Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1820/2025 23.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımzadə Banu Pənah qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Ağdam rayonu, Sarıhacılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 2 saylı Slavyan yataqxanasında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 9,620 qram çəkidə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İİ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdə, saat 18:40-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 20.29-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda 9.620 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür
Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 02 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ad və soyadlı şəxs barədə narkotik vasitələrin əldə edilməsi və daşınması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və əməliyyat məlumatında Farizin olması deyilən ünvana getmişlər. Orada zahiri görünüşlərinə görə Farizə oxşayan şəxsə yaxınlaşmışlar. Şəxsi saxlamalarına əsas verən məlumatı ona bildirmişlər. Onu qərarla tanış etmişlər və üzərində qanunla daşınması qadağan edilən hər hansı əşyanın olub-olmamasını soruşmuşlar. Şəxs üzərində metafetamin olduğunu bildirmişdir. Bu vaxt şəxsin yanında başqa bir xanım da olmuşdur. Onların hər ikisini polis idarəsinə aparmışlar. Burada şəxsin üzərinə baxış keçirilmiş və o, üzərində olan psixotrop maddəni onlara təqdim etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 02 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ad və soyadlı şəxs barəsində Baş İdarəyə məlumat daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunmuş, bundan sonra əməliyyat qrupu yaradılmış və o, həmin qrupun üzvü olmuşdur. Nəsimi rayonu ərazisində zahiri cəhətdən Farizə oxşayan şəxsə yaxınlaşmışlar. Yanında bir xanım olmuşdur. Hər ikisinin şəxsiyyəti müəyyən olunmuşdur. Şəxs özü Fariz olduğunu bildirmişdir. Şəxsi saxlamalarına əsas verən qərarla onu tanış etmişlər. Onu idarəyə dəvət etmişlər, o, müqavimət göstərmədən idarəyə getmişdir. Orada Farizin üzərinə baxış keçirilmişdir. Üzərindən 1 büküm psixotrop maddə aşkar edilərək götürülmüşdür.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü Farizlə birlikdə Əcəmi metrosu yaxınlığında olmuşlar. Fariz Əcəmi metrostansiyasının yaxınlığında olan telefon mağazalarından birinə təmir edilməsi üçün telefon vermişdi. 30 dəqiqə Farizlə gəzdikdən sonra onlar yenidən həmin telefon mağazasına qayıtmışlar. Telefon mağazasından 15 metr irəli getmişlər ki, polis əməkdaşları Farizin qolundan tutaraq polis maşınına əyləşdirmişlər. İkisini də polis bölməsinə aparmışlar. Bölmədə ikisi də eyni otaqda olmuşlar. Onun üzərindən bank kartı, telefon və siqaret qutusu, Farizin üzərindən isə 01 ədəd telefon aşkar olunmuşdu. Daha sonra Farizi başqa otağa aparmışlar. Sonra videoçəkiliş aparılmışdır. Videoçəkiliş zamanı Fariz polis əməkdaşlarına narkotik vasitə təqdim edərək həmin maddəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Lakin ilk dəfə üzərlərinə baxış keçirilən zaman Farizin üzərindən belə bir maddə aşkar olunmamışdı.
6. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.
7. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, Şahid2 üstünə isə baxış prosesi aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs Əbüifət oğluna şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” olduğunu bildirib, əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümü, əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, şalvarın sol yan cibindən isə 01 ədəd plastik bank kartını çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofon bükümə baxış zamanı sellofan bükümün içərisində ağ rəngli, kristal formalı, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirılərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "Samsung" markalı mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrə olmasını, eyni zamanda təqdim etdiyi üzərindəki nömrələr silinmiş 01 ədəd bank kartının da özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd mobil telefon və 01 ədəd bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış davam etdirılərkən Təqsirləndirilən şəxs üzərindən hər hansı bır əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni 02 aprel 2025-ci il tarixdə əvvəldən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi “Kian” adı ilə tanıdığı iranlı ilə “Vhatsapp" ani mesajlaşma proqramı vasitəsiylə mesajlaşdıqdan sonra 70 manat qarşlığında aldığını, həmin maddəni 02.04,2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən götürməsini, həmin maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, özünün narkotik vasitə istifadəçisi olduğunu, üzərində olan maddədən tanışı Şahid2 və heçkimin məlumatı olmadığını, həmin maddədən heçkimə satmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət və ya onun izləri olması barədə sual verilən zaman o heç bir xəsarəti olmadığını, lakın təxminən 4 ıl əvvəl sol qol nahiyyəsinə özü əsəbi halda olduğu üçün xəsarət yetirməsini bildirmişdir Daha sonra Şahid2 üzərinə baxış keçirilmişdir. Şahid2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan cins şalvarın sağ arxa cibindən içərisində mobil nömrə olmayan “Samsung" markalı mobil telefonu, əlində olan qara rəngli çantanın içərisindən isə 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Redmi" markalı mobil telefonu. 01 ədəd qara rəngli eynəyi və çantada olan kosmetika əşyalarını çıxardıb təqdim etmişdir Daha sonra Şahid2 təqdim etdiyi əşyalar onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid2 Təqsirləndirilən şəxs ilə münasibətləri olduğunu və onun üzərində aşkar edilən maddədən məlumatının olmadığını bildirmişdir. (cild 01; i.v.27-30).
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 03 aprel 2025-ci il tarixli, 6/1237/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN "Zərflər üçün №6" dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi..." və s. Soyadlar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 9,620 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 01; i.v.44-48).
9. “Maddi sübut hesab edilməsi haqqında” 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 9,620 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,520 qram psixotrop maddə metamfetaminin saxlanması üçün DİN-nin BMCMİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi (cild 01; i.v.124- 125).
10. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 27 aprel 2025-ci il tarixli protokoldan görünür ki, telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələri ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə aşağıdakı məzmunda SMS yazışmaları olmuşdur: xx/xx/2024.13:03:31,**********32.**********13,Gaga nəsə var7? Oncun yıgram; xx/xx/2024.13:30 04.**********88 **********13,Qardawim zeng vurmağa utandim.pul uwaq variydi onundu oda getdi.Ozum pul tutum yigacam: xx/xx/2024.02:00:22.**********69.**********13,Neynırsən nəğarsan?) Padelka veriblər.Qənd çıxdı((. xx/xx/2024,02:1 1:20.**********13.**********69.İndi aldin^kım verdi kı onu sene.men cekirem urein istiyir dur gel; xx/xx/2024.19:15:17,**********84.**********13, Fariz lomkadan donuruq soyuqdan qaqa ..cammatda direnib mene pulun isteyır alinmirda qaqa pulu ver yola salim getsin xx/xx/2024,19:27:58,**********84.**********13,Fariz cavab ver qaqa hormetsizlik edilir burda qaqa mene agridan da oluremrem menim pul tapmaq halim yoxdu yeke kisisen mene dusmur axi bu men kucelerde qalıram xx/xx/2024,00:16:31,**********84,**********13,Fariz menim ki kucede yasadiqimi bilib pulu ne zulumdan tapdiqmi gorub menim pulumu apardin.mene el atildi lomkadan qivriliram hecne cavabsiz qalmir noiarki xx/xx/2024,05:50:12,**********88.**********13,İsteyen olsa yari das var verek; xx/xx/2024,05:21:41.**********39.**********13.Ay qaqa yagis yagir lomkadayam meni niyə gozdedirsen ki burdaZ xx/xx/2024,05:37:15.**********39.**********13.10 manata gore deymirdide bele elemeyın meni bu vezyetde qoymaqın, xx/xx/2024,21:58:07.**********54.**********13,Qaqa salam ewitim kola gezirsen ama sen kola isdfade elemırsen Axl qaqa. xx/xx/2024,01 48:46,**********13.**********69,Ay ureim spar marketin yaninda derzi var a bax derzinin qabaginda zibil qutusu var qara rengde.das qoydum qara siqaret qutusunun icine atdim hemen zibil, xx/xx/2024,01:48:47.**********13.**********69,qutusuna.qara rengde siqaret packasidi.ustune platium yazilib.tez dus götür, xx/xx/2024.02:05:12,**********13.**********69,Elini at gotur ne var ki orda.qorxma seni yemiyecekler.dur zibil qutusunun yaninda birdeq sora götür; xx/xx/2024,01:50:37.**********55.**********13,Fariz elinda temada oldu manim pulumu vermədin qaqa.bele wey olmur vallahi.men Ölurem uje qaqa gucum catmir hereket etmaya.qaldi ki sen elədiyin qadar manda jest elamiwam sana xaiw elirem sandan qaqa ya menim pulumu ver yada aynoyun.meni yigma demadim deyirsən haqqsizliq elama ALLAH GOTURMAZ BUNU; xx/xx/2024,02:50:51,**********00.**********13,S*k*m mənə qum verənin arvadını uşağını bacısını s*k*m xx/xx/2024,02:52:26,**********00.**********13, Pulumu qaytar səni tapşırmışam səni tutub qabağımda ağladacaqlar; xx/xx/2024,21:06:04,**********19.**********13.Qaqa eger imkan olsa mene 1 dene onan saxlayarsan, xx/xx/2024,21:40:34.**********00.**********13.Gelrem pul tapdm: xx/xx/2024,22:20:36.**********00.**********13,Qaqa pulu duzetmiwem gelim xx/xx/2024,01:22:47.**********71.**********13. Qaqa galirsan ?Bir he yox de Fariz .Qadanalim bir soz de.Man cox pis haldayam qaqa ollam toba; xx/xx/2024,05:36:59,**********61.**********13,Uzrlu say qaqa narahat eledim 10 alınarsa bidene? xx/xx/2024,03:34:50.**********02,**********13.Ау qaqa yanimdaki usaq getmelidir.Bidene yerini de geiim orda senle gorusum men gedim.Bele gec alinacaydisa bir kelme deyerdın mende kimise caqirmazdim: xx/xx/2024,04:19:49,**********02.**********13, Fariz meni niye gozletdirirsenki qaqaş,Ac telefonu bir soz de mende bilimde.Gelirsen ya Gelmirsen de bilim.Gelmirsen cixim gedim men; xx/xx/2024,04:24:03,**********13,**********02,Qaqa sebrli ol gelirem.ola biler ki sene cox verdim seyi; xx/xx/2024,04:35:04,**********02.**********13,Qaqa yolun icinde qalmisam.Allah uzaq etsin tutularam.Teze çıxmısam azadlıqa.Eger gele bılmirsense men cixim gedim: xx/xx/2024.12:46 42.**********13 **********29.050201 56 76 yig denen qaqa derman lirika lazim olsa goture bilerik indi; xx/xx/2024,19:30:37.**********40.**********13,Qaqam 15 daw 10 torpaq sene zehmet; xx/xx/2024,15:20:00,**********00,**********13,Yarm daş lazmdi; xx/xx/2024,17:15:38.**********13.**********75,Qaqa sene ikinci yari lazim olacaq?; xx/xx/2024,17:15:52.**********75,**********13,he xx/xx/2024,17:16:22,**********75,**********13,ama 20 atib 20 de yarim saata atacam qardaşımsan; xx/xx/2024,23:55:26,**********10,**********13,Qaqa 15 manatda X7 qewey qoy; xx/xx/2024,04:13:36,**********61.**********13,X9 20 X12; xx/xx/2024,17:10:23,**********55.**********13, 1 deyqevi ayir xaiş edirem Allah haqqi sebiş deyil pulumu at yada temami geti el cekim; xx/xx/2024,00:34:44.**********55.**********13,Salam kim olduğumu yeqin cox gozel bilirsen temani ısdemirem sene atdigım pulu at fso 3 gun vaxt istedın verdim hem bloka atmısan hemde ne tema var nede: xx/xx/2024,21:20:22,**********27.**********13.FİDİMENE VARSA DAS GETİR; xx/xx/2024,12:06:58.**********44.**********13.Qaqa neyniyim dermani bele elemeyinin adin ne qoyag; xx/xx/2024.15:56:52,**********13 **********44,Acdim qaqa gelme; xx/xx/2024,17:54:40,**********44.**********13,Bax qaqa deyirem basimi s*kmede dermanlari iteliyen q*hb*nin qarninnan cixanin nomresine at mazqi s*kme ozuve olan hormeti ne azalt nede itir xx/xx/2024,18:50:27,**********44,**********13,Qaqa elin girir p qalani var girirse yaz kartivi atde; xx/xx/2024,21:03:20,**********44.**********13,Hoqqa verme de hardasan gelim balaca bir das ver lirika verim at beynime girib ograsdi; xx/xx/2024,13:03:51.**********44,**********13,Lirika verim das veren var evdeyem gel amma hoqqa cixartma gec olacagsa denen bilim işimi; xx/xx/2024,03:09:24,**********44,**********13,Yatmamisansa gel bir dene siqaret al skafada bax gor nece el qabiliyyeti olan oğlanlar var gel lirika verim at 3manatinda varsa siqaret al kartiva sabah ataram; xx/xx/2024,04:51:06,**********44.**********13, men hergun 50 60 manat senin kimi pula gore min hoqqadan çıxanlara verirem senin ozun ol ogru dayında patini soskaynan sehf salan dayinda bas dasin olsun; xx/xx/2024.10:22:27,**********44.**********13,Necede yasiyirsiz deyirem yasiyirsan demirem yasiyirsiz hede ona buna soyus qoy al pul nasta kimilerin borcunu bağla sende denen kisiyem bariqa laqondavi: xx/xx/2024,13:00:22.**********44.**********13,Qaqa tecili yig burdayam gel lirika verim at biraz kefin birazde acilsin birazdan gedecem bağa; xx/xx/2025.03:19:09,**********13.**********02, Qaqa hardasan 20m duzelde bilersen?sene 04 das verim. xx/xx/2025,03:21:46,**********02.**********13,Bew deyqeye kakret deyim sene mene beyak vaska demiwdı deyim ona lazmdl ya yok ne vaxt deyim sorwsa qaqa bildin nece, xx/xx/2025,03:25:55,**********13,**********02,Gedirem goturmeye de qaqa 20m pjljm catmir; xx/xx/2025,06:59:24,**********02.**********13,Qaqa ceke biledim senol zeher kimidi qaqa yarsl qalr qaqa sen canin beyak verdiyinen falqada zada varsa bir iki tustu vurmaklk qaqa temiz diraznit oldum: xx/xx/2025,06:59:25,**********02,**********13,fariz alnar qaqa ne olsa de beynimin qurdu olsun dilxor oldum qaqa xx/xx/2025,09:00:07,**********44,**********13,Lirika lazimindi tez he yox yaz bilim isdiyen var (cild 01; i.v.144-148).
11. Məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2025-ci il tarixli, 1835 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidərin, opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v.155-156).
12. Məhkəmə-tibb ekspertizasının 02 may 2025-ci il tarixli, 162/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 02-03.04.2-25-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar olunmamışdır. Onun bədən səthində aşkar edilmiş sağ bazunun və sol saidin çapıqları müayinədən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (cild 01; i.v.164-166).
13. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə və digər qanunsuzluqlara məruz qalmasına dair material üzrə cinayət işinin başlanması AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir (cild 01; i.v.222-223).
14. “Sübutların qiymətləndirilməsi haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən bir ədəd diskin maddi sübut kimi tanınanaraq cinayət işinin materiallarna əlavə edilməsi qərara alınmışdır (cild 01; i.v.224- 241).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
15. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, aprel ayının 2-si evdən çıxıb Xocasənə getmişdir. Oradan saat 16:00-17:00 radələrində çıxmış və Memar Əcəmi ərazisinə getmişdir. Telefonu xarab olduğu üçün orada telefonu təmirə vermişdir. Çıxışda bir neçə polis əməkdaşı onu saxlamışlar. O, ilk öncə həmin şəxslərin kim olduğunu bilməmişdir. Həmin şəxslər ondan 15 kq narkotik vasitəni harada saxlamasını soruşmuşlar. O isə bu barədə məlumatının olmadığını bildirmişdir. Onu polis idarəsinə aparmışlar. Oraya çatdıqdan sonra onu saxlayan şəxslərin polis əməkdaşı olduğunu bilmişdir. Ona narkotik vasitənin yerini deməyəcəyi halda 20 qram narkotik vasitənin ona məxsusluğunu boynuna almasını təklif etmişlər. Boynuna almayacağı halda isə yanında olan xanımı də narkotik vasitə ilə yükləyəcəklərini bildirmişlər. Onu başqa otağa aparmışlar. Orada elektroşok vasitəsilə ona işgəncə verilmişdir. İdarədə dəfələrlə fiziki təzyiqlərə məruz qalmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdə dostu Nailgilə Xocasənə getdiyini, Nailin rəhmətə gedən yaxının hüzuruna görə oraya getdiyini, Humayı hadisədən 1 gün əvvəl dostugildə qalmağa qoyduğunu, ora gedib Humayı götürdüyünü, Humayın əvvəl kirayədə qaldığını, X3 saat 16:00-17:00 radələrində getdiyini, telefon mağazasına telefonunu düzəltdirmək üçün getdiyini, çıxandan 15-20 metr sonra polis əməkdaşlarının onu tutduqlarını, Memar Əcəmi metrosuna gedən yolda, sağdakı telefon mağazaları olan ərazidə saxlanıldığını, “Samsung” markalı, ********** nömrəli mobil telefonu işlətdiyini, narkotik vasitə istifadə etdiyini, bəlkə əvvəllər kiməsə narkotik vasitə satdığını, bunun bir səhv olduğunu, son zamanlar belə işlə məşğul olmadığını, əvvəllər Binə bazarında satıcı işlədiyini, hazırda işləmədiyini, dolanışığını dayısının təmin etdiyini, himayəsində isə xəstə anasının olduğunu, özünün “şüşə”, yəni “patı” istifadə etdiyini, Humayın narkotik vasitə istifadə etmədiyini, Humayın onun narkotik vasitə istifadə etməsindən məlumatlı olduğunu, Humayı 2 ilə yaxındır tanıdığını, üzərinə baxışın işgəncədən sonra keçirildiyini, elektroşokla boynuna, sinəsinə və sinəsindən aşağı hissəyə elektroşok verildiyini, bu barədə Bakı İstintaq Təcridaxanasında bir söz demədiyini bildirmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
16. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
17. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
18. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.
19. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2025-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya narkotik vasitələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (narkotik vasitələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (narkotik vasitələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (narkotik vasitənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
20. “Şübhəli şəxsin tutulması haqqında” 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdə, saat 18:40-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.19).
21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 4(005)- 406/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 aprel 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.118-121).
22. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 18 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 fevral 2022-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2021-ci il tarixli Amnistiya qərarı tətbiq olunmaqla cəzası 11 ay 28 gün həddində müəyyən edilmiş, 15 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 01; i.v.138-139).
23. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 iyul 2021-ci il tarixli, 4(005)- 909/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni 02 noyabr 2025-ci il tarixədək uzadılmışdır (cild 01; i.v.189- 193).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
24. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
25. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
26. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər.
27. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ümumi cəza növü yalnız o halda təyin edilir ki, az ümumi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
28. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2005-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
31. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
32. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2005-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
33. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmalar, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).
34. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək saxlanılan zaman üzərində hər hansı qanunsuz predmetin olmadığını, psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən idarədə qoyulduğunu, fiziki və psixi təzyiqlərə məruz qaldığından psixotrop maddənin ona məxsus olduğunu göstərdiyini bildirsə də, məhkəmə onun məhkəmə istintaqı zamanı, o cümlədən, ibtidai istintaqın sonrakı gedişatı zamanı verilmiş ifadəsini işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.
35. Belə ki, Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixli öz əlyazması ilə yazılmış ilkin izahatından görünür ki, o, törətdiyi əməli etiraf edərək özü şəxsən bu barədə ətraflı izahatı yazmış, izahatının sonunda törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və əməlindən çox peşman olduğunu qeyd etmişdir (cild 01; i.v.35-37).
36. Bununla yanaşı, Təqsirləndirilən şəxs “Şübhəli şəxs qismində dindirilməsi”nə dair 03 aprel 2025-ci il tarixli və “Təqsirləndirilən şəxs qismində dindirilməsi”nə dair 04 aprel 2025-ci il tarixli protokollardan görünür ki, o, həmin ifadələrində də ilkin izahatına uyğun xüsusatları bildirib özünü qismən təqsirli bildiyini, üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib daşıdığını, həmin maddəni iki gün əvvəl “Kian” adlı İİR vətəndaşı ilə əlaqə saxlayaraq onun dediyi ünvanda 70 manat pul qarşılığında əldə etdiyini göstərmiş, ifadələrinin sonunda öz əlyazması ilə ifadəsini oxuduğunu, əlavəsinin olmadığını və imzası ilə təsdiq etdiyini qeyd etmişdir (cild 01; i.v.67-71: i.v. 94-98).
37. Bundan savayı, şəxsin üzərinə baxış keçirilməsini özündə əsk etdirən videodiskdə olan görüntülərdən də, təqsirləndirilən şəxsin tam sərbəst şəkildə üzərində olan büküm təqdim edərək həmin bükümü haradan, nəvaxt, hansı qiymətə alması barədə xüsusatları ətraflı bildirməsi görünməkdədir.
38. Həmçinin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 4(005)-406/2025 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılan zaman o, özünü ona elan edilmiş ittihamda qismən təqsirli bildiyini qeyd edərək polis əməkdaşları tərəfindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi məqsədi ilə 70 manat müqabilində əldə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir (cild 01; i.v.118-121).
39. Təqsirləndirilən şəxs 24 iyul 2025-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində seçilmiş “həbs” qətimkan tədbirinin uzadılmasına dair təqdimata baxılan zaman, ondan sonra təqsirləndirilən şəxs qismində dindirilərkən, o cümlədən, hazırda məhkəmə iclasında özünü ona elan edilmiş ittihamda təqsirli bilmədiyini, saxlanılarkən üzərində psixotrop maddə olmadığını, işgəncələrə məruz qaldığından etirafedici ifadələr verdiyini iddia etsə də, onun irəli sürdüyü dəlillər məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır ki, belə olan halda məhkəmə onun həmin ifadələrini cinayət məsuliyyətindən yayınmaq naminə verilmiş ifadələr kimi qiymətləndirir.
40. Belə ki, təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində seçilmiş “həbs” qətimkan tədbirinin uzadılmasına dair təqdimata baxılan zaman polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirdiyindən məhkəmə tərəfindən bu barədə aidiyyəti prokurorluğa məlumat ünvanlanmış, məlumat nəticəsində araşdırma aparılmaqla şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
41. Məhkəmə-tibb ekspertizasının 02 may 2025-ci il tarixli, 162/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 02-03.04.2-25-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar olunmamışdır. Onun bədən səthində aşkar edilmiş sağ bazunun və sol saidin çapıqları müayinədən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə şəraiti, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir (cild 01; i.v.164-166).
42. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə və digər qanunsuzluqlara məruz qalmasına dair material üzrə cinayət işinin başlanması AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir (cild 01; i.v.222-223).
43. Məhkəmə istintaqı zamanı Bakı İstintaq Təcridxanasına sorğu ünvanlanmaqla təqsirləndirilən şəxsin tibbi kartının məhkəməyə təqdim edilməsi təmin edilmiş, həmin 05 aprel 2025-ci il tarixli, 2876/2025 saylı tibbi kartından görünür ki, təqsirləndirilən şəxs BİT-na daxil olarkən xəsarət almadığını bildirmiş, müayinə zamanı onda köhnə çapıq izlərindən başqa hər hansı xəsarət aşkar olunmamışdır.
44. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq onda olan xəsarətlərin istintaq təcridxanasına daxil olan zaman qeydə alınmadığını və bu barədə orada bir söz demədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsdə həqiqətən də xəsarətlərin olduğu halda həmin xəsarətlərin qeydə alınmamasının mümkün olmadığını və tibbi müayinədən sonra yoxlanılan hər bir təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin mütləq qaydada istintaq təcridxanası tərəfindən qeydə alındığını xüsusi olaraq vurğulayır.
45. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona göstərilən fiziki təzyiqin ona elektroşok aparatı ilə tok verilməsində ifadə olunduğunu, bu səbəbdən bədənində xəsarət izlərinin qalmadığını bildirsə də, məhkəmə qeyd edir ki, elektroşok aparatı ilə toka verilmiş şəxsin bədənində hər hansı yanıq izlərinin olmaması real deyildir ki, bu da təqsirləndirilən şəxsin döyülmə nəticəsində xəsarətlərinin olmamasının aşkara çıxmasından sonra öz müdafiəsi üçün yeni dəlil dəlil irəli sürməsinin göstəricisidir.
46. Bundan savayı, təqsirləndirilən şəxs həm Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində seçilmiş “həbs” qətimkan tədbirinin uzadılmasına dair təqdimata baxılan zaman, həm də hazırda məhkəmə istintaqı zamanı polis idarəsində işgəncələrə məruz qaldığını iddia etməsinə baxmayaraq məhkəmə iclasında həm tibb kartı ilə, həm də iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə onda xəsarətlərin olması inkar edildikdən sonra polis əməkdaşlarının ona yanında olan xanımla bağlı psixoloji təsir edərək həmin xanımı da tutacaqları ilə hədələdiklərindən onunla birlikdə saxlanılmış Humay adlı şəxsin tutulmasının qarşısını almaq üçün etirafedici ifadələr verərək psixotrop maddənin ona məxsus olduğunu bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin hər dəfə öz müdafiəsi üçün fərqli dəlillərə istinad edərək hər vəchlə cinayət məsuliyyətindən yayınmağa cəhd etməsinə dəlalət edir.
47. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ona ünvanlanmış suala cavab olaraq Təqsirləndirilən şəxs polis idarəsində hər hansı fiziki və ya psixi təzyiq göstərilməsinə şahid olmadığını bildirmişdir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
49. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
50. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsini iddia etsə də, bu hal öz təsdiqini tapmamaqla müvafiq tibbi sənədlərlə təkzib edilmiş, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.
51. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 videoçəkilişdən öncə onların hər ikisinin üzərlərinin polis əməkdaşları tərəfindən yoxlanıldığını, bu zaman Farizin üzərindən qanunsuz predmet aşkarlanmadığını, daha sonra Farizin başqa otağa aparıldığını və bundan sonra keçirilən videoçəkiliş zamanı Farizin cibindən büküm təqdim edərək özünə məxsus olduğunu bildirmişdir ki, məhkəmə şahidlə təqsirləndirilən şəxsin sevgi münasibətlərində olduqlarını, o cümlədən, onun ibtidai istintaq zamanı verdiyi izahat və ifadəni, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq şahidin məhkəmə iclasında verdiyi ifadəsinin təqsirləndirilən şəxsin məsuliyyətdən kənarda qalmasına xidmət edən və işin həqiqi halları ilə uzlaşmayan ifadə kimi qiymətləndirir.
52. Belə ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ilkin izahatında və şahid qismində verdiyi ifadəsində götərmişdir ki, xx.xx.2025-cı ıl tarixdə, saat 18:40 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 3 ünvanının yaxınlığında olduqları zaman onlara bır neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğumu bildirib, barəsində qəbul edilmiş ‘Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir kı, hazırda üzərində “patı" vardır. Bundan sonra polis əməkdaşları onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış, onun üzərinə isə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində 'patı'’ olduğunu bildirib, əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən bir ədəd bükümü, əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd mobil telefonu, şalvarın sol yan cibindən isə bir ədəd plastik bank kartı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon və bank kartı da polis əməkdaşı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra üzərinə baxış keçirilmişdir. Ük olaraq ona prosesin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, buna etiraz etmədiyimi bildirdikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib, əynində olan cins şalvarın sağ arxa cibindən içərisində mobil nömrə olmayan “Samsung” markalı mobil telefonu, əlimdə olan qara rəngli çantanın içərisindən isə 01 ədəd özümə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd 'Redmı'' markalı mobil telefonunu. 01 ədəd qara rəngli eynəyi və çantada olan kosmetika əşyalarını çıxardıb təqdim etmişdir. Həmin mobil telefonlar və digər əşyalar sonra özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni 02 aprel 2025-ci ıl tarixdə əvvəllər tanıdığı, lakın anket məlumatlarını bilmədiyi “Kian” adı ilə tanıdığı iranlı ilə “Vhatsapp" ani mesajllaşma proqramı vasitəsiylə mesajlaşdıqdan sonra 70 manat qarşlığında aldığını, həmin maddəni xx.xx.2025-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən götürməsini, həmin maddəni şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, özünün narkotik vasitə istifadəçisi olduğunu, üzərində olan maddədən heç kimin məlumatı olmadığını, həmin maddədən heç kimə satmadığını bildirmişdir.
53. Məhkəmə iclasında Şahid2 ona ünvanlanmış suala cavab olaraq polis idarəsində ona qarşı hər hansı təsir-təzyiq göstərilmədiyini bildirmişdir ki, bu da hər hansı təsir-təzyiqə məruz qalmayan şəxsin ibtidai istintaq zamanı hadisədən qısa müddət sonra verilmiş ifadələrinin daha həqiqi və real olması, hazırda məhkəmə iclasında verilmiş ifadəsindəki xüsusatın (Təqsirləndirilən şəxs üzərindən ilkin baxış zamanı hər hansı qanunsuz predmetin aşkar olunmaması, sonradan onun ayrı otağa aparılması və bundan sonra keçirilmiş videoçəkiliş zamanı üzərindən psixotrop maddənin aşkar olunması) isə sadəcə sonradan düşünülmüş, sevgili olduğu şəxsə yardım etmək və onu qorumaq naminə irəli sürülmüş xüsusat olması qənaətinə gəlmək üçün əsasdır.
54. Məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə iclasında “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 27 aprel 2025-ci il tarixli protokolda olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələri ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə aparılmış SMS yazışmaların mətni elan olunduqdan sonra təqsirləndirilən şəxs əvvəllər arada narkotik vasitələri başqa şəxslərə pul qarşılığında verdiyini, lakin bunun bir səhv olduğunu, həmin vaxtdan bu günədək uzun zaman keçdiyini, hazırda belə bir işlə məşğul olmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin mobil nömrəsi ilə aparılmış yazışmaların məzmununu, sonuncu SMS-in onun saxlanılmasından uzun müddət öncə deyil, təxminən 01 ay 15 gün öncəki müddətə təsadüf etdiyini, hazırda üzərində aşkar edilmiş psixotrop maddənin miqdarının külli miqdar təşkil etdiyini, mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan (SMS-lərin məzmunu ilə müəyyən edilən haldır) şəxsin külli miqdarda psixotrop maddə əldə etməsinin onun həmin maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etdiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin irəli sürdüyü arqument tamamilə əsassız olmaqla iş materialları ilə təkzib olunmuşdur.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.
56. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə (ilkin izahat və ifadələr), həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, istifadəsində olan mobil nömrə ilə aparılmış çoxsaylı SMS yazışmalar, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələri inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir.
57. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, yuxarıda göstərilən təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmalar, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
58. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
59. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.
60. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
61. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
62. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
63. İş üzrə mülki iddia yoxdur.
64. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
65. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – AR DİN-nin BMCMİ-nin saxlancına verilmiş 9,520 qram psixotop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut-02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov