mənzillərə dair müqavilələri verdiyini, Təqsirləndirilən şəxs və Tapdıq binanın 2015-ci ilin may ayınadək sakinlərə təhvil veriləcəyini vəd etsələr də sözlərinə əməl etmədiklərini göstərmişdir (2-ci cild, iş vərəqi 121-140; 3-cü cild, iş vərəqi 53-56; 5-ci cild, iş vərəqi 119-122). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs16 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2014-cü ilin oktyabr ayında mənzil almaq qərarına gələrək tanışı Zərərçəkmiş şəxs12 "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 593 məhəllədəki binanın yeddinci mərtəbəsində sahəsi 115,2 m2 olan üçotaqlı mənzilin satıldığını öyrəndiyini, həmin ərəfələrdə işləri ilə bağlı Türkiyə Respublikasında olduğundan Mahirə zəng edərək gələ bilmədiyini, bu səbəbdən göndərdiyi pulla həyat yoldaşı X18 adına mənzil almasını xahiş etdiyini, 2014-cü il oktyabrın 14-də Mahirin Çinarədən 54.144 manat və sonuncunun şəxsiyyət vəsiqəsini götürərək binanın yeddinci mərtəbəsindəki üçotaqlı, sahəsi 115,2 m2 olan 41 saylı mənzili Çinarənin adına rəsmiləşdirdiyini göstərmişdir (4-cü cild, iş vərəqi 5-9; 5-ci cild, iş vərəqi 151-154). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs19 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində «İSMM» məhdud məsuliyyətli cəmiyyətinin direktoru vəzifəsində işlədiyini, 2014-cü ildə tanışlarından ünvan 3 "xxxx" MTK tərəfindən hündürmərtəbəli binanın inşa olunduğunu eşidərək bir neçə mənzil almaq qərarına gəldiyini, dostu Zərərçəkmiş şəxs12lə birlikdə gedib binaya baxdıqdan sonra kooperativin direktoru Təqsirləndirilən şəxs və sonuncunun atası X55 ilə görüşərək mənzillərin hər kvadrat metrini 470 manata razılaşdıqlarını, bina yarımçıq tikili olduğundan Eminin və Tapdığın mənzillərin satışından əldə edəcəkləri pulla binanı tikib tamamlayacaqlarını bildirdiklərini, Emin kooperativin direktoru olsa da faktiki olaraq kooperativi Tapdığın idarə edib mənzillərin qiymətlərinə və satılmasına dair qərarlar verdiyini, 2014-cü il noyabrın 14-də binanın yeddinci mərtəbəsindən əvvəlcə sahəsi 161,1 m2 olan üçotaqlı 37 saylı mənzili alıb Tapdığa 75.670 manat ödədiyini, 2014-cü il dekabrın 23-də binanın yeddinci mərtəbəsindən hər birinin sahəsi üçotaqlı 102,9 m2 olan 39 saylı və 40 saylı, 2014-cü il dekabrın 25-də isə sahəsi 161 m2 olan üçotaqlı 42 saylı mənzilləri almaqla həmin mənzillərin müqabilində 2014-cü ilin noyabr-dekabr aylarında hissə-hissə Eminə və Tapdığa 248.160 manat ödəyərək Emin tərəfindən ona hər dəfə qəbz verildiyini, daha sonra isə maliyyə arayışları və müvafiq müqavilələr təqdim olunduğunu, Tapdıqla Emin 2015-ci ilin may ayında binanın istismara veriləcəyinə vəd etsələr də sözlərinə əməl etmədiklərini, binada beton işlərindən başqa heç bir iş görülmədiyini, Emin və Tapdıq ona vəsaitləri bitdiyinə görə binanın inşasını davam etdirə bilmədiklərini dediklərindən 2017-ci il yanvarın 05-də digərləri ilə Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiklərini göstərmişdir (2-ci cild, iş vərəqi 15-18; 5-ci cild, iş vərəqi 94-97). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs6 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2014-cü ildə tanışlarından Bakı şəhəri Yasamal rayonunun Abdulvahab Salamzadə küçəsindəki 593-cü məhəllədə "xxxx" MTK tərəfindən hündürmərtəbəli binanın inşa edildiyini eşidərək MTKnın direktoru Təqsirləndirilən şəxs və sonuncunun atası X32 mənzillərin qiymətlərinin sərfəli olduğunu öyrənib həmin binadan mənzil almaq qərarına gəldiyini, 2014-cü il oktyabrın 20-də binanın üçüncü mərtəbəsindən sahəsi 115,2 m2 olan üçotaqlı 17 saylı mənzili almaq üçün Tapdıqla pulun 95.000 manatını qabaqcadan, qalan 20.000 manatı isə bina təhvil veriləndən sonra ödəmək barədə razılaşdıqlarını və həmin gün Eminlə mənzillərin alqı-satqısı müqaviləsi bağlamaqla mənzili onun anası X25 adına rəsmiləşdirdiyini, Tapdıq tikintinin 2015-ci ilin may ayında bitəcəyini vəd etsə də sözünə əməl etmədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 96-100; 5-ci cild, iş vərəqi 21-24). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs3 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2014-cü ildə qohumlarından Bakı şəhəri Yasamal rayonunun Abdulvahab Salamzadə küçəsindəki 593cü məhəllədə "xxxx" MTK tərəfindən hündürmərtəbəli binanın inşa olunduğunu eşidərək həmin binadan bir neçə mənzil almaq qərarına gəlib kooperativin direktoru Təqsirləndirilən şəxs və sonuncunun atası X55 ilə mənzillərin hər kvadrat metrini 470 manat məbləğinə razılaşdıqlarını, Tapdıq və Emin ilə söhbət zamanı sonuncuların mənzillərin satışından əldə etdikləri vəsaiti tikintisini tamamlama işlərinə xərcləyərək binanı 2015-ci ilin may ayınadək təhvil verəcəklərini bildirdiklərini, həmin binadan sahəsi 161,1 m2 olan 1 saylı mənzil üçün 75.670 manata, sahəsi 115,2 m2 olan 50 saylı mənzil üçün 54.144 manata, sahəsi 102,9 m2 olan 51 saylı mənzil üçün 48.363 manata, sahəsi 115,2 m2 olan 29 saylı mənzil üçün 54.144 manata, sahəsi 102,9 m2 olan 52 saylı mənzil üçün 48.363 manata, sahəsi 161,1 m2 olan 54 saylı mənzil üçün 75.717 manata olmaqla ümumilikdə 356.401 manata cəmi altı mənzil aldığını və 2014-cü ilin avqust ayından həmin ilin dekabr ayınadək Tapdığa hissə-hissə 356.448 manat ödədiyini, Tapdıq binanın 2015-ci ilin may ayında istismara veriləcəyini vəd etsə də sözünə əməl etmədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 67-70; 5-ci cild, iş vərəqi 75-89). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs4 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində "xxxx" MTK-nın faktiki sahibi X5 məxsus Xaçmaz rayonunun Nabran kəndindəki «Qafqaz» istirahət mərkəzində şərikli fəaliyyətləri olsa da həmin işin alınmadığını və Tapdıq ona 80.000 manat borclu qaldığından borcun əvəzinə sonuncunun "xxxx" MTK-nın ünvan 3 inşa olunan binasından iki mənzil verməyi təklif etdiyini, ümumilikdə 102.507 manata binanın beşinci mərtəbəsindəki 26 saylı və 27 saylı mənzilləri almaq qərarına gəlib 80.000 manat borcu nəzərə almaqla qalan 22.507 manatı 2014-cü il iyulun 27-də ödədiyini, bundan başqa mənzillərin sərfəli qiymətə satıldığını görüb sonradan baha qiymətə satmaq məqsədi ilə 2014-cü ilin sentyabr ayında hər birinin sahəsi 161,1 m2 olan 30 saylı və 49 saylı mənzilləri ümumilikdə 151.340 manat ödəməklə aldığını, lakin 2014-cü ilin oktyabr ayında ona torpaq sahəsi almaq üçün təcili pul lazım olduğundan həmin mənzilləri Zərərçəkmiş şəxs9 aldığı qiymətə satdığını, binanın 2015-ci ilin may ayında istismara veriləcəyini vəd edən Tapdığın sözünə əməl etmədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 71-74; 5-ci cild, iş vərəqi 29-32). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs9 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2014-cü ilin oktyabr ayında oğluna ev almaq istədiyi üçün maraqlananda tanışı Zərərçəkmiş şəxs4 "xxxx" MTK-nın inşa etdiyi ünvan 3ki hündürmərtəbəli binanın iki mənzilinin hər kvadrat metrini 470 manata satdığını bildirdiyini, həmin ünvana gedib baxdıqda görüşdüyü MTK-nın müdiri Təqsirləndirilən şəxsla atası X36 binanı 2015-ci ilin may ayınadək təhvil veriləcəyini bildirdiklərini, 2014-cü il oktyabrın 20-də hər birinin sahəsi 161,1 m2 olan binanın doqquzuncu mərtəbəsindəki üçotaqlı 49 saylı və beşinci mərtəbəsindəki 30 saylı mənzilləri həyat yoldaşı X26 adına rəsmiləşdirərək hər mənzilə görə 75.670 manat olmaqla ümumilikdə 151.340 manatı Raiqə ödədiyini, bir ildən sonra binada heç bir iş görülmədiyini görüb başqa şəxsə 30 saylı mənzili aldığı qiymətə satdığını, binanın 2015-ci ilin may ayında istismara veriləcəyinə söz verən Eminin son nəticədə pulunu mənimsədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 149-153; 5-ci cild, iş vərəqi 51-54). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs12 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2013-cü ildə dostu Şahid1 vasitəsi ilə Təqsirləndirilən şəxs və onun atası X55 ilə tanış olduğunu, sonuncular "xxxx" MTK-nın inşa etdiyi ünvan 3ki binanın inşasının davam etdirilməsi üçün kooperativin maliyyə vəsaiti bitdiyindən binanı ya bu vəziyyətdə satmaq ya da hər hansı yolla vəsait tapıb binanın inşasını yekunlaşdırmaq niyyətində olmaqla mənzillərini sərfəli qiymətə satdıqlarını dedikdə inandığı üçün dostlarını və qohumlarını həmin binadan mənzil almağa dəvət etdiyini, özünün də həmin binadan sahəsi 115,2 m2 olan 14 saylı mənzil üçün 54.144 manat, sahəsi 102,9 m2 olan 16 saylı mənzil üçün 48.363 manat olmaqla cəmi 102.507 manat Eminlə Tapdığa 2014-cü ilin yanvar-mart aylarında hissəhissə ödəməklə mənzilləri bibisi oğlu Şahid2 adına rəsmiləşdirdiyini, Tapdıq binanın 2015ci ilin may ayında istismara veriləcəyini vəd etsə də sözünə əməl etmədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 195-199; 4-cü cild, iş vərəqi 5-9). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs5 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2014-cü ildə ünvan 3 "xxxx" MTK tərəfindən inşa olunan hündürmərtəbəli binadakı mənzillərin qiymətlərinin sərfəli olduğunu tanışlarından öyrənib kooperativin müdiri Təqsirləndirilən şəxs və sonuncunun atası X55 ilə görüşərək 2014-cü il oktyabrın 20-dən həmin il noyabrın 14-dək binanın beşinci mərtəbəsindəki sahəsi 102,9 m2 olan ikiotaqlı 28 saylı mənzil üçün 48.363 manat ödədiyini, Tapdıq binanın 2015-ci ilin may ayında istismara veriləcəyini vəd etsə də sözünə əməl etmədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 92-95; 5-ci cild, iş vərəqi 102-105). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş X46 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2015-ci ildə özünə mənzil almağı qərarlaşdıraraq Təqsirləndirilən şəxs və sonuncunun atası X36 ünvan 3 bina inşa etdirdiklərini eşidib Tapdıqa müraciət etdiyini, 2015-ci il yanvarın 05-də binanın səkkizinci mərtəbəsindəki sahəsi 166,1 m2 olan üçotaqlı 43 nömrəli mənzili həyat yoldaşı X19 adına rəsmiləşdirməklə hissə-hissə 40.000 manatı Eminlə Tapdığa ödədiyini, sonuncu binanın 2015-ci ilin may ayında istismara veriləcəyini vəd etsə də sözünə əməl etmədiyini göstərmişdir (3-cü cild, iş vərəqi 153-163). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş X59 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2014-cü ildə qardaşı Zərərçəkmiş şəxs12 ünvan 3 "xxxx" MTK tərəfindən inşa olunan hündürmərtəbəli binadakı mənzillərin qiymətlərinin sərfəli olduğunu eşidib bir neçə mənzil almaq qərarına gəlməklə kooperativin direktoru Təqsirləndirilən şəxs və sonuncunun atası X55 ilə görüşərək sahəsi 102,9 m2 olan 3 saylı mənzili 48.363 manata, sahəsi 115,2 m2 olan 2 saylı mənzili isə 54.144 manata almaq barədə razılaşdıqlarını, bunun müqabilində 2014-cü ilin iyul-dekabr aylarında Tapdığa hissə-hissə cəmi 102.507 manat ödədiyini, Tapdıq binanın 2015-ci ilin may ayında istismara veriləcəyini vəd etsə də sözünə əməl etmədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 63-66; 5-ci cild, iş vərəqi 59-62). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs11 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində Zərərçəkmiş şəxs9 qardaşı oğlu Ramal Hüseynovun ona olan 80.000 manat məbləğində borcunun əvəzində 2015-ci ilin mart ayında "xxxx" MTK-nın inşa etdiyi ünvan 3ki hündürmərtəbəli binada özünün əmisinə məxsus sahəsi 161,1 m2 olan üçotaqlı 30 saylı mənzili 75.670 manata satmaq fikrinə gəldiyini, həmin ərəfələrdə MTK-nın ofisində Təqsirləndirilən şəxs və sonuncunun atası X55 ilə görüşüb mənzil almaq istədiyini bildirərək binanın nə zaman təhvil veriləcəyini soruşduqda sonuncuların 2015-ci ilin ortalarına kimi binanı tikdirib mənzil sahiblərinə təhvil verəcəklərini bildirdiklərini, inanıb 30 saylı mənzili Vəliyulladan almağı qərarlaşdırdıqdan sonra 2015-ci il martın 10-da mənzilin onun adına rəsmiləşdirildiyini, Emin binanın 2015-ci ilin may ayında istismara veriləcəyini vəd etsə də sözünə əməl etmədiyini göstərmişdir (5-ci cild, iş vərəqi 13-16). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs7 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2014-cü ildə tanışlarından Bakı şəhəri Yasamal rayonunun Abdulvahab Salamzadə küçəsindəki 593cü məhəllədə "xxxx" MTK tərəfindən inşa olunan hündürmərtəbəli binada mənzillərin sərfəli qiymətə satıldığını öyrənib həmin binadan mənzil almaq qərarına gələrək anası Şahid3 ilə bərabər kooperativin direktoru Təqsirləndirilən şəxs və sonuncunun atası X55 ilə görüşdüyünü, 2014-cü il oktyabrın 20-də həmin binadan sahəsi 115,2 m2 olan üçotaqlı 53 saylı mənzil üçün Tapdığa anasının yanında 54.144 manat ödəyib mənzilin sonuncunun adına rəsmiləşdirildiyini, Tapdıq binanın 2015-ci ilin may ayında istismara veriləcəyini vəd etsə də sözünə əməl etmədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 105-108; 5-ci cild, iş vərəqi 37-40). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs18 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2015-ci ilin aprel ayında yenitikili binalardan özünə mənzil almaq üçün maraqlanıb tanışlarından Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 593 məhəllədə "xxxx" MTK tərəfindən hündürmərtəbəli bina inşa olunduğunu öyrənməklə kooperativin müdiri Təqsirləndirilən şəxs və sonuncunun atası X55 ilə görüşərək binanın üçüncü mərtəbəsindəki sahəsi 161,1 m2 olan üçotaqlı 18 saylı mənzil üçün 2015-ci il aprelin 16-da sonunculara 144.900 manat ödəyəndən sonra mənzilin həyat yoldaşı X20 adına rəsmiləşdirildiyini, Tapdıq binanın 2015-ci ilin may ayında istismara veriləcəyini vəd etsə də sözünə əməl etmədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 191-194; 5-ci cild, iş vərəqi 5- 8). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş X12 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2015-ci ilin fevral ayında tanışlarından Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 593 məhəllədə "xxxx" MTK tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasındakı mənzillərin sərfəli qiymətə satıldığını eşidib mənzil almaq qərarına gələrək X35 görüşdükdə sonuncunun onun dediyi məbləğlə razılaşmadığını, bir neçə gün ötmüş Zərərçəkmiş şəxs12 adlı şəxsin həmin binanın üçüncü mərtəbəsindəki sahəsi 166 m2 olan üçotaqlı 13 saylı mənzili satdığını öyrənib sonuncu ilə mənzilin alqı-satqısını 110.000 manata razılaşdıqlarını, 2015-ci il fevralın 14-də Mahirlə görüşərək 110.000 manatı sonuncuya ötürdüyünü, Tapdıq binanın 2015-ci ilin may ayında istismara veriləcəyini vəd etsə də sözünə əməl etmədiyini göstərmişdir (2-ci cild, iş vərəqi 163-166; 5-ci cild, iş vərəqi 143-146). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs15 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2008-ci ildə tanış olduğu Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, 593-cü məhəllədə hündürmərtəbəli binanın tikintisini apardığını, sonuncunun atası X36 həbsdə olduğundan tikintini başa çatdırmağı Eminə həvalə etdiyini, Eminin və Tapdığın vəsaitləri olmadığı üçün mənzillərin satışından əldə ediləcək pul hesabına tikintini başa çatdırmaq qərarına gəldiklərini eşitdikdə qiymət münasib olduğundan özünün də oradan mənzil almaq istədiyini və yeddinci mərtəbəki sahəsi 115,2 m2 olan üçotaqlı 38 saylı mənzili 74.880 manata razılaşıb 2010-cu il oktyabrın 22-də ilkin ödəniş qismində Eminə ötürdüyü 500 manat müqabilində mənzilin qardaşı X8 adına rəsmiləşdirildiyini, 2011-ci ilin dekabr ayınadək onun Eminə hissə-hissə 74.380 manat ödədiyini göstərmişdir (5-ci cild, iş vərəqi 127-130). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs17 ibtidai araşdırma vaxtı zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində 2011-ci ildən tanıdığı Təqsirləndirilən şəxsla sonuncunun atası Tapdıq Bəhmən oğlu Namazovun Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, 593 məhəllədə hündürmərtəbəli yaşayış binasının inşa etdirdiklərini öyrənməklə 2014-cü ilin dekabr ayında üçotaqlı mənzil almaq qərarına gəlib Eminlə razılaşaraq 116.200 manat müqabilində binanın on ikinci mərtəbəsindəki 60 saylı mənzilin onun adına rəsmiləşdirildiyini, Emin və Tapdıq binanın 2015-ci ilin may ayında istismara veriləcəyini vəd etsələr də sözlərinə əməl etmədiklərini göstərmişdir (5-ci cild, iş vərəqi 135-138). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ilə uyğun ifadə vermişdir (2-ci cild, iş vərəqi 117-120). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə oxşar ifadə vermişdir (2-ci cild, iş vərəqi 274-277). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ilə analoji ifadə vermişdir (2-ci cild, iş vərəqi 101-104). İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il 14 noyabr tarixli 1/37 nömrəli, 2014-cü il 23 dekabr tarixli və 2014-cü il 25 dekabr tarixli 1/42 nömrəli maliyyə arayışlarının, habelə 2014-cü il 07 noyabr, 2014-cü il 23 dekabr və 2014-cü il 25 dekabr tarixli mənzillərin alqı-satqı müqavilələrinin kserosurətlərindən görünür ki, payçı Zərərçəkmiş şəxs19 kooperativdə 1 №-li evin birinci blokunun yeddinci mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 161,1 m2 olan 37 saylı, ikiotaqlı ümumi sahəsi 102,9 m2 olan 40 saylı, üçotaqlı ümumi sahəsi 161 m2 olan 42 saylı və ikiotaqlı ümumi sahəsi 102,9 m2 olan 39 saylı mənzilləri almaqla sonuncu dəyərlərini tam ödədiyindən qeyd olunan mənzillər üçün borcu yoxdur (1-ci cild, iş vərəqi 28-52). İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il 04 sentyabr tarixli maliyyə arayışının və eyni tarixli mənzilin alqı-satqı müqaviləsinin kserosurətlərindən görünür ki, payçı X4 1 №-li evin birinci blokunun birinci mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 115,2 m2 olan 2 saylı və ikotaqlı ümumi sahəsi 102,9 m2 olan 3 saylı mənzilləri almaqla sonuncu dəyərlərini tam ödədiyindən qeyd olunan mənzillər üçün borcu yoxdur (1-ci cild, iş vərəqi 56-67). İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il 11 avqust tarixli 1/28 nömrəli, 2014cü il 25 dekabr tarixli 1/52 nömrəli, 2014-cü il 25 dekabr tarixli 1/54 nömrəli, 2014-cü il 24 sentyabr tarixli 1/51 nömrəli və 2014-cü il 22 sentyabr tarixli 1/50 nömrəli maliyyə arayışlarının, habelə 2014-cü il 11 avqust, 2014-cü il 07 noyabr, 2014-cü il 24 sentyabr və 2014-cü il 22 sentyabr tarixli mənzillərin alqı-satqı müqavilələrinin kserosurətlərindən görünür ki, payçı Zərərçəkmiş şəxs3 kooperativdə 1 №-li evin birinci blokunun birinci mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 161,1 m2 olan 1 saylı, doqquzuncu mərtəbəsindəki ikiotaqlı ümumi sahəsi 102,9 m2 olan 52 saylı, üçotaqlı ümumi sahəsi 161,1 m2 olan 54 saylı, ikiotaqlı ümumi sahəsi 102,9 m2 olan 51 saylı və üçotaqlı ümumi sahəsi 115.2 m2 olan 50 saylı mənzilləri almaqla sonuncu dəyərlərini tam ödədiyindən qeyd olunan mənzillər üçün borcu yoxdur (1-ci cild, iş vərəqi 73-78 və 84-107). İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il 20 oktyabr tarixli 1/29 nömrəli maliyyə arayışının və eyni tarixli mənzillərin alqı-satqı müqaviləsinin kserosurətlərindən görünür ki, payçı Zərərçəkmiş şəxs3 kooperativdə 1 №-li evin birinci blokunun beşinci mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 115,2 m2 olan 29 saylı mənzili almaqla sonuncu dəyərini tam ödədiyindən qeyd olunan mənzil üçün borcu yoxdur (1-ci cild, iş vərəqi 79- 89). İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2007-ci il 11 dekabr tarixli ******* №-li çıxarışın, Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il 19 sentyabr tarixli 008 nömrəli tikilən obyektin mövcud vəziyyətdə uçot nişanının və Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 2012-ci il 26 aprel tarixli 170 nömrəli sərəncamının kserosurətlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi 593-cü məhəllədəki 0,13 ha torpaq sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 1997-ci il 25 sentyabr tarixli 1119 saylı sərəncamı və Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinini 2007-ci il 28 sentyabr tarixli qərardadı ilə ofis layihələşdirilməsi və tikintisi üçün "xxxx" Firmasının istifadəsinə verilmiş, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 2012-ci il 26 aprel tarixli 170 saylı sərəncamı əsasında obyektin təyinatı qeyd edilən ünvanda onmərtəbəli bir girişli yaşayış binası tikilməsi kimi müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 108-109). İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il 27 iyul tarixli 1/27 nömrəli və 1/26 nömrəli maliyyə arayışlarının, eyni tarixli mənzillərin alqı-satqı müqavilələrinin kserosurətlərindən görünür ki, payçı Zərərçəkmiş şəxs4 kooperativdə 27 №-li evin birinci blokunun beşinci mərtəbəsindəki ikiotaqlı ümumi sahəsi 102,9 m2 olan 27 saylı və 27 №-li evin birinci blokunun beşinci mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 115,2 m2 olan 26 saylı mənzilləri almaqla sonuncu dəyərlərini tam ödədiyindən qeyd olunan mənzillər üçün borcu yoxdur (1-ci cild, iş vərəqi 122-133). İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il 14 noyabr tarixli 1/28 nömrəli və 2014-cü il 20 oktyabr tarixli 1/53 nömrəli maliyyə arayışlarının, 2014-cü il 20 oktyabr tarixli mənzillərin alqı-satqı müqavilələrinin kserosurətlərindən müvafiq qaydada görünür ki, payçılar Zərərçəkmiş şəxs5 və Şahid3 (Zərərçəkmiş şəxs7 anası) kooperativdə 1 №-li evin birinci blokunun beşinci mərtəbəsindəki ikiotaqlı ümumi sahəsi 102,9 m2 olan 28 saylı və doqquzuncu mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 115,2 m2 olan 53 saylı mənzilləri almaqla sonuncular dəyərlərini tam ödədiyindən qeyd olunan mənzillər üçün borcları yoxdur (1-ci cild, iş vərəqi 137-142 və 149-154). İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il 10 mart tarixli 1/30 nömrəli maliyyə arayışının və eyni tarixli mənzillərin alqı-satqı müqaviləsinin kserosurətlərindən görünür ki, payçı Zərərçəkmiş şəxs11 kooperativdə 1 №-li evin birinci blokunun beşinci mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 161,1 m2 olan 30 saylı mənzili almaqla sonuncu dəyərini tam ödədiyindən qeyd olunan mənzil üçün borcu yoxdur (1-ci cild, iş vərəqi 202 və 271-276). İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il 14 oktyabr tarixli 1/41 nömrəli və 2014-cü il 31 yanvar tarixli 1/38 nömrəli maliyyə arayışlarının, eyni tarixli mənzillərin alqısatqı müqavilələrinin kserosurətlərindən müvafiq qaydada görünür ki, payçılar X37 (Zərərçəkmiş şəxs16 arvadı) və Zərərçəkmiş şəxs1 kooperativdə 1 №-li evin birinci blokunun yeddinci mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 115,2 m2 olan 41 saylı və üçotaqlı ümumi sahəsi 115,2 m2 olan 38 saylı mənzilləri almaqla sonuncular dəyərlərini tam ödədiyindən qeyd olunan mənzillər üçün borcları yoxdur (1-ci cild, iş vərəqi 226-231 və 233-238). İş materiallarında olan 2014-cü il 20 oktyabr tarixli kassa mədaxil orderinin qəbzinin və eyni tarixli mənzillərin alqı-satqı müqaviləsinin kserosurətlərindən görünür ki, alıcı X47 (Zərərçəkmiş şəxs6 anası) "xxxx" MTK-da 1 №-li evin birinci blokunun üçüncü mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 115,2 m2 olan 17 saylı mənzil üçün 95.000 manat ilkin ödəniş etmişdir (1-ci cild, iş vərəqi 240-245). İş materiallarında olan "xxxx" MTK-nın 2015-ci il 16 aprel tarixli 1/18 nömrəli maliyyə arayışının və eyni tarixli mənzillərin alqı-satqı müqaviləsinin kserosurətlərindən görünür ki, payçı X38 (Zərərçəkmiş şəxs18 arvadı) kooperativdə 1 №-li evin birinci blokunun üçüncü mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 161,1 m2 olan 18 saylı mənzili almaqla sonuncu dəyərini tam ödədiyindən qeyd olunan mənzil üçün borcu yoxdur (1-ci cild, iş vərəqi 247- 252). İş materiallarında olan "xxxx" MTK-nın Nizamnaməsinin kserosurətindən görünür ki, həmin nizamnamə 2008-ci il fevralın 05-də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi X62 İdarəsi tərəfindən qeydiyyata alınmışdır (1-ci cild, iş vərəqi 253-254). İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Hüquqi X63 haqqında ********** nömrəli Şəhadətnaməsinin kserosurətindən görünür ki, "xxxx" MTK 2008-ci il fevralın 05-də dövlət qeydiyyatına alınmışdır (1-ci cild, iş vərəqi 255). İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il 20 oktyabr tarixli 1/49 nömrəli və 2015-ci il 15 fevral tarixli 1/13 nömrəli maliyyə arayışlarının, eyni tarixli mənzillərin alqısatqı müqavilələrinin kserosurətlərindən müvafiq qaydada görünür ki, payçılar X48 (Zərərçəkmiş şəxs9 arvadı) və X1 1 №-li evin birinci blokunun doqquzuncu mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 161,1 m2 olan 49 saylı və üçüncü mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 166 m2 olan 13 saylı mənzilləri almaqla sonuncular dəyərlərini tam ödədiyindən qeyd olunan mənzillər üçün borcları yoxdur (1-ci cild, iş vərəqi 257-262 və 264-269). İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il 04 sentyabr tarixli 1/33 nömrəli və 2014-cü il 23 dekabr tarixli maliyyə arayışlarının, eyni tarixli mənzillərin alqı-satqı müqavilələrinin kserosurətlərindən görünür ki, payçı Şahid2 (Zərərçəkmiş şəxs12 bibisi oğlu) kooperativdə 1 №-li evin birinci blokunun üçüncü mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 115,2 m2 olan 14 saylı və ikiotaqlı ümumi sahəsi 102,9 m2 olan 16 saylı mənzilləri almaqla sonuncu dəyərlərini tam ödədiyindən qeyd olunan mənzillər üçün borcu yoxdur (1-ci cild, iş vərəqi 278-290). İş materiallarındakı Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi 2017-ci il 07 fevral tarixli rəydən görünür ki, "xxxx" MTK inşa etdiyi binaya həmin vaxtadək faktiki olaraq xərclənmiş vəsaitlərin məbləği kooperativin üzvləri tərəfindən ödənilmiş vəsaitlərlə faktiki olaraq binaya xərclənmiş vəsaitlər arasında fərqlərin olub-olmaması və bina sakinlərinə dəyən zərərin məbləği ancaq istintaq vasitəsilə müəyyən edilə bilər (1-ci cild, iş vərəqi 292-296). İş materiallarında olan 2010-cu il 22 oktyabr tarixli mənzillərin alqı-satqı müqaviləsinin, 2011-ci il 21 yanvar, 2011-ci il 21 fevral, 2011-ci il 20 mart, 2011-ci il 21 aprel, 2011-ci il 21 may, 2011-ci il 21 iyun və 2011-ci il 21 iyul tarixli kassa mədaxil orderlərinin qəbzlərinin kserosurətlərindən görünür ki, payçı X14 (Zərərçəkmiş şəxs15 qardaşı) kooperativdə 1 №-li evin birinci blokunun yeddinci mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 115,2 m2 olan mənzil üçün 3.500 manat ödəniş etmişdir (2-ci cild, iş vərəqi 6-14). İş materiallarındakı Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi 2017-ci il 26 fevral tarixli protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasına baxış zamanı binanın tikintisinin yarımçıq qalması və faktiki olaraq heç bir tikinti işi aparılmaması müəyyən edilmiş, fotocədvəl protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 75-86). İş materiallarında olan 2014-cü il 01 oktyabr tarixli kassa mədaxil orderinin qəbzlərinin və 2014-cü il 01 oktyabr tarixli mənzillərin alqı-satqı müqavilələrinin kserosurətlərindən görünür ki, payçı Zərərçəkmiş şəxs8 "xxxx" MTK-da 1 №-li evin birinci blokunun doqquzuncu mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 115,2 m2 olan 44 saylı, yeddinci mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 115,2 m2 olan 32 saylı, səkkizinci mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 115,2 m2 olan 39 saylı və 47 saylı mənzilləri almaqla sonuncu dəyərlərini tam ödədiyindən qeyd olunan mənzillər üçün borcu yoxdur (2-ci cild, iş vərəqi 126-140 və 4-cü cild, iş vərəqi 204-215). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2017-ci il 07 mart tarixli qərarının surətindən görünür ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi 593-cü məhəllədə inşa edilən çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur (2-ci cild, iş vərəqi 161-162). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X72 İdarəsinin 2017-ci il 02 mart tarixli 016-25048-1217 nömrəli məktubundan görünür ki, idarənin Qeydiyyat-İmtahan Şöbəsinin kompüter uçot bazasına görə Təqsirləndirilən şəxs adında «Mercedes 400CDİ Minik» markalı 10VO008 dövlət qeydiyyat nişanlı, X36 adında isə «Lexus LX570 Minik» markalı 10HO008 dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdan keçmişdir (2-ci cild, iş vərəqi 201-203). İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin 2012-ci il 08 oktyabr tarixli 12631 nömrəli torpaq sahəsinin ayrılmasına dair inşaat pasportunun və Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 2012-ci il 26 aprel tarixli 170 №-li sərəncamının kserosurətlərindən görünür ki, 1 saylı Yerli İqtisad Məhkəməsinin 2007-ci il 28 sentyabr tarixli qərardadı, "xxxx" firmasının 2011-ci il 23 avqust tarixli 22 saylı müraciəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi 2007-ci il 11 dekabr tarixli MH seriyalı ******* saylı çıxarış nəzərə alınaraq Bakı Şəhəri İcra Hakimiyyətinin 2005-ci il 17 avqust tarixli 220 saylı sərəncamının 27-ci bəndi ləğv edilmiş və torpaq sahəsinin təyinatı dəyişdirilib yaşayış binasının tikinsinin layihələndirilməsinə icazə verilmişdir (2-ci cild, iş vərəqi 240-250). İş materiallarında olan 1 saylı Yerli İqtisad Məhkəməsinin 2007-ci il 28 sentyabr tarixli qərardadının kserosurətindən görünür ki, "xxxx" firmasının «Solid Konsultinq LTD» məhdud məsuliyyətli cəmiyyətinə pul ödəməsi ilə Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 593-cü məhəllədə yerləşən 12 mərtəbədən ibarət tikiləcək və 4 mərtəbəsinin tikildiyi yarımçıq binaya mülkiyyət hüquqlarının yaranmasına dair tərəflərin barışıq sazişi təsdiqlənmiş, Bakı Şəhəri İcra Hakimiyyətinin 2005-ci il 17 avqust tarixli 220 saylı sərəncamının 27-ci bəndi ləğv edilmiş, Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 593cü məhəllədə yerləşən və tikilməkdə olan onikimərtəbəli yarımçıq binanın tikintisi üçün torpaq sahəsi ayrılması barəsindəki Bakı Şəhəri İcra Hakimiyyətinin 1997-ci il 25 sentyabr tarixli 11/9 saylı sərəncamının və digər tikinti inşaat sənədlərinin ilkin hüquqi qüvvəsi bərpa edilməklə başa çatdırılması, onu öz adına xüsusi mülkiyyət kimi qeydiyyata aldırması və bununla əlaqədar digər hüquqlar "xxxx" firmasına verilmişdir (2-ci cild, iş vərəqi 249-250). İş materiallarında olan 1 saylı Yerli İqtisad Məhkəməsinin 2004-cü il 24 mart tarixli qiyabi qətnaməsinin kserosurətindən görünür ki, 2003-cü il dekabrın 29-da Respublika Xammal və Əmtəə Birjası «Külək» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən keçirilmiş hərracın nəticələri ləğv edilmiş, hərrac komissiyasının hərracın yekunları barədə tərtib etdiyi 55 saylı protokol və «Solid Konsultinq LTD» müəssisəsi ilə Yasamal rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsi arasında bağlanmış 2003-cü il 29 dekabr tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmış, Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 593cü məhəllədə yerləşən binanın alınması ilə bağlı 995.000.000 manat məbləğində vəsaitin müəssisəyə qaytarılması qərara alınmışdır (2-ci cild, iş vərəqi 258-261). İş materiallarında olan 1 saylı Yerli İqtisad Məhkəməsinin 2001-ci il 18 dekabr tarixli qiyabi qətnaməsinin kserosurətindən görünür ki, cavabdeh "xxxx" firmasının hesablaşma hesabından iddiaçı Azərbaycan Beynəlxalq Bankının xeyrinə 395.000.000 manat məbləğində əsas borc, 106.650.000 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 501.650.000 manat borcu və 100.000 manat dövlət rüsumu tutulması, firmaya və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyulması qərara alınmışdır (2-ci cild, iş vərəqi 262-266). İş materiallarındakı Külək» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təşkil olunan hərrac komissiyasının tərtib etdiyi 2004-cü il 18 may tarixli 12/01 №-li hərracın yekunları barədə protokolun və eyni tarixli müqavilənin kserosurətlərindən görünür ki, hərracda Bakı şəhəri Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Qurumu ilə «Solid Konsultinq LTD» müəssisəsi arasında ünvan 3 yerləşən üçmərtəbəli yarımçıq tikilinin 501.400.000 manata satılması barədə alqı-satqı müqaviləsi bağlanmışdır (2-ci cild, iş vərəqi 269-273). İş materiallarında olan Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2017-ci il 17 aprel tarixli qərarlarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 308.1.-ci maddəsi ilə istintaq olunan cinayət işi həmin Məcəllənin 178.3.2.-ci və 308.1.-ci maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxs X49 Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (3-cü cild, iş vərəqi 1-4). İş materiallarında olan 2012-ci il 19 iyul tarixli mənzillərin alqı-satqı müqaviləsinin, 2012-ci il 19 iyul, 2012-ci il 17 avqust, 2012-ci il 28 sentyabr, 2012-ci il 30 oktyabr, 2013-cü il 31 yanvar, 2014-cü il 24 sentyabr tarixli kassa mədaxil orderinin qəbzlərinin kserosurətlərindən görünür ki, payçı X27 "xxxx" MTK-da 1 №-li evin birinci blokunun altıncı mərtəbəsindəki ikiotaqlı ümumi sahəsi 102,9 m2 olan 69.972 manata satılan 24 saylı mənzil üçün 26.264 manat ödəniş etmişdir (3-cü cild, iş vərəqi 41-45). İş materiallarında olan 2017-ci il 15 may tarixli mütəxəssis aktından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, 593-cü məhəllə ünvanında birgirişli, onmərtəbəli, çardaqlı, ikisəviyyəli, birinci mərtəbəsi və kürsü mərtəbəsi qeyriyaşayış sahəsi olan yaşayış binasının tikinti normalarının və digər halların yoxlaması aparılmışdır (3-cü cild, iş vərəqi 73-114). İş materiallarında olan Bakı Şəhər MKTD-nin 1 saylı XTMKTB-nin 141 saylı MKİS-nin 2017-ci il 01 may tarixli 639 №-li arayışından görünür ki, X50 Mehdi Abbasov küçəsi, ev 23, mənzil 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq orada yaşamır (3-cü cild, iş vərəqi 117). İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2017-ci il 11 may tarixli **********38 №-li məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2017-ci il 14 aprel tarixli qərarı icra edilərək X28 mülkiyyətindəki Xaçmaz rayonunun Nabran kəndində yerləşən əmlak kompleksi kimi müəssisənin və həmin kənddəki 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur (3cü cild, iş vərəqi 119). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 2017-ci il 18 may tarixli 101-17874 №-li məktubundan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2017-ci il 24 aprel tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsindəki Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə olan cinayət işinə 2017-ci il aprelin 24-də Azərbaycan Respublikasının CPM-nin 39.1.2.-ci maddəsinə əsasən xitam verilmişdir (3-cü cild, iş vərəqi 121-147 və 7-ci cild, iş vərəqi 152-177). İş materiallarında olan 2015-ci il 05 yanvar tarixli mənzillərin alqı-satqı müqaviləsinin, 2015-ci il 05 yanvar, 2015-ci il 12 fevral, 2015-ci il 06 mart, 2015-ci il 30 mart avqust və 2015-ci il 04 may tarixli kassa mədaxil orderinin qəbzlərinin kserosurətlərindən görünür ki, payçı X39 (Mamay Maqsud oğlu Qulubəyovun arvadı) "xxxx" MTK-da 1 №-li evin birinci blokunun səkkizinci mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 166,1 m2 olan 132.800 manata satılan 43 saylı mənzil üçün 87.800 manat ödəniş etmişdir (3-cü cild, iş vərəqi 156-162). İş materiallarında olan 2017-ci il 01 avqust tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 27 aprel tarixli 10276 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" firması tərəfindən inşa edilmiş ünvan 3 yerləşən birgirişli onmərtəbəli + çardaq ikisəviyyəli birinci mərtəbəsi və kürsü mərtəbəsi qeyri-yaşayış sahəsi olan yaşayış binasının birinci mərtəbəsinin birinci və ikinci səviyyələrinin faktiki bazar dəyəri 1 m2-nın qiyməti 1.500 manat olmaqla 1.901,400 manat (1267.60 m2x1.500 manat=1.901,400 manat) dəyərində müəyyənləşdirilmişdir, binanın tikintisinə 1.489.145,90 manat maliyyə vəsaiti sərf edilmişdir, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (3-cü cild, iş vərəqi 166-170; 4-cü cild, iş vərəqi 113-115). İş materiallarında olan 2017-ci il 05 dekabr tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İntiqam Osmanov tərəfindən X36 vurduğu ziyan üçün 54.000 manat ödənilmişdir (4-cü cild, iş vərəqi 23). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 13 mart tarixli 6410 nömrəli ekspert rəyindən görünür ki, 2017-ci il 15 may tarixli aktda müəyyən edilmiş binanın tikintisinin indiki səviyyəsinə qədər sırf tikinti-quraşdırma işlərinə sərf edilən 1.489.145,90 manat məbləğində maliyyə vəsaitinin miqdarı istintaqla nəzərə alındığı təqdirdə iş materiallarındakı sənədlərə (mənzillərin alqı-satqısına dair müqavilələr, maliyyə arayışları və mədaxil qəbzləri) əsasən tədqiqata təqdim edilən mənzillərin alqı-satqısından əldə edilmiş məbləğlərlə tikintiyə sərf olunan məbləğlər arasında fərq müəyyən olunur, o cümlədən 2.014.784,5 (mənzil satışı) – 1.489.145,90 (tikintiyə sərf olunan məbləğ) = 525.638,6 (fərq); ekspertiza tədqiqatının dəyəri 50 manatdır (4-cü cild, iş vərəqi 33-36). İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il 20 dekabr tarixli arayışının və eyni tarixli mənzillərin alqı-satqı müqaviləsinin kserosurətlərindən görünür ki, payçı Zərərçəkmiş şəxs17 kooperativdə 1 №-li evin birinci blokunun on ikinci mərtəbəsindəki üçotaqlı ümumi sahəsi 166,1 m2 olan 60 saylı mənzilin dəyərini tam ödədiyindən qeyd olunan mənzil üçün borcu yoxdur (4-cü cild, iş vərəqi 42-46). İş materiallarında olan Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2018-ci il 14 mart tarixli qərarından və eyni tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 308.1.-ci və 313-cü, təqsirləndirilən şəxs X49 Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 32.5, 308.1.-ci və 32.5, 313-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (4-cü cild, iş vərəqi 50-53 və 58-61). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2018-ci il 16 mart tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 308.1.-ci və 313-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 02 ay 27 gü həddində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin sonuncunun tutulduğu andan hesablanması qərara alınmışdır (4-cü cild, iş vərəqi 88-91). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2018-ci il 13 aprel tarixli 091-11496-1218 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2017-ci il yanvarın 05-də saat 15:37:30-da Azərbaycan Respublikasının hüdudlarından Culfa nəzarət-buraxılış məntəqəsindən çıxıb Türkiyə Respublikasına keçməsi müəyyənləşdirilmişdir (4-cü cild, iş vərəqi 105). İş materiallarında olan 2018-ci il 12 iyun tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanındakı birgirişli onmərtəbəli + çardaq, ikisəviyyəli birinci mərtəbəsi və kürsü mərtəbəsi qeyri-yaşayış sahəsi olan yaşayış binasının tikintisinin tamamlanıb başa çatdırılmasına sərf olunacaq maliyyə vəsaitinin həcminin 1.901.306,27 manat olması müəyyən edilmişdir (4-cü cild, iş vərəqi 148-199). İş materiallarında olan «Bank Respublika» açıq səhmdar cəmiyyətinin 2018-ci il 07 noyabr tarixli 5604 №-li məktubundan və Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 11 oktyabr tarixli qətnaməsinin, «X54» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təşkil olunan hərrac təşkilatının 2018-ci il 17 sentyabr tarixli 128 №-li hərracın yekunları barədə protokolun və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 2018-ci il 29 oktyabr tarixli məktubunun kserosurətlərindən görünür ki, açıq səhmdar cəmiyyəti ilə X51 arasında bağlanmış 2013-cü il 07 oktyabr tarixli 13013-02/313605 №-li kredit müqaviləsinin təminatı kimi X28 mülkiyyətindəki Xaçmaz rayonunun Nabran kəndində yerləşən 2.252,2 m2 ümumi, 1.619,70 m2 tikintialtı sahədən ibarət əmlak kompleksi kimi müəssisə bank qarşısında ipoteka yüklü edilmiş, müqavilədən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydad icra edilmədiyindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2017-ci il 04 aprel tarixli qətnaməsi əsasında tutma yönəldilmiş qeyd olunan əmlak kompleksinin açıq hərracda satılması qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 11 oktyabr tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməklə bankın iddiası təmin olunaraq əmlak kompleksi açıq hərracda satışa çıxarılmış, bank tərəfindən alınan əmlak kompleksinə mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və texniki pasportun alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə edilən müraciətin icrasından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2017-ci il 14 aprel tarixli qərarı əsasında əmlak kompleksi üzərinə həbs qoyulması əsas gətirilərək idarə tərəfindən imtina edilmişdir (4-cü cild, iş vərəqi 220- 233). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2019-cu il 26 yanvar tarixli 091-3025-1219 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il yanvarın 10-da Gürcüstan DİN-in X69 Departamentinin əməkdaşları tərəfindən tutulmuşdur (4-cü cild, iş vərəqi 240-241). İş materiallarındakı Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin X21 tərtib etdiyi X60 məxsus olmaqla sonuncunun bacısı X29 mülkiyyətində olan Xaçmaz rayonunun Nabran kəndində əmlak kompleksinin (Qafqaz Otelin) və həmin kənddə yerləşən 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiymətinin müəyyən edilməsi barədə 2019-cu il 13 fevral tarixli rəydən görünür ki, binanın tikilməsinə dair xərclər barədə məlumatlar araşdırmaya təqdim edilmədiyindən binanın hazırki vəziyyətinə görə çəkilən xərclərin məbləğini müəyyən etmək mümkün olmamış, 1,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin orta bazar qiymətinin 187.000 manat, əmlak kompleksinin orta bazar qiymətinin 900.000 manat olması müəyyənləşdirilmişdir (4-cü cild, iş vərəqi 248-252). İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2019-cu il 07 fevral tarixli **********954400 №-li məktubundan görünür ki, vergi orqanının əməkdaşları Şahid1 və Zərərçəkmiş şəxs12 "xxxx" MTK-nın vergi borclarının bağlanılmasını təmin edəcəkləri və aidiyyəti qurumdan tikintiyə icazə alacaqları barədə X60 yalandan vəd vermələri, habelə kooperativin sahibkarlıq fəaliyyətinə himayədarlıq etmələri konkret faktlarla sübuta yetirilməmişdir (5-ci cild, iş vərəqi 64-65). İş materiallarında olan Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2019-cu il 21 fevral tarixli qərarından görünür ki, "xxxx" MTK tərəfindən Zərərçəkmiş şəxs15 verilmiş 38 saylı mənzilə dair 2010-cu il 22 oktyabr tarixli alqı-satqı müqaviləsi, Zərərçəkmiş şəxs1 verilmiş 38 saylı mənzilə dair 2014-cü il 31 yanvar tarixli, Zərərçəkmiş şəxs8 verilmiş 32 saylı, 38 saylı, 44 saylı və 47 saylı mənzillərə dair 2014-cü il 01 oktyabr tarixli, X15 verilmiş 24 saylı mənzilə dair 2012-ci il 12 iyul tarixli, Zərərçəkmiş şəxs4 verilmiş 26 saylı və 27 saylı mənzillərə dair 2014-cü il 27 iyul tarixli, Zərərçəkmiş şəxs3 verilmiş 01 saylı mənzilə dair 2014-cü il 11 avqust tarixli, 50 saylı mənzilə dair 2014-cü il 22 sentyabr tarixli, 51 saylı mənzilə dair 2014-cü il 24 sentyabr tarixli, 29 saylı mənzilə dair 2014-cü il 20 oktyabr tarixli, 52 saylı və 54 saylı mənzillərə dair 2014-cü il 25 dekabr tarixli, X45 verilmiş 2 və 3 saylı mənzillərə dair 2014-cü il 04 sentyabr tarixli, Zərərçəkmiş şəxs12 verilmiş 14 saylı mənzilə dair 2014-cü il 04 sentyabr tarixli, 16 saylı mənzilə dair 2014-cü il 23 dekabr tarixli, Zərərçəkmiş şəxs16 verilmiş 41 saylı mənzilə dair 2014-cü il 14 oktyabr tarixli, Zərərçəkmiş şəxs7 verilmiş 53 saylı, Zərərçəkmiş şəxs6 verilmiş 17 saylı və Zərərçəkmiş şəxs9 verilmiş 49 saylı mənzilə dair 2014-cü il 20 oktyabr tarixli, Zərərçəkmiş şəxs5 verilmiş 28 saylı mənzilə dair 2014-cü il 14 noyabr tarixli, Zərərçəkmiş şəxs19 verilmiş 37 saylı mənzilə dair 2014-cü il 14 noyabr tarixli, 39 saylı, 40 saylı və 42 saylı mənzillərə dair 2014-cü il 23 dekabr tarixli, Zərərçəkmiş şəxs17 verilmiş 60 saylı mənzilə dair 2014-cü il 20 dekabr tarixli, X40 verilmiş 43 saylı mənzilə dair 2015-ci il 05 yanvar tarixli, X10 verilmiş 13 saylı mənzilə dair 2015-ci il 14 fevral tarixli, Zərərçəkmiş şəxs11 verilmiş 30 saylı mənzilə dair 2015-ci il 10 mart tarixli və Zərərçəkmiş şəxs18 verilmiş 18 saylı mənzilə dair 2015-ci il 16 aprel tarixli alqı-satqı müqavilələri və eyni tarixli maliyyə arayışları maddi sübut kimi tanınmışdır (5-ci cild, iş vərəqi 155-158). İş materiallarında olan Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2019-cu il 22 fevral tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, X49 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci, 308.2.ci və 313-cü maddələri ilə ittiham elan olunmuş, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində cinayət işi ayrılmış, Zərərçəkmiş şəxs12, Şahid1, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs4 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir (5-ci cild, iş vərəqi 159-204). İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 26 avqust tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) X61 Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci, 308.2.-ci və 313-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməmiş, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci və 308.2.-ci maddələri ilə Azərbaycan Respublikasının CM-nin 66.3-cü və 66.4cü maddələrinə əsasən X55 qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; ondan Zərərçəkmiş şəxs3 xeyrinə 356.448 manat, Zərərçəkmiş şəxs19 xeyrinə 248.160 manat, Zərərçəkmiş şəxs4 xeyrinə 102.507 manat, Zərərçəkmiş şəxs11 xeyrinə 75.670 manat, Zərərçəkmiş şəxs18 xeyrinə 144.900 manat, Zərərçəkmiş şəxs5 xeyrinə 48.363 manat, Zərərçəkmiş şəxs12 və X34 hər birinin xeyrinə 102.507 manat, Zərərçəkmiş şəxs9 xeyrinə 75.670 manat, Zərərçəkmiş şəxs6 xeyrinə 95.000 manat, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs16 hər birinin xeyrinə 54.144 manat, X9 xeyrinə 110.000 manat, Zərərçəkmiş şəxs15 xeyrinə 74.380 manat və Zərərçəkmiş şəxs17 xeyrinə 116.200 manat tutulması qərara alınmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2017-ci il tarixli 07 mart qərarı ilə "xxxx" MTK-ya məxsus olan ünvan 3 inşa edilmiş çoxmərtəbəli binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə həmin əmlak üzərinə qoyulmuş həbsin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2017-ci il 14 aprel tarixli qərarı ilə "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış **-VO-*** nömrə nişanlı 2002-ci il buraxılışlı «Mercedes 400 CDİ» minik markalı avtomobil, X41 adına qeydiyyata alınmış «Lexus LX570 markalı» 2011-ci il buraxılışlı **-HO-*** nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin mülki iddianın təmin edilməsi məqsədi ilə ləğv edilməməsi mümkün hesab edilmişdir (5-ci cild, iş vərəqi 208-230). İş materiallarında olan Azərbaycan Respublikasının baş prokuroru 2019-cu il 03 oktyabr tarixli 12/1-2373-19 №-li və Gürcüstan Baş Prokurorluğunun 2019-cu il 02 oktyabr tarixli 13/69747 №-li məktublarından görünür ki, Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin 6 nömrəli müəssisəsində 2019-cu il yanvarın 08-dən ekstradisiya həbsində olan Təqsirləndirilən şəxs 2019-cu il oktyabrın 08-dək Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına veriləcəkdir (5-ci cild, iş vərəqi 234-235 və 238- 239). İş materiallarında olan Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2019-cu il 04 oktyabr tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci, 308.2.-ci və 313-cü maddələri ilə istintaq olunan cinayət işi üzrə əməl həmin Məcəllənin 178.3.2.-ci və 308.1.-ci maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 308.1.-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (5-ci cild, iş vərəqi 242-248). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2019-cu il 08 oktyabr tarixli 091-47271-1219 №-li məktubunun kserosurətindən və 2019-cu il 07 oktyabr tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il oktyabrın 07-də Şıxlı sərhədkeçid məntəqəsində Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşlarından təhvil alınaraq idarənin müvəqqəti saxlama yerinə gətirilmişdir (5-ci cild, iş vərəqi 250; 6-cı cild, iş vərəqi 3-4). İş materiallarında olan Gürcüstan Ədliyyə Nazirliyinin 2019-cu il 02 oktyabr tarixli 414 №-li əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına etap edilməsi Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinə tapşırılmışdır (6-cı cild, iş vərəqi 66-69). İş materiallarında olan Gürcüstan Rustavi Şəhər Məhkəməsinin 2019-cu il 10 yanvar tarixli, Gürcüstan Tbilisi Şəhər Məhkəməsinin 2019-cu il 04 aprel tarixli və 2019-cu il 05 iyul tarixli hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il yanvarın 08-dən hesablanmaqla seçilmiş ekstradisiya həbsinin müddəti 2019-cu il oktyabrın 08-dək uzadılmışdır (6-cı cild, iş vərəqi 267-271, 283-289 və 295-301). İş materiallarında olan X33 Məhkəməsinin 2019-cu il 16 yanvar tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Rustavi Şəhər Məhkəməsinin 2019-cu il 10 yanvar tarixli hökmündən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir (6-cı cild, iş vərəqi 275-280). İş materiallarında olan Gürcüstan Tbilisi Şəhər Məhkəməsinin 2019-cu il 20 sentyabr tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsindəki Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 308.1.-ci maddələri ilə nəzərdə tutulan əməllərə görə cinayət təqibinin həyata keçirilməsi məqsədilə sonuncunun Azərbaycan Respublikasına ektradisiya edilməsi qərara alınmış, Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə nəzərdə tutulan əmələ görə barəsində cinayət təqibinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasına ektradisiya edilməsi qəbulolunmaz elan edilmişdir (6-cı cild, iş vərəqi 302-314). İş materiallarında olan Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2020-ci il tarixsiz qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.ci, 179.3.2.-ci və 308.2.-ci maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (7-ci cild, iş vərəqi 105-109). İş materiallarındakı Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi 2020-ci il 24 aprel tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi ilə bağlı Gürcüstana 2019-cu il dekabrın 21-də göndərilmiş sorğunun icrası ilə əlaqədar həmin ölkənin Baş Prokurorluğu tərəfindən daxil olmuş şifahi məlumatda «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 1993-cü il 22 fevral tarixli Konvensiyanın 6altıncı maddəsinə müvafiq olaraq sonuncuya Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci və 308.2.-ci maddələri ilə yenidən ittiham elan olunmasına dair Gürcüstan tərəfinin razılığının alınması üçün 2019-cu il 29 dekabr tarixli 12/1-4286-19 nömrəli məktubla Gürcüstanın Baş Prokurorluğuna göndərilən sorğuya baxılmış, qeyd edilən ittihamla bağlı faktların eyni olması səbəbindən hazırki iş üzrə «Ekstradisiya haqqında» Avropa Konvensiyanın 14-cü maddəsinin 3-cü bəndinin tətbiq olunmalı olduğu və razılığa ehtiyac olmadığı bildirilmiş, pandemiya ilə əlaqədar karantin rejimi səbəbindən rəsmi cavab verilməsinin ləngiməsi, qısa müddətdə rəsmi qaydada məlumat veriləcəyi göstərilmişdir (8-ci cild, iş vərəqi 6). İş materiallarında olan Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2020-ci il 24 aprel tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əlavə və dəyişikliklər edilməklə Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci və 308.2.-ci maddələri ilə yenidən ittiham elan olunmuş, 2019-cu il 22 fevral tarixli sübutların qiymətləndirilməsi haqqında qərar nəzərə alınmış, X6 51.000 manat pul verməsi ilə bağlı xüsusiyyət üzrə cinayət təqibinin başlanması rədd edilmiş, X30 Təqsirləndirilən şəxs 3 sot torpaq sahəsi almaq məqsədilə 40.000 manat pul verməsi ilə bağlı xüsusiyyət üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2017-ci il 24 aprel tarixli qərarı, eləcə də Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin 2019-cu il 21 fevral tarixli qərarı maddi sübut kimi tanıma haqqında qərarı nəzərə alınmışdır (8-ci cild, iş vərəqi 7- 47). Məhkəməyə daxil olan notariat qaydasında təsdiqlənmiş 2020-ci il 20 oktyabr, 2020ci il 27 oktyabr, 2020-ci il 28 oktyabr, 2020-ci il 30 oktyabr, 2020-ci il 03 noyabr, 2020-ci il 04 noyabr, 2020-ci il 06 noyabr, 2020-ci il 12 noyabr, 2020-ci il 16 noyabr, 2020-ci il 19 noyabr, 2021-ci il 21 iyun və 2021-ci il 02 iyul tarixli ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər X46, X59, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11, X12, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs18 və Heydər Əli oğlu X67 Namazovla barışmışlar, sonuncuya qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəməyə təqdim olunan 2020-ci il 27 iyul, 2020-ci il 06 avqust və 2020-ci il 12 oktyabr tarixli iddia ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs13 39.500 manat, Zərərçəkmiş şəxs19 696.234 manat, Zərərçəkmiş şəxs6 159.510 manat, Zərərçəkmiş şəxs3 995.790 manat, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs2 hər biri 293.530 manat, Zərərçəkmiş şəxs9 428.600 manat, Zərərçəkmiş şəxs5 143.770 manat, Zərərçəkmiş şəxs11 219.300 manat, Zərərçəkmiş şəxs7 159.760 manat, Zərərçəkmiş şəxs18 219.300 manat, Zərərçəkmiş şəxs15 169.115 manat, Zərərçəkmiş şəxs17 846.230 manat, pulun onların xeyrinə Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişlər. Məhkəməyə təqdim olunan "xxxx" MTK-nın 2010-cu il 22 oktyabr tarixli 04 nömrəli mənzillərin alqı-satqı müqaviləsinin, 2011-ci il 21 yanvar, 2011-ci il 21 fevral, 2011-ci il 20 mart, 2011-ci il 21 aprel, 2011-ci il 21 may, 2011-ci il 21 iyun, 2011-ci il 21 iyul tarixli kassa mədaxil orderlərinin kserosurətlərindən görünür ki, payçı Zərərçəkmiş şəxs15 kooperativdə 1 №-li binanın birinci blokunun yeddinci mərtəbəsindəki ümumi sahəsi 115,2 m2 olan 38 saylı mənzil üçün 4.000 manat ödəniş etmişdir. Məhkəməyə təqdim olunan Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 03 may tarixli qərarının surətindən görünür ki, X36 Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci, 308.2.-ci və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 26 avqust tarixli hökmü dəyişdirilməklə sonuncuya hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci və 308.2.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci və 308.2.-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci, 179.3.2.-ci və 308.2.-ci maddələrinin dispozisiyalarında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni dələduzluq etməməsi, özgənin əmlakını mənimsəməməsi, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməməsi barədə göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.3.2.-ci, 179.3.2.-ci və 308.2.-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmaqla onların islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Azərbaycan Respublikasının CM-nin 46.2.-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci və 179.3.2.-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmayan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə cəza növünün əlavə cəza kimi təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 mülki iddiası qismən təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs13 xeyrinə 31.500 manat tutulmalı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 mülki iddiasının qalan hissəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Məhkəmə habelə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 26 avqust tarixli hökmü ilə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 xeyrinə 356.448 manat, Zərərçəkmiş şəxs19 xeyrinə 248.160 manat, Zərərçəkmiş şəxs4 xeyrinə 102.507 manat, Zərərçəkmiş şəxs18 xeyrinə 144.900 manat, Zərərçəkmiş şəxs5 xeyrinə 48.363 manat, Zərərçəkmiş şəxs12 və X34 hər birinin xeyrinə 102.507 manat, Zərərçəkmiş şəxs9 xeyrinə 75.670 manat, Zərərçəkmiş şəxs6 xeyrinə 95.000 manat, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs15 xeyrinə 74.380 manat və Zərərçəkmiş şəxs17 xeyrinə 116.200 manat tutulmasının qərara alınmasını nəzərə almaqla Azərbaycan Respublikasının CPM-nin 354.1.3.-cü maddəsi əsasında sonuncuların mülki iddiaları baxılmamış saxlanılmalı və zərər çəkmiş şəxslərə irəli sürdükləri mülki iddiaların qalan hissələrində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 26 avqust tarixli hökmü ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs16 hər birinin xeyrinə 54.144 manat, X9 xeyrinə 110.000 manat, Zərərçəkmiş şəxs11 xeyrinə 75.670 manat tutulmasının qərara alınmasını nəzərə almaqla Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində sonunculara qeyd olunan məbləğlərdə, Zərərçəkmiş şəxs8 224.640 manat və X40 40.000 manat məbləğində dəymiş maddi ziyan ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, onlar cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən həmin şəxslərə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 26 avqust tarixli hökmünə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2017-ci il tarixli 07 mart qərarı ilə "xxxx" MTK-ya məxsus olan ünvan 3 inşa edilmiş çoxmərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə həmin əmlaklar üzərinə qoyulmuş həbsin və Binəqədi Rayon Məhkəməsinin 2017-ci il 14 aprel tarixli qərarı ilə "xxxx" MTK-nın sədri Emin Tapdıq oğlu Namazovun adına qeydiyyata alınmış **-VO-*** nömrə nişanlı 2002-ci il buraxılışlı «Mercedes 400 CDİ» minik markalı avtomobil, X41 adına qeydiyyata alınmış «Lexus LX570 markalı» 2011-ci il buraxılışlı **-HO-*** nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin mülki iddianın təmin edilməsi məqsədi ilə ləğv edilməməsi nəzərə alınmaqla X41 bacısı X29 adına qeydiyyatda olan Xaçmaz rayonu, Nabran kəndində əmlak kompleksi (Qafqaz Otel) və həmin kənddə 1.10 ha torpaq sahəsi həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 248.3.-cü maddəsinə görə, həbs təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə zərər çəkmiş şəxslərin bir qisminin Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınan telefon danışıqlarına dair məlumatların yazıldığı 01 ədəd «Verbatium» markalı CD diskin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 150 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili X66 tərəfindən 18 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X52 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 108 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il yanvarın 08-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 46-cı maddəsi əsasında 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 179.3.2.-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 46-cı maddəsi əsasında 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 308.2.-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq olunaraq 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-66.4.-cü maddələri əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il yanvarın 08-dən hesablansın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 mülki iddiası qismən təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs13 xeyrinə 31.500 manat tutulsun, Zərərçəkmiş şəxs13 mülki iddiasının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs12, X53, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs17 mülki iddiaları baxılmamış saxlanılsın və zərər çəkmiş şəxslərə irəli sürdükləri mülki iddiaların qalan hissələrində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs16 hər birinə 54.144 manat, X10 110.000 manat, Zərərçəkmiş şəxs11 75.670 manat, Zərərçəkmiş şəxs8 224.640 manat və X40 40.000 manat təşkil edən maddi ziyan ilə bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınan telefon danışıqlarına dair məlumatların yazıldığı 01 ədəd «Verbatium» markalı CD diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X52 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 108 manat köçürülsün. 150 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 26 avqust tarixli hökmünə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2017-ci il tarixli 07 mart qərarı ilə "xxxx" MTK-ya məxsus olan ünvan 3 inşa edilmiş çoxmərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə həmin əmlak üzərinə qoyulmuş həbsin və Binəqədi Rayon Məhkəməsinin 2017-ci il 14 aprel tarixli qərarı ilə "xxxx" MTK-nın sədri Emin Tapdıq oğlu Namazovun adına qeydiyyata alınmış **- VO-*** nömrə nişanlı 2002-ci il buraxılışlı «Mercedes 400 CDİ» minik markalı avtomobil, X41 adına qeydiyyata alınmış «Lexus LX570 markalı» 2011-ci il buraxılışlı **-HO-*** nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin mülki iddianın təmin edilməsi məqsədi ilə ləğv edilməməsi nəzərə alınmaqla X41 bacısı X29 adına qeydiyyatda olan Xaçmaz rayonu, Nabran kəndində əmlak kompleksi (Qafqaz Otel) və həmin kənddə 1.10 ha torpaq sahəsi həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-182/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-182/2021
22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver