Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1822/2023 07.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Əli İrfan oğlu (sədrlik edən), Məmmədzadə Səbinə Adil qızı və Məcidov X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X5, Zərərçəkmiş şəxs5, müdafiəçilər – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.2, 177.2.3, 177.2.4 və 185.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: 24 iyul 2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.2, 177.2.3, 177.2.4 və 185.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.2, 177.2.3, 177.2.4 və 185.1ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi2 yazılı vəsatətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslərə ağır cinayət əməllərinin törədilməsi ilə bağlı irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi Salyan rayonu ərazisində baş verdiyindən qeyd edilən cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıla bilməz və ona görə də cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək cinayət işinin məhkəmə aidiyyətini da yoxlamışdır. Məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.2, 177.2.3, 177.2.4 və 185.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və təqsirləndirilən şəxslərə irəli sürülmüş ağır cinayətlərin törədilməsi ilə bağlı ittiham üzrə cinayət hadisəsi Salyan rayonu ərazisində baş vermişdir. Belə ki, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirərək qaçırmış, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. İbtidai istintaq orqanının gəldiyini nəticəyə görə o, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmək məqsədilə 2022-ci ilin dekabrın 6-na keçən gecə ünvan 1 ünvanın qarşısına gələrək orada dayanmış X2 məxsus VAZ-2106 markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından və açarın kilidin üzərində olmasından istifadə edib avtomobilin mühərrikini işə salıb həmin yerdən uzaqlaşaraq talama məqsədi olmadan həmin avtomobili qanunsuz olaraq ələ keçirib qaçırmışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs4 qızma məxsus fərdi evin həyətinə hasardan aşmaq yolu ilə qanunsız daxil olaraq evin pəncərəsini sındırıb içəri qanunsuz daxil olaraq oradan dəyəri 800 manat olan 01 ədəd «LG» markalı televizoru, dəyəri 400 manat olan 01 ədəd «Ceyran» sobasını, ümumilikdə 2.500 manat dəyərində olan müxtəlif qadın geyimlərini, dəyəri 100 manat olan 01 ədəd qab-qacaq dəstini gizli taladıqdan sonra, vahid niyyətlə əhatə olunan qəsdlə, xx.xx.2022-ci il tarixdə axşam saatlarında həmin ünvana eyni üsulla qanınsız daxil olaraq evin həyətindən hər birinin dəyəri 50 manat olmaqla ümumilikdə 250 manat dəyərində 05 ədəd qaz borusunu, dəyəri 100 manat olan dəmir masanı, dəyəri 50 manat olan 01 ədəd əl arabasını, dəyəri 50 manat olan 01 ədəd kabab bişirmə manqalını, hamamda olan istilik sisteminə aid ümumilikdə 500 manat dəyərində aksesuarları gizli olaraq talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 4.750 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib 2022-ci il dekabrın 18-də saat 10:00 radələrində başlarına gözlük açılmış qara rəngli papaqlar geyinərək Salyan şəhəri, C.Cabbarlı küçəsi 49 saylı evin darvazasının açıq olmasından istifadə edib həyətə oradan isə evin giriş qapısının kilidlə bağlı olmadığından istifadə edib yaşayış sahəsinə qanunsuz olaraq girməklə evə daxil olub orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 evin zal otağında gözləmiş, o, isə yataq otağına daxil olub çarpayıda yatan hucuma məruz qalmış Zərərçəkmiş şəxs1mn həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib sonuncuya yaxınlaşıb yuxudan ayıldığını görüb üzərində olan bıçağı silah qismində istifadə edib tətbiq etməklə sonuncunun sinə nahiyyəsinə tutub səs salmamağı işarə edib qonşu otaqda yatan yetkinlik yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs3 onun adamının əlində olduğunu, pul və qızılları verməyəcəyi halda onun və Musa Gülməmmədovun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediləcəyi ilə hədələmiş, həmin vaxt Zərərçəkmiş şəxs3 yataq otağından çıxıb qışqırdığından o, Təqsirləndirilən şəxs2la evdən hər hansı bir əşya götürməyərək qaçıb getməklə quldurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə axşam saatlarında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus fərdi evin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq evin zirzəminin plastik qapısını açma yolu ilə içəri qanunsuz daxil olaraq oradan evin taxta döşməsini sındıraraq yuxarı qalxıb evin qonaq otağından hər birinin qiyməti 900 manat olmaqla, ümumilikdə 1.800 manat dəyərində iki ədəd “Samsunq” markalı televizoru, dəhlizdə olan bir ədəd 1.300 manat dəyərində kombini, mətbəxdən bir ədəd 500 manat dəyərində mikrodalğalı soba, üç ədəd hər birinin qiyməti 200 manat olan ümumilikdə 600 manat dəyərində soba, bir ədəd 5.000 manat dəyərində qızıldan kişi saatı, bir ədəd 1.500 manat dəyərində briliant qaşlı qızıl kişi üzüyü, yataq otağından üç ədəd hər birinin dəyəri 200 manat olan ümumilikdə 600 manat dəyərində xrustal vazları, bir ədəd 1.000 manat dəyərində servis dəstini, üç ədəd hər birinin dəyəri 100 manat olan ümumilikdə 300 manat dəyərində qazanı, iki ədəd hər biri 400 manat olan ümumilikdə 800 manat dəyərində ev telefonunu, bir ədəd 50 manat dəyərində vayfay aparatı, bir ədəd 200 manat dəyərində krosnu aparatı, bir neçə ədəd 1.000 manat dəyərində qadın-uşaq geyimləri, üç ədəd hər biri 400 manat olan ümumilikdə 1.200 manat dəyərində elektrik cihazları, bir ədəd 500 manat dəyərində tikiş maşını, bir ədəd 1.000 manat dəyərində qəlyan aparatı və bir ədəd 500 manat dəyərində nərd-taxtanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 17.850 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib 2022-cı il dekabrın 18-də saat 10:00 radələrində başlarına gözlük açılmış qara rəngli papaqlar geyinərək Salyan şəhəri, C.Cabbarlı küçəsi 49 saylı evin darvazasının açıq olmasından istifadə edib həyətə oradan isə evin giriş qapısının kilidlə bağlı olmadığından istifadə edib yaşayış sahəsinə qanunsuz olaraq girməklə evə daxil olub orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, evin zal otağında gözləmiş, Təqsirləndirilən şəxs1 isə yataq otağına daxil olub çarpayıda yatan hucuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib sonuncuya yaxınlaşıb yuxudan ayıldığını görüb üzərində olan bıçağı silah qismində istifadə edib tətbiq etməklə sonuncunun sinə nahiyyəsinə tutub səs salmamağı işarə edib qonşu otaqda yatan yetkinlik yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs3 onun adamının əlində olduğunu, pul və qızılları verməyəcəyi halda onun və Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edəcəyi ilə hədələmiş, həmin vaxt Zərərçəkmiş şəxs3 yataq otağından çıxıb qışqırdığından o, Təqsirləndirilən şəxs1la evdən hər hansı bir əşya götürməyərək qaçıb getməklə quldurluq etmişdir. Bundan başqa, o, Salyan şəhəri ərazisdində istintaqa məlum olmayan vaxt və şəraitdə, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,363 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib yerini dəyişməklə üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2022-ci il dekabrın 18-də saat 10:00 radələrində Salyan şəhəri, C.Cabbarlı küçəsi ev 49-da yaşayan Zərərçəkmiş şəxs1 qızma qarşı quldurluq cinayətini törətdikdən sonra hadisə yerindən qaçıb gedərkən saat 10:20 radələrində ünvan 3 ünvanında yerli sakinlər tərəfindən saxlanıldıqdan sonra hadisə yerinə çağırılmış Salyan RPŞ-nin əməkdaşları tərəfindən quldurluq törətməkdə şübhəli bilindiyi üçün ünvan 4 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən təmiz çəkisi 0,363 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.2, 177.2.3, 177.2.4 və 185.1-ci maddələri ilə ittiham irəli sürülmüş, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət kateqoriyasına, həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayət kateqoriyasına, Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Eyni zamanda həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət kateqoriyasına, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə az ağır cinayət kateqoriyasına aiddir. İş üzrə tərtib edilmiş ittiham aktının məzmunu və təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihama daxil olan cinayət əməllərinin mahiyyəti, habelə göstərilənlərin təhlili ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 az ağır və böyük ictimai təhlükə törətməyən cinayət əməllərinin törədilməsi ilə yanaşı, həmçinin ağır cinayət əməllərinin törədilməsi ilə bağlı ittiham irəli sürülmüş və ağır cinayət əməllərinin törədilməsi ilə bağlı cinayət hadisəsi Salyan rayonu ərazisində baş vermişdir. Eləcə də Təqsirləndirilən şəxs2 Məzair oğluna az ağır cinayətin törədilməsi ilə yanaşı, həmçinin ağır cinayət əməllərinin törədilməsi ilə bağlı ittiham irəli sürülmüş və ağır cinayət əməllərinin törədilməsi ilə bağlı cinayət hadisəsi Salyan rayonu ərazisində törədilmişdir. Belə olduğu təqdirdə isə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.2, 177.2.3, 177.2.4 və 185.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə aid deyil və irəli sürülmüş ittiham üzrə ağır cinayət əməllərinin Salyan rayonu ərazisində törədilməsi iddia olunduğundan cinayət işi mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Beləliklə, yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, habelə Müdafiəçi2 tərəfindən verilmiş yazılı vəsatətlə bağlı cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, həmin vəsatətdə göstərilən dəlilləri cinayət işinin materialları əsasında yoxlayıb və hasil olunan nəticəni təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, müdafiəçi tərəfindən verilmiş yazılı vəsatət əsaslı olduğundan təmin edilməli və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.2, 177.2.3, 177.2.4 və 185.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsində ‘‘məhkəmə aidiyyətinə əməl olunması” cinayət mühakimə icraatının əsas prinsiplərindən biri kimi nəzərdə tutulmaqla, həmin maddənin müddəasının tələblərinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz, şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət mühakimə icraatının həmin təməl prinsipi Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində nəzərdə tutulan müddəalara əsaslanır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə aidiyyətinə əməl edilməsinin əhəmiyyəti, həmçinin onda ifadə edilir ki, aidiyyətlə bağlı tələblər ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə istiqamətlənmişdir. Qeyd edilən hüquqi mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmə orqanlarına aidiyyəti CPM-in 67-77-ci maddələrində müəyyən edilmişdir. Adı çəkilən normalar ərazi, növ (predmet) və şəxslərə görə aidiyyəti, habelə məhkəmə orqanlarının səlahiyyətinə görə aidiyyəti fərqləndirmişdir. Məhkəmə qeyd edir ki, ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayət mühakimə icraatını həyata keçirən hər bir məhkəmə orqanının səlahiyyətlərinin şamil edildiyi ərazi CPM-in 67-73-cü maddələrində müəyyən edilmişdir. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. Eyni zamanda cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə aidiyyəti onun məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən mütləq yoxlanılmalıdır. Belə yoxlama birinci instansiya məhkəmələrinin hazırlıq iclası zamanı həll edilməli olan ilk məsələdir. Hər bir məhkəmə ona daxil olmuş cinayət işi və digər materiallar barədə hər hansı prosessual hərəkət etməmişdən (hazırlıq iclasınadək olan hərəkətlər istisna olmaqla) əvvəl həmin işin və ya materialların aidiyyətini yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinin tələbinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” haqqında qərarından görünür ki, Salyan rayonu ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.2, 177.2.3, 177.2.4 və 185.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ağır cinayətlərin törədildiyi yer olan Salyan rayonu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.5 və 75.1-ci maddələrinə əsasən cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbirinin əsaslığını müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri əsaslıdır və sözügedən qətimkan tədbirinin hazırda dəyişdirilməsinə zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.5, 75.1, 299.3.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.2, 177.2.3, 177.2.4 və 185.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.
2. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılsın.
Sədrlik edən hakim Əli Məmmədov
Hakimlər Səbinə Məmmədzadə
Azad Məcidov