Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1821/2021 18.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq özündə saxladığı külli miqdarda, yəni 25,613 qram çəkidə narkotik vasitə olan heroini və 1,246 qram çəkidə qurudulmuş marixuananı yaşadığı ünvan 3 evin 73 saylı mənzilində saxlamış, 13 iyul 2021-ci il tarixdə saat 18:58 dəqiqədə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzindən Xətai RPİ-nin 36-cı PB-nə daxil olmuş məlumat əsasında həmin tarixdə saat 19:35 dəqiqədə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı həmin mənzildə keçirilən axtarış və götürmə zamanı qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 25,280 qram, 0,310 qram və 0,023 qram olmaqla külli miqdar hesab edilən ümumilikdə 25,613 qram çəkidə kimyəvi tərkiblərinə eynilik təşkil edən narkotik vasitə olan tünd qəhvəyi rəngli heroin, 1,246 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və səthində heroinin çəkisi müəyyən edilməmiş izləri olan 1 ədəd qara rəngli elektron tərəzi yataq otağındakı masanın üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 il narkotik vasitə olan heroin və marixuanadan istifadə etmişdir. Həmin narkotik vasitələri hər dəfə Bakı şəhərində tanımadığı İran İslam Respublikasının vətəndaşından almışdır. Həmin şəxsin hesabına ödəmə terminalı vasitəsi ilə pul köçürmüş, həmin şəxs də narkotik maddələri qoyduğu yerin şəklini çəkib telefon vasitəsi ilə ona göndərmiş, o da gedib həmin narkotik maddələri qoyulduğu yerdən götürmüşdür. Sonuncu dəfə tutulmazdan təxminən 1 ay əvvəl həmin şəxsin hesabına 400 manat ödəmə terminalı vasitəsi ilə pul ödəyərək 1 ədəd şəffaf sellofanda heroini qoyulduğu yerdən, yəni “Əhmədli” metrostansiyasının yaxınlığında işıqforun yanından götürüb yaşadığı evə gətirmişdir. Ancaq həmin sellofana baxan zaman narkotik vasitənin qum ilə qarışıq olduğunu görmüşdür. Həmin narkotik vasitə olan heroini yalnız öz şəxsi istifadəsi üçün almışdır. 13 iyul 2021-ci il tarixdə saat təxminən 19:35 dəqiqədə Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları yaşadığı mənzilə gələrək narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu demişlər. Bundan sonra polis əməkdaşları hüquq və vəzifələrini izah edib onun iştirakı ilə yaşadığı mənzildə axtarış və götürmə hərəkətləri aparmışlar. Həmin axtarış və götürmə hərəkətləri videoçəkiliş vasitəsi ilə aparılmışdır. Axtarış və götürmə zamanı səmimi olaraq yaşadığı mənzildə narkotik vasitə saxladığını etiraf edib polis əməkdaşlarına yaşadığı mənzilin yataq otağında olan masanın üzərində saxladığı 3 büküm narkotik vasitə olan heroini və 1 büküm qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o da protokola imza etmişdir. Daha sonra polis əməkdaşları onu Xətai RPİ-nin 36-cı PB-nə gətirmişlər. Polis bölməsində videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinin zəruri olduğu deyilmiş və o da buna etiraz etməmişdir. Polis əməkdaşları hüquq və vəzifələrini izah edib xidməti otaqların birində videoçəkiliş vasitəsilə üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində hər hansı qanunsuz maddə və ya əşya olub-olmaması barədə soruşulduqda o, üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Daha sonra vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Narkotik vasitənin heroin və marixuana növlərindən istifadə etmişdir. Yaşadığı evdə 3 büküm narkotik vasitə olan heroin və 1 büküm qurudulmuş marixuana olmuşdur. Mənzildə axtarış və götürmə, üzərinə baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Həmin narkotik vasitələri yalnız öz şəxsi istifadəsi üçün almışdır. Metafetamindən istifadə etməmişdir. Bükümlər keyfiyyətsiz və başqa maddələrlə qarışığı olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşamış və heç yerdə işləməmişdir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum olunmuşdur. Təxminən 3 il heroin və marixuanadan istifadə etmişdir. Həmin narkotik maddələri hər dəfə Bakı şəhərində tanımadığı İran İslam Respublikasının vətəndaşından almışdır. Ödəmə terminalı vasitəsi ilə İranlının hesabına pul köçürmüş, həmin şəxs də narkotik maddələri qoyduğu yerin şəklini çəkib telefon vasitəsi ilə ona göndərmiş, o da həmin narkotik maddələri qoyulduğu yerdən götürmüşdür. Sonuncu dəfə təxminən 1 ay əvvəl həmin şəxsin eyni üsulla 400 manat hesabına ödəmə terminalı vasitəsi ilə pul ödəyib 1 ədəd şəffaf sellofandan ibarət içərisində heroin kimi tanıdığı narkotik maddəni qoyduğu yerin, yəni “Əhmədli” metrostansiyasının yaxınlığındakı yeri mobil telefon vasitəsi ilə çəkib ona göndərmiş, o da həmin yerə gedib işıqforun yanından sözü gedən narkotik maddələri yerdən götürüb yaşadığı evə gətirmişdir. Daha sonra həmin heroindən satmaq məqsədi ilə 2 ədəd büküm düzəltmiş, lakin sata bilməmişdir. Buna baxmayaraq həmin narkotik maddədən 3 büküm düzəldib hər birini 10 manata, ümumilikdə 30 manata üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərə satmışdır. 13 iyul 2021-ci il tarixdə saat təxminən 19:35 dəqiqədə Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları yaşadığı mənzilə gələrək yaşadığı mənzildə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu demişlər. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə hüquq və vəzifələrini izah edib yaşadığı mənzildə axtarış və götürmə hərəkətləri aparmışlar. Həmin axtarış və götürmə hərəkətləri videoçəkiliş vasitəsi ilə aparılmış, axtarış və götürmə zamanı səmimi olaraq yaşadığı mənzildə narkotik maddələri saxlamağını etiraf edib polis əməkdaşlarına yaşadığı mənzilin yataq otağında olan masanın üzərində saxladığı 3 büküm narkotik maddə olan heroini və 1 büküm qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları bu barədə protokol tərtib etmiş, protokolu iştirakçılar və o imzalamışdır. Bundan sonra polis əməkdaşları onu Xətai RPİ-nin 36-cı PBnə gətirmişlər. Polis bölməsində videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilməsinin zəruri olması bildirilmiş, o da buna etiraz etməmişdir. Polis əməkdaşları hüquq və vəzifələrini izah edib xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o da üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Daha sonra vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Yaşadığı mənzildə və polis bölməsində keçirilən bütün təhqiqat prosesləri videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır (cild 1, iş vərəqə 75-76). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 iyul 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə 18:58-də ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, istifadə etməsi və satması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində o və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış və həmin tarixdə saat 19:35 radələrində Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması ilə bağlı daxil olan məlumat əsasında ünvan 3 ünvanda yerləşən 73 saylı mənzilə gedib özlərini təqdim edərək mənzilə baxış keçirəcəklərini bildirmişlər. Sonra həmin mənzilin yataq otağında olan şəxsdən şəxsiyyəti barədə məlumat verməsini istədikdə həmin şəxs özünü xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək yaşadığı mənzildə narkotik vasitə saxlaması və satması barədə məlumat olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da etiraz etməmiş və özünün iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsilə yaşadığı mənzilin yataq otağına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında olan masanın üzərindən özünə məxsus oluğunu, bir qismini istifadə etdiyini, qalanını isə satacağını bildirdiyi narkotik vasitələr və elektron tərəzi aşkar olunmuşdur. Baxış zamanı yataq otağında olan masanın üzərində ümumilikdə 4 ədəd bükümlərdə kəskin iyli narkotik vasitəyə bənzər maddələr və 1 ədəd qara rəngli elektron tərəzi aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən onlar tərəfindən maddi sübut kimi götürülərək iştirakçılara nümayiş edilməklə qablaşdırılmış, 151 saylı möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilib iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-cı PB-nə dəvət etdikdə o razılaşıb onlarla birlikdə Xətai RPİ-nin 36-cı PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə hərəkətləri keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, sonra şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan heç bir əşya aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilərkən və Xətai RPİ-nin 36-ci PB-də olduğu zaman ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Bundan sonra məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq gələcəkdə satmaq məqsədi ilə əldə edib daşıyaraq yaşadığı mənzilin yataq otağında olan masanın üzərində saxladığı 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 25,280 qram, 0,310 qram və 0,023 qram olmaqla ümumilikdə 25,613 qram çəkidə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən maddə narkotik vasitə olan tünd qəhvəyi rəngli heroin, 1,246 qram bitki mənşəli kütlə isə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bundan sonra toplanmış material istintaq hərəkətlərinin aparılması üçün Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs evinə daxil olan “102” məlumatı əsasında getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdən 3 büküm narkotik vasitə heroin, 1 büküm marixuana və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitələrin bir qismini istifadə etdiyini, qalanını isə satmaq üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, onları daşıması, istifadə etməsi və satması barədə məlumat daxil olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Həbi oğlu Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 98-99). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs əvvəllər fərdi qaydada xırda alverlə məşğul olmuş, son 2 ildə isə heç bir işlə məşğul olmamışdır. Atası son 5 il narkotik maddə qəbul etmişdir. Atası ***- ***-**-** saylı nar nömrədən istifadə etmişdir. Atası hər dəfə mənzildəki yataq otağında narkotik maddədən istifadə etmiş, lakin hansı narkotik maddələrdən istifadə etməsini bilməmişdir. Ümumiyyətlə, atasının kimlərdən narkotik maddə almasını və aldığı narkotik maddənin pulunu haradan əldə etməsini bilməmişdir. Axırıncı dəfə 13 iyul 2021-ci il tarixdə saat 19 radələrində evdə olduqları zaman görmüşlər ki, atası yenə yataq otağında narkotik maddə qəbul edir. Buna görə də DİN-in “102” xidmətinə zəng edib polis əməkdaşlarını çağırmış və sonra Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları gələrək atasını otaqda narkotik maddə qəbul etməsini sənədləşdirmişlər. Narkotik maddə qəbul etdiyi üçün atasının müalicə almasını istəmişdir. Polis əməkdaşları videoçəkiliş vasitəsilə evlərinə baxış keçirmişlər. Atasının narkotik vasitələri almaq üçün pulu haradan əldə etdiyini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “mənzilə baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, 13 iyul 2021-ci il tarixdə saat 19:35 dəqiqədə ünvan 3 evin 73 saylı mənzilində yaşayan Təqsirləndirilən şəxs yaşadığı mənzilin yataq otağında şəxsi axtarış və götürmə aparılan zaman mənzilin yataq otağında olan masanın üzərində külli miqdarda narkotik vasitə olan heroin və qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir (cild 1, iş vərəqə 7-8). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı Şahid1 sol tərəfində ayaq üstə dayanmış şəxslər - Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektorları, polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid3dur. Təqsirləndirilən şəxs məxsus otaqda təhqiqatçı Şahid1 sol tərəfində ayaq üstə dayanmış əynində ağ rəngli köynək, qara rəngli idman şalvarı olan şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol və sağ tərəfində dayanmış şəxslər adları videoçəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları - sahə inspektoru, polis kapitanı kapitanı Şahid2 və həmin bölmənin sahə inspektoru, polis baş leytenantı Şahid3dur. Videoçəkilişin davamında təhqiqatçı Şahid1 sol tərəfində dayanmış şübhəli şəxs özünü təqdim etməyini bildirir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına özünü təqdim etdikdən sonra təhqiqatçı ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, yaşadığı mənzildə və üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir şikayəti və vəsatətinin olmadığını bildirdikdən sonra yaşadığı mənzilin yataq otağında olan masanın üzərində olan qara rəngli eklektron tərəzini və narkotik vasitələri polis əməkdaşlarına təqdim edərək onların hansı növ narkotik maddələr olmasını izah edir. Daha sonra təhqiqatçı Anar Xəliov şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı qara rəngli elektron tərəzinin üzərinə qoyaraq çəkir və müəyyən edilir ki, həmin qurudulmuş marixuana 1,26 qram çəkidədir. Təqsirləndirilən şəxs bildirir ki, həmin narkotik vasitə olan qurdulmuş marixuananı əsəblərini sakitləşdirmək məqsədi ilə özü istifadə edir. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərində olan digər narkotik vasitənin adını “kakos” deyərək İran İslam Respublikasının vətəndaşı ilə “WhatsApp” yazışmaları ilə tanış olduğunu və “WhatsApp” vasitəsi ilə yazışmalarla İran İslam Respublikasının vətəndaşı narkotk vasitələri gizlətdiyi yerləri ona deyərək narkotik vasitələri İranlının qoyduğu yerlərdən götürdüyünü təhqiqatçıya bildirir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus yataq otağındakı masanın üzərində saxladığı narkotik vasitənin çəkisini müəyyən emək üçün qara rəngli tərəzinin üzərinə qoyur və müəyyən edilir ki, həmin narkotik vasitə 31,80 qram çəkidədir. Daha sonra Təqsirləndirilən şəxs masanın üzərində saxladığı 2 ədəd ayr-ayrı bükümlərdə olan narkotik vasitə olan heroini təqdim edərək özü tərəfindən tərəzidə çəkilərək ayrı-ayrı bükümlərdə yığdığını bildirir. Bundan sonra təhqiqatçı həmin 2 ədəd bükümləri qara rəngli elektron tərəziyə qoyur və 2 ədəd bükümlərin ümumi çəkisinin 0,69 qram olmasını müəyyən edilir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxladığı narkotik vasitələri ailəsini dolandırmaq məqsədi ilə əldə edib yaşadığı mənzildə saxladığını, şikayət əsasında polis əməkdaşlarının ona məxsus mənzilə gəlib onu tutduqlarını bildirir. Daha sonra Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş bükülülərdəki narkotik vasitələr görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır, Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” möhürü ilə möhürlənir və məhkəmə-kimyəvi ekspertizasına göndəriləcəyi izah olunur. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs Ağabada oğlu və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra diskin 2-ci faylında olan görüntülərə baxış zamanı məlum olur ki, həmin CD-R diskdə əks edilmiş görüntülər 13 iyul 2021-ci il tarixdə saat 21:10 dəqiqədə süni işıqlandırma ilə işıqlandırılmış otaq Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid1 xidməti otağıdır. Bundan sonra təhqiqatçı Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs Ağabada oğluna Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 təqdim edərək hüquqlarını həmin müdafiəçi tərəfindən müdafiə edildiyini bildirir, üzərində şəxsi axtarış aparır və qanunla qadağan olunmuş heç bir əlavə əşya və predmet aşkar olunmur. Bundan sonra təhqiqatçı Şahid1 videoçəkilişin “Samsung” markalı mobil telefonla aparıldığını bildirir. Baxış zamanı videoçəkilişin ümumi olaraq 9:13 dəqiqə davam etdiyi məlum olur (cild 1, iş vərəqə 62-64). Cinayət işinin materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” 11 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrəyə müxtəlif şəxslərin istifadəsində olmuş mobil nömrələrdən 10, 20 və 30 manata müxtəlif növdə narkotik vasitələrin alınması ilə bağlı SMS-lər yazılmışdır (cild 1, iş vərəqə 126-136). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2021-ci il tarixli 6/2863 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs mənzilindən götürülmüş maddi sübutlar və s. yazılar olan paketdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 25,280 qram; 0,310 qram; 0,023 qram; ümumi təmiz çəkiləri 25,613 qram tünd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir, üzərində Təqsirləndirilən şəxs mənzilindən götürülmüş elektron tərəzi və s. yazılar olan paketdəki 1 ədəd qara rəngli elektron tərəzinin səthində heroinin izləri müəyyən edilmişdir. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmamışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir, qeyd: heroinin ümumi təmiz çəkisi 25,613 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 25,513 qram, cild 1, iş vərəqə 40-43). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2021-ci il tarixli 7/671 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs mənzilindən götürülmüş maddi sübutlar yazılar və imzalar olan 1 №-li kağız paketdə 1 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 1,246 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs mənzilindən götürülmüş elektron tərəzi yazılar və imzalar olan 2 №-li kağız paketdə 1 ədəd elektron tərəzi üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur, qeyd: marixuananın ümumi təmiz çəkisi 1,246 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 1,226 qram, cild 1, iş vərəqə 46-48). Cinayət işinin materiallarında olan “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş maddi sübutlar və s. yazılar olan paketdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 25,280 qram; 0,310 qram; 0,023 qram; ümumi təmiz çəkiləri 25,613 qram tünd qəhvəyi rəngli maddə kütlələri olan külli miqdarda narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş maddi sübutlar yazılar və imzalar olan 1 nömrəli kağız paketdə 1 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 1,246 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə 18 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 25,513 qram olan narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq çəkisi 1,226 qram olan narkotik vasitə qurudulmuş marixuana və səthində heroinin çəkisi müəyyən edilməmiş izləri olan 1 ədəd qara rəngli elektron tərəzi Bakı şəhəri Xətai RPİ-də saxlanılır (cild 1, iş vərəqə 146). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 17 avqust 2021-ci il tarixli 2918 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 144-145). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir (cild 1, iş vərəqə 92-93). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 19). İş materiallarında olan Xətai rayon məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 86-88). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 iyul 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 175,46 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 25,513 qram olan narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq çəkisi 1,226 qram olan narkotik vasitə qurudulmuş marixuana və səthində heroinin çəkisi müəyyən edilməmiş izləri olan 1 ədəd qara rəngli elektron tərəzi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinə əsasən məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 175,46 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş, tədqiqatdan sonra qalıq çəkisi 25,513 qram olan narkotik vasitə heroin, tədqiqatdan sonra qalıq çəkisi 1,226 qram olan narkotik vasitə qurudulmuş marixuana və səthində heroinin çəkisi müəyyən edilməmiş izləri olan 1 ədəd qara rəngli elektron tərəzi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinə əsasən məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1821/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1821/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver