Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1838/2022 13.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı, müdafiəçi: «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında 26 iyul 1969-cu il tarixdə Lənkəran anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədilə instaqram vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İİR vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 28 may 2022-ci il tarixdə kart hesabına 200 manat pul göndərdikdən sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan küçədə yolun kənarındakı daşın altında sonuncu tərəfindən gizlədilmiş ümumi çəkisi 6,061 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 01 iyun 2022-ci il tarixdə saat 13 radələrində Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ 43-cü polis bölməsinə gətirilmiş, PB-nin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qırmızı rəngli gödəkçənin sağ cibindən 2 ədəd şəffaf sellofana bükülmüş halda ayrı-ayrılıqda 4, 155 qram və 1, 906 qram olmaqla ümumilikdə 6,061 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun illər narkotik qəbul etmişdir. Hətta 2000-ci ildə narkotik maddələrin istifadəsinə görə məhkum olunmuş, lakin amnistiyaya düşmüşdür. O, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində fərdi evdə anası və oğlu ilə birlikdə kirayədə yaşayır. 01 iyun 2022ci il tarixdə anası və oğlu ilə birlikdə evdə yatan zaman qapının döyüldüyünü eşitmiş, qapını açdıqda çox sayda polis əməkdaşları evə daxil olaraq evi axtarmağa başlamışlar. Həmin vaxt onun üzərindən və yaşadığı evdən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Evdən yalnız bir ədəd patı, yəni metamfetamini istifadə etmək üçün boru aşkar olunmuşdur. Onu polis əməkdaşları evindən Binəqədi RPİ-nin 43-cü PB-yə apardılar. Orada tanımadığı bir nəfər qadının iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirildi. Videoçəkilişdən əvvəl şöbədə onun üzərindən aşkar olunmuş 2 bükümü Tural adlı polis əməkdaşı qoymuşdur. Belə ki, həmn büküm onun cibinə qoyulan zaman bir bükümdə olmuş, cibindən çıxarıldıqda həmin büküm cırıldığı üçün onu aparıb yenidən bükərək 2 büküm etmişlər. Polis ona təklif etmişdir ki, bu bükümlərin ona aid olduğunu boynuna alsın, əks halda oğlunu gətirəcəkləri ilə hədələmişlər. Bundan sonra o, məcbur qalıb həmin bükümlərin ona məxsus olmasını bildirmişdir. Qeyd etmək istəyr ki, o, metamfetamin istifadə etmiş, lakin heç kimə həmin maddədən satmamışdır. İstifadəsi üçün aldığı metamfetamini ona adını bilmədiyi, lakin «Baba» deyə müraciət etdiyi bir iranlıdan karta pul atmaqla iranlının dediyi yerdən götürüb istifadə etmişdir. Tutulmamışdan bir həftə 10 gün qabaq yenə də iranlının göndərdiyi karta 200 manat atmaqla öz istifadəsi üçün metamfetamin almışdır. Bildirmək istəyir ki, şöbədə videoçəkilişlə onun üzərinə baxış keçirilən zaman müdafiəçi iştirak etməmiş, müdafiəçi çəkilişdən sonra gəlmişdir. O, həmin vəkilə üzərindən aşkar olunan metamfetaminin ona məxsus olmadığını deyə bilməmişdir. O, sanksiyaya aparılan zaman hakimə bir söz deməmişdir. Ona qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs onların xidməti ərazisi olan ünvan 4 ünvanında kirayədə yaşayan şəxs kimi tanımışdır. Onun qonşularından bölməyə Sevdanın psixotrop maddələrin qəbulu ilə məşğul olması, narkomanların onun evində narkotik qəbul etmələri barədə PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məxfiçiliyi qorumaq məqsədilə Sevda barəsində məlumat vermiş şəxslərin adını açıqlaya bilməz. Sevdanın cinayət başında yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qəbul olunmuş qərar şöbə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat qrupuna rəhbər o, həmkarı 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə isə qrupun üzvü təyin edilmişlər. İkisi birlikdə 01 iyun 2022-ci il tarixdə saat 13 radələrində X5 Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsi ilə oğlu ilə birlikdə gedən zaman ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhəli olduğu üçün ona bölməyə getməyi təklif etmişlər. Sevdanın yanında olan oğlunu isə sərbəst buraxmışlar. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsnə getmişdir. Polis bölməsinin rəisinə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, müdafiəçi və kənar bir qadının iştirakı ilə video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kiçik boru, sol cibindən Redmi markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini və əynində olan qırmızı rəngli gödəkcənin sağ cibindən içərisində kütlə olan 02 ədəd şəffaf rəngli selofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində iştirakçı olan qadın tərəfindən axtarış aparılmış, lakin hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs borunun və şəffaf rəngli selofan bükümlərdəki kütlənin nə olduğu soruşulduqda o, həmin bükümlərdəki kütlənin “patı”olduğunu, borunun isə “patı”nı istifadə etmək üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 02 ədəd şəffaf rəngli selofan bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş və hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümləri 28 may 2022-ci il tarixdə İran vətəndaşından, kart hesabına 200 manat pul köçürməklə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs onların xidməti ərazisi olan ünvan 4 ünvanında kirayədə yaşayan şəxs kimi tanımışdır. Onun qonşularından Sevdanın psixotrop maddələrin qəbulu ilə məşğul olması, narkomanların onun evində narkotik qəbul etmələri barədə PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məxfiçiliyi qorumaq məqsədilə Sevda barəsində məlumat vermiş şəxslərin adını açıqlaya bilməz. Sevdanın cinayət başında yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair həmkarı Şahid2 tərəfindən qəbul olunmuş qərar şöbə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat qrupuna rəhbər həmkarı Şahid2, o isə qrupun üzvü təyin edilmişlər. İkisi birlikdə 01 iyun 2022-ci il tarixdə saat 13 radələrində X5 Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsi ilə oğlu ilə birlikdə gedən zaman ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhəli olduğu üçün ona bölməyə getməyi təklif etmişlər. Sevdanın yanında olan oğlunu isə sərbəst buraxmışlar. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsnə getmişdir. Polis bölməsinin rəisinə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, müdafiəçi və kənar bir qadının iştirakı ilə video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kiçik boru, sol cibindən Redmi markalı mobil telefonu və özünə məxsus şəxsiyyət vəsiqəsini və əynində olan qırmızı rəngli gödəkcənin sağ cibindən içərisində kütlə olan 02 ədəd şəffaf rəngli selofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində iştirakçı olan qadın tərəfindən axtarış aparılmış, lakin hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs borunun və şəffaf rəngli selofan bükümlərdəki kütlənin nə olduğu soruşulduqda o, həmin bükümlərdəki kütlənin “patı”olduğunu, borunun isə “patı”nı istifadə etmək üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 02 ədəd şəffaf rəngli selofan bükümlər ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş və hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümləri 28 may 2022-ci il tarixdə İran vətəndaşından, kart hesabına 200 manat pul köçürməklə əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, halhazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs bir dəfə 01 iyun 2022-ci il tarixdə görmüşdür. Belə ki, o, Binəqədi RPİ 43-cü PB-nin yerləşdiyi ərazinin xadiməsidir, təmizlik işlərinə baxır. Həmin tarixdə günorta bölmənin adını xatırlamadığı əməkdaşı ona bildirmişdir ki, narkotik satışı ilə məşğul olan bir nəfər qadını bölməyə gətirmişlər, onun üzərinə baxış keçirilməsində tiştirak etməsini ondan xahiş etmişdir, çünki qadının üzərinə yalnız qadın baxa bilər. O, etiraz etməmiş və bölmənin xidməti otaqların birində bu qadının üzərinə baxışda iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs paltarların cibindən 2 büküm narkotiki özü təqdim etmiş, bu zaman ona heç bir təzyiq olmamış, onun cibinə heç kəs əlavə narkotik qoymamış, baxışla bağlı protokolu hamı kimi Təqsirləndirilən şəxs da heç bir etiraz və narazılıq etmədən imzalamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, ünvan 6 ünvanda kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 13:00-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində saxlanılaraq 43-cü PB-nin inzibati binasına gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci i tarixli protokoldan müəyyən olunur ki, 01 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkcənin sağ cibindən iki ədəd sellofan bükümdə “patı” adlandırdığı maddəni və psixotrop maddədən istifadə zamanı istifadə etdiyi bir ədəd tpubkanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri 28 may 2022-ci il tarixdə İİR-sı vətəndaşından, kart hesabına 200 manat pul köçürməklə əldə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2022-ci il tarixli, 6/3077 saylı rəyindən müəyyən ki, üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №175» dairəvi möhür əks olunan «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr» sözləri və imzalar qeyd edilmiş zərf təqdim olunmuşdur. Zərfi açdıqda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4, 155 qram və 1, 906 qram ümumilikdə 6, 061 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddələr olan metamfetamindir. Tədqiqatlardan sonra psixotrop maddə metamfetaminin ümumi çəkisi 5,961 qram olmuşdur. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psizotrop maddələrin» siyahısına (siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2022-ci il tarixli, 3632 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 18 iyul 2022ci il tarixli, 1865 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafında hər hansı normadan kənar hallar müşahidə edilmədiyindən, o etdiyi hərəkətləri adekvat olaraq qavramaq, onların mahiyyətini dərk etmək və öz hərəkətlərinin idarə etmək qabiliyyətinə malikdir.Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi xəstəlik yoxdur, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 5,961 qram psixotrop maddə olan metafetamin və bir ədəd trubka saxlanılması üçün Binəqədi RPİnin saxlanc anbarına təhvil verilmiş, 01 ədər CD cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs qıızının psixotrop maddənin əldə etdiyi mənbənin müəyyən olunması məqsədilə ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmənin sorğusuna əsasən məhkəməyə daxil olmuş Bakı şəhəri Binəqədi rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarının qanunazidd hərəkətlər törətməsi öz təsdiqini tapmamış, Azərbaycan Respublikası CPM-in 39.1.1ci maddəsinə əsasən topdlanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Kərimova X6 şəhər məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Lənkəran şəhər məhkəməsinin xx.xx.2000-ci il tarxli qərarı ilə “Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul edilməsi münasibəti ilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2000-ci il tarixli qərarına əsasən cəza çəkməkdən azd edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Astara rayon məhkəmsinin 01 iyun 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 01 il müddəti müəyyən edilməklə cəzası şərti hesab edidlmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu ödənilmiş və həmin məhkumluq ödənildiyi üçün CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticəni ləğv edir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə odunur. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etməsi barədə ifadəsi özünün qismən etirafedici ifadələri ilə yanaşı, əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna İ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin ümumi təmiz çəkisi 6,061qram psixotrop maddə metafetamin külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 01 iyun 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 5,961 qram psixotrop maddə olan metafetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 5,961 qram psixotrop maddə olan metafetamin məhv edilməli, inayət işinin materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1838/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1838/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver