Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-182/2025 21.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Ələkbərli Roman Nəriman oğlu və Məcidov X4 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olub, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satma və əldə edəcəkləri pul vəsaitini aralarında bölmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə edib üzərində daşıdığı ümumilikdə 5 ədəd blisterdə ümumilikdə 50 ədəd dərman tabletlərindən ibarət olan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol-hidroxloridin çəkisi, külli miqdarda, yəni 11,25 qram təşkil edən “Tramadol Hydrochloride” adlı dərman vasitəsini 3 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində “Koroğlu" metrostansiyasının çıxışında yerləşən parkda satış məqsədi ilə qanunsuz olaraq sonuncudan əldə edib üzərində saxlamaqla daşımış, qeyd edilən ümumilikdə 50 ədəd dərman həblərindən ibarət olan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol-hidroxloridin çəkisi, külli miqdarda, yəni 11,25 qram təşkil edən “Tramadol Hydrochloride” adlı dərman vasitəsini həmin gün saat 16 radələrində ünvan 3 ünvanının yaxınlığında Şahid1 110 manat pul vəsaiti müqabilində satmış, bu barədə daxil olmuş məlumat əsasında 3 oktyabr 2023-cü il tarixdə saat 16:00-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanının yaxınlığında, cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 isə həmin tarixdə saat 17:40-da Bakı şəhəri, Nizami rayonu ərazisində “Koroğlu" metrostansiyasının çıxışında saxlanılaraq Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə gətirilmiş, orada həmin gün saat 22:00-da Təqsirləndirilən şəxs2 üzərinə axtarış və götürmə aparılarkən üzərindən 1 ədəd 1 ml-lik şprisdə 0,25 ml həcmində qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,085 qram təşkil edən narkotik maddə heroin və heroin izləri olan ampul aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satma və əldə edəcəkləri pul vəsaitini aralarında bölmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə edib üzərində daşıdığı ümumilikdə 5 ədəd blisterdə ümumilikdə 50 ədəd dərman tabletlərindən ibarət olan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol-hidroxloridin çəkisi, külli miqdarda, yəni 11,25 qram təşkil edən “Tramadol Hydrochloride” adlı dərman vasitəsini 3 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində “Koroğlu” metrostansiyasının çıxışında yerləşən parkda satış məqsədi ilə qanunsuz olaraq sonuncudan əldə edib üzərində saxlamaqla daşımış, qeyd edilən ümumilikdə 50 ədəd dərman həblərindən ibarət olan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadol-hidroxloridin çəkisi, külli miqdarda, yəni 11,25 qram təşkil edən “Tramadol Hydrochloride” adlı dərman vasitəsini həmin gün saat 16 radələrində ünvan 3 ünvanının yaxınlığında Şahid1 110 manat pul vəsaiti müqabilində satmış, bu barədə daxil olmuş məlumat əsasında 3 oktyabr 2023-cü il tarixdə saat 16:00-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 ünvan 3 ünvanının yaxınlığında, cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 isə həmin tarixdə saat 17:40-da Bakı şəhəri, Nizami rayonu ərazisində “Koroğlu” metrostansiyasının çıxışında saxlanılaraq Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə gətirilmiş, orada həmin gün saat 22:00-da Təqsirləndirilən şəxs2 üzərinə axtarış və götürmə aparılarkən üzərindən 1 ədəd 1 ml-lik şprisdə 0,25 ml həcmində qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,085 qram təşkil edən narkotik maddə heroin və heroin izləri olan ampul aşkar edilərək götürümüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, güclü təsir edən dərman vasitələri ona məxsus olmuş, o, Anara dərman və ya narkotik vasitə satmamış, 5 ədəd dərmanı təmənnasız şəkildə Anara vermişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər FHN-də işləmiş, daha sonra işdən ayrılmışdır. Tutulduğu ərəfədə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, təxminən 2-3 ay olar ki, Anarla birlikdə narkotik vasitə qəbul etməyə başlamışdır. Asim adlı şəxsi də “NZS” adı ilə tanınan ərazidə yaşadığı vaxtdan tanıyır. Asimlə onun yaxın münasibəti olmamış, yalnız uzaq tanışlıq münasibəti olmuşdur. O, Asimlə bir məhəllədə yaşamış və onunla birlikdə narkotik vasitə qəbul etmişdir. İttihamda qeyd edilən güclü təsir edən dərman vasitəsinin bir listində 10 ədəd həb olur. O, sadəcə 1 list almış, həmin həblərdən yalnız 5 ədəd həbi Anara vermişdir. O, Asimə əvvəllər narkotik vasitə verməmiş, Asim onun narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün gəlib ondan narkotik vasitə istəmişdir. O da Asimə onda narkotik vasitə olmadığını bildirsə də, istifadəçi olduğunu bildiyi üçün tapa biləcəyini düşünüb ona müraciət etmişdir. Asim təxminən 3 gün idi ki, ona zəng edib narkotik vasitə tapmasını xahiş etmiş, o, Anarın nömrəsini Asimə verərək onda narkotik vasitə olub-olmamasını soruşmasını demişdir. O, Anarı özünə yaxın adam bildiyi üçün onun nömrəsini Asimə vermiş, Anara da zəng edib, əgər Asim ona zəng edərsə, onda narkotik vasitə olmadığını deməsini istəmişdir. Tutulduqdan sonra polis əməkdaşları onu döydükləri üçün bütün sənədləri oxumadan imzalamışdır. Döyülməsi ilə bağlı prokurorluğa şikayət etmiş və həmin fakt araşdırılmışdır. 110 manat pul onun özünə məxsus olmuş, 110 manatı bankomat vasitəsi ilə özünə məxsus M10 hesabına yükləmiş, M10 hesabı vasitəsi ilə də kirayə qaldığı evin pulunu ev sahibinin hesabına köçürməyi düşünmüşdür. Təqsirləndirilən şəxs1 həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu Sabunçu keçdini keçdikdən sonra “Bolmart”ın yanında tutmuşlar. O, 5 ədəd dərman həbini marketin içində Asimə vermiş, marketdən çıxıb piyada keçidini keçən zaman polis əməkdaşları ona fənd işlədib onu yerə yıxmışlar. Polis əməkdaşları onu saat 16 radələrində tutmuş, onu tutmaq üçün təxminən 10 nəfər polis əməkdaşı gəlmişdir. O, tutulan zaman Asimi görməmiş, polis əməkdaşları onu tutduqları yerdə ciblərini boşaldıb, telefonunu götürmüşlər. Lakin həmin zaman hər hansı bir sənəd tərtib etməmişlər. O, tutulmağının səbəbini soruşduqda, həb satdığı üçün tutulduğunu demişlər. Polis əməkdaşları onu tutandan sonra Anarın nömrəsini istəmiş, o da telefonunun qırıldığını, nömrəni əzbərə bilmədiyini demişdir. Polis əməkdaşları onun telefonunu çıxarıb Anarın nömrəsini tapmış və öz telefonları ilə Anara zəng etmişlər. O, Anarı “Koroğlu” metrostansiyasının yaxınlığına çağırmış, ikinci dəfə zəng edəndə, Anar “pramida”nın yanında olduğunu demişdir. “Koroğlu” metrostansiyasının yanından Anarı tutduqdan sonra polis əməkdaşları onları BMCMİ-yə aparmışlar. Orda onları xidməti otaqların birinə salaraq döymüşlər. Onu növbətçi hissəyə salmamışlar, xidməti otaqda 7-8 polis əməkdaşı olmuş, Anarla onu ayrı-ayrı otaqlara salmışlar. Polis məkdaşları onu döyüb 5 ədəd list dərmanı Anardan götürüb Asimə verdiyini deməsini tələb etmişlər. Onu döydükləri üçün o, məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razı olmuş, polis əməkdaşları onu zirzəmiyə salmış, daha sonra sənədləri zirzəmiyə gətirərək orada imzalatmışlar. Onu təxminən saat 16 radələrində saxlayıb, təxminən 17 radələrində Baş İdarəyə aparmışlar, orda 6-7 saat saxladıqdan sonra sənədləşdirmə aparmışlar. Tutulan zaman onun üzərində narkotik vasitə olmamış, 5 ədəd dərman listini polis əməkdaşları özləri ona vermiş və videoçəkiliş zamanı çıxarıb təqdim etməsini istəmişlər. Üzərində olan xəsarətlərlə bağlı həbs qətimkan tədbiri seçilən zaman hakimə bildirməyə imkanı olmamış, lakin Təcridxanaya daxil olan zaman məlumat vermiş və bununla bağlı prokurorluqda araşdırma aparılmış, lakin nəticədə cinayət işinin başlanması rədd edilmişdir. 5 ədəd həbi Asimə verməsinin səbəbi isə, Asimin həmin həbləri müharibə əlilinin istədiyini bildirməsi olmuşdur. O, yalnız köməklik etmək xatirinə, təmənnasız şəkildə həmin həbləri Asimə vermişdir. O, Anardan həb almamışdır. Məhkəmə istintaqının sonrakı mərhələsində təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ifadəsini təsdiq etdiyini bildirsə də, həmin ifadəyə zidd olaraq üzərində 110 manat məbləğində pul olmadığını, Asim adlı şəxsə marketin içərisində heç bir dərman həbi vermədiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1la bir məhəllədə yaşayır. Tutulan zaman onun üzərində sadəcə 1 ədəd şpris və onun içərisində narkotik tərkibli məhlul olmuşdur. O, Təqsirləndirilən şəxs1 və ya digər hər hansı bir şəxsə heç nə satmamış və ya verməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 göstərmişdir ki, tutulan ərəfələrdə “ayıq sürücü” kimi işləmiş, bununla belə o, hər gün narkotik vasitədən istifadə etmişdir. Onun narkotik vasitədən istifadə etməsi avtomobil idarə etməsinə mane olmamışdır. O, gündəlik 25-30 manat pul qazanmışdır. Tutulan zaman “Koroğlu” metrostansiyasının yanında olmuş, belə ki, oradan kəndə getməyi düşünmüşdür. O, “Bravo” marketin yanında olan zaman Cavanşir ona zəng etmiş və harada olduğunu soruşmuş, o da yerini demiş, daha sonra danışanda isə “piramida”nın yanında onu tutmuşlar. Həmin vaxt o, “Milliön” ödəniş terminalı vasitəsilə ödənişləri həyata keçirmişdir. Tutulan zaman şpris üstündə olmuş, o, həmin gün evə getməyi düşünmüşdür. Cavanşirlə heç bir məqsəd olmadan, elə-belə görüşəcəkdilər. Onun üzərində şprisdən başqa heç nə olmamışdır. Cavanşirin narkotik vasitə alıb-satması barədə məlumatı olmamışdır. ***-***- **-** ona məxsus olan mobil nömrədir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin özü istifadə etmişdir. İstintaq zamanı ifadə verməyə imkan verməmişlər. İfadələri müstəntiq özü yazmış, o da imzalamışdır. O, polis əməkdaşlarının dedikləri ilə razılaşmadığı üçün onu döymüşlər. Polis əməkdaşları onu İdarəyə gətirən kimi döyməmiş, sonradan döymüşlər. Şəxsi axtarış keçirilən zaman 3 dəfə video çəkiliş aparılmış, çünki o, polis əməkdaşlarının dedikləri ilə razılaşmamışdır. Polis əməkdaşlarının onu döyməsi ilə bağlı üzərində xəsarət olmuş, lakin o, bu xəsarətlə bağlı heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, onu “Koroğlu” metrostansiyası tərəfdə “piramida”nın yanında saxlamışlar. O, tutulan zaman Cavanşirlə bir yerdə olmamış, Cavanşir ona zəng edərək təcili görüşməli olduqlarını demiş və yerini soruşmuşdur. Həmin zaman onun üzərində narkotik vasitə olmamış, yalnız insulin üçün istifadə olunan şpris və şprisin içərisində 25-30 ml “kokos” olmuşdur. O, şprisdən həmin gün istifadə etməyi planlamışdır. O, Cavanşirin üzərindən narkotik vasitə aşkar edildiyini görməmişdir. O, həmçinin “Koroğlu” metrostansiyası tərəfdə saxlanılan zaman Cavanşiri görməmiş, Cavanşiri İdarədə görmüş, lakin onunla söhbət edə bilməmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, Cavanşirlə tez-tez görüşdüyü üçün Asimə onun nömrəsini vermək ağlına gəlmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, bütün növ narkotik vasitələrdən istifadə etmiş, pulunu verib, narkotik vasitə almışdır. O, təqsirləndirilən şəxslərin hər ikisindən narkotik vasitə almış, yalnış xatırlamırsa 1 dəfə narkotik vasitə almışdır. O, təqsirləndirilən şəxslərdən metamfetamin almışdır. O, özü narkotik vasitələrin istifadəçisidir. Təqsirləndirilən şəxslərdən 1 dəfə narkotik vasitə almışdır. O, təqsirləndirilən şəxslərdən həb almamışdır. O, təqsirləndirilən şəxslərin başqa şəxslərə narkotik vasitə satmasını eşitməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş Təqsirləndirilən şəxs1 qardaşı Şahid3 məhkəmə iclasında yaxın qohumunun əleyhinə ifadə verməkdən imtina etmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, öz ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Sözügedən Təqsirləndirilən şəxs1 qardaşıdır. Nərimanov rayon Məhkəməsinin qərarı ilə “Azercell Telecom”dan daxil olmuş diskdə olan ***-***-**-** saylı nömrə onun istifadəsində olmuş, lakin həmin nömrəni son bir neçə müddətdir ki, istifadə etmir. Təqsirləndirilən şəxs2la o, əlaqə saxlamamış, qardaşı Cavanşir əlaqə saxlamışdır, çünki Cavanşirlə belə işlər görən Anar adlı şəxs olmuşdur. Cavanşir bəzən konturu olmadığını bildirərək ondan həmin nömrəni alıb onun tanımadığı şəxslərlə əlaqə saxlamışdır. (cild İİ, i/v: 97-99) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, Anar və Cavanşir adlı şəxsin birgə dövlət tərəfindən dövriyyəsi qadağan olunan “Tramadol” adlı dərman vasitələrinin satışı ilə məşğul olması ona müxtəlif tanışları vasitəsi ilə məlum olmuşdur. O, Tramadol adlı dərman vasitəsini almaq üçün Cavanşirlə razılaşmış, belə ki, Təqsirləndirilən şəxs1 5 list 50 həbdən ibarət olan Tramadol adlı dərmanı ona 110 manat pul vəsaiti müqabilində satacağını bildirmişdir. Əldə etdikləri razılığa görə Cavanşir qeyd edilən sayda tramadol adlı dərmanı ona Sabunçu rayonu, Zabrat qəsəbəsi, Montin küçəsi 21 ünvanında yerləşən “Bolmart” hipermarketin qarşısında satmalı olmuşdur. Satmaqla bağlı razılaşmaları Whatsapp və telefon zəngi vasitəsilə olmuşdur. O, Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etdiyindən həmin idarədə ona 1 ədəd 100 manatlıq və 1 ədəd 10 manatlıq nömrələnmiş pul əskinasları təqdim edilmişdir. Belə ki, o, həmin əskinasları Təqsirləndirilən şəxs1la görüşüb 5 list 50 həb olan tramadol adlı dərman vasitəsini əldə edən zaman bunun müqabilində Cavanşirə təqdim etməli olmuşdur. 03 oktyabr 2023-cü il tarixdə 15.30 radəsində Cavanşirlə həmin ünvanda görüşmüşlər. “Bolmart” marketin qarşısında görüşdükdən sonra Cavanşir ona marketə girməsini və dərmanı orada təqdim edəcəyini bildirmişdir. Cavanşir dərmanı marketdə ona satmış və o, bunun müqabilində polis əməkdaşları tərəfindən təqdim edilmiş 110 manatlıq pul əskinaslarını Cavanşirə vermişdir, “Bolmart” marketindən çıxdıqları vaxt DlO-nun polis əməkdaşları tərəfindən saxlanılmışlar. O, Anar adlı şəxsi Cavanşir vasitəsi ilə, Cavanşiri isə müxtəlif tanışları vasitəsi ilə tanımışdır. Cavanşir ona “Tramadol” adlı dərman vasitəsini Anardan alacağını bildirmişdir. (cild İ, i/v: 216-219) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 təxminən 3 aydır ki, tanıyır. Anarın əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etməsindən, habelə digər şəxslərə istifadə etmək üçün narkotik vasitə təşkil etməsindən məlumatlıdır. 03 oktyabr 2023-cü il tarixdə o, “Koroğlu” metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs2 görmüş, Anarla bir qədər söhbət etdikdən sonra mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları Anarı dövriyyəsi qadağan olan dərmanların satışında şübhəli olduğu üçün saxlamış, həmin vaxt Anarın yanında olduğu üçün onu da baş idarəyə dəvət etmişlər. İdarədə onun da iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı ona Anarın Cavanşir adlı şəxsə satması üçün Tramadol adlı dərman vasitələrini verməsi məlum olmuşdur. (Cild İ, i/v: 96-98) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - Sosial şəbəkələrdə vətəndaşlar tərəfindən edilmiş müraciətlərdən görünür ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Cavanşir adlı şəxsin narkotik tərkibli dərman preparatlarını uşaqdan-böyüyə qanunsuz olaraq satdığı qeyd olunur. Vətəndaşlar həmin şəxsdən ehtiyat edir və polis orqanlarından həmin şəxsin barəsində ciddi tədbir görülməsini xahiş edir. (Cild İ, i/v: 4-8) - “Əməliyyat-axtarış tədbirində istifadə ediləcək pul vəsaitinin təqdim olunması haqqında” 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ərizəsinə əsasən Təqsirləndirilən şəxs1 qanunsuz əməllərinin müəyyən edilib ifşa olunması istiqamətində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirlməsi haqqında” 03 oktyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin tarixdə DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaiti hesabından 01 ədəd 100 AZN və 01 ədəd 10 AZN pul əskinasları Şahid1 dövriyyəsi qadağan edilmiş maddələrin alışı və mənbəyinin müəyyən olunması məqsədilə verilmişdir. (cild İ, i/v: 14-15) - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, ərizə ilə baş idarəyə müraciət edən Sultanov X1 Həsənovun “Tramadol” adlı həblərin satışı ilə məşğul olmasını və Təqsirləndirilən şəxs1 saxlanılan zaman 110 manat pul vəsaiti müqabilində 05 listdən ibarət olan “Tramadol” adlı həbləri aldığını və həmin həbləri təqdim edə biləcəyini bildirərək şalvarının sol yan cibindən qeyd edilən həbləri çıxarıb təqdim edir. Təqdim edilmiş 05 list ümumilikdə 50 ədəd sayda olan həblərə baxış zamanı üzərində “Tramadol” yazısı olması müəyyən edilir. Təqsirləndirilən şəxs1 Şahid1 dediklərini təsdiq edərək Asimə 110 manat pul müqabilində 5 list “Tramadol” adlı həbləri satdığını, həmin dərmanları Təqsirləndirilən şəxs2 əldə etdiyini, əldə etdiyi pulun 10 manatını üzərində saxladığını, qalan 100 manat pul vəsaitini isə özünəməxsus “M10” online ödəmə hesabına yüklədiyini, həmin pulun yarısını Təqsirləndirilən şəxs2 verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək Cavanşirə satmaq üçün 5 listdən ibarət “Tramadol” həblərini verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın arxa sol cibindən içərisində ***-***-**-** GSM nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ arxa cibindən 01 ədəd metro kartını, içərisində 01 ədə sürücülük vəsiqəsi, 01 ədəd şəxsiyyət vəsiqəsi, 35 manat nağd pul vəsaiti və kağız parçaları olan 01 ədəd qəhvəyi rəngli pul kisəsi, sağ yan cibindən içərisində ***-***-**-** GSM nömrə olan "xxxx" markalı mobil telefon, 01 ədəd alışqan, 01 ədəd USB qəbuledici naqilini və sol yan cibindən içərisində 01 ədəd siqaret olan 01 ədəd qara rəngli siqaret qutusunu təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilmir. Təqdim edilən əşyalardan 02 ədəd mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi və “Tramadol” olma ehtimalı olan dərmanların satışından əldə etdiyi üzərində A11224211 seriya nömrəli 10 manat pul vəsaiti iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülür. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli qısaqol gödəkçənin sol yan cibindən 01 ədəd USB qəbuledici naqil, 01 ədəd yaşı rəngli təsbeh, sağ yan cibindən 01 ədəd alışqan, 01 ədəd telefon batareyası, əynində olan şalvarının arxa sağ cibindən içərisində öz istifadəsi üçün heroin olduğunu bildirdiyi 01 ədəd şpris, 01 ədəd kəsici dəmir parçası, içərisində 01 ədəd üzərində 5243-7544-4005- 5554 rəqəmləri əks olunmuş "xxxx" ASC-yə məxsus, 01 ədəd üzərində 4169-7388-9861- 0658 rəqəmləri əks olunmuş "xxxx" ASC-yə məxsus plastik bank kartları, 01 ədəd açar, kağız parçaları və 275000 məbləğində İran riyalı olan 01 ədəd pul kisəsi, arxa sol cibindən 02 ədəd cib dəsmalı, sağ yan cibindən 01 ədəd "xxxx" markalı mobil telefon, sol yan cibindən 2-3 ədəd qırıq vəziyyətdə olan siqaret, 01 ədəd içərisində ətir olan şüşə qabı təqdim edərək masanın üzərinə qoyur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan tərəfdə yerləşən kiçik cibindən narkotik vasitələri qızdırıb qəbul etmək üçün saxladığını bildirdiyi 01 ədəd qırıq vəziyyətdə olan flakon aşkar edilərək götürülür. (Cild İ, i/v: 57-61) Qeyd olunan protokola əlavə edilmiş və şəxsi axtarışın video görüntülərini özündə əks etdirən CD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və videogörüntülərin “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 oktyabr 2023-cü il tarixli protokolla eynilik təşkil etdiyi müəyyən edilmişdir. - “Diskə baxış keçirilməsi” haqqında 03 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olan nömrələri vasitəsilə həyata keçirdikləri SMS yazışmaları və zəng tarixçələri diskə əlavə edilmişdir. Diskə yazılmış birinci fayla daxil olduqda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi vasitəsilə 01 yanvar 2023-cü il- 03 oktyabr 2023-cü il tarixi aralığında müxtəlif şəxslərlə çoxsaylı yazışmalar həyata keçirdiyi görünür. Mesajların məzmununa baxış zamanı görünür ki, 15 iyul 2023-cü il tarixdə saat 17.38-də iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Exi koroğludayam burdan kecende diyirem belke deyesen burda mene birde nermanova gelmiyimde” məzmunda mesaj daxil olmuşdur. 15 iyul 2023-cü il tarixdə saat 19.35-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Qaqa 20 deq gelirem ora, yarı kola, 5 diy patı. Qaqa qadan alaram patı çox az olurda sen öl, bir tikə, yaxşı elede qaqa” məzmunda mesaj daxil olmuşdur. 18 iyul 2023-cü il tarixdə saat 04.23-də iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Exi yatmısan diyesen usag zeng elemisdi oncun yigdim seni xeber eter cixmadi?” məzmunda mesaj daxil olmuşdur. 26 iyul 2023-cü il tarixdə saat 22.10-da iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Exi zeng catmir sene nermanovdayam” məzmunda mesaj daxil olmuşdur. 27 iyul 2023-cü il tarixdə saat 17.27-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Sencani qaqa Patiynan yarı kolanı yaxşı elede qadan alaram deyinməsinlər” məzmunda mesaj daxil olmuşdur. 30 iyul 2023-cü il tarixdə saat 10.17-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “SALAM QAQA 50 MANT GELDİ?” məzmunda mesaj daxil olmuşdur. 31 iyul 2023-cü il tarixdə saat 14.07-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Salam menim emanetmi ver exie zemet olmasa gormey isdemirsen ver exiye” məzmunda mesaj daxil olmuşdur. 07 avqust 2023-cü il tarixdə saat 01.19-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Qaqaw nece satdi lomkada qardawimnan seni gozduyruk e qaqaw korgluda dedin 100 faiz gelem qaqaw lomkadan öldük qaqaw bele olmaz axi menem orxan hara gelek, 10 manat da pul duz qoymusam, Bele eleme qaqaw menem orxan lomkada qardawimnan seni gozduyurem, lomkda da olub yalan dansasi deilik. 10 manat lomkada duzeldmsk tez yig bize gozduyuruk" məzmunda mesaj daxil olmuşdur. 07 avqust 2023-cü il tarixdə saat 20.54-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “indi 25 m var ac goturey noldu ne tez bos şeye gore bizden el çekdin” məzmunda mesaj daxil olmuşdur. 07 avqust 2023-cü il tarixdə saat 00.08-də iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Exi elaqe saxla menle srocnu metrodayam” məzmunda mesaj daxil olmuşdur. 13 avqust 2023-cü il tarixdə saat 11.24-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Salam elekum exi yatmisan oyagsan bratka bawuva donerem imkan varsa exi belke gedende inwallah buyannan gedesen ozume gelerdim" məzmunda mesaj daxil olmuşdur. 14 avqust 2023-cü il tarixdə saat 20.45-dən 22.12 aralığına qədər olan müddətdə iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Qaqa noldu ne xeber gözduyureme exi, Exi elaqe saxla menle tecili, Exi qardasimsan bilirsenki dimerem sene heqiqeten aziydi vallahi payokumuda qoyda nolarki qardasim, Exi guya indi qreteledun bular lap balacaydi itin balasidi verdiyivide verdim yoxsa qaytarirdi ograsdi bratka 3 denenin hamsi bir yerde 06 07 gelseydi boyuyweydi" məzmunda mesaj daxil olmuşdur. 15 avqust 2023-cü il tarixdə saat 12.31-dən saat 13.39-a qədər olan müddət ərzində iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Exi srocnu elaqe saxla menle, Exi sen allahun qonağa catir qardasimsan dunende biyabircilig olub inwallah buyun yaxsi olsun, Dunenki kimi geleceysense cixim gedim” məzmunda mesaj daxil olmuşdur. 16 avqust 2023-cü il tarixdə saat 13.53-də iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan 070- ***-**-** saylı nömrəyə “Exi 1 di birde yari 1.5 prosda sen allahun bele birwey verki yaxsi olsun dawda yadunnna cixmasin” məzmunda mesaj daxil olmuşdur. 22 avqust 2023-cü il tarixdə saat 03.29-dan saat 03.41-ə qədər olan müddət ərzində ***-***- **-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə "Bratka catiram uje bineye harasina gelim, Qaqas qabagcadan diyerdin gelmezdimde brat, Exi daş yadunnan cixmasin qardasimsan” məzmunda mesaj daxil olmuşdur. 24 avqust 2023-cü il tarixdə saat 12.42-də iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Exi menle goruwduyunu deme heckime” məzmunda mesaj daxil olmuşdur. 26 avqust 2023-cü il tarixdə saat 20.54-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Qardasim sene 35 manat pul verim mene ter temiz 08-07 temizde dai brat terezi bide narmalni das vere bilersen ne asagi ne yuxari duz ceki ver” məzmunda mesaj daxil olmuşdur. 04 yanvar 2023-cü il tarixdə saat 10.52-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “4169-7385-6049-6808 kapital” məzmunda mesaj daxil olmuşdur. 06 yanvar 2023-cü il tarixdə saat 19.53-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə "adam kimi bir defe qualg as get goturde ele edirsen birde telfonu acmiyacam ey beee e ruslandan oba terefe gedende pilleken var pillekenin yaninda balaca zibiz qabi var o zibil qabinin ust qapagin yapisdirmisam iceri terefden” məzmunda mesaj daxil olmuşdur. 07 yanvar 2023-cü il tarixdə saat 03.18-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Eger doğurdanda tapmamisansa bir dene wapsapli telfon gotur get hemin yere goruntulu meni yig deyimde hardadsisi, o maqninitle yapisib ora onu ne kuley apara biler ne ite biler nede ki ordan yox ola bilmez burda iki sebeb var ya mal ordadidi tapa bilmiyibsiz, bele yeni deyirem get ordan götür goruntulu yig meni yadaki yaninda bir normal adam varsa verersen orda olanda telfonu ona men basa salaram gotuerer” məzmunda mesaj daxil olmuşdur. 07 yanvar 2023-cü il tarixdə saat 04.26-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**- ** saylı nömrəyə “Kinotiyatrdan gelende sifetofordan don saga biraz gel qabağa lalar siqaret satir onuda kec solda optimal var optimalin qabaginda piyada keçidin znaki var o iznakin dibinde” məzmunda mesaj daxil olmuşdur. 15 yanvar 2023-cü il tarixdə saat 04.44-də 055-422- 44-47 saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**- ** saylı nömrəyə “Anar yene deyirem brat bilesen berk problemdəyəm mendə yungul bir problem olsa bəs edirki gondereler sroka heckim gələndə deyil dalımca” məzmunda mesaj daxil olmuşdur. 15 yanvar 2023-cü il tarixdə saat 19.49-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qaqa evdəyəm kola olsa geti pt atim edək deyismeyde isdeyen olsa de 05 di pt kola olmasa gozde 1 saata gətirəcəklər menə goturum iksinen düzəldərəm gelərsən” məzmunda mesaj daxil olmuşdur, 05 fevral 2023-cü il tarixdə saat 23.18-də 055- ***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus 077-557-67- 37 saylı nömrəyə “Qaqa tek gelhaa heyətdə isimizi görərik nə qeder atsan iki qatin atacam amma tək ge heyetde ses kuy olmasin” məzmunda mesaj daxil olmuşdur. 28 fevral 2023-cü il tarixdə saat 19.51- də ***- ***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus 077- ***-**-** saylı nömrəyə “Get ruslan 93 un qabaginda goy rengde socik kutusu var su sayqacin kutusu həmin o su sayqacin kutusun yanindadi falqaya bukulub” məzmunda mesaj daxil olmuşdur. 01 mart 2023-cü il tarixdə saat 21.14-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qardasm bele pis cixmasn gec olacagsa men eve qaytmalyam gec olursa men gedimdə eve qaydim eve sabah yigim???” məzmunda mesaj daxil olmuşdur. 02 mart 2023-cü il tarixdə saat 20.07-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Bombadi qaqa gelersen deyiserik sora pulnan isdeyende olsa deyersen qapiya gəldin vzv at cixim verim gor necedi pis olsa deyismersen 2 gundu yatmiram tez ge, qaqa verdiyimin yarisini atsan 3 neferi bomba kayfda edir yarsinda saxliyarsan ne vaxta gelirsen?” məzmunda mesaj daxil olmuşdur. 02 mart 2023-cü il tarixdə saat 20.24-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qaqa qadan alaram cixiram hara gelm men yer dedə mene" məzmunda mesaj daxil olmuşdur. 02 mart 2023cü il tarixdə saat 20.40-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Evdeyem sene zeng vurub danisa bilmirəm gec gelessense men gedim qaracuxura” məzmunda mesaj daxil olmuşdur. 04 mart 2023-cü il tarixdə saat 00.11-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “qaqa qurban sene gelende 1 denə 20 ml qramliq iyne al yekə iynə 1 denede 2 qramliq iyne al ge 40 qəpik edecek ge verim soyugumdu aptekə getmiyim” məzmunda mesaj daxil olmuşdur. 06 mart 2023-cü il tarixdə saat 01.34-də iş üzrə Təqsirləndirilən şəxs2 məxsus 077- ***-**-** saylı nömrəyə “Qaqam sene qurban olaram bir balaca qabağa gele bilseydin 7 gozel binalar likolin yani 10 vererdim hemde evde braz prablem var, ogunki gorusduyumuz yer” məzmunda mesaj daxil olmuşdur. 08 mart 2023-cü il tarixdə saat 18.10-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Vur karta” məzmunda mesaj daxil olmuşdur. 14 mart 2023-cü il tarixdə saat 02.10-dan 02.40-a qədər olan müddət ərzində ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qaqa deyismek istesen getirersen 1 dene onan atarsan 1 dene bunan ataram onun pulun bezine vurduq deye getire bilmedim yaniva daglisdiq burdan kecsen qabaq burdan kecsen deyismek istesen oyaq olsam deyisek, qaqa pulu bezine vurdurdum diye yanva getirmedim yolda dusurdum dedim saba goruserik burdan kecsen isdesen de deyisek, qaqa ozuncun gezirdinde onusda orda gelmisem yanva otur otur eliyirsen axsam vaxti kefsene allahqqi neysen ele ehtiyatdi ol qaqa sene indi qardaş diyener basiva is gelse 1 pacqa siqaret alib getirmiyecek yaniva bunu bil axsamin xeyrinense şeherin seri yaxsidi sagol, evdekiler yatib qardasim ona gore yigmiramki ses cixar durallar yigiblar day boğaza menim elkmnen" məzmunda mesaj daxil olmuşdur. 17 mart 2023-cü il tarixdə saat 18.26-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qaqa koroglya helem mawndayam ordanda palma market palavnkada duzelse hel etde oda yoxdu senol dunenen dawa gore yatram eyaq usde qardawim yigacam yolda” məzmunda mesaj daxil olmuşdur. 20 mart 2023-cü il tarixdə saat 18.21-də “qaqam 30 manat varim” məzmunda mesaj daxil olmuşdur. 20 mart 2023-cü il tarixdə saat 19.00-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**- ** saylı nömrəyə “unibank 4005 5554 TA” məzmunda mesaj daxil olmuşdur. 21 mart 2023-cü il tarixdə saat 23.29-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Anar yari isdirem 26 manat Verecem taksine pulum qalsin iki sene yalan derman versen mene cixrwm" məzmunda mesaj daxil olmuşdur. 23 mart 2023-cü il tarixdə saat 22.34-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Nolmusdu dalbadal yigirdin doğurdun hele bil havayi vermisən pul vermisəm vermisende amma men senen pul almirdim” məzmunda mesaj daxil olmuşdur. 26 mart 2023-cü il tarixdə saat 21.19-da ***- ***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Dilxorcluqdu sen ol Anar 1 sata gelcm yigdinki burdsan bilem nye yigmwdin sagolasan var olsan pul para olsa saxlycm kisi gelsn iwden daw bir tike kola olsa saxida bir pay qardwva ne olrki getsen atardin raufun otaqna helemde mende dilxrclqdu qaqa oprem zeng elycm imkan olsa bir tike at” məzmunda mesaj daxil olmuşdur. 30 mart 2023-cü il tarixdə saat 21.32-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “QAQA GEDEK METRODAYAM DVJENYADA 20 YANVARDAYAM GELEM ORDAYAM KOROĞLUYA MEN XEBER GOYDUYUREM NECE SATDARDİ SENEN MENSZ GETME ANAMİN CANİ DEREM A BAX" məzmunda mesaj daxil olmuşdur. 03 aprel 2023-cü il tarixdə saat 18.42-də ***-***-**- ** iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “QAQAW LOMKADAYAM BAS M XARAB OLUB AC TELEFONU BU QEDER HORMET OLUNUB SENE ANAR HEMSEKİ GUNLER BENZEMİR BELE ELEME MENE AXRİNCDİ BU HEMSEKİ GUNLERE BENZEMİR” məzmunda mesaj daxil olmuşdur. 05 aprel 2023-cü il tarixdə saat 19.09-dan 20.58-ə qədər olan müddət ərzində ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qaqa salam necesen ay qaqa qurban sene sennen cavab gozlurem axi qaqa bu ne zaratqa saxliyir ne sonur yanir qaqaw men qalmisam telfonsuz bidene nece gorsey onu verm pulunuda gotrumde bidene cavab de menede" məzmunda mesaj daxil olmuşdur. 13 aprel 2023-cü il tarixdə saat 05.39-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qaqa yigma men ozum yigacam 10 deqeye evdekiler oyaqdi zengi acib danisa bilmirəm bilmirem ki esiderler bir azdan gedirler yigacam gelecem yatma gellem masinnan bezin tapdim pt ataram kola atarsan vurariq basimiz duzeler” məzmunda mesaj daxil olmuşdur. 16 aprel 2023-cü il tarixdə saat saat 18.34-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “5243-7544- 4005-5554” məzmunda mesaj daxil olmuşdur. 02 may 2023-cü il tarixdə saat 10,44-də ***- ***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Bu gun gelecem size mene qarwi gerek elemiyeydin sen ol meni agrida saxladin incime ged indi gunlerle agrida nece qalillar gor” məzmunda mesaj daxil olmuşdur. 26 may 2023cü il tarixdə saat 02.57-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qardawim bawva donerem yuxdan olem gelb gucnen eyib uzamwam indi ayildim zengvi gordum ela oprem xeber etmedm çatanda duz blersen sehr sivyaz saxlycam qaldm burda" məzmunda mesaj daxil olmuşdur. 27 may 2023-cü il tarixdə saat 00.52-dən 01.09-a qədər olan müddət ərzində ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus 077- ***-**-** saylı nömrəyə “Qardasim senide narahat eledim ewdsen sen bi defe ilde ayda iwim dusub qardasm mene bi tike olsa bele padi verde cani yeiyer qardasn hormetnden cixiram oteri seyleri Bunlar esas dostluqdu ******-e ozum agz acmiram yalanan ay bele ele axrncidi idi nebilim ne ya kola esas padi, Bi balaca 2 dene das zad besdi cekmeye koroğludayam lap gelm size, Qardasimnan soxardiq bi tike olsa ikisinen besdi saol ki sozumuzu yere salmadin sen ol yaddasdadi cixartmaram anamin cani korogludayiq sen allah tez gel seni gozduyuruk qardasm ehtiyatli ol gelende, bi balaca kola bi balaca padi Qardasim imkan varsa qadan alaram brat neye gücin catr" məzmunda mesaj daxil olmuşdur. 27 may 2023-cü il tarixdə saat 11.36-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qaqa men cixiram duzeltdim on manati gelim he yox di bilimde” məzmunda mesaj daxil olmuşdur. 27 may 2023-cü il tarixdə saat 12.06-da 050- ***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus 077-557-67- 37 saylı nömrəyə "Yetim menem nahib gelmiwem qaqaw palmanin qabagindayam 13 manat pul var qaqa, Biraz cola balacada das verde qaqaw” məzmunda mesaj daxil olmuşdur. 27 may 2023-cü il tarixdə saat 13.39-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə "Salam brat necesen yatmsan yoxsa oyaqsan dunenkine gore sagol var ol qardawim gec geldik eve palpaltar deyiwmeye masazra cxram gelem ora didm gorum hardasan, pul duzeltmiwem bir iki wey gotrecem sene qret elyim qaqa cavid el cekmr menen dunen o eledi didm sehr men elycm ginorta gel qalmwam bele ozumde agrdayam” məzmunda mesaj daxil olmuşdur. 28 may 2023-cü il tarixdə saat 17.23-də iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qardasim evdən indi cixdim pul duzub qosub yigacam seni qadan alaram sen bizim ucunde tapsir qadan alaram qardasim, Qaqa atdim” məzmunda mesaj daxil olmuşdur. 28 may 2023-cü il tarixdə saat 23.52-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Menim qardasim kimnen gorusursen bilmirem amma senin qadan alaram ona de bildin 30 manat az pul deil 10 deil 15 manat deil biz o pulu duzeltmey ucun ********** adamin sozun uduram butun basim ***** ***** duzeldirem agriya gore Ay dasdi nedi o ne sozdu dai denen he fsoda men 9 ildi tema eleyirem ozde ele bele yox olume elirem basa dus qaqa ne deyrem bu defe hec basa dusduy sene gore ********** amma bele elemesin bele desin yoxdu kafidi” məzmunda mesaj daxil olmuşdur. 29 may 2023-cü il tarixdə saat 19.00-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qardasim pulu karta atim ya nece edim yoldayam’’ məzmunda mesaj daxil olmuşdur. 30 may 2023-cü il tarixdə saat 23.06-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qaqa basına donum ge gedey koroğludayam nece ***** gore qaldiq agrida senide bezdirdiy uzurlu say” məzmunda mesaj daxil olmuşdur. 31 may 2023cü il tarixdə saat 19.06-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qardasm mutleq bizi gozde biz olluk danis indiden kirs qoy gellil buzovna yolu cox pisik lomkadan qardasim sen allah orda ol gozdemeyek qurban sene" məzmunda mesaj daxil olmuşdur. 01 iyun 2023-cü il tarixdə saat 23.48-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Anar qaqaw ikisində narmalni elsin qaqa tay gecdi vurmagmiz eve getmeyimiz” məzmunda mesaj daxil olmuşdur. 02 iyun 2023-cü il tarixdə saat 21.32-də 051-761-65- 04 saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qardasim karti at cixim burdan vurum" məzmunda mesaj daxil olmuşdur. 04 iyun 2023cü il tarixdə saat 22.46-dan 23.17-ə qədər olan müddət ərzində ***-***-**-** saylı nömrədən “Vurram qardasm olle ole duzeidmisik gellik vurub sen allah gozdemeyek lomkadayiq narmalni denen elesin qardasm ikisinde əsasda padi metiye gpre padi az oldu, Qaqa atdin basua donerem 27 atdim 1 manat qepik idi gelende lap vererem sen ol cox pisik ona gore Gellik qaqa, Narmalni elesin dene korpu qalxdim uje mastaga grdim gellem catram” məzmunda mesaj daxil olmuşdur. 05 iyun 2023-cü il tarixdə saat 11.59-da ***-***-**-** saylı nömrədən İş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Anar pul atm kartva 20 m atilar mene qaqa xeber di mene ***** gedm yatm” məzmunda mesaj daxil olmuşdur. 06 iyun 2023-cü il tarixdə saat 00.10-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “4098- 5844-7117-8481 leo” məzmunda mesaj daxil olmuşdur. 16 iyun 2023-cü il tarixdə saat 21.46-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qaqa meneme eltun ne dersen alinir ya nece issen karta atm ya nece deyirsense” məzmunda mesaj daxil olmuşdur. 27 iyun 2023-cü il tarixdə saat 13.07-də 070-216- 02-72 saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Brat salam necesen? Yetim dunenen 25 de idim indi cixmisam olurem lomkadan goruwek qaqawdan gotur verde” məzmunda mesaj daxil olmuşdur. 28 iyun 2023-cü il tarixdə saat 00.22-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qaqaw bu ne hereketdi sen edirsen adini de mende bilim anar birden weytan aldadar meni lomkada qoyarsan, koroğludayam vezyet pisdi qardasm, kiwi ol teli ac menim malimi ver” məzmunda mesaj daxil olmuşdur. 29 iyun 2023-cü il tarixdə saat 16.51-də 077-396- 04-05 saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “qardasm kartin sifeesin at mene” məzmunda mesaj daxil olmuşdur. 12 iyul 2023-cü il tarixdə saat 14.39-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Salam exi gel razine dinceley iki exi, Daw Daw oynuyag özmüz daw senniy qalani Mennik : )” məzmunda mesaj daxil olmuşdur. 26 iyul 2023-cü il tarixdə saat 20.55-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qaqa eltundu qardasm ogun dabsdige sennen meti tapmaq olar? Yada 225 diy dediene alinar?” məzmunda mesaj daxil olmuşdur. 29 iyul 2023-cü il tarixdə saat 22.30-da ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə ‘menem tural evdekilerin nomresidi gor yoluna qoya bilsen eger 7 dene goturub gelerdiz oturun taksiye tudada abiratnida menniydi, ged gel çoxdu diye menim evde olmamaqim duz cixmir, atam qebri ikinci sor sobet yoxdu, gelirsiz oturub cay ice ice atir emaneti tereziye pulunu qepiyine kimi alir, yolsa saliram gedirsiz, *** ***** ***** ikinci sobet ola bilmez pulu verim sora cixardib atsin tereziye burda gelib yola salana kimi sizi atvicatamda size gor qoya bilsen yolun qoy” məzmunda mesaj daxil olmuşdur. 15 avqust 2023-cü il tarixdə saat 13.34-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “İki kola bir pati 25 manat cixiram indi” məzmunda mesaj daxil olmuşdur. 21 avqust 2023-cü il tarixdə saat 20.43-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Xaloğlu qurban olaram 3 neferlik imkan olsa das qret eliyersen qardasiva basuva donerem sagol zengivi gozduyurem" məzmunda mesaj daxil olmuşdur. 22 avqust 2023-cü il tarixdə saat 16.45-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “vacapa yaz evdekiler evdedi danisa bilmirem kola var? 10 m cet? Gelib sizin heyetde bura bilerem bisir gelim” məzmunda mesaj daxil olmuşdur. 29 avqust 2023-cü il tarixdə saat 01.12-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Qardasim pul Hazir eledik, Atim kartiva Oluruk eyqa uste, dura bilmirik” məzmunda mesaj daxil olmuşdur. 03 sentyabr 2023-cü il tarixdə saat 02.35-də ***-***-**-** saylı nömrədən iş üzrə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı nömrəyə “Sennen sorusuram ki 04 du deyisirsen he ama senol burda 03 şey var 35 manat verdim atam olmadida” məzmunda mesaj daxil olmuşdur. Bundan başqa diskə əlavə edilmiş zəng tarixçələrindən görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 (***-***-**-**) və Təqsirləndirilən şəxs1 (***- ***-**-**) istifadələrində olan nömrələr vasitəsilə bir-biri ilə mütəmadi olaraq müxtəlif zaman kəsiklərində əlaqə saxlamışlar. Cinayətin törədildiyi günə, yəni 03 oktyabr 2023-cü ilə məxsus Təqsirləndirilən şəxs2 telefon mömrəsinin zəng tarixçəsinə baxış keçirdikdə görünür ki, sonuncu 03 oktyabr 2023-cü il tarixdə saat 14.27-də əlbir olduğu Təqsirləndirilən şəxs1la “206” saniyə, 05 list 50 həb olan tramadol dərman vasitəsini Təqsirləndirilən şəxs1la əlbir olub qanunsuz olaraq satdıqları şəxs, ***-***-**-** saylı telefon nömrəsini istifadə edən X2 ilə 03 oktyabr 2023-cü ii tarixdə saat 14.33-də “103” saniyə telefon əlaqəsi saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi vasitəsilə əlbir olduğu Təqsirləndirilən şəxs1la 03 oktyabr 2023-cü il tarixdə saat 16.32-də “11” saniyə, Asim Soltanovla 03 oktyabr 2023-cü il tarixdə saat 16.36-da “9” saniyə, yenidən Təqsirləndirilən şəxs1la 03 oktyabr 2023-cü il tarixdə saat 16.42.08-də “9" saniyə, 03 oktyabr 2023- cü il tarixdə saat 16.42.40-da “126” saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 16.52-də “36” saniyə telefon əlaqəsi saxlamışdır. Bundan başqa cinayətin törədildiyi günə, yəni 03 oktyabr 2023-cü ilə məxsus Təqsirləndirilən şəxs1 telefon mömrəsinin zəng tarixçəsinə baxış keçirdikdə görünür ki, sonuncu 05 list 50 həb olan tramadol dərman vasitəsini Təqsirləndirilən şəxs2la əlbir olub qanunsuz olaraq satdıqları şəxs, ***-***-**-** saylı telefon nömrəsini istifadə edən X2 ilə 03 oktyabr 2023-cü il tarixdə saat 14.09-da “40” saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 14.31.05-də “9” saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 14.31.44-də “55” saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 14.35.05-də “77" saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 14.56-da “18” saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 15.12-də “24” saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 15.36-da “18” saniyə, həmin gün saat 15.49-da “38” saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 15.51-də “6” saniyə, əlbir olduğu Təqsirləndirilən şəxs2la 03 oktyabr 2023-cü il tarixdə saat 16.16.11-də “7" saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 16.16.27-də “9” saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 16.17.18-də “9" saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 16.20-də “8” saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 16.32-də “11” saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 16.42-də “126” saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 16.52-də “36” saniyə telefon əlaqəsi saxlamışdır. (cild İİ, i/v: 7-16) - “Mobil telefona baxış keçirilməsi” haqqında 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon qara rənglidir, telefonun kilid ekranına baxış keçirilən zaman ekran üzərində kiliddən açma nümunəsi təyin olunduğu görünür. Ekrandakı nümunənin birinci sırasında ortadakı nöqtədən, ikinci sırasında ortadakı nöqtəyə, ikinci sırada ortadakı nöqtədən həmin sıradakı sağ yan nöqtəyə, oradan da yuxarı sağ nöqtəyə ekran boyu toxunduqda kilid ekranına təyin olunmuş kod açılır. Mobil telefonun ekrandakı sol aşağı küncündə yerləşən zənglər bölməsinə daxil olduqda “Anar” (***-***-**-**), “Anar Vatcap” (***-***-**-**), “Aska Nzs” (***-***-**-**) kimi kontaktların qeyd olunduğu görünür. Qeyd edilən kontaklardakı nömrələrin iş üzrə digər Təqsirləndirilən şəxs2 və iş üzrə şahid qismində dindirilmiş Asim Soltanov olduğu müəyyən edilir. Baxış zamanı görünür ki, telefonda mövcud olan əksəriyyət proqram və tətbiq xüsusi parollarla kilidlənmiş, telefon yaddaşında olan əksər məlumatlar silinmişdir. Telefonda quraşdırılmış “Whatsapp” mobil tətbiqinə daxil olduqda görünür ki, Təqsirləndirilən şəxs1 tətbiqdə həyata keçirdiyi mesajlaşmaları “silinən rejimə” (bu rejimdə göndərilmiş mesaj avtomatik olaraq 24 saatdan sonra silinir və heç bir mesaj mövcud olmur) qoymuşdur. Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərlə mesajlaşdığı görünsə də, həmin mesajlardan heç biri tətbiqdə qalmamışdır. Həmin şəxlərin arasında digər Təqsirləndirilən şəxs2 və şahid qismində dindirilmiş Asim Soltanovun da olduğu müşahidə edilir. Telefonun ekranının sol aşağı küncündə yerləşən yaşıl rəngli zənglər bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs1 “Aska Nzs” kimi qey etdiyi iş üzrə şahid qismində dindirilmiş Asim Soltanov ilə 03 oktyabr 2023-cü il tarixdə saat 15:36-da “17” saniyə, 03 oktyabr 2023-cü il tarixdə saat 15.48-də “37” saniyə, 03 oktyabr 2023-cü il tarixdə 15.51də “4” saniyə telefon əlaqəsi saxladığı görünür. Bundan başqa telefonda mövcud olan “mesajlar”, “galareya”, “file manager”, “M10”, “birbank" və.s kimi tətbiqlərə baxış keçirilsə də, tətbiqlərin əksəriyyətinin şifrəli olduğu və tətbiqlərdə olan məlumatlar silindiyi üçün iş üzrə əhəmiyyət kəsb edən əlavə məlumat aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd qara rəngli "xxxx" markalı mobil telefona baxış keçirilməsi zamanı görünür ki, telefona hər hansı tətbiqin yüklənməsi mövcud olmadığından (dəstəkləmədiyindən) yalnız mesajlar və zənglər bölməsinə daxil olmaq mümkündür. Zənglər və mesajlar bölməsinə keçirilmiş baxış zamanı görünür ki, qəbul edilmiş mesajlar və digər ismarıclar silinmiş, zənglərin siyahısı isə sıfırlanmışdır. Odur ki, qeyd edilən telefona keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd göy rəngli "xxxx" markalı mobil telefona baxış keçirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən əlavə məlumat aşkar edilməmişdir. (Cild İİ, i/v: 82-92) - "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış zamanı tərtib olunmuş 14 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC tərəfindən iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına bank əməliyyat sistemində aşkar olunmuş hesablardan çıxarışlar fayl və cədvəl formasında təqdim edilir. Diskə yazılmış **********140398114 saylı fayla daxil olduqda görünür ki, Təqsirləndirilən şəxs1 adına 4 fevral 2014-cü il tarixdən 24 sentyabr 2018-ci il tarixinədək aparılmış cəmi dövriyyələrin məbləği 25,969.19 manat təşkil edir. 410100D**********119 saylı fayla daxil olduqda görünür ki, Təqsirləndirilən şəxs1 adına 2 iyun 2023-cü il tarixdə açılmış AZ30AİİB410100D**********119 saylı bank hesabında 16 avqust 2022-ci il tarixdən 12 oktyabr 2022-ci il tarixinədək aparılmış cəmi dövriyyələrin məbləği 3,498.08 manat təşkil edir. 410100D**********9119 saylı fayla daxil olduqda görünür ki, Təqsirləndirilən şəxs1 adına 9 avqust 2022-ci il tarixdə açılmış AZ20AİİB410100D**********119 saylı bank hesabında 12 sentyabr 2022-ci il tarixdən 21 dekabr 2022-ci il tarixinədək aparılmış cəmi dövriyyələrin məbləği 1,438,28 manat təşkil edir. 410100D**********299 saylı fayla daxil olduqda görünür ki, Təqsirləndirilən şəxs2 adına 23 sentyabr 2022-ci il tarixdə açılmış AZ60AİİB410100D**********299 saylı bank hesabında 23 sentyabr 2022-ci il tarixdən 21 noyabr 2023-cü il tarixinədək aparılmış cəmi dövriyyələrin məbləği 3,848,83 manat təşkil edir. (cild İİ, i/v: 81) - "xxxx" ASC tərəfindən daxil olmuş məktuba əlavə edilmiş çıxarışlara baxış keçirilməsi zamanı tərtib olunmuş 07 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 adına açılmış bank hesabı aşkar edilməmişdir. Lakin digər Təqsirləndirilən şəxs2 adına açılmış bank hesabı mövcud olmuşdur. Təqsirləndirilən şəxs2 adına olan AZ43NİCB**********0001A41010 saylı bank hesabında 26 avqust 2013-cü il tarixdən 31 dekabr 2020-ci il tarixədək aparılmış əməliyyatların dövriyyəsi 27.965 AZN təşkil etmişdir. (cild İİ, i/v: 66) - 04 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5188 saylı məhkəmə fiziki-kimyəvi ekspertiza rəyinin “tədqiqatın nəticəsi" hissəsində aşağıdakı kimi qeyd olunur: - üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş..." və s. yazılar, soyadlar, imzalar olan paketdəki 01 ədəd 1-ml-iik şprisdə 0,25ml həcmində qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,085 qram narkotik vasitə- heroin, ampulda heroinin izləri müəyyən edildi. Ampulda heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. - üzərində “Şahid1 Təqsirləndirilən şəxs1 aldığını bildirərək təqdim etdiyi ..." və s. yazılar, soyadlar, imzalar olan paketdəki üzərində “Royal..225...Tramadol Hydrochloride...” yazısı olan 05 ədəd blisterdə ümumilikdə 50 ədəd dərman tabletlərinin tərkibində güclü təsir edən maddə tramadol-hidroxlorid müəyyən edildi. 50 ədəd tabletin tərkibində tramadol-hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 11,25 qram təşkil edir. (cild İ, i/v: 79-84) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxs tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli 7580 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan Tramadolun qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxs tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli 7575 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 eyni zamanda bir neçə narkotik vasitələrin və psixo-aktiv maddələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İİ, i/v: 101-104) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli 3297 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona İttiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli 3298 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət kəçmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ, i/v: 76-80) - İstintaq orqanının 18 dekabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “şəxsi axtarış və götürmə aparılması haqqında" protokola əlavə edilmiş 1 ədəd, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 1 ədəd, "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş 1 ədəd, ümumilikdə 3 ədəd disk, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd A11224211 seriya nömrəli 10 manatlıq pul əskinası, ekspert tədqiqatından sonra qalıq 48 ədəd sayda “Tramadol Hydrochloride” adlı dərman tabletləri, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut hesab edilmiş, 48 ədəd “Tramadol Hydrochloride” adlı tabletlər, 1 ədəd mobil telefon Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılmış, pul əskinası və disklər isə cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin ekspert tədqiqatından sonra qalıq 0,1 ml çəkidə narkotik vasitə-heroin, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd qara rəngli "xxxx" markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd göy rəngli "xxxx" markalı mobil telefon, 1 ədəd üzərində 5243-7544-4005-5554 "xxxx" ASC-yə, 1 ədəd üzərində 4169-7388-9861-0658 saylı "xxxx" ASC-yə məxsus plastik bank kartları, 1 ədəd şüşə flakon cinayət işi üzrə maddi sübut hesab edilmədən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü DİN KMBİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (cild İİ, i/v: 107-128) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar üzrə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na əsasən Tramadol hidroxlorid güclü təsiredici maddənin külli miqdar daxil olmaqla aşağı həddi 6 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, təqsirləndirilən şəxslər tərəfindən Şahid1 satılmış 05 ədəd blisterdə ümumilikdə 50 ədəd dərman tabletlərinin tərkibində tramadol-hidroxloridin təsiredici maddəsinin ümumi miqdarı 11,25 qram təşkil etməklə «güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»nda nəzərdə tutulmuş külli miqdar həddində olmuşdur. Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən «İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır». Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdır və həmin şəxslərin hərəkətləri «birgə» olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi ilə bağlı ittihamla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxslər məhkəmə iclasında verdikləri ifadələrində bir-birilərini əvvəldən tanıdıqlarını, lakin birbirindən narkotik vasitə və ya güclü təsir edən maddə almadıqlarını və heç kimə belə bir maddə satmadıqlarını bildirsələr də, cinayət işinin materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxslər məhz bir-biri ilə əlaqəli şəkildə, güclü təsir edən dərman vasitələrini biri digərinə verməklə alıcılara çatdırmış və satışını həyata keçirmişlər. Qeyd olunan faktı təqsirləndirilən şəxslərin tutulduğu günə aid telefon danışıqları, yəni həmin gün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 arasında olan bir neçə dəqiqəlik və təkrarlanan telefon danışıqları təsdiq edir. Başqa sözlə təqsirləndirilən şəxslərin hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmuş və buna görə də, təqsirləndirilən şəxslərin əməli istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılığa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinə görə tövsif olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı təqsirləndirilən şəxslərin hər birinin məhkəmə iclasında verdikləri ifadələrinə ayrı-ayrılıqda qiymət verilməsini də zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin hər biri məhkəmə iclasında verdikləri ifadələrində heç vaxt narkotik vasitənin və ya güclü təsir edən dərman vasitəsinin satışı ilə məşğul olmadıqlarını, həmçinin onlardan narkotik vasitə aldığını bildirən iş üzrə şahid qismində dindirilmiş şəxslərə yalnız təmannasız, köməklik etmək məqsədi ilə güclü təsir edən dərman vasitəsini verdiklərini, polis əməkdaşları tərəfindən zorakılığa və təzyiqlərə məruz qaldıqlarını, buna görə də onlara məxsus olmayan dərman vasitələrini üzərlərinə götürməyə məcbur qaldıqlarını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin həmin ifadələri ilə bağlı qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslərin hər birinə məxsus mobil telefonlara və onların istifadəsində olan mobil telefon nömrələrinə dair mobil operatorlardan daxil olmuş disklərə baxış keçirilməsi zamanı aşkar edilmiş yazışmalardan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müxtəlif növdə olan narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən dərman həblərnin satışını həyata keçirmələri, müxtəlif şəxslərin onlara narkotik vasitə satmaları üçün müraciət etmələri, təqsirləndirilən şəxslərin də bunun qarşılığında müəyyən məbləğlərdə pul almaları şübhəsiz şəkildə müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 öz ifadəsində cinayət işi üzrə Şahid1 ona tramadol adlı dərman vasitəsini tapması üçün müraciət etdiyini, o da onda dərman vasitəsi olmadığını, Asimi özündən uzaqlaşdırmaq üçün Anarın nömrəsini verdiyini, lakin Anara zəng edərək Asimə onda dərman vasitəsi olmadığını deməsini tapşırdığını bildirsə də, onun bu ifadəsi ağlabatan və inandırıcı olmamaqla, Təqsirləndirilən şəxs1 məhz alıcını Təqsirləndirilən şəxs2 yönəltdiyi aydın şəkildə görünmüşdür. Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldıqlarını bildirsələr də, məhkəmə tərəfindən qeyd olunan məsələ ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, istintaq təcridxanasına daxil olan zaman Təqsirləndirilən şəxs2 üzərində ümumiyyətlə heç bir xəsarət aşkar edilməmiş, Təqsirləndirilən şəxs1 barəsində isə Nərimanov rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış və onun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması öz təsdiqini tapmadığından 23 noyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı ifadələri əsassızdır və öz təsdiqini tapmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrində cinayətin törədilməsi üsulu və mexanizmini geniş izah edərək, narkotik vasitələri əldə etmə yeri, vaxtı və mənbəsi barədə məntiqi ardıcıllığı olan ifadə vermişlər. Belə olan halda məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrini həqiqətə uyğun hesab etmir və məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur və onlara qanunla müəyyən edilmiş qaydada təqsirləndirildikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş tələbnamələrdən, müvafiq məhkəmə hökmü və qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Xəzər rayon Məhkəməsinin 03 sentyabr 2029-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 1500 manat cərimə və 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7(002)-313/2021 nömrəli, 07 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhər Probasiya İdarəsinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 “8 noyabr-Zəfər Günü münasibəti ilə elan amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş, digər Təqsirləndirilən şəxs1 isə əvvəllər məhkum olunmamışdır. (cild İİ, i/v 19-23; 30-56) Bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə Təqsirləndirilən şəxs2 himayəsində iki, Təqsirləndirilən şəxs1 himayəsində isə beş azyaşlı uşağının olmasını onların barəsində cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 noyabr 2023-cü il tarixli 7575 və 7580 nömrəli rəylərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin aşkar olunması və onların narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və onların barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən şəxslərin hər birinin barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onların hər birinin ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs olmasını nəzərə alaraq, onların təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduqları 03 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinin həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərin hər birinə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 1 ədəd, "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş 1 ədəd, ümumilikdə 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd A11224211 seriya nömrəli 10 manatlıq pul əskinası əvəzsiz olaraq dövlət nəfinə köçürülməli, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspert tədqiqatından sonra qalıq 48 ədəd sayda “Tramadol Hydrochloride” adlı dərman tabletləri məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon isə təqsirləndirilən şəxsin yaxın qohumlarına təhvil verilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələblərinə əsasən məhkəmə hesab edir ki, cinayət yolu ilə əldə edilmiş və maddi sübut kimi götürülərək cinayət işinin materiallarına əlavə edilmiş 10 manat məbləğində pul xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə köçürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut hesab edilmədən DİN KMBİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan ekspert tədqiqatından sonra qalıq 0,1 ml çəkidə narkotik vasitə-heroin və 1 ədəd şüşə flakon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd qara rəngli "xxxx" markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd göy rəngli "xxxx" markalı mobil telefon, 1 ədəd üzərində 5243-7544-4005- 5554 Uni Bank ASC-yə, 1 ədəd üzərində 4169-7388- 9861-0658 saylı "xxxx" ASC-yə məxsus plastik bank kartları müvafiq olaraq onların yaxın qohumlarına təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər birinə 570 (beş yüz yetmiş) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 04 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 04 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar- “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 ədəd, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 1 ədəd, "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş 1 ədəd, ümumilikdə 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspert tədqiqatından sonra qalıq 48 ədəd sayda “Tramadol Hydrochloride” adlı dərman tabletləri məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd qara rəngli “Samsung” markalı mobil telefon isə təqsirləndirilən şəxsin yaxın qohumlarına təhvil verilsin. Cinayət yolu ilə əldə edilmiş və maddi sübut kimi götürülərək cinayət işinin materiallarına əlavə edilmiş ümumilikdə 10 manat məbləğində pul xüsusi müsadirə edilməklə əvəzsiz olaraq dövlət nəfinə köçürülsün. Cinayət işi üzrə maddi sübut hesab edilmədən DİN KMBİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan ekspert tədqiqatından sonra qalıq 0,1 ml çəkidə narkotik vasitə-heroin və 1 ədəd şüşə flakon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd qara rəngli "xxxx" markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd göy rəngli "xxxx" markalı mobil telefon, 1 ədəd üzərində 5243-7544-4005- 5554 Uni Bank ASC-yə, 1 ədəd üzərində 4169-7388-9861-0658 saylı "xxxx" ASC-yə məxsus plastik bank kartları müvafiq olaraq təqsirləndirilən şəxslərin yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi- 110 (bir yüz on) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər birinə 570 (beş yüz yetmiş) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Roman Ələkbərli Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-182/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-182/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver