Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1832/2024 29.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X11 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, tərcüməçi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Hazrat Alinin, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı ildə Əfqanıstan İslam Respublikasının Kunduz şəhərində doğulmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Əfqanıstan İslam Respublikasının Kunduz şəhəri, İmam Sahib küçəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Hazrat Alinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Hazrat Ali qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq hərəkətləri etmiş, lakin iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmişdir. Belə ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Hazrat Ali ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə 05 may 2023-cü il tarixdə X2 Azərbaycan Respublikasına gələrək Bakı şəhərində yaşadığı müddətdə İsrail Respublikasının Azərbaycandakı Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyən etməklə səfirliyin binasının ətrafındakı ərazinin müşahidəsini aparmış, səfirliyə qarşı terror aktı törətmək məqsədi ilə maliyyə dəstəyi, əlavə şəxslərin cəlb edilməsi, odlu silah və partlayıcı maddələrin tapılması istiqamətində qeyriləri ilə əlaqəyə girərək sövdələşmiş, 16 iyun 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən İsrail Respublikasının Azərbaycandakı Səfirliyinin ərazisinin növbəti dəfə müşahidəsini apararkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Hazrat Ali Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 1990-cı ildə Əfqanıstan İslam Respublikasının Kunduz vilayətində anadan olmuş, 2000-ci ildə Əfqanıstan İslam Respublikasında baş verən daxili müharibələr səbəbindən ailəsi ilə birlikdə Pakistan İslam Respublikasına köçərək İslam dininin Əhli-Sünnə təriqətinin hənəfi məzhəbi üzrə ibadət edərək dini təhsil almış, 2003-cü ildə ailəsi ilə birlikdə Əfqanıstan İslam Respublikasına geri qayıtmış və orada Qurani- Kərimi tədris etməklə dini biliklərini artırmışdır. O 2020-ci ildə işləmək məqsədi ilə X4 Dubay şəhərinə köçmüş, avtoyuma məntəqəsində və mağazada işləyərək qazanc əldə etmiş, həmçinin Dubay şəhərində yaşadığı müddətdə məscidə gedərək İslam dininin Əhli- Sünnə təriqətinin hənəfi məzhəbi üzrə ibadətinə davam etmişdir. O, 2023-cü ilin aprel ayının sonlarında Əfqanıstan İslam Respublikasında yaşayan Nuriddin adlı tanışı ilə telefon vasitəsi ilə danışan zaman başqa bir yerdə işləmək istədiyini sonuncuya demiş, Nuriddin də Azərbaycan Respublikasında Abdullah adlı tanışın olduğunu, oraya gedərək iş tapa biləcəyini demişdir. Bundan sonra 2023-cü ilin may ayının 5-də X4 Dubay şəhərindən Azərbaycan Respublikası ərazisinə gələrək müvəqqəti məskunlaşması üçün 30 günlük turist vizası almışdır. Hava limanında olarkən “WhatsApp” mobil tətbiqi vasitəsi ilə Abdullah adlı şəxslə əlaqə saxlayaraq hava limanında olduğunu ona bildirmişdir. Bundan sonra Abdullah onu hava limanında qarşılayaraq Bakı şəhərində yerləşən “Bosfor” otelində yerləşdirmişdir. Təxminən 20 gün həmin oteldə qaldıqdan sonra Abdullahın köməkliyi ilə ünvan 1 ünvanında mənzil kirayələmişdir. O Azərbaycan Respublikasına səyahət etmək məqsədi ilə, turist kimi gəlmiş, üzərində olan puldan 2000 dirhəm pulu Abdullaha viza alması üçün vermişdir. Kifayət qədər pulu olmadığından kirayə puluna, yemək xərclərinə Abdullah kömək etmişdir. O İsrail səfirliyin harada yerləşdiyini bilmir, oraya getməmiş, turist olaraq şəhərdə gəzmiş, Heydər Əliyev parkına, digər parklara getmiş, oralarda şəkillər çəkmişdir. İsrail səfirliyinin olduğu ərazidə təsadüfən gəzmiş, heç bir müşahidə aparmamış, telefonunun video kamerası təsadüfən açıq qaldığından həmin ərazinin videoçəkilişini aparmışdır. Telefonunda aşkar edilmiş digər məlumatlar ona aid deyil, həmin məlumatlara görə mühakimə olunması qanunsuzdur. Kirayə yaşadığı mənzildə aşkar edilmiş qeyd kitabçası və oradakı yazılar ona məxsus olsa da sxem ona məxsus deyildir. Kirayə mənzilin açarları ondan başqa 3 gün müddətində Abdullahda da olmuşdur. Əməliyyat görüntülərində qeyd olunan danışıqlar onun tərəfindən aparılmamış, danışıqlarda olan səslər ona məxsus deyildir. Hər hansı müharibədə iştirak etməmiş, heç bir zaman həbs olunmamış, heç bir dəstənin üzvü olmamışdır. Onun təqsirli olmasını təsdiq edən heç bir sübut yoxdur. Əsassız olaraq uzun müddətdir ki, azadlığı məhdudlaşdırılmışdır. Barəsində ədalətli qərar qəbul edilərək azadlığa buraxılmasını xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs Hazrat Alinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiqini tapır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Hazrat Alini əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 16 iyun 2023-cü il tarixdə, təxminən saat 15-16 radələrində Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının xahişi ilə könüllü olaraq, öz razılığı ilə iş yoldaşı Şahid2lə birlikdə ünvan 3 ünvanında keçirilmiş baxışda hal şahidi qismində iştirak etmişdir. Baxışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı tərəfindən baxışda iştirak edən Əfqanıstan İslam Respublikası vətəndaşı Mosa Khana, eləcə də Şahid2 və ona malik olduqları hüquq və vəzifələrinin izah edilmiş, daha sonra isə tərcüməçinin və baxışda iştirak edən Mosa Khanın iştirakı ilə mənzilə baxış keçirilməyə başlanılmışdır. Mənzilə baxış keçirilərkən giriş qapısından sağ tərəfdə yerləşən masanın üzərindən üz qabığında “TECNO” yazısı olan, içərisində əlyazma yolu ilə ərəb-fars dillərində və latın qrafikalı yazılar olan kitabça, vərəqdə sxem ətrafında yazıların olduğu kağız parçası, eləcə də Mosa Khana məxsus sənədlər və bank kartının yerləşdiyi 1 ədəd qovluq aşkar edilmişdir. Həmin kitabça, sxem, Mosa Khana məxsus sənədlər və bank kartının yerləşdiyi 1 ədəd qovluq, sonuncuya məxsus “Samsung” markalı mobil telefon aparatı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən hamının gözü qarşısında qablaşdırılaraq götürülmüş və baxış yekunlaşdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı tərəfindən baxışın nəticələrinə dair müvafiq protokol tərtib edilərək baxışda iştirak edən hal şahid kimi o, Şahid2, eləcə də xarici vətəndaş olan Mosa Khan və tərcüməçi protokolla tanış edilərək onun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Terrorçuluğa qarşı Mübarizə Baş İdarəsinin 16 iyun 2023-cü il tarixli, 5/2181 nömrəli məktubuna əlavə edilmiş Əfqanıstan vətəndaşı Təqsirləndirilən şəxs barədə arayışdan görünür ki, idarəyə Əfqanıstan vətəndaşı xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında yerləşən ABŞ və İsrail diplomatik nümayəndəliklərinə qarşı terror aktı törətmək niyyətində olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tərdbirləri zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs İslam dininin vəhhabi təriqətinə etiqad edir, əvvəllər Pakistan və Əfqanıstanda silsilə terror aktlarının iştirakçısı olmaqla terrorçuluq fəaliyyətinə görə iki dəfə Əfqanıstanda həbs olunmuş, daha sonra Taliban qüvvələrinin təqibindən yayınmaq məqsədilə BƏƏ-yə, oradan isə cari ilin may ayının 5-də ölkə ərazisinə gəlmişdir. Təqsirləndirilən şəxs İŞİD terror təşkilatının Əfqanıstandakı qolu olan “Vilayəti Xorasan” qanunsuz silahlı birləşməsinin sabiq üzvüdür, partlayıcı qurğuların hazırlanması üzrə mütəxəssisdir və ölkə ərazisində yerləşən ABŞ və İsrail diplomatik nümayəndəliklərinə qarşı terror fəaliyyətini həyata keçirmək niyyətindədir. O, bu məqsədlə “Google map” tətbiqi vasitəsilə İsrail səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını əldə etmiş və cari ilin iyun ayının 12-də səfirliyin binasının qarşısına gələrək həmin ərazinin müşahidəsini aparmışdır. Onun Azərbaycan Respublikası ərazisində terror fəaliyyətini həyata keçirilməsi üçün apardığı hazırlıq işləri, keçirilmiş kompleks əməliyyataxtarış tədbirləri ilə sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs cari ilin iyun ayının 16-da İsrail səfirliyini müşahidə edərkən birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılmışdır (cild 1, i/v 9). - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Terrorçuluğa qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş, Təqsirləndirilən şəxs Hazrat Ali, hal şahidləri Şahid2, Şahid1, tərcüməçi X13 tərəfindən imzalanmış 16 iyun 2023-cü il tarixli baxış protokolundan görünür ki, baxış keçirilən ünvan Abşeron rayonu, Masazır qəsəbəsi, "xxxx" MTK-da, 13 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşir. Baxış zamanı yaşayış mənzilin giriş qapısından solda sanitar qovşağı və hamam, giriş qapısından sağda mətbəx və zal, giriş qapısı ilə üzbəüzdə isə yataq otağı yerləşir. Baxış zamanı giriş qapısından solda yerləşən yazı masasının üzərindən “TECNO” yazısı olan göy üzlüklü, içərisində fars və ərəb dillərində, eləcə də latın qrafikalı yazılar olan qeyd kitabçası və onun içərisində sxem ətrafında latın qrafikalı yazılar olan, həmin qeyd dəftərçəsindən çıxarılması ehtimal edilən vərəq, Təqsirləndirilən şəxs məxsus ümumvətəndaş pasportunun, oturum kartının **********247628 nömrəli bank kartının, Təqsirləndirilən şəxs Hazrat Ali adına olan Əfqanıstan İslam Respublikası Daxili İşlər Nazirliyinin Əhalinin Qeydiyyat baş İdarəsi tərəfindən verilmiş çıxarış vərəqi və Təqsirləndirilən şəxs adına verilmiş tərcümeyi-halın olduğu 1 ədəd qovluğun yerləşdiyi müəyyən edildi. Baxış zamanı yuxarıda qeyd edilənlər, eləcə də Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilmiş “Samsung” markalı mobil telefon aparatı müvafiq qaydada qablaşdırılaraq götürüldü (cild 1, i/v 12-13). - “Yaddaş qurğusuna baxış keçrilməsi barədə” xx.xx.2023-cü il tarixl protokoldan görünür ki, fars-ərəb dilləri üzrə tərcüməçinin iştirakı ilə 16 iyun 2023-cü il tarixli, 7/2039 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs Hazrat Alinin videogörüntülərin qeydə alındığı üzərində 29/3/140 qeydləri olan yaddaş qurğusuna baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs Hazrat Ali şəxsiyyəti istintaqa məlum olmayan Abdullah adlı şəxslə “Amerika mərkəzləri, İsrail mərkəzləri və səfirlikləri çoxdur, bir ildə bir işin görülməsi daha yaxşıdır, bir az orada, bir az burada görülən işlərin faydası yoxdur, böyük iş görülməlidir, iradə böyük olarsa Allah da kömək olar inşallah, mən bu haqda daima düşünürəm. İsrail və Amerika səfirliklərində, eləcə də konsulluqlarında belə eləmək lazımdır, mən daim bunu arzulamışam. Mən bu ölkədə təkəm, tək olsam da Allah mənimlədir, o, mənə kömək edər. Mən həbsxanadan qorxmuram. İlk əvvəl gedibgəlmək, baxmaq lazımdır, mən bunu əvvəl də etmək istəmişəm, amma bacarmamışam. X6 nəzarət güclüdür, Dubayda İsrail qüvvələri var, orada bütün yollar nəzarət altındadır və heç nə etmək mümkün deyil. Mən orada müşahidə aparmışam, düşünürüm ki, əməliyyatdan sonra dərhal ölkədən çıxılmalıdır. Mən əvvəlcə bilmək istəyirəm ki, buradakı Amerika və İsrailin səfirliyi hansı böyüklükdədir, necədir, telefon və ya maşın lazım olacaqolmayacaq. Bunun üçün əvvəlcə müşahidə aparmalıyam, işi başlamaq üçün ora tez-tez gedib gəlmək lazımdır ki, getdikcə adiləşsin və bunnan sonra orada əməliyyat keçirmək lazımdır. Bu işin 99 faizi müşahidədir, 1 faizi isə əməliyyat. Əməliyyat vaxtı oteldə yer götürüb orada qalmaq lazımdır. Orada geyim mağazası da var. Orada dayanıb müşahidə etmək olar. İşi görmək üçün oranın 3 dəfə müşahidəsini aparmaq lazımdır ki, səfirliyin nə vaxt açılmasını və bağlanmasını dəqiq bilim. Maşınla şübhəli olar, oradakı mağazada da işləmək olar ki, müşahidəni rahat aparmaq mümkün olsun. Həmin mağazadan baxmaq olar ki, səfirlik saat neçədə açılır və saat neçədə bağlanır” və bu kimi digər məzmunlu danışıqlar aparmışdır (cild 1, i/v 80-89). - İş üzrə maddi sübut kimi tanınmış “HİKVİSİON" markalı yaddaş qurğusunda olan videogörüntülərə məhkəmə baxış iclasında baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli protokoldan qeyd olunanların öz təsdiqini tapması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/1131-4/1196-4/1224 nömrəli məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “HİKVİSİON" markalı fləşkartda olan mübahisəli videofonoqramlarda dikorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, sözlərarası və cümlələrarası əsaslanmamış pauzaların olması, obyektin kadrlarda əsaslanmamış itməsi və ya peyda olması, görüntülərdə çəkiliş rakusunun və işıqlanmanın əsaslanmamış dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu ekspertiza tədqiqatına təqdim olunmadığından digər dəyişikliklərin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “HİKVİSİON" markalı fləşkartda olan mübahisəli videofonoqramlardakı danışıqların tədqiqi hissəsində verilən yazı mətnlərində “K1” kimi qeyd olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs Hazrat Aliyə məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “HİKVİSİON" markalı fləşkartda olan mübahisəli videofonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Tədqiqata təqdim edilmiş, fləşkartın daxilindəki videogörüntülərdən çıxan fotoşəkillərdə istintaq üçün zəruri olan 1 nəfər kişi cinsli şəxsin xarici görünüş elementləri əlamətləri keyfiyyətli, tam və aydın əks olunduğundan eyniləşdirmə tədqiqatı üçün yararlıdır. Tədqiqata təqdim edilmiş fleşkartın daxilindəki videogörüntülərdən çıxarılmış, arıq bədən quruluşuna malik, ağ rəngli, qara naxışlı yay köynəyində olan kişi cinsli şəxsin fotoşəkilləri və müqayisəli material qismində təqdim edilmiş “CD-R” tipli diskin daxilindəki fotoşəkillərdə və videogörüntüdən çıxarılmış fotoşəkillərində eyni bir şəxs əks olunmuşdur (cild 1, i/v 249-270). - “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hazrat Alinin qeydə alındığı videogörüntülərin olduğu 29/3/140 nömrəli, “HİKVİSİON” markalı yaddaş qurğusu maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməklə işdə saxlanılması qərara alınmışdır (cild 1, i/v 272-273). - xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, 16 iyun 2023-cü il tarixli, 7/2039 nömrəli məktubla daxil olmuş, 16 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Hazrat Alinin yaşadığı mənzilə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş üzərində “TECNO” yazısı olan göy rəngli qeyd dəftərçəsinə fars-ərəb dilləri üzrə tərcüməçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış nəticəsində aşkar edilərək götürülmüş üzərində “Tecno” yazısı olan göy rəngli dəftərçənin vərəqlərinin bir hissəsində latın və ərəb əlifbası ilə göy rəngli qələmlə yazıların icra olunduğu müəyyən edildi. Qeyd dəftərçəsinin yazı olan hissələri şərti olaraq 1-dən 9-dək işarələnərək nömrələndi. 1-ci vərəqə keçirilmiş baxış zamanı vərəqin ön hissəsində latın və ərəb qrafikalı yazıların və rəqəmlərin həkk olunduğu müəyyən edildi. Latın qrafikalı yazılarda “Zanti”, “insabridge” yazılarının, ərəb dilində olan söz və mətnlərdə isə “Gülbənin Whatsapı +**********6”, dini məzmunlu müxtəlif kəlamların hək olunduğu, həmçinin “#0011”, “888” rəqəmlərinin həkk olunduğu müəyyən edildi. 1-ci vərəqin arxa hissəsində isə ərəb dilindən fars dilinə tərcümə edilmiş məişətdə istifadə olunan müxtəlif sözlərin yazıldığı müəyyən edildi. 2-ci vərəqə keçirilmiş baxış zamanı həmin vərəqin ön hissəsində fars dilində məişətdə istifadə olunan sözlərin yazıldığı, həmin vərəqin arxa hissəsində isə latın qrafikalı “ginger”, “CHİA Seeds”, “milk”, “Bees honey” yazılarının və məişətdə istifadə olunan ərəbcə yazıların həkk olunduğu müəyyən edildi. 3cü vərəqə keçirilmiş baxış zamanı həmin vərəqin ön hissəsində ərəbcə məişətdə istifadə olunan yazıların, həmin vərəqin arxa hissəsində isə ərəb dilindən fars dilinə məişətdə istifadə olunan gündəlik sözlərin tərcümə edilərək yazıldığı müəyyən edildi. 4-cü vərəqə keçirilmiş baxış zamanı həmin vərəqin ön hissəsində ərəb dilində kiçik şer parçasının, vərəqin arxa hissəsində isə ərəb və latın qrafikalı yazıların həkk olunduğu müəyyən edildi. 5-ci vərəqə keçirilmiş baxış zamanı həmin vərəqin ön hissəsində latın qrafikası ilə “zanti”, “Wps”, “Wpa”, “Tester”, “Wi-Fi”, “Kill Pro” yazılarının həkk olunduğu, vərəqin arxa hissəsində isə hər hansı yazının həkk olunmadığı müəyyən edildi. 6-cı vərəqə keçirilmiş baxış zamanı vərəqin ön hissəsində hər hansı yazının həkk olunmadığı, vərəqin arxa hissəsində isə “Fwzan” yazısının həkk olunduğu müəyyən edildi. 7-ci vərəqə keçirilmiş baxış zamanı vərəqin ön hissəsində hər hansı yazının həkk olunmadığı, vərəqin arxa hissəsində isə ərəb dilində müxtəlif sözlərin həkk olunduğu müəyyən edildi. 8-ci vərəqə keçirilmiş baxış zamanı ərəb dilində olan və iş üzrə əhəmiyyət kəsb etməyən qeydlərin aparıldığı müəyyən edildi. Dəftərçənin içərisində olan və fiziki əlamətlərinə görə həmin dəftərçədən ayrılması ehtimal edilən və 9 rəqəmi ilə şərti olaraq işarələnmiş vərəqdə bina sxemi və sxemin ətrafında “Zilli”, “JA”, “İ”, “ABB” – ATM (Bank) yazılarının həkk olunduğu müəyyən edildi (cild 1, i/v 221a-221b). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 4/1499-5/1265-5/1300 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş “TECNO” yazıları olan qeyd dəftərçəsində şərti olaraq 1-8 rəqəmləri ilə işarələnmiş vərəqlərdəki “ZANti”, “İnStAbirge”, “ginger”, “CHİA seeds”, “milk”, “Bee s honey”, “İ8 Lines QurAn”, “PASHTO QurAn”, “MusliMMer”, “ZANTİ”, “WPS”, “WPA” “TESTER”, “WİFİ”, “KİLL PRO-WİFİ AnalY FİNg-NetwoRK Tools İP Tools WİF”, “WPSAFF”, “FWZAN” yazıları və şərti olaraq 9 rəqəmi ilə işarələnmiş vərəqdəki “ZİLLİ JA İ ABB - ATMCBA” yazıları və həmçinin şərti olaraq 1-8ci rəqəmləri ilə işarələnmiş vərəqlərdəki ərəb-fars dilillərindəki yazılar- Təqsirləndirilən şəxs Hazrat Ali tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş qeyd kitabçasının vərəqləri ilə 9 rəqəmi ilə işarələnmiş vərəq materialının kimyəvi tərkibinə və fiziki xüsusiyyətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 9 rəqəmi ilə işarələnmiş vərəqinin ekspertizaya təqdim olunmuş qeyd kitabçasından çıxarılması ehtimal edilir (cild 2, i/v 3-24). - “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hazrat Alinin yaşadığı ünvan 5 ünvanına keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş fars-ərəb dillərində və latın qrafikalı əlyazma yolu ilə icra edilmiş yazıların olduğu qeyd kitabçası, həmçinin həmin kitabçanın içərisində sxem ətrafında latın qrafikalı “ZİLLİ”, “JA”, “ABB-ATM BA” kimi qeydlər olan 1 ədəd kağız parçasının maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 2, i/v 26-27). - Maddi sübut kimi tanınmış qeyd kitabçasına və kağız parçasına məhkəmə baxış iclasında baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli baxış protokolunda qeyd olunanlar öz təsdiqini tapmışdır. - “Mobil telefonlara baxış keçirilməsi barədə” 17 iyun 2023-cü il tarixli protokoldan görünür ki, fars-ərəb dilləri üzrə tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs Hazrat Aliyə məxsus 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy A32” modelli mobil telefon aparatına baxışı keçirilmişdir. Baxış zamanı mobil telefonda “WhatsApp Business” tətbiqində +**********5 saylı, “Telegram” tətbiqində isə +**********67 saylı xarici operatorlara məxsus mobil nömrələrlə qeydiyyatdan keçərək istifadə olunduğu, habelə mobil telefona +**********06 saylı mobil telefon nömrənin quraşdırıldığı müəyyən edildi. Baxış zamanı telefonun yaddaşında ünvan 6 ünvanında yerləşən “X21” otelinin binasının gizli çəkilişinin aparıldığına dair videogörüntünün olduğu qeydə alındı. Habelə mobil qurğudakı səyyah proqramın tarixçəsinə baxış zamanı müxtəlif tarixlərdə “İsraeli Embassy”, “İsrail” və “Hyatt tower 3, 1033 İzmir” kimi axtarışların edildiyi müəyyən edilmişdir. Əlavə olaraq tarixçədə İsrail dövlətinin müxtəlif ölkələrdə yerləşən diplomatik nümayəndəlikləri haqda məlumat yerləşdirilən saytda İsrailin Bakı şəhərində yerləşən nümayəndəliyi ilə bağlı məlumatlar olan “embassies.gv.il/baku” səhifəsinə keçid qeydə alınmışdır. Mobil telefonun kontaktlar, daxil olan və icra olunan zənglər, sms-lər, WhatsApp və Telegram proqram təminatlarında xarici mobil operatorlara məxsus nömrələr müəyyən edilmişdir (cild 1, i/v 90-91). - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin xx.xx.2023-cü il tarixli, 17/928 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Hazrat Aliyə məxsus “Samsung” markalı, “Galaxy A32” modelli mobil telefondan götürüldüyü qeyd edilən yaddaş nüsxəsi üzərində rəqəmsal kriminalistik tədqiqat işləri aparılmışdır. Mobil telefondakı texniki izlər və əldə olunan mövcud informasiyalar təhlil edilərkən həmin mobil telefon aparatı vasitəsi ilə müxtəlif tarixlərdə “İsraeli Embassy”, “İsrail” və “Hyatt tower 3, 1033 İzmir” kimi axtarışlar edilmiş, İsrail Dövlətinin Bakı şəhərində yerləşən nümayəndəliyi ilə bağlı məlumatların olduğu “embassies.gv.il/baku” səhifəsinə keçid olunmuş, internet resurslarından İsrail-Azərbaycan prezidentlərinin görüşləri, İsrailin Azərbaycandakı səfirinin müsahibələri, müxtəlif növ odlu silahlar barədə məlumatlar izlənirlərək axtarılmış, həmçinin mobil telefonun yaddaşında ünvan 7 ünvanında yerləşən İsrail səfirliyinin yerləşdiyi “X21” otelinin binasının gizli çəkilişinin aparıldığı videogörüntünün olması müəyyən edilmişdir. Tədqiq edilən telefondakı texniki işlər və əldə olunan mövcud informasiyanın təhlilinə əsasən Təqsirləndirilən şəxs X15 Azərbaycandakı diplomatik nümayəndəliyi, onun yerləşdiyi coğrafi məkan, İsrafil səfiri, İsrail-Azərbaycan münasibətləri barədə məlumat toplaması, habelə müxtəlif növ odlu silahlar barədə məlumatlı olması, şəxsin məqsədinin müəyyənləşdirilməsi baxımından əlavə araşdırma tələb edir (cild 1, i/v 161-167). - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Terrorçuluğa dair Mübarizə Baş İdarəsinin 27 iyul 2023-cü il tarixli, 5/2690 nömrəli məktubundan görünür ki, keçirilmiş soraqlaşma tədbirləri nəticəsində **********9 saylı nömrənin Əfqanıstan vətəndaşı Seyfulla Məsuda, **********15 saylı nömrənin isə Xalid Xonakzeyə məxsus olduğu və onların “İŞİD”in Əfqanıstandakı qolu olan “Vilayəti Xorasan” terror təşkilatına aidiyyatı müəyyən edilmişdir. Seyfulla Məsud adı çəkilən terrorçu təşkilatda ekstremistlərin qeyri-leqal yollarla Əfqanıstana gətirilməsi ilə məşğul olur və o, 2021-ci ilin avqust ayında Əfqanıstanın Kabul şəhərində yerləşən “Həmid Kərzai” hava limanında baş vermiş terror aktını planlaşdıran X18 ilə əlaqələrə malikdir (cild 1, i/v 232). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, 5/1537 nömrəli məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A32 5G” markalı, “SM-A326B/DS” modelli “**********75905, **********75900” İMEİ kodlu smartfon hal-hazırda işlək vəziyyətdir. Təqdim edilmiş “Samsung Galaxy A32 5G” markalı, “SM-A326B/DS” modelli mobil smartfonun yaddaşından əldə edilmiş, hal-hazırda mövcud olan və pozulmuş məlumatlar (kontaktlar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp”, “Telegram” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadiləri və s.) əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-1537” adlı qovluqda dörd ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olundu. Tədqiq olunan mobil smartfon yaddaşından toplanmış məlumatlara dair hesabata baxış keçirildikdə “Veb səhifələrə baxış tarixçəsi (Журнал просмотра веб-страниц)” bölməsində əks olunmuş məlumatlar içərisində istifadəçi tərəfindən müxtəlif tarixlərdə “İsraeli Embassy", “İsrail”, “Hyatt Tower 3, 1033 İzmir” kimi axtarışların edilməsinə dair rəqəmsəl izlər aşkar olunmuşdur. Eyni zamanda İsrail dövlətinin müxtəlif ölkələrdə yerləşən diplomatik nümayəndəlikləri haqqında məlumatlar əks olunmuş veb saytda İsrailin Bakı şəhərində yerləşən nümayəndəliyi ilə bağlı məlumatlar olan “embassies.gv.il/baku” səhifəsinə keçidə dair qeydlər müəyyən olunmuşdur. Tədqiq olunan mobil smartfonun yaddaşından toplanmış məlumatlara dair hesabatın “foto” (Изображения) bölməsində istifadəçi tərəfindən “youtube” video paylaşım sistemində müxtəlif atıcı silahlara dair videolara baxılmasını əks etdirən cihazın keş yaddaşına olan müxtəlif fotolar aşkar olunmuşdur (cild 1, i/v 46-50). - “Maddi sübut kimi tanınma haqqında” 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hazrat Aliyə məxsus 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy A32” modelli mobil telefon aparatının maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, qeyd edilən mobil telefon aparatının üzərinə quraşdırılmış +**********06 saylı mobil telefon nömrəsi mobil telefonun üzərində saxlanılmaqla iş materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 2, i/v 53-55). - “CD diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, daxil olmuş Təqsirləndirilən şəxs Hazrat Alinin müşahidəsinin aparıldığı üzərində “V- 178/23, 12.06.23” qeydləri olan DVD diskdə olan “xx.xx.2023.mp4” başlıqlı videogörüntünün “VLC” proqramı vasitəsilə baxış keçirilmişdir. Videoçəkilişin xx.xx.2023cü il tarixdə, saat 16:00 radələrində aparıldığı müəyyən edildi. Videoçəkilişdə hərəkət edən və əynində tünd qəhvəyi rəngli şalvar, ağ-qara rəngli qısaqol köynək və başında kepka olan şəxsin iş üzrə təqsirləndirilən şəxs Fawzan X14ması müəyyən olundu. Videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Hazrat Ali Bakı şəhəri, Yasamal rayonu, “İzmir” küçəsində hərəkət edir. Videoçəkilişin 00:01-01:20 dəqiqələrində Təqsirləndirilən şəxs əlində mobil telefon tutaraq Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İzmir” parkının yaxınlığından sağ çiyni İsrail Dövlətinin Azərbaycandakı səfirliyinin yerləşdiyi “Hyatt Regency” otelinə doğru olmaqla həmin otel istiqamətində iti addımlarla hərəkət etməsi görünür. Təqsirləndirilən şəxs hərəkətdə olduğu 01:03 dəqiqədə və 01:07-01:10 dəqiqələrdə bir neçə dəfə İsrail dövlətinin Azərbaycandakı səfirliyinin yerləşdiyi “Hyatt Regency” otelinə doğru baxaraq səfirliyin müşahidəsini apardığı müəyyən edildi. Videogörüntünün 01:20-01:28 dəqiqəsində Təqsirləndirilən şəxs İsrail Dövlətinin Azərbaycandakı səfirliyinin yerləşdiyi “Hyatt Regency” oteli üzbəüz yerləşən “Vine” şərab mağazasının qarşısında dayanır (sağ çiyni “Hyatt Regency” oteli istiqamətinə, sol çiyni isə “Vine” şərab mağazası istiqamətində olmaqla). 01:28 dəqiqədə üzünü İzmir parkı istiqamətinə çevirir və 01:28 dəqiqədən 02:24 dəqiqəyədək sol çiyni “Hyatt Regency” otel istiqamətinə, sağ çiyni isə “Vine” şərab mağazası istiqamətində olmaqla dayanır. Həmin müddətdə əlində mobil telefonun olması müşahidə edilir. Videogörüntünün 02:24-02:37 dəqiqələrində “Vine” şərab evi və “coffeeshop” mağazasının qarşısında üzü “İzmir” parkı istiqamətində bir neçə addım addımlayır və 02:37 dəqiqədə dayanır. Həmin müddətdə əlində mobil telefon olması müşahidə edilir. 02:38-03:20 dəqiqələrdə üzü İsrail Dövlətinin Azərbaycandakı səfirliyinin yerləşdiyi “Hyatt Regency” oteli istiqamətinə olmaqla dayanır. Həmin müddətdə əlində mobil telefon müşahidə edilir və 01:44-02:50 dəqiqələrdə, həmçinin 02:51-02:58 dəqiqələrdə səfirlik istiqamətində müşahidə apardığı görünür. Təqsirləndirilən şəxs 03:20 dəqiqədə əlindəki mobil telefonu sağ qulağına tutur. 03:28 dəqiqədə sağ çiyni İsrail səfirliyi istiqamətində olmaqla geri dönür və sağ çiyni səfirlik istiqamətində olmaqla qulağında olan mobil telefonun arxa hissəsini səfirliyə tərəf istiqamətləndirir. 03:28 dəqiqədən 03:34 dəqiqəyədək sağ çiyni İsrail səfirliyi istiqamətində və sağ qulağında mobil telefon olmaqla “İzmir” parkının əksi istiqamətinə 3 addım addımlayır. 03:34 dəqiqədə dayanaraq mobil telefonu qulağından aşağı salır və telefona baxır. 03:34 dəqiqədən 04:30 dəqiqəyədək sağ əliə mobil telefonu tutaraq sol əli ilə telefonun ekranına tuşlayır. Həmin müddətin 03:41-03645, 03:51-04:05, 04:26-04:28 dəqiqələrində yenidən səfirlik istiqamətində müşahidə apardığı görünür. Videogörüntünün 04628 dəqiqəsində İzmir parkının əks istiqamətində, sağ çiyni İsrail səfirliyi istiqamətində olmaqla addımlağa başlayır. 04:34 dəqiqədə mobil telefonu yenidən sağ qulağına tutaraq mobil telefonun arxa hissəsini İsrail Dövlətinin Azərbaycandakı səfirliynin yerləşdiyi “Hyatt Regency” otelinə istiqamətləndirir və 04:34 dəqiqədən 04:39 dəqiqəyədək obil telefonu qulağında saxlayır. 04:39 dəqiqədən 06:20 dəqiqəyədək sağ çiyni “Hyatt Regency” oteli istiqamətində olmaqla Tbilisi prospekti istiqamətinə addımlayaraq kameranın obyektivindən itir. Həmin müddətdə mobil telefona baxaraq yoluna davam edir. Bununla da baxış başa çatdı. Baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs Hazrat Alinin videogörüntülərindən fotoşəkillər hazırki protokola əlavə edildi (cild 2, i/v 56-62). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/91 nömrəli məhkəmə-portret ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş diskin daxilində olan videogörüntüdən çıxarılmış fotoşəkillərdəki istintaq üçün zəruri olan, başında papaq və əynində ağ-qara rəngli qısaqol köynəyi olan, əlində telefon ilə küçədə hərəkət edən və telefon ilə danışan kişi cinsli şəxsin xarici görünüşünün bir sıra element və əlamətləri (alnı, qaşları, gözləri, yanaqları, burnu, qulaqları və s.) müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş “1” rəqəmi ilə işarələnmiş diskin daxilində olan videogörüntüdən çıxarılmış fotoşəkillərdə və “2” rəqəmi ilə işarələnmiş diskin daxilində olan müqayisəli material qismində təqdim edilmiş Təqsirləndirilən şəxs Hazrat Alinin eksperimental videogörüntü və fotoşəkillərində kişi cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur (cild 2, i/v 112-121). - “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Hazrat Alinin Bakı şəhəri Yasamal rayonu, “İzmir” küçəsində hərəkət edərək İsrail Respublikasının Azərbaycandaki Səfirliyinin binasının müşahidəsinin aparılmasına dair videogörüntünün olduğu, üzərində “V-178/23, 12.06.23” qeydləri olan “Gold” markalı DVD-R diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməklə işdə saxlanılması qərara alınmışdır (cild 2, i/v 123-124). - Məhkəmə baxış iclası zamanı maddi sübut kimi tanınmış həmin DVD-R diskə baxış keçirilmiş və baxış zamanı “CD diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Terrorçuluğa qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 5/2 nömrəli məktubdan və ona əlavə edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs Hazrat Ali qeyd edilən mobil telefon aparatındakı müxtəlif proqram təminatları vasitəsi ilə +**********9, +**********15, +**********1, +**********90, +**********42, +**********42 saylı mobil telefon nömrələri ilə, eləcə də xarici mobil operatorlara məxsus digər mobil telefon nömrələri ilə əlaqələri mövcuddur. Qeyd edilən mobil telefon nömrələri ilə bağlı verilmiş əməliyyat tapşırığına dair cavabdan və tərəfdaşlar vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, **********9 saylı mobil telefon nömrəsi Əfqanıstan İslam Respublikasının vətəndaşı Seyfulla Məsuda, **********15 saylı mobil telefon nömrəsi isə Xalid Xonakzeyə məxsusdur və həmin şəxslər “İŞİD”in Əfqanıstandakı qolu olan “Vilayəti Xorasan” terror təşkilatının üzvləridir. Seyfulla Məsud qeyd edilən terror təşkilatının üzvü olmaqla ekstremistlərin qeyri-leqal yollarla Əfqanıstana gətirilməsini təşkil edir və o, 2021-ci ilin avqust ayında Əfqanıstan İslam Respublikasının Kabul şəhərində yerləşən “Həmid Kərzai” hava limanında baş vermiş terror aktını planlaşdıran X18 ilə əlaqələrə malikdir. Həmçinin +**********1 saylı mobil nömrənin istifadəçisinin Tacikistan Respublikasının vətəndaşı X3, +**********90, +**********42 saylı mobil telefon nömrələrinin istifadəçisinin isə P.T.X5ması və sonuncunun həyat yoldaşı X1 “Sələfiyyə” ekstrimist hərəkatın fəaliyyətində iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi qeyd edilmişdir (cild 2, i/v 64-71). - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Terrorçuluğa qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 5/706 nömrəli məktubundan və ona əlavə edilmiş məlumatdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barədə araşdırma aparılmışdır. Əldə olunmuş məlumatlara əsasən onun əsl adı X23 (Həzrət Əlinin oğlu). O Əfqanıstanın Kunduz bölgəsindəndir və atası fermerdir. Onun ailəsi 1990-cı ildə Pakistana köçüb və Timargara, Kyber Pakhtunkvada qaçqın düşərgəsində məskunlaşıb, lakin 10 il sonra Əfqanıstana qayıdıblar. Məlumat qaydasında Təqsirləndirilən şəxs TTA (Tehrik-e Taliban) və İDXV-yə (X16 Vilayəti) əlaqəli olub, həmçinin Əfqanıstanda 2 il həbsdə olmuşdur: 2008-09. O TTA-ya qoşuldu və Əfqan müharibəsində fəal iştirak etdi; 2012. Əfqan höküməti onu həbs etdi və Jalalabad həbsxanasında üç il saxladı; 2016. O İDXV qoşulduğu və yenidən Əfqan təhlükəsizlik qüvvələri tərəfindən partlayıcı maddələrin saxlanılması (SB Jacket) səbəbi ilə Kabiləd saxlanıldı və Bagram həbsxanasına göndərildi (2018-2019); 2021. Kabilin süqutundan sonra o azadlığa çıxdı və BƏƏ-yə qaçdı, orada o naməlum məsciddə dini alim kimi fəaliyyət göstərdi (cild 2, i/v 109-110). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1926 nömrəli ambulator məhkəmə psixiatrik rəyindən görünür ki, Təqsirləndirilən şəxs Hazrat Alidə hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs Hazrat Ali cinayətin törədildiyi əməl dövründə (05 may 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək) hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs Hazrat Alidə hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs Hazrat Alinin hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Hazrat Ali törətdiyi əməl dövründə (05 may 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək) öz əməllərinin faktiki xarakterini və onun ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Hazrat Alinin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, i/v 237-239). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 929 nömrəli ekspert rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Hazrat Alinin bədən səthində odlu silahdan açılmış atəş nəticəsində törənən xəsarət, eləcə də avtomatın və ya bu tip digər silahların kəmər izləri aşkar edilməmişdir (cild 2, i/v 30-31). - “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hazrat Ali 05 may 2023-cü il tarixdə X9 istiqamətindən Azərbaycan Respublikası ərazisinə giriş etmişdir (cild 1, i/v 33). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-cü maddəsinin dispozisiyasına görə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər - (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə kimi müəyyən olunmuşdur. Bu anlayış 18 iyun 1999-cu il tarixli “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunun birinci maddəsində də verilmişdir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.1-ci maddəsi eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsini, 214.2.3-cü maddəsi eyni əməllərin odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməsini nəzərdə tutur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Hazrat Ali həqiqətən də 05 may 2023-cü il tarixdə X2 Azərbaycan Respublikasına gələrək Bakı şəhərində yaşadığı müddətdə ünvan 8 ünvanında yerləşən İsrail Respublikasının Azərbaycandakı Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyən etməklə səfirliyin binasının ətrafındakı ərazinin müşahidəsini aparmış, səfirliyə qarşı terror aktı törətmək məqsədi ilə maliyyə dəstəyi, əlavə şəxslərin cəlb edilməsi, odlu silah və partlayıcı maddələrin tapılması istiqamətində qeyriləri ilə əlaqəyə girərək sövdələşmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətməyə hazırlıq hərəkətləri etmiş, lakin iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 28.1-ci maddəsinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. - 28.2-ci maddəsinə əsasən yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi qanunvericilik terrorçuluğu həm aktiv hərəkətlərlə, həm də bu hərəkətləri törətməklə hədələməklə müəyyən etmişdir. Cinayət hüquqi doktrinaya görə, terrorçuluq kəsik tərkibli cinayətlərə aid edilir, yəni bu cinayətin bitmə anı cinayətə hazırlıq və ya cəhd mərhələsi hesab edilir. Hazırkı iş üzrə isə təqsirləndirilən şəxsin qanunun yuxarıda sadalanan hərəkətlərdən hər hansı birini etməsi halı olmasa da, onun belə əməlləri törətməyə hazırlaşmasına dair mötəbər və əsaslı sübut olaraq yazışmalar, videogörüntülər, fotoşəkillər, ekspert rəyləri məhkəməyə təqdim edilmişdir. Həmin sübutlar qanunvericiliyin tələblərinə uyğun əldə edilmiş, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhə yaradan hallar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Hazrat Alinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən inkar edilsə də, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 63.2-ci maddəsinə əsasən cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. - 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs Hazrat Alinin barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59-cu və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Hazrat Aliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Hazrat Ali barəsində əlavə cəza olaraq Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılma təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə eyni zamanda cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Hazrat Alinin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, ondan 820 (səkkiz yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Hazrat Alinin qeydə alındığı videogörüntülərin olduğu 29/3/140 nömrəli, “HİKVİSİON” markalı yaddaş qurğusu, Təqsirləndirilən şəxs Hazrat Alinin yaşadığı ünvan 9 ünvanına keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş fars-ərəb dillərində və latın qrafikalı əlyazma yolu ilə icra edilmiş yazıların olduğu qeyd kitabçası, həmçinin həmin kitabçanın içərisində sxem, ətrafında latın qrafikalı “ZİLLİ”, “JA”, “ABB-ATM BA” kimi qeydlər olan bir ədəd kağız parçası, Təqsirləndirilən şəxs Hazrat Aliyə məxsus 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy A32” modelli mobil telefon aparatının üzərinə quraşdırılmış +**********06 saylı mobil telefon nömrəsi, Təqsirləndirilən şəxs Hazrat Alinin Bakı şəhəri, Yasamal rayonu, “İzmir” küçəsində hərəkət edərək İsrail Respublikasının Azərbaycandaki Səfirliyinin binasının müşahidəsini aparmasına dair videogörüntünün olduğu, üzərində “V-178/23, 12.06.23” qeydləri olan “GOLD” markalı DVD-R disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Hazrat Aliyə məxsus 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy A32” modelli mobil telefon aparatından cinayətin törədilməsinə hazırlıq məqsədi ilə istifadə edildiyindən həmin mobil telefon Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə olunmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs Hazrat Alinin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1832/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Hazrat Aliyə göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Hazrat Ali Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Fawzan X12 təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Hazrat Alinin tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Hazrat Alidən 820 (səkkiz yüz iyirmi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs Hazrat Ali barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Hazrat Ali barəsində əlavə cəza olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılma təyin edilsin. Təqsirləndirilən şəxs Hazrat Ali barəsində təyin edilmiş əlavə cəza o, əsas cəza növünü çəkdikdən sonra icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Hazrat Alinin qeydə alındığı videogörüntülərin olduğu 29/3/140 nömrəli, “HİKVİSİON” markalı yaddaş qurğusu, Təqsirləndirilən şəxs Hazrat Alinin yaşadığı ünvan 9 ünvanına keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş fars-ərəb dillərində və latın qrafikalı əlyazma yolu ilə icra edilmiş yazıların olduğu qeyd kitabçası, həmçinin həmin kitabçanın içərisində sxem, ətrafında latın qrafikalı “ZİLLİ”, “JA”, “ABB- ATM BA” kimi qeydlər olan bir ədəd kağız parçası, Təqsirləndirilən şəxs Hazrat Aliyə məxsus 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy A32” modelli mobil telefon aparatının üzərinə quraşdırılmış +**********06 saylı mobil telefon nömrəsi, Təqsirləndirilən şəxs Hazrat Alinin Bakı şəhəri, Yasamal rayonu, “İzmir” küçəsində hərəkət edərək İsrail Respublikasının Azərbaycandaki Səfirliyinin binasının müşahidəsini aparmasına dair videogörüntünün olduğu, üzərində “V-178/23, 12.06.23” qeydləri olan “GOLD” markalı DVD-R disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Hazrat Aliyə məxsus 1 (bir) ədəd “Samsung” markalı, “Galaxy A32” modelli mobil telefon Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə olunsun. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva
Məhkəmə qərarları › İş №1(101)-1832/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1832/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver