Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1825/2024 18.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1 qızının, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 20 yanvar 2024-cü il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, B.Şahtaxtinski küçəsində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 4,442 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,644 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini 60 (altmış) manat müqabilində əldə edib üzərində saxlamaqla ünvan 2na daşımış, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 yanvar 2024-cü il tarixdə saat 12:30 dəqiqədə ünvan 2nın qarşısında saxlanılaraq ünvan 4anda yerləşən Yasamal rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və inzibati binanın xidməti otaqlarından birində 20 yanvar 2024-cü tarixdə saat 14:00 dəqiqədən etibarən üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 4,442 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 3,644 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, səhər radələrində “20 yanvar” ərazisində dayısıoğlu ilə görüşmüşdür. Anar adlı polis əməkdaşı onu təhdid etməyə başlamış, oğlunun avara olduğunu, metamfetamin çəkdiyini və pul verməli olduğunu demişdir. O da Anara pul verməmişdir. O, Zahid Xəlilov küçəsində yerləşən evini satmış və həmin Anar adlı polisə 1700 manat pul vermişdir. Üzərindən bir neçə gün keçdikdən sonra əməliyyat işçisi Etibar maşınla keçəndə onu saxlamışdır. O, Etibara da 300 manat pul vermişdir. Ertəsi gün polislər onu küçədə saxlamış, süpürləyərək maşına oturtmuş və Yasamal rayon Polis İdarəsinə gətirmişlər. Onun cibinə 2 büküm qoymuşlar. Onu möhkəm döymüşlər, 1200 manat pulunu da götürmüşlər. Onda narkotik vasitə olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşlarına 3 min manat vermədiyi üçün onunla ədavət apardıqlarını, polislərə pulunun olmadığını, verə bilməyəcəyini dediyini, bu söhbətin üstündən 10-15 gün keçdikdən sonra onu tutduqlarını, onun və oğlunun narkotik vasitədən istifadə etmədiklərini, onu Anar adlı polisin döydüyünü və cibinə narkotik qoyduğunu, onun xəsarətinin qulaqlarında olduğunu, xəsarətlərlə bağlı ərizə də yazdığını, qulaqlarının ağır eşitdiyini, ifadələri təzyiq altında imzaladığını, ekspertin verdiyi rəyin saxta olduğunu, polislərin 1200 manatı onun cüzdanından götürdüklərini, polislərin oğlunu tutacaqları ilə onu təhdid edib pulunu istədiklərini, o da ondan və oğlundan əl çəkmələri üçün pul verdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, o, Yasamal rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyərkən İlkin adlı şəxsin Şahtaxtinski küçəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri 20 yanvar 2024-cü il tarixdə, günorta radələrində İlkin adlı şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, sonra İlkini Yasamal rayonu Polis İdarəsinə dəvət etmişlər. Tədqiqatçının otağında vəkilin iştirakı ilə çəkiliş zamanı İlkin üzərində olan 2 bükümdə narkotik vasitəni təqdim etmişdir. İlkin narkotik istifadəçisi olduğunu, narkotiki tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunan maddələr ekspertizaya göndərilmişdir. Şahid1 ifadə verərkən çarpaz suala cavab olaraq Təqsirləndirilən şəxs şahidin bildirdiklərinin həqiqət olmadığını, üzərinə baxışı birinci bu şahidin keçirdiyini, lakin bu şahidə pul vermədiyini bildirdi. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 təqsirləndirilən şəxsə qarşı fiziki və psixi işgəncə tətbiq edilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Anar adlı polis əməkdaşının İlkinin cibinə narkotik qoyması, üstündə narkotik vasitə olmaması barədə təqsirləndirilən şəxsin ifadələrinin doğru olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, əməliyyat müvəkkili Şahid1 məlumat olmuşdur ki, İlkin adlı şəxs narkotik vasitələrin istifadəsi və satışı ilə məşğuldur. Rəhbərliyə məruzə etdikdən sonra 20 yanvar 2024-cü il tarixdə, ünvan 6 ünvanının qarşısında, saat təxminən 12:00 radələrində İlkin adlı şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra həmin şəxsi Yasamal rayonu Polis İdarəsinə dəvət etmişlər. Tədqiqatçının otağında vəkilin iştirakı ilə çəkiliş zamanı İlkin üzərində olan narkotik vasitəni təqdim etmişdir. Üzərində səhv etmirsə 2 ədəd bükümdə olmuşdur. Şəxs narkotiki tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 şəxsə qarşı fiziki, psixi işgəncə tətbiq edilmədiyini, şəxsin üstündə nə aşkarlandığını dəqiq xatırlamadığını, çünki hadisənin yanvar ayında olduğunu, ondan sonra çox şəxsi tutduqlarını, şəxsin özünün narkotik vasitənin satışı ilə məşğul olmadığını, sadəcə istifadə etdiyini bildirdiyini, şəxsin üzərində pul olması ilə bağlı onun heç bir məlumatının olmadığını, onu saxlayan zaman yoxlamadıqlarını, bölməyə gətirib üzərinə baxış keçirdiklərini, şəxsin cibində pul olduğunu görmədiyini bildirdi. Müvafiq suala Təqsirləndirilən şəxs Şahid2 onu saxlayan şəxslərin arasında olmadığınl bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1973-cü ildə Lənkəran şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 7əqqəti yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi bildirilmişdir (cild 1, iş vərəqi 7). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 8-9). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx xxxxxx 1973-cü ildə Lənkəran şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 7əqqəti yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında həmin günü saat 12:15-də saxlanılaraq Yasamal rayon Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 6). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və diskdən görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əvvəlcə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 02 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlər açılan zaman 01 ədəd bükümün içərisində ağ rəngli kristal formalı maddə və 01 ədəd bükümün içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı o, həmin bükümlərdən birinin içərisində kristal formalı maddə “patı” və digər bükümün içərisində “kakos” adlanan narkotik maddələr olduğunu, onları B.Şahtaxtinski küçəsində anket məlumatlarını bilmədiyi şəxsdən 60 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür (cild 1, iş vərəqi 36-37). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/385 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N42” dairəvi möhür əksi olan bir ədəd bükümdə təmiz çəkisi 4,442 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 3,644 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 43-48). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 63-64). - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 84). - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 20 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinin inzibati binasında xidməti otaqlardan birində həmin X3 bölməsinin əməkdaşlarının, 22 saylı Vəkil bürosunun vəkili Rafael Allahverdiyevin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd şəffaf polietilen bükümün içərisində olan kütlələrin heroin və metamfetamin olmasını və 20 yanvar 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, B.Şahtaxtinski küçəsində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat müqabilində əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasını bildirmişdir (cild 1, iş vərəqi 100-101). - maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd DVD-R disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 104-105). - maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,442 qram olan narkotik vasitə heroin və 3,644 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, qalıq çəkisi 4,392 qram heroin və 3,594 qram psixotrop maddə metamfetamin saxlanmasından ötrü Yasamal rayonu Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 106, 107). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1139 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 124-125). - mobil telefona baxış keçirlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy J5” markalı mobil telefon aparatına baxış keçirilmiş, telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 135). - kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 465 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özündən uydurmağa meyllilik müəyyən olunmadı, lakin özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yöndəlib danışa bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman və cinayət törətdikdən sonra yüksək ruhi həyəcan vəziyyətində olmamışdır (cild 1, iş vərəqi 142-145). - məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 5/248 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı "Android 7.1.1" əməliyyat sistemi ilə təhciz olunmuş "Samsung Galaxy J5" markalı "SM-J510FN" modelli "**********79257, **********79254" "İmei" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan "Samsung Galaxy J5" markalı "SM-J510FN" modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, audio, foto, video fayllar, "WhatsApp" proqram təminatı vasitəsi ilə aparılmış audio, foto, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olunmuşdur (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diske). Rəyin "Tədqiqi hissəsi"nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "Samsung Galaxy J5" markalı "SM-J510FN" modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, "SMS" mesaj, foto, audio, video fayllar, "WhatsApp" program təminatı, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Təqdim edilmiş "Samsung Galaxy J5" markalı "SM-J510FN" modelli mobil smartfonun yaddaşına quraşdırılmış "WhatsApp" proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, buraxılmış, qəbul olunmuş və çıxan səsli zənglər) mübadilələri müəyyən olunmuş, lakin rəyin "Tədqiqi hissəsi"nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Təqdim edilmiş "Samsung Galaxy J5" markalı "SM-J510FN" modelli mobil smartfonun yaddaşında hal hazırda "İnstagram sosial şəbəkəsinə aid proqram təminatı müəyyən olunmamışdır. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 147-150). - CD diskə baxış keçirlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 5/248 nömrəli rəyinə əlavə edilmiş DVD-R diskə baxış keçirilmiş, diskdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 151). - ibtidai istintaq orqanının əməliyyat tapşırığına Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və ya psixotrop maddələrin mənbəyini müəyyən etmək mümkün olmamış və onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir (cild 1, iş vərəqi 152). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə Yasamal Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında həmin idarədə araşdırma aparılmış, araşdırma zamanı təqsirləndirilən şəxsin, Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının və digər şəxslərin izahatları alınmış, məhkəmə-tibb ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən İkin Əliyevə qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi üçün material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 153-154). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 167-169). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmaması, polis əməkdaşlarına istədikləri pulu vermədiyinə görə polislərin onu saxlamaları və cibinə narkotik qoymaları, ümumiyyətlə narkotik vasitələrdən istifadə etməməsi, polislərin onu saxlayarkən döymələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə təqsirləndirlən şəxs məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, polis idarəsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 02 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlər açılan zaman bükümlərdən birinin içərisində ağ rəngli kristal formalı maddə və digər bükümün içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı o, həmin bükümlərdən birinin içərisində kristal formalı maddə “patı”, digər bükümün içərisində “kakos” adlanan narkotik maddələr olduğunu, onları B.Şahtaxtinski küçəsində anket məlumatlarını bilmədiyi şəxsdən 60 manata aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş narkotikin özünə aid olduğunu etiraf etmiş, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər olunmadığını bildirmişdir. Lakin barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində həbs qətimkan tədiri seçilməsi məsələsinə baxılarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirmişdir. Qeyd edilən məlumat müvafiq araşdırma aparılması məqsədilə Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə Yasamal Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında həmin idarədə araşdırma aparılmış, araşdırma zamanı təqsirləndirilən şəxsin, Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının və digər şəxslərin izahatları alınmış, məhkəmə-tibb ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışlara yol verilmədiyi müəyən edildiyi üçün material üzrə cinayət işinin başlanması xx.xx.2024-cü il tarixli qərarla rədd edilmişdir. Bundan başqa iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) müəyyən edilmişdir. Yuxarıda şərh olunanlardan məhkəmə o nəticəyə gəlir ki, polis əməkdaşları tərəfindən döyülməsi, onlara pul vermədiyi üçün saxlanılması və cibinə narkotik qoyulması, üzərində narkotik vasitə olmaması, narkotik vasitədən istifadə etməməsi barədə təqsirləndirilən şəxs tərəfindən məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halları həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, ittiham aktından və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 iyun 2010-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2010-cu il tarixli qərarına əsasən cəzasını 01 (bir) il 06 (altı) gün çəkdiyi üçün xüsusi müəssisəyə keçirilmiş, 2011-ci ilin mart ayında cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqi 128-129, 132- 133). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2009-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 22 yanvar 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 yanvar 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 85-86). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 20 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4,392 qram narkotik vasitə heroin və 3,594 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 145 (yüz qırx beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 4,392 qram narkotik vasitə heroin və 3,594 qram psixotrop maddə metamfetamin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 145 (yüz qırx beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-1825/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1825/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver