Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1833/2021 01.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1966-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 1(004)- 277/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 aprel 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqla müəyyən edilməmiş tarixdə, yerdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3,425 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Zabrat qəsəbəsi, Dəmiryol stansiyasına daşımış və 22 iyun 2021-ci ildə saat 12:30-da Sabunçu RPİ-in 15-ci Polis bölməsinin əməkdaşlarının keçirtdikləri əməliyyat axtarış tədbirləri zamanı Sabunçu rayonu, Zabrat qəsəbəsi, dəmiryol stansiyasının yaxınlığında saxlanılıb 15-ci Polis bölməsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,851 qram, 0,852 qram, 0,401 qram, 0,550 qram, 0,335 qram, 0,436 qram, ümumi təmiz çəkisi 3,425 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, uzun illərdir ki, təqribən 7-8 ildir ki, narkotik vasitə istitifadəçisidir. Bir müddət əvvəl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə məhküm olunmuşdur. Belə ki, tutulmamışdan bir müddət əvvəl metronun «Memar Əcəmi» stansiyası yaxınlığında İran İslam Respublikasının vətəndaşı, adını və yaşadığı ünvanı bilmədiyi, üzdən tanıdığı şəxsdən 80 manata öz istifadəsi üçün 2 büküm narkotik vasitə heroin almışdır. 22.06.2021-ci ildə saat 12:30 radələrində Zabrat qəsəbəsində yerləşən dəmiryol stansiyasının yaxınlığında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu 15-ci Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə PB-nə gəlmişdir. Onun üzərində ittiham aktında göstərilən miqdarda 6 büküm narkotik vasitələr olmamışdır. Onda 0,2 qram və 0,3 qram heroin olmuşdur. Həmin narkotik vasitəni o, özü istifadə etmək üçün almışdır. Polis bölməsində şəxsi axtarış videogörüntü ilə aparılmışdır. Axtarışa başlananda ona üzərində olan qadağan olunmuş əşyaları təqdim etmək təklif olunanda, o, əynindəki şalvarının cibindən 2 büküm narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Adlarını bilmədiyi polis əməkdaşları ona bildirmişlər ki, videoçəkiliş zamanı o, əynində olan paltarından 2 yox, 6 büküm narkotik vasitə çıxarsın. Belə olan halda onlar ona kömək edəcəklər və ona yalnız CM-nin 234.1-ci maddəsi ilə ittiham verəcəklər. O da onlara inanaraq, onların ona verdiyi daha 4 büküm narkotiki və özündə olan 2 büküm narkotiki baxış zamanı təqdim edərək videoçəkilişin aparılmasında iştirak etmişdir. Videoçəkiliş zamanı həmin 6 büküm narkotik vasitələrin onun olmasını bildirmişdir. O, narkotik vasitələri heç vaxt heç kimə satmamış, o, yalnız narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni satmaq məqsədi ilə almamış, özü istifadə etmək məqsədi ilə almışdır. Cibində narkotik vasitə olduğunu bildiyi üçün və vəkilin iştirakı ilə tapıldıqda vəkilin onu lazımi səviyyədə müdafiə etməyəcəyini fikirləşib şəxsi axtarışda vəkilin iştirak etməsindən imtina etmişdir. Həm də ona bildirmişlər ki, ona 234.1-ci maddə ilə ittiham veriləcək, ona görə də vəkilin iştirakını istəməmişdir. O, polisdə də özü istifadə etmək üçün aldığını demişdir. Elan olunmuş cinayət işinin 33-34-cü vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. Ona bildirmişlər ki, imza etsin, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcək. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 135-ci vərəqəsində olan izahatında Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...həmin narkotik vasitəni 2 həftə əvvəl Memar Əcəmi metrostansiyası yaxınlığında adını və yaşadığı ünvanı bilmədiyim, sadəcə üzdən tanıdığım İİR vətəndaşı olan bir şəxsdən 80 manat müqabilində öz şəxsi istifadəm üçün almışam. Həmin narkotik maddələr ayrı-ayrılıqda şəffaf rəngli sellofanlara bükülmüşdü və mən həmin vəziyyətdə alaraq bir qismini istifadə edib qalanın üzərində saxladım. ...Bir qədər sonra vəkilin iştirakı olmadan videoçəkiliş vasitəsilə üzərimdə şəxsi axtarış aparılmasına etirazım olub-olmaması soruşuldu və mən heç bir etirazım olmadığını bildirdim. Videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılan zaman mən əynimdə olan açıq mavi rəngli şalvarın sol cibinə qoyduğum 06 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik maddə olan heroini könüllü təqdim etdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, elan ounmuş izahatı təsdiq etmir, o, 234.1-ci maddə ilə ittiham veriləcəyinə inanıb imza etmişdir. Cinayət işinin 50-53, 64-67 və 146-150-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «... Üzərimdən narkotik vasitə heroin aşkar edilməsi ilə bağlı bildirirəm ki, həmin narkotik vasitəni 8 iyun 2021-ci ildə Memar Əcəmi metrostansiyası yaxınlığında İran İslam Respublikasının vətəndaşı, adını və yaşadığı ünvanı bilmədiyim, sadəcə üzdən tanıdığım şəxsdən 80 manata öz istifadəm üçün almışdım. Mən pulu ona verib bağlamanı götürüb uzaqlaşdım. Bir müddət sonra kağız bağlamanı açanda içərisində 8 bağlama gördüm. Həmin narkotik maddələr ayrıayrılıqda şəffaf rəngli sellofanlara bükülmüşdür. Mən aldığım narkotik vasitədən bir qismini istifadə etdim 6 büküm qalmışdır. ...Saxlanılaraq polis bölməsinə aparıldığım zaman narkotik vasitə üzərimdə idi, narkotik vasitəni atmaq imkanım olmadı. Məndən vəkilin iştirakı olmadan üzərimdə videoçəkiliş vasitəsi ilə axtarış aparılmasına etirazım olubolmaması soruşuldu. Mən bildirdim ki, etirazım yoxdur. Videoçəkiliş vasitəsi ilə üzərimdə şəxsi axtarış aparılan zaman mən əynimdə olan açıq mavi rəngli şalvarımın sol cibinə qoyduğum 6 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik maddə olan heroini könüllü olaraq təqdim etdim. Mən saxlanılan zaman mənə polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imzalar onun imzasıdır, elan ounmuş ifadələrini də təsdiq etmir. Ona CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini bildirmişlər, o, inanıb imza etmişdir. Elan olunmuş cinayət işinin 43-47-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2021-ci il tarixli, 6/2532 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ekspert rəyini nəzərdən keçirmiş, ekspert rəyində düz yazılmamış, altı ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,851 qram, 0,852 qram, 0,401 qram, 0,550 qram, 0,335 qram, 0,436 qram heroin eyni tərkibli narkotik vasitə heroin ola bilməz, onda cəmi 2 büküm olmuş, polis əməkdaşları digər 4 bükümü ona vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 22 iyun 2021-ci il tarixdə Bakı şəhər Yasamal rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni əldə etməsi, daşıması və satması ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. Həmin məlumat barədə bölmə rəisinə raportla məruzə olunduqdan sonra məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona tapşırılmışdır. Bundan sonra onun tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 daxil olmaqla əməliyyat qrupu təşkil olunmuşdur. Məlumatda Təqsirləndirilən şəxs mütəmadi Zabrat qəsəbəsi dəmir yolu stansiyasına gəlməsi bildirilmişdir. Bununla əlaqədar əməliyyat müvəkkili Şahid2la saat 10 radələrində Zabrat qəsəbəsinə getmişlər və Təqsirləndirilən şəxs müəyyən etmək üçün ərazidə gəzinti keçirmişlər. Saat 12:30 radələrində Zabrat qəsəbəsi dəmir yol stansiyası yaxınlığında xarici əlamətlərinə görə oxşar şəxs onlar tərəfindən saxlanılmış və onlar özlərini həmin şəxsə təqdim etmişlər. Saxladıqları şəxsdən özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs Məmmədov Tələt Mənsim oğlu olmasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı ilə məşğul olmasına dair məlumat daxil olduğunu bildirmişlər və Tələti 15-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməsə də, özünü həyəcanlı aparmışdır. Onlar Təqsirləndirilən şəxs 15-ci Polis bölməsinə gətirmişlər. X2 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul etdikdən sonra, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmuşdur. Tələtə vəkilin iştirakı ilə hüquqları izah edilmiş və təhqiqatçı üstündə şəxsi axtarış aparılacağını, şəxsi axtarışda vəkilin iştirakını tələb etmək hüququnu izah etmişdir. Təqsirləndirilən şəxs xahiş etmişdir ki, şəxsi axtarış vəkilin iştirakı olmadan aparılsın. Səbəbini soruşanda üstündə qanunsuz əşylar olduğu halda vəkilin onu lazımi qaydada müdafiə edə bilməyəcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı ona üstündə axtarış aparılacağını bildirmiş və üstündə olan dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış predmetləri təqdim etməsini təklif etmişdir. Saxlanılan Təqsirləndirilən şəxs şalvarının cibindən 1 ədəd kağız parçası təqdim etmişdir. Kağız parçası açılanda 6 ədəd şəffaf sellofandan hazırlanmış xırda bağlamalar görünmüşdür. Sellofan şəffaf rəngdə olduğu üçün onlarda tünd qəhvəyi rəngli, narkotikə oxşar maddə olduğu görünmüşdür. Təqsirləndirilən şəxs həmin maddənin «kakos» növlü narkotik olmasını və 80 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş 6 ədəd bükümlər zərfdə qablaşdırılmış, zərf möhürlənmiş və şəxsi axtarışda işitirak edənlər tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyü iştirak edənlər tərəfindən imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxsin üzərində 2 büküm deyil, 6 büküm aşkar olunmuşdur. Videoçəkiliş zamanı özü 6 bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 15-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 22 iyun 2021-ci il tarixli raportundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 5-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 15-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 22 iyun 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olraq narkotik vasitə əldə edərək, üzərində saxlaması barədə daxil olmuş məlumatın müəyyən edilməsi üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 5(008)-339/2021 saylı qərarından görünür ki, Sabunçu RPİ-nin 15-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 22 iyun 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şübhəli şəxs Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq müdafiəçinin iştirakı olmadan üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli şalvarın sol cibində olan 06 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli maddəni könüllü olaraq təqdim etmişdir. Aşkar olunmuş 06 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik maddə olan heroinə bənzər maddə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı “Xiaomi” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 40-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsinin “narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 22 iyun 2021-ci il tarixli, 1919 №-li Aktdan görünür ki, Təqsirləndirilən şəxs sidikdə “OPİ, MET+” aşkar edilmişdir. Cinayət işinin 43-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2021-ci il tarixli, 6/2532 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Saxlanılan şəxs : Təqsirləndirilən şəxs (imza)... » sözləri olan bir ədəd zərfdəki altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,851 qram, 0,852 qram, 0,401 qram, 0,550 qram, 0,335 qram, 0,436 qram, ümumi təmiz çəkisi 3,425 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkoik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 54-55-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 iyun 2021-ci il tarixli şəxsi axtarış prosesinin görüntülərinə baxış keçirilməsinə dair protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə aparılan şəxsi axtarış zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması sual edilmiş və varsa onları könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən kağız bağlama çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bağlamada 06 ədəd şəffaf rəngli sellofana bükülmüş xırda bağlamalar olduğu müəyyən edilmişdir. Şübhəli şəxs həmin maddələrin narkotik vasitə heroin olmasını və 80 manata aldığını bildirmişdir. Aşkar olunmuş 06 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik maddə olan heroinə bənzər maddə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 06 sentyabr 2021-ci il tarixli, BKC/LGL-15981/21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Cinayət işinin 126-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş 08 oktaybr 2021-ci il tarixli, 077-15651-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı şəxsi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 135-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X1 13 oktyabr 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edimiş narkotik vasitənin mənbəyini müəyyən etmək üçün, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli yeni cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitəni ancaq özü istifadə etmək üçün almış, heç kimə narkotik vasitəni satmaq niyyəti olmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması, onun özünün qismən etirafı ilə yanaşı, cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış mötəbər və mümkün sübutlarla kifayət qədər sübuta yetirildi. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 77-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 30 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Məhkəməsinin 25 iyul 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 26 sentyabr 2005-ci ildə Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2005-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuş; cinayət işinin 117-122-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 1(004)-277/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 aprel 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin resdivini yaradır. Cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsinin 03 avqust 2021-ci il tarixli 2634 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Həmçinin, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsini onun şəxsiyyətini səciyyələndirməklə müşayiət olunan cinayət əməllərini törətməyə meyilli olmasına dəlalət edir. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Cinayətin yenidən törədilməsinin daha təhlükəli növü kimi residiv çıxış edir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən, cinayətlərin residivi zamanı, qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 22 iyun 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 15-ci vərəqəsində olan 22 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 73-75-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 4(008)-429/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,305 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,305 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1833/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1833/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver