Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-183/2023 06.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X6, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X9, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, “Ədalət” Vəkil bürosunun vəkili Müdafiəçi1 və “Kamandar Nəsibov və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Qazaxıstan Respublikasının Karaqanda vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 inzibati binasında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmüş, yəni zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının hüdudlarından kənarda 07 may 1986-cı il təvəllüdlü Bakı şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs ilə 17 oktyabr 2013-cü il tarixdə Kiyev vilayətində fəaliyyət göstərən “Karavan” adlı restoranda aralarında baş vermiş mübahisə zamanı ona xəsarət yetirməsi ilə bağlı özünə qarşı edilmiş həmin hərəkətlərə görə sonuncudan qisas almaq qərarına gəlib, onu qəsdən öldürmək məqsədi ilə 30 sentyabr 1971-ci il təvəllüdlü, Şəmkir rayonunda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı X26 və istintaqa şəxsiyyətləri dəqiq məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan cinayətkar sövdələşməyə və ümumi cinayətkar niyyətə uyğun olaraq istintaqa məlum olmayan tarixdə və şəraitdə əldə etdiyi marka modeli istintaqa dəqiq məlum olmayan darağında ən azı səkkiz ədəd 9 mm kalibrli patronlar olan tapança ilə silahlanıb və istintaqa məlum olmayan şəraitdə əldə etdikləri və üzərinə saxta Aİ 4450 HE dövlət qeydiyyat nişanı vurulmuş X15 məxsus olan bej rəngli “Honda Civic” markalı avtomobillə Zərərçəkmiş şəxs “Dolma” adlı restoranda olması barədə məlumat aldıqdan sonra 03 iyul 2018-ci il tarixdə, saat 16:30 radələrində qabaqcadan əlbir olduğu Valeh Xəlilov və qeyriləri ilə birlikdə həmin restoranın yerləşdiyi Ukrayna Respublikası, Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsi ev 122 ünvanın qarşısına gəlib, avtomobildən düşərək binanın həyətinə getmiş, avtomobilin sürücüsü şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxs isə idarə etdiyi avtomobillə həmin ətrafda bir neçə dəfə dövrə vuraraq Nemetskaya küçəsində dayanıb onu gözləyərkən, Zərərçəkmiş şəxs Bolşaya Vasilkovskaya ev 122 ünvanında yerləşən "xxxx" adlanan əmlak agentliyindən çıxdığını və “Dolma” adlı restoran istiqamətində getdiyini görərək, qrupun digər üzvləri ilə birgə planlaşdırdıqları cinayətkar niyyəti həyata keçirmək üçün əlində olan silahı atəşə hazır vəziyyətə gətirib Zərərçəkmiş şəxs həmin küçədə yerləşən “Dolma” adlı restoranın yaxınlığında çatıb onu qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək məqsədilə əməlinin ictimai təhlükəli nəticəsini qabaqcadan görüb bunu arzulayaraq Zərərçəkmiş şəxs arxadan yaxın məsafədən həyat üçün vacib orqanlarının yerləşdiyi sinəsinə, qarnına və budlarına səkkiz ədəd atəş açaraq ona sol çiyinin arxa səthində kor odlu silah yarası, sağ budun xarici səthində orta 1/3-də iki tərəfi açıq odlu silah yarası, sağ budun ön səthinin yuxarı 1/3-də iki tərəfi açıq odlu silah yarası, döşün sağ yan səthində kor odlu silah yarası, qarının sağ yan səthində kor odlu silah yarası, qarının ön səthində iki tərəfi açıq odlu silah yarası, sol yanın daxili kvadratında iki tərəfi açıq odlu silah yarası xəsarətlərini yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, daha sonra Bolşaya Vasilkovskaya ev 122 ünvanında olan həyətdən keçərək Nemetskaya küçəsi istiqamətində qaçmış və orada onu gözləyən qabaqcadan əlbir olduğu Valeh Xəlilov və istintaqa şəxsiyyətləri dəqiq məlum olmayan şəxslə birlikdə gəldiyi avtomobilin sərnişin oturacağına oturaraq hadisə yerindən uzaqlaşmış, bununla da, Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında qisas motivi ilə qəsdən adam öldürmüş, yəni zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, xx xxxxxx 1987-ci il tarixdə Qazaxıstan Respublikasının Karaqanda vilayətində doğulmuşdur. Sonradan o, hələ uşaq olanda Azərbaycan Respublikasına köçmüşlər. Ailədə dörd nəfər olmuşlar. Orta təhsilini Bakı şəhəri Nizami rayonunda yerləşən 277 nömrəli tam orta məktəbdə aldıqdan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuş, cüdo ixtisası üzrə ali təhsil almışdır. Ali təhsilini başa vurduqdan sonra gözündə zəiflik olması, habelə bel nahiyəsində yırtıq olması səbəbindən hərbi xidmətə aparılmamışdır. O, hərbi xidmətə aparılmadığını görüb 2010-cu ildə işləmək üçün Ukrayna Respublikasına köçüb orada yaşamağa başlamışdır. Ukrayna Respublikasına köçdükdən sonra orada Azərbaycan Respublikası diasporasının (kongresin) sədri işləyən, əslən Culfa rayonundan olan həmkəndlisi Şahid10 adlı şəxsin yanında mühafizəçi işləməyə başlamışdır. Şahid10 hazırda konqresdən ayrılmış və biznes fəaliyyəti ilə məşğul olur. O, Ukrayna Respublikasına köçdükdən sonra Kiyev şəhəri, Svyatoşin rayonu, Lvovskaya küçəsi, ev 1/9, mənzil 40 ünvanında valideynləri ilə birlikdə yaşamışdır. Həmin ev onların ailəsinə məxsus olmuşdur. Təxminən 3 il Şahid10 yanında mühafizəçi işlədikdən sonra 2013-cü ildə Kiyev şəhərində metro stansiyası yaxınlığında yerləşən Universitet və Arsenal küçələrində gül dükanı açıb işləməyə başlamışdır. O, həmin dükanları özü tək işlətmiş, malı isə Ukrayna Respublikasının vətəndaşlarından alıb öz dükanında satmışdır. Bununla bərabər idman karyerasını da davam etdirmiş, Ukrayna Respublikasının adından çıxış edərək bir neçə dəfə daxili və beynəlxalq yarışların cüdo-sambo üzrə mükafatçısı olmuşdur. Buna görə də, elə həmin ölkǝyǝ köçdüyü vaxtdan ona Ukrayna Respublikasının vətəndaşlığı verilmişdir. O işlədiyi üçün evə özü baxmış, atası və anası isə heç bir yerdə işləməmişlər. Qardaşı Rasim isə gül dükanını işlətməkdə ona köməklik etmişdir. Onlar orada yaşamağa başladıqları müddət heç kimlə ədavətləri, düşmənçilikləri olmamışdır. Azərbaycan Respublikası diasporasının sədri işləyən həmkəndli Şahid10 sədr seçilməsində milliyətcə rus olsa da, Bakı şəhərində doğulub yaşamış "Oleq Bakinski" ləqəbli Oleq Krapivin adlı şəxsin köməkliyi olmuşdur. Hazırda "Oleq Bakinski" Kiyev şəhərinin Azərbaycan Respublikası diasporasının konqresinin sədri işləyir. Şahid10la Oleq Bakinskinin münasibəti əvvəllər yaxşı olsa da, təxminən 2011-ci ildən etibarən onların münasibətləri pozulmuşdur. Həmin dövrlərdə o, Şahid10 yanında mühafizəçi işlədiyi üçün 2013-cü ilin sonlarından Oleqin adamı olan Zərərçəkmiş şəxs tez-tez onu narahat etməyə, gül dükanına gəlib aylıq haqq tələb etməyə başlamışdır. O, Zərərçəkmiş şəxsgilin bu hərəkətləri barədə Şahid10 məlumat versə də, heç bir nəticəsi olmamışdır. O, isə Davud adlı şəxsə heç bir haqq verməyəcəyini bildirmişdir. O, bu hadisələrə qədər Davud adlı şəxsi tanımamış, Davudla heç bir münasibəti, əlaqəsi olmamışdır. 2013-cü ilin sonlarında dəqiq yadında qalmayan tarixdə Davud onun istifadəsində olan nömrəyə zəng edib onu Kiyev şəhərinin yaxınlığında Obixovski trasında yerləşən "Karavan" restoranına dəvət etmişdir. O, həmin ünvana tək getmiş, Davudun yanında isə bir nəfər Süleyman adlı şəxs olmuşdur. Onlar bağlı otaqda əyləşib söhbət etmişlər, bu zaman Davud ondan aya 5000 ABŞ dolları haqq tələb etmiş və həmin pulu ödəməyəcəyi halda onu öldürəcəyi ilə hədələmişdir. Həmin gün onların söhbətləri alınmamış və o, Davuda heç bir ödəniş etməyəcəyini bildirmişdir. O, ayağa qalxmaq istəyəndə Davud əlində olan “Makarov” tipli silahdan iki dəfə sağ ayağının bud nahiyəsinə atəş açaraq otağı tərk edib çıxıb getmişdir. Həmin güllə yaralarından sonra o, şok halında yerə yıxılmış və bir qədər sonra ayılıb qışqıraraq köməyə çağırmışdır. Bundan sonra restoranın işçilərinin köməkliyi ilə təcili tibbi yardım stansiyasının həkimləri gəlib onu Kiyev şəhərində yerləşən adını xatırlamadığı xəstəxanaya aparmışlar. Cərrahi əməliyyat olunduqdan sonra təxminən 6 ay həmin xəstəxanada müalicə olunmuşdur. Bu müddət ərzində Davud adlı şəxslə görüşü olmamış, Davudun ona güllə vurması faktına görə Kiyev vilayət polisi tərəfindən araşdırma aparılsa da, o, hüquq-mühafizə orqanlarına Davudun adını verməmiş, tanımadığı şəxslər tərəfindən güllələndiyini deyib şikayətinin olmadığını bildirmişdir. Bu müddətdə artıq Şahid10la Oleq Bakinski barışmışlar. İlqar onun özündən də, dəfələrlə Davud və onun adamları ilə barışmağı xahiş etmişdir. Lakin o, İlqarın bu təklifini rədd etmiş, onları Allaha tapşırdığını demişdir. O, müalicəni başa vurduqdan sonra 2014-cü ilin sonlarında Bakı şəhərinə gəlib burada yaşamağa başlamışdır. Bakı şəhərinə köçəndən sonra tikinti mallarının satışı ilə məşğul olmuşdur. Onun valideynləri Ukrayna Respublikasında yaşadıqları üçün ildə bir-iki dəfə onlara baş çəkməyə getmişdir. Ora gedib-gəldiyi müddətdə heç kimlə mübahisəsi, ədavəti olmamışdır. Davudun özü ilə də həmin dövrdən sonra əlaqəsi olmamışdır. O, Davudun necə bir insan olduğunu bilməmiş, sonradan eşitdiyinə görə Davudun ondan başqa 11 nəfər ayrı-ayrı şəxslərlə mübahisəsi olmuş, həmin şəxslərdən 4 nəfərini odlu silahdan atəş açaraq öldürmüş, digər 7 nəfərini isə yaralamışdır. Həmin şəxslərin heç birini tanımır, adlarını bilmir. O, sonuncu dəfə Ukrayna Respublikasında 2014-2015-ci illərə kimi yaşamış, bundan sonra ora gedib gəlmişdir. O, heç vaxt Azərbaycan Respublikası vətəndaşlığından çıxmamış, yalnız 2015-ci ildə şəxsiyyət vəsiqəsini təzələmişdir. Zərərçəkmiş şəxs 03 iyul 2018-ci il tarixdə odlu silahdan atılmış atəş nəticəsində öldürülməsi ilə bağlı bildirmək istəyir ki, baş vermiş hadisədə onun heç bir rolu və iştirakı olmamışdır. Davudu o, odlu silahla vurmamış, ümumiyyətlə həmin hadisə baş verən zaman o, Ukrayna Respublikasının Kiyev şəhərində olmamışdır. Hadisənin kimin tərəfindən və hansı səbəbdən törədilməsi barədə heç bir məlumatı yoxdur. Hadisənin şahidi olmuş şəxslər barədə də heç bir məlumatı yoxdur. Davudla arasında əvvəllər mübahisə olduğu üçün onun Davudu öldürə biləcəyini fikirləşib saxta şahid ifadələri əsasında guya onun Davudu odlu silahdan atəş açaraq öldürdüyünü göstərmişlər. Baş vermiş hadisədə onun heç bir günahı yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, Valeh Zamanovu bir azərbaycanlı kimi tanımış, çox yaxın tanışlığı olmamışdır. Valeh Zamanovu sonuncu dəfə nə vaxt gördüyünü xatırlamır. Onun “Honda Civic” markalı maşını olmamışdır. “Dolma” restoranın sahibi Şahid9 ilə münasibətləri yaxşı olmuş, həmin restoranında çox olmuşdur. Hadisə baş verən günü Şahid9la əlaqəsi olmamışdır. Davud və Kamranın münasibəti olduğunu eşitmişdir. Şahid9 Davuda pul veribvermədiyini bilmir. Kamranı öz məhəllələrində rezin silahla vurmuşlar, o, güman etmişdir ki, bu hadisəni də Davud törədib. Davud vurulandan sonra Kamranla əlaqələri olmamışdır. Davudun vurulması zamanı özünün harada olduğunu dəqiq xatırlaya bilmir. Valehin hansı avtomaşın istifadə etdiyini görməmişdir. Davud onu vurandan sonra Davudu heç vaxt görməmişdir. Davudun vurulması hadisəsi törədilən zaman o, Kiyevdə olmamış, ya Türkiyədə ya da Belarusiyada olmuşdur, ancaq dəqiq xatırlamır. Hadisədən 6-7 ay keçdikdən sonra Ukraynadakı tanışları həmin hadisəyə görə ondan şübhələndikləri ona bildirilmişdir. Həmin hadisədən sonra Ukraynaya getməmişdir. Davudun kim tərəfindən öldürülməsini o bilmir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, o, daimi olaraq Bakı şəhərində öz valideynləri, atası 1953-cü il təvəllüdlü X20, anası 1963-cü il təvəllüdlü X27, qardaşı 1987-ci il təvəllüdlü X17 ilə birgə yaşayır. Həmçinin onlarla onun daha bir qardaşı Zərərçəkmiş şəxs yaşamışdır. Qardaşı Davud xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilini Binə qəsəbəsində yerləşən 149 nömrəli tam orta məktəbdə aldıqdan sonra ali məktəbə qəbul olunmamış, gömrük eksperti ixtisası üzrə kollecdə təhsil almışdır. 2006-2008-ci illərdə Dövlət Sərhəd Xidmətinin Xəzər rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində hərbi xidmət keçmişdir. Davud xasiyyətcə çox sakit, mədəni, heç kimlə işi olmayan insan olmuşdur. İstər qohumlar, istər onu tanıyan şəxslər Davudun xətrini istəmiş, bu illər ərzində heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Davud spirtli içki içməmiş, pis vərdişləri olmamış, daim əlbəyaxa döyüş idman növü məşğul olmuşdur. Davud Bakı şəhərində yaşadığı müddətdə heç bir yerdə işləməmişdir. Onlar nə qədər çalışsalar da, Davudu işə düzəldə bilmədikləri üçün Davud qərara gəlmişdir ki, Ukrayna Respublikasına gedib, orada çalışan dostları ilə birlikdə işləsin. X32 getməsinə əvvəlcə icazə verməsə də, sonradan Davudun təkidlə getmək istədiyini görüb buna razılıq vermişdir. Buna görə də qardaşı Davud 2010-cu ildə işləmək üçün Ukrayna Respublikasına köçüb orada yaşamağa başlamışdır. Onda olan məlumata görə Davud, Kiyev şəhərində kirayə ev tutub yaşamışdır. Lakin o, Davudun yaşadığı evin ünvanını dəqiq bilməmişdir. Davud ora köçəndən sonra həmyerliləri ilə birlikdə iri buynuzlu heyvanların Azərbaycan Respublikasına ixracı ilə, son zamanlar isə taxta-şalban satışı ilə də məşğul olmuşdur. Davudun Ukrayna Respublikasında yaşadığı müddətdə maddi vəziyyəti normal olmuş, onların özlərinə də tez-tez pul göndərib, maddi köməklik etmişdir. O və ailə üzvləri hər həftə Davudla telefonla əlaqə saxlamışlar və hər danışıq zamanı Davud işlərinin qaydasında olduğunu bildirmişdir. Davud onlara kiminləsə mübahisəsi, ədavəti olması barədə heç bir məlumat verməmişdir. Davudun Ukrayna Respublikasında münasibətdə olduğu şəxslər, kiminlə birgə işləməsi barədə heç bir məlumatı yoxdur. Qardaşı ilə o, mobil telefonla təxminən iki ayda bir dəfə danışmışdır. Qardaşının Ukraynadakı dostları və tanışları ona məlum deyildir. Qardaşının Azərbaycan Respublikasında sinif yoldaşları vardır, onlar əsasən Azərbaycanda yaşayır. 03 iyul 2018-ci ildə saat 19 radələrində o, qardaşı Zərərçəkmiş şəxs öldüyünü öyrənmiş, bunu ona atası demiş, atasına isə tanışı demiş, kim olduğunu bilmir. Atasına qardaşının avtoqəzaya düşdüyünü demişlər. 04 iyul 2018-ci ildə təxminən saat 7 radələrində o, Bakı şəhərindən Kiyev şəhərinə gəlmiş, bura gələndən sonra tanışından öyrənmişdir ki, qardaşını güllələmişlər. Qardaşının hansı səbəbə görə hansı şəraitdə öldürülməsini bilmir. Sonradan orada yaşayan həmyerlilərindən eşitdiyinə görə hadisədən bir qədər əvvəl Davud Kiyev şəhərində yerləşən “Dolma” restoranında olmuş, sonradan kirayəyə ev danışmaq üçün restorandan çölə çıxmış, geri qayıdanda arxadan atılmış atəş nəticəsində öldürülmüşdür. Qardaşını kimin və nəyə görə öldürdüyünü bilmir və bunda heç kimi şübhəli bilmir. O, morqa gedib meyitə baxmış, sonra isə səfirliyin köməkliyi ilə qardaşının meyiti Bakı şəhərinə göndərilmişdir. Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qardaşına arxadan 7 güllə atmışdır. Bu iş materiallarına əlavə edilmiş videogörüntülərdən də aydın görünür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, 17 avqust 1980-ci il tarixdə Bakı şəhərində doğulub boya-başa çatmışdır. Müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2006-ci ildə Ukraynanın Kiyev şəhəri Bolşaya Vasilkovskaya 122 ünvanında “Dolma” restoranı açmışdır. Həmin restoranda Azərbaycan mətbəxinə məxsus yeməklər bişirilmişdir. 2019cu ildən isə o, həmin restoranı şərik olaraq işlətməyə başlamış və restoranın adı “Ottoman house cafe” olaraq dəyişdirilmişdir. O, işi ilə bağlı tez-tez Ukraynaya getmişdir. Lakin əsasən Azərbaycan Respublikasında yaşamışdır. O, Zərərçəkmiş şəxs təxminən 2017-ci il tarixdən tanıyır. Onunla münasibətləri normal olmuşdur. Davud həftədə təxminən 2 dəfə onların restoranına gəlmiş və yemək yemişdir. Davud spirtli içki qəbul etməmişdir. Təqsirləndirilən şəxs isə təxminən 2014-cü ildən tanıyır. Onunla münasibətləri normal olmuşdur. Yasin də arada “Dolma” restoranına gəlmişdir. Lakin onların hər ikisinin birlikdə restorana gəlməsinin şahidi olmamış və bu barədə ona hər hansı məlumat verilməmişdir. Baş vermiş hadisə ilə bağlı deyə bilər ki, 03 iyul 2018-ci il tarixdə, saat 15:30 radələrində Zərərçəkmiş şəxs, Şahid2 və sonradan adını bildiyi Şahid1 adlı şəxs restorana gəlib, girişdən sol tərəfdə yerləşən pəncərənin yanında oturmuş və yemək sifariş vermişlər. Davud həmin gün bir neçə saat əvvəl ona zəng vuraraq restorana gələcəyini bildirmiş və ondan restoranın yanındakı "xxxx" daşınmaz əmlak agentliyindən hər hansı bir tanışının olub-olmadığını soruşmuşdur. O da Davuddan nə üçün lazım olduğunu soruşduqda, sonuncu ona yaşadığı evi dəyişmək istədiyini və Peçersk rayonuna köçmək istədiyini bildirmişdir. O da Davuda problem olmadığını demişdir. Davud yemək yediyi zaman o, Davuda yaxınlaşaraq evə baxmaq üçün əmlak agentliyinə gedə biləcəklərini demişdir. Davud isə ona yeməyini yedikdən sonra gedəcəyini bildirmiş, lakin həmin vaxt o tələsdiyindən Davuda indi getməli olduqlarını demişdir. Belə ki, həmin restorana şərab almaq üçün görüşə getməli olmuşdur. Davud da onunla razılaşmışdır. Bundan sonra onlar birlikdə restorandan çıxaraq restoranın sağ arxa kənarında olan Kiyev şəhəri, Tverskaya küçəsində yerləşən “Blagovest” əmlak agentliyinə getmişlər. Orada əmlak agenti Yelena ilə görüşmüşlər. O, Yelenaya Davudun istəkləri barədə məlumat vermişdir. Görüş zamanı Yelena Davuda bir neçə ev təklif etməyə başlamışdır. Həmin vaxt o, Davuda restorana şərab almaq üçün Kiyev şəhəri, Meçnikov küçəsində yerləşən "Goodvine" mağazasına Aleksandr adlı tanışı ilə görüşə getməli olduğunu demiş və Davudla sağollaşaraq əmlak agentliyindən çıxmışdır. Çıxmamışdan əvvəl Davuda və Yelenaya onluq hər hansı bir işlərinin olubolmadığını soruşmuş, onlar da onun getməyinə etiraz etməmişlər. O, agentlikdən çıxdıqdan sonra restorana tərəf gəlmiş, sürücüsü Anatolinin göy rəngli "Kia" markalı avtomobilinə oturmuş, maşına oturduqdan sonra Dmitri adlı başqa bir tanışı da gəlib avtomobilə əyləşmiş və onlar birlikdə Kiyev şəhəri, Meçnikov küçəsində yerləşən "Goodvine" mağazasına Aleksandrla görüşməyə getmişlər. O, mağazaya çatdıqdan təxminən 15 dəqiqə sonra əmlak agentliyindən Yelena ona zəng vuraraq Davudun küçədə vurulması barədə məlumat vermiş və təcili ora gəlməyini bildirmişdir. Bundan sonra o, restoranın direktoru İltifata zəng vurmuş və orada nə baş verdiyini soruşmuşdur. Bir neçə dəqiqə sonra İltifat ona zəng vuraraq restoranın yanındakı Tverskaya küçəsində Davudun odlu silahla vurulduğunu və təcili yardımın onu apardığını bildirmişdir. Bundan sonra o, Aleksandrla olan işini bitirmiş və restorana qayıtmış və orada olan polis əməkdaşlarına izahat vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid9 bildirdi ki, o, Zamanov Valehi tanımır. Aİ 4450 HE qeydiyyatlı maşın görməmiş, maşının kimə məxsus olmasını bilmir. Davudun kim tərəfindən öldürülməsi, habelə hadisə ərəfəsində Təqsirləndirilən şəxs Kiyevdə olub-olmadığı barədə məlumatı olmamışdır. Davudla Yasin arasında konflikt olması barədə məlumatı olmamışdır. Yasin Davud tərəfindən güllələnməsi barədə ona heç nə deməmişdir. Davud onların restorana tez-tez gəlmiş, amma sonuncu dəfə hadisədən neçə gün qabaq gəldiyini dəqiq deyə bilmir. Davudun restorana gələcəyini əvvəlcədən kimin bilməsi haqqında məlumatı yoxdur. Sonuncu dəfə Ukraynada 2021-ci ilin noyabrında olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, anket məlumatlarında qeyd edilən ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir, arabir ev alqı-satqısı ilə məşğul olub ailəsini saxlayır. Maddi vəziyyəti yaxşı olmadığı üçün 2017-ci ilin əvvəllərində meyvə-tərəvəz satışı ilə məşğul olmaqdan ötrü Ukrayna Respublikasının Kiyev şəhərinə köçüb, orada Böyük Vasilkovskaya küçəsində yerləşən “Validerskiy rınok” adlanan bazarda aylıq 300 ABŞ dolları ödəmək şərti ilə icarəyə yer götürüb pomidor-xiyar satışı ilə məşğul olmağa başlamışdır. Həmin bazarın sahibi milliyətcə rus olan Ukrayna Respublikasının vətəndaşı olmuşdur. O, xiyarı Bakı şəhərindən, pomidoru isə Rusiya Federasiyasından idxal etmişdir. İşlədiyi müddətdə onun dolanışığı normal olmuş, gətirdiyi malların pərakəndə satışını həyata keçirmişdir. O, Ukrayna Respublikasının Kiyev şəhərinə öz təşəbbüsü ilə getmiş, ora gedən zaman heç bir tanışı olmamışdır. İşlədiyi müddətdə tədricən bazarda çalışan həmyerliləri ilə tanışlığı, əlaqələri yaranmışdır. Bir neçə il orada işləmiş və işlədiyi müddətdə onun heç kimlə ədavəti, düşmənçiliyi olmamış, kiminsə tərəfindən fəaliyyətinə maneçilik törədilməmişdir. Zərərçəkmiş şəxs hələ Bakı şəhərində yaşadığı müddətdə gənc vaxtlarından tanımışdır. Belə ki, Davud ailəsi ilə birlikdə Binə qəsəbəsində yaşasa da, tez-tez Mərdəkan, Şüvəlan qəsəbəsinə çayxanalara gəlmiş, tanışlıqları da həmin vaxtlardan yaranmışdır. Buna baxmayaraq elə də yaxın münasibətləri olmamışdır. Bakıda yaşadığı müddətdə o, Davudu sakit, heç kimlə işi olmayan insan kimi tanımış, pis hərəkətinin şahidi olmamışdır. Davud idmançı olmuşdur. Onun Ukrayna Respublikasına getməyində Davudun heç bir köməkliyi olmamış, o, Davudun özünün də Kiyev şəhərində yaşadığını ora köçəndən bir ay sonra bilmişdir. Belə ki, Davud Bakıda olan tanışlarından onun işləmək üçün Kiyev şəhərinə köçdüyünü eşidib, telefon nömrəsini taparaq ona zəng vurmuş və onlar bazardan bir qədər aralıda yerləşən "Dolma" restoranında görüşmüşlər. Görüşüb söhbət edən zaman Davud ona özünün 10 ildən çox olar ki, Kiyev şəhərinə köçüb maşın alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Davud Kiyev şəhərində, dəqiq xatırlmadığı küçədə kirayədə tək yaşamışdır. O, Kiyev şəhərində yaşadığı müddətdə ümumilikdə Davudu 7-8 dəfə görmüş və bu görüşlər zamanı Davudun hər hansı bir pis hərəkətinin şahidi olmamışdır. Davudun Kiyev şəhərində yaşadığı müddətdə kimlərlə münasibət saxlaması, yaşadığı qadının olub-olmaması barədə, həmçinin kriminala meyilli insanlarla münasibətinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. Davudun istər bazarda, istərsə də başqa kimlərəsə hədə-qorxu gəlib pul tələb etməsinin şahidi olmamışdır. Təxminən 2018-ci ilin iyun ayının 25-də hələ uşaq vaxtlarından bir yerdə böyüdüyü qonşusu Şahid1 Kiyev şəhərinə qonaq dəvət etmiş, Rövşənin bütün yol xərclərini də o, ödəmişdir. Rövşən Kiyev şəhərinə gəldikdən sonra sonuncunu qarşılamış və Böyük Vasilkovskaya küçəsində yerləşən kirayə tutduğu evinə aparmışdır. Onlar gün ərzində səhər saatlarında birlikdə bazara gedib, işlədikdən axşama qədər orada olub birlikdə sonra işdən çıxıb gəzməyə getmişlər. O, Rövşəni şəhərin görməli yerləri ilə tanış etmiş, birlikdə futbol üzrə dünya çempionatının oyunlarını izləmişlər. Rövşən rus dilini bilmədiyi üçün tək heç yerə getməmiş, daim onun yanında olmuşdur. Rövşən Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onun necə insan olması, Ukrayna Respublikasında nə işlə məşğul olmasından xəbəri olmamışdır. Rövşən Kiyev şəhərinə qonaq gedəndən bir neçə gün sonra birlikdə bazarın yaxınlığında yerləşən həmyerlilərimizin işlətdiyi "Dolma" restoranına getmişlər. Həmin vaxtı Davud özü də restoranda olub dostları ilə birlikdə çörək yemişdir. Onlar içəri daxil olandan sonra o, Davuda yaxınlaşıb görüşmüş və Rövşəni Davudla tanış edib, Kiyev şəhərinə qonaq gəldiyini bildirmişdir. Davud bir həmyerli kimi Rövşənlə mehriban şəkildə salamlaşmış və onlar keçib başqa masada əyləşmişlər. Restoranda olduqları müddətdə Davudun kiminləsə ədavətinin olmasının, pis hərəkətinin şahidi olmamışdır. Bundan sonra Davudla əlaqəsi olmamışdır. 04 iyul 2018-ci il tarixdə Rövşən Bakı şəhərinə qayıtmalı olduğundan 03 iyul 2018-ci il tarixdə şəhərə gəzməyə getmək qərarına gəlmişlər. Həmin gün təxminən saat 12 radələrində Davud ona zəng vurub hazırda idman zalında olduğunu bildirib bir saatdan sonra "Dolma" restoranına gedib birlikdə çörək yeməyi təklif etmişdir. O, isə cavabında Rövşənin Bakıya qayıdacağını, buna görə də onu şəhərə gəzməyə aparmaq istədiyini demişdir. Davud isə cavabında Bakı şəhərindəki evlərinə pul göndərmək istədiyini deyib, həmin pulu çatdırmaqdan ötrü Rövşənlə birlikdə restorana baş çəkməyi xahiş etmişdir. 03 iyul 2018-ci il tarixdə saat 15 radələrində o, Rövşənlə birlikdə “Dolma” restoranına getmiş, içəri daxil olanda Davudun masa arxasında tək əyləşib çörək yediyini görmüşdür. Onlar Davudla salamlaşmış və Davud onlara birlikdə çörək yeməyi təklif etmişdir. Lakin onlar imtina etmiş, şəhərə gəzməyə gedəcəklərini demişlər. Bu zaman restoranın sahibi Kamran adlı şəxs Davuda yaxınlaşıb kirayələmək istədiyi evə baxmaq istəyib-istəmədiyini soruşmuş, Davud isə çörəyini yedikdən sonra evə baxmaq üçün gedəcəyini demişdir. Kamran tələsdiyi üçün Davuda “tez gedib evə baxdıqdan sonra qayıdıb çörəyini yeyərsən” deyə bildirmiş, buna görə də Davud masadan qalxıb onlara “5-10 dəqiqə gözləyin, gəlirəm” deyib Kamranla birlikdə restorandan çıxmışdır. Həmin vaxtı Davud həyəcanlı görünməmiş, hərəkətlərində hər hansı bir narahatçılıq hiss olunmamışdır. Onların dəqiq olaraq hara getmələrini bilməmişdir. Davud Rövşənə pul vermədiyi üçün xahişini nəzərə alıb restoranda əyləşib Davudu gözləməyə başlamışlar. Təxminən 10 dəqiqədən sonra siqaret çəkmək üçün Rövşənlə birlikdə restoranın qarşısına çıxmışlar, görmüşlər ki, Kamran restoranın sağ tərəfi ilə tək gəlib sürücüsünün idarə etdiyi “Kia” markalı avtomaşına əyləşib harasa getmişdir. X28 harada olmasını soruşmamışlar, siqareti çəkən müddətdə hər hansı bir səs-küyün, atəş səsinin şahidi olmamışlar. Təxminən 10 dəqiqə də keçdikdən sonra restoranın ofisiantı əslən azərbaycanlı olan adını bilmədiyi şəxs onlara yaxınlaşıb Davudun kiminsə tərəfindən güllələnməsi barədə məlumat vermişdir. Bunu eşidən kimi onlar dərhal restorandan çölə çıxmışlar. Restoranın giriş qapısından sağ tərəfə çönəndə səkinin üzərində Davudun üzü üstə yerdə uzanmasının, hər tərəfin qana bulaşmasının, ətrafda isə çoxlu sayda insanın toplaşmasının, təcili tibbi yardım avtomaşının gəlməsinin şahidi olmuşlar. O, tez Davuda yaxınlaşmış, həmin vaxtı Davud xırıldasa da, huşu özündə olmamış, danışmamışdır. Onlar tez Davuda ilkin yardım göstərmiş, üzünə su vurmuşlar, sonra isə ətrafda olan şəxslərin köməkliyi ilə Davudu təcili yardım avtomaşınına qoyub xəstəxanaya aparmışlar. Yol boyu o, Davudun yanında olub maşında əyləşmiş, Davud huşsuz olmuşdur. Davudun əynində olan cins şalvar, qısa qol köynək qana bulaşdığı üçün xəsarətlərini tam görə bilməmişdir. Yalnız kürəyində və sinəsində güllə yaraları olmuşdur. Həmin vaxtı Davudun ciblərindən hansı əşyaların çıxdığını, həmin əşyaları kimin götürdüyünü bilmir. Rövşən hadisə yerində qaldığı üçün dərhal iş yoldaşı Samidə zəng vurub Rövşəni də “Dolma” restoranının qarşısından götürüb xəstəxanaya gətirməsini xahiş etmişdir. Onlar xəstəxanaya çatdıqdan sonra Davudu maşından düşürüb əməliyyatxanaya aparmışlar, onları isə içəri buraxmamışlar. 10-15 dəqiqə xəstəxananın qarşısında gözlədikdən sonra polis əməkdaşları gəlib orada olan bütün şəxsləri şöbəyə aparmış, ifadələri alınmışdır. Orada olan zaman öyrənmişlər ki, Davud göstərilən cərrahi müdaxiləyə baxmayaraq ölmüşdür. Səhəri gün, yəni 04 iyul 2018-ci il tarixdə Rövşən Bakı şəhərinə qayıtmışdır. O, 13 iyul 2018-ci il tarixdə ailəsinə baş çəkmək üçün Bakı şəhərinə qayıtmış, 27 iyul 2018-ci il tarixdə yenidən Kiyev şəhərinə getmişdir. Bu müddət ərzində Davudun dəqiq olaraq hansı səbəbdən odlu silahdan atılmış atəş nəticəsində öldürülməsi barədə dəqiq məlumat əldə edə bilməmişdir. Bazarda gedən danışıqlardan bilmişdir ki, Davud kriminal aləmin nümayəndəsi olmuş, buna görə də öldürülmüşdür. 2019-cu ilin mart ayına qədər Kiyev şəhərində yaşayıb ticarətlə məşğul olduqdan sonra malları yolda xarab olduğundan ziyana düşmüş, buna görə də məcbur qalıb işini dayandırıb Bakı şəhərinə qayıtmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, onda Davudun kiminləsə düşmənçiliyi barədə məlumat olmamış, Yasin və Davud arasında münaqişə barədə heç nə eşitməmiş, ümumiyyətlə Yasini tanımamışdır. Davud vurulan zaman başına yığışanlardan “Dolma” restoranında olan aşbazları və ofisiantları tanımış, qalan şəxslər ukraynalılar olmuşdur. Həmin vaxt o, özünü itirmiş, nə deyilməsi dəqiq yadında deyildir. Orda bir rus olmuş və həmin rus Davudu vuran şəxsin qafqazlı qara, Davud boyda biri olduğunu demişdir. Davud rəhmətə gedəndən sonra o, Davudun kriminal aləmin nümayəndəsi olduğunu bilmişdir. Yasinin Davudu öldürməsi ilə bağlı heç nə eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, anket məlumatlarında qeyd olunan ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, hələ uşaq vaxtlarından Şüvəlan qəsəbəsində yerləşən "X43" ziyarətgahı yerləşən qəbristanlıqda fəhlə işləyir. Özü namaz qılıb oruc tutur, daim ibadətlə məşğul olur. Buna görə də heç bir pis vərdişi olmamış, kriminal aləmə meyilli insanlarla əlaqəsi yoxdur. 2018-ci ilin iyun ayının sonlarında hələ uşaq vaxtlarından bir yerdə böyüdüyü qonşusu X21 onu yaşadığı Ukrayna Respublikası, Kiyev şəhərinə qonaq dəvət etmişdir. Teymur bundan bir neçə il əvvəl tərəvəz məhsullarının satışı ilə məşğul olmaq üçün Kiyev şəhərinə köçüb orada yaşamağa başlamışdır. Buna baxmayaraq aralarında dostluq münasibəti olduğundan arabir telefonla əlaqə saxlamış, hal-əhval tutmuşdur. Teymur onun maddi vəziyyətinin yaxşı olmadığını nəzərə alıb bilet pulunu da özü ödəmiş və onu yaşadığı Kiyev şəhərinə qonaq aparmışdır. O, Kiyev şəhərinə 2018-ci ilin iyun ayının sonlarında dəqiq yadında qalmayan tarixdə getmiş və təxminən 8 gün orada Teymurun qonağı olmuşdur. Teymur Kiyev şəhərində dəqiq xatırlamadığı ünvanda yerləşən bazarda xiyar-pomidor satışı ilə məşğul olmuş, dediyinə görə işləri qaydasında getmiş, maddi vəziyyəti normal olmuşdur. O, Kiyev şəhərində Teymurun kirayə tutduğu ünvanını bilmədiyi evdə qalmışdır. Onlar gün ərzində səhər saatlarında birlikdə bazara gedib, axşama qədər orada olub birlikdə işlədikdən sonra işdən çıxıb gəzməyə gedirmişlər. Teymur onu şəhərin görməli yerləri ilə tanış etmiş, birlikdə futbol üzrə dünya çempionatının oyunlarını izləmişlər. Qonaq olduğu müddətdə Teymurun kiminləsə ədavətinin olmasının, kiminsə tərəfindən ona hədə-qorxu gəlinib pul istənilməsinin şahidi olmamışdır. Teymur özü də Kiyev şəhərindəki yaşayışından şikayətlənməmişdir. O, özü rus dilini bilmədiyi üçün tək heç yerə getməmiş, daim Teymur yanında olmuşdur. Zərərçəkmiş şəxs o, əvvəllər tanımamış, onun necə insan olması, Ukrayna Respublikasında nə işlə məşğul olmasından xəbəri olmamışdır. O, Kiyev şəhərinə qonaq gedəndən bir neçə gün sonra Teymurla birlikdə bazarın yaxınlığında yerləşən həmyerlilərinin işlətdiyi "Dolma" restoranına getmişlər. Həmin vaxtı Davud adlı şəxs də restoranda olub dostları ilə birlikdə çörək yemişdir. Onlar içəri daxil olandan sonra Teymur ona yaxınlaşıb görüşmüş və onu da Davudla tanış edib qonaq gəldiyini bildirmişdir. Davud görkəmcə idmançıya oxşamışdır. Davud bir həmyerli kimi onunla mehriban şəkildə salamlaşmış və onlar keçib başqa masada əyləşmişlər. Restoranda olduqları müddətdə Davudun kiminləsə ədavətinin olmasının, pis hərəkətinin şahidi olmamışdır. Bundan sonra Davudla əlaqələri olmamışdır. 04 iyul 2018-ci il tarixdə o, Bakı şəhərinə qayıtmalı olmuşdur. Buna görə də 03 iyul 2018-ci il tarixdə Teymurla qərara gəlmişlər ki, şəhərə gəzməyə getsinlər. Onun Bakıya qayıdacağını Teymurdan xəbər tutmuş Davud Teymurdan xahiş etmişdir ki, evlərinə çatdırmaq üçün ona pul versin. Buna görə də 03 iyul 2018-ci il tarixdə saat 15-16 radələrində Teymurla birlikdə “Dolma” restoranına getmişdir. Onlar içəri daxil olanda Davud masa arxasında tək əyləşib çörək yemişdir. Onlar içəri girib Davudla salamlaşmışlar və Davud onlara birlikdə çörək yeməyi təklif etmişdir. Lakin onlar imtina etmiş, şəhərə gəzməyə gedəcəklərini demişlər. Bu zaman restoranın sahibi Kamran adlı şəxs Davuda yaxınlaşıb nəsə demiş və Davud onlara “5-10 dəqiqə gözləyin, gəlirəm” deyib Kamranla birlikdə harasa çıxmışdır. Onların dəqiq olaraq hara getmələrini bilməmişdir. Davud ona pul vermədiyi üçün onun xahişini nəzərə alıb restoranda əyləşib Davudu gözləməyə başlamışlar. Təxminən 15-20 dəqiqədən sonra restoranın ofisiantı əslən azərbaycanlı olan adını bilmədiyi şəxs onlara yaxınlaşıb Davudun kiminsə tərəfindən güllələnməsi barədə məlumat vermişdir. Onlar bunu eşidən kimi dərhal restorandan çölə çıxmış, restoranın giriş qapısından sağ tərəfə çönəndə səkinin üzərində Davudun üzü üstə yerə yıxılmasının, hər tərəfin qana bulaşmasının, ətrafda isə çoxlu sayda insanın toplaşmasının, təcili tibbi yardım avtomaşının gəlməsinin şahidi olmuşlar. O, bu hadisədən bərk həyəcanlı olduğu üçün Davuda yaxınlaşmamış, Teymur və ətrafda olan şəxslər köməkləşib Davudu təcili tibbi yardım avtomaşınına qoymuşlar və xəstəxanaya aparmışlar. Onlar çölə çıxanda Davud xırıldamış, huşsuz vəziyyətdə olduğu üçün danışmamışdır. Həmin vaxtı Davudun ciblərindən hansı əşyaların çıxdığını görmüş, həmin əşyaları kimin götürdüyünü bilmir. O aralıda dayandığı üçün bunu görməmişdir. Teymur təcili tibbi yardım maşını ilə xəstəxanaya getdiyindən sonuncunun iş yoldaşı olan Samid adlı şəxs onu özü ilə götürüb xəstəxanaya aparmışdır. Onlar ora çatandan bir müddət sonra Davudun öldüyünü bildirmişlər. Bundan sonra isə izahatlarının alınması üçün polis şöbəsinə getmişlər. Səhəri gün yəni 04 iyul 2018-ci il tarixdə Bakı şəhərinə qayıtmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs tanımır, heç yerdə görməmişdir. Davudun kim tərəfindən öldürülməsi barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, 2012-ci ildən "xxxx" MMC turizm şirkətində satış agenti işləmişdir. 2019-cu ildə MMC-nin adı "xxxx" turizm şirkətindən “GNSİ” turizm şirkətinə dəyişilmişdir. O da həmin yerdə eyni qaydada satış agenti kimi fəaliyyətini davam etdirir. Satış agenti kimi işi aviaşirkətlərdən təyyarə biletləri almaqdan ibarətdir. Təyyarə biletləri 3 formada ona satılır. Onlardan biri pərakəndə qaydada satışdır. Yəni, vətəndaş özü şəxsən və ya onun vasitəçisi şirkətə yaxınlaşır və istədiyi bileti alaraq nağd şəkildə ödənişini edir. 2-ci forma tanışlar vasitəsilə satılan biletlərdir. Belə ki, onun və ətrafındakı tanışlarının "Whatsapp" və ya bilavasitə telefon vasitəsilə verdikləri sifarişlərdir. O, həmin sifarişləri qəbul edərək bileti elektron qaydada yazaraq sistemə yerləşdirir. Ödənişlər isə nağd qaydada bir neçə gün ərzində yerinə yetirilir. 3-cü formada isə şirkətin özünün müqavilə bağladığı digər şirkətlərin sifarişləridir. Belə ki, şirkətlər tərəfindən verilmiş sifarişləri o yerinə yetirir, ödənişi isə şirkətlər nağd və ya köçürmə yolu ilə edirlər. Bildirmək istəyir ki, 64 UY "xxxx" və ya indiki “GNSİ” şirkətinin “GALİLEO” sistemində, yəni beynəlxalq aviabiletlərin satıldığı sistemdəki kodudur. 065 isə satış agenti kimi onun həmin sistemdəki kodudur. Yəni 64UY065 dedikdə “GNSİ” şirkətinin agenti olan onun sistemdəki kodudur. İATA 61321621 isə “GNSİ” şirkətinin uçuş biletlərinin alınması üçün verilmiş beynəlxalq lisenziyadır. Ona ibtidai istintaq vaxtı əlamətləri deyilən Təqsirləndirilən şəxs adlı şəxsə satılmış təyyarə bileti həqiqətən də 03 iyul 2018-ci il tarixdə saat 16:47-də onun tərəfindən alınıbdır. Bildirmək istəyir ki, həmin biletdə həmçinin Belarusiyanın Minsk şəhərindən Türkiyənin Antalya şəhərinə uçuş yazılmışdı. Lakin hazırda sistemdə uçuşun saatı və günü barədə məlumatlar qalmadığından bu barədə dəqiq məlumat verə bilmir. Bundan başqa bildirmək istəyir ki, hazırda həmin bileti ona kimin sifariş etdiyini və ödənişi hansı qaydada etdiyini xatırlamır. Belə ki, hadisənin üzərindən 4 ilə yaxın vaxt keçdiyindən və o, həmin satışdan əvvəl və ondan sonra Təqsirləndirilən şəxs hər hansı bilet satmadığından həmin biletin kim tərəfindən sifariş edildiyini bilmir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid11 bildirdi ki, elektron sistemdə biletlər 1 il ərzində qalır. Biletin kimin tərəfindən alınmasına məhdudiyyət yoxdur. Soruşulan biletin necə sifariş edildiyini xatırlamır. Tarixlərlə bağlı texniki səhvlik olmur, bilet nə vaxt deyilirsə, o vaxta alınır. Şəxs xaricdə ola-ola da ona elektron qaydada bilet yazmaq mümkündür. Satıcı bileti kimin aldığını soruşmur, yalnız sərnişinin adı və soyadı soruşulur. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunan ifadəsində Şahid5 göstərmişdir ki, o, 03 iyul 2018-ci il tarixdə, saat 16:30 radələrində Antonoviç küçəsi 127 ünvanında yerləşən “UkrSibbank” binasının yanından keçdiyi zaman özündən arxada Bolşaya Vasilkovskaya küçəsi 122 saylı ev tərəfdən atəş səsinə oxşar səs eşitmişdir. O, ardıcıl 5 atəş saymış, belə atəş səslərini eşidərək qorxduğu üçün park edilmiş avtomobilin arxasında gizlənmişdir. Daha sonra avtomobilin arxasından çıxdıqda bir əlində tapança, digər əlində qara əşya, silahın maqazini və ya başqa bir şey tutan şəxsin necə atəş açdığını uzaqdan görmüşdür. Həmin şəxsin qısa saç kəsimi və hündür alnı olmuş, üzündə maska olmamışdır. Həmin şəxs slavyan görünüşlü olmamış, burnu böyük olmuş, idmançı bədən quruluşuna malik olmuşdur. Daha sonra həmin şəxs Bolşaya Vasilkovskaya küçəsi 122 və 123 saylı evlər tərəfə qaçmış, sağ əlində isə tapançaya oxşar əşya olmuşdur (cild 4, iş vərəqi 20-23; cild 11, iş vərəqi 217-223). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunan ifadəsində Xlabıstin (Rosoxa) Pavel Sergeyeviç göstərmişdir ki, o, 03 iyul 2018-ci il tarixdə, saat 16:45 radələrində Antonoviç küçəsindən Tver küçəsi ilə gedərkən 122 saylı evin yanında Bolşaya Vasilkovskaya küçəsinə döndüyünü, bu zaman insan qışqırığı səsini eşitdiyini, sonra özündən 40 metr məsafədə tapançadan atəş səsinə oxşar səs eşitdiyini, başını sol tərəfə çevirdikdə “Dolma” restoranının girişindən təxminən 30 metr məsafədə təxminən 40-45 yaşlı, boyu 190 sm olan, saçları tünd rəngli ağartı ilə, orta bədən qurluşlu zahirən azərbaycanlıya bənzər, boz-qara futbolka, göy rəngli cins və qara rəngli tufli geyinmiş bir kişi cinsli şəxsi gördüyünü, həmin şəxsdən 2 metr məsafədə üzünü həmin şəxsə tərəf çevirmiş halda təxminən 30 yaşlı, boyu 170-175 sm, orta bədən quruluşlu, qısa saç kəsimli, tünd saçlı, başında qara rəngli kepka, saqqalsız, zahirən azərbaycanlıya oxşar, üzərində yazı olmayan qara rəngli idman koftası, səhv etmirsə qara rəngli tufli geyinmiş kişi cinsli digər şəxsin əlində Makarov tapançasına bənzər əşya ilə birinci şəxsin döş qəfəsi nahiyəsinə atəş açdığını, 1-2 saniyədən sonra döş qəfəsi nahiyəsinə bir daha vurduğunu, qeyd olunan atəşlərdən sonra zərərçəkmiş şəxsin qarnı üstə asfalta düşdüyünü və ikinci şəxsin ona təxminən 1 metr məsafəyə yaxınlaşıb təkrarən 1-2 saniyə aralıqla belinin aşağı hissəsinə daha 3 atəş açdığını, sonra atəş açan həmin şəxsin sürətli şəkildə Tverskaya küçəsi ilə qaçdığını, burada Tverskaya küçəsi tərəfdən Vasilkovskaya küçəsi 122 saylı evin həyətinə girdiyini, həmin həyətin açıq həyət olduğunu, oradan Bolşaya Vasilkovskaya küçəsinə, Nemetskaya, Telman və Antonoviç küçəsinə çıxışlar olduğunu, yerdə uzanmış zərərçəkmiş şəxsə yaxınlaşdıqda sonuncunun xırıldayıb heç nə deyə bilmədiyini, əvvəlcə iki nəfər şəxsin yaxınlaşdığını, onlardan birinin kişi, digərinin isə qadın olduğunu, onların Antonoviç küçəsində yerləşən bankomatın yanında olduqlarını və atəş açan şəxsin məhz həmin istiqamətdə qaçdığını, 3-5 dəqiqə sonra isə təcili tibbi yardım gəldiyini, həmçinin atəş açan şəxsi çox güman ki, görsə tanıya biləcəyini göstərmişdir (cild 4, iş vərəqi 28-32, 70-73). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunan ifadəsində Şahid7 göstərmişdir ki, o, təxminən 03 iyul 2018-ci il tarixdə nahardan sonra saat 16 radələrində Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsində evin yanında boş şüşə və plasik butulka axtarmışdır. Həmin həyətdə zibil qabının yanında skamyada əvvəl tanımadığı, Qafqaz görünüşlü, hündür boylu, təxminən 185 sm, arıq bədən quruluşlu, başında qara rəngli önündə emblem olan kepka, əynində qara rəngli qısa gödəkçə, göy rəngli pambıq şalvar olan, çiynində qara rəngli kiçik çanta asılmış kişi cinsli bir şəxsi görmüşdür. Həmin şəxs skamyada oturmuş və çox əsəbi görünmüşdür, belə ki, oturduğu zaman daima ayaqlarını yelləmiş, sanki nədənsə qorxmuşdur. Həmin şəxs 5 dəqiqəyə yaxın oturduqdan sonra ayağa qalxıb 125 saylı evin yanına getmiş və ora-bura yeriməyə başlamışdır. Bu zaman həmin şəxsin mobil telefonuna kimsə zəng etmiş və o “Salam” deyərək cavab vermiş və xarici dildə danışmağa başlamışdır. Söhbət təxminən 5 dəqiqə davam etmiş və bu zaman həmin şəxs daima irəli-geri getmiş, aşkar surətdə əsəbləşmişdir. Bundan sonra həmin şəxs Nemetskaya küçəsinə tərəf getmiş və sonra hara getməsini görməmişdir. Həmin şəxs həyətdən uzaqlaşandan sonra həyətə qızılı rəngli “Honda” markalı avtomobil daxil olmuşdur. Avtomobildən heç kim çıxmamışdır. Avtomobilin şüşələri qara rənglə tonlaşdığından olduğu yerdən avtomobilin salonu görünməmişdir. Həmin avtomobilin nömrəsi “АИ” hərfindən başlamış və həyətin avtomobili olmamışdır. Avtomobil digər küçəyə çıxmaq istəmiş, lakin həyətin mərkəzində şlaqbaum olduğundan sürücü arxaya sürüb həyətdən çıxmış və sonra həyətə daxil olmamışdır. Sonradan eşitmişdir ki, Bolşaya Vasilkovskaya və Nemetskaya küçələrinin kəsişməsində restoranın yanında hansısa bir şəxs güllələnmişdir (cild 4, iş vərəqi 58-61). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunan ifadəsində Şahid8 göstərmişdir ki, o, 03 iyul 2018-ci il tarixdə saat 16:30 radələrində idarə etdiyi “Şkoda Fabia” markalı avtomobillə Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsi 122 ünvanında olan həyətə “Dolma” restoranının yanından evin arkasından daxil olmuş və Tverskaya küçəsinə tərəf hərəkət etmişdir. O, Bolşaya Vasilkovskaya küçəsi tərəfə evin arkasına dönəndə atəş səslərinə oxşar 4-5 səs eşitmişdir. O, Tverskaya küçəsinə tərəf çıxışa hərəkət edərkən “Ukreksimbank”ın yanından keçəndə qarşısına qaçan və sol əlində “Makarov” tapançasına oxşar əşya saxlayan, sağ əlində isə tapançanın darağına oxşar əşya saxlayan tanımadığı bir şəxs görmüşdür. O həmin şəxsi gördükdə anlamışdır ki, bir dəqiqə əvvəl eşitdiyi atəşi həmin şəxs açmışdır. Həmin şəxs sürətlə onun avtomobilinin yanından həyətə qaçmış, daha sonra hara getdiyini görə bilməmişdir. Bundan sonra Tverskaya küçəsinə çıxmış və sola dönərək Blaqovest əmlak agentliyinin qarşısında avtomobilini saxlamışdır. Avtomobildən çıxanda “Dolma” restoranının yanında Tverskaya küçəsi ilə Bolşaya Vasilkovskaya küçəsinin kəsişməsində çoxlu insan toplaşdığını və yerdə bir nəfər kişi cinsli şəxsin uzanmış vəziyyətdə olduğunu görmüşdür. O başa düşmüşdür ki, əlində tapança olan şəxs yerdə uzanan şəxsə atəş açmışdır. Əlində tapança ilə qaçan şəxs təxminən 30-35 yaşlarında, 175-180 sm hündürlüyündə, idman bədən quruluşlu, Qafqaz görünüşlü, saqqalı və ya üzündə az miqdarda tükü olmuşdur. Başında qara rəngli kepka, tünd rəngli paltar, qısa gödəkçə və şalvar geyinmişdir (cild 4, iş vərəqi 64-67). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunan ifadəsində X24 göstərmişdir ki, o, Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsi, 122 ünvanında yerləşən "xxxx" daşınmaz əmlak agentliyində məsləhətçi işləyir. 03 iyul 2018-ci il tarixdə, saat 16 radələrində ofislərinə “Dolma” restoranında işləyən Kamran adlı şəxs əvvəl tanımadığı və birinci dəfə gördüyü bir nəfər şəxslə gəlmiş, Kamran ondan tanışı üçün ev tapmağa köməklik etməyini xahiş etmiş, özünün isə görüşə getməli olduğunu deyərək demək olar ki, dərhal getmişdir. Kamranla birlikdə gələn şəxs isə bir otaqlı mənzilin kirayəsi ilə maraqlanmağa başlamış, hazırda Regenerator küçəsində üç otaqlı mənzil kirayələdiyini, lakin ona mərkəzə yaxın olan bir otaqlı mənzil lazım olduğunu demiş və hansı variantların olduğunu göstərməyini xahiş etmişdir. O, həmin şəxsə internet vasitəsilə kirayə verilən mənzilləri göstərmiş, lakin qeyd olunan təkliflər həmin şəxsin xoşuna gəlməmişdir. Daha sonra həmin şəxs +**********74 saylı mobil telefon nömrəsini verərək digər variantları onun telefonuna göndərməyini demiş, özünü Davud kimi təqdim etmişdir. Onların söhbətləri 20 dəqiqə davam etmişdir. Davud agentlikdən çıxandan bir neçə dəqiqə sonra atəş səsləri və qadın qışqırıq səslərinə bənzər səslər eşitdiyindən o, dərhal küçəyə çıxmış, Bolşaya Vasilkovskaya küçəsi ilə Tverskaya küçəsinin kəsişməsində “Dolma” restoranının yanında “Arxitektor krasotı” mağazasının qarşısında səkidə bir nəfər şəxsi yerdə uzanmış vəziyyətdə görmüşdür. İş yoldaşları ona müştərisinin öldürüldüyünü qışqırdıqlarından, dərhal Kamrana zəng edərək baş verənlər barədə danışmış, Kamran isə cavabında digər dildə qışqırmağa başlamış və dəstəyi yerə qoymuşdur. Qeyd olunan səsdən sonra öz kabinetinin pəncərəsindən boyu təxminən 170 sm, arıq bədən quruluşlu, açıq cins şalvar, kofta və ya tünd rəngli yüngül gödəkçə və tünd rəngli kepka geyinmiş tanımadığı bir kişi cinsli şəxsin qaçdığını görmüş, həmin şəxsin əlində nəsə olmuş, lakin tez qaçıb getdiyi üçün əlində nə olduğunu görməmişdir (cild 4, iş vərəqi 43-47; cild 11, iş vərəqi 143-148). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunan ifadəsində Şahid4 göstərmişdir ki, 03 iyul 2018-ci il tarixdə saat 16:28 radələrində o, Bolşaya Vasilkovskaya küçəsi, 122 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinin girişinin yanında mobil telefonla danışarkən ofisin yerləşdiyi tərəfdən əynində qara kepka, tünd rəngli kofta və tünd rəngli aşağı hissəsi olan, orta boylu, təxminən 170- 175 sm, orta bədən quruluşlu tanımadığı bir kişinin yuxarı tərəf qalxdığını görmüşdür. Həmin şəxs Qafqaz görkəmli digər şəxsə yaxınlaşandan sonra 5-10 metr məsafədə tapançaya oxşar əşyadan bir neçə dəfə atəş açmışdır. Həmin şəxs açıq qızılı rəngli sedan tipli avtomobildən çıxmış, avtomobilin nömrə nişanlarını və markasını xatırlamasa da, nömrədə “40” rəqəminə oxşar rəqəmin olmasını xatırlayır. Həmin şəxsin avtomobildən çıxmasını dəqiq görməsə də, qeyd olunan avtomobilin yaxınlaşaraq dayandığını və həmin şəxsin avtomobil tərəfdən Antonoviç küçəsi istiqamətində qalxmağa başladığını, əlində tapança olan şəxsin bir neçə dəfə atəş açdıqdan sonra əks tərəfə qaçdığını və “Ukreksimbank” bankı tərəfdə sağa döndüyünü görmüşdür. Daha sonra o, digər insanlarla birlikdə “Dolma” restoranının yanında yerdə olan zərərçəkmiş şəxsin yanına getmişdir. Həmin vaxt zərərçəkmiş şəxs üzü aşağı vəziyyətdə uzanmış və ondan qan gəlmişdir (cild 4, iş vərəqi 16-19; cild 11, iş vərəqi 173-179). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkmədə tərəflərin razılığı ilə elan olunan ifadəsində Şahid10 göstərmişdir ki, Təqsirləndirilən şəxs 2013-cü ildə 5-8 ay ərzində onun sürücüsü işləmişdir. Təqsirləndirilən şəxsla onu oğlu tanış etmişdir. 2013-cü ildə dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs ona zəng vuraraq Kiyev vilayətində “Karvan” restoranına təcili yardım lazım olduğunu demiş, o, “Boris” təcili yardımını çağırmış və Təqsirləndirilən şəxs xəstəxanaya aparılaraq orada əməliyyat olunmuşdur. Xəstəxanada olan bir çox qohumları onun Zərərçəkmiş şəxs tərəfindən güllələndiyini bildirmişlər. Bu hal onu çox əsəbiləşdirmiş və Yasindən incimişdir. O, xəstəxanada Təqsirləndirilən şəxs demişdir ki, belə davalarda iştirak etdiyi, onun arxasınca iş gördüyü və ona heç nə demədiyi üçün onu və ailəsini təhlükəyə atır. Buna görə də, Təqsirləndirilən şəxs yanında işdən çıxartmışdır. Bundan sonra bir daha Təqsirləndirilən şəxsla əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə atışma baş verən münaqişənin səbəbi barədə məlumatı yoxdur (cild 11, iş vərəqi 229-235). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, hadisə Ukraynanın Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsi 122 ünvanındakı 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən “Dolma” restoranı ilə "xxxx" daşınmaz əmlak agentliyi arasındakı “Arxitektor krasotı” peşəkar kosmetika mağazasının mərkəzi girişinin qarşısında baş vermişdir. Baxış zamanı “Arxitektor krasotı” mağazasının qarşısında olan pilləkənlərdə qana bənzər al rəngli maddənin yuyulmuş ləkələri aşkar olunaraq 2 ədəd tənzif tamponları vasitəsilə yaxma nümunələri və səkidə, həmçinin avtomobil yolunda cəmi 8 ədəd 9 millimetr kalibrli gilizə oxşar əşyalar aşkar olunaraq götürülmüşdür (cild 3, iş vərəqi 8-10). İşdə olan və məhkəmədə tədqiq edilmiş Ukrayna Səhiyyə Nazirliyi Kiyev şəhər X4 departamentin Kiyev şəhər 17 saylı Kliniki xəstəxanası politravma şöbəsinin 844 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin və qarının çoxsaylı 8 ədəd odlu silah yaraları, TAP soldan, ürəyin, sol ağ ciyərin iki tərəfi yarası, total hematoraks, hemotamponada, hemoperitoneum diaqnozu ilə xx.xx.2018-ci il saat 16:45-də xəstəxanaya gətirilmiş və xx.xx.2018-ci ildə saat 17:40-da ölmüşdür (cild 3, iş vərəqi 11). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə (cəsədə) baxış keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Kiyev şəhər 17 saylı Kliniki xəstəxanasının “morq” otağında Zərərçəkmiş şəxs meyitinə baxış zamanı meyitin üzərində 2 ədəd gülləyə bənzər metal əşyalar aşkar olunaraq götürülmüş, həmçinin əynində olmuş paltarlar, yəni bir cüt qara rəngli corab, bir ədəd qara rəngli kəmər, yaşılımtıl-ağ rəngli tuman və zədələnmiş qara rəngli futbolka çıxarılaraq götürülmüşdür (cild 3, iş vərəqi 12-15). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2018-ci il tarixli, 2143 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin ekspertizası zamanı aşkar edilmişdir: yandırıcı güllə yaraları, döş qəfəsinin, qarın nahiyəsinin, sol çiyin və sol budun güllə yaraları: - birinci kor güllə yarası: giriş yarası sol çiyinin arxa səthində yerləşir, oradan yara kanalı ayrılır, arxadan önə doğru aşağıdan yuxarıya doğru yönəldilir, yumşaq toxumalar yara kanalı boyunca zədələnmişdir. Yağ toxuması bitir. Kanalın sonunda, diametri 9 mm olan sarı qabıqda metal güllə aşkar edildi. Çıxış yarası yoxdur. - ikinci nüfuz edən güllə yarası: giriş yarası sağ budun xarici səthinin orta üçdə bir hissəsində yerləşir, yara kanalı yaradan ayrılır, sağdan sola, bir az qabaqdadır. Posterior bud qrupunun əzələləri, sağ ombanın aşağı daxili kvadrantında yerləşən çıxış yarası ilə bitir. - üçüncü nüfuz edən güllə yarası: giriş yarası sağ budun yuxarı üçdə birinin xarici səthində yerləşir, yaradan sağdan sola, aşağıdan yuxarıya, bir qədər arxaya doğru istiqamətlənmiş yara kanalı çıxır; yumşaq toxumaları, orta hissədən sağ gövdə ilik sümüyünü, nazik bağırsağın mezenteriyasını və mədənin ön və arxa divarlarını, 6-cı qabırğaarası boşluğun əzələlərini zədələyir və çıxış yarası ilə bitir. Sol döş qəfəsinin ön səthində yerləşir. - dördüncü kor güllə yarası: giriş yarası döş qəfəsinin sağ və yan səthinin aşağı üçüncü hissəsində yerləşir, oradan yara kanalı ayrılır, sola, bir qədər öndən arxaya və aşağıdan aşağıya doğru keçir, üst, yumşaq toxumaları zədələyir, yuxarı kənar, sağ və sol qaraciyər hissəcikləri, sol diafraqma günbəzi, perikard, sağ mədəciyin arxa divarı, sol mədəciyin yan divarı, ürək çəpəri, yuxarı sol ağciyər, yivə bənzər bir çuxur ilə (əməliyyat zamanı güllənin götürüldüyü yer). Çıxış yarası yoxdur. - beşinci kor güllə yarası: giriş yarası qarın boşluğunun sağ yan səthində yerləşir, oradan yara kanalı sağdan sola doğru ayrılır, yumşaq toxumaları, sağ iliak sümüyü zədələyir, yarımaysal pisləşmə ilə. sağda və solda arxa əzələ və sarı qabıqda metal aşkar edildiyi sol iliac kisəsinin təpəsindəki dərialtı toxumada bitir. Çıxış yarası yoxdur. - altıncı nüfuz edən güllə yarası: giriş yarası qarın boşluğunun ön səthində yerləşir, oradan yara kanalı sağdan sola, aşağıdan yuxarıya doğru ayrılır, qarın boşluğunun yumşaq toxumalarını zədələyir, bununla bitir, yuxarı üçdə bir hissədə sol budun ön səthində çıxış yarası. - yeddinci nüfuz edən güllə yarası: giriş yarası sol döşün daxili kvadrantında yerləşir, oradan yara kanalı sağdan sola, bir qədər yuxarıdan aşağıya doğru ayrılır, sol budun yumşaq toxumalarını zədələyir; yuxarı üçdəbir hissədə sol budun xarici səthində. Sol plevra və qarın boşluqlarında qan yığılması, daxili orqanların anemiyası, sol mədəciyin endokardının altında zolaqlı qansızmalar, kəskin alveolyar amfizem sahələrişok təzahürləri, qan itkisi təzahürləri vardır. 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ölümü bədəninə çoxsaylı güllə yaraları, daxili orqanların zədələnməsi, şok və qan itkisi nəticəsində baş vermişdir. Zərərçəkmişin ölümü xx.xx.2018-ci il, saat 17:40-da 1966/844 saylı tibbi sənədlərə əsasən müəyyən edilmişdir. Bədənə vurulan bu güllə yaraları ölümün başlanğıcı ilə birbaşa səbəb-nəticə əlaqəsindədir. Aşkar edilmiş bütün güllə yaraları ölümün baş verməsindən təxminən 1-2 saat əvvəl baş verib (tibbi sənədlərə əsasən xx.xx.2018-ci il tarixinə uyğun ola bilər). Bu odlu silahlarda ağır bədən xəsarəti (həyat təhlükəsi), döş qəfəsinin, qarın boşluğunun və daxili orqanların nüfuz edən yaralarının zərbə və qan itkisi əlamətləri var. Ağayevin bədənində odlu silahdan açılan 7 güllədən açılan yaralar, metal güllələrlə, güllələr aşkar edilib. Atış məsafəsi maddi sübutlara (cəsəddə olan paltarlara) baxış zamanı müəyyən edilir. Bütün güllə yaraları zərərçəkmişin atəş açıldığı odlu silahın sağ tərəfinə və bir qədər arxa tərəfinə baxdığı anda baş verib. Bədəndəki yaraların yerini və yara kanallarının istiqamətini nəzərə alaraq, Zərərçəkmiş şəxs yaraları qəbul edərkən bədənin mövqeyi həm şaquli, həm də üfüqi ola bilər və ya dəyişə bilər. Bədəndə göstərilən xəsarətlərdən başqa heç bir xəsarət aşkar edilməyib. 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs cəsədinin qanının məhkəmə-toksikoloji ekspertizasının nəticələrinə görə spirtli içki və narkotik aşkar edilməmişdir (cild 3, iş vərəqi 17-20). İşdə olan və məhkəmədə tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, meyitə baxış zamanı götürülmüş 2 ədəd gülləyə bənzər metal əşyalardan biri yastılanma formasında olmaqla ön hissədə deformasiyaya malikdir, həmçinin hər ikisinin bütün perimetr üzrə çoxsaylı cızıqlar vardır (cild 3, iş vərəqi 29-30). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Kiyev şəhəri, Qayevaya küçəsi 15 saylı evin yanında yer ərazi divarından 20 metr məsafədə yerləşir. Qeyd olunan yerdə iki avtomobil park edilmişdir: qırmızı rəngli İM 1016 (tranzit nömrə) d.q.n. “Subaru Forestr”, nömrə nişanları olmayan, bej rəngli “Honda Civic”, “Subaru” və “Honda” avtomobilləri arxa hissəsi yaşıl zonaya tərəf, ön tərəfi yol hissəsinə tərəf park edilmişdir. Baxış anında “Honda Civic” avtomobili iki nömrə nişanı olmadan avtomobilin lakkraska örütüyü arxa tərəfdən işlənmiş qaz borusu üstündə arxa bamper qara rəngli sıyrıq şəkilli silinmə var; sürücü oturacağı tərəfdən dam qeyri-bərabər formalı ləkələrə malikdir. Avtomobilin pəncərələri tonlaşdırılmışdır. Baxış anına “Honda Civic” avtomobili açıqdır. Avtomobilin salonunda sürücü oturacağı tərəfdən sol qapı (ön) şəxsi əşya üçün bölmədə "Morşinskaya", 075 l su butilkası var, "Premiya" nəm salfetlərlə paçka, "Ruta" nəm salfetlərlə paçka, şəffaf polimer material hissəsi, "X33" siqaretlərinin boş paçkası, "Vinston" siqaretlərinin boş paçkası, əzilmiş kağız salfet, Mak Donalds fiskal çeki (Kiyev ş., Demeyev mey., 13, tarix xx.xx.2018 vaxt 12/26), "PrivatBank" çeki (Kiyev ş., Mexanizatorlar küç., 3, tarix 02:07/2018 21:20 "xxxx" MMC). Ön sağ qapıların əşya üçün yerində içində maye olan butulka var, butulkanın üstündə "Voda moxito" yapışqanı var. Cihazlar panelində hər hansı bir əşya və aksessuar yoxdur. Saxlanc yerində iki ədəd qara rəngli naqil var. Sürücü və ön sərnişin oturacağı arasında qoltuqaltı vardır, onun içində ağ rəngli kağız salfetlər, + **********50 müxtəlif rəngli lifecell sim kartının plastik saxlayıcısı, ağ plastik sıxma, "KAKTUZ" yazısı ilə CD-R disk optik daşıyıcısı, mürəkkəblə "P" yazılı Verbatim markalı CD-R idks optik daşıyıcısı vardır. Qoltuqaltı ilə və sürət qutusu arasında bağlı olan aralıq vardır, orada əşya yoxdur. Ön sərnişin oturacağında oturacaq söykənəcəyinə kağız kəsiyi yapışıdırılmışdır. Avtomobilin ön və arxa oturacağı yanında rezin örtük var. Rezin örtük üzərində ön sərnişin oturacağının yanında şəffaf maye izləri var. Arxa sağ sərnişin oturacağı tərəfdən rezin örtük üstündə üç daxili şöbə və çiyində tutacağı ilə "GORANGD" qara rəngli kişi çantası var. Çantanın içində aşağıdakılar var: birinci şöbə - "CENTRİUM" yazısı ilə qara rəngli kişi şapkası; ikinci şöbə - enerji qurğusu (MEİZU qidalanma bloku vǝ iPhone enerji naqili) ağ rəngli, açar bağlaması, "APECS" yazısı olan açar, "FAYN" yazısı olan açar, üçbucaqlı formalı yazısı olmayan açar, qara rəngli maqnit açar, üçüncü şöbə - 270 (iki yüz yetmiş) rubl məbləğində pul (Belarus Respublikası Milli Bankı), prezervativ Durex, AROMA KAVA endirim kart, Dogma card No 8595 endirim kartı. Kişi çantasının yanında ağ rəngli salfet vardır. Avtomobil ǝl əyləcindədir, təhlükəsizlik kəmərləri cihazlarında əlavə qurğular var, bir əlavə qurğu ön sərnişin oturacağı tərəfdədir. Sürücü oturacağı tərəfdən şüşə altında vin kod var JHMFD16408S202783. Sərnişin oturacağının cibundǝ Kinder konfetinin örtüyü var. Sükan çarxı (sükanın) yanında 11116 nişanlanması ilə "Perets-16" balonu var. Baxış zamanı aşağıdakılar aşkar olunmuş və götürülmüşdür: - Perets-16 bibər balonundan yaxmalar zərfə yerləşdirilmişdir; - Prezervativ Durex, AROMA KAVA endirim kartı, Dogma card endirim kartı - zərfə yerləşdirilmişdir. - Qoltuqaltı tutacağından yaxma - zərfə yerləşdirilmişdir. - Arxa sol qapının düymə tutacağından (daxili tərəf) yaxmalar - zərfə yerləşdirilmişdir. Ön sərnişin oturacağından mikroobyektlər - zərfə yerləşdirilmişdir. - Ön sərnişin oturacağından mikroobyektlər - zərfə yerləşdirilmişdir. - Ön sərnişin yerinin yanındakı rezin örütkdən şəffaf maye yaxması - zərfə yerləşdirilmişdir. - Ön sağ qapının şəxsi əşyalar bölməsindən "Maxito yazısı ilə yaşıl rəngli 0,5 l yarımşəffaf butulka - zərfə yerləşdirilmişdir. - Ön sol qapının şəxsi əşyalar bölməsindən "Morşinskaya" yazılı 0,75 l plastik butulka - zərfə yerləşdirilmişdir. - Salonda sol tərəfdən arxa sərnişin oturacağından mikroobyektlər - zərfə yerləşdirilmişdir. - Salonun sürücülük oturacağından mikroobyektlər - zərfə yerləşdirilmişdir. - Salondan qoltuqaltından lifecell sim kartının plastik saxlayıcısı, ağ plastik sıxma; - Sol ön qapı tərəfdən sürücü oturacağından mikroobyektlər; - Ön sərnişin oturacağının cibindən müxtəlif rəngli "Kinder" bağlaması; - Sağ tərəfdə qara çanta üzərində arxa oturacaqda olan ağ quru kağız salfet; - Orta arxa baş qoyulan yerdən yaxmalar; - Sağ ön qapıların dəstək və düymələrindən (daxili səth) yaxmalar; - Sol arxa baş qoyulan yerdən yaxmalar; - Sağ arxa qapıların dəstək və düymələrindən (daxili səth) yaxmalar; - Baqaj yerinin açılma düyməsindən yaxmalar; - Sürücü oturacağı kəmər yeri üçün qurğudan yaxmalar; - Ön sərnişin oturacağı baş qoyulan yerdən yaxmalar; - Sürücü qapısının dəstək və düymələrindən (daxili səth) yaxmalar; - Sərnişin oturacağı (ön) bel hissəsindən ağ kağız kəsiyi; - Yaşıl rəngli "Ruta" nəm salfet qablaşması; - Sol ön qapıdan şəxsi əşyalar şöbəsindən əmtəə çeki; - Saqqızın qablaşmasının bir hissəsi; - Üzərində 20 yazısı olan şəffaf polietilen qaplaşma fraqmenti; - Sol ön qapıdan şəxsi əşyalar şöbəsindən "Parliament" siqareti paçkası; - Salon qoltuqaltı hissəsindən ağ kağız salfetlər; - "GORANGD" qara rəngli çanta; - "CENTRİUM" yazısı ilə qara rəngli şapka; - Cǝrǝyan qurğusu və maqnitli açar bağlaması; - Qara rəngli çantadan nominalı 50, 50, 50, 100, 20 olan pul vəsaitinə oxşar əskinaslar; - Ön sərnişin oturacağı kəmər yeri üçün qurğusundan yaxmalar; - Skotç lenti ilə fiksǝ edilmiş qırmızı rəngli "Perets-16" istiot balonu; - Sağ arxa oturacaq baş qoyulan yerindən yaxma; - Sürücü oturacağından ağ rəngli kağız salfet; - Ön sürücü oturacağı baş qoyulan yerindən yaxma; - Sürücü oturacağının vəziyyətinin təmzimlənmə yerindən yaxma; - "Morşinskaya" butulkasının su tökülən yerindən və qapağından yaxma; - Ön sərnişin oturacağının vəziyyətinin təmzimlənmə yerindən yaxma; - Sürət qutusu ötürücüsündən yaxma; - "Moxito" butulkasının su tökülən yerindən və qapağından yaxma; - Sol ön qapıdan şəxsi əşyalar şöbəsindən "Vinston" siqaret paçkası; - Sükandan yaxma; - Salonun arxa oturacağından mikroobyektlər (sağ arxa qapılar tərəfdən); - Sol ön qapıdan şəxsi əşyalar şöbəsindən Mak Donalds əmtəə çeki; - Mürəkkəblə "P" yazılı Verbatim markalı CD-R disk optik daşıyıcısı; - "KAKTUZ" yazısı ilə CD-R disk optik daşıyıcısı; - Arxa sağ sərnişin oturacağından qoxu izi; - Arxa sol sərnişin oturacağından qoxu izi; - Honda CİVİC markalı avtomobil, vin kod JHMFD16408S202783; Bütün yuxarıda sadalananlar kağız zərflərə qablaşdırılmışdır, "Zərflər üçün" möhürü ilə möhürlənmişdir, hal şahidləri tərəfindən imzalanmışdır (cild 3, iş vərəqi 31- 36). İşdə olan X2 xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, X5 Kiyev vilayəti, Vasilkovskiy rayonu, Baqrin k., Şevçenko küç., 12 ünvanında yerləşən evin yanında qaraj sahəsində yerləşən ona məxsus olan nəqliyyat vasitəsinə, yəni Aİ 4450 HE d.q.n. “Honda Civic” avtomobilinə baxış keçirməyə razılıq vermişdir. Baxış zamanı videoçəkiliş tətbiq edilməməsini xahiş etmiş, polis əməkdaşlarına qarşı iddiasının olmamasını qeyd etmişdir (cild 3, iş vərəqi 37). İşdə olan maddi sübut kimi tanınma haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, təsvir olunan bej rəngli nömrə nişanları olmayan, vin kod JHMFD16408S202783 olan “Honda Civic” avtomobilinə baxış zamanı əşyalar götürülmüşdür, yəni: Perets-16 bibər balonundan yaxmalar - zərfə yerləşdirilmişdir; Prezervativ Durex, AROMA KAVA endirim kartı, Dogma card endirim kartı - zərfə yerləşdirilmişdir, qoltuqaltı tutacağından yaxma - zərfə yerləşdirilmişdir, arxa sol qapının düymə tutacağından (daxili tərəf) yaxmalar - zərfə yerləşdirilmişdir, ön sərnişin oturacağından mikroobyektlər - zərfə yerləşdirilmişdir, ön sərnişin yerinin yanındakı rezin örütkdən şəffaf maye yaxması - zərfə yerləşdirilmişdir, ön sağ qapının şəxsi əşyalar bölməsindən "Moxito" yazısı ilə yaşıl rəngli 0,5 l yarımşəffaf butulka - zərfə yerləşdirilmişdir, ön sol qapının şəxsi əşyalar bölməsindən "Morşinskaya" yazılı 0,75 l plastik butulka - zərfə yerləşdirilmişdir, salonda sol tərəfdən arxa sərnişin oturacağından mikroobyektlər - zərfə yerləşdirilmişdir, salonun sürücülük oturacağından mikroobyektlər zərfə yerləşdirilmişdir, salondan qoltuqaltından lifecell sim kartının plastik saxlayıcısı, ağ plastik sıxma, sol ön qapı tərəfdən sürücül oturacağından mikroobyektlər, ön sərnişin oturacağının cibindən müxtəlif rəngli "Kinder" bağlaması, sağ tərəfdə qara çanta üzərində arxa oturacaqda olan ağ quru kağız salfet, orta arxa baş qoyulan yerdən yaxmalar, sağ ön qapıların dəstək və düymələrindən (daxili səth) yaxmalar, sol arxa baş qoyulan yerdən yaxmalar, sağ arxa qapıların dəstək və düymələrindən (daxili səth) yaxmalar, baqaj yerinin açılma düyməsindən yaxmalar, sürücü oturacağı kəmər yeri üçün qurğusundan yaxmalar, ön sərnişin oturacağı baş qoyulan yerdən yaxmalar, sürücü qapısının dəstək və düymələrindən (daxili səth) yaxmalar, sərnişin oturacağı (ön) bel hissəsindən ağ kağız kasiyi, yaşıl rəngli "Ruta" nəm salfet qablaşması; sol ön qapıdan şəxsi əşyalar şöbəsindən əmtəə çeki; saqqızın qablaşmasının bir hissəsi, üzərində 20 yazısı olan şəffaf polietilen qaplaşma fraqmenti, sol ön qapıdan şəxsi əşyalar şöbəsindən "Parliament" siqareti paçkası, salon qoltuqaltı hissəsindən ağ kağız salfetlər, "GORANGD" qara rəngli çanta, "CENTRİUM" yazısı ilə qara rəngli şapka, cərəyan qurğusu və maqnitli açar bağlaması, qara rəngli çantadan nominalı 50, 50, 50, 100, 20 olan pul vəsaitinə oxşar əskinaslar, ön sərnişin oturacağı kəmər yeri üçün qurğusundan yaxmalar, skotç lenti ilə fiksə edilmiş qırmızı rəngli "Perets-16" istiot balonu, sağ arxa oturacaq baş qoyulan yerindən yaxma, sürücü oturacağından ağ rəngli kağız salfet, ön sürücü oturacağı baş qoyulan yerindən yaxma, sürücü oturacağının vəziyyətinin təmzimlənmə yerindən yaxma, "Morşinskaya" butilkasının su tökülən yerindən və qapağından yaxma, ön sərnişin oturacağının vəziyyətinin təmzimlənmə yerindən yaxma, sürət qutusu ötürücüsündən yaxma, "Moxito" butilkasının su tökülən yerindən və qapağından yaxma, sol ön qapıdan şəxsi əşyalar şöbəsindən "Vinston" siqareti paçkası, sükandan yaxma, salonun arxa oturacağından mikroobyektlər (sağ arxa qapılar tərəfdən), sol ön qapıdan şəxsi əşyalar şöbəsindən Mak Donalds əmtəə çeki, mürəkkəblə "P" yazılı Verbatim markalı CD-R idks optik daşıyıcısı, "KAKTUZ" yazısı ilə CD-R disk optik daşıyıcısı, arxa sağ sərnişin oturacağından qoxu izi, arxa sol sərnişin oturacağından qoxu izi, "PrivatBank" çeki (Kiyev ş., Mexanizatorlar küç., 3, tarix xx.xx.2018 21:20 "xxxx" MMC), Honda CİVİC markalı avtomobil, vin kod JHMFD16408S202783 cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Müvafiq ekspertizaların keçirilməsindən sonra maddi sübutların Ukrayna Milli Polisinin Kiyev şəhəri üzrə Baş İdarəsinin maddi dəlillərin saxlanc kamerasına təhvil verilməsi qərara alınmışdır (cild 3, iş vərəqi 40-44). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə nəqliyyat-trasoloji ekspertizasının xx.xx.2018-ci il tarixli, 12-2/695 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan dövlət nömrə nişanları olmayan “Honda Civic” markalı avtomobilin kuzovunun (banın) eyniləşdirmə nömrəsi kuzovun (banın) ilk eyniləşdirmə nişanlarının silinməsi yolu ilə kustar şəraitdə dəyişdirilmiş, sonradan “JHMFD16408S202783” nişanları vurulmuş, ilkin eyniləşdirmə nömrəsi isə “JHMFD16707S22292” olmuşdur (cild 3, iş vərəqi 69-71). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2018-ci il tarixli, 8-5/805 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan 4 güllədən 1-i boz rəngli metaldan olmaqla, atılmış, qişasız, çox güman kustar üsulla hazırlanmış, patron kalibri 9 millimetr olan güllədir, odlu silah döyüş sursatlarına aid deyil; 3-ü isə atılmış, qişalı, sənaye üsulu ilə hazırlanmış, 9x18 milimetr kalibri olan tapança patronlarının hissələri olan güllələrdir, odlu silah döyüş sursatına aid deyil. Qişasız güllənin konstruktiv xassələri, onun istehsalı üçün istifadə olunan materialları və güllənin səthində silahın izlərinin əks olunması xarakterini nəzərə alaraq güllənin aparıcı hissəsinin səthində olan ikinci izlərin odlu silahının konkret nüsxəsinin eyniləşdirilməsi üçün yararlı olub-olmaması məsələsini yalnız iz saxlayan obyekt - odlu silah lüləsi və müvafiq güllələrdə eksperimental patronlar olduqda müəyyən etmək mümkün olacaqdır. Qişalı güllə səthində mövcud olan silah izləri odlu silahın konkret nümunəsinin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim olunan 8 giliz döyüş sursatlarına aid deyil, 9x18 milimetr kalibrli tapança patronlarının hissələridir (atılmış gilizləridir). Həmin gilizlər sənayə üsulu ilə hazırlanmış və odlu silahın bir nüsxəsindən - Makarov konstruksiyası bazasında 9x18 milimetr kalibrli özüdolan tapançadan (çox güman kustar üsulla hazırlanmış və ya kustar üsulla emal olunmuş) atılmışdır. 3 qişalı güllə kustar üsulla hazırlanmış və ya kustar üsulla emal olunmuş sağ yatıqlı dörd yivə malik 9 millimetr kalibrli odlu silahdan atılmışdır. Tədqiqata təqdim olunan güllələrdən odlu silahın bir nüsxəsindən atılıb-atılmamasını qişasız güllənin konstruktiv xüsusiyyəti, onun istehsalı üçün istifadə edilmiş materialların xüsusiyyətlərini və silahın qeyd olunan izlərinin güllə üzərində əks olunması xarakterini nəzərə alaraq müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan məsələ yalnız iz saxlayan obyekt-odlu silah lüləsi və müvafiq güllələr olan eksperimental patronlar olduğu halda həll oluna bilər (cild 3, iş vərəqi 83- 86). İşdə olan və məhkəmədə tədqiq edilmiş şəxsin fotoşəkil üzrə tanınmaya təqdim olunması haqqında xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, fotoşəkillərlə tanınmaya təqdim etmədən əvvəl Şahid7 03 iyul 2018-ci ildə saat 16 radələrində Kiyev şəhəri B.Vasilkovskaya küçəsi 118 saylı evin həyətində skamyada oturan əsəbi olan, digər dildə telefonla danışan, sonra isə Nemetskaya küçəsi istiqamətində gedən, Qafqaz görünüşlü, boyu təxminən 185 sm olan arıq, tünd göy paltarda olan, başında tünd kepka olan kişini gördüyünü bildirmiş, ona təqdim olunmuş fotocədvəldə Şahid7 2 saylı fotoşəkildə əksi olan Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək onun həmin gördüyü şəxs olduğunu göstərmiş və onu üz cizgilərindən və gözlərindən tanıdığını bildirmişdir (cild 4, iş vərəqi 62-63). İşdə olan və məhkəmədə tədqiq edilmiş şəxsin fotoşəkil üzrə tanınmaya təqdim olunması haqqında xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, fotoşəkillərlə tanınmaya təqdim etmədən əvvəl Şahid8 03 iyul 2018-ci ildə saat 16:30 radələrində Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsi 122 saylı ünvanda olan həyətdən keçərkən Tverskaya küçəsi tərəfdən həyətə girən, əlində “Makarov” tapançasına və tapançanın darağına oxşar əşya saxlayan kişini gördüyünü, bundan bir dəqiqə əvvəl atəş səsləri eşitdiyini, görünüşcə 30-35 yaşlı, boyu 175-180 sm, qafqaz görünüşlü, idman bədən quruluşlu, üzündə az miqdar tüklə, tünd paltarda, başında kepka və ya şapka olan şəxsi gördüyünü bildirmiş, ona təqdim olunmuş fotocədvəldə Şahid8 4 saylı fotoşəkildə əksi olan Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək onun həmin gördüyü şəxs olduğunu göstərmiş və onu üz cizgilərinə görə tanıdığını bildirmişdir (cild 4, iş vərəqi 68-69). İşdə olan və məhkəmədə tədqiq edilmiş şəxsin fotoşəkil üzrə tanınmaya təqdim olunması haqqında xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, fotoşəkillərlə tanınmaya təqdim etmədən əvvəl şahid Xlabıstin (Rosoxa) Pavel Sergeyeviç 03 iyul 2018-ci ildə “Dolma” restoranının yanında digər şəxsə atəş açan, Qafqaz görünüşlü, orta idman bədən quruluşlu, boyu təxminən 180 sm olan, tünd göy rəngli cins, göy rəngli kofta, tünd rəngli idman kepkası geyinmiş kişini gördüyünü bildirmiş, ona təqdim olunmuş fotocədvəldə şahid Xlabıstin (Rosoxa) Pavel Sergeyeviç 1 saylı fotoşəkildə əksi olan Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək onun həmin gördüyü şəxs olduğunu göstərmiş və onu üz cizgilərinə görə tanıdığını bildirmişdir (cild 4, iş vərəqi 74-75). İşdə olan və məhkəmədə tədqiq edilmiş şəxsin fotoşəkillərlə şəxsiyyətin müəyən edilməsi üçün şəxsin təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, fotoşəkillərlə tanınmaya təqdim etmədən əvvəl Şahid5 2018-ci ilin yayında bir gün Kiyev şəhəri Antonoviç küçəsindən “Ouşev Plaza” tərəfə gedərkən hərəkət zamanı Kiyev şəhəri, Velika Vasilkovskaya küçəsi 122 ünvanında olan silah səslərini eşitdiyini, əlində silah, hündür alın forması, qeyri-slavyan görünüşlü, iri burnu olan adam gördüyünü bildirmiş, ona təqdim olunmuş fotocədvəldə Şahid5 3 saylı fotoşəkildə əksi olan Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək onun həmin gördüyü şəxs olduğunu göstərmiş və onu qeyd etdiyi əlamətlərə görə tanıdığını bildirmişdir (cild 12, iş vərəqi 6- 10). İşdə olan və məhkəmədə tədqiq edilmiş “X40 Company Limited” tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 15-08/1 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2018-ci il tarixdə Kiyev-Minsk aviareysi ilə Belarus Respublikasının Minsk şəhərinə uçması qeyd olunmuşdur (cild 4, iş vərəqi 81). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 5943 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu yaddaşın enməsi ilə” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi həmin xəstəxanada müalicədə olubdur (cild 5, iş vərəqi 133). İşdə olan və məhkəmədə tədqiq edilmiş axtarış aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, axtarış aparılan ev Bakı ş, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi 258, mənzil 13 ünavınıdır. Mənzilə daxil olduqda düzbucaqlı dəhliz vardır. Dəhlizin sol tərəfində qonaq otağı, irəlidə sol tərəfdə yataq otağı, giriş qapısında üzbəüz dəhlizin sonunda mətbəx, giriş qapısından sağ tərəfdə geyimlərin saxlanması üçün nəzərdə tutulmuş şkaf, daha sonra hamam, və sanitar qovşaq vardır. Axtarış mənzilin hər yerində həyata keçirilmişdir. Yataq otağında X23 məxsus geyim və əşyaları vardır. Şkafın 2-ci gözündə asılqanda qış və mövsümü geyimlər, idman gödəkçəsi vardır. Həmin hissədə həmçinin çoxlu sayda şalvar, aşağı hissəsində isə müxtəlif bəzəkli və rəngli pastel vardır. Şkafın digər gözündə isə Təqsirləndirilən şəxs məxsus idman geyimləri vardır. Axtarış zamanı aşağıdakı xüsusi əlamətlərə malik paltarlar götürülmüşdür:
1. İdman gödəkçəsi, 01 ədəd pambıq və yun materialdan qara rəngli;
2. Şalvar, 01 ədəd, qarışıq materialdan, tünd göy rəngli, arxa sağ cibinin üzərində qırmızı ağ;
3. Şalvar, 01 ədəd, cins material, tünd göy rəng, arxa iç tərəfində “Pray” sözü yazılmış;
4. Şalvar, 01 ədəd, cins material, tünd yaşıl rəng, arxa iç tərəfində “Vision” yazısı vardır (cild 6, iş vərəqi 62-65). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021ci il tarixli, 1143 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ bud nahiyəsində çapıq toxumaları müəyyən edilmişdir. Hadisədən uzun müddət keçdiyindən və Təqsirləndirilən şəxs adına heç bir tibbi sənəd təqdim olunmadığından müəyyən edilmiş çapıqların xarakteri, müddəti, yetirilmə aləti və sağlamlığa zərərvurma dərəcəsi barədə konkret fikir söyləmək mümkün deyildir (cild 6, iş vərəqi 146-148). İşdə olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Rüstəm Ağayev tərəfindən təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “İphone 7 plus” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, telefon qara rəngdə olmaqla, ekranının üzərində yuxarı hissəsində çoxsaylı çatlar mövcuddur. Mobil telefonun İMEİ kodu **********86586-dır. Mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, telefonun yaddaşı tam silinməklə, yenilənmiş və yenidən aktiv olunmasından ötrü tənzimlənməsi lazımdır. Baxış iştirakçısı Rüstəm Ağayev qeyd olunan mobil telefonun Ukraynanın Kiyev şəhərində qardaşı Zərərçəkmiş şəxs öldürüldükdən sonra hüquqmühafizə orqanlarından götürüldüyünü və həmin vaxtdan telefonun tam silindiyini qeyd etmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hallar müəyyən edilməmişdir. X8 təqdim etdiyi, qardaşı Zərərçəkmiş şəxs məxsus 01 ədəd “İphone 7 plus” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 7, iş vərəqi 18-21). İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2021-ci il tarixli, 4/2940 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində aşağıdakı məlumatlar əldə edilmişdir: - Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Ukraynanın Kiyev şəhərində cinayəti törətməmişdən öncə xx.xx.2018-ci il tarixdə 602 saylı Bakı-Kiyev aviareysi ilə Ukraynaya getməsi, cinayəti törətdikdən sonra Ukraynadan Türkiyəyə, oradan isə xx.xx.2018-ci il tarixdə Sədərək sərhəd keçid məntəqəsindən Azərbaycana gəlməsi barədə məlumatlar əldə edilmişdir (Giriş-çıxış və qeydiyyat İAMAS üzrə yoxlama zamanı onun qeyd olunan tarixlərdə EK933978 nömrəli İasin Gasanov adına Ukrayna Respublikası tərəfindən verilmiş pasportdan istifadə etməsi müəyyən edilmişdir); - Təqsirləndirilən şəxs Ukraynada istifadə etdiyi mobil telefon nömrələrini müəyyənləşdirmək mümkün olmamışdır; - Təqsirləndirilən şəxs və Ağayev X13 arazisində fəaliyyət göstərən müxtəlif cinayətkar dəstələrin üzvləri olmuşlar; - Təqsirləndirilən şəxs əmək fəaliyyəti ilə məşğul olmaması, müxtəlif cinayətkar dəstələrin tərkibində kriminal fəaliyyətlə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs zərərli vərdişləri (spirtli içkilər, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsi) barədə məlumatlar daxil olmamışdır. - X25 (kriminal aləmdə "Oleq Bakinski" kimi tanınır) Ukrayna ərazisində müxtəlif biznes şəbəkələrinə rəhbərliyi həyata keçirir. Abbasov X19 fəaliyyət göstərən "Polissya" şirkətinin sahibidir. Əməliyyat məlumatlarına görə, qeyd olunan şəxslər arasında 2013-cü ildə münaqişə yaranmış, Oleq Krapivinin maraqlarını Zərərçəkmiş şəxs, Şahid10 maraqlarını isə Təqsirləndirilən şəxs "müdafiə” etmişlər. Mübahisə nəticəsində Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi odlu silahdan atəş açaraq Təqsirləndirilən şəxs ayağından yaralamışdır. Bundan sonra tərəflər arasında razılıq əldə olunsa da, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında düşmənçilik davam etmişdir. Sonradan Zərərçəkmiş şəxslə yanaşı Təqsirləndirilən şəxs da Oleq Krapivinlə yaxın münasibətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə bir qrup şəxslə Kiyev şəhərində yerləşən "Dolma" restoranının yaxınlığına gələrək Zərərçəkmiş şəxs bir necə dəfə atəş acaraq onu qətlə yetirmişdir (cild 7, iş vərəqi 59-60). İşdə olan və məhkəmədə tədqiq edilmiş tədqiqat üçün nümunələrin götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 02 ədəd xüsusi tibbi pambıq çöpdən istifadə etməklə Təqsirləndirilən şəxs yanaq-epiteli qaşıntısı nümunəsi götürülmüşdür (cild 7, iş vərəqi 90). İşdə olan və məhkəmədə tədqiq edilmiş istintaq eksperimentinin aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "Şkoda" markalı "Rapid" modelli 11*5977 qeydiyyat nömrəli avtomobil vasitəsilə yol hərəkəti Kiyev şəhəri, Veliko Vasilkovska küçəsi 122 ünvanından saat 16:36-da başladı. Kiyev hava limanına (Julyani) taksi ilə ən uzun marşrut bu dəqiq ünvana: Kiyev şəhəri, Medov küçəsi 8-9 km uzunluğunda 24 dəqiqə ərzində həyata keçirilicək. Mobil əlavəyə görə X42 markalı mobil telefonunda, xətt modeli - Honor "20 Pro (YAL-L41)" modelində işləyir. X36 küçəsindən Veliko Vasilkovska küçəsi istiqamətində başladı, yol hərəkəti Sazhalansko küçəsində davam etdi, bundan sonra sola Lev Tolstoy küçəsinə dönüş edildi. Bundan sonra, hərəkət Vasil Lipkivski küçəsində, Solomenskaya meydanında həyata keçirilir, sola döndükdən sonra, zonanın hərəkəti Lovitrenoflotyupov prospektinin Odessa istiqamətində hərəkəti (indiki Luqansk) Sevostopol meydanına Kiyev aeroportu istiqamətində saat 17:00-da dəqiq ünvana çatdı: Kiyev şəhəri, Medov küçəsi, Kiyev hava limanına (Julyani) hava limanının ərazisi təxminən 2 dəqiqə idi. Avtomobil marşrut boyu təxminən 55 km/saat sürətlə hərəkət edirdi. Beləliklə istintaq eksperimenti zamanı müəyyən edilmişdir ki, hadisə yerindən Kiyev hava limanına (Julyani) ən uzun marşrut ilə 24 dəqiqə ərzində çatmaq mümkündür (cild 11, iş vərəqi 193-196). İşdə olan Ukrayna Nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, buraxılış ili 2007-ci il olan, B kateqoriyalı ümumi sedan tipli, LHMFD16707S222922 ban nömrəli, 1799 kub sm mühərrik həcminə malik Honda markalı, Civic modelli avtomobil Sergey Vladimiroviçə məxsusdur (cild 11, iş vərəqi 204). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə ekspertizasının xx.xx.2018-ci il tarixli, 136/2143 nömrəli rəyindən görünür ki:
1. (2,6,9,12,13,15) 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin ekspertizası zamanı aşkar edilmişdir: yandırıcı güllə yaraları, döş qəfəsinin, qarın nahiyəsinin, sol çiyin və sol budun güllə yaraları: Birinci kor güllə yarası: giriş yarası (4 saylı yara) sol çiyinin arxa səthində yerləşir, oradan yara kanalı ayrılır, arxadan önə doğru aşağıdan yuxarıya doğru yönəldilir, yumşaq toxumalar yara kanalı boyunca zədələnmişdir. Yağ toxuması bitir. Kanalın sonunda, diametri 9 mm olan sarı qabıqda metal güllə aşkar edildi. Çıxış yarası yoxdur. İkinci nüfuz edən güllə yarası: giriş yarası (9 saylı yara) sağ budun xarici səthinin orta üçdə bir hissəsində yerləşir, yara kanalı yaradan ayrılır, sağdan sola, bir az qabaqdadır, posterior bud qrupunun əzələləri, sağ ombanın aşağı daxili kvadrantında yerləşən çıxış yarası (11 saylı yara) ilə bitir. Üçüncü nüfuz edən güllə yarası: giriş yarası (7 saylı yara) sağ budun yuxarı üçdə birinin xarici səthində yerləşir, yaradan sağdan sola, aşağıdan yuxarıya, bir qədər arxaya doğru istiqamətlənmiş yara kanalı çıxır; yumşaq toxumaları, orta hissədən sağ gövdə iliac sümüyünü, nazik bağırsağın mezenteriyasını və mədənin ön və arxa divarlarını, 6-cı qabırğaarası boşluğun əzələlərini zədələyir və çıxış yarası (1 saylı yara) ilə bitir. Sol döş qəfəsinin ön səthində yerləşir. Dördüncü kor güllə yarası: giriş yarası (5 saylı yara) döş qəfəsinin sağ və yan səthinin aşağı üçüncü hissəsində yerləşir, oradan yara kanalı ayrılır, sola, bir qədər öndən arxaya və aşağıdan aşağıya doğru keçir. Üst yumşaq toxumaları zədələyir. Yuxarı kənar, sağ və sol qaraciyər hissəcikləri, sol diafraqma günbəzi, perikard, sağ mədəciyin arxa divarı, sol mədəciyin yan divarı, ürək çəpəri, yuxarı sol ağciyər. Yivə bənzər bir çuxur ilə (əməliyyat zamanı güllənin götürüldüyü yer). Çıxış yarası yoxdur. Beşinci kor güllə yarası: giriş yarası (6 saylı yara) qarın boşluğunun sağ yan səthində yerləşir, oradan yara kanalı sağdan sola doğru ayrılır, yumşaq toxumaları, sağ iliak sümüyü zədələyir, yarımaysal pisləşmə ilə. Sağda və solda arxa əzələ və sarı qabıqda metal aşkar edildiyi sol iliac kisəsinin təpəsindəki dərialtı toxumada bitir. Çıxış yarası yoxdur. Altıncı nüfuz edən güllə yarası: giriş yarası (8 saylı yara) qarın boşluğunun ön səthində yerləşir, oradan yara kanalı sağdan sola, aşağıdan yuxarıya doğru ayrılır, qarın boşluğunun yumşaq toxumalarını zədələyir, bununla bitir, yuxarı üçdə bir hissədə sol budun ön səthində çıxış yarası (2 saylı yara).
Yeddinci nüfuz edən güllə yarası: giriş yarası (10 saylı yara) sol döşün daxili kvadrantında yerləşir, oradan yara kanalı sağdan sola, bir qədər yuxarıdan aşağıya doğru ayrılır, sol budun yumşaq toxumalarını zədələyir, (3 saylı yara) yuxarı üçdəbir hissədə sol budun xarici səthində. -sol plevra və qarın boşluqlarında qan yığılması, daxili orqanların anemiyası, sol mədəciyin endokardının altında zolaqlı qansızmalar, kəskin alveolyar amfizem sahələrişok təzahürləri, qan itkisi.
2. (1,18) 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ölümü bədəninə çoxsaylı güllə yaraları, daxili orqanların zədələnməsi, şok və qan itkisi nəticəsində baş vermişdir. 1-ci səh.-dəki təsvirdə göstərildiyi kimi. Zərərçəkmişim ölümü xx.xx.2018-ci il, saat 17:40da 1966/844 saylı tibbi sənədlərə əsasən müəyyən edilmişdir.
3. (17) Bədənə vurulan bu güllə yaraları ölümün başlanğıcı ilə birbaşa səbəb-nəticə əlaqəsindədir.
4. (4) Aşkar edilmiş bütün güllə yaraları ölümün baş verməsindən təxminən 1-2 saat əvvəl baş verib (tibbi sənədlərə əsasən xx.xx.2018ci il tarixinə uyğun ola bilər). 5. (3) Bu odlu silahlarda ağır bədən xəsarəti (həyat təhlükəsi), döş qəfəsinin, qarın boşluğunun və daxili orqanların nüfuz edən yaralarının zərbə və qan itkisi əlamətləri var. 6. (11,14,15) Ağayevin bədənində odlu silahdan açılan 7 güllədən açılan yaralar, metal güllələrlə, güllələr aşkar edilib. Atış məsafəsi maddi sübutlara (cəsəddə olan paltarlara) baxış zamanı müəyyən edilir.
7. (7) Bütün güllə yaraları zərərçəkmişin atəş açıldığı odlu silahın sağ tərəfinə və bir qədər arxa tərəfinə baxdığı anda baş verib. 8. (8) Bədəndəki yaraların yerini və yara kanallarının istiqamətini nəzərə alaraq, Zərərçəkmiş şəxs yaraları qəbul edərkən bədənin mövqeyi həm şaquli, həm də üfüqi ola bilər və ya dəyişə bilər.
9. (14) Bədəndə göstərilən xəsarətlərdən başqa heç bir xəsarət aşkar edilməyib. 10.(17) 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs cəsədinin qanının məhkəmətoksikoloji ekspertizasının nəticələrinə görə spirtli içki və narkotik aşkar edilməmişdir (cild 11, iş vərəqi 244-255; cild 12, iş vərəqi 3-4). İşdə olan xx.xx.2018-ci il tarixli, 2143 nömrəli ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs bədənin çoxsaylı odlu yaraları, daxili orqanların zədələnməsi və əl ilə düzəlmiş tapança təsiri ölüm səbəblər ilə, qətl və zədə vurulması məqsədi ilə hücum nəticəsində xx.xx.2018-ci il tarixdə Kiyev, Bolşaya Vasilkovaya küçəsi, ev 122 ünvannda zədə almış və Ukraniya Kiyev şəhərində vəfat etmişdir (cild 12, iş vərəqi 12). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli, 10-1/1562 nömrəli rəyindən görünür ki:
1. Papaqda (obyekt № № 1,2), adapter cihazında (obyekt “3) adapter qurğusunun şnurunda (obyekt №4), maqnit açarlı açar dəstində (obyekt №№5-8), "Durex" prezervativli qablaşdırmada (obyekt №9), kağız salfetdə (obyekt №10), sağ qapıların tutacaq və düymələrinin yuyulmasında (obyekt №11), sol qapıların tutacaq və düymələrinin yuyulmasında (obyekt №12) nüvəli tək hüceyrələr aşkar edilmişdir.
2. Papaqda (obyekt №№1,2), "Bron" açarında (obyekt №7) və "Cyfral" maqnit açarında (obyekt №8) aşkar edilən tək hüceyrələrin genetik əlamətləri aşkar edilmişdir. "Bron" açarında (obyekt №7) və "Cyfral" maqnit açarında (obyekt №8) aşkar edilən tək hüceyrələrin genetik xüsusiyyətləri bir-biri ilə üstüstə düşür və naməlum qadın cinsli genetikə məxsusdur. Papaqda (obyekt №№1,2) aşkar edilmiş tək hüceyrələrin genetik əlamətləri qarışıqdır, öz aralarında uyğun deyil və "Bron" (obyekt №7) və "Cyfral" maqnit açarında (obyekt №8) aşkar edilmiş tək hüceyrələrin genetik əlamətlərindən ibarətdir. Adapter cihazında (obyekt №3), "Faun" açarında (obyekt №5), "Durex" prezervativ qablaşdırmasında (obyekt 39), sağ qapıların tutacaq və düymələrindən yuyulmada (obyekt №11), sol qapılardan tutacaq və düymələrindən yuyulmada (obyekt “12) aşkar edilən tək hüceyrələrin genetik xüsusiyyətləri bioloji materialın çatışmazlığı səbəbindən müəyyən edilməmişdir. Adapter cihazının şnurunda (obyekt “4), "Apecs" açarında (obyekt №6), kağız salfetdə (obyekt №10) müəyyən edilmiş tək hüceyrələrin genetik əlamətləri (DNT-profili) bu obyektlərdə DNT tərkibinin çox aşağı olması və onun identifikasiya analizini aparmaq üçün kifayət olmaması səbəbindən aşkar edilməmişdir (cild 12, iş vərəqi 114-124). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə genetik ekspertizasının xx.xx.2019-cu il tarixli, 10-1/1564 nömrəli rəyindən görünür ki, tədqiqat üçün təqdim edilmiş rezin xalçadakı şəffaf maddədən alınan yuyulmada (obyekt №5) və qabaq sağ qapıların tutacaq və düymələrindən alınan yuyulmada (obyekt №6) nüvəli hüceyrələr aşkar edilmişdir. Ağ kağız salfetdə (obyekt №1), butulkanın ağzında (obyekt №2), qapağında (obyekt №3), xarici səthində (obyekt №4), şərti olaraq “1” (obyekt №7), “4” (obyekt №10), “7” (obyekt №13), “11” (obyekt №17) kimi qeyd olunan ağ kağız salfetlərdə, qoltuqaltının tutacağından alınan yuyulmada (obyekt №49) nüvəli tək hüceyrələr aşkar edilmişdir. “Moxito” yazılı butulkanın boğazından (obyekt №2) aşkar edilmiş nüvəli tək hüceyrələrin, rezin xalçadakı şəffaf maddənin yuyulmasında (obyekt №5) (cədvəl 1.1, qoşma 1) aşkar edilmiş nüvəli hüceyrələrin və qabaq sağ qapıların tutacaq və düymələrindən alınan yuyulmada (obyekt №6) aşkar edilmiş nüvəli hüceyrələrin genetik əlamətləri müəyyən edilmişdir. “Moxito” yazılı butulkanın ağzında (obyekt №2) aşkar edilmiş nüvəli tək hüceyrələrin əlamətləri (DNT-profili) naməlum qadın cinsli şəxsə məxsusdur; Rezin xalçadakı şəffaf maddənin yuyulmasında (obyekt №5) aşkar edilmiş nüvəli tək hüceyrələrin əlamətləri (DNT-profili) naməlum kişi cinsli şəxsə məxsusdur;
Araşdırma nəticələri
Obye Rezin ktlər “Moxito” xalçadakı yazılı şəffaf butulkanın maddədən Nəzarət Mənfi ağzında alınan DNT 007 nəzarət nüvəli tək yuyulmada hüceyrələr nüvəli (obyekt №2) hüceyrələr lokus (obyekt №5) D3S1358 14, 17 15, 17 15,16 - VWA 17, 19 17, 18 14,16 - D16S539 9, 11 8, 13 9,10 - CSF1PO - 10, 11 11,12 - TPOX - 8, 10 8,8 - Yindel 2 2 - AMEL X, X X, Y X,Y - D8S1179 14, 14 13, 17 12,13 - D21S11 29, 31 31, 31.2 28,31 - D18S51 - 12, 16 12,15 - DYS391 10 11 - D2S441 11, 14 10, 14 14,15 - D19S433 12, 14 13, 16.2 14,15 - TH01 9.3, 9.3 6, 7 7,9.3 - FGA 24, 25 23, 25 24,26 -
14, 16 15, 15 11,16 - D22S1045 D5S818 12, 12 10, 11 11,11 - D13S317 - 10, 12 11,11 - D7S820 - 11, 11 7,12 - SE33 - 19, 29.2 17, 25.2 -
14, 14 11, 14 12,15 - D10S1248 D1S1656 14, 15 13, 16 13,16 - D12S391 - 17, 24 18,19 - D2S1338 - 21, 25 20,23 - (cild 12, iş vərəqi 151-181). İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli, 10-1/1565 nömrəli rəyindən görünür ki:
1. Tədqiqat üçün təqdim edilmiş "Ruta" yaşıl rəngli nəm salfet paçkasında (obyekt № 4), "Premiya" ağ-yaşıl rəngli nəm salfet paçkasında (obyekt №5), "X33" siqaret paçkasında (istintaq hakimin qətnaməsinin surətində "X33" kimi) (obyekt №6) nüvəli hüceyrə aşkar edilməmişdir. "Perets-16" qaz balonunun ağzından alınan yuyulmada (obyekt No1), "Morşinska" yazılı butulkanın ağzından (obyekt №2) və qapağından (obyekt №3) alınan yuyulmada, "Vinston" siqaret paçkasında (istintaq hakiminin qətnaməsində ("Vinston" siqaret paçkası" kimi) (obyekt №7) nüvəli tək hüceyrələr aşkar edilmişdir. 2."Ruta" yaşıl rəngli nəm salfet paçkasında (obyekt №4), "Premiya" ağ-yaşıl rəngli nəm salfet paçkasında (obyekt №5), "X33" siqaret paçkasında (istintaq hakimin qətnaməsinin surətində "X33" kimi) (obyekt №6) aşkar edilmiş nüvəli tək hüceyrələrin genetik əlamətləri müəyyən edilmişdir. “Perets-16" qaz balonunun ağzından alınan yuyulmada (obyekt № 1) aşkar edilmiş nüvəli tək hüceyrələrin genetik əlamətləri bioloji materialın çatışmazlığı səbəbindən müəyyən edilməmişdir. "Morşinska" yazılı butulkanın ağzından (obyekt №2) və qapağından (obyekt No3) alınan yuyulmada, "Vinston" siqaret paçkasında (istintaq hakiminin qətnaməsində ("Vinston" siqaret paçkası" kimi) (obyekt No7) aşkar edilmiş nüvəli tək hüceyrələrin genetik əlamətləri bu obyektlərdə DNT tərkibinin aşağı olması səbəbindən (identifikasiya üçün kifayət deyil) müəyyən etmək qeyri-mümkün olmuşdur. "Ruta" yaşıl rəngli nəm salfet paçkasında (obyekt №4) aşkar edilən nüvəli hüceyrələrin genetik əlamətləri (DNT-profil) qarışıqdır, naməlum iki şəxsin genetik əlamətlərindən ibarətdir, onlardan biri kişi genetik cinsinə aiddir. "Premiya" ağ-yaşıl rəngli nəm salfet paçkasında (obyekt №5) aşkar edilmiş nüvəli hüceyrələrin genetik əlamətləri (DNT-profil) qarışıqdır, kişi genetik cinsinə aid naməlum şəxsə məxsus dominant DNT-profili üzrə identifikasiya üçün yararlıdır; "X33" siqaret paçkasında (obyekt №6) aşkar edilmiş nüvəli hüceyrələrin genetik əlamətləri (DNT-profil) qarışıqdır, iki naməlum şəxsin genetik əlamətlərindən ibarətdir, onlardan biri kişi genetik cinsinə aiddir (cild 12, iş vərəqi 193-202). İşdə olan xx.xx.2020-ci il tarixli, 302 nömrəli, tibbi ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X26 xx.xx.2020-ci il tarixdə kəskin ürək çatışmazlığı, koroner ürək xəstəliyi, ürəyin işemik xəstəliyi səbəbindən ölmüşdür ( cild 13, iş vərəqi 247). İşdə olan və məhkəmədə tədqiq edilmiş X18 barəsində keçirilən məhkəmə genetik ekspertizasının xx.xx.2020-ci il tarixli 10-1846 nömrəli rəyindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X18 meyitindən (obyekt №1) götürülmüş qan nümunəsindən aşağıdakı DNT profili müəyyən edildi.
Tədqiqatın nəticələri
Obyektlər X18 meyitindən Nəzar (obyekt №1) ət götürülmüş qan Mənfi nəzarət DNT nümunəsi 007 (obyekt lokuslar №1) D3S1358 14,14 15,16 - VWA 16,18 14,16 - D16S539 12,12 9,10 - CSF1PO 11,12 11,12 - TPOX 8,8 8,8 - Yindel 2 2 - AMEL X,Y X,Y - D8S1179 13,13 12,13 - D21S11 29,30 28,31 - D18S51 12,16 12,15 - DYS391 12 11 - D2S441 11,14 14,15 - D19S433 13,15.2 14,15 - TH01 6,9 7,9.3 - FGA 20,23 24,26 - D22S1045 15,15 11,16 - D5S818 12,12 11,11 - D13S317 11,12 11,11 - D7S820 9,12 7,12 - 17,25 SE33 26.2,31.2 - .2 D10S1248 14,14 12,15 - D1S1656 15.3,18.3 13,16 - D12S391 17,18 18,19 - D2S1338 17,19 20,23 - (cild 14, iş vərəqi 07- 15).
İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə genetik ekspertizasının xx.xx.2019-cu il tarixli, 10-1/1563 nömrəli rəyindən görünür ki, tədqiqat üçün təqdim edilmiş arxa oturacağın orta xətti üzrə başaltısından (obyekt №1) nümunə izlərində, sol tərəfdən arxa oturacağın başaltısından (obyekt №2) nümunə izlərində, saxlama qutusunun açılma düyməsindən (obyekt №3) nümunə izlərində, sürücü oturacağının qapayıcısından (obyekt №4) nümunə izlərində, ön sərnişin oturacağının başlatısaından (obyekt №5) nümunə izlərində, sürücü qapısının içərisindən tutacağı və düymələrindən (obyekt №6) nümunə izlərində özəkli hüceyrələr aşkar edilmişdir. Arxa oturacağın orta xətti üzrə başaltısından (obyekt №1) nümunə izlərində, sol tərəfdən arxa oturacağın başaltısından (obyekt №2) nümunə izlərində, saxlama qutusunun açılma düyməsindən (obyekt №3) nümunə izlərində, sürücü oturacağının qapayıcısından (obyekt №4) nümunə izlərində, ön sərnişin oturacağının başlatısından (obyekt №5) nümunə izlərində qarışıq olan özəkli hüceyrələrin genetik əlamətləri (DNA profili) tərkibində digər iki şəxsdən daha çox genetik əlamətləri göstərməklə identifikasiya üçün qeyri-uyğundur. Sürücü qapılarının içərisindən tutacaq və düymələrindən (obyekt №6) nümunə izlərində aşkar edilmiş özəkli hüceyrələrin genetik əlamətlərinin (DNA profili) kişi genetik cinsli naməlum şəxsə məxsus olması müəyyən edilmişdir.
TƏDQİQAT NƏTİCƏLƏRİ Obye Nümunə kt Kontrol DNA Negativ izləri 007 kontrol (obyekt №6) Lokus D3S1358 14, 14 15, 16 - VWA 16, 18 14, 16 - D16S539 12, 12 9, 10 - CSF1PO 11, 12 11, 12 - TPOX 8, 8 8, 8 - Yindel 2 2 - AMEL X, Y X, Y - D8S1179 13, 13 12, 13 - D21S11 29, 30 28, 31 - D18S51 12, 16 12, 15 - DYS391 12 11 - D2S441 11, 14 14, 15 - D19S433 13, 15.2 14, 15 - TH01 6, 9 7, 9.3 - FGA 20, 23 24, 26 - D22S1045 15, 15 11, 16 - D5S818 12, 12 11, 11 - D13S317 11, 12 11, 11 - D7S820 9, 12 7, 12 - SE33 26.2, 31.2 17, 25.2 - D10S1248 14, 14 12, 15 - D1S1656 15.3, 18.3 13, 16 - D12S391 17, 18 18, 19 - D2S1338 17, 19 20, 23 - (cild 12, iş vərəqi 93-102).
İşdə olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/177R nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “yanaq epiteli qaşıntısı” nümunəsindən aşağıdakı DNT profili müəyyən edildi. Lokuslar Təqsirləndirilən şəxs (CS**********600101) D8S1179 13, 17
D21S11 31, 31.2
D7S820 11, 11
CSF1PO 10, 11
D3S1358 15, 17 TH01 6,7
D13S317 10, 12
D16S539 8, 13
D2S1338 21,25
D19S433 13, 16.2
vWA 17, 18
TPOX 8, 10
D18S51 12, 16
Amelo XY genin
D5S818 10, 11
FGA 23, 25 (cild 15, iş vərəqi 111-114). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 537 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əvvəllər kəllə-beyin travması aldığını qeyd etsə də, bununla əlaqədar psixi vəziyyətində yaranmış dəyişikliklərlə bağlı psixiatr müraciətləri olmamış, yalnız 2020-ci ilin oktyabr-noyabr aylarında Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də diaqnozu müəyyənləşdirilmiş və stasionar müalicə olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə hər hansı psixi pozuntudan əziyyət çəkməsi müəyyən edilməmişdir. Buna əsasən belə nəticəyə gəlmək olar ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə psixikanın pozulması halı qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmiş və həmin əməli idarə edə bilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda “yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs qeyd olunan “yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinin mənasını dərk etmək və onlan idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməli törətdiyini etiraf etmədiyindən onun hadisə zamanı hansı psixı-emosional vəziyyətdə olduğunu müəyyən etmək mümkün olmadı. Belə qənaətə gəlmir ki, X11 cinayət əməlini törətməzdən əvvəl psixı-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs epizodik olaraq kannobiodilərdən istifadə etməsi halları onda qeyd olunur. Təqsirləndirilən şəxs hal-hazırda narkotiklərdən asılılıq və xroniki alkoqolızm əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 15, iş vərəqi 136-140). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompüter-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/287 nömrəli rəyindən görünür ki,
1. Təqdim edilmiş sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təhciz olunmuş “İphone 7 Plus” markalı “A1661” modelli, “**********86586” imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir.
2. Rəyin “Tədqiqi hissəsi” nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “İphone 7 Plus” markalı “A1661” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontaktŞ zəng, “SMS” mesaj, foto, video, audio fayllar, “Whatsapp” proqramı təminatı və sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olubolmaması, eləcə də yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.
3. Tədqiqat olunan “İphone 7 Plus” markalı “A1661” modelli mobil telefon smartfon informasiya daşıyıcısı hesab olunur. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 15, iş vərəqi 195-197). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus, cinayət işi üzrə götürülmüş 3 ədəd şalvar və 1 ədəd uzunqol kofta sonuncunun qardaşı Rasim Həsənov tərəfindən xx.xx.2022-ci il tarixdə müstəntiqdən təhvil alınmışdır (cild 15, iş vərəqi 202). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə genetik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/376R nömrəli rəyindən görünür ki, ekspert tədqiqatına təqdim olunmuş:
1. "Honda Civic" markalı a/m baxış zamanı ön sərnişin yerinin yanındakı rezin örtükdən götürülmüş şəffaf mayedən götürülmüş yaxma nümunəsində və "Honda Civic" markalı a/m baxış zamanı arxa sağ qapının dəstək və düymələrindən götürülmüş yaxma nümunəsində yararlı bioloji mənşəli materiallar mövcuddur və həmin bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla);
2. Ekspert tədqiqatına təqdim edilmiş "Honda Civic" markalı a/m baxış zamanı sağ ön qapının cibindən götürülmüş üzərində "Moxito" yazısı olan butulkanın ağızlığından götürülmüş yaxma nümunəsində və "Honda Civic" markalı a/m baxış zamanı götürülmüş 01 (bir) ədəd USB kabel üzərindən götürülmüş yaxma nümunəsində yararlı bioloji mənşəli materiallar mövcuddur, həmin bioloji mənşəli materiallar qadın cinsindən olan eyni naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə edilmiş profilləri DİN-nin DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmirlər;
3. Ekspert tədqiqatına təqdim edilmiş "Honda Civic" markalı a/m baxış zamanı götürülmüş "4” nömrəli tampon üzərində yararlı bioloji mənşəli materiallar mövcuddur, həmin bioloji mənşəli materiallar kişi cinsindən olan naməlum şəxsə məxsusdur və bu nümunədən əldə edilmiş profili DİN-nin DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Cədvəl 1. Molekulyar-genetik tədqiqatın nəticəsi.
HY** HY* HY* HY* HY* HY* CS L ********80 *********8 *********8 *********8 *********8 *********8 ********** okuslar 0301 00901 01601 02401 03101 07401 600101
D 13, 13, 14, 13, 14, 14. 13. 8S117 17 13 14 17 14 14 17 9 D 31, 29, 29, 31, 29, 29, 31, 21S11 31.2 30 31 31.2 31 31 31.2 D 11, 9, 10, 11, 10, 10, 11, 7S820 11 12 10 11 10 10 11 C 10, 11, 10, 10, 10, 10, 10, SF1PO 11 12 10 11 10 10 11 D 15, 14, 14, 15, 14, 14. 15, 3S135 17 14 17 17 17 17 17 8 T 9.3, 9.3, 9.3, 6,7 6,9 6,7 6,7 H01 9.3 9.3 9.3 D 10, 11, 11, 10, 11, 11, 10, 13S31 12 12 14 12 14 14 12 7 D 12, 9, 8, 9. 9. 8. 16S53 8, 13 13 12 11 13 11 11 9 D 21,2 17, 16, 21, 16, 16. 21, 2S133 5 19 25 25 25 25 25 8 D 13, 13, 12, 13, 12, 12, 13, 19S43 16.2 15.2 14 16.2 14 14 16.2 3 v 17, 16, 17, 17, 17, 17. 17, WA 18 18 19 18 19 19 18 T 9, 8, 9, 9, 8, 8, 10 8,8 POX 11 10 11 11 10
D 12, 12, 15, 12, 15, 15. 12, 18S51 16 16 17 16 17 17 16 A XY XY XX XY XX XX XY melo D 10, 12, 12, 10, 12, 12, 10, 5S818 11 12 12 11 12 12 11 F 23, 20. 24, 23, 24, 24, 23, GA 25 23 25 25 25 25 25
(cild 15, iş vərəqi 209-225).
İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron daşıyıcıya baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, “xx.xx.2018.mp4” adlı videoda hadisə baş verən ərazidəki götürülmüş bir sıra video-müşahidə kameralarının qeydlərinin görüntüləri vardır. Belə ki, Təqsirləndirilən şəxs da içərisində olduğu Aİ 4450 HE qeydiyyat nişanlı “Honda Civic” markalı avtomobilin hadisənin törədildiyi vaxtda olan (15:34-16:32) hərəkət marşrutunun əks olunduğu müşahidə edilir. Videoda saat 15:34-də Antonoviç küçəsi ilə “Ocean plaza” ticarət mərkəzi tərəf hərəkət edən və Tverska küçəsinə dönən Honda Civic markalı, bej rəngli, Aİ 4450 HE nömrə nişanlı, tonlaşdırılmış şüşəli avtomobil görünür, daha sonra avtomobil Bolşaya Vasilkovska 122 küçəsindəki binanın həyətinə girişlə üzbəüz, "xxxx" daşınmaz əmlak agentliyi yaxınlığında dayanır və binanın həyətinə girir. Daha sonra avtomobilin Libidska metro stansiyası tərəfindən şəhər mərkəzinə tərəf hərəkəti görüntülənir və avtomobil Nimetska küçəsinə dönür, sonra isə qeyd olunan avtomobil Nimetska küçəsindən Bolşaya Vasilkovska 122 küçəsindəki binanın həyətinə girir, arxa sol sərnişin oturacağından bir nəfər kişi çıxaraq həyətə girir. Bundan sonra bir neçə saniyədə adıçəkilən avtomobil qeyd olunan həyətdən gəldiyi yolla geri çıxır, Nimetska küçəsi ilə gedir və Antonoviç küçəsinə dönərək Antonoviç küçəsi ilə hərəkət edir və yenidən Tverska küçəsinə dönərək Bolşaya Vasilkovska küçəsinə girir. Daha sonra avtomobil yenidən Nimetska küçəsinə dönür və yenidən Bolşaya Vasilkovska, 122 küçəsindəki binanın həyətinə girir və bu binanın həyətində dayanır. Saat 16:18-də tünd rəngli paltar geyinmiş kişi cinsinə mənsub olan bir nəfər avtomobilə tərəf gedir, bu zaman avtomobildəki sürücü avtomobilin işıqlarını 2 dəfə yandırıb söndürməklə işarə verir, bundan sonra həmin tünd rəngli paltar geyinmiş şəxs əli ilə nəsə işarə edir və sürücü avtomobildən düşərək həmin şəxsə yaxınlaşır, daha sonra hər ikisi avtomobilə əyləşir, sonra bir nəfər kişi cinsinə mənsub olan şəxs avtomobilin sol arxa qapısına yaxınlaşaraq avtomobilə əyləşir, saat 16:22-də avtomobil hərəkət edir. Saat 16:30-da avtomobil həyətdən çıxaraq Nimetska küçəsinə girir, Antonoviç küçəsinə dönür və üçüncü dəfə Tverska küçəsinə girir. Bundan sonra avtomobil yenidən Tverska küçəsindən Bolşaya Vasilkovska, 122 küçəsindəki binanın həyətinə girir, "xxxx" daşınmaz əmlak agentliyi yaxınlığında darvazaların yanında dayanır və arxaya hərəkət edərək Tverska küçəsinə geri hərəkət edir, Bolşaya Vasilkovska küçəsi üzrə yol hissəsinə tərəf bir neçə metr gedib saxlayır və 4 dəqiqə orada dayanır. Bundan sonra avtomobilin arxa sol sərnişin qapısı açılır və Təqsirləndirilən şəxs avtomobildən düşür, Təqsirləndirilən şəxs sağ əlində arxada tapançaya oxşar əşya tutaraq Bolşaya Vasilkovska-Tverska küçələrinin kəsişməsində yerləşən “Dolma” restoranına tərəf səkidə qaçmağa başlayır, avtomobil isə Bolşaya Vasilkovska küçəsi ilə yolla hərəkətə başlayır və yenidən Nimetska küçəsinə girir, bununla belə Bolşaya Vasilkovska – Nimetska küçələrinin kəsişməsi yaxınlığında, Bolşaya Vasilkovska küçəsində yolun kənarında daima qeyd olunan avtomobili və yoldan keçənləri müşahidə edən iki nəfər kişi cinsinə mənsub olan şəxs dayanır. “Honda Civic” markalı, bej rəngli, Aİ 4450HE nömrə nişanlı avtomobil Nimetska küçəsinə girərək Bolşaya Vasilkovska, 122 küçəsindəki binanın həyətində girişdə dayanmış, bir neçə saniyə durmuş və sola yol qırağına dönərək avtomobili dayandırmışdır. Bir neçə saniyədən sonra, saat 16:32-də avtomobil yavaş-yavaş yol hissəsinə keçməyə çalışır və bu zaman ona tərəf və tünd şalvar, qısa qara gödəkçə və tünd rəngli idman papağı geyinmiş Təqsirləndirilən şəxs sol əlində aydın müşahidə olunmayan əşya daşıyaraq qaçır, Təqsirləndirilən şəxs avtomobilə çataraq avtomobilin ön sərnişin oturacağına əyləşir və avtomobil hərəkət edir.
Antonoviç küçəsi ilə “Ocean plaza” TM tərəf hərəkət edən və Tverska küçəsinə dönən Honda Civic markalı, bej rəngli, Aİ 4450HE nömrə nişanlı, tonlaşdırılmış şüşəli avtomobil
Bolşaya Vasilkovska 122 küçəsindəki binanın həyətinə girişlə üzbəüz, "xxxx" daşınmaz əmlak agentliyi yaxınlığında dayanan və binanın həyətinə girən Honda Civic markalı, bej rəngli, Aİ 4450HE nömrə nişanlı avtomobil Bolşaya Vasilkovska 122 küçəsi ilə hərəkət edən Honda Civic markalı, bej rəngli, Aİ 4450HE nömrə nişanlı avtomobil
Nimetska küçəsi ilə hərəkət edən və Bolşaya Vasilkovska, 122 küçəsindəki binanın həyətinə dönən Honda Civic markalı, bej rəngli, Aİ 4450HE nömrə nişanlı avtomobil Bolşaya Vasilkovska 122 küçəsindəki binanın həyətinə girən Honda Civic markalı, bej rəngli, Aİ 4450HE nömrə nişanlı avtomobil
Bolşaya Vasilkovska 122 küçəsindəki binanın həyətinə olan girişdən, "xxxx" daşınmaz əmlak agentliyi yaxınlığından çıxan, Bolşaya Vasilkovska küçəsi üzrə yol hissəsinə tərəf bir neçə metr gedərək, saxlayan və 4 dəqiqə dayanan Honda Civic markalı, bej rəngli, Aİ 4450HE nömrə nişanlı avtomobil Honda Civic markalı, bej rəngli, Aİ 4450HE nömrə nişanlı avtomobilin arxa sol sərnişin qapıları açılır və tünd rəngli şalvar geyinmiş Təqsirləndirilən şəxs maşından düşür, sağ əlində arxada tapançaya oxşar əşya tutur və Bolşaya Vasilkovska-Tverska küçələrinin kəsişməsində yerləşən “Dolma” restoranına tərəf səkidə qaçmağa başlayır, avtomobil isə Bolşaya Vasilkovska küçəsi ilə yol ilə hərəkətə başlayır.
Avtomobildən çıxmış və sağ əlində arxada tapaçaya oxşar əşya tutan Təqsirləndirilən şəxs yaxınlaşdırılmış görüntüsü Nimetska küçəsi üzrə sol tərəfdə küncdə park edən dönən Honda Civic markalı, bej rəngli, Aİ 4450HE nömrə nişanlı avtomobil
Nimetska küçəsi üzrə sol tərəfdə küncdə park edən dönən Honda Civic markalı, bej rəngli, Aİ 4450HE nömrə nişanlı avtomobil, bir neçə saniyədən sonra o, yol tərəfə çıxmağa çalışır bu zaman ona tərəf tünd rəngli şalvar, qısa qara gödəkcə və açıq rəngli emblemli tünd rəngli idman kepkası geyinmiş Təqsirləndirilən şəxs sol əlində nə isə daşıyaraq qaçır. Nimetska küçəsində Honda Civic markalı, bej rəngli, Aİ 4450HE nömrə nişanlı avtomobilə tünd rəngli şalvar, qısa qara gödəkcə və açıq rəngli emblemli tünd rəngli idman kepkası geyinmiş Təqsirləndirilən şəxs sol əlində nə isə daşıyaraq oturur (cild 16, iş vərəqi 54-75). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2018-ci il tarixdə hadisə yerinə baxış zamanı götürülmüş 7 ədəd LCW 9x18, 1 ədəd "9x18 MAK REDARMYW" nişanlanması olan gilizlər, 2 ədəd qana bənzər ləkələrdən götürülmüş tənzif tanponlar, mərhum Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş iki ədəd güllə və paltara, yəni qara rəngli corab, göy rəngli cins, qara rəngli kəmər, yaşımtıl-ağ rəngli tuman, zədələnmiş qara rəngli futbolka iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir (cild 16, iş vərəqi 1-25) İşdə olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X26 barəsində Azərbaycan Respublikası CM-nin 12.1, 120.2.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb etmə barəsində qərar qəbul edilmişdir (cild 16, iş vərəqi 41-42). İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X16 cinayət işi üzrə zərəçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (cild 5, iş vərəqi 84). İşdə olan cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən X26 və qrupun istintaqla müəyyən edilməyən digər üzvləri barəsində Azərbaycan Respublikası CM-in 12.1 və 120.2.1 maddələri ilə və hazırkı cinayət işi üzrə qiymət verilməmiş bütün digər cinayət xarakterli fakt və məlumatlar üzrə ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 16, iş vərəqi 115-117). İşdə olan Sabunçu RİHB Bakıxanov qəsəbə inzibati ərazi dairəsi üzrə nümayədəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və Xəzər rayonu RİHB Binə qəsəbəsi ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs barədə nümayəndəliklərə heç bir şikayət daxil olmamışdır (cild 16, iş vərəqi 50-51). İşdə olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus “İphone 7 Plus” markalı mobil telefon xx.xx.2022-ci il tarixdə qardaşı Zöhrab Ağayevə təhvil verilmişdir (cild 16, iş vərəqi 52). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (cild 5, iş vərəqi 217). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmədiyi, ümmiyyətlə həmin hadisədə özünün iştirak etmədiyi, X3 dəfə nə vaxt gördüyünü xatırlamadığı, hadisə baş verən vaxt Ukraynanın Kiyev şəhərində olmadığı barədə ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzadan yayınmaq məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, hadisə baş verən vaxt hadisə yerində və ora ən yaxın məsafədə olmuş şahidlər Şahid7, Şahid8, Xlabıstin (Rosoxa) Pavel Sergeyeviç və Şahid5 fotoşəkil üzrə tanınmaya təqdim etmə zamanı Təqsirləndirilən şəxs hadisə vaxtı bilavasitə hadisə yerində olmasını təsdiq etmişlər. Hətta Şahid8 Təqsirləndirilən şəxs əlində “Makarov” tapançasına və tapançanın darağına oxşar əşyanı, Şahid5 5 ardıcıl açılan silah səslərini eşitdikdən sonra qorxduğu üçün park edilmiş avtomobilin arxasında gizləndiyini, daha sonra avtomobilin arxasından çıxdıqda bir əlində tapança, digər əlində qara əşya, silahın maqazini tutan Təqsirləndirilən şəxs əlində silah tutduğunu təsdiq etmişdir. Şahid Xlabıstin (Rosoxa) Pavel Sergeyeviç isə Təqsirləndirilən şəxs hadisə vaxtı “Dolma” restoranının yanında digər şəxsə atəş açdığını gördüyünü göstərmişdir. Məhkəmədə araşdırılmış sübutlarla təsdiq olundu ki, Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə və vaxtda, yəni sonra 03 iyul 2018-ci il tarixdə, saat 16:30 radələrində Ukrayna Respublikasının Kiyev şəhərində olmuşdur. Hadisə baş verən andan 17 dəqiqə sonra, yəni 03 iyul 2018-ci il tarixdə 16:47-də onun adına avia bilet alınmış, və o, 03 iyul 2018-ci il tarixdə Kiyev-Minsk aviareysi ilə Belarus Respublikasının Minsk şəhərinə uçmuşdur. Aparılmış istintaq eksperimenti zamanı müəyyən edilmişdir ki, hadisə yerindən Kiyev hava limanına (Julyani) ən uzun marşrut ilə 24 dəqiqə ərzində çatmaq mümkündür. Bütün şərh edilən sübutlar onu göstərir ki, Təqsirləndirilən şəxs törədilmiş cinayəti Valeh Xəlilov və müəyyən edilməmiş digər şəxslərlə ciddi şəkildə planlaşdırmaqla həyata həyata keçirmişlər. Onlar hadisəni törətmək məqsədilə naməlum şəraitdə əldə etdikləri və üzərinə saxta Aİ 4450 HE dövlət qeydiyyat nişanı vurulmuş X15 məxsus olan bej rəngli “Honda Civic” markalı avtomobillə Zərərçəkmiş şəxs “Dolma” adlı restoranda olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gəlmişlər. Bu hal onunla təsdiq olunur ki, iş üzrə keçirilmiş məhkəmə genetik ekspertizasının xx.xx.2019-cu il tarixli, 10-1/1564 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs bioloji nümunələri "Honda Civic" markalı avtomobilə baxış zamanı götürülmüş rezin xalçadakı şəffaf maddənin yuyulmasından (obyekt №5) götürülmüş nümunələrlə eynilik təşkil edir. Məhkəmə genetik ekspertizasının xx.xx.2019-cu il tarixli, 10-1/1563 nömrəli rəyindən isə görünür ki, X18 bioloji nümunələri "Honda Civic" markalı avtomobilə baxış zamanı götürülmüş "4” nömrəli tampon üzərindəki bioloji nümunələrlə və sürücü qapılarının içərisindən tutacaq və düymələrindən (obyekt №6) götürülmüş bioloji nümunələrlə eynilik təşkil edir. Keçirilmiş digər məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli, 10-1/1562 nömrəli rəyindən müəyyən olunur ki, "Honda Civic" markalı avtomobildə Təqsirləndirilən şəxs və X12 əlavə digər şəxslər də omuşdur. Məhkəmədə həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs və X18 qeyd edilən cinayəti birlikdə törətmələrinə səbəb olmuşdur. Belə ki, məhkəmədə təsdiq olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 17 oktyabr 2013-cü il tarixdə Kiyev vilayəti, “Karavan” adlı restoranda münaqişə baş vermiş, münaqişə zamanı Zərərçəkmiş şəxs əlində olan “Makarov” tipli silahdan iki dəfə Təqsirləndirilən şəxs sağ ayağının bud nahiyəsinə atəş açaraq ona xəsarət yetirmişdir. Habelə cinayət işinin materiallarından görünür ki, xx.xx.2014-cü il tarixdə Ağayev X14 Valeh Zaman oğlunu odlu silahdan atəş açaraq yaralamışdır (cild 16, iş vərəqi 105-106). Məhkəmə hesab edir ki, həmin hadisələr Təqsirləndirilən şəxs və X18 Zərərçəkmiş şəxs qisas alması üçün səbəbə çevrilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda göstərilən sübutları geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməllərini törətməsi cinayət işi üzə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir o, təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunundan da görünür ki, o, Zərərçəkmiş şəxs sonuncunun ona odlu silahdan atəş açaraq xəsarət yetirməsinə, yəni zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinə görə öldürmüşdür. Məhkəmə bu halı Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, həmçinin onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halın olduğuna, eyni zamanda onun ittiham edildiyi Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğuna görə məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsini tətbiq etməyə əsas görmür. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. İş materiallarına əlavə edilmiş, Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 2-ci hissəsinin (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) sanksiyasında əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (cild 5, iş vərəqi 163). Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan müstəntiqin və məhkəmənin qərarlarından görünür ki, ********* saylı cinayət işi 04 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən icraata qəbul edilmiş, həmin tarixdə cinayət işi Ukrayna Respublikası CM-nin 115-ci maddəsinin 2-ci hissəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə, 27 oktyabr 2021-ci il tarixdə isə Cinayət Məcəlləsinin 12.1, 120.2.1ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 18 iyun 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin müddəti 08 iyul 2020-ci ildə uzadılmış, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə 22 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddətinin uzadılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarı ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,120.2.1-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmuş, 28 oktyabr 2021-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli həmin tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 5, iş vərəqi 3-4, 105-111, 112- 118, 119-127, 63; cild 6, iş vərəqi 21-22, 29-30, 99-102; cild 7, iş vərəqi 35-37; cild 15, iş vərəqi 82-88; cild 16, iş vərəqi 137-144). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə ilk dəfə həbsdə saxlandığı 1 (bir) ay 4 (dörd) gün ona təyin olunacaq cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun ikinci dəfə həbs olunduğu 28 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ukrayna Milli Polisinin Kiyev şəhəri üzrə Baş İdarəsinin maddi dəlillərin saxlanc kamerasında saxlanılan xx.xx.2018-ci il tarixdə hadisə yerinə baxış zamanı götürülmüş 7 ədəd LCW 9x18, 1 ədəd "9x18 MAK REDARMYW" nişanlanması olan gilizlər, 2 ədəd qana bənzər ləkələrdən götürülmüş tənzif tamponlar, mərhum Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş iki ədəd güllə və paltar, yəni qara rəngli corab, göy rəngli cins, qara rəngli kəmər, yaşımtıl-ağ rəngli tuman, zədələnmiş qara rəngli futbolka, “Honda Civic” markalı avtomobilə baxış zamanı götürülmüş arxa sağ sərnişin oturacağından və arxa sol sərnişin oturacağından qoxu izləri, skotç lenti ilə fiksə edilmiş qırmızı rəngli "Perets-16" bibər balonu, habelə, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan 13 iyul 2018-ci il tarixdə “Honda Civic” markalı avtomobilə baxış zamanı götürülmüş Perets-16 bibər balonundan yaxmalar; Prezervativ Durex, AROMA KAVA endirim kartı, Dogma card endirim kartı, qoltuqaltı tutacağından yaxma, arxa sol qapının düymə tutacağından (daxili tərəf) yaxmalar, ön sərnişin oturacağından mikroobyektlər, ön sərnişin yerinin yanındakı rezin örtükdən şəffaf maye yaxması, ön sağ qapının şəxsi əşyalar bölməsindən "Moxito" yazısı ilə yaşıl rəngli 0,5 litr yarımşəffaf butulka, ön sol qapının şəxsi əşyalar bölməsindən "Morşinskaya" yazılı 0,75 litr həcmli plastik butulka, salonda sol tərəfdən arxa sərnişin oturacağından götürülmüş mikroobyektlər, salonun sürücü oturacağından götürülmüş mikroobyektlər, salondan qoltuqaltından götürülmüş “Lifecell” sim kartının plastik saxlayıcısı, ağ plastik sıxma, sol ön qapı tərəfdən sürücül oturacağından götürülmüş mikroobyektlər, ön sərnişin oturacağının cibindən götürülmüş müxtəlif rəngli "Kinder" bağlaması, sağ tərəfdə qara çanta üzərində arxa oturacaqda olan ağ quru kağız salfet, orta arxa baş qoyulan yerdən, sağ ön qapıların dəstək və düymələrindən(daxili səth), sol arxa baş qoyulan yerdən, ağ arxa qapıların dəstək və düymələrindən (daxili səth), baqaj yerinin açılma düyməsindən, sürücü oturacağı kəmər yeri üçün qurğusundan, ön sərnişin oturacağının baş qoyulan yerindən, sürücü qapısının dəstək və düymələrindən (daxili səth), ön sərnişin oturacağı kəmər yeri üçün qurğusundan, sağ arxa oturacağın baş qoyulan yerindən, ön sürücü oturacağının baş qoyulan yerindən, sürücü oturacağının vəziyyətinin təmzimlənmə yerindən, "Morşinskaya" yazılı butulkanın su tökülən yerindən və qapağından, ön sərnişin oturacağının vəziyyətinin tənzimlənmə yerindən, sürət qutusu ötürücüsündən, "Moxito" butulkasının su tökülən yerindən və qapağından, sükandan götürülmüş yaxmalar, sərnişin oturacağının (ön) bel hissəsindən götürülmüş ağ kağız kəsiyi, yaşıl rəngli "Ruta" nəm salfet qablaşması; sol ön qapıdan şəxsi əşyalar şöbəsindən götürülmüş əmtəə çeki; saqqızın qablaşmasının bir hissəsi, üzərində 20 yazısı olan şəffaf polietilen qaplaşma fraqmenti, sol ön qapıdan şəxsi əşyalar şöbəsindən götürülmüş "Parliament" siqareti paçkası, salon qoltuqaltı hissəsindən ağ kağız salfetlər, "GORANGD" qara rəngli çanta, "CENTRİUM" yazısı ilə qara rəngli şapka, cərəyan qurğusu və maqnitli açar bağlaması, qara rəngli çantadan nominalı 50, 50, 50, 100, 20 olan pul vəsaitinə oxşar əskinaslar, sürücü oturacağından ağ rəngli kağız salfet, sol ön qapıdan şəxsi əşyalar şöbəsindən götürülmüş "Vinston" siqareti paçkası, salonun arxa oturacağından götürülmüş mikroobyektlər (sağ arxa qapılar tərəfdən), sol ön qapıdan şəxsi əşyalar şöbəsindən götürülmüş Mak Donalds əmtəə çeki , mürəkkəblə "P" yazılı Verbatim markalı CD-R optik daşıyıcı, "KAKTUZ" yazısı ilə CD-R optik daşıyıcısı, "PrivatBank" çeki (Kiyev ş., Mexanizatorlar küç., 3, tarix xx.xx.2018 21:20 "xxxx" MMC) məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) ay 4 (dörd) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 12 (on iki) il 10 (on) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Ukrayna Milli Polisinin Kiyev şəhəri üzrə Baş İdarəsinin maddi dəlillərin saxlanc kamerasında saxlanılan xx.xx.2018-ci il tarixdə hadisə yerinə baxış zamanı götürülmüş 7 ədəd LCW 9x18, 1 ədəd "9x18 MAK REDARMYW" nişanlanması olan gilizlər, 2 ədəd qana bənzər ləkələrdən götürülmüş tənzif tamponlar, mərhum Zərərçəkmiş şəxs meyitinə baxış zamanı götürülmüş iki ədəd güllə və paltar, yəni qara rəngli corab, göy rəngli cins, qara rəngli kəmər, yaşımtıl-ağ rəngli tuman, zədələnmiş qara rəngli futbolka, “Honda Civic” markalı avtomobilə baxış zamanı götürülmüş arxa sağ sərnişin oturacağından və arxa sol sərnişin oturacağından qoxu izləri, skotç lenti ilə fiksə edilmiş qırmızı rəngli "Perets-16" bibər balonu məhv edilsin; - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan 13 iyul 2018-ci il tarixdə “Honda Civic” markalı avtomobilə baxış zamanı götürülmüş Perets-16 bibər balonundan yaxmalar; Prezervativ Durex, AROMA KAVA endirim kartı, Dogma card endirim kartı, qoltuqaltı tutacağından yaxma, arxa sol qapının düymə tutacağından (daxili tərəf) yaxmalar, ön sərnişin oturacağından mikroobyektlər, ön sərnişin yerinin yanındakı rezin örtükdən şəffaf maye yaxması, ön sağ qapının şəxsi əşyalar bölməsindən "Moxito" yazısı ilə yaşıl rəngli 0,5 l. yarımşəffaf butulka, ön sol qapının şəxsi əşyalar bölməsindən "Morşinskaya" yazılı 0,75 litr həcmli plastik butulka, salonda sol tərəfdən arxa sərnişin oturacağından götürülmüş mikroobyektlər, salonun sürücü oturacağından götürülmüş mikroobyektlər, salondan qoltuqaltından götürülmüş “Lifecell” sim kartının plastik saxlayıcısı, ağ plastik sıxma, sol ön qapı tərəfdən sürücül oturacağından götürülmüş mikroobyektlər, ön sərnişin oturacağının cibindən götürülmüş müxtəlif rəngli "Kinder" bağlaması, sağ tərəfdə qara çanta üzərində arxa oturacaqda olan ağ quru kağız salfet, orta arxa baş qoyulan yerdən, sağ ön qapıların dəstək və düymələrindən(daxili səth), sol arxa baş qoyulan yerdən, ağ arxa qapıların dəstək və düymələrindən (daxili səth), baqaj yerinin açılma düyməsindən, sürücü oturacağı kəmər yeri üçün qurğusundan, ön sərnişin oturacağının baş qoyulan yerindən, sürücü qapısının dəstək və düymələrindən (daxili səth), ön sərnişin oturacağı kəmər yeri üçün qurğusundan, sağ arxa oturacağın baş qoyulan yerindən, ön sürücü oturacağının baş qoyulan yerindən, sürücü oturacağının vəziyyətinin təmzimlənmə yerindən, "Morşinskaya" yazılı butulkanın su tökülən yerindən və qapağından, ön sərnişin oturacağının vəziyyətinin tənzimlənmə yerindən, sürət qutusu ötürücüsündən, "Moxito" butulkasının su tökülən yerindən və qapağından, sükandan götürülmüş yaxmalar, sərnişin oturacağının (ön) bel hissəsindən götürülmüş ağ kağız kəsiyi, yaşıl rəngli "Ruta" nəm salfet qablaşması; sol ön qapıdan şəxsi əşyalar şöbəsindən götürülmüş əmtəə çeki; saqqızın qablaşmasının bir hissəsi, üzərində 20 yazısı olan şəffaf polietilen qaplaşma fraqmenti, sol ön qapıdan şəxsi əşyalar şöbəsindən götürülmüş "Parliament" siqareti paçkası, salon qoltuqaltı hissəsindən ağ kağız salfetlər, "GORANGD" qara rəngli çanta, "CENTRİUM" yazısı ilə qara rəngli şapka, cərəyan qurğusu və maqnitli açar bağlaması, qara rəngli çantadan nominalı 50, 50, 50, 100, 20 olan pul vəsaitinə oxşar əskinaslar, sürücü oturacağından ağ rəngli kağız salfet, sol ön qapıdan şəxsi əşyalar şöbəsindən götürülmüş "Vinston" siqareti paçkası, salonun arxa oturacağından götürülmüş mikroobyektlər (sağ arxa qapılar tərəfdən), sol ön qapıdan şəxsi əşyalar şöbəsindən götürülmüş Mak Donalds əmtəə çeki , mürəkkəblə "P" yazılı Verbatim markalı CD-R optik daşıyıcı, "KAKTUZ" yazısı ilə CD-R optik daşıyıcısı, "PrivatBank" çeki (Kiyev ş., Mexanizatorlar küç., 3, tarix xx.xx.2018 21:20 "xxxx" MMC) məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Eldar ismayılov Əli Məmmədov