Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1836/2025 08.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X8 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 12 avqust 1973-cü il tarixdə Ağdaş rayonu, Məşədilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, işləməyən, Ağdaş rayonu, Ağdaş şəhəri, Məşəd küçəsində qeydiyyatla olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 15:40-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. 2.Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində aralarında olan 30 manat borc məsələsi ilə bağlı onun yaşadığı ünvan 1 ünvanına gələrək ailə üzvlərindən onun çölə çıxmasını tələb edib, onlardan yatdığını öyrəndikdən sonra da evin qapısını döyərək uca səslə və təkidlə ondan küçəyə çıxmasını tələb etdiyinə görə hiddətlənərək küçəyə çıxıb yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs ilə mübahisə edərək sonuncunun onun və ailə üzvlərinin ünvanına nalayiq sözlər dediyinə görə özündə olan istintaqla müəyyən edilməyən deşici-kəsici alətlə-bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə vurub ona S-vari bağırsaq, dalaq və sol Xİİ qabırğanın zədələnməsi ilə müşayiət olunan qarının sol-yan səthinin dəşilmiş-kəsilmiş yarası xəsarətləri kimi insan həyatı üçün təhlükəli olan xəsarətləri yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Sübutların tədqiqi: 3.Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 30 manat borcu olmuş və zərərçəkmiş şəxs “Qurban” bayramı günü içkili vəziyyətdə qapılarına gəlmişdir. Əvvəlcə bacısı ilə qonşusugil qapıya çıxaraq Elbrusu sakitləşdirmək istəmişlər. Həmin vaxt Elbrus onun 30 manat borcu olduğunu onlara demiş olsaydı çıxarıb pulunu verəcəkdilər, lakin bu barədə heç bir söz deməmişdir. Təxminən 15-20 dəqiqə sonra Elbrus təkrar gələrək qapılarını təpikləmiş və onun ünvanına söyüşlər söymüşdür. Həmin vaxt yuxudan ayılıb qapıya çıxanda Elbrusun söyüşlər söydüyünü eşitmiş, özündə olmamış və haradansa əlinə keçən bıçaqla gedib əməli törətmişdir. Hadisədən əvvəl zərərçəkmiş şəxslə münasibətləri yaxşı olmuş, borc zərərçəkmiş şəxsin istifadəsində olan telefonu onun almağına görə yaranmış və əsgərlikdə övladının evlə əlaqə saxlaya bilməsi üçün telefonu borc edib almışdır. Zərərçəkmiş şəxsi hadisədən sonra görməmiş və müstəntiq zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını demişdir. O, hadisə vaxtı istifadə etdiyi bıçağın harada olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini və əməlindən peşman olduğunu bildirmişdir. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə, yəni həyat yoldaşı X5 ilə birlikdə yaşamış, oğlu 2007-ci il təvəllüdlü X6 isə Tərtər rayonunda hərbi xidmətdə olmuşdur. O əvvəllər iki dəfə, narkotik vasitə istifadə etməklə üzərində saxlama cinayətinə görə və xuliqanlıq cinayətinə görə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. 2021-ci ilin mart ayında azadlığa çıxmışdır. Zərərçəkmiş şəxs 1997-ci ildən yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsindən qonşu kimi tanımış, aralarında heç vaxt ədavət düşmənçilik olmamış, hətta uşaqlıqdan aralarında dostluq münasibətləri olmuşdur. 2025-ci ilin may ayının 17-də Elbrus ona işlənmiş sadə, markasını xatırlamadığı mobil telefon satmış və ona telefonun pulundan 30 manat borcu qalmışdır və iyun ayının əvvəlində borucunu ödəməyə söz vermişdir. Lakin, maddi imkanı olmadığından onun pulunu düzəldib verə bilməmiş və Elbrusu 2025-ci ilin iyun ayının 6 da günorta saat 14 radələrində Zabrat-1 qəsəbəsində yaşadığı məhəllədə görmüş, həmin vaxt da Elbrus sərxoş vəziyyətdə olmuşdur. O, Elbrusdan üzrxahlıq edərək hələ maaş almadığını, yaxın günlərdə borcunu verəcəyini demiş və o biraz narazılıq etsə də razılaşaraq çıxıb getmişdir. Həmin gün də evlərində həyat yoldaşı Xatirənin ad günü olmuş, qonşuluqda yaşayan bacısı Jalənin evində də qonaqlar olmuşdur, çünki bacısının qızına elçilər gəlmişdir. O, öz evində yatarkən həmin gün, yəni, xx.xx.2025-ci il tarixdə, təxminən saat 22:30 radələrində bayırdan Elbrusun qışqırıqla onu çölə çağırması səsini eşitmiş və səs-küyə arvadı Xatirə, qonşuluqda yaşayan bacısı Jalə bayıra çıxmış və Elbrusa səs salmamağı Tərlanın yatdığını desələr də Elbrus əhəmiyyət verməyib onun və ailəsinin ünvanına nalayiq söyüş ifadələri işlədib onu bayıra çağırmağa davam etmiş və darvaza qapısını təpikləmişdir. O, səs-küyə ayılıb çölə çıxmış və Elbrusun onun ünvanına ağır söyüşlər söyməsini və üstünə hücum edəcəyini başa düşdüyündən özünü müdafiə etmək üçün mətbəxdən ev bıçağını götürüb sağ cibinə qoymuşdur, hətta ona satdığı telefonu da cibinə qoymuşdur ki, ona qaytarsın və Elbrus sakitləşsin. O, bayıra çıxdıqda görmüşdür ki, Elbrus içkili vəziyyətdə onun ünvanına var-yox söyüşü söyüb onu çölə çağıraraq qışqırmışdır. O, qapıdan çölə çıxan kimi Elbrusu sakitləşdirmək üçün telefonu ona uzatmış və demişdir ki, “Buna görə edirsənsə al, saxla özündə”. Lakin, Elbrus onun sözünə məhəl qoymamış və yumruqla sifətinə əli ilə vurmuşdur. O, səndələyib arxaya yıxılmaq üzrə olsa da özünü tarazlamış, yenə Elbrus onun və ailəsinin ünvanına nalayiq söyüş söyüb pulunu tələb etmiş, sonra isə əlinə doladığı paltarla üstünə hücum çəkmiş və sifətinə yenə zərbələr atdıqda o cibindəki mətbəx bıçağını çıxarıb onu qolundan vurub qorxudub uzaqlaşdırmaq istəmiş və bu zaman atdığı zərbənin Elbrusun harasına dəydiyini bilməmişdir. Həmin vaxt yoldan keçən tanımadığı oğlan bıçağı onun əlindən almış, lakin yenə Elbrus onun belinə təpiklə zərbələr vurmağa davam etmişdir. Səs-küyə qonşu Elmar da gəlib onları aralaşdırmış, bundan sonra o daha dava etməmiş və öz evinə girib yatmışdır. Həmin gün o, ayıq vəziyyətdə olmuş, lakin Elbrus ağır dərəcədə sərxoş vəziyyətdə olmuşdur. Əməlinə görə peşmandır, lakin o, Elbrusdan yaşca böyükdür və onun hücumunun qarşısını almağa başqa cür gücü çatmamış və məqsədi Elbrusa ağır zərər vurmaq olmamış, sadəcə qorxudub uzaqlaşdırmaq olmuşdur. Həmin hadisəyə bacısı Jalə, həyat yoldaşı Xatirə və sonda gələn Elmarın şahid olmağını bilmiş, digər ilk dava vaxtı onun əlindən bıçağı alan şəxsi isə tanımamışdır. Hadisə zamanı onun zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək məqsədi olmamış, sadəcə onu qorxudub qərəzli hərəkətlərinin qarşısını almaq niyyətində olmuşdur (İ cild, səh. 62-64). 5.Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, E.Nağıyev küçəsi nömrəsiz evdə qardaşı Eldəniz və anası Əskinazla birlikdə yaşamış, subay olmuş, dolanışıq məqsədi ilə fərdi əməklə, yəni fəhləliklə məşğul olmuşdur. O, əvvəllər oğurluq cinayəti törətməyə görə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs onun Zabrat-1 qəsəbəsində yaşayan qonşusu olmuş, bir-birini 20 ildən artıq tanımışlar və normal münasibətləri olmuşdur. Tərlan 2025-ci ilin may ayında ondan nisyə işlənmiş “Samsung” markalı mobil telefonu 30 manata almış, 2025-ci ilin iyun ayının əvvəlində pulunu verəcəyinə söz vermiş və o da razılaşmışdır. O, xx.xx.2025-ci il tarixdə günorta radələrində pula ehtiyacı olduğundan məhəllədə Tərlanı gördükdə ondan borcunu istəmiş, Tərlan isə maaş almadığını bəhanə gətirib 30 manatını ödəməmiş, bu da onun acığına gəlmişdir, lakin həmin vaxt Tərlanla mübahisə etməmişdir. Daha sonra həmin gün “Yaquar” və araq spirtli içkiləri içib bir qədər sərxoş olmuşdur və pulu da olmadığından əsəbləşmişdir ki, alacağı olduğu halda niyə pulsuz qalmalıdır. Bu səbəbdən o, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində Tərlanın yaşadığı evin qarşısına getmiş və bayırdan onu çölə çağırmağa başlamış, lakin Tərlan çölə çıxmamış və bacısı, həyat yoldaşı Xatirə bayıra çıxıb Tərlanın yatdığını demişlər. O isə buna lap əsəbləşmiş və darvaza qapısını döyüb Tərlanı bayıra çağırmışdır. Bir necə dəqiqə sonra Tərlan evin həyətindən çölə çıxmış və üstünə gəldikdə o, Tərlanın sifətinə yumruqla vurmuş və aralarında dava düşmüşdür. Həmin vaxt o, sərxoş olduğundan ola bilər ki, söyüş söymüşdür. Tərlan əlində olan bıçaqla onu hədələyərək uzaqlaşmağı tələb etmiş, lakin o əsəbi olduğu üçün Tərlanın üstünə getmiş və bu zaman aralarında çəkişmə baş vermişdir. Həmin vaxt Tərlan əlindəki bıçağı qoluna tərəf zərbə atdıqda o qolunu qabağa hərəkət etdirdikdə bıçaq qolunun altından böyür nahiyədən dəymişdir. O, isti-isti heç nə hiss etməmiş, oraya yığışan oğlanlardan biri onu aralaşdırmışdır. O, bir qədər aralaşıb dəmir yolunun üstündə əyləşmiş və yarasından qan gəlməsini hiss etməmişdir. Sonra yoldan keçən başqa bir şəxs ona köməklik edib yaşadığı evə aparmışdır. Bundan sonra isə qardaşı Qambay TTY avtomobili çağırmış, onu X18 aparmışlar və orada cərahhiyə əməliyatı olunmuşdur. O, Təqsirləndirilən şəxs şikayətçi deyil və olmayacaqdır (İ cild, səh. 123-125). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə vaxtı yoldaşı yatmış, o isə həyətdə iş görmüşdür. Həmin vaxt evdə qapının döyüldüyünü eşitmiş və qapı möhkəm şəkildə ayaqla döyülmüşdür. Qapını açdıqda həmin şəxs Tərlanın lazım olduğunu demiş, o da Tərlanın yatdığını, bayram günü olduğunu və ayaqla qapı döyülmədiyini bildirmişdir. Bundan sonra onlar getmişlər və təxminən 15 dəqiqə sonra iki nəfər gələrək təkrar qapını möhkəm şəkildə döymüşlər. Onlar “ya Tərlan gələcək, ya da evə girib onu öldürəcəyik” demişlər. O, gözləmələrini deyərək gedib Tərlanı çağırmışdır. Bundan sonra onların söhbətlərindən məlumatı olmamışdır. Zərərçəkmiş şəxsin Tərlanın ata və anasını pis söyüşlərlə söydüyünü bilmişdir. Onların mübahisələri cəmi bir dəqiqə davam etmiş və Tərlanın zərərçəkmiş şəxsi bıçaqlamasını görməmişdir. Hadisə baş verərkən Tərlan və ondan başqa evdə kimsə olmamış, övladları əsgərlikdə olmuşdur. Zərərçəkmişlə gələn ikinci şəxs bıçaq görəndə qaçmış və zərərçəkmiş şəxsi Təcili yardıma kimin apardığını bilməmişdir. O, Tərlanın əlində bıçaq görməmişdir. Mübahisə olarkən çölə çıxmamış və Tərlan çölə çıxanda əlində heç bir şey görməmişdir. O, zərərçəkmiş şəxsi tanımamış və Tərlanla münasibətinin necə olduğunu bilməmişdir. Tərlanın zərərçəkmiş şəxsdən telefon aldığını hadisə günü öyrənmişdir. 7.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs onun rəsmi nikahla əridir və ünvan 1 ünvanında fərdi yaşayış evində yaşayırlar. 2007-ci il tarixdə birgə nikahdan X7 adlı oğlan övladı vardır, Məlik 2025-ci İlin yanvar ayından hərbi xidmətdədir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 22:15 radələrində evin darvaza qapısının möhkəmdən döyülməsi səsinə bayıra çıxmış və görmüşdür ki, sonradan adının Elbrus olmasını bildiyi bir nəfər şəxs və yanında tanımadığı bir nəfər arıq oğlan qapının qarşısında dayanıb. Elbrus sərxoş vəziyyətdə olmuşdur, o Elbrusa nə səbəbə qapını belə möhkəmdən döyməsini irad bildirdikdə, sonuncu ona Tərlanı çağırmağı və onunla işi olduğunu, Tərlanın ona külli miqdarda borcu olduğunu bildirmişdir. O isə Elbrusa Tərlanın yatdığını, səhər ayıq başla gəlib məsələlərini aydınlaşdırmağı bildirdikdə, Elbrus aqresiv hərəkətlərə başlamış və darvaza qapısını təpikləməyə başlamış, yanındakı oğlan isə sakit durmuş, danışmamışdır. Bu zaman səsə bayıra çıxan baldızı Jalə Elbrusa gecə vaxtı camaatı narahat etməməyi irad bildirmiş və hər ikisi evin darvaza qapısını bağlayıb evə girmişlər. Bundan sonra, o öz evinə keçmişdir. Lakin, yenə Elbrus səs küy-salıb mətbəxin pəncərəsini döyüb Tərlanı bayıra çıxmağı üçün qışqırıb çağırmağa başlamış, çıxmasa evə girəcəyi, onu öldürəcəyi ilə hədələməyə başlamışdır. Səs-küyə Tərlan oyanmış və nə baş verməsini ondan soruşduqda Tərlana bildirmişdir ki, bir nəfər kişi onu soruşur, bayıra çağırır, tanımır, bayaqdan əl çəkmir. Bundan sonra, Tərlan evə girib çıxmış, lakin Tərlanın nə isə götürməyini görməmişdir. Tərlan darvazadan çıxan kimi həmin Elbrus adlı şəxs onu nalayiq, ana-bacı, var-yox söyüşləri ilə təhqir etməyə başlamışdır. O və baldızı Jalə bayıra çıxmamışlar. Təxminən 7-8 dəqiqə sonra Tərlan həyətə daxil olmuş və adamı bıçaqla vurduğunu demiş, sonra isə evə girib yatmışdır. Həmin hadisə zamanı o, Tərlanın birbaşa Elbrus adlı şəxsi vurmasını görməmiş, lakin Elbrusun həmin gecə evə basqın etməsinə, səs-küy salmasına, qapını təpikləməsinə şahid olmuş və Elbrusun Tərlan bayıra çıxdıqdan sonra söyüş söyməsini eşitmişdir. Təqsirləndirilən şəxslə Elbrusun arasında hansı məbləğdəsə borc olmasını bilməmiş, bunu Elbrus evə gəlib Tərlanı bayıra çağıranda davadan əvvəl Tərlanın ona borcu olmasını demişdir. Əri Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi özünün təhrikedici hərəkətləri və təhqirləri nəticəsində çıxıb getməsi üçün istəmədən vurmuşdur (İ cild, səh. 93-95). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, gecə yatarkən uşaqları çöldə mübahisə olduğunu demiş və çölə çıxanda Tərlanın mübahisə etdiyini görmüşdür. Tərlanı evə salanda polisə gedəcəyini demiş, o isə Tərlana polisin gələcəyini deyərək sakitləşməsini bildirmişdir. O, bıçaqlanma hadisəsini və zərərçəkmiş şəxsi yaralı vəziyyətdə görməmişdir. Zərərçəkmiş şəxsi ümumiyyətlə tanımamış və hara getdiyini bilməmişdir. Müstəntiqə bıçaq görməyi barədə heç bir söz deməmişdir. O, hazırda məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 9.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 3 ünvanında 2009-cu ildən ev tikib yaşamışdır. Təqsirləndirilən şəxs isə qonşuluqda ondan əvvəl ailəsi ilə yaşamış, həmin müddətdən üzbə-üz evdə yaşayan qonşu kimi Tərlanla normal münasibətləri olmuş və bəzən fəhlə kimi Tərlan onunla birlikdə işləmişdir. X3 isə əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində o, işdən evə yorğun gəldiyi üçün tez yatmışdır. Təxminən bir saat sonra bayırdan səs-küy səslərinin gəlməsini eşidib oyanmış və evdəkilərdən nə baş verməsini soruşduqda ona qonşu Tərlanın bayırda kiminləsə davası düşdüyünü dedikdə tez bayıra çıxmış və görmüşdür ki, Tərlan evlərinin qarşısında bir nəfər şəxslə tutaşıb dalaşır. Həmin vaxt Tərlanın əlində bıçaq olmasını görməsə də, kənara yığışan 2-3 nəfər onları aralaşdırmaq istəyən yoldan keçən tanımadığı şəxslərin “bıçağı burax” deməsini eşitmiş və Tərlan onun sözünü eşitdiyi üçün ona “burax, aralaş” deyə qışqırmışdır. Bundan sonra, Tərlan həmin şəxsdən aralaşmış, o, Tərlanı aparıb öz evlərinin həyətinə salnmış və arvadı Xatirəyə də tapşırmışdır ki, nəzarət etsinlər çölə çıxmağa qoymasınlar, Tərlana da dava zamanı adamı bıçaqladığı üçün polisin gələcəyini və könüllü polisə təslim olmasını bildirmişdir. Sonra isə özü də yorğun olduğu üçün evinə gedib yatmışdır. O, hadisədən sonra Tərlanı evlərinə ötürən zaman onun əlində bıçaq görməmişdir, yəqin davadan sonra kimsə ondan bıçağı almış və yə özü atmışdır, dəqiq deyə bilmir (İ cild, səh. 129-131). 10.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır və onun yaşadığı evlə yan tərəfdə, eyni həyətdə Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr küçəsi 45Q ünvanında fərdi yaşayış evində həyat yoldaşı X5 və oğlu 2007-ci il təvəllüdlü X7 ilə birlikdə yaşayır. Məlik 2025-ci ilin yanvar ayından hərbi xidmətdədir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2025-ci il tarixdə, saat 22:15 radələrində bir nəfər şəxsin evin darvaza qapısını möhkəmdən döyməsi səsinə bayıra çıxdıqda görmüşdür ki, gəlinləri, yəni Tərlanın həyat yoldaşı Xatirə də çölə çıxıb və darvaza qapısını açıb, o da bayıra çıxdıqda sonradan adının Elbrus olmasını bildiyi bir nəfər şəxsin və yanında tanımadığı bir nəfər arıq oğlanın qapının qarşısında dayandıqlarını görmüşdür. Elbrusun sərxoş vəziyyətdə olmasını hiss etmişdir. Xatirə ona irad bildirmişdir ki, nə səbəbə qapını belə möhkəmdən döyür. Elbrus Tərlanı çağırmağı və onunla işi olduğunu, Tərlanın ona külli miqdarda borcu olduğunu bildirmişdir. Xatirə isə Tərlanın yatdığını ona bildirdikdə, Elbrus aqressiv hərəkətlərlə darvaza qapısını təpikləməyə başlamışdır. Yanındakı oğlan isə sakit durmuşdur, heç nəyə qarışmamışdır. Bu zaman o da Elbrusa gecə vaxtı camaatı narahat etməməyi irad bildirmişdir. O və Xatirə evin darvaza qapısını bağlayıb evə girmişlər. Bundan sonra, Xatirə öz evlərinə keçmişdir. Lakin yenə Elbrus səs küy-salıb onların pəncərəsini döyüb Tərlanı bayıra çıxmağı üçün qışqırıb çağırmağa başlamışdır və çıxmasa evə girəcəyini demişdir. Səs-küyə Tərlan oyanmış və nə baş verməsini evin həyətində Xatirədən soruşduqda Xatirə ona bir nəfər tanımadığı kişinin onu bayıra çağırdığını, bayaqdan əl çəkmədiyini bildirmişdir. Bundan sonra, Tərlan evə girib çıxmış, lakin onun nə isə götürməyini görməmişdir. Tərlan darvazadan çıxan kimi həmin Elbrus adlı şəxs nalayiq söyüşlərlə onu təhqir etməyə başlamışdır. O və gəlini Xatirə bayıra çıxmamışlar. Təxminən 7-8 dəqiqə sonra qardaşı Tərlan həyətə daxil olmuş və adamı bıçaqla vurduğunu demiş, sonra isə öz evinə girib yatmışdır. Həmin hadisə zamanı o, Tərlanın birbaşa Elbrus adlı şəxsi vurmasını görməmiş, lakin Elbrusun həmin gecə evə basqın etməsinə, səs-küy salmasına, qapını təpikləməsinə şahid olmuş və onun Tərlan bayıra çıxdıqdan sonra söyüş söyməsini eşitmişdir. Təqsirləndirilən şəxslə Elbrusun arasında hansı məbləğdə borc olmasını bilməmiş, bunu Elbrus evə gəlib Tərlanı bayıra çağıranda davalarından əvvəl Tərlanın ona borcu olmasını demişdir. Sonradan hadisə yerinə gələn polis əməkdaşları onun ünvanında darvaza qapısından kənarda quraşdırılmış bayırı çəkən videomüşahidə kamerasının görüntülərinə də baxmışlar və həmin vidoeçəkişləri o, araşdırmaya təqdim etmişdir (İ cild, səh. 100-102). 11.Məhkəmə iclasında X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Elbrus qardaşı Eldəniz və anası X4 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Elfaq Nağıyev küçəsində nömrəsiz evdə qonşuluqda yaşamışdır. Elbrus subaydır, əvvəllər iki dəfə oğurluq cinayətləri törətməsinə görə Sabunçu rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş və 2023-cü ilin sonlarında azadlığa çıxmışdır. Həmin müddətdən də yenə qardaşı Eldənizin evində yaşamışdır. Elbrus son 10 gün, xx.xx.2025-ci ii tarixindən evə gəlməmiş. Hadisə günü, yəni xx.xx.2025-ci il tarixdə, saat 02:30 radələrində qardaşı Elbrusun ***-***-**-** saylı nömrəsinin “Whatsapp” tətbiqindən onun istifadəsində olan ***-***-**-** saylı nömrənin “Whatsapp” tətbiqinə zəng gəlmiş və o, yuxudan oyanıb zəngi açdıqda, tanımadığı şəxs (kişi) ona bildirmişdir ki, qardaşı Elbrusun mədəsindən ağrı tutub, vəziyyəti ağırdır, ona deyəcəyi ünvana gəlməyi və təcili tibbi yardım çağırmağını istəmişdir. O da ünvanı öyrəndikdən sonra digər qardaşı Eldənizi qonşuluqdan çağırıb oyatmış və onunla birlikdə özünə məxsus “Hunday-Accent” markalı, **-UQ-*** dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinə eyni adlı dəmiryolu stansiyasının yanına torpaqlıq hissəyə gəlmişdir. Orada görmüşdür ki, iki nəfər şəxs Elburusun qoluna girib və onu gətirirlər. O və qardaşı Eldəniz avtomobildən düşüb Elbrusun qoluna girmişlər, nə baş verməsini həmin iki nəfərdən soruşduqda demişdir ki, kimsə döyüb və onların köməkliyi ilə Elbrusu avtomobilinə əyləşdirmişlər. O, yenə həmin şəxslərdən bir də nə olmasını düzünü deməsini soruşmuş, ona bildirmişlər ki, Elbrusu bçaqlayıblar, kimin elədiyini bilmirlər, Zabratda yol kənarında görüb köməklik etmişlər. Həmin şəxslərdən biri ona yolu başa salanda zəng etmişdir. Həmin nömrə ***-***-**-**-dir. Daha sonra o, Elbrusun qarnını açıb baxanda görmüşdür ki, kimsə artıq yarasına sarğı qoyub, Elbrusu öz yaşadığı Zabrat-1 qəsəbəsinə evə aparmış və təcili tibbi yardım stansiyasına zəng etdikdən sonra yaşadığı evə gələn TTY avtomobili xəsarət alan qardaşı Zərərçəkmiş şəxs X18 aparmışlar. Qardaşı Elbrus halsız olsa da huşu özündə olmuş, lakin nə qədər soruşsa da Elbrus kriminal təfəkkürlü adam olduğu üçün ona heç kimin adını və hadisənin necə baş verməsini danışmamışdır. Həmin vaxt Elbrus spirtli içki qəbul etmiş, ondan spirt iyi gəlmiş və sərxoş olması hiss olunmuşdur (İ cild, səh. 86-88). 12.Məhkəmə-tibbi ekspertizasının 01 sentyabr 2025-ci il tarixli, 2020 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıakı xəsarətlər müəyyən edildi: S-vari bağırsaq, dalaq (dalaq cərrahi əməliyyatla götürülmüşdür) və sol Xİİ qabırğanın zədələnməsi ilə müşayiət olunan qarının sol-yan səthinin deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarət deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (İ cild, səh. 133-135). 13.Məhkəmə-tibbi ekspertizasının 10 iyun 2025-ci il tarixli, 1228 nömrəli rəyindən görünür ki, 1.Təqsirləndirilən şəxs sol əlin və sağ bud nahiyəsinin sıyrıqları, sağ baldır nahiyəsinin və döş qəfəsinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. 2.Xarakterinə və lokalizasiyastna görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, elecə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (İ cild, səh. 110-113). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 sentyabr 2025-ci il tarixli, 3124 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, səh. 168-170). 15.«Baxış və götürmə aparılması haqqında» 16 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən təqdim edilmiş videogörüntü faylları olan 01 ədəd CD diskinə baxış keçirilmiş, baxış zamanı 1 dəqiqə 19 saniyə davam edən həmin videgörüntü açıldıqda xx.xx.2025-ci il tarixdə, saat 22:17 radələrində Təqsirləndirilən şəxs fərdi yaşayış evlərinin qarşısında küçədə Zərərçəkmiş şəxsla dava-dalaş etməsinin, yəni Zərərçəkmiş şəxs əlinə doladığı paltarla Tərlan Abdulayevin üstünə hücum çəkməsinin, bir-birinə zərbələr endirmələrinin, bir-birini tutub çəkişdirmələrinin, onların yanında dayanan bir nəfər şəxsin isə davalarını izləsə də, heç bir müdaxilə etməməsinin videogörüntüləri olması müşahidə edilmişdir (İ cild, səh. 104). 16.«Sübutların qiymətləndirilməsi haqqında» 25 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, iş materiallarına əlavə edilmiş Şahid1 tərəfindən araşdırmaya təqdim edildiyindən götürülmüş baş vermiş cinayət hadisənin videogörüntüləri olan 01 ədəd CD diski cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (İ cild, səh. 171-178). 17.«Şübhəli şəxsin tutulması haqqında» 07 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 28). 18.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyun 2025-ci il tarixli, 4(008)- 277/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 iyun 2025-ci il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 76-79). 19.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Ağdaş Rayon Xalq Məhkəməsinin 14 iyun 1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 16 noyabr 2004-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 2.Abşeron Rayon Məhkəməsinin 03 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsinin tələbləri nəzərə alınaraq 3000 manat cərimə cəzasına məhkum edilmiş, 22 may 2019-cu il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 460 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, cəzasıının sonu ilə qeydiyyatdan çıxarılmışdır. 3.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (İ cild, səh. 107-109). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 20.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 21.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 22.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 23.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 24.Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma olan ictimai təhlükəli əməl hesab olunur və cinayət məsuliyyəti yaradır. 25.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 26.Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 01 sentyabr 2025-ci il tarixli, 2020 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində S-vari bağırsaq, dalaq (dalaq cərrahi əməliyyatla götürülmüşdür) və sol Xİİ qabırğanın zədələnməsi ilə müşayiət olunan qarının sol-yan səthinin deşilmiş-kəsilmiş yarası kimi xəsarətlərin aşkar edilməsi, qeyd olunan xəsarətin deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənməsi, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə və şəraitə uyğun gəlməsi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olması müəyyən edilir və həmin xəsarətlərin zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi məhkəmə istintaqı zamanı araşdırılmış subutlarla tam təsdiq olunur. 27.Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 28.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 29.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər. 31.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin Şəxsiyətinə uyğun olmalıdır. 32.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 33.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 34.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 35.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 36.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 37.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 38.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 39.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 40.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 41.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 07 iyun 2025-ci il tarixdən hesablanmalıdır. 42.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6 və 353.4.11-ci maddələrinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış, baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 43.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 44.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 45.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 46.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 47.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 30 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 330 (üç yüz otuz) manat təşkil edir. 48.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 49.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 07 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 330 (üç yüz otuz) manat Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut - baş vermiş hadisənin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev