Məhkəmə qərarları › İş №1(101)-184/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-184/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-184/2020 27.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X27 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxsin hüquqi varisi X12 (X10), onun nümayəndələri olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 və Bakı şəhəri «Yusifbəyli və Partnyorları» vəkil bürosunun vəkili Nümayəndə2 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 2002-ci il yanvarın 22-də Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, Bakı İdarəetmə və Texnologiya Kollecinin İİ kurs tələbəsi, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3.-cü və 221.2.1.-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək təkrarən xuliqanlıq etmiş, xuliqanlıq niyyətilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2019-cu il mayın 14-də saat 1220 radələrində təhsil aldığı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 51 saylı ünvanında yerləşən «Bakı İdarəetmə və Texnologiya Kolleci»nin 1-ci mərtəbəsindəki 137 nömrəli sinif otağında «Kompüter şəbəkələri» dərsi zamanı pəncərədən kollecin həyətində dayanan «Kompüter şəbəkələri» fakültəsinin İİ kurs tələbəsi X34 (Zərərçəkmiş şəxs) ilə söhbətləşərkən sonuncunun həmin kollecdə təhsil alan, fiziki cəhətdən zəif olan Şahid14 onun qardaşı adlandırmasını özünə təhqir kimi sayıb bəhanə edərək dərsi tərk etdikdən sonra X23 (Zərərçəkmiş şəxs) dayandığı yerə gəlmiş, çox saylı tələbələrin olduğu yerdə heç bir əsaslı səbəb olmadan öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə cəmiyyət tərəfindən qəbul olunmuş ümumi əxlaq normalarına və davranış qaydalarına zidd olmaqla ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik edib yüksək səslə X23 (Zərərçəkmiş şəxs) ünvanına nalayiq söyüşlər söyərək zor tətbiq olunması ilə, yəni bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və başı ilə zərbələr endirməklə xuliqanlıq etmiş, göstərilən vaxt tələbələrin onları ayırmaları və kollecdən qovulacaqları ilə bağlı xəbərdarlıqlarından sonra o, təkrarən öz qanunsuz hərəktlərini başqa yerdə davam etdirmək niyyəti ilə oranı tərk edib Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 51 ünvanında yerləşən binanın qarşısında da yüksək səslə X23 (Zərərçəkmiş şəxs) ünvanına nalayiq söyüş söyərək ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, bu zaman ətrafda olan tələbə yoldaşlarının onları ayırmaları və yuxarıda qeyd edilən ünvandakı binanın sakinlərinin irad bildirmələri səbəbindən təkrarən öz qanunsuz hərəkətlərini başqa yerdə davam etdirmək məqsədi ilə saat 1226-da X34 (Zərərçəkmiş şəxsla) ilə yolun digər tərəfinə keçib Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3 ünvanında yerləşən «Şüa» sağlamlıq kompleksinin qarşısında yüksək səslə yenidən X23 (Zərərçəkmiş şəxs) ünvanına nalayiq söyüş söyərək ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərərək müşayiət olunan qərəzli hərəkətlər törətmiş, sonuncuya zor tətbiq olunması ilə, yəni yumruq və təpik zərbələri endirməklə ümumilikdə sol almacıq nahiyəsinin, burun belinin, sol çiyin qurşağının ön səthinin qançırları, sol qaşüstü nahiyənin, sol alt göz qapağının, boynun sol bayır səthinin, sol bazunun aşağı 1/3-nin ön-bayır səthlərinin, sol saidin orta 1/3-nin ön səthinin, sol ayaq pəncərəsinin ön səthinin sıyrıqları kimi həyat və sağlamlıq üçün təhlükəli olmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirib təkrarən xuliqanlıq etdiyi müddət ərzində, saat 1227-də X31 (Zərərçəkmiş şəxs) heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə qəsdən ayağı ilə bir dəfə sonuncunun şokogen zona olan xaya nahiyəsindən vuraraq insan həyatı üçün təhlükəli olmaqla sağlamlığına ağır zərərvurmaya aid xayalığın və xayanın qapalı küt travması xəsarətini yetirməsi ilə müşayiət olunan, ağır dərəcəli birincili ağrı şoku səbəbindən ürəyin reflektor dayanması nəticəsində ehtiyatsızlıqdan X23 (Zərərçəkmiş şəxs) ölümünə səbəb olmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.3.-cü və 221.2.1.-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, 2002-ci il 22 yanvar təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığı dövrdə, yəni hadisənin baş verdiyi 2019-cu il mayın 14-də Bakı İdarəetmə və Texnologiya Kollecinin «İnformasiya İşlənməsinin və X2» ixtisasının İİ kurs tələbəsi olmuşdur. Həmin kollecin «Kompüter şəbəkələri» ixtisasının tələbəsi X24 (Zərərçəkmiş şəxsla) əvvəllər yaxşı olan münasibətləri sonuncunun öz qrup yoldaşı Şahid14 tez-tez təhqir edib incitməsinə görə Galibə (Qalibə) iradını bildirməsindən və sonuncunun istehza ilə «qardaşını müdafiə edirsən?» sözlərini deməsindən sonra pisləşmiş, 2019-cu il mayın 14-də saat 13 radələrində sinif otağında olarkən pəncərədən Galibin (Qalibin), Şahid3, Şahid2 və Şahid4 kollecin həyətində oturduqlarını görüb sonuncu ilə hal-əhval tutmuş, bu vaxt Galib (Qalib) ona «qardaşın hanı?» demiş, o, sonuncuya «mənim qardaşım olmaz sənin qardaşın olar» dedikdə Galib (Qalib) «qardaşını büküb soxaram g....nə» dediyindən aralarında mübahisə yaranmış, o, sonuncunun yanına getdikdə Galib (Qalib) iki əli ilə yaxasından tutub onu silkələmiş və oradakı tələbələrə «heç bir oğlan mənim söhbətimə girişməsin» demişdir. Onlar əvvəlcə sağ tərəfdə yerləşən hündür mərtəbəli binaya tərəf getmişlər, orada Galibin (Qalibin) onun sifət nahiyəsindən yumruqla, daha sonra isə əlləri ilə onun çiyinlərindən tutub aşağı doğru əyərək dizi ilə vurduğu zərbələrdən burnu qanamış, sonuncu onu yenə vurmaq istəyərkən Şahid1 və binanın sakinləri onları aralaşdırdıqlarından Galib (Qalib) onun ünvanına nalayiq sözlər işlədib kənarda söhbət etmək istəmiş, onlar «Şüa» sağlamlıq kompleksinin yaxınlığına çatdıqda Galib (Qalib) onun sifət nahiyəsindən başı ilə, habelə yumruqla vurduqda sonuncuya mane olmağa çalışmışdır. Ətrafdakılar onları aralaşdırandan bir qədər sonra Galib (Qalib) qəflətən sağ çiyniüstə yerə yıxılmış, oradakılar dərhal yaxınlaşıb sonuncuya kömək etmək istəmişlər, o isə yaxınlıqdakı mağazadan su alıb oradakı şəxslərdən birinə verərək Galibin (Qalibin) üzünə vurmasını xahiş etmişdir. Bir qədər sonra kollecin müəllimləri oraya gəlmiş, təcili tibbi yardıma zəng etsələr də gecikdiyinə görə sonuncunu yaxınlıqdakı avtomobillə 5 nömrəli xəstəxanaya aparmışlar. Orada həkimlər Galibi (Qalibi) müayinə edib artıq öldüyünü bildirmişlər. Galibin (Qalibin) ölümündə onun heç bir günahı yoxdur, dava vaxtı sonuncuya hər hansı zərbə yetirmək imkanı belə olmamışdır, əgər zərbə yetirmişsə də özünü müdafiə etməyə çalışarkən qeyriixtiyari, istəmədən olmuşdur.Hərəkətlərindən çox peşmandır. İş üzrə dindirilən zərər çəkmiş şəxsin hüquqi varisi X18 (X16) ifadəsində göstərdi ki, 2001-ci il dekabrın 22-də Rusiya Federasiyasında doğulmuş övladı X34 (Zərərçəkmiş şəxs) orada orta təhsil almış, 2016-cı ilin oktyabr ayında Lənkəran şəhərindəki 5 saylı orta məktəbdə təhsilini davam etdirmiş, 2017-ci ildə isə Bakı İdarəetmə və Texnologiya Kollecinə daxil olmuşdur. Oğlu əvvəllər hər hansı psixi və digər xəstəliklərdən əziyyət çəkməmiş, bir neçə il sərbəst güləş və üzgüçülüklə məşğul olsa da son bir il müddətində dərsləri ilə əlaqədar həmin idman növlərinə davam etməmişdir. 2019-cu il mayın 14-də saat 14 radələrində yaşadığı evdə olan zaman baldızı oğlu X32 zəng edərək özünü Bakı şəhərindəki 5 saylı X28 çatdırmağını bildirmiş, o, narahat olduğu üçün Galibin (Qalibin) istifadəsində olan mobil nömrəyə zəng etmiş, ilk öncə cavab verən olmasa da sonradan telefona cavab verən şəxs kollecin müəlliməsi olduğunu, oğlunun adı çəkidən xəstəxanaya gətirildiyini demiş, oraya çatdıqda Galibin (Qalibin) kollecdə oxuyan başqa tələbələrlə dalaşdıqdan sonra ölməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs adını əvvəllər eşitməmişdir. Oğlunun heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Galib (Qalib) ona məktəb direktorunun qohumları ilə kollecdə problemi olduğunu desə də kimlərlə problem yaşadığını bildirməmişdir. Galib (Qalib) İ kursda oxuyarkən Şahid20 onu kollecə çağıraraq oğlunun dərslərdə səs salması, dərslərinə diqqət verməməsi ilə bağlı irad bildirmiş, o isə oğlu ilə bağlı hər hansı problem olarsa həll edəcəyini demişdir. Məhkəmə yekun qərar çıxararkən mərhum övladının hadisə zamanı əynində olan paltarının ona qaytarılmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, Bakı İdarəetmə və Texnologiya Kollecində «Kompüter şəbəkələri» fakültəsində təhsil alır və həm qrup yoldaşı olan dostu X24 (Zərərçəkmiş şəxsla), həm də kollecin tələbəsi Təqsirləndirilən şəxsla heç bir qohumluq münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. 2019-cu il mayın 14-də saat 14 radələrində dərsdən çıxdıqdan sonra Şahid3la kollecin həyətində dayanıb siqaret çəkərkən Galibin (Qalibin) Şahid4la həyətdə olduqlarını görüb onlara yaxınlaşmış, bu zaman Galibin (Qalibin) sinif otağının pəncərəsindən boylanan Cümşüdə «qardaşın necədir?» dediyini, sonuncunun «hansı qardaşım?» sualına Galibin (Qalibin) «qardaşını büküb soxaram g....nə» deməsini eşitmişdir. Cümşüd Şahid1lə birlikdə yanlarına gələrək Galibə (Qalibə) irad bildirdikdə aralarında yaranmış sözlü mübahisə daha sonra əlbəyaxa davaya çevrilmiş, Cümşüd sonuncunun sifətinə başı ilə vurmaq istəsə də onları ayırmışlar. Galib (Qalib) və Cümşüd kollecdən çıxıb X29 tərəfə keçib mübahisəyə davam etdikdə o, Ömər, İsrail, Fuad və kollecin bir neçə tələbəsi yolu keçib «Şüa» sağlamlıq kompleksi tərəfə gedərək orada Galib (Qalib) və Cümşüdün bir-birlərinin sifət nahiyəsinə yumruqla vurduqlarını gördükdə sonuncuları aralaşdırsalar da Galib (Qalib) sakitləşməyərək Cümşüdü daha kənar yerə dəvət edib bir-birinə nalayiq ifadələr işlətməklə yenidən dalaşmağa başlamışlar. Sonuncuları ayırdıqdan sonra Galibin (Qalibin) gözlərinin ağarıb yerə yıxıldığını gördükdə sonuncunun üzünə Cümşüdün alıb gətirdiyi suyu vuraraq kömək etməyə çalışmışlar, eləcə də təcili tibbi yardıma zəng etmişlər. Galibin (Qalibin) rənginin göyərdiyini görüb Ömər və Cümşüdlə birlikdə yoldan keçən bir avtomaşınla Galibi (Qalibi) 5 saylı X28 aparmışlar, lakin oraya çatdıqda sonuncunun artıq öldüyünü öyrənmişlər. İş üzrə şahid qismində dindirilən X23 (Zərərçəkmiş şəxs) qrup yoldaşı olan dostu Şahid3 Şahid2 ilə oxşar ifadə verdi. İş üzrə şahid qismində dindirilən X34 (Zərərçəkmiş şəxs) ilə münasibətləri yaxşı olan qrup yoldaşı Şahid13 ifadəsində göstərdi ki, Galibin (Qalibin) Təqsirləndirilən şəxsla heç bir qohumluğu, ədavəti və düşmənçiliyi olmamış, 2019-cu il mayın 14-də kollecdə üçüncü dərsdə olarkən Şahid2 həyəcanlı şəkildə sinif otağına daxil olub Galibin (Qalibin) dalaşdığını və vəziyyətinin pis olmasını bildirmiş, o, Faiqlə birlikdə kollecdən çıxdıqdan sonra bir qədər irəlidə yolun kənarında Galibin (Qalibin) dövlət nömrə nişanını xatırlamadığı ağ rəngli avtomobilin arxa oturacağında uzadıldığını, Cümşüdün isə həyəcanlı vəziyyətdə Galibin (Qalibin) başını əli ilə dizlərinin üzərində saxladığını görmüşdür. O, Faiq, Şahid1 və tanımadığı iki nəfər şəxs Galibin (Qalibin) aparıldığı 5 saylı X28 getdikdə həkimlər sonuncunun öldüyünü demişlər. İş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs qrup yoldaşı Şahid1 ifadəsində göstərdi ki, 2019-cu il mayın 14-də saat 14 radələrində 3-cü dərsin başlamağına az qalmış qrup yoldaşları ilə birlikdə kollecin 1-ci mərtəbəsindəki sinif otağında olarkən X23 (Zərərçəkmiş şəxs) yanında bir neçə şəxslə həyətdəki oturacaqda olduğunu, birdən Cümşüdün pəncərədən boylanaraq Galiblə (Qaliblə) danışdığını görmüş, bir qədər sonra Cümşüd Galibə (Qalibə) gözləməsini deyərək müəllimədən icazə alıb sinifdən çıxmışdır. Müəllimin icazə verməməsinə baxmayaraq o da sonuncunun arxasınca getmiş, həyətdəki oturacağa yaxınlaşdıqda orada olan Şahid2lə, Şahid4la və Şahid3la salamlaşmış, bu zaman Cümşüd və Galibin (Qalibin) söhbət etdiyini görmüş, lakin həmin söhbəti eşidə bilməmişdir. Söhbətdən sonra Galib (Qalib) ayağa qalxaraq uca səslə «sən niyə belə borzusan?» demiş, bundan sonra sonuncu və Cümşüd bir-birinin yaxasından tutaraq itələməyə başlamışlar. Galibin (Qalibin) Cümşüdün burun nahiyəsinə yumruq vurması nəticəsində sonuncunun burnu qanamış, qarşılığında Cümşüd Galibin (Qalibin) bədən nahiyəsinə zərbələr endirmiş, onları çox çətinliklə ayırdıqdan sonra Cümşüdlə Galib (Qalib) kollecdən çıxaraq yaxınlıqdakı mağazanın qarşısına gedib dalaşmışlar və həmin vaxt Galib (Qalib) Cümşüdü yerə yıxıb üzərində oturmuşdur. Onları ayırdıqdan sonra sakinlər sonunculara irad bildirib həyəti tərk etmələrini demişlər, bu vaxt Cümşüdlə Galib (Qalib) Azərbaycan Dövlət Dillər Universitetinin arxa tərəfinə gedərək dalaşmağa davam etmişlər və bir-birlərinin müxtəlif nahiyələrinə yumruq zərbələri endirməyə başlamışlar. Onları yenidən ayırdıqdan sonra arxa tərəfdə kiminsə «ay, yıxıldı» deyə qışqırdığını eşidib çevrildikdə Galibin (Qalibin) yerə yıxıldığını görmüş, sonuncunun yanına qaçaraq ona kömək etməyə çalışmışlar, o, Galibin (Qalibin) ağzını əli ilə açmış, uşaqlardan biri sonuncunun dilinin qatlandığını görüb dilini dartaraq çıxartmış, daha sonra özünə gəlməsi üçün Galibin (Qalibin) başına və boğazına Cümşüdün alıb gətirdiyi suyu tökmüşlər. Xatırlamadığı şəxs təcili tibbi yardıma zəng vurmuş, lakin gecikdiyinə görə 7-8 dəqiqə sonra Galibi (Qalibi) taksi ilə aparmaq qərarına gəlmişlər, Cümşüd və Ömər yolun kənarında dayanan minik avtomobili ilə Galibi (Qalibi) 5 saylı X28 çatdırmışlar, o və digər 5-6 nəfər xəstəxana istiqamətində qaçmağa başlamışlar. Orada həkimlər Galibin (Qalibin) nəbzinin atmadığını, öldüyünü demişlər. Galibin (Qalibin) Cümşüdlə ədavəti və düşmənçiliyi olması barədə məlumatı yoxdur. İş üzrə şahid qismində dindirilən Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, təhsil aldığı Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi kimi tanıdığı X34 (Zərərçəkmiş şəxs) və Təqsirləndirilən şəxsla hər hansı münasibəti olmamışdır. 2019-cu il mayın 14-də saat 13 radələrində Şahid7la kollecin qarşısında söhbət edərkən əvvəlcə Galibin (Qalibin), bir qədər sonra Cümşüdlə birlikdə tanımadığı iki-üç tələbənin binadan çıxıb yaxınlıqdakı hündür mərtəbəli yaşayış binasına tərəf getdiklərini gördükdə Əli ilə onların ardınca getmişlər. Oraya çatanda Galibin (Qalibin) yerdə uzanıqlı vəziyyətdəki Cümşüdün üzərində oturub yumruqla vurduğunu görüb onları aralaşdırmışdır. Sonuncular Azərbaycan Dillər Universitetinə tərəf getdikdə Galiblə (Qaliblə) Cümşüdü dalaşmağa qoymamaq üçün o və Əli də arxalarınca getmişlər, «Şüa» sağlamlıq kompleksinin qarşısında Galibin (Qalibin) Cümşüdə kəlləsi və əlləri ilə zərbələr endirdiyini, ətrafdakılar sonuncuları aralamağa çalışdıqda Galibin (Qalibin) əynindəki köynəyin yaxasının cırıldığını, Cümşüdün isə burnunın qanadığını görmüşlər. O, Galibin (Qalibin) yanına gedib sakitləşdirmək istədikdə sonuncu huşunu itirib yerə yıxılmış və dili qatlanmışdır. O, dərhal Galibin (Qalibin) ağzını aralayıb dilini dartmış, ətrafdakılardan su və təcili yardıma zəng etmələrini istəmişdir. Galibin (Qalibin) boynuna, sifətinə su və naşatır spirti vurmasının, habelə ürək masajının heç bir xeyri olmamışdır. Təcili tibbi yardımın gəlmədiyini görüb Galibi (Qalibi) özləri xəstəxanaya aparmaq qərarına gələrək sonuncunu yoldan ötən tanımadıqları şəxsin avtomobili ilə 5 saylı X28 aparmışlar və bir müddət sonra Galibin (Qalibin) öldüyünü bilmişlər. Dava zamanı Cümşüdün Galibin xaya nahiyəsinə zərbə vurmasını görməmişdir. İş üzrə şahid qismində dindirilən Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri Şahid6, Şahid7, Şahid8, X35 və Şahid10 Şahid5 ilə oxşar məzmunlu ifadə verdilər. İş üzrə şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, qrup yoldaşı Təqsirləndirilən şəxs mehriban, sakit təbiətli, münaqişəyə meyli olmayan, dərsə davamiyyətli tələbə olmaqla dərslərini çox yaxşı oxumuşdur. X24 (Zərərçəkmiş şəxsla) tanışlığı olmasa da sonuncunun davakar, ətrafdakılara qarşı aqressiv tələbə olmasını eşitmişdir. 2019-cu il mayın 14-də dərs zamanı Cümşüdün pəncərədən boylanıb kimləsə danışdığını eşitmiş, sonuncunun sinif otağını tərk etdiyini görüb Cümşüdün arxasınca Şahid1 də dərsdən çıxmışdır. Cümşüd getdikdən təxminən 15-20 dəqiqə sonra sonuncunun kimləsə dalaşdığını bilmiş, müəllimlərin tələbi ilə Cümşüdə zəng etdikdə sonuncu 5 saylı X11masını, Galiblə (Qaliblə) dalaşmasını, sonuncunun vəziyyətinin pis olmasını bildirmiş, daha sonra isə Galibin (Qalibin) öldüyünü eşitmişdir. İş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs qrup yoldaşı İsgəndər Vaqif oğlu Dövlətxanov şahid X13 ilə oxşar məzmunlu ifadələr verdi. İş üzrə şahid qismində dindirilən Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri Şahid11 və Şahid12 şahid X13 ilə oxşar məzmunlu ifadə verməklə yanaşı əlavə olaraq bildirdilər ki, X34 (Zərərçəkmiş şəxs) «Şüa» sağlamlıq kompleksinin qarşısında yıxılandan sonra uşaqlar sonuncunun ağzını əlləri ilə açıb dilini dartıb çıxartmağa çalışmışlar, Cümşüd qaçaraq su almağa getmiş, Nurlanın aptekdən alıb gətirdiyi naşatır spirtini Galibə (Qalibə) iylətmiş, sonuncunun özünə gəlməsi üçün başına və boğazına su töksələr də heç bir xeyri olmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid18 ifadəsində göstərdi ki, 2018-ci ilin may ayından Bakı İdarəetmə və Texnologiya Kollecində direktor vəzifəsində çalışır. X34 (Zərərçəkmiş şəxs) 2017-ci ildə kollecin «Kompüter şəbəkələri» ixtisasına daxil olmuş, oxuduğu müddətdə sonuncunun nizam-intizamsız və dərslərinə laqeyd tələbə olmasına görə dəfələrlə Galibin (Qalibin) xalası oğlu X19 danışmış, sonuncu bu barədə Galibin (Qalibin) valideynlərinə məlumat verəcəyini bildirsə də bir nəticə olmamışdır. Kollecin «Avadanlıqların avtomatlaşdırılması» ixtisasının İİ kursunda təhsil alan Təqsirləndirilən şəxs nizam-intizamlı, dərslərə davamiyyətli və müvəffəqiyyətli tələbə olmaqla hadisə gününə qədər sonuncu barəsində hər hansı şikayət eşitməmişdir. 2019-cu il mayın 14-də saat 13 radələrində kollecin İdarəetmə şöbəsinin müdiri Gülnarə Qurbanova ona tələbələrin dalaşdığını və onlardan birinin ağzından köpük gəldiyini dediyi üçün dərhal kollecin həyətinə düşmüş, oradakı tələbələrdən hadisənin «Şüa» sağlamlıq kompleksinin qarşısında baş verdiyini öyrənmişdir. Bu zaman kollecin həyətinə təcili tibbi yardım maşını daxil olmuş və tələbələr Galibin (Qalibin) başqa avtomobillə 5 saylı X28 aparıldığını demişlər. O, dərhal xəstəxanaya getmiş və orada sonuncunun öldüyünü bilmişdir. İş üzrə şahid qismində dindirilən Bakı İdarəetmə və X9 şəbəkələri və poliqrafiya şöbəsində müdir vəzifəsində işləyən Şahid19 Şahid18 ilə oxşar ifadə verib əlavə olaraq göstərdi ki, 2019-cu il mayın 14-də səhhəti ilə əlaqədar dərsə gəlməmiş, sonradan müəllimlərdən X23 (Zərərçəkmiş şəxs) vəfat etdiyini eşitmişdir. Sonuncunun vəfat etmə səbəbini bilmir. İş üzrə şahid qismində dindirilən Bakı İdarəetmə və Texnologiya Kollecində 3 nömrəli proqram təminatı və sistemlər şöbəsinin müdiri vəzifəsində işləyən Şahid20 Şahid18 ilə oxşar ifadə verib əlavə olaraq göstərdi ki, 2019-cu il mayın 14-də saat 14 radələrində kollecdə olarkən xatırlamadığı şəxslərdən Təqsirləndirilən şəxs dalaşdığını eşitmiş, daha sonra isə X23 (Zərərçəkmiş şəxs) öldüyünü öyrənmişdir. Cümşüdə zəng etdikdə sonuncu telefonda ağlayaraq «mən öldürməmişəm, amma dalaşmışam» demişdir. Galibin (Qalibin) kimləsə, o cümlədən Cümşüdlə ədavət və düşmənçiliyinin olması barədə heç bir məlumatı yoxdur. İş üzrə şahid qismində dindirilən Şahid23 ifadəsində göstərdi ki, 2016-cı ildən Bakı İdarəetmə və Texnologiya Kollecində mühafizəçi işləyir. 2019-cu il mayın 14-də saat 13 radələrində mühafizəçi postunda olarkən əvvəlcə X34 (Zərərçəkmiş şəxs), arxasınca isə Təqsirləndirilən şəxs və digər tələbələr giriş qapısına yaxınlaşaraq dərslərinin bitdiyini deyib binanı sakit formada tərk etdikləri üçün heç nədən şübhələnməmiş, təxminən 35-40 dəqiqə sonra Cümşüdlə Galibin (Qalibin) dalaşdıqlarını, sonuncunun halının pisləşərək xəstəxanaya yerləşdirildiyini, daha sonra isə uşaqlardan Galibin (Qalibin) öldüyünü eşitmişdir. İş üzrə şahid qismində dindirilən Şahid21 ifadəsində göstərdi ki, 2016-cı ildən Bakı İdarəetmə Texnologiya Kollecində müəllim işləyir. X33 (Zərərçəkmiş şəxs) tanımamaqla bir neçə dəfə kollecin dəhlizlərində gördüyü sonuncu onda yekəxana tələbə təəssüratı yaratmış, kompüter şəbəkələri fənni üzrə dərs keçdiyi Təqsirləndirilən şəxs isə dərslərinə məsuliyyətli, nizam-intizamlı və nümunəvi tələbə kimi tanımışdır. 2019-cu il mayın 14-də saat 1205-də dərsdə olarkən Cümşüd anidən yerindən qalxıb heç nə demədən otaqdan çıxmış, daha sonra Şahid1 üzr istəyərək otağı tərk etmişdir. Galiblə (Qaliblə) Cümşüd arasında hər hansı bir ədavətin, düşmənçiliyin olmasını görməmiş və eşitməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid24 ifadəsində göstərdi ki, 2019-cu il mayın 14də saat 14 radələrində «Şüa» sağlamlıq kompleksində nahar edərkən Bakı İdarəetmə və Texnologiya Kolleci tərəfdən gələn təxminən 10-12 nəfərin yaxınlıqdakı zibil qablarının yanında toplaşdığını, qəflətən dava düşdüyünü, uşaqların hündürboylu, ağ köynəkli və sonuncudan balacaboylu olmaqla arıq, sarı köynəkli iki nəfəri aralaşdırdıqlarını, hündürboylu oğlanın anidən yerə yıxıldığını, ətrafdakıların sonuncuya kömək etməyə çalışdıqlarını, təcili tibbi yardım çağırılsa da təxminən 8-10 dəqiqə sonra oğlanı götürüb avtomobillə xəstəxanaya apardıqlarını görmüşdür. Oğlanın aqibətindən xəbəri olmamış, hadisədən təxminən bir ay sonra bir nəfər ona zəng edib görüşmək istəmiş, görüş zamanı həmin şəxsin oğlanın atası X18 (X16) olduğunu və hadisə nəticəsində sonuncunun övladının öldüyünü bilmişdir. İş üzrə şahid qismində dindirilən Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15 Nərimanov rayon şöbəsinin eksperti Şahid27 ifadəsində göstərdi ki, X23 (Zərərçəkmiş şəxs) ölüm faktına dair təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 61 №-li rəyini o tərtib etmişdir. Sonuncunun meyitinin müayinəsi zamanı xayaların toxumalarında (parenximada və stromada) aşkar edilən kəskin damar pozuntuları, ödem, ocaqlı qansızmalar həyati olub sonuncunun ölümündən az əvvəl məhdud səthə malik bərk küt əşyanın bilavasitə xaya nahiyəsinə lokal təsirindən törənmişdir. Xaya nahiyəsi şokogen zona olduğundan həmin nahiyəyə zərbə yetirilməsi ağır dərəcəli ağrı şoku ilə müşayiət olunmaqla bu şok ürəyin reflektor dayanması ilə nəticələnir. Buna görə də X23 (Zərərçəkmiş şəxs) ölümünə səbəb şokogen zona xayalığın və xayanın qapalı küt travması nəticəsində yaranmış və ürəyin reflektor dayanması ilə nəticələnən ağır dərəcəli birincili ağrı şoku olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid22 ibtidai araşdırmada şahid qismində dindirilərkən göstərmişdir ki, 2018-ci ildən Bakı İdarəetmə və Texnologiya Kollecində laborant işləyir. Kollecin tələbəsi kimi tanıdığı X34 (Zərərçəkmiş şəxs) nadinc, dərslərə davamiyyətsiz və laqeyd olmuş, lakin sonuncunun əvvəllər kiminləsə dalaşmasının şahidi olmamışdır. 2019-cu il mayın 14-də saat 13 radələrində işdə olarkən adını xatırlamadığı tələbə ona yolun digər tərəfində iki tələbənin dalaşdığını bildirdikdə o, dərhal həmin yerə tərəf getmiş, «Şüa» sağlamlıq kompleksinin qarşısına çatanda orada Təqsirləndirilən şəxs və kollecin digər tələbələrinin toplaşdığını, bir nəfərin yerdə uzanıqlı vəziyyətdə olmasını, digərlərinin isə sonuncuya yardım etdiklərini görmüş, üzünü görəndə yerdə uzanan şəxsin Galib (Qalib) olmasını bilmiş və sonuncunun nəbzini yoxlayanda vurmadığını hiss edib öldüyünü təxmin etsə də 103 xidmətinə zəng edərək həkim çağırmışdır. Təcili yardımın gəlmədiyini görən tələbələr Galibi (Qalibi) yerdən qaldırıb yoldan ötən tanımadığı şəxsin avtomobili ilə xəstəxanaya yola aparmışlar. Kollecə qayıtdıqdan sonra sonuncunun öldüyünü eşitmişdir. Galiblə (Qaliblə) Cümşüd arasında ədavət və düşmənçiliyinin olması barədə məlumatı yoxdur, sonuncuların mübahisə etmələrinin səbəbini bilmir (3-cü cild, 207-211-ci vərəqləri və 5-ci cild, 171-174-cü vərəqlər). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid25 ibtidai araşdırmada şahid qismində dindirilərkən göstərmişdir ki, həmkəndlisi X34 (Zərərçəkmiş şəxs) 2018-ci ilin sonlarında ona zəng edərək çoxlu kəsri olduğunu, valideynlərinə bu barədə deməkdən çəkindiyini bildirib qohumu kimi direktorla söhbət etməsini xahiş etmiş, o, razılaşaraq 1-2 gün sonra Bakı İdarəetmə Texnologiya Kollecinin həyətində sonuncu ilə görüşmüşdür. Galib (Qalib) onu direktora xalası oğlu kimi təqdim etmiş, söhbət zamanı direktor sonuncunun dərslərini oxumadığını, qaiblərinin çox olduğunu, siqaret çəkdiyini və avara uşaqlarla birlikdə vaxt keçirdiyini bildirdikdə o, bundan sonra özünün də Galibin (Qalibin) dərslərinə nəzarət edəcəyini deyib öz nömrəsini verərək yenidən belə bir hal baş verərsə ona və sonuncunun valideynlərinə məlumat verməsini xahiş etmişdir. 2019-cu il mayın 14də kənddəki qohumlarından Galibin (Qalibin) kiminləsə dalaşdığını və döyülərək öldürüldüyünü eşitmişdir. Sonuncunun kimləsə ədavət və düşmənçiliyinin olması barədə məlumatı yoxdur (4-cü cild, 187-190-cı vərəqlər). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15 Təkrari Ekspertizalar Şöbəsinin rəisi Şahid26 ibtidai araşdırmada şahid qismində dindirilərkən Şahid27 ilə analoji ifadə vermişdir (5-ci cild, 228-231-ci vərəqlər). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid14 ibtidai araşdırmada şahid qismində dindirilərkən göstərmişdir ki, qrup yoldaşı X34 (Zərərçəkmiş şəxs) və Sumqayıt şəhərindəki 11 saylı orta məktəbdə bir sinifdə oxuduğu Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olmuşdur. 2019-cu il mayın 14-də Galib (Qalib) üçüncü dərsdən özbaşına çıxmış, bir müddət sonra isə Şahid3 və Şahid2 otağı tərk etmişlər. Təxminən 30 dəqiqə sonra koridor nəzarətçisi Galibin (Qalibin) xəstəxanaya aparıldığını və öldüyünü bildirmiş, o, qrup yoldaşları ilə birlikdə 5 saylı X28 getdikdə oradakı tələbələrdən sonuncunun Cümşüdlə dalaşdığını, Galibin (Qalibin) vəziyyətinin pisləşərək huşunu itirib yerə yıxıldığını, xəstəxanaya aparıldıqda isə artıq öldüyünü öyrənmişdir. Sonuncular arasında ədavət olmasından məlumatı yoxdur (1-ci cild, 198-201-ci və 2-ci cild, 51-55-ci vərəqlər). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş X23 (Zərərçəkmiş şəxs) qrup yoldaşı Şahid15 ibtidai araşdırmada şahid qismində dindirilərkən Şahid14lə oxşar ifadə vermişdir (3-cü cild, 91-95-ci vərəqlər). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2019-cu il 14 may tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3 ünvanındakı hadisə yerinə baxış keçirilərkən «Şüa» sağlamlıq kompleksinin müşahidə kameraları tərəfindən qeydə alınmış hadisənin videogörüntüləri olan CD diski götürülmüş, orada iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet və ya qanabənzər ləkə izi aşkar olunmamış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 4-7). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15 Nərimanov rayon şöbəsinin tərtib etdiyi 2019-cu il 14 may tarixli meyitə baxış keçirilməsi barədə protokoldan görünür ki, X25 meyitinin bədən səthində burun belindəki 3x2 sm ölçüdə, sol almacıq nahiyədə 8x5 sm, sol çiyin qurşağının ön səthində 9x8 sm ölçülərdə göyümtül-bənövşəyi rəngdə qançırlar, sol alt göz qapağında 3x0,3 sm, boynun sol bayır səthində 2,5x2 sm, sol bazu aşağı 1/3 arxa səthində paralel yerləşən 4x0,2 sm və 3x0,3 sm ölçüdə, sol saidin orta 1/3-nin bayır səthində 1,2x0,3 sm, sol ayaq pəncəsinin ön səthində 4x5 sm ölçüdə qırmızı rəngli xətvari sıyrıqlar kimi xəsarətlər aşkar olunmuş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 12-14). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2019-cu il 14 may tarixli protokoldan, müşahidə kameralarının qeydə aldığı hadisənin videogörüntüləri olan CD diskinə və məhkəməyə təqdim olunan CD diskinə baxışlardan görünür ki, «Şüa» sağlamlıq kompleksinin müşahidə kamerasından bir qədər irəlidə X25 tək zibil qutusuna tərəf, Təqsirləndirilən şəxs və bir neçə nəfər şəxsin ardınca getmələri, orada X25 əvvəlcə başı, daha sonra yumruqla Təqsirləndirilən şəxs zərbələr endirməsi, bu zaman sonuncunun müqavimət göstərməsi, ətrafdakı şəxslərin onları ayırmağa çalışmaları, münaqişə başa çatdıqdan sonra X25 qəflətən huşunu itirərək yerə yıxılması və ətrafdakıların ona kömək etmək üçün başına toplaşmaları müəyyən olunmuş, CD diski protokola, məhkəməyə təqdim olunan CD diski cinayət işinə əlavə edilmişdir (1-ci cild, iş vərəqi 15-16 və 7-ci cild, sair iş vərəqi). İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin və AZ-İ seriyalı 140381 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2002-ci il yanvarın 22-də anadan olmuşdur, yəni ittiham edildiyi əməllərin törədildiyi dövrdə yetkinlik yaşına çatmamışdır (1-ci cild, iş vərəqi 17-18). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2019-cu il 14 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1645-də Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 40-41). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun tərtib etdiyi 2019-cu il 15 may tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 51 ünvanındakı «Bakı İdarəetmə və Texnologiya Kolleci»nin həyətini, daha sonra yaxınlıqdakı yeni tikilinin həyətini və Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3 ünvanındakı «Şüa» sağlamlıq kompleksinin qarşısını göstərməklə ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 86-96). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X37-Təcrübi və Tədris Birliyinin Bakı şəhər şöbəsində aparılan canlı şəxsin ekspertizasına dair 2019-cu il 15 may tarixli 425 nömrəli rəyindən görünür ki, 2002-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan burun belinin qançır və sıyrığı, sol almacıq nahiyəsinin qançırı, boynun, qarnın, kürək nahiyəsinin sıyrıqları kimi xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənməklə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcəsi təyin edilmir, müddəti 2019-cu il mayın 14-nə uyğun gəlir (1-ci cild, iş vərəqi 111-113). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun 2019-cu il 16 may tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 150-151). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2019-cu il 17 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 221.2.1.ci maddəsi ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində əvvəli 2019-cu il mayın 14-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 170- 172). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 2019-cu il 20 may tarixli 3610 nömrəli və 2019-cu il 21 may tarixli 3652 nömrəli məktublarının kserosurətlərindən, eləcə də Bakı Şəhər Baş Səhiyyə İdarəsi 2 nömrəli X5 2019-cu il 21 may tarixli 1/594 nömrəli və 1/602 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs və X36 göstərilən tibb müəssisələrinə müraciət etməmişlər (1-ci cild, iş vərəqi 214 və 257; 2-ci cild, iş vərəqi 139-140). İş materiallarındakı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı İdarəetmə və Texnologiya Kolleci tərəfindən tərtib edilən 2019-cu il 21 may tarixli 174 nömrəli, 2019-cu il 03 iyun tarixli və 2019-cu il 22 iyul tarixli xasiyyətnamələrdən görünür ki, 2002-ci il 20 fevral təvəllüdlü kollecin «İnformasiya işlənməsinin və X2» ixtisası üzrə İİ kurs tələbəsi Təqsirləndirilən şəxs dərsə davamiyyəti normal olmaqla qrup yoldaşları arasında intizamlı tələbə kimi tanınmış, müəllimlər və tələbələr ilə heç bir problemi olmamışdır (1-ci cild, iş vərəqi 254; 2-ci cild, iş vərəqi 245; 4-cü cild, iş vərəqi 122). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Bakı Şəhər Narkoloji Dispanserinin 2019-cu il 21 may tarixli 744 nömrəli və 2019-cu il 21 may tarixli 739 nömrəli məktublarının kserosurətlərindən, habelə Respublika Narkoloji Mərkəzinin 2019-cu il 24 may tarixli xx/xx-4833 nömrəli və 2019-cu il 27 may tarixli xx/xx-4873 nömrəli məktublarından görünür ki, X36 və Təqsirləndirilən şəxs həmin tibb müəssisələrində qeydiyyatda yoxdurlar (1-ci cild, iş vərəqi 259-260 və 2-ci cild, iş vərəqi 141 və145). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X6 2019-cu il mayın 30-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (2-ci cild, iş vərəqi 136). İş materiallarındakı Bakı Şəhər Prokurorluğunun tərtib etdiyi 2019-cu il 01 iyun tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 51 ünvanındakı Bakı İdarəetmə və Texnologiya Kollecinə baxış keçirilərkən birinci mərtəbədəki texniki otaqda olan təhlükəsizlik kameralarının qoşulduğu «Multi Star» markalı DVR cihazının yaddaşında son 5 gündə 2019-cu il mayın 14-də baş verən hadisəyə aid hər hansı görüntünün olmaması aşkar edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3 ünvanındakı «Şüa» sağlamlıq kompleksinə baxış zamanı isə iş üçün əhəmiyyətli hər hansı əşya və ya predmet müəyyən olunmamış, xəritədən çıxarış və fotocədvəl protokola əlavə edilmişdir (2-ci cild, iş vərəqi 231-237). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X37-Təcrübi və Tədris Birliyinin meyitin ekspertizasına dair 2019-cu il 07 iyun tarixli 61 nömrəli və təkrar 2019-cu il 01 avqust tarixli T 244/2019 nömrəli ekspert rəylərindən görünür ki, X23 (Zərərçəkmiş şəxs) meyitində aşkar edilən xayaların toxumalarında (parenximada və stromada) kəskin damar pozuntuları, ödem, ocaqlı qansızmalar, sol almacıq, burun beli, sol çiyin qurşağında qançır, sol qaşüstü, sol alt göz qapağı, boynun sol yan səthi, sol bazu, sol said və sol ayaq pəncəsinin ön səthində sıyrıq həyati olub sonuncunun ölümündən az əvvəl məhdud səthə malik bərk küt əşyanın bilavasitə xaya nahiyəsinə lokal təsirindən törənməklə yumruq, təpik və digər küt əşya ilə yetirilmiş zərbə nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə xayaların toxumalarına ocaqlı qansızmalar, şokogen zona olmaqla ağır dərəcəli travmatik şokla müşayiət olunan və reflektor olaraq ürəyin dayanmasına gətirib çıxaran insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olub ölümlə birbaşa səbəbli əlaqəsi vardır, sol almacıq nahiyənin, burun belinin, sol çiyin qurşağının ön səthinin qançırları, sol qaşüstü nahiyənin, sol alt göz qapağının, boynun sol bayır səthinin, sol bazunun aşağı 1/3-nin ön-bayır səthlərinin, sol saidin orta 1/3-nin ön səthinin, sol ayaq pəncəsinin ön səthinin sıyrıqları kimi digər xəsarətlər həyati olub X23 (Zərərçəkmiş şəxs) ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən törənməklə müddəti 2019-cu il mayın 14-nə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməməklə ölümlə səbəbli əlaqəsi yoxdur;X23 (Zərərçəkmiş şəxs) ölümünə səbəb şokogen zona olan xayalığın və xayanın qapalı küt travması nəticəsində yaranmaqla ürəyin reflektor dayanması ilə nəticələnmiş ağır dərəcəli birincili ağrı şoku olmuşdur; baş vermiş şokun xarakterini (birincili ağrı şokunu və meyitdə aşkarlanan tez baş verən ölüm əlamətlərini) nəzərə alaraq sonuncunun ölümünün xayalıq və xayaların küt travmasından dərhal sonra qısa müddət ərzində baş verdiyini demək olar; X23 (Zərərçəkmiş şəxs) xaya nahiyəsindəki dəridə xəsarətin aşkar edilməsi mütləq deyildir və meyitdən götürülmüş biomaterialların ilkin və təkrar histoloji tədqiqatları, aşkar edilən patomorfoloji dəyişikliklər (xaya toxumasında ocaqlı qansızmalar, daxili üzvlərin doluqanlılığı, ağciyər və miokardda ocaqlı qansızmalar, üzv və toxumalarda doluqanlılıq) xaya nahiyəsinə yetirilən zərbənin və bundan sonra yaranmış ağır şokunun tibbi təcrübədə rast gəlinən hal olmasını tam təsdiq etməklə həmin nahiyədəki dəridə xəsarətin aşkar edilməməsində mərhumun hadisə vaxtı əynində olan paltarı da rol oynaya bilər; ağır dərəcəli ağrı şokunun yaranması ağır patoloji proses olmaqla orqanizmin bütün üzvlərinin, sisteminin normal fəaliyyətinin, əsasən də mərkəzi sinir sistemi, qan dövranı, ürək damar, tənəffüs, metabolizm proseslərinin pozulmasına səbəb olur, bu zaman huşun itməsi, dərinin avazıyaraq soyuq tərlə örtülməsi, arterial təzyiqin, nəbzin itməsi, tənəffüsün səthiləşməsi və tezləşməsi, qıcolmalar, koronar qan dövranının pozulması, ürəyin reflektor dayanması və sair baş verir; sonuncu xayalıq nahiyəsinə yetirilən zərbə nəticəsində qısa müddət ərzində, o cümlədən 20 saniyə sərbəst hərəkət etmək iqtidarında ola bilərdi ki, bu müddət zərbənin gücündən və orqanizmin immun sisteminin vəziyyətindən aslı olaraq müxtəlif ola bilər; X23 (Zərərçəkmiş şəxs) meyitinin müayinəsi zamanı ürəkdə aşkar edilən dəyişikliklər ürək əzələsinin hipertrofiyasını göstərir və bunun ağır dərəcəli ağrı şoku, habelə ürəyin reflektor dayanması ilə səbəbli əlaqəsi yoxdur, meyitdən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir, (3-cü cild, iş vərəqi 3-13 «b» və 4-cü cild, iş vərəqi 217-222). İş materiallarında olan Bakı Şəhər Prokurorluğunun 2019-cu il 07 iyun tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci maddəsindən həmin Məcəllənin 126.3.-cü və 221.2.1.-ci maddələrinə tövsif edilmiş, əlavələr olunmaqla ona yenidən ittiham elan edilmişdir (3-cü cild, iş vərəqi 14-17). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 18 iyun tarixli 13491 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən paltardan Zərərçəkmiş şəxs məxsus köynəyin və Təqsirləndirilən şəxs məxsus köynəyin üzərindəki cırılma zədələri fiziki qüvvənin təsirindən, həmçinin qarşılıqlı mübarizə zamanı yarana bilərdi, ekspertiza tədqiqatının dəyəri 130 manatdır (4-cü cild, iş vərəqi 34-37). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 19 iyun tarixli 13490 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Şahid3, Şahid2, Şahid1 və Şahid4 geyim paltarının üzərində kənar lif mikrohissəcikləri vardır; Zərərçəkmiş şəxs köynəyinin və şalvarının üzərindən tapılan müvafiq olaraq tünd sarı rəngli poliester kimyəvi lifləri və mavi rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin və şalvarının tərkib liflərinə, Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılan qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlir; Şahid3, Şahid2, Şahid1 və Şahid4 geyim paltarının üzərindən tapılan kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarının tərkib liflərindən yoxdur, ekspertiza tədqiqatının dəyəri 228 manatdır (4cü cild, iş vərəqi 40-45). İş materiallarındakı Bakı Şəhər Prokurorluğunun tərtib etdiyi 2019-cu il 31 iyul tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 2019-cu il 31 iyul tarixli 003-8996-1219 nömrəli məktubu ilə daxil olmuş bir ədəd yaddaş kartındakı 2019-cu il mayın 14-də saat 12:18:33-dən 12:30:46-ya kimi vaxtı əhatə edən TS6-020.1 – Part 7 (2019-05-14 12-18-33 – 2019-05- 14 12-30-46) adlı videofayla baxış keçirilərkən həmin faylda Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsindəki piyada keçidinin olduğu ərazinin müşahidə edilməsi, saat 12:23:52-də Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və 12 nəfər digər tələbənin Bakı İdarəetmə və Texnologiya Kollecinin qarşısından Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 51 ünvanındakı binanın qarşısına birinci Zərərçəkmiş şəxs, onun arxasınca Şahid1, daha sonra Təqsirləndirilən şəxs və digər tələbələrin getmələri, saat 14:25:00-da həmin şəxslərin geri qayıdaraq Koroğlu Rəhimov küçəsindəki piyada keçidindən keçməklə həmin küçədə yerləşən «Şüa» sağlamlıq kompleksi istiqamətində getmələri; adı çəkilən kompleksin qarşısında quraşdırılmış kameranın yuxarıda qeyd edilən videogörüntü ilə müqayisəli təhlilindən Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs kompleksin qarşısına çatan kimi saat 1427-də dalaşmaları, saat 1428-də göy cins şalvar, qırmızı köynək və göy cins şalvar, ağ köynək geyinmiş iki tələbənin kompleksin qarşısından əks istiqamətdə Təbriz küçəsi, 51 ünvanında yerləşən binaya doğru, 25 saniyə sonra isə əksinə hadisə yerinə qaçmaları müəyyən olunmuş; 2019-cu il mayın 14-də saat 12:30:46-dan 12:45:22-yə kimi vaxtı əhatə edən TS6-020.1 – Part 8 (2019-05-14 12-30-46 – 2019-05-14 12-43-24) adlı videofayla baxış zamanı saat 12:39:57-də Zərərçəkmiş şəxs 5 saylı X28 aparıldığı ağ rəngli arxası furqon tipli, nömrəsi müşahidə edilə bilməyən avtomobilin kompleksin qarşısından çıxaraq aşağıya doğru hərəkət etməsi; TS6-020.2 – Part 31 (2019-05-14 12-45-11 – 2019-05-14 12-48-34) adlı videofaylda 2019-cu il mayın 14-də saat 1247-də üzərində 6 rəqəmi olan təcili tibbi yardım avtomobilinin Bakı İdarəetmə və Texnologiya Kolleci istiqamətində dönməsi; TS6-020.2 – Part 32 (2019-05-14 12-48-34 – 2019-05-14 12-52-00) adlı videofaylda 2019-cu il mayın 14-də saat 1250-də isə həmin avtomobilin kollec istiqamətindən Koroğlu Rəhimov küçəsinə çıxıb yuxarıya doğru getməsi müəyyən olunmuş, fotocədvəl protokola əlavə edilmişdir (4-cü cild, iş vərəqi 177-183). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 09 avqust tarixli 14757 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən «Multistar» markalı «MS-9632» modelli «32A**********» seriya nömrəli DVR cihazın yaddaşında 2019-cu il mayın 14-də qeydə alınan videogörüntülərin izləri, foto, video məzmunlu fayllar müəyyən olunmamaqla bunun səbəbi 2019-cu il mayın 21-dən 2019-cu il mayın 25-dək qeydə alınmış videogörüntülərlə əvəz olunması ilə izah edilə bilər; 10 saylı kameranın qeydə aldığı «Kamera10_**********2859.avi» adlı ilkin videogörüntü keyfiyyət baxımından normal olsa da yaxşılaşdırılmış və emal olunmuş videogörüntülərin surəti daha qüsurlu olub onlara vizual baxış çətinləşdiyinə görə videogörüntünün daha keyfiyyətli və qüsursuz surətini almaq mümkün olmamaqla həmin videogörüntüdə montaj əlamətləri müəyyənləşdirilməmişdir, ekspertiza tədqiqatının dəyəri 61,17 manatdır (4-cü cild, iş vərəqi 235-238). İş materiallarındakı Bakı Şəhər Prokurorluğunun tərtib etdiyi 2019-cu il 26 sentyabr tarixli protokoldan görünür ki, diskin içərisindəki 2019-cu il mayın 14-də saat 1329-dan 1400-a qədər olan müddəti əhatə edən «Kamera10_**********2859.avi» adlı videofayla baxış zamanı saat 13:29:30-da X23 (Zərərçəkmiş şəxs) öndə, onun arxasınca isə Təqsirləndirilən şəxs daxil olmaqla 13 nəfər tələbənin zibil qabına tərəf getmələri, burada X23 (Zərərçəkmiş şəxs) Təqsirləndirilən şəxs başı ilə zərbə vurmasından sonra sonuncuların qarşılıqlı yumruqlaşması, daha sonra Təqsirləndirilən şəxs əvvəlcə sol dizinin X23 (Zərərçəkmiş şəxs) xaya nahiyəsinə doğru, daha sonra isə sağ ayağının sonuncuya tərəf qalxması, 8 saniyə davam edən dalaşma zamanı ətrafda olan şəxslərdən Şahid1, Şahid6, Şahid4, Şahid5 və Şahid2 onları aralaşdırmaları, bir qədər sonra Təqsirləndirilən şəxs əlini X31 (Zərərçəkmiş şəxs) doğru qaldıraraq nə isə deməsi, sonuncunun köynəyinin yaxasının cırılması, X23 (Zərərçəkmiş şəxs) əvvəlcə saçını yuxarıya doğru əli ilə düzəltməsi, sonra durduğu yerdən sol tərəfə doğru 8 addım ataraq zibil qabının digər tərəfinə keçməsi, orada əvvəlcə sol əli ilə yaxasının cırığını tutması, daha sonra hər iki əlini belinə qoyub dayanması, Cümşüd İlham oğlu X3 (Zərərçəkmiş şəxs) üzərinə doğru getmək istəsə də Şahid5, Şahid6 və Şahid2 ona mane olması, X23 (Zərərçəkmiş şəxs) arxaya doğru səndələyərək yıxılması, Təqsirləndirilən şəxs da daxil olmaqla ətrafdakı şəxslərin X31 (Zərərçəkmiş şəxs) tərəf qaçaraq kömək etməyə çalışmaları, Təqsirləndirilən şəxs, Şahid11 və Şahid12 müxtəlif istiqamətlərdə qaçışdıqdan bir dəqiqə sonra əllərində dəqiq görünməyən nə iləsə X23 (Zərərçəkmiş şəxs) olduğu yerə qayıtmaları, sonuncunun başına yığılmış şəxslərin onu dikəltməyə çalışıb bir qədər irəliyə doğru çəkmələri, 4 dəqiqə sonra hadisə yerinə Bakı İdarəetmə və Texnologiya Kollecində laborant işləyən Şahid22 gələrək X31 (Zərərçəkmiş şəxs) yaxınlaşması, daha sonra mobil telefonla bir neçə dəfə harasa zəng etməsi, Şahid22 göstərişinə əsasən Təqsirləndirilən şəxs və digər tələbələrin müxtəlif istiqamətlərə qaçıb yenidən geri qayıtmaları, X23 (Zərərçəkmiş şəxs) yerə yıxılmasından 9 dəqiqə sonra isə ətrafdakı şəxslərin onu qaldıraraq yolun kənarına doğru aparmaları müəyyən edilmiş, fotocədvəl protokola əlavə olunmuşdur (5-ci cild, iş vərəqi 222-227). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X7 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına dair 2019cu il 20 avqust tarixli 1547 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin və ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, eləcə də psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, sonuncunun məcburi müalicəyə ehtiyacı yoxdur; Təqsirləndirilən şəxs intellektual mnestik imkanları normaya uyğun olub motivasiya sferası yetişkəndir, xarici qıcıqlara qarşı yüksək həssaslıq, emosional dayanıqsızlıq, hərəkət və davranışın iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmamışdır, ünsiyətçillik, emosionallıq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərə malikdir; hadisə zamanı sonuncunun psixi-emosional vəziyyətində həyəcan, gərginlik, hirs yaranmış, o, hadisə zamanı fizioloji affekt halında olmamışdır(6-cı cild, iş vərəqi 18-21). İş materiallarında olan Bakı Şəhər Prokurorluğunun 2019-cu il 02 oktyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məxsus sarı rəngli köynək, ağ rəngli mayka, göy rəngli cins şalvar, boz rəngli idman ayaqqabısı, X31 (Zərərçəkmiş şəxs) məxsus ağ rəngli köynək, ağ rəngli mayka, qara rəngli şalvar, boz rəngli tuman, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabı, Şahid3 məxsus qara rəngli köynək və göy rəngli cins şalvar, Şahid2 məxsus mavi rəngli naxışlı köynək, qara rəngli cins şalvar və bir cüt qara rəngli ayaqqabı, Şahid1 məxsus boz rəngli köynək və açıq göy rəngli cins şalvar, Şahid4 məxsus qara rəngli naxışlı uzunqol köynək və göy rəngli cins şalvar maddi sübut kimi tanınaraq Bakı Şəhər Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (6-cı cild, iş vərəqi 22-23). İş materiallarında olan Bakı Şəhər Prokurorluğunun sübutların qiymətləndirilməsi haqqında 2019-cu il 02 oktyabr tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci və 126.3.-cü maddələri ilə yenidən ittiham elan edilmiş, sonuncunun əməlində Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından həmin xüsusiyyətlə bağlı cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs xəsarət alması faktı üzrə cinayət işindən material ayrılmış, X23 (Zərərçəkmiş şəxs) ölümündə Şahid2, Şahid4, Şahid1, Şahid6, Şahid3, Şahid7, X26, Şahid11, Şahid8, Şahid10, Şahid12 və X20 əməllərində Azərbaycan Respublikasının CM-nin hər hansı maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından barələrində cinayət işinin başlanılması rədd edilmişdir (6-cı cild, iş vərəqi 24-65). Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.3.-cü və 221.2.1.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, əməllərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 126.3.-cü və 221.2.1.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törət-məsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ibtidai araşdırmadakı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla əməlindən dərhal peşman olmaqla zərər çəkmiş şəxsə kömək etməyə çalışmasını, ilk məhkumluğunu, gəncliyini, təhsil aldığı kollec üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsinə uyğun olaraq, cinayətin məq-sədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə iş üzrə cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hallar hesab edərək haqqında Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilən Təqsirləndirilən şəxs həmin Məcəllənin 126.3.-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin olun-maqla onun islah edilməsini və sosial ədalətin bərpasına nail olunmasını mümkün sayır. Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan məhkumlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. Azərbaycan Respublikasının CM-nin 86-cı maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 30 iyun tarixli 4 nömrəli Qərarının 11-ci bəndində göstərildiyi kimi, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması məsələsi həll edilərkən Azərbaycan Respublikasının CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikasının CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və sair) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrumetməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini həll edərkən habelə 1985-ci il 29 noyabr tarixli «Yetkinlik yaşına çatmayanlar haqqında ədalət mühakiməsinin aparılması ilə bağlı Birləşmiş X1ydaları»nın və X8 1989-cu il 20 noyabr tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının CPM-nin 435.4.-cü maddəsinə müvafiq olaraq, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə cəza tədbirinin yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmasını rəhbər tutmalıdır. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 28 iyun tarixli 2 saylı Qərarının 12-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən, xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi ağır cinayətə görə hökm çıxarılan vaxt yetkinlik yaşına çatdığı üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəyyən edilmədıyin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus sarı rəngli köynək, ağ rəngli mayka, göy rəngli cins şalvar, boz rəngli idman ayaqqabısı, Şahid3 məxsus qara rəngli köynək və göy rəngli cins şalvar, Şahid2 məxsus mavi rəngli naxışlı köynək, qara rəngli cins şalvar və bir cüt qara rəngli ayaqqabı, Şahid1 məxsus boz rəngli köynək və açıq göy rəngli cins şalvar, Şahid4 məxsus qara rəngli naxışlı uzunqol köynək və göy rəngli cins şalvar məhv edilməli, X31 (Zərərçəkmiş şəxs) məxsus ağ rəngli köynək, ağ rəngli mayka, qara rəngli şalvar, boz rəngli tuman, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabı sonuncunun hüquqi varisi X17 (X14) qaytarılmalı, beş ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. 479,17 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun saylı vəkili Müdafiəçi2 tərəfindən 88 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 528 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2019-cu il mayın 14-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.3.-cü və 221.2.1.-ci maddələri ilə təqsirli bilinib 126.3.-cü maddə ilə barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilməklə 04 (il) il 06 (altı) ay müddətinə, 221.2.1.-ci maddə ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il mayın 14-dən hesablansın. 479,17 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 528 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Bakı Şəhər Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus sarı rəngli köynək, ağ rəngli mayka, göy rəngli cins şalvar, boz rəngli idman ayaqqabısı, Şahid3 məxsus qara rəngli köynək və göy rəngli cins şalvar, Şahid2 məxsus mavi rəngli naxışlı köynək, qara rəngli cins şalvar və bir cüt qara rəngli ayaqqabı, Şahid1 məxsus boz rəngli köynək və açıq göy rəngli cins şalvar, Şahid4 məxsus qara rəngli naxışlı uzunqol köynək və göy rəngli cins şalvar məhv edilsin, X31 (Zərərçəkmiş şəxs) məxsus ağ rəngli köynək, ağ rəngli mayka, qara rəngli şalvar, boz rəngli tuman, bir cüt qara rəngli corab, bir cüt qara rəngli ayaqqabı sonuncunun hüquqi varisi X17 (X14) qaytarılsın, beş ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar