Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1825/2025 27.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X3 ibarət tərkibdə, Məmmədov Rüstəm Mirhadı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Universal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hökmün təsviri əsaslandırıcı hissəsində – CM) 29,120.2.4, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 29 may 2025-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 111-də yerləşən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində, 19 nömrəli mənzildə yaşayan 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs mənzildə tək olduğunu, sonuncunun ahıl yaşda və qoca olmaqla özünə qarşı törədilən zorakılığa müqavimət göstərmək iqtidarında olmadığını, Zərərçəkmiş şəxs mənzilinə quldurcasına basqın edib əmlakını ələ keçirmək üçün əlverişli şəraitin olduğunu bilərək ümumilikdə sonuncunu quldurluqla əlaqədar qəsdən öldürmək və əmlakını ələ keçirməklə əhatə olunan alçaq niyyətlə mənzilin qapısını döyüb qonşusu olduğunu, binaya elektrik və suyun verilişində ümumi problemin olduğunu, bununla bağlı mənzilə baxış keçirmək istədiyini bildirməklə Zərərçəkmiş şəxs aldadıb mənzilin qapısını açmasına nail olduqdan sonra qabaqcadan üzərində gətirərək silah qismində istifadə etdiyi istintaqla aşkar olunmayan deşici-kəsici xüsusiyyətə malik predmeti nümayiş və tətbiq etməklə sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla əlaqədar olan basqın edərək Zərərçəkmiş şəxs mənzilinə sonuncunun iradəsi ziddinə qanunsuz olaraq girməklə mənzilin yataq otağında Zərərçəkmiş şəxs mənzildə saxlanılan pul və sair qiymətli əşyaları verməsini tələb edib, sonuncunun belə əşyaların olmadığını bildirməsindən sonra qəsdən adam öldürməyə yönəlmiş niyyətini realizə edərək Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, o cümlədən qarın və döş boşluqlarına qabaqcadan üzərində gətirdiyi kəsici-deşici xüsusiyyətə malik olan predmetlə bir neçə dəfə zərbələr endirmiş, sonuncunun müvazinətini itirib otaqda olan çarpayının üzərinə oturmasından sonra müqavimətini tamamilə qırmaq və sərbəst şəkildə mənzilə hərtərəfli baxış apararaq əmlak aşkar etmək məqsədi ilə yataq otağında olan oturacağın üstündən asılmış baş örtüyü ilə Zərərçəkmiş şəxs qollarını və ayaqlarını çarpayının üzərində oturmuş vəziyyətdə bir-birinə bağlayaraq sonuncunun qulaqlarında olan 720 manat dəyərində bir cüt qızıl sırğanı, otaqda qoyulmuş masanın üzərindən bir ədəd beş manatlıq əskinası, Zərərçəkmiş şəxs məxsus olan 180 manat dəyərində “Samsung Galaxy A10” markalı mobil telefon cihazını, ümumilikdə 905 manat dəyərində əmlakı quldurluq basqını etməklə talamış, bundan sonra Zərərçəkmiş şəxs quldurluqla bağlı qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdırmaq üçün deşici-kəsici xüsusiyyətə malik eyni predmetlə çarpayının üzərində oturmuş vəziyyətdə olan, ahıl və qoca olması, habelə qolları və ayaqlarının bağlanmış olması ilə əlaqədar özü tərəfindən aşkar surətdə köməksiz vəziyyətə gətirilmiş Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə davam etməklə adam öldürmə prosesində sonuncunun həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına məhəl qoymadan, habelə xəsarətlərin sayının çoxluğu ilə bağlı Zərərçəkmiş şəxs müstəsna əzab və işgəncə verib ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid mədənin, qaraciyərin, diafraqmanın, nazik bağırsaq müsariqəsinin, böyük piyliyin zədələnməsi, soltərəfli hemopnevmotarksa səbəb olan qarının ön divarının daxilə keçən üç ədəd, döş qəfəsinin sağ və sol yarısının daxilə keçən iki ədəd, həmçinin ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin sağ və sol yarısının daxilə keçməyən iki ədəd, sağ körpücük nahiyəsinin bir ədəd, sağ bazunun iki ədəd, sağ əlin bir ədəd, sağ budun bir ədəd deşilmiş kəsilmiş-yaraları kimi ümumilikdə 12 xəsarət yetirərək zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan sağlamlığına qəsdən ağır zərər vurmaqla quldurluq etmiş, xəsarətlərin nəticəsində Zərərçəkmiş şəxs özündən gedərək başının önə doğru düşməsindən, eyni zamanda xəsarətlərin çoxluğu, həyat üçün mühüm orqanlara yetirilməsi, qolları və ayaqlarının bağlı olması səbəbindən kömək çağırma imkanının olmaması ilə bağlı sonuncunun həyatda qalma ehtimalının olmadığına əmin olaraq mənzili tərk etdikdən sonra Zərərçəkmiş şəxs müvazinətini toplamaqla qol və ayaqlarına bağlanmış baş örtüyünü açaraq mənzildən çıxması, binanın qarşısına gəlməsi, ətrafda toplanmış şəxslərin dərhal təcili tibbi yardım çağırması, təcili tibbi yardım briqadasının qısa müddətdə gəlməklə sonuncunu “X7” publik hüquqi şəxsin cərrahiyyə şöbəsinə çatdırması, Zərərçəkmiş şəxs üzərində təxirə salınmadan ixtisaslı cərrahi əməliyyat aparılmaqla həyatının xilas edilməsi səbəbindən qəsdən adam öldürməyə yönəlmiş niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 29,120.2.4, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, içkili olmuşdur, gedib Zərərçəkmiş şəxs qapısını döymüş, qapını açmış və içəriyə daxil olmuşdur, pul istəmiş, verməmişdir. O da bıçaqla xəsarət yetirmişdir, sonra 5 manat pul və qızıl sırğa götürüb evdən qaçmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər qonşu kimi tanımışdır. Narkotik vasitənin istifadəçisi olmuşdur, amma həmin vaxt içkili olmuşdur. Həmin gün işıq bir neçə dəfə sönüb yanmışdır, qapını döyüb Salmanın oğlu olduğunu, işığın yanıbyanmadığını soruşmuş, Zərərçəkmiş şəxs yandığını bildirmişdir, o da qapını açmasını, baxmaq istədiyini, qonşu olduğunu bildirmişdir. Ağlı başında olmadığı üçün belə hərəkətlər etmişdir. İçəndən sonra belə fikrə gəlmişdir ki, gedib bu hadisəni törətsin. İçkini evdə içmişdir, bıçağı evdən götürmüşdür. Qızıl əşyalarını Lombarda vermişdir. Özündə şəxsiyyət vəsiqəsi yox idi, qızılları qonşunun şəxsiyyət vəsiqəsilə Lombarda vermişdir. İçki olaraq araq içmişdir. Zərərçəkmiş şəxs neçə bıçaq zərbəsi vurduğu yadında deyil. Niyyəti nə olub bilmir, ağlı başında deyildi. Zərərçəkmiş şəxs əlini şalla bağlamış, sonuncunun əlini bağlamaqda məqsədi o idi ki, o, qaçana qədər heç kimə məlumat verməsin. Sırğasını Zərərçəkmiş şəxs özü çıxarıb vermişdir. O, əməlindən peşman olmasının nəzərə alınmaqla barəsində yüngül cəzanın təyin olunmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 111 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 8-ci mərtəbəsində, 22 nömrəli mənzildə atası Salman Abbasov və anası Məsləhət Abbasova ilə birlikdə yaşamışdır, subaydır və heç vaxt ailəli olmamışdır. Uzun müddət Ukrayna Respublikasında yaşamaqla işləmiş, 2020-ci ildə birdəfəlik Azərbaycan Respublikasına qayıtmışdır. Təxminən iki ildir müxtəlif növ narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, əsasən heroini damara inyeksiya yolu ilə qəbul edir. 29 may 2025-ci il tarixdə saat 10 radələrində yaşadığı binanın həyətindəki mağazadan bir neçə spirtli içkilər, həmçinin xatırlamadığı sayda pivə və araq alaraq yaşadığı mənzildə təkbaşına qəbul etmiş və nəticədə tamamilə alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Həmin vaxt narkotik vasitədən istifadəyə ehtiyacı duyduğudan, lakin narkotik vasitə almaq üçün pulu olmadığından təcili pul tapmaq üçün nə edə biləcəyini düşünmüş və yaşadığı binada bir mərtəbə aşağıda, yəni 7-ci mərtəbədə yaşayan qonşusu Zərərçəkmiş şəxs yaşlı və ahıl qadın olduğunu, bir oğlu ilə birlikdə yaşadığını, oğlunun gündüz saatlarında işdə olduğunu, buna görə Zərərçəkmiş şəxs gün ərzində mənzildə tək olduğunu xatırlamışdır. Qanuni yollarla pul tapmağının mümkün olmadığını görərək, təcili surətdə narkotik vasitəyə ehtiyacı olduğundan Zərərçəkmiş şəxs yaşadığı mənzilə basqın edərək sonuncudan pul tələb etmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 16 radələrində yaşadığı mənzildən mətbəxdə istifadə edilən bıçaqlardan birini götürmüş, pilləkənlərlə bir mərtəbə aşağı düşərək Zərərçəkmiş şəxs mənzilinin qapısını döymüşdür. Zərərçəkmiş şəxs qapını açmadan mənzilin içərisindən “kimdir” deyərək səslənmiş, o da qonşusu Salmanın oğlu Cümşüd olduğunu demişdir. Zərərçəkmiş şəxs ondan nə istədiyini, nə üçün gəldiyini soruşduqda sonuncunu aldadaraq guya işıqda və suda problem olduğunu, buna görə mənzildə işığa və suya baxmaq istədiyini deyib qapını açmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ona inanaraq mənzilin qapısını açmış, o da dərhal mənzilə daxil olaraq üzərində gətirdiyi bıçağı Zərərçəkmiş şəxs qarnına dirəmiş, sonuncudan ona pul verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs həyəcanlı halda qışqırmağa başlamış, ona pulunun olmadığını demişdir. Zərərçəkmiş şəxs qışqıraraq səs-küy saldığını görüb sonuncunun bədəninə qabaqdan, qarın və sinə nahiyələrinə zərbələr endirməyə başlamışdır. Zərərçəkmiş şəxs zərbələr endirdikdə Zərərçəkmiş şəxs “oğul niyə belə edirsən, sən yaxşı uşaq idin, məni niyə belə edirsən” sözlərini demişdir. O da “başım çönüb, dədəmi də tanımıram” sözlərini demiş və Zərərçəkmiş şəxs zərbələr endirməyə davam edərək mənzildə olan qiymətli əşyaları dərhal verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs nə pulunun, nə də qiymətli əşyasının olduğunu bildirdikdə sonuncunu öldürəcəyini, əgər pul verməsə deşikdeşik edəcəyini dedikdən sonra Zərərçəkmiş şəxs yataq otağındakı masanın üstündə 5 manatının olduğunu, başqa pulunun olmadığını demişdir. Bundan sonra yataq otağına keçərək masanın üstündə olan bir ədəd 5 manatlıq əskinası götürmüşdür. Həmin otaqda bir daha Zərərçəkmiş şəxs üstünə gedib qızıllarının yerini deməsini tələb etmişdir. Zərərçəkmiş şəxs qızılının olmadığını dedikdə sonuncunun qulaqlarında bir cüt qızıl sırğanın olduğunu görüb bir daha bıçağı sonuncunun bədəninə dirəyərək sırğalarını çıxarıb verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs da qulaqlarında olan bir cüt qızıl sırğanı çıxararaq ona vermişdir. Lakin beş manat nağd pul və bir cüt qızıl sırğanın əhəmiyyətli dəyərinin olmadığını görüb Zərərçəkmiş şəxs bir daha pullarını və qızıllarını çıxarıb verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs yüksək səslə qışqırmağa başladığından müqavimət göstərdiyini, pullar və qızıllarının yerini demədiyini görüb əlindəki bıçaqla sonuncunun döş nahiyəsi, qarın boşluğu və digər nahiyələrinə dayanmadan zərbələr endirməyə başlamışdır. Zərərçəkmiş şəxs müvazinətini itirərək yataq otağında olan çarpayının üzərində oturmuşdur. Buna baxmayaraq yenə sonuncuya zərbələr endirməyə davam etmişdir. Zərərçəkmiş şəxs başqa pulunun və qızılının olmadığını deyib həyatı üçün yalvarışlar etsə də sonuncuya inanmadığından yataq otağında, oturacağın üstündən asılmış baş örtüyünü götürüb çarpayıda oturduğu vəziyyətdə Zərərçəkmiş şəxs əllərini ayaqlarına birləşdirərək möhkəm bağlamış və hərəkət etməsinə imkan verməmişdir. Bundan sonra mənzildə gəzişərək pul və ya sair maddi dəyərli əşya axtarsa da heç nə tapa bilməmişdir. Bundan sonra həqiqətən də mənzildə başqa bir dəyərli əşyanın olmadığını görərək yenidən Zərərçəkmiş şəxs yaxınlaşmış, sonuncuya hadisə barədə heç kimə danışmamasını bildirmiş, sonuncu heç kimə bir söz deməyəcəyini bildirmiş, həyatı üçün yalvarışlar etməyə davam etmişdir. Lakin Zərərçəkmiş şəxs polisə məlumat verməcəyindən əmin olmadığına görə, yaxalanmaqdan qorxaraq əlindəki bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməyə davam etmişdir. Həmin vaxt narkotik ağrısında olduğundan heç nə barədə düşünə, hərəkətlərini idarə edə bilməmiş, Zərərçəkmiş şəxs bədəninə dayanmadan və nizamsız zərbələr endirmişdir. Zərərçəkmiş şəxs neçə dəfə zərbə endirdiyini tam dəqiqliklə xatırlamasa da zərbələrin sayı azı 10 olmuşdur. O, zərbələr endirməyə davam edərkən Zərərçəkmiş şəxs huşunu itirdiyini, başının qabağa doğru düşdüyünü və çənəsinin sinəsinə dəydiyini görmüş, sonuncunun zərbələrin təsirindən öldüyünü zənn etmişdir. Bundan sonra mənzili tərk etmiş, liftlə binanın həyətinə enmiş, piyada binadan uzaqlaşmaqla təsadüfi istiqamətdə gedərkən pilləkənlər olan ərazidə bıçağı boş bir sahəyə atmışdır. Zərərçəkmiş şəxs götürdüyü bir cüt qızıl sırğanı satıb nağd pula çevirmək istəsə də şəxsiyyət vəsiqəsi həmin vaxt üstündə olmadığından bunu edə bilməmişdir. Bir qədər piyada getdikdən sonra “Panorama Park” yaşayış kompleksinin önündə, parkda oturacaqda oturmuş keçmiş dostu Şahid1lə rastlaşmış, salamlaşıb hal-əhval tutduqdan sonra yalandan anasına məxsus bir cüt qızıl sırğanın olduğunu, sırğanı satmaq istədiyini, lakin vəsiqəsinin üstündə olmadığını demiş, ona köməklik etməsini xahiş etmiş, şəxsiyyət vəsiqəsinin üstündə olub-olmadığını soruşmuşdur. Şahid1 vəsiqəsinin üstündə olduğunu demişdir. Bir cüt qızıl sırğanın satılmasına köməklik edəcəyi təqdirdə Şahid1 hörmət edəcəyini, yəni pul verəcəyini təklif etmiş, sonuncu razılaşmış və birlikdə “Həzi Aslanov” metrostansiyasının yaxınlığına getmişlər. Şahid1lə birlikdə orada olan lombard ofislərindən birinə daxil olub qızıl əşyasını girov qoyaraq pul götürmək istədiklərini demiş, həmin lombardın işçisi qızılı götürüb baxmış, 400 manat verə biləcəyini demiş, lakin onlar razılaşmamışlar. Daha sonra həmin ərazidə olan başqa lombard ofisinə Şahid1 təkbaşına daxil olmuş, sənədləşmələr aparıldıqdan sonra bir cüt qızıl sırğanı girov qoyub 500 manat nağd pul götürmüş, bayıra çıxıb həmin pulu tam həcmdə ona təqdim etmişdir. O da puldan 50 manatını Şahid1 köməkliyinin qarşılığı olaraq qaytarmışdır. Bundan sonra mütəmadi olaraq narkotik vasitə aldığı satıcılardan birinin bank kartının nömrəsini Şahid1 deyib, sonuncuya əlavə 50 manat verərək həmin pulu qeyd olunan bank kartına köçürməsini xahiş etmişdir. “Neptun” supermarketin qarşısında quraşdırılmış terminal vasitəsilə Şahid1 onun bildirdiyi bank kartına 50 manat köçürməklə qəbzini ona təqdim etmişdir. O, narkotik vasitə aldığı satıcıların telefon və bank kartının nömrələrini mütəmadi üzərində daşıdığı blaknota yazmış, lakin hadisədən sonra həmin blaknotu itirmişdir. Köçürmədən sonra Şahid1lə yollarını ayırmış, bundan təxminən 20 dəqiqə sonra “Ukrayna” dairəsinin yaxınlığında yerləşən “Fəridə” şadlıq sarayının yanında, zibil yeşiklərinin olduğu yerdə 50 manatın müqabilində qoyulmuş 0,40 qram çəkidə narkotik vasitə olan heroini götürmüş və tanımadığı taksi ilə “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığına, oradan marşrut avtobusu ilə Yeni Yasamal qəsəbəsinə getmişdir. Belə ki, Əhmədli qəsəbəsində qalacağı təqdirdə polis əməkdaşlarının onu yaxalamasından qorxmuşdur. Yeni Yasamal qəsəbəsində, “Asan Xidmət” mərkəzinin yaxınlığında olarkən bir nəfərdən yaxınlıqda internet klubun olub-olmadığını soruşmuş, həmin şəxs yaxınlıqda yerləşən internet klubun yerini ona göstərmişdir. “Asan Xidmət” mərkəzindən Bakı dairəvi yoluna gedən istiqamətdə üzərinə “İnternet Klub” yazılmış binaya daxil olub, klubun tualetində 0,40 qram heroini falqaya bükərək çəkmiş, bunu bir neçə dəfə təkrarlamışdır. Həmin vaxt artıq gün dəyişmiş, növbəti günə keçmişdi. Beləliklə 30 may 2025ci il tarixdə saat 4 radələrində internet klubu işlədən şəxs klubu bağlamaq istədiyini demiş, buna görə oradan çıxıb tanımadığı taksi ilə 3-cü mikrorayon dairəsinə, oradan isə piyada “Şamaxinka” adlanan əraziyə getmişdir. Bu vaxt artıq səhər açılmış, hava tam işıqlanmış və marşrut avtobusları işləməyə başlamışdır. Marşrut avtobusu ilə Masazır qəsəbəsinə, oradan Sumqayıt şəhərinə, oradan isə tanımadığı taksi ilə 7 manat verərək bir neçə nəfərlə birlikdə Quba şəhərinə getmişdir. Orada yaşayan İntiqam adlı dostuna taksi sürücüsünün telefonu ilə zəng etmiş, lakin telefonuna çatmamışdır. Birbaşa Quba rayonunun Rustov kəndinə, İntiqamın evinin yanında getmiş, evin qarşısında yerləşən kafedə oturub çay içməyə başlamışdır. Kafeni işlədən şəxsdən İntiqamın harada olması barədə soruşduqda kafeni işlədən şəxs İntiqamın Elçin adlı dostuna zəng etmiş və sonuncuya onun barəsində danışaraq İntiqamın Bakı şəhərindən dostunun gəldiyini demişdir. Bir qədər sonra Elçin adlı şəxs də kafeyə gəlmiş, hal-əhval tutduqdan sonra İntiqamın Rusiya Federasiyasına getdiyini bildirmişdir. Bundan sonra tanımadığı bir taksi ilə Quba şəhərinin mərkəzinə getmiş, orada bazarın içərisində yerləşən bir hostelə 5 manat verərək gecələmişdir. Məqsədi səhər açıldıqdan sonra Xaçmaz rayonuna getmək, orada dağlardan keçib Rusiya Federasiyasına getmək olmuşdur. Növbəti gün Quba şəhərində üstünə “Karaoke” yazılmış bir restorana daxil olmuş, yemək sifariş edərək spirtli içki qəbul etmişdir. Təxminən iki saat həmin restoranda yeyib-içdikdən sonra hesabının 179 manat təşkil etdiyini öyrənmiş, ofisianta pulunun olmadığını dedikdə sonuncu onunla mübahisə etməyə başlamışdır. Bir qədər sonra Bakı şəhəri Xətai rayon Polis İdarəsinin əməkdaşları onun olduğu yeri müəyyən edərək polis idarəsinə aparmışlar. Təqsirləndirilən şəxs ona verilmiş sualları cavablandıraraq göstərmişdir ki, mənzilə daxil olarkən Zərərçəkmiş şəxs ona mənzildə olan pul və qiymətli əşyaların yerini demədiyi, onları təqdim etmədiyi üçün sonuncuya bıçaqla xəsarətlər yetirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ciddiyyətini nümayiş etdirmək, pul və qiymətli əşyaları təqdim etməyəcəyi halda sonuncunu öldürəcəyini göstərmək istəmişdir. Lakin çoxsaylı zərbələr endirməsinə baxmayaraq 5 manat nağd pul və Zərərçəkmiş şəxs qulaqlarında olan bir cüt qızıl sırğadan başqa heç bir nağd pulun və dəyərli əşyanın olmadığını görüb mənzildə talaya biləcəyi başqa əşya olmadığına əmin olmuşdur. Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirdikdən sonra sonuncu taqətini itirib çarpayının üzərində oturduqdan sonra mənzilə ətraflı baxmaqla əmlak aşkar etmək üçün Zərərçəkmiş şəxs qollarını və ayaqlarını şalla bağlamışdır. Təxminən 20 dəqiqə mənzildə olmuş, lakin 5 manat nağd puldan və bir cüt qızıl sırğadan başqa əmlak aşkar edə bilməmişdir. Həmin vaxtadək artıq Zərərçəkmiş şəxs kifayət qədər xəsarət yetirmiş, sonuncu xəsarətlərin təsirindən tamamilə müvazinətini itirmiş, gözləri yumulmaqla başı qarşıya düşmüşdür. Zərərçəkmiş şəxs qoca olduğundan, həmçinin qolları və ayaqları şalla bağlı vəziyyətdə olduğundan xəsarətlər yetirərkən ona müqavimət göstərə bilməmişdir. O, yetirdiyi xəsarətlərin təsirindən Zərərçəkmiş şəxs öləcəyinə əmin olmuşdur, çünki sonuncunun qarın, sinə və digər əhəmiyyətli orqanlarına ən azı 10 dəfə bıçaq zərbəsi endirmişdir. Bu qədər zərbənin nəticəsində ahıl və qoca bir qadın sağ qala bilməyəcəyini düşünmüş, həmçinin gözləri yumulub başı qarşıya düşdüyündən sonuncunun öldüyünü zənn edib mənzili tərk etmişdir. Hər ehtimala qarşı, mənzildən çıxa bilməməsi, çarpayıdan qalxaraq kömək istəyə bilməməsi üçün mənzili tərk edərkən Zərərçəkmiş şəxs qollarını və ayaqlarını açmamışdır. Lakin Zərərçəkmiş şəxs bununla belə onun mənzili tərk etməsindən sonra qolları və ayaqlarını açmağa nail olub mənzildən çıxmış, kömək çağırmış, nəticədə sağ qalmışdır. O, Zərərçəkmiş şəxs mənzilinə basqın edərkən həm narkotik ağrısında, həm də spirtli içkilərin təsirindən alkoqol sərxoşluğu vəziyyətində olmuşdur, buna görə də mənzildən başqa əşya götürüb-götürmədiyini xatırlamır. Ola bilsin ki, Zərərçəkmiş şəxs hər hansı şəxsə zəng etməməsi, kömək çağırmaması üçün sonuncunun mobil telefonunu götürmüşdür, lakin belə olan halda həmin telefon cihazını, güman ki, ataraq ondan xilas olmuşdur. Çünki hadisədən sonra üzərində telefon olmamış, həmin telefonu satmamış, pula çevirməmişdir. Şahid1lə hadisədən sonra binadan xeyli uzaq məsafədə, təsadüfən qarşılaşmış, sonuncuya bir cüt qızıl sırğanı pula çevirməsi üçün verərkən həmin sırğanın ailə üzvlərinə məxsus olduğunu demişdir. Şahid1 onun cinayət törətdiyindən və bir cüt qızıl sırğanı quldurluq nəticəsində əldə etdiyindən məlumatsız olmuşdur. O, quldurluq hadisəsini narkotik ağrısında və spirtli içkilərin qəbulu ilə bağlı yaranmış alkoqol sərxoşluğu vəziyyətində törətmişdir. Hadisə ərəfəsində uzun müddət narkotik vasitə qəbul edə bilmədiyindən özünü idarə edə bilməmiş, nə yolla olursa olsun, təcili şəkildə pul tapıb narkotik vasitə almaqdan başqa heç bir şey düşünə bilməmişdir. Həmin vəziyyətdə olmağı hazırkı hadisəni törətməyə onu vadar etmiş və törətdiyi əməldən peşmandır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Təqsirləndirilən şəxs adını eşitmişdir, amma üzünü görməmişdir, saat 4-5 arası olardı gəlib qapını döymüşdür. O, kim olduğunu soruşanda Salmanın oğlu olduğunu bildirmişdir. O, nə lazım olduğunu soruşanda, suyun gəib-gəlmədiyini soruşmuşdur. O da demişdir ki, “su 1-də kəsilir, axşam 6-da açılır”, sonra işığın yanıb-yanmadığını soruşanda, yandığını demişdir. Təqsirləndirilən şəxs işığının yanıb-söndüyünü, qapını açmağını, işığına baxmaq istədiyini bildirmişdir, o da qapını açmışdır. Açan kimi əlində bıçaq olduğunu görmüşdür, O, bıçağı görən kimi əlini əlinə vurmuşdur ki, “bıçağı neynirsən”. Birinci bıçağı onun əlinə vurmuşdur, sonra yataq otağına keçmişdir. Onun evi bir otaqlıdı deyə içəri keçən kimi yataq otağına keçirsən. O, işığa baxmağa gəldiyini soruşmuşdur. Təqsirləndirilən şəxs pula-qızıla gəldiyini bildirmişdir, o, pulunun olmadığını demişdir. Stolun üstündə 5 manat olduğunu, onu götürməsini demişdir. Ona demişdir ki, “səsini niyə yüksəldirsən, bərk danışırsan ki, qonşular səsini eşidib sənə köməyə gəlsinlər?” Bunu deyib bıçağı orasınaburasına vurub pul-qızıl verməyini istəmişdir, o, olmadığını bildirmişdir. Qulağındakını istəmişdir, o da tez çıxarıb vermişdir ki, birdən qulağını kəsər. Sırğanı verəndən sonra çox istədiyini demişdir. O, demişdir ki, “çox yoxdu, ayıbdı, qonşuyuq”, sonra qapıdan çıxmış, bir dəqiqə keçməmiş, yenidən qayıtmışdır. Dedi “mənim şalvarım qandı, mən necə çıxım çölə”, dedim “götür oğlumun şalvarını geyin, oğlumun şalvarına baxdı, dedi yox bu mənə uyğun deyil”, sonra yenidən çıxıb getdi. Təqsirləndirilən şəxs anlaqsız olduğunu bildirir, amma yalan deyir, çünki evə girəndə qapının kilidini də bağlamışdır, anlaqsız adam bunları düşünə bilməz. Təqsirləndirilən şəxs gedəndən sonra qanı töküldüyünü görmüşdür, əlini birtəhər açmış, balkona çıxmışdır. O biri binanın balkonu ilə, onların balkonun ara məsafəsi yaxındır, onu tanıyırlar, gəlin onu görən kimi ağlamağa başlamışdır. Onu bu günə kimin saldığını soruşmuşdur, oğlanlarına zəng etməsini bildirmişdir. Sonra fikirləşmişdir ki, uşaqların gəlməsi gec olacaq, adyalı yarasına basıb həyətə düşmüşdür, həyətdə xanımlar təcili yardıma zəng etmişlər, təcili yardım onu xəstəxanaya aparmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs içkili olduğunu hiss etməmişdir. Şikayətçidir, aralarında barışıq yoxdur. Cəza məsələsində dövlət ittihamçısının mövqeyi ilə razıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisdən bir qədər çox vaxt keçdiyinə görə tarixləri tam xatırlamır, rus vətəndaşı olan bir şəxs əlində şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmış, qızıl-zinət əşyasını təqdim etmişdir. Onlar da sənədləşdirmişlər. Şəxsə düşən məbləği vermişlər, sonuncu çıxıb getmişdir. Bir neçə gündən sonra polis şöbəsinin əməkdaşları gəlmişlər və bildirmişlər ki, cinayət olmuşdur. Həmin qızıl onlara satış məqsədilə gətirilmişdir. O, bütün sənədləri ortaya qoymuş və sübut etmişdir ki, onlarda satış məqsədilə olmamışdır, girov şəklində qoyulmuşdur. Polis şöbəsində də bu formada ifadə vermişdir. Həmin əşyalar da polis orqanlarına qaytarılmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, gətirilən qızıl əşyası sırğa olmuşdur. Həmin qızıl sırğanın qramının nə qədər olması yadında deyil. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 ildir tanıyır. Belə ki, narkotik vasitələrdən istifadə etdiyi vaxtlarda narkotik vasitələri yaşadığı evin yaxınlığında yaşayan Sergey adında bir satıcıdan almış, bu məqsədlə tez-tez sonuncunun evinə getmiş, bəzi hallarda aldığı narkotik vasitəni Sergey adlı şəxsin evində istifadə etmişdir. Təqsirləndirilən şəxs da həmin ərəfədə Sergey adlı şəxsin evində görmüşdür. Təqsirləndirilən şəxs da narkotik vasitə almaq üçün Sergey adlı satıcının evinə gedib-gəlmişdir. Sergey adlı şəxs sonradan cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuşdur və hazırda azadlıqdan məhrumetmə yerində cəza çəkir. Təqsirləndirilən şəxsla münasibəti bundan ibarət olmuş və son üç il ərzində sonuncunu görməmişdir. Belə ki, narkotik vasitələri atdıqdan və cinayət törətdiyinə görə cəzanı çəkərək qurtardıqdan sonra köhnə dost-tanışları ilə əlaqəni kəsmiş, Təqsirləndirilən şəxsla da cəzəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra heç vaxt əlaqə saxlamamış, görüşməmiş və danışmamışdır. 29 may 2025-ci il tarixdə saat 13 radələrində yaşadığı evdən çıxmış və yaxınlıqda yerləşən marketdən iki ədəd “GO” spirtli içkisi və iki ədəd peraşki alaraq “Gənclər parkı”nda oturaraq spirtli içkiləri qəbul etmişdir. Təxminən iki saat parkda təkbaşına oturduqdan sonra piyada gəzişərək “Panorama Park” yaşayış kompleksi istiqamətində getmiş və orada marketlərin birindən spirtli içki alaraq yaşayış kompleksinin qabağında qoyulmuş skamyada oturub həmin spirtli içkini də içmişdir. Təxminən bir saat da orada oturduqdan sonra saat 17 radələrində təsadüfən Təqsirləndirilən şəxs piyada yoldan keçdiyini görmüş, “Cümü” deyərək sonuncunu səsləmişdir. Təqsirləndirilən şəxs onu görərək yanına gəlmişdir. Təqsirləndirilən şəxs əvvəlcə onu tanımamışdır. Belə ki, o, narkotik vasitə aludəçisi olduğu vaxt həddindən artıq arıq olmuşdur. Təqsirləndirilən şəxsla sonuncu görüşlərindən təxminən üç il keçdiyi üçün və narkotik vasitələri atdığından bədən quruluşu xeyli dəyişdiyinə görə Təqsirləndirilən şəxs onu tanımasa da yaxınlaşdıqdan sonra “Saşa, sənsən?” deyərək soruşmuşdur. Bundan sonra biraz söhbət etdikdən sonra Təqsirləndirilən şəxs ağrılarının olduğunu deyərək ondan üzərində narkotik vasitənin olubolmadığını soruşmuşdur. O isə "istifadə etmirəm, görmürsənmi GO içirəm” sözləri ilə cavab vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şalvarının diz hissəsində qəhvəyi rəngli ləkə görüb qana oxşatmış və həmin ləkənin nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs biraz əvvəl qollarını kəsdiyini, qan ləkəsinin də bundan yarandığını bildirmişdir. Təqsirləndirilən şəxs haradan gəldiyini və yaşadığı binada quldurluq edərək bir qadını bıçaqlayıb qızıllarını ələ keçirdiyini bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bir cüt qızıl sırğa göstərib satmaq istədiyini, lakin şəxsiyyət vəsiqəsinin üstündə olmadığını, buna görə sata bilmədiyini demiş, ondan həmin qızıl sırğaları satmağını xahiş etmiş, əvəzində ona da hörmət edəcəyini bildirmişdir. O da bir qədər sərxoş vəziyyətdə olduğundan, həm də pula ehtiyacı olduğundan razılaşmışdır. Təqsirləndirilən şəxs qızıl sırğanı haradan əldə etdiyini soruşanda sonuncu qardaşından aldığını, qardaşı arvadına məxsus olduğunu, qızılı satıb narkomaniyadan müalicə olunacağını bildirmişdir. Birlikdə “Həzi Aslanov” metrostansiyası istiqamətində piyada getmiş və orada olan bir lombard ofisinə daxil olmuşlar. Təqsirləndirilən şəxs bir cüt qızıl sırğanı həmin lombardda işləyən qadına təqdim edərək nə qədər pul verilə biləcəyini soruşduqda həmin qadın qızılı tərəzidə çəkib birinci 400 manat verə biləcəyini demiş, lakin sonradan ümumiyyətlə qızılı qəbul etməmiş, heç bir pul verə bilməyəcəyini demişdir. Buna görə də lombarddan çıxmışlar. Lombardda işləyən qadının Təqsirləndirilən şəxs görünüşünə baxıb ehtiyat etdiyindən qızılı götürməkdən imtina etdiyini düşünmüşdür. Həqiqətən Təqsirləndirilən şəxs görünüşü narkotik vasitələrdən istifadə nəticəsində tamamilə dəyişmiş, insan görünüşündən çıxmışdır. Təqsirləndirilən şəxs baxan sonuncunun cinayətkar olduğunu, narkoman olduğunu hiss etmişdir. Birinci lombarddan çıxdıqdan sonra yaxınlıqda olan ikinci lombard ofisinə də girib soruşmaq qərarına gəlmişlər. Lakin bu dəfə Təqsirləndirilən şəxs bayırda gözləməsini, özü tək girəcəyini demişdir. Təqsirləndirilən şəxs lombardın önündə olan skamyada əyləşmiş, özü isə bir cüt qızıl sırğanı Təqsirləndirilən şəxs götürərək təkbaşına ikinci lombarda daxil olmuş, qızıl sırğa və şəxsiyyət vəsiqəsini lombardda işləyən qadına təqdim etmiş, sonuncu qızıl sırğaları qəbul edib tərəzidə çəkdikdən sonra 500 manat verə biləcəyini demiş, o da razılaşmışdır. 500 manat nağd pulu götürdükdən sonra lombarddan çıxaraq bayırda gözləyən Təqsirləndirilən şəxs təqdim etmiş, pulun içərisində 100 və 50 manatlıq əsginaslar olmuşdur. Təqsirləndirilən şəxs oradan 50 manatlıq bir əsginası ayırıb köməkliyinin qarşılığı olaraq ona vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ona bir 50 manatlıq əskinas da verərək onun dediyi karta həmin pulu göndərməsini istəmişdir. Təqsirləndirilən şəxs pulu kimə göndərdiyini soruşanda narkotik vasitə alacağını, reabilitasiya mərkəzinə yerləşməzdən əvvəl sonuncu dəfə narkotikdən istifadə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən alacağını, ona bildirdiyi kartın kimə məxsus olduğunu bilməmiş, bununla əlaqədar heç nə soruşmamışdır. Həqiqətən Təqsirləndirilən şəxs həmin vaxt narkotik ağrısında olmuş, bütün bədəni ağrımış, ayaq üstündə sərbəst dayanmaqda və yeriməkdə çətinlik çəkmişdir. “Həzi Aslanov” metrostansiyasının yaxınlığında olan “MilliÖN” terminalından Təqsirləndirilən şəxs bildirdiyi rəqəmlər üzrə “Kapital Bank” açıq səhmdar cəmiyyətinə məxsus bank kartına 50 manat köçürmüş və qəbzini Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxsla ayrılmış və yaşadığı ev istiqamətində getmiş, sonuncu isə əks istiqamətə getmişdir. Təqsirləndirilən şəxs aldığı 50 manatla metrostansiyanın yanında olan “Neptun” supermarketdən özü üçün bir ədəd də “GO” spirtli içkisi və ev üçün 25 manatlıq ərzaq bazarlığı etmiş və bundan sonra taksi ilə birbaşa yaşadığı evə getmişdir. Növbəti gün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin əməkdaşları yaşadığı evə gələrək onu 35-ci polis bölməsinə aparıb ondan Təqsirləndirilən şəxs haqqında soruşmuşlar. O da baş verənləri olduğunu kimi danışmışdır. Təqsirləndirilən şəxs cinayət törətdiyini, bir qadının evinə basqın edərək bıçaqladığını, qızıl sırğalarını taladığını, ona təqdim etdiyi qızıl sırğaların da həmin qadına məxsus olduğunu, quldurluq nəticəsində əldə edildiyini həmin vaxt polis bölməsində öyrənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir cüt qızıl sırğanı girov qoyduğu lombardın yerini polislərə göstərmiş, polis əməkdaşları qızılları aşkar edərək götürmüşlər. Hadisənin baş verdiyi gün Təqsirləndirilən şəxs cinayət törətdiyini və bir qadının evinə basqın edərək bıçaqladığını, qızıl sırğalarını taladığını bilməmişdir. Bununla bağlı rayon polis idarəsində olarkən polis əməkdaşları ona məlumat vermişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayətdə onun hər hansı iştirakı olmamışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə azadlıqdan məhrum edilməsindən əvvəl, yəni üç il əvvəl görmüşdür. Cəzaçəkmə müəssisəsində olarkən və azadlığa buraxıldıqdan sonra Təqsirləndirilən şəxsla heç bir təması və əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs quldurluq basqını törətməsindən və ona təqdim etdiyi bir cüt qızıl sırğanı cinayət yolu ilə əldə etməsindən qətiyyən məlumatı, həmçinin törədilmiş quldurluqda hər hansı formada iştirakı olmamışdır. Bir cüt qızıl sırğanın girov qoyularaq 500 manat nağd pulun götürülməsində Təqsirləndirilən şəxs köməklik etsə də, bunun müqabilində sonuncunun verdiyi 50 manatı qəbul etsə də həqiqətən həmin əşyanın cinayət nəticəsində əldə olunduğu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs 50 manatı ona köməkliyinin qarşılığı olaraq hədiyyə etmiş, o da pula ehtiyacı olduğundan qəbul etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-in 181.3.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında baş vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild, i.v. 5-9) xx.xx.2025-ci il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xarici görkəminə və geyiminə görə kəskin fərqlənməyən, eyni cinsdən olan 3 nəfər digər şəxslərin fotoşəkilləri ilə birlikdə X2 təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs tanımaqla fotoşəklini əli ilə göstərərək 29 may 2025-ci il tarixdə saat 16 radələrində mənzilinə basqın edərək əmlakını talamış və ona xəsarətlər yetirmiş şəxsin Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. (İ cild,i.v. 30-31) xx.xx.2025-ci il tarixli Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində saxlanılmışdır. (İ cild,i.v. 46) xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:00-da CM-in 181.3.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 57-58) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 181.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 78-79) xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İ cild,i.v. 92-96) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-303/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 4(011)-509/2025 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün olmaqla, ümumilikdə 04 ay 18 gün müddətinə, yəni 18 oktyabr 2025-ci il tarixədək uzadılmışdır. (İ cild i.v. 104-109, 276-281) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 1845 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild, i.v. 134-136) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3372 №-li rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 137-138) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 181.3.3-cü maddəsi ilə olan cinayət işi üzrə əməl CM-in 181.3.3 və 29.120.1-ci maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 141-143) Məhkəmə-tibbi-kriminalistik ekspertizasının 221-MTKŞ/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tumanın bel nahiyəsinin ön sağ hissəsində bir ədəd kənari, ön səthində sağda bir ədəd, retuzun ön səthinin sol yuxarı nahiyəsində iki ədəd, arxa səthində sağda bir ədəd, tünd boz-ağ rəngli qısaqol köynəyin ön səthində sağda iki ədəd, ön səthində solda dörd ədəd, qəhvəyimtil rəngli qısaqol köynəyin sağ qolunun arxa səthində aşağıda iki ədəd, ön səthində sağda bir ədəd, ön səthində solda üç ədəd, arxa səthində solda bir ədəd və arxa səthində sağda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. (İ cild, i.v. 169-174) Məhkəmə-tibbi-bioloji ekspertizasının 354/2025 TBŞ saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilmiş iki ədəd qısaqol kofta və bir ədəd retuz üzərində insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” antigeni, həmçinin qısaqol kofta üzərində alfa aqqlytinini də alındı. Bu qan ləkələri Balfa/(lll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (İ cild, i.v. 175-179) Məhkəmə-tibbi ekspertizasının 656 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Zərərçəkmiş şəxs mədənin, qaraciyərin, diafraqmanın, nazik bağırsaq müsariqəsinin, böyük piyliyin zədələnməsi, soltərəfli hemopnevmotarksa səbəb olan qarının ön divarının daxilə nüfuz edən üç ədəd, döş qəfəsinin sağ və sol yarısının iki ədəd daxilə nüfuz edən deşilmiş kəsilmiş yaraları (cəmi beş ədəd daxilə nüfuz edən), döş qəfəsinin sağ və sol yarısının daxilə nüfuz etməyən iki ədəd, sağ körpücük nahiyəsinin bir ədəd, sağ bazunun iki ədəd, sağ əlin bir ədəd, sağ budun bir ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi yeddi ədəd daxilə nüfuz etməyən) müəyyən edildi. Xəsarətlər iti uca və kənara malik əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə kənar şəxs(lər) tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə mədənin, qaraciyərin, diafraqmanın, nazik bağırsaq müsariqəsinin, böyük piyliyin zədələnməsi, soltərəfli hemopnevmotarksa səbəb olan qarının ön divarının daxilə nüfuz edən üç ədəd, döş qəfəsinin sağ və sol yarısının iki ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır, döş qəfəsinin sağ və sol yarısının daxilə nüfuz etməyən iki ədəd, sağ körpücük nahiyəsinin bir ədəd, sağ bazunun iki ədəd, sağ əlin bir ədəd və sağ budun bir ədəd deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (İ cild, i.v. 180-182) X1 Sistemi məhkumluq məlumatlarından və Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-in 62-ci maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milii Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 01 il hissəsi azaldılmış və cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. (İ cild, i.v. 188-189) xx.xx.2025-ci il tarixli arayışlardan görünür ki, Zərərçəkmiş şəxs məxsus olmaqla talamanın predmeti olan bir cüt qızıl sırğa mütəxəssis-zərgər tərəfindən yoxlanılmaqla ümumi çəkisinin qaşlarla birlikdə 5,67 qram təşkil etdiyi, əşyanın 585 əyarlı qızıldan hazırlandığı, üzərindəki qaşların sadə (zirkon) daşlardan hazırlandığı və cinayət hadisəsinin baş verdiyi 2025-ci ilin may ayı üzrə orta bazar dəyərinin 720 manat təşkil etdiyi müəyyən olundu. Cinayət işi üzrə talamanın predmeti olmuş “Samsung Galaxy S10” markalı mobil telefon cihazının 2019-cü ilin fevral ayında satışa buraxıldığı, işlənmiş vəziyyətdə amortizasiya və aşınma dərəcələri nəzərə alınaraq 2025-ci ilin may ayı üzrə həmin cihazın orta seqmentinin orta bazar dəyərinin 180 manat təşkil etdiyi müəyyən olunmuşdur. (İ cild, i.v. 190-191) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 29,120.1 və 181.3.3-cü maddələrindən həmin Məcəllənin 29,120.2.4, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələrinə tövsif edilmişdir. Zərərçəkmiş şəxs cinayət hadisəsinin törədildiyi vaxt üzərində olmuş geyim əşyaları maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Zərərçəkmiş şəxs məxsus olmaqla cinayətin predmeti olan bir cüt qızıl sırğalar maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit seyfinə təhvil verilmişdir. (İ cild, i.v. 202-225) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 29,120.2.4, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 228-230) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 29,120.2.4, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 29,120.2.4, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl (181.3.3) qəsdən törədilmiş, başa çatmış cinayətdir, (29,120.2.4, 29,120.2.9, 29,120.2.11-ci maddələrinə münasibətdə başa çatmamış cinayətdir), təsnifata görə xüsusilə ağır cinayətlərdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 15-ci bəndində əsasən quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,120.2.4, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 iyun 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs cinayət hadisəsinin törədildiyi vaxt üzərində olmuş geyim əşyaları, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit seyfinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus olmaqla cinayətin predmeti olan bir cüt qızıl sırğalar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Universal Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardıma görə Universal Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 330 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.9, 29,120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.9, 29,120.2.11-ci maddələri ilə 14 (on dörd) il müddətinə, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Xətai rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmiş Zərərçəkmiş şəxs cinayət hadisəsinin törədildiyi vaxt üzərində olmuş geyim əşyaları, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit seyfinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus olmaqla cinayətin predmeti olan bir cüt qızıl sırğalar hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Universal Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №1(101)-1825/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1825/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver