Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-182/2022 24.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1995-ci il fevralın 17-də Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, Lənkəran şəhəri, X4 küçəsi, ev 68 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə edib əvvəllər tanıdığı, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Afşin adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girmiş və bir qrup şəxs halında aralarında aparılan vəzifə bölgüsünə əsasən mənfəət kimi 300 manat müqabilində Afşin adlı şəxsə məxsus külli miqdarda psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlmiş, 2021-ci il mayın 12-də sonuncunun tapşırığı ilə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən «Movida Plaza» şadlıq sarayının yaxınlığındakı yolun kənarında şəxsiyyəti istintaqa məlum olmayan şəxsin qoyduğu bir ədəd şəffaf sellofan bükümdəki 508,2 qram təmiz çəkidə, yəni külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamaqla daşımış, həmin tarixdə saat 02:05 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində ünvan 2 ünvanın qarşısında saxlanaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin inzibati binasına gətirilib orada onun üzərində şəxsi axtarış aparılarkən əynində olan mavi rəngli gödəkcənin sol yan cibindən qeyd olunan bükümdəki göstərilən çəkidə psixotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt həmin vasitələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən tutularkən üzərindən 0,5 qram psixotrop maddə metamfetamin aşkarlanmış, ittiham olunduğu 508,2 qram külli miqdarda psixotrop maddə metamfetaminin ona aidiyyəti yoxdur. Əməlindən peşmandır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, hadisə ərəfəsində polis leytenantı olub Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili işləmiş, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən 2021-ci il mayın 12-də saat 02:05 radələrində Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 7 ünvanının qarşısında şəxsiyyəti sonradan müəyyənləşdirilən Təqsirləndirilən şəxs adlı kimi bir nəfər şübhəli şəxs qismində saxlanmaqla şöbəyə təhvil verilmişdir. Orada xidməti otaqların birində sonuncunun üzərinə videoçəkilişlə axtarış aparılarkən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan mavi rəngli gödəkcənin sol yan cibindən çıxardığı bir ədəd sellofanın içərisində kütlənin metamfetamin olduğunu, göstərilən maddəni Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən «Ukrayna» dairəsinin yaxınlığından Afşin adlı tanışının vasitəsi ilə əldə etdiyini və adı çəkilən şəxsin ona verəcəyi 300 manat müqabilində Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən «Ruslan-93» mağazasının arxasındakı zibil qutularının yanına qoymalı olduğunu bildirmişdir. Aşkarlanan büküm qablaşdırılıb DİN-in 165 №-li möhürü ilə möhürlənmiş, tərtib edilən protokol ucadan oxunmuş və düzgünlüyü bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru işləmiş Şahid2 Şahid1 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş serantı olaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün manqa komandiri işləmiş Şahid3 ifadəsində göstərdi ki, 2021-ci il mayın 12-də saat 02:05 radələrində digər iki polis nəfəri ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman ünvan 2 ünvandan keçərkən bir nəfərin şübhəli apardığına görə yaxınlaşıb özlərini təqdim etməklə qeyd olunan şəxsi polis şöbəsinə dəvət etmişlər. Orada sonuncunun Təqsirləndirilən şəxs olduğu məlum olmuş, tərəflərindən müvafiq raport tərtib edilərək sonuncu təhqiqat orqanına təhvil verilmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis serantları olub Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid4 və Şahid5 Şahid3 ilə oxşar ifadələr verdilər. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ifadələrində təxminən bir ildir psixotrop maddə metamfetamindən istifadə etdiyini, bir neçə ay bundan əvvəl «İnstaqram» sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikasında yaşadığını söyləyən Afşin adlı şəxs heç bir yerdə işləmədiyini bilib ona narkotik vasitə satmağı təklif etdikdə qəbul etməsə də 2021-ci il mayın 11-də saat 20 radələrində Lənkəran şəhərində olanda Afşin adlı şəxsin zəng etməklə ona təcili Bakı şəhərinin Xətai rayonuna gedərək «Ukrayna» dairəsinin yaxınlığından psixotrop maddə metamfetamin götürüb «Ruslan-93» mağazasının yanındakı zibil qutularının ətrafına qoymaq müqabilində hesabına 300 manat köçürəcəyini dediyini, ona pul lazım olduğu üçün razılaşmaqla həmin tarixdə saat 21 radələrində Lənkəran şəhərindən Bakı şəhərinə taksi ilə gələrək bağlamanı götürdüyünü və cibinə qoyduğunu, «Ruslan-93» mağazasının yanındakı zibil qutularına tərəf addımladıqda saat 02:05 radələrində polis əməkdaşlarının ona yaxınlaşıb üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmadığına görə onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə dəvət etməklə orada xidməti otaqların birində videoçəkilişlə üzərində aparılan şəxsi axtarış vaxtı onun geyindiyi mavi rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdəki psixotrop maddə metamfetamini təqdim edərək göstərilən kütləni necə əldə etdiyini ətraflı izah etdiyini, bundan sonra qeyd olunan bükümün zərfə qablaşdırılıb protokol tərtib edildiyini göstərmişdir (iş vərəqi 22-23, 39-42 və 53-56). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün tərtib etdiyi 2021-ci il 12 may tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs həmin tarixdə saat 02:05 radələrində ünvan 2 ünvanın qarşısında saxlanmaqla 25-ci Polis Şöbəsinə gətirilmişdir (iş vərəqi 4). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 12 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 13). İş materiallarındakı 2021-ci il 12 may tarixli ərizədən və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynindəki mavi rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq içərisində narkotik vasitə olduğunu, həmin maddəni Afşin adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Bakı şəhərinin Xətai rayonu ərazisindəki «Ukrayna» dairəsinin yaxınlığından götürməli və «Ruslan-93» mağazasının arxasındakı zibil qutularının yanına atmalı olduğunu bildirmiş, göstərilən büküm qablaşdırılmış, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqi 20-21). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 12 may tarixli 6/1894 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd büküm...» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə olan 508,2 qram təmiz çəkidə ağ rəngli maddə psixotrop maddə metamfetamindir, psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalığı 508,1 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 91,76 manatdır (iş vərəqi 29-32). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 13 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilib ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 43-44). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 13 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il mayın 12-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 62-63). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 13 may tarixli protokoldan görünür ki, bir ədəd DVD diskinə baxış zamanı Təqsirləndirilən şəxs əynindəki mavi rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarmaqla təqdim edərək içərisində narkotik vasitə olduğunu, qeyd olunan maddəni Afşin adlı İran İslam Respublikasının vətəndaşının dediyi kimi Bakı şəhərinin Xətai rayonu ərazisindəki «Ukrayna» dairəsinin yaxınlığından götürərək «Ruslan-93» mağazasının arxasında olan zibil qutularının yanına atmalı olduğunu bildirməsi müəyyənləşdirilmişdir (iş vərəqi 64). İş materiallarındakı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 13 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan «İphone 6» markalı mobil telefonun yaddaşına baxış vaxtı 2021-ci il mayın 11-də və 12-də «Afşin brat» kimi qeyd olunan +7(989)673-38-24 saylı nömrədən «WhatsApp» proqramı vasitəsilə çoxlu sayda zənglərin daxil olması, proqramı yeniləmək lazım olduğundan açılıb baxış keçirilməsinin mümkün olmaması müəyyənləşdirilmişdir (iş vərəqi 65). İş materiallarındakı 2021-ci il 14 may tarixli ərizədən və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı əsasında sonuncunun yaşadığı Lənkəran şəhəri, X4 küçəsi, ev 68 ünvanında baxış keçirilən iş üzrə əhəmiyyət kəsb edən heç bir predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 67-70). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il mayın 20-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 72). İş materiallarındakı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2021-ci il 25 may tarixli 12-16/2402 №-li arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Lənkəran şəhəri, X4 küçəsi, ev 68 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ailəsi atası X3 və anası X2 ibarətdir, Təqsirləndirilən şəxs qonşularla və məhəllə sakinləri ilə normal münasibətdə olmuş, ictimai tədbirlərdə fəal iştirak etmiş, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (iş vərəqi 74-75). İş materiallarındakı «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 06 iyul tarixli 13646 №-li məktubundan və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 10 iyul tarixli protokoldan görünür ki, MMC-dən daxil olan bir ədəd CD diskinə baxış zamanı 2021-ci il mayın 11-də və 12-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə İran İslam Respublikasından zəng edilməməsi, Afşin adlı şəxsə məxsus nömrədən isə ümumiyyətlə zəng daxil olmadığından Afşin adlı şəxsə məxsus nömrəni müəyyənləşdirmək mümkün olmamışdır (iş vərəqi 95 və 97). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 2021-ci il 09 iyul tarixli 090-31571-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə aşkarlanması faktı ilə bağlı həyata keçirilən əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir (iş vərəqi 96). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatrik Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 12 avqust tarixli 6888 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə almamışdır (iş vərəqi 99). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 05 avqust tarixli 2692 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən suiistifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunaraq məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 100-101). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 16 avqust tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncunun psixotrop maddə metamfetamini əldə etdiyi mənbəyə dair Afşin adlı şəxs və qeyriləri barəsində cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ayrıca cinayət işi ayrılması qərara alınmış, maddi sübut kimi tanınıb Təqsirləndirilən şəxs aşkarlanan psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 508,1 qram çəkidə qalığı və bir ədəd «İphone 6» markalı mobil telefon saxlanılması üçün idarənin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 206-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (iş vərəqi 102-110). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən tutularkən üzərindən 0,5 qram psixotrop maddə metamfetamin aşkarlanmaqla ittiham olunduğu 508,2 qram külli miqdarda psixotrop maddə metamfetaminin ona aidiyyətinin olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ siyahısında psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, qeydiyyatda olduğu yer üzrə barəsində heç bir şikayət daxil olmadığını, əməlindən peşman olmasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkarlanmış psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 508,1 qram çəkidə qalığı məhv edilməli, bir ədəd «İphone 6» markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılmalı, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 91,76 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 60 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il mayın 12-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il mayın 12-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkarlanmış psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 508,1 qram çəkidə qalığı məhv edilsin, bir ədəd «İphone 6» markalı mobil telefon sonuncunun yaxın qohumlarına qaytarılsın, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. 91,76 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-182/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-182/2022
24.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver