Məhkəmə qərarları › İş №1(101)-1835/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1835/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1835/2022 15.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədilə, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən, sonuncudan 01 iyun 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında külli miqdarda ümumi çəkisi 8,491 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib daşımış, 02 iyun 2022-ci il tarixdə, saat 11:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbsi, Y.Hüseynov küçəsində yerləşən «Rahat» marketin qarşısında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən 6-cı PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlindəki qara rəngli portmanatın içərisindən 2 ədəd şəffaf selllofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,793 qram və 3,698 qram olmaqla, ümumi təmiz çəkisi 8,491 qram külli miqdarda narkotik vasitə heroin və əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən səthində narkotik vasitə heroin izləri olan 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulduğu zaman onun üzərindən narkotik vasitə heroin və elektron tərəzi aşkar olunmamış, narkotik vasitə heroin onun avtomobilindən aşkar olunmuş, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Elektron tərəzi barədə heç bir məlumatı olmamış, sonradan polis əməkdaşları ona avtomobilindən elektron tərəzi aşkar olunduğunu bildirmişlər. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona verilmiş ittiham əsassızdır. O, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, şəxsi axtarış zamanı onda aşkar edilib götürülmüş iki büküm narkotik vasitə olan heroini satış məqsədi ilə deyil şəxsi istifadəsi üçün əldə etmişdir. Belə ki, 01 iyun 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri metronun 20 Yanvar stansiyası yaxınlığında adını bilmədiyi, İran İslam Respublikasının vətəndaşından öz şəxsi istifasi üçün 100 manata iki büküm narkotik vasitə olan heroin alıb istifadə etmək üçün üzərində saxlamışdır. 02 iyun 2022-ci il tarixdə, saat təxminən 11:45 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən «Rahat» markentin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdilər və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün onu Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Bölmədə hüquqlarını müdafiə etmək üçün dövlət hesabına ona müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah olunduqdan sonra onun öz razılığı ilə müdafiəçi iştirak etmədən video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarı zamanı əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzi və əlindəki qara rəngli portmanıtın içərisində olan 2 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunmuş iki büküm narkotik vasitə olan "heroin” zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, və zərfin üzəri onun tərəfindən imzalanmışdır. Üzərində keçirilmiş əxsi axtarışla bağlı protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Odur ki, adını bilmədiyi İran vətəndaşından iki büküm narkotik vasitə olan heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün almışdır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 02 iyun 2022-ci il tarixdə xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat Bölmənin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 02 iyun 2022-ci il tarixdə, səhər təxminən saat 10 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsinə getmiş, saat 11:45-də Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən “Rahat" marketin qarşısında onlar Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin piyada keçdiyini görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir. Həmin şəxs özünü xx xxxxxx 1976-çı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdr. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, sonuncunun qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs onlarla Binəqədi RPİ-si 6-cı Polis Bölməsinə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 6-cı Polis Bölməsinə getmişdir. 6-cı Polis Bölməsində baş təhqiqatçı, polis kapitanı Nəsimi Musayev tərəfindən Təqsirləndirilən şəxsun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdr. Bundan sonra, bölmədəki xidməti otaqların birində, müdafiəçinin iştiraki ilə onun və əməliyyat qrupunun üzvü Şahid2 iştiraki video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd tərəzini və əlində olan qara rəngli portmanatın içərisində olan 2 ədəd şəffaf sellofana bükülmüş halda olan bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi iki büküm şəffaf sellofan bükümlərin içərisində nə olduğu sual edildikdə sonuncu iki ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində olan vasitənin “heroin” deyilən narkotik vasitə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin bükülüləri haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə sonuncu narkotik vasitə istifadə etməsini, həmin bükümləri 01 iyun 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri metrosunun “20 Yanvar” stansiyasının yaxınlığında İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd tərəzi və içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan iki ədəd şəffaf sellofan bükümləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən iki ədəd kağız zərflərə (tərəzi bir zərfə, iki ədəd şəffaf sellofan bükümləri isə bir zərfə) qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı zərflərin üzərində şəxsi axtarışda iştirak etmiş şəxslər, o cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü də imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etdi. Cinayət işinin 33-35-ci vərəqlərində olan 04 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolda bildirilir ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzini və əlindəki qara rəngli portmanatın içərisində olan 2 ədəd şəffaf sellofana bükülmüş halda olan bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 2 ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində olan vasitənin “heroin” deyilən narkotik vasitə olduğunu demiş, həmin bükümləri 01 iyun 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri metrosunun “20 Yanvar” stansiyasının yaxınlığında özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd elektron tərəzi və içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan iki ədəd şəffaf sellofan bükümləri iki ədəd kağız zərflərə (elektron tərəzi bir zərfə, iki ədəd şəffaf sellofan bükümləri isə bir zərfə) qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 175 saylı möhürü İlə möhürlənərək götürülmüşdür. Cinayət işinin 58-60-cı vərəqlərində olan protokolda bildirilir ki, şəxsi axtarışda mütəxəssis Bakı şəhəri Binəqədi RPİ-nin KTG-nun ekspert kriminalisti, polis mayoru X3, Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirak etmişlər. Baş təhqiqatçı Nəsimi Musayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs Həmdulla oğluna paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd tərəzini və əlində olan qara rəngli portmanatın içərisində olan 2 ədəd şəffaf sellofana bükülmüş halda olan bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, sonuncu üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması təklif edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunduqda, sonuncu 2 ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində olan vasitənin “heroin” deyilən narkotik vasitə olduğunu bildirmişdir, Təqsirləndirilən şəxs həmin bükülülərin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə sonuncu narkotik vasitə istifadə etməsini, həmin bükümləri 01 iyun 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri metrosunun “20 Yanvar” stansiyasının yaxınlığında İran İslam Respublikasının vətəndaşı olan tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi-axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd tərəzi və içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan iki ədəd şəffaf sellofan bükümləri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən iki ədəd kağız zərflərə (tərəzi bir zərfə, iki ədəd şəffaf sellofan bükümləri İsə bir zərfə) qablaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 175 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən zərflərin üzərində şəxsi axtarışda iştirak etmiş şəxslər, o cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü də imza etmişdir. İş üzrə maddi subut olan CD diskə məhkəmə iclasında baxış keçirilmişdir. CD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 148-ci vərəqində olan protokolda bildirilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (070) ***-**-** saylı mobil nömrə ilə müxtəlif nömrələr arasında «pulun ötürülməsi», «pulun bank kartı hesabına köçürülməsi», «1 sərin kola», «nəşə istəgirsən», «gül difsitdi», «deyilənə görə bomba güldü» kimi jarqon kimi istifadə edilmiş yazılar vardır. Qeyd edilənlərə əsasən belə qənaətə gəlmək olar ki, həmin jarqon sözlərdən istifadə edilməklə dövriyyəsi qadan edilmiş narkotik vasitə və ya digər maddələrin əldə edilməsi, müqabilində kart hesabına pul köçürülməsinə işarə edən öz aralarında şifrəli sözlər kimi qəbul olunur. Odur ki, diskin yaddaşında olan həmin sms mətnlər istintaq üçün sübut əhəmiyyətinə malik hesab edilir. CD diskə keçirilmiş baxışla bağlı protokol tərtib edilmişdir. Cinayət işinin 44-45-ci vərəqlərində olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 iyun 2022-ci il tarixli, 6/3095 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,793 qram, 3,698 qram, ümumi təmiz çəkiləri 8,491 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikaqsının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahi İ) daxildir. Heroinin 0,1 qramı tədqiqata sərf edildikdən sonra 8,391 qramı qalıq qalmışdır. Cinayət işinin 167-ci vərəqində olan əlavə məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 iyun 2022-ci il tarixli, 6/3386 saylı rəyi ilə müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə - heroinin izləri müəyyən edilmişdir. Tərəzinin səthində heroin iz şəklində olduğundan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş heroin kütlələri ilə eyniləşdirmə tədqiqatının aparılması və təmiz çəkinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin 160-161-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizanın 07 iyun 2022-ci il tarixli, 3032 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 163-164-cü vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizanın 07 iyun 2022-ci il tarixli, 1452 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman onda hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz əməllərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xəsiyyətin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür Cinayət işinin 177-185, 215-ci vərəqlərində olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 8,491 qram narkotik vasitə olan heroin, 1 ədəd elektron tərəzi maddi sübut qismində tanınmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 8,391 qram qalığı və 1 ədəd elektron tərəzi zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, istintaq zamanı şəxsin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd CD disk, həmçinin "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən 1 ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11 -ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 N-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 22-ci vərəqində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 96-100-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 02 iyun 2022-ci il tarixdən hesablamaqla 04 ay müddətinə “həbs" qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 122-136-cı vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs: Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon məhkəməsinin 07 avqust 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 30 dekabr 2002-ci il tarixdə Əzizbəyov (Xəzər) rayon məhkəməsinin 11 dekabr 2002-ci il tarixli qərarı ilə CPM-nin 513.1, 520-ci maddələrinə əsasən vaxtından əvvəl şərti azad edilmiş; Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 may 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 02 avqust 2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 15 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 17 oktyabr 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 29 noyabr 2018-ci ii tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06 avqust 2019-cu il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə əsasən 06 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, 02 mart 2020-ci ildə cəza müddəti başa çatdığından şöbədə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyindən əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 02 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-in 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-in 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 8,391 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 ədəd CD disk, həmçinin "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 02 iyun 2022-ci il tarixdən hesablansın, barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut olaraq Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 8,391 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 ədəd CD disk, həmçinin "xxxx" MMC-dən əldə olunmuş məlumatları əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar