Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1835/2023 29.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X11, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1983-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 84, mənzil 17-də qeydiyyatda olmaqla ünvan 3, mənzil 281-də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 noyabr 2023-cü il tarixdə, saat 10:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda olan 2,970 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 17 aprel 2023-cü il tarixdə, saat 17:30 radələrində ünvan 1 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirilib orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynindəki şalvarının cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda olan təmiz çəkisi 2,970 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 17 aprel 2023-cü il tarixdə arvadı işdə, övladı Ulduzə isə xəstə olduğundan sonuncunu tək qoymamaq üçün evdə olmuşdur. O, arvadı işdən evə gəldikdən sonra, təxminən saat 17:30 radələrində evdən çıxmışdır. Blokdan çıxıb yaşadığı Nəsimi rayonu, Ə.Hüseynov küçəsi 7 ünvanında yerləşən binanın qarşısında saxladığı avtomobilinin qapısını açarkən özünü Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşı kimi təqdim etmiş Fərid adlı şəxs ona yaxınlaşaraq qoluna qandal taxmışdır. Digər polis əməkdaşı isə avtomobildə əyləşmişdir. Polis əməkdaşları onu 20-ci X20 adlı şəxsin yanına aparmışlar. X20 adlı şəxs ona “Sən narkotik vasitə satıcısısan” deyərək otağındakı seyfdən çıxarılmış bükümü təqdim edərək ya həmin bükümdəki narkotik vasitəni satmasını boynuna alacağını, yaxud da avtomobilinə 1 (bir) kiloqram narkotik vasitə qoyaraq sənədləşdirəcəklərini bildirmişdir. Nail adlı polis əməkdaşı ona fiziki təzyiq göstərməklə narkotik vasitə satmamasını boynuna almağını tələb etmişdir. Nail adlı şəxs sonradan ona guya hörmət edərək yalnız narkotik vasitə istifadəçisi kimi sənədləşdirəcəyini bildirmişdir. Ona qarşı edilmiş fiziki və psixi təzyiqlər nəticəsində ittiham olunduğu əməli törətdiyini boynuna almışdır. Videoçəkiliş ona təzyiq edildikdən sonra aparılmış, bu zaman müdafiəçi yanında olmamış, sonuncu ona sonradan təqdim edilmişdir. Sənədlər imzalanarkən müdafiəçi orada olmuşdur. O, hüquqi bilikləri olmadığından polis əməkdaşları tərəfindən ona qarşı edilmiş pis rəftarla bağlı nə barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə, nə də hər hansı dövlət orqanına və sair quruma şikayət etməmişdir. 20 may 2023-cü il tarixdə isə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.
3. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, əvvəllər narkotik vasitə marixuana istifadəçisi olmuşdur. Belə ki, sonuncu dəfə tutulmamışdan əvvəl 2023-cü ilin aprel ayında marixiuanadan istifadə etmişdir. Lakin heç vaxt heroin və ya başqa növ narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Şəxsi axtarış zamanı üzərində mobil telefon, pul və avtomobilində saxladığı, özünün istifadə etdiyi bıçaq aşkar edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadələrin sonundakı imzalar ona məxsusdur, lakin həmin ifadələri oxumadan imzalamışdır. Belə ki, o, həmin ifadələri təzyiq altında vermişdir. O, polis əməkdaşları tərəfindən həm döyülmüş, həm də təhqir edilmişdir. O, yaşadığı binanın blokundan çıxıb özünə məxsus ağ rəngli “BMW” markalı 789 dövlət qeydiyyat nişanlı avtomobilinə minərkən saxlanılmışdır. Ona Şahid1 və Şahid2 deyil, Nail adlı şəxs təzyiq göstərmişdir. Ola bilsin ki, həmin şəxsin adını səhv xatırlayır, lakin hadisə dediyi kimi baş vermişdir. Ona qarşı qanunsuz hərəkətlər etmiş şəxsi zahirən görsə tanıya bilər. Şahid1 onun hansısa qadına sataşması ilə bağlı məsələnin aydınlaşdırılması üçün onu “Mercedes E Class” markalı avtomobilə əyləşdirərək polis bölməsinə aparmış, Şahid2 isə onun “BMW” markalı avtomobilini idarə edərək polis bölməsinə gətirmişdir. ** PT *** dövlət qeydiyyat nişanlı “BMW” markalı ağ rəngli avtomobili sonradan arvadına təhvil verilmişdir. İfadəsinin sonunda azyaşlı qızının ürək çatışmazlığından əziyyət çəkməklə xəstə olduğunu bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, təxminən 10 ilə yaxındır fasilərlə narkotik vasitə qəbul etmişdir. 17 aprel 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsilə uzun müddət tanıdığı “Müşü” ləqəbli İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün pul müqabilində sonuncunun əvvəlcədən gizlətdiyi yerin fotoşəkillərini göndərdiyi yerdən heroini götürmüşdür. О, aldığı heroinin ödənişini İran İslam Respublikası vətəndaşı olan “Müşü” ləqəbli şəxslə əvvəllər də dəfələrlə etdiyi kimi ona göndərdiyi kart hesabına sonradan göndərmək barədə razılaşmışdır. 17 aprel 2023-cü il tarixdə, saat 17:30 radələrində ünvan 1 ünvanının qarşısında olan zaman 2 nəfər özlərini polis əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslər ona yaxınlaşaraq özünü şübhəli aparmasını bildirərək onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində şifahi sorğu zamanı o, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Orada ona üzərinə şəxsi axtarış keçiriləcəyi üçün xidməti otaqların birində hüquq və vəzifələri izah olunmuşdur. Onu gətirmiş polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının yan cibində 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, şəxsi istifadəsi üçün aldığı heroin aşkar edilmişdir. Eyni zamanda o, boz rəngli cins şalvarının yan cibindən özünə məxsus olan 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd “Sobranie” markalı siqaret qutusu, 1 (bir) ədəd alışqan və 2 (iki) ədəd 50 (əlli) manatlıq, 9 (doqquz) ədəd 1 (bir) manatlıq pul əskinası olmaqla, ümumilikdə 109 (bir yüz doqquz) manat pul vəsaitini onlara könüllü olaraq təqdim etmişdir. Daha sonra onun üzərində axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş başqa heç bir əşya olması müəyyən edilməmişdir. 1 (bir) ədəd “Sobranie” markalı siqaret qutusu, 1 (bir) ədəd alışqan və 2 (iki) ədəd 50 manatlıq, 9 (doqquz) ədəd 1 (bir) manatlıq pul əskinası olmaqla, ümumilikdə 109 (bir yüz doqquz) manat pul vəsaiti ona qaytarılmışdır. Şəxsi axtarış istintaq hərəkətinin aparılması videokamera vasitəsi qeydə alınaraq həmin videgörüntüyə baxılmış və bu barədə tərtib edilmiş protokola heç bir etirazının olmadığını bildirmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmadığından onun narkotik vasitə istifadə etməsi barədə heç kimin məlumatı yoxdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq olunmamışdır. Narkotik vasitəni əldə etdiyi şəxsin anket məlumatlarını bilmir (Cild 1, iş vərəqi (bundan sonra i.v) 59-60; 75-77).
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
7. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 17 aprel 2023-cü il tarixdə, saat 17:30-da 20-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə polis bölməsinin xidməti ərazisi olan ünvan 3 ünvanının qarşısında olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasının şahidi olmuşlar. Buna görə onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxsin gözlərinin axması, həyəcanlı olması, verilən suallara qeyri-müəyyən cavablar verməsi və onlardan uzaqlaşmağa cəhd etməsi şübhələrini daha da artırmışdır. Nəticədə həmin şəxsin narkotik vasitənin təsiri altında olması və üzərində narkotik vasitə saxlamasından şübhələndikləri üçün onu 20-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra raportla rəhbərliyə müraciət olunmuş və araşdırma təhqiqatçı Məzahir Məmmədliyə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı Məzahir Məmmədli tərəfindən tutularaq hüquqlarının müdafiəsi məqsədilə vəkillə təmin olunmuş, sonra isə onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının yan cibindən 1 (bir) ədəd büküm çıxararaq masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra şəxsi axtarışa başlanılmış və sonuncunun üzərində hər hansı qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün özünə məxsus olmaqla narkotik vasitə heroin olduğunu, həmin heroini “İnstagram” sosial şəbəkəsi vasitəsilə uzun müddət tanıdığı “Müşü” ləqəbli İran İslam Respublikası vətəndaşından 17 aprel 2023-cü il tarixdə sonuncunun əvvəlcədən gizlətdiyi yerin fotoşəkillərini göndərdiyi yerdən şəxsi istifadəsi məqsədilə götürdüyünü, ödənişi isə həmin şəxsin kart hesabına göndərməklə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumatı yoxdur.
8. Şahid qismində dindirilmiş Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə bağlı deyil, ərazidə xidmət zamanı özünü şübhəli apardığı üçün saxlanılaraq polis bölməsinə gətirilmişdir. Dörd ildir həmin ərazidə xidmət edir. Təqsirləndirilən şəxs saxlanıldığı yer Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi onun xidməti ərazi dairəsi olduğundan orada mütəmadi olaraq oğurluq və sair cinayət hadisələri ilə bağlı profilaktik tədbirlər aparırlar. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs qarşı o, Şahid2 və ya digər polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs hər hansı bir qadına sataşması və sair digər səbəblərdən saxlamamışlar. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və Təqsirləndirilən şəxs barəsində əvvəllər cinayət xarakterli hər hansı əməliyyat məlumatı ona daxil olmamışdır.
9. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid1 ilə əsasən oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmiş, sonuncudan üzərində narkotik vasitə olub-olmamasını soruşmamış, onu şübhəli davranışları səbəbindən polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs avtomobilə əyləşərkən deyil, həyətdə gəzərkən saxlanılmışdır. 20-ci X20 adlı əməliyyat müvəkkili olan polis əməkdaşı vardır. Lakin Nail rəis heyətinə daxil deyil və Təqsirləndirilən şəxsla bağlı hər hansı məsələdə iştirakı olmamışdır.
10. Məhkəmədə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, özünə məxsus 055 250 06 76 saylı mobil telefon nömrəsi ilə müstəntiq Orxan Əkbərovdan ərinə məxsus avtomobili götürmək məqsədilə sonuncu ilə əlaqə saxlamışdır. Həyat yoldaşı saxlanıldıqdan sonra 20-ci polis bölməsinə getmiş, gecə yarısına qədər orada gözləmişdir. Növbəti gün yenidən ora getmişdir. O, Təqsirləndirilən şəxs necə tutulmağı barədə məlumatsızdır. Əri Təqsirləndirilən şəxs məxsus “BMW” markalı avtomobili 2 gün sonra ona qaytarmışlar. O, avtomobili təhvil alarkən hər hansı sənədi imzalamamışdır. Avtomobili vermək istəmədiklərinə görə iki gün gedib-gəlmişdir. Bu zaman həyat yoldaşı Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsində olmuşdur. Orxan adlı müstəntiq onu iki dəfə avtomobili götürməyə göndərsə də, orada ona avtomobilin açarını itirdiklərini bildirmişlər. Üç gün sonra avtomobili götürmüşdür. Əri Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi barədə hər hansı məlumatı yoxdur.
11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 17 aprel 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı X12 tərəfindən 18 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, i.v.1).
13. Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən həmin bölmənin rəisi, polis polkovnik-leytenantı Vüqar Abdullayevə ünvanlanmaqla müvafiq qaydada qeydə alınmış 17 aprel 2023-cü il tarixli raportda göstərilmişdir ki, həmin tarixdə, saat 17:30-da xidməti zərurət ilə əlaqədar Nəsimi RPİ-nin 20-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə polis bölməsinin inzibati ərazisi olan ünvan 3 ünvanının qarşısında bir nəfər şəxsin özünün şübhəli aparmasının şahidi olmuş, bu səbəbdən onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmiş, lakin həmin şəxsin gözlərinin axması, həyəcanlanması, verilən suallara qeyri-müəyyən cavab verməsi və oradan uzaqlaşmağa cəhd etməsi şübhələrini daha artırdığından həmin şəxsin narkotik vasitənin təsiri altında olmasından və üzərində narkotik vasitə saxlamasından şübhələnərək sonuncunu saxlayaraq Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasına gətirmişlər. Polis bölməsində həmin şəxsin xx xxx 1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 84, mənzil 17də qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın, eləcə də narkotik vasitənin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə müvafiq araşdırma aparılması üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir (cild 1, i.v.1).
14. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 aprel 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X14 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 21:00-dan 22:30-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı, polis leytenantı X12 tərəfindən həmin bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid2 və Şahid1, mütəxəssis qismində dəvət olunmuş Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin KTQ-nun inspektor kriminalisti, polis leytenantı X10 iştirakı ilə Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilməklə istintaq hərəkətinin mahiyyəti izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynində olan boz rəngli şalvarının yan ciblərində olan 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, 1 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd “Sobranie” markalı siqaret qutusu, 1 (bir) ədəd alışqan və 2 (iki) ədəd 50 (əlli) manatlıq, 9 (doqquz) ədəd 1 (bir) manatlıq, ümumilikdə 109 (bir yüz doqquz) manat pul vəsaitini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş bükümə baxış keçirilərkən bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddə aşkar edilmiş, həmin maddənin Təqsirləndirilən şəxs məxsus olub-olmaması sual edildikdə isə o, aşkar olunmuş maddənin ona məxsus olduğunu qeyd edərək həmin kütlənin narkotik vasitə heroin olduğunu, 17 aprel 2023-cü il tarixdə uzun müddət “İnstagram” sosial şəbəkəsindən tanıdığı “Müşü” ləqəbli İran İslam Respublikası vətəndaşından, sonuncunun əvvəlcədən gizlətdiyi yerin fotoşəkillərini göndərdiyi yerdən götürərək şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, götürdüyü heroinin pulunu əvvəlcədən dəfələrlə etdiyi kimi sonuncunun ona göndərdiyi kart hesabına göndərəcəyini bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarlarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs isə üzərində hər hansı başqa qanunla qadağan edilmiş əşya və ya digər predmetlərin olmadığını bildirmişdir. Daha sonra 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm və qeyd olunan mobil telefon ayrı-ayrı zərflərdə qablaşdırılaraq PB-nin 188 saylı möhürü ilə möhürlənmiş, üzəri istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra video çəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. İstintaq hərəkəti zamanı “Sony” markalı video kameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət və ya vəsatət daxil olmamışdır. Tərtib olunmuş protokol ucadan oxunaraq düzgünlüyü imzalarla təsdiq edilmişdir. Həmin protokol və ona əlavə edilmiş videogörüntü Təqsirləndirilən şəxs iştirakı ilə müdafiəçisinə tanış olmaq üçün təqdim edilmiş, müdafiəçinin həmin protokolla və videogörüntü ilə tanış olmasına dair 17 aprel 2023-cü il tarixli protokol tərtib edilmişdir. Qeyd edilən protokoldan müdafiəçi Ramin Məmmədov və Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti və ona əlavə edilmiş videogörüntü ilə bağlı hər hansı etiraz və ya vəsasətlərinin olmaması müəyyən edilmişdir (Cild 1, i.v. 42-49).
15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 aprel 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 15 dəqiqə 35 saniyə və bir ədəd müddəti 2 dəqiqə 18 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (cild 1, i.v. 48).
16. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/2264 saylı, 18 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən narkotik maddəyə bənzər maddə aşkar edilərək götürülmüş şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,970 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 2,970 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 2,870 qramdır. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır (Cild 1, i.v 53-57).
17. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Bakı şəhəri, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X17 tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (Cild 1, i.v. 63)
18. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir (Cild 1, i.v. 66).
19. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi Ramin Xəlilovun iştirakı ilə elan edilməklə mahiyyəti izah edilmişdir (Cild 1, i.v.68-73).
20. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 4(006)- 206/2023 saylı qərarının təsviri hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, narkotik vasitədən istifadəyə təzə başlamışdır. Əməlindən peşmandır. Himayəsində bir azyaşlı xəstə qızı vardır.” Həmin qərarın təsviri hissəsində həmçinin göstərilmişdir ki, “Məhkəmə iclasında müdafiəçi X16 təqsirləndirilən şəxsin əməlinin səmimi etiraf etməsini və peşman olmasını, himayəsində bir azyaşlı xəstə qızının olmasını və daimi yaşayış yerinin olmasını nəzərə alaraq vəsatətin təmin edilməməsini məhkəmədən xahiş xahiş etmişdir.” (Cild 1, 88-92;)
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 26 aprel 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 97-98).
22. 2 nömrəli X3 verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v. 99).
23. Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Abdullayevin müstəntiq Orxan Əkbərovun əməliyyat tapşırığına 24 may 2023-cü il tarixli cavabında göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni aldığı “Müşü” ləqəbli İran İslam Respublikası vətəndaşının şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamış, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməsi ilə bağlı hər hansı məlumat əldə olunmamışdır (Cild 1, i.v. 110).
24. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 8 iyun 2023-cü il tarixli, 3576 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Qeyd edilən rəyin təsviri hissəsində göstərilmişdir ki, deməsinə görə arabir, düşəndə narkotik vasitə olan heroindən istifadə edib (Cild 1, i.v 111-112).
25. “Sübutların qiymətləndirilməsi haqqında” 12 iyul 2023-cü il tarixli qərara və müvafiq raporta əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,970 qram narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,870 qram məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Eyni zamanda həmin qərarla şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntülərin əlavə edildiyi bir ədəd disk maddi sübut qismində tanınmaqla iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 114-121; 126).
26. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.S.Əkbərov tərəfindən 18 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 18 iyul 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.127-132).
27. Mingəçevir şəhər X1 19 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2016-cı il tarixdən “Emosional davamsız şəxsiyyət pozğunluğu, özünü kəsmələrlə” diaqnozu ilə Mingəçevir X2 qeydiyyatdadır (Cild 2,).
28. Sorğu əsasında Təqsirləndirilən şəxs adına Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabça əldə edilərək baxış keçirilib surəti çıxarılmaqla iş materiallarına əlavə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabçada bədəni üzərində hər hansı xəsarətin aşkar olunmaması, sol saidin ön səthində çoxsaylı, sol baldırın orta 1/3-də bir ədəd köhnə çapıq toxumasının müşahidə edilməsi, həbs olunmazdan əvvəl hər hansı xəsarət almadığını, hər hansı şikayətinin olmaması qeyd edilmişdir (Cild 2,).
29. Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Abdullayev tərəfindən verilmiş 31 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsi ilə əlaqədar təqsirləndirilən şəxsin istifadəsində olan **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil polis bölməsinə gətirilməmişdir (Cild 2)
30. "xxxx" MMC-nin direktoru Həsənov İ.K tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş 7 sentyabr 2023-cü il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşamaqla yaşadığı müddətdə qonşular və bina sakinləri ilə heç bir münaqişə etməmiş, heç bir şikayət daxil olmamışdır (Cild 2).
31. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan aydın olur ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1 iyul 1976-cı il təvəllüdlü arvadı Şahid3 və 6 noyabr 2015-ci il təvəllüdlü qızı X8 ibarətdir (Cild 2). Əməlin tövsifi və digər hüquqi məsələlər:
32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
33. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
35. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
36. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
37. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
38. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
41. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşlarının onu aldadaraq, habelə ona fiziki və psixi təzyiq edərək onların bildirdikləri kimi demədiyi halda daha ağır maddələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və pis rəftara məruz qalacağı ilə hədə-qorxu gəlmələri, məcbur qaldığından polislərin təklifi ilə razılaşaraq onların bildirdikləri kimi deməsi və təqdim edilmiş sənədləri imzalaması, videoçəkiliş zamanı polis əməkdaşlarının ondan nə və necə tələb etmişlərsə elə də deməsi, həmçinin məhkəməyədək icraat zamanı ifadələrini və tərtib edilmiş sənədləri oxumadan imzalaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
42. Belə ki, hökmün 14-15-ci bəndlərində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən onun üzərində olan əşya və predmetləri özünün sərbəst olaraq təqdim etməsi və tərtib edilmiş protokolun düzgünlüyünü yoxlayaraq imzalaması əyani formada öz əksini tapmışdır.
43. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq tutularaq üzərinə narkotik vasitə qoyularaq təzyiq və aldatma nəticəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə sənədləşdirilməsinə dair qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir.
44. Belə ki, hökmün 7-10 və 13-cü bəndlərində göstərilənlərə əsasən də müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 20-ci PB-nin əməkdaşları tərəfindən özünü şübhəli aparması ilə əlaqədar saxlanılmış, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması nəticəsində narkotik vasitə heroin aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir.
45. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə üzərində aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmamasını, ibtidai araşdırma orqanı tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalmasına görə etiraf etdiyini və istintaq hərəkətinin gedişatına dair tərtib olunmuş protokolu oxumadan imzalamasını və sair hallar onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir. Halbuki, məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində, habelə barəsində məhkəmə nəzarəti qaydasında həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən, habelə sonradan seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə müdafiəçinin vəsatətinə baxılarkən ona istinad edilən əməli səmimi etiraf etməklə törətdiyi əməldən peşman olmasını bildirmiş və hər hansı şəxs tərəfindən, o cümlədən polis əməkdaşları tərəfindən hər hansı pis rəftara məruz qalmadığını vurğulamışdır. Eyni zamanda, hökmün 28-ci bəndində də göstərildiyi kimi təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən ətraflı tibbi müayinədən keçirilmiş, adına tibbi kitabça açılmış və orada aparılmış qeydlərdən də Təqsirləndirilən şəxs həbs olunmazdan əvvəl hər hansı zədə və ya bədən xəsarəti alması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrinə tənqidi yanaşaraq onlar iş materialları ilə təsdiq edilmədiyindən rədd edir. Həmçinin hökmün 24cü bəndində göstərildiyi məhkəmə-narkoloji ekspertizası keçirilərkən ekspert komisisiyyasına arabir, düşəndə narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
48. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X5rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
49. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı fiziki və ya pisixi zorakılıq tətbiq edilməsi, aldadılması barədə məhkəmədə ifadəsində göstərdiklərini məhkəməyədək icraat zamanı ümumiyyətlə qaldırmamış, onun saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı sonradan barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini, onun sərbəst olaraq barəsində hər hansı qanunsuzluq baş verdiyi halda müvafiq dövlət orqanlarına və sair qurumlara müraciət etmək imkanının olmasına baxmayaraq, belə halların olması müəyyən edilməmişdir.
50. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
51. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
52. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
53. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
54. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
55. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
56. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
57. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
58. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
59. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
60. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
61. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, uşağının xəstəlikdən əziyyət çəkməsini, əvvəllər məhkum olunmamasını və məhkəmə icraatı dövründə davranışını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
62. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
63. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
64. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
65. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
66. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 17 aprel 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 20 may 2023-cü il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.19-20; 88-92; 107; cild 2).
67. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.
68. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 aprel 2023-cü il tarixdən hesablanmalıdır.
69. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.
70. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
71. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
72. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 2,870 qram olan narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
73. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
74. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
75. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
76. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
77. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X9 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
78. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 17 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün həbs qətimkan tədbiri ilə bağlı hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 2,870 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.