Məhkəmə qərarları › İş №1(101)-1827/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1827/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1827/2022 01.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı və onun komplekt hissəsini əldə etmiş, saxlamış və gəzdirməklə daşımış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, “Makarov” konstruksiyalı tapança olan 1 ədəd nömrəsi silinmiş yivli odlu silahı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərə tutulmuş, istifadəyə və atəş üçün yararlı olan 9x18 mm kalibrli 8 ədəd döyüş sursatı - patronları və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 8 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan “Makarov” konstruksiyalı silahların komplekt hissəsi hesab edilən 1 ədəd darağı istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib etibarnamə ilə idarə etdiyi avtomobildə saxlayıb daşımaqla gəzdirmiş, habelə o, satış məqsədi və tamah niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı İİR-nın vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təmiz çəkisi 1130 qram narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Nəsimi rayonu, Xutor deyilən ərazidə gizlədilmiş yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə edib qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananın 80 qramını 1 ədəd bükümdə qablaşdırıb üzərində, qalan 1050 qramını 1 ədəd bağlamada qablaşdıraraq etibarnamə ilə idarə etdiyi “BMW X5” markalı avtomobilinin salonuna daşıyaraq ön sərnişin oturacağının alt hissəsində gizlədib daşımaqla saxlamış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 1 iyul 2022-ci il tarixdə saat 18:00-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında etibarnamə ilə idarə etdiyi "BMW X5” markalı **-LT-*** dövlət nömrə nişanlı avtomobilinin yanında piyada hərəkət edərkən saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində 1 iyul 2022-ci il tarixdə saat 19:05-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan cibindən 1 ədəd bükümdə 80 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 19:45-dən etibarən etibarnamə ilə idarə etdiyi “BMW X5” markalı **-LT- *** dövlət nömrə nişanlı avtomobilə özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman avtomobilin ön sərnişin oturacağının alt hissəsində gizlədib daşımaqla saxladığı 1 ədəd polietilen bağlamada təmiz çəkisi 1050 qram olan külli miqdarda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, avtomobilin saxlanc yerindən 1 ədəd elektron tərəzi, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı “Makarov” konstruksiyalı tapança olan 1 ədəd nömrəsi silinmiş yivli odlu silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərə tutulmuş istifadəyə və atəş üçün yararlı olan 9x18 mm kalibrli 8 ədəd döyüş sursatı - patronlar və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 8 ədəd 9x18 mm kalibrli patronların saxlanması üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olan “Makarov” konstruksiyalı silahların komplekt hissəsi hesab edilən 1 ədəd daraq aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan 10 il əvvəl ara-bir narkotik vasitə marixuanadan çəkərək qəbul etməyə başlamışdır. Narkotik vasitəni, əsasən, Cəlilabadlı kimi tanıdığı, adının ona “Baba” olduğunu deyən və anket məlumatlarını bilmədiyi şəxsdən almışdır. Narkotik vasitəni həmişə öz istifadəsi üçün almış, yalnız özü istifadə etmişdir. 1 iyul 2022-ci ildə yenə həmin Cəlilabadlı şəxsdən bir qədər marixuana alıb daha sonra istifadə etmək məqsədilə idarə etdiyi “BMW X5” markalı avtomobilin ön oturacağının altında gizlətmişdir. Həmin gün saat 18 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi ev 128-də olarkən bir neçə polis əməkdaşı evinin həyətinə daxil olmuşlar. Həmin vaxt ailə üzvləri də evdə olmuşdur. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək təzyiq göstərib avtomobilə əyləşdirmişlər. Xidməti avtomobildə olarkən polis əməkdaşları ondan dərhal heroini saxladığı yeri deməyini tələb etmişlər. O isə heroindən istifadə etmədiyini, heç yerdə heroin saxlamadığını bildirmişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdarədə olarkən üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini, avtomobilində olan, lakin polis əməkdaşları tərəfindən də əlavə olaraq avtomobilinə və üzərinə qoyulan narkotik vasitələrin ona məxsus olmasını bildirməyini tələb etmişlər. Polis əməkdaşlarına etiraz etdikdə isə ona dəfələrlə fiziki zor tətbiq etmişlər. Nəticədə, belində qabırğaları sınmışdır. O, artıq məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmış və videoçəkiliş zamanı eyni ilə onların ona dediklərini təkrarlamışdır. Bundan başqa şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş ona məxsus “Samsung” markalı mobil telefon götürülmüşdür. Avtomobilinə baxış isə onun iştirakı olmadan keçirilmişdir. İdarə etdiyi “BMW X5” **-LT-*** nömrə nişanlı avtomaşının saxlanc yerində saxladığı və polis əməkdaşları tərəfindən aşkar edilmiş 1 ədəd Makarov tipli silah, 1 ədəd həmin silaha aid olan daraq və 8 ədəd patron ona məxsusdur, atasından ona yadigar qalmışdır. Evinin həyətində tutulan zaman həyat yoldaşı evdə olmuşdur. Avtomobilindən 90 qram narkotik vasitə marixuana aşkar olunmuşdur. Narkotik vasitəni Cəlilabadlı kimi tanıdığı şəxsdən almışdır. Silahı istifadə etmək məqsədilə saxlamamışdır. Ümumiyyətlə, heç bir İran İslam Respublikası vətədaşını tanımamışdır. Cəlilabadlı şəxs ona adının “Baba” olduğunu demişdir. Narkotik vasitə aldığı Cəlilabadlının narkotik vasitəni necə əldə etməsi, haradan gətirməsi barədə məlumatı yoxdur. X9 Respublikası vətəndaşı olduğunu bilməmiş, Baba ona bu barədə deməmişdir. Babanı “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımışdır. Baba onunla Azərbaycan dilində danışmışdır. O, heç vaxt nə İran, nə də ki, hər hansı bir ölkədən narkotik vasitələrin gətirilməsi ilə bağlı heç kimə sifariş verməmiş, heç kəslə sövdələşməmişdir. Sonuncu dəfə təqribən 3 il bundan qabaq müalicəsi ilə əlaqədar İranda olmuşdur. Baba ona Azərbaycanlı olduğunu demişdir. Babanın İranla əlaqəsinin olmasını bilməmişdir. Baba ilə narkotik vasitəni hansı yolla əldə etməsi barədə danışıqları olmamışdır. Heç kimə narkotik vasitə satmamış, hər dəfə öz istifadəsi üçün narkotik vasitə əldə etmiş və özü istifadə etmişdir. Avtomobilinə baxış keçirilməsində iştirak etməmişdir. Avtomobilinin açarı polislər tərəfindən götürülmüşdür. Polis əməkdaşları ona həm fiziki, həm də psixi təsir göstərmişlər. Heç vaxt Babanın göstərişi ilə narkotik vasitəni müxtəlif yerlərə yerləşdirməmişdir. Uşaqlarının evdə silaha toxunmasından ehtiyat etdiyi üçün silahı avtomobilində saxlamışdır. İdarədə olarkən ondan silah aşkar olunduğu üçün daha ağır ittiham irəli sürüləcəyini bildirmişlər. Heç kimə narkotik vasitənin satışı ilə bağlı səsli ismarıc göndərməmişdir. Mobil nömrəsindən aşkar olunan narkotik vasitənin satışı məzmununda smslər ona aid olmamışdır. İbtidai istintaq zamanı yazılan ilkin ifadələrinə oxumadan imza etmişdir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, tutulmazdan 1 ay əvvəl “İnstagram” sosial şəbəkəsində təsadüfən bir nəfər “Baba’' adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxslə bir müddət söhbət etdikdən sonra o həmin şəxsə etiraf etmişdir ki, təxminən 10 ildir ki, ara-bir düşəndə narkotik vasitə marixuanadan çəkərək qəbul edir. Danışıq vaxtı həmin şəxs də ona demişdir ki, narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur və ona təklif etmişdir ki, bir bağlama marixuana yollayacaq, sadəcə olaraq həmin bağlamanı götürüb deyiləcək yerə atmaq lazımdır, bunun müqabilində də o həmin bağlamadan özü üçün bir büküm marixuana götürəcək. Odur ki, o da bu təklif ilə razılaşmış və tutulduğu gün, yəni 1 iyul 2022-ci il tarixdə “Baba” ilə danışaraq sonuncunun İrandan göndərdiyi narkotik maddəni Bakı şəhərinin Xutor deyilən ərazidən gizlədilmiş yerdən götürüb üzərindən özü üçün bir bükümdə marixuana ayırıb cibinə qoymuş, qalanı isə idarə etdiyi “BMW X5” markalı avtomobilin ön oturacağının altında gizlətmişdir ki, deyilən vaxt “Baba” bildirdiyi ünvana aparıb yerləşdirsin, elə həmin gün saat 18 radələrində o, yaşadığı ünvandan bir qədər aralıda idarə etdiyi maşının yanında olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu idarə etdiyi avtomaşınla birlikdə Baş Narkotiklər!ə Mübarizə İdarəsinə gətirmişlər. Orada o, müdafiəçi ilə təmin edilmişdir. Baş İdarədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın videoçəkiliş əsasında aparılması barədə ona məlumat verilmiş və o heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və o, əynində olan şalvarın sağ yan cibində saxladığı 1 ədəd bükümdə olan marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümə baxılmış, içərisində yaşlı rəngli qurudulmuş ota bənzər, spesifik iyə malik kütlənin olması müəyyən edilmişdir. Bundan başqa o, əynindəki şalvarının sol cibində olan ona məxsus “Samsung” markalı mobil telefonu və idarə etdiyi avtomaşına aid olan 1 ədəd açar təqdim etmişdir. Təqdim etdiyi büküm tərəziyə qoyularaq çəkilmiş və sonra həmin maddə içi boş olan, ağ rəngli zərfə qoyularaq möhürlənmiş və o həmin zərfin üzərini imzalamışdır. Ona iş üzrə əhəmiyyət kəsb etdiyi izah olunaraq mobil telefonu götürülmüşdür. Maşının açarı isə özünə qaytarılmışdır. Bundan sonra üzərinə keçirilən axtarış zamanı qanunsuz hər hansı maddə aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, həmin bükümü “Baba” adlı İran İslam Respublikasının vətəndaşının ona dediyi yerdən götürüb özündə saxlayaraq ona narkotik maddə marixuana verəcəyi müqabilində sonradan lazım olan yerə qoymaq məqsədi ilə götürdüyünü və maşında da həmin maddədən olduğunu bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və etirazı olmadığı üçün həmin protokolu imzalamışdır. Bundan sonra o, ərizə yazaraq idarə etdiyi avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baş İdarənin həyətində üzərinə keçirilən şəxsi axtarış zamanı iştirak edən tərkibdə olan əməkdaşların iştirakı ilə videoçəkilişlə avtomaşına baxış keçirilmiş və ona təklif etmişlər ki, həmin maddələrin olduğu yeri göstərsin və o idarə etdiyi “BMW X5” **-LT-*** nömrə nişanlı avtomaşının ön oturacağının alt hissəsində gizlətdiyi bağlamada olan marixuananı çıxarıb təqdim etmişdir. Həmin bağlama açılaraq içərisinə baxış keçirilmiş, içərisində yaşlı rəngli qurudulmuş ot formasında olan spesifik iyli maddə kütləsi aşkar edilmiş və elektron tərəzi ilə çəkilərək götürülüb qablaşdırılmışdır. Bundan sonra avtomaşına baxış davam etdirilən zaman saxlanc yerindən 1 ədəd elektron tərəzi və atasından ona yadigar qalmış 1 ədəd “Makarov” tipli silahla 1 ədəd həmin silaha aid olan daraq və 8 ədəd patron aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə o bu barədə izahat vermişdir (cild 1, iş vərəqə 64-67 və 74-80). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1 iyul 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, O.Topçubaşov küçəsi, ev 128 üvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyataxtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilib əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvü kimi isə həmin idarənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 təyin edilmişdir. 1 iyul 2022-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 18:00-da ünvan 3 ünvanın yaxınlığında **-LT-*** nömrə nişanlı “BMW X5” markalı avtomaşının qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzər şəxsi görüb sonuncuya yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini həmin şəxsə təqdim etmişlər. Bundan sonra həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və saxlanılan şəxs özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə Bakı şəhərinin Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilmiş və beləliklə də, həmin şəxs BNMİ-yə dəvət olunmuşdur. Həmin şəxsin idarə etdiyi yuxarıda qeyd edilən avtomobili də Baş İdarənin İnzibati İdarəsinə gətirilmişdir. Saxlanılmış şəxsin hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədi ilə Baş İdarənin Təhqiqat qrupunun təhqiqatçısı tərəfindən ona dövlət hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkil təyin edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Bundan sonra saxlanılmış şəxsin paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal elməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 1 iyul 2022-ci il tarixli qərara əsasən üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmasından əvvəl saxlanılmış şəxs müvafiq olaraq həmin qərarla tanış edilmişdir. Həmin şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış Şahid2 tərəfindən “Sony” markalı videokamera vasitəsilə videoçəkilişdən istifadə edilməklə aparılırmışdır. Şəxsi axtarışda yuxarıda qeyd olunan tərkibdə əməliyyat tədbirində iştirak etmiş əməkdaşlar, saxlanılmış şəxs və vəkili iştirak etmişdir. Bundan sonra saxlanılmış şəxsin paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və va sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə, spesifik iyli, qurudulmuş yaşıl ot formalı, narkotik vasitə marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd açar aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və 1 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra iş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon götürülmüş, açar isə özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş bükümdə olan maddə marixuanadır və həmin maddəni İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsilə Bakı şəhərinin Nəsimi rayonu ərazisində əldə etmiş və həmin maddədən idarə etdiyi avtomobildə də olduğunu qeyd edərək təqdim edə biləcəyini bildirmişdir. Qeyd olunanlar barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi zərurəti yarandığından sonuncuya bu barədə məlumat verilərək göstərilənlər barədə qəbul edilmiş qərarla tanış edilmiş və Təqsirləndirilən şəxs özü buna etiraz etməmişdir. Odur ki, həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşına Baş İdarənin həyətində yuxarıda qeyd olunan tərkibdə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə başlanılmışdır. Baxış bu dəfə də baxış Şahid2 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə aparılmışdır. Bu vaxt Təqsirləndirilən şəxs təklif edilmişdir ki, avtomobildə bildirdiyi kimi saxlanılan narkotik maddələri təqdim etsin və həmin vaxt Təqsirləndirilən şəxs özündə olan açarla avtomobili kiliddən açaraq ön sərnişin oturacağının alt hissəsində olan 1 ədəd bağlamanı təqdim etmişdir. Həmin bağlama açılaraq içərisindən yaşıl rəngli qurudulmuş ota oxşar narkotik vasitə marixuanaya bənzər maddə kütləsi aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və içərisindəki maddə barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs həmin maddəni təxminən 1 ay əvvəl tanış olduğu “Baba” adlı İran İslam Respublikasının vətəndaşının vasitəsilə Nəsimi rayonu, Xutor deyilən ərazidə sonuncu tərəfindən dəqiq koordinatları bildirilmiş gizli yerdən götürüb əldə etdiyini, “Baba” adlı şəxsin göstərişi ilə həmin maddəni deyiləcək yerlərə yerləşdirmək müqabilində “Baba”-nın ona narkotik vasitə verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomaşında hər hansı başqa qanunsuz maddə və ya predmet saxlanıb-saxlanmaması soruşulmuş, lakin sonuncu əlavə heç bir maddənin olmadığını bildirmişdir. Bu zaman avtomobilə baxış davam etdirilmiş və salon hissəsində yerləşən saxlanc yerindən 1 ədəd elektron tərəzi ilə 1 ədəd “Makarov” tipli tapançaya oxşar dəmir predmet aşkar edilmişdir. Həmin predmetin sandıqçası içərisindən çıxarıldıqda üzərində 8 ədəd patronun olması məlum olmuşdur. Həmin predmetlər barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman bildirmişdir ki, elektron tərəzini qızıl əşyalarının çəkisini ölçmək məqsədi ilə, tapançanı isə dünyasını dəyişmiş atasından xatirə kimi saxlamış və son iki ildir ki, evdə uşaqları olduğu üçün maşında saxlayaraq gəzdirirmiş. Qeyd olunan predmetlər qablaşdırılaraq götürülmüş, qablaşmanın üzərində hamı imza etmişdir. Baxışın nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsi evinin yaxınlığında tutmuşlar. Daxil olmuş məlumat yalnız narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, silahla bağlı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs silahı özü təqdim etməmiş, baxış zamanı onlar aşkar etmişlər. Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs ona məxsus avtomobillə idarəyə gətirmişlər. İdarəyə gətirilərkən təqsirləndirilən şəxsin avtomobilini polis əməkdaşı idarə etmişdir. Avtomobilin açarı baxış keçirilənədək Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs silahı atasından yadigar qaldığı üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış və avtomobilə baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 143-146). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahidlər Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 187-193). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 1 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi “BMW X5” markalı **-LT-*** nömrə nişanlı avtomobilin yanında piyada hərəkət edərkən saxlanılaraq DİN-in BNMİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 80 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 33-35). Cinayət işinin materiallarında olan “avtomobilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 1 iyul 2022-ci il tarixdə saxlanılaraq DİN-in BNMİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı idarə etdiyi “BMW X5” markalı **-LT-*** nömrə nişanlı avtomobildə narkotik vasitə saxladığını və həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirib ərizə təqdim etdiyi üçün keçirilmiş baxış zamanı avtomobilin qabaq sağ oturacağın alt hissəsindən 1 ədəd bağlamanın içərisində 1050 qram narkotik vasitə qurudulmuş marixuana, avtomobilin saxlanc yerindən 1 ədəd elektron tərəzi, 1 ədəd “Makarov” konstruksiyalı tapança, həmin silaha aid olan 1 ədəd daraq və 8 ədəd 9 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 38-39). Cinayət işinin materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd göy rəngli “Samsung” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonun üzərində ***-***-**-** saylı GSM nömrənin olması, çoxsaylı kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqinin olması məlum olmuşdur. Həmin mobil telefon tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs müxtəlif istifadəçilərlə narkotik vasitələrin dövriyyəsinə aid söhbətlərin apardığı məlum olmuşdur. Belə ki, baxış zamanı məlum olmuşdur ki, ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 6 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Neynisən hrat? Oyaqsan? Gəlib dəyərdim sənə” səsli mesaja sonuncu “həə..oyağam, özün də muğayat ol haa brat..qıraq-bucağa bax..başına dönüm..” bildirmiş, 7 iyun 2022-ci il tarixdə həmin istifadəçi Təqsirləndirilən şəxs “Vahit mehle” kimi adı qeyd olunmuş kontaktı göndərib “mənə baxe...ordasan? kartdan pul çıxarım gəlirəm yamva indi” səsli mesaj yollamış, buna cavab olaraq Təqsirləndirilən şəxs da “ala bunun da nömrəsini vermisən mənə...bu alver edir? Bu heç nəşə üzü görmür ki...nəbİlim əşi., heç nə də qaqaş..gördü ki uje keçmir qayıtdı ki, bəs 120-di e qaqaş onu da uşağa deyəcəm şey el iy ər.„mən də dedim ki lazım deyil eşi spiçka karobkan.,belə də ki sənə xeyir verirdik də., ha vayı istəmirik ki... bu Ağdamlı nədi dvijeniya nədi? Deyirəm ala nəşə satmırsansa sənin nömrəvi niyə mənə veriblər onda? Guya səni biz tanımırıq ya sən bizi tanımırsan...” mətnli səsli mesaj yollamış, 10 iyun 2022ci il tarixdə həmin istifadəçi Təqsirləndirilən şəxs “dostum mənim üçün bir dənə bütöv düzəlidə patıdan elə gəlim pramoy qapıdan götürüm birdə məhəlləyə girməyim..bir dənə də bütöv kola düzəlidə mənimçün...gətirəm” səsli mesajına Təqsirləndirilən şəxs “bir dənə gözlə düzəldim gəlginən...” cavabını vermiş, ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 9 iyun 2022-ci İl tarixdə Təqsirləndirilən şəxs “Yekə oğlansan da Tərlan...mən səninlə canıva görə dostluq edirəm matıva görə yox ki...ayıbdıe” səsli mesaj yollamış, Təqsirləndirilən şəxs da “Narahat olma..sənin çətinliyivİ qoyarıq yoluna..” cavabını vermişdir. 1 İəmin istifadəçi 12 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “apar ver də onu kişiyə..gecə olsa almayacaq ha..” səsli mesaj yollamış, Təqsirləndirilən şəxs da ona cavab olaraq “qoy hava biraz tutulsun aparıb verim də..bir camaat evinə eşiyinə yığışsın..sakitçilik düşsün”, 14 iyun 2022-ci il tarixdə isə “bax qaqaş..indi deyəcəm əgər varındısa mənə bir az göyərtindən ver..deyəcəksən yoxumdu...bax nağd pul verirəm..inanırsan burda neçə nəfər var ki.mazgimi aparıblar ki Tərlan bəs dediyin nə oldu? pataloku 1-2 günə partlayacaq da..bilirəm ki əllərində də pul var..deməyim odur ki, tez bazar bitirəm də bəlkə elə götürdüyüm günü qurtardı...gör alınırsa mənə atkaz eləmə..göyərtini götürərdik..tez bazar da şey edərdik də qaqaşım..bir dənəsi də nə eliyir deyərdin mənə..həm də tez bazar edib hu birisini götürərdik..istəyirəm ki hərtərəfli yaxşı olsun da sənin üçün də mə i m üçün də” səsli mesaj yollamış, həmin şəxs də cavab olaraq ona “mənim 30 dənə materialım var idi..verdim qardaşa..onlar başqa yerə verirlər..mənim ətimdən çıxıb..qoy xahiş edim..görüm əgər sən razı olsan 6 manat 50 qəpiyə bir dənəsini heç olmasa versin sən ə., başa düşdün necə? Gör əgər sənə sərf edir.. 7-50 ya H-ə sata bilsən mən ondan ah m bir dənə verim sənə..mənə cavab ver görüm alınırsa onula həll edərik..amma gözləsən gələn partiya sənə bir dənə bütöv verərəm öz qiymətinə...yoxsa ot sənə qurbandu.o nə sözdür...mənə də sənə bu səsləri atıram..sil bunları sonra..saxlama telefonda..” səsli mesaj atmış, 20 iyun 2022-ci il tarixdə “500 kola 100 p” mesajını yazaraq koordinatlar yollamış və sonrakı yazışmalarda Təqsirləndirilən şəxs ona izah edilmiş əlamətlərlə gizlədilmiş maddələri axtarıb tapması məlum olmuşdur. Aparılmış sonrakı danışıqlardan 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs götürmüş olduğu maddələri yerləşdirməsi və həmsöhbətinin də ondan “konum” atması, dəqiq yerlərini izah etməsi tələb etdiyi, həmsöhbətin adının “Ramil” olması və başqa bir xarici ölkədə olaraq iran-fars danışıq danışıq dialektində ünsiyyət saxlaması məlum olmuşdur. ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş adı “Rufet” kimi qeyd olunmuş istifadəçi 3 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Salam brat...nə var nə yox...yetim...bir şey-mişey alınsa...yanıma da adam gələcək iki dənə lazım idi..alınar? pulunu verək götürək...” səsli mesaja Təqsirləndirilən şəxs ‘5.alınsa xəbər edərəm...bir on beş dəqiqə səbr elə...” bildirmişdir. ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 19 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “mən pulu verirdime Tərlan... 120 manatı sənə əl-bəəl verirdim...bu boyda yolu durdum gəldim..dedim ona ki alımr..yanmsaata burdayam...bir dənə məni pis vəziyyətdə qoyma..mən söz vermişəm..demişəm gözlə yarımsaata gətirirəm gəlirəm...xaxdan pul almışam..bir dənə axırıncı dəfə məni yola ver..yola sal məni əli boş getməyim..sənə ümid olub gəlmişəm...gələn dəfədən nə deyər razılaşıb yoluna qoyarıq..bircə bu səfər düz qoş elə onu mən gedim” səsli mesaja sonuncu “bu onu o qiymətə verir deyə...sənə elə gəlməsin ki qiymiram sənə...mənim özümdə deyil...yığdım danışdım ona görə sənə dedim hə var...gəl..amma qiyməti mənə çox dedi..mən burda mənim bir balaca xeyirim yoxdur...öz cibimdən gərək pul verim ona 80 manat..nətər edim onu?” səsli mesaj atmışdır. 050-795- 15-57 saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 25 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “telefonu təzə götürdüm iki aydı buralarda deyildim..hər Şey qüvvəsindədir? Lazım olsa götürə bitərəm səndən?” səsli mesaja sonuncu “İnşallah...görüşərik..həri həri” səsli mesaj atmışdır. ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 07 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs "Qardaşım gəlmisən? Gələ bilərəm?..ümidim sənədi...50 olacaq məndə” səsli mesaja sonuncu “Qaqaş zəng gözləyirəm...hələ heçnə götürməmişəm...götürüm xəbər edərəm...gedib götürüm gələrəm deyərəm” səsli mesaj atmışdır. ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Qaqaşım gör nə deyirəm..gəlim nə qədər varsa ver...az da olsa ver, problem yoxdur” səsli mesaja sonuncu “...sən harada qatdın bəs?” səsli mesaj atmışdır. 055-677- 24-24 saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 09 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “...mənim dünən sənə borcum var idi ha...onu vermək istəyirdim sənə..birdəki qardaşın üçün bir dənə dünənki kimi gedib gələrdik də bir dənə...əl tutardın da qardaştva...elə həmİnki kimi...” səsli mesaja sonuncu “keçəcəm oradan bir azdan...hazırlaş da...biraz üçün deyəcəm...” səsli mesaj atmışdır. ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 26 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs "... istəyirəm gəlim dəyim sənə.. nə məsləhət görürsən ?” səsli mesaja sonuncu “hələ yox qaqaş..hələ məndə yoxdur..sabaha zada ya da bugün axşam...” səsli mesaj atmışdır. ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 28 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Pulum yoxdur..olar 10 manatlıq ya 20 manatlıq kömək edəsən..sabah işə gedəsiyəm..bumum axır...səhər durum işə gedim...istəmirəm bu gündə gedim...həmişə mənə kömək edirsən ” səsli mesaja sonuncu “Səhər işə gedəndə qapıvız tərəfdə həmişə dibə qoyurame dəmir darvazanın dibinə səhər 5 üçün temanı götürəcəm uşağı məktəbə aparanda qoyacam ora göfürərsən...hələ üç saata zada götiirəcəm temanı” səsli mesaj atmışdır. ***-***-**-** saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 26 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Salam qaqaş..imkan var vəziyyətdən çıxamağa? əlivi uzadasan mənə...” səsli mesaja sonuncu “burda deyiləme...Sumqayıtdayam...məhəllədə deyiləm” səsli mesaj atmışdır. 055- 234- 90-90 saylı GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 09 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Qaqaş necəsən neynİrsən? Gec gətərsən məhəlləyə?” səsli mesaja sonuncu “Nə qədər!ik istəyirsən qaqaş? Bir dənə mənə denən tez bazar...gəlməmişdən qabaq denən hazırlayım..dur yerdə lazımdı ya ayrı-ayrı?" səsli mesaj atmışdır. +**********70 saylı İran İslam Respublikasına məxsus GSM nömrədən qeydiyyatdan keçmiş istifadəçi 18 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Google map” vasitəsilə məlum olmayan əra/.inin koordinatlarını, 5 fevral 2022-ci il tarixdə avtonəqliyyat vasitəsindən axşam saatlarında çəkilmiş məlum olmayan ərazidə yolun sağ kənarında yerləşən lövhəciyinin lotoşəklini, 15 fevral 2022-ci il tarixdə “Google map” vasitəsilə məlum olmayan ərazinin koordinatları ilə axşam saatlarında çəkilmiş məlum olmayan ərazidə üzərində ^MORKƏZ, BİLƏCƏRİ və SUMQAYİT” yazıları olan və üzərində ox nişanları ilə konkret yeri işarə ilə göstərilən yolun sağ kənarında yerləşən nişan lövhəciyinin lotoşəklini, 18 fevral 2022-ci il tarixdə mobil telefonun yaddaşında silinmiş ərazinin iki ədəd fotoşəkilləri ilə “Google Map” vasitəsilə ünvanlanmış koordinatlar və “Avtovağzaldan Lökbatana gedən yolda Sədərək plakatin dibində qara klokda” sözləri, bundan əlavə 28 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin istifadəçiyə “...mənə tema verə bilsəydin nisyə..verərdim də palım u., vəziyyətim pisdi..imkan varsa ver mənə sənin pul av u verim...nəsə olsa mənə əl tut..pulum pulduda.. hərəkət edim pulunu verim...burdan bir qram mal ala bilmirəm” sözlərini, həmin istifadəçinin Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə “...qardaş konuma neçə dəqiqəlik yolun var tez mənə de...tez mənə de..ünvan hazırdı... ”, 29 iyun 2022-ci il tarixdə “Tərlan bir dənə mənə deə kənddən çıxmısan ya yox?“ səsli mesajına Təqsirləndirilən şəxs “bu yanlara yaxın bir yerə atsaydı., kon umla yox..tez bazar götürüm..təkəm deyə başım çıxmır konumdan.. rahat yer olsun..həmişə getdiyim yerdən olsun bilim də tez bazar götürüm... ” səs yollamışdır və həmin İstifadəçi ona “Googl map” vasitəsilə koordinatları yollayaraq “40 kola 10 daş” sözlərini yazmış və sonradan “qardaş çalış da çalış..temanı da götürdün şükür Allaha..təmiz də maldır..gör səhərə qədər gün batmamış əridə bilsən səhərə çoxaldaram malıvırr məzmunlu səsli mesaj yollamışdır. Baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən fotogörüntülər, o cümlədən də sosial şəbəkədə aparılan danışıqların müvafiq hissələrində olan yazışmalarının şəkili “skrinşot” qaydasında çəkilərək protokola əlavə edilməsi məqsədi ilə çap edildi. Bundan əlavə, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd elektron tərəzinin baxış və götürmə zamanı videogörüntüdə olan hissəsi fotogörüntü qaydasında çəkilərək telefonun daxili yaddaşında olan elektron tərəzdə çəkilmiş narkotik vasitəyə oxşar maddələrin fotogörüntülərində olan eyni növ elektron tərəzi ilə müqayisəli tədqiqat üçün çəkilib çap edildi. Bundan başqa məlum olmuşdur ki, onun 2 iyul 2022-ci il tarixdə istintaqa şübhəli şəxs qismində vermiş olduğu ifadəsində istifadəsində olan mobil telefon nömrəsinə dair verilmiş suala cavab olaraq bildirdiyi ***-***-**-** saylı GSM nömrə həmin mobil telefon cihazının kontaktlar bölməsində “MAMA” kimi qeyd olumuşdur. Bununla da, Təqsirləndirilən şəxs istintaqı yayındırmaq məqsədi ilə qəsdən olaraq səhv nömrə bildirdiyi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Samsung” mobil telefon cihazı iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün BMCMİ-nin N11-nə təhvil verilmişdir (cild 1, iş vərəqə 117-119). Cinayət işinin materiallarında olan “telefon danışıq məlumatla baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli AZF/LGL-5850/22 saylı məktubla müşaiyət olunan 1 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 2 iyul 2021-ci il tarixdən 2 iyul 2022-ci il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış zamanı göndərilən SMS yazışmalarının içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsindən ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə 27 aprel 2022-ci il tarixdə “Qaqaş başiva dönüm imkan varsa sabah gel görüşey. Men seni gözdedim amma uje veziyyetim pisdi. Qardaşimsan sabah imkan ele gel. Eger qalibsa da eybi yox ol ari da getir. Veziyyet pis olmasa yazmazdım sen e qaqaş”, ***- ***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2022-ci il tarixdə “Alınan kimi ozum ygram seni narahat olma. Evdeyem. Ygma meni sen etaga. **xa duseriy.J\ ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2021 -ei il tarixdə “Ramile xesdesen Sen?? Dyrem...Hormetsizdy eleme.Pufu at Kartima. Pul lazmdi.” sözlərini yazmış, o cümlədən də ona ***-***-**-** saylı GSM nömrə istifadəçisinin 8.11.2022-ci il tarixdə “Attim pulu“, ***-***- **-** saylı GSM nömrə istifadəçisinin xx.xx.2022-ci il tarixdə “1 masin torpağ... 2masin...50 azn fehlepulu”, ***-***-**-** saylı GSM nömrə istifadəçisinin 31 may 2022-ci il tarixdə “qaqas ge esi diye zeng elemedim. yatmamisansa xeber eliyerdun'\ ***-***-**-** saylı GSM nömrə istifadəçisinin xx.xx.2022-ci il tarixdə “TERLAN ATA YATMAMİSANSA GELİM TURUPKA VER MENE CEKİMDE BERK AĞRİYİRAM” mətnli qısa mesaj yazmaları məlum olmuşdur. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin 1 ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 178-180). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs C0202124 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə 26 mart 2019-cu il tarixdə saat 9:29-da Astara dövlət sərhəd-buraxılış məntəqəsindən İran İslam Respublikasına keçməklə ölkə hüdudlarını tərk edərək 2 aprel 2019-cu il tarixdə saat 20:20-də Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur (cild 1, iş vərəqə 181-183). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Biyoloji Ekspertizasının 2 iyul 2022-ci il tarixli 7/719 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “İsmayılov Еərlan Telman oğlunun təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə...” yazılan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 80,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi 1 ədəd elektron tərəzi qurudulmuş marixuanaya bənzər kütlə...” yazılan polietilen bağlamada 1 ədəd üzəri yapışqan lentlə yapışdırılmış sellofanda təmiz çəkisi 1050,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bağlamada olan 1 ədəd qara-boz rəngli elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (Qeyd: marixuananın ümümi təmiz çəkisi 1130 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1129,30, cild 1, iş vərəqə 51- 53). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 5 iyul 2022-ci il tarixli 22/466R №-li rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd №-si silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 8 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərədə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olmaqla texniki cəhətdən sazdır, bircərgəlidir və 8 ədəd 8x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur (cild 1, iş vərəqə 152-158). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 29 avqust 2022-ci il tarixli 4802 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 184-185). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1129,90 qram olan narkotik vasitə marixuana, 1 ədəd “Makarov” konstruksiyalı tapança, həmin silaha aid olan 1 ədəd daraq və eksperimental atəşlər zamanı istifadə olunduqdan sonra qalıq qalan 5 ədəd 9 mm kalibirli patronlar, 1 ədəd elektron tərəzi və “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 2 ədəd CD və 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 199-217). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 234-240). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə də ittiham verilmişdir ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və şəraitdə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqa məlum olmayan “Baba” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 1130 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və həmin narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş və bu məqsədlə şəxsiyyəti istintaqla araşdırılan həmin '”Baba” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri keçirmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunmuş Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsindən imtina etməsi barədə dövlət ittihamçısının təklifini qanuni və əsaslı hesab edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələri, şahidlərin ifadələri və ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamənin və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon məhkəməsinin 12 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 sentyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 111 və 195-198). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayətləri əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 134). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 iyul 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 1 iyul 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 95-99). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 1 iyul 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1129,90 qram olan narkotik vasitə marixuana və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs aşkar olunmuş “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılmalı; -Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Makarov” konstruksiyalı tapança, həmin silaha aid olan 1 ədəd daraq və eksperimental atəşlər zamanı istifadə olunduqdan sonra qalıq qalan 5 ədəd 9 mm kalibirli patronlar xüsusi müsadirə olunaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli; -2 ədəd CD və 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ittiham irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 1 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 88 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 1129,90 qram olan narkotik vasitə marixuana və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs aşkar olunmuş “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra yaxın qohumlarına qaytarılsın; -Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Makarov” konstruksiyalı tapança, həmin silaha aid olan 1 ədəd daraq və eksperimental atəşlər zamanı istifadə olunduqdan sonra qalıq qalan 5 ədəd 9 mm kalibirli patronlar xüsusi müsadirə olunaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin; -2 ədəd CD və 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar