Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1825/2023 20.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərkəz” vəkil bürosunun vəkili X1 və “Mirzəyev və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Xaçmaz Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2, 264cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.4, 66.2, 69.3cü maddələri tətbiq edilməklə 02 il 06 ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki o, şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əmi” təxəllüslü şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 04 (dörd) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 4,032 qram, 1,493 qram, 0,336 qram, 0,125 qram olmaqla ümumi təmiz çəkisi 5,986 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 04 ədəd bükümdə ayrılıqda təmiz çəkiləri 2,400 qram, 6,565 qram, 3,0 qram, 1,150 qram olmaqla ümumi təmiz çəkisi 13,115 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 07 (yeddi) ədəd kapsulda güclü təsir edən «preqabalin» təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram olan «preqabalin» tərkibli dərman preparatlarını əldə edib, daşıyaraq üzərində saxlamış, 25 mart 2023-cü il tarixdə saat 13 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan sol çiynindən asdığı kiçik ölçülü qara rəngli çantanın içindən külli miqdarda, 04 (dörd) ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkiləri 4,032 qram, 1,493 qram, 0,336 qram, 0,125 qram olmaqla ümumi təmiz çəkisi 5,986 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,400 qram, 6,565 qram, 3,0 qram, 1,150 qram olmaqla ümumi təmiz çəkisi 13,115 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və konvalyutun içərisində 07 (yeddi) ədəd üzərində “P300” yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsulda güclü təsir edən «preqabalin» təsiredici maddəsinin ümumi miqdarı 2,1 qram olan «preqabalin» tərkibli dərman preparatları aşkar edilib götürülmüşdür. Məhkəmə iclsında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 5-6 ay narkotik vasitələrdən, həmçinin psixotrop maddə olan pregabalin, yəni lirikadan istifadə edir. Onun üzərində narkotik vasitə olmuş, lakin ona qarşı elan olunmuş ittihamda göstərilən miqdarda olmamışdır. O, 25 mart 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Babək prospektinə avtomobilin ehtiyat hissəsini almağa gəlmişdir. O, maşın alveri ilə məşğul olur. O, Xaçmaz şəhərində yaşayır. Bakı şəhərinə arabir maşın ehtiyyat hissəsi almağa gəlir. O, maşın bazarında olarkən təxminən səhər saatlarında Bakı şəhəri, Babək prospektində polis əməkdaşları tərəfindən saxlanılıb döyülərək Polis Şöbəsinə aparılmışdır. Onun üzərində 0,5 qram “kola”, 13 qram “nəşə”, 7 ədəd psixotrop dərman olmuş, lakin digər sadalanan bükümlərin hər birini təzyiq altında boynuna götürmüşdür. Həmçinin, o, Nərimanov Rayon Polis İdarəsinin 17-ci X8 Saxlama Yerinə aparıldıqda döyülməkdən pis hala düşdüyünə görə Müvəqqəti Saxlama yeri onu qəbul etmirmiş. Polis əməkdaşları tərəfindən döyülməyinin səbəbi üzərinə artıq narkotik vasitə və psixotrop maddə yükləmək istəmələridir. Onun elan olunmuş ittihamda özünü qismən təqsirli bilməyinin səbəbi göstərilən miqdarda heroinin onda aşkar olunmamasıdır. O,narkotik vasitələri tanımadığı İranlı vətəndaşdan alırmış. O, polis əməkdaşları tərəfindən Babək prospektində səhər saatlarında saxlanılmışdır. Birinci həmin polis əməkdaşları özlərini təqdim eləmiş, sonra onu döyərək maşınına əyləşdirib Polis Şöbəsinə aparmışlar. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı ona qarşı təzyiq tətbiq olunduğundan həmin artıq narkotik vasitə və psixotrop maddələri boynuna götürməyə məcbur olmuşdur. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı müdafiəçi iştirak etmirmiş. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı müstəntiq və əməliyyatçılar iştirak edirmiş. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, heroinin miqdarı düz deyil. Onda həmin miqdarda heroin aşkar olunmamışdır. Baş vermiş hadisədən əvvəl onun hər hansı polis əməkdaşı, qonşu və ya qohumu ilə münaqişəsi olmamışdır. Lakin, onu saxlayan polis əməkdaşları üzərindən aşkar olunan miqdarla razılaşmaq istəmirmişlər. Polis əməkdaşları üzərinə artıq narkotik vasitə və psixotrop maddə yükləmək istəyirmişlər. O, həmin polis əməkdaşları ilə razılaşmadıqda onu döyməyə başlamışlar. Polis əməkdaşları tərəfindən döyüldükdən sonra üzərində döyülməkdən yaranan xəsarət izləri var imiş. O, polis əməkdaşları tərəfindən döyüldükdən sonra gözündə, başında və bədəninin digər hissələrində xəsarət izləri var imiş və xəsarət izləriylə bağlı akt Müvəqqəti Saxlama yerində və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında da tərtib olunmuşdur. İttiham aktında qeyd olunur ki, xəsarət izləri itlə oynayan zaman ağaca dəydiyindən yaranmış, lakin bu yanlışdır. Onun xəsarət izləri polis əməkdaşları tərəfindən döyüldüyündən yaranmışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında akt tərtib olunan zaman o xəsarət izlərinin polis əməkdaşları tərəfindən döyüldüyündən yarandığını demişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 32-34-cü vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildimişdir ki, imza onun imzasıdır. O, protokolu oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 35-36-cı vərəqələrində olan izahatında, 67-69, 80-82 və 208- 210-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «...Təxminən 2 ildir ki, narkotik maddə olan “kakos" istifadə edir. 25 mart 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Nərimanov rayonunda piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan sol çiynindən asdığı kiçik ölçülü qara rəngli çantanın içindən 4 (dörd) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik heroini, 4 (dörd) bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuananı, 7 (yeddi) ədəd güclü təsiredici xassəyə malik preqabalin həbini təqdim etmişdir. Sonra həmin heroin elektron tərəzidə çəkilmiş, çəkisi 8 (səkkiz) qram olmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş ...Üzərindən aşkar olunmuş narkotik vasitələri Bakı şəhəri, Nəsimi rayonu ərazisində İran İslam Respublikası vətəndaşı “Əmi” təxəllüslü şəxs vasitəsilə istifadə etmək məqsədilə gizlədilən yerdən əldə etmiş, bədənində olan xəsarətləri bir neçə gün əvvəl Xaçmaz rayonunda ağaca dəyərək almış, başqa hardasa narkotik maddə saxlamamış, əməlindən peşimandır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, protokolu oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsində XMİÜ baş əməliyyat müvəkkili işləyir. Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə 25 mart 2023-cü il tarixdə etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o, Şahid1 və baş əməliyyat müvəkkili polis mayoru Şahid3 daxil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, Expres 13 ünvanının yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılmış və Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına aparılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan çantanın içindən 4 ədəd bükümdə heroinə, 4 ədəd marixuanaya, 7 list preqabalin həbinə bənzər kütlələr, 1000 (min) manat pul, bank kartları, mobil telefonlar aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri Bakı şəhəri, Nərimanov rayonu ərazisində İran İslam Respublikası vətəndaşı “Əmi” təxəllüslü şəxs vasitəsilə istifadə etmək məqsədilə gizlədilən yerdən əldə etdiyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman onlara müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri Bakı şəhəri, Nərimanov rayonu ərazisində İran İslam Respublikası vətəndaşı “Əmi” təxəllüslü şəxs vasitəsilə istifadə etmək məqsədilə gizlədilən yerdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində xəsarət izləri yox imiş. Təqsirləndirilən şəxs fiziki təzyiq göstərməmişlər. Təqsirləndirilən şəxs üzərində bıçaq da olmuş, saxlanılan zaman bıçaq üzərindən yerə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, sonuncular eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 7-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 25 mart 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 8-9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 25 mart 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general mayoru İslam Hümbətovun 25 mart 2023-cü il tarixli, 3-13-7/Ə126/2023 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış aparılmasından əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra sol çiynindən asdığı kiçik ölçülü qara rəngli çantanın içindən 04 (dörd) bükümdə, qəhvəyi rəngli heroinə, 04 (dörd) ədəd bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya, 07 (yeddi) ədəd güclü təsiredici xassəyə malik preqabalin həbinə bənzər kütlələri təqdim etmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddənin narkotik vasitə olan "nəşə” və “kokos”, 07 ədəd həbin isə ağrıkəsici dərman olduğunu, İİR vətəndaşı, “Əmi” təxəllüslü şəxsdən aldığını, bədənində olan xəsarətləri bir neçə gün əvvəl Xaçmaz rayonunda ağaca dəyərək aldığını bildirmişdir. Aşkar edilmiş bükümlər çəkildikdə heroinə bənzər maddənin 08 (səkkiz) qram, marixuanaya bənzər maddənin isə 37 (otuz yeddi) qram olması müəyyən edilmişdir. Həmin çantadan əlavə olaraq 01 ədəd şarj cihazı və 01 ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı həmçinin, 01 ədəd “Samsung” markalı mobil telefon, içərisində siqaret olan qutu, 1000 AZN pul, 02 ədəd bank kartları aşkar edilmişdir. Aşkar edilmiş bükümlər, 01 ədəd “Samsung” markalı mobil telefon, 02 ədəd bank kartı, 1000 AZN pul qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 134-135-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 aprel 2023-cü il tarixli DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, baş təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan sol çiynindən asdığı kiçik ölçülü qara rəngli çantanın içindən 04 (dörd) bükümdə, qəhvəyi rəngli, heroinə, 04 (dörd) ədəd bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya, 07 (yeddi) ədəd güclü təsir edici xassəyə malik preqabalin həbinə bənzər kütlələri təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan maddənin narkotik vasitə olan “nəşə” və “kokos”, 07 ədəd həbin isə ağrıkəsici dərman olduğunu bildirir. Həmin çantadan əlavə olaraq 01 (bir) ədəd alışqan və 01 (bir) ədəd şarj cihazı aşkar olunur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 (iki) ədəd “Samsung” markalı mobil telefonlar, həmin şalvarın sağ yan cibindən içərisində siqarət dənələri olan siqaret qutusu, həmin şalvarın sol arxa cibindəki pul qabının içindən 1000 (min) manat pul, 02 ədəd bank kartları aşkar olunur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Bakı şəhəri, Nəsimi rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı olan “Əmi” təxəllüslü şəxs vasitəsilə əldə etdiyini bildirir. Həmin büküm Təqsirləndirilən şəxs və iştirakçıların iştirakı ilə qablaşdırılır və saylı möhürlə möhürlənir. Cinayət işinin 46-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 mart 2023-cü il tarixli 6/1715 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkiləri-4,032 qram, 1,493 qram, 0,336 qram, 0,125 qram, ümumi təmiz çəkisi – 5,986 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik - heroindir. “Preqabalin KrKa 300” əmtəə göstəriciləri olan konvalyutun içərisində 7 ədəd üzərində P300 yazı əlavəli ağ-tünd qəhvəyi rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır. 7 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,1 qramdır. (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla). Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Preqabalin - 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. Cinayət işinin 46-50-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 mart 2023-cü il tarixli 7/420 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...” yazı və imzalar olan zərfdə 3 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış kağız bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2,400 qr, 6,565 qr və 3,0 qram olmaqla, ümumi çəkisi 11,965 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin zərfin içərisində olan 1 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış kağız bükümdə tütün və təmiz çəkisi 1,150 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidir. Cinayət işinin 113-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış qəbzdən görünür ki, X5 oğlu Təqsirləndirilən şəxs məxsus 1000 manat pulu təhvil almışdır. Cinayət işinin 159-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 may 2023-cü il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd “Samsung” markalı mobil telefonlara baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 184-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 iyun 2023-cü il tarixli DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Kapital Bank” a məxsus bank kartları ilə aparılmış əməliyyatları özündə əks etdirən DVD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 188-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 iyun 2023-cü il tarixli DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Unibank” a məxsus bank kartları ilə aparılmış əməliyyatları özündə əks etdirən DVD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 185-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin 17-ci PŞ-dən daxil olmuş 21 iyun 2023-cü il tarixli, 3-13-50/1-1870 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və güclü təsiredici maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 243-244-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Elnar İbrahimlinin cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və güclü təsiredici maddələri əldə etdiyi mənbəni müəyyən etmək və Əmi təxəllüslü şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onda həqiqətən narkotik vasitə olmuş, lakin, ittiham aktında göstərilən miqdarda heroin onda olmamışdır, polis əməkdaşları tərəfindən döyüldüyü üçün istintaqda fərqli ifadə vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3saylı İstintaq Təcridxanasına və Bakı şəhəri, Nərimanov RPİ-nin MSY-nə sorğu ilə müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 19 sentyabr 2023-cü il tarixli, 20-12/547 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibb kitabçasından çıxarışdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs xəsarətlər izləri aşkar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş 23 oktyabr 2023-cü il tarixli 50/2-29056 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənədlərin kserosurətlərindən görünür ki, Şükürov X6 RPİ-nin MSY-nə daxil olan zaman, müayinə edilərkən, sonuncuda xəsarətlər aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətləri tutulmazdan əvvəl aldığını bildirmişdir. Göstərilənlərə əsasən, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərlərin yaradılması ilə əlaqədar 04 oktyabr 2023-cü il tarixli qərar qəbul edilərək, Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan 21 noyabr 2023-cü il tarixli, 649-C- 23 nömrəli məktubla daxil olmuş, Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X2 13 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz hərəkətlərə məruz qalması barədə məlumat yoxlama zamanı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, cinayət işinin 165-167-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X14 10 aprel 2023-cü il tarixli 117/MEŞ №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sağ gözün ağlı qişasının bayır bucağının qansızması və sağ yanağın sıyrığı, boynun ön səthinin, hər iki dirsək oynağının arxa səthinin, hər iki dizin ön səthinin və sol əlin ovuc səthinin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvələ yğun gəlir, qərarda göstərilən şəraitdə, yəni öz boyu hündürlüyündən yıxılaraq yaranmaları mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 5,986 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından 39,9 dəfə, 13,115 qram marixuana şəxsi istehlak miqdarından 2,6 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Həmçinin, daxil olmuş əməliyyat məlumatında da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması göstərilmişdir. (iş vərəqə 7) Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarların, Azərbaycan Respublikasının «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında» 18 mart 2016-cı il tarixli qanunun tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin qanunda qeyd edilmişdir ki, tərkibində “preqabalin” olan dərman vasitələrində “preqabalin” in miqdarı 5 qramdan artıq olduqda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 129-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 20 aprel 2023cü il raeixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 14 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmiş; Xaçmaz Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1 və 68.2-ci maddələri tətbiq edilməklə 3500 manat cərimə cəzası və 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 22 may 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, 09 mart 2021-ci ildə cərimə tam ödənilmiş; cinayət işinin 211-221-ci vərəqələrində olan Xaçmaz Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2, 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.4, 66.2, 69.3-cü maddələri tətbiq edilməklə 02 il 06 ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsindən daxil olmuş 03 avqust 2023-cü il tarixli, 3-16-17/41/2- 543/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona Xaçmaz Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün 26 aprel 2021-ci il tarixdə 1 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsində qeydiyyata götürülmüş, 01 il 11 ay 01 gün cəza müddətini çəkmiş, 01 il 06 ay 27 gün çəkilməmiş cəzası qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 09 avqust 2023-cü il tarixli, 689 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 il 06 ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzasına dair icra vərəqəsi Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 01 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 il 06 ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzasına dair hökm Bakı Şəhər Probasiya İdarəsinə daxil olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayəti məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkərkən törətdiyindən, onun Xaçmaz Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məmrumetmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli plenum qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddəti Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən, 02 (iki) il 06 (altı) ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzası tam birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Təqsirləndirilən şəxs əvvəlki törətdiyi cinayəti ehtiyatsızlıqdan törədildiyindən və böyük ictimai təhlükə törətməyən cinayət olduğundan, məhkumluğu ödənilməmiş, lakin cinayətin residivini yaratmır. Cinayət işinin 110, 112-ci vərəqələrində olan doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı -xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X11 vardır. Cinayət işinin 161-162-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X14 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 08 aprel 2023-cü il tarixli 914 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyin pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 173-174-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X14 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 16 iyun 2023-cü il tarixli 3823 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 25 mart 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 23-cü vərəqəsində olan 25 mart 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 90-92-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 4(005)-393/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin, qurudulmuş marixuana, güclü təsir edən maddə preqabalin məhv edilməli, 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 132 (yüz otuz iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Xaçmaz Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 27 (iyirmi yeddi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən, 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə cəzası tam birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin, qurudulmuş marixuana, güclü təsir edən maddə preqabalin məhv edilsin. 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 132 (yüz otuz iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1825/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1825/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver