Məhkəmə qərarları › İş №1(101)-1820/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1820/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1820/2024 10.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X4 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi - Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, Füzuli rayonu, Saracıq kəndində qeydiyyatda olmaqla, faktiki Sumqayıt şəhər, 15-ci məhəllə, 15-ci yataqxanada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə, ünvan 1 ünvanında şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi külli miqdarda 3060,0 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 33-cü PB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü tarixdə saat 22 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əlində olan 01 ədəd qara rəngli sellofan torbanın içərisində olan 03 ədəd qara rəngli sellofan bükümdə ayrı ayrılıqda çəkiləri 915,0 qram, 1145,0 qram, 1000,0 qram ümumi təmiz çəkisi 3060,0 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o 2024-cü ilin fevral ayının 9-da şəxsi istifadəsi üçün 5 qram metamfetamin götürməyə getmişdir. Narkotik vasitəni ağacın altında qoymuşlar. Lakin o həmin yerə çatanda qara sellofanda “torpaq” olduğunu görmüşdür. Əlini atıb götürmək istəyəndə polis əməkdaşları onu yaxalamışlar. Həmin narkotik vasitə ona aid deyil. Şəxsi axtarış zamanı üzərindən telefon, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi çıxmış və o ancaq bununla bağlı olan sənədi imzalamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, hadisə 2024-cü il fevral ayının 9-u baş vermişdir. Barəsində olan Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə gedən işi isə 2021-ci ildə törətmişdir. Danışıq zamanı ona narkotik vasitənin 5 qram olacağı deyilmişdir. Polis əməkdaşları onu yaxaladıqdan sonra bölmədə narkotik vasitənin çəkisini ölçmüşlər. Tapılan narkotik vasitə qurudulmuş marixuana olmuş və çəkisi 3,6 kiloqram təşkil etmişdir. O, metamfetamin dalınca getmişdir. Pulu sonradan ödəyəcəkmiş. Narkotik vasitəni satan İran vətəndaşı olmuşdur. Həmin şəxsin adı Yavər olmuşdur. Yavəri ilk dəfə narkotikə görə tutulmamışdan əvvəl tanımışdır. Cəza çəkdiyi müddətdə Yavərlə əlaqələri olmamışdır. Narkotik vasitənin ödənişini kart vasitəsilə atacaqmış. Narkotik vasitənin olduğu yeri mesajla atmışdır. Narkotik vasitə ağacın yanında olmalı imiş. Narkotik vasitəni götürməli olduğu yerin şəklini atmışdır. Şəkildə qara sellofan olmuşdur. Ora gedəndə gördüyü sellofan daha böyük və qulplu olmuşdur. Onu yaxalayan polislərə metamfetamin götürməyə gəldiyini demişdir. Yavərlə danışan zaman metamfetamin götürmək istədiyini Yavərə demişdir. Narkotik vasitəni götürdükdən sonra yol tərəfdən iki polis əməkdaşı gəlmişdir. Həmin şəxslərdən biri çatan kimi onu vurmuş, digəri isə təkan verərək onu yerə yıxmışdır. Onun öz kəməri ilə əlini bağlamışlar. Hesab edir ki, polislər onu kənardan güdürmüşlər. X10 ərazisində baş vermişdir. Sellofanı götürdükdən sonra içinə baxanda onu yaxalamışlar. Tutduqdan sonra onu 30-cu bölməyə aparmışlar. Video-çəkilişdən əvvəl müdafiəçi gəlmişdir. Düşünür ki, polislər Yavərlə əlbir olmuşdur. Bu səbəbdən Yavər metamfetamin yox, marixuana göndərmişdir. O ittihamı boynuna almamışdır. Bölmədə ona qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Narkotik vasitəni götürməkdə məqsədi onun sifariş verdiyi mal olubolmadığına baxmaq olmuşdur. Onu 3 nəfər yox, iki maşın polis əməkdaşı saxlamışdır. Polis əməkdaşları onun yanına çatan zaman onu vuraraq yıxmışlar. Cinayət işinin materiallarında olan imzaların heç biri ona məxsus deyil. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, 2024-cü ilin fevral ayında əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilmişdir. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış və polis bölməsinə dəvət edilmişdir. Bölmədə üzərinə şəxsi axtarış keçirilmiş və könüllü şəkildə təqdim etdiyi bükümlər qablaşdırılaraq ekspertizaya təqdim edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, o, 13 ildir ki, polis orqanlarında işləyir. əməliyyat qrupu 3 nəfərdən ibarət olmuşdur. Əməliyyat qrupu ondan, Şahid1 və Şahid3 ibarət olmuşdur. Təqsirləndirilən şəxs axşam vaxtları 21:30- 22:00 radələrində V yaşayış massivində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərinə baxış keçirilməmişdir. Onun üzərinə baxış bölmədə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən marixuanaya bənzər narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə yerində baxış keçirməmələrinin səbəbi cinayət prosessual zərurətdən irəli gəlir. Təqsirləndirilən şəxs saxlanılan vaxt hava şəraitinin necə olmasını xatırlamır. Təqsirləndirilən şəxs üzərindən 3 büküm narkotik vasitə, şəxsiyyət vəsiqəsi və səhv etmirsə kart aşkar edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Şəxsi saxlayan zaman üzərində qara köynək və cins şalvar olmuşdur. Narkotik vasitələr Təqsirləndirilən şəxs gödəkcəsindən çıxmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən videoçəkiliş aparılmışdır. Videoçəkilişdə Təqsirləndirilən şəxs nə dediyini xatırlamır. Narkotik vasitələr böyük qara torbada olmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 09 fevral 2024-cü il tarixdə Sumqayıt şəhər, 15-ci məhəllə, 15-ci yataqxanada yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda ünvan 2 yaxınlığında olması və narkotik vasitə əldə etmək üçün həmin ünvanda olması barədə məlumat daxil olmuş, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə etmiş, müvafiq sənədləşmə aparıldıqdan sonra Şahid1 və Üzeyir Quliyev ilə birlikdə saat 22 radələrində ünvan 2 yaxınlığına getmişlər. Həmin vaxtı ünvan 2 yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 33-cü PB-nə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin 33-cü PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Sabirə üzərində qanunsuz saxlanılan psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Sabir də əlində olan qara rəngli torbanı, 5239-1517-5245-1065 nömrəli plastik kart, özünə məxsus şəxsiyyət, sürücülük vəsiqəsini və “Samsung A02” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Sonra onlar Sabirin təqdim etdiyi qara torbaya baxış keçirmişlər. Baxış zamanı həmin torbada 03 ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “marixuana” kimi tanıdığı narkotik vasitə marixuanadır, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə ünvan 2 Yavər adlı iran vətəndaşından alıb və özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd büküm qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. (cild 1, iş vərəqə 122-214) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman əlavə dəstək qüvvəyə ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 2024-cü ilin fevral ayının 9-10-u əməliyyat məlumatı əsasında V yaşayış massivi ərazisində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tərəflərindən bölməyə dəvət olunmuşdur. Bölmədə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilərkən gödəkçəsinin içindən 3 büküm narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupuna o rəhbərlik etmişdir. Əməliyyat tədbiri daxil olmuş məlumat əsasında keçirilmişdir. Təqsirləndirilən şəxs saat 21-22 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən 3 büküm narkotik vasitə aşkar edilmişdir, bükümlərin ölçüsünü xatırlamır. Təqsirləndirilən şəxs saxlayan zaman gödəkçəsinin üzərindən narkotik vasitəni müşahidə etmək olmurmuş. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs qarşı fiziki təsir olmamışdır. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. Təqsirləndirilən şəxs anket məlumatlarını öyrənmək üçün portaldan çıxarış etmişlər. Portaldan çıxarışın altında onun imzası yoxdur. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. X11 qəsəbəsi, V yaşayış massivində saxlamışlar. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 09 fevral 2024-cü il tarixdə Sumqayıt şəhər, 15-ci məhəllə, 15-ci yataqxanada yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması və hazırda ünvan 2 yaxınlığında olması və narkotik vasitə əldə etmək üçün həmin ünvanda olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə etmiş, müvafiq sənədləşmə aparıldıqdan sonra Şahid2 və Üzeyir Quliyev ilə birlikdə saat 22 radələrində ünvan 2 yaxınlığına getmişdirlər. Həmin vaxtı ünvan 2 yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirmişlər, Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİnin 33-cü PB- nə gəlmişdir. Bundan sonra Suraxanı RPİ-nin 33-cü PB-nin xidməti otaqlann birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişdilər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da əlində olan qara rəngli torbanı, 5239-1517-5245-1065 nömrəli plastik kart, özünə məxsus şəxsiyyət, sürücülük vəsiqəsini və “Samsung A02” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra onlar onun üzərində şəxsi axtarış aparmışdır. Sonra onun təqdim etdiyi qara torbaya baxış keçirmişdirlər. Baxış zamanı həmin torbada 03 ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümdəki kütlə “marixuana” kimi tanıdığı narkotik vasitə marixuanadır, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə ünvan 2 Yavər adlı iran vətəndaşından alıb və özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd büküm qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, protokolda yazılanların doğru olduğunu imzalarla təsdiq edilmişdir. (cild 1, iş vərəqə 119-121) Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 33cü PB-nin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 09 fevral 2024-cü il tarixdə Sumqayıt şəhər, 15-ci məhəllə, 15-ci yataqxanada yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması və hazırda ünvan 2 yaxınlığında olması və narkotik vasitə əldə etmək üçün həmin ünvanda olması barədə məlumat daxil olmuş, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Şahid2 və Şahid1 ilə birlikdə saat 22 radələrində ünvan 2 yaxınlığına getmişlər. Həmin vaxtı ünvan 2 yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək şəxsə narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirmiş, Suraxanı RPİ-nin 33-cü PBnə dəvət etmişdir. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 33-cü PB-nə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin 33-cü PBnin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda şəxsə üzərində qanunsuz saxlanılan psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Sabir də əlində olan qara rəngli torbanı, 5239-xx-xx-5245-1065 nömrəli plastik kart, özünə məxsus şəxsiyyət, sürücülük vəsiqəsini və “Samsung A02” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra onlar Sabirin üzərində şəxsi axtarış aparmışlar. Sonra onlar Sabirin təqdim etdiyi qara torbaya baxış keçirmişlər. Baxış zamanı həmin torbada 03 ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “marixuana” kimi tanıdığı narkotik vasitə marixuanadır, həmin narkotik vasitəni xx.xx.2024cü il tarxdə ünvan 2 ünvanında Yavər adlı İran vətəndaşından alıb və özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş 03 ədəd büküm qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. (cild 1, iş vərəqə 125-127) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda göstərilmişdir ki, Füzuli rayonu, Saracıq kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 15-ci məhəllə, 15 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs Yeni Günəşli qəsəbəsi ərazisində narkotik vasitələri və psixotrop maddələri istifadə etməsi və dövriyyəsi ilə məşğul olması bildirilir. (Cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və həmin tarixli əməliyyat qrupunun yaradılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Suraxanı RPİ-nin 33-cü PB-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-7) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30-da ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilmişdir. (Cild 1, iş vərəqə 10) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 23:30-da şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 22:30-dan tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 11, 20) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 fevral 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan qara rəngli torbanı, 5239-xx-xx-5245-1065 nömrəli plastik kart, özünə məxsus şəxsiyyət, sürücülük vəsiqəsini və “Samsung A02” markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 bükümdəki kütlənin “marixuana” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni ünvan 2 yaxınlığında Yavər adlı İran vətəndaşından aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm 03 ədəd qablaşdırılmış, zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənib götürülmüş, bu barədə protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (Cild 1, iş vərəqə 29, 31-32) Məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2024-cü il tarixli 3-16-16-2-7/212 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” yazı və imzalar olan qara rəngli polietilen bağlamada 03 (üç) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofanda hər birinin ayrıayrılıqda təmiz çəkisi 915,0 qram, 1145,0 qram və 1000,0 qram olmaqla, ümumi çəkisi 3060,0 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın ümumi çəkisi 3060,0 qram, tədqiqata sərf edilən ümumi miqdar 0,15 qram, qalıq 3059,85 qram. (Cild 1, iş vərəqə 37-40) Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı polis kapitanı Ruslan Mirzəliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı Azim Bayramov tərəfindən icraata götürülərək istintaq davam etdirilmişdir. (cild 1, iş vərəqə 45) Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 54-55) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 57-58) Telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** simkart nömrəsi olan «Samsung markalı telefonun “Whatsapp” sosial şəbəkəsində “+98 914 750 4089” adlı nömrəsindən ona daxil olan “narkotik vasitənin olduğu ərazinin konumu və 02 ədəd narkotik vasitənin qoyulduğu ərazinin fotoşəkili”-mesajı, həmçinin” Qardaş denen geldi bura zabordan içeri girecek ağacı gorecek duz dibindedi və bir az tez gelsin men başqa ünvanda atacam tez sene qurban” mesajı və Təqsirləndirilən şəxs həmin şəxslə “Whatsapp” sosial şəbəkəsində müxtəlif vaxtlarda danışıqlarının olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 84-87) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 89-92) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əhmədli X6 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 08 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü ildə cəzasını çəkib qurtardığı üçün azad edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 5(010)- 92/2024 saylı qərardan görünür ki, Suraxanı RPİ-nin 33-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 09 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vərəqə 113-115) xx.xx.2024-cü il tarixli, 54/1248/24 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirlərinin nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxslərin anket məlumatlarını əldə etmək mümkün olmamışdır. (cild 1, iş vərəqə 128) “Diskə baxış keçirilməsi haqqında” 01 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin 33-cü polis şöbəsinin inzibati binasında şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs 01 (bir) ədəd qara torbanı təqdim edərək bildirir ki, təqdim etdiyi torbanın içərisində olan 03 ədəd bükümün içərisində “marixuana” kimi tanıdığı narkotik vasitə olan marixuanadır. Həmin narkotik vasitə marixuananı ünvan 2 ünvanın yaxınlığında Yavər adlı İran vətəndaşından aldığını bildirir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən **********451065 nömrəli plastik kart, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqəsini, “Samsung A02” markalı mobil telefon aşkar edilmişdir. (cild 1, iş vərəqə 129) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1787 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Psixostimulyatorların və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 132-133) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 814 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsidə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 134-136) xx.xx.2024-cü il tarixli, 54/1278/24 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs müxtəlif nömrələrlə pərdəli formada danışıqları zamanı işlətdiyi “tema”, “das”, “torpaq”, kimi ifadələrin narkotik vasitələrin narkotik vasitə istifadəçiləri və alqı-satqısı ilə məşğul olan şəxslərin işlətdiyi pərdələnmiş formada adlarıdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitəni satdığı şəxslərin anket məlumatlarını əldə etmək mümkün olmamışdır. (cild 1, iş vərəqə 141) xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrəsinə daxil olan və çıxan smslərin olduğu cədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil telefon nömrəsinin olması müəyyən edilmişdir. Həmçinin ***-***-**-** nömrəsinə “Qaqa necesen? Das lazım olsa var”, ***-***-**-** nömrəsinə “qəşəng onluq dasım var istiyirsen bater edek”, ***-***-**- ** nömrəsinə “Atdı az qalıb çatıram konuma”, 099- ***-**-** nömrəsinə “........ elədə zakaz verirsənki, bir de görüm təmiz 1 qrama nə verəssən?” mesajları Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**- telefon nömrəsindən yazılmış sms mətnləri və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə ***-***-**-** nömrəsindən “salam neynirsen? Yarım kamaz das lazımdı, duzalirsa mana xabar ela gozduyurram yigda meni, aye na oldu? Mana bir soz deda ha ya yox yaxsı olsa birdan beton alaradım ordan sana cak keçin, salam necesen yarım kamaz das lazımdı bir soz deda seni gozduyurem mani yigda, salam bidana mani yığda uşaqlara yarım kamaz daş lazımdı mani yığda, aye na var na yox mana yarım kamaz daş lazımdı gozduyurem bir soz deda, 50 manat dalbin tamiz elada gozduyurem tez elada nazlanma”, “indi xabar galdi yari alinir?bir söz de uzatma.uwaqlar mani gozduyur.tamiz yari ama ya puluynan da olar” ***-***-**-** nömrəsindən “qaqa salam 1 baş ot versem daş verersen”, ***-***-**-** nömrəsindən “salam qaqa mən burdayam kağız da getir”, yazılmış sms mətnləri müəyyən edilmişdir. (cild 1, iş vərəqə 143-147) Sübutların qiymətləndirilməsi haqqında 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs saxlanıldığı zaman polis əməkdaşları tərəfindən döyülməsi faktına görə cinayət işinin materiallarından ayrıca material ayrılmış və aidiyyəti üzrə araşdırılması üçün Suraxanı rayon Prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3060 qram olan narkotik vasitə qurudulmuş marixuana tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 3059,85 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasınının videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMCdən AZF/LGL-297/24 nömrəli məktubu ilə daxil olmuş «DVD» disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmış və cinayət işində saxlanılmış, “Samsung A02” markalı mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmış və qohumlarına qaytrarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3060 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə etdiyi şəxsə və mənbəyə görə hazırki ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 152-164) Cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 3060 qram bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə ********* saylı cinayət işindən ayrıca icraata cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. (cild 1, iş vərəqə 165-166) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 15 noyabr 2024-cü il tarixli, 4/1772 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 12-ci vərəqində olan şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 14-cü vərəqində olan xx.xx.2024-cü il tarixli ərizədə "İmza:" qrafasındakı imza; 19-cu vərəqində olan vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında xx.xx.2024cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 20-ci vərəqində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 22-23-cü vərəqlərində olan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolun 2-ci vərəgində "Şübhəli şəxs:" qrafasındakı imza; 24-25-ci vərəqlərində olan bildirişdə "Şübhəli şəxs:" qrafasındakı imza; 26-cı vərəqində olan şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda şübhəli şəxs qrafasındakı imza; 27-ci vərəqində olan etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 28-ci vərəqində olan xx.xx.2024-cü il tarixli ərizədə "İmza:" qrafasındakı imza; 29-cu vərəqində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü tarixli qərarda "Şübhəli şəxs:" qrafasındakı imza; 31-32-ci vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokolun 1-ci vərəqində "R.Təqsirləndirilən şəxs" sözünün qarşısındakı və "4)" rəqəminin qarşısındakı imzalar, 2-ci vərəqində "Şübhəli şəxs:" qrafasındakı imza; 34-cü vərəqində olan şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 41-ci vərəqində olan şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 35-36-cı vərəqlərində olan tarixsiz izahatın 1-ci vərəqində "İmza" sözünün qarşısındakı və 1-ci vərəqin aşağısındakı imzalar, 2-ci vərəqində “şübhəli şəxs” qrafasındakı imza- Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən 2024-cü ilin fevral ayının 9-da şəxsi istifadəsi üçün 5 qram metamfetamin götürmək üçün həmin ünvana getdiyini, lakin o həmin yerə çatanda qara sellofanda “torpaq” olduğunu gördüyünü, əlini atıb götürmək istəyəndə polis əməkdaşlarının onu yaxaladıqlarını, həmin narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitəni götürməkdə məqsədinin sifariş verdiyi mal olub-olmadığına baxmaq olduğunu, onu 3 nəfər yox, iki maşın polis əməkdaşının saxladığını, polislərdən birinin çatan kimi onu vurduğunu, digərinin isə təkan verərək onu yerə yıxaraq öz kəməri ilə əlini bağladıqlarını, həmçinin cinayət işinin materiallarındakı sənədlərdə olan imzaların heç birinin ona məxsus olmadığını söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-20-10/69 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə 3 saaylı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı o, zədə almadığını bildirmiş, lakin bədən səthinin müayinəsi zamanı sağ saidin aşağı 1/3-nin bayır səthində köhnə çapıq toxuma, sol ovuc nahiyəsində qərtməkli yara aşkar edilmişdir. Bundan başqa Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 54/2- 16926/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis idarəsinə gətirilən zaman xəsarəti olmamış, MSY-nə təhvil verilərkən xəsarətinin olmaması qeyd edilmişdir. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs saxlanılan zaman üç nəfər polis əməkdaşının sonuncuya yaxınlaşdığını, tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir olmadığını, sonuncunun üzərindən 3 büküm narkotik vasitə, şəxsiyyət vəsiqəsi və bank kartı aşkar edildiyini bildirmişlər. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 19 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Suraxanı rayon şöbəsinin 5 aprel 2024-cü il tarixli, 41 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən aşkar edilmiş sol əlin ön səthinin sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən, yəni 13 fevral 2024-cü il tarixdən təxminən 1- 3 günə qədər əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Ona görə də Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilmədiyindən, toplanmış 492-C-24 nömrəli material üzrə Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsi olmaması əsası ilə material üzrə cinayət işinin başlanılması rədd olunmuş, həmin qərar Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəmə nəzarətini həyata keçirən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət etmək hüququ izah olumuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X1rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin qəbul etdiyi 19 aprel 2024-cü il tarixli qərarda istinad edilmiş sənədlərə, həmçinin MSY-nin və istintaq təcridxanasının məhkəmənin sorğusuna əsasən verdiyi məktubda göstərilənlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 19 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin Suraxanı rayon şöbəsinin 5 aaprel 2024-cü il tarixli, 41 saylı rəyi ilə müəyyən edilmiş xəsarətlə bağlı məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Yəni, narkotik vasitənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxsə zor göstərilməsini istisna edir. Onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı aparılmış araşdırmanın nəticəsində mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 19 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs həmin qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olunmasına baxmayaraq o, müdafiə tərəfi olaraq həmin qərardan şikayət verməmiş və qərarı mübahisələndirməmişdir. Həmin qərar hazırda qüvvədədir. Beləliklə də, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona fiziki təsir edilərək xəsarət alması yuxarıda sadalanan sübutların məcmusuna əsasən məntiqi görünmür. Bundan başqa Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində cinayət işinin materiallarında olan imzaların heç birinin ona məxsus olmadığını bildirmiş, bununla bağlı Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən cinayət işi materiallarındakı 09 fevral 2024-cü il tarixində izahat, ifadə və protokollardakı imzaların Təqsirləndirilən şəxs məxsus olubolmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırılmış, işin tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən həmin vəsatət təmin edilərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 15 noyabr 2024-cü il tarixli, 4/1772 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 12-ci vərəqində olan şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 14-cü vərəqində olan xx.xx.2024-cü il tarixli ərizədə "İmza:" qrafasındakı imza; 19-cu vərəqində olan vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında xx.xx.2024cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 20-ci vərəqində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 22-23-cü vərəqlərində olan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolun 2-ci vərəgində "Şübhəli şəxs:" qrafasındakı imza; 24-25-ci vərəqlərində olan bildirişdə "Şübhəli şəxs:" qrafasındakı imza; 26-cı vərəqində olan şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda şübhəli şəxs qrafasındakı imza; 27-ci vərəqində olan etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 28-ci vərəqində olan xx.xx.2024-cü il tarixli ərizədə "İmza:" qrafasındakı imza; 29-cu vərəqində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü tarixli qərarda "Şübhəli şəxs:" qrafasındakı imza; 31-32-ci vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokolun 1-ci vərəqində "R.Təqsirləndirilən şəxs" sözünün qarşısındakı və "4)" rəqəminin qarşısındakı imzalar, 2-ci vərəqində "Şübhəli şəxs:" qrafasındakı imza; 34-cü vərəqində olan şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza; 41-ci vərəqində olan şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda "Şübhəli şəxs:" qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 35-36-cı vərəqlərində olan tarixsiz izahatın 1-ci vərəqində "İmza" sözünün qarşısındakı və 1ci vərəqin aşağısındakı imzalar, 2-ci vərəqində “şübhəli şəxs” qrafasındakı imza- Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qeyd edilən ekspertiza rəyində şərh olunanlar cinayət işinin 1-ci cildinin 35-36-cı vərəqlərində olan izahatı sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq cinayət işinin 1-ci cildinin 35-36-cı vərəqlərində olan izahatın doğruluğunu və mötəbərliyini şübhə altına alır. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, cinayət işinin 1-ci cildinin 35-36-cı vərəqlərində olan izahatı mötəbər sübut hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət işinin 1-ci cildinin 35-36-cı vərəqlərində olan ilkin izahat Təqsirləndirilən şəxs tərəfindən imza edilmədiyi üçün sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəlilərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, yəni, şəxsi istifadəsi üçün 5 qram metamfetamin götürmək üçün həmin ünvana getdiyini, həmin yerə çatanda qara sellofanda “torba” olduğunu gördüyünü, əlini atıb götürmək istəyən zaman polis əməkdaşlarının onu yaxaladıqlarını, həmin narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitəni götürməkdə məqsədinin sifariş verdiyi mal olubolmadığına baxmaq olduğunu, onu 3 nəfər yox, iki maşın polis əməkdaşının saxladığını, polislərdən birinin çatan kimi onu vurduğunu, digəri isə təkan verərək onu yerə yıxaraq öz kəməri ilə əlini bağladıqlarını, həmçinin cinayət işinin materiallarındakı sənədlərdə olan imzaların heç birinin ona məxsus olmaması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, mobil telefona baxış protokolu, "xxxx" MMC-dən alınmış disklərə baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması” zamanı ifadəsində göstərdiyi şəxsi istifadəsi üçün 5 qram metamfetamin götürmək üçün həmin ünvana getməsi, həmin yerə çatanda qara sellofanda “torba” olduğunu görməsini və həmin torbanı götürməsini etiraf etsə də, həmin narkotik vasitənin ona aid olmaması barədə ifadəsinə tənqidi yanaşaraq həmin hissədə söylədiklərini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ayrı ayrılıqda çəkiləri 915,0 qram, 1145,0 qram, 1000,0 qram, ümumi təmiz çəkisi 3060,0 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi və mobil telefonunda narkotik vasitələrin satışı ilə bağlı smslərin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsini, şəxsi axtarış və götürmə zamanı mobil telefonun və bank kartının üzərindən çıxmasını, mobil telefonunda narkotik vasitələrin satışı ilə bağlı smslərin, “narkotik vasitənin olduğu ərazinin konumu və 02 ədəd narkotik vasitənin qoyulduğu ərazinin fotoşəkili”- olmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Habelə cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrəsinə daxil olan və çıxan smslərin olduğu cədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil telefon nömrəsinin olması müəyyən edilmişdir. Həmçinin ***-***-**-** nömrəsinə “Qaqa necesen? Das lazım olsa var”, ***-***-**-** nömrəsinə “qəşəng onluq dasım var istiyirsen bater edek”, ***-***-**-** nömrəsinə “Atdı az qalıb çatıram konuma”, ***-***- **-** nömrəsinə “........ elədə zakaz verirsənki, bir de görüm təmiz 1 qrama nə verəssən?” mesajları Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**- telefon nömrəsindən yazılmış sms mətnləri və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** telefon nömrəsinə ***-***-**-** nömrəsindən “salam neynirsen? Yarım kamaz das lazımdı, duzalirsa mana xabar ela gozduyurram yigda meni, aye na oldu? Mana bir soz deda ha ya yox yaxsı olsa birdan beton alaradım ordan sana cak keçin, salam necesen yarım kamaz das lazımdı bir soz deda seni gozduyurem mani yigda, salam bidana mani yığda uşaqlara yarım kamaz daş lazımdı mani yığda, aye na var na yox mana yarım kamaz daş lazımdı gozduyurem bir soz deda, 50 manat dalbin tamiz elada gozduyurem tez elada nazlanma”, “indi xabar galdi yari alinir?bir söz de uzatma.uwaqlar mani gozduyur.tamiz yari ama ya puluynan da olar” ***-***-**-** nömrəsindən “qaqa salam 1 baş ot versem daş verersen”, ***-***-**-** nömrəsindən “salam qaqa mən burdayam kağız da getir”, yazılmış sms mətnləri müəyyən edilmişdir. (cild 1, iş vərəqə 143-147) Göründüyü kimi, Təqsirləndirilən şəxs mobil nömrəsinə daxil olan və həmin mobil nömrədən müxtəlif şəxslərin mobil nömrələrinə göndərilmiş sms-lərin (mesajların) məzmunundan açıq-aşkar görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə mesaj göndərərək sonuncudan jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitələri almaq istədiklərini bildirmişlər. İbtidai istintaq zamanı verilmiş xx.xx.2024-cü il tarixli, 54/1278/24 saylı əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif nömrələrlə pərdəli formada danışıqları zamanı işlətdiyi “tema”, “das”, “torpaq”, kimi ifadələrin narkotik vasitələrin narkotik vasitə istifadəçiləri və alqı-satqısı ilə məşğul olan şəxslərin işlətdiyi pərdələnmiş formada adlarıdır. (cild 1, iş vərəqə 141) Həmçinin telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** simkart nömrəsi olan «Samsung markalı telefonun “Whatsapp” sosial şəbəkəsində “+98 914 750 4089” adlı nömrəsindən ona daxil olan “narkotik vasitənin olduğu ərazinin konumu və 02 ədəd narkotik vasitənin qoyulduğu ərazinin fotoşəkili”-mesajı, həmçinin” Qardaş denen geldi bura zabordan içeri girecek ağacı gorecek duz dibindedi və bir az tez gelsin men başqa ünvanda atacam tez sene qurban” mesajı və Təqsirləndirilən şəxs həmin şəxlə “Whatsapp” sosial şəbəkəsində müxtəlif vaxtlarda danışıqlarının olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 84-87) Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə, istifadəsində olmuş mobil nömrələr, həmçinin, “Whatsapp” proqramı vasitəsilə narkotik vasitələrin alış-verişini əks etdirən yazışmaların olmasına, “narkotik vasitənin olduğu ərazinin konumu və 02 ədəd narkotik vasitənin qoyulduğu ərazinin fotoşəkili”-olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə az ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasınını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 09 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 182 (bir yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Suraxanı rayon Polis İdarəsinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3059,85 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk və ”Azərfon” MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung A02” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Suraxanı rayon Polis İdarəsinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3059,85 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk və ”Azərfon” MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung A02” markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 182 (bir yüz səksən iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar