Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-183/2024 20.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X41 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X7, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Müdafiəçilər: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi4, Müdafiəçi2, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi9, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi6, “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi8 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxslər: X17, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, 29 mart 1989-cu ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olub, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 145.2.1, 145.2.3, 221.3, 234.4.3-cü maddələri ilə xx xxxxxxxx 1975-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada sürücü işləmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli hökmü ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Astara rayonu, Azərbaycan küçəsi, ev 118-də qeydiyyatda olub, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi ev 59-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə xx xxxx 1979-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" QSC-də çilingər işləmiş, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, Nüşabə küçəsi, ev 9-da qeydiyyatda olub, Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttihama görə, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, üç nəfərdən ibarət bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, daha sonra iki nəfərdən ibarət bir qrup şəxs qismində qeyd olunan əməllərini davam etdirərək silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, biri yetkinlik yaşına çatmayan şəxs olmaqla iki şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1 əvvəllər birlikdə narkotik vasitə istifadə etdiyinə görə tanıdığı Təqsirləndirilən şəxs3 Qədim oğlunun 07 oktyabr 2020-ci il tarixdə digər ortaq tanışları Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında tikilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şosesi-Hava Limanı 12-ci km “22” ünvanında yerləşən “X22”ndə gözətçi işləyən Zərərçəkmiş şəxs2 özünün vasitəsi ilə istintaqa məlum olmayan mənbədən əldə edib istintaqa məlum olmayan həcmdə satdığı psixotrop maddənin dəyəri olan 100 manat pulu növbəti gün ödəyəcəyinə söz verməsinə baxmayaraq, bir neçə gün müddətində onu aldadaraq pulunu ödəmədiyinə, Təqsirləndirilən şəxs3 ondan pulu tələb etdiyinə görə Zərərçəkmiş şəxs2 borclu olduğu pulu almaq, vermədiyi halda isə onu döyməklə cəzalandırmaq qərarına gəlib, Təqsirləndirilən şəxs3 və uzaq qohumluq münasibəti olan Təqsirləndirilən şəxs2 yaşadığı ünvana dəvət etməklə Zərərçəkmiş şəxs2 da gələcəyini bildirmiş, 10 oktyabr 2020-ci il tarixdə saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, onun kirayə yaşadığı Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan kəndinin girişində Məktəbli küçəsində “Buta Market”-in yaxınlığında yerləşən evində Zərərçəkmiş şəxs2la görüşərək sonuncudan borclu olduğu 100 manat pulu tələb etdikdə, Zərərçəkmiş şəxs2 hazırda pulunun olmadığını, lakin yaxın zamanda həmin pulu düzəldib borcunu qaytaracağını bildirsə də, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yanında özünü söz sahibi kimi göstərmək məqsədilə Zərərçəkmiş şəxs2 pulu dərhal qaytarmalı olduğunu bildirmiş, lakin Zərərçəkmiş şəxs2 tərəflər arasında gərginliyin artdığını, mübahisənin yarandığını, qarşı tərəfin say etibarı ilə daha üstün olduğunu görüb gözətçi işlədiyi X22ndən icazə alıb gəldiyini, təcili geri qayıtmalı olduğunu bəhanə edərək evi tərk edib getmiş, bundan sonra Zərərçəkmiş şəxs2 pulu qaytarmaq niyyətində olmadığı və sonuncunun evi onların icazəsi olmadan tərk edib getməsi kimi hərəkətləri o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərinə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib hər üçü Zərərçəkmiş şəxs2 çatıb zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlərini, yəni hiddətlərini, qəzəblərini və bununla da öz üstünlüklərini nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 cəzalandırmaq qərarına gəlib bu məqsədlə sonuncunun arxası ilə çıxmış, Zərərçəkmiş şəxs2 arxası ilə gedərək evindən təqribən 400-450 metr məsafədə ünvan 2 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaxınlığında ilk öncə o, Zərərçəkmiş şəxs2 çatıb onu saxlamış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da ora çatıb üçü birlikdə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 üzərində pulunun olmamasını bildikləri halda məhz ictimai qaydanı pozmaq istəklərindən, qaydalara etinasızlıqlarından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliklərindən irəli gələn alçaq niyyətlərini dərk edib, məhz bu şəkildə özlərini ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən, axşam saatlarında hamının yaşadığı evdə istirahət və ya evinin qarşısında gəzintidə olduğu vaxt, o cümlədən 40-50 metr kənarda yaşayış evlərinin olması səbəbi ilə həmin evlərdə yaşayan Şahid11, Şahid12 və qeyrilərinin timsalında özlərini qeyri- müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduqlarını, istədikləri şəxsi istənilən yerdə cəzalandırmaq imkanlarına malik olmaqla başqalarından üstün olduqlarını nümayiş etdirmək, qalmaqal salmaq, onlardan uzaqlaşmaq niyyətində olan Zərərçəkmiş şəxs2 güclərini nümayiş etdirmək məqsədilə o, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs2 uca səslə, əxlaq normalarını pozub nümayişkəranə üstünlük və aşağılayıcı tərzdə narkotik vasitəyə görə olan borcunu ödəməklə bağlı razılaşdıqları müddətin keçdiyini, lakin hələ də borclu olduğu pulu ödəmədiyini, artıq onların yanında heç bir hörməti qalmadığını, əməlinə nadürüst olmaqla kişilikdə payı olmadığını bildirməklə hər hansı əsaslı səbəb olmadan ilk öncə Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 üzərinə yerimiş, Zərərçəkmiş şəxs2 üzərinə yeriyən onun və Təqsirləndirilən şəxs2 ünvanına söyüşlər söyüb pulunun olmadığını, nə üçün onu başa düşmədiklərini demiş, bundan sonra o, birinci olaraq Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncunun ünvanına uca səslərlə söyüşlər söyüb cəmiyyətə açıqcasına hörmətsilzik etməklə Zərərçəkmiş şəxs2 cəzalandırmaq məqsədi ilə qəsdən bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri endirmiş, Təqsirləndirilən şəxs2la birlikdə hiddət və qeyzlərinin fonunda öz əməllərinin ictimai təhlükəliliyini artıraraq eqoizm və ümumiqəbuledilmiş davranış qaydalarını pozaraq Zərərçəkmiş şəxs2 ünvanına söyüşlər söyməklə daha da azğınlaşıb Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında birləşərək, hər ikisi torpaq üzərindən əllərinə daş parçaları götürüb bundan silah qismində istifadə etməklə ilk öncə o, Zərərçəkmiş şəxs2 yaxınlaşıb sağ əlinin ovuc hissəsində tarazladığı daş parçası ilə onunla üzbəüz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs2 baş nahiyəsinə var gücü ilə 1 zərbə vurmuş, müvazinətini itirən Zərərçəkmiş şəxs2 səndələyərək yerə yıxılmasından sonra Təqsirləndirilən şəxs2 da əlinə keçirdiyi digər daş parçası ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsindən var gücü ilə növbəti 2 zərbəni endirdikdən sonra zərbələrin təsirindən yerə yıxılan Zərərçəkmiş şəxs2 o və Təqsirləndirilən şəxs2 ümumi cinayətkar niyyətə uyğun olaraq qəsdən adam öldürmədə ifadə olunan cinayət əməlini başa çatdırmaq məqsədi ilə ayaqları ilə bədəninin müxtəlif, o cümlədən həyat üçün mühüm orqan hesab edilən baş, sifət nahiyələrinə çoxsaylı və ümumi niyyətə yönəlmiş məqsədyönlü təpik zərbələri endirərək baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları olmaqla ölümlə bilavasitə səbəbli əlaqəsi olan ağır dərəcəli zəzərvurmaya, burun sümüklərinin yerinidəyişmiş sınıqları olan az ağır dərəcəli zərərvurmaya, sol almacıq nahiyəsinin sıyrığı, alının solda sıyrığı və əzilmiş yaraları, sağ qaşüstü nahiyənin sıyrığı və əzilmiş cırılmış yarası, burun kökünün sıyrığı və əzilmiş yarası, burun qığırdağının sıyrığı, sağ almacıq nahiyyəsinin sıyrığı, sağ göz ətrafı yumşaq toxumaların qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs2 hərəkətlərindən hiddətlənmiş Təqsirləndirilən şəxs3 isə həmin hərəkətlərin gedişində uca səslə söyüş söyməklə yaxınlaşaraq uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 təpiklə bir neçə dəfə vurub sonuncuya sağ budun sıyrığı, sağ diz oynağının səthi sıyrıqları, sol diz oynağının qançırı, sol qalça darağı nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, həmin əməlləri ilə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, daha sonra isə bir qrup şəxs qismində birləşdiyi Təqsirləndirilən şəxs2la birlikdə qeyd olunan əməllərini davam etdirərək silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan 5-10 dəqiqə ərzində qərəzli xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs2la bir qrup şəxs qismində Zərərçəkmiş şəxs2 ağır kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəcəklərinə qansızma xəsarətləri ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa, o, 2020-ci ilin yay aylarında tanış olub qeyri-rəsmi ər-arvad münasibəti qurduğu Zərərçəkmiş şəxs1 və sonuncunun daun sindromlu autizm xəstəliyindən əzab çəkən 09 iyun 2010-cu il təvəllüdlü olmaqla azyaşlı övladı Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan kəndinin girişində Məktəbli küçəsində “Buta Market”in yaxınlığında Şahid14 məxsus olmaqla kirayə tutduğu evə gətirib, orada birlikdə bir müddət yaşadıqdan sonra işlərinə müdaxilə etmək, maraqlanmaq, gecələr evə gec gəlməsinin səbəbini soruşmaq və sair fonunda inkişaf edən ailədaxili narazılıq zəminində Zərərçəkmiş şəxs1 və azyaşlı Zərərçəkmiş şəxs3 2020-ci ilin oktyabr ayının 10-da sərbəst hərəkət etmək azadlığından məhrum edib, evin giriş qapısını özündə olan açarla çöl tərəfdən bağlayaraq evdən getmiş, bir gün ərzində əlacsız vəziyyətdə qalan Zərərçəkmiş şəxs1 uzun sürən səs-küyünü eşidən qonşuluqda yaşayan Şahid14 gələrək özündə olan açarı ilə açması ilə biri yetkinlik yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs3, digəri isə yetkinlik yaşına çatmış Zərərçəkmiş şəxs1 olmaqla iki şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Bundan başqa, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq 3,675 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1,665 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib, alıcı tapdıqda onları satıb qazanc əldə etmək üçün əvvəlcədən hazır çəkilərə narkotik vasitə heroini 1,430 qram, 1,085 qram və 1,160 qram olmaqla 3 ədəd bükümlərə ayıraraq, həm 1 bükümdə olan tiryəki, həm də 3 bükümdə olan heroini üzərində daşımaqla saxlamış və daxil olmuş əməliyyat məlumatı əsasında 27 may 2022-ci il tarixdə saat 11 radələrində Suraxanı rayon polis idarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yaşadığı evin yaxınlığında saxlanılaraq polis idarəsinə gətirilib, üzərinə videoçəkilişlə şəxsi axtarış aparılan zaman 1,665 qram çəkidə narkotik vasitə tiryək əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən, 1,430 qram, 1,085 qram və 1,160 qram olmaqla 3 ədəd bükümlərdə narkotik vasitə heroin isə həmin gün Müvəqqəti saxlama yerində üzərinə keçirilən baxış zamanı sağ ayağındakı corabdan aşkar olunaraq götürülmüşdür. Bundan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs2 əvvəllər birlikdə narkotik vasitə istifadə etdiyinə görə tanıdığı Təqsirləndirilən şəxs3 Qədim oğlunun 07 oktyabr 2020-ci il tarixdə digər ortaq tanışları Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında tikilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şosesi-Hava Limanı 12-ci km “22” ünvanında yerləşən “X22”ndə gözətçi işləyən Zərərçəkmiş şəxs2 uzaq qohumluq münasibəti olan Təqsirləndirilən şəxs1 vasitəsi ilə istintaqa məlum olmayan mənbədən əldə edib istintaqa məlum olmayan həcmdə satdığı psixotrop maddənin dəyəri olan 100 manat pulu növbəti gün ödəyəcəyinə söz verməsinə baxmayaraq bir neçə gün müddətində aldadaraq pulunu ödəmədiyinə görə Zərərçəkmiş şəxs2 borclu olduğu pulu almaq, vermədiyi halda isə onu döyməklə cəzalandırmaq qərarına gəlib, 10 oktyabr 2020-ci il tarixdə saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, sonuncunun kirayə yaşadığı Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan kəndinin girişində Məktəbli küçəsində “Buta Market”in yaxınlığında yerləşən evində Zərərçəkmiş şəxs2la görüşərək sonuncudan borclu olduğu 100 manat pulu tələb etdikdə, Zərərçəkmiş şəxs2 hazırda pulunun olmadığını, lakin yaxın zamanda həmin pulu düzəldib borcunu qaytaracağını bildirsə də, Təqsirləndirilən şəxs1 o və Təqsirləndirilən şəxs3 yanında özünü söz sahibi kimi göstərmək məqsədilə Zərərçəkmiş şəxs2 pulu dərhal qaytarmalı olduğunu bildirmiş, lakin Zərərçəkmiş şəxs2 tərəflər arasında gərginliyin artdığını, mübahisənin yarandığını, qarşı tərəfin say etibarı ilə daha üstün olduğunu görüb gözətçi işlədiyi X22ndən icazə alıb gəldiyini, təcili geri qayıtmalı olduğunu bəhanə edərək evi tərk edib getmiş, bundan sonra Zərərçəkmiş şəxs2 pulu qaytarmaq niyyətində olmadığı və sonuncunun evi onların icazəsi olmadan tərk edib getməsi kimi hərəkətləri o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 özlərinə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib hər üçü Zərərçəkmiş şəxs2 çatıb zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlərini, yəni hiddətlərini, qəzəblərini və bununla da öz üstünlüklərini nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 cəzalandırmaq qərarına gəlib bu məqsədlə sonuncunun arxası ilə çıxmış, Zərərçəkmiş şəxs2 arxası ilə gedərək evindən təqribən 400-450 metr məsafədə ünvan 2 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaxınlığında ilk öncə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 çatıb onu saxlamış, o və Təqsirləndirilən şəxs3 ora çatıb üçü birlikdə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 üzərində pulunun olmamasını bildikləri halda məhz ictimai qaydanı pozmaq istəklərindən, qaydalara etinasızlıqlarından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliklərindən irəli gələn alçaq niyyətlərini dərk edib, məhz bu şəkildə özlərini ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən, axşam saatlarında hamının yaşadığı evdə istirahət və ya evinin qarşısında gəzintidə olduğu vaxt, o cümlədən 40-50 metr kənarda yaşayış evlərinin olması səbəbi ilə həmin evlərdə yaşayan Şahid11, Şahid12 və qeyrilərinin timsalında özlərini qeyri- müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduqlarını, istədikləri şəxsi istənilən yerdə cəzalandırmaq imkanlarına malik olmaqla başqalarından üstün olduqlarını nümayiş etdirmək, qalmaqal salmaq, onlardan uzaqlaşmaq niyyətində olan Zərərçəkmiş şəxs2 güclərini nümayiş etdirmək məqsədilə Təqsirləndirilən şəxs1 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs2 uca səslə, əxlaq normalarını pozub nümayişkəranə üstünlük və aşağılayıcı tərzdə narkotik vasitəyə görə olan borcunu ödəməklə bağlı razılaşdıqları müddətin keçdiyini, lakin hələ də borclu olduğu pulu ödəmədiyini, artıq onların yanında heç bir hörməti qalmadığını, əməlinə nadürüst olmaqla kişilikdə payı olmadığını bildirməklə hər hansı əsaslı səbəb olmadan ilk öncə onunla birlikdə Zərərçəkmiş şəxs2 üzərinə yerimiş, Zərərçəkmiş şəxs2 üzərinə yeriyən onun və Təqsirləndirilən şəxs1 ünvanına söyüşlər söyüb pulunun olmadığını, nə üçün onu başa düşmədiklərini demiş, bundan sonra Təqsirləndirilən şəxs1 birinci olaraq Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncunun ünvanına uca səslərlə söyüşlər söyüb cəmiyyətə açıqcasına hörmətsizlik etməklə Zərərçəkmiş şəxs2 cəzalandırmaq məqsədi ilə qəsdən bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri endirmiş, onunla birlikdə hiddət və qeyzlərinin fonunda öz əməllərinin ictimai təhlükəliliyini artıraraq eqoizm və ümumiqəbuledilmiş davranış qaydalarını pozaraq Zərərçəkmiş şəxs2 ünvanına söyüşlər söyməklə daha da azğınlaşıb Təqsirləndirilən şəxs1lə bir qrup şəxs halında birləşərək, hər ikisi torpaq üzərindən əllərinə daş parçaları götürüb bundan silah qismində istifadə etməklə ilk öncə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yaxınlaşıb sağ əlinin ovuc hissəsində tarazladığı daş parçası ilə onunla üzbəüz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs2 baş nahiyəsinə var gücü ilə 1 zərbə vurmuş, müvazinətini itirən Zərərçəkmiş şəxs2 səndələyərək yerə yıxılmasından sonra o da əlinə keçirdiyi digər daş parçası ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsindən var gücü ilə növbəti 2 zərbəni endirdikdən sonra zərbələrin təsirindən yerə yıxılan Zərərçəkmiş şəxs2 o və Təqsirləndirilən şəxs1 ümumi cinayətkar niyyətə uyğun olaraq qəsdən adam öldürmədə ifadə olunan cinayət əməlini başa çatdırmaq məqsədi ilə ayaqları ilə bədəninin müxtəlif, o cümlədən həyat üçün mühüm orqan hesab edilən baş, sifət nahiyələrinə çoxsaylı və ümumi niyyətə yönəlmiş məqsədyönlü təpik zərbələri endirərək baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları olmaqla ölümlə bilavasitə səbəbli əlaqəsi olan ağır dərəcəli zərərvurmaya, burun sümüklərinin yerinidəyişmiş sınıqları olan az ağır dərəcəli zərərvurmaya, sol almacıq nahiyəsinin sıyrığı, alının solda sıyrığı və əzilmiş yaraları, sağ qaşüstü nahiyənin sıyrığı və əzilmiş cırılmış yarası, burun kökünün sıyrığı və əzilmiş yarası, burun qığırdağının sıyrığı, sağ almacıq nahiyyəsinin sıyrığı, sağ göz ətrafı yumşaq toxumaların qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs2 hərəkətlərindən hiddətlənmiş Təqsirləndirilən şəxs3 isə həmin hərəkətlərin gedişində uca səslə söyüş söyməklə yaxınlaşaraq uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 təpiklə bir neçə dəfə vurub sonuncuya sağ budun sıyrığı, sağ diz oynağının səthi sıyrıqları, sol diz oynağının qançırı, sol qalça darağı nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, həmin əməlləri ilə o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən, daha sonra isə bir qrup şəxs qismində birləşdiyi Təqsirləndirilən şəxs1lə birlikdə qeyd olunan əməllərini davam etdirərək silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan 5-10 dəqiqə ərzində qərəzli xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs1lə bir qrup şəxs qismində Zərərçəkmiş şəxs2 ağır kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəcəklərinə qansızma xəsarətləri ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bundan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs3 Qədim oğlu əvvəllər birlikdə narkotik vasitə istifadə etdiyinə görə tanıdığı Təqsirləndirilən şəxs1 vasitəsi ilə 07 oktyabr 2020-ci il tarixdə digər ortaq tanışları Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında tikilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km “22” ünvanında yerləşən “X22”ndə gözətçi işləyən Zərərçəkmiş şəxs2 istintaqa məlum olmayan mənbədən əldə edib istintaqa məlum olmayan həcmdə satdığı psixotrop maddənin dəyəri olan 100 manat pulu Təqsirləndirilən şəxs1 tələb etdiyinə görə sonuncu Zərərçəkmiş şəxs2 satdığı psixotrop maddəyə görə borclu olduğu pulu almaq, vermədiyi halda isə onu döyməklə cəzalandırmaq qərarına gəlib onu və uzaq qohumluq münasibəti olan Təqsirləndirilən şəxs2 yaşadığı ünvana dəvət etməklə Zərərçəkmiş şəxs2 da gələcəyini bildirmiş, 10 oktyabr 2020-ci il tarixdə saat təxminən 22 radələrində o, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs2la birlikdə Təqsirləndirilən şəxs1 kirayə yaşadığı Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan kəndinin girişində Məktəbli küçəsində “Buta Market”in yaxınlığında yerləşən evində görüşərək Zərərçəkmiş şəxs2 borclu olduğu 100 manat pulu tələb etdikdə, sonuncu hazırda pulunun olmadığını, lakin yaxın zamanda həmin pulu düzəldib borcunu qaytaracağını bildirsə də, Təqsirləndirilən şəxs1 onun və Təqsirləndirilən şəxs2 yanında özünü söz sahibi kimi göstərmək məqsədilə Zərərçəkmiş şəxs2 pulu dərhal qaytarmalı olduğunu bildirmiş, lakin Zərərçəkmiş şəxs2 tərəflər arasında gərginliyin artdığını, mübahisənin yarandığını, qarşı tərəfin say etibarı ilə daha üstün olduğunu görüb evi tərk edib getmiş, bundan sonra Zərərçəkmiş şəxs2 pulu qaytarmaq niyyətində olmadığı və sonuncunun evini onların icazəsi olmadan tərk edib getməsi kimi hərəkətləri özlərinə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib hər üçü Zərərçəkmiş şəxs2 çatıb zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlərini, yəni hiddətlərini, qəzəblərini və bununla da öz üstünlüklərini nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 cəzalandırmaq qərarına gəlib bu məqsədlə sonuncunun arxası ilə çıxmış, Zərərçəkmiş şəxs2 arxası ilə gedərək evdən təxmini 400-450 metr məsafədə ünvan 2 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaxınlığında ilk öncə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 çatıb onu saxlamış, o və Təqsirləndirilən şəxs2 ora çatıb üçü birlikdə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 üzərində pulunun olmamasını bildikləri halda məhz ictimai qaydanı pozmaq istəklərindən, qaydalara etinasızlıqlarından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliklərindən irəli gələn alçaq niyyətlərini dərk edib, məhz bu şəkildə özlərini ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən, axşam saatlarında hamının yaşadığı evdə istirahət və ya evinin qarşısında gəzintidə olduğu vaxt, o cümlədən 40-50 metr kənarda yaşayış evlərinin olması səbəbi ilə həmin evlərdə yaşayan Şahid11, Şahid12 və qeyrilərinin timsalında özlərini qeyri- müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduqlarını, istədikləri şəxsi istənilən yerdə cəzalandırmaq imkanlarına malik olmaqla başqalarından üstün olduqlarını nümayiş etdirmək, qalmaqal salmaq, onlardan uzaqlaşmaq niyyətində olan Zərərçəkmiş şəxs2 güclərini nümayiş etdirmək məqsədilə Təqsirləndirilən şəxs1 yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs2 uca səslə, əxlaq normalarını pozub nümayişkəranə üstünlük və aşağılayıcı tərzdə narkotik vasitəyə görə olan borcunu ödəməklə bağlı razılaşdıqları müddətin keçdiyini, lakin hələ də borclu olduğu pulu ödəmədiyini, artıq onların yanında heç bir hörməti qalmadığını, əməlinə nadürüst olmaqla kişilikdə payı olmadığını bildirməklə hər hansı əsaslı səbəb olmadan ilk öncə Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 üzərinə yerimiş, Zərərçəkmiş şəxs2 üzərinə yeriyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvanına söyüşlər söyüb pulunun olmadığını, nə üçün onu başa düşmədiklərini demiş, Təqsirləndirilən şəxs1 isə birinci olaraq Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncunun ünvanına uca səslərlə söyüşlər söyüb cəmiyyətə açıqcasına hörmətsizlik etməklə Zərərçəkmiş şəxs2 cəzalandırmaq məqsədi ilə qəsdən bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri endirmiş, Təqsirləndirilən şəxs2la birlikdə hiddət və qeyzlərinin fonunda öz əməllərinin ictimai təhlükəliliyini artıraraq eqoizm və ümumiqəbuledilmiş davranış qaydalarını pozaraq Zərərçəkmiş şəxs2 ünvanına söyüşlər söyməklə, daha da azğınlaşıb Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında birləşib, hər ikisi torpaq üzərindən əllərinə daş parçaları götürüb bundan silah qismində istifadə etməklə ilk öncə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yaxınlaşıb sağ əlinin ovuc hissəsində tarazladığı daş parçası ilə onunla üzbəüz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs2 baş nahiyəsinə var gücü ilə 1 zərbə, müvazinətini itirən Zərərçəkmiş şəxs2 səndələyərək yerə yıxılmasından sonra Təqsirləndirilən şəxs2 da əlinə keçirdiyi digər daş parçası ilə Zərərçəkmiş şəxs2 baş nahiyəsindən var gücü ilə növbəti 1 zərbəni endirdikdən sonra, o, yaxınlaşaraq aldığı zərbələrdən yerdə uzanıqlı vəziyyətdə qalmış Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə təpiklə bir neçə dəfə vurub sonuncuya sağ budun sıyrığı, sağ diz oynağının səthi sıyrıqları, sol diz oynağının qançırı, sol qalça darağı nahiyyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, həmin əməlləri ilə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə birlikdə bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunmaqla 5-10 dəqiqə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Hövsanda yaşamış, orada Orxan adlı şəxsin evində usta işləmişdir. Daha sonra o, Qala qəsəbəsində işləməyə getmişdir. Orada xeyli işləyəndən sonra Astara rayonuna dincəlməyə getmişdir. Bakı şəhərinə qayıtdıqdan sonra qardaşı və əmisi oğlu onu 30-cu polis bölməsindən axtardıqlarını demişlər. Əşyalarını Qala qəsəbəsində qoyub sonra bölməyə getmişdir. Onu bölmədə sorğu-sual edib şəkil göstərmişlər, o da şəkildə göstərilən adamları tanımamışdır. Sonra onu buraxmışlar, o da Zığ qəsəbəsinə, arvadının xalasıgilə getmişdir. 10 dəqiqə sonra zəng edib onu yenidən polis bölməsinə çağırmışlar. Polis əməkdaşı ona şəkilləri kiməsə göstərdiklərini və həmin şəxsin onu tanıdığını demişdir. Polis Bölməsində onu kameraya aparmış, səhər açılandan sonra isə ona fiziki zor tətbiq etməyə başlamışlar. 3-4 gündən sonra onu idarəyə aparmışlar, 6-7 gün onu idarədə saxlamışlar. Daha sonra onu məhkəməyə apararaq 10 sutka həbs etmişlər. O, 10 sutkalıq cəzanı çəkib çıxdıqdan sonra 3-4 nəfər onu maşına mindirib, prokurorun yanına aparmışlar. Prokuror onu buraxmış, o, oradan uzaqlaşan zaman 3-4 nəfər onu müvəqqəti saxlama yerinə gətirmişdir. 2-3 saat sonra onu yenidən həbs etmişlər. O, ölən şəxsi heç vaxt tanımamışdır, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona təzyiqlər göstərildiyi üçün o, etirafedici ifadələr verməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Tahirlə bir yerdə usta işləmiş, Tahiri 6-7 ay olardı ki, tanımışdır. Tahir də Hövsanda yaşamışdır. Zərər çəkmiş şəxsi isə tanımamışdır. Onu aparıb döyüb guya zərərçəkəni onun öldürdüyünü boynuna qoymuşlar. O, Zərərçəkmiş şəxs2 tanımamışdır, təzyiqlərə məruz qaldığı üçün o, istintaq zamanı etirafedici ifadələr vermiş, istintaqdakı ifadələrini təsdiq etmir. İlk dəfə mayın ayının 2-i saxlanılmış, onu polis bölməsinə çağırıb sual-cavab etmişlər, sonra arvadının xalasıgilə getmişdir. 7 gün onu müvəqqəti saxlama yerində saxlamışlar. O, saxlananda digər təqsirləndirilən şəxslərdən heç biri orada olmamışdır. Onu döyənlərin adlarını bilmir, lakin görsə tanıyar. May ayının 23-də Suraxanı RPİ-nin əməkdaşları onu tutub saxlamışlar, sonra onu prokurorun yanına aparmışlar. Daha sonra videoçəkiliş olmuş və onun üzərindən narkotik vasitə çıxarmışlar. Həmin narkotik vasitələri onun cibinə polis əməkdaşları qoymuşlar. Videoçəkilişdən əvvəl ona deməli olduğu sözləri öyrətmişlər. Üzündəki ləkələr polis əməkdaşlarının ona fiziki zor tətbiq etməsi nəticəsində yaranmışdır. Çəkiliş bitdikdən sonra onu prokurorun yanına aparmışlar. Prokuror onu buraxandan 2 saat sonra təkrar saxlamışlar, lakin bu dəfə videoçəkiliş olmamışdır. Məhkəməyə çıxarılandan sonra onu 3 saylı İstintaq Təcridxanasına aparmışlar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona zərər çəkmiş şəxsi 3 nəfərin öldürdüyünü demişlər. İstintaq mərhələsində onu məcbur etdiklərinə görə o, etirafedici ifadələr vermişdir. 4 gün onu 30-cu polis bölməsində saxlamışlar. 6-7 gün sonra onu Binəqədiyə gətirmişlər. Onun üzərində narkotik vasitə olmamışdır. O, təzyiqlərə məruz qaldığı üçün və kiminsə adını verməli olduğu üçün məcburiyyət qarşısında qalıb tanışı Tahirin adını vermişdir. Təqsirləndirilən şəxslərdən biri onun yanında fəhlə işləmiş, digər təqsirləndirilən şəxslərin bölməyə aparıldığından xəbəri olmamış, onları görməmişdir. Hadisənin kim tərəfindən törədilməsini Hövsandan tanışı olan, bir kamerada saxlandığı Mürşüd adlı şəxsdən eşitmişdir. Belə ki, Mürşüd adlı şəxs ona, bu qətli Samirin qardaşı Qabil adlı şəxsin törətdiyini, Qabildən başqa həmin əməli törədən digər şəxsin isə qəzada öldüyünü demişdir. Üzündə və gözünün üstündəki ləkə 30-cu polis bölməsində yaranmışdır. O, narkotik vasitələrdən istifadə etməmiş, mərhum Zərərçəkmiş şəxs2 heç vaxt görməmiş və tanımamışdır. İstintaq zamanı keçirilmiş üzləşdirmədə ona təzyiq edilməmiş, üzləşmə istintaq hərəkəti hazırkı vəkilinin iştirakı ilə keçirilmiş, həmin anda ona qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Qədim oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Rüstəm tez-tez Radiqin yaşadığı evə gedib-gəlmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs2 əvvəldən digər Təqsirləndirilən şəxs1lə pul üstündə ədavəti olmuşdur. O, özü “nəşə” çəkən olmuş, Təqsirləndirilən şəxs1 2019-cu ildən tanımış, belə ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmış, onlar da Təqsirləndirilən şəxs1 narkotik vasitə almışlar. Digər Təqsirləndirilən şəxs2 isə 2015-ci ildən tanıyır. 2020-ci ilin oktyabr ayında Tahirlə birgə narkotik maddə almaq üçün Radiqin qapısına getmiş, oraya çatanda Radiqin mərhum Zərərçəkmiş şəxs2 döydüyünün şahidi olmuşdur. Onda olan məlumata görə, Rüstəm Radiqdən nisyə 100 manatlıq narkotik maddə almış, lakin pulunu verməmişdir. Bu səbəbdən Radiq onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq və təpik zərbələri vurmuşdur. Rüstəm heç bir müqavimət göstərməyərək çıxıb getmiş, 10 dəqiqədən sonra Radiq Rüstəmin, onlar isə Radiqin dalınca getmişlər. Ara küçədə Rüstəmi yaxalayan Radiq onun başına daşla zərbələr endirmişdir. O və Tahir də Rüstəmi yerdə təpikləmişlər. Rüstəmin başından qan açılmış və onlar Rüstəmi o vəziyyətdə qoyub hadisə yerindən uzaqlaşmışlar. Yanlış xatırlamırsa, həmin hadisədən təxminən 2 gün sonra Hövsan qəsəbəsində danışılanlardan Rüstəmin öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs3 Qədim oğlu məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rüstəmi Radiqin vasitəsilə tanımışdır. Rüstəmi bir neçə dəfə Radiqin kirayə yaşadığı evdə görmüş, onun özünün Rüstəmlə nə şəxsi tanışlığı, nə də ki, mübahisəsi olmamışdır. Xatırladığı odur ki, Rüstəmlə hadisəyə kimi bir-iki dəfə görüşmüşdür. Onunla aralarında telefon danışığının olub-olmamasını xatırlamır. Rüstəmə Radiq və Tahir tərəfindən ilkin zərbə daşla yetirildikdə aralarında təxminən 3-4 metr məsafə olmuşdur. O, sadəcə Radiqdən qorxduğu üçün görüntü xatirinə Rüstəmin ayağına bir neçə təpik zərbəsi vurmuşdur. Rüstəm söyə-söyə onda pul olmadığını, nə üçün ona inanmadıqlarını demişdir. Bu zaman Radiqlə Tahir ondan qarşıda olmuş, Radiq söyüşü eşidib daha da aqressivləşmiş və daşla Rüstəmi vurmuş, ardınca Tahir də daşla Rüstəmi vurmuşdur. O, həmin söyüşün konkret ona ünvanlanıb-ünvanlanmamasını xatırlamır, sadəcə Rüstəmin söyüş söydüyünü xatırlayır. Hadisə yeri ilkin vermiş olduğu ifadənin yerində yoxlanılması zamanı göstərdiyi yer olmuşdur. Həmin yer dəmiryolu xətti ilə asfalt yolun arasında olan daş və çınqılların çoxluq təşkil etdiyi yer olmuşdur. Həmin yerdən səslərinin eşidilə biləcəyi məsafədə, bəlkə də 40-50 metr kənarda da yaşayış evləri olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 vasitəçiliyi ilə tanımış, Təqsirləndirilən şəxs3 usta kimi işləmiş, o isə sürücü kimi fəaliyyət göstərmişdir. 2018-ci ilə kimi avtobus sürücüsü olmuş, beynəlxalq avtovağzal bağlandıqdan sonra fəaliyyəti bitmişdir. Təqsirləndirilən şəxs3 işi olduqda ona sürücü kimi kömək etmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs1lə 2020-ci ilin iyul ayında görüşmüş, onun alətlərini Əhmədli qəsəbəsindən götürüb, hansısa polis işçisinin obyektinə təhvil vermişdir. O, Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımamışdır. Hövsan-Əhmədli ərazilərində taksi kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs2 ümumiyyətlə onun maşınına minməmişdir. O, heç kimi öldürməmiş, nə də belə bir hadisəyə şahid olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərin içərisindən yalnız Təqsirləndirilən şəxs3 tanımış, onunla münasibəti sadəcə yol yoldaşlığı olmuşdur. O, Hövsan-Əhmədli ərazisində fəaliyyət göstərmiş, Təqsirləndirilən şəxs1lə şəxsi münasibəti olmamışdır. Radiqlə Rəşad iş yoldaşı olmuşlar. O, Hövsan ərazisində yaşamış, Radiqlə yaşadıqları ərazilər yaxın olmamışdır. Cinayət hadisəsi, cinayətin törədilməsi, zərər çəkmiş şəxs və mərhum şəxslə heç bir əlaqəsi olmamışdır. O, mərhum Zərərçəkmiş şəxs2 tanımamış, istintaqa verdiyi ifadəsini təzyiq altında vermişdir. 2020-ci ildə hadisə baş verən zaman o, Astara rayonunda olmuş, 2020-ci ildə oktyabr ayının sonunda yas mərasiminə görə Astaraya getmişdir. Astaradan gəldikdən sonra rəis müavininin xahişi ilə 33-cü bölməyə getmiş, rəis müvini onu qəbul etmişdir. İlk öncə ona Radiqi görüb-görməməsi ilə bağlı sual vermişlər, o da görmədiyini bildirmişdir. Ona guya onun maşınına mindiyini demişlər, o da taksi kimi fəaliyyət göstərdiyi üçün hər bir vətəndaşın onun maşınına minməsinin mümkün olduğunu demişdir. Telefonunda araşdırma aparıb, Radiqin nömrəsini tapa bilmədikdən sonra onu sərbəst buraxmışlar. 2020-2022-ci illər boyunca o, sərbəst olmuş, bu illər boyunca təqsirləndirilən şəxslərin heç biri ilə əlaqədə olmamışdır. 2022-ci il mart ayının 18-də narkotik vasitədən istifadəyə görə həbs olunmuşdur. 2022-ci ilin iyul ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, oradan da müvəqqəti saxlama yerinə aparılmış, orada müəyyən təzyiqlərə məruz qalmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olarkən heç bir izahat verməmişdir. Səhər saatlarında idarəyə aparılan zaman Nəriman Nərimanlı tərəfindən şifahi şəkildə dindirilmişdir. Həmin vaxt verdiyi bütün izahat və ifadələrin hamısını təzyiq altında vermişdir. Təzyiq dedikdə döyülməsini nəzərdə tutur, Nəriman Nərimanlı istintaq hərəkətləri apararkən ona heç bir fiziki təzyiq etməmişdir. Verdiyi ifadələrin hamısını psixoloji təzyiq altında vermişdir. Hadisə yerində olmadığı üçün hadisənin harada olduğunu bilməmiş və hər biri fərqli yerləri göstərmişlər. Hətta müstəntiq hadisə yerini təkcə Təqsirləndirilən şəxs1 düzgün göstərdiyini demişdir. Hadisə yerinin dəqiqləşdirilməsi zamanı çəkiliş olduğu halda şifahi təzyiqlər edilmiş, onlara nalayiq ifadələr işlənmişdir. Vəkili də hadisə yerində olmuş, lakin təzyiqə qarşılıq verib-vermədiyini xatırlamır. Zərərçəkmiş şəxs2 heç vaxt görməmiş və tanımamışdır. O, 2022-ci il martın ayının 18-də tutulmuş, hadisə isə 2020-ci ildə baş vermişdir. Bu iş üzrə təqsirləndirilən zaman artıq o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə görə 3 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. O, indiyə qədər hüquqmühafizə orqanlarından çəkinmişdir. İstintaq yekunlaşdıqda özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs1 də burada tanımış, əvvəllər onunla heç bir tanışlığı olmamışdır. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 1 gün saxlanılmış, sonra Suraxanı RPİ-nə və oradan da prokurorluğa aparılmışdır. Avqust ayının 14 ya da 15-i onu 3 saylı İstintaqTəcridxanasına geri qaytarmışlar. Avqust ayının 28-i isə məhkəməsi baş tutmuşdur. Rəşad və Radiqlə üzləşməsi olmuş, hadisə yerində olmuş, həmçinin onunla birlikdə müstəntiq və çəkiliş qrupu gəlmişdir. Hadisə yerinə gedərkən əvvəlcədən ona heç bir təlimat verilməmişdir. Hadisəni bilmədiyi üçün ağlına ilk gələn yeri hadisə yeri olaraq göstərmişdir. Rəşad və o, hadisə yerindən müəyyən qədər aralı yerləri göstərmişlər. Radiq isə tam olaraq düzgün yeri göstərmişdir. Rəşad onu Radiqlə tanış etdikdən sonra onunla uzaqdan tanış olduğunu öyrənmiş, belə ki, onların hər ikisi Astaranın Ərçivan kəndindəndirlər. Onun ögey bacısının atası ilə Radiqin atası eyni adamdır. Radiq heç bir narkotik vasitə qəbul etməmişdir. Ölüm hadisəsindən əvvəl sonuncu dəfə Radiqi iyul ayında görmüş, o, Radiqi sonuncu dəfə görəndə bədənində olan heç bir işarəni görməmişdir. Rəşadla Nərimanov Rayon Prokurorluğunda üzləşmiş, üzləşmə vaxtı onu döyən olmamışdır. Ona təzyiq göstərilməsi ilə bağlı heç bir orqana müraciət etməmişdir. Üçü də eyni zamanda hadisə yerinə aparılmışlar. O, Hövsan- Əhmədli ərazisində fəaliyyət göstərdiyi üçün Əhmədli metrosunun çıxışında edilən söhbətlərdən eşitmişdir ki, Hövsan ərazisində cəsəd tapılmışdır. Eşitdikdən 4-5 gün sonra bölməyə çağırılmışdır. Uzun illər Hövsan ərazisində yaşamış, hadisənin kim tərəfindən törədilməsi barədə də heç bir məlumatı yoxdur. Hadisə yerinə getməmişdən əvvəl ona hadisənin törədildiyi yer ilə bağlı heç bir göstəriş verilməmişdir. Radiqə göstəriş verilməsi ilə bağlı heç bir məlumatı yoxdur. Radiqin hadisə yerini necə düz göstərməsini bilmir. O, 2022-ci ildə saxlanılmış, şöbəyə dəvət edilən zaman Radiq axtarılmış və onun yeri ilə bağlı məlumat öyrənmək üçün onu çağırmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Qədim oğlu və Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətmələri Təqsirləndirilən şəxs3 Qədim oğlunun etirafedici ifadələrindən başqa, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan üzümçülük sovxozunda yaşayır. Oğlu Rüstəm subay olmuş, Hövsan qəsəbəsində yerləşən sosial evlərdə əvvəl fəhlə kimi işləmiş, sonralar isə həmin binada gözətçi kimi işləmişdir. O, özü etibarnamə əsasında idarə etdiyi avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. 10 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində oğlu Rüstəmi yaşadığı evdən öz maşını ilə götürüb sosial evlərdəki iş yerinə aparmış, sonuncu həmin zaman içkili olmamış, ayıq olmuşdur. Həmin günü saat 20-21 radələrində Rüstəm bir dəfə Əli adlı gözətçinin, iki dəfə isə Kərəm adlı gözətçinin telefonu ilə onunla danışmış, konturu olmadığını, özünü yaxşı hiss etmədiyini demiş və gəlib onu aparmasını xahiş etmişdir. O da oğluna karantin dövrü olduğu üçün vaxt məhdudiyyətinin olduğunu, bu səbəbdən də onun iş yerinə gələ bilməyəcəyini bildirmişdir. Oğlu onunla danışan zaman içkili olmuş, onunla danışan digər gözətçi Rüstəmi yatıracağını bildirib arxayın olmasını dediyi üçün o, oğlunun arxasınca getməmiş, 11 oktyabr 2020-ci il tarixdə polislər zəng edərək oğlu Rüstəmin öldüyünü bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə Vüsal Aşurovla ailə həyatı qurmuş və bu evlilikdən bir övladı vardır. Övladı anadangəlmə autizm xəstəliyindən əziyyət çəkmişdir. Beş il ərzində əri ilə birlikdə yaşadıqdan sonra 2014-cü ildə onunla ayrılmışdır. 2020-ci ilin yay aylarının sonunda qardaşı Allahverdi evə gələrək Radiq adlı şəxsi tanıdığını, həmin şəxsin kənd Hövsanda tək yaşadığını və ailəsindən boşandığını, yenidən ailə qurmaq istədiyini bildirmişdir. O da uzun illərdir ərindən boşandığından və artıq uzun müddət anası ilə birlikdə yaşadığından qardaşının təklifi ilə razılaşmışdır. Bundan bir neçə gün sonra Radiq gəlmiş və anasından xeyir duasını almış və həmin gündən iki gün sonra da yenidən gələrək onu və övladı Alişanı götürərək kənd Hövsanda yerləşən evinə aparmışdır. Övladı daun sindromlu autizm xəstəliyindən əziyyət çəkir və danışa bilmir. Radiq onu evlərinə apardığı gündən nə uşağa, nə də ona baxmamışdır. Radiq həmin evi kirayəyə tutmuş, ev çox şəraitsiz vəziyyətdə olmuşdur. Həmin evə gəldiyi gündən Radiq ona qadın kimi münasibət bəsləməmişdir. O, həm Radiqdən, həm də onun əmisi adlandırdığı ağ baş qohumu Tahir adlı şəxsdən şikayətçidir. O, Radiqə və əmisi Tahirə narkotik vasitələrlə bağlı irad tutduqda Radiq onu və xəstə oğlunu döyərək qonaq otağına salaraq özü mətbəxdə işini davam etdirmişdir. Sonuncu dəfə adını xatırlamadığı, üzü saqqallı, hansısa qolunda nakolka (döymə) olan oğlan gəlmiş, o, Radiqin evinə köçdüyü vaxtdan həmin şəxs Radiqin yanına tez-tez gedib-gəlmişdir. Həmin şəxs evə tez-tez gecələr gəlmiş, hətta bir dəfə həmin şəxs oğluna 5 manat da pul vermişdir. Radiq bir neçə dəfə, hətta həmin şəxsin yanında belə ona əl qaldırmış və həmin şəxs Radiqə “bacıya əl vurma, bu qadın yaxşı qadındır” sözlərini demişdir. Bundan başqa bir dəfə həmin saqqallı şəxsin nəqliyyat vasitəsi ilə Radiq onu və övladını işlədiyi yeri aparıb göstərmişdir. Guya onu inandırmağa çalışmışdır ki, gecələr evə gec gələndə həmin təmir yerində qalır. Ona usta kimi işlədiyi göstərdiyi yer də Hövsan qəsəbəsində yerləşmişdir. Ümumiyyətlə Radiq evdə kişiləri qəbul edib onlara mətbəxdə narkotik vasitə verən vaxtı onu otaqdan çölə buraxmamışdır. Qapıdan başını çölə çıxaran kimi də üzündən vuraraq otağa geri salmışdır. O, övladı ilə birlikdə qorxusundan otaqdan başını mətbəx tərəfə çox vaxt çıxarmamışdır. Bundan başqa təxmini Radiqlə qaldığı iki ay yarım, üç ay ərzində Radiq evə yemək almamışdır. Bir neçə dəfə Radiqin əməlləri ilə bağlı sonuncunun özünə polisə şikayət edəcəyi barədə demiş, hər dəfəsində o, Radiqə bu barədə deyəndə Radiq onu çox ağır şəkildə döymüş və evin qapısının ağzını bağlayaraq onu evdə tək qoyub çıxıb getmişdir. Bir dəfə onu yenidən evdə bağladığından evdə yemək də qalmamış və övladı acından ağladığından məcbur qalaraq qonşuları səsləməyə başlamışdır. Radiq onun telefonunu əlindən alaraq satmışdır. Qaldığı evi kirayə verən qadın onun səsini eşitdikdən sonra onda olan evin əlavə açarı ilə qapını açmış və bundan sonra o, evdən çıxaraq yaxınlıqdakı marketdən övladına yeməyə nəsə almışdır. Hətta uşağa yemək almağa pulu olmadığından özünə məxsus bir koftası olmuş, koftanı həmin vaxt 8 manata həmin qadına sataraq övladına yeməyə bir şeylər almışdır. Radiqin başına gətirdiyi oyunlarla bağlı utandığından kimsəyə məlumat verməmişdir. Bacısı Elnarə anası Zemfira ilə birlikdə bir dəfə onun yanına gələndə orada qaldığı ərəfədə evin şəraitini görüb dəhşətə gəlmiş və onu götürüb evinə aparmaq istəmişdir. O, bir dəfə evdə yemək olmadığından Radiqin mobil telefonunu gizlincə götürərək anasına zəng edib yemək olmadığını bildirmiş, anası və bacısı da buna görə onların evinə gəlmişdir. Anasıgil gələndə həmin vaxt Radiq yalandan anasına demişdir ki, əlinə bu yaxınlarda pul keçəsidir və özünə məxsus Binə qəsəbəsində yerləşən 2 sot torpaq sahəsi üzərində ev tikməyə başlayacaqdır. O da Radiqin düzələcəyinə ümid edərək anasıgillə birlikdə çıxıb getməmişdir. Anasıgil evində olduğu vaxt Radiq ev təmir etdiyini sübut etmək üçün borca götürdüyü drel aparatını göstərmiş və hətta anası ilə bacısından drelin pulunu ödəmək üçün 300 manat məbləğində pul almışdır. Günlərin birində payız ayları olmuş və “Vətən müharibəsi” getmiş, axşam saatlarında həmişəki kimi evdə olduğu vaxt Radiqin yanına yenidən həmin onun oğluna 5 manat pul verən və ona “bacı” deyən, nakolkalı (döyməli) oğlan gəlmiş, həmin oğlanla Radiq arasında pul və narkotik üstündə dava başlamış, Radiq həmin şəxsdən verdiyi narkotikin pulunu istəmişdir. Həmin vaxt stolun üstündə bıçaq olmuş və o, qorxusundan bıçağı götürüb gizlətmişdir ki, bir-birilərinə xəsarət yetirməsinlər. Bundan sonra həmin şəxs sakitləşmiş və çıxıb getmişdir. Səhəri gün axşam saatlarında Radiq, həmin saqqallı nakolkalı şəxs, Radiqin ağ başlı hündür boy Tahir adlı qohumu və bir nəfər də qarınlı daha əvvəl görmədiyi şəxs evə gəlmişlər. Radiqlə oğluna 5 manat verən həmin şəxs yenidən pul üstündə mübahisə etmişdir. Onu bu dəfə qonaq otağına deyil, mətbəxə keçirtmiş və özləri qonaq otağında dalaşmışlar. Onların səslərini aydın eşitmiş, Radiqə pul borcu olan şəxs ona pulunun olmadığını demişdir. Radiqin qohumu olan ağbaş kişi həmin saqqallı şəxsin üstünə qışqıraraq pulu hansı səbəbdən vermədiyini demişdir. Bir neçə dəqiqə söhbət etdikdən sonra saqqallı, “nakolkalı” oğlan çıxıb getmişdir. 10-15 gün sonra Radiq bacısı Elnarəyə gizli nömrədən zəng edərək müharibədə olduğunu, onu evində arxadan bağladığını və evində qaldığını bildirmişdir. Bacısı isə Radiqi nalayiq ifadələrlə təhqir etdikdən sonra Radiq zəngi sonlandırmışdır. Lakin Radiqin həmin vaxt müharibəyə getmədiyini, hansısa ciddi bir problemə görə ortadan itdiyini başa düşmüşdür. Radiq 2020-ci ilin oktyabr ayından etibarən Hövsandan qaçmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, Radiq onu tez-tez döymüş, bununla bağlı bədənində müxtəlif xəsarətlər olmuşdur. Zərərçəkmiş şəxs həmçinin təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu və layiqli cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 xəstəliyi ilə əlaqədar onu məhkəmə iclasında dindirmək mümkün olmamış, həmçinin ibtidai istintaq zamanı da dindirilməsinin mümkün olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayının sonunda qardaşı Allahverdi evə gələrək anasına və ona Radiq adlı tanışının olduğunu, həmin şəxsin evlərdə usta işlədiyini, tək yaşadığını, ailə həyatı qurmaq istədiyini və özünün də Radiqə bacısı Xuramanla ailə həyatı qura biləcəyini demişdir. Xuramanın övladı autizm xəstəliyindən əziyyət çəkmiş, Xuraman da uzun illərdir boşanmış, anasının yanında qaldığından anası ilə Allahverdinin sözü barədə düşünmüşdür. Qardaşı Radiqin işgüzar, ailəcanlı şəxs olduğunu bildirmiş və Allahverdinin sözünə inanmışlar. Xuramanla bu barədə danışmış və Radiqlə birlikdə yaşamağa razılaşmışdır. Radiq həmin ərəfədə qardaşı ilə birlikdə onların evinə gəlmiş, anasından xeyir dua almış, Xuraman da həmin gün paltarlarını hazırlamış və səhəri gün Radiq onun dalınca gələrək Xuramanı övladı ilə birlikdə götürərək çıxıb getmişdir. “Vətən müharibəsi”nin ortalarına yaxın, anasının istifadəsində olan mobil telefon nömrəsinə bir qadın zəng edərək, özünü Xuramanın yaşadığı evin sahibi kimi təqdim edərək, Xuramanın həmin evdə övladı ilə birlikdə bağlı qapı arxasında qaldığını, Radiqin də ortadan yox olduğunu bildirmişdir. O, həmin vaxt anasının yanında olmuş və qardaşı ilə birlikdə üçü Xuramanın yaşadığı evə, yəni kənd Hövsana getmişlər. Günorta saatlarında, onlar çatdıqda ev sahibəsi orada olmuş və Xuramanın bir gün ərzində bağlı qapı arxasında qaldığını, qışqırığının səsinə gələrək qapısının açarı onda olduğundan açdığını bildirmişdir. Xuramandan Radiqin harada olduğunu soruşduqda, cavabında bir gün əvvəl axşam saatlarında bir neçə kişi ilə evə gəldiyini, evdə mübahisə etdiklərini və ondan sonra onu övladı ilə birlikdə evdə qapısını arxadan bağlayaraq çıxıb getdiyini və qayıtmadığını bildirmişdir. Anası həmin vaxt Radiqdən hansı səbəbdən itdiyini və Xuramanı bağlı qapı arxasında qoyduğunu soruşmaq üçün sonuncuya zəng etmiş, lakin həmin vaxt Radiqin istifadəsində olan mobil telefon nömrəsinə zəng çatmamışdır. Təxmini olaraq 20 gün sonra Radiq onun istifadəsində olan mobil telefonuna gizli nömrə ilə zəng edərək guya müharibədə olduğunu və bacısının da evdə qaldığını bildirərək gedib onu evdən götürməyi ona bildirmişdir. O, Radiqə bacısını 20 gün əvvəl götürdüyünü bildirmiş və ona bacısı ilə övladını bağlı qapı arxasında qoyduğu üçün telefonda onu təhqir etmişdir. Radiq telefonu söndürmüş, həmin gündən sonra Radiqi nə görməmiş, nə də onunla hər hansı əlaqəsi olmamışdır. Şahid7 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Radiq hər dəfə ona və anasına ailəsinə yaxşı baxacağını, ev tikəcəyini bildirmiş, hətta bu adla onu aldadaraq 300 manat məbləğində pulunu da almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, avtomaşınla Hövsan-Əhmədli istiqamətində taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Taksi fəaliyyəti ilə məşğul olduğu vaxt Radiq adlı şəxslə tanış olmuşdur. O, həmin vaxt narkotik vasitə istifadəçisi olmuş və digər tanışları vasitəsilə Radiqdən narkotik vasitə əldə edərək istifadə etmişdir. O, əvvəl marixuana istifadə etmiş, sonradan bir müddət metamfetamin də istifadə etmişdir. Radiq sadaladığı narkotik vasitələrin hamısının alqı-satqısı ilə məşğul olmuşdur. Bir müddət sonra onun Radiqlə yaxın münasibəti yaranmışdır. 2020-ci ilin yay aylarında dostu Rabit ona Radiqin ailə qurmaq istədiyini, onun razı olacağı təqdirdə bacısı Xuramanla Radiqi tanış etməyi ona təklif etmişdir. Rabit Xuramanın çoxdan boşandığını və xəstə övladının olduğunu bilirdi. O, evdə anasına və bacılarına usta kimi tanıdığı Radiq adlı tanışının olduğunu və həmin şəxsin qeyri-rəsmi ailə qurmaq üçün qadın axtardığını demişdir. Lakin Radiqin narkotik vasitə istifadəçisi və alqısatqısı ilə məşğul olması ilə bağlı evdə hər hansı bir söz deməmişdir. O, əslində bacısının xoşbəxtliyi üçün bu addımı atmışdır. Bacısı qadın kimi xoşbəxt ola biləcəyini fikirləşmişdir. Bir neçə gün sonra Radiq onunla birlikdə onların evinə gəlmiş, Xuraman Radiqi bəyəndiyi üçün onunla birlikdə yaşamağa razılaşmışdır. Səhəri gün, ya ondan sonraki gün Radiq bacısının arxasınca gələrək övladı ilə birlikdə onu götürmüş və həmin vaxt artıq kirayə qaldığı kənd X31 yaxınlığında yerləşən evinə aparmışdır. Radiq bacısını ora aparmamışdan bir neçə gün əvvəl ona kirayə yaşadığı evi göstərmişdir. O, isə Radiqə bacısına Binə sovxozdan torpaq sahəsi aldıqlarını və usta olduğuna görə yavaş-yavaş köməkli şəkildə orada ev tikə biləcəyini də bildirmişdir. Həmin vaxt Radiq bu mövzuda onunla razılaşmışdır. Bacısı onlara köçdüyü gündən təxmini olaraq iki ay, iki aydan biraz artıq müddətə həmin evdə qalmışdır. 2020-ci ilin oktyabr ayında anası ona Radiqin ortadan itdiyini, bacısı Xuramanın bir gündən artıq övladı ilə birlikdə bağlı qapı arxasında qaldığını və təcili olaraq ora gedib bacısını oradan götürmək lazım olduğunu bildirmişdir. O, həmin vaxt anasını və bacısı Elnarəni götürərək Xuramanın qaldığı Kənd Hövsanda yerləşən evinə getmişdir. Anası Radiqin istifadəsində olan mobil telefonuna zəng etsə də, həmin vaxt Radiqə zəng çatmamışdır. Bacısını həmin kirayə yaşadığı evdən götürərək çıxmış və həmin vaxtdan Xuraman onlarla birlikdə yaşamışdır. Xuraman yalnız onda Radiqlə birlikdə qaldığı vaxt onunla və övladı ilə normal davranmamasını, onları bir neçə dəfə döyməsini və bir neçə dəfə bağlı qapı arxasında ac-susuz saxlamasını bildirmişdir. Xuramanı götürdükdən bir neçə gün sonra Radiq bacısı Elnarəyə zəng vuraraq müharibədə olduğunu, Xuramanın da bağlı qapı arxasında qaldığını bildirmişdir. Bunu ona Elnarə özü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında Hövsan sakini kimi tanıdığı Natiq adlı şəxs onun yanına gələrək yanında Radiq adlı bir nəfəri göstərmiş və ona həmin şəxsin kirayə ev axtardığını bildirmişdir. O, kirayə evləri tək adama vermədiyini, yalnız ailəli şəxslərə verdiyini bildirdikdə Natiq ona Radiqin sakit insan olduğunu və iki üç ay ərzində onların bağında usta kimi işləyəcəyini, bu səbəbdən ona ev verməyini ondan xahiş etmişdir. O, Natiqi tanıdığına görə onunla razılaşmış və Buta Marketin yaxınlığından evin həyətinə girən kimi boz dəmir qapısı olan bir otaqlı evi aylıq 110 manata Radiqə kirayə vermişdir. Radiq evdə məskunlaşdıqdan bir müddət sonra balaca boylu, sarı saçlı, kök qadın və oğlan uşağı gətirərək ailəsi olduğunu ona bildirmişdir. Həmin qadının adı Xuraman olmuş və onunla söhbət əsnasında həmin qadın ona Radiqin arvadı olduğunu bildirmişdir. Həmin qadın iki aya yaxın Radiqlə birlikdə evdə yaşamışdır. Evlər yanaşı olduğundan onun qaldığı evdən Radiqin uşağının qışqırıq səslərini tez-tez eşitmiş və evlərində söz söhbət olduğunu başa düşmüşdür. günlərin birində yenidən qışqırıq səsləri gəldiyindən onların evinə keçmiş və nə baş verdiyini soruşduqda Radiq ona arvadının uşağına yaxşı baxmadığına görə aralarında söz-söhbət olduğunu bildirmişdir. Radiqin bir iki dəfə Xuramanı övladı ilə birlikdə bağlı qapı arxasında evdə qoyduğunu görmüşdür. Radiq qaldığı evin qapısının əlavə açarı onda olduğundan Xuramanın səsinə evin qapısını ona açmışdır. Ümumiyyətlə Radiqi o, əvvəl normal insan kimi tanısa da onun Xuramana və uşağa laqeyd münasibətini, onları evdə bağlı qapı arxasında qoyaraq çıxıb getməsini gördükdən sonra onun avara insan olduğunu anlamışdır. Sonuncu dəfə 2020-ci ilin oktyabr ayının əvvəllərində yenidən Xuramanın qışqırıq səsini eşitmişdir. O, evin qapısını açdıqdan sonra Xuraman ona bir gündən artıq müddət ərzində evdə bağlı qapı arxasında qaldığını, Radiqin onu bağlı qapı arxasında qoyaraq çıxıb getdiyini və geri qayıtmadığını bildirmişdir. Radiqi sonuncu dəfə 2020-ci ildə onun evində yaşadığı vaxt görmüşdür. Ortalıqdan yox olduqdan sonra Radiqi bir daha görməmişdir. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Xuraman adlı qadın xəstə oğlu ilə birlikdə evdə qalmış, Radiq evin deyil, bayır darvazanı bağlayıb getdiyindən onlar evdə qapalı vəziyyətdə qalmışlar. Xuraman həyət çıxıb çağırdığı üçün o, Xuramanın səsini eşitmiş və Radiqin qapını arxadan bağlayıb getdiyini öyrənmişdir. Bu səbəbdən onda olan açarla qapını açmış, bundan sonra Xuramanın ailəsi gəlib onu aparmışdır. Onun yaşadığı mənzillə kirayə verdiyi mənzili bir-birinə yaxın ərazilərdə yerləşmiş, lakin o, kirayə verdiyi həmin mənzilin qapısını yalnız küçəyə çıxmaqla görə bilər. O, daim Təqsirləndirilən şəxs1 qapısını güdməsə də, onun evinə çoxsaylı adamların və ya maşınların gedib-gəlməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında bacısı qızı ilə Radiq yola getmədiklərindən Radiq yaşadığı evdən çıxmışdır. Həmin ərəfədə Radiq evinə tez-tez gedib-gəlmiş və ona mütəmadi olaraq harada qalması ilə bağlı məlumat vermişdir. 2020-ci ilin noyabr ayının sonlarında Radiqin qayınatası Musa onun mobil telefonuna zəng edərək Radiqin həmin vaxt istifadəsində olan mobil telefon nömrəsini ondan istəmiş və onu yaşadığı İmişli rayonuna çağıracağını bildirmişdir. Həmin vaxt Radiq İmişliyə getmiş və İmişliyə getdiyi gündən iki gün sonra qayınatası şəkər xəstəliyindən rəhmətə getmişdir. Qayınatası rəhmətə getdikdən sonra Radiq 4 ay müddətinə İmişli rayonu, Sərxanlı kəndində qayınanasının yanında qalmışdır. Ondan sonra isə Bakı şəhəri, Xəzər rayonunda Dübəndi kəndində hansısa gəmi kapitanının məkanında həm təmir işlərini gördüyünü, həm də orada mühafizəçi kimi işlədiyini bilmişdir. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Radiqi uzun illərdir ki tanıyır və onun Radiqi tanıdığı gündən onun üzündə ləkə olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, mağaza icarəyə götürüb işlədir, bu mağaza Hövsan qəsəbəsində yerləşir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 adətən mağazaya səhər 12 və ya günorta radələrində gəlmişdir. Mərhum mağazaya girdiyi müddətdə əsasən siqaret, yemək və spirtli içki almışdır. Rüstəm hadisə baş verməzdən əvvəlki gün mağazaya gələrək siqaret və yemek almış, pulu ödədikdən sonra mağazadan çıxmışdır. Rüstəmin yanında heç kim olmamış, aldığı məhsulların dəyəri təxminən 7 manat təşkil etmiş və pulu verərək, işlədiyi yerə doğru çıxıb getmişdir. Mağaza ilə işlədiyi yaşayış kompleksinin arasındaki məsafə təxminən 200-250 metr olmuşdur. Səhər saatlarında mağazanı açdıqda MİDA yaşayış kompleksində işləyən Rüstəm adlı şəxsin meyitinin tapıldığını eşitmişdir. Hər hansı bir mübahisəsini, əsəbi olmasını görməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, mağazası Hövsan qəsəbəsində yerləşir. Mərhum Zərərçəkmiş şəxs2 adı ilə olmasa da, üzdən tanımışdır. Sonradan isə bir neçə dəfə gördüyü bu şəxsin adının Rüstəm olduğunu öyrənmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 “MİDA”-da fəhlə kimi işlədiyi dövrdən etibarən tanıyır. Zərər çəkmiş mağazaya gedib-gəlmişdir. Zərərçəkmiş şəxs2 adətən mağazadan gündəlik tələbatı olduğu ərzaq, yemək, siqaret, habelə bəzən 250 ml spirtli içki almışdır. Belə bir hadisənin baş verməsi ona səhər mağazanı açdıqda məlum olmuşdur. Ətrafdakı insanlardan adam öldürüldüyünün məlumatını əldə etmişdir. İnsanlar Rüstəm adlı şəxsin öldüyünü bildirdikdə, əvvəlcə zərər çəkmiş şəxsi yalnızca sifətdən tanıdığı üçün kimin öldürüldüyünü bilməmişdir. Sonradan zərər çəkmişin atasını gördükdə, ölən şəxsin Rüstəm olduğunu anlamışdır. Zərər çəkmişin atasını tanımış, atası taksi fəaliyyəti ilə məşğul olmuş, onun mağazasına da tez-tez gəlib-getmişdir. O, hadisə yerinə gedib baxmamış, hadisənin baş vermə tarixini dəqiq xatırlamasa da, təxminən 2 il əvvəl baş vermişdir. Hadisədən sonra polis əməkdaşları gəlmiş, kamerada baxdıqda Rüstəmin 8-9 manatlıq alış-veriş etdiyi müəyyən olunmuşdur. Həmin gün Rüstəmin spirtli içki almağını xatırlamır. Ancaq həmin gün şəxsin nə aldığı kamera görüntüləri izləndikdən sonra izahatda qeyd edilmişdir. Şəxsin nə öldürüldüyü gün, nə də sonra, bu 3 il müddətində onu kim və ya kimlərin öldürülməsi ilə bağlı heç bir şey eşitməmişdir. O, bu müddət ərzində yalnızca həmin şəxsin axtarıldığını eşitmişdir. Zərərçəkmiş şəxs2 mütəmadi olmasa da, 1-2 gündən bir gəlib alış-veriş etmişdir. Rüstəm çox danışan və ünsiyyətcil biri olmamışdır. Onun narkotik istifadəçisi olması və kiməsə borclu olması ilə bağlı məlumatı olmamışdır. Rüstəm yaşca ondan kiçik olduğu üçün onunla çox yaxın münasibət qurmamışdır. Tək söhbətləri “salam-sağ ol” olmuşdur. İndiyə qədər mağazaya borcu olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində bildirmişdir ki, hazırda Suraxanı RPİ-nin CAŞ-nın rəis müavini vəzifəsində çalışır. Keçən ilin yay aylarında Təqsirləndirilən şəxs1 narkotik maddələrin istifadəsi və qanunsuz olaraq daşınması ilə əlaqədar Suraxanı RPİ-nin CAŞ-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və sonra idarəyə məruzə edilmişdir. Bundan sonra isə onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat məlumatı əsasında onun yaşadığı ünvanın yaxınlığında şəxsi tapmışlar və ona yaxınlaşaraq özlərini təqdim edib Suraxanı RPİ-nə dəvət etmişlər. Şəxsi gətirdikdən sonra isə bölmədə sənədləşdirilmə işləri və videoçəkiliş aparılmışdır. Baxış zamanı şəxsin üzərində narkotik vasitə tiryək aşkar edilmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid17 bildirmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs1 üstündə büküm aşkar edildikdə, o, həmin narkotik vasitənin tiryək olduğunu və öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin həmin narkotik vasitəni İran vətəndaşından əldə etdiyi barədə məlumat vermişdir. Şəxsə qarşı nə saxlanılan zaman, nə də şəxsi axtarış və videoçəkiliş zamanı heç bir fiziki, psixi təzyiq göstərilməmişdir. Şəxsi may ayının 27-si tarixində Hövsan qəsəbəsində, bağlar massivi ərazisində saxlamışlar. Şəxs saxlanıldığı zaman o və bir başqa əməliyyatçı olmuşdur. Saxladıqları zaman Təqsirləndirilən şəxs1 tək olmuşdur. Onlara narkotik vasitələrin qəbulu ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Onu saxladıqları zaman üzərinə heç bir baxış keçirməmişdir. Bölməyə gətirdikdə növbətçi hissədə deyil, xidməti otaqda şəxsin üzərində baxış keçirilmişdir. Baxış keçirilməsində o da iştirak etmişdir. Narkotik vasitədən başqa şəxsin üzərində heç nə aşkar edilməmişdir. O, əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi ilə əlaqədar qərarı prokurorluğa göndərmişdir. Məhkəmə tərəfindən həmin əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi ilə əlaqədar qərarın yoxlanılması ilə bağlı qərar verilmişdir. O, əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi ilə əlaqədar qəbul edilmiş qərarın yoxlanması zamanı məhkəmə iclasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə əlaqədar məlumat daxil olmamışdır. Şəxsi axtarış zamanı vəkilin iştirak edib-etməməsini xatırlamır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmışdır. Onlara Radiqin inzibati xəta törətməsi ilə əlaqədar heç bir məlumat daxil olmamışdır. Saxlanılmasından əvvəl Radiqin barəsində inzibati tənbeh tətbiq edilməsi ilə bağlı heç bir məlumatı yoxdur. Hövsan qəsəbəsində Radiqin iştirakı ilə adam öldürülməsi hadisəsi ilə əlaqədar heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxslərə qarşı işgəncə verilməsi ilə əlaqədar heç bir məlumatı yoxdur. Şəxsi axtarış zamanı üzərində bir büküm narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs1 üst geyiminin cibindən aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 Oqtay oğlu ifadəsində bildirmişdir ki, o Suraxanı RPİ-nin müvəqqəti saxlama yerində çalışan polis əməkdaşıdır. Bir il əvvəl Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması barədə protokol əsasında o, saxlanılması üçün Suraxanı RPİ-nin MSY-nə təhvil verilmişdir. Radiq Ferziyevin üstündə baxış keçirilən zaman Mehman Quliyev və Şahid15 iştirakları ilə onun sağ ayağındakı corabdan narkotik vasitə aşkar edilmişdir. Bundan sonra isə onlar bu barədə akt tərtib edərək rəhbərliyə məlumat vermişlər. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid16 Oqtay oğlu bildirmişdir ki, hadisə təxminən may ayının 25-27-i aralığında baş vermişdir. Şəxsin inzibati xəta törətməsi ilə əlaqədar məlumatı yoxdur. İnzibati xəta törədildiyi zaman kimin məhkəməyə apardığını bilmir, çünki onun işlədiyi müvəqqəti saxlama yerində yanlız cinayət işləri ilə bağlı şəxslər saxlanılır. Şəxsi kimin gətirdiyini xatırlamır, onun üzərində axtarış aparılıb-aparılmaması barədə məlumatı yoxdur. Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar gətirilmişdir. Onlar şəxsin üzərindəki narkotik vasitəni o, təhvil veriləndən sonra baxış keçirən zaman tapmışlar. Təqsirləndirilən şəxs1 gətirən adamlar şəxsi təhvil verdikdən sonra getmişlər. Təqsirləndirilən şəxs1 ayın 27-dən əvvəl müvəqqəti saxlama yerinə gətirilib-gətirilmədiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 şahid qismində dindirilmiş Şahid16 Oqtay oğlunun ifadəsinə uyğun məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, o, həyat yoldaşı ilə birlikdə Binəqədi rayonunda dönərxanada işləmiş. Hadisə baş verən gün komendant saatı olması səbəbiylə həyat yoldaşı ilə işdən tez çıxaraq evə gəlmişlər. Anası zəng edərək sosial evlərdə yaşayan qardaşı Elbəyin axşam saat 9-un yarısı evdən çıxdığını və daha sonra evə getmədiyini bildirib narahat olduğunu demişdir. Qardaşı Elbəy sosial evlərdə yaşamış, “Socar”da mühafizəçi işləmişdir. Hər gün işə gedəndə velosipedlə atasıgilə gəlmiş, velosipedi oraya qoyub, ona “Socar”ın verdiyi maşını götürüb işə getmişdir. O, anası və yoldaşı ilə birlikdə qardaşı Elbəyi axtarmaq üçün evinə getməyə başlamışlar. Bir qədər sonra yolda yerdə uzanıqlı vəziyyətdə bir nəfəri görmüşlər. O, həmin şəxsin qardaşı Elbəy olduğundan narahat olmuş, anasından qardaşının üstündəki geyimlərin nə olduğunu soruşmuş, anası isə ona qardaşının göy rəngli cins şalvar geyindiyini demişdir. Yaxınlaşıb baxanda yerdə uzanan şəxsin qardaşı olmadığını görmüş, lakin həmin şəxsin sağ olub-olmamasına diqqət etməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, mərhumu yolda o, həyat yoldaşı və anası görmüşlər. Qardaşı Hövsanda MİDA-da yaşayır, meyit yola yaxın yerdə olmuşdur. O, yalnızca qardaşı olub-olmadığını müəyyən etmək üçün yerdə uzanan şəxsin üst geyiminə fikir vermişdir. Hadisə təxminən 2020-ci ilin oktyabrın 11-i tarixi, saat 23:00 radələrində olmuşdur. Onlar yaxınlıqda başqa adam da görmüşlər. Onlar MİDA-ya çatmamış dəmiryolunun üstündən 3 nəfərin getdiyini görmüşlər. Həmin şəxsləri 50-60 metr məsafədə görmüşlər, onları görəndə həmin şəxslər artıq dəmir yolunu keçmişlər. Bu ərazidə, MİDA-ya yaxın körpünün altında post patrul maşını olmuş, həmin şəxslərin qaçıb-qaçmadıqlarını bilmir. Həmin şəxslər kişi cinsindən olmuşlar, hava qaranlıq olduğu üçün tam görməmişdir, onların əlamətlərini bilmir. MİDA-nın altındakı PPX maşını öldürülən şəxsin olduğu yerdən çox uzaqda olmuşdur. X32 Akademiyasının yaxınlığındakı “Təzə Yol” adlı yerlə gəlmişlər. Onun gözləri o qədər də yaxşı görmür, bu səbəbdən həmin şəxslərin əlamətlərini tam bilmir. Həmin gördüyü adamların təqsirləndirilən şəxslər olubolmamasını deyə bilməz. Yerdə uzanıqlı gördüyü şəxsin narkotik istifadəçisi olduğunu, buna görə də yıxıldığını düşündüyü üçün polisə xəbər verməmişdir. Həmin vaxt o adamın yaşayıb-yaşamadığını bilmir, polis bölməsinə dəvət olunduqda bilmişdir ki, həmin şəxs ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid9 ifadəsinə uyğun məzmunda ifadə vermiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, mərhumu təxminən neçə metr məsafədən gördüyünü deyə bilmir, mərhumun ətrafında qan və ya hər hansı bir iz görməmiş, onlar onun ölü olduğunu bilməmişlər, sərxoş olduğunu düşünmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X22 1 ünvanın arxasında yerləşən MİDA-nın tikilməkdə olan, X22 2 də işləmişdir. O, 11 oktyabr 2020-ci il tarixdə saat 06-07-radələrində işə getmək üçün evdən çıxmış, işə piyada gemişdir. O, Hövsan qəsəbəsində Olimpiya kompleksinin arxasındakı asfalt örtüklü yolla getmiş, ondan qabaqda 50-60 metr məsafədə bir nəfər 55-60 yaşlarında bir nəfər idman şalvarında bir nəfər kişi getmişdir. O, həmin kişinin qabaqda qəfildən dayandığını görmüş, o, həmin kişiyə yaxınlaşanda həmin kişi ondan telefonunun olub-olmadığını soruşmuşdur. O, nəyə görə lazım olduğunu soruşduqda həmin kişi yolun sağında yoldan bir neçə metr aralıda torpaq üzərində üzü üstə kişi meyiti göstərib, həmin meyitə görə polisə məlumat üçün zəng etməyi bildirmişdir. Həmin şəxs özünün telefonun evdə qaldığını demişdir. O, meyitə diqqət etdikdə baş nahiyəsinin yaxınlığında yerin qan olduğunu görmüşdür. O, polisə zəng vurmuş, lakin polisləri gözləməmiş və birbaşa işə getmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, o, 102 xidmətinə zəng edəndə saat təxminən 07:05 olmuşdur. 11 oktyabr 2020-ci il tarixdə ona 102 xidmətinə zəng etməsini bildirən şəxsi ilk dəfə görmüş, həmin şəxs səliqəli, yaşlı şəxs olmuşdur. Onun aşkar etdiyi meyitin yanında başqa şəxs olmamış, meyiti isə ilk dəfə görmüşdür. Meyit üzü aşağı istiqamətdə olduğundan o, meyitin üzünü görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Merkuri İnşaat MMC”-də gözətçi işləmiş, onun gözətçi olduğu binanın yanındakı binanın gözətçisi Tahir adlı şəxs olmuş, Tahir 10 gün olar ki, əməliyyat olduğu üçün sonuncunu həmin binada fəhlə işləyən Rüstəm əvəz etmişdir. Rüstəmlə onun arasında münasibət normal olmuşdur. 10 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində o, işə gəlmiş, həmin vaxtı Rüstəm artıq işdə olmuşdur. İşin xüsusiyyətinə uyğun olaraq o və Rüstəm ərazidə gəzişmişdir. Rüstəm öz xidməti otağına getmiş, o həmin günü saat 20 radələrində əraziyə çıxanda Rüstəmi içkili görmüşdür. Rüstəm çox içmiş, sərxoş olması hiss olunmuşdur. O, Rüstəmin kiminlə içki içdiyini bilməmişdir. O, Rüstəmlə ərazini də gəzmiş, daha sonra öz xidməti otağına getmişdir. O, xidməti otağından çıxdıqda Rüstəmin adını bilmədiyi hərbiçi sakinlə söhbət etdiyini görmüşdür. Daha sonra Rüstəm ona evə getdiyini demiş, o da sonuncuya içkili olduğuna görə evə getməməsini, işdə bir yerdə yatmasını, onun yerinə əraziyə baxa biləcəyini demişdir. Rüstəm onunla ərazidə gəzdiyi müddətdə onun telefonu ilə atasına zəng etmişdir. Atası ilə danışdıqdan sonra atası ona zəng edərək Rüstəm içkili olduğundan ona göz-qulaq olmasını demişdir. Atası ilə danışıqların birində Rüstəm atasına gəlib onu aparmasını da bildirmişdir. Atası da “komendant saatı” olduğu üçün gələ bilməyəcəyini bildirmişdir. Rüstəm evə getmək istədiyini bildirmiş, o, bir daha getməməsini məsləhət etmiş, lakin Rüstəm gedəcəyini bildirmişdir. O, ərazini gəzmək üçün binanın başına kimi Rüstəmlə birlikdə getmiş, binanın başında yenə sonuncuya getməməsi üçün bir neçə dəfə məsləhət etmiş, gedirsə də taksi ilə getməsini demişdir. Rüstəm ona heç bir söz deməmiş və torpaq yolla üzü Hövsan qəsəbəsi istiqamətinə getmişdir. O isə geri qayıtmış və söhbətgahda oturan hərbiçinin yanına qayıtmışdır. Bir qədər hərbiçi ilə söhbət etdikdən sonra hərbiçi evə çıxmış, o isə otağa girib çay içmiş və xidmətinə davam etmişdir. Daha sonra səhər saatlarında Rüstəmin atası ona zəng edib Rüstəmin işdə olubolmadığını soruşmuş, polislərin zəng etdiyini və Rüstəmin telefonun polisdə olduğunu bildirmişdir. Sonra o, xidməti təhvil verib evə getmiş, evdə çörək yedikdən sonra polislər ona zəng edib çağırmış, bundan sonra Rüstəmin öldüyünü bilmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Rüstəm xidmətdə olan zaman onun kiminlə spirtli içki qəbul etdiyini bilməmiş, sonuncunun xidmət apardığı otağa kiminsə girdiyini görməmişdir. Rüstəm ona söhbət əsnasında kiminləsə söhbətinin olması barədə bir söz deməmişdir. Rüstəm konturunun olmadığını dediyi üçün, atasına onun telefonu ilə zəng etmişdir. Rüstəmin evə nəyə görə getmək istədiyini o, bilməmiş, sonuncu içkili olduğundan özünü idarə edə bilməmişdir. O, Rüstəmi yola saldıqdan sonra həmin istiqamətdə səs-küy eşitməmiş, sonuncu içkili olduğu müddətdə ona söyüş söyməmiş, mübahisələri yaranmamışdır. O, xidmətdə olduğu müddətdə Rüstəmin onun telefonu ilə atası ilə danışıqdan başqa kiminləsə danışığının şahidi olmamışdır. Kiminsə Rüstəmin arxasınca gəldiyini, xidməti yerində onunla söhbət etdiyini görməmişdir. Onun Rüstəmin narkotik vasitə istifadəçisi olması ilə bağlı heç bir məlumatı olmamış, sonuncunun kiməsə borcu və ya kiminsə Rüstəmə borcu olması barədə bir şey bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, o, təxminən 2020-ci ilin avqust ayında Hövsan qəsəbəsində yerləşən sosial mənzillərdən ev almış, sosial evlərdən mənzil alsa da, əsasən Zirə qəsəbəsindəki evində yaşamışdır. Arada bir Sosial Evlərdəki mənzilə gəlib-getmiş, hələ həmin mənzilə tam köçməmişdir. Onun mənzilinin yerləşdiyi binanın mühafizəçisi Kərəm adlı kişidir. O, 10 oktyabr 2020-ci il tarixdə saat 20:50 radələrində sosial evlərdəki mənzilinə gəlmiş, evdə bir neçə dəqiqə oturduqdan sonra hava almaq üçün həyətə düşmüşdür. O, həyətdə söhbətgahda oturan zaman ilk dəfə gördüyü, adını bilmədiyi şəxs gəlmiş, həmin şəxs çox içkili vəziyyətdə olmuş, ayaq üstə zorla dayanmışdır. O, içkili olduğu üçün həmin şəxsin danışığına fikir verməmişdir. Həmin şəxs gəlib ondan qonşu binanın mühafizəçisi olduğunu bildirmiş və onların binasının mühafizəçisi Kərəmi soruşmuş, söhbət əsnasında ona sonuncunun telefonunu götürdüyünü bildirmişdir. Bir qədər sonra Kərəm gəlmiş və Rüstəm yenə Kərəmdən telefonunu götürüb-götürmədiyini soruşmuşdur. Kərəm isə Rüstəmə “get olduğun yerə bax, mən sənin telefonunu götürməmişəm” sözlərini demişdir. Rüstəm Kərəmə nömrə vermiş, onun yanında Kərəm həmin nömrəyə zəng etmiş, sonuncu zəng etdikdə Rüstəmin əlində olan telefonun zəng çaldığını eşitmişlər. Rüstəm “mənim başqa telefonum var, mən həmin telefonu tapa bilmirəm” sözlərini demiş, daha sonra otağına getmiş və bir qədər sonra gəlib telefonu tapdığını demişdir. Rüstəm Kərəmə evə getdiyini demiş, sonuncu isə Rüstəmə “qal sən istirahət elə, mən sənin yerinə səhərə qədər burada qalacam” sözlərini demişdir. Rüstəm getməkdə israrlı olmuş, Kərəm isə sonuncunu binanın küncünə kimi aparıb yola salmışdır. Həmin vaxtı Kərəm gəlmiş, o, Rüstəmin harada olduğunu soruşduqda Kərəm “yola saldım getdi” demişdir. Kərəm Rüstəmin hara getdiyini deməmiş, o da bir neçə dəqiqə Kərəmlə söhbətləşdikdən sonra evə çıxmışdır. O, daha sonra bir daha çölə çıxmamış, Rüstəmin öldüyünü polislərdən öyrənmiş, sonuncunun harada, hansı şəraitdə öldüyünü bilməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq şahid X23 bildirmişdir ki, o, Rüstəmi ilk dəfə orada görmüş, həmin ünvana az-az gəldiyindən oradakı şəxsləri tanımamışdır. O, Rüstəmin kiminlə spirtli içki içdiyini bilməmiş, sonuncunun Kərəmlə mübahisə etdiyini görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır. O, 2017-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikasının İnşaat Dövlət Agentliyinin MİDA MMC-nin təhlükəsizlik şöbəsinin mütəxəssisi vəzifəsində işləmiş, iş yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən X22 1-də yerləşmişdir. Onun vəzifəsi mütəxəssis olsa da, o, faktiki olaraq bir gün işdə, iki gün evdə olmaqla gözətçi vəzifəsində işləmişdir. O, iş qrafikinə uyğun olaraq 10 oktyabr 2020-ci il tarixdə saat 09:00-da işə başlamış, növbəni 11 oktyabr 2020-ci il tarixdə saat 09:00-da təhvil vermişdir. Hadisə günü adını öyrəndiyi Rüstəmi 5-ci binada işləyən işçi kimi tanımış, lakin sonuncu ilə heç zaman münasibəti olmamış, sadəcə postun qabağından keçərkən aralarında “salam-sağ ol” olmuşdur. Bir dəfə də o, Rüstəmin xidmət yerində su doldurmuş, başqa münasibəti olmamışdır. 10 oktyabr 2020-ci il tarixdə saat 21:20 radələrində o postda həmin ünvanda yaşayan sakinlərdən Mirdamətlə oturub söhbət edən zaman Rüstəm posta yaxınlaşaraq onu çağırmış, o da çölə çıxmışdır. Rüstəm özü içkili olduğu üçün onunla söhbət edən sakinə görə problem olub-olmayacağını soruşmuş, o, isə narahat olmamasını, həmin şəxsin sakin olduğunu bildirmişdir. Bundan sonra Rüstəm ondan zəng etmək üçün telefonunu istəmiş, o da telefonu vermişdir. Rüstəm ***-***-**-** nömrəsinə saat 21:28-də zəng edərək 1 dəqiqə 6 saniyə mikrofonda danışmış, sonuncu ilə telefonda danışan şəxs Rüstəmə “saat 10-nun yarısıdır, yat, komendant saatıdı, indi hara gəlim?” sözlərini demişdir. Həmin vaxtı posta sakinlərdən Samir də gəlmişdir. O, Rüstəmin içkili olduğunu görüb sonuncunu xidmət yerinə kimi aparmış, daha sonra öz yerinə qayıtmışdır. Daha sonra o, öz yerində olmuş və tualetə getmişdir. Təxminən 30-40 dəqiqə sonra postda olan Mirdamət və Samir Hövsan qəsəbəsi istiqamətinə baxaraq həmin istiqaməti nəzərdə tutub Rüstəmin hələ də binanın ətrafında gəzdiyini bildirmişdir. O da söz arası “içkilidir, qoy, gəzib ayılsın” demişdir. Bundan sonra o, Rüstəmi görməmişdir. O, Rüstəmi növbəsini təhvil verən zaman da görməmişdir. Rüstəmi görəndə sonuncu içkili olmuş, 10 oktyabr 2020-ci il tarixdə Rüstəm işə gələrkən də gün ərzində çox adam giribçıxdığı üçün sonuncunu görməmişdir. O, Rüstəmin kiminlə spirtli içki qəbul etməsini görməmiş, onun postda olduğu müddətdə sonuncunun xidmət apardığı binada və yaxınlıqda kiminsə dava-dalaş, mübahisə etdiyini görməmişdir. (cild İ, i.v. 40-42) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin fevral ayınadək Binəqədi rayonunun ərazisində Rəsulzadə qəsəbəsində əri Elsəvər Qasımovla birlikdə dönərxana işlətmişdir. Son dövrlər iş zəif olduğundan 2021-ci ilin fevral ayından artıq dönərxana işlətməmiş və fevral ayının sonlarından əri SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda fəhlə, o, isə “Araz” supermarketlər şəbəkəsinin Hövsan qəsəbəsindəki filialında kassir işləmişdir. 10 oktyabr 2020-ci il tarixdə axşam saatlarında qaynı Elbəyi Qasımzadəni axtardığı vaxt yolun kənarında gördüyü uzanıqlı vəziyyətdə olan şəxsin kim olmasını bilməmiş, sərxoş olduğunu zənn etmişdir. Onun üzərində zorakılıq əlamətləri və qan müşahidə etməmişdir. Həmin vaxtı o ərazidə işıqlandırma ümumiyyətlə olmadığından telefon işığı ilə hərəkət etmişlər. Ola bilsin ki, həmin şəxsin harasındasa qan olmuş, lakin orada işıqlandırma olmadığından hər hansı zorakılıq əlaməti, qan və qanabənzər ləkələr görməmişdir. Bundan başqa həmin şəxsə o və qaynanası yaxınlaşmamış, onun yaxınına əri Elsəvər getmişdir. Nə Elsəvərin, nə də onun həmin şəxsin ölü olması ağlına gəlməmişdir. Əgər onun ölü olduğunu bilsəydi, bununla bağlı dərhal polisə məlumat verərdi. X33 rayonunda dönərxana işlədən vaxtlarında işlədiyi yerin yaxınlığında spirtli içki qəbul edərək yolun ortasında yatan şəxslərlə çox rastlaşmış, bu səbəbdən həmin şəxsi də torpağın üzərində görəndə içkidən həmin hala qaldığını fikirləşmişdir. 10 oktyabr 2020-ci il tarixdə axşam saatlarında yolun kənarında torpağın üstündə uzanan şəxsin içki qəbul etdiyini, yəni alkaş olduğunu düşünmüş, öldüyünü zənn etməmişdir. 10 oktyabr 2020-ci il tarixdə axşam saat 24 radələrində onların evlərində olan zaman Elbəyi evə daxil olan vaxt anası ona “hardaydın ay bala? Yolda bir nəfəri ölü vəziyyətində gördük elə bildik sənsən” sözlərini demişdir. O, qaynıgildə olarkən qaynı Elbəyi evə daxil olandan sonra qaynanası ilə Elbəyinin danışığını hazırda xatırlamır və Elbəyinin hansı səbəbdən helə ifadə verdiyini bilmir. Bəlkə də qaynanası həmin vaxt çox əsəbi olduğundan bilmədən Elbəyiyə elə demişdir. Yolun kənarında aşkar etdiyi şəxsdən təxmini olaraq 200 metr məsafədə həyət evləri olmuş və evlərin birinin qarşısında projektor olmuş və işıqlı ərazidə yaşı təxminən 18-20 aralığında alçaqboy dolu oğlan velosiped sürmüş, hətta qaynanası həmin şəxsin velosiped sürdüyünü görüb Elbəyi deyərək onu səsləmiş, lakin həmin şəxsə diqqətlə baxdıqda Elbəyi olmadığını görmüşdür. Bundan başqa həmin velosiped sürən şəxsin yaxınlığında üç nəfər oğlan olmuş, onların kim olması ilə bağlı hər hansı məlumatı olmamışdır. Əvvəl verdiyi ifadəsində bir nəfərin həmin vaxtı yaxınlıqda velosiped sürdüyünü, üç nəfərində dəmiryolu yaxınlığında durduğunu demişdir. (cild İ, 108-111) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Hövsan qəsəbəsi, Baxça küçəsi ev 33-də ailəsi ilə, yəni atası Camal Dərbəndəliyev və anası Raminə Dərbəndəliyeva və bacısı Elnarə Dərbəndəliyeva ilə birlikdə yaşayır. 2021-ci ilin may ayının əvvəllərindən Suraxanı rayonu ərazisində yerləşən cücə saxlama sexində fəhlə işləyir. Yaşadığı ünvan Hövsan qəsəbəsində yerləşən FHN-nin Akademiyasının arxa küçəsi ilə MİDA-nın sifarişi ilə tikilən X22nə gedən yolda, yolun kənarındakı dəmiryolu xəttin yanında Baxça küçəsində yerləşir. Şahid11 onun qonşusudur. Onunla dostluq münasibətləri vardır. Keçən il ölkədə komendant saatı tətbiq olunan vaxtı axşam saat 21dən sonra evdən çıxmamış və o, adətən həmin vaxtlarda qonşusu Vahidgilə keçmişdir. Onların həyətlərində yaşadıqları evdən başqa yarım təmirli digər ev mövcuddur və o, Vahidlə birlikdə çox vaxt orada oturub söhbət edib telefonda müxtəlif videolara baxmışdır. Əsasən o, Vahidgilə keçmiş, lakin hərdən Vahid də onun evinə gəlmişdir. 10 oktyabr 2020ci il tarixdə gecə saat 9-a işləmiş o, evdən çıxaraq Vahidgilə keçmişdir. Onların darvazalarından Vahidgilin darvazasına gədər məsafə 10 metr olar. Birlikdə söhbət etmişlər. Təxminən gecə saat 22:30 radələrində Vahidgilin valideynləri yatmağa hazırlaşırdılar və o, Vahidlə mobil telefonda müxtəlif səsli videolara baxdıqlarından oturduqları evdən çıxaraq Vahidgilin həyətində yerləşən digər yarımçıq təmirli evə keçmişlər. Həmin evlərin arasındakı məsafə təxminən 10 metr olar. Evdən çıxaraq o biri yarımçıq tikiliyə keçən vaxt çöldə dəmiryolu xəttinin digər üzündə bir neçə şəxsin yüksək səslə mübahisə səslərini eşitmişdir. Səslərdən ona orada iki-üç nəfər şəxsin mübahisə etməsi aydın olmuşdur. Səslər aydın olmadığı üçün nə danışdıqları tam eşidilməsə də, bir birilərinin ünvanına nalayiq ifadələr səslənirdi. Lakin mübahisənin nəyin üstə getdiyini bilməmişdir. Saat təxmini olaraq 01 radələrində Vahidgildən çıxaraq öz evinə keçmişdir. Səhəri gün, yəni 11 oktyabr 2020-ci il tarixdə günorta saat 13 radələrində yuxudan durandan sonra atası mobil telefonuna zəng edərək evdən çölə çıxmamağı tapşırmışdır. O, nə baş verdiyini soruşduqda ona çöldə evdən təxminən 50-80 metr aralıda bir nəfərin meyitinin aşkar olunduğunu və onun meyiti görüb qorxa biləcəyindən ehtiyat edib çölə çıxmamasını demişdir. O, həmin mübahisə edən şəxslərin nə danışdıqlarını axşam vaxtı dəqiq eşitməmiş, sadəcə mübahisə, söyüş söydüklərini eşitmişdir, mübahisədə iki, ya üç nəfərin olduğu bilinirdi, kişi səsləri idi. Həmin səslərin arasında qadın səsləri yox idi. Həmin ərəfələrdə komendant saatı tətbiq olunduğundan daha əvvəl çöldən mübahisə səsləri eşitməmişdir. Səsləri eşitdikləri zaman darvazadan çölə çıxmadıqlarından və onlara həmin şəxslərin kim olduqları maraqlı gəlmədiyindən kim olduqlarını bilməmişlər. (cild İ, i.v. 159- 161) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, “2020-ci ilin oktyabrın 7-də bir yerdə olarkən məndən xahiş elədi ki, 5 qram patı almaq lazımdır. Mən də tanışım var idi, ondan aldım 100 manat məbləğində. Gətirdi verdi priyezdə astanofkada. Zəng vurdum, Rüstəm gəldi, patını ona vermişdim, mən də pulu ondan tələb elədim. Bu da Rüstəmə verdi patını. Rüstəm patının pulunu vermədi, dedi sabah verəcəm. Sabah da zəng vurdum vermədi, 8-i, 9-u zəng vurdum vermədi. Ayın 10-u gündüz Tahir gəldi məni priyezdən götürdü. Mən maşını saxladım priyezdə, getdik Radikgilə ki, mən patını Radikə vermişdim, ona görə də, pulu bundan tələb eliyirdim, Rüstəmdən tələb eləmirdim. Getdim ki, Radik gedək pulumuzu alaq”, «Rüstəmə zəng vurub tələb eləmişdim ama mən buna vermişdim. Getdim ki, Radik mən patını sənə vermişəm, pulu sən alıb verməlisəndə. Adama mən verməmişəm. Tahirlə getdik Radiqin qapısına, qapıda nəşə də çəkdik, gündüz idi. Zəng vurduq Rüstəmə, Rüstəm dedi axşam işdən çıxanda görüşərik», «Rüstəmi cəzalandırmağı hamımız bir yerdə qərar verdik. Saat 6-7 idi, zəng vurduq Rüstəmə bir də, Rüstəm dedi ki, axşam işdən çıxanda görüşərik. Axşam saat yenə 9-da 21:30 radələri olardı zəng vurduq, dedi ki, işdən çıxıram, bir yarım saata gələrsiz. Biz də bunlardan çıxdıq, 1000 metr zad yolu var. Getdik gördük priyezin üstündən gəlir. Mən Radikdən pulumu istəyirdim, mən ondan pul istəmirdim. Radiq ona dedi ki, malı götürmüşük nisyə pulu verilməlidi, pulu istəyirlər. O, da nalayiq söyüşlərlə söyüş söydü. Bu dedi ki, pul verilməlidi. O, da pulu verməyəndən sonra bunlar süpürləşdilər, daşı götürdü vurdu başına, yıxıldı. Təpiklədin, mən də təpiklədim. Birinci Radiq vurdu», «Sən də vurmusan, yumruqla da birinci, ondan sonra daşla vurmusan. Bir-iki təpik də mən vurdum, Tahir də yerdən daşı götürdü bax belə-belə Tahir də daşla vurdu. Biz də onu vuranda xırıldadı, elədi, elə bil səs çıxarırdı ay mama nə blim nə. Bizdə təzdən gəldik oturduq sizin qapının ağzında. Tahir gətirdi məni düşürtdü öz maşınımın yanına. Mən çıxdım evə getdim. Tahirlə də sən çıxdız getdiz.». həmin üzləşdirmə istintaq hərəkəti zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 üzünə qarşı bildirmişdir ki, «Mən ondan narazıyam ki, Rəşad malı verib gəlib mənim dalımca evə. 5 qram malı verib gəlib orda sözləşmişik. 5 qram malı verib Rüstəmə gəlib mənim evimə. Qardaşımı da götürüb gəlib bizə. Gəlib maşını zadı saxlıyıblar qapının ağzında nəşədən zaddan çəkmişik bir yerdə, sözləşmişik, bu çıxıb bir dəfə telefonnan danışıb. Sonra qaranlıq düşmüşdü uje. Bu da dedi ki, gedək pulu bu gün almalıyıq. Bizdə ara küçə ilə yerişməyə başladıq. Bu da dedi ki, pul verilməsə onunla pis rəftar eliyərəm. Öldü var döndü yoxdur. getdik çatdıq dəmiryoluna Rüstəm də, üzü bu üzə gəlirdi. Rüstəm gəlib bizə çata-çatda bular biraz aralandı, bular aralanandan sonra Rüstəm gəlib mənə dedi ki, söyüş söydü mənə belə belə olasan sən niyə gəlmisən bura. Məndə götürdüm bir daşı yerdən tarazdadım vurdum. Belə vuranda bu çöndü, boynunun dalından vurdum, yıxıldı. Yıxılandan sonra durdu. Bir xeyli getmişdi qabağa bular tökülüşdü üstünə. Bular başdadı onu vurmağa. Onlar onu vurdu, bir 5 dəqiqə, 6 dəqiqə mən bulara baxandan sonra şuqaniyaya düşdüm qaçdım həmin küçə ilə. Gəldiyim yolla maşının yanında gözlədim. 20 dəqiqədən sonra bular gəldilər. Bir yerdə mindik maşına, qardaşımın maşınına. Getdik bunların qaldığı yerə. 3 gün bunlarda qalmışam, 3 gündə Vasifgildə. Ondan sonrada çıxıb gəlmişəm.», həmçinin Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı mərhum Zərərçəkmiş şəxs2 birinci dəfə daşla vurduğunu etiraf etmişdir. (cild X, i.v. 34-47; cild Xİİİ, i.v. 179-185) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq zamanı 25 iyul 2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı təqsirləndirilən şəxslər ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı tam təsdiq etmişlər. (cild X, i.v. 189-194) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 oktyabr 2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı tam təsdiq etməklə sonuncu ilə qeyri-rəsmi ər-arvad kimi yaşadıqları müddət ərzində onu dəfələrlə evdə azyaşlı oğlu ilə tək və köməksiz qoymaqla qapını bağlayıb getməsini, Zərərçəkmiş şəxs2 onların yaşadıqları evə bir neçə dəfə gəlməsini, hadisə günü də Zərərçəkmiş şəxs2 onların yaşadığı evə gəlməsini, evdə Zərərçəkmiş şəxs2la tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə söhbət etdiklərini, həmin vaxt aralarında mübahisə yarandığını, sonra Zərərçəkmiş şəxs2 evi tərk edib getdikdən sonra onun da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la Zərərçəkmiş şəxs2 arxası ilə getdiklərini, bir müddət sonra onun yaşadıqları evə gələrək əşyalarını yığıb onu azyaşlı uşağı ilə evdə tək qoyub qapını bağlamaqla onu bağlı qapı arxasında qoymasını bildirmişdir. (cild Xİİİ, i.v. 51-55) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 noyabr 2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı tam təsdiq etmiş və Təqsirləndirilən şəxs2 üzünə qarşı hadisə günü Təqsirləndirilən şəxs1lə yaşadıqları kirayə evdə onun da Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la digər otaqda olduqlarını, orada aralarında sözlə mübahisə yarandığını, sonradan Zərərçəkmiş şəxs2 evdən çıxıb getdikdə, Təqsirləndirilən şəxs1 arxası ilə Təqsirləndirilən şəxs3la birlikdə getmələrini bildirmişdir. (cild Xİİİ, i.v. 80-84) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 dekabr 2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 əlavə ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı tam təsdiq etmiş, Təqsirləndirilən şəxs2 üzünə qarşı hadisə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə daş parçası ilə vurmaqla qətlə yetirdiklərini bildirmişdir. (cild Xİİİ, i.v. 186-193) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 dekabr 2022-ci il tarixli üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 əlavə ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı tam təsdiq etmiş, Təqsirləndirilən şəxs1 üzünə qarşı hadisə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2la birlikdə daş parçası ilə vurmaqla qətlə yetirdiklərini bildirmişdir. (cild Xİİİ, i.v. 179-185) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 11 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanda, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının binasının arxasından MİDA-nın sifarişi əsasında tikilmiş X22nə gedən asfalt yolun kənarında yerləşir. Asfalt yolun kənarında yoldan 2 metr sağda torpaq örtüyünün üzərində kişi cinsli meyit vardır. Meyitin baş nahiyəsinin yaxınlığında üzərində qanabənzər ləkələr olan daş parçası vardır, meyitdən 3 metr dəmiryolu tərəf irəlidə üzərində qanabənzər ləkələr olan başqa daş parçası vardır. Baxış zamanı əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq 4 ədəd üzərində qanabənzər ləkələr olan daş parçaları, 1 cüt qara rəngli kişi ayaqqabısı, idman gödəkçəsinin papağı, 4 ədəd müxtəlif yerlərdə olan qan nümunələri, 1 ədəd alışqan götürülərək qablaşdırılmışdır. (cild İ, i.v. 05-14) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “meyitə baxış keçirilməsi” haqqında 11 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, kişi meyitinin bədəni üzərində sol almacıq nahiyəsində 3,5x3,0 sm ölçüdə qeyri-müəyyən formalı sıyrıq vardır. Sıyrıq səthi qırmızımtıldır, nəmdir, ətraf sağlam dəri toxuması səviyyəsindən aşağıda yerləşir. Alında solda 5,0x4,0 sm ölçüdə analoji sıyrıq vardır. Həmin sıyrığın fonunda bir-birindən 0,3 sm aralı 0,3x0,2 sm və 0,2x0,2 sm ölçüdə kənarları nahamar yaralar vardır. Sağ qaşüstü nahiyədə 4,0x2,5sm ölçüdə analoji sıyrıq vardır. Həmin sıyrığın fonunda l,5x0,3 sm ölçüdə analoji yara vardır. Həmin yaranın təxminən uc hissəsi yaxın 0,3x0,2 sm ölçüdə bir şaxə ayrılır. Yaranı təftiş edən zaman sümüklərdə patoloji hərəkətlilik təyin edilir. Burun kökündə 2,0xl,0 sm ölçüdə analoji sıyrıq vardır. Həmin sıyrığın fonunda l,0x0,3 sm ölçüdə eyni xarakterli yara vardır. Yaranı təftiş edən zaman burun sümüklərində patoloji hərəkətlilik təyin edilir. Burun qığırdağında sağda l,8xl,0 sm ölçüdə analoji sıyrıq vardır. Sağ almacıq nahiyəsində 6,0x3,0 sm ölçüdə analoji sıyrıq vardır. Sağ budun yuxarı 1/3-nin ön səthində 2,5xl,5 sm ölçüdə analoji sıyrıq vardır. Sağ diz oynağının ön səthində 2,5x0,5 sm ölçüdən 0,3x0,2 sm ölçülərə qədər beş ədəd analoji səthi sıyrıqlar vardır. Sol diz oynağının ön səthində l,0x0,8 sm ölçüdə qırmızımtıl çəhrayımtıl rəngli qeyri-müəyyən formalı qançır vardır. Sol qalça darağı nahiyəsində 3,0x0,5 sm ölçüdə analoji sıyrıq vardır. Hər iki qalça tini nahiyəsində ətrafı qonur rəngli qansızmalı zəif seçilən nöqtəşəkilli yaralar vardır. Bel nahiyəsində solda 1,0x0,1 sm, 1,2x0,1 sm və 0,5x0,1 sm ölçülərdə sıyrıqlar vardır. Sıyrıq səthi qırmızımtıl rəngli qartmaqla örtülüdür, ətraf sağlam dəri toxuması səviyyəsindən aşağıda yerləşir. Qarın nahiyəsində 2 ədəd, hər iki said nahiyəsində çoxsaylı ağımtıl rəngli kənarları hamar köhnə çapıqlar vardır. Meyitin xarici müayinəsi zamanı digər xəsarət aşkar edilməmişdir. (cild İ, i.v. 15-17) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş kamera görüntüsünə baxış keçirilməsi haqqında 11 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, MİDA-nın sifarişi əsasında tikilmiş X22 1 ünvanında "xxxx" MMC tərəfindən tikilmiş 5 nömrəli binada quraşdırılmış 6 nömrəli kameraya baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin kamera yaşayış binasının həyətini, eləcə də həyətdən Zərərçəkmiş şəxs2 xidmətdə olduğu otağın eyvan olan hissəsini görüntüləyir. Kamera görüntüsündən görünür ki, Zərərçəkmiş şəxs2 xidməti otağının işığı yanılıdır. Baxış zamanı 10 oktyabr 2020-ci il tarixdə saat 21:00-dan saat 22:15-dək həmin həyətdə olmuşdur. Zərərçəkmiş şəxs2 bir neçə dəfə həyətdən xidməti otağına keçdiyi müşahidə edilir, həmçinin sonuncunun sərxoş halda, nizamsız yerişlərlə həyətdə yeridiyi müşahidə edilir. Zərərçəkmiş şəxs2 sonuncu dəfə 10 oktyabr 2020-ci il tarixdə saat 22:11-də xidmət etdiyi binanın blokundan çıxıb həyətdə olan söhbətgah (besetka) istiqamətinə gəlməsi müşahidə edilir. Həmin söhbətgahda (besetkada) iki nəfərin də olduğu görünür. Həmin şəxlərdən biri digər gözətçi Şahid2 və sakin Şahid3dur. Saat 22:13-də Zərərçəkmiş şəxs2 Şahid2la birlikdə görüntüdən sağ istiqamətə (hadisə yerinə doğru istiqamət) doğru getdikləri müşahidə edilir. Bundan 6 dəqiqə sonra saat 22:19-da Şahid2 tək geri qayıtması və besetkada sakinlə söhbət etməsi, daha sonra sakinin binaya girməsi, sonuncunun isə həyətdə xidmət etdiyi görüntülənir. Qeyd edilən videgörüntülərdə Zərərçəkmiş şəxs2 sərxoş olmasının müşahidə edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qətlə yetirdikləri zaman spirtli içkinin təsiri altında olması ilə bağlı dediklərinin həqiqəti əsk etdirməsini bir daha sübuta yetirir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin görüntülər müvafiq qaydada diskə yazılaraq protokola əlavə edilmişdir. (cild İİ, i.v. 28) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən 03 noyabr 2020-ci il tarixli məktubla daxil olmuş “CD” diskə baxış keçirilməsi haqqında 13 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, diskdə 1 dəqiqə 18 saniyəlik audio səs yazısı vardır. Həmin səs yazısında özünü Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi ev 2-də yaşayan Şahid1 kimi təqdim edən şəxs Hövsan qəsəbəsindən, X6 binasının arxasından “Sosial ev”lərə gedən təzə yolla işə gedərkən yolun kənarında bir nəfər şəxsin meyitinin aşkar etdiyi barədə məlumat vermişdir. (cild İİ, i.v. 93) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən 11 noyabr 2020-ci il tarixli BKC/LGL-24739/20 nömrəli məktubla daxil olmuş “CD” diskə baxış keçirilməsi haqqında 19 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, diskdə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə və digər Şahid5 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə daxil olan və çıxan zənglərin siyahısı vardır. Şahid2 istifadəsində olmuş mobil nömrədən hadisə günü, yəni 10 oktyabr 2020-ci il tarixdə zərərçəkmiş şəxsin atası Adil Bayramovun istifadəsində olmuş ***-***-**- ** telefon nömrəsinə 2 dəfə zəng olunmuş, birinci dəfə saat 20:18-də 99 saniyə, ikinci dəfə isə 20:49-da 25 saniyə danışıq baş tutmuşdur. Bundan başqa Şahid2 istifadəsində olan mobil nömrəyə Adil Bayramovun nömrəsindən hadisə günü saat saat 21:01-də zəng daxil olmuş və 91 saniyə danışıq baş tutmuşdur. Şahid2 istifadəsində olmuş mobil nömrə ilə arvadı Arifə Abbasova arasında 10 oktyabr 2020-ci il tarixdə saat 20:21-də 80 saniyə, 20:25-də 60 saniyə, 20:54-də isə 89 saniyə telefon danışığı baş tutmuşdur. Bundan başqa baxış zamanı Şahid2 mobil telefonu ilə zərərçəkmiş şəxsin istifadəsində olmuş ***-***-**-** mobil nömrə arasında hadisə günü, eləcə də əvvəllər hər-hansı danışıq aşkar edilməmişdir. Şahid2 istifadəsində olmuş mobil telefon nömrəsi ilə zərərçəkmiş şəxsin atası Adil Bayramovun istifadəsində olmuş qeyd olunan telefon nömrəsi arasında əvvəllər, yəni 29 sentyabr 2020-ci il tarixdə 6 dəfə, saat 19:07-də 56 saniyə, saat 19:15-də 22 saniyə, saat 19:17-də 41 saniyə, saat 19:20-də 11 saniyə, saat 19:38-də 69 saniyə, saat 21:41-də 14 saniyə, 01 oktyabr 2020-ci il tarixdə 3 dəfə, saat 18:20-də 116 saniyə, saat 18:49-da 16 saniyə, saat 18:54-də 17 saniyə, 02 oktyabr 2020-ci il tarixdə 1 dəfə yəni saat 19:33-də 120 saniyə danışıqların olması müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, Şahid2 istifadəsində olan telefon nömrəsindən Adil Bayramovun telefon nömrəsi ilə aparılmış sonuncu danışıqdan sonra Şahid2 nömrəsinə heç bir zəng daxil olmamış, sonuncunun nömrəsindən heç bir nömrəyə zəng olunmamışdır. İş üzrə dindirilmiş Şahid5 istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısına baxış keçirilən zaman müəyyən edilmişdir ki, hadisə günü, yəni 10 oktyabr 2020-ci il tarixdə qeyd olunan telefon nömrəsindən zərərçəkmiş şəxsin atası Adil Bayramovun istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə iki dəfə zəng daxil olmuş, birinci dəfə saat 21:27-də 28 saniyə, 2-ci dəfə isə 21:29-da 66 saniyə danışıq olmuşdur. Bundan başqa Şahid5 istifadəsində olmuş telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 yuxarıda qeyd olunan telefon nömrəsi arasında ümumiyyətcə danışıq olmamış, həmçinin Adil Bayramovun nömrəsi ilə hadisə günü qeyd olunan iki danışıqdan başqa digər danışıq aşkar edilməmişdir. Şahid5 istifadəsində olan telefon nömrəsindən Adil Bayramovun telefon nömrəsinə olunmuş zənglərdən sonra heç bir zəng daxil olmamış, heç bir nömrəyə zəng olunmamışdır. (cild İİ, i.v. 170) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “istintaq eksperimentinin aparılması haqqında” 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, 10 oktyabr 2020-ci il tarixdə saat 22:13-də gözətçi işlədiyi Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən MİDA-nın “Hövsan-1” yaşayış kompleksindəki 5 nömrəli yaşayış binasının qarşısından Zərərçəkmiş şəxs2 meyitinin aşkar olunduğu yerədək məsafənin hansı müddətə qət edilməsi üçün sonuncu ilə yaşı və fizioloji quruluşu oxşar olan X1 iştirakı ilə eksperiment aparılmış və həmin məsafənin 09 dəqiqə 32 saniyə müddətində qət edildiyi müəyyənləşdirilmişdir. (cild Vİİ, i.v. 27-30) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 19 may 2022-ci il tarixli protokoldan görünür ki, telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 27 noyabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək olan müddət ərzində İmişli rayonu ərazisində anten dairəsində olması müəyyən olunmuş, iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı məlumat aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 hadisəni törətdikdən sonra Bakı şəhərini tərk edərək bir neçə ay müddətinə İmişli rayonunda olması, onun baş vermiş cinayət hadisəsində iştirakını və cinayət məsuliyyətindən yayınmaq üçün qaçmasını təsdiq edir. (cild Vİİİ, i.v. 248-250) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 01 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü təqdim edərək bildirir ki, təqdim etdiyi bir ədəd bükümün içərisindəki narkotik vasitə heroindir və özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşıyır. (cild Xİİ, i.v. 05) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 29 iyun 2022-ci il tarixli protokoldan görünür ki, telefon danışıqlarına və SMSlərə dair məlumatlar təhlil olunarkən ***-***-**-** saylı mobil telefon nömrəsinin 08 oktyabr 2020-ci il tarixdən 19 oktyabr 2020-ci il tarixədək aktiv olması, həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olması müəyyən edilmişdir. Həmin nömrənin SMS-lərə dair məlumatları təhlil olunarkən «Qaqaş. tema. zad. isdiyen. var. bu. gedir. ora. yiqir. meni. bayaqdan. Özdemir.gel.de.qaqas.mendede. 15 manat. var. usdunu. duzelde. suse. alaq», «imkan varsa deyiwdirde bunu qaqawim senöl vəziyyet pisdi partdiyiram» kimi məzmunda narkotik vasitələrin satışının həyata keçirilməsi ilə əlaqədar yazışmalar aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsi arasında 10 oktyabr 2020-ci il tarixdə (hadisə günü) saat 12:20-də 38 saniyə müddətində danışıq aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin əhatəsində olduğu anten dairələrinin təhlili aparılarkən sonuncunun cinayət hadisəsi günü, yəni 10 oktyabr 2020-ci il tarixdə saat 21:21-də “Kend Hövsan” adlı anten dairəsində olması müəyyən edilir. Həmin anten dairəsi Təqsirləndirilən şəxs1 həmin vaxt yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, kənd Hövsan adlanan ərazidə “Buta” marketin yaxınlığında yerləşən evinin və hadisənin baş verdiyi MİDA-nın sifarişi əsasında tikilmiş X22nə gedən asfalt yolun kənarının əhatə dairəsidir. Həmçinin qeyd edilən məzmunlu ismarıclar Təqsirləndirilən şəxs1 narkotik vasitələrin istifadəçisi olmasını təsdiq edir. (cild İX, i.v. 133-140) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, telefon danışıqlarına dair məlumatlar təhlil olunarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 10 oktyabr 2020-ci il tarixdə saat 12:20:04-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng olunaraq 38 saniyə müddətində danışıq aparılmışdır. Həmçinin telefon danışıqlarına dair məlumatlar təhlil olunan zaman Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin saat 09:25-dən saat 09:50-dək «Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi», saat 10:45-dən saat 11:11-ə kimi «Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytunculug sovxozu», saat 11:12-də «ünvan 2», saat 11:21-də «Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytunculug sovxozu», saat 11:32-də «Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Üzümçülük küçəsi 17», saat 11:50-də «Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytunculug sovxozu», saat 12:20-də «ünvan 2», saat 12:34-də «Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Üzümçülük küçəsi 17», saat 12:54-də «Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytunculug sovxozu», saat 13:13-də «Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ bağları», saat 14:06-da «Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi», saat 15:21 və saat 15:23-də «Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytunculug sovxozu», saat 15:58-də saat 16:25-dək «Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytunculug sovxozu», saat 16:30-da «Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 207 saylı qazanxana», saat 19:05-də «Hövsan 2», saat 19:13-də «FHN Akademiya», saat 19:14dən saat 19:52-dək «Hövsan ABU Petrol», saat 19:53 və 20:04-də «Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytunculug sovxozu», saat 20:16-da «Hövsan ABU Petrol və Hövsan kent», saat 20:21 və saat 20:23-də «Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Üzümçülük küçəsi 17», saat 20:29 və saat 20:34-də «Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytunculug sovxozu», saat 20:35-dən saat 20:37-dək «FHN Akademiya», saat 20:39:04-də «Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytunculug sovxozu», saat 20:39:50-də «FHN Akademiya», saat 20:43-də «Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Üzümçülük küçəsi 17» anten dairəsində qeydə alınmış, həmin gün Təqsirləndirilən şəxs3 mobil telefon nömrəsindən son zəng saat 20:43-də qeydə alınmışdır. Qeyd olunan məlumatlar Təqsirləndirilən şəxs3 cinayət hadisəsinin baş verdiyi 10 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1lə danış aparmasını, görüşmələri barədə razığa gəlmələrini və hadisənin törədildiyi vaxtda özünün yaşadığı Hövsan qəsəbəsi, Bahar yaşayış massivi deyil, Zərərçəkmiş şəxs2 meyitinin aşkar olunduğu ərazidə olmasını sübuta yetirir. (cild Xİ, i.v. 03-14) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında 22 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə istintaqa verdiyi ilkin ifadəsində göstərdiyi xüsusatları hadisə yerlərində göstərməklə hadisənin baş vermə mexanizmini, yəni Zərərçəkmiş şəxs2 daş parçası ilə xəsarət yetirib onu öldürməsini mümkün qədər əyani surətdə təsvir etmişdir. Həmin istintaq hərəkətinin gedişi zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hadisə yeri ilə Zərərçəkmiş şəxs2 meyinin aşkar olunduğu yerin eynilik təşkil etməsi Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərinin həqiqiliyini bir daha təsdiq edir. (cild İX, i.v. 48-58) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq Təqsirləndirilən şəxs1lə ünvan 8 ünvanda kirayə yaşadıqlarını, həmin evdə X37 Ələkbərov, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs2 hadisə günü məhz evin hansı otağında söhbət etdiklərini göstərmişdir. (cild Xİİ, i.v. 217- 221) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 25 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona təqdim olunmuş daş parçalarının arasından hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs2 vurduğu daş parçasını göstərir və həmin daş parçası məhz hadisə yerinə baxış keçirilərkən götürülmüş daş parçası olmuşdur. (cild X, i.v. 183-185) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 25 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ona təqdim olunmuş daş parçalarının arasından hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs2 vurduğu daş parçasını göstərir və həmin daş parçası məhz hadisə yerinə baxış keçirilərkən götürülmüş daş parçası olmuşdur. (cild X, i.v. 186-188) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 27 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 mütəxəssisin iştirakı ilə ona təqdim olunmuş fotoşəkillər arasında 1-ci sırada qoyulmuş Zərərçəkmiş şəxs2 fotoşəklini tanıyıb, həmin fotoşəkildə olan şəxsin məhz evlərinə gələn və uşağına 5 manat pul verən şəxs olduğunu bildirmişdir. (cild Xİİ, i.v. 227-230) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəxsin tanınmasının aparılması haqqında” 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim olunan şəxslər arasında 4-cü sırada durmuş şəxsi göstərərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. (cild Xİİİ, i.v. 56-58) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə Suraxanı rayon Polis İdarəsində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (cild Xİ, i.v. 194-196) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 may 2022-ci il tarixli aktdan görünür ki, Feyziyev X14 rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilən zaman üzərinə baxış keçirilərkən sağ ayağında olan corabından 3 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (cild Xİ, i.v. 203) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27-Təcrübi və X38 Hüquqi Şəxsin məhkəmə-tibbi kriminalistikasının 19 noyabr 2020-ci il tarixli, 520/2020- MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkçə, köynək, şalvar, alt tumanı üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş bir cüt ayaqqabı və gödəkçə kapüşonu üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş şalvar, gödəkçə, zolaqlı köynək, idman gödəkçəsinin papağı (kopyuşon) üzərində olan qan ləkələri geniş sahəli qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) və ya az dinamik kontakt və fiziki kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gələ bilərdi. Həmin ləkələrin ətrafında olan digər qan ləkələri qan məbnəyindən (qanlı səthdən) səthə az hündürlükdən, onlardan bəziləri bucaq altında, bəziləri isə bir-birinin üstünə düşən damcılar nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş 04 ədəd daş parçası üzərində olan qan ləkələri qan mənbəyindən (qanlı səthdən) səthə az hündürlükdən, onlardan bəziləri bucaq altında, bəziləri isə bir-birinin üstünə düşən damcılar nəticəsində əmələ gəlmişdir. Digər ləkələr isə morfoloji əlamətlərinə görə demək olar ki, bu ləkələr qan mənbəyindən (qanlı səthdən) az hündürlükdən, bəzisi bucaq altında olmaqla damcılar, bəzi ləkələr isə qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik implus verməklə düşən “sıçrantı” xarakterli ləkələrdir. (cild İİ, i.v. 165-167) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27-Təcrübi və X38 Hüquqi Şəxsin məhkəmə-tibbi ekspertizasının 11 oktyabr 2020-ci il tarixli, 117 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: a) baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları, burun sümüklərinin yerinidəyişmiş sınıqları, sol almacıq nahiyyəsinin sıyrığı, alının solda sıyrığı və əzilmiş yaraları, sağ qaşüstü nahiyyənin sıyrığı və əzilmiş-cırılmış yarası, burun kökünün sıyrığı və əzilmiş yarası, burun qığırdağının sıyrığı, sağ diz oynağının səthi sıyrıqları, sol diz oynağının qançırı, sol qalça darağı nahiyyəsinin sıyrığı. b) bel nahiyyəsinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, a) bəndində qeyd edilən xəsarətlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Beləki dərəcəsinə görə canlı şəxslərdə baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər; burun sümüklərinin yerinidəyişmiş sınıqları canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. b) bəndində qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddətləri müayinədən 1-2 gün əvvələ uyğun gələ bilər və canlı şəxslərdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər və baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. Zərərçəkmiş şəxs2 ölümünə ağır açıq kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 10-14 saat əvvəl baş verə bilərdi. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər digər şəxs (şəxslər) tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Eləcə də həmin xəsarətlər eyni xüsusiyyətə malik müxtəlif bərk küt əşyanın, o cümlədən ekspertizaya təqdim edilmiş daş parçalarının təsirindən alınmaları inkar olunmur. Lakin xəsarətlərin yıxılma nəticəsində, eləcə də yol-nəqliyyat hadisəsi zamanı alınmaları inandırıcı deyildir. Şəxs xəsarət alarkən müxtəlif vəziyyətlərdə ola bilərdi, xəsarət aldıqdan sonra hərəkət etmək iqtidarında ola bilərdi, hansı ki saniyələrlə ölçülə bilərdi. Qarşılıqlı mübarizənin təyini məhkəmə-tibb ekspertinin səlahiyyətinə aid deyildir. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəməkimya təhqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı -1%0-dir. Bu miqdar canlı şəxslərdə yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 beznodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild İV, i.v. 75- 79) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X16 X43 məhkəmə-tibbi bioloji ekspertizasının 23 noyabr 2020-ci il tarixli, 870/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: O alfa beta /1/-dir. Ekspertizaya təqdim edilmiş 12 ədəd siqaret kötüyü, Şahid2 məxsus gödəkçə və şalvar üzərində qanaşübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş 12 ədəd siqaret kötüklərində ağız suyu aşkar olunmuşdur. Bu siqaret kötüklərində ağız suyunun qrupu ABO sistemi üzrə tədqiq edildikdə 04 ədəd siqaret kötüklərində yalnız “H” antigeni alındı. “H” antiqeni O qrupu əsasını təşkil edir. Bu siqaret kötüklərindəki ağız suyu O alfa beta /İ/ qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs2 məxsus ola bilər. 09 ədəd siqaret kötüklərində isə A antiqeni alınmışdır. Beləlikdə bu siqaret kötüklərindəki ağız suyu A/İİ/ qruplu şəxsə məxsusdur və bu siqaret kötüklərindəki ağız suyunun ABO sistemi üzrə A.Zərərçəkmiş şəxs2 məxsus olması inkar olunmuşdur. (cild İV, i.v. 157-161) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X16 X43 məhkəmə-tibbi bioloji ekspertizasının 20 noyabr 2020-ci il tarixli, 810/2020-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu: 0(H)(1). Məhkəmə tibbi bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus şalvar, gödəkçə, zolaqlı köynək, idman gödəkçəsinin papağı, hadisə yerindən dörd ədəd plastik çubuqların pambıq ucluqlarına keçirilmiş maddələr, hadisə yerindən polietilen paketə və löhvələr arasına götürülmüş maddə hissəcikləri, daş üzərindən götürülmüş qaşıntı şəklində olan maddə hissələrində insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti AB0 sistemi üzrə təyin olunduqda yanlız “H” antigeni alındı. Bu antigen AB0 sistemi üzrə 0(H)(1) qrupunu xarakterizə edən əsas antigeni olduğu üçün qan qrupunun təyini zamanı yalnız onun alınması qanın həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını göstərir və bu halda göstərilən qan Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Hadisə yerindən götürülmüş 1 cüt ayaqqabı, alışqan və şalvara keçirilmiş kəmər üzərində qana şübhəli hər-hansı bir ləkə aşkar olunmamışdır. Ekpsertizaya təqdim edilmiş hadisə yerindən götürülüb zərf daxilində polietilen paketə qablaşdırılmış 04 ədəd obyektdən 03 ədədi və hadisə yerindən götürülüb zərf daxilində lövhələr arasına keçirilmiş 03 ədəd obyekt insanın baş tükləridir. Bu tüklərdən 5 ədədi küt təsir nəticəsində milindən ayrılmış, 01 ədədi isə yaşama qabiliyyətini itirib özü düşmüş tükdür. Bu tüklər Zərərçəkmiş şəxs2 baş tükləri ilə morfoloji əlamətlərinə görə müqayisə olunduqda əsas morfolojit əlamətlər üzrə (müqayisəli tədqiqata bax) onlar arasında oxşarlıq aşkar olundu və bu tüklər həmin əlamətlər üzrə Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Təqdim olunmuş polietilen paketdə olan daha bir obyekt insanın üz nahiyyəsinin qısa tüklərinə aiddir. Müqayisəli tədqiqat eyni nahiyə tükləri ilə aparıldığı üçün bu tük ilə Zərərçəkmiş şəxs2 baş tükləri arasında müqayisə aparılmamışdır. Qərarın təsviri hissəsində göstərilən Zərərçəkmiş şəxs2 məxsus qara rəngli uzunqol köynək məhkəmə tibbi bioloji ekspertizaya təqdim olunmamışdır. (cild İV, i.v. 163-178) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X27-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertizasının 10 fevral 2021-ci il tarixli, 01/117 nömrəli əlavə rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədən səthində aşağıdakı xəsarətlər aşkar olundu: a) baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları, burun sümüklərinin yerinidəyişmiş sınıqları, sol almacıq nahiyyəsinin sıyrığı, alının solda sıyrığı və əzilmiş yaraları, sağ qaşüstü nahiyyənin sıyrığı və əzilmiş-cırılmış yarası, burun kökünün sıyrığı və əzilmiş yarası, burun qığırdağının sıyrığı, sağ diz oynağının səthi sıyrıqları, sol diz oynağının qançırı, sol qalça darağı nahiyyəsinin sıyrığı. b) bel nahiyyəsinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, a) bəndində qeyd edilən xəsarətlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Belə ki, dərəcəsinə görə canlı şəxslərdə baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər; burun sümüklərinin yerinidəyişmiş sınıqları canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərərvurmayan, dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. b) bəndində qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, alınma müddətləri müayinədən 1-2 gün əvvələ uyğun gələ bilər və canlı şəxslərdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər və baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. Zərərçəkmiş şəxs2 ölümünə ağır açıq kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 10-14 saat əvvəl baş verə bilərdi. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər digər şəxs (şəxslər) tərəfindən vurulma nəticəsində alınmaları inkar olunmur. Eləcə də həmin xəsarətlər eyni xüsusiyyətə malik müxtəlif bərk küt əşyanın, o cümlədən ekspertizaya təqdim edilmiş daş parçalarının təsirindən alınmaları inkar olunmur. Lakin xəsarətlərin yıxılma nəticəsində, eləcə də yol-nəqliyyat hadisəsi zamanı alınmaları inandırıcı deyildir. Şəxs xəsarət alarkən müxtəlif vəziyyətlərdə ola bilərdi, xəsarət aldıqdan sonra hərəkət etmək iqtidarında ola bilərdi, hansı ki saniyələrlə ölçülə bilərdi. (cild Vİ, i.v. 94-97) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Kompleks lak və boya materiallarının tədqiqi, məhkəmə-trasoloji ekspertizasının 01 aprel 2021-ci il tarixli 3/429- 6/878 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd olunan 01 ədəd gödəkçənin və 01 ədəd şalvarın səthi üzərində avtonəqliyyata aid mikrohissəcikləri və ya lak-boya örtüyünün sürtünmə izləri yoxdur. Təqdim edilmiş geyim əşyalarından şalvarın üzərində eyniləşdirmə tədqiqatına yararsız olan nəqliyyat vasitəsinə məxsus təkər şinin protektor naxış izi vardır. Tədqiqata təqdim edilmiş gödəkçənin üzərində hər-hansı bir trasoloji zədə aşkar edilməmişdir. (cild Vİ, i.v. 100-101) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təkrar məhkəmətrasoloji ekspertizasının 27 may 2021-ci il tarixli 3/707 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş gödəkçənin və şalvarın səthində zədə yoxdur. Təqdim edilmiş şalvarın səthində torpağabənzər maddənin izləri vardır. Həmin izlər torpağa sürtünmə nəticəsində yaranmağa uyğun gəlir. Təqdim edilmiş geyim əşyaları üzərində nəqliyyat vasitəsinin hissələrinin və təkər şinin protektor naxış izləri yoxdur. (cild Vİ, i.v. 162-163) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X27-Təcrübi və Tədris Birliyi” X34 komisyon təkrar məhkəmə-trasoloji və məhkəmə-tibbi ekspertizasının 30 iyul 2021-ci il tarixli, 196-MTKŞ/2021 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin 11 noyabr 2020-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin çoxsaylı sınıqları, burun sümüklərinin yerinidəyişmiş sınıqları, sol almacıq nahiyyəsinin sıyrığı, alının solda sıyrığı və əzilmiş yaraları, sağ qaşüstü nahiyyənin sıyrığı və əzilmiş-cırılmış yarası, burun kökünün sıyrığı və əzilmiş yarası, burun qığırdağının sıyrığı, sağ diz oynağının səthi sıyrıqları, sol diz oynağının qançırı, sol qalça darağı nahiyyəsinin sıyrığı; bel nahiyyəsinin sıyrıqları. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olub, onlardan ölümə səbəb olmuş xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində deyil, bərk küt əşya ilə bir başa xəsarətlər nahiyəsinə endirilmiş zərbələrin təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus gödəkçənin arxa aşağı səthində aşkar edilmiş izlər onun bədəninin bel nahiyyəsində olan sıyrıqlarla, şalvarın hər iki ayağının ön orta nahiyyəsində olan izlər onun bədəninin sağ və sol diz oynağında olan qançırı və şalvarın sol ayağının yuxarı kənarında olan iz onun bədəninin sol qalça darağı nahiyyəsində olan sıyrığı ilə yerləşməsinə görə nisbi olaraq üstüstə çoxsaylı sınıqları, burun sümüklərinin yerinidəyişmiş sınıqları, sol almacıq nahiyyəsinin sıyrığı, alının solda sıyrığı və əzilmiş yaraları, sağ qaşüstü nahiyənin sıyrığı və əzilmiş-almacıq nahiyyəsinin sıyrığı, sağ göz ətrafı yumşaq toxumaların qançırı onun paltarları üzərində öz əksini tapmamışdır. Bu da, həmin nahiyyələrin paltarlara örtülməməsi ilə izah oluna bilər. (cild Vİ, i.v. 173-177) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-lifli ekspertizasının 15 sentyabr 2021-ci il tarixli, 6/3922 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən 01 ədəd şalvar, 01 ədəd gödəkçə və 01 ədəd papaq hissəsinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. (cild Vİİ, i.v. 135-138) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Kompleks ambulator məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizasının 03 sentyabr 2022-ci il tarixli, 2360 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs1 ona ittiham edilmiş əməli etiraf etməyərək özünü psixoloji müdafiə etməyə cəhd göstərmişdir. Belə ki, yoxlanılan şəxs istintaqa verdiyi ifadəsində (təqdim olunmuş videogörüntülərin psixoloji tədqiqi zamanı) nitqinin aydın və səlist olmaqla cavablarının ardıcıl və məntiqli olduğu, emosional cəhətdən sabit görsəndiyi, fiziki və psixoloji təzyiq altında olmadığı, törətdiyi əməli etiraf etdiyi müəyyən edilmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmamışdır. Müayinə zamanı abstinensiya əlamətləri aşkar olunmamışdır. Narkotik vasitələrə qarşı patoloji meyl formalaşmışdır. Halhazırda narkotik vasitələrin qəbulundan fiziki asılılıq yoxdur. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən hadisələri törədən zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. X4 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 kinlilik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi-həyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsinə əsasən belə qənaətə gəlinir ki, onun cinayət əməlini törədərkən keçirdiyi emosional halına Zərərçəkmiş şəxs2 ona qarşı nalayiq ifadə işlətməsi mənfi təsir göstərmişdir. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında danışmağa patoloji meyillilik əlamətləri müşahidə olunmamışdır. Lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib yalan danışa bilər. Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olmuşdur. Lakin, halhazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Feyziyev Qüdrət oğlu narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. (cild Xİİİ, i.v. 25-28) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Kompleks ambulator məhkəmə-psixiatrik, psixoloji və narkoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 2565 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs2 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs2 ona ittiham edilmiş əməli etiraf etməyərək özünü psixoloji müdafiə etməyə cəhd göstərmişdir. Belə ki, yoxlanılan şəxs istintaqa verdiyi ifadəsində (təqdim olunuş videogörüntülərin psixoloji tədqiqi zamanı) nitqinin aydın və səlist olmaqla cavablarının ardıcıl və məntiqli olduğu, emosional cəhətdən sabit görsəndiyi, fiziki və psixoloji təzyiq altında olmadığı, törətdiyi əməli etiraf etdiyi müəyyən edilmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdipsixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 narkotik vasitələrə qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşmışdır. Narkotik vasitələrin qəbulundan psixi və fiziki asıllıq vardır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən hadisələri törədən zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 emosionallıq, kobudluq, inadkarlıq, situativlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhihəyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsinə əsasən belə qənaətə gəlmək olar ki, onun cinayət əməlini törədərkən keçirdiyi emosional halına Zərərçəkmiş şəxs2 ona qarşı nalayiq ifadə işlətməsi mənfi təsir göstərmişdir. Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında danışmağa patoloji meyillilik əlamətləri müşahidə olunmamışdır. Lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib yalan danışa bilər. Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild Xİİİ, i.v. 29-32) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Kompleks ambulator məhkəmə-psixiatrik, psixoloji və narkoloji ekspertizasının 29 avqust 2022-ci il tarixli, 2317 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs3 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs3 ona ittiham edilmiş əməli etiraf etməyərək özünü psixoloji müdafiə etməyə cəhd göstərdi. Belə ki, yoxlanılan şəxs istintaqa verdiyi ifadəsində (təqdim olunuş videogörüntülərin psixoloji tədqiqi zamanı) nitqinin aydın və səlist olmaqla cavablarının ardıcıl və məntiqli olduğu, emosional cəhətdən sabit görsəndiyi, fiziki və psixoloji təzyiq altında olmadığı, törətdiyi əməli etiraf etdiyi müəyyən edildi. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs3 əqli-intellektual imkanlarının (yaddaş, diqqət, qavrama, təsəvvür, təxəyyül, təfəkkür, dərk etmə) normaya uyğun olmaqla psixoloji vəziyyətində hər hansı patoloji dəyişiklik aşkar olunmadı. Eqosentrizm, inadkarlıq, öz maraqlarını üstün tutmaq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz üstünlüyünü nümayiş etdirmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malik olduğu aşkar edilmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya və xroniki alkoqolizm xəstəliklərinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs3 narkomaniya və xroniki alkoqolizmdən əzab çəkmir. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən hadisələri törədən zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs3 əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Şəxsi keyfiyyətlərində qeyri-səmimilik, eqosentrizm, situasiyanı öz xeyrinə yönəltmək, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz mənafeyini və maraqlarını üstün tutmaq kimi xüsusiyyətlər aşkar olunur. Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması şəxsi keyfiyyətlərində aşkar olunan - eqosentrizm, inadkarlıq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz mənafeyini və maraqlarını üstün tutmaq kimi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhihəyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsinə əsasən belə qənaətə gəlinir ki, cinayət əməlini törədərkən keçirdiyi emosional hal zərərçəkmiş Zərərçəkmiş şəxs2 verdiyi narkotik vasitənin pulunu qaytarmaması, bunu tələb edərkən ona qarşı nalayiq ifadə işlətməsi mənfi təsir göstərmişdir. Təqsirləndirilən şəxs3 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradı nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında danışmağa patoloji meyillilik əlamətləri müşahidə olunmadı. Lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib yalan danışa bilər. Təqsirləndirilən şəxs3 hal-hazırda narkomaniya və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. (cild Xİİİ, i.v. 21-24) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 may 2022-ci il tarixli 6/2996 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №45» möhür əksi, «Təqsirləndirilən şəxs1 üzərindən…» və sair yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,665 qram tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (cild Xİ, i.v. 211-213) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 may 2022-ci il tarixli 6/3045 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №45» dairəvi möhür əksi, «vətəndaş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş…» yazı və imzalar olan zərfdə 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,430 qram, 1,085 qram və 1,160 qram olmaqla, ümumi çəkisi 3,675 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (cild Xİ, i.v. 220-222) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Suraxanı rayon Polis İdarəsinin 28 oktyabr 2020-ci il tarixli, 096-26421-1220 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. (cild İİ, i.v. 03) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 12 oktyabr 2020-ci il tarixli, 097-10013-1220 nömrəli məktubundan görünür ki, 11 oktyabr 2020-ci il tarixdə Hövsan qəsəbəsi, sosial evlərə gedən yolda Şahid1 Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə məlumatı qeyd olunan ünvanda gənc kişi meyitinin aşkar etməsi barədə daxil olmuş məlumat 30-cu Polis Şöbəsində HK-1/1782 sayda raportla qeydiyyata alınmışdır. (cild İ, i.v. 149) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin 24 sentyabr 2021-ci il tarixli, 053 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksində 5 nömrəli, 7 mərtəbəli binanın 3-cü, 4-cü və 5-ci seksiyalarının tikintisi MMC tərəfindən həyata keçirilmişdir. Zərərçəkmiş şəxs2 bu obyektdə mühafizəçi-gözətçi işləmişdir. Hadisə baş verən tarixdə, yəni 10 oktyabr 2020-ci il tarixdə obyektdə gözətçi X8, gözətçi X9, tikintidə təhlükəsizlik üzrə mühəndis X18 və baş mühəndis X35 olmuşdur. (cild Vİİ, i.v. 170) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 05 avqust 2022-ci il tarixli, 24/5-2509 nömrəli məktubundan görünür ki, ********* nörməli cinayət işi üzrə daxil olmuş əməliyyat tapşırığının icrası nəticəsində istintaq üçün əhəmiyyət kəsb edə biləcək bir sıra məlumatlar əldə edilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər Qabil Rüstəmovun qardaşı 27 sentyabr 1983-cü il təvəllüdlü, ünvan 9 ünvanında qeydiyyatda olan X12 yanında usta kimi fəaliyyət göstərmiş və həmin müddətdə onun Zərərçəkmiş şəxs2 ilə tanışlıq münasibətləri yaranmışdır. Qabil Rüstəmov 30 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.2, 93.1.2-ci maddələri ilə təqsirləndirilərək azadlıqdan məhrum edilmişdir. Cəzaçəkmə müəssisəsi üzrə Qabil Rüstəmov ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, onun yaxın münasibətdə olduğu məhkumlara Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 tərəfindən qətlə yetirildiyini bildirməsi barədə əməliyyat məlumatlar əldə edilmişdir. Təqsirləndirilən şəxs1 Astara rayonunda yaşadığı dövrdə tüfeyli həyat tərzi keçirən şəxs kimi səciyyələndirilmiş, lakin uzun müddətdir ki, Astara rayonu, Ərçivan qəsəbəsində yaşamaması, kirayənişin qismində Bakı şəhərində müxtəlif ünvanlarda yaşaması səbəbindən əməliyyat tapşırığında qeyd olunan digər məqamlara aydınlıq gətirmək mümkün olmamışdır. Həmçinin qeyd edilmişdir ki, hadisənin baş verdiyi tarixdən uzun müddət keçməsi səbəbindən əməliyyat tapşırığında göstərilən xüsusatlara dair texniki məlumatların əldə edilməsi mümkün olmamışdır. (cild Xİ, i.v. 126) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” X30 daxil olmuş 11 avqust 2022-ci il tarixli, 7267 nömrəli məktubundan görünür ki, xx xxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3, xx xxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə xəstəxanada müalicədə olmamışlar. (cild Xİİ, i.v. 76) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” X30 daxil olmuş 30 avqust 2022-ci il tarixli, xx/xx-11574 nömrəli məktubundan görünür ki, xx xxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs3, xx xxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə xəstəxanada müalicədə olmamış və qeydiyyatda yoxdurlar. (cild Xİİ, i.v. 148 İş üzrə hadisə yerinə baxış zamanı götürülmüş 4 ədəd üzərində qanabənzər ləkələr olan daş parçaları, 1 cüt qara rəngli kişi ayaqqabısı, idman gödəkçəsinin papağı, 4 ədəd müxtəlif yerlərdə olan qan nümunələri, 1 ədəd alışqan öz xüsusiyyətinə və əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə 18 dekabr 2022-ci il tarixli maddi sübut hesab edilmiş və saxlanılması üçün İstintaq idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 1,665 qram narkotik vasitə tiryək və ümumi təmiz çəkisi 3,675 qram təşkil edən narkotik vasitə heroin 01 iyun 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonrakı 1,565 qram və 3,525 qram qalıqları saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild Xİİİ, i.v. 204- 302) Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər X17 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özlərini təqsirli bilməyərək mərhum Zərərçəkmiş şəxs2 onlar tərəfindən öldürülmədiyini, ümumiyyətlə Zərərçəkmiş şəxs2 tanımadıqlarını, heç vaxt görmədiklərini, o cümlədən heç vaxt narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmadıqlarını bildirməklə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşlər. Onların ittiham olunduqları cinayət əməllərini törətmələri aşağıda sadalanan sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, istintaqın ilkin gedişatı zamanı Təqsirləndirilən şəxs1 şahid ifadələrində qeyd olunan cinayəti tək törətdiyini bildirsə də, istintaqın sonrakı gedişatında iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində həmin cinayəti tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə törətdiklərini bildirmiş və ifadələrində göstərdiyi xüsusatları hadisə yerlərində əyani göstərməklə istintaqa verdiyi ifadələrini hadisə yerlərində təsdiq etmişdir. Lakin istintaqın sonrakı gedişatında Təqsirləndirilən şəxs1 əlavə verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 qətlə yetirilməsi cinayətini törətmədiyini, polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığı üçün boynuna götürdüyünü göstərmişdir. Məhkəmə hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə tam təkzib olunur. Belə ki, Zərərçəkmiş şəxs1 ifadələrindən məlum olur ki, sonuncu Təqsirləndirilən şəxs1lə birlikdə yuxarıda qeyd olunan ünvanda kirayə yaşadığı dövr ərzində həmin evə Zərərçəkmiş şəxs2 dəfələrlə gəlmiş və Təqsirləndirilən şəxs1 narkotik vasitə almış, həmçinin Təqsirləndirilən şəxs1 yoxa çıxmamışdan əvvəl axşam saatlarında Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 görüşdüklərini, həmin vaxt aralarında sözlə mübahisə olduğunu, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 narkotik vasitəyə görə borclu olduğu pulu tələb etməklə ünvanına nalayiq ifadələr işlətdiyini, sonradan isə Zərərçəkmiş şəxs2 evi tərk edib getdikdə, Təqsirləndirilən şəxs1 və digər şəxslərin Zərərçəkmiş şəxs2 arxası ilə getdiklərini, məhz həmin axşamın gecəsi Təqsirləndirilən şəxs1 evə həyəcanlı vəziyyətdə gələrək paltarlarını yığıb evdən çıxıb getdiyini göstərmişdir. Həmçinin qeyd olunmalıdır ki, istintaq dövründə Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadələrində həqiqətən də Zərərçəkmiş şəxs2 öldürülməsi cinayətini Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə törətdiklərini, hadisə vaxtı özünün daş parçası ilə Zərərçəkmiş şəxs2 zərbə endirmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 da istintaqın ilkin gedişatı zamanı verdiyi ifadələrində həmin cinayəti törətdiyini etiraf etmişdir. Nəzərə almaq lazımdır ki, istintaq zamanı təqsirləndirilən şəxslər arasında keçirilmiş üzləşdirmələr zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər biri Təqsirləndirilən şəxs1 üzünə qarşı cinayətin hansı qaydada törədilməsini bildirmişlər. Əlavə etmək lazımdır ki, təqsirləndirilən şəxslərin hər biri ifadələri yerində yoxlanılan zaman Zərərçəkmiş şəxs2la aralarında olan mübahisənin yerini və həmin mübahisə zamanı hər biri konkret olaraq hansı hərəkətlər etmələrini dəqiq göstərməklə ifadələrində göstərdikləri xüsusatları hadisə yerlərində tam təsdiq etmişlər. Bundan başqa təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı videoçəkiliş altında ifadə vermiş, bir-birilərini, o cümlədən mərhum Zərərçəkmiş şəxs2 tanımaları, aralarında olan münasibətlər, o cümlədən hadisələrin inkişaf xətti, Zərərçəkmiş şəxs2 öldürülməsi ilə bağlı hadisənin baş vermə mexanizmini tam təfsilatı ilə göstərmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin 40 dəqiqədən artıq müddətdə videoçəkiliş aparılmaqla verdikləri ifadənin öyrədilmiş olması və təzyiq altında ssenariləşdirilmiş ifadə verilməsini, o cümlədən onların ümumiyyətlə tanımadıqları, heç vaxt görmədikləri Zərərçəkmiş şəxs2 öldürülməsi ilə bağlı bu qədər təfsilatlı ifadə vermələrini ümumiyyətlə ağlabatan və inandırıcı hesab etmir. Bundan başqa Təqsirləndirilən şəxs1 guya üzündə olan ləkənin polis əməkdaşlarının onu döyməsi ilə bağlı əmələ gəldiyini bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 Təqsirləndirilən şəxs1 uzun illərdir ki tanıdığını və onu tanıdığı gündən həmin ləkənin onun üzündə mövcud olmasını bildirmiş, qeyd olunan faktı həmçinin Zərərçəkmiş şəxs1 da təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 qeyri-səmimi ifadələri bununla bitməmiş, o, guya narkotik vasitələrlə heç bir əlaqəsinin olmadığını bildirsə də, məhkəmə istintaqı zamanı dindirilmiş Şahid8 Təqsirləndirilən şəxs1 narkotik vasitə aldığını bildirmiş, digər Təqsirləndirilən şəxs3 da öz ifadəsində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasını göstərmiş, həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və çıxan smslərlə onun narkotik vasitələrin satışı ilə məşğul olması tam təsdiqini tapmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan kəndinin girişində Məktəbli küçəsində “Buta Market”in yaxınlığında Şahid14 məxsus olmaqla kirayə tutduğu evin giriş qapısını özündə olan açarla çöl tərəfdən bağlayaraq getməklə qeyri-rəsmi birlikdə yaşadığı Zərərçəkmiş şəxs1 və onun autizm xəstəliyindən əzab çəkən 09 iyun 2010-cu il təvəllüdlü azyaşlı övladı Zərərçəkmiş şəxs3 qanunsuz azadlıqdan məhrum etməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri tam təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmaları ilə bağlı etirafedici ifadələr verdiklərini, buna görə də həmin ifadələri təqsdiq etmədiklərini bildirsələr də, cinayət işinin materiallarında olan bütün videogörüntülər məhkəmə iclasında bilavasitə tədqiq olunmuş, həmin videogörüntülərdə təqsirləndirilən şəxslərin heç birinin üzərində hər hansı bir xəsarət və ya xəsarət izinin olması (videogörüntülərin yay aylarında çəkilməsi və onların qısaqol paltarda olmaları da nəzərə alınmaqla) müəyyən edilməmişdir. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər işgəncə və ya qeyriinsani rəftara məruz qalmaları ilə bağlı heç bir orqana şikayətlə müraciət etməmiş, hətta Təqsirləndirilən şəxs1 ibtidai istintaqın sonlarına yaxın məhkəmədə onun hüquqlarını müdafiə edən müdafiəçinin iştirakı ilə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı qismən etiraf edici ifadələr vermişdir. Lakin məhkəmə istintaqı başlandığı gündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı fiziki zorakılığa məruz qaldıqlarını, Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə tanımadıqlarını (hətta ifadələrinin əvvəllərində bir-birilərini də tanımadıqlarını) bildirmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa verdikləri ifadələrində (təqdim olunmuş videogörüntülərin psixoloji tədqiqi zamanı) nitqlərinin aydın və səlist olmaqla cavablarının ardıcıl və məntiqli olması, emosional cəhətdən sabit görsənmələri, fiziki və psixoloji təzyiq altında olmamaları, törətdikləri əməli etiraf etmələri kompleks ambulator məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizasının rəyləri ilə də öz təsdiqini tapmışdır. Qeyd olunan rəylərlə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında danışmağa patoloji meyillilik əlamətləri müşahidə olunmamışdır, lakin özlərini psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib yalan danışa bilərlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı qeyrisəmimi, ziddiyyətli, bir-biri ilə məntiqi əlaqəsi olmayan yalan və həqiqətə uyğun olmayan ifadələr verməklə məsuliyyətdən azad olmaq və ya məsuliyyətini yüngülləşdirməyə çalışır ki, bu da məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, aparılmış istintaq hərəkətlərinin protokolları, videogörüntülər, maddi sübutlar və ekspert rəyləri ilə tam təkzib olunmuşdur. Qeyd etmək lazımdır ki, baş vermiş hadisə vaxtı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2la heç bir əsaslı səbəb olmadan və ya cüzi bir səbəbi bəhanə etməklə Zərərçəkmiş şəxs2 həyatından məhrum etmələri onların qeyd olunan cinayəti xuliqanlıq niyyəti ilə törətdiklərini ehtiva edir. Alınmış şahid ifadələri ilə Təqsirləndirilən şəxs1 cinayətkar aləmə meyilli şəxs olması, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətindən üstün tutan biri kimi olması müəyyən edilir, həmçinin hadisənin baş vermə ardıcıllığı ilə hər bir hərəkətləri təhlil edildikdə, cinayətin xuliqanlıq niyyəti ilə törədilməsi tam aydın görünür. Məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Belə ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X17, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli araşdırma zamanı təqsirləndirilən şəxslərin istintaq zamanı verdikləri ifadələri, zərərçəkmiş şəxsin ifadəsi ilə, üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılması protokolu, eyni zamanda iş üzrə keçirilmiş ekspertizaların rəyləri və maddi sübutla təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməlinin həmin şəxslər tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Təqsirləndirilən şəxslər X17, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 145.2.1, 145.2.3, 221.3, 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü maddələrində və Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onların tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Ona görə də məhkəmə, X5 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 145.2.1, 145.2.3, 221.3, 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edir. X17, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 cinayət əməlini qəsdən törətmişlər. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə X17 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət təsnifata görə xüsusi ilə ağır cinayətlər kateqoriyasına, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli isə az ağır cinayətlər kateqoriyasına aiddir. X5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 145.2.1, 145.2.3, 221.3, 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü maddələrində və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər X17 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Cinayət işinə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 1(101)-1391/2022 saylı tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1. 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini 10 oktyabr 2020-ci il tarixdə törətməsi cinayətlərin residivini təşkil etmir, lakin qeyd edilən hal Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusunu yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törədilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı övladının olması (xx.xx.2011-ci il təvəllüdlü X24 və xx.xx.2013-cü il təvəllüdlü X25) cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tərəfindən cinayətin aşkar surətdə azyaşlı olan şəxsə qarşı törədilməsi onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 145.2.1, 145.2.3, 221.3, 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü maddələrində və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələrində təqsirləri tam sübuta yetmiş və onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3 və 56.2-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər X17 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın bir hissəsini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, X17 31 may 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs3 21 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1391/2022 nömrəli 02 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 18 mart 2022-ci il tarixdən hesablanması nəzərə alınmalıdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər X10 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 31 may 2022ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 mart 2022-ci il tarixdən və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 iyul 2022-ci tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 27 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan kompleks ambulator məhkəmə-psixiatrik, psixoloji və narkoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 2565 nömrəli ekspert rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübutlar- Azərbaycan Respublikası Baş Prokurorluğuunun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 4 ədəd üzərində qanabənzər ləkələr olan daş parçaları, 1 cüt qara rəngli kişi ayaqqabısı, 1 ədəd idman gödəkçəsinin papağı, 4 ədəd qan nümunələri, 1 ədəd alışqan, habelə Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonrakı qalıq çəkisi 1,565 qram tiryək və 3,525 qram heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 638,33 (altı yüz otuz səkkiz manat otuz üç qəpik) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur (i/v: cild İ, səh.158). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 638,33 (altı yüz otuz səkkiz manat otuz üç qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X20 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 10.000 (on min) manat, mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat, cəmi 20.000 (iyirmi min) manat məbləğində pulun mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən, maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə (181.3.1); zərər çəkmiş şəxsin dəfninə (181.3.2); sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə (181.3.3); əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər (181.3.4) şəklində özünü göstərsin. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən, mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki iddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə mülki iddiaçının dəfn və digər xərclər üçün öz hesabına vəsait xərcləməsini, habelə övladını itirməsi ilə bağlı dərin mənəvi sarsıntı keçirməsini nəzərə alaraq, onu maddi və mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı hesab edir və mülki iddianın qismən təmin edilməklə maddi ziyana görə 5000 (beş min) manat məbləğində, mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pulun təqsirləndirilən şəxslərdən tutulub zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsini əsaslı hesab edir. İş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 145.2.1, 145.2.3, 221.3, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2-ci maddələri ilə 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 27 may 2022-ci il tarixdən 28 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində 19 (on doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 03 (üç) ilini həbsxanada, qalan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 31 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2-ci maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin 02 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla qəti olaraq ona 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ilk 03 (üç) ilini həbsxanada, qalan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 18 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 21 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Azərbaycan Respublikası Baş Prokurorluğuunun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan, hadisə yerinə baxış zamanı götürülmüş 4 ədəd üzərində qanabənzər ləkələr olan daş parçaları, 1 cüt qara rəngli kişi ayaqqabısı, 1 ədəd idman gödəkçəsinin papağı, 4 ədəd qan nümunələri, 1 ədəd alışqan məhv edilsin. - Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonrakı qalıq çəkisi 1,565 qram tiryək və 3,525 qram heroin məhv edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X20 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə 5000 (beş min) manat, cəmi 10.000 (on min) manat məbləğində pul mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq X13 ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-183/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-183/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver