Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1836/2022 16.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (saat 12:35) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış sahəsi, ev 21-də qeydiyyatda olan və şəmin ünvanda yaşamış, hazırda barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 14,967 qram olan narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 26 iyun 2022-ci il tarixdə, saat 04.00 radələrində ünvan 1 ünvanın qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 13-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Sabunçu RPİ-nin 13-cü polis şöbəsinə gətirilib həmin bölmənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən selofana bükülmüş bir bükümdə içərisində külli miqdarda təmiz çəkisi 14,967 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona verilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində parkda olan zaman saat 10:30 radələrində 15-16 nəfər şəxs onu saxlamış və bölməyə aparmışlar. O, qaçmaq istəmiş, lakin qaça bilməmişdir. O, bölmədə Ariz müəllimi görmüş, Ariz müəllim ona narkotik vasitə istifadəçisi olduğunu, sənədə imza çəkməli olduğunu və yaxşı olacağını demişdir. O, aldanaraq sənədə imza etmişdir. Onun üzərində narkotik vasitə olmamış, narkotik vasitələri satış məqsədi ilə əldə etməmiş, lakin narkotik vasitə istifadəçisidir. O, narkotik vasitələrdən istifadə etdiyi üçün polisləri görən zaman qaçmışdır. Videoçəkilişdən əvvəl ona sənədi imza etməyi deyilmişdir. Onların dediyinə görə, guya o, Bakıxanov qəsəbəsində saxlanılmış və 14 qram narkotik vasitəni Bülbülə qəsəbəsindən almışdır. Onun mobil nömrəsi olsa da, mobil telefonu yoxdur. Ona narkotik vasitə ilə bağlı mesaj gəlmiş və o, həmin şəxslərə narkotik vasitələri pulsuz vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi satış məqsədilə narkotik vasitə əldə etməməsi, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmamasına dair xüsusatları özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməliyyat müəvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə o, 13-cü polis şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə saat 04:00 radələrində Bakı şəhəri, Sabunçu rayon polis idarəsinin inzibati ərazisində xidmət aparan zamanı ünvan 5 ünvanın qarşısında bir nəfər şəxsi görmüşdür. Həmin şəxs zahiri əlamətlərinə görə narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olan şəxsə oxşamış, mülki geyimdə olduqları üçün həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş, şəxsiyyətini təsdiq edən sənədi tələb edən zaman həmin şəxs qaçmağa cəhd etmiş, lakin onlar onu yaxalayıb 13-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. 13-cü polis şöbəsinin inzibati binasında olarkən Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunaraq vəkillə təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcək. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsini xahiş etmiş, bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra vəkil xidməti otağı tərk etmiş və videoçəkişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd selofana bükülmüş bir bükümdə içərisində narkotik vasitə heroinə bənzər olan qəhvəyi rəngli toza oxşar spesifik iyli maddə aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni o, öz istifadəsi üçün 25 iyun 2022-ci il tarixdə axşam saatlarında Bülbülə qəsəbəsindən tanımadığı şəxsdən 300 manata aldığını, narkotik vasitə heroini başqa bir şəxsə satmaq fikrində olmadığını və bədənində ağrıları olduğuna görə heroini qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə oxşar olan maddə qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər hansı fiziki zor və psixi təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü polis şöbəsinin əməliyyat müəvəkkili Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə kimyəvi ekspertizasının 26 iyun 2022-ci il tarixli 6/3555 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №160 dairəvi möhür əksi "Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bağlamada təmiz çəkisi 14,967 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalan təmiz çəkisi 14,867 qram müəyyən olmuşdur. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizanın 3725 saylı 08 iyul 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və Psixostimlyatorların qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə olunmuş 26 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs İqar oğlunu bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd selofana bükülmüş içərisində qəhvəyi rəngli tozşəkilli maddəni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddənin “kakos” bildiyi narkotik vasitə olduğunu, öz istifadəsi üçün 25 iyun 2022-ci il tarixdə axşam saatlarında Bülbülə qəsəbəsindən ünvanını bilmədiyi şəxsdən 300 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə oxşar olan maddə qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinə əlavə olunmuş 26 iyun 2022-ci il tarixli “videoyazıya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, faylda 5 dəqiqə 40 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nİn təhqiqatçısı polis baş leytenantı Kənan Əliyev tərəfindən 13-cü PŞ-nə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə 13-cü PŞ-nin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən selofana bükülmüş bir bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilib götürülür. Həmin narkotik vasitə heroini Təqsirləndirilən şəxs öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf edir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş «CD» diskdə qeyd olunan Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı nömrəsinə daxil və xaric olan smslərdən görünür ki, 01 aprel 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixə qədər olan müddət ərzində müxtəlif nömrələrlə yazışma aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması aşağıdakı sms mətnləri ilə tam təsdiq edilir. xx/xx/2022,01:23:16,**********22,**********92,İndi yeqim sen basha dushursende men nece eziyyet cekdim bugun lomk xx/xx/2022,01:23:16,**********22,**********92,ada,trupka manattiga qeder verdimki canim qurtarsin beladan,bu yann xx/xx/2022,01:23:29,**********22,**********92,an qardashimiz 2 gunuydu tutulmushdu turmeye etap olunmamish metide xx/xx/2022,01:25:33,**********22,**********92,n onada catmaliydi lomkada getdi olmeye bedbaxt oglu bedbaxt xx/xx/2022,01:34:07,**********22,**********92,Taleh eger istiyirsen gorushende bu movzu konkret olmamish kimi olsun day sabah qardashim pulu vastanavit eliyib gelib demeye meti alinmadi,qardashimsan xx/xx/2022,01:34:07,**********22,**********92,butun umudum metiyediki cixim veziyyetden evde uje yandirillar meni 10 15 gundu eliyirem s……i uje gune iki defe yarim yarim soxuram men bedbaxt xx/xx/2022,03:08:39,**********22,**********92,Brat saat 2 dedun indi uje 3u kecdi,bir shey yaz bilim fikrivu xx/xx/2022,18:32:09,**********92,**********22,Qaqaw problemdeyem axwam korogluda goruwek sat 11 xx/xx/2022,18:46:15,**********35,**********92,Salam qaq meinm senan cavab ver bilrsein xx/xx/2022,21:01:37,**********13,**********92,Yeke kisiseneee ala bu soyqa lomkadan ole ole seni gpzdurem ee xx/xx/2022,12:57:05,**********97,**********92,Qardasimsan catdir ozvu pisem men gedirem ozumden xx/xx/2022,14:36:17,**********97,**********92,Sen ol pis gundeyem taleh qaqaw gelde xx/xx/2022,16:03:52,**********22,**********92,Taleh fikrivi deqiq bildim,sen oz aleminde atdun mene,deyirsen problemim var amma sene deyim real problem nece olur men sene gosterecem. xx/xx/2022,16:16:11,**********22,**********92,O puluku qoca arvad goz yashiynan tapdi verdi men cixim poxdan sen apardun,iki oglumun cani bunu sene kecmerem deyim bil agrida ishim ancag seni axtarmagdi xx/xx/2022,17:26:24,**********17,**********92,Qaqaş menem ramiz bzovna terefdeyem az baviz sexnin yaninda gorşe b xx/xx/2022,17:26:24,**********17,**********92,ilerik 25 m xx/xx/2022,18:30:27,**********33,**********92,Qaqa evdeyem dedim gorum alinar bidene 10manatdix veresen mene qapida pulun verem qaqa ya ozum gelem gotrem yeni pulun verim goturume qaqa xx/xx/2022,23:14:18,**********33,**********92,Brat axsamin xeyir uzurlu say brat narahat edirem bele qardas yana bir iwim duwub sene brat eyer qaqa alinarsa yeni vezyet cox pisdida evde sende menim q xx/xx/2022,23:14:22,**********33,**********92,ardawm qan qaraciliqdi mende temiz qanm qaralb draznt olmuwam qardawiva bidene qardaw yana komeklik elyesen qaqa imkan varsa mene braz daw getre bilersen xx/xx/2022,23:14:27,**********33,**********92, saba gunortada qardawn sene nece lazmdi hormet elesin brat bidene sen qadan alm evde olan prablemi didim sene bidene vezyeti basa dusub mene komeklik el xx/xx/2022,05:08:53,**********04,**********92,Teki salamatciliq olsun, brat. Bele nese lazimdisa ustumuzde az da olsa pul var.Atam,eger cixmagin problemdise ozumuz de yaxinlawa bilerik.Gec cixarsansa g xx/xx/2022,05:08:53,**********04,**********92,ozlemeyek,ama bele burdayiq hele ki,gozleyirik brat. xx/xx/2022,11:32:49,**********33,**********92,Brat pul vare qaqa alnar bidene yari gotrum 30manata xx/xx/2022,21:18:38,**********10,**********92,Tale.alnmır.mana.de.man.bilim. xx/xx/2022,21:32:59,**********42,**********92,QAQAS SOZ VERMSEM USGİARA GELSENL' xx/xx/2022,21:40:18,**********42,**********92,QAQAS QALMSAM SOYUXDA MENE CAVAB DEDE xx/xx/2022,23:02:01,**********42,**********92,QAQAS BU SOYUXDA BAYQDAN GOZDUYREM SENİ GELSEN xx/xx/2022,23:49:10,**********42,**********92, QAQAS HORMETZDİY EDRSEN ONDA PULU VER GOTRUM BASQA YERDEN BASQDA VAR İSDYEN xx/xx/2022,19:53:39,**********97,**********92, Qaqaw men g…m peskam beyem zengimi acmirsan diyirem aqriyiram qala bilmirem meni ise doluyursan brat mene niye bele hereket edirsen ? xx/xx/2022,20:29:35,**********82,**********92,Qaqaw pul hazırdı necə eliyek xx/xx/2022,20:13:04,**********33,**********92,Brat mene 35 manata bidene yari hell elemek olar mene bidene tecili cavab di alnmrsa basqa yerden hell eliyim xx/xx/2022,21:28:40,**********33,**********92,Ay brat bidene mene he yox dinen men iwimi bilimda qaqa qonagm var rayonan gelbdi soz vermwem bidene 35manata yari alnar mene cavab dinen xx/xx/2022,22:19:34,**********33,**********92,Brat diyremki kartina 35 manat vrsam getrb bizim qapya qoya bilersen qaqa? xx/xx/2022,13:27:46,**********13,**********92,Qaqa sen 20 at men axsak terefi 5 qaytaram and ola allaha burdayam qaplarjnfa xx/xx/2022,14:55:16,**********10,**********92,Adam.qahba.olmaz.sani.tutaram.crıq.a xşam.galacam.buzovnaya.man.sani xx/xx/2022,14:55:20,**********10,**********92,.kişi.bilirdim.gotur.amanati.çadır.05.q.y oxsa.s..leceksan. xx/xx/2022,15:28:31,**********33,**********92,Qaqa bidene srocnu yari lazmdi 35 manat verir hel elemek olar mene tez cavab dinen gozduyuler xx/xx/2022,15:51:27,**********33,**********92,Qaqa men burdayam qardawmsan camatn yanda pis vezyetde qalmym qaqa xx/xx/2022,21:25:22,**********33,**********92,Brat mene bidene cavab ver brat srocnu bawqa iwm var senen qaqa bawqa meseledi xx/xx/2022,21:56:04,**********12,**********92,5404 0852 3862 5752 xx/xx/2022,23:30:05,**********92,**********13,Sene qiryetsiz deyenin dilin cixardaram .oldu .pul olsa tendir al xx/xx/2022,12:18:28,**********11,**********92,Qurban olum qardasim tez gel olurem men xx/xx/2022,12:30:54,**********11,**********92,Q……. elemede qardasim s……m salvarima lomkadan xx/xx/2022,12:31:53,**********11,**********92,Gelim men goturumde hardasansa xx/xx/2022,12:41:19,**********11,**********92,Cindirlig eledin mene qarsi senol xx/xx/2022,22:04:28,**********89,**********92,Qaqaw menem nicat seni gozleyrem gelirsen ya yoxhe yox de xx/xx/2022,21:19:20,**********13,**********92,Yeke oglansan taleh bu ne hereketdi edirsen icin sikim 2 saatdi e duz budu hormetin xx/xx/2022,21:24:38,**********13,**********92,G……..san sen s…m bunun icin acda s……...vi adamliqin olsjnda xx/xx/2022,23:10:23,**********73,**********92,Bidene mene yigda imkan varsa yada kola varindi? Varindi? Birdeki konturum yoxuydu yaza bilmedim beyaq gunorta yaridan qalan mendedi xx/xx/2022,15:49:35,**********37,**********92,X5 Cilegera 25 X10 X14 X11 X6 Telfonun xx/xx/2022,15:55:25,**********37,**********92,X9 X12 X13 Getmemw xx/xx/2022,16:25:38,**********37,**********92,Qerdew Biraz 07 X4 X2 5 X7 Axwam Olar?Catdm 2 Deq xx/xx/2022,00:07:23,**********14,**********92,qaqaw pul var tez kart zad de gonderim menem behruz cileger brat xx/xx/2022,23:57:38,**********11,**********92,Qardasim necesen ne var ne yox? Brat srocnu yari das yarida kola lazimdi alinar? xx/xx/2022,05:04:58,**********45,**********92,Qaqa 05 kola birde falqa verde mene xx/xx/2022,05:06:40,**********92,**********45,Ata 10 atdin axi sen bes xx/xx/2022,14:01:21,**********82,**********92,Qaqaş 25var hardasan xx/xx/2022,18:06:37,**********11,**********92,Qaqaw camahat gozdiyir 2 saatdi pulu almiwam yigiram seni acmirsan. derdimi deyim sora deyirsen komey ele xx/xx/2022,19:41:55,**********11,**********92,10 deq catiram qapiya sesdedim cix xx/xx/2022,22:45:13,**********84,**********92,Atam nolar dasi biraz babat elefe xx/xx/2022,23:16:37,**********92,**********13,Omrum buki aparmadiya bunlari s…irsin burdan ne s…e iwim var deyir xx/xx/2022,23:25:54,**********73,**********92,Ata yari karobka ot lazimdi negd isdiyen var alinar? xx/xx/2022,11:04:12,**********11,**********92,Övladim yari torpag lazimdi 20 manatim var ölürem qardaşim senol xx/xx/2022,23:17:46,**********11,**********92,qaqaw bidene yigda mene konyutum qutardi daw lazimdi 0,5 saat 12 ol xx/xx/2022,23:17:47,**********11,**********92,du cixa bilmiycem 60 defe yigmiwam sene bidene cavab vermirsen xx/xx/2022,11:05:33,**********11,**********92,Brat 1 daw lazimdi cavab verde xx/xx/2022,17:50:52,**********66,**********92,Qaqaşim paketin 2denesini 04ele 1denesini 07elede sene zəhmət xx/xx/2022,23:06:11,**********92,**********66,62710920 leo bank xx/xx/2022,05:55:40,**********12,**********92,Ay qaqa masinin qarapqasi dagilib ay qaqa bu gun menim 350ver ehtiyacim var xx/xx/2022,05:56:38,**********92,**********12,Bawin xarab olub 350 nedi yasamaldayam saat 12 1 ucun gelcem sohbet ederik de xx/xx/2022,05:57:04,**********92,**********12,Ozde buvaxt mixin durub yiqmisan adama bu vaxt yiqilmir xx/xx/2022,23:32:58,**********58,**********92,Socikin icinde dasin altina qoydum turupkani caxrdim.cxmadun gotur CAvab di mene xx/xx/2022,12:56:33,**********92,**********13,Onrum birdene qabi verde mene qurban sene tez lazimdi xx/xx/2022,14:20:55,**********11,**********92,Fərid yarım qutu laqonda daşı lazımdı xx/xx/2022,14:21:51,**********11,**********92,Bro cavab ver gedim yoxsa gözdeyim? xx/xx/2022,21:03:21,**********63,**********92,Salam Brat 8m pulum var ser xecatinen cixaram mene 04 05 kola ver anavi cami axrayiram men yaxdayam xx/xx/2022,00:49:13,**********92,**********92,X8 Niye Adboy elursen Direm ki 15 Manat pul avar 5 PQTİ 10 kola Duzeler He he Yox xx/xx/2022,17:40:58,**********22,**********92,Qardasim bir dene mene kurs ele ot goturmusen gozluyum,cunku fakt indi elimde 30m var ot lazimdi xx/xx/2022,18:21:12,**********19,**********92,Brat 25 X10 hara gelim das lazimdi tez de yig meni behruzdu xx/xx/2022,18:21:12,**********19,**********92,Brat 25 X10 hara gelim das lazimdi tez de yig meni behruzdu xx/xx/2022,19:29:19,**********74,**********92,İmkan varsa yari kola yari daş pul var rayona gedirem ata xeber dede xx/xx/2022,20:13:44,**********11,**********92,1 torpaq yari yari. Dermanlari saxla birde 16 manat hele qalsun quvvede.1 aborotda gelcem onda 16 silcem dermanlari goturcem. Hec kime verme. xx/xx/2022,01:36:20,**********22,**********92,Qaqas tez cavab ver alinirsa masini salmiyim heyete,30m duzeltdim yarim yesiy alinirsa cixim gelim?? xx/xx/2022,19:41:29,**********11,**********92,50 manat var mende. Ozumde biraz var durmuwam agriyiram icitme meni. Bidenede Huawei telefon var xx/xx/2022,22:16:12,**********11,**********92,12 derman 0,5 kola 1 cet daw. xx/xx/2022,17:05:32,**********11,**********92,120 manat elimde qaqaw yanimda ac poxvi xx/xx/2022,17:14:39,**********71,**********92,Ne qeder daw zad isdiyen vare. Gedey belkem? Birdeki oyuna pul vurceysen? xx/xx/2022,10:36:53,**********11,**********92,Pulum var agriyiram xx/xx/2022,12:33:23,**********11,**********92,Siz terefdeyem 1 lazimdi pulda var xx/xx/2022,12:38:47,**********92,**********11,Qaqaw menem ferid bizde hecne yoxdu ged maraqlan tapsan bizede xeber ele. xx/xx/2022,14:59:45,**********85,**********92,Ay atam bawiva donerem 1dene lazimdi mawinnanamda brat hara desen gelim naxadu.qonagim var atam xx/xx/2022,01:11:34,**********58,**********92,Ata sene. Qurban. Olaram. Vezyetim. Çox pisdi. Ölüm ayağında imka xx/xx/2022,01:11:36,**********58,**********92,n varsa 10 verim sene. Mene. Yarı ver. Sabah maaş alacam n xx/xx/2022,01:20:47,**********58,**********92,e borcum var sene. Qızımın qəbrinə and olsun sabah verecem xx/xx/2022,01:23:30,**********58,**********92,Sənə qurban. Bir cavab. Dede mene. Nolar. Ölürəm ağrıdan. Qaqa xx/xx/2022,01:23:30,**********58,**********92,ş allaha and olsun xx/xx/2022,01:32:58,**********58,**********92,Çox. Sağol. Ata. Allah razı. Olsun. Kartın kodu. Atarsan mene. S xx/xx/2022,01:32:59,**********58,**********92,abah pulu vurum. Qaqaş......pis günün ömrü az olar ata sene. xx/xx/2022,16:26:09,**********19,**********92,Brat 20 manat var hara gelim elimdedi pul deqiq qadan alim xx/xx/2022,16:55:56,**********19,**********92,Brat pul var elimde denen gelim goturumde qardawm 20 yari daw 10 kola tez ol xx/xx/2022,21:25:33,**********10,**********92,Ac.s…lmişi.başka.sozum.var xx/xx/2022,21:35:04,**********10,**********92,05.istemirem.başka.sozum.var.100.ma n.4.alnar.ya.yox. xx/xx/2022,02:57:26,**********25,**********92,Atam Meni 10d yiq Bidene sen qalmisan bular hamsi nisiryoznudu atam Meni yiqki gorey neyniriy xx/xx/2022,02:57:47,**********25,**********92,Menimde veziyyetim pisdi bratt nese elemey olar xx/xx/2022,06:50:51,**********58,**********92,Qaqaw. Nolar. Vezyetim. Çox pisdi ujre. Evdəkilər də masindadi xx/xx/2022,06:51:45,**********58,**********92,. Dərsə gecikiler. Xaiş edirəm. Yola saldı məni. Seni a xx/xx/2022,06:51:47,**********58,**********92,nd verirəm. Bu sübhün sahibine xx/xx/2022,01:03:05,**********92,**********92,Qaqaw 2 neferik e qadan alim gunorta verdiyin qeder qoyardin seher atardimda karta xx/xx/2022,01:03:55,**********92,**********92,Yenede sagol e dilxor elemedin xx/xx/2022,12:03:50,**********73,**********92,ATA 5 MANATDA QOYURAM DAS VERDE MENE xx/xx/2022,18:16:36,**********66,**********92,Qaqasim 100 vurdum xx/xx/2022,18:16:40,**********92,**********66,Geldi brat .brat sen kende catmamiw 10 deyqr qabaq di gelim mende xx/xx/2022,22:38:15,**********10,**********92,Pis gundeyem xx/xx/2022,20:28:08,**********99,**********92,10luq kola varindi xx/xx/2022,00:29:20,**********92,**********92,Qaqaw viwnovkadasan? Bayaq dediyim alinir? xx/xx/2022,10:01:41,**********22,**********92,Qaqash pul var uje 35m mendedi dashda lazimdi kolada,amma deqiq de mene alinir ya yox?? xx/xx/2022,02:49:31,**********92,**********66,Getme gelrem baba 35 manatdgdan gotreme day neynim ama deyme ona xx/xx/2022,02:50:02,**********66,**********92,Ok xx/xx/2022,16:27:53,**********42,**********92,Ozum direşdim ki bilesen menem Zeynal 1qr das lazimdi birde ki der xx/xx/2022,16:27:53,**********42,**********92,man lazimdi varsa 2 dene lazimdi yox yerden hecolmasa 1dene xx/xx/2022,19:45:48,**********42,**********92,Menem Zeynal. 1 daw xx/xx/2022,19:42:37,**********92,**********91,Qaqaw menem ferid yoxduye 1 sata gelecey. Hsc birazda olsa yoxdu. Yigacam ozum seni xx/xx/2022,20:15:50,**********64,**********92,Taleh hacan ne isdemisen qardasun puromoy senin yanva getirib cixartmisam indi qardasun sene isi dusub baci oglunun toy axsamisidi yari das lazimdi yada xx/xx/2022,21:04:22,**********91,**********92,Qaqaw men burdayam.sen yene adboy versen 5 manadiq qaqawim san da gedib gelmeye deysin xx/xx/2022,23:36:40,**********92,**********28,Teli men satmiwam ona 4 dawa palit eleme de xx/xx/2022,01:48:09,**********92,**********66,4098.5844.6271.0920 leo bankdi xx/xx/2022,11:04:07,**********95,**********92,videne masin torpag lazlmdl emele geler xx/xx/2022,00:46:16,**********32,**********92,Qəfəs salam,imkan var kelim deyim sene,biraz fatl istəyirəm, xx/xx/2022,00:47:48,**********32,**********92,Üzürlü sayın qardaslm bir herif şef yazdlm xx/xx/2022,00:50:09,**********92,**********32,Salam qaqaw qaqaw evde deyilem gelirem 20 25 deyqeye daw isteyirsen sen xx/xx/2022,00:51:35,**********32,**********92,Heri qardaslm xx/xx/2022,00:56:51,**********92,**********22,Brat sen mene 30 verdin . xx/xx/2022,00:57:26,**********22,**********92,30 verdim qaqaşim 5 benzinçün saxladim xx/xx/2022,14:12:50,**********11,**********92,Brat 1 debe butov torpag lazimdiye xx/xx/2022,22:44:45,**********91,**********92,Qaqaw 1dene 10 nuq var 1 deyqe acda telfonu xx/xx/2022,22:58:13,**********64,**********92,Qaqas burdayam bir yari birde 20 liy xx/xx/2022,15:47:29,**********92,**********71,Ferd vusala deki 10 dene torpag 5 das saxlasin vusale deyir de eyer hamnda verse cani sag olsun xx/xx/2022,19:53:51,**********54,**********92,Qaqa derman yoxdusa yari gelim goturum agriyiram xx/xx/2022,00:06:00,**********19,**********92, Cixda mawinvn yana qaqaw 10 manatda pul var xx/xx/2022,02:14:13,**********11,**********92,Brat 20 manatlig duzelde bilersen dasi? Yaridan az ele biraz xx/xx/2022,02:14:34,**********11,**********92,Bidene mene yaz bilim cixim gelim xx/xx/2022,17:05:13,**********52,**********92,Brat menem behruz.20 manat var k alnr yar xx/xx/2022,18:40:23,**********92,**********00,Kebleyi bidene Vusali yigginen menem Ferid. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olması, sms yazışmaları, həmçinin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində daşıması qənaətinə gəlməyə əsas verir. Belə ki, cinayət işinin 45-46-cı vərəqlərində olan, “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdə müdafiəçisi İlqar Qədirovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, təxminən bir ildir narkotik vasitə heroini istifadə etməyə başlamışdır. Narkotik vasitəni o siqaret vasitəsi ilə folqaya büküb yandırmaqla tüstüsünü nəfəsinə alır. Narkotik vasitəni o, inyeksiya yolu ilə qəbul edir. O, narkotik vasitəni tanımadığı şəxslərdən əldə edib istifadə edir. 25 iyun 2022-ci il tarixdə axşam saat 23:30 radələrində o, narkotik vasitə heroini əldə etmək məqsədi ilə Bülbülə qəsəbəsinə getmişdir. Orada yolun kənarında tanımadığı şəxsə yaxınlaşıb narkotik vasitə heroini el arasında deyilən «kakosu» almaq istədiyini bildirəndə, həmin şəxs ondan 300 manat alaraq ona bir bükümdə narkotik vasitə heroini vermişdir. O həmin narkotik vasitəni götürüb oradan uzaqlaşmışdır. 26 iyun 2022-ci il tarixdə saat 04 radələrində o, Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsində gəzişib həmin narkotik vasitə heroinin bir hissəsini əlverilişli şəraitdə qəbul etmək istəmiş, həmin vaxtı ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Üzərində şəxsiyyət vəsiqəsi olmadığına görə, həm də əldə etdiyi narkotik vasitə heroin üstündə olduğu üçün o, polis əməkdaşlarından qaçmaq istəmişdir. Lakin polis əməkdaşları onu yaxalayıb 13-cü polis bölməsinə gətirmişlər. Polis bölməsinin inzibati binasında o polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmiş və ona hüquq və vəzifələri izah olunmuşdur. Hüquqları ilə tanış olandan sonra ona dövlət hesabına vəkil təqdim olunmuşdur. Polis əməkdaşları vəkilin iştirakı ilə hüquqlarını izah edəndən sonra bildirmişlər ki şübhəli şəxs olduğu üçün üzərinə axtarış keçiriləcək. O, ərizə ilə müraciət edərək üzərinə keçirilən axtarışın vəkilinin iştirakı olmadan aparılmasını xahiş etmişdir. Üzərinə videoçəkilişlə axtarış keçirilmiş, axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən selofan kağızına bükülmüş bir ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Heroini başqa şəxsə satmaq fikri olmamışdır. Ona qarşı fiziki güc tətbiq olunmamışdır. Cinayət işinin 55-57-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdə müdafiəçisi İlqar Qədirovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 14,867 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «DVD» disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq çəkisi 14,867 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzə maddi sübut kimi tanınmış 01 ədəd «DVD» disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: Əhməd Quliyev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1836/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1836/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver