Məhkəmə qərarları › İş №1(101)-1826/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1826/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1826/2022 08.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X1 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1979-cu il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində“həbs”qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 01 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 4,805 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 iyul 2022-ci il tarixdə saat 00:15 radələrində ünvan 2 ünvanın qarşısında Xətai RPİ-nin Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən külli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,805 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, 21 iyul 2022-ci il tarixdə saat 23-24 radələrində Bakı şəhəri, Xətai rayonu, “Sevgi” parkının yaxınlığında tanışı Rəşad Abdullayevlə görüşüb ondan bir qram narkotik vasitə almaq üçün ona 25 manat pul vermişdir. Pulu verib geri qayıdan vaxt polis əməkdaşları onu saxlamışlar, nə etdiyini soruşduqda maşınının xarab olduğunu göstərərək onu düzəltdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşlar onun üzərinə baxış keçirərərk telefonunu götürmüşlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Daha sonra polis əməkdaşlarından biri onlardan aralanmış, daha sonra əlində bir bükülü ilə gələrək həmin bükümü onun cibinə qoymuş və çəkiliş zamanı həmin bükümü təqdim etməyini tapşırmışlar. Bundan sonra onu bölməyə aparmışlar, videoçəkilişlə yenidən üzərinə baxış keçirmişlər. Videoçəkiliş zamanı o, polis işçisinin onun cibinə qoyduğu narkotik vasitəni çıxarıb təqdim etmişdir və həmin polis işçisi də videoçəkilişdə iştirak etmişdir. Bundan başqa o, maşınında narkotik vasitə olmadığını, saxlandığı yerdə videokamera görüntülərin olduğunu və həmin görüntülərdə polis işçisinin narkotik vasitəni onun cibinə qoymasının göründüyünü, saxlandığı zaman üstündə heç bir narkotik vasitə olmadığını və ancaq narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuş və 2014-cü ildə azadlığa çıxmışdır. Təxminən bir il olmuşdur ki, narkotik vasitə heroindən istifadə etmişdir. “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı kimi tanıdığı və adını bilmədiyi şəxslə tanış olmuş və aralarında münasibət yarandığı üçün “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışlar. Həmin şəxs istifadə etdiyi +**********67 saylı mobil nömrəni verərək bildirmişdir ki, narkotik vasitə lazım olanda onun üçün təşkil edə bilər. Buna görə də ona narkotik vasitə olan heroin lazım olduqda “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış və həmin şəxsin ona verdiyi hesaba “milli ön” aparatı vasitəsi ilə pul göndərib çekin şəklini çəkərək sonuncuya atmışdır. Sonra həmin şəxs ona narkotik vasitənin qoyulduğu yeri bildirmiş və həmin yerə gedərək narkotik vasitəni götürmüşdür. 21 iyul 2022-ci il tarixdə o, yenidən narkotik vasitə olan heroin əldə etmək qərarına gəlmiş və “Whatsapp” proqramı vasitəsi ilə həmin şəxslə əlaqə saxlayıb sonuncunun verdiyi bank hesabına “milli ön” aparatı vasitəsi ilə 110 manat pul göndərib çekin şəklini çəkərək atmışdır. Həmin şəxs də ona Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Sevgi” parkının yaxınlığında narkotik vasitə olan heroinin qoyulduğu yeri bildirib, həmin yerin foto şəklini çəkərək ona atmışdır. O, həmin ünvana gedərək oradan 01 ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə olan heroini götürüb üzərində saxlayaraq gəzdirmişdir ki, bədənində ağrılar olan zaman istifadə edər. 22 iyul 2022-ci il tarixdə saat 00:15 radələrində ünvan 2 ünvanında piyada hərəkət edərkən cibində olan şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini çıxardıb baxan zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O, polis əməkdaşlarının ona yaxınlaşdığını görən kimi şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini əynində olan şalvarın yan cibinə qoyub gizlətməyə çalışmışdır. Həmin vaxt polis əməkdaşları ondan əlində olan və onları görən kimi cibinə qoyaraq gizlətməyə çalışdığı əşyanın nə olduğunu soruşmuşlar. O da polis əməkdaşlarının narkotik vasitəni cibinə qoyan zaman gördüklərini və yalan danışmağın əhəmiyyəti olmadığını başa düşüb cibinə qoyduğum bükümdə narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu saxlayaraq Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polislərlə birlikdə 37-ci Polis Şöbəsinə getmişdir. Orada narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülmüş bükümü, sol cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunu, 6 manat pulu, 01 ədəd “Xiaomi Redmi” və 01 ədəd “LG” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı o 01 ədəd bükümdə olan maddənin narkotik vasitə heroin olmasını, həmin maddəni İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, “Sevgi” parkının yaxınlığında qoyulduğu yerdən götürdüyümü bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş 6 manat pul ona geri qaytarılsa da, istifadə etdiyi “Redmi” və “LG” markalı mobil telefonlar polis əməkdaşları tərəfindən maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı və adını bilmədiyi şəxsin verdiyi bank hesabına “milli ön” aparatı vasitəsi ilə pul göndərdikdən sonra Bakı şəhəri, Xətai rayonu, “Sevgi” parkı adlanan yerin yaxınlığında qoyulduğu yerdən götürmüşdür. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, narkotik vasitəni əldə etdiyi şəxslə əlaqə saxlayıb narkotik vasitə olan heroin istəsə də, sonuncunun ona bildirdiyi ünvanlara narkotik vasitələrin kim tərəfindən qoyulmasını bilməmişdir. Həmin şəxsin bildirdiyi hesaba pul ödədikdən sonra narkotik vasitənin qoyulduğu yeri ona bildirmiş və o da həmin yerə gedərək götürmüşdür. O, "xxxx" MMC-yə məxsus ***-***-**-** və "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri polis işçilərinin təzyiqi altında verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təyin olunmuş marşrut üzrə AP 6557 çağırışlı avtopatrulla Azərbaycan Respublikası DİN-nin Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ilə birlikdə Bakı şəhəri Xətai rayonu, Yeryamenko küçəsində xidmət aparmışlar. Həmin gün saat 00:15 radələrində ünvan 6 ünvanında yerləşən “Sevgi” adlı parkının yanında bir nəfər şəxsin əyilib yerdən nə isə axtarmasını və həmin şəxsin yerdən nə isə götürüb cibinə qoyaraq oradan uzaqlaşmaq istədiyini görmüşlər. Buna görə də həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını və verdikləri suallara qeyri səmimi olaraq cavab verib onlardan yayınıb getməyə çalışdığını görüb sonuncunu saxlayaraq Xətai RPİ-nin 37-ci PŞ-nə aparmışlar. Şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla bölmənin rəhbərliyinə məruzə etmişlər və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Aqil Cəfərova həvalə edilmişdir. Aqil Cəfərov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Elmara üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Elmar da əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş 1 ədəd bükülünü, sol cibindən 1 qutu “Kent” siqareti, 6 manat pulu, 1 ədəd qara rəngli “Redmi” markalı və 1 ədəd metal rəngli “LG” markalı telefonu təqdim edib masanın üzərinə qoyaraq, həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 21 iyul 2022-ci il tarixdə adını bilmədiyi İran İslam Respublikasını vətəndaşının verdiyi hesaba 110 manat pul göndərdikdən sonra şəxsi istifadə məqsədi ilə qoyulduğu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Sevgi” parkının yanından götürdüyünü bildirmişdir. Sonra Elmarın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Elmarın təqdim etdiyi ağ rəngli kağız büküm açılan zaman şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli maddə olması və həmin bükümün elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 6 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Elmarın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Elmar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs heç bir fiziki təzyiq göstərmədiklərini, Elmarı bölməyə aparana qədər üstünə baxış keçirmədiklərini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 məhkəmədə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 22 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-in 37ci PŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan maddənin elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə ümumi çəkisinin 6 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işində olan 22 iyul 2022-ci il tarixli “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofon bükümü, sol yan cibindən 01 qutu “Kent” markalı siqareti, 06 manat pulu, 01 ədəd Redmi və 01 ədəd “LG” markalı mobil telofonu çıxarıb təqdim edərək həmin heroini 21 iyul 2022-ci il tarixdə adını bilmədiyi İran İslam Respublikasının vermiş olduğu hesaba 110 manat pul göndərdikdən sonra qoyulduğu Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Sevgi” parkının yanından şəxsi istifadə məqsədi ilə götürdüyünü bildirməsi müşahidə olunmuşdur. Həmçinin görüntünün davamında Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümün elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə 6 qram olması və həmin bükümün zərfə qoyularaq möhürlənməsi videogörüntü zamanı qeydə alınmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Məhkəmədə həmin diskə baxış keçirilmiş və yuxarıda göstərilənlər öz təsdiqini bir daha tapmışdır. Cinayət işində olan iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3990 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №153” dairəvi möhür əksləri, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfdə 1 (bir) ədəd ağ rəngli polietilen bükümün içərisində 1 (bir) ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 4,805 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4354 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 iyul 2022-ci il tarixli 4(011)-396/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 iyul 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhkum etmə cəzasına məhkum olunmuş, xx.xx.2014-cü il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Təqsirləndirilən şəxs məhkumluğu hazırda ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməməsini, üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 4,805 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 4,755 qram qalığı maddi sübut kimi tanınmış və saxlanış üçün Xətai RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, istintaq zamanı maddi sübut olaraq Xətai RPİ-nin maddi sübutların saxlanılması anbarına verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 4,805 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 4,755 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 22 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –22 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Xətai RPİ-nin maddi sübutların saxlanılması anbarına verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 4,805 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 4,755 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar