Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-183/2021 14.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 29-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensionar Xidmətinin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 10 dekabr 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə yerləşən fərdi yaşayış evinin giriş qapısının yanında Zərərçəkmiş şəxs ona qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı Şahid1 ünvanına uca səslə nalayiq küçə söyüşlərindən istifadə etməsini qonşuluqda yaşayanları, o cümlədən onu narahat etməsini irad bildirməsini cüzi bəhanə kimi qəbul edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs iki dəfə qəsdən vuraraq ona sol ağciyərin zədələnməsi, sol tərəfli hemopnevmotoraksla və qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd; sol X qabırğanın kəsilməsi, enən çənbər bağırsağın zədələnməsi və qanitirmə ilə müşayiət olunan döş qəfəsinin arxa səthini sol yarısının aşağı üçdə birinin periton boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yaraları (cəmi 2 ədəd) ilə nəticələnən və yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 10 dekabr 2019-cu il tarixdə, 20:00 radələrində iki aydır kirayə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində yerləşən evə gəlmişdir. Orada o, qeyri-rəsmi münasibətdə olduğu Rüxsarə və onun iki azyaşlı qızı ilə yaşamışdır. Evə gəldikdə o, Rüxsarəyə kirayə yaşadıqları evdən xoşlanmadığını, başqa evə köçmələrini xahiş etmişdir. Lakin Rüxsarə ona həmin evdən köçmək istəmədiyini bildirmişdir. Bu zəmində aralarında sözlə mübahisə baş vermiş, bu zaman onlarla eyni həyətdə yaşayan Zərərçəkmiş şəxs adlı şəxs yaşadığı evin giriş qapısını açaraq ona Rüxsarə ilə uca səslə danışmamasını və onu nalayiq ifadələrlə təhqir etməməsini kobudcasına bildirmişdir. O, Əlidən onların mübahisəsinə qarışmamasmaı bildirmiş, lakin Əli onun sözlərinə məhəl qoymayaraq səbəbsiz yerə sifət nahiyəsindən yumruqla zərbə endirmişdir. O, Əlinin Rüxsarəyə görə onunla kobudcasına danışmasından və ona yumruqla zərbə endirməsindən əsəbləşmiş və yaşadığı evin giriş qapısının yanında zərgər olduğu üçün üzərində daim gəzdirdiyi kiçik ölçülü, xatırlamadığım tarixdə və xatırlamadığım ərazidə yerləşən məişət mağazasından aldığı açılıb-qatlanan, qara dəstəyi olan və soyuq silah olmayan bıçaqla onun bədən nahiyəsindən iki dəfə vumuşdur. Bundan sonra o, özünə gəlib etdiyi hərəkətdən peşman olmuş və həyacanlı olduğundan hadisə yerini tərk etmişdir. Baş vermiş hadisənin səhərisi könüllü olaraq Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə gəlib hadisə barədə məlumat vermiş və könüllü olaraq təslim olmuşdur. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə zamanı orada Rüxsarə və Şahid2 olmuşlar və onun Zərərçəkmiş şəxs xəsarət yetirməsini görmüşlər. Üzərində olan kiçik ölçülü, açılıb qatlanan, qara dəstəyi olan və soyuq silah olmayan zərgər bıçağını xatırlamadığı əraziyə atmış, bu səbəbdən bıçağın yerini xatırlamamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs bir dəfə sifət nahiyəsindən yumruqla zərbə endirsə də o, heç bir xəsarət almadığını və məhkəmə-tibbi ekspertizası müayinəsindən keçmək istəmədiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Qeydiyyatda olduğu Neftçala rayonu Aslanlı kəndindən 2019-cu ildə Bakı şəhərinə işləmək üçün gəlmiş və Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən Şahid2 məxsus evdə kirayə olmaqla yaşamışdır. Həmin ünvanda ondan başqa ev sahibi Şahid2, Bərdə rayonundan olan Əli adlı şəxs və Təqsirləndirilən şəxs öz ailəsi ilə yaşamışlar. O, 2019-cu ilin dekabr ayına kimi «Azbadam» şirkətində fəhlə işləmiş, lakin baş vermiş məlum hadisədən sonra işdən çıxmışdır. 10 dekabr 2019-cu il tarixdə saat 20 radələrində yaşadığı evdə olan zaman qonşusu Təqsirləndirilən şəxs uca səslə nalayiq ifadələrlə kimisə təhqir etdiyini eşidib Həmidin yaşadığı evin giriş qapısını açıb ona iradını bildirib uca səslə nalayiq ifadələr işlətməməsini, onu və qonşuları narahat etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq yaşadığı evin giriş qapısının yanında hər iki əli ilə sinə nahiyəsindən tutub onu divara tərəf itələmişdir. Elə həmin vaxt Həmid əlində olan açılıbqatlanan qara dəstəyli bıçaqla onun bədən nahiyəsindən iki dəfə vurmuşdur. Həmid onu bıçaqla vurduqdan sonra qaçıb getmiş, qonşusu Əli adlı şəxs isə onun xəsarət aldığını görüb 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər ona tibbi yardım göstərmişlər və o, əməliyyat olunmuşdur. O, həmçinin bildirmişdir ki, Rüxsarə ilə Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq ər arvad kimi yaşadıqlarını bilməmiş, Rüxsarənin Həmidin arvadı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Həmin hadisənin şahidləri Şahid2, Şahid1 olmuşdur. Onu xəstəxanaya aparan Əli adlı qonşusu isə hadisəni görməmiş, sonradan o, hadisə barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin yalan olduğunu, ona heç bir xəsarət yetirmədiyini, Şahid1 ilə aralarında heç bir münasibətin olmadığını bildirmişdir. O, Təqsirləndirilən şəxsla barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış sahəsində Şahid2 məxsus evdə Təqsirləndirilən şəxs ilə qeyrirəsmi olaraq ər-arvad kimi 2019-cu ilin oktyabr ayından həmin ilin dekabr ayına kimi yaşamışlar. Həmin ünvanda onlardan başqa ev sahibi Şahid2, Neftçala rayonundan olan Zərərçəkmiş şəxs və Bərdə rayonundan olan Şahid3 yaşamışlar. 2019-cu ilin dekabr ayının əvvəllərindən Təqsirləndirilən şəxsla onun yaşayış tərzinə görə ayrılmaq istəmişdir. Həmid heç bir yerdə işləməmiş, onun bir çox şəxsə borcu yaranmış, bu səbəbdən münasibətlər pozulmuşdur. Onlar evdə mütəmadi olaraq mübahisə etmişlər. 10 dekabr 2019-cu il tarixdə təxminən saat 20 radələrində evdə olan vaxt Təqsirləndirilən şəxs yenə onunla mübahisə etməyə başlamış, o, Həmiddən ayrılmaq qərarına gəlməsini ona bir daha bildirdikdə Həmid ona yaşadıqları evə getmək istədiyini bildirmiş, lakin o, buna etiraz etmişdir. Bundan sonra Həmid onu nalayiq ifadələrlə təhqir etmiş və aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt səslərinə qonşu Zərərçəkmiş şəxs gəlib evin giriş qapısını açmışdır. Evin giriş qapısının yanında olarkən Əli Həmidə onun ünvanına uca səslə nalayiq küçə söyüşləri istifadə etməməsini, bu hərəkətləri ilə onu və qonşuluqda yaşayanları narahat etdiyini bildirmişdir. Lakin, Həmid Zərərçəkmiş şəxs sözlərinə məhəl qoymayaraq evin giriş qapısının yanında hər iki əli ilə onun sinəsindən tutub divara tərəf itələmişdir. O, Həmidin Zərərçəkmiş şəxs bıçaqla vurmasını görməmişdir. Həmidin Zərərçəkmiş şəxs bıçaqla vurmasını ona qonşusu Şahid2 demişdir. Bu səbəbdən o, ibtidai istintaq zamanı verdiyi ifadəsində Həmidin Zərərçəkmiş şəxs bıçaqla vurmasını demişdir. O, həmçininin bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər ədavət və ya düşmənçik olmamışdır. Hadisə zamanı orada o və Şahid2 olmuş, sonradan Zərərçəkmiş şəxs xəstəxanaya digər qonşusu Şahid3 aparmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yumruqla vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs ona heç bir xəsarət yetirməmiş, aralarında yalnız sözlə mübahisə olmuşdur. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Həmid Zərərçəkmiş şəxs sözlərinə məhəl qoymayaraq evin giriş qapısının yanında hər iki əli ilə onun sinəsindən tutub divara tərəf itələmiş və əlində olan açılıb-qatlanan, qara dəstəyli bıçaqla bədən nahiyəsindən bir neçə dəfə vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hadisə yerindən qaçıb getmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, Xəzər rayonu Qala qəsəbəsi yeni sahədə yerləşən və Şahid2 məxsus yaşayış evində ailəsi ilə birlikdə kirayədə yaşayır. Həmin ünvanda onunla qonşuluqda ev sahibi Şahid2, Neftçala rayonundan olan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə yaşamışlar. 10 dekabr 2019-cu il tarixdə axşam saatlarında işdən evə gəlmiş və həmin gün təxminən saat 20 radələrində evdə olarkən səs-küy eşidib çölə çıxmışdır. Həmin vaxt o, qonşusu Zərərçəkmiş şəxs bədən nahiyəsindən qan axdığını görüb onu dərhal Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Təcili Yardıma gətirmiş, oradan isə onu 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Sonradan ona məlum olmuşdur ki, o yaşadığı evdə olarkən qonşusu Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə baş vermiş və mübahisə zamanı Həmid Zərərçəkmiş şəxs bədən nahiyəsindən üzərində olan bıçaqla iki dəfə vuraraq xəsarət yetirmişdir. Hadisənin səbəbi isə, Təqsirləndirilən şəxs uca səslə küçə söyüşləri ilə arvadı Rüxsarəni təhqir etmiş, Zərərçəkmiş şəxs Həmiddən uca səslə söyüş söyməməsini onu və qonşuları narahat etdiyini bildirib ondan sakitləşməsini xahiş etmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sözlərinə məhəl qoymayaraq yaşadığı evin giriş qapısının yanında əlləri ilə sinəsindən tutub divara tərəf itələmiş və əlində olan açılıb- qatlanan qara dəstəyli bıçaqla bədən nahiyəsindən iki dəfə zərbə endirmişdir. Cinayət işinin 134-136-cı vərəqlərində olan protokoldan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 istintaqa verdiyi ifadəsini sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Cinayət işinin 104-106-cı vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 19.02.2020-ci il tarixli 125 saylı rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol ağciyərin zədələnməsi, sol tərəfli hemopnevmotoraksla və qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd; sol X qabırğanın kəsilməsi, enən çənbər bağırsağın zədələnməsi və qanitirmə ilə müşayiət olunan döş qəfəsinin arxa səthini sol yarısının aşağı üçdə birinin periton boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd) deşici-kəsici alətin (ola bilsin bıçağın) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı KŞX-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 10.12.2019-cu il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddirlər. 2. Hadisə haqqında məlumatlara və qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi daha inandırıcıdır. Cinayət işinin 153-159-cu vərəqlərində olan kompleks məhkəmə-bioloji və tibbikriminalistik ekspertizasının 18.03.2020-ci il tarixli 80-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol yarısında bir ədəd, maykanın arxa səthində bir ədəd dəlib-keçən zədələr var. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarda və hadisə yerindən götürülmüş gül təsvirli bir ədəd kisə üzərində hər hansı zədə aşkar olunmadı. MTE və PA ETT Birliyinin Xəzər rayon şöbəsinin məhkəmə-tibb eksperti Yusif Sürətov tərəfindən Zərərçəkmiş şəxs ekspertizasına dair tərtib etdiyi 03.02.2020-ci il tarixli 125 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər döş qəfəsinin ön səthinin sol yarısının plevra boşluğuna (daxilə) nifuz edən bir ədəd; sol X qabırğanın kəsilməsi, enən çənbər bağırsağın zədələnməsi və qan itirmə ilə müşayiət olunan döş qəfəsinin arxa səthini sol yarısının aşağı 1/3-nin periton boşluğuna (daxilə) nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd) xəsarət onun maykasının ön səthində və arxa səthində və arxa səthində olan bir ədəd zədələrlə uyğunluq təşkil edir. Cinayət işinin 161-ci vərəqində olan qərardan görünür ki, cinayət iş üzrə əhəmiyyət kəsb etdiyindən, Zərərçəkmiş şəxs məxsus geyim əşyaları maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Xəzər RPİ-nin saxlanc yerinə verilmişdir. Cinayət işinin 90-91-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 28 fevral 2016-ci il tarixdən 15 iyul 2016-ci il tarixədək, 17 yanvar 2017-ci il tarixdən 17 fevral 2017-ci tarixədək və 3 oktyabr 2018-ci tarixdən 12 yanvar 2019-cu tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlandığı və ev dustağlığında olduğu ümumilikdə 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzadının müddətindən çıxılmaqla, üzərində qıti olaraq 03 (üç) il 04 (dörd) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs ifadəsində baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs onun sifət nahiyəsindən yumruqla vuraraq xəsarət yetirməsi, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi barədə göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli kimi qiymətləndirilərək iş üzrə zərərçəkmiş, şahid ifadələri və iş üçün əhəmiyyətli olan digər sübutlarla tam təkzib olunur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 3 (üç) il 4 (dörd) ay 1 (bir) gün azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 27, 59-61-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 12.12.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxslə barışması Azərbaycan Respublikasının CM-nin 59.1.12.ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 12 dekabr 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CMnin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyaları məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 420 AZN (üç dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 3 (üç) il 4 (dörd) ay 1 (bir) gün azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 12 dekabr 2019-cu il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus geyim əşyaları məhv edilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 420 AZN (üç dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov