Məhkəmə qərarları › İş №1(101)-1831/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1831/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1831/2023 11.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küşəsi ev 25-də fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni ümumi çəkisi 3,199 qram olan narkotik vasitə heroini 27 mart 2023-ci il tarixdə Bakı şəhər, Suraxanı rayonu ərazisindən istintaqa məlum olmayan şəxsdən 20 manata qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və 28 mart 2023-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küşəsi, yaşadığı evin yaxınlığında Xəzər RPl-nin 3cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq Xəzər RPl-nin 3-cü PŞ-nə gətirilmiş və PŞ-də üzərində videoçəkiliş tətbiq edilməklə şəxsi axtarış aparılan zaman, onun əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 3,199 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham olunmağı ədalətsizdir. İttiham aktında qeyd olunan külli miqdarda narkotik vasitə ona aid deyil. O, polis əməkdaşları tərəfindən evdə saxlanılmışdır. Narkotik istifadəçisi olmuş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun üzərində heç bir baxış keçirmədən, təzyiq göstərərək narkotik vasitələrini videoçəkilişdə öz məhsulu kimi göstərməyə məcbur etdilər. Dəfələrlə məhkum olunmuşdur. Əvvəlki məhkumluqlarını çəzaçəkmə müəssisəsində çəkmişdir. O, polis idarəsində təzyiqə məruz qalmış, bu səbəbdən də narkotik vasitələrin olduğunu qəbul etmişdir. Günlərlə narkotik vasitə istifadə etmir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Latın əlifbası ilə sərbəst oxumağı və yazmağı bacarır. O, narkotik vasitədədən təxminən 5 ilə yaxındır ki, inneksiya yolu ilə istifadə edir. xx.xx.2023-ci il yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona özünü təqdim etməyi demişlər. Təqdim etdikdən Sonra onu şübhəli şəxs kimi Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmişlər. Polis şöbəsində olan zaman ona polis əməkdaşları üzərinə baxış keçirilməsi zərurəti olduğunu demişlər. Sonra isə ona hüquqlarının müdafəsi üçün Xəzər rayon ərazisində fəaliyyət göstərən vəkil X10 dəvət edilmişdir. Onun üzərinə baxış keçirlməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Sonra isə ona polis əməkdaşları təklif etmişlər ki, üzərində qanuna zid əşya və ya predmet varsa çıxarıb masanın üzərinə qoysun. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd şəffav sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Sorğu sual zamanı o, polis əməkdaşlarına bildirmiş ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonundan üzdən tanıdığı, lakin adını bilmədiyim şəxsdən xx.xx.2023-ci il tarixdə 20 manat ödəməklə almış ki, özü istifadə etsin. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin (kakos) polis əməkdaşları tərəfindən protokol tərtib edilərək qablaşdırılıb götürüldü və müvafiq sənədləşdirilmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanmışdır.. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq niyyəti olmamışdır. Ona mobil telefonun harda olması və ya telefon istifadə etməsi barədə sual verdikdə o bildirmidşirki, onun istifadəsində mobil telefon heç bir zaman olmamışdır. Şahid1 ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxsi xidməti vəzifəsi ilə əlaqədar olaraq tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Xəzər rayon Polis idarəsinin 3-cü polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi ilə bağlı daxil olan məlumat əsasında əməliyyat qrupları təqsirləndirilən şəxsi Binə qəsəbəsində saxlamışdır. Video çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən sellofan bükümdə narkotik vasitə aşkar edilmiş və o, həmin narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayorudur. Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi vəzifəsində xidmət aparan polis mayor Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs Narkotik vasitələrnin və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2023-ci il tarixdə təxminən saat 12-də Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik vasitə və psixotrp maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 3-cü PŞ-nə getmişdir. Polis Şöbəsində təhqiqatçı tərəfindən ona dövlət tərəfindən öz istəyi ilə X3 hüquqlarını müdafiyə etməsi üçün ona təqdim edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşduqda o, əynində olan qara rəngli şalvarın sağ cibindən içərisində Narkotik vasitə heroin olan 01 ədəd şəffaf selofana bükülmüş kütləni masanın üzərinə qoymuş, büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə Surxanı rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını və satmaq niyyətinin olmamasını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, sonra protokol və zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şahid X7 ifadələrində göstərdi ki, Bakı şəhəri, Xəzər RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs Bakı şəhər ərazisində qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə etməsi və daşıması barədə dəfələrlə anonim mənbədən məlumat daxil olurdu. Məlumutın yoxlanılması üçün əməliyyət qrupu yaradıldı. 07 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində təxminən saat 17:30-da Təqsirləndirilən şəxs Xəzər qəsəbəsi, Ramazanov küçəsi ev 90-da sazlanıb 43-cü PB-nə gətirildi. Bölmədə onun üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın cibindən üç ədəd sellefona büküm çıxarıb təqdim etdi. Məzahirdən bükümlərin içərsində nə olduğu soruşulduqda o, həmin bükülülərdə patı adlanan metamfetamin olduğunu, patını tanmadığı şəxsdən 20 manata aldığını dedi. Məzahirə heç bir fiziki və psixi təzyiq göstərilməyib. Üzərinə şəxsi axtarış video çəkiliş vasitəsilə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı o da iştirak etmişdir. Məzahir də səhətindən şikayət etməyib. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış 28 mart 2023-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokola əlavə olunmuş rəqəmsal vidio diskə «DVD» baxış protokolundan həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarın sağ cibindən şəfaf rəngli sellofana bükülmüş açıq qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddəni aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəməkimyəvi ekspertizasının 29 mart 2023-ci il tarixli, 6/1774 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “Azərbaycan Respublikası DİN Zərflər üçün 157N°”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisiləri 3.199 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi ilkin çəkisi 3,199 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq çəkisi 3,099 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan psixotrop maddənin ona aidiyyəti yoxdur, o, ibtidai istintaq zamanı etirafedici ifadələr verməsinin səbəbi kimi polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalmasını göstərdi. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən həmin ifadələri təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 onun ifadələrinində göstərilən halları təkzib etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. O isə bunu etmədi və həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, biləbilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmənin qənaətinə görə bu hallar özlüyündə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi halları inkar edir. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri əsas götürür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyinin, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili X4 tərəfindən hüquqi yardım göstərilməsi və buna görə ona 30 (otuz) manat, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) saat hüquqi yardım göstərilməsi və buna görə ona 240 (iki yüz qırx) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmələrdən azad olunmasını əsaslı sayır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81 (səksən bir) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb ekspertiza tədqiqatından sonra qalıq qalmış, saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza təqdiqatından sonra qalıq qalmış, ümumi çəkisi 3,099 qram olan psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə AR CMnin 234.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, 13 iyul 2022ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 05 noyabr 2021-ci il tarixli aministiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmışdır. Məhkumluğu ödənilməmişdir. O, hazırkı əməli məhkumluğu olduğu dövrdə törətmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs məhkum olunması onun əməlində cinayətlərin residivini yaradır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 28 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 29 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi Azərbaycan Respublikası CM- nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edildi. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi himayəsində azyaşlı övladının olması və ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini, həmçinin əməlində cinayətlərin residivi olduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının 17 may 2023-ci il tarixli, 2986 nömrəli rəyindən görünür ki, Müayinə olunan Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 81 (səksən bir) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri şəhəri 08 saylı Vəkil bürosunun vəkili X2 ödənilməsi üçün 30 (otuz) manat, məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 240 ( iki yüz qırx) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçilərə ödənilən məbləğləri ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 81 (səksən bir) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ümumi ilkin çəkisi 3,199 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 3,099 qram sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Bir ədəd rəqəmsal video disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar