Məhkəmə qərarları › İş №1(101)-183/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-183/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-183/2025 27.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X17 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs38 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1, Zərərçəkmiş şəxs12 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1987-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs özünü turizm şirkəti əməkdaşı kimi təqdim edərək avia bilet və tur paket təşkil etmək, habelə birgə biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə 2022ci ilin avqust ayından 2023-cü ilin iyul ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri və Respublikanın digər rayonlarından müxtəlif ünvanlardan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 4.850 manat, Zərərçəkmiş şəxs3 həmin dövrün məzənnəsi ilə 2.720 manat olan 1.600 ABŞ dolları, Zərərçəkmiş şəxs4 80.000 manat, Zərərçəkmiş şəxs5 6.200 manat, Zərərçəkmiş şəxs6 3.000 manat, Zərərçəkmiş şəxs7 116.000 manat, Zərərçəkmiş şəxs8 2.280 manat, Zərərçəkmiş şəxs9 1.080 manat, Zərərçəkmiş şəxs10 3.100 manat, Zərərçəkmiş şəxs11 2.000 manat, Zərərçəkmiş şəxs12 16.500 manat, Zərərçəkmiş şəxs13 5.973 manat, Zərərçəkmiş şəxs14 17.000 manat, Zərərçəkmiş şəxs15 2.600 manat, Zərərçəkmiş şəxs16 3.000 manat, Zərərçəkmiş şəxs17 2.000 manat, Zərərçəkmiş şəxs18 3.800 manat, Zərərçəkmiş şəxs19 5.000 manat, Zərərçəkmiş şəxs20 3.500 manat, Zərərçəkmiş şəxs21 3.500 manat, Zərərçəkmiş şəxs22 4.600 manat, Zərərçəkmiş şəxs23 4.340 manat, Zərərçəkmiş şəxs24 həmin dövrün məzənnəsi ilə 2010.51 manat olan 1.086 avro, Zərərçəkmiş şəxs25 3.870 manat, Zərərçəkmiş şəxs26 2.400 manat, Zərərçəkmiş şəxs27 6.200 manat, Zərərçəkmiş şəxs28 11.210 manat, Zərərçəkmiş şəxs29 3.100 manat, Zərərçəkmiş şəxs30 5.500 manat, Zərərçəkmiş şəxs32 34.400 manat, Zərərçəkmiş şəxs33 8.000 manat, Zərərçəkmiş şəxs34 4.250 manat, Zərərçəkmiş şəxs35 4.210 manat, Zərərçəkmiş şəxs36 3.560 manat, Zərərçəkmiş şəxs37 4.170 manat, Zərərçəkmiş şəxs38 159.855 manat, Zərərçəkmiş şəxs39 1.040 manat, Zərərçəkmiş şəxs40 4.400 manat, Zərərçəkmiş şəxs41 2.760 manat, Zərərçəkmiş şəxs43 2.700 manat, Zərərçəkmiş şəxs44 1.700 manat, Zərərçəkmiş şəxs45 həmin dövrün məzənnəsi ilə 15.062 manat olan 8.860 ABŞ dolları, eləcə də Zərərçəkmiş şəxs31 sonuncu dəfə 08 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında nağd şəkildə, əlbəəl verdiyi 480 manat da daxil olmaqla 2000 manat məbləğində, ümumilikdə 575440,51 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 3.Bundan başqa, Təqsirləndirilən şəxs X11 etibarından-sui-istifadə edib sonuncunu övladı X38 Federativ Respublikasında işə qəbul edilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldatmaqla Olqa Yolçuyevadan 2022-ci ilin sentyabr ayında, istintaqla müəyyən edilməyən tarixdə ünvan 2 ünvanında yerləşən “Era” tədris mərkəzində 2.500 manat pul vəsaitini alıb ələ keçirməklə zərər çəkmiş şəxsə 2.500 manat məbləğində maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. 4.Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs46 ona verilən əlillik təqaüdünün bərpa olunmasına dair yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 22 oktyabr 2022-ci il tarixdə, saat 18:18-də Şahid2 adına "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7385-1534- 2776 nömrəli hesab kartına "xxxx" ASC-nin Sumqayıt şəhəri, H.Əliyev prospekti, 17-ci məhəllə ərazisində yerləşən Qubadlı filialında quraşdırılmış terminal vasitəsi ilə göndərilmiş 1600 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs46 ümumilikdə 1600 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 5.Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunu övladı Anar Abdıyevin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə qəbul edilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs2 27 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisinin qarşısında 14.000 manat pul vəsaitini alıb ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda, yəni 14.000 manat məbləğində maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Sübutların tədqiqi: 6.Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Azərbaycan Hava Yolları "xxxx" QSC-nin əməkdaşı olmamış və özünü heç bir zaman Azərbaycan Hava Yolları "xxxx" QSC-nin işçisi kimi təqdim etməmişdir. Zərərçəkmiş şəxs38 pulu ona faizə vermiş, o, aviabilet adı ilə Zərərçəkmiş şəxs38 pul almamışdır. 2023-cü ildə Zərərçəkmiş şəxs38 yüz qırx bir min manat tələbi ilə Nəsimi rayon Polis İdarəsinə onun barəsində şikayət ərizəsi vermişdir. Ərizə ilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmiş, aidiyyəti üzrə Nəsimi rayon Polis İdarəsinə göndərmişlər, orada həmin iş müstəntiq Süleyman Quluzadənin icraatında olmuşdur. Həmin iş üzrə onun əməlində yüz qırx bir min manatla bağlı heç bir dələduzluq halı aşkar olunmamışdır. Nəsimi rayonunda prokuror otağında özü üzləşdirmə istədiyindən onu Zərərçəkmiş şəxs38 ilə üzləşdirmişlər, onun əməlində heç bir dələduzluq halı aşkar edilməmişdir. Zərərçəkmiş şəxs38 orada yüz qırx bir min manat iddia qaldırdığı halda, 2023-cü ildə həbs olunandan sonra yüz əlli doqquz min manat pul iddiası qaldırmışdır. Bu ziddiyyətli yanaşmadır. Zərərçəkmiş şəxs38 ona on min manat bir həftəyə vermiş, üzərində yeddi min manat pul vermiş, beş gün sonra min iki yüz manat üzərində pul ödəmişdir. Bütün bunu təsdiq edən yazışmalar hamısı onun özündə var. Bu ləğv edilmiş bir məsələdir, yenidən ona iddia qaldırıb. O, Zərərçəkmiş şəxs38 heç bir zaman nağd pul almamış, faizə pul almışdır. Faizi gecikdiyi üçün Zərərçəkmiş şəxs38 ondan 3-4 min əlavə pullar almışdır. Ondan əlavə onun Zərərçəkmiş şəxs38 qarşı heç bir borcu yoxdur. Araşdırma nəticəsində məlum olar ki, Zərərçəkmiş şəxs38 ona faizə pul vermişdir. Bunun da hamısını sübut edə bilər. İstintaq dövründə Zərərçəkmiş şəxs38 səksən beş min manat pul ödəmişdir.İkinci bir məsələ Zərərçəkmiş şəxs8 tanımır, ona heç bir zaman pul verməmişdir. Hətta istintaq zamanı o, ikinci dəfə üzləşmə istəmiş, Elşad müəllim ona “həmin şəxs sizinlə üzləşmək istəmədi” demişdir. Göstərilir ki, Zərərçəkmiş şəxs8 Mahaçqala biletinə görə Natavan Ağazadənin kartına pul ödəyib. O, Mahaçqala biletinə pul vermiş, altı yüz manat Mahaçqala biletinə qayıdış qalmış, onu edə bilməmişdir. Nərgizlə yoldaşı gəlib Nəsimi rayonunda, üçüncü mikrorayon ərazisində ona yazdırmışlar ki, “sən bizə min beş yüz manat ziyan vurmusan, min beş yüz manatı ödəməlisən”. O, nə Nərgizi tanıyır, nə də ki, Nərgizdən heç bir zaman pul almamışdır. Aviabiletlərlə bağlı məsələdə özünü təqsirli bilir, aviabiletlərini almadığı şəxslərə dəyən zərəri ödəməyə hazırdır. Onun özünün hesablamalarına görə üç yüz iyirmi beş min manat məbləği qalıb. O, Zərərçəkmiş şəxs7 yüz min manat pul ödəmişdir. Zərərçəkmiş şəxs7 ona faizə pul vermiş, onların arasında yüz on altı min manat borc qalmış, əslində o faizli bir pul olmuş, həmin pulun yüz min manatını ödəmişdir. Onun Zərərçəkmiş şəxs7 borcu yoxdur. Zərərçəkmiş şəxs38 və Zərərçəkmiş şəxs7 ona faizə pul vermiş,pul məbləğlərini hədə qorxu gələrək ondan almışlar. Zərərçəkmiş şəxs4 hansısa aviabilet almamış, ona özünün qazancı məqsədi ilə pul vermişdir. Zərərçəkmiş şəxs4 borcu borcu əlli min belə olmamalıdır .Kamal Hüseynovla bağlı borcu qəbul edir. Zərərçəkmiş şəxs3 olan məbləği qəbul edir, səhv etmirsə ona verilən məbləğ min dollar olmalıdır.Zərərçəkmiş şəxs1 ona dörd min manat pul ödəmiş, həmin şəxsə Tiflis biletlərinin gedişini vermiş, qayıdış biletini verməmişdir. Araz Qurbanovla bağlı min səksən manat məbləği qəbul edir, lakin həmin şəxsi tanımır.O, doqquz aydır həbsdə olduğundan indiyə kimi ödənişləri edə bilməmiş, ailəsinin də ziyanı ödəmək imkanı yoxdur. Azadlıqda olsa idi, tam şəkildə olmasa da ödənişləri edərdi. Zərərçəkmiş şəxs2 tanışı Şəhla vasitəsilə tanımışdır. Aviabilet satışı ilə məğul olan dövrdə Şəhla ona faizə pul vermişdir. Zərərçəkmiş şəxs2 əvvəl borc almış, sonra qaytara bilmədiyi üçün övladını işə düzəldə biləcəyini bildirmişdir. Borc müqaviləsini işə düzəltmək adı ilə bağlamamışdır. Borc olaraq aldığı puldan da 1000 manat Şəhlaya vermişdir. Suallara cavabında bildirmişdir ki, Zərərçəkmiş şəxs4 iyirmi min manatı Daxili İşlər Nazirliyinin hospitalının yanında “ASAN” Xidmətdə almış,on beş min manatı qaytarmış, yanvar ayının səhv etmirsə 11-də səkkiz min manat alaraq, üzərində 7-8 min manat əlavə qaytarmışdır. Otuz min manat nağd pul almamışdır. Zərərçəkmiş şəxs6lə bağlı isə Türkiyədə yaşayan qardaşı Musadan iki min beş yüz manat faizə pul götürmüş, Bəylər də onun kartına həmin pulu köçürmüşdür. Beş yüz manat isə iki biletin alınması üçün verilmiş, ümumilikdə ona 3000 manat pul verilmişdir. Zərərçəkmiş şəxs9 1080 manat bilet almaq adı ilə almış, lakin biletləri almamışdır. Zərərçəkmiş şəxs11 səyahət təşkil etmək adı ilə 2000 manat almış, tur almayaraq, pulu geri ödəməmişdir. Zərərçəkmiş şəxs12 “Əcəmi” metrosunun yanında öz maşınında ona Məmmədov Mehmanla bağlı on iki min manat pul vermiş, həmin puldan müştəri tapdığı üçün min manat Zərərçəkmiş şəxs12 vermişdir. Həmin pulu səhv etmirəmsə ya beş, ya da dörd nəfəri pulu aldıqdan sonra təxminən bir ay, iyirmi beş gün ərzində Türkiyəyə göndərmək üçün almış, lakin bunu etməyərək, pulu qaytarmamışdır. Həmin pulu o iri borcları ilə bağlı xərcləmişdir. Doktordan faizə pul götürmüş, ona iki min manat pul vermiş o da öz adına olan kartdan üç min manat pul geri vermişdir. Zərərçəkmiş şəxs12 kartına ayrı-ayrı vaxtlarda ödədiyi məbləğ çıxılmamışdır. Zərərçəkmiş şəxs46 isə pulu pensiya düzəltmək üçün yox, borc almışdır. Zərərçəkmiş şəxs38 ona faizə pul vermiş, həmin məbləğ ümumilikdə yüz min manatı ötmür. Zərərçəkmiş şəxs38 heç bir zaman 50000 manat almamış, yanvar ayının 26-da 30000 manat almışdır ki, fevral ayının 3-də otuz min manatın qarşılığında 30000 min qaytarmalı idi.Hətta elə olmuşdur ki, Zərərçəkmiş şəxs38 ona on min manat pul vermiş, on min manatın üzərində yeddi min manat qaytarmışdır. 7.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, bildirmişdir ki, 2022-ci ilin əvvəllərindən tekstil işi ilə məşğul olaraq qazanc əldə etmək qərarına gəlmişdir. Həmin işi Türkiyə Respublikasının vətəndaşı “Mehmet” adlı şəxslə birlikdə etmişdir. Həmin şəxsin anket məlumatları ona məlum olmamış və tekstil işi ilə məşğul olmağı barədə heç bir sübutu yoxdur. Tekstil işi ilə məşğul olan zaman biznes fəaliyyəti uğursuz olduğu üçün külli miqdarda ziyan etmiş və bu işlə məşğul olmaq üçün borca pul aldığı Zərərçəkmiş şəxs38 borcunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs38 təxminən 140.000 manat borca pul almış və həmin vəsaiti faizlə qaytarmağı barədə aralarında şifahi razılıq olmuşdur. Uğursuz biznes fəaliyyəti nəticəsində aldığı pul vəsaitini və əlavə qaytarmalı olduğu faiz məbləğini Zərərçəkmiş şəxs38 qaytara bilməmişdir. Zərərçəkmiş şəxs38 olan borcunu qaytarmaq üçün dələduzluq edərək qazanc əldə etmək və daha sonra Zərərçəkmiş şəxs38 borcunu qaytarmaq qərarına gəlmişdir. Buna görə də həm sosial şəbəkələrdə olan tanışlarına, həm ətrafında onu tanıyan şəxslərə guya aviaşirkət əməkdaşı olduğunu bildirib ucuz qiymətə xarici ölkələrə aviabilet və tur paket təşkil etmək işi ilə məşğul olduğunu bildirmişdir. Bu məsələ ilə bağlı ona müraciət edən şəxslərin istəyinə uyğun olaraq əvvəlcə biletlərin və turların qiyməti ilə müxtəlif şirkətlərdən maraqlanmış, daha sonra həmin qiymətlərdən qat-qat aşağı qiymətlərə həmin biletləri və turları təşkil edəcəyini müraciət edən vətəndaşlara bildirmişdir. Əhalidə, müraciət edən şəxslərdə və tanışlarında ona inam yaransın deyə ilkin olaraq əlində olan pul vəsaitlərindən bir-neçə dəfə müraciət edən şəxslərə biletlər və turlar təşkil etmişdir. Belə ki, həmin şəxslərə biletləri və turları demək olar ki, yarı qiymətinə təşkil etmişdir. Biletləri və turları aşağı qiymətə əldə edən şəxslər öz yaxınlarına və tanışlarına bu barədə məlumat vermiş və ona bu məsələ ilə bağlı çox saylı şəxslər zəng etməyə və bilet istədiklərini bildirməyə başlamışlar. Bundan sonra artıq işin əsas hissəsi, yəni müraciət edən şəxslərin aldadılması və pul vəsaitlərini ələ keçirməsi başlanmışdır. Belə ki, müraciət edən şəxslərə istədikləri ölkələrə ucuz qiymətə bilet və tur paket təşkil edəcəyini bildirmiş, həmin şəxslər ona inanaraq ödəniş etmək istədiklərini bildirən zaman o, həmin şəxslərə ödəniş etməkdən ötrü bank kartı rekvizitləri vermiş və həmin şəxslər pul vəsaitini onun verdiyi bank kartına köçürmüşlər. Daha sonra o, həmin vəsaitləri nağdlaşdıraraq ələ keçirmişdir. Əlavə olaraq bilet və turla bağlı müraciət edən şəxslərin bəzilərini birgə aviabiletlərin və tur paketların satışı ilə məşğul olaraq qazanc əldə etmək adı ilə aldadıb pul vəsaitlərini ələ keçirmişdir. Həmin şəxslərə ilkin olaraq şirnikləndirmə üçün birgə iş qurmaq məqsədilə investisiya etdikləri məbləğə uyğun guya qazanc vermişdir. Həmin pul vəsaitlərini aldatdığı digər şəxslərdən ələ keçirdiyi pulların hesabına vermişdir. Pul vəsaitlərini bəzi hallarda bacısına məxsus bank kartına, bəzi hallarda borcunu qaytarmaq üçün Zərərçəkmiş şəxs38 və onun yeznəsi Mübariz Abbasova məxsus bank kartlarına, bəzi hallarda isə aldadaraq birgə iş qurub qazanc əldə etməyi söz verdiyi şəxslərin bank kartlarına köçürülməsinə təmin etmişdir. Ələ keçirdiyi pul vəsaitinin bir hissəsi ilə borclarını qaytarmış, digər hissəsini isə şəxsi tələbatlarına xərcləmişdir. Zərərçəkmiş şəxs1 tanıyır və Seymurla heç bir düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs1 təxminən 2023 ilin aprel ayında onunla “whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə əlaqə saxlamış və bilet işi ilə məşğul olması barədə ondan soruşmuşdur. O, Seymura biletlər barədə məlumatlar verərək Seymuru inandırmağa başlamışdır. Zərərçəkmiş şəxs1 biletlərin qiymətini maya dəyərindən aşağı söyləmişdir ki, Seymur ona pul verməyə razılaşsın. Zərərçəkmiş şəxs1 17 xarici vətəndaş olan qonaqları üçün Tbilisi-Bakı və Bakı-Tbilisi istiqamətində bilet istədiyini ona bildirmişdir. O, hesablama apararaq həmin biletlərin 4.850 manat olacağını Seymura bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmışdır. Daha sonra o, pul vəsaitini göndərməsi üçün Zərərçəkmiş şəxs1 bacısı Şahid2 məxsus olmaqla istifadəsində olan 4169-7388-6396-7398 və tanışı Ülviyyə Əliyevaya məxsus 4169-7413-4209-3851 saylı kartların şəkillərini göndərmişdir. Ülviyyə Əliyeva həqiqətən bilet satışı ilə məşğul olan və hazırda Türkiyə Respublikasında yaşayan şəxs olmuşdur. Ülviyyənin tam anket məlumatlarını xatırlamamışdır. Aldatdığı şəxslərdə inam yaratmaq üçün mayasından aşağı biletləri sifariş edən zaman pul vəsaitlərini Ülviyyə Əliyevaya məxsus bank kartına köçürtdürmüş və Ülviyyə ilə danışaraq bilet yazmasını xahiş etmişdir. Misal üçün Zərərçəkmiş şəxs1 ələ keçirdiyi pul vəsaitinin bir hissəsini öz istifadəsində olan karta, digər hissəsini isə hazırda xatırlamadığı şəxsə bilet alaraq ətrafda daha da çox inam yaratmaq üçün pulu Ülviyyə Əliyevanın kartına köçürməsini Zərərçəkmiş şəxs1 istəmişdir. Ülviyyə Əliyevanın onun dələduzluq etməyi barədə heç bir məlumatı olmamışdır. Bu yol ilə Zərərçəkmiş şəxs1 pul vəsaitini ələ keçirdikdən sonra Seymurun qonaqları üçün bir istiqamətə bilet təqdim etsə də, digər istiqamətə olan biletlərin pulunu ələ keçirmişdir. Həmin vəsait təxminən 2.040 manat təşkil etmişdir. Lakin geriya qalan 2810 manat məbləğində pul vəsaitini Seymura geri qaytaracağını bildirsə də, indiyə kimi həmin məbləğdən Seymura heç bir ödəniş etməmişdir. Sonrakı müddətdə Zərərçəkmiş şəxs1 müxtəlif bəhanələr gətirərək pul vəsaitini geri qaytarmağına vaxt verməsini istəmişdir. Həmin şəxslərlə əlaqəni ona görə kəsməmişdir ki, həmin şəxslər onun barəsində polisə müraciət etməsinlər. Zərərçəkmiş şəxs7 tanıyır və Natəvanla heç bir düşmənçiliyi yoxdur. Həmin şəxs onu uzaq qohumluq əlaqələri vasitəsi ilə tanımışdır. 2022-ci ilin dekabr ayında həmin şəxs onunla əlaqə saxlayaraq ilkin olaraq Dubay şəhərinə bilet və tur paket təşkil etməsini ondan istəmişdir. O, həmin şəxsi inandıraraq maya dəyərindən aşağı qiymətə bilet təşkil etdiyi barədə yalan vədlər vermişdir. Daha sonra Zərərçəkmiş şəxs7 aviaşirkət əməkdaşı olduğuna və Natəvanın onun bilet və tur paket təşkil etməsi işinə investisiya qoyduğu təqdirdə külli miqdarda qazanc əldə edəcəyini bildirmişdir. Natəvandan ələ keçirdiyi pul vəsaitlərini borcunu qaytarmaq üçün Zərərçəkmiş şəxs38 və Nuranənin yeznəsi Mübariz Abbasova məxsus bank kartlarına, bəzi hallarda isə aldadaraq birgə iş qurub qazanc əldə etməyi söz verdiyi şəxslərin bank kartlarına köçürülməsini təmin etmişdir. Natəvandan indiyə kimi 116.000 manata yaxın pul vəsaiti alsa da həmin məbləğin hamısını Natəvana geri qaytarmışdır. Zərərçəkmiş şəxs4 tanıyır və Hakimlə heç bir düşmənçiliyi yoxdur. Təxminən 2022-ci ilin dekabr ayında Hakim İbrahimimovla mobil telefon vasitəsilə tanış olmuş və daha sonra Hakimlə görüşmüşdür. Görüş zamanı Hakimə guya aviaşirkət əməkdaşı olduğunu və birgə avibiletlərin satışına pul investisiya qoyduğu təqdirdə külli miqdarda qazanc əldə edəcəkləri barədə yalan vədlər vermişdir. Zərərçəkmiş şəxs4 inandırdıqdan sonra Hakim onunla birgə işləməyə investisiya qoyacağını ona bildirmişdir. Bundan sonra hissə-hissə olmaqla bir-neçə ay ərzində Zərərçəkmiş şəxs4 dostu Rəsul vasitəsilə birgə aviabiletlərin satışından əldə etdiyi pul vəsaitindən qazanc vermək adı ilə ümumilikdə 80.000 manat pul vəsaiti almışdır. Pul vəsaitinin əksər hissəsi ona əlbəəl Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar ərazisində verilmişdir. Verilən pul vəsaitinin 20.000 manatı ilə bağlı Zərərçəkmiş şəxs4 ondan notariusda təsdiq sənədi istəmişdir. Notariusda sənədələşməni guya borc müqaviləsi kimi qeyd etmişlər. Pul vəsaitini ələ keçirdikdən sonra bir hissəsi ilə borclarını ödəmiş, bir hissəsini şəxsi tələbatlarına xərcləmiş, qalıq hissəsini isə vətəndaşlara bilet almaq və yaxud qazanc verməkdə istifadə etmişdir ki, həmin şəxslər ona inansın və özləri ilə bərabər tanışlarını da bu işə cəlb etsinlər ki, həmin şəxsləri da aldadaraq pul vəsaitlərini ələ keçirsin.Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs2 aldatdığı Zərərçəkmiş şəxs7 tanışıdır. Söhbət zamanı Zərərçəkmiş şəxs7 tanışı Zərərçəkmiş şəxs2 oğlunu işə düzəltmək istədiyini eşitmiş və buna görə də Natəvana təklif etmişdir ki, 14.000 manat pul vəsaiti əvəzində Zərərçəkmiş şəxs2 oğlunu Fövqəladə Hallar Nazirliyində işlə təmin edə bilər. Zərərçəkmiş şəxs7 bu barədə tanışına məlumat verdikdən sonra sonuncu onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış və daha sonra onlar Bakı şəhəri, Binəqədi rayonu ərazisində görüşmüşlər. Görüş zamanı o, Zərərçəkmiş şəxs2a vəd etmişdir ki, 14.000 manata şəxsi əlaqələri vasitəsi ilə Elşənin oğlunu FHN-də işlə təmin edəcək. Zərərçəkmiş şəxs2 onunla razılaşaraq Bakı şəhəri, Binəqədi rayonunun ərazisində 14.000 manat pul vəsaitini ona nağd şəkildə vermişdir. Daha sonra Zərərçəkmiş şəxs2 onu tanımadığına görə həmin pul vəsaitini verməsinə dair sənəd tərtib olunmasını istəmiş. Yaxınlıqda notariat ofisi olduğu üçün onlar ofisə daxil olmuş və o, Elşənlə borc müqaviləsi bağlayıb pul almağını təsdiq etmək barədə sənəd vermişdir. Ələ keçirdiyi pul vəsaitini şəxsi tələbatlarına xərcləmiş və sonrakı müddətdə Zərərçəkmiş şəxs2 müxtəlif bəhanələrlə polisə müraciət etməməsini istəmişdir. Zərərçəkmiş şəxs11 Əli və Zərərçəkmiş şəxs3 tanıyır. Həmin şəxslərin hər biri AzTv əməkdaşlarıdır və özləri onunla əlaqə saxlayıb bilet satışı ilə məşğul olmağını eşitdiklərini ona bildirmişlər. O, həmin şəxslərə yalandan bilet satışı ilə məşğul olduğunu və onlar üçün ucuz qiymətə biletlər təşkil edəcəyini vəd etdikdən sonra Zərərçəkmiş şəxs11 2.000 manat, Zərərçəkmiş şəxs3 isə 1.600 ABŞ dolları pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasına tur paket təşkil etməsi üçün ona 1.600 ABŞ dolları pul vəsaitini Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov adlanan ərazidə əlbəəl vermişdir. Zərərçəkmiş şəxs11 isə Türkiyə və Misir tur paketlərini təşkil etməsi üçün ümumilikdə 2.000 manat pul vəsaitini karta köçürmə yolu ilə ona göndərmişdir. Zərərçəkmiş şəxs5 tanıyır. Kənanla heç bir düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs5 6.200 manat pul vəsaitini güya 2023-cü ilin iyul ayında Türkiyə Respublikasına tur paket təşkil edəcəyi adı ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs6 tanıyır və Bəylərlə heç bir düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs6 3.000 manat pul vəsaitini guya 2023-cü ilin iyun ayında Bəylərə Türkiyə Respublikasına 6 bilet təşkil edəcəyi adı ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs14 tanıyır və Sevda ilə heç bir düşmənçiliyi yoxdur. 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs14 və Sevdanın ailəsinə Dubay və Antaliya şəhərlərinə tur paket təşkil edəcəyi adı ilə ümumilikdə Sevdanın 17.000 manat pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs14 onun qohumu olduğu üçün pul vəsaitlərini ona əlbəəl Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən evində vermişdir. Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs13 tanıyır. Həmin şəxslər Kanada Respublikasında yaşayır və özləri onunla əlaqə saxlayıb bilet satışı ilə məşğul olmasını eşitdiklərini bildirmişlər. O, həmin şəxslərə yalandan bilet satışı ilə məşğul olduğunu və onlar üçün ucuz qiymətə biletlər təşkil edəcəyini vəd etdikdən sonra Zərərçəkmiş şəxs10 3.100 manat, Zərərçəkmiş şəxs13 isə 5.972 manat pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs9 tanıyır və Arazla heç bir düşmənçiliyi yoxdur. Həmin şəxs onun bilet satışı ilə məşğul olmasını eşidib ona müraciət etmişdir. O, Arazın bilet təşkil etmək adı ilə 1.080 manat pul vəsaiti ələ keçirmişdir. Zərərçəkmiş şəxs8 tanıyır və Nərgizlə heç bir düşmənçiliyi yoxdur. Həmin şəxsin 2023-cü ilin may ayından etibarən avia bilet təşkil etmək adi ilə ümumilikdə 2.280 manat pul vəsaiti ələ keçirmiş, lakin onun Nərgizə 900 manata yaxın geri qaytarmadığı məbləğ qalmışdır.Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs12 tanıyır. Zərərçəkmiş şəxs12 ailə üzvlərinə və dostlarına ucuz qiymətə bilet və tur təşkil edəcəyi adı ilə ümumilikdə 16.500 manat pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs12 onu şəxsən tanıdığı üçün pul vəsaitlərinin böyük hissəsini ona 2023-cü ilin may ayında nağd şəkildə Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi adlanan ərazidə vermişdir. Suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs15 səyahət turları təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Turanənin həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs16 səyahət turları təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Qaraşın həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs17 avia bilet təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də İlhamın həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs18 səyahət turları təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Sədiqənin həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs19 səyahət turları təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Şərifin həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs20 avia bilet və tur paket təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Zərərçəkmiş şəxs20 həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs21 səyahət turları təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Rafiqin həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs22 qardaşına və qardaşının ailəsinə səyahət turları təşkil edəcəyi adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Rəşadın həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs23 səyahət turları təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Fəridin həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs24 avia bilet təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Rozanın X59dan 1.086 avro pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs25 avia bilet və tur paket təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Azərin həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs26 avia bilet təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Zaurun həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs27 avia bilet təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Şəlalənin həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs28 avia bilet və tur paket təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Səidin həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs29 tur paket təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Turalın həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs30 səyahət turları təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Vüqarın həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs31 avia bilet təşkil etmək adı ilə 2.000 manat pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Aygünün həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs32 səyahət turları təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Şəhlanın həmin məbləğdə pul vəsaitini ələ keçirmiş, onun Şəhlaya təxminən 19.000 manat məbləğində qaytarmadığı pul vəsaiti qalmışdır. Zərərçəkmiş şəxs33 avia bilet təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Şükürün həmin məbləğdə pul vəsaitini ələ keçirmiş, lakin onun Şükürə təxminən 4.000 manat məbləğində qaytarmadığı pul vəsaiti qalmışdır. Zərərçəkmiş şəxs34 səyahət turları təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Anarın həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs35 avia bilet və tur paket təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Raminin həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs36 səyahət turları təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Rüstəmin həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs37 avia bilet təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Tahirin həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs38 əlavə qazanc verəcəyi adı altında müxtəlif məbləğlərdə pul vəsaitləri almışdır. Lakin Nuranədən ümumilikdə nə qədər pul aldığını deyə bilməmişdir. 2023-cü ilin yanvar ayı da daxil olmaqla Nuranədən aldığı pul vəsaitlərini geri qaytarmışdır. Sonuncu dəfə Nuranədən 50.000 manat məbləğində pul vəsaiti alıb geri qaytarmışdır. İndiyə kimi Nuranəyə 80.000 manatdan artıq məbləğdə qazanc vermişdir. Zərərçəkmiş şəxs39 avia bilet təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Valehin həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs40 səyahət turları təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Ceyhunun həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Zərərçəkmiş şəxs41 avia bilet və tur paket təşkil etmək adı ilə pul vəsaitini ələ keçirməsi doğrudur, həqiqətən də Sevdanın həmin məbləğdə pul vəsaitini ələ keçirmişdir. Heç bir turizm şirkətində işləməmiş və heç bir turizm şirkətinin əməkdaşı olmamışdır. İndiyə kimi də hər hansı turizm şirkəti ilə rəsmi əməkdaşlıq etməmişdir. Sadəcə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə bir neçə turzim şirkəti ilə əlaqə saxlayıb avia bilet və tur paket aldığı olmuşdur”. "xxxx" ASC tərəfindən təqdim edilmiş bank əməliyyatlarında bacınız Şahid2 adına emissiya edilmiş bank kartı hesabına köçürülmüş müxtəlif məbləğlərdə pul vəsaitlərinin bacılarınız Şahid2, Şahid3 tərəfindən nağdlaşdırıldığı görüntülər vardır. Həmin görüntülərin bəzilərində ananız Aygün Əliyeva da onların yanında dayanmışdır, bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq bildrimişdir ki, “Onların ailə olaraq təkcə bacısı Gülnarın adına bank kartları olmuşdur. O da həmin bank kartlarını istifadə edib kartın şəklini zərərçəkmiş şəxslərə avia bilet və tur paket təşkil edəcəyi adı ilə göndərmişdir. Ancaq onun həmin bank kartından hansı məqsədlə istifadə etdiyindən aliəsinin məlumatı olmamışdır. Ona pul lazım olduqda və özünün işi olduqda bacılarından müxtəlif məbləğlərdə pul vəsaiti nağdlaşdırmalarını istəmişdir. Yəni həmin şəxslərin onun fəaliyyəti ilə heç bir əlaqəsi olmamışdır, onun yalnız qanuni yolla işlədiyini güman etmişlər.Digər ailə üzvləri kimi atası Şahid5 da onun qanuni yolla işlədiyini güman etmiş, bir dəfə Nazim də onun tapşırığı üzrə zərərçəkən şəxsdən pul vəsaiti qəbul edib, ona vermişdir. Atasına həmin şəxsin müştərisi olduğunu, satdığı bilet və tur paket müqabilində həmin pul vəsaitini müştərinin ona verdiyini bildirmişdir. Yəni atasını da qanuni yolla işlədiyinə inandırmışdır. Pul vəsaitinin bir hissəsini şəxsi tələbatları üçün xərcləmiş, bir hissəsi ilə borclarını qaytarmış, böyük hissəsini isə faizə pul aldığı şəxslərə qaytarmışdır. Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs7 pul vəsaitini faizə almışdır. Heç kim tərəfindən köməklik edilməmişdir, heç kimlə də qabaqcadan razılıq əldə etməmişdir. Zərərçəkən şəxslərlə danışıb inandıran da o olmuşdur, həmin şəxslərlə görüşüb pulu ələ keçirən də o olmuşdur. Ülviyyənin heç bir rolu olmamışdır, sadəcə Ülviyyə ona istədiyi vaxtlarda müştərisi kimi bilet satmışdır. Mehmet adlı şəxs şəxs ilə tekstil işi ilə məşğul olmuşdur, lakin bir müdətdən sonra işləri alınmadığı üçün əlaqələrini kəsmişlər, həmin şəxs ümumiyətlə Türkiyə vətəndaşıdır və Azərbaycan ərazisində deyil, həmin şəxslə tekstil işi ilə məşğul olmağı ilə bağlı heç bir sənəd və rəsmi sübutu olmamış, heç yazışmaları da qalmamışdır.Bu cinayəti borclarını qaytarmaq üçün törətmiş, borcunu vaxtında qaytara bilmədiyi üçün avia bilet və tur paket təşkil etmək adı ilə müxtəlif şəxslərdən pul vəsaitləri alıb borcu olan və hətta əlavə üzərində faizi ilə ödəməli olduğu şəxslərə köçürmüşdür. Beləcə həmin şəxslərə olan borcunun bir hissəsini qaytarmışdır. Bundan sonra bilet təşkil etmək adı ilə aldatdığı şəxslər ondan şikayətçi olmasınlar deyə yeni insanlar axtarışına çıxaraq həmin şəxsləri də bilet və tur təşkil etmək adı ilə aldadaraq pulunu ələ keçirib, əvvəl pulunu bu yolla ələ keçirdiyi şəxslərə verərək həmin şəxslərə vurduğu maddi ziyanın bir bir hissəsini geri qaytarmışdır. Pulunu ələ keçirdiyi yeni müştəriyə bundan əvvəl pulunu eyni üsulla ələ keçirdiyi müştərinin bank kartı hesabını verib pulu həmin karta ödəməli olduğunu bildirmişdir. Lakin bir müddətdən sonra vəziyyət elə olmuşdur ki, zərərçəkən şəxslərin miqyası daha da çoxalmış və o, həmin şəxslərin heç birinin pul vəsaitini dələduzluq yolu ilə də qaytara bilməmişdir (İX cild, səh. 116-124). 8.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Mələk xanımı birbaşa yox, Şəhla xanımın vasitəsilə tanıyır. Mələk Şəhla xanımla yaxın dostdur, Şəhla xanım da onun həyat yoldaşı ilə rəfiqədir. Zərərçəkmiş şəxs7 Şəhlanın qızıdır. O, Mələk xanımı bir dəfə notariusda görmüş, yoldaşı da Mələk xanımı bir dəfə görmüş, ondan sonra görməmişdir. Mələklə onlar işə düzəltmə ilə bağlı ancaq telefon vasitəsilə danışmışlar. Onlara Mələk xanımın “Caspian Plaza”da bir şirkətdə işlədiyini, yaxşı əlaqələrinin olduğu bildirilmişdir. Mələk xanıma oğlunu Fövqəladə Hallar Nazirlyinə işə düzəltməsi üçün on dörd min manat notairus vasitəsilə pul vermişdir. Notariusda müqaviləni borc müqaviləsi adı ilə bağlamışlar. Sonra iş alınmadığından pulun geri qaytarılmasını tələb etmişdir. Ödədikləri on dörd min manat məbləğində vəsait qaytarılmamışdır, hal-hazırda da şikayətçidir. 9.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs7 vasitəsi ilə tanımışdır. Belə ki, onun oğlu X43 işsiz olduğu üçün Anarı işlə təmin etmək istiqamətində tanışları ilə marağlanmışdır. Sosial şəbəkə üzərindən tanıdığı Təqsirləndirilən şəxs ona Fövqəladi Hallar Nazirliyinə 14.000 manat pul vəsaiti əvəzində oğlunu işlə təmin edə biləcəyini söylədiyini bildirmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, 11 saylı Notariat Ofisinin qarşısında görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs ona 2 ay ərzində oğlu X30 Hallar Nazirliyində işlə təmin olunacağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs verdiyi 14.000 manat məbləğində pul vəsaitini ondan alması barədə Notariat Ofisində sənəd tərtib olunmasını istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona işə düzəltməklə bağlı pul almasının rəsmi sənədlə təsdiq edilə bilmədiyini bildirərək kredit müqaviləsi bağlamağı ona təklif etmişdir. O, Mələklə razılaşmış və 14.000 manat pul vəsaitini 27 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 11 saylı Notariat Ofisinin qarşısında vermişdir. Daha sonra onlar ofisə daxil olaraq müqavilə bağlamışdırlar. Üzərindən 2 ay keçdikdən sonra o, Mələklə əlaqə saxlamış və nə üçün işin alınmadığını söyləmişdir. Mələk ona narahat olmamağı yaxın müddətdə ona xəbər edəcəyini bildirmişdir. Lakin həmin söhbətlərindən xeyli müddət keçməsinə baxmayaraq hər dəfəsində Mələklə əlaqə saxlamış və Mələk hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadıb yola vermişdir. Üzərindən aylar keçdikdən sonra o, Mələyə işə düzəltməyin lazım olmadığını, sadəcə pulunu geri qaytarmasını istədiyini bildirmişdir. Lakin Mələyin onun pulunu geri qaytarmaq niyyətində olmadığını, pulunu da tamah niyyəti ilə qaytarmaq niyyəti olmadan ələ keçirdiyini başa düşmüşdür. Ona görə də Mələk barəsində polis orqanına müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə onun 14.000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir (İ cild, səh. 228-231). 10.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, Mələk xanımla qohumu vastəsilə tanış olmuşlar, Mələk xanımı ucuz bilet təşkil edən şəxs kimi təqdim etmişlər. Mələk xanıma dörd min üç yüz qırx manat ödəniş olunmuş, iki min qırx manata bilet alıb vermiş, iki min üç yüz manat borcu qalmışdır. Həmin məbləğdən də əlavə on səkkiz min səkkiz yüz manat zərərləri olmuşdur. Gürcüstandan dövlət tədbiri ilə bağlı heyyət gələcəyindən on yeddi nəfərlik bilet sifariş etmiş, ən son günün, ən son saatında biletlərin olmadığı deyilmiş, məcbur olub Türkiyə üzərindən gətirməli olmuşlar. Pulu 2023-cü ilin may ayında Bakı-Tbilisi reysi üzrə ödəmiş, gəlməli olan on yeddi nəfərdən hər bir şəxs üçün iki yüz əlli beş manata razılaşmışlar. Ona on səkkiz min səkkiz yüz manat və əlavə iki min üç yüz manat ziyan dəymişdir. İbtidai istintaq dövründə ola bilsin rəqəmdə səhv olub, 2810 yox 2300 manat vəsait geri qaytarılmayıb.Hal-hazırda şikayətçidir. 11.Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 23 nömrəli məktəbdə müəllim işləyən tanışı vasitəsilə Mələk adlı şəxslə tanış olmuşdur. İşlədiyi şirkətin işləri ilə əlaqadar 17 nəfər xarici vətəndaşın Tblisi-Bakı və Bakı-Tblisi reysləri üzrə gediş-gəlişi üçün ona bilet lazım olmuşdur. Həmin zaman 23 saylı məktəbdə anası Şəhla Musatafayeva ona iş yoldaşı vasitəsilə tanış olduğu Mələk adlı şəxsin insanlara ucuz qiymətə bilet və tur paket təşkil etdiyini bildirmişdir. O da Mələk adlı şəxs ilə 17 nəfər xarici vətəndaşın bilet işini təşkil etməsi üçün əlaqə saxlamışdır. Mələk ona bu işdə profesional olduğunu, “"xxxx"” şirkətinin əməkdaşı olduğunu, istədiyi zaman ona bilet təşkil edə biləcəyini bildirmişdir. O da Mələklə razılaşmış və 17 nəfər xarici vətəndaşın bilet işini təşkil etməsini Mələkdən xahiş etmişdir. Mələk bir biletin qiymətinin 255 manat olduğunu ona bildirərək bilet işini təşkil etmək 4.850 manat məbləğində pul vəsaiti ondan istəmiş və ona 4169-7388-6396- 7398 saylı Gulnar Zeynalovaya məxsus və 4169-7413-4209-3851 saylı Ulviya Aliyevaya məxsus bank kartlarının şəklini göndərmişdir. O da həmin kart hesablarına hissə-hissə olmaqla 3 dəfəyə "xxxx" ödəmə sistemi vasitəsilə 4.850 manat məbləğində pul vəsaitini Mələyin ona göndərdiyi kart hesablarına göndərmişdir. Hər üç ödənişi 25 aprel 2023-cü il tarixində etmişdir. Mələk ona həmin biletləri 04 may 2023-cü il tarixində təşkil edəcəyini bildirmişdir. Ödəniş etdikdən sonra o, Mələklə əlaqə saxlamış və biletləri təşkil etməsini ondan istəmişdir. Biletlərin hər biri gediş-gəliş üçün nəzərdə tutulduğundan 17 nəfər qonaqların həmin tarixdə Tblisidən Bakıya gəlməsi lazım olmuşdur. Mələyin ona vəd verdiyi gün bitdikdən sonra dəfələrlə Mələyə zəng vurub niyə biletləri təşkil etmədiyini soruşmuş, Mələk müxtəlif bəhanələrlə biletlərin alınmadığını bildirib ona dəymiş bütün ziyanı geri qaytaracağını bildirmişdir. O, məcbur qalıb öz cibindən pul xərcləyərəq həmin xarici qonaqları üçün Bakıya bilet almişdır. Ondan sonra Mələyə müraciət edərək heç olmasa qayıdış biletlərini təşkil etməsini istəmişdir. Mələk 16 nəfər qonağı üçün qayıdış biletlərini təşkil etmiş, bir nəfər üçün isə biletin alınmadığını bildirmişdir. Mələyin ona təşkil etdiyi qayıdış biletlərinin qiyməti 2.040 manat təşkil etmişdir. Lakin o, Mələyə gediş-gəliş üçün 4.850 manat məbləğində pul vəsaiti ödəmişdir. Geriyə qalan 2.810 manat pul vəsaitini Mələk 2023-cü ilin may ayının əvvəllərindən qaytaracağına söz versə də, müxtəlif bəhanələrlə onu aldadaraq pul vəsaitini geri qaytarmamışdır. İlkin araşdırma zamanı ona dəymiş ziyanı səhv hesablamış, Mələyə ödədiyi ödənişlərin qəbzinə baxdıqda Mələyin ona göndərdiyi kartlara 2000, 1.350 və 1.500 manat olmaqla 3 dəfəyə ödəniş etdiyini görmüşdür (İİ cild, səh. 56-58, Vİİ cild, səh. 200-203). 12.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, komputer qrafiki üzrə mütəxəssisdir. Zərərçəkmiş şəxs olan bir dostu vasitəsi ilə Mələklə "xxxx"da tanışı olan və ucuz biletlər təşkil edən biri kimi tanış olmuşdur. O, Türkiyəyə dincəlməyə getmək istəmişdir. X53 metro stansiyası yaxınlığında görüşərək Türkiyənin Antalya şəhərində istirahət üçün olan pulu Mələyin özünə vermişdir. Ümumilikdə 2023-cü il tarixdə min altı yüz dollar pul ödəmişdir. Daha sonra o, otelə zəng edərək yerin bron olunmadığını bilmiş və aldadıldığını başa düşmüşdür. Ümumilikdə 2023cü il tarixdə min altı yüz dollar pul ödəmişdir. O, görüşəndə biraz şübhə etmiş, amma aldanmışdır. Ona dəymiş ziyan ödənilməmiş, hal-hazırda şikayətçidir. 13.Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sözü gedən şəxs Təqsirləndirilən şəxs ilə 2022-cü ilin iyun ayında iş yoldaşı Zərərçəkmiş şəxs11 vasitəsilə tanış olmuşdur. Fuad ona Mələk adlı şəxsin ucuz qiymətə insanlara avia bilet və tur paket etdiyini bildirmişdir. Mələk qohumlarına və digər insanlara özünü "xxxx"-da mühasib işləyən əməkdaş kimi təqdim etmişdir. O da həmin ərəfələrdə xarici ölkələrə səyahət etmək istədiyindən özünə və ailəsinə bilet və tur paket almaq üçün Mələklə əlaqə saxlamaq qərarına gəlmişdir. Mələyin nömrəsini həmin iş yoldaşı Fuaddan alıb Mələklə əlaqə saxlamışdır, Mələk bu işdə profesional olduğuna onu inandırmış, o da Mələyə özü və ailəsinin avqust ayında Türkiyənin Antalya şəhərində istirahət etməsi üçün bir həftəlik tur paket almaq istədiyini bildirmişdir. Mələk də problem deyil, nə vaxt lazım olsa de təşkil edərəm demişdir. Həmin tur paketləri təşkil etmək üçün Mələk ondan 1.600 ABŞ dolları istəmişdir. Mələk ondan pulu bank kartı vasitəsilə atmağını istəsə də, o Mələklə razılaşmamış, çünki Mələklə şəxsən tanış olub, üzdən görmək istəmişdir. Çünki ilk dəfə imiş ki, bu yolla tur paket alırmış və aldadılacağından qorxmuşdur. Onun üçün Mələyə şəxsən görüşüb pulu verəcəyini bildirmişdir. Mələk onunla razılaşmış və onlar Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının qarşısında görüşməyi qərara almışlar. 2023-cü ilin iyul ayının 3-ü axşam saat 7-8 radələrində həmin yerdə o, Mələklə görüşmüşdür. Üzərində gətirdiyi 1.600 dollar məbləğində pul vəsaitini Mələyə vermiş, Mələk ona narahat olmamağı 2-3 günə onun üçün yer rezervasiya edəcəyini bildirmişdir. Ondan sonra o, evə qayıtmış və Mələyin ona vəd vermiş olduğu müddət başa çatdıqdan təxminən bir həftə sonra Mələklə əlaqə saxlamışdır. Çünki Mələk ona 2-3 gün ərzində Antalyada beş ulduzlu adını xatırlamadığı otellərin birində yer rezervasiya edəcəyini bildirmişdir. O, həmin otellə əlaqə saxladıqda ona adına yer rezervasiya olunmadığını bildirmişdirlər. Mələklə əlaqə saxlamış və üzərindən xeyli gün keçməsinə baxmayaraq niyə onun üçün yer rezerv etmədiyini Mələkdən soruşdur. Mələk bəhanə gətirərək otellə əlaqa saxlayıb rezerv edəcəyini ona bildirmişdir. Yenə üzərindən 2-3 gün keçdikdən sonra o, Mələklə əlaqə saxlamış, Mələk yenə müxtəlif bəhanələr gətirib ona yola vermişdir. Ondan sonra Mələyin onun üçün tur paket təşkil etmək niyyətində olmadığını, Mələk haqqında müxtəlif sosial şəbəklərdə paylaşılmış məlumatları gördükdə Mələyin bir dələduz olduğunu və ondan başqa onlarla bu yola müxtəlif insanların pul vəsaitlərini ələ keçirdiyini anlamışdır. Ondan sonra o da digər zərərçəkənlər kimi polisə müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində ona 1.600 ABŞ doları məbləğində maddi ziyan dəymişdir (İİ cild, səh. 46-49). 14.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Mələk xanımın gələcək nişanlısının qohumu bildiyi tanışı vasitəsilə tanış olmuşdur. Övladları Türkiyədə təhsil aldığından, ora getmək üçün tez-tez bilet almışdır. Mətanət adlı tanışı Mələk haqqında ona "xxxx"da mühasib işləyən və çox ucuz qiymətə biletlər verən şəxs kimi bildirmişdir. Mələk xanımla telefonla danışmış və Mələk xanım ona əgər kimsə bilet istəsə biletlərini həll edə biləcəyini demişdir. O, bir neçə nəfərə bu barədə demiş və Mələk xanım bilet də vermişdir. Sonra Mələk xanım ona "xxxx"da” tanışı olduğunu, ucuz qiymətə turlar əldə etdiklərini, bütün qohumlarının bu işlərlə məşğul olduqlarını, hamısına yaxşı pul qazandırdığını söyləmiş və ona “istəyirsənsə pul ver, həm sən qazanasan, həm də mən qazanım” demişdir. Mələk xanım ondan iyirmi min pul istəmiş və notariusda həmin pulu Mələk xanıma vermişdir. Bundan sonra ona tur təklif etmiş və qiymətinin iki min səkkiz yüz olduğunu demişdir. Bir müddət sonra etibar yaranandan sonra demişdir ki, “bizdə işlər olur, pulu verib, qısa müddətə götürə bilirsən”. O da tamaha düşərək iyirmi min manat da vermiş və Mələk xanım on gün sonra üzərində on min pul verəcəyini bildirmişdir. Bundan sonra o, Türkiyəyə getmiş, Mələk xanım dayanmadan ona zəng edərək “bizim Avropaya xor dəstəsi gedir, onların biletlərini almaq bizə tapşırılıb”, biz o işi təşkil edib yaxşı pul qazanacağıq, təcili otuz min pul lazımdır” demişdir. O, pulunun olmadığını bildirmiş, lakin Mələk xanım dayanmadan zəng etmişdir. Sonra o, otuz min manat da vermiş, ümumilikdə isə Mələk xanıma səksən min manat pul vermişdir. İki gün keçəndən sonra yenə zəng edərək əlli min manat da verməsini istəmişdir. Daha sonra ona Mələk xanımın atası Nazim zəng etmişdir. O, Mələklə pulla bağlı iki-üç dəfə görüşmüş, atası ilə də bir dəfə görüşmüşdür. Ona hər gün bu gün sabah pulun geri veriləcəyini demişlər. Ayın 5-də ona pul verməli idilər. Atası bir saat danışdıqdan sonra ona “bir ay vaxt ver, pulun hamısını qaytaracam” demişdir. Bir müddət keçdikdən sonra da ona hədə qorxu gəlmişdirlər. O, özü Mələyə qəsdən “nə qədər borcun var?” yazmış, Mələkdə cavabında ona nə qədər borcunun olduğunu tam yazmışdır. Həmin diski istintaqa da təqdim etmişdir. Səksən min manatla bağlı hazırda şikayətçidir. 15.Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sözü gedən şəxs Təqsirləndirilən şəxs ilə 2022-cü ilin yay aylarının sonu dostu Cəfərov Vüqarın vasitəsilə tanış olmuşdur. Vüqar ona Mələk adlı şəxsin ucuz qiymətə insanlara avia bilet və tur paket etdiyini bildirmişdir. Mələk qohumlarına və digər insanlara özünü "xxxx"-da mühasib işləyən əməkdaş kimi təqdim etmişdir. O da həmin ərəfələrdə xarici ölkələrə səyahət etmək istədiyindən özünə və ailəsinə bilet və tur paket almaq üçün Mələklə əlaqə saxlamaq qərarına gəlmişdir. Mələyin nömrəsini həmin dostu Vüqardan alıb Mələklə əlaqə saxlamışdır, Mələk bu işdə profesional olduğunu, hamının Mələyin fəaliyyətindən razı qaldığını ona bildirmişdir. O da Mələyə özü və ailəsi üçün çox sayda bilet və tur paket almaq istədiyini bildirmişdir. Mələk də “problem deyil, nə vaxt lazım olsa de, təşkil edərəm” demişdir. Hətta Mələk onun çox saylı biletlər almaq istədiyini görüb birgə bizneslə məşğul olmağı da ona təklif etmişdir. Mələk satacağı avia bilet və tur paketlərdən əlavə qazanc əldə etməyi ona təklif etmiş, belə ki, o, Mələyə istədiyi miqdarda Mələyin avia bilet və tur paket alıb qabaqcadan bron etməsi üçün pul verəcəkmiş, Mələk də bunun qarşılığında ona satdığı bilet və tur paketlərdən əlavə qazanc verməli imiş. Həmin ərəfələrdə işdən ayrıldığı və təqaüdçü olduğu üçün o, bu fürsəti dəyərləndirmək istəmişdir. Həm də Mələk çox inandırıcı danışmışdır, o da səhv edib Mələyə inanmışdır. Mələk ona bir neçə dəfə çox da böyük olmayan məbləğlərdə bilet və tur paket təşkil etdiyi üçün onun güvənini qazanmışdır. Bundan sonra o, Türkiyənin Antalya şəhərinə səyahət etmək istədiyindən Mələyə müraciət edib tur paket təşkil etməsini Mələkdən istəmişdir. Mələk ondan həmin tur paket üçün 3.100 manat məbləğində pul vəsaiti istəmişdir. O da 20 noyabr 2023-cü il tarixdə 3.100 manat pul vəsaitini Mələyin ona göndərdiyi Abdulla Agazadə adına 5239- 1515-1125-3257 saylı Kapital Bank tərəfindən emissiya edilmiş bank kartı hesabına özünə məxsus "xxxx" ASC tərəfindən emissiya edilmiş 4189-8000-8080-0566 saylı bank kartı hesabından ünvan 4 ünvanında yerləşən yaşayış evində olarkən göndərmişdir. Mələk özünə qarşı inamın yaranması üçün həmin tur paketi təşkil etmiş və ona Antalya şəhərinə tur paket təşkil etmişdir. Mələk onun inamını qazandığından 20.000 manat pul vəsaiti Mələyə verəcəyi təqdirdə ayda 4000 manat əlavə gəlir verəcəyini ona bildirmişdir. Guya həmin pulu bilet və tur paket bron etmək üçün istifadə edib ona əlavə qazanc verəcəkmiş. O da Mələklə razılaşmış, 16 dekabr 2023-cü il tarixdə 7 saylı Asan xidmətdə notariat konturu vasitəsi ilə həmin məbləğdə pul vəsaitini Mələyə vermişdir. Bundan başqa 08 yanvar 2023-cü il tarixdə Mələk 20.000 manat pul vəsaiti verəcəyi təqdirdə ona üzərində əlavə 10.000 manat qazanc verərək 30.000 qaytaracağını bildirmişdir. O da 08 yanvar 2023-cü il tarixdə həmin 20.000 manat pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrosu yaxnlığında dostu Rəsul Osmanov vasitəsilə Mələyə göndərtmişdir. Həmin tarixdə Mələyə çatdırdığı pulu Mələk ona 22 yanvar 2023-cü il tarixdə qaytarmalı imiş. 8 yanvarda verdiyi 20.000 manatın üzərindən üç gün keçdikdən sonra, yəni 11 yanvar 2023-cü il tarixdə Mələk ondan 10.000 manat pul istəyib, 27 yanvar 2023-cü il tarixdə 15.000 manat verəcəyini vəd etmişdir. O Mələyə daha əvvəl verdiyi pulu qaytarmadığına görə yenidən pul verməyə biraz tərəddüd etmişdir, ancaq Mələk aldığı pulların hamısını geri qaytarcağına onu əmin etmişdir. Beləcə o, Mələyə 11 yanvar 2023-cü il tarixdə 10.000 manat pul vəsaitini Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrosu yaxınlığında dostu Osmanov Rəsul vasitəsilə vermişdir. Həmin vaxt o Türkiyədə olduğu üçün pulu Mələyə verməyi dostu Rəsula tapşırmışdır. Bundan başqa Mələk yenə ona zəng edib dayanmadan yeni təkliflər etmişdir. Bakıdan Avropaya Xor qrupu gedəcəyini bildirərək həmin qrupun biletlərini həll etməyi üçün Mələk ondan 30.000 manat pul vəsaiti istəmiş, guya həmin qrupun biletlərini Mələk həll edəcəkmiş. 28 yanvar 2023-cü il tarixdə həmin pulun əlavə üstündə 17.000 manat ödəyəcəyini Mələk ona bildirmişdir. 13 yanvar 2023-cü il tarixində o, həmin 30.000 manat məbləğində pul vəsaitini yenə dostu Rəsul Osmanov vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrosu yaxınlığında Mələyə göndərtmişdir. Həmin zaman da o, Türkiyədə olduğu üçün Mələyə pulu verməsini Rəsula tapşırmışdır. Bundan başqa 15 yanvar 2023-cü il tarixdə Mələk ondan 50.000 manat pul vəsaiti istəyərək 3 gün sonra yəni 18 yanvar 2023-cü il tarixdə üzərində 22.000 manat əlavə qazanc verərək 72.000 manat pul vəsaiti qaytaracağını ona bildirmişdir. Onun həmin zaman o məbləğdə pul vəsaiti olmadığından Mələyə həmin məbləğdə pul vəsaitini verməkdən imtina etmişdir. Həm də Mələyin ona verdiyi indiyə kimi olan məbləğləri niyə geri qaytarmadığını Mələkdən soruşmuşdur. Mələyin 3 gün ərzində ona həmin pulu qaytaracağına inanmamışdır. Mələkdən indiyə kimi verdiyi pul vəsaitlərini qaytarmasını tələb etmiş, çünki qısa müddət ərzində Mələk ondan 80.000 manat pul vəsaiti alaraq heç bir pul vəsaiti ona geri qaytarmamışdır. O, həmin pul vəsaitini Mələyin ona vəd etdiyi tarixə yəni 22 yanvar 2023-cü il tarixinə kimi gözləmiş, həmin tarixin üzərindən aylar keçməsinə keçməsinə baxmayaraq Mələk ona heç bir ödəniş edib pulunu geri qaytarmamışdır. Sonuncu dəfə Mələyə ödədiyi 30.000 manat pul vəsaitini də dostu Rəsul Osmanovdan borca aldığı üçün ona da həmin pulu geri qaytara bilməmiş və onun yanında da pis vəziyyətə düşmüşdür. İndiyə kimi Mələk müxtəlif bəhanələrlə onu aldadıb, pulunu geri qaytaracağına dair yalan vədlər vermişdir. Mələyin barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Mələyin dələduzluq əməli nəticəsində ona 80.000 manat məbləğində maddi ziyan dəymişdir (İ cild, səh. 239-243). 16.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Mələyi onunla fevral ayında qonşusu Fərid tanış etmişdir. Ona ödəniş edəcəyi halda tur paketlə Türkiyədə, Antalyada istirahət edəcəyini bildirmişdir. Aprel ayının 28-də ödəniş etmiş, tam ödənişi etdikdən sonra ona 14-15 gün ərzində tur paketi verəcəyini bildirmişdir. Mayın 14-15-i olmuş, Mələk xanım dəfələrlə sabah, birigün bilet olacaq demişdir. May ayının sonuna kimi heç bir şey olmamışdır. Daha sonra o, pulu köçürdüyü kart sahibləri ilə əlaqələr yaratmış, biri Mələyin bacısı Şahid2 olmuş, əlaqə saxladıqdan sonra atasının nömrəsini vermişdir. Hadisələr iyul ayında olmuşdur. Atası onunla əlaqə saxlayaraq polisə getməməsini,narahat olmamasını, pulu onun ödəyəciyini bildirmişdir. Hal-hazırki dövrə kimi ona dəymiş ziyan ödənilməmişdir. O, şikayətçidir. Mələyin harada işləməsi barədə eşitmiş, hansısa aviaşirkətdə işləmişdir. Dostu Fərid və onun “BP” şirkətində işləyən dostlarını da eyni senari ilə aldatmışdır. Mələk ona Şahid2, Ülviyyə Məmmədova, Zərərçəkmiş şəxs31 adına olan kartları təqdim etmişdir. Həmin şəxslərin kartlarına eyni gündə ödəniş etmişdir. Ümumilikdə altı min səkkiz yüz manat ödəniş etmişdir. Həmin məbləğdən heç bir ödəniş olmamışdır. 17.Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Azərbaycandan Türkiyənin Antalya şəhərinə istirahət üçün getmək istəmişdir. Qonşusu Zərərçəkmiş şəxs23 vasitəsilə tanış olduğu Mələk adlı şəxs ona ucuz qiymətə insanlara tur paketlər təşkil etdiyini, lazım olan məbləğ veriləcəyi təqdirdə onun üçün Antalya şəhərinə bilet təşkil edəcəyini, neçə illərdir ki, bu işlə məşğul olduğunu, çoxsaylı şəxslərə tur paketlər təşkil etdiyini bildirmişdir. O da Mələyin dediklərinə inanmışdır. Beləliklə də, o, qərara gəlmişdir ki, elə Mələyin köməkliyindən istifadə etməklə, yəni Mələk vasitəsi ilə xarici ölkəyə səyahət etsin. Mələk səyahət işini təşkil etmək üçün ondan 6.200 manat pul istəmiş, 2023-cü ilin aprel ayının 18-i Aygun Mammadovaya məxsus (4169-7388-2683-7852) Gulnar Zeynalovaya (4169- 7388-6396-7398), Ulviya Aliyevaya (4169-7413-4209-3851) məxsus olan kartların şəklini ona göndərmiş, o da həmin kartlara hissə-hissə olmaqla üç dəfəyə ümumilikdə 6.200 manat pul vəsaitini öz kart hesabından ödəniş etmişdir. Ancaq bu ödəniş müqabilində Mələk onun üçün heç bir tur paket təşkil etməmişdir. Ödəniş etdikdən 2 ay sonra o, Mələyin onu aldatdığını, ondan aldığı pulları səyahət turları təşkil etməyə yönəltmədiyini, əksinə həmin pulları şəxsi məqsədlərinə sərf etdiyini öyrənmişdir. Mələyin törətdiyi əməllər nəticəsində ona 6.200 manat məbləğində maddi ziyan dəymişdir (İİ cild, səh. 7-9, Vİİ cild, səh. 196-199). 18.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Mələyi dostlarının vasitəsi ilə tanımış, dostuna İstanbuldan gəlməsi üçün ucuz bilet təşkil etmişdir. X54 adlı dostu tanış etmişdir. Ona demişlər ki, Mələk xanım "xxxx"da işləyir. Daha sonra o, altı nəfər üçün bilet alınması ilə bağlı beş yüz manat olmaqla ümumilikdə üç min manat ödəniş etmiş, lakin bilet alınmamışdır. Pul vəsaitlərini kart hesablarına 21 mart 2023-cü il tarixdə ödəmişdir. Bank kartları səhv etmirsə Gülnar və Ülviyyə adlı şəxslərin adına olan kartlar olmuş, pulları min üç yüz və min yeddi yüz manat olaraq ödəmişdir. Ona ödədiyi məbləğdən hansısa vəsait geri qaytarılmamış, hal-hazırda da şikayətçidir. X57 adlı qardaşı yaşayır. Hansısa faiz verilməsindən məlumatı yoxdur. Pul vəsaiti bilet üçün verilmişdir. Türkiyəyə anası, atası və o, getməli idi. Onların aralarında faizlə bağlı heç bir danışıq olmamışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilməmiş, şikayətçidir. 19.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, Mələyi anası ilə Vəfanın vasitəsilə tanımış, ilk dəfə anası ilə oturub söhbət etmişlər. Daha sonra Mələk onlara AZAL-da işlədiyini və əlinin altından sistemdən daha münasib qiymətə ucuz bilet ala biləcəklərini demişdir. O, ilk dəfə özünə Dubaya getmək üçün sistem qiymətindən dəfələrlə aşağı qiymətə bilet sifariş etmişdir. Mələk ona ödənişlərin AZAL-da işləyən Zərərçəkmiş şəxs38 getdiyini, bir də Elşad və ya Rəşad adında şəxslərə ödəmələr etdiklərini bildirmişdir. Daha sonra Mələk biznes kimi fəaliyyət gösətərməyi təklif etmiş, Mələk “beş yüz manat verin, mən iki və ya on beş gündən sonra üzərində sizə yüz, əlli manat civarında pul qaytaracam, müştərim bileti alacaq, mən ödənişi sizə edəcəm” demişdir. Bu proses uzun müddət davam etmiş, Mələk onun etibarından sui istifadə etmiş, əvvəl ödənişləri olmuş, sonra isə ödəməməyə başlamışdır. Təxminən iyirmi min manata yaxın onlara ziyan dəmiş və vurulmuş həmin ziyan məbləğdən ona hansısa vəsait ödənilməmişdir. O, pulu faizə yox, biznes əməkdaşlığı kimi vermişdir. Zərərçəkmiş şəxs7 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 20.Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sözügedən şəxs Təqsirləndirilən şəxs ilə anası Sevda Bəşirova və xalası Zərərçəkmiş şəxs14 vasitəsilə 2022-ci ilin dekabr ayında tanış olmuşdur. Həmin şəxslər ona Mələk adlı şəxsin insanlara ucuz qiymətə bilet və tur paket təşkil etdiyini, Mələyin avia şirkət əməkdaşı olduğunu, insanlara ucuz qiymətə bilet və tur paket təşkil etdiyini bildirmişdirlər. Mələk onunla mobil telefon vasitəsi ilə danışaraq ucuz qiymətə aviabiletlər təşkil edə bildiyini ona bildirmişdir. Mələk ilkin olaraq özünə və ailəsinə xarici ölkəyə tur paketləri almağı, daha sonra birlikdə aviabiletlərin alış-verişi ilə məşğul olub qazanc əldə etməyi ona təklif etmişdir. Təqsirləndirilən şəxs onun ödəniş sistemlərindən istifadə etməklə 4169-7413-4209-3851, 4189-8000-8038-2607, 4169-7388-2351-7952, 4169-7388-6396-7398, 4169-7388-8823- 4600, 4169-7388-6406-6026, 5213-6751-8887-2692, 5213-6751-9902-0174, 4169-7387- 2973-2515, 5213-6751-4233-5414, 4169-7385-5955-1738, 4169-7414-2288-3296, 5243- 7544-1880-7770, 4169-7388-8823-4600, 4169-7388-6922-8480, 4169-7414-6739-5594, 5103-0714-7883-5412, 4169-7385-1534-2276 nömrəli bank kartlarına köçürdüyü ümumilikdə 116 min manat məbləğində manat pul vəsaitini ələ keçirmişdir. Bundan əvvəl istintaq zamanı ifadə verdiyi zamanİ Mələyə ödəmiş olduğu bütün məbləğləri dəqiq göstərə bilməmişdir, lakin sonradan ona ödəmiş olduğu digər ödənişləri və ödənişlərin surətlərini tapmış, ona görə təkrar ifadə vermək istəmişdir. Təqsirləndirilən şəxs o, ilk dəfə 21 oktyabr 2023-cü il tarixdə Dubay şəhərinə tur paket təşkil etmək adı ilə 1.000 manat məbləğində pul vəsaiti köçürmüşdür. Bundan başqa dəfələrlə Təqsirləndirilən şəxs avia bilet və tur paket təşkil edib əlavə qazanc verəcəyi adı ilə ona birgə biznes fəaliyyəti ilə məşğul olmağı təklif etmiş, o da Mələyin bu təklifini qəbul edib Mələyə istədiyi məbləğdə ayrı-ayrı vaxtlarda pul vəsaitləri ödəmişdir. Həmin ödənişlərin qəbzlərini saxlamış və ifadəsinə əlavə etmişdir. 01 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon DSMFnın qarşısında həyat yoldaşı Abdulla Ağazadə onun tağşırığı əsasında 35.000 manat məbləğində pul vəsaitini Mələyə vermişdir. Həmin məbləğdə pul vəsaitini Mələk ondan avia bilet və tur paket təşkil edib birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün istəmişdir. Həmin məbləğin üzərində ona əlavə qazanc verəcəyini vəd edərək ondan qeyd edilən məbləğdə pul almışdır. Digər qalan məbləğlərdə pul vəsaitini isə Mələyin ona göndərdiyi kart hesablarına göndərmişdir. Həmin kart hesablarının nömrəsini də yuxarıda qeyd edilən şəkildə göstərmişdir. Təqsirləndirilən şəxs ondan ümumilikdə 116.000 manat məbləğində pul vəsaitinin böyük hissəsini avia bilet və tur paket təşkil edib əlavə qazanc vermək barədə biznes təklifi adı ilə, qalan hissəni avia bilet və tur paket təşkil etmək adı ilə ondan almışdlr. Sonuncu dəfə Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdə Mələyin göndərdiyi ULVİYA ALİYEVA adına X66 tərəfindən emissiya edilmiş 4169-7413-4209-3851 saylı bank kartı hesabına 700 manat məbləğində pul vəsaiti köçürmüşdür. Həmin pul vəsaitini Mələyə həyat yoldaşının dostuna Belçikaya bilet təşkil etməsi üçün göndərmişdir. Təqsirləndirilən şəxs ümumilikdə konkret olaraq onun 116.000 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Hər dəfə Mələyə bu barədə polisə şikayət edəcəyini, pulunu geri qaytarmasını tələb etmişdir. Hər dəfə Mələkdən ödəmiş olduğu kiçik bir məbləği geri alan zaman Mələklə nə qədər mübahisə etmişdir. Təqsirləndirilən şəxs ona geri qaytarmadığı təxminən 20.000 manata yaxın pul vəsaiti qalmışdır (İİ cild, səh. 65-67, Vİİ cild, səh. 187-190). 21.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ona aviabiletlər təşkil edən bir şəxs kimi tanıtmışlar, qardaşının dostu onu tanış etmiş, həmin şəxs də şikayətçilər arasındadır. Ucuz tur paket və aviabilet təşkil etdiklərini demiş, o da bundan istifadə edib İstanbul şəhərinə özünə və yoldaşına aviabilet almışdır. Toplamda altı yüz manat ödəniş etmişdir. Sonrasında eyni şəkildə iş yoldaşı üçün də iki nəfərlik Tbilisi üçün bilet almaq istəmişdir. O, Tbilisi üçün olan bileti 2023-cü ilin iyulun əvvəli üçün istəmiş, özünə olan İstanbul biletlərini isə iyulun ortası üçün istəmişdir. O, biletini nə vaxt verəcəyini soruşduqda 3-5 gün əvvəlcədən iyulda verəcəyini demişdir. Tbilisi üçün olan bileti özü üçün almadığından əvvəlcədən istədiyini demiş, Mələk də problem olmadığını, 15 gün qalmış verəcəyini bildirmişdir. O, 15 gün qalmışdan hər gün Mələyə zəng etmiş, lakin əlaqə saxlaya bilməmişdir. Heç bir məbləğin geri ödənişi olmamışdır, Təqsirləndirilən şəxs şikayətçidir. 22.Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istirahət etmək üçün Azərbaycandan Türkiyənin İstanbul şəhərinə getmək istəmişdir. X39 dostu Zərərçəkmiş şəxs23 vasitəsilə tanış olduğu Mələk adlı şəxs ona ucuz qiymətə insanlara tur paketləri təşkil etdiyini, lazım olan məbləğ veriləcəyi təqdirdə ona Türkiyənin İstanbul şəhərinə getmək və oradan qayıtmaq üçün bilet təşkil edəcəyini, neçə illərdir ki, bu işlə məşğul olduğunu bildirmişdir. O da Mələyin dediklərinə inanmış, çünki Mələk çox inandırıcı danışmışdır. Beləliklə də, o, elə Mələyin köməkliyindən istifadə etməklə, yəni Mələk vasitəsi ilə xarici ölkəyə səyahət etmək qərarına gəlmişdir. Mələk onun səyahət işini təşkil etmək üçün ondan 1.080 manat istəmiş, ondan sonra ona “Gulnar Zeynalova”-ya (4169- 7388-6396-7398) və “Natavan Alizada”-ya (4169-7387-4918-5629) məxsus olan kart hesablarının şəklini göndərmişdir. O da 24 may 2023-cü il tarixdə 400 manat, 25 may 2023-cü il tarixdə 200 manat məbləğində pul vəsaitini Mələyin ona göndərdiyi “GULNAR ZEYNALOVA”-ya məxsus (4169-7388-6396-7398) kart hesabına köçürmüş, bundan başqa 03 iyun 2023-cü il tarixdə dostu X31 bilet almaq üçün Mələyə müraciət etmişdir. Həmin bilet üçün Mələk ondan 480 manat məbləğində pul vəsaiti istəmişdir. O da həmin tarixdə 480 manat məbləğində pul vəsaitini “Natavan Alizada”-ya məxsus (4169-7387- 4918-5629) kart hesabına göndərmişdir. Dostu Zeynal üçün ödədiyi pul vəsaiti də ona məxsus olmuşdur. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq Mələk ona və dostuna vəd etdiyi biletləri təşkil etməmişdir. Əksinə müxtəlif bəhanələrlə onu aldatmışdır. Sonradan sosial şəbəkələrdə Mələk haqqında yayımlanmış məlumatlardan Mələyin dələduz olduğunu və çoxlu şəxslərin pul vəsaitlərini aldadıb ələ keçirdiyini öyrənmişdir. Mələyin törətdiyi əməllər nəticəsində ona 1.080 manat məbləğində maddi ziyan vurulmuşdur (İİ cild, səh. 74-77). 23.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində bildirmişdir ki, Mələk xanımı ortaq tanışları vasitəsilə tanımışdır.Mələk xanımı ilk dəfədir ki, görür. Misirə tur paket almaq üçün Mələyin kartına bir dəfə min beş yüz manat, daha sonra beş yüz manat pul köçürmüşdür. Mələklə telefon vasitəsilə danışarkən harada işləməsi, hansı vasitə ilə biletləri alması barədə hansısa məlumat verməmişdir. O, pulu min yüz, daha sonra dörd yüz, sonda isə beş yüz manat olaraq vermiş, ödənişləri bank kartı vasitəsilə etmişdir. Zərərçəkmiş şəxs11 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Hal-hazırda ona iki min manat ziyan dəymiş, ödənilən pullardan heç bir məbləğ qaytarılmamış, şikayətçidir. 24.Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sözügedən şəxs Təqsirləndirilən şəxs ilə 2023-cü ilin may ayında “BP” şirkətində işləyən dostu Vüqar Qurbanov vasitəsilə tanış olmuşdur. Vüqar ona Mələk adlı şəxsin ucuz qiymətə insanlara avia bilet və tur paket etdiyini bildirmişdir. Mələk qohumlarına və digər insanlara "xxxx"-da mühasib işləyən tanışı olduğunu, ona görə ucuz qiymətə insanlara avia bilet və tur paket təşkil edə bildiyinə onu inandırmışdır. O da həmin ərəfələrdə xarici ölkələrə səyahət etmək istədiyindən özünə və ailəsinə Azərbaycandan Türkiyəyə və Misirə səyahət etmək üçün tur paket almaq məqsədilə Mələklə əlaqə saxlamaq qərarına gəlmişdir. Mələyin nömrəsini həmin dostu Vüqardan alıb onunla əlaqə saxlamış, Mələk bu işdə professional olduğunu ona bildirmişdir. O, Mələyə ailəsi ilə birlikdə Türkiyəyə və Misirə getmək istədiyini bildirmiş, Mələk də problem deyil təşkil edərəm demişdir. Mələk ona və onun ailə üzvlərinə Bakı- Türkiyə gediş dönüş bileti və Bakı-Misir tur paket reysi üçün 1500 azn, tanışı X7 Bakı İstanbul bilet təşkil etməsi üçün ondan 500 azn pul vəsaiti istəmişdir. Gülnurə Əsədova ondan Mələyin bilet təşkil etməsini istəmiş, lakin onun da pulunu Mələyə o, ödəmişdir. O da 25 may 2023-cü il tarixdə ona məxsus 4127-2081-1309-7447 Beynəlxalq Bank ASC tərəfindən emissiya edilmiş bank kartı hesabından Mələyin ona göndərmiş olduğu 4169- 7388-2351-7952 saylı bank kartı hesabına 400 manat, həmin tarixdə yenə Mələyin ona göndərmiş olduğu 4169-7388-9597-5138 saylı bank kartı hesabına 1.100 manat məbləğində pul vəsaiti, 05 iyul 2023-cü il tarixdə Mələyin ona göndərmiş olduğu 4169- 7413-4209-3851 saylı bank kartı hesabına 270 manat məbləğində, 06 iyul 2023-cü il tarixdə isə həyat yoldaşına məxsus 5103-0714-1749-9130 saylı X66 tərəfindən emissiya edilmiş bank karetı hesabından Mələyin ona göndərmiş olduğu 4098-5844-9762-1423 saylı bank kartı hesabına 230 manat məbləğində pul vəsaiti köçürmüşdür. Ödənişi etdikdən sonra Mələklə əlaqə saxlamış, Mələk ona biletəri 3 gün ərzində təşkil edəcəyini bildirmişdir. Çünki tanışı X15 xəstəsi olduğu üçün 3 gün ərzində Türkiyəyə uçmalı imiş, ona görə o, Mələkdən 3 gün ərzində bilet verməsini xahiş etmişdir. Mələk ona narahat olmamağı sonuncu ödənişi etdiyi yəni 6 iyul tarixindən sonrakı 3 gün ərzində bilet və tur paketləri təşkil edəcəyini bildirmişdir. Lakin üzərindən 3 gün keçdikdən sonra o, Mələyin bileti təşkil etməyini görüb onunla əlaqə saxlamış və niyə bilet və tur paketləri təşkil etmədiyini Mələkdən soruşmuşdur. Mələk ona "xxxx"-ın sistemində problem yarandığını ona görə bilet və tur paketləri təşkil edə bilmədiyini bildirmişdir. Mələyin onlara vəd verdiyi vaxt keçdiyindən tanışı Elnurəyə öz cibindən Türkiyəyə getməsi üçün bilet almışdır. Ondan sonra üzərindən bir həftə keçdikdən sonra onlara söz vermiş olduği bileti təşkil etmədiyi üçün o, Mələkdən bilet və tur paketlərin pulunu geri qaytarmağını istəmiş, çünki Mələyin ona söz vermiş olduğu vaxt tamam olduğundan öz cibindən pul ödəyib bilet almışdır. Ona görə pulunu geri qaytarmasını Mələkdən tələb etmişdir, əks təqdirdə onu polisə şikayət edəcəyini bildirmişdir. Mələk ona 2-3 gün ərzində pulunu geri qaytaracağını bildirmişdir. O da Mələklə razılaşmışdır. Lakin üzərindən xeyli gün keçməsinə baxmayaraq Mələk onun pulunu geri qaytarmamış, hər dəfə Mələklə əlaqə saxladıqda Mələk müxtəlif bəhanələrlə onu aldadıb vaxt qazanmağa çalışmışdır. Ondan sonra Mələyin barəsində müxtəlif sosial şəbəkələrdə yerləşdirilmiş məlumatları oxuduqda o, Mələyin onun pulunu avia bilet və tur paket təşkil etmək üçün deyil, sırf dələduzluq məqsədilə aldığını başa düşmüşdür. O da digər zərərçəkmişlər kimi dərhal polis orqanına müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində ona 2.000 manat məbləğində maddi ziyan dəymişdir, Mələyin barəsində ciddi tədbir görülməsini xahiş etmişdir (İİ cild, səh. 95- 98). 25.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində bildirmişdir ki, iş yerində dostları Mələk adlı tanışlarının olduğunu və ucuz bilet təşkil etdiyini demişlər. Həmin gün nömrəni vermişlər və onlar da Mələk xanımla danışmışlar. Üç uşağının Türkiyədən buraya gəlməsi üçün Mələk xanımın kartına beş yüz əlli manat pul köçürmüşdür. Daha sonra üzərindən bir neçə gün keçmiş dostu ilə söhbət edərkən Mələk xanımdan zəng gəlmiş və Mələk xanım ona “əlimdə təcili ucuz biletlər var yüz əlli beş manatdan, əgər istəyən varsa 20-25 dənə qalıb kim istəyirsə həkimlərə deyin” demiş, həmin vaxt o da yanındakı həkim yoldaşlar da biletlər almışlar. Bundan sonra Mələk onunla daim əlaqədə olmuş, açığı o, biraz Mələk xanıma güvənməmişdir. Daha sonra iş yoldaşları onların ailələrinin getdiklərini, orada onları qarşıladıb, daha sonra da geri qayıtdıqlarını demişlər. Bilet haradadır soruşduqda Mələk xanım “gözləyin ucuz bilet son anda olur” demişdir. Mələk onun üç uşağının Türkiyədən gəlməsini həll etmişdir. Onunla bərabər işləyən iş yoldaşlarının biletlərini isə ödəməmişdir. Hətta o, Mələyə gələn uşaqların tələbə olduqlarını, Türkiyənin bölgələrindən gəldiklərini, İstanbulun böyük şəhər olduğunu və uşaqların hansı hava limanına getməli olduqlarını bilmədiklərini demiş, Mələk də narahat olmamasını bildirmişdir. Axırda uşaqlar çöldə qalmışlar, o da məcbur olub öz cibindən pullarını vermişdir. Öz cibindən altı yüz altmış manat pul ödəyərək iş yoldaşı Mehmet bəyin qızı üçün İstanbulda hava limanından bilet almışdır. Bundan başqa beş nəfər İstanbula gedəcəklərindən Cəmil adlı həkim iş yoldaşılarından da səkkiz yüz manat almışdır. Ayın 16-da Cəmilin çıxışı olmalı idi, buna görə demişdir ki, elə olsun üst üstə düşməsin, o da bu barədə Mələyə məlumat vermiş, Mələk də “narahat olma tez çatacaq, nəsə cərimə olsa da gecikməyə görə mən ödəyəcəm” demişdir. Ən acınacaqlısı Cəmilgil olmuş, saat 2-də hava limanına getmişlər, 11-ə kimi orada gözləmişlər, daha sonra başqa reyslə getmişlər, sonda Cəmilin də səkkiz yüz manat cəriməsini o vermişdir. Əlavə olaraq səhəri Azərbaycana giriş-çıxışı ilə bağlı da Miqrasiya Xidməti onu dörd yüz manat cərimə etmiş, həmin cəriməni də o ödəmişdir. Bu barədə Mələyə bildirəndə “həkim çox sağolun, bizim şirkətimiz tərəfindən hamısı ödəniləcək” demişdir. Mələk bu günlər bayram ərəfəsi olduğundan və gəlib-gedənlər çox olduğu üçün alınmadığını bildirmişdir. Daha sonra həmin ərəflərdə Mələk zəng edərək turlar təşkil etdiklərini demişdir. Mehman adlı dostu Antalyaya tətilə getmək istədiklərindən Mələyin nömrəsini onlara vermiş, Mələklə danışmışlar və Mələk guya onlara on günlük tətil planlamışdır. Onlar beş nəfər üçün on iki min manata razılaşmışlar. Mələk onlara “get pulu həkimə ver” demiş, həmin pulu ona vermişlər, o da həmin gün axşam “Memar Əcəmi” metrosunun yaxınlığında Mələyə vermişdir. Hətta pulu verəndə Mələyə xəbərdarlıq etmişdir ki, “Mələk adamlardan bu qədər pul almısan, elə et ki, pis olmayaq”. Guya demişdir ki, “narahat olmayın iyun ayının 15-16da onları tətilə göndərəcəyik”. Onlar da ondan soruşduqda narahat olmamalarını, əgər deyibsə həll edəcəyini bildirmişdir. Mələk onun telefonlarına cavab verməməyə başlamışdır. Sonda həmin pulu da o ödəmişdir. Onun Mələyə şəxsən əlbəəl verdiyi pul on altı min beş yüz manat olmuşdur. Ona vurulmuş ziyandan on iki min manat Mehmanın pulu olmuş, min manat başqa pul olmuş, iki min iki yüz altmış manat da ödəmədiyi cərimələrin məbləği olmuşdur. İstintaqda ondan Mələyə faktiki olaraq verdiyi pulun nə qədər olduğu soruşulmuş, o da verdiyi faktiki məbləğin on altı min beş yüz manat olduğunu demiş, ifadəsində nə üçün ümumilikdə on beş min iki yüz altmış manat yazıldığını bilmir. Harada işləməsi barədə soruşduqda Mələk ona aviaşirkətdə işlədiyini bildirmişdir. Ona dəymiş ümumi ziyan on altı min beş yüz manat olmuşdur. Mələk bir dəfə onun uşaqlarını Türkiyədən gətirmiş, daha sonra onun özü də oraya getmiş, nəticədə onda inam yaranmışdır. Pullar Mələyə qısa zaman peridodunda verilmiş, sonradan artıq Mələk həll edə bilməmişdir. Mələkdən problemlər barədə soruşanda demişdir ki, “şirkət həll edə bilmir, səbrli ol”. Sonra ona atasının nömrəsini də verərək atasının ödəyəcəyini demiş, atası özü Mehman müəllimə gətirib pullarını verəcəyini söz vermişdir. O, Mələyə ayrı-ayrı vaxtlarda iki min manat, min manat, səkkiz yüz manat, üç yüz manat, dörd yüz manat pullar ödəmişdir. Sonradan onun ödədiklərini üst-üstə gələndə dəymiş ziyan on beş min iki yüz altımış manat edir. Ondan əlavə üç yüz manatlıq bilet üçün altı yüz altımış manata bilet almalı olmuş, həmin anda üç yüz altmış manat yaranmış və Cəmil üçün dörd yüz manat ödəmişdir. 26.Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs “whatsapp” ani mesajlaşma sistemində özünü Azərbaycan Respublikasında fəaliyyət göstərən aviaşirkət əməkdaşı kimi təqdim edərək ucuz qiymətə müxtəlif ölkələrə bilet və tur təşkil etdiyini ona bildirmişdir. O, 4 may 2023-cü il tarixdə həmin şəxsə 550 manat pul ödəmiş və 3 övladının Türkiyədən Bakıya gəlməsi üçün bilet almışdır. Bilet digər aviaşirkətlərdən daha ucuz olduğu üçün bu onda maraq yaratmışdır. Bir gün o, həkim yoldaşları ilə söhbət edərkən Təqsirləndirilən şəxs ona yığmış və əlində 20 ədəd ucuz bilet olduğunu, təcili 155 manatdan satışa buraxıldığını, bu barədə tanışlarına təklif edə biləcəyini ona bildirmişdir. Həmin vaxt biletlər digər şirkətlərdə 450-500 manat olmuşdur. Yaxınlığındakı həkim yoldaşlarına bunu təklif etmiş və o, 1000 manatlıq, stomatoloq işləyən Cəmil adlı tanışı 800 manatlıq, Mehmet adlı dostu 300 manatlıq, Hicran adlı həkim iş yoldaşı 400 manatlıq biletin ödənişini Təqsirləndirilən şəxs ona verdiyi kart hesablarına köçürmüşlər. Bu şəxslər iyun-iyul aylarında Türkiyəyə getmək üçün bilet sifariş etmişdirlər. Həmin vaxtda o, X23 adlı dostuna da Mələyi məsləhət görmüşdür. 25 mayda Mehman çalışdığı “Medera” xəstəxanasına gəlmişdir. Mehman ona Mələyin 7.100 abş dolları qarşılığında 25 iyun tarixində Antalyaya 10 günlük Mehmanın ailə üzvləri də daxil tətil təşkil etdiyini, pulu isə Mələyə verməsi lazım olduğunu bildirmişdir. Həmin vaxt o, Mehmanın pulunu götürmüş və həmin gün axşam Mələyə 2023-cü ilin may ayının sonları Nəsimi rayonu ərazisində Memar Əcəmi metrosu yaxınlığında 7.100 ABŞ dolları əvəzinə 12.000 manat pul vermişdir. Onun dostlarının Türkiyəyə gediş günləri gəlib çatmış, lakin Mələk tərəfindən biletlər verilməmişdir. Mələyə ödəmiş olduqları pul vəsaitlərinin əvəzində Mələyin onlara heç bir bilet və tur paket təşkil etmədiyini görmüşlər. Ona görə də o, məcbur qalıb Cəmilin ödəmiş olduğu 800 manatı və əlavə olaraq Dövlət Miqrasiya xidmətinə ödəmiş olduğu 400 manat vəsaiti ümumilikdə 1200 manatı, Mehmetin biletini almadığı üçün əlavə olaraq 660 manatı, Hicran xanımın ödəmiş olduğu 400 manatı özü həmin şəxslərə ödəmişdir. Mələk ondan aldığı 1.000 manata görə də ona bilet verməmişdir. Bundan sonra dostu Mehmanın 25 iyun tarixində bileti olmadığı məlum olmuş və Mehmanın ödəmiş olduğu 12.000 manat pul vəsaitini Mehmana o, ödəmişdir. Dəfələrlə pulunu Mələkdən geri istəsə də Mələk pulu ona qaytarmamışdır. Sonrakı müddətdə ona məlum olmuşdur ki, həmin şəxs aviaşirkət əməkdaşı deyil və ondan başqa şəxsləri də aldadaraq pul vəsaitlərini ələ keçirmişdir. Təqsirləndirilən şəxs konkret olaraq ondan 12.000 manat, ondan başqa 2.000, 1.000, 800, 300, 400 manat, ümumilikdə 16.500 manat məbləğində pul vəsaiti almışdır. Qeyd edilən məbləğdə pul vəsaitlərini Mələyə ona və dostlarına bilet və tur paket təşkil etməsi üçün vermişdir. Nağd vəsaitlərdən başqa digər pul vəsaitlərini Mələyə 2023-cü ilin may və iyun ayları ərzində Mələyin ona Whatsapp sosial şəbəkəsində göndərmiş olduğu bank kartı hesablarına hissə-hissə olmaqla qeyd edilən pul vəsaitlərini köçürmüşdür (İİ cild, səh. 147-149, Vİİ cild, səh. 174- 177). 27.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs anasının xalasının nəvəsi ilə nişanlı olmuşdur. Onlara bilet lazım olsa ala biləcəyini demişdir. Daha sonra yoldaşına bilet lazım olmuş, Mələk almış və işindən razı qalmışlar. Daha sonra belə əlaqələri yaranmışdır. Daha sonra çətinlikdə olduğunu deyərək borc istəmişdir. O, borc pul vermiş və sonra Mələk gətirib qaytarmışdır. Sonra təzədən borc pul istəmiş, belə-belə müəyyən qədər borcu yaranmış, amma borclardan müəyyən qədərini hissə-hissə qaytarmışdır. Qalan borclarını da ona bağışlayır. Ümumilikdə onların aralarında qalan borc məbləği on yeddi mindir, həmin pul məbləğini hazırda tələb etmir. Onun Təqsirləndirilən şəxs qarşı hal-hazırda hansısa tələbi yoxdur. Onların aralarında olan məbləğ iyirmi minə kimi olmuş, hissə-hissə pulu qaytamış və gəlib on yeddi mində dayanmışdır. Vəziyyətini biləndən sonra Mələyi bağışlayır. İbtidai istintaq dövründə ərizəni polisə o, təqdim etmişdir. Polisdən ona zəng edərək “gəlin ərizəni yazın” demişlər. O da gedib ərizə yazmış, vəziyyəti biləndən sonra yazmağın mənası yoxdur, ona görə də ərizəsini geri götürür. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçi deyil, barışmışlar. 28.Məhkəmə iclasında Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs “whatsapp” ani mesajlaşma sistemində özünü Azərbaycan Respublikasında fəaliyyət göstərən aviaşirkət əməkdaşı kimi təqdim edərək Bakı Türkiyə, Bakı Tbilisi, Bakı İndonezia, Bakı Dubay tur paketləri üzrə ondan 2022-ci ilin avqust ayından 14 yanvar 2023-cü il tarixə qədər olan müddət ərzində 17.000 manat pul almışdır. Ödənişin bir hissəsini “kart to kart” əməliyyatı üzrə, bir hissəsini ödəniş terminalları vasitəsilə, 3.000 manatını isə öz evində Mələyə əlbəəl vermişdir. Mələyin deməsinə görə 2023-cü ilin mart ayı və iyun ayında Mələk qeyd edilən ölkələrə istirahət üçün onu ailə üzvləri ilə birlikdə göndərəcəkmiş. Lakin dəfələrlə Mələkdən biletini istəsə də Mələk nə bileti vermiş, nə də onun pulunu geri qaytarmışdır. Sonrakı müddətdə ona məlum olmuşdur ki, həmin şəxs aviaşirkət əməkdaşı deyil və ondan başqa şəxsləri də aldadaraq pul vəsaitlərini ələ keçirmişdir (İİ cild, səh. 106-108). 29.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində bildirmişdir ki, Mələk xanımı öz iş yoldaşı Əhməd Əhmədov vasitəsilə tanımış, Əhməd uyğun biletlər təşkil edə biləcəyini demişdir. Mələk xanımla telefonla əlaqə saxlamış, Mələk xanım Əhməd bəyə və “MedEra” klinikanın bütün işçilərinə biletləri aldığını, onlar hamısının razı olduqlarını, onun da razı qalacağını bildirmişdir. O, iki min altı yüz manat məbləğində pulu Bakı-İzmir reysi üçün həm aviabilet, həm də otel üçün ödəmiş, həmin pulun min iki yüz manat hissəsini “E-manat” vasitəsilə, qalan hissəsini isə “card to card” vasitəsilə bank kartına köçürmüşdür. Bu günə kimi heç bir aviabilet alınmamış, ona da heç bir pul qaytarılmamışdır. Hal-hazırda şikayətçidir. 30.Məhkəmə iclasında Zərərçəkmiş şəxs15 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istirahət etmək üçün Türkiyə Respublikasının İzmir şəhərinə getmək fikrində olduğundan 2023-cü ilin iyun ayında iş yoldaşı Əhməd Əhmədov vasitəsilə Mələk adlı şəxs ilə tanış olmuşdur. İş yoldaşı Əhməd ona Mələk adlı şəxsin ucuz qiymətə insanlara tur paket və avia bilet təşkil etdiyini bildirmişdir. O, Mələk adlı şəxslə əlaqə saxlamış, Mələk adlı şəxs lazımi məbləği veriləcəyi təqdirdə ona Türkiyənin İzmir şəhərinə getmək və oradan qayıtmaq üçün tur paket təşkil edəcəyini, hətta neçə illərdir ki, bu işlə məşğul olduğunu, çoxsaylı şəxslərə tur paket təşkil etdiyini, hamının da onun fəaliyyətindən razı olduğunu bildirmişdir. O da Mələyin dediklərinə inanmışdır. Beləliklə də, o, Mələyin köməkliyindən istifadə etməklə, yəni Mələk vasitəsi ilə xarici ölkəyə səyahət etmək qərarına gəlmişdir. Mələk səyahət işini təşkil etmək üçün ondan 2.600 manat istəmiş, 06 iyul 2023-cü il tarixdə Şahid2 məxsus (4169-7388- 6396-7398) saylı kart hesabının şəklini ona göndərmiş, o da həmin kartlara iş yoldaşı Orxan Muxtarlının "xxxx" ASC tərəfindən emissiya edilmiş kart hesabından hissə-hisə olmaqla üç dəfəyə 2.600 manat məbləğdə pul vəsaitini qeyd edilən kart hesabına köçürmüşdür. 2.600 manat pul vəsitinin 1200 manat məbləğində olan hissəsini ünvan 5 ünvanında yerləşən e-manat ödəniş terminallarından istifadə etməklə, qalan 1400 manat pul vəsaitini isə yuxarıda qeyd edilən iş yoldaşının kart hesabından istifadə etməklə ödəniş etmişdir. Təqsirləndirilən şəxs ödənilən bütün məbləğlər 6 iyun 2023-cü il tarixində həyata keçirilmişdir. Üzərindən bir müddət keçdikdən sonra o, Mələk tərəfindən tur paketin təşkil olunmadığını görüb aldadıldığını, Mələyin ödənilmiş pul vəsaitini səyahət turları təşkil edilməyə yönəltmədiyini, əksinə Mələyin həmin pulları şəxsi məqsədlərinə sərf etdiyini başa düşmüşdür (Vİ cild, səh. 14-17). 31.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində bildirmişdir ki, o, dənizdə neft buruqlarında operator kimi işləyir. Antalyaya getmək istəmiş, təcrübəsi olmadığından iş yoldaşları ilə maraqlanmış və iş yoldaşı Ceyhun ona bununla bağlı bir şəxsin olduğunu demişdir. Həmin vaxt özü biraz xəstə olduğundan onun adından da təşkil etmələrini xahiş etmişdir. Üç min pul lazım olduğunu demişlər. O da həmin puldan min manatı Ülviyyə Əliyeva adlı karta yollamış, iki min manatı isə Zeynalov Gülnar adlı bir karta yollamışdır. On gündən sonra iki min manatdan üç yüz manat Ceyhun vasitəsilə ona geri qaytarılmış, guya ki, bilet ucuza alınmışdır. Mələklə özünün birbaşa əlaqəsi olmamışdır. Bileti alana kimi Mələklə danışmamış, daha sonra danışmış və Mələk “1-2 gün gözləyin hazır olacaq” demiş, bu qaydada ayın sonuna kimi getmiş, sonda da aldatdığı məlum olmuşdur. Bank kartlarını pulu köçürmək üçün ona Ceyhun yollamışdır. Onlar iki dəfə danışandan sonra Mələk onu bloka atmış, yoldaşı danışmış və iki-üç günə hazır olacağını demişdir. İbtidai istintaq dövründə ifadəsini bu qaydada vermiş, nə üçün başqa cür olduğunu bilmir. Ziyan ödənilməmiş, hal-hazırda şikayətçidir. 32.Məhkəmə iclasında Zərərçəkmiş şəxs16 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istirahət etmək üçün Azərbaycandan Türkiyənin Antalya şəhərinə getmək fikrində olduğundan iş yoldaşı Ceyhun Xudiyev vasitəsilə Mələk adlı şəxslə tanış olmuşdur. İş yoldaşı Ceyhun ona Mələk adlı şəxsin ucuz qiymətə insanlara tur paket və avia bilet təşkil etdiyini bildirmişdir. O, Mələk adlı şəxslə əlaqə saxladıqda Mələk lazımi məbləğ veriləcəyi təqdirdə ona Türkiyənin Antalya şəhərinə getmək və oradan qayıtmaq üçün bilet və Antalyada qalmaq üçün otel təşkil edəcəyini, hətta neçə illərdir ki, bu işlə məşğul olduğunu, çoxsaylı şəxslərə tur paketlər təşkil etdiyini bildirmişdir. O da Mələyin dediklərinə inanmış və elə Mələyin köməkliyindən istifadə etməklə, yəni Mələk vasitəsi ilə xarici ölkəyə səyahət etmək qərarına gəlmişdir. Mələk səyahət işini təşkil etmək üçün ondan 3.000 manat istəmiş, 2023-cü ilin iyun ayının 3-ü “Gulnar Zeynalova”-ya (4169-7388-6396-7398) və “Ulviya Aliyeva” (4169-7388-2351-7952) məxsus olan kartların şəklini ona göndərmiş, o da “Gulnar Zeynalova”-ya məxsus karta iyun ayının 3-ü 2.000 manat, “Ulviya Aliyeva” məxsus karta isə 1.000 manat pul vəsaitini Bakıxanovda yerləşən “Milli Ön” ödəniş terminallarının birindən istifadə etməklə ödəniş etmişdir. Ancaq bu ödəniş müqabilində Mələk onun üçün heç bir tur paket təşkil etməmişdir. Ödəniş etdikdən 1 ay keçdikdən sonra o, heç bir tur paket təşkil olunmadığını görüb, Mələk tərəfindən aldadıldığını, Mələyin ondan aldığı pulları səyahət turları təşkil etməyə yönəltmədiyini, əksinə həmin pulları şəxsi məqsədlərinə sərf etdiyini başa düşmüşdür (İV cild, səh. 186-189). 33.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində bildirmişdir ki, O, “BP” şirkətində qazma mühəndisi işləyir, onu Mələk xanımla iş yoldaşı olan Rafiq aprel ayında tanış etmişdir. O Mələk xanıma üç min səkkiz yüz manat pul ödəmiş, pul vəsaitini aviabilet və tur üçün ödəmişdir. Ödəniş məbləğini iki yerə bölmüşlər və min doqquz yüz manat olmaqla iki dəfə ödəmişdir. Pulu göndərdiyi bank kartlarını Mələk özü ona yollamış, ödədiyi kartları da təqdim etmişdir. Ödənişi Türkiyəyə getmək üçün etmişdir. Pulların yarısını aprel, digər hissəsini isə may ayında ödəmişdir. Hal-hazırda şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. 34.Məhkəmə iclasında Zərərçəkmiş şəxs18 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərində işlədiyi yerdə olan zaman iş yoldaşlarına iyun ayında ailə üzvləri ilə birgə istirahət etmək üçün Türkiyə Cümhuriyyətinə getmək istədiyini bildirmişdir. Bu zaman biriki nəfər iş yoldaşı ona “Mələk” adlı şəxsin travel işlətdiyini, bir nəfəri vaxtilə Misirə ucuz qiymətə göndərdiyini demişlər. Ucuz tur paket almaq üçün o, iş yoldaşı Rafiqdən cari ilin aprel ayının əvvəllərində həmin şəxsin yəni “Mələyin” mobil nömrəsini alıb Mələklə telefon əlaqəsi yaratmışdır. Əlaqə zamanı həmin şəxsə 4 nəfər ailə üzvləri ilə birlikdə X6 şəhərinə istirahət üçün cari ilin iyun ayının əvvəllərində getmək istədiyini bildirmişdir. Bu zaman Mələk əlaqə zamanı ona cari ilin iyun ayının əvvəllərində X6 şəhərində 5 ulduzlu oteldə 4 nəfərin 6 gecə 7 gün qalmasl üçün ümumilikdə 3.800 (üç min səkkiz yüz) manat məbləğində pula ehtiyac olduğunu bildirmişdir. Qiymətin ucuz olduğu üçün elə ilk telefon əlaqəsi zamanı həmin şəxslə razılaşmışdır. Həmin şəxslə telefonda razılaşdıqdan sonra 3.800 manat pulun yarı hissəsini Mələyə bəri başdan ödəyə biləcəyini, yerdə qalan hissəsini isə biletlər hazır olandan sonra ödəyəcəyini dedikdə Mələk onunla razılaşmışdır. Bundan sonra Mələk ona pulu göndərəcəyi Kapital Bank tərəfindən “Gulnar Zeynalova” adlı şəxsin adına emissiya edilmiş 4169-7388-6396-7398 və Kapital Bank tərəfindən “Ulviya Aliyeva” adlı şəxsin adına emissiya edilmiş 4169-7413-4209-3851 saylı plastik kartların foto şəklini göndərmişdir. Bundan sonra ilk öncə xx.xx.2023-cü il tarixdə saat 11:11-də özünə məxsus Beynəlxalq Bank tərəfindən emissiya edilmiş 4127-2222-2841- 8604 saylı plastik kart hesabının mobil tətbiqi vasitəsilə 400 (dörd yüz) manat məbləğində pul vəsaitini Mələyin ona göndərmiş olduğu Kapital Bank tərəfindən “Ulviya Aliyeva” adlı şəxsin adına emissiya edilmiş 4169-7413-4209-3851 saylı plastik kart hesabına köçürmüş, daha sonra həmin günü saat 12:39-da 1.500 (min beş yüz) manat məbləğində pul vəsaitini Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən “Spar Kosmos” marketin içərisində quraşdırıllmış “eManat” ödəmə terminalı vasitəsilə Mələyin ona göndərmiş olduğu Kapital Bank tərəfindən “Gulnar Zeynalova” adlı şəxsin adına emissiya edilmiş 4169-7388-6396-7398 saylı plastik kart hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixdə “Mələk” adlı şəxs onunla yenidən telefon əlaqəsi yaradaraq pulun qalan hissəsini yəni, 1.900 (min doqquz yüz) manat məbləğində pul vəsaitini ona göndərmiş olduğu plastik kart hesablarına köçürməyini xahiş etdikdə, o, Mələyə biletləri alandan sonra pulu köçürə biləcəyini desə də, Mələk biletlər üçün təcili pul lazım olduğunu bildirib həmin günü 1.900 manat məbləğində pul vəsaitini plastik kart hesablarına köçürməyini ondan xahiş etmişdir. Mələyə inanıb həmin günü yəni, xx.xx.2023-cü il tarixdə saat 21:08-də 1.300 (min üç yüz) manat pul vəsaitini ünvan 6 ünvanında yerləşən “Aztur” marketin içərisində quraşdırılmış "xxxx" ödəmə terminalı vasitəsilə Mələyin ona göndərmiş olduğu X66 tərəfindən “Ulviya Aliyeva” adlı şəxsin adına emissiya edilmiş 4169-7413-4209-3851 saylı plastik kart hesabına, eyni ilə həmin günü saat 21:11-də 600 (altı yüz) manat pul vəsaitini həmin ödəmə terminalı vasitəsilə Mələyin ona göndərmiş olduğu Kapital Bank tərəfindən “Gulnar Zeynalova” adlı şəxsin adına emissiya edilmiş 4169-7388-6396-7398 plastik kart hesabına köçürmüşdür. İyun ayının əvvəlində biletlər üçün Mələk adlı şəxslə telefon əlaqəsi yaratdıqda Mələk ona hər dəfəsində bir-iki gün gözləməyini bildirib biletləri göndərəcəyini desə də, biletləri ona göndərməmişdir. Həmin müddətdə 2-3 nəfər iş yoldaşı ona Mələk adlı şəxsin həmin iş yoldaşlarından bilet almaq adı ilə müəyyən məbləğlərdə pul vəsaitləri aldığını, lakin aldadaraq pul vəsaitlərini ələ keçirdiyini bildirmişlər. Bundan sonra o da həmin Mələk adlı şəxs tərəfindən aldandığını başa düşüb ümumilikdə Mələyə göndərmiş olduğu 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini Mələyin ələ keçirildiyini anlamışdır. Mələyin dələduzluq əməli nəticəsində ona 3.800 manat məbləğində maddi ziyan dəymişdir (Vİ cild, səh. 246-249). 35.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində bildirmişdir ki, Mələklə yaxın bir dostu vasitəsilə tanış oluşdur. Ona "xxxx"da işləyən bir şəxsin münasib qiymətə tur paketləri təşkil etdiyini demişlər. Bundan sonra Mələklə əlaqəyə keçmişlər və Misirə tur paket təşkil etmişdir. Misirdən qayıtdıqdan sonra Türkiyədə İstanbula, Kapadokiyaya valideynləri üçün Trabzona ayrı-ayrı vaxtlarda üç dəfə biletlərə ödənişlər etmiş, iki min dörd yüz, səkkiz yüz və min səkkiz yüz manat olmaqla, ümumilikdə beş min manat ödəniş etmişdir. Pul vəsaitlərini telefonla əlaqə saxlayaraq kart hesabına köçürmüş, kartd a öz adı yox, səhv etmirsə Gülnar xanımın adına olmuşdur. Halhazıradək məbləğlər ona qaytarılmamışdır,şikayətçidir. 36.Məhkəmə iclasında Zərərçəkmiş şəxs19 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Azərbaycandan Türkiyənin İstanbul və Trabzon şəhərinə istirahət üçün getmək istəmişdir. İş yoldaşı Zərərçəkmiş şəxs23 vasitəsilə Mələk adlı şəxs ilə tanış olmuşdur. İş yoldaşı Fərid ona Mələk adlı şəxsin ucuz qiymətə insanlara tur paket və avia bilet təşkil etdiyini bildirmişdir. O, Mələk adlı şəxs ilə əlaqə saxladığı zaman Mələk lazımi məbləğ veriləcəyi təqdirdə ona Türkiyəyə istirahətə getmək üçün tur paket təşkil edəcəyini bildirmişdir. Mələk özünü ona neçə illərdir ki, bu işlə məşğul olan, çoxsaylı şəxslərə biletlər təşkil edən biri kimi təqdim etmişdir. O da Mələyin verdiyi yalan vədlərə aldanaraq Mələyin köməkliyindən istifadə etməklə xarici ölkəyə səyahət etmək qərarına gəlmişdir. Mələk səyahət işini təşkil etmək üçün ondan 5.000 manat məbləğində pul vəsaiti istəmiş və ona 2023-cü ilin aprel ayının 26-sı “Gulnar Zeynalova”-ya (4169-7388-6396-7398), Ulviya Aliyeva (4169-7413-4209-3851) məxsus olan kart hesablarının şəkillərini göndərmişdir. O da həmin kartlara hissə-hissə olmaqla beş dəfəyə ümumilikdə 5.000 manat məbləğində pul vəsaitini öz kart hesabından istifadə etməklə ödəmişdir. Ancaq bu ödəniş müqabilində Mələk onun üçün heç bir tur paket təşkil etməmişdir (V cild, səh. 49-52). 37.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində bildirmişdir ki, onlar Mələk xanımla noyabr ayında dostları vasitəsilə tanış olmuşlar. Onlar şübhələndikləri üçün dostu Fərid bir dəfə gedib görüşmüşdür. Daha sonra o, iki tur almış, turlardan biri Antalyaya, digəri isə Maldivlərə olmuşdur. Min manat və iki min beş yüz manat ayrı-ayrılıqda ödəmiş, cəmi Mələk xanıma üç min beş yüz manat pul ödəmişdir.Ödənişi kart vasitəsilə etmiş, hansı kartlara və hansı tarixdə ödədiyini xatırlamır. Zərərçəkmiş şəxs21 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir.Ödədiyi vəsait geri qaytarılmamış, hal-hazırda şikayətçidir. 38.Məhkəmə iclasında Zərərçəkmiş şəxs21 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istirahət etmək üçün Türkiyə Respublikasının Antalya şəhərinə və Maldiv adalarına getmək fikri olduğundan dostu Zərərçəkmiş şəxs23 vasitəsilə Mələk adlı şəxs tanış olmuşdur. Fərid ona Mələk adlı şəxsin ucuz qiymətə insanlara tur paket və avia bilet təşkil etdiyini bildirmişdir. O, Fərid vasitəsilə tanış olduğu Mələklə əlaqə saxladığı zaman Mələk lazımi məbləğ veriləcəyi təqdirdə Antalya və Maldivə getmək və oradan qayıtmaq üçün ona bilet təşkil edəcəyini və oteldə ona yer ayıracağını bildirmişdir. Mələk özünü ona neçə illərdir ki, bu işlə məşğul olan, çoxsaylı şəxslərə tur paketlər təşkil edən biri kimi təqdim etmişdir. O, Mələyin verdiyi yalan vədlərə inanmış, elə Mələyin köməkliyindən istifadə etməklə xarici ölkəyə səyahət etmək qərarına gəlmişdir. Mələk səyahət işini təşkil etmək üçün ondan 3.500 manat məbləğində pul vəsaiti istəmiş və 2023-cü ilin mart ayında “Gulnar Zeynalova”-ya, “Ulviya Aliyeva”-ya və kimliyi yadında qalmayan şəxslərə məxsus kart hesablarının şəkillərini ona göndərmişdir. O da Mələyin göndərdiyi həmin kart hesablarına öz kart hesabından hissəhisə olmaqla beş dəfəyə həmin məbləğdə pul vəsaitini qeyd edilən tarixdə köçürmüşdür. Lakin sonradan o, biletlərin təşkil olunmadığını görüb Mələk tərəfindən aldadıldığını, Mələyin ondan aldığı pulları səyahət turları təşkil etməyə yönəltmədiyini, əksinə həmin pulları şəxsi məqsədlərinə sərf etdiyini başa düşmüşdür (İİİ cild, səh. 73-76). 39.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində bildirmişdir ki, Mələk xanımı tanımır və onunla danışmamışdır. Mələk xanımı xaricdə yaşayan qardaşı tanıyır, tur almaq adı ilə qardaşıyla danışıb məbləği razılaşmışlar. Qardaşı daha sonra ona pulu karta göndərməsini demişdir. Mələk xanımın kartını ona yollamışlar. Ayın neçəsi göndərdiyi yadıda deyil, miqdarı da dəqiq xatırlamır, iki min manatın üzərində məbləğ olmuşdur. Səhv etmirsə ümumilikdə beş min manata yaxın məbləğ olmuşdur. Zərərçəkmiş şəxs22 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Vurulmuş ziyandan heç bir məbləğ ona qaytarılmamışdır və şikayətçidir. 40.Məhkəmə iclasında Zərərçəkmiş şəxs22 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, qardaşı X58 Respublikasında yaşayır, ailəlidir. Sözügedən şəxs Təqsirləndirilən şəxs ilə Nicat tanış olmuşdur, çünki Nicat 2023-cü ilin may ayı ərəfəsində ailəsi ilə birlikdə xarici ölkəyə səyahət etmək istəmişdir. Belə ki, Nicat Mələk adlı şəxs ilə əlaqə saxlamış, Mələk Nicata istədiyi vaxt istədiyi ölkəyə tur paket təşkil edə biləcəyini bildirmişdir. Qardaşı Mələklə razılaşmış və 2023-cü il 22 iyun-15 iyul tarixləri ərzində İndoneziya (Bali) və Sinqapura getmək istədiyini Mələyə bildirmişdir. Qardaşının ona dediyinə əsasən Mələklə 21 may 2023-cü il tarixində əlaqə saxlamışdır. Mələk qardaşının tur paket işini təşkil etməsi üçün qardaşı Nicatdan 4.600 manat məbləğində pul vəsaiti istəyərək 4169-7398-6396-7398 saylı X66 tərəfindən emissiya edilmiş bank kartının şəklini Nicata göndərmişdir. Qardaşının özündə həmin vaxt o məbləğdə pul olmadığına görə Mələklə apardığı söhbət barədə ona danışmış və ondan Mələyin göndərdiyi kart hesabına 4.600 manat məbləğində pul vəsaiti köçürməyini xahiş etmişdir. O da ***-***-**-** nömrəsi vasitəsi ilə qeydiyyatdan keçdiyi M10 ödəmə tətbiqi vasitəsilə Mələyin qardaşına göndərmiş olduğu 4169-7398-6396-7398 saylı X66 tərəfindən Gulnar Zeynalova adına emissiya edilmiş bank kart hesabına 24 may 2023-cü il tarixdə saat 17.39-da 2.500 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən X67-da olarkən, 25 may 2023-cü il tarixdə saat 17.00-da isə ***-***-**-** nömrəsi vasitəsi ilə qeydiyyatdan keçdiyi M10 ödəmə tətbiqi vasitəsilə Mələyin qardaşına göndərmiş olduğu həmin bank kartı hesabına 2.100 manat məbləğində eyni məkanda olarkən köçürmüşdür. Ödənişi etdikdən sorna qardaşı ilə əlaqə saxlamış, qəbzlərin şəklini qardaşına atmışdır. Mələk qardaşına 4 nəfər ailə üzvü üçün təşkil edəcəyi tur paketləri ən uzağı 2023-cü ilin iyun ayında təhvil verəcəyini bildirmişdir. Lakin üzərindən aylar keçməsinə baxmayaraq Mələk onlara söz verdiyi tur paketləri təşkil etməmiş, hər dəfə Mələklə əlaqə saxlayıb onlarara söz vermiş olduğu tur paketləri niyə təşkil etmədiyini Mələkdən soruşduqda müxtəlif bəhanələrlə Mələk onları aldadıb yola vermişdir. Artıq bir müddətdən sonra Mələyin tur paketləri təşkil etmədiyini və pulllarını vermək niyyətində olmadığını görüb polisə şikayət etmək qərarına gəlmişlər. 18 avqust 2023-cü il tarixdə qardaşı Əhmədov Nicat ərizə ilə Mələk barəsində polis orqanına şikayət etmişdir. Odur ki, Mələyin dələduzluq əməli nəticəsində etibarnamə vasitəsilə təmsil etdiyi qardaşı Nicat Əhmədova 4.600 manat məbləğində maddi ziyan dəymişdir (Vİİ cild, səh. 91-93). 41.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində bildirmişdir ki, Mələk xanımla tanışlıqları dayısı oğlu vasitəsilə olmuş, dayısı oğlu üçün bir neçə dəfə aviabilet təşkil etmişdir. Daha sonra dayısı oğlu ona Mələk xanımın nömrəsini vermiş, özü şəxsən Mələk xanımla əlaqə saxlamışdır. Onun özünə təşkil etdiyi tur paketlər də olmuşdur. Mələk xanımın vasitəsilə 2023-cü ilin aprel ayında Misirə səyahət etmiş, eyni zamanda onun Türkiyədə olan qohumları Mələk xanımın uyğun qiymətə aldığı biletlər vasitəsilə Azərbaycana gəlib-getmişlər. Keçən il iyul ayında özünün və həyat yoldaşının valideynləri üçün nəzərdə tutduqları üç min səkkiz yüz manatlıq tur paket olmuş, ondan istifadə edə bilməmişlər. İyun ayında onun valideynləri Moskvadan Bakıya səyahət etməli olmuşlar, təxminən beş yüz manatlıq bilet olmuşdur. Ümumilikdə ona dörd min üç yüz qırx manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir və Təqsirləndirilən şəxs şikayətçidir. 42.Məhkəmə iclasında Zərərçəkmiş şəxs23 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istirahət etmək üçün Azərbaycandan Türkiyənin Antalya şəhərinə getmək fikri olduğundan dayısı oğlu Zərərçəkmiş şəxs1 vasitəsilə Mələk adlı şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 Mələk adlı şəxsin insanlara ucuz qiymətə avia bilet və tur paket təşkil etdiyini ona bildirmişdir. Mələklə əlaqə saxladığı zaman Mələk lazımi məbləğ veriləcəyi təqdirdə Türkiyənin Antalya şəhərinə getməsi üçün bilet təşkil edəcəyini ona bildirmişdir. Mələk özünü ona neçə illərdir ki, bu işlə məşğul olan, çoxsaylı şəxslərə biletlər təşkil edən biri kimi təqdim etmişdir. O da Mələyin verdiyi yalan vədlərə aldanaraq elə Mələk vasitəsilə xarici ölkəyə səyahət etmək qərarına gəlmişdir. Mələk səyahət işini təşkil etmək üçün ondan 3.840 manat məbləğində pul vəsaiti istəmiş və 2023-cü ilin fevral ayının 9-u “Gulnar Zeynalova”-ya (4169-7388- 6396-7398), Agha Aghayevə (5213-6751-8887-2692), Ulviya Aliyevaya (4169-7413-4209- 3851) məxsus olan kart hesablarının şəklini ona göndərmişdir. O da Mələyin göndərdiyi həmin kart hesablarına həmin tarixdə hissə-hissə olmaqla beş dəfəyə ümumilikdə 3.840 manat məbləğində pul vəsaitini öz kart hesabından istifadə etməklə ödəniş etmişdir. Ancaq bu ödəniş müqabilində Mələk onun üçün heç bir bilet təşkil etməmişdir. Bundan başqa o, valideynlərinin Moskvadan Azərbaycana gəlməsinə bilet təşkil etməsi üçün yenə də eyni qaydada Mələklə əlaqə saxlamış, Mələk həmin bileti təşkil edəcəyinə dair yalan vəd verərək ondan “Gulnar Zeynalova”-ya (4169-7388-6396-7398), “Ulviya Aliyeva”-ya (4169-7413-4209-3851) və kimə məxsus olduğunu bilmədiyi (4098-5844-5857-6848) saylı kart hesabına 500 manat məbləğində pul vəsaitini göndərməsini istəmişdir. O da Mələyin ona göndərdiyi həmin kart hesablarına 17 mart 2023-cü il tarixdə 500 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla üç dəfəyə öz kart hesabından istifadə etməklə ödəniş etmişdir. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq bu dəfə də Təqsirləndirilən şəxs onun üçün hər hansı bilet təşkil etməmişdir. Mələyin törətdiyi dələduzluq əməli nəticəsində ona ümumilikdə 4.340 manat məbləğində maddi ziyan dəymişdir (İV cild, səh. 227-230). 43.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır, o, özü Almaniyada yaşayır. Qızının qonşusu Günay xanım ona ucuz qiymətə bilet aldıracağını, ona da alıb bir yerdə gedəcəklərini demişdir. Qızı da min səksən altı avro pul vermiş, pulu kartına göndərdikdən sonra danışıb “narahat olma bileti alacam” demişdir. Təqsirləndirilən şəxs ilə Günayın vasitsilə tanış olmuş və biletləri ucuz qiymətə aldığını demişlər. Zərərçəkmiş şəxs24 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. 44.Məhkəmə iclasında Zərərçəkmiş şəxs24 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, qızı X5, nəvələri X12 və X1 yaşadığından neçə müddətdir ki, Azərbaycana istirahət etmək üçün bilet əldə etmək istəmişdirlər. X45 rəfiqəsi Günay adlı şəxs onun qızına Mələk adlı şəxsin insanlara ucuz qiymətə avia bilet və tur paket təşkil etdiyini bildirmişdir. X59 Mələk adlı şəxs ilə əlaqə saxladıqda Mələk lazımi məbləğ veriləcəyi təqdirdə Almaniyadan Azərbaycana bilet təşkil edə biləcəyini qızına bildirmişdir. Mələk özünü onun qızına neçə illərdir ki, bu işlə məşğul olan, çoxsaylı şəxslərə biletlər təşkil edən biri kimi təqdim etmişdir. Qızı Vüsalə də Mələyin verdiyi yalan vədlərə aldanaraq elə Mələk vasitəsilə Almaniyadan Azərbaycana səyahət etmək qərarına gəlmişdir. Mələk bilet təşkil etmək üçün onun X59dan 1.086 euro məbləğində pul vəsaiti istəmiş və 2023-cü ilin 6 aprel tarixində Şahid3 məxsus şəxsiyyət vəsiqəsinin şəklini onun qızına göndərmişdir. X59 elə həmin tarixdə Almaniyanın Frankfurt şəhərindən “western union” pul köçürmə sistemi vasitəsilə birdəfəyə 1086 euro məbləğində pul vəsaitini köçürmüş, lakin sonradan üzərindən xeyli müddət keçməsinə baxmayaraq biletin təşkil olunmadığını görüb Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüşdür. Mələyin törətdiyi əməl nəticəsində ona 1.086 euro maddi ziyan dəymişdir (İV cild, səh. 124-127). 45.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs26 ifadəsində bildirmişdir ki, o, dənizdə hasilat üzrə operator işləyir. Ceyhunla bir yerdə dənizdə işləyir, əziyyətlə pul qazanırlar. Eyni ssenari ilə o da Misirdə istirahət üçün iki min beş yüz manat pul vermişdir. İstirahət üçün işçilərlə aralarında müzakirələr olmuşdur. Əvəllər bilmir inam qazanmaq üçün idi ya nəyəsə görə iş yoldaşlarından göndərdiyi adamlar da olmuşdur. Onların dediyindən yola çıxaraq onlar da bilet almışlar, amma bilet gəlməmişdir. O, iki min beş yüz manat pul vermişdir. İstintaqda olan ifadəsində nə üçün iki min dörd yüz yazıldığını bilmir.Ona vurulmuş ziyan ödənilməmişdir. 46.Məhkəmə iclasında Zərərçəkmiş şəxs26 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istirahət etmək üçün Azərbaycandan Misirə getmək istəmişdir. İş yoldaşı Ceyhun vasitəsilə tanış olduğu Mələk adlı şəxs ona ucuz qiymətə insanlara bilet təşkil etdiyini, lazım olan məbləğ veriləcəyi təqdirdə həmin məbləğ müqabilində ona Misirə getmək üçün bilet təşkil edəcəyini, neçə illərdir ki, bu işlə məşğul olduğunu, çoxsaylı şəxslərə biletlər təşkil etdiyini bildirmişdir. O da Mələyin dediklərinə inanmışdır. Beləliklə də, qərara gəlmişdir ki, elə Mələyin köməkliyindən istifadə etməklə, yəni Mələk vasitəsi ilə xarici ölkəyə səyahət etsin. Mələk onun bilet işini təşkil etmək üçün ondan 2.400 manat istəmiş, 2023-cü ilin aprel-may ayları arası “Gulnar Zeynalova”-ya (4169-7388-6396-7398), ULVİYA ALİYEVA (4169-7413-4209-3851) məxsus olan kartların şəklini ona göndərmiş, o, da həmin kartlara hissə-hissə olmaqla üç dəfəyə olmaqla ümumilikdə 2.400 manat pul vəsaitini öz kart hesabından istifadə etməklə ödəniş etmişdir. Ancaq bu ödəniş müqabilində Mələk onun üçün heç bir bilet təşkil etməmişdir. Ödəniş etdikdən 2 ay sonra Mələyin onu aldatdığını, ondan aldığı pulları bilet təşkil etməyə yönəltmədiyini, əksinə həmin pulları şəxsi məqsədlərinə sərf etdiyini öyrənmişdir. Mələyin törətdiyi əməl nəticəsində ona 2.400 manat maddi ziyan dəymişdir (İV cild, səh. 201-204). 47.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 ifadəsində bildirmişdir ki, Mələk xanımla tələbə yoldaşı vasitəsilə tanış olmuş, tərifləyərək daha əvvəl biletlər təşkil etdiyini demişdir. Tur paket almaq fikri olmamış, amma ucuz təşkil edəcəyini bilərək razılaşmışdır. Mələk xanımla danışmış və ona otel təklif etmişdir. Razılaşdıqdan sonra, səhv etmirsə üç min səkkiz yüz manata razılaşmışlar, o, Mələk xanıma min beş yüz manat ödəmiş, daha sonra altı yüz manat göndərmiş, ondan sonra Mələk zəng edərək “altı yüz manat da yolla, bundan sonra pul yollamağına ehtiyac yoxdur” demişdir. Ümumilikdə üç min yüz manat yolladıqdan sonra bileti gözləmiş, bir müddət vaxt keçdikdən sonra rayona gedərkən yolda dostu zəng edərək “deyəsən onun məsələsi yalan oldu” demişdir. Əslində dostu ona son vaxtlar biletlərində gecikmələr olması ilə bağlı xəbərdarlıq etmişdir. O, Mələk xanımla telefonla danışanda sərt danışmış, həmin vaxt pulu qaytaracağını demişdir. Mələk xanım ona pulu yollamaq üçün iki kart göndərmiş, həmin kartların kimin adına olması dəqiq yadında deyil. Hal-hazırda da şikayətçidir, ona dəymiş ziyan ödənilməmişdir. 48.Məhkəmə iclasında Zərərçəkmiş şəxs29 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2023-cü ilin iyun ayında istirahət etmək üçün ailəsi ilə birlikdə birgə Türkiyə Respublikasına getmək istəmişdir. Həmin vaxt dostu İbrahim ona Mələk adında bir qadın vasitəsilə tur paketlə daha sərfəli qiymətə istirahətə gedə biləcəyini, eyni zamanda həmin qadını tam yaxından tanımadığını demişdir. O, İbrahimdən Mələyin mobil nömrəsini almış və onunla əlaqə saxlamışdır. Mələk onun Türkiyə Respublikası Antalya şəhəri Suena otelində istirahət etməyindən ötrü ondan 3.100 manat məbləğində pul vəsaiti istəmiş, o da Mələklə razılaşmışdır. 12 iyun 2023-cü il tarixdə o, özünə məxsus 523915******1213 saylı Paşa Banka məxsus bank kartı hesabından saat 18:30-da Mələyin ona göndərdiyi 4169-7413-4209-3851 saylı Ulviya Aliyevaya məxsus X66 tərəfindən emissiya edilmiş bank kartı hesabına 1900 manat məbləğində pul vəsaiti, həmin tarixdə saat 23:36-da özümə məxsus 4169-7388-1416-0804 saylı X66 tərəfindən emissiya edilmiş bank kartı hesabından həmin kart hesabına 600 manat məbləğində, 13 iyun 2023-cü il tarixdə özümə məxsus 4169-7388-1416-0804 saylı X66 tərəfindən emissiya edilmiş bank kartı hesabından 4169-7388-6396-7398 saylı Gulnar Zeynalovaya məxsus X66 tərəfinfən emissiya edilmiş bank kartı hesabına 600 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla üç dəfəyə göndərmişdir. Lakin Mələk bu ödənişləri etdikdən sorna ona biletləri təşkil edə bilməyəcəyini bildirib pul vəsaitini geri qaytaracağını ona bildirmişdir. Mələk tam 2 həftə müddət ərzində onu müxtəlif bəhanələrlə aldadıb pulunu geri qaytarmamış və o, artıq biletlərin təşkil olunmadığını görüb polisə şikayət edəcəyini Mələyə bildirmişdir. Mələyin dələduzluq əməli nəticəsində ona 3.100 manat maddi ziyan dəymişdir (Vİİ cild, səh. 24-27). 49.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs30 ifadəsində bildirmişdir ki, keçən il bu vaxtlar işdə tur paketlər axtarıb müzakirə etmişlər. İş yoldaşı Zərərçəkmiş şəxs34 Mələk adında bir şəxsin ucuz qiymətə turlar təşkil etdiyini demişdir. Ona demişdilər ki, Mələk xanım guya "xxxx"da işləyir. Mələklə telefonla danışmış, həmin vaxt ona Antalyaya bir həftəlik beş min beş yüz manata tur təşkil edə bildiyini demişdir. Daha sonra Mələk ona ödəniş üçün iki kart yollamışdır. O, Mələkdən şübhələnmiş, amma yalandan Allaha da and içdiyi üçün inanmışdır. Üç min beş yüz və iki min ayrı-ayrı kartlarına köçürmüşdür. Onun ödədiyi pul geri qaytarılmamış, hətta o, yarısını da ödəməsini təklif etmişdir. Hesab edir ki, atası da Mələklə əlbirdir, sonlarda atası ona zəng vurmuş, o da Mələyin atası ilə bir neçə dəfə danışmış, atası borcu bağlayacağını və şikayət etməmələrini demişdir. O, atasına pul verməmiş, atası özü zəng etmişdir ki, “borcu mən verəcəm”. O, Mələyi bağışlayardı, amma yalandan and içdiyi üçün bağışlamır, şikayətçidir. Zərərçəkmiş şəxs30 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Ona vurulmuş ziyanı tələb edir. 50.Məhkəmə iclasında Zərərçəkmiş şəxs30 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki,Azərbaycandan Türkiyəyə istirahət üçün getmək istəmişdir. İş yoldaşı Zərərçəkmiş şəxs34 vasitəsilə tanış olduğu Mələk adlı şəxs ona ucuz qiymətə insanlara tur paket təşkil etdiyini bildirmişdir. 2023-cü ilin iyun ayının 4-ü “whatsapp” sosial şəbəkəsi vasitəsilə o, Mələklə əlaqə saxlamış, Mələk lazım olan məbləğ veriləcəyi təqdirdə ona Türkiyəyə getmək üçün tur paket təşkil edəcəyini, neçə illərdir ki, bu işlə məşğul olduğunu, çoxsaylı şəxslərə tur paket təşkil etdiyini bildirmişdir. O da Mələyin dediklərinə inanmışdır. Beləliklə də, qərara gəlmişdir ki, elə Mələyin köməkliyindən istifadə etməklə, yəni Mələk vasitəsi ilə xarici ölkəyə səyahət etsin. Mələk onun səyahət işini təşkil etmək üçün ondan 5.500 manat istəmiş, 2023-cü ilin iyun ayının 4-ü, Mehdi Muradova (4169-7388-7197-4592), Ulviya Aliyevaya (4169-7388- 2351-7952) məxsus olan bank kartlarının şəklini ona göndərmişdir. O da həmin kartlara hissə-hissə olmaqla iki dəfəyə ümumilikdə 5.500 manat pul vəsaitini öz kart hesabından istifadə etməklə ödəniş etmişdir. Ancaq bu ödəniş müqabilində Mələk onun üçün heç bir tur paket təşkil etməmişdir. Ödəniş etdikdən 1 ay sonra o, Mələyin onu aldatdığını, ondan aldığı pulları səyahət turları təşkil etməyə yönəltmədiyini, əksinə həmin pulları şəxsi məqsədlərinə sərf etdiyini öyrənmişdir. Mələyin törətdiyi əməl nəticəsində ona 5.500 manat maddi ziyan dəymişdir (V cild, səh. 135-138). 51.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs31 ifadəsində bildirmişdir ki, Qazaxıstandan Gürcüstana qohumlarına bilet alması üçün Mələyə pul vermişdir. Pulu nağd qaydada və kartla ödəmiş, Mələyin özü ilə telefonla danışmışdır. Kart sahibləri başqa başqa şəxslər olmuş, həmin kart sahiblərinin adını istintaq dövründə izahatında qeyd etmiş və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Ümumilikdə ona iki min manat məbləğində ziyan dəymiş, ona dəymiş heç bir ziyan ödənilməmiş və hazırda Mələkdən şikayətçidir. 52.Məhkəmə iclasında Zərərçəkmiş şəxs31 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istirahət etmək üçün Astana, Ufa, Tiflis şəhərinə getmək istəmişdir. 2023-cü ilin aprel ayında bacısı Günay vasitəsilə tanış olduğu Mələk adlı şəxs ona ucuz qiymətə insanlara uçuş biletləri təşkil etdiyini, lazım olan məbləğ veriləcəyi təqdirdə həmin məbləğ müqabilində ona Astana, Ufa, Tiflis şəhərinə getmək üçün bilet təşkil edəcəyini, neçə illərdir ki, bu işlə məşğul olduğunu, çoxsaylı şəxslərə biletlər təşkil etdiyini bidirmişdir. O da Mələyin dediklərinə inanmışdır. Beləliklə də, qərara gəlmişdir ki, elə Mələyin köməkliyindən istifadə etməklə, yəni Mələk vasitəsi ilə xarici ölkəyə səyahət etsin. Mələk onun səyahət işini təşkil etmək üçün ondan 2.000 manat istəmiş, 2023-cü ilin iyun-iyul ayı aralığı (4098-5844-9762-1423) saylı, QULİYEV FƏRİD-ə məxsus (5243-7544-1823-7176) saylı, ƏLİYEVA AYGÜN-ə məxsus (4098-5844-9762-1423) saylı, İLQAR ZEYNALOV-a məxsus (5103-0714-4613-3411) saylı, 5243-7544-1864-2896 saylı və 4098-5844-5857-6848 saylı bank kartı hesablarının şəklini ona göndərmiş, o da həmin kartlara yaşadığı yerə yaxın olan ödəniş terminallarından istifadə etməklə hissə-hissə olmaqla 5-6 dəfəyə qeyd edilən pulu köçürmüşdür. Habelə bundan əlavə Mələyə nağd şəkildə əlbəəl 480 manat pul vəsaiti vermişdir. Lakin sonradan Mələyin onu aldatdığını, ondan aldığı pulları bilet təşkil etməyə yönəltmədiyini, əksinə həmin pulları şəxsi məqsədlərinə sərf etdiyini öyrənmişdir. Mələyin törətdiyi əməl nəticəsində ona 2.000 manat maddi ziyan dəymişdir. “Təqdim etdiyiniz ödəniş qəbzlərinə əsasən siz Təqsirləndirilən şəxs online üsulla ödəniş terminallarından istifadə etməklə 120, 100, 400, 170, 650 və 80 manat ümumilikdə isə 1520 manat pul vəsaiti ödəmisiz, qalan məbləği isə nağd şəkildə Təqsirləndirilən şəxs ödədiyinizi qeyd edirsiniz, nağd şəkildə ödədiyiniz vəsaiti nə zaman və harada həyata keçirmisiniz?” sualına cavab olaraq bildirmişdir ki, “Qalan 480 manat məbləği isə 8 iyul 2023-cü il tarixdə yaşadığı ünvanda, yəni Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında Təqsirləndirilən şəxs nağd şəkildə əlbəəl vermişdir. “Həmin nağd şəkildə ödənişi etdiyiniz zaman Təqsirləndirilən şəxs tək idimi, yanında kiminsə olduğunu müşahidə etmişdinizmi? sualına cavab olaraq bildirmişdir ki, “Bəli, tək idi. Heç kim yanında olmamışdır”. “Təqsirləndirilən şəxs verdiyiniz sonuncu ödəniş hansı olmuşdur?” sualına cavab olaraq bildirmişdir ki, “Sonuncu ödəniş nağd şəkildə əlbəəl verdiyi ödəniş olmuşdur. 8 iyul 2023cü il tarixdə yaşadığı ünvanda, yəni Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında Təqsirləndirilən şəxs 480 manat pul vəsaiti vermişdir. Ümumilikdə isə ona 2000 manat ziyan dəymişdir (V cild, səh. 202-205). 53.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs33 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır, birinci dəfədir onu görür. Qardaşı Kanadada yaşayır və Azərbaycana tətilə gəlmək istəmişdir. Mələyi bilet təşkil edən şəxs kimi təqdim etmişlər. Ona nömrəsini vermişlər və o da xanımla əlaqə saxlamışdır. Mələk telefonda özünü bilet alan şəxs kimi təqdim etmiş, iş yeri barəsində hansısa məlumat verməmişdir. Ona atası ilə görüşməsini demiş və atasının nömrəsini ona vermişdir. O da “Əcəmi” metrosunun yanında “Mc’Donalds” deyilən yerdə Mələyiin atası ilə görüşərək səkkiz min manat pul vermişdir. Bileti qardaşına, yoldaşına və iki uşaqlarına alacaqdı. Müəyyən müddət keçəndən sonra artıq aralarında inam etibar qalmamış, onlara heç bir bilet alınmamışdır. Atası ilə danışanda bilet üçün pulun verilməsindən məlumatı olmuş, atası ona harada işləməsi barədə heç bir şey deməmişdir. Ona vurulmuş ziyandan üç min altı yüz manat ödənilməmiş qalmışdır. 54.Məhkəmə iclasında Zərərçəkmiş şəxs33 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, qardaşı İntizar Mamedov uzun illərdir ki, Kanadanın Toronto şəhərində yaşayır. İntizar yay aylarında ailəsi ilə birlikdə Azərbaycana gəlmək istəmiş və bunun üçün ucuz qiymətə təyyarə biletləri ilə maraqlanmışdır. Ona görə onun qardaşına 04 ədəd bilet lazım olmuşdur. 14 mart 2023-cü il tarixdə qardaşı İntizar ona zəng vuraraq Mələk adlı şəxsin nömrəsini ona vermiş və Mələyə biletlər üçün 8.000 manat məbləğində pul verməyini ondan istəmişdir. O, həmin nömrə vasitəsi ilə Mələk adlı şəxslə əlaqə saxlamış, Mələk ona atasının ***-***-**-** saylı mobil nömrəsini vermiş və atası ilə görüşərək pulu atasına verməyini ondan istəmişdir. O, həmin nömrəyə zəng vuraraq Şahid5 adlı şəxslə danışmış və onunla ünvan 9 ünvanında yerləşən “MC Donalds” restoranının qarşısında görüşmüşdür. Həmin ünvanda o, 14 mart 2023-cü il tarixində Şahid5 Mələyin tapşırığı əsasında 8.000 manat məbləğində pul vəsaiti vermişdir. Həmin vaxt Nazim ona Mələyin biletləri 3-5 iş günü ərzində hazır edəcəyini bildirmişdir. Lakin bu müddət keçdikdən sonra o, Mələyə zəng vurduqda Mələk ona müxtəlif bəhanələrlə biletlərin təşkil oluna bilinmədiyini bildirmişdir. Bundan sonra onun qardaşı biletlərin təşkil olunmadığını görüb həmin ilin aprel ayında Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Onları Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis böməsinə dəvət etmişlər. Hər birinin polis əməkdaşları tərəfindən izahatı alınmışdır. Təqsirləndirilən şəxs izahatında onlardan 8.000 manat pul aldığını, heç bir yerdə işləmədiyini etiraf etmişdir. Lakin Mələk onun qardaşını inandırmaq üçün qardaşına aviaşirkət əməkdaşı olduğunu, bu işlərlə neçə illərdir ki, məşğul olduğunu bildirmişdir. Mələk cinayət məsuliyyətinə cəlb olunacağından qorxaraq ona qaytarılması üçün polis şöbəsinə 2400, 1000 və 1000 manat pul vəsaiti təqdim etmişdir. O da 4.400 manat məbləğində pul vəsaitini 24 may 2023-cü il tarixdə polis əməkdaşlarından Nəsimi Rayon Polis İdarəsində təhvil almışdır. Polis əməkdaşları tərəfindən ona dəymiş ziyanın 4.400 manat hissəsi Mələyə ödətdirilsə də geri qalan 3.600 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs hazırki müddətə qədər ödəməmişdir (Vİİ cild, səh. 13-16). 55.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs34 ifadəsində bildirmişdir ki, o, “BP” şirkətində işləyir, Mələyi orada işləyən iş yoldaşı vasitəsilə tanımışdır. Onların bir neçə ortaq tanışları Mələyin aldığı biletlərdən istifadə etmişdilər. Bilet qiymətlərinin arasında necə bu qədər fərq olduğunu soruşmuş və "xxxx"da çox yüksək vəzifədə işləyən tanışının olduğunu, reyslərin sonunda qalan istifadə edilməyən biletləri təşkil etdiyini demişlər. O da riskə gedərək Mələklə Antalyada istirahətlə bağlı yoldaşı, özü və iki uşağı üçün dörd min iki yüz əlli manata tur paket danışmışlar. İki fərqli kart hesabına iki min və iki min beş yüz manat ödəmişdir. Kartların kimin adına olmasını xatırlamır. 3-4 gün əvvəldən bilet barədə soruşmağa başlamış, həmin vaxt Mələk "xxxx"ın sistemində problem olduğunu bildirərək bir-iki gün gözləmələrini demişdir. Zərərçəkmiş şəxs34 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Ona dəymiş zərər ödənilməmiş və hal-hazırda da şikayətçidir. 56.Məhkəmə iclasında Zərərçəkmiş şəxs34 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Azərbaycandan Türkiyənin Antalya şəhərinə istirahət üçün getmək istəmişdir. İş yoldaşı Zərərçəkmiş şəxs23 vasitəsilə tanış olduğu Mələk adlı şəxs ona ucuz qiymətə insanlara tur paket təşkil etdiyini, lazım olan məbləğ veriləcəyi təqdirdə həmin məbləğ müqabilində ona Antalya şəhərinə getmək üçün tur paket təşkil edəcəyini, neçə illərdir ki, bu işlə məşğul olduğunu, çoxsaylı şəxslərə biletlər təşkil etdiyini bildirmişdir. O da Mələyin dediklərinə inanmışdır. Beləliklə də, qərara gəlmişdir ki, elə Mələyin köməkliyindən istifadə etməklə, yəni Mələk vasitəsi ilə xarici ölkəyə səyahət etsin. Mələk onun səyahət işini təşkil etmək üçün ondan 4.250 manat istəmiş, 2023-cü ilin iyun ayının 1-i “Gulnar Zeynalova”-ya (4169-7388-6396-7398), Ulviya Aliyeva (4169-7388-2351-7952) məxsus olan kartların şəklini ona göndərmiş, o da qeyd edilən gün həmin kartlara hissə-hissə olmaqla iki dəfəyə (2.000 AZN və 2.250 AZN olmaqla) olmaqla ümumilikdə 4.250 manat pul vəsaitini öz kart hesabından istifadə etməklə ödəniş etmişdir. Ancaq bu ödəniş müqabilində Mələk onun üçün heç bir tur paket təşkil etməmişdir. Ödəniş etdikdən 3 həftə sonra Mələyin onu aldatdığını, ondan aldığı pulları səyahət turları təşkil etməyə yönəltmədiyini, əksinə həmin pulları şəxsi məqsədlərinə sərf etdiyini öyrənmişdir. Mələyin törətdiyi əməllər nəticəsində ona 4.250 manat maddi ziyan dəymişdir (İV cild, səh. 243-246). 57.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs36 ifadəsində bildirmişdir ki, bir dostunun vaitəsi ilə Mələk xanımın Hava Yollarında işlədiyini və sərfəli qiymətə tur paket təşkil etdiyini öyrənmişdir. Mələk xanım ona Fransaya tur təşkil etməyə söz vermiş və bunun müqabilində üç min beş yüz altımış manat vəsaiti öz kartı ilə Mələk xanıma ödəmişdir. Pul vəsaitini Mələk xanımın bacısının kart hesabına köçürmüşdür. Bu məsələlər aşkar olunarkən Mələk xanımın atası onunla əlaqə saxlamış və bu məbləğin ona geri qaytarılacağına söz vermişdir. Bu hadisələr onun ibtidai istintaq dövründə verdiyi ifadədən sonra baş vermişdir. Hal-hazıradək ona pul ödənilməmiş və şikayətçidir. 58.Məhkəmə iclasında Zərərçəkmiş şəxs36 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Azərbaycandan Fransanın Paris şəhərinə istirahət üçün getmək istəmişdir. Dostu Zərərçəkmiş şəxs21 vasitəsilə tanış olduğu Mələk adlı şəxs ucuz qiymətə insanlara tur paketləri təşkil etdiyini, lazım olan məbləğ veriləcəyi təqdirdə həmin məbləğ müqabilində ona Paris şəhərinə getmək və oradan qayıtmaq üçün bilet və Parisdə qalmağı üçün otellə danışıb ona həmin oteldə yer təşkil edəcəyini, neçə illərdir ki, bu işlə məşğul olduğunu, çoxsaylı şəxslərə tur paketlər təşkil etdiyini bildirmişdir. O da Mələyin dediklərinə inanmışdır. Beləliklə də, o, qərara gəlmişdir ki, elə Mələyin köməkliyindən istifadə etməklə, yəni Mələk vasitəsi ilə xarici ölkəyə səyahət etsin. Mələk onun səyahət işini təşkil etmək üçün ondan 3.560 manat istəmiş, 2023-cü ildə aprel ayının 12-si “Gulnar Zeynalova”-ya (4169-7388-6396-7398) məxsus olan kartın şəklini ona göndərmiş, o da həmin karta bir dəfəyə olmaqla “bir bank” kart hesabından ödəniş etmişdir. Ancaq bu ödəniş müqabilində Mələk onun üçün heç bir tur paket təşkil etməmişdir. Ödəniş etdikdən 2 ay sonra Mələyin onu aldatdığını, ondan aldığı pulları səyahət turları təşkil etməyə yönəltmədiyini, əksinə həmin pulları şəxsi məqsədlərinə sərf etdiyini öyrənmişdir. Mələyin törətdiyi əməl nəticəsində ona 3.560 manat maddi ziyan dəymişdir (İİİ cild, səh. 29-32). 59.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs37 ifadəsində bildirmişdir ki, Mələk xanımla ortaq tanışlığı olan dostları olmuşdur. Bacısıgil xarici ölkədə olmuş və Azərbaycana gəlmək üçün bilet lazım olmuşdur. Bilet almaq üçün Mələk xanımın nömrəsini göndərmişlər, etibarlı şəxs olduğunu və ondan ucuz qiyməyə bilet almağın mümkün olduğunu demişlər. O, Mələk xanımın özü ilə danışmamış, Mələk xanım onun bacısı ilə danışmışdır. Ona Mələk xanımın kartını yollamışlar və o da həmin karta pul göndərmişdir. Kart nömrəsinin sonu 2607 ilə bitmişdir. Həmin kart hesabına Franfurt-Bakı, Bakı-Frankfurt reysi üçün dörd min yüz yetmiş manat pul yollamışdır. Mələk xanım bir həftəyə biletlərin veriləcəyini demiş, lakin biletlər verilməmişdir. Növbəti dəfə əlaqə saxlayanda yenə də gözləməli olduqlarını demiş, bu qaydada vaxt keçmişdir. Halhazırda şikayəçidir. 60.Məhkəmə iclasında Zərərçəkmiş şəxs37 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Mələk adlı şəxsi yaxından tanımamışdır, onun bacısı Təranə Aydınova təxminən 11 ildir ki, ailə üzvləri ilə birlikdə Almaniya Federasiyasında yaşamışdır. Həmin vaxtdan bəri bacısı Azərbaycan Respublikasına heç vaxt gəlməmişdir. Buna görə də onun bacısı 2023-cü ilin yanvar ayında telefon vasitəsilə onlarla danışan zaman ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəlmək istədiklərini, gəlmək üçün bilet lazım olduğunu bileti isə Almaniya Federasiyasında yaşayan Rəsul adlı şəxsin vasitəsilə alacağını bildirmişdir. Həmin vaxtdan təxminən 3 ay sonra bacısı Təranə ona zəng vurub Rəsul adlı şəxsin bilet almaq üçün Mələk adlı şəxs ilə əlaqə saxlamağın lazım olduğunu bildirdiyini ona söyləmişdir. Bacısı Mələk adlı şəxs ilə əlaqə saxlayan zaman Mələk onun bacısından xarici pasportların surətlərini istəmiş, bacısı da 4 nəfər ailə üzvünə bilet təşkil etməsi üçün pasportların surətlərini Whatsapp sosial şəbəkəsi vasitəsilə Mələyə göndərmişdir. Mələk onun bacısından 4 nəfə şəxsə bilet təşkil etməsi üçün 4.170 manat istəmişdir. Ödənişi etməsi üçün Mələk onun bacısına 4189-8000-8038-2607 saylı Rabitə Bank ASC tərəfindən Ulviya Aliyeva adına emissiya edilmiş bank kartı hesabının şəkilini Whatsapp sosial şəbəkəsi vasitəsilə göndərmişdir. Həmin günü onun bacısı Mələklə aralarında olan söhbəti ona danışmış və Mələyə bilet təşkil etməsi üçün 4.170 manat ödəməyin lazım olduğunu bacısı ona bildirmişdir. O da bacısı ilə razılaşmış, Mələyin göndərdiyi kart hesabına xx.xx.2023-cü il tarixdə saat 17:11-də Salyan şəhəri, Sübhan Cəbralıyov küçəsində yerləşən “Ay Store” marketdə quuraşdırılmış “milli ön” ödəmə terminalı vasitəsilə 4.170 manat məbləğində pul vəsaitini birdəfəyə olmaqla göndərmişdir. Ödənişi etdikdən sonra qəbzin surətini Mələyə göstərməsi üçün bacısına göndərmişdir. Mələk adlı şəxs onun bacısına biletləri 10 gün müddətində hazır edəcəyini bildirsə də, lakin üzərindən 10 gün müddət keçdikdən sonra Mələk biletlərin təşkil olunmadığını bildirmişdir. Bacısı Mələklə əlaqə saxlayaraq biletləri təşkil edə bilməyəcəyi təqdirdə niyə onları aldatdığını, pullarını geri qaytarmadığı təqdirdə polisə şikayət edəcəyini Mələyə söyləmişdir. Mələk də qorxuya düşərək yaxın müüdətdə 4.170 manat məbləğində pul vəsaitini geri qaytaracağını bildirmişdir. Lakin üzərindən aylar keçməsinə baxmayaraq Mələk hal-hazırki müddətədək onlara heç bir ödəniş etməmişdir. Hər dəfə Mələyə pulu ödəməsi barədə müraciət etdikdə Mələk müxtəlif bəhanələrlə onları aldadıb yola vermişdir. Onlar da Mələyin geri qaytarmaq niyyəti olmadan pullarını ələ keçirdiyini anlamışlar, Ona görə də polisə şikayət etmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs ödənilmiş 4.170 manat məbləğində pul vəsaiti onun tərəfindən olmuşdur. Ona görə də Mələyin dələduzluq əməli nəticəsində ona 4.170 manat məbləğində maddi ziyan dəymişdir. Mələk barəsində hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbir görülməsini xahiş etmişdir (Vİİ cild, səh. 109-112). 61.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs38 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında həyat yoldaşı Şahid1 işlətdiyi meyvə-tərəvəz mağazasında alış-veriş edərkən tanımışdır. 2021-ci ilin dekabr ayında yenidən Mələklə meyvə tərəvəz mağazasında qarşılaşıb söhbət etmişlər. Söhbət əsnasında Mələk ona "xxxx"ın mühasibi olduğunu, hər yerdən ucuz qiymətə bilet, tur paket, viza təşkil etdiyini, qohumda, tanışda xaricə getmək üçün aviabilet istəyən olarsa ucuz bilet təşkil edə biləcəyini demişdir. 29 avqust 2022-ci ildə anası ona zəng edib Türkiyədə təhsil alan dayısı oğlu Nicata ucuz bilet almaq istədiklərini, biletlərin sistemdə baha olduğunu, tanışı varsa kömək etməsini demişdir. O zaman Mələyin nömrəsini bilmədiyindən həyat yoldaşından nömrəni tapmasını istəmişdir.Həyat yoldaşı da həmin günü Mələk mağazaya gələndə Mələyin iki nömrəsini alıb ona vermiş, o da Mələklə əlaqə saxlamış, dayısı oğluna Türkiyəyə bilet lazım olduğunu Mələyə bildirmiş və dayısının nömrəsini də Mələyə vermişdir. Dayısı Mələklə danışmış və biletin pulunu Mələyin kartına atdıqdan 15 dəqiqə sonra biletin pdf formasını onlara atmış və dayısı oğlu problemsiz Türkiyəyə getmişdir. Uçuşun problemsiz olması onda Mələyə qarşı inam yaratmışdır. Mələklə danışıqları əsnasında o, Mələyə kirayədə yaşadıqlarını, ev almaq üçün pul topladıqlarını, müəyyən qədər pullarının olduğunu, lakin ev almaq üçün çatmadığını demişdir. Mələk də onda pulun olduğunu bu vasitə ilə bildi. Mələk ona bizneslə məşğul olmağı təklif etmişdir. İlkin mərhələdə Mələyə min manat pul vermişdir. Daha sonra Mələk ona bildirmişdir ki, “Nuranə xanım, bu işdə yaxşı pul var, siz çalışın mənə pul verin, bizə birinci əl biletlər gəlir, biz onu axşam beş-yeddi radələrində sistemə vururuq”. 2022-ci ilin dekabar ayında Mələk səkkiz bilet təşkil etdi, onlar dörd nəfər ailəvi, 18 dekabrda Türkiyəyə gedərək, 22 dekabrda qayıtmışlar. Mələk onlara biletləri təşkil etdiyi üçün ona etibarı yaranmışdı. Mələk də hər zaman aldığı pulu və üzərində ona qazanc kimi vəd etdiyi pulu 1-2 gün gecikmə ilə olsa da vaxtında qaytarmışdır. Bu səbəbdən də Mələyə artıq tam olaraq inanmışdır. İlk vaxtlar Mələk az məbləğlərdə pul istəmiş və həmin pulları da vaxtında qaytarmışdır.Sonradan Təqsirləndirilən şəxs kiçik məbləğlərdə olan pul vəsaitlərini alandan ondan daha çox məbləğlərdə pul vəsaiti istəmişdir. Mələyə öz pulu ilə bərabər həm də əmisi, bacısı, bacısının əri, qardaşı və digər qohum-tanışlarının pulundan da körürmüşdür ki, onla bərabər qohumları da pul qazansın. Hazırda o bütün qohumlarına borcludur. Mələk ona qarşıdan bayram gəldiyini, doxsan min ABŞ dolları həcmində yüz iyirmi nəfərlik rəqs qrupu üçün Mayamiyə böyük bir tur paketi olduğunu, bu işdən külli miqdarda qazanc əldə edəcəklərini bildirmişdir. Mələk ona “mən sənə söz verirəm ki, Bakı şəhərində üç otaqlı mənzili mən sənə qazandıracam” demişdir. O, İsmayıllıda olan mülkünü sataraq Masazırda ev almış və ilkin ödənişi edərək ev sahibinə borclu qalmışdır. O, əlində olan pulları hissə-hissə dediyi günlərdə, 09 yanvar 2023-cü il tarixindən 31 yanvar 2023-cü il tarixinədək Mələyə təqdim etmişdir. İndiyə kimi Mələyə yüz əlli doqquz min səkkiz yüz əlli beş manat civarında pul vermiş, konkret olaraq qazanc kimi ona nə qədər pul verdiyini bilmir, çünki qaytardığını da əlində olanı da ondan almışdır. Ümumilikdə ona yüz əlli doqquz min səkkiz yüz əlli beş manat ziyan dəymişdir. Mələk 04 fevral tarixinə kimi ona borcu qaytaracağını demiş, həmin pulun qarşılığında ona yüz iyirmi üç min altı yüz manat pul qaytaracağını bildirmiş, lakin nə mayanı, nə də heç bir pulu vermədiyindən evin sahibi hal-hazırda onu məhkəməyə vermişdir. Yüz əlli doqquz min manat vəsaiti ona atdığı kartların vasitəsi ilə göndərmiş, ona hamısının "xxxx"ın əməkdaşları olduqlarını demiş, Mələyə etibar etdiyindən heç nə araşdırmamışdır. Özü etiraf etdiyi kimi Moskva prospektində əlbəəl Mələyə əlli min manat vermişdir. Mələyə nağd qaydada pulu bir neçə dəfə vermiş, nağd qaydada əlli min, on beş min və on min manat vermişdir. On beş min manat vəsaiti 1-ci mikrorayon ərazisində “Neptun” marketin yanında, on min manat vəsaiti “Moskva” prospektində vermişdir. Pul vəsaitlərini şahidlərin iştirakı ilə vermiş, pulu verməyi ilə bağlı şahidləri həyat yoldaşı Şahid1, Səidə xanım və Ədalət Qənbərov olmuşdur. Mələk ona verdiyi pullardan müəyyən məbləği qaytarmış, lakin hazırda o, bütün qohumlarına borcludur. Təqsirləndirilən şəxsin dediyi kimi faizə pul almaq söhbəti aralarında qətiyyən olmamışdır. O, bütün sübut, çek və faktları yolladıqdan üç dəqiqə sonra Mələyin atası, anası və bacısı onun evinə gəlmiş, atası ilə danışmış və atası heç bir şeydən xəbərinin olmadığını demiş, sonra ona “mən ata kimi söz verirəm ki, dörd gün ərzində birdəfəlik yox, hissə-hissə sənə ödəniş edəcəm” demişdir. Onların bu danışıqları fevral ayının altısında olmuşdur. Mələyin atası ilə danışıqları polisə müraciət etməyindən əvvəl olmuş, danışıqlarından sonra ona heç bir vəsait ödənilməmişdir. Dörd gün pulun ödənilməsi üçün gözləmiş, ondan sonra atası “bizim sizə borcumuz yoxdur, haraya istəyirsiniz müraciət edin” demişdir. 62.Məhkəmə iclasında Zərərçəkmiş şəxs38 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsi 2021-ci ilin noyabr ayında həyat yoldaşı Şahid1 Bakı şəhəri, Moskva prospekti 60 ünvanında işlətdiyi meyvə-tərəvəz mağazasında alış-veriş edərkən tanımışdır. 05 dekabr 2021-ci il tarixində yenidən Mələklə meyvə tərəvəz mağazasında qarşılaşıb söhbət etmişlər. Söhbət əsnasında Mələk ona "xxxx"ın mühasibi olduğunu, hər yerdən ucuz qiymətə bilet, tur paket, viza təşkil etdiyini, qohumda, tanışda xaricə getmək üçün aviabilet istəyən olarsa ucuz bilet təşkil edə biləcəyini demişdir. 29 avqust 2022-ci ildə anası ona zəng edib demişdir ki, “dayın oğlu tələbədir. Türkiyədə təhsil alır. Dayının imkanı yoxdur, sistemdə biletlər çox baha qoyulub, əgər tanışın varsa dayın oğlu Nicata ucuz bilet təşkli edək”. Bu zaman qonşuluqda yaşayan Mələk adlı qız onun yadına düşmüşdür. Mələyin əlaqə nömrəsi onda olmadığından həyat yoldaşından xahiş etmişdir ki, mağazaya alış-verişə "xxxx"da işləyən həmin qız gəlsə nömrəsini alsın. Həyat yoldaşı da həmin günü Mələk mağazaya gələndə Mələyin nömrəsini alıb ona vermiş, o da 29 avqust 2022-ci il tarixdə saat 12:00-da Mələyin ***-***-**-** və ***-***-**-** nömrələrinə yazmış, dayısı oğluna Türkiyəyə bilet lazım olduğunu Mələyə bildirmiş və dayısının nömrəsini də Mələyə vermişdir. Mələk də 03 sentyabr 2022-ci il tarixdə İstanbula 500 manatlıq biletin 380 manata olduğunu ona bildirmişdir. Dayısı Mələklə danışmış və biletin pulunu Mələyin kartına atdıqdan 15 dəqiqə sonra biletin pdf formasını onlara atmış və dayısı oğlu problemsiz Türkiyəyə getmişdir. Uçuşun problemsiz olması onda Mələyə qarşı inam yaratmışdır. Mələklə danışıqları əsnasında o, Mələyə kirayədə yaşadıqlarını, ev almaq üçün pul topladıqlarını, müəyyən qədər pullarının olduğunu, lakin ev almaq üçün çatmadığını demişdir. Mələk ona “əgər imkanın varsa 1000 (min) manat ver”, “10 gün ərzində 300 (üç yüz) manat əlavə pul qazandıracağam” demişdir. Beləcə Mələk ona birgə biznes fəaliyyəti ilə məşğul olmağı təklif etmişdir. Mələyə etibar edərək o, ilk dəfə 11 sentyabr 2022-ci ildə 1000 (min) manat pul vəsaitini Mələyin dediyi karta atmışdır. 10 gün sonra 21 sentyabrda Mələk 1300 (min üç yüz) manat pul vəsaiti ona qaytarmışdır. İlk vaxtlar Mələk ondan kiçik məbləğlər alıb, pulu vaxtında qaytarmışdır. Beləliklə də, pulu vaxtında qaytardığına görə onda Mələyə qarşı inam yaranmış və Mələyin etibarını qazanmışdır. Mələyə öz pulu ilə bərabər həm də əmisi, bacısı, bacısının əri, qardaşı və digər qohum-tanışlarının pulundan da körürmüşdür ki, onla bərabər qohumları da pul qazansın. Mələk də hər zaman aldığı pulu və üzərində ona qazanc kimi vəd etdiyi pulu 1-2 gün gecikmə ilə olsa da vaxtında qaytarmışdır. Bu səbəbdən də Mələyə artıq tam olaraq inanmışdır. İlk vaxtlar Mələk az məbləğlərdə pul istəmiş və həmin pulları da vaxtında qaytarmışdır. Sonradan Təqsirləndirilən şəxs kiçik məbləğlərdə olan pul vəsaitlərini alandan sonra ondan daha çox məbləğlərdə pul vəsaiti istəmişdir. O da 09 yanvar 2023-cü ildən 31 yanvar 2023-cü ilə kimi ondan ayrı-ayrı vaxtlarda əvvəlki qaydada, cəmi 159.855 (yüz əlli doqquz min səkkiz yüz əlli beş) manat pul almışdır. 04 fevral 2023-cü ilə kimi guya onun verdiyi pulla ona 123.600 (yüz iyirmi üç min altı yüz) manat qazanc verəcəyi barədə onu aldatmışdır. Lakin indiyədək nə ondan aldığı pulu, nə də qazancı verməmişdir. O, Mələyə inanıb, etibar etdiyindən, Mələk ondan pul istəyən zaman imtina etməmiş, özündə olmasa belə qohumlarından tapıb borc alaraq onun dediyi məbləğdə pulu vermişdir. Mələk ona 90.000 (doxsan min) ABŞ dollarına Mayamiyə bilet, tur, viza olduğunu, onu alıb, Bakıda üç otaqlı mənzil alacağı dəyərdə ona pul qazandıracağını bildirmişdir. Beləliklə, də Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək 159.855 (yüz əlli doqquz min səkkiz yüz əlli beş) manat məbləğində pulu dələduzluq yolu ilə ondan almışdır. Təqsirləndirilən şəxs pulunu tələb etdikdə müxtəlif bəhanələr gətirmiş, guya işlədiyi şirkətin rəhbəri ilə danışmış, bu gün, sabah pulu verəcəkmiş. Müəyyən müddət keçdikdən sonra artıq Mələk ondan aldığı məbləğləri danmaq istədikdə Mələyə əlində sübut olaraq Mələyin ona atdığı bank kartlarının nömrələrini və həmin kartlara atdığı pulların çeklərini Mələyə atmış və Mələyə demişdir ki, heç cür həqiqətdən yayına bilməzsən. 50.000 (əlli min) manatı Mələyə yaşadığı mənzildə Mələyə verdiyinə dair səs yazısı qeydə almış, səsdə Mələyin evə gələrək pulları saymış və 50.000 manata 50.000 manat qazandıracağını vəd verərək ondan 10 gün vaxt almışdır. Pulu alıb getməsini təsdiq edən səsi və çekləri Mələyə atmışdır. Bu hadisədən 5 dəqiqə sonra Mələyin atası, bacısı Ofelya, anası onların evinə guya sülh yaratmaq məqsədi ilə gəlmişlər. Əksinə sülh yaratmaqdansa onunla mübahisə etmişlər. Mələyin atası qızının "xxxx"da işləmədiyini, bu pulu nə məqsədlə aldığını bilmədiyini bildirmişdir. 4 gündən sonra o, Mələk ilə pul üçün əlaqə saxlamış, Mələk ona bildirmişdir ki, “gedin hara şikayət edirsiz edin, mənim sizə veriləsi pulum yoxdur”. Təqsirləndirilən şəxs nagd şəkildə ödədiyi 15.000 manat məbləğində pul vəsaitini həyat yoldaşı Şahid1 və əmisi Ədalət Qəmbərovla, 5.500 manat pul vəsaitini həyat yoldaşı Şahid1 özü, 4.900 manat məbləğində pul vəsaitini isə həyat yoldaşı Şahid1 ilə, 50.000 manat pul vəsaitini isə rəfiqəsi Səidə ilə birlikdə Təqsirləndirilən şəxs əlbəəl, nağd şəkildə vermiş, qalan pul vəsaitlərini isə online şəkildə ödəmişdir. Mələyin avia bilet və tur paket təşkil etmək adı ilə bir çox insanları aldadıb pul vəsaitini ələ keçirdiyindən məlumatı olmamışdır, 2023-cü ilin fevral ayında Nəsimi Rayon Polis İdarəsinə Mələk barədə şikayət edəndən 2-3 ay sonra sosial şəbəkələrdə Mələk barədə yayımlanan məlumatlarda Mələyin ondan başqa bir çox şəxslərin də pul vəsaitini ələ keçirdiyini başa düşmüşdür. Mələyin ailəsinin onun bu əməlindən yəni, insanların pul vəsaitlərini ələ keçirdiyindən məlumatı olmuşdur, lakin Mələyin ailəsi ona Mələklə əlaqə saxlayıb insanların pul vəsaitini qaytarmasını Mələyə bildirəcəklərini qeyd etmişdirlər. Təqsirləndirilən şəxs izahat və ifadələrində ondan həmin məbləğdə pul vəsaitlərini faizlə alması ilə bağlı göstərdiyi xüsusatların yalan olduğunu, ona biznes təklifini edib birgə pul qazanmağı təklif edənin Təqsirləndirilən şəxs olduğunu, onun da Mələyə inandığını bildirmişdir. İlk vaxtlarda Mələtə verdiyi kiçik məbləğlərdə pul vəsaitlərinə görə ona kiçik məbləğlərdə pul vəsaiti qazandırdığına görə Mələyə olan güvəni artmış, bundan sonra Mələk onun güvənindən istifadə edərək daha çox məbləğlərdə pul vəsaiti ondan istəmiş, o da vermiş, lakin böyük məbləğlərdə Mələyə verdiyi pul vəsaitlərini Mələk ona geri qaytarmamışdır (Vİİ cild, səh. 55-65). 63.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs39 ifadəsində bildirmişdir ki, şəxsi qohumu Zərərçəkmiş şəxs19 vasitəsilə tanımış və aviabiletlə bağlı ona köməklik göstərəcəyini demişdir. Dörd nəfər üçün Gürcüstana aviabilet almış, gediş biletləri təqdim olunsa da, geri dönüş biletləri təqdim olunmamış, hər birinin ödənişlərini də məcbur olub o özü etmiş və məcbur olub Gürcüstanda da üç gün qalmalı olmuşdur. O, pulu "xxxx" vasitəsilə köçürmüş, bank kartında iki nəfərin adı olmuş, amma indi həmin adları xatırlamır. Məbləğ tam olaraq yadında deyil, min beş yüz manat geri dönüş biletlərinin qiyməti olmuş və əlavə olaraq da orada qalmaq xərclərini ödəmişdir. Bu günki günə ona üç min manatdan çox ziyan dəymişdir. Zərərçəkmiş şəxs39 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 64.Məhkəmə iclasında Zərərçəkmiş şəxs39 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, qohumunun toy mərasimində iştirak etmək üçün Azərbaycandan Gürcüstanın Tblisi şəhərinə getmək istəmişdir. Yeznəsi Zərərçəkmiş şəxs19 vasitəsilə tanış olduğu Mələk adlı şəxs ona ucuz qiymətə insanlara bilet təşkil etdiyini, lazım olan məbləğ veriləcəyi təqdirdə ona Gürcüstanın Tblisi şəhərinə getmək üçün bilet təşkil edəcəyini, neçə illərdir ki, bu işlə məşğul olduğunu, çoxsaylı şəxslərə biletlər təşkil etdiyini bildirmişdir. O da Mələyin dediklərinə inanmışdır. Beləliklə də, qərara gəlmişdir ki, elə Mələyin köməkliyindən istifadə etməklə, yəni Mələk vasitəsi ilə Gürcüstanın Tblisi şəhərinə səyahət etsin. Mələk onun bilet işini təşkil etmək üçün ondan 1.040 manat istəmiş, 2023-cü ilin may ayının 13-ü “Gulnar Zeynalova”-ya (4169-7388- 6396-7398), Ulviya Aliyeva-ya (4169-7388-2351-7952) məxsus olan kartların şəklini ona göndərmiş, o da həmin kartlara hissə-hissə olmaqla üç dəfəyə 1.040 manat pul vəsaitini öz kart hesabından istifadə etməklə ödəniş etmişdir. Gürcüstana gediş və gəliş üçün qeyd edilən miqdarda pul ödədikdən sonra Mələklə əlaqə saxlamış, Mələk ona elektron şəkildə yalnız gediş biletini göndərmiş və gəliş biletini uçuşdan bir gün qabaq göndərəcəyini bildirmişdir. Lakin o, Gürcüstana getdikdən sonra Mələk ona gəliş biletini göndərməmiş və o, məcbur orada 3 gecə qalmalı olmuşdur. Qayıdış üçün isə baha qiymətə (2.102 manat) xərc çəkməli olmuşdur. Ödəniş etdikdən 1 ay sonra Mələyin onu aldatdığını, ondan aldığı pulları ona bilet təşkil etməyə yönəltmədiyini, əksinə həmin pulları şəxsi məqsədlərinə sərf etdiyini öyrənmişdir. O da vəziyyəti belə görmüş və qərara gəlmişdir ki, Mələk barədə şikayət etsin. Mələyin etdiyi əməllər nəticəsində ona 3.142 manat ziyan dəymişdir (V cild, səh. 8-11). 65.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs40 ifadəsində bildirmişdir kio da digər iş yoldaşları kimi dənizdə işləyir. Aprel ayında tur paketlərinə baxarkən Təqsirləndirilən şəxs ucuz bilet təşkil etməsi barədə məlumatı olmuşdur. Fərid adlı iş yoldaşı Mələyin Azalda işlədiyini və orada işlədiyinə görə ucuz biletləri olduğunu demişlər. O, Fəriddən Mələyin nömrəsini almış, Mələklə özü danışmış və Misir turu üçün üç min manata dörd nəfər üçün bilet almışdır. Pulun yarısını Şahid2 adına olan karta, digər hissəsini də Ülviyyə xanımın kartına köçürmüş, üç min manat Misir turu üçün, min dörd yüz manat isə xalasıgil üçün İstanbula getməyə görə biletə ödəmişdir. Həmin min dörd yüz manatdan yüz manatını geri qaytarmışdır. Eyni zamanda dostu Qaraş üçün də Mələk xanımla danışmış, üç min də Qaraş ödəmişdir. Mələk ona “mənə başqalarını tap sənə əlavə pul ödəyəcəm” demiş, o isə imtina etmişdir. O, Mələyə “mən sənə kiminsə adını deyirəmsə öz adımdan deyirəm” demişdir. Mələk ona Qaraşın pulundan üç yüz manat qaytarmış, o da həmin pulu Qaraşın özünə qaytarmışdır. Halhazırda ziyan ödənilməmiş, şikayətçidir. 66.Məhkəmə iclasında Zərərçəkmiş şəxs40 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istirahət etmək üçün Azərbaycandan Misirə və Türkiyəyə getmək fikri olduğundan iş yoldaşı Fərid vasitəsilə Mələk adlı şəxs ilə tanış olmuşdur. İş yoldaşı Fərid ona Mələk adlı şəxsin insanlara ucuz qiymətə avia bilet və tur paket təşkil etdiyini bildirmişdir. O, Mələk adlı şəxslə əlaqə saxladığı zaman Mələk lazımi məbləğ veriləcəyi təqdirdə ona Misirə getmək və oradan qayıtmaq üçün bilet təşkil edəcəyini və guya Misirdə otella danışıb yer ayıracağını bildirmişdir. Mələk özünü ona neçə illərdir ki, bu işlə məşğul olan, çoxsaylı şəxslərə tur paketlər təşkil edən biri kimi təqdim etmişdir. O da Mələyin verdiyi yalan vədlərə aldanaraq elə Mələk vasitəsilə xarici ölkəyə səyahət etmək qərarına gəlmişdir. Mələk səyahət işini təşkil etmək üçün ondan 4.400 manat məbləğində pul vəsaiti istəmiş və 2023-cü ildə aprel-may ayları ərzində “Gulnar Zeynalova”-ya (4169-7388-6396-7398), “Ulviya Aliyeva”ya (4169-7388-2351-7952), “Natavan Alizada”-ya (4169-7387-4918-5629) məxsus olan kart hesablarının şəklini ona göndərmişdir. O da Mələyin göndərdiyi həmin kart hesablarına 4.400 manat məbləğində pul vəsaitini beş dəfəyə olmaqla özünün və xalası qızının kart hesabından istifadə etməklə ödəniş etmişdir. Ancaq bu ödəniş müqabilində Mələk onun üçün heç bir tur paket təşkil etməmişdir (V cild, səh. 112-115). 67.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs41 ifadəsində bildirmişdir ki, o, iki min yeddi yüz iyirmi manat pul vermiş, bu xanımı da tanımır. Onlar bilet üçün müraciət etmişlər. İzmir şəhərinə bilet üçün ilkin ödənişləri min iki yüz manat olmuşdur. Sonuncu dəfə Mələk xanım ona zəng etmiş və “siz İzmirə bu vaxtı gedirsiniz, həmin tarixdə hansısa oteldə endirim var, siz mənə vəsait ödəyin bron edim” demiş, onlar da qalan məbləği ödəmişlər. O, özü 23 saylı orta məktəbdə işləyir, Mələk xanımla onu məktəblərində olan bir müəllimə tanış etmiş və ona bir adam tanıdığını, həmin adam biletləri çox aşağı qiymətə verdiyini, adının da Mələk olduğunu demişdir. Sadəcə adını bilmiş, haqqında başqa heç bir məlumatı olmamışdır. Ona Mələk xanımın telefon nömrəsini vermiş və o zəng edərkən cavab verməmişdir. Daha sonra ona zəng gəlmiş və telefonla danışdıqdan sonra razılaşmışlar. Həmin gün o, üç bilet üçün min iki yüz manat ödəniş etmişdir. Otel barədə isə ona özü zəng etmiş və o da razılaşmışdır. Daha sonra anası da onlarla gedəsi olmuş və anasına çox böyük endirim etmişdir. Daha sonra onların işləri uzanmış, sonra tanış edən müəllimə ona zəng edərək Mələyin həbs edildiyini demişdir. O, ibtidai istintaqda göstərdiyi məbləği təsdiq edir, ola bilər ki, dəqiq məbləği bilməsin. Mələyi ona ucuz biletlər tapa bilən şəxs kimi təqdim etmişlər, haradasa işləməsi barədə onda heç bir məlumat olmamış, özüylə danışanda da ona haradasa işləməsi barədə məlumat təqdim etməmişdir. Ona dəymiş ziyan ödənilmədiyindən şikayətçidir. 68.Məhkəmə iclasında Zərərçəkmiş şəxs41 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istirahət etmək üçün Türkiyə Respublikasının İzmir şəhərinə getmək fikri olduğundan iş yoldaşı Şəhla vasitəsilə Mələk adlı şəxs ilə tanış olmuşdur. İş yoldaşı Şəhla ona Mələk adlı şəxsin insanlara ucuz qiymətə tur paket və avia bilet təşkil etdiyini bildirmişdir. O, Mələk adlı şəxs ilə əlaqə saxladığı zaman Mələk lazımi məbləğdə pul vəsaiti veriləcəyi təqdirdə İzmir şəhərinə getmək və oradan qayıtmaq üçün bilet təşkil edəcəyini, guya İzmirdə yerləşən otellərin biri ilə danışıb onun üçün yer ayıracağını ona bildirmişdir. Mələk özünü ona neçə illərdir ki, bu işdə olan, çoxsaylı şəxslərə tur paketlər təşkil edən biri kimi təqdim etmişdir. O da Mələyin verdiyi yalan vədlərə aldanıb elə Mələyin köməkliyindən istifadə etməklə xarici ölkəyə səyahət etmək qərarına gəlmişdir. Mələk səyahət işini təşkil etmək üçün ondan 2.760 manat məbləğində pul vəsaiti istəmiş və 2023-cü ilin yanvar-fevral ayları aralığında Sabira Aghayevaya (5213-6751-9902-0174) və 4098-5844-5857-6848 saylı kimliyini bilmədiyi şəxsin kart hesablarının şəklini ona göndərmişdir. O da həmin kartlara kürəkəninin və qızının kart hesablarından hissə-hisə olmaqla üç dəfəyə həmin məbləğdə pul vəsaitini köçürmüşdür. Həmin ödəniş müqabilində Təqsirləndirilən şəxs indiyə kimi ona heç bir avia bilet və tur paket təşkil etməmişdir (İİİ cild, səh. 45-48). 69.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs43 ifadəsində bildirmişdir ki, o, ikinci dəfədir ki, Mələk xanımı görür. Səhv etmirsə 2-3 ay bundan əvvəl məhkəmə olmuş, birinci dəfə orada görmüşdür. Mələk xanımı yoldaşının iş yoldaşı olan Rafiq Zeynalovun vasitəsi ilə tanımışdır. Yoldaşı "xxxx"da nümayəndə olan bir nəfərin ucuz tur paketlər təşkil etdiyini ona demişdir. Mələk xanımı on beş min dollarlıq paketi onlara üç min iki yüz manata təşkil etmişdir. O da yoldaşına bunun real ola bilməyəcəyini və onları aldadacaqlarını demişdir. O, iki min manatı Rafiqə vermiş, Rafiq Mələyə göndərmiş, ona da Mələyin iki kartını yollamışlar və yeddi yüz manatı da həmin kartlara göndərmişdir. Bank kartlarından biri Mələyin, digəri isə bacısının adına olmuşdur. Hal-hazırda ziyan ödənilməmiş, şikayətçidir. 70.Məhkəmə iclasında Zərərçəkmiş şəxs43 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xarici ölkədə istirahət etmək üçün ucuz qiymətə avia bilet axtarmış, tanışı Rafiq Təqsirləndirilən şəxs adlı qadının mobil nömrəsini ona verərək həmin şəxsin ucuz qiymətə bilet təşkil etdiyini ona bildirmişdir. O, 28 aprel 2023-cü il tarixdə Bakı-İzmir-Bakı reysinə 6 nəfərlik tur paket lazım olduğunu Rafiqə bildirərək Rafiqdən Mələklə danışıb tur paketləri təşkil etməsini xahiş etmişdir. Rafiq onunla razılaşmış və Mələklə danışıb ona xəbər edəcəyini bildirmişdir. Sonradan Rafiq zəng edərək Mələklə danışdığını, Mələyin 3400 manata 10 günlük tur paket satışı etdiyini ona bildirmişdir. O Rafiqə tələsməməsini, bir gündən sonra xəbər edəcəyini bildirmişdir. Təxminən 2 saatdan sonra Rafiq ona zəng edərək Mələyin kart hesabına 2000 manat göndərdiyini ona demişdir. 29 aprel 2023-cü il tarixdə o, Rafiqin bank kartı hesabına Rafiqin onun üçün Mələyə göndərmiş olduğu 2000 manat pul vəsaitini göndərmişdir. 1 may 2023-cü il tarixdə isə 450 və 250 manat pul vəsaitini Rafiqin ona bildirdiyi bank kartı hesabına köçürmüşdür. Rafiq ona həmin bank kartı hesabı nömrələrini Mələyin göndərdiyini bildirmişdir. Lakin Mələyə ümumilikdə ödəmiş olduğu 2700 manat vəsaiti müqabilində Mələk ona heç bir bilet və tur paket təşkil etməmişdir. Mələyin dələduzluq əməli nəticəsində ona 2700 manat məbləğində maddi ziyan dəymişdir (Vİİİ cild, səh. 121- 123). 71.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs44 ifadəsində bildirmişdir ki, bacısının iş yoldaşı Mələk xanımdan bilet almışdır. O da Türkiyəyə bilet ilə maraqlanmış, Mələk xanımdan otel qiymətləri soruşmuş və Mələk xanım otelin qiymətinin iki min ABŞ dolları təşkil edəcəyini demişdir. Otelin qiyməti bilinən qiymətdən qat-qat aşağı qiymətə olmuşdur. Onlar Mələk xanımla min doqquz yüz ABŞ dollarına razılaşmışlar. Pulun yarısını, yəni min dollarını qabaqcadan ödəməli olduğunu, qalan hissəni də tur paket verildikdən sonra ödəniləcəyini demişdir. Bu məqsədlə o, Mələk xanımın adına olmayan başqa kart hesabına min yeddi yüz manat pul köçürmüşdür. Ümumilikdə min yeddi yüz ödəməyinə baxmayaraq ona heç bir tur paket alınmamışdır. Ona indiyənə qədər heç bir vəsait ödənilməmiş, hal-hazırda da şikayətçidir. 72.Məhkəmə iclasında Zərərçəkmiş şəxs44 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2023-cü ilin yay aylarında xarici ölkələrdən birində istirahət etmək istəmişdir. Həmin məqsədlə 2023-cü ilin aprel ayında ortaq dostları vasitəsilə xarici ölkələrə tur təşkil edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, Mələyin ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vuraraq Türkiyə Respublikasına səyahət etmək üçün ona tur paket lazım olduğunu bildirmişdir. Mələk ona həmin tur paketləri təşkil edə biləcəyini və Türkiyə Respublikasının Antalya şəhərinə istirahət turu üçün 1700 manat məbləğində pul vəsaiti ödəməli olduğunu ona bildiirmişdir. O, Mələklə razılaşmış və bundan sonra Mələk ona bank kartı hesabı nömrəsi göndərərək ödənişi həmin kart hesabına etməli olduğunu bildirmişdir. O, 04 may 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən Bizim Marketdə quraşdırılmış “milli ön” aparatı vasitəsilə 1700 manat məbləğində pul vəsaitini 5213-6751- 8887-2692 saylı bank kartı hesabına göndərmişdir. Pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Mələk ona pul vəsaitini qəbul etdiyini, 20 gün ərzində təyyarəyə uçuş biletini göndərəcəyini ona bildirmişdir. Lakin Mələk həmin uçuş biletini göndərməmiş və uçuş baş tutmamışdır. O, Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq istəmiş, lakin Mələk telefonunu söndürmüş və Mələk onun zənglərinə cavab verməmişdir. Mələyin dələduzluq əməli nəticəsində ona 1700 manat məbləğində maddi ziyan dəymişdir (Vİİİ cild, səh. 131-133). 73.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs45 ifadəsində bildirmişdir ki, Mələk xanımla dostu vasitəsilə tanış olmuşdur. Antalyaya getmək üçün onlara tur paket vəd etmişdir. Tur paketin qarşılığında on beş min manata yaxın Mələk xanıma pul verilib. Pulu o şəxsən ona əlbəəl vermişdir. Tur paket səkkiz nəfər üçün, on günlük istirahəti nəzərdə tutmuşdu. Ona dəymiş ziyandan heç bir məbləğ ödənilməmişdir. Hal-hazırda da şikayətçidir. 74.Məhkəmə iclasında Zərərçəkmiş şəxs45 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, -2023-cü ilin yay aylarında istirahət etmək üçün xarici ölkələrin birinə getmək istəmişdir. Həmin məqsədlə 2023-cü ilin may ayında dostu Ceyhundan xaricə səyahətlə bağlı tur təşkil edən kimisə tanıyıbtanımadığını soruşduqda Ceyhun ona Təqsirləndirilən şəxs mobil telefon nömrəsini vermiş və Mələyin bu işlərlə məşğul olduğunu ona bildirmişdir. O, Mələklə əlaqə saxlamış və Mələyə Türkiyə Respublikasının Antalya şəhərinə 8 nəfərlik 10 gün üçün nəzərdə tutulan səyahət turu paketi istədiyini bildirmişdir. Mələk ona həmin tur paketi 8860 ABŞ dolları qarşılığında təşkil edə biləcəyini bildirmişdir. O, Mələklə razılaşmış və 21 may 2023-cü il tarixdə saat 14 radələrində Mələklə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “Leyla” şadlıq sarayının qarşısında görüşərək Mələyə 8860 ABŞ dolları vermişdir. Mələk ona tur paketini bir həftə ərzində təşkil edəcəyini bildirmişdir. Lakin Mələyin vəd etdiyi gündən uzun müddət keçdiyinə baxmayaraq həmin tur paket Mələk tərəfindən təşkil olunmamış və uçuş baş tutmamışdır. O, Mələklə əlaqə qurmaq istəmiş, ancaq Mələk telefonunu söndürmüş və onun zənglərinə cavab verməmişdir. Mələyin dələduzluq əməli nəticəsində ona 8860 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir (Vİİİ cild, səh. 145-147). 75.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs46 ifadəsində bildirmişdir ki, o, “Demokratik Cəmiyyətin İnkişafına yardım” İctimayi Birliyində işləyir və Mələyi də həmin vaxtdan oradan tanımışdır. Mələyə çox böyük hörməti olmuş, Mələyi özündən də çox istəmişdir. O, Sumqayıtda qadınlar şöbəsinin rəisi işləmiş, Mələk isə orada mühasib işləmişdir. O, şəkər xəstəsidir, pensiya alırdı, onun pensiyasını kəsmişlər. O, beş il üçüncü qrup əlillik pensiyası almış, beş ildən sonra isə müddət bitdiyindən sənədləri yenidən təqdim etmək lazım olmuşdur.Bir müddət xəsətxanada olmuş və təzə gəlmişdir. Təsadüfən Mələk ona zəng edərək pensiyasının düzəlibdüzəlməməsini soruşmuşdur. Mələk ona indi pensiya almağın çətin olduğunu, heç kimə verilmədiyini, ancaq şikəst olan adamlara verildiyini, atasının əlinin hər yerə çatdığını və ona köməklik edəcəyini bildirmişdir. Mələk ona “sənədləri ver mənə, sabah ona təqdim edərəm” demişdir. O da gedib bankdan min beş yüz almış və dörd min beş yüz düzəltmişdir. Mələyə min altı yüz manat pul vermişdir. Mələk ona “pulu tez çatdır ki, atamın əlində işləri var” demişdir. Min altı yüz manat pulu Mələyin bacısının adına olan karta yollamışdır. Səhv etmirsə pulu 2022-ci ilin oktyabr ayının 27-də göndərmişdir. Onlar dörd min beş yüzə razılaşmışlar və Mələyə min beş yüz ödəmişdir. Mələk ona demişdir ki, “indi vaxt keçib, ayın axırında sənə kart verəcəyik, o kartdan pensiyanı alacaqsan, qalan məbləği isə mənə ödəyəcəksən”. Hal-hazırda şikayətçidir. 76.Məhkəmə iclasında Zərərçəkmiş şəxs46 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, səhhəti ilə bağlı yaranan xəstəliklə əlaqədar olaraq AR ƏƏSMN tərəfindən ona 3-cü qrup əlillik verilmişdir. Lakin 2021-ci ilin dekabr ayında 5 illik müddət tamam olduğundan ona verilmiş pensiya təyinatı dayandırılmışdır. Sonradan o bu barədə maraqlandıqda yenidən komissiyadan keçməli olduğu ona bildirilmişdir. Bundan sonra o, pensiya ilə bağlı hansı sənədlərin lazım olması barədə məlumat topladıqdan sonra 2022-ci ilin iyul ayında Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən 2 saylı poliklinikada həmin sənədləri ƏƏSMN-ə göndərmişdir. 2022ci ilin sentyabr ayında isə sənədlərin natamam doldurulması səbəbindən pensiya təyin edilməsinin mümkünsüzlüyü barədə ona məktub gəlmişdir. 2022-ci ilin oktyabr ayında o, yenidən sənədləri toplayıb nazirliyə göndərməyə hazırlaşan zaman tanışı Təqsirləndirilən şəxs ƏƏSMN-də yaxın tanışlarının olduğunu bildirərək pensiya işini qısa zamanda həll edə biləcəyini ona bildirmişdir. Bundan sorna o, Mələyin bu təklifi ilə razılaşmış və bunun müqabilində nə etməli olduğunu Mələkdən soruşmuşdur. Bu zaman Mələk işin həll edilməsindən ötrü 4500 manat pul lazım olduğunu ona bildirmişdir. O, Mələyə həmin pul vəsaitini verməyə imkanı olmadığını bildirdikdə Mələk ona təcili borc pul tapıb verməsini bildirmişdir. Bundan sonra o, banka müraciət edərək faizlə 1500 manat pul vəsaiti götürmüş, həmçinin özündə olan 100 manatı da əlavə edib 1600 manat pul vəsaitinin olduğunu Mələyə bildirmişdir. Mələk sonuncu qeyd edilən məbləğdə pul vəsaitini verməsini ondan istəmiş, qalan pul vəsaitini isə iş həll edilib kartı əlinə aldıqdan sonra verməsini ona bildirmişdir. 22 oktyabr 2022-ci il tarixdə Mələk Şahid2 adına olan bank kartının şəklini ona göndərərək həmin hesaba 1600 manat pul köçürməsini ona bildirmişdir. Bundan sorna o, Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən X66-nin filialına yaxınlaşaraq həmin yerdə quraşdırılmış ödəniş terminalı vasitəsilə Mələyin göndərdiyi bank kartı hesabına 1600 manat pul vəsaiti göndərmişdir. Bundan sonra Mələk ona topladığı sənədlərin surətini istəmiş, o, Mələklə görüşüb həmin sənədləri Mələyə vermişdir. Lakin həmin müddətdən hazırki günədək olan müddət ərzində o dəfələrlə Mələklə telefon əlaqəsi saxlamağına baxmayaraq Mələk hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Mələyin dələduzluq əməli nəticəsində ona 1600 manat məbləğində maddi ziyan dəymişdir (Vİİİ cild, səh. 224-226). 77.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, pandemiya dövründə işini itirdiyindən yaşadığı ünvanın yerləşdiyi məhəllədə meyvətərəvəz mağazası açmışdır. Müştərilərindən biri də Mələk adlı həmin qadın olmuşdur. Mələyin ailəsi və özü mütəmadi olaraq ondan alış-veriş etmişdir. Bir gün Mələk ondan məhsul alarkən ona "xxxx"-da mühasib işlədiyini nə zaman ona avia bilet və tur paket lazım olduqda təşkil edə biləcəyini bildirmişdir. . Onlar Nuranənin dayısı oğlu Nicat üçün həmin ərəfələrdə Türkiyəyə bilet lazım olduğuna görə həmin bileti ucuz qiymətə təşkil etməsini Mələkdən xahiş etmişlər. Mələk həqiqətən də onalrın inamını qazanmaq üçün həmin bileti təşkil etmişdir. Mələk xanım onlara lazım olsa bölgələrdə sanatoriya və kurortlara turlar təşkil edə biləcəyini, ucuz qiymətə gedib orada müalicə almağın mümkün olduğunu demişdir. Nuranə və uşaqları bu şəkildə gedib dincəlib gəlmişlər. Ondan sonra Mələk xanım onların etibarlarını qazanmışdır. Lakin sonradan Mələk onların güvənindən istifadə edərək birgə biznes fəaliyyəti ilə məşğul olmağı onlara təklif etmişdir. Bu minvalla onlar yanvar ayının 9-a kimi Mələk xanımla işləmişlər. Mələk xanım ucuz qiymətə bilet olduğunu demiş, almışlar və sonra Mələk xanım satmışdır. Onların tur və biletdən heç bir məlumatları olmamış, Mələk xanımı tanımışlar və pulu da ona vermişlər. İndiyə kimi onlar Mələk xanıma yüz əlli doqquz min səkkiz yüz əlli beş manat pul vermişlər. Pullar tur bilet adı ilə alınmış, amma qaytarılmamışdır. İndi qohumlar həmin pulları onlardan istəyirlər. Atası rayonda evini satmışdır ki, onlar şəhərdə ev ala bilsinlər. Mələk xanım onlara demişdir ki, “o pulu verin viza və biletə yatıraq, həmin pulu sizə qaytaracağıq”. Masazırda ev almaq üçün beh də vermişlər, artıq həmin ev də onların əllərindən çıxır, hal-hazırda da onların işləri Sumqayıt Apellyasiya Məhkəməsindədir. Pul məbləği yanvar ayının 9-dan yanvar ayının 31-ə kimi verilmişdir. Onun həyat yoldaşı faizə pul verməmişdir. Onlar əlli min manatı verəndə Mələk demişdir ki, “üzərində sizə əlli min də mən verəcəm”. O, şəxsən şahidi olmuşdur ki, Nuranə Mələk xanıma 5-10 min pul vermiş, axşama da həmin pulu təzədən almışdır. Mələk xanım onlara heç bir vəsait qazandırmamış, pulu vermiş və axşamına da geri almışdır. Yanvar ayının 9-a kimi nə qədər pul veribsə həmin pulun özünü qaytarıb həyat yoldaşına.Yanvar ayının 9-a kimi olan dövrdə olub ki on min manat verilib, Mələk üzərində on bir min qaytarıb, həmin min manatı onlara “şirinlik” kimi qaytarmışdır.Yanvar ayının 9-a kimi bu qaydada onlardan pul almış, üzərində az-az məbləğlərlə qaytarmışdır.Bu tarixdən sonra aldığı məbləğin heç birini qaytarmamışdır. O pulları “şirinlik”lə qaytarmalı deyildi. Həmin tarixdən sonra verilən pullar qohumlarına tur, bilet lazım olduğu üçün verilmişdi. Mələyin atası onlara qırx min borcu dörd gün ərzində qaytaracağını bildirmişdi. Üzərindən dörd gün keçdikdən sonra atası onlara “ gedin kimə istəyirsinizsə şikayət edin, bizim sizə heç bir verəcəyimiz yoxdur” demişdi. 78.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sözügedən şəxs Təqsirləndirilən şəxs 3 il bundan əvvəl tanımışdır. O, həmin vaxtlar faktiki yaşadığı ünvanın yerləşdiyi məhəllədə meyvə-tərəvəz satmışdır. Müştərilərindən biri də Mələk adlı həmin qadın olmuşdur. Mələyin ailəsi və özü mütəmadi olaraq ondan alış-veriş etmişdir. Bir gün Mələk ondan məhsul alarkən ona "xxxx"-da mühasib işlədiyini nə zaman ona avia bilet və tur paket lazım olduqda təşkil edə biləcəyini bildirmişdir. O da Mələklə razılaşmış və nə vaxt ona bilet lazım olduqda müraciət edəcəyini bildirmişdir. Evə gəldikdən sonra o, Mələk barədə həyat yoldaşı Zərərçəkmiş şəxs38 da danışmış və sonra Mələk özü də onun həyat yoldaşı ilə tanış olmuşdur. Onlar Nuranənin dayısı oğlu Nicat üçün həmin ərəfələrdə Türkiyəyə bilet lazım olduğuna görə həmin bileti ucuz qiymətə təşkil etməsini Mələkdən xahiş etmişlər. Mələk həqiqətən də onların inamını qazanmaq üçün həmin bileti təşkil etmişdir. Lakin sonradan Mələk onların güvənindən istifadə edərək birgə biznes fəaliyyəti ilə məşğul olmağı onlara təklif etmişdir. Belə ki, onlar Mələyə istədiyi məbləğdə pul vəsaiti verəcək və Mələk həmin pul vəsaitlərindən istifadə edərək qabaqcadan avia bilet və tur paket alıb bron edəcəkmiş. Mələk həmin bilet və tur paketləri satdıqdan sonra əldə edəcəyi pul vəsaitindən onlara da pul qazandıracağını bildirdirmişdir. Beləcə Mələk onlardan ilk vaxtlarda kiçik, daha sonra isə böyük məbləğlərdə pul vəsaiti almağa başlamışdır. Belə ki, o, 16 yanvar 2023-cü il tarixdə 15.000 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Moskva prospekti 60-da yerləşən əvvəlki yaşayış yerinin həyətində nağd şəkildə həyat yoldaşı Nuranə və həyat yoldaşının əmisi Ədalət Qəmbərov ilə 4.900 manat məbləğində pul vəsaitini 18 yanvar 2023-cü il tarixdə yenə Bakı şəhəri, Moskva prospekti 60-da yerləşən əvvəlki yaşayış yerinin həyətində nağd şəkildə həyat yoldaşı Nuranə ilə 22 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Moskva prospektində yerləşən Neptun supermarketin qabağında 5.500 manat məbləğində pul vəsaitini nağd şəkildə əlbəəl Mələyə vermişdir. Qeyd edilən pul vəsaitlərini Mələyə verdiyi zaman Mələyin yanında kimsə olmamışdır, yəni Mələk tək gəlmişdir. Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində onlara 159.855 manat məbləğdə maddi ziyan dəymişdir (Vİİ cild, səh. 135-138). 79.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, bu işlə bağlı onların heç bir məlumatları olmamış, onlar bacısının belə bir işlə məşğul olmasını bilməmişlər. Bacısının başına bu dərəcədə iş gələcəyinə inanmazdılar. Onlar bacısının bir təşkilatda mühasib kimi işlədiyini bilmişlər. Onlara bir işinin olduğunu, oradan pul qazanacağını demiş, amma nə iş olmasını onlar da bilməmişlər. Tur və ya biletlə bağlı hansısa iş barədə onlara heç bir şey deməmişdir. Mələyin vəsiqəsi olmadığı üçün ona “mənə pul gələsidi, gedib onu bankdan sən alarsan” demiş, o da banka yaxınlaşmış, pul onun adına gəlmişdir. Pul məbləği xarici valyutada olduğundan məbləği dəqiq bilmir. Banka birlikdə getmişlər, pulu o yox, bacısı götürmüşdür. Bacısı götürdüyü pullardan onlara hansısa məbləğlər verilməmişdir. 80.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sözügüdən şəxs Təqsirləndirilən şəxs bacısıdır. Mələklə ünvan 11 ünvanında yerləşən yaşayış evində bir yerdə qalmışdır. Anası Aygün, bacısı Ofelya da onlarla birlikdə həmin ünvanda yerləşən evdə qalır. Atası isə daha çox Ağdam rayonunda təsərrüfat fəaliyyəti ilə məşğul olur. Bacısı Mələk 2020-ci ilədək bir konsaltinq şirkətində işləmişdir. Konkret olaraq hansı vəzifədə işlədiyini bilməsə də, Mələyin ali təhsili olmamasına əsaslanaraq Mələyin hər hansı xüsusi bilik və istedad tələb edən vəzifədə işləmədiyini bildirmişdir. Pandemiya dövründə Mələk işindən narazılığını və maaşın az olduğunu bildirərək həmin şirkətdəki işindən ayrılmışdır. Mələk qısa müddət ərzində təxminən bir il, bir il yarım müddətinə həmin yerdə işlədikdən sonra oradan əlaqəsini kəsmişdir. 2020-ci ildən sonrakı dövrdə Mələk onlarla qonşuluqda yaşayan uşaqlara dərslərində kömək etmiş, yəni həmin ərəfələrdə heç bir yerdə işləməmişdir. Mələk uşaqların hazırlığı ilə də uzun müddət məşğul olmamış, sonradan Mələk alver işləri ilə məşğul olduğunu ailəsinə bildirmişdir. Onlar da Mələyin işlərinə çox qarışmamışdır. Mələk onlara yaxşı pulu olacağını, bir fəaliyyət sahəsinə pul qoyub oradan əlavə qazanc götürəcəyini bildirmişdir. Bir müddət sonra o, Mələyin evdə telefonla kiminləsə mübahisə etdiyini görmüş, Mələkdən nə məsələ olduğunu soruşduqda Mələk bir neçə nəfərə borcu olduğunu yaxın müddətdə həmin şəxslərin pulunu geri qaytaracağını ona bildirmişdir. O da Mələyə məşğul olduğu işlərin axırda yaxşı olmayacağını bu işlərdən əl çəkməsini borclu olduğu şəxslərin pulunu geri qaytarmasını bildirmişdir. Lakin sonradan Mələyin ailəsi Mələyə qarşı olan şikayətlərin sayınınn getdikcə artdığını görmüşlər. Ərazi polis orqanlarında Mələyi dəfələrlə zəng edib izahat verməyə çağırmışlar. Mələk ailəsinə sonradan avia bilet və tur paket işinə girdiyini, lakin qabaqcadan avia bilet və tur paket bron edib müştərilərə satması üçün böyük məbləğdə müxtəlif şəxslərdən pul aldığını, həmin şəxslərə də əlavə qazanc verəcəyini vəd etdiyini bildirmişdir. Mələk həmin şəxslərə aldığı bəzi məbləğlərdə pul vəsaitlərinə görə həmin şəxslərə üstündə əlavə pul qazandırsa da, sonradan aldığı böyük məbləğlərə görə onlara böyük qazanc verəcəyini bildirmişdir. Lakin sonradan vəziyyət elə olmuşdur ki, Mələyin avia bilet və tur paket təşkil etməsi üçün pulunu aldığı şəxslərin sayı həddən çox artmış, hətta zərərçəkənlərin bəziləri ona zəng edib onun bank kartı hesabına pul köçürdüklərini bildirərək, pul vəsaitlərinin geri qaytarılmasını ondan tələb etmişlər. Mələyin istifadə etdiyi 4169-7388-6396-7398 nömrəli X66 tərəfindən emissiya edilmiş bank kartı hesbına ona məxsus olmuşdur. Ailədə yalnız onun adına bank kartı hesabları mövcud olmuşdur və həmin kartlardan bütün ailə istifadə etmişdir. Mələkdə alveri ilə bağlı həmin kartdan istifadə etdiyini ailəsinə bildirərək həmin kartdan istifadə etmişdir. Mələyin belə bir işlə məşğul olmaq üçün həmin kart hesablarından istifadə edəcəyini bilməmişdir. Həmin kart hesabına gələn pul vəsitlərinin çox hissəsini Mələk özü nağdlaşdırmış, ancaq elə vaxtlar olmuşdur ki, Mələk ailəsindən həyata keçirdiyi alverdən həmin kart hesabına gələn pul vəsaitini nağdlaşdırmağı xahiş etmişdir, ailəsi də Mələyin həqiqətən qanuni yolla bilet alış verişi etdiyini güman edib Mələyə göndərilmiş olan pul vəsaitini nağdlaşdırıb Mələyə vermişlər. Bəzi pul vəsaitləri də olmuşdur ki, atası rayonda təsərrüfat fəaliyyəti ilə məşğul olub aylıq 200-300 manat həmin karta ailənin dolanışığı üçün göndərmişdir. Təqsirləndirilən şəxs tur şirkəti əməkdaşı olmamış və yaxud hər hansı tur şirkəti ilə əlaqəsi olmamışdır. Mələyin zərərçəkmişlərdən aldığı külli miqdarda pul vəsaitlərini hansı istiqamətlərə xərclədiyi barədə məlumatı olmamışdır, ancaq Mələk ailəsinə həmin pul vəsaitlərini borca pul aldığı şəxslərə əlavə qazanc vermək üçün qaytardığını bildirmişdir. Çünki həmin pul vəsaitlərini borca aldığı şəxslərdən onlara qazanc verəcəyi adı ilə almışdır. Mələyin borc aldığı şəxslərin pulunu geri qaytarması üçün çoxlu şəxslərin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə haqq qazandırmamışdır. Ancaq Mələk qazandığı pullardan ailəsinə və yaxud evinə heç bir yatırım etməmişdir (Vİİ cild, səh. 147-151). 81.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, bacısı onun heç bir məlumatı olmadan kartından istifadə etmişdir. Mələk tutulmazdan əvvəl bir nəfər ona zəng edərək karta pul yüklədiklərini demiş, nə ilə bağlı olduğunu soruşduqda Mələyin bilet alacağını deməsini bildirmiş, onun həmin vaxt məlumatı olmuşdur. Bacısının hansı işlə məşğul olmasını bilməmişlər, əvvəllər şirkətdə işləmiş, nə işdə olması barədə məlumatları olmamışdır. 82.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sözügüdən şəxs Təqsirləndirilən şəxs bacısıdır. Mələklə ünvan 11 ünvanında yerləşən yaşayış evində bir yerdə qalmışdır. Anası Aygün, bacısı Gülnar da onunla birlikdə həmin ünvanda yerləşən evdə qalır. Atası isə daha çox Ağdam rayonunda təsərrüfat fəaliyyəti ilə məşğul olur. Bacısı Mələk 2020-ci ilədək bir konsaltinq şirkətində işləmişdir. Konkret olaraq hansı vəzifədə işlədiyini bilməsə də, Mələyin ali təhsili olmamasına əsaslanaraq onun hər hansı xüsusi bilik və istedad tələb edən vəzifədə işləmədiyini bildirmişdir. Pandemiya dövründə Mələk işindən narazılığını və maaşın az olduğunu bildirərək həmin şirkətdəki işindən ayrılmışdır. Ondan sonra rəsmi olaraq heç bir yerdə işləməmişdir. Sonradan Mələk alver işləri ilə məşğul olduğunu, bilet satışı etdiyini ailəsinə bildirmişdir. Ailəsi də Mələyin işlərinə çox qarışmamışdır. Mələk yaxşı pulu olacağını, bu fəaliyyət sahəsinə pul qoyub oradan əlavə qazanc götürəcəyini ailəsinə bildirmişdir. Bir müddət sonra o, Mələyin evdə telefonla kiminləsə mübahisə etdiyini görmüş, Mələkdən nə məsələ olduğunu soruşduqda Mələk bir neçə nəfərə borcu olduğunu, yaxın müddətdə həmin şəxslərin pulunu geri qaytaracağını bildirmişdir. O da Mələyə məşğul olduğu işin axırda yaxşı olmayacağını, bu işlərdən əl çəkməsini, borclu olduğu şəxslərin pulunu geri qaytarmasını bildirmişdir. Lakin sonradan ailəsi Mələyə qarşı olan şikayətlərin sayınınn getdikcə artdığını görmüşlər. Ərazi polis orqanlarında Mələyi dəfələrlə zəng edib izahat verməyə çağırmışlar. Mələk ailəsinə sonradan avia bilet və tur paket işinə girdiyini, lakin qabaqcadan avia bilet və tur paket bron edib müştərilərə satması üçün böyük məbləğdə müxtəlif şəxslərdən pul aldığını, həmin şəxslərə də əlavə qazanc verəcəyini vəd etdiyini bildirmişdir. Mələk həmin şəxslərə aldığı bəzi məbləğlərdə pul vəsaitlərinə görə həmin şəxslərə üstündə əlavə pul qazandırsa da, sonradan aldığı böyük məbləğlərə görə onlara böyük qazanc verəcəyini bildirmişdir. Lakin sonradan vəziyyət elə olmuşdur ki, Mələyin avia bilet və tur paket təşkil etməsi üçün pulunu aldığı şəxslərin sayı həddən çox artmış, hətta zərərçəkənlərin bəziləri ona zəng edib Mələyin onları aldadıb pul vəsaitini ələ keçirdiklərini bildirmişdirlər. O isə Mələyin işinə ailəsinin qarışmadığını, pulların ələ keçirilməsi ilə bağlı ailəsinin rolunun olmadığını qeyd etmişdir. Mələyin istifadə etdiyi 4169-7388-6396-7398 nömrəli X66 tərəfindən emissiya edilmiş bank kartı bacısı Gülnara məxsus olmuşdur. Ailədə yalnız bacısı Gülnarın adına bank kartı hesabı mövcud olmuş, həmin kartdan bütün ailə istifadə etmişdir. Mələk də alveri ilə bağlı həmin kartdan istifadə etdiyini ailəsinə bildirərək həmin kartdan istifadə etmişdir. Mələyin belə bir işlə məşğul olmaq üçün həmin kart hesablarından istifadə edəcəyini bilməmişdir. Həmin kart hesabına gələn pul vəsitlərinin çox hissəsini Mələk özü nağdlaşdırmış, ancaq elə vaxtlar olmuşdur ki, Mələk ailəsindən həyata keçirdiyi alverdən həmin kart hesabına gələn pul vəsaitini nağdlaşdırmağı xahiş etmişdir, ailəsi də Mələyin həqiqətən qanuni yolla bilet alış verişi etdiyini güman edib Mələyə göndərilmiş olan pul vəsaitini nağdlaşdırıb Mələyə vermişlər. Bəzi pul vəsaitləri də olmuşdur ki, atası rayonda təsərrüfat fəaliyyəti ilə məşğul olub aylıq 200-300 manat həmin karta ailənin dolanışığı üçün göndərmişdir. Təqsirləndirilən şəxs tur şirkəti əməkdaşı olmamış və yaxud hər hansı tur şirkəti ilə əlaqəsi olmamışdır. Şahid3 “İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs24 X59 tərəfindən sizin şəxsiyyət vəsiqəsinə 06 aprel 2023-cü il tarixdə Almaniyanın Frankfurt şəhərindən “western union” pul köçürmə sistemi vasitəsilə birdəfəyə 1086 euro məbləğində pul vəsaitini köçürüldüyünü ifadəsində qeyd edir, bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq bildirmişdir ki, “Həmin dediyi doğrudur, bəli. Mələk şəxsiyyət vəsiqəsini itirdiyi üçün alver işi ilə bağlı həmin zaman evdə o, olduğuna görə Mələk ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Mələk müştərinin pul köçürməli olduğunu bildirərək ondan vəsiqəsini götürmüşdür. Ona görə həmin şəxs onun adına pul vəsaitini köçürüb, onun həmin şəxsin pul vəsaitinin ələ keçirilməsində heç bir rolu olmamış, həmin şəxsi heç tanımamışdır.” Mələyin zərərçəkmişlərdən aldığı külli miqdarda pul vəsaitlərini hansı istiqamətlərə xərclədiyi barədə məlumatı olmamışdır, ancaq Mələk ailəsinə həmin pul vəsaitlərini borca pul aldığı şəxslərə əlavə qazanc vermək üçün qaytardığını bildirmişdir. Çünki həmin pul vəsaitlərini borca aldığı şəxslərdən onlara qazanc verəcəyi adı ilə almışdır. Mələyin borc aldığı şəxslərin pulunu geri qaytarması üçün çoxlu şəxslərin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə haqq qazandırmamışdır. Ancaq Mələk qazandığı pullardan ailəsinə və yaxud evinə heç bir yatırım etməmişdir (Vİİ cild, səh. 152- 156). 83.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, o, özü turizm şirkətində işləmiş, Mələk xanım onların müştəriləri olmuş, zəng vurub onlardan bilet almışdır. Mələk xanım onlardan biletləri müştəri kimi almış, bəzilərinin də ödənişini etməmiş, ödənilməyən borcu təxminən iki-üç min manat olmuşdur. Kənan adlı şəxsi tanıyır, Mələkdən bilet almış, pulu onun kartına yollamışdır. Nə qədər pul yollamasını xatırlamır, səhv etmirsə min manat olmuşdur. 84.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xarici ölkələrə bilet və tur paketlər təşkil etmək işi ilə məşğul olur. Sözügedən şəxs Təqsirləndirilən şəxs ilə ilk dəfə 2023-cü ilin fevral ayında tanış olmuşdur. Həmin vaxt Mələk ona zəng edərək ondan Tblisi şəhərinə getmək üçün bilet istəmişdir. Mələyin onun nömrəsini haradan əldə etdiyini bilməmişdir. Mələk ondan ilk olaraq nisyə şəkildə bilet təşkil etməsini ondan istəmiş, o, Mələklə razılaşmamış, çünki tanımadığı adama nisyə bilet təşkil edə bilməmişdir. Mələk ona biletin xalası oğluna lazım olduğunu söyləmiş, o da Mələyə pul ödəyəcəyi təqdirdə bilet verəcəyini bildirmişdir. Sonra həqiqətən də Mələk biletin pulunu ödəyərək ondan bilet almışdır. Bundan sonra fevral ayının 28-si Mələk yenə onu narahat etmiş və ona 4 nəfər şəxs üçün San-Fransiskoya bilet lazım olduğunu bildirmişdir. O da Mələyə həmin biletləri təşkil etmiş, ancaq onlardan yalnız birinin pulunu ona ödəmiş, qalan üçünün pulunu isə ödəməmişdir. Mələk qalan üç biletin pulunu yaxın müddətdə ödəyəcəyinə onu inandırmışdır. Bundan sonra Mələk mütəmadi olaraq ona zəng edib bilet və tur paket təşkil etməsini ondan istəmiş, o da Mələyə San-Fransiskoya biletlərin pulunu ödəmədiyi üçün Mələyi polisə şikayət edəcəyini bildirmişdir. Mələk ondan polisə şikayət etməməsini xahiş etmiş, bundan sonra yenə ondan bilet alıb borcunu hissə-hissə qaytaracağını ona bildirmişdir. O, Mələklə razılaşmış və mütəmadi olaraq Mələyin ona göndərdiyi adamlara bilet və tur paketlər təşkil etmişdir. 2023-cü ilin iyun ayında Kənan adlı şəxs ona zəng edib onun hesabına 1.300 manat pul köçürdüyünü, Mələk adlı şəxs tərəfindən aldadıldığını demişdir. O isə bu barədə məlumatı olmadığını və ona gələn pulların kim tərəfindən ödənildiyinə baxmadığını Kənana demişdir. O, bu hadisədən sonra Mələklə əlaqə saxlamış və Kənanın pulunu ödəməsini tələb etmişdir. Mələk də ona “ödəyəcəm, narahat olma” demişdir. İyul ayının əvvəli Kənan ona Mələyin dələduz olduğunu və çoxlu şəxsləri aldadaraq pullarını ələ keçirdiyini bildirmişdir. Həmin hadisədən sonra o, Mələklə əlaqəni kəsmiş və Mələyə daha bilet satmaqdan imtina etmişdir. Çünki onun dələduz olduğunu və müxtəlif şəxsləri avia bilet və tur paket təşkil etmə adı ilə aldatdığını öyrənmiş və sonradan ona problem olmasın deyə Mələyə bilet satmağı dayandırmışdır. Təqsirləndirilən şəxs ondan müştəri qismində bilet almışdır və ona özünü tur şirkəti əməkdaşı və ya hər hansı tur şirkətləri ilə əlaqəsi olan biri kimi təqdim etməmişdir. Mələyin dələduzluq edərək müxtəlif şəxsləri aldadıb pul vəsaitlərini ələ keçirdiyindən Kənan adlı şəxs ona Mələyin dələduz olduğunu bildirdikdən sonra məlumatı olmuşdur və həmin hadisədən sonra Mələklə əlaqəsini kəsərək Mələyə bilet satmaqdan imtina etmişdir (İV cild, səh. 142-145). 85.Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, iş yoldaşı Natavan Əlizadə vasitəsilə tanış olduğu Mələk adlı şəxs ona insanlara ucuz qiymətə tur paket və avia bilet təşkil etdiyini bildirmişdir. O, həmin ərəfələrdə Dağıstanın Mahaçqala şəhərinə getmək istədiyindən Natəvana Mələk adlı şəxs ilə onun adından danışıb bilet təşkil etməsini istəmişdir. Natavan onunla razılaşmış və Mələk adlı şəxslə əlaqə saxlayacağını ona bildirmişdir. Mələk Mahaçqalaya gediş-gəliş üçün 780 manat məbləğində pul vəsaiti veriləcəyi təqdirdə onun üçün bilet təşkil edəcəyini Natavana bildirmişdir. Belə ki, o, 780 manat pul vəsaitini 26 may 2023-cü il tarixdə Mələyin ona verdiyi 4169 7387 4918 5629 saylı bank kartı hesabına köçürmüşdür. Bakı Mahaçqala və Mahaçqala-Bakı reysi üzrə bilet üçün Mələk ondan 780 manat pul vəsaiti almışdır. Belə ki, Təqsirləndirilən şəxs ödəmiş olduğu gediş dönüş bileti üçün Mələk yalnız ona gediş biletini təşkil etmiş, gəliş üçün isə sonuncu günə qədər gözləsə də heç bir bilet təşkil etməmişdir. Gediş bileti 280 manat gəliş bileti isə 500 manat olduğundan, yerdə qalan 500 manat məbəğində pul vəsaiti Mələkdə qalmışdır. Mələkdən dönüş biletini istədikdə ona bilet yoxdur deyə bildirmişdir. O, Mələyə etiraz etsə də Mələk onun nə pulunu nə də biletini verməmişdir. O da məcbur qalaraq əlavə 630 manat pul vəsaitini başqa bir aviaşirkətə ödəyərək Bakıya geri qayıtmışdır. Həmin müddətdə anası X4 Zeynalovadan 500 manat pul vəsaitini geri istədikdə Təqsirləndirilən şəxs onun anasına həmin vəsaitin üzərinə 1.500 manat pul əlavə etdikləri halda X21 2 nəfərlik gediş-dönüş bileti verəcəyini bildirmişdir. Təranə Kərimova ona inanmış və Nəsimi rayonu, X46 yaxınlığında 23 iyun 2023-cü tarixdə saat təxminən 20 radələrində 1.500 manat vəsaitini Mələyə əlbəəl, nağd şəkildə vermişdir. Lakin yenə də Mələk onlara bilet verməmişdir (İİ cild, səh. 85-88). 86.Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs “whatsapp” ani mesajlaşma sistemində özünü Azərbaycan Respublikasında fəaliyyət göstərən aviaşirkət əməkdaşı kimi təqdim edərək onun və həyat yoldaşı X10 Kanadadan Azərbaycana gəlmək məqsədilə aviabilet təşkil etməsi üçün ondan 3.100 manat məbləğində pul vəsaiti almışdır. Vəsaitin 1.100 manat hissəsini xx.xx.2023-cü il tarixdə 4169 7387 4918 5629 saylı karta, 2.000 manat hissəsini isə xx.xx.2023-cü il tarixdə 4169 7388 6396 7398 saylı karta ödəniş sistemi vasitəsilə köçürmüşdür. Mələk biletləri may ayının 9-u tarixinə yazacağını vəd etmişdir, lakin o, həmin tarixə qədər dəfələrlə Mələklə əlaqə saxlasa da Mələk onun nə pulunu nə də biletini verməmişdir. Sonrakı müddətdə o, Mələyin aviaşirkət əməkdaşı olmadığını və ondan başqa şəxsləri də aldadaraq pul vəsaitlərini ələ keçirdiyini öyrənmişdir (İİ cild, səh. 116-118). 87.Məhkəmə iclasında Zərərçəkmiş şəxs13 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs “whatsapp” ani mesajlaşma sistemində özünü Azərbaycan Respublikasında fəaliyyət göstərən aviaşirkət əməkdaşı kimi təqdim edərək həyat yoldaşı Seyfulayeva Günel Hicran qızının və 2 övladının Kanadadan Azərbaycana gəlməsi məqsədilə aviabiletin alınması üçün 5.973 manat pul vəsaiti ondan almışdır. Vəsaitin 170 azn-ni 18 mart 2023-cü il tarixdə 4169 7413 4209 3851 saylı karta, 300 azn 4 mart 2023-cü il tarixdə eyni karta, 1801 azn və 2.700 azn 7 fevral 2023-cü il tarixdə sonu 4169****8941(Abdulla Ağazadənin adına olan) saylı karta, 1.001 azn 6 fevral 2023-cü il tarixdə 4169****6345 (Şəhla Bağırovanın adına olan) saylı karta pul ödəmişdir. Ümumilikdə 5.972 azn pul vəsaitinin hamısını Mələyə online qaydada kart to kart vasitəsilə köçürmüşdür. Mələk tərəfindən bilet 21 iyun 2023-cü il tarixdə yazılmalı imiş. Lakin dəfələrlə Mələkdən biletini istəsə də Mələk bileti ona verməmişdir. Qeyd edilən vəsaitin 1.600 manatını Mələk ona geri ödəsə də, 4.372 manat pul vəsaitini ödəməkdən imtina etmişdir. Sonrakı müddətdə ona məlum olmuşdur ki, həmin şəxs aviaşirkət əməkdaşı deyil və ondan başqa şəxsləri də aldadaraq pul vəsaitlərini ələ keçirmişdir (İİ cild, səh. 126-128). 88.Məhkəmə iclasında Zərərçəkmiş şəxs17 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istirahət etmək üçün Kanadadan Azərbaycana getmək fikri olduğundan qızı Ülkər vasitəsilə Mələk adlı şəxs ilə tanış olmuşdur. Qızı Ülkər ona Mələk adlı şəxsin ucuz qiymətə insanlara tur paket və avia bilet təşkil etdiyini bildirimişdir. O, Mələk adlı şəxs ilə əlaqə saxladığı zaman Mələk lazımi məbləğ veriləcəyi təqdirdə Kanadadan Azərbaycana gəlmək üçün bilet təşkil edəcəyini ona bildirmişdir. Mələk özünü ona neçə illərdir ki, bu işlə məşğul olan, çoxsaylı şəxslərə biletlər təşkil edən biri kimi təqdim etmişdir. Beləliklə o, Mələyin verdiyi yalan vədlərə inanaraq elə Mələyin köməkliyindən istifadə etməklə Azərbaycana səyahət etmək qərarına gəlmişdir. Mələk bilet işini təşkil etmək üçün ondan 2.000 manat məbləğində pul vəsaiti istəmiş və 2023-cü ilin aprel ayının 11-i “GULNAR ZEYNALOVA”-ya (4169-7388-6396- 7398) məxsus olan kart hesabının şəklini ona göndərmişdir. O da Mələyin göndərdiyi həmin kart hesabına bir dəfəyə olmaqla dostunun kart hesabından ödəniş etmişdir. Ancaq bu ödəniş müqabilində Mələk onun üçün heç bir bilet təşkil etməmişdir. Ödəniş etdikdən təxminən 20-25 gün sonra ona məlum olmuşdur ki, Mələk onu aldatmış və ondan aldığı pulları bilet təşkil etməyə yönəltməmiş, əksinə həmin pulları şəxsi məqsədlərinə sərf etmişdir. Vəziyyət ona aydın olandan sonra Mələyə “whatsapp” sosial şəbəkəsi vasitəsilə müraciət etmiş və Mələkdən pulunu geri qaytarmasını istəmişdir. Aprel ayının sonları Mələk ödəniş terminalları vasitəsilə onun əvvəl Mələyə pul göndərdiyi dostunun kart hesabına 500 manat, may ayınınn ortalarında isə yenə 500 manat ödəniş etmişdir. Ancaq geridə qalan 1.000 manat pul vəsaitini Mələk bügunə kimi qaytarmamışdır (İV cild, səh. 162-165). 89.Məhkəmə iclasında Zərərçəkmiş şəxs20 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istirahət etmək üçün Azərbaycandan Türkiyənin İzmir şəhərinə getmək fikri olduğundan “Medera” hospitalda işləyən dostu Əli vasitəsilə Mələk adlı şəxslə tanış olmuşdur. Əli ona Mələk adlı şəxsin insanlara ucuz qiymətə tur paket və avia bilet satdığını bildirmişdir. O, Əli vasitəsilə tanış olduğu Mələklə əlaqə saxladığı zaman Mələk lazımi məbləğ veriləcəyi təqdirdə, ona İzmir şəhərinə getmək üçün bilet və tur paket təşkil edəcəyini bildirmişdir. Mələk özünü ona neçə illərdir ki, bu işlə məşğul olan, çoxsaylı şəxslərə biletlər təşkil edən biri kimi təqdim etmişdir. O, Mələyin verdiyi yalan vədlərə inanmış və elə Mələk vasitəsilə xarici ölkəyə səyahət etməyi qərara almışdır. Mələk onun səyahət işini təşkil etmək üçün ondan 3.500 manat məbləğində pul vəsaiti istəmiş və 2023-cü ilin may-iyun ayında “Gulnar Zeynalova”ya (4169-7388-6396-7398), Ulviya Aliyeva (4169-7413-4209-3851) məxsus olan kartların şəklini ona göndərmişdir. O da həmin kartlara hissə-hissə olmaqla səkkiz dəfəyə ümumilikdə 3.500 manat pul vəsaitini öz kart hesabından istifadə etməklə ödəniş etmişdir. Ancaq bu ödəniş müqabilində Mələk onun üçün heç bir bilet və tur paket təşkil etməmişdir (V cild, səh. 70-73). 90.Məhkəmə iclasında Zərərçəkmiş şəxs25 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2023cü ilin fevral ayının əvvəllərində iş yoldaşı Zərərçəkmiş şəxs23 vasitəsilə tanış olmuşdur. Fərid ona Mələk adlı şəxsin xaricə ucuz qiymətə tur insanlara tur paketlər və avia biletlər təşkil etdiyini bildirmişdir. O, həmin ərəfələrdə Türkiyəyə istirahət etmək üçün bilet axtardığından iş yoldaşı Fəridən Mələk adlı şəxsin nömrəsini alaraq Mələk ilə əlaqə saxlamışdır. O, Mələk ilə əlaqə saxlayan zaman Mələk özünü ona bu sahədə peşəkar biri kimi təqdim edərək, neçə illərdir ki, bu işlə məşğul olduğunu, müxtəlif şəxslər üçün ucuz qiymətə avia bilet və tur paketlər təşkil etdiyini bildirmişdir. O, Mələyin ona verdiyi yalan vədlərə aldanaraq xarici ölkəyə səyahət etmək qərarına gəlmişdir. O, Türkiyəyə getmək istədiyini Mələyə bildirmiş, Mələk lazımi məbləğ ona veriləcəyi təqdirdə Türkiyəyə onun üçün tur paket təşkil edəcəyini bildirmişdir. X33 şəhərinə bir həftəlik tur paket təşkil edəcəyi altında ondan ilk öncə 2.100 manat məbləğində pul vəsaiti istəmişdir. O, 09 fevral 2023-cü il tarixdə özünə məxsus Paşa Bank kredit kart hesabından (5103-0647-4347- 3549) Mələyin ona göndərdiyi AGHA AGHAYEV adına (5213-6751-8887-2692) kart hesabına 2.100 manat məbləğində pul vəsaiti köçürmüşdür. Həmin miqdarda pul vəsaitini ödədikdən sonra Mələk daha 500 manat məbləğində pul vəsaiti ödənilməsi lazım olduğunu bildirərək 4098-5844-5857-6848 saylı Leo Bank ASC tərəfindən emissiya edilmiş kart hesabını ona göndərmişdir. O da 04 mart 2023-cü il tarixdə özünə məxsus Beynəlxalq Bank ASC tərəfindən emissiya edilmiş debit kart hesabından (4127-2222- 2251-9290) Leo Bank ASC tərəfindən emissiya edilmiş kart hesabına (4098-5844-5857- 6848) əlavə 500 manat da ödəniş etmişdir. Bundan başqa 08 iyun 2023-cü il tarixdə Türkiyənin İstanbul şəhərinə Mələyin tur paket təşkil etməsi üçün ona məxsus (5239-1515- 1220-5108) Kapital bank kartından ULVİYA ALİYEVA adına bir bank kartına 450 AZN, Beynəlxalq Bank debit kartından (4127-2222-2251-9290) GULNAR ZEYNALOVA adına (4169-7388-6396-7398) bir bank kartına 270 AZN, 17 iyun tarixində isə İstanbul şəhərinə otel üçün həyat yoldaşına məxsus Beynəlxalq Bank kartından GULNAR ZEYNALOVA adına (4169-7388-6396-7398) bir bank karına 550 Azn pul vəsaiti ödəmişdir. O, Mələyə pulu ödədiyini xəbər etmiş və Mələk ona biletləri yaxın müddətdə təşkil edəcəyini bildirmişdir. Uçuş tarixinin son gününə kimi Mələk onu müxtəlif bəhanələrlə aldatmış və biletlərdə problem yarandığını demişdir. Ümumilikdə ona Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində 3.870 AZN maddi ziyan dəymişdir. Sonralar Faceebook sosial şəbəkəsində dostunun paylaşdığı postdan ona aydın olmuşdur ki, o, Təqsirləndirilən şəxs tərəfindən aldadılmış və həmin şəxs ondan başqa çoxlu şəxsləri də bu üsullarla aldararaq dələduzluq etmişdir (İİ cild, səh. 211-214). 91.Məhkəmə iclasında Zərərçəkmiş şəxs27 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sözügedən şəxs Təqsirləndirilən şəxs ilə 2023-cü ilin fevral-mart ayında rəfiqəsi Günel Seyfullayevə vasitəsilə tanış olmuşdur. O, həmin ərəfələrdə Kanadadan Azərbaycana gəlmək üçün sərfəli qiymətə bilet axtarmışdır. Günel sərfəli qiymətə bilet satan Mələk adlı bir xanım ilə tanış olduğunu, həmin şəxslə onu tanış etmək istədiyini bildirmişdir. Günel ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Mələyin nömrəsini göndərmiş, həmin nömrə vasitəsilə o, Mələklə əlaqə qurmuş və Mələk özünü ona “Tur” agentliyinin əməkdaşı kimi təqdim etmiş, sərfəli və ucuz qiymətə ona biletlər təşkil edə biləcəyini söyləmiş, “X64” vasitəsilə uçuşun həyata keçiriləyini ona bildirmişdir. O da biletlərin normalda 8.000 manat olduğunu bilmişdir. Mələk isə ona həmin biletləri 6.200 manata təklif etmişdir. O, özü və iki uşağının adına Mələyin bilet təşkil etməsi üçün 2023-cü ilin fevral-mart aylarında hissəhissə olmaqla üç dəfəyə 6.200 manat pul vəsaitini Kanadanın Toronto şəhərindən özümə məxsus debit kartdan “Şahid2” adına 4169-7388-6396-7398 saylı Kapital Bank kartına ödəniş etmişdir. Ödəniş etdikdən sonra o, Təqsirləndirilən şəxs qəbzləri göndərmiş, Mələk isə ona qısa müddət ərzində biletlərinin hazır olacağını bildirmişdir. Təxminən 2-3 həftə sonra Mələk ona “X64” şirkətinə məxsus uçuşlarda yer rezerv etdiyini göstərən screenshoot görüntüləri göndərmiş, görüntülərdə isə sadəcə yer rezerv olunmuşdur, onun Mələyə göndərdiyi ödəniş isə edilməmişdir. Bu hadisədən o, şübhələnmiş və Kanadadakı “X64” şirkəti ilə əlaqə saxlayan zaman həmin şirkətin əməkdaşları ona belə bir ödənişin olunmadığını blldirmişdirlər. Sonra o, Mələklə əlaqə saxlamış və ödənişin olunmadığını bildirmiş və ödədiyi pulları geri göndərməsini Mələkdən tələb etmişdir. Mələk ondan Azərbaycan kartına məxsus nömrə atmağı və həmin karta pulu göndərəciyini ona bildirmişdir. O da rəfiqəsinə məxsus kartın nömrəsini Mələyə göndərmişdir. Kartın nömrəsini Mələyə göndərməsinə baxmayaraq, üzərindən xeylli müddət keçsə də, Mələk onun pulunu geri göndərməmiş və hər dəfə onun telefonunu ya açmamış, ya da açdıqda “narahat olma, göndərəcəm” demişdir. Beləcə Mələk hər dəfə vaxtı uzatmışdır. Bir neçə ay sonra ona həmin Mələk adlı şəxsin aviaşirkət əməkdaşı olmadığı və ondan başqa şəxsləri də aldadaraq pul vəsaitlərini ələ keçirdiyi məlum olmuşdur (İİ cild, səh. 197-200). 92.Məhkəmə iclasında Zərərçəkmiş şəxs28 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər qohumlarına xarici ölkələrə tur paket alınmasında köməklik edən şəxs kimi tanımışdır. 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs müraciət edərək Türkiyə Respublikasına tur paket almaq istədiyini bildirmişdir. Mələk də bunun üçün guya 300 dollar aşağı hesablamaqla ümumilikdə ona 10 avqustdan 18 avqust tarixlərinə qədər olan müddət ərzində Türkiyə Respublikasının Antalya şəhərinə, X62 otelinə 7 nəfərlik X68 şərti ilə, transfer daxil tur paket hazırladığını bildirmişdir. O da Mələyə aprel ayının 25-i günorta 15 radələrində əvvəlcə 3000 ABŞ dolları məbləğində pul vəsaitini Bakı şəhəri, Nizami rayon məhkəməsinin qarşısında əlbəəl Təqsirləndirilən şəxs vermiş, bundan başqa 04 may 2023-cü il tarixdə saat 13.14-də Bakı şəhəri, Binəqədi rayonu ərazsində yerləşən Bizim marketin içərisində quraşdırılmış mpay ödəniş terminalı vasitəsilə Mələyin ona göndərmiş olduğu AGHA AGHAYEV adına emissiya edilmiş 5213-6751-8887-2692 nömrəli bank kartı hesabına 1.715 manat məbləğində pul vəsaiti köçürmüşdür. Bundan başqa 04 may 2023cü il tarixdə saat 16.10-da Bakı şəhəri, Nərimanov rayonu, Metropark Ticarət Mərkəzinin içərisində quraşdırılmış e-manat ödəniş terminalı vasitəsilə 3.400 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs ona bildirdiyi AGHA AGHAYEV adına emissiya edilmiş 5213-6751-8887-2692 nömrəli bank kartı hesabına göndərmişdir. Bundan başqa Türkiyənin İstanbul şəhərinə səyahət etmək üçün onun aliəsinə bilet lazım olmuş, bunun üçün yenə o, Mələyə müraciət etmiş və Mələk ona 1000 manat məbləğində pul vəsaiti qarşılığında biletləri təşkil edə biləcəyini bildirmişdir. O, da Mələklə razılaşmışdır. Ondan sonra Mələk ona GULNAR ZEYNALOVA-ya məxsus X66 tərəfijndən emissiya edilmiş 4169-7388-6396-7398 saylı bank kartı, habelə ULVİYA ALİYEVA adına X66 tərəfindən emissiya edilmiş 4169-7388-2351-7952 saylı bank kartı hesabının şəklini ona göndərmişdir. O, da 14 may 2023-cü il tarixdə 190 və 15 may 2023-cü il tarixdə 500 manat məbləğində pul vəsaitini Mələyin ona göndərmiş olduğu ULVİYA ALİYEVA adına X66 tərəfindən emissiya edilmiş 4169-7388-2351-7952 saylı bank hesabına, 14 may 2023-cü il tarixdə isə 70 və 235 manat məbləğində pul vəsaitini Mələyin ona göndərmiş olduğu GULNAR ZEYNALOVA-ya məxsus X66 tərəfindən emissiya edilmiş 4169-7388-6396-7398 saylı bank kartı hesabına göndərmişdir. Lakin Mələyə göndərmiş olduğu 11.210 manat məbləğində pul vəsaitinə görə Mələk ona heç bir avia bilet və tur paket təşkil etməmişdir. Hər dəfə Mələyə pulunu geri qaytarmasını bildirsə də, Mələk onu müxtəlif bəhanələrlə aldadıb yola vermişdir. O da bir müdətdən sonra Mələyin onun pulunu geri qaytarmaq niyyətində olmadığını görüb polisə şikayət etmək qərarına gəlmişdir. Sonradan Mələyin ondan başqa çoxlu şəxslərin də pul vəsaitini dələduzluq yolu ilə tamah məqsədi ilə ələ keçirdiyini müxtəlif sosial şəbəkərlərdə Mələk haqqında yerləşdirilmiş elanlardan öyrənmişdir. Mələyin dələduzluq əməli nəticəsində ona 11.210 manat məbləğində maddi ziyan dəymişdir (Vİİ cild, səh. 161-164). 93.Məhkəmə iclasında Zərərçəkmiş şəxs32 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sözügedən şəxs Təqsirləndirilən şəxs ilə 2022-ci ilin payızında müəllim yoldaşı Zərərçəkmiş şəxs14 vasitəsilə tanış olmuşdur. O, həmin ərəfələrdə Azərbaycandan Gürcüstana getmək üçün sərfəli qiymətə tur paketlər axtarmışdır. Sevda ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Mələyin nömrəsini göndərmiş, həmin nömrə vasitəsilə o, Mələklə əlaqə qurmuş və Mələk özünü ona “"xxxx"”-ın əməkdaşı kimi təqdim etmişdir. Mələk ona sərfəli və ucuz qiymətə tur paketlər təşkil edə biləcəyini söyləmiş, Gürcüstana tur paketin qiymətinin 230 manat təşkil edəcəyini ona bildirmişdir. Həqiqətən də Mələk özünü inandırmaq və güvən qazanmaq üçün tur paketi ona təşkil etmişdir. Həmin pul vəsaitini hansı karta ödədiyini xatırlamamışdır. 2022-ci ilin noyabr ayının 15-i Kislovodsk şəhərinə tur paket təşkil etməsi üçün yenidən Mələyə müraciət etmiş, Mələk ona “pulu göndərin, təşkil edəcəm” demişdir. Həmin tur paket üçün o, 5.350 manat pul vəsaitini oğluna məxsus kart hesabından “GULNAR ZEYNALOVA”-ya məxsus kart hesabına 1.400 və 3.950 manat olmaqla iki dəfəyə ödəmişdir. Bundan başqa Türkiyənin İstanbul şəhərinə tur paket üçün 17 noyabr 2022-ci il tarixində Mələyin ona verdiyi “GULNAR ZEYNALOVA” adına emissiya edilmiş bank kartı hesabına 2.500 manat pul vəsaitini, 3 yanvar 2023-cü il tarixində isə 750 manat pul vəsaitini, 11 yanvar 2023-cü il tarixində isə 800 manat pul vəsaitini “ABDULLA AGAZADƏ” adına emissiya edilmiş bank kartı hesabına (5239-1515-1125-3257) eManat pul köçürməsi vasitəsi ilə göndərmişdir. Bundan sonra onun qohumları (3-4 ailə) onun xaricə ucuz qiymətə tur paket aldığını öyrənib, ona müraciət edərək sərfəli qiymətə tur paketlər təşkil etməsi və Təqsirləndirilən şəxs verməsi üçün ona 25.000 manat pul vəsaiti vermişlər. Həmin pul vəsaitini Bakı şəhəri, Səbail rayonu, Sahil bağları adlanan yerdə həyat yoldaşı X13 ilə birlikdə nağd şəkildə, əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Sonra o, Mələklə əlaqə saxlamış və tur paketləri təşkil etməsini istəmişdir. Mələk hər dəfə telefonunu ya açmamış ya da açdıqda “narahat olma, göndərəcəm” demişdir. Beləcə hər dəfə vaxtı uzatmışdır. Bir neçə aydan sonra ona həmin Mələk adlı şəxsin aviaşirkət əməkdaşı olmadığı və ondan başqa şəxsləri də aldadaraq pul vəsaitlərini ələ keçirdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində ümumilikdə ona 34.400 manat maddi ziyan dəymişdir (İİİ cild, səh. 8-11). 94.Məhkəmə iclasında Zərərçəkmiş şəxs35 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, istirahət etmək üçün Türkiyə Respublikasının İstanbul, Fetye və İzmir şəhərinə getmək istəmişdir. X65 vasitəsilə tanış olduğu Mələk adlı şəxs ona ucuz qiymətə insanlara uçuş biletləri təşkil etdiyini, lazım olan məbləğ veriləcəyi təqdirdə həmin məbləğ müqabilində ona İstanbul və Fetye şəhərinə getmək və oradan qayıtmaq üçün bilet və İstanbulda onun qalmağı üçün otellə danışıb ona həmin oteldə yer təşkil edəcəyini, neçə illərdir ki, bu işlə məşğul olduğunu, çoxsaylı şəxslərə tur paketlər təşkil etdiyini bildirmişdir. O da Mələyin dediklərinə inanmışdır. Beləliklə də, o, qərara gəlmişdir ki, elə Mələyin köməkliyindən istifadə etməklə, yəni Mələk vasitəsi ilə xarici ölkəyə səyahət etsin. Mələk onun səyahət işini təşkil etmək üçün ondan 4.210 manat istəmiş, 2023-cü ildə 30 may-20 iyun aralığında “GULNAR ZEYNALOVA”-ya və başqalarına məxsus olan kartın şəklini ona göndərmiş, o da həmin karta öz kartından hissə-hisə olmaqla üç dəfəyə həmin məbləğdə pulu köçürmüşdür. Lakin sonradan o, Mələyin onu aldatdığını, ondan aldığı pulları səyahət turları təşkil etməyə yönəltmədiyini, əksinə həmin pulları şəxsi məqsədlərinə sərf etdiyini öyrənmişdir. Mələyin törətdiyi əməl nəticəsində ona 4.210 manat maddi ziyan dəymişdir (İİ cild, səh. 237-240). 95.Məhkəmə iclasında X11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sözügedən şəxs Təqsirləndirilən şəxs söhbət əsnasında ona oğlu X34 işlə təmin edə biləcəyini və xarici ölkələrə insanların işə düzəlməsini təşkil etdiyini bidirmişdir. İlk növəbədə o, Mələyə inanmamış, çünki xarici ölkələrə işə düzəlməyin o qədər də asan olmadığını bilmişdir. Lakin Mələk o qədər inandırıcı danışıb özünə ona inandırmışdır ki, o da Mələyin dediklərinə inanmışdır. Mələk işə düzəltmə işini təşkil etməsi üçün 8.000 manat lazım olduğunu ona bildirmişdir. O da o qədər pulu olmadığına görə bundan imtina etmişdir. Mələk hazırda 2.500 manat ödəməsini, pulun qalan hissəini isə sonra ödəyə biləcəyini ona bildirmişdir. Çünki onun o vaxt Mələyə vermək üçün 2.500 manatı olmuşdur. O, Mələklə razılaşmış və 2023-ci ilin sentyabr ayının dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs ilə ünvan 2 ünvanında yerləşən “Era” tədris mərkəzində görüşərək 2.500 manat məbləğində pul vəsaitini Mələyə nağd şəkildə, əlbəəl vermişdir. Lakin həmin hadisədən aylar keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs aldığı pul müqabilində onun üçün heç bir iş görməmişdir. Sonradan Mələyin onun pulunu ələ keçirmək niyyəti ilə aldığını, işə düzəltməyin bəhanə olduğunu anlamışdır. Ona görə də Təqsirləndirilən şəxs dələduzluq əməli barədə Nəsimi RPİ-nə 06 mart 2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun polis orqanına şikayət etdiyindən və həbs olacağından qorxaraq onun pulunu biraz çətin də olsa ödəmişdir. O da 24 may 2023-cü il tarixdə ərizə ilə yenidən Nəsimi RPİ-nə müraciət edərək Təqsirləndirilən şəxs dələduzluq əməli nəticəsində ona dəymiş 2.500 manat məbləğində maddi ziyanın Mələk tərəfindən ödənildiyini bildirmişdir. Lakin bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan başqa çoxlu şəxslərin də pul vəsaitini dələduzluq yolu ilə müxtəlif adlar altında ələ keçirmişdir (İX cild, səh. 11-14). 96.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sözügüdən şəxs Təqsirləndirilən şəxs atasıdır. Qızı Mələk 2020-ci ilədək bir konsaltinq şirkətində işləmişdir. Konkret olaraq Mələyin hansı vəzifədə işlədiyini bilməsə də, Mələyin ali təhsili olmamasına əsaslanaraq onun hər hansı xüsusi bilik və istedad tələb edən vəzifədə işləmədiyini bildirmişdir. Pandemiya dövründə Mələk işində narazılığını və maaşın az olduğunu bildirərək həmin şirkətdəki işindən ayrılmışdır. 2020-ci ildən sonrakı dövrdə Mələk onlarla qonşuluqda yaşayan uşaqların dərsləri ilə maraqlanmış, onlara kömək etmişdir. Yəni həmin ərəfələrdə heç bir yerdə işləməmişdir. Mələk uşaqların hazırlığı ilə də uzun müddət məşğul olmamışdır. Sonradan Mələk alver işi ilə məşğul olduğunu ailəsinə bildirmişdir. Ailəsi də Mələyin işlərinə çox qarışmamışdır. Mələk ailəsinə yaxşı pulu olacağını, bir fəaliyyət sahəsinə pul qoyub oradan əlavə qazanc götürəcəyini bildirmişdir. Bir müddət sonra o, Mələyin evdə telefonla kiminləsə mübahisə etdiyini görmüş, Mələkdən nə məsələ olduğunu soruşduqda Mələk bir neçə nəfərə borcu olduğunu, yaxın müddətdə həmin şəxslərin pulunu geri qaytaracağını ona bildirmişdir. O da Mələyə məşğul olduğu işin axırda yaxşı olmayacağını, bu işlərdən əl çəkməsini, borclu olduğu şəxslərin pulunu geri qaytarmasını bildirmişdir. Lakin sonradan ailəsi Mələyə qarşı olan şikayətlərin sayınınn getdikcə artdığını görmüşdür. Artıq iş-işdən keçmiş və Mələyin çoxlu şəxsləri dələduzluq yolu ilə aldadaraq pul vəsaitlərini ələ keçirdiyini öyrənmişdir. Ərazi polis orqanlarında Mələyi dəfələrlə zəng edib izahat verməyə çağırmışlar. Mələk ailəsinə avia bilet və tur paket işinə girdiyini, qabaqcadan avia bilet və tur paket bron edib müştərilərə satması üçün böyük məbləğdə müxtəlif şəxslərdən pul aldığını, həmin şəxslərə də əlavə qazanc verəcəyini vəd etdiyini qeyd etmişdir. Şahid5 “Mələyin dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitlərinin bir hissəsini yönləndirdiyi bank hesablarının qızınız Şahid2 adına olduğu müəyyən edilmişdir, qızınız Gülnarın Mələyin dələduzluq işləri ilə bağlı hər hansı rolu olmuşdurmu? Sualına cavab olaraq bildirmişdir ki, “Xeyr, onların ailədə yalnız Gülnarın adına bank hesabları olmuşdur deyə Mələkdə həmin kartı istifadə etmişdir, Mələk müştərilərin ora pul köçürdüyünü, bilet alış-verişi etdiyini onlara bildirmişdir, onlar da Mələyin qanuni yolla işlədiyini güman etmişlər. Lakin sonradan Mələyin barəsində şikayətlər çoxaldıqca Mələyin necə bir işlərə əl atdığını öyrənmişlər”. “Həmin kart hesabına gələn pul vəsitlərini kim nağdlaşdırırdı?” sulına cavab olaraq bildirmişdir ki, “Həmin pul vəsaitlərinin çox hissəsini Mələk özü nağdlaşdırırdı, ancaq elə vaxtlar olurdu ki, Mələk həyata keçirdiyi alverdən həmin kart hesabına gələn pul vəsaitini onun ailə üzvlərindən nağdlaşdırmağı xahiş etmişdir. Ailəsi Mələyin həqiqətən qanuni yolla bilet alış verişi etdiyini güman etmişlər. Qızı Gülnar və Ofelya da Mələyə göndərilmiş olan pul vəsaitini nağdlaşdırıb Mələyə vermişlər. Bəzi pul vəsaitlərini də o, rayonda təsərrüfat fəaliyyəti ilə məşğul olub arada bir 200-300 manat həmin karta göndərmişdir.” “Mələyin müştərilərdən bilet təşkil etmək adı ilə ələ keçirdiyi pul vəsaitlərini sizin nağdlaşdırdıınız olmuşdurmu və yaxud hər hansı müştəridən pul vəsaiti almısınızmı?” sualına cavab olaraq bildirmişdir ki, “Xeyr, o, çox vaxt evdə olmamışdır, hər dəfə müxtəlif yerlərdə fəhləliklə məşğul olmuşdur. Lakin bir dəfə Mələk ona bir müştəridən yadında qalmayan məbləğdə pul vəsaiti alıb Mələyə verməsini istəmişdir. Müştəri üçün bilet təşkil edəcəyini Mələk ona bildirmişdir. Müştəri ona pulu verən zaman demişdir ki, Mələk bilet təşkil edəcək onun puludur, o, da pulu götürüb Mələyə vermişdir. Lakin sonradan Mələyin həmin müştərini aldadıb pul vəsaitini ələ keçirəcəyini bilməzmiş. Düzdü, sonradan ona müxtəlif yerlərdən zənglər gələrək Mələk tərəfindən pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirildiyini bildirənlər olmuşdur. O, da qızını müdafiə etmək üçün Mələyin elə bir şey etmədiyini, əgər pul götürübsə yaxın zamanda geri qaytaracağını, qızını polisə şikayət etməmələrini həmin şəxslərdən xahiş etmişdir. Mələklə bu barədə əlaqə saxladıqa Mələk ona müxtəlif şəxslərə borcu olduğunu, həmin şəxslərin borcunu qaytarmaq üçün çoxlu sayda şəxslərin pul vəsaitini avia bilet və tur təşkil etmək adı ilə ələ keçirərək dələduzluq etdiyini bildirmişdir. O da Mələyə bu işlərə niyə əl atdığını, onun üçün yaxşı olmayacağını, yaxın zamanda kimdən pul alıbsa qaytarmasını bildirmişdir. Mələk isə ona zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitini borcu olduğu şəxslərə qaytardığını, bir hissəsini isə şəxsi tələbatları üçün xərclədiyini bildirmişdir. “Siz Mələyin bu cinayəti borclarını geri qaytarmaq üçün etdiyini bildirirsiniz, bəs sizcə nə üçün Mələyin müxtəlif şəxslərə borcu var idi?” sualına cavab olaraq bildirmişdir ki, “Mələk ona alver işlər ilə məşğul olmaq üçün pul qoyduğunu, lakin həmin sahədə işi alınmadığı üçün borca düşdüyünü demişdir.” “Təqsirləndirilən şəxs hər hansısa bir tur şirkətinin əməkdaşı olmuşdurmu və yaxud Mələyin həmin vəzifədə işləyən tanışı, qohumu olmuşdurmu?” sualına cavab olaraq bildirmişdir ki, “Xeyr, Mələk tur şirkəti əməkdaşı olmayıb və yaxud həmin vəzifədə işləyən hər hansı qohumu, tanışını tanımır.” “Mələyin zərərçəkmişlərdən aldığı xüsusilə külli miqdarda pul vəsaitlərini hansı istiqamətlərə xərclədiyi barədə məlumatınız varmı?” sualına cavab olaraq bildirmişdir ki, “Xeyr məlumatı yoxdur, ancaq Mələk ailəsinə həmin pul vəsaitlərini borca pul aldığı şəxslərə qaytardığını demişdir. Mələyin dələduzluq yolu ilə müxtəlif şəxslərin pul vəsaitini ələ keçirməsinə haqq qazandırmamışdır. Düzdür, qanun çərçivəsində cəzasını alacaq, lakin mümkün qədər Mələyə az cəza verilməsini xahiş etmişdir.” (Vİİİ cild, səh. 190-194). 97.Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs38 yaşadığı ünvan 13 ünvanında yerləşən evin qonşuluğunda yaşayır. Nuranə xanım ilə həm qonşu, həm də rəfiqə olaraq münasibətləri yaxşı olmuşdur. Nuranə xanım söhbət düşəndə Mələk adlı şəxs haqqında ona danışmışdır. Nuranə Mələyin insanlara avia bilet və tur paket təşkil edən şirkət əməkdaşı olduğunu ona bildirmişdir. Nuranə neçə dəfələrlə Mələyə pul verdiyini, Mələyin Nuranəyə birgə biznes fəaliyyəti ilə məşğul olmağı təklif etdiyini ona bildirmişdir. O, Mələyin Nuranəyə dediklərinə o qədər inanmışdır ki, hətta o, da bir aralar Mələyin inandırıcı sözlərinə aldanaraq Mələklə biznes fəaliyyətinə qoşulub qazanc əldə etmək istəmişdir, lakin sonralar bu niyyətindən əl çəkmişdir. 24 yanvar 2023-cü il tarixdə Nuranə xanım onu evinə dəvət edərək Mələyin gələcəyini, Nuranədən 50.000 manat məbləğində pul vəsaiti istədiyini, onun da Nuranə üçün şahid durmağını ondan istəmişdir. O da Nuranə ilə razılaşmışdır. Həqiqətən də Mələk adlı şəxs 1 saatdan sonra Nuranənin yaşadığı evə gələrək Nuranədən 50.000 manat məbləğində pul vəsaitini sayaraq almış və 10 gün ərzində əlavə 50.000 manat məbləğində Nuranəyə qazanc verəcəyini vəd etmişdir. Nuranə xanım həm də işini ehtiyatlı görərək onu şahid tutmaqdan əlavə Mələyin də razılığı ilə aralarında olan söhbəti səs yazısına almışdır. Nuranə xanım 50.000 manat məbləğində pul vəsaitini Mələyə yaşadığı evdə olarkən verdikdə o da onların yanında olmuşdur. Lakin sonradan Mələyin aldığı həmin məbləğdə pul vəsaitini Nuranəyə qaytarmadığını, Mələyin Nuranədən başqa onlarla şəxsin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyini öyrənmişdir (Vİİ cild, səh. 144-146). 98.«İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında» 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, sözügedən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs “Whatsapp” sosial şəbəkəsində Zərərçəkmiş şəxs3 göndərdiyi səs yazısını əks etdirən fayl diskə yazılmışdır. Həmin səs yazısında Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs3 1600 dollar məbləğində pul vəsaiti aldığını qeyd edir (İİ cild, səh. 187). 99.«İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında» 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, müxtəlif məzmunda olan səs yazılarını əks etdirən fayllar diskə yazılmışdır. Həmin səs yazılarının Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında “Whatsapp” sosial şəbəkəsində apardıqları danışıqlar olduğu müşahidə edilir. Səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldığı pul müqabilində zərərçəkmişin oğlunu işlə təmin edəcəyini bildirdiyi görünür (İİ cild, səh. 188). 100.«İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs12 tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında» 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, diskdə Zərərçəkmiş şəxs12 iş üzrə Təqsirləndirilən şəxs göndərdiyi ödəniş qəbzləri, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs12 göndərdiyi müxtəlif şəxslərin adına emissiya edilmiş bank kartı hesabı şəkilləri, habelə bir neçə səs yazıları vardır. Həmin ödəniş qəbzlərində müxtəlf vaxtlarda müxtəlif məbləğlərdə ödənilmiş pul vəsaitlərinin olduğu müşahidə edilir. Səs yazılarının birində Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs12 dəqiq müəyyən olunmayan məbləğdə pul vəsaitini sayaraq götürdüyü aşkar şəkildə görünür (İİ cild, səh. 189). 101.«İş materiallarına əlavə edilmiş Şahid4 tərəfindən təqdim edilmiş flashkart və diskə baxış keçirilməsi haqqında» 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, sözügedən Təqsirləndirilən şəxs avia bilet və tur paket əldə etməsi üçün iş üzrə şahid qismində dindirilmiş Ülviyyə Əliyevaya müraciət edir. Mələk Ülviyyədən müştəri qismində özü üçün avia bilet və tur paket təşkil etməsini xahiş edir. Mələk ilk başlarda aldığı biletləri özü üçün əldə etdiyini bildirdiyi görünsə də, sonradan qohum-tanışlarına, habelə müştərilərinə lazım olduğunu qeyd edərək Ülviyyə Əliyevadan avia bilet və tur paket istəyir. Mələk bilet təşkil etməsi üçün müxtəlif şəxslərə aid pasport və şəxsiyyət vəsiqələrinin şəkilini Ülviyyəyə göndərir. Ülviyyə Əliyeva bilet təşkil etməsinin müqabilində öz bank kartı hesabını Təqsirləndirilən şəxs bildirir. Bilet və tur paket üçün ödənilmiş pul vəsaitlərinə görə Ülviyyə tərəfindən hər dəfəsində bilet və tur paket təşkil edildiyi müşahidə olunur (İV cild, səh. 154). 102.«İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış keçirilməsi haqqında» 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə bir çox şəxslərlə həm SMS, həm də danışıq zəngləri ilə əlaqə saxladığı görünür. Diskin SMSlər bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixindən 16 iyul 2023-cü il tarixinə qədər olan müddətdə bir çox şəxslərlə SMS vasitəsilə yazışdığı, habelə danışıq zəngləri bölməsinə daxil olduqda müxtəlif şəxslərlə telefon danışığı etdiyi müşahidə edilir. Diskin anten çıxarışlarında müəyyən edilmiş şəxslərin siyahısı bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs əlaqə saxladığı həmin şəxslərin bəzisinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs45, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs41 Mirzani qızı, Zərərçəkmiş şəxs38, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs32, Quliyev X60, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12 olduğu müəyyən edilir (Vİ cild, səh. 41). 103.«İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında» 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskə iş üzrə Təqsirləndirilən şəxs məxsus səs yazılarının olduğu çoxlu sayda fayl əlavə edilmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs4 müraciət edərək Hakimdən müxtəlif məbləğlərdə pul vəsaiti istədiyi, həmin pul vəsaitlərini yaxın müddətlərdə geri qaytaracağını vəd etdiyi görünür (Vİ cild, səh. 239). 104.«İş materiallarına əlavə edilmiş "xxxx" ASC-dən daxil olmuş məktuba əlavə edilmiş disklərə baxış keçirilməsi haqqında» 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs adına açılmış bank hesabı aşkar edilməmişdir. Lakin təqsirləndirilən şəxsin bacısı Şahid2 adına açılmış bank hesabı mövcud olmuşdur. İstintaq materiallarından görünür ki, pul vəsaitlərinin bir qismini bacısı Şahid2 adına emissiya edilmiş bank kartı hesablarına köçürmüş və yönləndirmişdir. Diskə baxış keçirilməsi zamanı görünür ki, Şahid2 adına xx.xx.2021-ci il tarixdə açılmış AZ96AİİB410100C**********115 saylı hesaba xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək edilmiş cəmi dövriyyələrin məbləği 84,414.90 manat, son qalıq isə 0.00 manat təşkil edir. Bundan başqa, Şahid2 adına 17 oktyabr 2022-ci il tarixdə açılmış AZ11AİİB410100E**********115 saylı hesaba xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək edilmiş cəmi dövriyyələrin məbləği 176,297.37 manat, son qalıq isə 0.00 manat təşkil edir. Bundan başqa diskə daxil olan Kapital bank tərəfindən “excel” proqramında tərtib olunmuş cədvəldən görünür ki, Şahid2 adına emissiya edilən kart hesablarına həm ödəmə terminallarından və müxtəlif pul köçürmə proqramlarından, həm də bank hesablarından mədaxil edilmiş, həmin pul vəsaitləri fərqli yerlərdə nağdlaşdırılmışdır. Bundan başqa Kapital bank tərəfindən təqdim edilmiş həmin pul vəsaitlərinin nağdlaşdırıldığı görüntülərdə 416973....2776 və 416973....7390 saylı Şahid2 adına emissiya olunan plastik kart vasitəsilə edilmiş nağdlaşdırmaların böyük əksəriyyətinin Təqsirləndirilən şəxs özü, digər vəsaitlərin isə Təqsirləndirilən şəxs bacıları Şahid3 və Şahid2 tərəfindən həyata keçirildiyi görünür (Vİİ cild, səh. 5-6). 105.«İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs38 tərəfindən təqdim edilmiş flash karta baxış keçirilməsi haqqında» 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs38 iş üzrə Təqsirləndirilən şəxs ilə arasında baş tutmuş “Whatsapp” sosial şəbəkəsindəki yazışmalarını videogörüntü vasitəsilə qeyd alaraq təqdim edir. Həmin videogörüntülərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs38 əlavə qazanc verəcəyi adı altında Nuranədən müxtəlif pul vəsaitləri istəyərək birgə biznes fəaliyyəti ilə məşğul olmağı təklif etdiyi görünür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs38 müxtəlif şəxslərin adına emissiya edilmiş bank kartı şəkillərini göndərir və Nuranə də Mələyin göndərdiyi kart hesablarına müxtəlif məbləğlərdə pul vəsaitlərini köçürür. Bundan başqa Zərərçəkmiş şəxs38 həyat yoldaşı Şahid1 vasitəsilə də Təqsirləndirilən şəxs əlbəbəl, nağd şəkildə pul vəsaiti verdiyini göstərən yazışmalar olduğu müşahidə edilir. Habelə videogörüntülərdən görünür ki, 24 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs38 50.000 manat məbləğində pul vəsaiti istəyir və üzərində 50.000 manat da qazanc verəcəyini zərərçəkmiş şəxsə vəd edir. Zərərçəkmiş şəxs onunla razılaşdıqdan sonra Mələyin icazəsi ilə aralarında olan danışıqları səs yazısına alır və şahid kimi rəfiqəsini Mələyə pul verən zaman yanında olması üçün çağırır. Təqsirləndirilən şəxs 50.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs38 yaşadığı evin həyətinə gələrək sayıb zərərçəkmiş şəxsdən götürür və bir həftə-on gün ərzində üzərində 50.000 manat qazanc verəcəyini zərərçəkmiş şəxsə vəd edir. Lakin sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs38 aldığı pul vəsaitlərini geri qaytarmır və Nuranə Şəfieyava ondan narazılığını bildirərək pulunu vaxtında geri qaytarmasını tələb edir (Vİİ cild, səh. 84). 106.«İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında» 04 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, diskə iş üzrə Təqsirləndirilən şəxs məxsus səs yazılarının olduğu çoxlu sayda fayl əlavə edilmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs7 müraciət edərək ondan müxtəlif məbləğlərdə pul vəsaiti istədiyi, həmin pul vəsaitlərini yaxın müddətlərdə qaytaracağını vəd etdiyi görünür (Vİİ cild, səh. 195). 107.«Mobil telefona baxış keçirilməsi haqqında» 05 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon qara rənglidir və “Samsung” markasına məxsusdur. Telefonun kilid ekranına baxış keçirilən zaman 4 rəqəmli PİN kod təyin olunduğu görünür. Kilid ekranına “1961” parolunu yazdıqda və ekranın sağ aşağı küncündə olan “ok” işarəsinə toxunduqda telefonun ana səhifəsi açılır. Mobil telefonun “mənim fayllarım” tətbiqində “təsvirlər” olan bölməyə daxil olduqda bir neçə kateqoriyadan ibarət olan şəkillərin mövcud olduğu görünür. Həmin kateqoriyadan olan şəkillərin birinci sırada olan “X35” bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs dələduz olması və müxtəlif şəxslərin pul vəsaitlərini ələ keçirməsi ilə bağlı facebook, instagram, whatsapp sosial şəbəkəsində müxtəlif vətəndaşlar tərəfindən yerləşdirilmiş elanların və ekran görüntülərinin olması görünür. Həmin sosial şəbəkələrdə yerləşdirilmiş elanların bir neçəsində aşağıdakı kimi qeyd olunur; “Facebook” sosial şəbəkəsi **** “Bu qız dələduzdur, bunlar insanların etibarını qazanır, sonra pullarını mənimsəyir, min bir bəhanə gətirir, uzadır və yalançı vədlər verir, axırda da ödəmir. Atasıda Nazim “KİŞİ” zənglərə arada cavab verir, qızını müdafiə edir” **** “İnstagram sosial şəbəkəsi” **** “Azərbaycan Turizm Agentliyi ayıq sayıq olsun. Mələk adlı şəxs turizm şirkətlərinə zəng edir. Tanınmış adamların (Generalların....) **** “Whatsapp sosial şəbəkəsi” **** “Bu maşenniki tanıyanlar sizə indi edəcəyim səslər yazıların qurbanı olmusunuzsa atacağım yazılardan sonra şok olacaqsınız, ailə bandası atası, bacısı və arxasında kim varsa artıq polisə təhvil verirəm, mənə və dostlarıma bilet tur sataraq maşenniklik edən küçə adamlarını tanıyın və bu adamı necə olub heç kim şikayət etməyib polisə, adı Təqsirləndirilən şəxs, birazdan atasın və öz nömrəsində və səs yazılarını, kartlarını da paylaşacam indi” Telefonun “təsvirlər” bölməsinə baxışı davam etdirdikdə çoxlu sayda bank kartı, ödəniş çekləri, çoxsaylı şəxslərin şəxsiyyət vəsiqəsi və pasport şəkillərinin olduğu müşahidə edilir. Mobil telefonun “mənim fayllarım” tətbiqinin digər bölmələrinə baxış keçirildikdə “audio” bölməsində zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs pul vəsaitlərini vermələrini əks etdirən səs yazları, “sənədlər” bölməsində müxtəlif adda biletlərin olduğu müşahidə edilir. “Whatsapp Business” adlı tətbiqə baxış keçirildikdə baxış zamanı Təqsirləndirilən şəxs bir çox şəxslərlə apardığı yazışma və səs yazılarının əks olunduğu görünür. Whatsapp sosial şəbəkəsi vasitəsilə əlaqə saxlanılan əksəriyyət şəxslərin adlarının telefon yaddaşına qeyd olunmadığı, yalnız telefon nömrələrinin yazıldığı müşahidə edilir. Yazışmalarda Təqsirləndirilən şəxs qeyd edilən şəxslərdən bilet və tur paket sifarişləri aldığı, onlara bilet və tur paket təşkil etməyi söz verdiyi, bunun müqabilində onlara müxtəlif şəxslərin adına məxsus bank kartı hesablarının şəklini göndərdiyi görünür. Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə ***-***-**-** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs21 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs21 özünü tur şirkətləri ilə əlaqədə olan bir şəxs kimi təqdim etdiyi, hətta yaxın zamanda X55 işləcəyini bildirdiyi, sonuncuya səyahət turları təşkil etməyi vəd etdiyi, Zərərçəkmiş şəxs21 isə Təqsirləndirilən şəxs dediklərinə inanıb Mələkdən səyahət turları təşkil etmək istədiyi, sonda isə turların təşkil olunmadığını görüb Mələkdən narazı olduğunu, barəsində çoxlu şikayətin verildiyini Mələyə bildirdiyi görünür. “Whatsapp Business” adlı tətbiqdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs21 ilə həyata keçirdiyi yazışma və səs yazılarının bəziləri aşağıdakı kimidir; Təqsirləndirilən şəxs səs yazısı (22 mart 2023-cü il); “Yox mən mayın 25-dən demək olar ki, bütün işim dayandırılacaq. Kimin nə paket var, öz müştərilərim, hamısı da yəni, misal üçün müştərim var ki, 2024-cü ilə alıbdı, müştərim var ki, desəm bəlkə də inanmazsız 2025-ci ilə alıbdı, deyir ki, Mələk gedəcək bütün şanslar əldən çıxacaq, bütün variantlar, inşallah qismət olsa Ankarada işləyəcəm X55” Zərərçəkmiş şəxs21 cavabı; (Mələk onun adını telefonun yaddaşına “Anar müştəri” kimi qeyd edib) “heyf biz sizi daha öncə tanımamışıq, nəysə baxım sizə deyəcəm” Təqsirləndirilən şəxs səs yazısı (22 iyun 2023-cü il saat 00:04); “Az qalıb bügunə səhərə bitəcək hamısı özünüzdə bunu görəssiz” Zərərçəkmiş şəxs21 (22 iyun 2023-cü il saat 16:19); “uje səhər oldu, yenə yalan danışdız, bu qədər pul yığılıb, necə qaytaracaqsınız” Zərərçəkmiş şəxs21 (25 iyun 2023-cü il); “bu qədər insan özü onlar məndən alıb nömrəni, narazıdı, pulları alınıb turları verilməyib, mən gedib nə vicdanla dincəlim, mənə onların sizdən tur alıb-almamağının isti-soyuğu yoxdu amma adamların bütün həyatları altüst olub” Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə ***-***-**-** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs30 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs30 səyahət paketi təşkil etmək üçün 3.000 və əlavə olaraq 2.500 manat istədiyi, pulun köçürülməsi üçün sonuncuya bank kartı şəkilləri göndərdiyi, Zərərçəkmiş şəxs30 həmin kart hesablarına qeyd edilən məbləğdə pul vəsaiti köçürdüyü, Mələyin Vüqara tur paketlərin uçuşdan 2 həftə qabaq hazır olacağını bildirdiyi, lakin Mələyin söz verdiyi vaxt tamam olduqda Zərərçəkmiş şəxs30 ödəmiş olduğu pul vəsaitlərini Mələkdən geri qaytarmağını istədiyi, Mələyin pul vəsaitlərini geri qaytarmaq niyyəti olmadığını görüb Zərərçəkmiş şəxs30 Mələyi polisə şikayət edəcəyini bildirdiyi görünür. “Whatsapp Business” adlı tətbiqdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs30 ilə həyata keçirdiyi yazışma və səs yazılarının bəziləri aşağıdakı kimidir; Təqsirləndirilən şəxs (04 iyun 2023-cü il); 3.000 manat bu karta zəhmət olmasa Təqsirləndirilən şəxs (04 iyun 2023-cü il); 2.500 de bu karta zəhmət olmasa Zərərçəkmiş şəxs30 (04 iyun 2023-cü il); Bunu birinci karta göndərdim Zərərçəkmiş şəxs30 (04 iyun 2023-cü il); Bu məbləqi ikinci karta Təqsirləndirilən şəxs (04 iyun 2023-cü il); Cox saq olun düzdü Zərərçəkmiş şəxs30 (04 iyun 2023-cü il); Zəhmət olmasa kartlara çatan məbləqi mənə deyərdiz Təqsirləndirilən şəxs (04 iyun 2023-cü il); Düz catib qeti narahat olmayin Zərərçəkmiş şəxs30 (04 iyun 2023-cü il); Biletləri neçə gün qabaq göndərəceysiz? Təqsirləndirilən şəxs (04 iyun 2023-cü il) səs yazısı; uçuşdan on dörd gün qabaq göndərəcəm Zərərçəkmiş şəxs30 (04 iyun 2023-cü il); Oldu təşəkkür Zərərçəkmiş şəxs30 (08 iyul 2023-cü il); Mələk xanım artıq bir gün qaldı Təqsirləndirilən şəxs (09 iyul 2023-cü il) səs yazısı; Salam deyirəm indi sizə vəziyyəti Vüqar müəllim deyirəm indi vəziyyəti gözlüyün Zərərçəkmiş şəxs30 (11 iyul 2023-cü il); Mənnən götürülən pulu sabah saat neçədə karta göndərirsiz? Zərərçəkmiş şəxs30 (12 iyul 2023-cü il); Birinci gün pul qayıdmasa mən artığ lazım olan yerlərə müraciyət edəceyəm Zərərçəkmiş şəxs30 (12 iyul 2023-cü il); Mənə elə gəlirki 5500 manatı qaytarmağa fikriniz yoxtu heç atanızda zənglərimə cavab vermir Zərərçəkmiş şəxs30 (12 iyul 2023-cü il); Mən artığ gözləmirəm və 1-ci gün şikayət ərizəmi polis orqanlarına təqdim edəcəyəm. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +49 176 82201856 nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs24 qızı X8 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Vüsalə Əzizovaya avia bilet təşkil etmək üçün 1000 euro istədiyi, pulun köçürülməsi üçün sonuncuya Şahid3 şəxsiyyət vəsiqəsinin şəklini göndərdiyi, Vüsalənin “western union” pul köçürmə sistemi vasitəsilə həmin məbləğdə pul vəsaitini köçürdüyü, Mələyin bunun müqabilində Vüsaləyə heç bir bilet təşkil etmədiyi görünür. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 50 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs31 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs31 ilə bilet alış-verişi etdiyi, Aygünün Mələyə müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələrinin surətlərini göndərdiyi, Mələyin isə Aygünə bilet təşkil edəcəyi barədə vədlər verdiyi görünür. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 50 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs28 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs28 ilə bilet alış-verişi etdiyi, Səidin Mələyə müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələrinin surətlərini göndərdiyi, Mələyin ondan yazışmalarda dəqiq müəyyən edilməyən məbləğdə ABŞ dolları istədiyi, onunla Nizami rayonu ərazisində görüşüb pul aldığı, bilet təşkil edəcəyi barədə vədlər verdiyi görünür. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +1(519) ***- **** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs17 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs17la ilə bilet alış-verişi etdiyi, İlhamın Mələyə müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələrinin surətlərini göndərdiyi, Mələyin isə İlhama bilet təşkil edəcəyi barədə vədlər verdiyi görünür. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 50 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Quliyev X60 ilə mesajlaşmalarında Fuadın bilet təşkil etmədiyi üçün Mələkdən narazı olduğu, pulunu vermədiyi təqdirdə polisə şikayət edəcəyini bildirdiyi görünür. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 50 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs5 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 ilə bilet alış-verişi etdiyi, Kənanın Mələyə müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələrinin surətlərini göndərdiyi, Mələyin isə Kənana bilet təşkil edəcəyi barədə vədlər verdiyi görünür. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 50 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs32 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Şəhla Musatafayeva ilə bilet alış-verişi etdiyi, Şəhlanın Mələyə müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələrinin surətlərini göndərdiyi, Mələyin isə ona bilet təşkil edəcəyi barədə vədlər verdiyi görünür. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 55 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə bilet alış-verişi etdiyi, Emildən 1600 ABŞ dolları aldığı, nəticədə isə Emilə heç bir tur paket təşkil etmədiyi görünür. Həmin mesajlaşmalardan bir qismi aşağıdakı kimidir;Təqsirləndirilən şəxs: (səs yazısı) “Sabahınız xeyir, yaxşıyam, siz necəsiniz, inanın Allaha hesabat ayıdı, iyul ayı, ora-bura qaçmaqdan vaxt yoxdu, saat 12-dən sonra qəşəy otellər olacaq endirimdə, özüm bilirəm hansl otellərdi, onları da göndərəcəm sizə, saat elə bilin ki, 6-ya 7-ə qədər olacaq endirimdə verəcəm hansın istirsiz seçin” Zərərçəkmiş şəxs3: “Minnetdaram cox sagolun” Təqsirləndirilən şəxs: “Zəng edəcəm işden cıxanda sizə” Zərərçəkmiş şəxs3: “Men qorxmaga bashlayiram)” Təqsirləndirilən şəxs: “Müdür işdedi, yaxşı xəbərdi, rahat olun” Zərərçəkmiş şəxs3: “Men Size 1600 dollar verdim, vauçeri de alanda 1000 dollar vereceyem” Təqsirləndirilən şəxs: “Bilirəm 1600 dollar vermisiz, bilirəm 1000 dollar da ki, şeydə verməzsiz, vauçeri verəndə verməzsiz, uçuşdan bir gün qabaq verərəsiz” Zərərçəkmiş şəxs3: “Menim pulumu verin zehmet olmasa, ya bu gun ya sabah goturum” Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 55 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs23 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs23 ilə bilet alış-verişi etdiyi, Fəridin Mələyə müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələrinin surətlərini göndərdiyi, Mələyin isə Fəridə səyahət turları təşkil edəcəyi barədə vədlər verdiyi, nəticədə isə Mələyin Fəridə heç bir tur paket vermədiyi görünür. Həmin mesajlaşmalardan bir qismi aşağıdakı kimidir; Təqsirləndirilən şəxs: (səs yazısı) “Salam Fərid bəy necəsiniz, zəng edəcəyəm sizə, indi işə gedirəm zəng edəcəm sizə” Zərərçəkmiş şəxs23: “Sabah günortaya biletləri həll edək, alınmasa da deyin mənə işimi bilim” Zərərçəkmiş şəxs23: “Mələk xanım salam, Nə xəbər var biletdən, neçəyə qədər gözləyək, Hansı uçuşdur, Saat neçədədir?” Təqsirləndirilən şəxs: (səs yazısı) Salam necəsiniz, hə mən deyəcəm sizə birazdan hansı uçuşdu, saat neçədədi” Zərərçəkmiş şəxs23: “Mələk xanım nə xəbər, Hazırlaşsınlar ya yox?, Bir xəbər verin heç olmazsa, Ay Mələk xanım, noldu” Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 55 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs40 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs40 ilə bilet alış-verişi etdiyi, Ceyhunun Mələyə müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələrinin surətlərini göndərdiyi, Mələyin isə Ceyhuna səyahət turları təşkil edəcəyi barədə vədlər verdiyi, nəticədə isə Mələyin Ceyhuna heç bir tur paket vermədiyi görünür. Həmin mesajlaşmalardan bir qismi aşağıdakı kimidir; Təqsirləndirilən şəxs: “Bu karta 200” Təqsirləndirilən şəxs: “Qalanıda buna” Təqsirləndirilən şəxs: “2000 bu karta” Təqsirləndirilən şəxs: “1000 de buna” Təqsirləndirilən şəxs: (səs yazısı) “çatıb, çatıb çox sağolun” Zərərçəkmiş şəxs40: “Salam Mələk xanım. Necəsiniz?” Zərərçəkmiş şəxs40: “Biletdən xəbər varmı?” Zərərçəkmiş şəxs40: “Mələk xanım mənimlə əlaqə saxlayın” Zərərçəkmiş şəxs40: “Salam. Mən bilirdim ki, mənə zəng etməyəcəksən. Ancaq səni xəbərdar etməyimi özümə borc bildim. Deməli mənə olan borcları xatırladım. Misir turu 3000 AZN, xalamgilin istanbul biletləri – 1300 AZN və İş yoldaşım Qaraşın (sənin yerlin) Antalya turu -2700 AZN. Cəmi 7000 AZN. Mən sənə demişdim ki, mən hər şeydən keçərəm, bircə mənim hörmətim zədələnməsin. Sən isə məni çoox biabr etdin və yalançı etdin. Şükür Allaha ki, Duja turu alınmadı. Deməli mənə səs atdın ki, iyulun 2-si pulu qaytaracaqsan. Səni əmin edirəm ki, əgər pulu qaytarmasan hüquqi yola baş vuracam” Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 55 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs12 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs12 ilə bilet alış-verişi etdiyi, Muratın Mələyə müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələrinin surətlərini göndərdiyi, Mələyin isə Zərərçəkmiş şəxs12 bilet və səyahət turları təşkil edəcəyi barədə vədlər verdiyi, nəticədə isə Mələyin Zərərçəkmiş şəxs12 heç bir bilet və tur paket vermədiyi görünür. Həmin mesajlaşmalardan bir qismi aşağıdakı kimidir; Zərərçəkmiş şəxs12: “Sen fırıldak san, Yekə qızsan” Təqsirləndirilən şəxs: “Ay doktor vururam yarım saata” Zərərçəkmiş şəxs12: “Beyagda ele dedin” Təqsirləndirilən şəxs: “Vururam” Zərərçəkmiş şəxs12: “dünəndən elə deyirsən, Ne demek istəyirsən fikrini de, Bilim, Ona göre de işimi bilim” Təqsirləndirilən şəxs: “Hecnə demirem” Təqsirləndirilən şəxs: “işde otaqdayam” Zərərçəkmiş şəxs12: “Eseb gecirirem” Təqsirləndirilən şəxs: “Müdür catsin götürüb vururam” Zərərçəkmiş şəxs12: “Bax bala mən sana son isanlığımı eledim, Gözlettim insanları dedimki söz verdi gelecek özün menden xahiş eledin, yalvardın. Dedinki şikayet etmesin vaxt versin gelecem pulu verecem 2000 m. Galaninda hafta sonuna kadar odeyecem. Ne gelmedin. Nede pul vermedin. X42 gelecem. Günorta dedinki axşam gelecem. Yinede gelmedin. Nedeki səni yığıram goturmursen. Yazıram oxumursan. Yani bu hereketinle demek isteyirsen ki. Saymiram vermirem elemirem. Elemi??" Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 55 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs26 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs26la ilə bilet alış-verişi etdiyi, Zaurun Mələyin göndərdiyi müxtəlif bank kartı hesablarına ödənişlər etdiyi, Mələyin isə Zaura bilet təşkil edəcəyi barədə vədlər verdiyi, nəticədə isə Mələyin Zərərçəkmiş şəxs26 heç bir bilet vermədiyi görünür. Həmin mesajlaşmalardan bir qismi aşağıdakı kimidir; Təqsirləndirilən şəxs: “500 bu karta zəhmət olmasa” Təqsirləndirilən şəxs: “500 də bu karta” Təqsirləndirilən şəxs: “2460 manat pul alacam sizdən” Təqsirləndirilən şəxs: “Buna 600 vurun zəhmət olmasa” Təqsirləndirilən şəxs: “400 də buna” Zərərçəkmiş şəxs26: “Melek xanım gelin aciq danisaq. Hami sizi axtarir men il boyu pulu toplayiram usaqlarimla gezmeye gedim. Men usaqima söz vermisem ki onu piramidaya aparacam ve o bunu hesretle gozleyir. Sizden xahis edirem menim pulu qaytarin. Yoxsa men usaqin uzune baxa bilmerem” Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 51 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs7 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 ilə bilet alış-verişi etdiyi, ondan çox saylı müxtəlif məbləğlərdə pul vəsaitləri aldığı, Natəvanın Mələyə bilet təşkil etməsi üçün müxtəlif insanların şəxsiyyət vəsiqələrinin surətini göndərdiyi, pulunu Mələkdən geri qaytarmasını dəfələrlə tələb etdiyi görünür. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 51 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs9 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 ilə bilet alış-verişi etdiyi, Arazdan müxtəlif məbləğlərdə pul vəsaitləri aldığı, Araz üçün xarici ökəyə bilet təşkil edəcəyini vəd verdiyi görünür. Həmin mesajlaşmalardan bir qismi aşağıdakı kimidir; Təqsirləndirilən şəxs: “Kart gönderirəm ödenişo ora gönderin” Zərərçəkmiş şəxs9: “ Tmm, Gonderin” Zərərçəkmiş şəxs9: (400 AZN ödəniş qəbzinin şəkili) “Buyurun” Təqsirləndirilən şəxs: “Cox saq olun” Zərərçəkmiş şəxs9: “Salam Melek x, necesiz?, bugün demishdiz biletleri.” Zərərçəkmiş şəxs9: “Ele salmisiz ya usaq basi alladirsiz?, Size deyirem ki mene deqiq vaxt deyin bileti ne vaxt vere bilersiz, duz 1 hefteki ki ele bugun saba 2 gun sora 1 saat sora eve chatim sonra zad deyib kecishdirirsiz” Zərərçəkmiş şəxs9: “Bu gun uje axrinci gundu menim sebrim tukendi day, mene location gonder men gelib ozum mudiriyetindi kimdi uje danishmah istyrem gorum ne meseledi ushag yoxdu qarshinda” Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 55 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs18 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Sədiqə ilə bilet alış-verişi etdiyi, Sədiqədən çox saylı müxtəlif məbləğlərdə pul vəsaitləri aldığı, Sədiqənin Mələyə bilet təşkil etməsi üçün müxtəlif insanların şəxsiyyət vəsiqələrinin surətini göndərdiyi, pulunu Mələkdən geri qaytarmasını tələb etdiyi görünür. Həmin mesajlaşmalardan bir qismi aşağıdakı kimidir; Təqsirləndirilən şəxs: “Bu karta 1200 manat” Təqsirləndirilən şəxs: “Qalanıda bu karta zəhmət olmasa” Təqsirləndirilən şəxs: “1300 manat ülviyənin kartına” Təqsirləndirilən şəxs: “Qalanında Gülnarın kartina” Zərərçəkmiş şəxs18: “Yaxsi” Zərərçəkmiş şəxs18: (ödəniş qəbzlərinin şəkilləri) Təqsirləndirilən şəxs: “Cox saq olun” Zərərçəkmiş şəxs18: “Buyurun” Zərərçəkmiş şəxs18: “Melek x. 1 hefte demisdiz 3 gun qalib hele xeber yoxdur amma” Təqsirləndirilən şəxs: “Zəng edəcəm sizə iclasdayam” Zərərçəkmiş şəxs18: “Men size guvenib 3800 azn vermisem axsam 12 ye qeder gonderirsizse biletleri biz haziriq getmeye yox eger deyirsizse alinmir odenisi edersiz zehmet olmasa.” Təqsirləndirilən şəxs: (səs yazısı) “Salam, salam, mən sizə dedim də ödənişlər geri qayıdacaqdı, hamısı ödənişlər” Zərərçəkmiş şəxs18: “Siz sadece meni oyaladiz bele cixirki bir deyirsiniz ki gonderecem sizi soz verirem flan indide bele deyirsiz” Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 55 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs25 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs25 ilə bilet alış-verişi etdiyi, ondan çox saylı müxtəlif məbləğlərdə pul vəsaitləri aldığı, Azərin Mələyə bilet təşkil etməsi üçün müxtəlif insanların şəxsiyyət vəsiqələrinin surətini göndərdiyi, nəticədə Mələyin Azərə vəd verdiyi biletləri təşkil etmədiyi görünür. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 70 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs35 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs35 ilə bilet alış-verişi etdiyi, Ramindən çox saylı müxtəlif məbləğlərdə pul vəsaitləri aldığı, Raminə bilet təşkil edəcəyini vəd verdiyi, Raminin Mələyə bilet təşkil etməsi üçün müxtəlif insanların şəxsiyyət vəsiqələrinin surətini göndərdiyi, nəticədə Mələyin Raminə vəd verdiyi biletləri təşkil etmədiyi görünür. Həmin mesajlaşmalardan bir qismi aşağıdakı kimidir; Təqsirləndirilən şəxs: “Zəhmət olmasa ödenişi ora gönderin” Təqsirləndirilən şəxs: “300 bu karta” Təqsirləndirilən şəxs: “Qalanıda bu karta” Zərərçəkmiş şəxs35: (ödəniş qəbzlərinin şəkilləri) Təqsirləndirilən şəxs: “Cox saq olun” Zərərçəkmiş şəxs35: “Melek xanım, Biletler hazır mı axşam oldu?” Zərərçəkmiş şəxs35: “4210 manat Neçə deqeye atarsız” (bank kartı hesabı şəkili) Zərərçəkmiş şəxs35: “Bloka atmısız meni” Zərərçəkmiş şəxs35: “Sizi gözleyirem cavab verin” Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 70 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs8 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs8 bilet təşkil edəcəyini vəd verib ona heç bir bilet təşkil etmədiyi görünür. Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 50 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 ilə mesajlaşmalarında Bəylərin Təqsirləndirilən şəxs bilet təşkil etməsindən narazı olduğu, Mələyə ödədiyi 3000 manat məbləğində pul vəsaitini geri qaytarmasını Mələkdən istədiyi görünür. Həmin mesajlaşmalardan bir qismi aşağıdakı kimidir; Təqsirləndirilən şəxs: “Salam, kimdi” Zərərçəkmiş şəxs6: “Bəylər” Təqsirləndirilən şəxs: “Hə sizin ödenişi ödeyecək, 2500 manatdı” Zərərçəkmiş şəxs6: “Yooo 3000 manatdır” Təqsirləndirilən şəxs: “500 manat bilet üçün 500” Zərərçəkmiş şəxs6: “İstəmirik bileti” Təqsirləndirilən şəxs: “elə şey olar” Zərərçəkmiş şəxs6: “Bu gün 13:00 son vaxt.” Təqsirləndirilən şəxs: “Axi Teranə xanım dedi isteyirik” Zərərçəkmiş şəxs6: “Sizə üç ay ələ salmaq olur??” Zərərçəkmiş şəxs6:”İndi istəmir, Mən onunn cəriməsini cibimnın ödədim sahənizdə” Təqsirləndirilən şəxs: “niyə, bileti verirdimde” Zərərçəkmiş şəxs6: “Hani ?” Zərərçəkmiş şəxs6: “?” Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 50 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs41 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs41 bilet təşkil edəcəyini vəd verib Sevdaya heç bir bilet təşkil etmədiyi, Sevdanın isə Mələyə göndərdiyi səs yazılarında Mələkdən narazı olduğu görünür. Həmin mesajlaşmalardan bir qismi aşağıdakı kimidir; Zərərçəkmiş şəxs41: (səs yazısı 02 may 2023-cü il) “Mələk xanım axşamınız xeyir, yenə bizim işdən bir xəbər çıxmadı?, uje vallah mənim o neçə illik padruqam, padruqalarımı pozulacaq, zəng eliyirlər mənə uje, deyir biz pulu ödəyəndə bizə dediniz ki, 3-4 gün 1 həftə ərzində veriləcək hər şey, heç nə yoxdu gör uje neçə ay keçibdi, yəni siz bizə konkret bir vaxt deyərdiz onda ki, filan vaxt verəcəm, biz də onda düşünərdik ki, pulu onda ödəyək ya ödəməyək, bilirsiz belə mən pis vəziyyətdə qaldıme, o insanları siz tanımırsız, onlar məndən soruşur, mən də məcburam sizdən soruşum, biz də tez-tələsik ödədik hamısını, indi iş belə uzandı, məndə vallah heç bilmirəm onlara nə cavab verim” Təqsirləndirilən şəxs: (səs yazısı) “Salam Sevda müəllimə, necəsiz, Sevda müəllimə bir saata sizə zəng edəcəm” Bundan başqa Təqsirləndirilən şəxs “Whatsapp Business” adlı tətbiqdə +994 70 ***-**- ** nömrəli mobil telefon nömrəsini işlədən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs38 ilə mesajlaşmalarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs38 ilə bilet alış-verişi etdiyi, əlavə qazanc verəcəyi ilə bağlı ondan kiçik və böyük məbləğlərdə Nuranədən pul vəsaiti aldığı, nəticədə Zərərçəkmiş şəxs38 Mələyə vermiş olduğu pul vəsaitləri geri qaytarmadığına görə Mələkdən narazı olduğu görünür. Bundan başqa mobil telefonun “Telefon” tətbiqinin “Sonuncular” bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış əksər şəxslərlə müxtəlif zaman kəsiklərində telefon əlaqəsi saxladığı görünür. Bundan başqa mobil telefonun “Mesajlar” tətbiqinin “Söhbətlər” bölməsinə daxil olduqda Təqsirləndirilən şəxs müxtəlif şəxslərin ismarıc göndərdikləri, həmin şəxslərin ismarıclarda Təqsirləndirilən şəxs pullarını tələb etdikləri, əks təqdirdə polisə şikayət edəcəklərini bildirdikləri görünür (Vİİ cild, səh. 204-213). 107.«Baxış keçirilməsi barədə» 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs46 təqdim etdiyi CD diskə baxış zamanı səs yazıları yazılarından bəzilərinin aşağıdakı məzmunda olması müəyyən edilmişdir: Mələk: Rübabə xanım necəsiz, 1-ci gün SMS-də gələcəy, zəngdə gələcəy, olmasa mən sizin ödənişin hamısını özüm ödəyəcəm. Mələk: Salam Rübabə xanım necəsiz, mən sizə bu günləri deyəcəm, çətindi, olduolmadı mən 1500 manatı platit edərəm, 100 manat faizi var 1600, ondan narahat olma, qoyun işiniz düzəlsin. Mələk: Salam axşam göndər kartı, çeki də atacam. Mələk: Rübabə 1 saata yığıram, qurban olum. Mələk: Salam Rübabə xanım, gördüm atmısız, axşama həll edəcəm. Mələk: Axşamın xeyir, Rübabə xanım, mən danışmışam, sabah 12-1 arası görüşək, siz tərəfdə, stansiya tərəfdə görüşək. Mələk: Salam Rübabə xanım necəsiz, danışdım ayın 16-sı verəcək. Mələk: Mələk xanım, salam, bu gün 16-dır, demişdin pulu göndərəcəm, hələ xəbər yoxdur səndən. Mələk: Dedimdə Rübabə xanım 4-cü gün həll edəcəm axşam. Mələk: Rübabə xanım salam, axşama həll olunacaq, sizə də zəng edəcəm (Vİİİ cild, səh. 228). 108.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 14 noyabr 2023-cü il tarixli, 17987 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (Vİİİ cild, səh. 184). 109.Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən daxil olmuş 13 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi (əmək münasibətləri) mövcud olmamışdır (İX cild, səh. 34). 110.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, öz xüsusiyyətinə, əlamətlərinə, mənşəyinə və üzərində hadisənin izləri saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən zərərçəkmiş şəxslərin təqdim etdiyi 6 ədəd disk və 1 ədəd flashkart, şahid Ülviyyə Əliyevanın təqdim etdiyi 01 ədəd disk və 01 ədəd flashkart, X66 və Azercall Telekom MMC tərəfindən təqdim olunmuş 03 ədəd disk, ümumilikdə 10 ədəd disk və 2 ədəd flashkart, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut hesab edilmiş, mobil telefon Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, disklər və flashkartlar isə cinayət işi materiallarına əlavə edilmişdir (İX cild, səh. 46-100). 111.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 205). 112.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 4(005)- 1080/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində barəsində 17 iyul 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İİ cild, səh. 182-186). 113.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİİ cild, səh. 214, İV cild, səh. 140, Vİİİ cild, səh. 26). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 114.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 115.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 116.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 117.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 178.3.2ci maddəsinə tövsif edilməlidir.

118. Belə ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. 119.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 178.4-cü maddəsi ilə ittiham vermişdir. 120.İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlməyə əsas vermir. 121.“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ciil tarixli Qərarında göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. 122.İşin halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs özünü turizm şirkəti əməkdaşı kimi təqdim edərək birgə biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs38 və Zərərçəkmiş şəxs45 qarşı dələduzluq cinayət əməlini vahid niyyətlə əhatə olunan qəsdlə törətməmiş, hər dəfə müstəqil yaranmış niyyətlə həmin zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayət əməlini törətmişdir 123.Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona verilmiş ittihamda qeyd olunduğu kimi göstərilən zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayət əməlini vahid niyyətlə əhatə olunan qəsdlə deyil, hər dəfə müstəqil yaranmış niyyətlə törətmişdir. 124.Bundan başqa, Təqsirləndirilən şəxs özünü turizm şirkəti əməkdaşı kimi təqdim edərək avia bilet və tur paket təşkil etmək adı ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs39, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs44 və Zərərçəkmiş şəxs31 qarşı dələduzluq cinayət əməlini vahid niyyətlə əhatə olunan qəsdlə törətmişdir. 125.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 126.Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. 127.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunan normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 128.Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir 129.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 130.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. 131.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. 132.Məhkəmə tərkibi yuxarıda sadalanan mübahisəsiz sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətmişdir. 133.Belə ki, avia bilet və tur paket təşkil etmək adı ilə 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri və Respublikanın digər rayonlarından müxtəlif ünvanlardan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 4.850 manat, Zərərçəkmiş şəxs3 həmin dövrün məzənnəsi ilə 2.720 manat olan 1.600 ABŞ dolları, Zərərçəkmiş şəxs5 6.200 manat, Zərərçəkmiş şəxs6 3.000 manat, Zərərçəkmiş şəxs8 2.280 manat, Zərərçəkmiş şəxs9 1.080 manat, Zərərçəkmiş şəxs10 3.100 manat, Zərərçəkmiş şəxs11 2.000 manat, Zərərçəkmiş şəxs12 16.500 manat, Zərərçəkmiş şəxs13 5.973 manat, Zərərçəkmiş şəxs14 17.000 manat, Zərərçəkmiş şəxs15 2.600 manat, Zərərçəkmiş şəxs16 3.000 manat, Zərərçəkmiş şəxs17 2.000 manat, Zərərçəkmiş şəxs18 3.800 manat, Zərərçəkmiş şəxs19 5.000 manat, Zərərçəkmiş şəxs20 3.500 manat, Zərərçəkmiş şəxs21 3.500 manat, Zərərçəkmiş şəxs22 4.600 manat, Zərərçəkmiş şəxs23 4.340 manat, Zərərçəkmiş şəxs24 həmin dövrün məzənnəsi ilə 2010.51 manat olan 1.086 avro, Zərərçəkmiş şəxs25 3.870 manat, Zərərçəkmiş şəxs26 2.400 manat, Zərərçəkmiş şəxs27 6.200 manat, Zərərçəkmiş şəxs28 11.210 manat, Zərərçəkmiş şəxs29 3.100 manat, Zərərçəkmiş şəxs30 5.500 manat, Zərərçəkmiş şəxs32 34.400 manat, Zərərçəkmiş şəxs33 8.000 manat, Zərərçəkmiş şəxs34 4.250 manat, Zərərçəkmiş şəxs35 4.210 manat, Zərərçəkmiş şəxs36 3.560 manat, Zərərçəkmiş şəxs37 4.170 manat, Zərərçəkmiş şəxs39 1.040 manat, Zərərçəkmiş şəxs40 4.400 manat, Zərərçəkmiş şəxs41 2.760 manat, Zərərçəkmiş şəxs43 2.700 manat, Zərərçəkmiş şəxs44 1.700 manat, eləcə də Zərərçəkmiş şəxs31 sonuncu dəfə 08 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 183 ünvanında nağd şəkildə, əlbəəl verdiyi 480 manat da daxil olmaqla 2000 manat məbləğində, ümumilikdə 204.523,51 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir 134.Bundan başqa, Təqsirləndirilən şəxs özünü turizm şirkəti əməkdaşı kimi təqdim edərək birgə biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə Zərərçəkmiş şəxs4 80.000 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. 135.Bundan başqa, Təqsirləndirilən şəxs özünü turizm şirkəti əməkdaşı kimi təqdim edərək birgə biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə Zərərçəkmiş şəxs7 116.000 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. 136.Bundan başqa, Təqsirləndirilən şəxs özünü turizm şirkəti əməkdaşı kimi təqdim edərək birgə biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə Zərərçəkmiş şəxs38 159.855 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. 137.Bundan başqa, Təqsirləndirilən şəxs özünü turizm şirkəti əməkdaşı kimi təqdim edərək birgə biznes fəaliyyəti ilə məşğul olmaq adı ilə Zərərçəkmiş şəxs45 həmin dövrün məzənnəsi ilə 15.062 manat olan 8.860 ABŞ dolları məbləğində pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. 138.Bundan başqa, Təqsirləndirilən şəxs X11 etibarından-sui-istifadə edib sonuncunu övladı X38 Federativ Respublikasında işə qəbul edilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldatmaqla Olqa Yolçuyevadan 2022-ci ilin sentyabr ayında, istintaqla müəyyən edilməyən tarixdə ünvan 2 ünvanında yerləşən “Era” tədris mərkəzində 2.500 manat pul vəsaitini alıb ələ keçirməklə zərərçəkmiş şəxsə 2.500 manat məbləğində maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. 139.Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs46 ona verilən əlillik təqaüdünün bərpa olunmasına dair yalan məlumatlar verib aldadaraq həmin işin görülməsi müqabilində 22 oktyabr 2022-ci il tarixdə, saat 18:18-də Şahid2 adına "xxxx" ASC tərəfindən emissiya edilmiş 4169-7385-1534- 2776 nömrəli hesab kartına "xxxx" ASC-nin Sumqayıt şəhəri, H.Əliyev prospekti, 17-ci məhəllə ərazisində yerləşən Qubadlı filialında quraşdırılmış terminal vasitəsi ilə göndərilmiş 1600 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs46 ümumilikdə 1600 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. 140.Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunu övladı Anar Abdıyevin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə qəbul edilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs2 27 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisinin qarşısında 14.000 manat pul vəsaitini alıb ələ keçirməklə zərər çəkmiş şəxsə xeyli miqdarda, yəni 14.000 manat məbləğində maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. 141.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 142.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 143.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88-90, xx.xx.2009 və Rowe və X18rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 144.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, təqiq edilmiş istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 145.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 146.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməlidir. 147.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 148.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 149.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 150.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 151.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 152.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 153.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 154.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 155.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 156.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 157.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 158.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 159.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 160.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 17 iyul 2023-cü il tarixdən hesablanmalıdır. 161.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 162.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır.

163. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 164.Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 165.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 166.Həmin Məcəllənin 1096.1-ci maddəsnə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 167.Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 168.Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 169.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 170.İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs30 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs30 xeyrinə 5500 manat pulun və mülki iddia ərizəsinin təqdim edilməsi üçün ödənilmiş 75 manat rüsumun əvəzinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 171.Məhkəmə iddia tələbində qeyd edilən 5500 manat maddi ziyana münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı mülki iddiaçıya qeyd edilən məbləğdə ziyanın vurulması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməli və qeyd edilən 5500 manat maddi ziyan, eyni zamanda mülki iddiaçı tərəfindən ödənilmiş 75 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs30 xeyrinə tutulmalıdır. 172.İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı X28 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı zərərçəkmiş şəxs X14 xeyrinə 16.671 manat pulun və ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qəbul edilməsini xahiş etmişdir. 173.Məhkəmə iddia tələbində qeyd edilən 16.671 manat maddi ziyana münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən həmin epizod üzrə ümumilikdə 16500 manat məbləğində ziyanın vurulması öz təsdiqini tapmışdır. Belə olan halda, zərərçəkmiş şəxs və mülki iddiaçı X14 iddia tələbi qismən təmin edilməli və 16.500 manat maddi ziyan, eyni zamanda mülki iddiaçı tərəfindən ödənilmiş 140 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs, iddiaçı X14 xeyrinə tutulmalıdır. 174.İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs38 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurduğu 159.855 manat məbləğdə maddi ziyanın tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 175.Məhkəmə iddia tələbində qeyd edilən 159.855 manat maddi ziyana münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı mülki iddiaçıya qeyd edilən məbləğdə ziyanın vurulması öz təsdiqini tapdığından iddia tələbi təmin edilməli və qeyd edilən 159.855 manat maddi ziyan, eyni zamanda mülki iddiaçı tərəfindən ödənilmiş 449.86 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs, iddiaçı Zərərçəkmiş şəxs38 xeyrinə tutulmalıdır. 176.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6 və 353.4.11-ci maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 07 ədəd diskin və 02 ədəd flashkartın, X66 və Azercall Telekom MMC-dən daxil olmuş 03 ədəd diskin, ümumilikdə 10 ədəd diskin və 02 ədəd flashkartın cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 177.İş üzrə ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 178.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı - 17 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs30 mülki iddiası təmin edilsin, 5500 manat maddi ziyan və 75 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs30 ödənilsin. Mülki iddiaçı X14 mülki iddiası qismən təmin edilsin, 16.500 manat maddi ziyan və 140 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq X19 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs38 mülki iddiası təmin edilsin, 159.855 manat maddi ziyan və 449.86 manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs38 ödənilsin. Maddi sübutlar - iş materiallarında olan 07 ədəd disk və 02 ədəd flashkart, X66 və Azercall Telekom MMC-dən daxil olmuş 03 ədəd disk, ümumilikdə 10 ədəd disk və 02 ədəd flashkart cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar