Məhkəmə qərarları › İş №1(101)-1820/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1820/2021

17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1820/2021 17.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Yusifbəyli və partnoyorları» vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (05 avqust 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 43A, mənzil 13-də qeydiyyatda olan və Bakı şəhəri, Cənub qapısı yaşayış kompleksi, ev 24D-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 salı İstintaq Təcridxanasında həbsda saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə küllü miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona məxsus 21 (iyirmi bir) ədəd metal konstruksiyalı yük konteynerini 6 (altı) ay müddətinə icarəyə götürmək niyyətinin olduğunu bildirib müqabilində müntəzəm olaraq aylıq icarə haqqı ödəyəcəyinə dair, 10 (on) ədəd metal konstruksiyalı yük konteynerini isə satın almaq niyyətinin olduğunu bildirib sonradan müqabilində ödəniş edəcəyinə dair yalandan vəd verib aldadaraq, onu həmin vədlərinə inandırmaq, habelə vədlərinin həqiqiliyi görüntüsü yaratmaq üçün icarə və alqı-satqı müqavilələri bağlayaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla ünvan 1 ünvanında fəaliyyət göstərən Bakı çinar soyuducuları zavodunun ərazisində 02 mart 2017-ci il tarixdə bir vahidinin qiyməti 2200 manat olmaqla ümumi dəyəri 13200 manat təşkil edən 6 (altı) ədəd 2,4 x 6 m ölçülü yük konteynerini, 13 mart 2017-ci il tarixdə bir vahidinin qiyməti 2200 manat olmaqla ümumi dəyəri 8800 manat təşkil edən 4 (dörd) ədəd 2,4 x 6 m ölçülü yük konteynerini, 19 mart 2017-ci il tarixdə bir vahidinin qiyməti 2200 manat olmaqla ümumi dəyəri 13200 manat təşkil edən 6 (altı) ədəd 2,4 x 6 m ölçülü yük konteynerini, 25 mart 2017-ci il tarixdə bir vahidinin qiyməti 2200 manat olmaqla ümumi dəyəri 4400 manat təşkil edən 2 (iki) ədəd 2,4 x 6 m ölçülü yük konteynerini, 29 mart 2017ci il tarixdə 2200 manat dəyərində 1 (bir) ədəd 2,4 x 6 m ölçülü yük konteynerini, 06 aprel 2017-ci il tarixdə bir vahidinin qiyməti 2200 manat olmaqla ümumi dəyəri 4400 manat təşkil edən 2 (iki) ədəd 2,4 x 6 m ölçülü yük konteynerini 6 (altı) ay müddətinə müqabilində müntəzəm olaraq aylıq icarə haqqı ödəyəcəyinə dair yalandan vəd verib icarə müqaviləsi bağlamaqla, 10 aprel 2017-ci il tarixdə isə bir vahidinin qiyməti 1500 manat olmaqla ümumi dəyəri 15000 manat təşkil edən 10 (on ədəd) 2,4 x 6 m ölçülü yük konteynerini müqabilində 14 aprel 2017-ci il tarixdə tam həcmdə ödəniş edəcəyinə dair yalandan vəd verib alqı-satqı müqaviləsi bağlamaqla alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 61.200 (altmış bir min iki yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 4-5 (dörd-beş) il olar ki, tanımış, onunla qohumluğu və ədavəti olmamış, uzun müddət inşaat sektorunda işlədiyindən Zərərçəkmiş şəxs ünvan 1 ünvanında fəaliyyət göstərən Bakı «Çinar soyuducu»ları zavodunun ərazisində qaynaq sexində yük daşınması üçün metal konstruksiyalı konteynerlərin istehsalı, satışı və icarəyə verilməsi ilə məşğul olduğunu bilmişdir. Eləcə də o, göstərmişdir ki, 2017-ci ilin mart ayının əvvəllərində, təxminən 02 mart 2017-ci il tarixdə təcili pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs icarəyə götürdüyü sexə gedərək orada onunla görüşüb hal-əhval tutduqdan sonra 3 (üç) ay müddətinə 06 (altı) ədəd konteyner icarəyə verməsini xahiş etmiş, Rəfail onunla razılaşaraq elə həmin günü ona 06 (altı) ədəd yük konteynerini hər bir konteyner üçün aylıq 200 (iki yüz) manat icarə haqqı ödəmək şərti ilə ümumilikdə 1.200 (bir min iki yüz) manat icarə haqqı müqabilində üç ay müddətinə icarəyə vermiş, bununla əlaqədar Rəfaillə aralarında icarə müqaviləsi bağlamış, həmin vaxt Rəfailin ona etibar etməsi üçün birinci ayın icarə haqqını, yəni 1.200 (bir min iki yüz) manatı ona dərhal vermiş, Rəfaildən üç ay müddətinə icarəyə götürdüyü həmin 06 (altı) ədəd yük konteynerini elə həmin gün hazırda markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilləri ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə apararaq orada Türkiyə Respublikası vətəndaşı olan tanışı Akan adlı şəxsə aylıq 250 (iki yüz əlli) manat icarə haqqı müqabilində icarəyə vermiş, təxminən 10 (on) gün sonra, 13 mart 2017-ci il tarixdə yenidən Rəfaillə ünvan 4 ünvanında fəaliyyət göstərən Bakı çinar soyuducuları zavodunun ərazisində qaynaq sexində görüşüb icarə müqaviləsi bağlamaqla ondan 04 (dörd) ədəd yük konteynerini altı ay müddətinə hər bir konteyner üçün aylıq 200 (iki yüz) manat icarə haqqı ödəmək şərti ilə ümumilikdə 800 (səkkiz yüz) manat icarə haqqı müqabilində icarəyə götürmüş və bu barədə Rəfaillə icarə müqaviləsi bağlamış, həmin vaxt Rəfailin ona inanıb etibar etməsi üçün birinci ayın icarə haqqını, yəni 800 (səkkiz yüz) manatı ona dərhal vermiş, bu minvalla hər dəfə icarə müqaviləsi bağlamaqla sonradan 2017-ci ilin mart-aprel ayları ərzində Rəfaildən ünvan 1 ünvanında fəaliyyət göstərən Bakı çinar soyuducuları zavodunun ərazisindəki qaynaq sexində hər bir konteyner üçün aylıq 200 (iki yüz) manat icarə haqqı ödəmək şərti ilə 06 (altı) ədəd, 02 (iki) ədəd, 01 (bir) ədəd və 02 (iki) ədəd olmaqla əlavə 11 (on bir) ədəd də yük konteyneri icarəyə götürmüş, hər dəfə də konteynerləri icarəyə götürüb apararkən Rəfailin ona inanıb etibar etməsi üçün onunla icarə müqaviləsi bağlamış və icarə haqqı kimi müəyyən məbləğdə ilkin ödənişi etmiş, Rəfaillə aralarında bağlanmış icarə müqavilələrinin bəzilərində icarə müddəti 06 (altı) ay kimi göstərilsə də, narahat olmaması üçün maksimum 03 (üç) ay sonra icarəyə götürüdüyü bütün konteynerləri geri qaytaracağına söz vermiş, 2017-ci ilin mart-aprel ayları ərzində Rəfaildən icarəyə götürdüyü ümumilikdə 21 (iyirmi bir) ədəd həmin yük konteynerlərinin hamısını öz növbəsində yubanmadan yük avtomobilləri ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə daşıyıb apararaq orada Türkiyə Respublikası vətəndaşı olan tanışı Akan adlı şəxsə aylıq 250 (iki yüz əlli) manat icarə haqqı müqabilində icarəyə vermiş, 2017-ci ilin aprel ayının əvvəllərində, təxminən 10 aprel 2017-ci il tarixdə növbəti dəfə həmin sexdə Rəfaillə görüşərək 10 (on) ədəd yük konteynerini satmasını xahiş etmiş, lakin bunun müqabilində dərhal tam həcmdə ödəniş etmək imkanı olmadığını söyləmiş, Rəfail etiraz etməyərək bir ədəd yük konteynerinin qiymətinin 1.500 (bir min beş yüz) manat olduğunu və 10 (on) ədəd yük konteynerinin qiymətinin ümumilikdə 15.000 (on beş min) manat təşkil etdiyini demiş, Rəfailin ona inanması üçün onunla alqı-satqı müqaviləsi bağlayacağını və ilkin ödəniş kimi 1.000 (bir min) manat pul verəcəyini söyləyib yerdə qalan 14.000 (on dörd min) manatı da müqavilədə göstərilən müddət ərzində ödəyəcəyini vəd etmiş, Rəfail bir qədər tərədüdd etdikdən sonra onunla razılaşmış və elə həmin gün onunla alqı-satqı müqaviləsi bağlayaraq, ilkin ödəniş qismində 1.000 (bir min) manat pulu ödəməklə həmin sexdə Rəfaildən 10 (on ədəd) yük konteyneri almış, yerdə qalan 14.000 (on dörd min) manatı isə bir neçə günə ödəyəcəyini vəd etmiş, həmin 10 (ədəd) konteyneri də elə həmin günü yük avtomobilləri ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə daşıyıb apararaq orada Türkiyə Respublikasının vətəndaşı olan tanışı Akan adlı şəxsə hər birini 1.500 (bir min beş yüz) manata olmaqla ümumilikdə 15.000 (on beş min) manata nəğd şəkildə satmış, Akan aldığı 10 (on) ədəd konteynerin müqabilində ona dərhal 15.000 (on beş min) manat pul ödəmiş, bundan başqa, Akanla danışıb razılaşaraq ona icarəyə verdiyi Rəfailə məxsus olan 21 (iyirmi bir) ədəd konteyneri də hər birini 1.500 (bir min beş yüz) manata olmaqla ümumilikdə 31.500 (otuz bir min beş yüz) manata ona satmış, beləcə, Rəfailə məxsus 31 (otuz) bir ədəd konteynerə görə həmin gün Akandan ümumilikdə 46.500 (qırx altı min beş yüz) manat pul almış, həmin ərəfələrdə əldə etdiyi 46.500 (qırx altı min beş yüz) manat məbləğində pulu öz ehtiyaclarına sərf edib xərcləmiş, bu səbəbdən Rəfail bir müddət sonra ondan pulunu ödəməyi və ya konteynerlərini qaytarmağı tələb etdikdə ona nə cavab verəcəyini bilməyib onunla əlaqə və ünsiyyəti kəsmiş, hazırda isə əməlindən peşman olmuş, imkan tapan kimi, Rəfailə vurduğu maddi ziyanı tam həcmdə ödəyəcəkdir. Daha sonra o, göstərmişdir ki, cinayət işinin materiallarında olan konkteynerlərə dair alqı-satqı və icarə müqavilələrində ad və soyadı qarşısındakı imzalar özü tərəfindən icra edilmiş, həmin müqavilələrin mötəbərliliyini tam təsdiq etmiş, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 31 (otuz bir) ədəd yük konteynerini satdığı Türkiyə Respublikası vətəndaşı Akan adlı şəxsin digər anket məlumatlarını, o cümlədən soyadını və atasının adını, habelə yaşayış ünvanını və əlaqə telefonunu bilməmiş, Akan 2019-cu ildə Azərbaycan Respublikasını tərk edib Türkiyə Respublikasına qayıtdığından onunla əlaqəsi olmamış, Zərərçəkmiş şəxs məxsus 31 (otuz bir) ədəd yük konteynerinin hazırda harada olması barədə məlumatı olmamış, Akana satmış olduğu yük konteynerləri özünə məxsus olmasa da təcili pula ehtiyacı olduğu üçün belə bir addım ataraq Rəfilin malını Akana satmış, 31 ədəd konteynerləri sataraq Akandan aldığı 46.500 (qırx altı min beş yüz) manat pulu sadalamaq istəmədiyi öz şəxsi ehtiyaclarına sərf edib xərcləmiş, Zərərçəkmiş şəxs məxsus konteynerləri ondan əldə edib başqa şəxsə sataraq pul vəsaiti əldə etməkdə ona heç kəs kömək etməmiş, pula ehtiyacı olduğu üçün bu işi özü təkbaşına düşünüb həyata keçirmiş, Zərərçəkmiş şəxs məxsus həmin 31 (otuz bir) ədəd yük konteynerinin müqabilində ona ümumilikdə 17.000 (on yeddi min) manat vermiş, Rəfaildən alqı-satqı müqaviləsi bağlayaraq aldığı həmin 10 (on) ədəd konteynerə görə ona cəmi 8.000 (səkkiz min) manat pul ödəmiş, icarəyə götürdüyü digər 21 (iyirmi bir) ədəd konteynerə görə isə ona təxminən 9.000 (doqquz min) manat icarə haqqı ödəmiş, Zərərçəkmiş şəxs məxsus həmin 31 (otuz bir) ədəd yük konteynerini daşımaq üçün istifadə etdiyinəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və markalarını, habelə həmin nəqliyyat vasitələrini idarə edən şəxsləri hazırda xatırlamır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani küçəsi, ev 1, mənzil 31-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə 2015-ci ildən hazıradək ünvan 1 ünvanında fəaliyyət göstərən Bakı «Çinar soyuducu»ları zavodunun nəzdində olan 1.500 kvadratmetr sahəyə malik qaynaq sexini icarəyə götürərək həmin ərazidə yük daşınması üçün metal konstruksiyalı konteynerlərin istehsalı, satışı və icarəyə verilməsi ilə məşğul olmuşdur. Bundan başqa o, göstərmişdir ki, Təqsirləndirilən şəxs 2017-ci ildən etibarən tanımış, onunla qohumluğu və ədavəti olmamış, 02 mart 2017-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs icarəyə götürüb işlətdiyi sexə gələrək ondan 3 (üç) ay müddətinə 06 (altı) ədəd konteyner icarəyə götürmək istədiyini bildirmiş, ona etiraz etməmiş və aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs həmin gün ondan qeyd olunan sexdə 06 (altı) ədəd 2,4 x 6 m ölçülü yük konteynerini 06.03.2017-ci il tarixdən 06.09.2017-ci il tarixədək hər bir konteyner üçün aylıq icarə haqqı 200 (iki yüz) manat təşkil etməklə ümümilikdə 1.200 (bir min iki yüz) manat icarə haqqı müqabilində icarəyə götürmüş, bununla əlaqədar Təqsirləndirilən şəxslə aralarında 02.03.2017-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin vaxt İntiqam birinci ayın icarə haqqını, yəni 1.200 (bir min iki yüz) manat məbləğində pulu ona dərhal vermiş və ondan icarəyə götürdüyü konteynerlri qazanc əldə etmək üçün rəngləyərək öz növbəsində başqa şəxsə icarəyə verəcəyini bildirmiş, İntiqama bu məsələnin artıq öz şəxsi işi olduğunu və ona icarəyə verdiyi konteynerlərdən necə istifadə edəcəyinin ona aidiyyəti olmadığını demiş, 13 mart 2017-ci il tarixdə günorta saatlarında İntiqam yenidən icarəyə götürdüyü qaynaq sexinə gələrək icarə müqaviləsi bağlamaqla ondan qeyd olunan sexdə 04 (dörd) ədəd 2,4 x 6 m ölçülü yük konteynerini 13.03.2017-ci il tarixdən 13.09.2017-ci il tarixədək hər bir konteyner üçün aylıq icarə haqqı 200 (iki yüz) manat təşkil etməklə ümümilikdə 800 (səkkiz yüz) manat icarə haqqı müqabilində icarəyə götürmüş, bununla əlaqədar Təqsirləndirilən şəxslə aralarında 13.03.2017-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin vaxt İntiqam birinci ayın icarə haqqını, yəni 800 (səkkiz yüz) manat məbləğində pulu ona dərhal vermiş, 19 mart 2017-ci il tarixdə İntiqam yenidən icarəyə götürdüyü qaynaq sexinə gəlib icarə müqaviləsi bağlamaqla ondan qeyd olunan sexdə 06 (altı) ədəd 2,4 x 6 m ölçülü yük konteynerini 19.03.2017-ci il tarixdən 19.06.2017-ci il tarixədək hər bir konteyner üçün aylıq icarə haqqı 200 (iki yüz) manat təşkil etməklə ümumilikdə 1.200 (bir min iki yüz) manat icarə haqqı müqabilində icarəyə götürmüş, bu barədə Təqsirləndirilən şəxslə aralarında 19.03.2017-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin vaxt İntiqam yenə də birinci ayın icarə haqqını, yəni 1.200 (bir min iki yüz) manat məbləğində pulu ona dərhal vermiş, bu minvalla İntiqam qeyd olunan sexdə 25 mart 2017-ci il tarixdə icarə müqaviləsi bağlayaraq 400 (dörd yüz) manat məbləğində ilkin ödəniş etməklə 02 (iki) ədəd 2,4 x 6 m ölçülü yük konteynerini, 29 mart 2017-ci il tarixdə icarə müqaviləsi bağlayaraq 200 (iki yüz) manat məbləğində ilkin ödəniş etməklə 01 (bir) ədəd 2,4 x 6 m ölçülü yük konteynerini, 06 aprel 2017-ci il tarixdə isə icarə müqaviləsi bağlayaraq 400 (dörd yüz) manat məbləğində ilkin ödəniş etməklə 02 (iki) ədəd 2,4 x 6 m ölçülü yük konteynerini icarəyə götürmüş, beləliklə, 06 aprel 2017-ci il tarixdə artıq İntiqama ümumilikdə 21 (iyirmi bir) ədəd 2,4 x 6 m ölçülü yük konteyneri vermiş, İntiqam aralarında bağlanmış icarə müqavilələrində bəzilərində icarə müddəti 06 (altı) ay göstərsə də 03 (üç) ay sonra icarəyə götürüdüyü bütün konteynerləri geri qaytaracağını vəd etmiş, İntiqam 2017-ci ilin mart ayının əvəllərində, yəni 02 və 13 mart 2017-ci il tarixlərdə icarəyə götürdüyü ümumilikdə 10 (on) ədəd yük konteynerinə görə ikinci ayın, yəni 2017-ci ci ilin aprel ayı üçün nəzərdə tutulmuş ümumilikdə 2000 (iki min) manat məbləğində icarə haqqını yubanmadan vaxtında ödəmiş, 10 aprel 2017-ci il tarixdə İntiqam işlədiyi sexə gələrək konteyner icarəsindən yaxşı qazanc əldə etdiyini bildirib icarəyə götürmüş olduğu 10 (on) ədəd yük konteynerini satın almaq istədiyini, lakin bunun müqabilində tam həcmdə ödəniş etmək imkanının olmadığını bildirmiş, ona etiraz etməyərək bir ədəd yük konteynerinin qiymətinin 1.500 (bir min beş yüz) manat olduğunu və 10 (on) ədəd yük konteynerinin qiymətinin ümumilikdə 15.000 (on beş min) manat təşkil etdiyini bildirmiş, İntiqam and-aman edərək, 10 (on) ədəd yük konteynerini satın almaq üçün müqavilə bağlamaqla ilkin ödəniş qismində 1.000 (bir min) manat pul verəcəyini, yerdə qalan 14.000 (on dörd min) manatı isə müqavilədə göstərilən müddət ərzində ödəyəcəyini vəd etmiş, İntiqamın səmimiyyətinə inanıb onunla razılaşmış və 10 aprel 2017-ci il tarixdə İntiqam onunla alqı-satqı müqaviləsi bağlayaraq, ilkin ödəniş qismində 1.000 (bir min) manat verib 10 (on ədəd) 2,4 x 6 m ölçülü yük konteyneri alaraq yerdə qalan 14.000 (on dörd min) manat pulu isə 14 aprel 2017-ci il tarixdə verəcəyini bildirmiş, elə həmin günü İntiqam ondan 10 (on ədəd) 2,4 x 6 m ölçülü yük konteynerini təhvil alıb getmiş və 14 aprel 2017-ci il tarixədək İntiqam ona ümumilikdə 6.500 (altı min beş yüz) manat pul ödəyərək, yerdə qalan 8500 (səkkiz min beş yüz) manat pulu isə 3 (üç) gün ərzində ödəyəcəyinə söz vermiş, lakin İntiqam vədinə əməl etməyərək söz verdiyi vaxt həmin məbləği ödəməmişdir. Həmçinin o, göstərmişdir ki, İntiqam 2017-ci ilin mart ayı ərzində ondan icarəyə götürdüyü 21 (iyirmi bir) ədəd konteynerə görə vəd etdiyi aylıq icarə haqqını da ödəməkdən yayınmağa başlamış, məhz bundan sonra İntiqamın onu aldatmasını və etibarından sui-istifadə etməsini başa düşmüş, İntiqamla bir neçə dəfə əlaqə saxlayaraq dərhal aldığı, o cümlədən icarəyə götürdüyü yük konteynerlərini geri qaytarmasını tələb etmiş, İntiqam hər dəfə qısa müddət ərzində konteynerlərə görə ved etdiyi pulu ödəyəcəyinə söz versə də, müxtəlif bəhanələrlə onu aldatmış, sonradan isə İntiqam ondan aldığı, habelə icarəyə götürdüyü konteynerləri hər hansı şəxsə və ya şirkətə icarəyə vermədiyini və satıb pulunu ələ keçirməsini öyrənmişdir. Daha sonra o, göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan icarəyə götürdüyü 21 (iyirmi bir) ədəd konteynerin hər biri eyni ölçülü olmuş, həmin konteynerlərin ölçüsü (hündürlüyü) digər konteynerlərlə müqayisədə geniş olduğu üçün onların bir ədədinin qiyməti 2.200 (iki min iki yüz) manat olmaqla ümumi dəyəri 46.200 (qırx altı min iki yüz) manat təşkil etmiş, Təqsirləndirilən şəxs pulunu sonradan ödəmək şərti ilə satın almış olduğu 10 (on) ədəd konteyner isə eyni ölçülü olmaqla hər birinin dəyəri 1.500 (bir min beş yüz) manat, ümumi dəyəri isə 15.000 (on beş min) manat təşkil etmiş, İntiqam pulunu sonradan ödəmək şərti ilə satın almış olduğu 10 (on) ədəd konteynerə görə həmin ərəfələrdə ona cəmi 6.500 (altı min beş yüz) manat pul ödəmiş, bununla da İntiqam ona ümumilikdə 54.700 (əlli dörd min yeddi yüz) manat məbləğində maddi ziyan vurmuş, Təqsirləndirilən şəxs ona məxsus 21 ədəd konteyneri icarəyə götürməklə, habelə 10 ədəd konteyneri pulunu sonradan ödəmək vədi ilə aldadaraq ələ keçirməsini fəhlə işləyən Şahid da görmüş və bütün hadisələrin şahidi olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş maddi zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində Zərərçəkmiş şəxs ifadələrindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı aşağıdakı sübutlar da tədqiq olunmuşdur. Cinayət işinin materiallarindan məlum olur ki, Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində axtarış elan olunmuş, 04 avqusi 2021-ci il tarixdə tutlaraq istintaqa təhvil verilmişdir. 06 avqust 2021-ci il tarxli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinyət işinin materiallarına əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının 20 avqust 2021-ci il tarixli, 1871 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi tibbi müalicəyə ehtiyacı yoxdur. Cinyət işinin materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 9/6385 saylı rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə əsasən, ekspertiza təyini haqqında qərarda qeyd edilən, fotoşəkilləri təqdim edilmiş və istifadə olunmuş 31 ədəd 2,4 x 6 metr ölçüdə dəmir konteynerlərin 2017-ci ilin mart-aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 46.500 (31 x 1500) manat müəyyən edilmişdir. Cinyət işinin materiallarına əlavə olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının 10 sentyabr 2021-ci il tarixli, 4/1120 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 02 mart 2017-ci il tarixli, 13 mart 2017-ci il tarixli, 19 mart 2017-ci il tarixli, 25 mart 2017-ci il tarixli, 29 mart 2017-ci il tarixli, 06 aprel 2017-ci il tarixli konteyner icarə müqavilələrində və 10 aprel 2017-ci il tarixli müqavilədə “Təqsirləndirilən şəxs» yazıları qarşısındakı imzalar-eyni şəxs Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqim edilmiş 02 mart 2017-ci il tarixli, 13 mart 2017-ci il tarixli, 19 mart 2017-ci il tarixli, 25 mart 2017-ci il tarixli, 29 mart 2017-ci il tarixli, 06 aprel 2017-ci il tarixli konteyner icarə müqavilələrində və 10 aprel 2017-ci il tarixli müqavilədə “Təqsirləndirilən şəxs» yazıları qarşısındakı imzalarda – imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilməmişdir. 02 mart 2017-ci il tarixli, 13 mart 2017-ci il tarixli, 19 mart 2017-ci il tarixli, 25 mart 2017-ci il tarixli, 29 mart 2017-ci il tarixli, 06 aprel 2017-ci il tarixli konteyner icarə müqavilələrində və 10 aprel 2017-ci il tarixli müqavilədə “Təqsirləndirilən şəxs» yazıları qarşısındakı imzalarda – imzaların qeyri-adi psixofizioloji vəziyyətdə (sərxoş, həyəcanlı və s.) icra olunmasını xarakterizə edən əlamətlər müəyyən olunmamışdır. Beləliklə məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. İş üzrə Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib 2 (iki) il sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilmişdir. İbtidai istintaq orqanı tərəfindən S.Saleyevə ittiham verilmişdir ki, hazırki cinayət işi üzrə törətmiş olduğu cinayət əməlinin sonuncu epizodunu 14 aprel 2017-ci il tarixdə törətməklə Zərərçəkmiş şəxs ümumilikdə 61.200 (altmış bir min iki yüz) manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin residivi göstərilsə də ona verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə törətmiş olduğu cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.03.2017-ci il tarixli hökmü qanuni qüvvəsini almazdan əvvəl törətmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş hökmün icrası barədə göstərişin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2017-ci il tarixli hökmü qanuni qüvvəsini 19 aprel 2017-ci il tarixdə almışdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət üşi üzrə törətmiş olduğu cinayət əməlini onun barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2017-ci il tarixli hökmü qanuni qüvvəsini almazdan əvvəl törətdiyi üçün onun əməlində cinayətlərin residivi yoxdur. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar zərərçəkmiş şəxsə dəymiş ziyanın ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasıdır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun, bu hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan məsuliyyətini yüngülləşdirən halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onun islah olunması cəza çəkmədən mümkündür və barəsində cəza təyin edilərək həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət, onun daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əmlak müsadirəsi tətbiq oluna bilməz. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübutlar yoxdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 160 (yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə zalından həbsdən azad olunmalı, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351-353-357-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində üzərinə öz davranışı ilə islah olunduğunu sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək kimi vəzifələr qoyulsun. Sınaq müddəti ərzində davranışı üzərində nəzarət yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclasının zalında həbsdən dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 160 (yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar