Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-184/2021 26.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Бакы Аьыр Ъинайятляр Мящкямясинин щакимляри Пашайев Азяр Ислащ оьлу, (сядрлик едян), Гулийев Ящмяд Гящряман оьлу вя Щясянзадя Ирадя Хялил гызындан ибарят тяркибдя, мящкямянин иълас катибləri, Рцстямов Заур Закир оьлу və X4, дювлят иттищамчысы Азярбайъан Республикасы Баш Прокурорлуьунун Дювлят Иттищамынын мцдафияси цзря iдарянин прокурорları Dövlət ittihamçısı2 və X8 оьлунун, mцdafиячиляр, Азярбайъан Республикасы Вякилляр Коллеэийасынын цзвляри, Бакы шящяри 20 сайлы Вякил Бцросунун вякили Müdafiəçi1 оьлу, Müdafiəçi4, Müdafiəçi5, Müdafiəçi6 və Müdafiəçi7 оьлунун, зяряр чякмиш шяхсин щцгуги вариси X31 və nümayəndəsi Азярбайъан Республикасы Вякилляр Коллеэийасынын цзвü, Бакы шящяри 14 сайлы Вякил Бцросунун вякили Nümayəndə оьлунун иштиракы иля 09 феврал 1991-ъи иldя Бакы шящяриндя анадан олмуш, Azяrbaycan Respublиkasы vяtяndaшы, аиляли, натамам орта тящсилли, ишлямяйян, мящкум олунмамыш, Бакы шящяри, Йасамал району, М.Сцбщи кцчяси ев 98-дя паспорт гейдиййатында олан вя Бакы шящяри, Бинягяди району, Биляъяри гясябяси, 2-ъи Даьлыг кцчяси ев 2-дя йашамыш, барясиндя «щябс» гятимкан тядбири сечилмиш, щазырда Ядлиййя Назирлийи Пenitensiar Xidmətin Бакы Истинтаг Тяъридханасында сахланылан Ялякбяров Сябущи Тярлан оьлуnun Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 120.2.1-ci маддяsи иля, 07 декабр 1992-ъи иldя Бакы шящяриндя анадан олмуш, Azяrbaycan Respublиkasы vяtяndaшы, аиляли, натамам орта тящсилли, ишлямяйян, мящкум олунмамыш, Бакы шящяри, Гарадаь району, Сащил гясябяси, Е.гулийев кцчяси ев 41, мянзил 16-да паспорт гейдиййатында олан вя щямин цнванда йашамыш, барясиндя «щябс» гятимкан тядбири сечилмиш, щазырда Ядлиййя Назирлийи Пenitensiar Xidmətin Бакы Истинтаг Тяъридханасында сахланылан Фятуллайев Ряшад Ряшид оьлунун Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 120.2.1-ci маддяsи иля тягсирляндирилмяляриня даир ъинайят ишиня ачыг мящкямя иъласында бахараг мящкямя мцяййян етди: Təqsirləndirilən şəxs1 arvadı Şahid8 2019-cu ilin iyul-avqust aylarında onlarla birlikdə ünvan 1 ünvanında yaşamış tanışı - xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əvvəllər dəfələrlə onun Şahid8 layiq olmadığını deməsini, sonuncunu özü ilə xarici ölkəyə aparmağı, uşaqlarına atalıq etməyi və başqa əxlaqsız təkliflər etməsini öyrəndikdən sonra Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, 14 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs onun yuxarıda göstərilən ünvanda yaşadığı evə gələrək birlikdə narkotik vasitə tapıb istifadə etməyi təklif etməsini cinayətkar niyyətini həyata keçirmək üçün yaxşı fürsət olduğunu düşünərək Zərərçəkmiş şəxs narkotik vasitə almaq adı ilə aldadaraq, sonuncunu idarə etdiyi “BMW” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonu, Sahil qəsəbəsinə aparmış, yolda olan zaman Zərərçəkmiş şəxs avtomobili saxlayıb mağazaya getdiyi zaman bacanağı Təqsirləndirilən şəxs2 zəng edərək görüşmək istədiyini bildirib Sahil qəsəbəsində olduğuna əmin olduqdan sonra Zərərçəkmiş şəxs avtomobildə gözləməsini, narkotik vasitə alıb gələcəyini deyərək Təqsirləndirilən şəxs2lə yaşadığı ünvan 2 ünvanının qarşısında görüşüb Zərərçəkmiş şəxs arvadı Şahid8 qarşı etmiş olduğu əxlaqsız təkliflər barədə danışıb Zərərçəkmiş şəxs qəsdən öldürmək niyəti barədə Təqsirləndirilən şəxs2 məlumat verməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək Zərərçəkmiş şəxs heç kimin olmadığı yerdə qəsdən öldürməyi planlaşdırıb birlikdə avtomobilə qayıtmış, özü avtomobilin ön oturacağında, Təqsirləndirilən şəxs2 isə avtomobilin sürücü tərəfdən arxa oturacağında əyləşib Zərərçəkmiş şəxs başqa yerdə narkotik vasitə alacaqları ilə Sahil qəsəbəsinin cənub-qərb hissəsində, Balıqçılar küçəsində yerləşən “Koneçnıy” adlanan əraziyə gətirməklə avtomobili saxlamasını tələb edərək, 15.10.2019-cu il tarixdə, saat 01 radələrində qeyd olunan ərazidə o Zərərçəkmiş şəxs qollarından tutub müqavimət göstərmək imkanından məhrum etmiş, bu zaman Təqsirləndirilən şəxs2 qabaqcadan üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan, zavod üsulu İlə hazırlanmış xüsusi təyinatlı kəsici dərzi aləti ilə qəsdən Zərərçəkmiş şəxs boynunun sağ yan səthinə 3 (üç) dəfə zərbə vurmaqla sonuncuya kəskin çürümə dəyişiklikləri fonunda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malik, baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan boyun nahiyəsinin sağ-yan səthinin daxili yuxu arteriyasının tam kəsilməsi və vidaci venanın dəlib-keçən yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara xəsarətləri yetirmiş, nəticədə kəskin qanitirməyə məruz qalan Zərərçəkmiş şəxs halsızlaşaraq özünü müdafiə etmək imkanından məhrum olduqdan sonra sonuncunu Təqsirləndirilən şəxs2lə birlikdə avtomobilin arxa oturacağına keçirmiş, özü isə sükan arxasında əyləşərək artıq öldüyünü dərk edən Zərərçəkmiş şəxs şəhadət gətirməsini eşidib avtomobili saxlayaraq sükan arxasından arxaya doğru çönüb əlləri ilə səsi kəsilənə qədər Zərərçəkmiş şəxs ağzını tutmaqla Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 tanışları xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs baldızı, yəni Təqsirləndirilən şəxs1 arvadı Şahid8 onun ərinə layiq olmadığını deməsini, özü ilə xarici ölkəyə aparmağı, uşaqlarına atalıq etməyi və başqa əxlaqsız təkliflər etməsini öyrəndikdən sonra 14 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək hazırladıqları plana əsasən, yaxınlıqda idarə etdiyi “BMW” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobildə onları gözləyən Zərərçəkmiş şəxs heç kimin olmadığı yerdə qəsdən öldürməyi planlaşdırıb birlikdə avtomobilə qayıtmış, Təqsirləndirilən şəxs1 avtomobilin ön oturacağında, özü isə avtomobilin sürücü tərəfdən arxa oturacağında əyləşib Zərərçəkmiş şəxs başqa yerdə narkotik vasitə alacaqları ilə aldadıb Sahil qəsəbəsinin cənub-qərb hissəsində, Balıqçılar küçəsində yerləşən “Koneçnıy” adlanan əraziyə gətirdikdən sonra 15.10.2019-cu il tarixdə, saat 01 radələrində Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs avtomobili saxlamasını tələb etmiş və sonuncu avtomobili saxladıqdan sonra qeyd olunan ərazidə, avtomobilin içərisində Təqsirləndirilən şəxs1 qəsdən Zərərçəkmiş şəxs qollarından tutaraq onu müqavimət göstərmək imkanından məhrum etmiş, o isə qabaqcadan üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı kəsici dərzi aləti ilə qəsdən Zərərçəkmiş şəxs boynunun sağ yan səthinə 3 (üç) dəfə zərbə vurmaqla sonuncuya kəskin çürümə dəyişiklikləri fonunda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malik, baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan boyun nahiyəsinin sağ-yan səthinin daxili yuxu arteriyasının tam kəsilməsi və vidaci venanın dəlib-keçən yaralanması ilə müşayiət olunan 2 (iki) ədəd deşilmişkəsilmiş yara xəsarətləri yetirməklə Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Тяqsиrlяndиrиlяn шяхс Ялякбяров Сябущи Тярлан оьлу мящкямя иъласында вердийи иfadяsиndя юзцнц тягсирли билməyərək эюстярмишдир ки, Həbib Zadə Елвинi 2000-ci ildən tanımış və мцнасибятləri normal olmuşdur. Hадися эцнц Елвин Həbib zadə ona зянэ edərək onunla işi olduğunu bildirmişdir. Елвин машынла olmuş вя ona Гарадаь району, Сащил гясябясиня эетмяйи, орадан наркотик васитя алмаьы тяклиф етmişdir. O, getmək istəməsə də, sonradan Elvinlə getməyə razılıq vermişdir. Йолда o, bacanağı Rяшадла телефонла данышанда, Елвин буну eşitmiş və bildirmişdir ki, Ряшада desin qapıya çıxsın onu da эютцрsünlər. Onlar Rəşadı götürüb Сащил гясябясинин ахырына гядяр эетmişlər. Орада Elvinlə sözləri düz gəlməmiş, Elvin onu аьыр сюйцшлярля тящгир етmiş вя o, Elvini яли ilə синясиндян вурmuşdur. Elvin narkotik vasitəni gətirən adama əsəbləşib яsяbиnи ondan чыxmışdır. Belə ki, Elvиn avtomobilinin qapısını kilidləmişdir. O, Elvindən avtomobilinin qapыsını açmasını istəyən zaman bычaq sяsи eшиtmiş, чюnцb baxanda Elvin söyüş söyərək bıçağı ona atmışdır. Bычaьы atan zaman яlиnи иrяlи vermiş və bычaq onun sol яlиnя gиrmişdir. Bычaьы иkиncи dяfя ona vuranda yenə əlinə dəymişdir. Bu zaman o, bычaьы яlи ilə vurub yerя salmış, bычaq Elvinin ayaьыnыn altыna dцшmüş, Elvin bычaьы gюtцrmяk иstяyəndə o, buna imkan verməmişdir. Sonra qышqыrыq sяsи gəlmiş vя Elvиnиn xыrыltы sяsиnи eшиtmişdir. Elvinin boьazыnın kяsиldiyini və qanının fontan verdiyini görmüşdür. Rəşaddan nə baş verdiyini soruşanda Rəşad bildirmişdir ki, Elvinin onu bıçaqlamaması üçün Elvini vurmuşdur. Həmin vaxt özlərini itirmişlər və avtomobildən düşmüşlər. Ряшад Elvini xəstəxanaya aparmağı təklif etmiş və o, razılaşmışdır. Onlar Елвини машында архайа узадыб йола давам едяркян, Elvin йолда кечиnmişdir. Onlar özlərini daha da itirmişlər. Daha sonra maшыnыn ичяrиsиndя Elvini arxaya keчиrtmişlər. Rяшad ona duш qəbul edib, цst-baшlarını dяyишməyi təklif etmişdir. Onlar birlikdə Rяшadыn anasыgиlя qayыtmışlar. Həmin vaxt Elvinin meyiti maшыnda olmuşdur. Yarыm saat sonra avtomobilə qayıdaraq Тцркан гясябясиня бабаsıgilin баьынa getmişlər və Elvinin meyitini oradakı гуйуйа atmışlar. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, Elvinlə bir-iki dəfə narkotik almağa getmişdir. Elvinlə aralarında mübahisə onun evə tez getmək istəməsi olmuşdur. Yolda Elvиn narkotиk gюtцrmяk цчцn getdиyиnи bиldиrяndя, Rяшad onda narkotik vasitə olduğunu, ondan götürüb çəkməsini Elvinə təklif etmiş, Elvin isə narkotik vasitəyə görə 100 manat pul ödədiyini bildirmiş və narkotik vasitəni gətirən adamı gözləməli olduqlarını onlara bildirmişdir. Mцbahиsя dя ona gюrя yaranmışdır. Həmin vaxt Rяшad avtomobilin arxa oturacağında oturub balaca qayчы иlя nяшя doьramışdır. Qayçı ilə narkotik vasitəni doğradığı üçün qayçı həmişə Rəşadın üzərində olmuşdur. Tutulmaqdan qorxduğu üçün polis бюлмяsində ъинайяти етираф етмямишdir. Bundan başqa bildirmişdir ki, həyat yoldaşı Sonanı Elvinin yanına dişini müalicə etmək üçün aparmış, Elvin, həmçinin onun qohumlarının və Rəşadın uşaqlarının da dişlərini müalicə etmişdir. Тяqsиrlяndиrиlяn шяхс Təqsirləndirilən şəxs2 оьлу мящкямя иъласында вердийи иfadяsиndя юзцнц тягсирли билməyərək эюстярмишдир ки, Elvиn Həbib Zadə ilə münasibətləri yaxşı olmuşdur. Elvиnи Bиlяcяrиyя gяlиb gedяndя hadisədən 3-5 ay əvvəl tanыmышdır. Hadisə эцнц evdə olarkən, bacanağı Sяbuhи ona zяng edərək Elvinlə narkotik vasitə dalınca getdiklərini demiş və o, Elvinə onda nəşə olduğunu bildirmiş, lakin Elvin ona narkotik vasitə sayılan “patı” götürməyə getdiklərini demişdir. Onlarla getməyə razılaşmış və onlar gəlib onu evdən götürüb qяsяbяnиn sonuna getmişlər, orada 20 dяqиqя gözləmişlər və нarkotиki gətirmədikləri цчцn Elvиn aqressиvləşməyə başlamışdır. Həmin vaxt Sяbuhи Elvinə gözləməyə vaxtının olmadığını və onda olan narkotik vasitədən istifadə etməyi təklif etmişdir. Elvиn razılaşmamış və patы tapmalı olduqlarını bildirmişdir. Sяbuhи иlя Elvиnin arasыnda mцbahиsя yaranmış, Elvиn Sяbuhиnи söymüş və Sяbuhи dя ona cavab vermişdir. Bu zaman Sяbuhи Elvini sиnяsиndяn vurmuş, Elvиn иsя яlиndяki bычaq иlя Sяbuhиnи vurmuşdur. Həmin an bıçağın Səbuhinin sinəsindən dəydiyini zənn etmiş, lakin sonradan bıçağın Səbuhinin яlиnя dяydiyini anlamışdır. Səbuhi və Elvin mцbahиsя etmяkdя davam etmişlər. O, arxada ики габаг oturacaьыn arasыnda oturmuşdur. Sol яlи ilя Elvиnи sakиtlяшdиrmяyя чalышsa da, Elvиn sakиtlяшməmişdir. O, əlиndяkи qayчы иlя Elvinin чиynиnя vurmuşdur ki, Elvin sakitləşsin. Lakin qayçı təsadüfən Elvinin boynuna dяymiş və Elvиn qышqыrmaьa baшlamışdır. Həmin an Elvinin bədəninin boşaldığını görmüşdür. Elvиnиn boynundan mюhkяm qan gяlmiş, əlи иlя Elvinin boьazыndan tutub qanı dayandırmaq istəmişdir. Onlar Elvini maшыndan dцшцrtmяyя чalышmışlar, lakin Elvin düşməmişdir. Sonra Elvini xəstəxanaya aparmağa çalışmışlar və bu zaman Elvinin xırırltısı kəsilmişdir. Hər ikisi baş verən hadisədən şokda olmuşlar. Anasıgilə yaxın olduqları üçün qərara gəlmişlər ki, orada duş qəbul edib paltarlarını dəyişsinlər. Eyni zamanda Səbuhi ilə qərara gəlmişlər ki, meyiti Səbuhinin babasının Türkan qəsəbəsində yerləşən bağ evinə apararaq oradakı quyuya atsınlar. Daha sonra Səbuhi ilə avtomobili gizlətməyə razılaşmışlar. Maşını təmizləyərək və avtomobilin qeydiyyat nömrəsini çıxararaq öz avtomobilin qeydiyyat nömrəsini həmin avtomobilə vurmuşlar. Daha sonra Sяbuhиnи yolda dцшцrmüşdür. İki gün sonra avtomobilinin axtarışda olduğunu öyrənmiş və hadisəni gizlətmək üçün avtomobili söküb satmaq istəmişdir. Hadisə baş verən günü spirtli içki qəbul etmişdir. Bundan başqa bildirmişdir ki, Elvinlə birlikdə bir neçə dəfə narkotik vasitədən istifadə ediblər. Hadisənin baş verməsinə səbəb Səbuhinin Elvinə narkotik vasitəni gətirən şəxsi gözləməməsi olmuşdur. Onların Elvini öldürmək niyyətləri olmamış, hadisə təsadüfən baş vermişdir. Əməlindən peşmandır. Mящкямядя зяряр чякмиш шяхсин щцгуги вариси гисминдя диндирилмиш X42 оьлу ифадясиндя эюстярмишдир ки, oğlu Zərərçəkmiş şəxs 2008-ci ildə X10 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 10 və 4 yaşlarında iki oğlu olmuşdur. 2019-cu ilin avqust ayında Elvinin qara rəngli «BMW» markalı avtomobilini qonşuluğunda yaşayan Şahid4 qapısında görmüşdür. Bir neçə gün davamlı olaraq Elvinin avtomobilini həmin qapıda gördükdən sonra ona məlum olmuşdur ki, Elvinlə arvadı Çiçək arasında narazılıq olmuş, ona görə Elvin Şahid4 evinin bir otağında kirayədə yaşayır. Həmin vaxt Elvinin Şahid4 oğlu Təqsirləndirilən şəxs1la münasibəti olduğunu bildirmişdir. Qonşu olsalar da, Elvinin Təqsirləndirilən şəxs1la münasibəti son vaxtlar yaranmış, əvvəllər yaxın münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs1 əvvəllər adını bilmədiyi yol tikinti şirkətində işləmiş, lakin son vaxtlar işdən çıxaraq «Opel» markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilin avqust ayında Şahid4 kiçik oğluna toy etdiyinə görə Elvin daha onlardan çıxmış, kabinetdə və ya avtomobilində qalmışdır. O və arvadı Elvini ailəsi ilə dalaşdığına, evinə getmədiyinə görə qınadıqları üçün Elvin onlara da gəlməmişdir. Biləcəri qəsəbəsində obyekt icarəyə götürərək stamotoloji kabinet açmış və orada stomatoloq kimi işləmişdir. Sentyabr ayında Elvin arvadı Çiçəklə barışmış və həmin tarixdən öz evində qalmağa başlamışdır. 15 oktyabr 2019-cu il tarixdə oğlu Elvinin qaynatası Ehtibar Əskərov ona zəng edərək Elvinin gecə evə gəlmədiyini demişdir. Elvinin istifadəsindəki mobil telefon nömrəsinə də zəng çatmamışdır. 16 oktyabr 2019-cu il tarixdə Elvinin arvadı Çiçək 102 xidmətinə zəng edərək Elvinin itkin düşməsi barədə məlumat vermiş və polis əməkdaşarı araşdıma aparan zaman Elvinin sonuncu dəfə Təqsirləndirilən şəxs1la birlikdə olduğunu demişlər. 16 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1la 6-cı Polis Bölməsində söhbət edən zaman Səbuhi onlara bildirmişdir ki, 14 oktyabr 2019-cu il tarixdə gecə Elvinlə görüş, onlar Sahil qəsəbəsində “Goqo" ləqəbli Elvinin tanışını da götürmüş və avtomobildə narkotik vasitədən istifadə etmişlər. Bundan sonra Səbuhi arxada yatmış və özündə olmadığına görə Elvinlə Qoqonun haraya və nə üçün getmələrini bilməmişdir. Səhərə yaxın isə Elvin avtomobili ilə Səbuhini Binəqədi yolunda Daş bazarı adlanan yerdə düşürərək çıxıb getmişdir. Bundan sonra demək olar ki, hər gün polis əməkdaşları ilə birlikdə Elvini və avtomobilini axtarmışlar. Səbuhi də onlarla birlikdə polis bölməsində olmuşdur. Səbuhi hər dəfə Gürcüstana getməli olduğunu, orada iş tapdığını, lakin Elvin itkin düşdüyünə görə gedə bilmədiyini deyərək gileylənmişdir. Həmin vaxt Səbuhiyə onun ölkədən kənara çıxmağına stop qoyulduğunu, Elvin tapılmayana dək ölkəni tərk edə bilməyəcəyini demiş və Elvin tapılana qədər heç yana getməyərək Elvini tapmaqda kömək etməsini xahiş etmişdir. Polis əməkdaşları Elvinin avtomobilinin sonuncu dəfə Sahil qəsəbəsi istiqamətində görüldüyünü bildirmişlər. Lakin avtomobilin oradan hansı istiqamətə getdiyi bilinməmişdir. 22 oktyabr 2019-cu il tarixdə oğlu Elçin zəng edərək Elvinin avtomobilini Qaradağ rayonu, Qızıldaş qəsəbəsində tapdığını demişdir. Oraya getdikdə Elvinə məxsus qara rəngli «BMW» markalı avtomobili təmir sexinin qarşısında görmüşdür. Avtomobilin ön və arxa faraları, nömrələri, yan güzgüləri sökülərək baqaja yığılmışdır. Polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmiş, həmin vaxt avtomobildən qan izləri aşkar olunmuşdur. Sexin işçiləri onlara avtomobili Rəşad adlı şəxsin orada saxladığını bildirmişlər. Polis əməkdaşları Rəşadı gətirərək onu sorğu-sual etmişlər. 24 oktyabr 2019-cu il tarixdə gecə bilmişdir ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 bacanaqdırlar. 25 oktyabr 2019-cu il tarixdə səhər saat 10 radələrində oğlu Elçin ona zəng edərək X18 əlbir olaraq öldürdüyünü demişdir. Bundan sonra onlar Türkan qəsəbəsində oğlu Elvinin meyitinin gizlədildiyi quyunun yanına getmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunu tamah niyyəti ilə, yəni avtomobilini və üzərində olan pulları ələ keçirmək üçün öldürmüşlər. Zərərçəkmiş şəxs üzərində daim pul olmuşdur. Elvinin üzərində bıçaq gəzdirməsini görməmiş və eşitməmişdir. Həmin gün Elvinin üzərində əgər bıçaq olsa idi, avtomobildən bıçaq çıxardı. Elvin heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Bu cinayət yalnız tamah məqsədi ilə törədilmişdir. Мящкямядя шащид гисминдя диндирилмиш Şahid1 оьлу ифадясиндя эюстярмишдир ки, qardaşı Zərərçəkmiş şəxs 2008-ci ildə X10 ilə ailə həyatı qurmuşdur. Elvinlə arvadı arasında tez-tez ailə daxilində söz-söhbət olduğuna görə onlar evli olduqları 11 il ərzində dəfələrlə ayrılıb, sonradan barışmışlar. 2019-cu ilin iyun ayında Elvin yenə də arvadı Çiçəklə dalaşdığına görə evində qalmamış, əvvəlcə atasıgildə yaşamışdır. Lakin valideynləri Elvini danladıqlarından Elvin orada da qalmamış, bir müddət avtomobilində gecələmişdir. Həmin vaxtlar Elvini Səbuhi görmüşdür və ona öz evlərində boş olan bir otaqda qalmağı təklif etmişdir. Bundan sonra Eivin Səbuhigildə qalmışdır. 2019-cu ilin avqust ayında Səbuhinin kiçik qardaşı Sənanın toyu olduğuna görə Elvin Səbuhigildən çıxmış və 15 sentyabr 2019-cu il tarixdə arvadı ilə barışdığı günə qədər yenə avtomobilində və ya iş yerində qalmışdır. Qardaşı Elvin ixtisasca diş həkimi olmuş, Biləcəri qəsəbəsində obyekt icarəyə götürərək stamotoloji kabinet açmış və orada stomatoloq kimi işləmişdir. Elvinin Təqsirləndirilən şəxs1la münasibəti uşaq vaxtlarında yaranmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı evlə onların evləri qonşuluqda yerləşir. Səbuhi Elvini öz evlərinə dəvət etdikdən sonra isə onların münasibətləri daha da yaxınlaşmışdır. Təqsirləndirilən şəxs1 əvvəllər adını bilmədiyi yol tikinti şirkətində işləmiş, lakin son vaxtlar işdən çıxmış və deməsinə görə özü briqada yaradaraq yol tikintisi xidməti göstərmişdir. Elvini itkin düşməzdən təxminən 1 həftə əvvəl gecə saat 3-4 arası işdə olduğu zaman görmüşdür. Həmin vaxt Elvin özü avtomobili ilə onun xidmət etdiyi əraziyə gəlmiş və bir az söhbət etdikdən sonra çıxıb getmişdir. Bundan sonra Elvini görməmiş və onunla telefonla danışmamışdır. 15 oktyabr 2019-cu il tarixdə Elvinin arvadı Çiçək ona zəng edərək Elvinin gecə evə gəlmədiyini demişdir. Dəfələrlə Elvinə zəng etsələr də, Elvinin istifadəsindəki ***-***-**-** saylı mobil nömrəyə zəng çatmamışdır. Sonra Səbuhiyə zəng etmiş, Səbuhi ona Elvinlə gecə saat 02 radələrinə qədər birlikdə olduqlarını, gəzdikdən sonra Elvinin onu “Daş bazarı” deyilən yerdə düşürtdüyünü və çıxıb getdiyini demişdir. Elvinin həmin gün dostları ilə harasa getdiyini düşündükləri üçün həmin gün heç bir yerə müraciət etməmişlər. Lakin növbəti gün yəni, 16 oktyabr 2019-cu il tarixdə Elvinin arvadı Çiçək 102 xidmətinə zəng edərək ərinini itkin düşməsi barədə məlumat vermişdir. Polis əməkdaşları araşdırma aparan zaman da onlara bildirmişdir ki, Elvin sonuncu dəfə qonşusu Təqsirləndirilən şəxs1la birlikdə olmuşdur. 16 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1la 6-cı Polis Bölməsində söhbət edən zaman Səbuhi onlara bildirmişdir ki, 14 oktyabr 2019-cu il tarixdə gecə Elvinlə görüşmüş, saat 24 radələrinə qədər onlar Elvinin iş yerində söhbət etmiş, kabinetdə narkotik vasitə çəkmiş, sonra isə Elvinin avtomobili ilə şəhərdə gəzmişlər. Həmin vaxt avtomobildə “Ekstazin” adlı psixatrop vasitə içmişlər. Bundan sonra isə Qaradağ rayonunda Qızıldaş qəsəbəsinə gedərək orada Elvinin tanışı “Qoqo” ləqəbli bir nəfəri götürüb Qoqo ilə birlikdə yenidən narkotik vasitə qəbul etmişlər və Elvin arxaya keçərək yatmışdır. Özü qabaq sağ oturacaqda oturmuş, “Qoqo” isə avtomobili idarə edərək Mərdəkan qəsəbəsi istiqamətinə getmişlər. Özündə olmadığına görə dəqiq haralara getdiyini xatırlamır. Lakin səhərə qədər avtomobillə gəzmişlər. Səhər isə 08 radələrində Qoqo onu “Daş bazarı” adlanan yerdə düşürtmüşdür. Bundan sonra “Qoqo” avtomobili Xocasən istiqamətində sürərək çıxıb getmişdir. Səbuhinin sözlərinə inandıqlarına görə 2-3 gün polis əməkdaşları ilə birlikdə Xocasən qəsəbəsi ərazisində Elvinin avtomobilini axtarmışlar. Həmin vaxt onlara Azərbaycan Respublikası DİN-in X7 Xidmətinin əməkdaşları kameralar vasitəsi ilə Elvinə məxsus qara rəngli BMW markalı **-VP-*** nömrə nişanlı avtomobilin getdiyi istiqamətləri demişlər. Kameralardan sonuncu dəfə Elvinə məxsus qara rəngli BMW markalı **-VP-*** nömrə nişanlı avtomobilin Sahil qəsəbəsi istiqamətinə getdiyi görünmüşdür. Bundan sonra isə həmin avtomobil heç bir kamerada görünməmişdir. Ona görə də, Elvinin avtomobilini Sahil qəsəbəsi istiqamətində axtarmışlar. 22 oktyabr 2019-cu il tarixdə Qızıldaş qəsəbəsi istiqamətində gedən zaman yolda Kamaz sürücüsündən qara rəngli BMW markalı avtomobil görüb- görməməsini soruşduqda, həmin sürücü yolun olduqca pis olmasına baxmayaraq qara rəngli BMW markalı avtomobilin çox yüksək sürətlə Qızıldaş qəsəbəsi istiqamətində getdiyini gördüyünü demişdir. Ona görə də həmin istiqamətdə getmiş və saat 19 radələrində Qızıldaş qəsəbəsinin girəcəyində avtomobil təmir sexinin qarşısında qardaşı Elvinin avtomobilini görmüşlər. Dərhal bu barədə polis əməkdaşlarına və ailə üzvlərinə məlumat vermişdir. Elvinin avtomobilinin ön və arxa faraları, nömrələri, yan güzgüləri sökülərək baqaja yığılmışdır. Polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmiş və həmin vaxt avtomobildən qan izləri aşkar olunmuşdur. Sexdə işləyən Nizami adlı şəxsdən avtomobilin həmin yerə kim tərəfindən gətirildiyini soruşduqda, təxminən 40 dəqiqə əvvəl balacaboy dolu bədənli bir nəfər şəxsin avtomobili orada saxlayaraq ona həmin maşının ehtiyat hissələrini söküb metallom kimi satmağı təklif etdiyini, lakin onun bundan imtina etdiyini demişdir, Bundan sonra, avtomobili gətirən şəxs özü avtomobilin ön və arxa faraları, nömrələn, yan güzgülərini sökərək baqaja yığmışdır. Sonra isə sexin arxa hissəsindəki çayxanaya gedib çay içəcəyini demiş və çıxıb getmişdir. Çayxanaya baxanda orada heç kimi görməmişlər. Nizami Asəf adlı tanışının həmin avtomobili idarə edən şəxsi tanıdığını bildirmiş və onlar Asəf adlı şəxslə əlaqə saxladıqda, sonuncu Vüqar adlı tanışının həmin avtomobili idarə edən şəxsi tanıdığını demişdir. Vüqarla danışdıqda isə həmin avtomobili Rəşad adlı şəxsin idarə etdiyini, Rəşadın ondan dəmirçi tapmağı xahiş etdiyini, onun isə Nizaminin işlədiyi yeri bildirdiyini, Rəşadın Sahil qəsəbəsində yaşadığını və ünvanını bildiyini demişdir. Təxminən 10 dəqiqədən sonra Vüqar geri yığaraq Rəşadın yanında olduğunu demişdir. Raşadla danışaraq ona yalandan avtomobili pis yerdə saxladığını, açarı da özü ilə apardığını, sexdən maşın çıxmalı olduğunu, ona görə də gəlib avtomobili çəkməsini demişdir. Rəşad isə hazırda Sahil qəsəbəsində olduğunu, maşın tapıb 1 saata gələ biləcəyini demişdir. Lakin onlar Rəşadı gözləməyərək polis əməkdaşları ilə Rəşadın yaşadığı binanın qarşısına getmişlər. Orada Rəşaddan avtomobilin onda haradan olduğunu soruşduqda, Rəşad avtomobili “Goqo” adlı bir nəfərdən nömrəsiz və sənədsiz vəziyyətdə 4000 manata aldığını və həmin avtomobili sökərək metallom kimi satmaq üçün Qızıldaş qəsəbəsində yerləşən təmir sexinə apardığını bildirmişdir. Rəşadı avtomobilin olduğu yerə gətirmiş və polis əməkdaşları onu özləri ilə aparmışlar. 24 oktyabr 2019-cu il tarixdə 6-cı Polis Bölməsində olduğu zaman orada olan Səbuhinin əmisi oğlu X1 görüb onlara bildirmişdir ki, Rəşad Səbuhinin bacanağıdır. Həmin vaxta qədər Rəşadla Səbuhinin qohum olduğunu bilməmişlər. Bundan sonra polis əməkdaşları yenidən Səbuhini bölməyə gətirmişlər. Onlar Səbuhi ilə söhbət etdikdən sonra onu Səbuhidən uzaqlaşdırmışlar. Gecə saat 04 radələrində isə ona evinə gedib sabah gəlməyini məsləhət görmüşlər. Səhər saat 09 radələrində isə ona zəng edərək Səbuhinin bacanağı Rəşadla əlbir olub qardaşını öldürdüyünü etiraf etdiyini demişlər. 19-20 oktyabr 2019-cu il tarixdə Səbuhi özü ona zəng edərək Gürcüstana getdiyini, oradan çaxır gətirəcəyini demişdir. Həmin vaxt o, polis əməkdaşlarına məlumat vermişdir. Bundan sonra, polis əməkdaşları Səbuhiyə zəng edərək ölkədən kənara çıxmağına stop qoyulduğunu demişlər. Ona görə də, Səbuhi Zaqatala rayonundan geri qayıtmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə mübahisə və ədavətinin olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qardaşını tamah niyyəti ilə, yəni avtomobilini və üzərində olan pulları ələ keçirmək üçün öldürmüşlər. Elvinin üzərində bıçaq gəzdirməsini, narkotik vasitədən istifadə etməsini görməmiş və eşitməmişdir. Мящкямядя шащид гисминдя диндирилмиш X28 оьлу ифадясиндя эюстярмишдир ки, qızı X10 2019-cu ilin avqust ayında Elvinlə dalaşdığına görə Elvin atasıgilin qonşuluğunda yaşayan Şahid4 evinin bir otağında kirayədə yaşamışdır. 2019-cu ilin avqust ayında Şahid4 kiçik oğluna toy etdiyinə görə Eivin həmin vaxtlar kabinetində və ya avtomobilində qalmışdır. Lakin Elvin arada onun evinə və iş yerinə də gəlib-getmişdir. 15 oktyabr 2019-cu il tarixdə saat 10:30-da qızı Çiçək ona zəng edərək gecə əri Elvinin evə gəlmədiyini demişdir. Elvinə dəfələrlə zəng etsələr də, telefonuna zəng çatmamışdır. Elvinin evə gəlməməsi və telefonuna zəng çatmaması barədə atası Nazim Həbibova məlumat vermişdir. 16 oktyabr 2019-cu il tarixdə qızı Çiçək 102 xidmətinə zəng edərək əri Elvinin itkin düşməsi barədə məlumat vermişdir. 25 oktyabr 2019- cu il tarixdə səhər saat 10 radələrində Elvinin atası Nazim ona oğlu X18 əlbir olaraq öldürdüyünü demişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kürəkəni Elvini tamah niyyəti ilə, yəni avtomobilini və üzərində olan pulları ələ keçirmək üçün öldürdüyünü düşünür. Мящкямядя шащид гисминдя диндирилмиш Şahid4 оьлу ифадясиндя эюстярмишдир ки, Təqsirləndirilən şəxs1 onun doğma oğludur. Səbuhi əvvəllər "xxxx" MMC-də qrup rəhbəri işləmiş, lakin 2019-cu ilin yay aylarında işdən çıxmışdır. Həmin vaxtdan sonra Səbuhi özünə məxsus «Opel» markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin 2019- cu ilin sentyabr ayının sonlarında Səbuhi digər oğlu Sənanla birlikdə Gürcüstana iş axtarmaq üçün getmişdir. Səbuhinin deməsinə görə Gürcüstanda yol tikinti şirkətindən ona iş təklif olunmuşdur. Ona görə də Səbuhi ailəsi ilə birlikdə Gürcüstana getməyə hazırlaşmışdır. Zərərçəkmiş şəxs 20 ildir tanımışdır. Həmin vaxtlar Elvin valideynləri ilə birlikdə qonşuluğa köçmüşdür. Bundan sonra, onun və ailə üzvlərinin Elvinlə və valideynləri iliə gediş-gəlişi olmuşdur. Elvin Çiçək adlı qadınla evli olmuşdur. Lakin Elvin tez-tez arvadı və qaynatası ilə dalaşmış və onlardan ayrı yaşamışdır. Ailəsi ilə olan problemlərdə valideynləri Elvini müdafiə etmədiklərinə görə Eivin onlarla da yola getməmiş və avtomobilində gecələmişdir. Elvinlə Səbuhinin münasibətləri yaxşı olmuş və Elvin tez-tez onlara gəlibgetmişdir. 2019-cu ilin iyun-iyul aylarında Səbuhi ona Elvinin yenə arvadı və qaynatası ilə dalaşdığına görə evdən ayrıldığını, gecələr küçələrdə yatdığını demişdir. Elvinə yazığı gəldiyi üçün Səbuhi ondan xahiş etmişdir kı, yaşadığı evin birinci mərtəbəsində yerləşən boş otağı müvəqqəti olaraq Elvinə yaşamağa versin. Həmin vaxtdan sonra Elvin təxminən 2 aya yaxın onlarda yaşamışdır. Elvin onların evlərində yemək yemiş və arvadı Elmira və gəlini Sonanın ona münasibəti digər oğulları kimi olmuşdur. Lakin o, Elvinin onlarda qalmasına qarşı olmuşdur. Elvinin gözlərinin axmasından, yersiz gülmək, mahnı oxumaq, boş-boş mövzularda danışmaq kimi anormal hərəkətlərindən belə başa düşmüşdür ki, əsəbləri yerində deyil və narkotik vasitədən istifadə edir. Elvin özü də söhbət zamanı narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Hətta Elvin bir neçə dəfə birlikdə narkotik vasitə çəkməyi təklif etmişdir. Elvin onlarda yaşamağa başlayandan təxminən 1 ay sonra qəflətən onun otağına girəndə Elvinin kağızın üzərində qayçı ilə nəşə doğradığını görmüşdür. Elvin ona «Əmi çəkirsən?» dedikdə başa düşmüşdür ki, Elvin nəşə hazırlayır. Həmin vaxt Elvini evdən qovmuş və bir daha evinə gəlməməsini demişdir. Sonradan Səbuhiyə də başa salmışdır ki, öz valideynlərinə hörmət qoymayan adamdan ona xeyir gəlməz və avqust ayında digər oğlu Sənanı da evləndirəcəyini, evə təzə gəlin gələcəyini bəhanə edərək Elvini evindən uzaqlaşdırmışdır. X9 uzaq olmasını, ondan əlaqəsini kəsməsini desə də, Elvin tez-tez Səbuhinin arxası ilə gəlmişdir. Elvinlə Səbuhini küçədə, avtomobildə tez-tez söhbət edərkən görmüş, lakin onların birlikdə nə iş gördüklərini, haralara getdiklərini bilməmişdir. 2019-cu ilin sentyabr ayının sonlarına yaxın Səbuhi ilə Sənan Gürcüstana getmiş və oktyabr ayının 4-də geri qayıtmışlar. Səbuhi və Sənan Gürcüstanda iş tapmış və onlar Gürcüstana getməyə hazırlaşmışlar. 14 oktyabr 2019-cu il tarixdə saat 20 radələrində Səbuhi arvadı Sonanı Elvinin yanına dişini düzəltdirməyə aparmışdır. Saat 22 radələrində Səbuhi ilə Sona evə qayıtmışlar. Onların hərəkətlərində heç bir qeyri-adilik hiss etməmişdir. Hər gün bütün ailə üzvləri evə qayıtdığına əmin olandan sonra, adətən saat 22-23 radələrində çöl darvazanı bağlamışdır ki, evə kənar şəxs girməsin. Səbuhi evə gələndən təxminən yarım saat sonra çölə çıxmışdır. Hara getdiyini soruşanda Səbuhi qonşusu Qulamın onu çağırdığını demişdir. Arxası ilə çölə çıxanda Səbuhinin Elvinə məxsus qara rəngli «BMW» markalı avtomobilə mindiyini görmşdür. Həmin vaxt yenə Elvinlə görüşdüyünə görə elə Elvinin yanında oğlu Səbuhiyə irad bildirmişdir. Səbuhi isə yarım saata gələcəyini demiş və çıxıb getmişlər. Gecə boyunca o, arvadı Elmira və Səbuhinin arvadı Sona dəfələrlə Səbuhinin istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng etsələr də, çox vaxt telefonu açmamış, telefona cavab verəndə isə yaxında olduğunu, bir azdan gələcəyini demişdir. Səhər, yəni 15 oktyabr 2019-cu il tarixdə saat 09 radələrində Səbuhi evə tək qayıtmışdır. Səbuhidən harada olduğunu soruşanda, ad gününə getdiyini, gecə boyu zəng edərək onu dəng etdiklərini və ad günündə iştirak etməyinə imkan vermədiklərini demişdir. Həmin vaxt Səbuhinin hərəkətlərində şübhəli və ya qeyri-adi heç nə hiss etməmişdir. Bu hadisədən 2-3 gün sonra eşitmişdir ki, Elvin yoxa çıxmışdır. Ailə üzvləri onu heç yerdə tapa bilməmişlər. Elvin əvvəllər də 3-4 gün evdən xəbərsiz yoxa çıxdığına görə ailə üzvləri ilk günlərdə onun evə gəlməməsindən çox da narahat olmamışlar. Lakin sonradan onlar Elvinin itkin düşməsi ilə bağlı polisə müraciət etmişlər. Elvinin axtarılması ilə bağlı Səbuhi də bir neçə dəfə polisə çağırılmışdır. Səbuhidən onun nə üçün polisə çağırıldığını, Elvinin itkin düşməsi ilə onun nə əlaqəsinin olmasını soruşanda, Səbuhi demişdir ki, Elvinin arvadı Çiçək ərinin dostları kimi onun da adını verdiyinə görə polis ondan da Elvini soruşmuşdur. Səbuhidən sonuncu dəfə onların bilikdə olduğunu, haraya getdiyini soruşanda isə Səbuhi həmin gün ad günündə olduqlarını, bundan sonra Elvinin haraya getməsindən xəbərinin olmadığını demişdir. Lakin onların harada və kimin ad günündə olmasını soruşmamışdır. Elvinin axtarıldığı günlərdə demək olar ki, hər gün 6-cı Polis Bölməsinə çağırılmışdır. Hətta oktyabr ayının 20 ya 21-də Səbuhi arvadı və uşaqları ilə birlikdə Gürcüstana getmək üçün yola çıxmış, lakin bir gün sonra geri qayıtmışlar. Həmin vaxt Səbuhi polisin onun ölkədən çıxmasına qadağa qoyduğunu demişdir. 24 oktyabr 2019-cu il tarixdə Səbuhi yenidən 6-cı Polis Bölməsinə çağırılmışdır. Gecə saat 20 radələrində Səbuhi evə gəlmiş və yemək yeyib yenidən bölməyə getmişdir. Səbuhi həmin vaxt da onluq bir şey olmadığını, 1 saata geri qayıdacağını demişdir. Lakin sonradan onlara gecə Səbuhinin bölmədə qalacağını demişlər. Səhər, yəni 25 oktyabr 2019-cu il tarixdə 6-cı X11 sonuncu dəfə Səbuhi və Rəşadla birlikdə olduğunu, Elvinin öldürüldüyünü və Səbuhi ilə Rəşad tərəfindən qaynatasımn Türkan qəsəbəsində olan evinin yanındakı quyuya atıldığını eşitmişdir. Elvinin onun gəlini Sonaya qarşı münasibətində şübhəli heç nə görməmiş və eşitməmişdir Sona da bu barədə heç nə deməmişdir, Səbuhi tutulandan sonra Sona ona demişdir ki, Elvinin ona sataşması və Səbuhinin də Elvini ona sataşdığına görə öldürməsi məzmununda ifadə vermişdir. Sonanın həmin məzmunda İfadə verməsini ondan Səbuhi tələb etmişdir. Səbuhi Sonaya demişdir ki, əgər həmin formada ifadə versə, cəzası yüngül olacaq. Ona görə də Sona həmin məzmunda ifadə vermişdir. Мящкямядя шащид гисминдя диндирилмиш X2 və Şahid6 şahid Şahid4 ifadəsinə oxşar ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilən Şahid7 şahid Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. Мящкямядя шащид гисминдя диндирилмиш Şahid8 ифадясиндя эюстярмишдир ки, Təqsirləndirilən şəxs1 ilə 2014-cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki uşaqları dünyaya gəlmişdir. 2019-cu ilin iyun-iyul aylarında Səbuhi Elvini ailəsi ilə dalaşdığı və ona yazığı gədiyi üçün yaşadıqları evə gətirmişdir. Yaşadıqları evin birinci mərtəbəsində bir otaq boş olduğu üçün Səbuhi həmin otağı Elvinə müvəqqəti yaşaması üçün vermişdir. Elvin ona həmişə “Bacı” deyə müraciət etmişdir. Elvin onların evlərində yaşadığı müddət ərzində onun yemək içməyini o vermiş və paltarlarını yumuşdur. Hicab geyindiyinə görə evdə Elvinin yanında özünü rahat hiss etmədiyi üçün Səbuhiyə Elvini evdən göndərməsini demişdir. Elvin diş həkimi olduğuna görə yaşadıqları evin yaxınlığında yer götürərək orada stomotoloji xidmət göstərmişdir. Dişlərinin müalicəsi üçün Elvinin stomotoloji kabinetində dörd dəfə olmuşdur. Sonuncu dəfə Səbuhi ilə birlikdə 14 oktyabr 2019-cu il tarixdə Elvinin kabinetinə getmişlər və Elvin onun dişlərini düzəldəndən sonra saat 22 radələrində evə qayıtmışlar. Həmin vaxt da Səbuhi ilə Elvin deyib- gülüb zarafatlaşmışlar. Evdə olduqları zaman saat 12 radələrində Səbuhinin mobil telefonuna qonşuları Qulam tərəfindən zəng gəlmiş və Səbuhini çölə çağırmışdır. Бир saatdan sonra qaynatası Tərlana məxsus mobil nömrədən Səbuhinin istifadəsində olan nömrəyə zəng etmiş və ondan harada qaldığını soruşanda Elvinin də səsini eşitmişdir. Həmin gecə Səbuhi evə gəlməmişdir. Növbəti gün yəni, 15 oktyabr 2019-cu il tarixdə uşaqları baxçaya qoyub evə qayıdan zaman Səbuhi artıq evdə olduğunu və Səbuhinin üzərində başqa paltarın olduğunu görmüşdür. Səbuhidən nə baş verməsini soruşanda Səbuhi ona Elvinlə narkotik tapmaq üstündə dalaşdığını demişdir. Həmin vaxt Elvinin bıçaqla Səbuhinin ürəyinə vurmaq istədiyini, lakin qolu ilə özünü müdafiə edən zaman bıçağın Səbuhinin qoluna dəydiyini, Səbuhi həmin vaxt orada yalnız ikisinin olduğunu, Elvini döydüyünü, sonra qaçıb evə gəldiyini ona bildirmişdir. Bundan sonra Elvinin itkin düşdüyünü eşitmiş və Elvinin itkin düşdüyü gecə sonuncu dəfə Səbuhi ilə görüşdüyünü bildiyi üçün Səbuhidən dəfələrlə Elvinə nəsə edib-etmədiyini soruşmuş, lakin Səbuhi ona Elvinin harada olmasından xəbərinin olmadığını demişdir. Səbuhi özünü rahat apardığına görə o heç nədən şübhələnməmiş, Səbuhi onu tənbehlədiyinə görə Səbuhinin Elvinlə dalaşması, Elvinin Səbuhiyə bıçaqla vurması barədə heç kimə heç nə deməmişdir. Oktyabr ayının 20 ya 21-də o, Səbuhi və uşaqları Gürcüstana getmək üçün Zaqatala rayonuna getmişlər və Zaqatala rayonunda bir gün qohumları gildə qalmışlar. Növbəti gün Səbuhini yenidən polis bölməsinə çağırmışlar və polis Səbuhiyə ölkəni tərk etməyə icazə veməmişdir. Ona görə də onlar geri qayıtmışlar. 22 oktyabr 2019-cu il tarixdə Səbuhidən Elvinin avtomobilinin tapıldığını eşitmiş. 24 oktyabr 2019-cu il tarixdə axşam Səbuhi yenidən 6-cı Polis Bölməsinə çağırılmışdır. Həmin gün Səbuhi evə gəlmiş və onu yataq otaqlarına çəkib Elvinin öldüyünü, gələcəkdə ondan ifadə alınan zaman Elvinin ona sataşdığını deməsini, əgər namus üstündə Elvini öldürdüyünü desə onun cəzasının yüngül olacağını ona bildirmişdir. Səbuhi ona gələcəkdə ifadə verən zaman dənizə getdikləri zaman, uşaqları baxçaya apardığı zaman və tək olduqları vaxtlarda Elvinin ona sataşdığını, ona əxlaqsız təkliflər etdiyini deməyini bildirmişdir. Ona görə də o, ilkin ifadələrdə həmin məzmunda ifadə vermişdir. 25 oktyabr 2019-cu il tarixdə Elvinin sonuncu dəfə Səbuhi və Rəşadla birlikdə olduğunu, Elvinin öldürüldüyünü və Səbuhi ilə Rəşad tərəfindən Türkan qəsəbəsində quyuya atıldığını eşitmişdir. Мящкямядя шащид гисминдя диндирилмиш Şahid9 ифадясиндя эюстярмишдир ки, Təqsirləndirilən şəxs2 doğma oğludur. Rəşid 2010-cu ildə X3 ilə ailə həyatı qurmuşdur. Onların birgə nigahlarından 2011-ci ildə Rəşid, 2014-cü ildə Rəsul və 2016-cı ildə isə Cəsur adlı 3 azyaşlı övladları dünyaya gəlmişdir. Əri Rəşid 2002-ci ildə qara ciyər serrozu xəstəliyindən dünyasını dəyişmişdir. Rəşad əvvəllər müxtəlif fərdi işlərdə satıcı, çayçı, aşbaz kimi işləmişdir. 2012-ci ildən 2019-cu ilin sentyabr ayına qədər isə Bakı Gəmiqayırma zavodunda operator işləmişdir. 2019-cu ilin sentyabr ayında Rəşadı ona vəd verilən vəzifəyə təyin etmədiklərinə görə o işdən çıxmışdır. Həmin vaxtdan sonra Rəşad işləməmişdir. Rəşadın Opel markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobili olmuşdur. İşdən sonra Rəşad həmin avtomobillə taksi fəaliyyəti ilə də məşğul olmuşdur. Lakin son vaxtlar həmin avtomobil xarab olduğuna görə Rəşad onu yaşadığı evin həyətində saxlamışdır. 23 oktyabr 2019-cu İl tarixdə gecə saat 02 radələrində ona məxsus mobil telefona tanımadığı nömrədən zəng gəlmişdir. Zəng edən şəxs ona özünü polis əməkdaşı kimi təqdim etmiş və Rəşadın avtomobil oğurladığına görə tutulduğunu demişdir. Həmin şəxs ondan Rəşadın arvadının nömrəsini soruşmuş və Pərvanənin nömrəsini ona demişdir. Növbəti gün, yəni 24 oktyabr 2019-cu il tarixdə saat 21 radələrində işdən evə gələn zaman evində polis əməkdaşlarının olduğunu görmüşdür. Təxminən yarım saat sonra Rəşad evə gəlmişdir. Rəşad evdə yemək yemiş, çimmiş və paltarlarını dəyişdikdən sonra polis əməkdaşları ilə çıxıb getmişdir. Rəşaddan polislərin onu nə üçün axtardığını soruşada, oğlu maşın aldığını, həmin maşının oğurluq çıxdığını, ona görə də polis əməkdaşlarının onu axtardığını demişdir. Bundan sonra Rəşadla heç bir əlaqəsi olmamışdır. Bu hadisədən iki gün sonra Rəşad Səbail rayon Məhkəməsində həbs olunmuşdur. Həmin vaxt da Rəşadın aldığı avtomobilin oğurluq çıxmasına görə həbs olunduğunu bilmişdir. Bu hadisədən bir neçə gün sonra Rəşadla Bakı İstintaq Təcridxanasında görüşəndə Rəşad ona demişdir ki, hadisə günü Səbuhi və Elvinlə Sahil qəsəbəsində görüşmüş, avtomobilin arxasında qayçı ilə nəşə doğradığı zaman Elvinin Səbuhini bıçaqla vurduğunu görmüş, Elvin Səbuhini yenə vurmaq istəyən zaman o, əlindəki qayçı ilə Elvinin çiyninə vurmaq istəmiş, lakin qayçı boynunun damarına dəymişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, 15 oktyabr 2019-cu il tarixdə gecə saat 02 radələrində oğlu Rəşad yaşadığı ünvan 4 ünvana gəmişdir. Qapı döyüldüyü üçün yerindən durmuşdur. Rəşad həyətdə onu çağırmışdır. O, açarının üzərində olmadığını, qapını açmağını, ayaqyoluna dəyib çıxacağını demişdir. Ona qapını açmış və evə gedib yatmışdır. Rəşadın evdən nə vaxt çıxmasını bilmir. Həmin vaxt Rəşad tək olmuşdur və səhər duranda oğlu evdə olmamışdır. Мящкямядя шащид гисминдя диндирилмиш Şahid10 ифадясиндя эюстярмишдир ки, Zərərçəkmiş şəxs onun qonşusu olmuşdur. Zərərçəkmiş şəxs uşaq yaşlarından tanımışdır Təqsirləndirilən şəxs1 da qonşusu olmuşdur və onu da uşaq yaşlarından tanımışdır. Onların hər ikisi ilə münasibəti yaxşı olmuşdur. Səbuhi əvvəllər yol idarəsində işləmişdir və yol tikintisi ilə məşğul olmuşdur. Elvin isə diş həkimi olmuşdur. Elvinlə Səbuhinin də münasibətləri yaxşı olmuşdur. Onlar ailəlikcə bir-birinə yaxın olmuş və gediş-gəlişləri olmuşdur. Elvinə məxsus qara rangli «BMW» markalı **-VP-*** nömrə nişanlı avtomobili 2019-cu ilin yay aylarında tez-tez Səbuhigilin evlərinin qarşısında görmüşdür. Elvinin ailəsi ilə problemi olduğuna görə yaşadığı evdən çıxmış və eşitdiyinə görə Səbuhinin evində qalmışdır. 2019- cu ilin oktyabr ayının ortalarında axşam saat 21 radələrində qızının qızdırması olduğuna görə aptekə getmək üçün yola çıxmışdır. Bu vaxt X39 küçədə görmüşdür. Elvin ondan Səbuhiyə zəng etmək üçün mobil telefonunu istəmişdir. O da, ***-***- **-** nömrəli mobil telefonu Elvinə vermişdir. Elvin təxminən 30 saniyə telefonda danışdıqdan sonra telefonu ona qaytarmışdır. Telefonu Səbuhiyə zəng etmək üçün istədiyini desə də, Elvinin kimə və hansı nömrəyə zəng etməsinə fikir verməmiş və nə danışdığını bilməmişdir. Aptekdən geri qayıdan zaman Elvin küçədə olmuş, lakin yanında heç kimi görməmişdir. Səbuhinin çölə çıxmağını görməmişdir. Bundan sonra Elvinin itkin düşməsi ilə bağlı küçədə xəbər yayılmağa başlamışdır. 25 oktyabr 2019-cu il tarixdə televiziyaya baxan zaman Elvinin Səbuhi və bacanağı tərəfindən öldürüldüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs2 tanımır. Zərərçəkmiş şəxs hansı səbəbdən öldürülməsini bilmir. Elvinin silah va ya bıçaq gəzdirməsini heç vaxt görməmişdir. Onların narkotik vasitədən istifadə edib-etməmələri barədə məlumatı yoxdur. Elvinin üzərində öz telefonu olmuşdur, lakin telefonunun balansında zəng üçün pul olmamışdır. Мящкямядя шащид гисминдя диндирилмиш Şahid12 ифадясиндя эюстярмишдир ки, X6 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs2 isə uşaq yaşlarından Sahil qəsəbə sakini kimi tanımışdır. Rəşad da onunla birlikdə Bakı Gəmiqayırma zavodunda dəmirçi işləmiş, lakin yaxın münasibətləri olmamışdır. Rəngsaz olduğuna görə işdən kənar asudə vaxtlarında Qızıldaş qəsəbəsində Nizami Baxşəliyevin işlətdiyi avtomobil təmiri sexində avtomobilin rənglənməsi işini görmüşdür. 2019-cu il oktyabr ayının ortalarında onunla birlikdə Bakı Gəmiqayırma zavodunda rəngsaz işləyən Şahid13 ona yaxınlaşaraq Rəşadın avtomobilini təmir etmək lazım olduğunu demişdir. Saat 13 radələrində Vüqarla birlikdə işdən çıxanda Rəşad qara rəngli BMW markalı avtomobillə onu zavodun qarşısında gözləmişdir. Rəşad ona avtomobili sökmək üçün usta lazım olduğunu dedikdə ona Qızıldaş qəsəbəsində tanış usta olduğunu demiş və birlikdə Qızıldaş qəsəbəsinə getmişlər. Təxminən 1 kilometr getdikdən sonra Vüqar Bakı şəhərinə getməli olduğundan yolda düşmüşdür. O isə Rəşadla birlikdə Qızıldaş qəsəbəsinə Nizami Baxşəliyevin evinə getmişdir. Nizami Rəşada avtomobillə onun işlədiyi avtomobil təmiri sexinə getməyi təklif etmişdir. Lakin Rəşad avtomobilin çox benzin sərf etdiyini və benzini olmadığını bəhanə gətirərək avtomobili Nizaminin evinin qarşısında saxlamış və təxminən 200 metr aralıda yerləşən sexə piyada getmişlər, Sexdə Nizaminin qardaşı Mübarizlə söhbət zamanı Rəşad Mübarizə avtomobil aldığını, həmin maşını sökmək lazım olduğunu demişdir. Mübarizlə birlikdə avtomobilin yanına gəlmişlər. Mübariz avtomobilə baxandan sonra Rəşaddan avtomobilin vəziyyətinin yaxşı olduğunu, nə üçün həmin avtomobili sökmək istədiyini soruşduqda Rəşad bir nəfərin ona borclu olduğunu, əvəzində həmin avtomobili verdiyini, avtomobilin sənədlərində problem olduğuna görə onu hissələrə bölərək satmaq istədiyini demişdir. X22 qəsəbəsində uzağı 1-2 ədəd BMW markalı avtomobil olduğunu, burada BMW markalı avtomobilin detallarına təlabat az olduğunu, ondansa həmin avtomobili Bakı şəhərində satmağı təklif etdikdə, Rəşad onun fikirləri ilə razı olmayaraq həmin avtomobili sökmək lazım olduğunu demişdir. Mübariz həmin vaxt “birdən maşın oğurluq olar” demişdir. Rəşad isə borc əvəzində avtomobilin ona verildiyini demişdir. Mübariz ondan Rəşadı tanıyıb tanımadığını soruşduqda ona Rəşadı yaxından tanımadığımı demişdir. Mübariz “sənədsiz maşını sökməzlər” deyərək ona da avtomobili sökməməyini məsləhət görmüşdür. Rəşadın normal vəziyyətdə olan maşını sökmək istəməsindən şübhələndiyinə görə ona işi olduğunu deyib oradan uzaqlaşmışdır. Bundan sonra oğlunun təhsili ilə maraqlanmaq üçün 180 nömrəli orta məktəbə, oradan isə evinə getmişdir. Saat 20 radələrində Mübariz ona məxsus ***-***-**-** saylı nömrəyə zəng edərək BMW markalı avtomobilin sahibinin burada olmadığını, özünün isə avtomobili sexin qarşısında saxladığını demişdir. Mübarizin sexinin qarşısında gedəndə BMW markalı avtomobili nömrəsi, qabaq və arxa güzgüləri sökülmüş vəziyyətdə sexin qarşısında görmüşdür. Orada olan bir nəfər cavan oğlan həmin avtomobilin qardaşına məxsus olduğunu, 8 gündür qardaşının həmin avtomobillə birlikdə yoxa çıxdığını demişdir. Bundan sonra həmin oğlanın zəngi ilə oraya polis əməkdaşları gəlmişlər. Onda Rəşadın nömrəsi olmadığına görə Vüqara zəng etmiş, Vüqar isə Rəşada zəng çatmadığını və onu qəsəbədə axtaracağını demişdir. O isə polis əməkdaşları ilə birlikdə Sahil qəsəbəsinə getmişdir. Sahil qəsəbəsinə çatanda Vüqar Rəşadın evinə getdiyini, lakin onu tapa bilmədiyini demişdir. X37 çayxanada ola biləcəyini demiş və polis əməkdaşları Vüqarla birlikdə Rəşadı “Room” adlı çayxanadan tapmışlar. Rəşad onlara da BMW markalı avtomobilin ona məxsus olduğunu demiş və polis əməkdaşları Rəşadı götürərək Qızıldaş qəsəbəsinə, Mübarizin sexinin qarşısına getmişlər. Orada avtomobilə minəndə avtomobilin içərisində qəribə iy hiss etmişdir. Avtomobilin ayaqaltıları yaş olmuşdur və hiss olunmuşdur ki, avtomobilin içi yuyularaq təmizlənmişdir. Rəşaddan avtomobildən gələn iyin nə iyi olduğunu soruşduqda, o avtomobilin içərisinə qaytardığını və onun iyi olduğunu demişdir. Avtomobilin içərisində qanabənzər ləkə həmçinin Təqsirləndirilən şəxs2 üzərində bıçaq və ya qayçı gəzdirməsini görməmiş, onunla yaxın münasbəti olmamışdır. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə gəzdirməsini, o cümlədən üzərində narkotik vasitədən istifadə etməsini görməmişdir. Мящкямядя шащид гисминдя диндирилмиш Şahid13 ифадясиндя эюстярмишдир ки, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 tanımır. Təqsirləndirilən şəxs2 isə uşaq yaşlarından qəsəbə sakini kimi tanıyır. Rəşad onunla birlikdə Bakı Gəmiqayırma zavodunda dəmirçi işləmişdir. Rəşadla dost olmasa da, qəsəbə sakini kimi münasibəti olmuşdur. Son 3-4 ayda Rəşad işə gəlməmişdir. 22 oktyabr 2019-cu il tarixdə səhər saatlarında «WhatsApp» proqramı vasitəsi ilə Rəşad ona zəng edərək avtomobil üçün usta lazım olduğunu demiş və tanış usta tanıyıb- tanımadığımı soruşmuşdur. İş yoldaşı Şahid12 Rəşada usta lazım olduğunu demiş, Asəf isə Qızıldaş qəsəbəsində özü işlədiyi avtotəmir sexini məsləhət görmüşdür. Həmin gün saat 13 radələrində Asəflə işdən çıxan zaman Rəşad qara rəngli BMW markalı avtomobillə zavodun qarşısına gözlmiş, Rəşad Asəfə avtomobil sökmək üçün usta lazım olduğunu demiş və birlikdə Qızıldaş qəsəbəsi istiqamətində getmişlər. Yolda o, avtomobildən düşmüş və oradan Bakı şəhərinə getmişdir. Rəşadla Asəf isə Qızıldaş qəsəbəsi istiqamətində getmişlər. İşlərini görüb qurtardıqdan sonra Sahil qəsəbəsinə qayıtmışdır. Saat 20 radələrində Asəf ona zəng edərək Rəşadı soruşmuşdur. Bu vaxt telefonu başqa bir nəfər götürərək Rəşadın idarə etdiyi qara rəngli BMW markalı avtomobilin ona məxsus olduğunu və Rəşadı axtardıqlarını demişdir. O, Rəşadı qəsəbədə tapıb onlara zəng edəcəyini demişdir. Daha sonra həmin şəxs öz telefonundan zəng edərək avtomobilin sahibinin qardaşı olduğunu, Rəşadı axtardıqlarını və Sahil qəsəbəsinə gəldiklərini demişdir. Rəşada zəng etsə də, telefonuna zəng çatmamışdır. Sonra onun evlərinə getmiş, lakin Rəşad evdə də olmamışdır. Bundan sonra Rəşadı daim olduğu çayxanalarda axtarmış və onu “Room” adlı çayxanada tapmışdır. Bu vaxt artıq polis əməkdaşları da gəlmişlər və onlar Rəşadla söhbət zamanı Rəşada avtomobilin sahibinin Gızıldaş qəsəbəsinə gəldiyini və onu axtardığını demişlər. Rəşad isə avtomobilin ona məxsus olduğunu, avtomobili onun aldığını demişdir. Polis əməkdaşları Rəşadı götürərək Gızıldaş qəsəbəsinə getmişlər. Növbəti gün polis əməkdaşları ona zəng edərək Rəşadın polis bölməsindən qaçdığını demişlər. Sonradan mətbuatdan eşitmişdir ki, Rəşad bacanağı ilə birlikdə BMW markalı avtomobilin sahibini öldürmüşdür. Мящкямядя шащид гисминдя диндирилмиш Şahid14 ифадясиндя эюстярмишдир ки, Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostudur. Rəşadla münasibətləri çox yaxşı olmuşdur. Lakin Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs tanımır. ***-***-**-** saylı mobil nömrə ona məxsus olmuşdur. Həmin nömrəni 2018-ci ilin iyun ayında almış və 2020-ci ilin fevral ayına qədər həmin nömrəni işlətmişdir. Fevral ayında nişanlandığı üçün ətrafında olan bəzi insanlarla əlaqəsini kəsmək üçün həmin nömrəni işlətmişdir. Rəşadla tez-tez görüşüb söhbətləşmiş, çay içmiş, narkotik vasitədən istifadə etmişlər. 13 oktyabr 2019-cu il tarixdə Rəşad ondan 50 manat borc pul götürmüşdür. Ona görə də, gecə Rəşada zəng edib pulunu istəmişdir. Bundan başqa, Rəşad ona çəkmək üçün nəşə vermiş və həmin nəşəni gecə görüşüb çəkmək üçün sözləşmişlər. Lakin Rəşad gəlmədiyinə görə sonuncuya tez- tez zəng etmişdir Həmin gün Rəşada dəfələrlə zəng etmiş, lakin telefonu götürməmiş, telefona cavab verəndə isə işi olduğunu, 3-5 dəqiqəyə gələcəyini demişdir. Rəşadla saat 02 radələrinə qədər danışandan sonra, Rəşad ona evinə getməyini, özünün ona zəng edəcəyini demişdir. Bundan sonra gedib yatmışdır. Saat 05 radələrində Təqsirləndirilən şəxs1 nömrəsindən zəng gəlmişdir. Lakin zəng tez kəsilmiş, Rəşadın telefonuna zəng etdikdə Rəşad ona evinin qabağına çatdığını demişdir. Küçəyə çıxanda Rəşad qara rəngli «BMW» markalı avtomobillə gəlmişdir. Rəşad onunla olan Təqsirləndirilən şəxs1 bacanağı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 ilk dəfə həmin vaxt görmüşdür. Rəşad ona 50 manat borcu sabah qaytaracağını desə də, yenə həmin pulu qaytarmamışdır. «BMW» markalı avtomobilin yanında Rəşadın verdiyi nəşəni qaytarmışdır. Səbuhi nəşəni siqaret gilizinə doldurmuş və birlikdə həmin nəşəni çəkmişlər. Sonra isə onlar «BMW» markalı avtomobillə çıxıb getmişlər. Avtomobili Rəşad idarə etmişdir. Hava qaranlıq olduğu üçün «BMW» markalı avtomobilin içərisini görməmişdir. Rəşadın və Səbuhinin üzərində, eləcə də avtomobildə heç bir şübhəli ləkə görməmişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt «BMW» markalı avtomobili ona borcu olan bir nəfərin borc qarşılığında verdiyini demişdir. Lakin sonrakı günlərdə artıq polis Rəşadı axtaran zaman həmin avtomobili “Qoqo” ləqəbli bir nəfərdən 4000 manata aldığını demişdir. Həmin vaxt Rəşad 6-cı polis bölməsindən qaçmış və polis onu axtarmışdır. Rəşadı Sahil qəsəbəsindən tutub yenidən bölməyə aparmışlar. Bir neçə gün sonra bilmişdir ki, Təqsirləndirilən şəxs2 bacanağı Təqsirləndirilən şəxs1la birlikdə həmin avtomobilin sahibini öldürmüşdür. Eşitdiyinə görə həmin şəxs Təqsirləndirilən şəxs1 arvadına sataşdığına görə Rəşadla Səbuhi onu öldürmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin vaxt deyib-gülmüş və çox rahat görünmüşlər. Мящкямядя шащид гисминдя диндирилмиш Şahid15 ифадясиндя эюстярмишдир ки, Təqsirləndirilən şəxs2 uşaq yaşlarından tanıyır. Rəşadla eyni məktəbdə paralel siniflərdə təhsil almış, yaşadıqları evlər də yaxın olduğundan münasibəti yaxın olmuşdur. Rəşad tutulmazdan əvvəl onunla tez-tez görüşüb Sahil qəsəbəsində çay içmişlər. Lakin Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs heç vaxt tanımamış və onlarla heç bir münasibəti olmamışdır. 050- ***-**-** saylı nömrəni 2017-ci ildə almış və hazırda da həmin nömrəni işlədir. 14 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə «Room» adlı çayxanada çay içib söhbətləşmişdir. Həmin vaxt Rəşad kiminləsə telefonla danışmış, Rəşadın telefonu xarab olduğuna görə danışdığı adamın səsini yaxşı eşitməmişdir. Ona görə də, Rəşad ondan telefonunu verməyini xahiş etmişdir. Telefonunu Rəşada verdikdən sonra, sonuncu telefonla danışmaq üçün çölə çıxmışdır. Təxminən 10-15 dəqiqəyə yaxın Rəşad çöldə olduqdan sonra içəri qayıtmışdır. Həmin vaxt çayxanada kompüterdə oyun oynadığına görə Rəşadın çöldə dəqiq nə qədər vaxt keçirdiyinə, kiminlə nə mövzuda danışdığına fikir verməmişdir. Rəşad özü isə bacanağı ilə danışdığını demişdir. Rəşad çayxanaya qayıdandan təxminən 5 dəqiqə sonra işi olduğunu deyib çıxıb getmişdir. Bundan sonra həmin gecə Rəşadı görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilən X10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri olmuşdur. Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuşlar və birgə nikahlarından 10 yaşlı Tunar və 4 yaşlı Tural adlı iki oğlu vardır. Elvinlə birlikdə Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 11 D, məzil 38 ünvanında yaşamışdır. Elvinlə yola gedə bilmədiyinə görə dəfələrlə ayrılıb-barışmışdır. 2017ci ilin mart ayında rəsmi şəkildə boşansa da, yenə də bir yerdə yaşamışlar. Evli olduğu müddət ərzində dəfələrlə küsüb sonra yenidən barışmışlar. 2019-cu ilin iyun ayında Elvinlə ailə daxilində mübahisəsi olduğuna görə yenə dalaşmışlar və həmin vaxtlar Elvin evdən çıxıb getmişdir. Elvinlə 2019-cu ilin sentyabr ayına qədər küsülü olmuş və həmin vaxt ərzində onun harada qalması barədə məlumatı olmamışdır. Lakin həmin aylarda Elvin uşaqları və atası ilə danışmışdır. 2019-cu ilin sentyabr ayının 15-də Elvinlə barışmış və həmin vaxtdan birlikdə Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 11 D, məzil 38 ünvanında yaşamışlar. Elvin xasiyyətcə mülayim, lakin əsəbi adam olmuş, adi söz-söhbətdən əsəbiləşmişdir. Elvin ixtisasca diş həkimi olduğuna görə Biləcəri qəsəbəsində obyekt icarəyə götürərək stamotoloji kabinet açmış və orada stomatoloq kimi işləmişdir. Elvin saat 14 radələrində işə gedib gecə saat 2-3 radələrində evə gəlmişdir. Elvinin özünə məxsus qara rəngli «BMW» markalı, **-VP- *** nömrə nişanlı avtomobili olmuşdur. Elvinin dost- tanışı çox olmuşdur. Elvin son bir neçə ayda atasıgilin qonşuluğunda yaşayan Səbuhi adlı oğlanla və öz qonşuluğunda yaşayan Ruslan adlı şəxslə tez-tez görüşmüşdür. Elvinlə barışdıqdan sonra ona küsülü olduqları vaxtlarda bir müddət Səbuhigilin evində qaldığını demişdir. 14 oktyabr 2019-cu ildə Elvin yenə saat 02 radələrində evə gəlmişdir. Ondan nə üçün gec gəldiyini soruşanda, ona avtomobilini yuduğunu demişdir. Elvin avtomobilini yuyan zaman yanında Səbuhinin olduğunu da demişdir. Həmin gün Elvin saat 14 radələrində yuxudan oyanmış, yeməyini yedikdən sonra işə getmişdir. Gündüz saatlarında Elvin onu bir neçə dəfə yığaraq uşaqları soruşmuşdur. Elvinin istifadəsində «Samsung J 3» markalı mobil telefon və ***-***-**-** saylı mobil nömrəsi olmuşdur və həmin nömrədən başqa nömrə işlətməmişdir. Elvinlə danışdığı zaman yanında xəstələr olduğunu, işinin çox olduğunu demişdir. Gecə saat 23 radələrində Elvin yenidən zəng edərək evə nə almaq lazım olduğunu soruşmuş və bir azdan gələcəyini demişdir. Bundan sonra Elvinlə danışmamışdır. Elvin həmişə gec gəldiyinə görə evə gəlməməyinə əhəmiyyət verməmişdir. Səhər, yəni 15 oktyabr 2019-cu il tarixdə saat 08 radələrində evə gəlmədiyinə görə narahat olub Eivinə zəng etmişdir, lakin mobil nömrəsinə zəng çatmamışdır. Saat 10:30- da atası Etibara zəng edərək Elvinin evə gəlmədiyini demiş, sonra isə Elvinin qardaşı Elçinə zəng edib ona da məlumat vermişdir. Dəfələrlə Elvinə zəng etsə də, telefonuna zəng çatmamışdır. Növbəti gün yəni, 16 oktyabr 2019-cu il tarixdə 102 xidmətinə zəng edərək Elvinin itkin düşməsi barədə məlumat vermişdir. Elvinin qardaşı Elçin Səbuhi ilə danışan zaman Səbuhi ona səhərə kimi Elvinlə və Elvinin tanışı “Qoqo” ləqəbli şəxslə birlikdə olduqlarını, birlikdə narkotik vasitədən istifadə etdiklərini, lakin səhərə yaxın Elvinin onu düşürərək “Qoqo” ləqəbli şəxslə getdiyini demişdir. Polis əməkdaşları Elvinin itkin düşməsi faktı ilə bağlı ondan izahat alan zaman onlara Elvinin sonuncu dəfə Səbuhi ilə birlikdə olduğunu demişdir. Növbəti gün, yəni 17 oktyabr 2019-cu i! tarixdə Səbuhi xatırlamadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək bildirmişdir ki, gecə Elvinlə birlikdə olmuşlar, həmin vaxt yanlarında “Goqo” ləqəbli Elvinin tanışı da olmuşdur, lakin səhərə yaxın Elvin onu “Daş bazarı" adlanan yerdə düşürmüşdür, Elvinin harada olmasını bilmir. Səbuhi daha sonra bildirmişdir ki, Elvin onun uşaqlıq dostu olmuşdur, birlikdə duz-çörək kəsmişlər və bu vaxta qədər bir-birinin evinə rahat girib-çıxıblar, Elvin onun arvadına bacı demişdir, Elvin tapılsaydı onun canı qurtarardı, 1 ilə yaxındır ki, Rusiyada iş qurur, o işə görə xeyli pul xərcləmişdir, indi həmin iş alınmışdır və Rusiyaya getməlidir. Ona görə də, Səbuhi xahiş etmişdir ki, onun adını izahatından çıxarsın və o, Rusiyaya gedə bilsin. Lakin o, Səbuhiyə Elvin gəlməyincə adını izahatından çıxarmayacağını demişdir. Bundan sonra onun Səbuhi ilə söhbəti olmamışdır. Təxminən 19-20 oktyabr 2019cu il tarixdə eşitmişdir ki, Səbuhi ailəsi ilə birlikdə Gürcüstana getmək istəmişdir, hətta Gürcüstana getmək üçün Zaqatala rayonuna qədər getmişdir, lakin ölkədən kənara çıxmağına stop qoyulmasından qorxduğu üçün geri qayıtmışdır. 22 oktyabr 2019-cu il tarixdə Elvinin qardaşı Elçin ona zəng edərək Elvinin avtomobilini Qaradağ rayonunun Gızıldaş qəsəbəsində tapdığını demişdir. Qohumları orada Elvinə məxsus qara rəngli «BMW» markalı avtomobili ön və arxa faraları, nömrələri, yan güzgüləri sökülərək baqaja yığılmış vəziyyətdə aşkar etmişlər. 25 oktyabr 2019-cu il tarixdə səhər saat 10 radələrində X14 Rəşad adlı bacanağı ilə əlbir olaraq öldürdüyünü eşitmişdir. Elvinin kimləsə mübahisə və ədavətinin olması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 tanımır. Onun Elvinlə nə kimi münasibəti olması barədə məlumatı yoxdur. Elvinin Təqsirləndirilən şəxs1la mübahisə və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 arvadı Sonanın yalnız adını eşitmişdir. Zərərçəkmiş şəxs Sonaya həmişə bacı deyə müraciət etmiş və Sonanın ona yemək verdiyini deyərək Səbuhinin ailə üzvləri barəsində həmişə xoş sözlər demişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elvini hansı səbəbdən öldürmələrini bilmir. Zərərçəkmiş şəxs üzərində daim pul olmuşdur. Onun üzərində təxminən 20-50 manat arası pul olmuşdur. Lakin 14 oktyabr 2019-cu il tarixdə Elvinin üzərində nə qədər pul olmasını bilməmişdir. Elvinin üzərində qızıl və ya qiymətli əşya olmamışdır. Elvinin əvvəllər açılıb qatlanan cib bıçağı olmuşdur. Elvin həmin bıçağı evdə saxlamış və həmin bıçağın əlamətləri yadında deyildir. Lakin onlar barışandan Elvin bıçağı kiməsə verdiyini, daha üzərində bıçaq gəzdirmədiyini ona demişdir. Elvin heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Elvinin narkotik vasitədən istifadə etməsini görməmiş və heç vaxt bundan şübhələnməmişdir. Elvin ona narkotik vasitədən istifadə etməsi barədə heç nə deməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilən Şahid11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. 5 ilə yaxındır qardaşı X15 rayonu Qızıidaş qəsəbəsi, mərkəzi dairənin yanında X20 məxsus avtotəmir sexini işlədir. 2019-cu ilin avqust ayında qardaşı Nizami Rusiya Federasiyasına müalicə olunması üçün getdiyinə görə həmin vaxtdan sexdə avtotəmir işləri ilə özü məşğul otmuşdur. Həmin sex 6x5 metr ölçüdə bir avtomobilin yerləşəcəyi qədər ölçüdədir. Qızıldaş qəsəbə sakini Şahid12 5-6 aydır tanıyır. Asəf Gəmiqayırma zavodunda rəngsaz işləyir, boş vaxtlarında isə işlədiyi sexdə də təmir işləri ilə məşğul olur. 2019- cu il oktyabr ayının ortalarında saat 14 radələrində Asəf Rəşad adlı şəxslə piyada sexə gəlmişlər. Rəşadı ilk dəfə həmin vaxt tanımışdır. Rəşad ona məxsus avtomobili sökərək hissələrə ayırıb satmaq istədiyini demişdir. Həmin vaxt başqa avtomobili təmir etdiyinə görə ona əlində işi olduğunu demişdir. Lakin Rəşad avtomobilə baxmağı təklif etmişdir. Rəşada avtomobili sexin qarşısına gətirməsini desə də, Rəşad avtomobilin benzininin olmadığını demişdir. Ona görə birlikdə təxminən 200 metr aralıda yerləşən «BMW» markalı avtomobilin yanına getmişlər. Avtomobil yaxşı vəziyyətdə olduğuna görə Rəşaddan həmin avtomobili nə üçün sökmək istədiyini soruşmuşdur. Rəşad həmin avtomobili ona borclu olan bir nəfərin pul əvəzinə verdiyini, avtomobilin sənədlərinin qaydasında olmadığını, ona görə də avtomobili sökərək hissələrə ayırıb satmaq istədiyini demişdir. Rəşada avtomobili sökməkdənsə onu bazara çıxarıb orada satmasının daha qazandı olacağını, Qızıldaş qəsəbəsində 2-3 ədəd «BMW» markalı avtomobil olduğunu, burada həmin maşının ehtiyat hissələrinə ehtiyac olmayacağını demiş və avtomobilin sənədlərinin olub-olmadığını soruşmuşdur. Rəşad isə avtomobilə aid sənədlərin olmadığını bildirmişdir. Rəşaddan avtomobilin oğurluq olub-olmadığını soruşduqda isə, avtomobilin oğurluq olmadığını, ona borc qarşılığında verildiyini demişdir. Rəşadın yaxşı vəziyyətdə olan avtomobili sökmək istəməsindən şübhələndiyi üçün həmin avtomobili sökməkdən imtina etmişdir. Bundan sonra, Rəşad ondan avtomobili özünün sökməsi üçün açar istəmişdir. Rəşada həmin avtomobilin detallarını sökmək üçün müxtəlif formalı açarlara ehtiyac olduğunu, onda isə həmin formalı açarların olmadığını deyərək Rəşada açar da verməmiş və Asəfə həmin avtomobili sökməməsini demişdir. Bundan sonra sexə qayıtmış, Asəf isə Rəşadla birlikdə çayxanaya girmişlər. Sonra o, “Vulkan" adlı daş karxanasına orada xarab olmuş avtomobili təmir etmək üçün getmişdir. Saat 19-20 radələrində hava qaralan vaxt sexə qayıtmışdır. Sexdəki əşyaları yerbəyer edib sexi bağlamağa hazırlaşarkən Rəşad «BMW» markalı avtomobili idarə edib sexin qarşısında saxlamışdır. Rəşadın idarə etdiyi «BMW» markalı avtomobilin nömrəsi, qabaq və arxa faraları sökülmüş vəziyyətdə olmuşdur. Rəşada avtomobili burada saxlamamasını, sexə özünün sökmüş olduğu “Mitsubisi” markalı avtomobili salacağını, onun isə sexin qarşısını kəsdiyini demişdir. Rəşad isə o sexi yığışdırana qədər yaxınlıqdakı çayxanada çay içəcəyini, sonra gəlib avtomobili çəkəcəyini demiş və çayxanaya getmişdir. Təxminən 10-15 dəqiqə sonra sexin qarşısında iki nəfər cavan oğlanın alışqanın işığı ilə «BMW» markalı avtomobilin içərisinə baxdığını görmüşdür. Onlar sexin kimə məxsus olduğunu, həmin avtomobili kimin oraya gətirdiyini soruşmuşlar. O, avtomobili Rəşad adlı oğlanın təxminən 10 dəqiqə əvvəl sexin qarşısına gətirdiyini, özünün isə çayxanada olduğunu demişdir. Həmin cavan oğlanlardan biri «BMW» markalı avtomobilin onun qardaşına məxsus olduğunu, qardaşının həmin avtomobillə birlikdə 8 gündür yoxa çıxdığını demişdir. O, əli ilə motorun istiliyini yoxlayıb avtomobilin sexin qarşısına təzəlikcə gətirildiyini təsdiqləmiş və birlikdə çayxanaya getmişlər. Lakin Rəşad orada olmamışdır. Onda Rəşadın nömrəsi olmadığına görə Asəfə zəng etmiş və onu təcili sexin qarşısına çağırmışdır. Təxminən 15-20 dəqiqə sonra Asəf sexə gəlmişdir. Asəfdə də Rəşadın nömrəsi olmadığına görə, o, Rəşadla onu tanış edən Vüqara zəng etmiş və bundan sonra onlar sexin qarşısına gəlmiş digər polis əməkdaşları ilə birlikdə Sahil qəsəbəsinə, Rəşadı axtarmağa getmişlər. Təxminən 1 saat sonra Rəşadı polis əməkdaşları sexin qaşısına gətirmişlər. Çayxanada polis əməkdaşları Rəşadla saat 24 radələrinə qədər söhbət etdikdən sonra onu özləri ilə aparmışlar. Bu müddət ərzində avtomobilə ekspert kriminalistlər baxış keçirmiş və avtomobili evakuasiya avtomobili ilə aparmışlar. Növbəti gün polis əməkdaşları Qızıldaş qəsəbəsinə gələrək Rəşadın polis bölməsindən qaçdığını, onu axtardıqlarını demişlər. Sonradan mətbuatdan eşitmişdir ki, Rəşad bacanağı ilə birlikdə «BMW» markalı avtomobilin sahibini öldürmüşdür. Mяhkяmя Azяrbaycan Respublиkasы Cиnayяt-Prosessual Mяcяllяsиnиn 124-cц maddяsиnиn tяlяblяrиnя uyьun olaraq ekspertиza rяylяrиnи dя sцbut nюvц kиmи qяbul edиr. Беля ки, ъинайят ишиня ялавя олунмуш və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Binəqədi rayon şöbəsindən verilmiş, Zərərçəkmiş şəxs meyitinin müayinəsinə dair tərtib olunmuş məhkəmə-tibbi ekspertizasının 30 noyabr 2019-cu il tarixli, 150 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti kəskin çürümə prosesinə məruz qalmışdır. Çürümə dəyişikliyi fonunda onun meyitində aşkar olunmuş xəsarətlər-boyun nahiyəsinin sağ-yan səthinin daxili yuxu arteriyasının tam kəsilməsi və vidaci venanın dəlib-keçən yaralanması ilə müşaiyət olunan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları iti uca və nisbi iti kənara malik bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər, həyatidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşkar olunmuş yaraların xarakterik xüsusiyyətləri, yara kanalları boyunca daxili yuxu arteriyasının tam kəsilməsini və vidaci venanın dəlib-keçən yaralanmasını, eləcə də məhkəmə-kriminalistik müayinənin nəticələrini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs boyun nahiyəsində aşkar olunmuş 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara iti uclu və nisbi iti kənarlı bərk küt əşyanın (ola bilsin qayçının) təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş yaraların xarakterini və lokalizasiyasını, yara kanallarının istiqamətini (sağdan-sola, yuxarıdan-aşağıya və bir qədər arxadan-önə doğrudurlar) nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni avtomobilin arxa oturacağında əyləşmiş şəxsin sürücü oturacağında əyləşmiş E.N. Həbib Zadənin boyun nahiyəsinin sağ yan səthindən iti uclu bərk küt əşya (qayçı) ilə vurması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs ölümünə səbəb daxili yuxu arteriyasının tam kəsilməsi və vidaci venanın dəlib-keçən yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Gecikmiş meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və havaların nisbətən isti keçməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 10-12 gün əvvəl baş vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs ölümü qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 15.10.2019-cu il tarixdə baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş beyində və qaraciyərdə məhkəmə kimya tədqiqatı nəticəsində naməlum kimyəvi maddə aşkar olunmuşdur, etil spirti aşkar olunmamışdır. Мящкямядя мцдафия тяряфинин вясатяти ясасында əlavə şahid qismində dəvət olunmuş məhkəmə-tibbi eksperti X40 оьлу ифадясиндя эюстярмишдир ки, tягсирляндирилян şəxsləri вя диэяр просесс иштиракчыларыны танымыр. 25 oktyabr 2019-cu il tarixdə ekspert X41 оьлу ilə birlikdə Zərərçəkmiş şəxs mейитинin мцайинясини кечирмишlər, mейитин бойнунда iки хясарят və яйниндя олан kюйнякдя цч хясарят olmuşdur. Tərəflərindən həmin ики хясарятдян башга хясарят ашкар олунмаmışdır. Rəyində meyitdə çцрцмя дяйишиклийи фонунда эюрдцйц хясарятляри йазмышdır. Xəsarətlərdən бирi йуху артерийасына, digəri isə гидаедиъи венайа дцшмцшдцr. Тибби йардым эюстярилсяйди беля 10-20 дягигя ярзиндя юлмяси ещтимал олуна биляrdi. Xəsarətlər bir-birinə paralel vəziyyətdə və 1,5 sm məsafədə yан-йана olmuşdur. Bildirmişdir ki, hямин гайчыдан дəрзиляр сюкцнтц ишляри апармагда истифад едирляр və hямин гайчы нормал вязиййятдя бир-бириндян аралı дурурлар. 30 noyabr 2019-ъу ил тарихли ekspert ряйиni təsdiq edir. Мящкямядя мцдафия тяряфинин вясатяти ясасында əlavə şahid qismində dəvət olunmuş məhkəmə-tibbi eksperti X41 оьлу ифадясиндя эюстярмишдир ки, 30 noyabr 2019-ъу ил тарихли ekspert ряйиni təsdiq edir. Ъинайят ишиня ялавя олунмуш və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 04 fevral 2020ci il tarixli, 1009 №-li məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin boyunluğunun sağ sahəsində 6 ədəd zədə vardır. Ən böyük zədənin ölçüsü 7 mm, ən kiçiyinin isə 5 mm-dir. Köynəyin üzərində olan zədələr nisbətən düz xətt formasındadır. Zədə kənarlarında material saplarının ucları kütdür, bəzi yerlərdə iti olub bərabər səviyyədə üflənmişlər. Zədə bucaqların biri iti digəri kütdür. Zədə mərkəzində material çatışmazlığı yoxdur. Həmin zədələr kəsici ucu deşici xassəyə malik qayçı və qayçı tipli predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə təqdim edilmiş qayçının tiyəsi də aiddir. Təqdim edilmiş köynəyin üzərində olan zədələrin sayına, yerləşdiyi yerinə, formasına, ara məsafələrinə və sair əlamətlərinə görə qayçının (qayçı tipli predmetin) ağzı (tiyəsi) açıq vəziyyətdə 3 zərbənin nəticəsində yarana bilər. Təqdim edilmiş idman şalvarının üzərində hər-hansı bir mexaniki zərbə aşkar edilməmişdir. Ъинайят ишиня ялавя олунмуш və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublika Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş 04 fevral 2020-ci il tarixli, 1010 №-li məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş paltarlardan köynəyin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilmişdir. Həmin zədələr kəsici ucu deşici xassəyə malik olan qayçı tipli bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Təqdim edilmiş paltarların üzərində qarşılıqlı mübarizə zamanı fiziki qüvvənin təsirindən yarana bilən zədə aşkar edilməmişdir. Ъинайят ишиня ялавя олунмуш və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyindən verilmiş məhkəmə-kriminalistik və təkrar məhkəmə-tibb ekspertizasının 19 mart 2020-ci il tarixli 81-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı kəskin çürümə dəyişiklikləri fonunda boynun sağ yan səthində daxili yuxu arteriyasının tam kəsilməsi, daxili vidaci venasının hissəvi zədələnməsi ilə müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş yaralanması aşkar edilmişdir. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş və təqdim edilmiş qayçıyabənzər digər qayçının təsirindən yarana bilərdilər. Yara kanallarının istiqaməti sağdan sola, yuxandan aşağı, bir qədər arxadan önə olmaqla dərinliyi təxminən 4- 5 sm olmuşdur. Mərhum Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan qısaqol yay köynəyinin yaxalığının sağ tərəfindən aralarındakı məsafə 1,0 sm olan iki deşikdən ibarət üç ədəd, ümumilikdə isə altı ədəd zədə aşkar edilməsi göstərilmiş və bunların təqdim edilmiş qayçı ilə yetirilməyə xarakterik olması müəyyən olunmuşdur. Bu isə yetirilən ən azı üç zərbənin təsirinin nəticəsidir. Meyitdə isə bunların aşkar edilməməsi onun kəskin çürümə prosesinə məruz qalması ilə izah olunur. Boyunda qeyd edilən yaraların təqdim edilən qayçı ilə yetirilən ən azı iki zərbənin təsirindən yaranmasına uyğun gəlir, belə ki, əgər bu yaralar bir zərbənin təsirindən yaranmış olardısa, onlar bir xətt üzrə yerləşməklə, kənar ucları küt, içəri ucları isə iti olmalı, dərinlikləri təxminən 4- 5 sm qəbul edilərsə qayçının ağzı açıq olarsa kəsilmə nəticəsində bir-biri ilə birləşməli, qayçının ağzı bağlı olardısa hər iki ucu küt olmalı idi. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər öz xarakterlərinə görə təqdim olunmuş qayçı ilə ağzı açıq vəziyyətdə bir zərbənin təsirindən yarana bilməzdi. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı çürümə dəyişiklikləri fonunda digər xəsarət aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs boynunun sağ yarısında aşkar edilmiş yaralar iri damarların zədələnməsi ilə müşayiət olunduğundan lazımi tibbi yardım göstərilmədiyi halda bir neçə dəqiqədən sonra ölümün baş verməsi labüddür. Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı kəsici dərzi aləti olan qayçıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş predmetin dilimlərini təsbit edən yaylı mexanizmi gövdənin sərbəst kənarından başlamaqla, fiziki qüvvənin təsirindən, o cümlədən insan bədəninin əzələlərindən əyildiyindən qayçının dilimlərini standart vəziyyətdə saxlamır və 245° dərəcədə sərbəst hərəkət edir, yəni açılır. Xəsarət yetirilən nahiyələrdə, yumşaq toxuma qalın olduğu təqdirdə deşici-kəsici alətlərin yara kanalı amortizasiya hesabına tiyənin uzunluğundan çox ola bilər. Ъинайят ишиня ялавя олунмуш və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş 12 yanvar 2020-ci il tarixli, 20/17 R nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, “BMW” markalı **-VP-*** nömrə nişanlı avtomobilin salonundan götürülmüş 03 (üç) ədəd örtük kəsiyi və 02 (iki) ədəd pambıq tampon üzərlərində olan qanabənzər ləkələrin qan nümunələri olduğu və həmin qan nümunələrinin insana məxsus olduğu müəyyən edilmişdir. Təqdim edilmiş 01 (bir) ədəd plasmas hissə üzərində insan mənşəli qan nümunəsi aşkar edilməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş, “BMW” markalı **-VP- *** nömrə nişanlı avtomobilin salonundan götürülmüş 03 (üç) ədəd örtük kəsiyi və 02 (iki) ədəd pambıq tampon üzərlərində olan qan nümunələri, 25 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi 8 və 9 saylı evlərin qarşısında yerləşən quyudan aşkar edilmiş şəxsiyyəti məlum olmayan insana məxsusdur. Ekspertiza tədqiqatına təqdim edilmiş, “BMW” markalı **-VP-*** nömrə nişanlı avtomobilin salonundan götürülmüş 03 (üç) ədəd örtük kəsiyi və 02 (iki) ədəd pambıq tampon üzərilərində olan qan nümunələri X17 bioloji övladına məxsusdur. Ekspertiza tədqiqatına təqdim edilmiş, 25 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayılov küçəsi 8 və 9 saylı evlərin qarşısında yerləşən quyudan aşkar edilmiş naməlum kişi meyiti X17 bioloji övladına məxsusdur. Ъинайят ишиня ялавя олунмуш və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş kompleks ambulator məhkəmə- psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 29 dekabr 2019-cu il tarixli 2716 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 “Emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs2 müəyyən edilən “Emosional davamsız şəxsiyyət pozuntusu” onu öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda “Emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunur. Qeyd olunan “Emosional davamsız şəxsiyyət pozuntusu” halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinİ dərk etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (frustrasiya, kəskin stress, güclü ruhi həyəcan və s.) yaranmamışdır. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Ъинайят ишиня ялавя олунмуш və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psİxiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş kompleks ambulator məhkəmə- psixiatrik və məhkəmə-psixoioji ekspertizasının 07 yanvar 2020-ci il tarixli 05 nömrəli rəyindən görünür ki, təqsirləndiriiən şəxs Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədərkən hər-hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal- hazırda da hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-İn 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində situasiya ilə əlaqəli hirslilik, qəzəblilik yaranmışdır. Təqsirləndirilən şəxs1 hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (frustrasiya, kəskin stress, güclü ruhi həyəcan və s.) yaranmamışdır, Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Ъинайят ишиня ялавя олунмуш və məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psİxiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş əlavə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoioji ekspertizasının 14 yanvar 2020-ci il tarixli 78 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədərkən hər-hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndiriiən şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda da hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. S.T.Əİəkbərovun əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində situasiya ilə əlaqəli hirslilik, qəzəblilik yaranmışdır. Təqsirləndirilən şəxs1 hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (frustrasiya, kəskin stress, güclü ruhi həyəcan və s.) yaranmamışdır. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Ъинайят ишиня ялавя олунмуш və məhkəmədə tədqiq olunmuş Məhkəmə-narkoloji ekspertizasının 15 yanvar 2020-ci il tarixli 73 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından istifadə etmə halları olmuşdur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinini əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya və ya alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və ya alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ъинайят ишиня ялавя олунмуш və məhkəmədə tədqiq olunmuş Məhkəmə narkoioji ekspertizasının 15 yanvar 2020-ci il tarixli 79 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal- hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 alkoqolizm xəstəliyindən əzab çəkmir. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in X7 Xidməti tərəfindən təqdim edilmiş diskə baxış keçirməsi haqqında 02 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, diskin içərisində “10VP103” adlı qovluq vardır. Qovluğun içərisində **-VP-*** nömrə nişanlı BMW markalı avtomobilə məxsus 24 ədəd fotoşəkil vardır. Həmin fotoşəkillərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, BMW markalı avtomobil 13 oktyabr 2019-cu il tarixdə saat 17:25-də NTS-Yasamai yolu Moskva prospekti Nəqliyyat Nazirliyinin qarşısında, 13 oktyabr 2019-cu il tarixdə saat 17:29-da Tbilisi prospekti H.Esgerov adlanan yerdə, 13 oktyabr 2019-cu il tarixdə saat 17:32-də Ş,Qurbanov və Ş.Əzizbəyov küçəslərinin kəsişməsində, Fİzuli dairəsində, 13 oktyabr 2019-cu il tarixdə saat 17:39-da İstiqlaliyyət küçəsində, 13 oktyabr 2019-cu il tarixdə saat 17:33-də Kukİa teatrının yaxınlığında, 13 oktyabr 2019-cu İl tarixdə saat 20:30-da R.Behbudov və Salatın Əsgərova küçələrinin kəsişməsində, 13 oktyabr 2019-cu il tarixdə saat 23:37-də Tbilisi prospekti 43 ünvanında, 14 oktyabr 2019-cu il tarixdə saat 02:15-də Şəfaət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində, 14 oktyabr 2019-cu il tarixdə saat 15:30 və 15:39-da Müzəffər Həsənov küçəsində Vərəm dispanserinin yanında, 14 oktyabr 2019-cu il tarixdə saat 21:32-də Mətbuat prospektində İmperator mebelin yaxınlığında, 14 oktyabr 2019-cu il tarixdə saat 23:39-da Bakı Qazax Gürcüstan yolunun 0,4-cü kilometrliyində Lökbatan istiqəmatində,15 oktyabr 2019-cu il tarixdə saat 00:49-da Bakı Ələt yolunun 16,6-cı kilometrliyində Bakı istiqamətində, 15 oktyabr 2019-cu il tarixdə saat 04:45-də Bakı Quba yolunun 8,7-ci kilometrliyində Bakı və Sumqayıt istiqamətində, 15 oktyabr 2019-cu il tarixdə saat 05:12-də Aeroport yolununda SOCAR və KASKAD YDM-nin yaxınlığında, 15 oktyabr 2019-cu il tarixdə saat 05:19-də Aeroport yaxınlığında EXPO mərkəzin yaxınlığında, 15 oktyabr 2019-cu il tarixdə saat 08:17də Mərdəkan yolunda Qala döngəsinə çatmamamış, 15 oktyabr 2019- cu il tarixdə saat 08:21-də EXPO mərkəzin yaxınlığında şəhər istiqamətində, 15 oktyabr 2019-cu il tarixdə saat 08:26-da Aeroport yolu, Komsomol körpüsü Bakı istiqamətində, 15 oktyabr 2019-cu il tarixdə saat 08:30-da Ziya Bünyadov prospekti 1-ci kilometrliyində, 15 oktyabr 2019-cu il tarixdə saat 08:36-da Ziya Bünyadov prospekti Qızlar YDM-nin yaxınlığında, 15 oktyabr 2019-cu il tarixdə saat 09:01-də Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində, 15 oktyabr 2019cu İl tarixdə saat 09:11-də XocaHəsəsn yolu Şəhər və Xocahəsən istiqamətində hərəkətdə olan zaman radarla çəkilmişdir. Həmin vaxt qara rəngli BMW markalı avtomobilin üzərində **- VP-*** dövlət nömrə nişanı olmuşdur. Avtomobilin içi və avtomobildə olan şəxslər görünmür. Ъинайят ишиня ялавя олунмуш "xxxx" MMC tərəfindən göndərilmiş içərisində telefon danışıqlarına dair məlumatlar olan bir ədəd diskə baxış keçirilməsi haqqında 17.01.2020- ci il tarixli protokoldan görünür ki, təqdim olunan diskdə “253” adlı fayl vardır. Həmin faylın içərisində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı telefon nömrəsinə 01.06.2019-cu il saat 00:00:00-dan 25.11.2019-cu il tarixdə saat 23:59:59-adək olan SMS məlumatlarının, telefon danışıqlarının və anten məlumatlarının olduğu üç ədəd PDF formatında fayl vardır. SMS məlumatlarının olduğu PDF formatında fayla baxış zamanı ********** saylı nömrəyə gələn və həmin nömrədən çıxan sms-lərin ümumi məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 müxtəlif nömrələrdən narkotik vasitələrin sifarişi ilə bağlı sms-lər göndərilir. Həmin sms yazışmalarına dair məlumatların surəti çıxarılaraq 24 vərəqdə cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs2 İstifadəsində olmuş ********** saylı telefon nömrəsinə 01.06.2019-cu il saat 00:00:00-dan 25.11.2019-cu i! tarixdə saat 23:59:59-dək olan telefon danışıqlarının olduğu PDF formatında fayla baxış zamanı 14- 15 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ********** saylı nömrəsi ilə danışıq qeydə alınmış zənglərin siyahısı çıxarılaraq protokola əlavə olunmuşdur. Həmin zənglərə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 14 oktyabr 2019-cu il tarizdən 15 oktyabr 2019-cu il tarixə keçən gecə mütəmadi olaraq Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı nömrə ilə əlaqə saxlamış, həmin vaxt onun telefonunun anten dairəsi Qaradağ rayonu Sahil qəsəbəsini göstərmişdir. 15 oktyabr 2019-cu il tarixdə saat 07:25-də isə telefonunun anten dairəsi Türkan qəsəbəsini göstərmişdir. Bundan başqa, "xxxx" MMC tərəfindən göndərilmiş içərisində telefon danışıqlarına dair məlumatlar olan bir ədəd diskə baxış keçirilməsi haqqında 06.03.2020- ci il tarixli protokoldan görünür ki, disk qırmızı rəngli olub üzərində 1510/2020 yazısı vardır. Diski HP markalı kompüterdə açdıqda diskin içərisində “554027170 sms in”, “554027170 sms out” və “Zənglərin Detallaşması 554027170” adlı 3 ədəd fayi vardır. Zənglərin Detaflaşması 554027170 adlı faylda ********** saylı nömrəyə 01.06.2019-cu il tarixdən 15.10.2019cu il tarixədək olan telefon danışıqları vardır. ********** saylı nömrəyə daxil olan və həmin nömrədən edilmiş zənglərə baxanda müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus ********** saylı nömrə ilə Təqsirləndirilən şəxs1 məxsus ********** saylı nömrə arasında mütəmadi olaraq danışıqlar qeydə alınmışdır. Həmin danışıqlar əsasən axşam və gecə saatlarında qeydə alınmışdır. Zərərçəkmiş şəxs məxsus ********** saylı nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus ********** saylı nömrə arasında isə 2019-cu ilin iyul və avqust aylarında 6 dəfə, sentyabr ayında isə 1 dəfə danışıq qeydə alınmışdır. Zərərçəkmiş şəxs məxsus ********** saylı nömrə itə Təqsirləndirilən şəxs1 məxsus ********** saylı nömrə arasında 14-15 oktyabr 2019-cu il tarixdə mütəmadi zənglər qeydə alınmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs məxsus ********** saylı nömrənin anten dairəsi əvvəlcə Binəqədi rayonu, Biləcəri qəsəbəsini, 15 oktyabr 2019-cu il tarixdə saat 00:03-dən etibarən isə Qaradağ rayonu, Sahil qsəbəsini göstərmişdir. Zərərçəkmiş şəxs məxsus ********** saylı nömrə ilə sonuncu dəfə ********** saylı nömrə arasında 14.10.2019-cu İl tarixdə, saat 23:28:22-də 125 saniyə danışıq qeydə alınmışdır. Baxış zamanı ********** saylı nömrənin istifadəçisi X21 ilə əlaqə saxlanılaraq həmin zəng barədə ondan soruşulanda Teymur Kazımov bildirmişdir ki, polis əməkdaşıdır və Zərərçəkmiş şəxs qardaşı Şahid1 iş yoldaşıdır. Elvin stamatoloq işlədiyindən 14.10.2019-cu il tarixdə, saat 23:28:22-də arvadının Elvinin yanında təcrübə keçməsi üçün danışmışdır. Həmin vaxt Elvinin yanından başqa birinin səsi gəlməmişdir. Elvinin səsində və ya ətrafda şübhəli hər hansı hərəkət eşitməmişdir. Zərərçəkmiş şəxs məxsus ********** saylı nömrədən sonuncu dəfə siqnal 15.10.2019-cu il tarixdə, saat 05:21:34-də Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun 7-ci km-də qeydə alınmışdır. Bundan başqa, “Bakcell MMC tərəfindən göndərilmiş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında 02.04.2020-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş diskin içərisində ********** saylı mobil nömrəyə daxil olan və çıxan sms-lərin siyahısının olduğu “702520600 sms in” və “702520600 sms ouf adlı fayllar, ********** saylı nömrə ilə aparılmış telefon danışıqlarına dair məlumatların olduğu “Zənglərin Detallaşması 702520600” adlı ümumilikdə üç ədəd fayl vardır. SMS məlumatlarının olduğu PDF formatında fayla baxış zamanı ********** saylı nömrəyə gələn və həmin nömrədən çıxan smslərin ümumi məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 müxtəlif nömrələrdən narkotik vasitələrin sifarişi ilə bağlı sms-lər göndərilir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı telefon nömrəsinə 01.06.2019-cu il saat 00:00:00-dan 25.11.2019-cu il tarixdə saat 23:59:59-dək olan olan telefon danışıqlarının olduğu PDF formatında fayla baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı nömrə ilə Elvin Həbibzadənin istifadəsində olmuş ********** saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********** saylı nömrə arasında mütəmadi olaraq danışıq qeydə alınmışdır. Həmin zənglər günün müxtəlif saatlarında, əsasən axşam və gecə saatlarında qeydə alınmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, 19 sentyabr 2019-cu il tarixdə saat 10:46-dan sonra 04 oktyabr 2019-cu il saat 18:38-dək Təqsirləndirilən şəxs1 telefonunda hər hansı bir danışıq qeydə alınmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 telefonunun anten dairəsi Qazax və Ağstafa rayonlarını göstərir. Bu isə Təqsirləndirilən şəxs1 19 sentyabr 2019-cu il tarixdən 04 oktyabr 2019-cu il tarixədək Gürcüstan Respublikasında olduğu göstərir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 telefonunun anten dairəsi 18-19 oktyabr 2019-cu il tarixlərdə Zaqatala rayonunda olduğunu göstərir. 14-15 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 ********** saylı nömrəsindən çıxan və həmin nömrəyə daxil olmuş zənglərə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 14 oktyabr 2019-cu il tarixdə gün ərzində və gecə dəfələrlə Elvin Həbibzadəyə məxsus ********** saylı nömrəyə zəng etmiş və müxtəlif müddətlərdə aralarında danışıq olmuşdur. 14 oktyabr 2019-cu il tarixdə saat 22:44-də Təqsirləndirilən şəxs1 Şahid10 istifadəsində olmuş ********** saylı nömrədən zəng gəlmiş və 13 saniyə danışıq qeydə alınmışdır. Saat 22:57-dən 00:07-dək isə Təqsirləndirilən şəxs1 tərəfində Təqsirləndirilən şəxs2 telefonuna 6 dəfə zəng olunmuş və müxtəlif müddətlərdə danışıq qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 telefonunun anten dairəsi əvvəlcə Binəqədi rayonu Biləcəri qəsəbəsini, 15 oktyabr 2019-cu il tarixdə saat 01:02-dən etibarən Qaradağ rayonu, Sahil qəsəbəsini, saat 07:02-dən etibarən isə Xəzər rayonu, Türkan qəsəbəsini göstərmişdir. Ъинайят ишиня ялавя олунмуш 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasından verilmiş 24 dekabr 2019-cu il tarixli, 9128 nömrəli məktubdan görünür ki, arxiv məlumatlarına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada müalicə olunmamışlar. Ъинайят ишиня ялавя олунмуш Bakı şəhər Narkoioji Dispanserindən verilmiş 24 dekabr 2019-cu İİ tarixli, 3520 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada qeydiyyatda deyillər. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 31 sentyabr 2019-cu il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadələri onların ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs1 оьлу ibtidai istintaq zamanı 26 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək təqsirləndirilən şəxs qismində həmin tarixdə, eləcə də 25 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, o, ünvan 5 ünvanında yerləşən evin 2-ci mərtəbəsində arvadı Şahid8 və iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Anası Elmira, atası Tərlan, qardaşı Sənan və sonuncunun arvadı Sevinc həmin evin birinci mərtəbəsində yaşayırlar. 2005-ci ildə orta məktəbin 9-cu sinifini bitirib tikintidə fəhlə, daha sonra "Azəravtoyol” MMC-də texniki qrup rəhbəri işləmiş, 2019-cu ilin avqust ayının sonlarından etibarən fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2014-cü il tarixdə Sona ilə ailə hayatı qurmuşdur. Sonanın Pərvanə və Ülkər adlı bacıları və Murad adlı qardaşı vardır. Pərvanə Təqsirləndirilən şəxs2lə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsində E.Quliyev küçəsində yaşayır, 2014-cü ildən Rəşadla dostluq münasibəti vardır, tez-tez görüşüb hal-əhval tutmuşlar. Zərərçəkmiş şəxs isə ailəsi ilə birlikdə 2000-ci ildə onların qonşuluğuna köçüb yaşamış və Elvin ilə dostluq etmişdir. Elvin Biləcəri qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığındakı stomatoloji kabinetdə diş həkimi işləmiş və son 3-4 ay ərzində mütəmadi olaraq Elvin ilə Biləcəri qəsəbəsində görüşüb müxtəlif çayxanalarda oturub çay içmiş və söhbət etmişdir. Elvin Çiçək adlı xanımla ailə hayatı qurmuş və birgə nigahdan 2 azyaşlı uşaqları olsa da, bir müddət sonra boşanmışdır. Elvin onun evinə gəlib-getdiyi üçün ailə üzvlərini, xüsusilə də arvadı Sonanı tanımışdır. Elvin təxminən 2 ay müddətində onların evində qonaq qalmışdır. 2019-cu ilin oktyabr ayının 1-də Bakı şəhərində yerləşən maşın bazarında satmaq üçün Gürcüstan Respublikasına avtomobil gətirməyə getmiş, orada 13 gün qaldıqdan sonra, 2019-cu ilin oktyabr ayının 13-də Bakı şəhərinə qayıtmışdır. Həmin gün axşam saatlarında evində arvadı Sona ilə söhbət edərkən arvadını narahat görmüşdür. Arvadından nə məsələ olduğunu soruşduqda, arvadı əvvəlcə heç nə deməmiş, təkidlə narahat görünməsinin səbəbini soruşduqda isə, arvadı bir neçə dəfə uşaqları baxçaya apararkən Zərərçəkmiş şəxs onun qarşısını kəsib “Səndən xoşum gəlir, sən ona layiq deyilsən, götür sənədləri gedək xaricə” dediyini bildirmişdir. Sona xahiş etmişdir ki, bu barədə Elvinə heç nə deməsin. Arvadına “Yaxşı, Elvinə heç nə deməyəcəm” demişdir. 14.10,2019-cu il tarixdə, axşam saatlarında Elvin 055 ***-**-** saylı mobil telefonundan onun 070 ***-**-** saylı mobil telefonuna zəng edib “Görüşə bilərikmi?” deyə soruşduqda, Elvinə “Problem yoxdur, məhəllədəyəm, gəl götür” deyə cavab vermişdir. Həmin gün, saat 22-23 radələrində Elvin ona zəng edib qapının qarşısında gözlədiyini demiş, Elvinlə çöldə salamlaşıb hal-əhval etdikdən sonra sonuncuya məxsus “BMW” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında oturmuş, avtomobilin sükanı arxasında əyləşmiş Elvin isə ondan “Pati (narkotik vasitə) hardan tapa bilərik, qəsəbədə ola bilərmi?” soruşmuşdur. Elvin ilə görüşməkdə məqsədi həmin şəxsə nəsə etmək olmuşdur. Ona görə Elvinin təklifindən sonra yaranmış şəraitdən istifadə edərək sonuncu ilə təklikdə qalmaq İstəmişdir. Sahil qəsəbəsini yaxşı tanıdığı üçün və orada heç kimin onları görə bilməyəcəyini fikirləşdiyinə görə Elvinin təklifi ilə razı olmuşdur. Bundan başqa, fikirləşmişdir ki, orada Rəşadla görüşüb məsləhətləşər və Elvini hər hansı formada başa salar. Elvin avtomobildən düşüb siqaret və su almaq üçün marketə getdikdə, Rəşadın xatırlamadığı mobil telefon nömrəsinə zəng edib harada olduğunu soruşmuş, Rəşad evdə olduğunu dedikdən sonra isə, söhbəti Rəşada ətraflı danışaraq bildirmişdir ki, Elvin onun arvadı Sonanın qarşısını kəsib xoşu gəldiyini, onunla görüşmək istədiyini demiş və birlikdə xaricə getməyi təklif etmişdir. Daha sonra X36 qəsəbəsinə gəldiyini, onun da Elvinlə söhbətini etmək üçün birlikdə ora gəldiyini bildirmişdir. Rəşad ona "Sənin fikirin nədir?” dedikdə, “Hələ bilmirəm, gəlim orada bir şey fikirləşərik” deyə cavab vermişdir. Rəşad da “Problem deyil, qəsəbədəyəm, gəl” demişdir. Həmin gün, saat 23:30 radələrində Elvinlə birlikdə sonuncunun avtomobili ilə Biləcəri qəsəbəsindən üzü Qaradağ rayonu, Sahil qəsəbəsi istiqamətinə getmişlər və 15.10.2019-cu il tarixdə, saat 00:30 radələrində dediyi marşrut üzrə Sahil qəsəbəsində, Rəşadın yaşadığı 3 mərtəbəli binanın qarşısına çatmışlar. Elvinə “Düşüb baxım, əgər burada olmasa, sən deyən yerə gedərik” demişdir. Elvin avtomobili binanın arxasında saxlamış və avtomobildə qalmışdır. O isə avtomobildən yerə düşüb binanın digər tərəfinə, blokun giriş qapısına tərəf getmişdir. Blokun giriş qapısının qarşısına çatdıqda Rəşadın orada dayanıb onu gözlədiyini görmüş və görüşüb hal-əhval etdikdən sonra, Rəşad ona təkrarən “Fikirin nədir?” deyə soruşmuş, o isə "Bilmirəm, gedək söhbət edək” demişdir. Həmin vaxt Rəşadın sağ əlində təxminən 15-20 sm ölçüdə “Dərzi” qayçısı olmuş və həmin qayçını əlində sağa-sola oynatmışdır. Rəşadla birlikdə avtomobilə tərəf getmişlər. Elvin Rəşadı onun vasitəsi ilə tanımış, hətta Rəşad bir neçə dəfə Elvinlə əlaqə saxlayıb uşaqlarının dişlərini müalicə etdirmişdir. Birlikdə avtomobilə yaxınlaşdıqdan sonra özü avtomobilin ön oturacağında, Rəşad isə avtomobilin arxa oturacağında əyləşmiş və Rəşad Elvin ilə görüşmüşdür. Elvinə “Patı yoxdur, Rəşad da qabaqda düşəcək, sür gedək” demiş və Elvin avtomobili onun göstərdiyi maşrut üzrə “Konets” deyilən yerə sürmüşdür. Həmin vaxt ətraf qaranlıq olmuşdur. Elvindən avtomobili kənara sürüb saxlamasını istəmiş, Elvin də onun tələbindən sonra avtomobili yolun kənarında saxlamışdır. 15.10.2019-cu il tarixdə saat 01 radələrində o, söhbəti açıb “Ay Elvin bu nə şərəfsizlikdir etmisən, sənin etdiyin kişiliyə yaraşmaz” demişdir. Elvin ona “Neynəmişəm?” bildirdikdə isə, Elvinə “Sən mənim yanımda arvadıma ana deyirsən, sonra da yolda qarşısını kəsib pis- pis təkliflər edirsən” demişdir. Elvin “Ə bilirsən nə var, sən ona layiq deyilsən, yaxşı eləmişəm” bildirib nalayiq söyüşlər işlətmişdir. Elvin onun tərəfindən vurulacağından qorxduğu üçün qapının saxlanc yerindən sol əlinə götürdüyü “knopkalı” bıçağı ona tərəf sallamışdır. O, sol qolunu yuxarı qaldırıb bıçaq zərbəsindən müdafiə olunmaq istədikdə, Elvinin ona tərəf atdığı bıçaq sol qolunun dirsəkdən bir neçə sm aşağı hissəsindən dəymiş və bıçaq Elvinin əlindən yerə düşmüşdür. Qolunda güclü ağrı hiss etmiş və yara yerindən qan axmağa başlamışdır. Həmin vaxt Elvin tez aşağı əyilib bıçağı yerdən götürmək istədikdə, Elvinə mane olmaq istəmiş və bu vaxt Elvinin arxasında əyləşmiş Rəşad irəliyə doğru gəlib sol əli ilə Elvini arxadan tutmuş və sağ əlində tutduğu qayçı vasitəsi ilə Elvinin boyun nahiyyəsinə vurmağa başlamışdır, Rəşadın Elvinə neçə zərbə vurmasını bilməmişdir. Lakin Rəşad davamlı olaraq Elvinin bədəninin müxtəlif yerlərinə vurmuşdur. Sonra avtomobilin qapısını açıb yerə düşmüş və avtomobilin ön tərəfindən fırlanıb Elvinin oturduğu qapıya yaxınlaşmışdır. Qapını açıb Elvinin ayaq və bel nahiyəsindən tutaraq irəli itələmişdir ki, onu oturacağın arasından arxa oturacağa keçirsin. Daha sonra, özü sükan arxasında oturub avtomobili idarə etmiş, Rəşad isə Elvinin üzərində uzanıb əlindəki ucu iti qayçı vasitəsi ilə sonuncunu vurmaqda davam etmişdir. Təxminən 5-10 dəqiqə müddətində avtomobili irəliyə doğru sürdükdən sonra Elvinin “Kəlimeyi şəhadət” deməsini eşitmiş və sağa tərəf dönərək sağ əli ilə Elvinin ağzından tutub “Şərəfsiz, sənə Kəlimeyi şəhadət demək düşmür” demişdir, Təxminən 1-2 dəqiqə əli ilə Elvinin ağzından tutduqdan sonra sonuncu səsini kəsmişdir. Bundan sonra hiss etmişdir ki, Elvin artıq ölmüşdür. Avtomobili yolun kənarında saxlayıb sonra nə edəcəyi barədə Rəşadla söhbət etmiş, Rəşad ona anasının yaşadığı evə gedib çimdikdən sonra meyiti nə edəcəyi barədə məsləhətləşməyi təklif etmişdir. Rəşadın təklifi ilə razılaşıb avtomobili döndərib getdiyi yolla geriyə doğru qayıtmışdır. Avtomobili Rəşadın anasının yaşadığı həyət evinin yaxınlığında saxlamışdır. Həmin vaxt Elvinin meyiti avtomobilin arxa oturacağının üzərində arxası üstdə uzanıqlı vəziyyətdə olmuşdur. Rəşad və onun üzərindəki paltarlar qana bulaşmışdır. Rəşad ona “Gözlə, mən qapını açım, evin küçədəki işıq lampasını yandırıb söndürdükdən sonra sən gələrsən” demişdir. Avtomobildə oturub Rəşadı gözləmiş, Rəşad isə avtomobildən yerə düşüb anasının yaşadığı evə tərəf getmişdir. Evin giriş darvazasını kimin açmasını görməmişdir. Evin küçədəki işıq lampasının yanıb söndüyünü gördükdən sonra, o, da avtomobildən düşmüş və avtomobilin qapısını bağlayıb Rəşadın anasının yaşadığı evə getmişdir. Rəşad, daha sonra o, hamamda çimdikdən sonra qanlı paltarlarını bir ədəd salafon torbaya yığmışlar və həmin torbanı avtomobilin baqajına qoymuşdur. Rəşadın anasıgilin evlərində olarkən orada heç kim görməmişdir. Rəşad evdəkilərin yatdığını demişdir. O və Rəşad çimdikdən sonra həmin gün, saat 4-5 radələrində evdən çıxmışlar. Rəşad evdən çıxarkən özü ilə yataq örtüyü götürmüşdür. Həmin yataq örtüyünü avtomobilin oturacaqlarına sərib üzərində oturmuşlar ki, üzəri qan olmasın. Rəşada təklif etmişdir ki, Elvinin meyitini Xəzər rayonu, Türkan qəsəbəsi, Qasım İsmayılov küçəsində yerləşən mərhum babası Ağakərimə məxsus torpaq sahəsindəki köhnə su quyusuna atsınlar. Rəşad onun təklifi ilə razılaşdıqdan sonra avtomobili qeyd olunan ünvan istiqamətində sürmüşlər, Həmin gün, saat 6 radələrində mərhum babası Ağakərimə məxsus torpaq sahəsinin qarşısına çatmışlar. Rəşadla birlikdə avtomobildən yerə düşüb oturacağın üzərinə sərdikləri yataq örtüyünü götürmüş və həmin yataq örtüyünü yerə sərmişdir. Bundan sonra Rəşadla köməkii formada Elvinin meyitini avtomobilin arxa oturacağından götürüb yerə sərdiyi yataq örtüyünün üzərinə qoymuşdur. Rəşadla birlikdə yataq örtüyünün kənarlarından tutub Elvinin meyitini quyunun kənarına gətirib quyuya atmışlar. Həmin quyunu mərhum babası Ağakərim 1997-ci ildə qazmışdır. Elvinin meyitini quyuya atdıqdan sonra yenidən avtomobilə tərəf gəlmişlər. Rəşad avtomobilin sükanı arxasında əyləşmiş, o isə avtomobilin ön oturacağında Rəşadın yanında oturmuşdur. Rəşada bildirmişdir ki, onu Biləcəri qəsəbəsində münasib bir yerdə avtomobildən düşürsün, daha sonra avtomobili məhv etsin. Rəşad avtomobili dediyi maşrut üzrə sürmüşdür. O, Biləcəri qəsəbəsində “Deyeska” deyilən yolun kənarında avtomobildən yerə düşmüş, Rəşad isə avtomobili sürüb oradan uzaqlaşmışdır. Evə gəldikdə artıq saat 8-9 radələri olmuşdur. Arvadı Sona azyaşlı uşaqlarını baxçaya apardığı üçün oyaq olmuş, digər ailə üzvləri isə yatmışdır. Arvadı Sona ondan heç nə soruşmamışdır. Bundan sonra Rəşadla əlaqə saxlamamışdır. Sonradan eşitmişdir ki, Rəşad Elvinə məxsus avtomobili məhv etmək əvəzinə avtomobili hissələrə böldürüb satmaq istəmişdir. Hadisədən sonra iki dəfə polisə gedib təslim olmaq istəmiş, lakin uşaqlarından ayrıla bilmədiyi üçün getməmişdir. Binəqədi polis idarəsinin 6-cı PB-ə dəvət edildikdən sonra orada Rəşadla birlikdə Elvinin meyitini su quyusuna atdığını etiraf etmişdir. Elvin arvadı Sonanın yolda qarşısını dəfələrlə kəsib nalayiq təkliflər etdiyinə, arvadına birlikdə yaşamağı, onun arvadı Sonaya layiq olmadığını, arvadı ilə birlikdə yaşamağı təklif etdiyinə görə Elvini öldürmək qərarına gəlmişdir. Bu məqsədlə bacanağı Rəşada zəng edib məsləhətləşmiş və sonuncu da “Problem yoxdur, birlikdə həll edərik” demişdir. 15.10.2019-cu ii tarixdə, gecə saat 01 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Konets" deyilən ərazidə yolun kənarında Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs öldürmüşdür. Hadisə zamanı əynində olmuş qara rəngli cins şalvarı, qara rəngli köynəyi soyunub torbaya yığmış və paltarları avtomobilin baqajına qoymuşdur. Hadisə zamanı Rəşadın əynində papaqlı köynək olmuş, başqa hansı paltarlarının olmasını isə xatırlamır. Rəşadın paltarlarını da öz paltarları ilə birlikdə torbaya yığıb avtomobilin baqajına qoymuşdur. Cinayətin törədilməsində istifadə edilən qayçını, eləcə də Elvinə məxsus bıçağı ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə gedərkən yolda xatırlamadığı yerdə avtomobildən kənara atmışdır. Hadisə baş verən ərəfədə narkotik vasitə və psixotrop maddə qəbul etməmiş, lakin hadisədən əvvəlki vaxtlarda Elvinlə birlikdə nəşə qəbul etmişdir. Bir dəfə Elvinlə mübahisə edərkən Elvin ona “Səni narkotiklə tutduracam” demişdir. Təqsirləndirilən şəxs1 оьлу 10 yanvar 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən isə yuxarıda qeyd olunan ifadələrindən fərqli ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. 14 oktyabr 2019-cu il tarixdə saat 19 radələrində arvadı Sonanı diş həkiminə Elvinin yanında aparmışdır. Əvvələr də bir neçə dəfə Sonanın dişini müayinə etmək üçün Elvinin yanına getmişdir. Gecə saat 23 radələrində qonşusu Qulamın telefonundan onun telefonuna zəng gəlmiş və Qulam xahiş etmişdir ki, küçəyə çıxsın. Küçəyə çıxarkən bilmişdir ki, onu Elvin Qulamın vasitəsilə çağırtdırıb. Elvin bir neçə dəfə Sahil qəsəbəsində «WhatsApp» proqramı vasitəsi ilə kiminləsə gecə vaxtı küçədə yazışdığı adamın dediyi yerdən narkotik vasitəni götürüb həmin yerə pulunu qoymuşdur. Lakin narkotik vasitəni aldığı adamın kim olmasını, nömrəsini bilmir və narkotik vasitəni dəqiq olaraq haradan götürməsini xatırlamır. Elvin narkotik vasitəni götürdükdən sonra avtomobildə çəkmiş, o, isə həmin vaxt sürücülük etmişdir. Elvin ona təklif etmişdir ki, gedib “Pati” (narkotik vasitə) tapsınlar. Elvin ilə həmişə Sahil qəsəbəsinə gedəndə orada yaşayan bacanağı Rəşadla görüşmüş və birlikdə çox vaxt Elvinin tapdığı narkotik vasitədən istifadə etmişlər. O, ancaq nəşə çəkmiş, Elvin isə nəşə və “pati” də qəbul etmişdir. Sahil qəsəbəsində Rəşadı da götürdükdən sonra narkotik vasitə tapmaq üçün “Konets” adlanan yer istiqamətində getmişlər. Əvvələr də bir neçə dəfə birlikdə narkotik aldığı yerlərə getmiş, lakin “pati” tapa bilməmişlər. Elvinə Rəşadda “nəşə” olduğunu, onu çəkməyi təklif etdikdə, Elvin israrla “yox pati tapmalıyıq” demişdir. Daha gec olduğunu, indi evə getməli olduğunu bildirdikdə isə Elvin acıqlanmış və onunla mübahisə etməyə başlamışdır. Elvini sakitləşdirib evə qayıtmağa cəhd etsə də, Elvin razılaşmamış, əksinə daha da qəzəblənmişdir. Bu vaxt Elvin çox ağır söyüş söyməyə başlamış, Elvinin söyüşlərini özünə qaytarmış, bu dəfə Elvin onu lap pis söyüşlərlə təhqir edən zaman ona sol əlinin tərsi ilə sinəsinə vuraraq irad bildirmişdir. Bu vaxt Elvin qəflətən qapının saxlanc yerindən sol əlinə götürdüyü “knopkalı” bıçağı açıb ona sol tərəfdən ürək nayihəsinə zərbə yetirmək istəmişdir. O, sol əlini qabağa vermiş və bıçaq onun qoluna girmişdir. Bıçaq onun əlindən ayağının altına düşmüş, qolunda güclü ağrı hiss etmiş və qolundan qan axmağa başlamışdır. Elvin əyilib bıçağı yerdən götürmək istədikdə, Elvinə mane olmaq istəmiş və əlbəyaxa olmuşlar. Elvin əyilib bıçağı yenidən götürmək istədikdə, o da Elvinin ayaqaltısma doğru əyilərək bıçağı ondan götürməyə çalışmışdır ki, Elvin ondan əvvəl bıçağı götürüb yenidən xəsarət yetirə bilməsin. Rəşadın əlində tiyəsi 3-4 sm ölçüdə dərzilərin tikiş sökən qayçısı olmuşdur. Rəşad bu qayçıdan narkotik vasitəni, daha doğrusu nəşəni doğrayıb xırdalamaq üçün istifadə etdiyinə görə həmişə üstündə gəzdirmiş və əlində fırlatmışdır. Bu zaman Elvinin qışqırıq səsinə başını qaldıranda başa düşmüşdür ki, Rəşad əlindəki dərzi qayçısı ilə Elvinin boğazından vurmuşdur. Rəşadın Elvinin boğazından neçə dəfə vurmasını görməmişdir. Lakin Rəşadın sol əlində dərzi qayçısını qana bulaşmış vəziyyətdə görmüş və Elvinin boğazından üzünə və maşının içinə güclü qan fışqırmağa başlamışdır. Rəşada “Başımıza bu nə işdi gəldi” demiş və niyə Elvini vurduğunu soruşmuşdur. Rəşad isə “Mən onu vurmasaydım, o səni öldürəcəkdi” demişdir. Elvinin artıq xırıldadığını görüb tez xəstəxanaya çatdırmaq məqsədi ilə Rəşadın da köməyi ilə Elvini arxaya keçirtmişdir ki, tez avtomobili idarə edib Elvini xəstəxanaya çatdırsın. Elvinin üzəri qan olduğuna görə onu arxa oturacağa təxminən 5 dəqiqəyə keçirtmişlər. Təxminən 100 metr aralanandan sonra Rəşad Elvinin artıq öldüyünü, nəfəs almadığını demişdir. Ona görə də xəstəxanaya getmək fikrindən daşınıb Rəşadın anasıgildə yuyunduqdan sonra meyiti Türkan qəsəbəsində yerləşən babası Ağakərimə məxsus həyətdə olan quyuya atmışlar. Hadisədən sonra Rəşadla söhbət edən zaman qərara gəlmişlər ki, əgər Elvini arvadına sataşdığına görə öldürdüklərini desələr cəzaları yüngül olar. Bundan başqa, narkotik vasitədən istifadə etdiklərini bildirməmək və narkotik vasitə əldə etmək istədiyinə görə onlara əlavə cəza verilə biləcəyindən qorxduğuna görə Elvinlə aralarındakı mübahisənin narkotik vasitədən istifadə etməyə görə yarandığını gizlətmişlər. Əgər Elvini qeyrətsizlik etdiyinə görə, yəni arvadına sataşdığına görə cəzalandırıb öldürdüyünü desə ona haqq qazandırılacağını və cəzasının yüngül olacağını fikirləşmişdir. Narkotik vasitəni həmişə Elvin və Rəşad gətirmişdir. Rəşadın narkotik vasitəni haradan ətdə etməsini biimir. Hadisə zamanı Rəşadın üzərində olan narkotik vasitə Rəşadın paltarının cibində qana bulaşdığına görə onu paltarları ilə birlikdə zibii qutusuna atmışlar. Rəşada həmin avtomobili Qaradağ rayonunda çöllük bir ərazidə gizlətməsini tapşırmışdır. Lakin avtomobili harada gizlətməsi ilə bağlı sonradan maraqlanmamışdır. Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və “BMW” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomabilə aid texniki pasport, etibarnaməni görməmişdir. Elvinin avtomobilində və üzərində pul və ya qiymətli əşya olmasına fikir verməmişdir. Elvinin «Samsung» markalı mobil telefonunu isə yolda gedən zaman yolun tanımadığı hissəsində söndürüb pəncərədən çölə tullamışdır ki, zəng çatmasın. Elvinə məxsus bıçağı və Rəşadın əlində olan dərzi qayçısını sonuncu özü tullamış, lakin həmin əşyaları hara tulladığını bilmir. Elvini öldürməyi barədə heç kimə məlumat verməmişdir. Qolunda olan xəsarətləri Sonadan başqa heç kim görməmiş, xəsarəti özü gizlindən sarımış, Sonaya isə dalaşdığını demişdir. Sonuncu dəfə, yəni 24 oktyabr 2019cu il tarixdə polis şöbəsinə gedən zaman ailə üzvləri ilə görüşmüş və həmin vaxt arvadına ifadəsində Elvinin ona sataşdığım deməsini, ilkin ifadəsinə uyğun məzmunda ifadə verməsini demiş, həmin ifadəsinin məzmununu Sonaya başa salmışdır. Sona onu müdafiə etmək üçün dedikləri ilə razı olmuş və həmin məzmunda ifadə vermişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 оьлу da ibtidai istintaq zamanı 26 oktyabr 2019cu il tarixdə Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək təqsirləndirilən şəxs qismində həmin tarixdə, eləcə də 25 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 2011-ci ildə Pərvanə Fətullayeva (Babayeva) ilə nikaha daxil olmuş və birgə nikahlarından üç övladı vardır. Onlar 2011-ci il təvəllüdlü Rəşid, 2013-cü il təvəllüdlü Rəsul və 2016-cı il təvəllüdlü Cəsurdur. Özü 2012-ci il tarixdən Gəmiqayırma zavodunda operator vəzifəsində işləyir. Atası Rəşid 2002-ci il tarixdə vəfat etmiş, anası da onunla birgə eyni qəsəbədə ayrı evdə bacısı Səidə və sonuncunun uşaqları ilə birgə yaşayır. Təqsirləndirilən şəxs1 bacanağı olmaqla baldızı Sona ilə 5-6 il olar nikaha daxil olmuş və onların iki övladı vardır. Səbuhi ailəsi ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dağlıq küçəsində dəqiq bilmədiyi fərdi yaşayış evində birgə yaşamışlar. Onların ailəsilə bayramdan-bayrama görüşüb münasibət saxlamış, bir sözlə biri-birinin evinə gediş-gəlişi olmuşdur. X29 qəsəbəsində qaynanası Raisə ilə birgə yaşayır, oğlanları Murad tam orta məktəbdə təhsil alır, digər qızı Ülkər İsə tam orta məktəbi bitirib heç bir fəaliyyətlə məşğul olmur. 14.10.2019-cu il tarixdə Səbuhi Elvinlə birgə sonuncunun idarə etdiyi «BMV» markalı avtomaşınla onun yaşadığı ünvana gəlib evdən çağırmışdır. Səbuni məhəllədə ona maşında birgə gəldiyi Elvinin arvadı Sonaya qarşı əxzlaqsız hərəkət etdiyini bildirmişdir. İlkin olaraq Səbuhinin zarafat etdiyini anlamış, lakin Səbuhi daha ciddi olduğunu və Elvinin cəzalanmalı olduğunu bildirmişdir. Artıq məsələnin ciddi olduğunu anlayıb Elvinlə birgə maşına minib Sahil qəsəbəsində «Koneç» kimi adlanan əraziyə maşınla hərəkət etmişlər. 15.10.2019-cu ii tarixdə saat 01 radələrində maşında olan zaman ətrafda kənar şəxs olmamışdır. Məhz buna görə həmin əraziyə maşınla hərəkət etmişlər ki, ətrafda kənar şəxs olmasın. Hadisə yerində Səbuhi söhbəti açıb Elvindən nə səbəbə arvadı Sonaya sataşdığını, arvadına qarşı əxlaqsız hərəkətlər etmək istəməsinin səbəbini soruşduqda, Elvin hərəkətlərinə haqq qazandırmaqla Səbuhinin və ümumi olaraq ailəsinin ünvanına nəlayiq ifadələr işlətməklə Səbuhinin bu hərəkətlərə layiq olmasını deyərək maşının sol qapı hissəsindən bıçaq götürüb Səbuhini bıçaqla sol qolundan vurmuşdur. Səbuhi də əli ilə Elvini itələmiş və Elvinin əlində olan bıçaq düşmüşdür. O, artıq Elvinin ailələrinin ünvanına ümumi söyüş söyməsinə əsəbiləşərək üzərində, yəni sağ ön cibində olan qayçınısağ əlində tutaraq maşının arxa orta hissəsindən bir qədər qalxıb Elvinin sağ boyun nahiyəsindən bir neçə dəfə vurmuşdur, Həmin vaxt Elvin hərəkət etmək istəsə də, ön oturacaqda oturan Səbuhi Elvinin əllərindən tutmaqla hərəkət etməsinə imkan verməmişdir. Elvinin boyun nahiyəsindən sürətli qan axımını müşahidə etmişdir. Sonda Elvinin hərəkətsiz olduğunu görüb ölməsinə əmin olmuşlar. Bundan sonra, Elvini ön sürücü yerindən Səbuhi ilə birgə qaldırmaqla arxa oturacağa uzatmışlar və hadisədən sonra bir qədər özünə gəldikdə izləri itirmək lazım olduğunu Səbuhiyə demişdir. Ona görə də maşını özü idarə edərək evə gəlmişdir. Evdə olan anası, bacısı və bacısı uşaqları həmin vaxt yatmışlar. Evə daxil olanda anası yuxudan oyanıb nə baş verdiyini öz yataq otağından soruşmuş, o, da cavab olaraq yuxudan qalxmamasını, dostu ilə birgə gəlib hamam otağına dəyəndən sonra rayona yola salacağını demişdir. Otaqdan anası çıxmamış, o və Səbuhi birgə hamam otağına keçərək hadisə vaxtı üzərlərində olmuş paltarları çıxardaraq yolda qanlı paltlarlarla hərəkət etməmək üçün başqa paltlarlar geyinmişlər. Səbuhi ilə birgə hadisə vaxtı qanlı olan paltarısellofana yığıb Sahil qəsəbəsində xatırlamadığı əraziyə atmışlar. X30 üzərində olan markasını bilmədiyi mobil telefonunu yolda xatırlamadığı ərazidə atmışdır. Maşının arxa oturacağında olan meyitin üzərinə evdən götürmüş olduğu mələfəni atmaqla yolda Səbuhinin təklifi ilə maşını Xəzər rayonu, Türkan qəsəbəsinə babasının vaxtı ilə yaşadığı bağa doğru hərəkət etmişlər. Yolda olan zaman Səbuhi babasına məxsus həyətyanı sahədə dərin quyu olduğunu və Elvinin meyitini oraya ata biləcəklərini demişdir. Səbuhidən qeyd edilən quyunun arxayın yer olduğunu soruşduqda, Səbuhinin sözlərindən bilmişdir ki, həmin həyətdə vaxtaşırı dayısı yaşayır, yəni mövsümi bağ kimi istifadə edilir, ona görə də dərinlikdə olan quyuda Elvinin meyitinin orada kiminsə tərəfindən tapıla bilməyəcəyinə əmin olmuşlar. Maşınla Səbuhinin müşayiəti əsasında Türkan qəsəbəsində olan bağ evlərinə gəlmişlər. Artıq saat 4-5 radələri olmuş və maşının arxa oturacağında olan Elvinin meyitini maşından mələfə ilə çıxarıb boş sahədə olan quyuya mələfə ilə birgə atmışlar. Daha sonra yolda olan zaman Səbuhi onunla razılığa gəlmişdir ki, öz qeyrətidir və buna görə də özü cavabdehdir, cinayətin üzəri açılan zaman hər şeyin özü tərəfindən edildiyini deyəcək, ümumiyyətlə onun adını çəkməyəcək. Plana uyğun olaraq Elvinin “BMW” markalı maşınını hissələrə ayırmaqla satmaq istəmişdir. Ona görə də, Səbuhini Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda düşürmüş və Elvinin maşını ilə Sahil qəsəbəsindəki öz evlərinə gəlmişdir. Səhəri, yəni 15.10.2019-cu il tarixdə özünə məxsus olan **-CA-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomaşının nömrəsini “BMW” markalı olan avtomaşının üzərində olan xatırladığı qədər 103 dövlət qeydiyyat nişanlı nömrəni çıxardaraq əvəzləmişdir. Daha sonra maşınla 1-2 gün hərəkət edib maşını hissələrə ayırmağa yer axtarmış və sonda maşını Qaradağ rayonunda Qszıldaş qəsəbəsinə aparıb orada Nizami və adını bilmədiyi ustaya təhvil verib onlara öz maşını olduğunu, maşına etibarnamə ilə idarə etmə müddətinin keçməsi və maşının üzərində çoxsaylı cərimələrin olduğunu deyib hissələrə bölünməklə satmaq niyyətində olduğunu demişdir. Ustalar hələlik vaxtının olmadığını, 1-2 saat sonra gələ biləcəyini demişlər. O, maşının ön və arxa faralarını özü orada söküb maşının arxa yük yerinə yerləşdirmişdir. İstifadəsində ***-***-**-** nömrəli mobil telefon nömrəsi olmuş və qeyd edilən nömrə ilə Səbuhinin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon ilə əlaqə saxlamışdır. Mobil telefonda hadisə barədə danışmamış, ancaq Elvinin maşınını itirməyini ona tapşırmışdır. Zərərçəkmiş şəxs qəsdən öldürməyinin əsas səbəbi hadisə vaxtı içkili olmağı olmuşdur. Bundan başqa, hadisə vaxtı Elvinin onların ümumi ailələrinin ünvanına qarşı nəlayiq ifadə işlətməsi olmuşdur. Hadisə vaxtı istifadəsində olan qayçı həmişə onun cibində olmuş, həmin qayçını dırnaq tutmaq üçün istifadə etmişdir. Qayçının uzunluğu 10-15 sm olmuşdur. Hadisədən sonra həmin qayçını Türkandan şəhərə doğru hərəkət edən zaman xatırlmadığı ərazidə maşından atmışdır. Hadisə vaxtı Elvin bıçaqla Səbuhinin sol qolundan vuran zaman bıçaq onun əlindən maşının döşəməsinin üzərinə düşmüş, həmin bıçağın dəstəyi qara rəngli olmaqla dəstəyin üzərində olan düymə ilə tiyəsi açılmışdır. Bıçağın harada olması barədə məlumatı yoxdur və Səbuhidən də bu barədə soruşmamışdır. Elvinin əynindəki paltarlardan yadında qalan dəri gödəkçə olmuşdur, digər paltlarlarını xatırlamır. Elvini əynində olan paltarla birgə Səbuhi ilə razılaşdığı quyuya atmışlar və əynindən paltları çıxarmamışlar. Hadisədən sonra Elvinin maşınında olan xatırlamadığı mobil telefonunu Səbuhi yolda xatırlamadığı ərazidə atmışdır ki, cinayətin izlərini itirsin, heç kəs Elvini tapa bilməsin. Hadisədən sonra onun və Səbuhinin əsas məqsədi birgə törətdikləri cinayətin izlərini itirmək olmuşdur. Elvinin maşının nömrəsini dəyişən zaman məqsədi təhlükəsiz şəhər kameraları vasitəsi İlə hüquq mühafizə orqanları həmin maşını axtaran zaman tapa bilməməsi olmuşdur. Hətta Səbuhi ilə razılaşmışdır ki, cinayət ifşa olunarsa, Səbuhi özü hər bir hərəkəti öz üzərinə götürməklə onu bu hadisə ilə əlaqələndirməsin. Hadisədən sona ona məlum olmuşdur ki, Elvin sağlığında narkotik vasitələrin aludəçisi olmuşdur. O, da aradabir marixuana qəbul etmişdir. Ona görə də hadisə günü Elvin narkotik vasitə axtaran zaman Səbuhi ona istiqamət vermişdir. O da, narkotik vasitə ala biləcəyini deyərək onu yaşadığı qəsəbəyə gətirmişdir. Ona görə Səbuhi məhəlləyə gələn zaman onun istifadəsində olan mobil telefonun sosial şəbəkəsinə zəng edərək harada olduğunu soruşmuş, Səbuhiyə evdə olduğunu deyəndə isə, Səbuhi heç hara getməməyi tapşırmış və onunla işi olduğunu, onlara gəldiyini demişdir. Məhəlləyə gəlib Səbuhi təkrar ona zəng etmiş və məhəlləyə çıxarkən Səbuhi olanlar haqqında ona danışmış, Elvininin namussuz hərəkətinə görə cəzalandırılmalı olduğunu demişdir, O da içkili olduğuna görə Səbuhi ilə razılaşıb sonuncu ilə birgə Elvini «Koneç» deyilən əraziyə sürdürmüşlər. Səbuhi ilə razılaşdığı kimi birgə törətdikləri cinayət hadisəsi barədə başqasına məlumat verməmişdir. Hadisə barədə yalnız Səbuhi və o bilmiş, nə o, nə də Səbuhi ailələrinə hadisə barədə məlumat verməmişlər. Hadisə baş verməmişdən əvvəl 5-6 ədəd «Go» adlanan spirtli içkini məhəllədə tək qəbul etmişdir. Narkotik vasitələrin aludəçisi olmamış və yalnız marixuana qəbul etmişdir. Hadisə vaxtı Elvinə qarşı etmiş olduqları hərəkəti kiminsə bilməməsi, yəni hadisənin şahidinin olmaması üçün Sahil qəsəbəsi «Koneç» deyilən əraziyə getmişlər Hadisə vaxtı xəsarət almamışdır və hazırda bədənində olan müəyyən cüzi xəsarətlər azadlıqda olan zaman Sahil qəsəbəsində qaçarkən öz hərəkətləri nəticəsində əmələ gəlmişdir. Törətmiş olduğu cinayət əməlindən tam peşmandır. Elvin ilə Sona arasında münasibətin olması haqqında məlumatı yoxdur. Hadisə günü Səbuhinin sözlərindən eşitmişdir ki, Elvin Səbuhi şəhərdə olmayan zaman onun arvadı Sonaya əxlaqsız təkliflər etmişdir. Daha əvvəl bu barədə məlumatı olmamışdır Təqsirləndirilən şəxs2 оьлу 07 yanvar 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən yuxarıda qeyd olunan ifadədən fərqli ifadə verərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə vurmamışdır. Belə ki, 14 oktyabr 2019-cu il tarixdə axşam evdə olduğu zaman bacanağı Səbuhi ona zəng edərək narkotik tapmaq üçün Qaradağa gəldiyini demişdir. Səbuhi və Elvin sonuncuya məxsus maşınla binanın qarşısına gəldikdən sonra hər üçü narkotik vasitə tapmaq üçün "Koneç” adlanan yer istiqamətində getmişlər. Əvvələr də bir neçə dəfə birlikdə narkotik aldıqları yerlərə getmişlər, lakin “pati” tapa bilməmişlər. Səbuhi və Elvinə təklif etmişdir ki, onda “nəşə” var, ondan isifadə etsinlər. Elvin İsə israrla "yox pati tapmalıyıq” demişdir. Səbuhi gec olduğunu, indi bu vaxt “pati” tapa bilməyəcəklərini, evə qayıtmağı deyəndə isə Elvin acıqlanmış və aralarında mübhisə başlamışdır. Elvin getdikcə daha da əsəbiləşmiş və israrla "patini indi tapmalıyıq» deyib Səbuhini çox ağır söyüşlərlə söymüşdür. Səbuhi də Elvini eyni söyüşlərlə söymüş və bu vaxt birdən Elvin qapının saxlanc yerindən "knopkalı” bıçaq götürüb Səbuhinin sinə nayihəsinə zərbə yetirmişdir. Həmin vaxt Səbuhi əlini qabağa vermiş və bıçaq onun qoluna girmişdir. Bıçaq Elvinin əlindən ayağının altına düşmüşdür. Elvin əyilib bıçağı yerdən götürmək istədikdə Səbuhi mane olmaq istəmiş və aralarında əlbəyaxa dava düşmüşdür. Səbuhi Elvinin bıçağı götürməsinə mane olmuşdur Həmin vaxt onun əlində tiyəsi 2-3 sm olan, dərzilərin tikiş sökən qayçısı olmuşdur. Həmin qayçını narkotik vasitəni, yəni «nəşə»ni doğrayıb xtrdalamaq üçün istifadə etdiyinə görə həmişə üstündə gəzdirmiş və daima «brelok» kimi əlində fırlatmışdır. Elvinin bıçağı götürən kimi Səbuhini öldürəcəyini fikirləşdiyi üçün, Səbuhini müdafiə etməkdən ötrü irəliyə doğru əyilib sol əli ilə Elvini arxadan tutmaq istəmiş, lakin Elvin müqavimət göstərmişdir Bu zaman sağ əlində tutduğu dərzilərin tikiş açmaq üçün istifadə etdikləri qayçı ilə Elvinin boyun nayihəsindən bir dəfə zərbə vurmuşdur. Elvinin boynundan güclü qan fışqırmağa başlamışdır. Elvinin əl-ayağından tutub təxminən 5 dəqiqəyə çətinliklə arxaya keçirdib xəstəxanaya aparmağa çalışmışlar. Səbuhi sükan arxasında oturub maşını sürmüş, ancaq artıq Elvin tam hərəkətsiz vəziyyətdə olmuş və qan dayanmadan axmış, təxminən 10 dəqiqə sonra Elvinin xırıltısı kəsilmişdir. Bundan sonra Səbuhi ilə birlikdə anasının evinə gedərək orada paltarlarını dəyişib avtomobilin içini təmizləmişlər. Sonra isə Elvinin meyitini yataq örtüyünə bükərək Türkan qəsəbəsində yerləşən Səbuhinin babası Ağakərimə məxsus həyətdə olan quyuya atmışlar. Hadisədən sonra Səbuhi ilə söhbət edən zaman qərara gəlmişlər ki, əgər Elvini Səbuhinin arvadına sataşdığına görə öldürdüklərini desələr, cəzaları yüngül olar. Bundan başqa, narkotik vasitədən istifadə etdiyini bildirməmək və narkotik vasitə əldə etmək istədiyinə görə onlara əlavə cəza verilə biləcəyindən qorxduğuna görə Elvinlə aralarında mübahisənin narkotik vasitədən istifadə etməyə görə yarandığını gizlətmişlər. Əgər Elvini qeyrətsizlik etdiyinə görə cəzalandırıb öldürdüklərini desələr, onlara haqq qazandırılacağını və cəzalarının yüngül olacağını fikirləşmişlər. Elvinə bir dəfə zərbə vurmuşdur. Əvvəlki ifadələrini verən zaman çox həyəcanlı olmuş və nə dediyini xatırlamır. Narkotik vasitə olan «nəşə»ni Sahil qəsəbəsində xatırlamadığı küçədə yerdə selofan torbanın içərisində tapmışdır. Digər narkotik vasitə olan “pati”ni isə əvvəllər onlara Elvin özü gətirmiş və birlikdə çəkmişlər. Lakin Elvinin həmin narkotik vasitəni kimdən və haradan aldığını bilmir. Əvvəllər Elvin internet üzərindən kiminləsə danışmış və həmin adam küçədə gizlətdiyi narkotik vasitənin yerini Elvinə bildirdikdən sonra, sonuncu həmin yerdən narkotik vasitəni götürüb yerinə pulunu qoymuşdur. Səbuhi ilə qabaqcadan danışdığı plan üzrə ilkin formada ifadə vermişdir. Həqiqətdə isə Səbuhi Elvinin əlindən tutmamış və müqavimətini hər hansı formada qırmamış, əksinə Elvin özü Səbuhini vurmuş və bıçağı yerdən götürməyə çalışmış, Səbuhi isə Elvinin bıçağı götürməsinə mane olmağa çalışmışdır. 14 oktyabr 2019-cu il tarixdə Elvinə çəkməyi təklif etdiyi narkotik vasitə olan «nəşə»ni Sahil qəsəbəsində xatırlamadığı küçədə yerdə selofan torbanın içərisində tapmışdır. Həmin narkotik vasitə paltarının cibində qana bulaşdığına görə onu paltarları ilə birlikdə zibil qutusuna atmışlar. Elvinə xəsarət yetirdiyi qayçı təxminən 8-10 sm uzunluğunda, 2 sm enində, normal vəziyyətdə ağzı açıq formada tiyələri bir birindən 1 sm açıq vəziyyətdə olmuşdur. Həmin qayçı qoyun yununu qırxmaq üçün nəzərdə tutulmuş qırxılığın kiçik forması kimidir. Zərərçəkmiş şəxs məxsus “BMW” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomabili Sahil qəsəbəsində 9 mərtəbəli binaların arasında saxlamış, tanınmaması üçün özünə məxsus “Opel” markalı **-CA-*** nömrə nişanlı avtomobilin nömrəsini həmin avtomobilə taxmışdır. Əvvəlcə avtomobili hardasa çöllük bir ərazidə saxlayıb evinə qayıtmaq istəmiş, lakin sonradan fikirləşmişdir ki, əgər belə etsə əl izlərinə, avtomobildə qala biləcək qan izlərinə və ya başqa əlamətlərə görə avtomobildə onun və Səbuhinin olduğu bilinə bilər. Ona görə avtomobilin izini itirmək üçün onu Qızildaş qəsəbəsinə sürmüş və orada Nizami və adını bilmədiyi başqa ustaya təhvil verib həmin avtomobilin üzərində çoxlu cərimələrin olmasını, etibarnamə müddətinin isə keçdiyini deyərək parçalara ayırmaqla satmağa çalışmışdır. Avtomobilin tanınmaması üçün onun nömrələrini, ön və arxa faralarını söküb çıxartmışdır. Həmin avtomobili satıb gəlir götürmək niyyəti olmamış, məqsədi parçalara ayırmaqla həmin avtomobili yox etmək olmuşdur. Nizami və adını bilmədiyi digər usta ilə pul da danışmamış və onlardan ümumiyyətlə hər hansı məbləğdə pul götürməmişdir. Qızildaş qəsəbəsində yerləşən avtotəmir sexini və oradakı ustaları tanımır. Qızildaş qəsəbəsinə şəhərdən uzaqda yerləşdiyi üçün getmişdir. Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini və “BMW” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomabilə aid texniki pasportu və etibarnaməni görməmişdir. Elvinin üzərində qara rəngli gödəkçə olmuşdur. Ola bilsin ki, həmin sənədlər gödəkçənin cibində olmuşdur. Elvinin avtomobilində və üzərində pul və ya qiymətli əşya olmasına fikir verməmişdir. Elvinin «Samsung» markalı mobil telefonunu isə yolda gedən zaman yolun tanımadığı hissəsində Səbuhi söndürüb pəncərədən çölə tullamışdır ki, telefona zəng çatmasın. Zərərçəkmiş şəxs məxsus avtomobili ailə üzvlərindən heç kim görməmişdir. 15 oktyabr 2019- cu il tarixdə anası Şahid9 məxsus evə gedən zaman anası onları görməmişdir. Anasının çölə çıxmayacağına və yatdığına əmin olandan sonra isə Səbuhini çağırmışdır. Arada anasıgildə də qaldığından onlarda da dəyişəcək paltarı vardır. Səbuhi ona Şahid8 ilə Zərərçəkmiş şəxs münasibəti barədə heç nə deməmişdir. Onların arasında hər hansı bir münasibət olmamışdır. Zərərçəkmiş şəxs Sona Əiəkbərovaya sataşmasını Elvin öləndən sonra uydurmuşlar. Zərərçəkmiş şəxs məxsus bıçağı və dərzi qayçısını Türkan qəsəbəsindən qayıdan zaman yolun tanımadığı hissəsində tullamışdır. Lakin həmin əşyaları harada tulladığını bilmir. Zərərçəkmiş şəxs öldürməyi barədə ailə üzvlərinə və ya başqa şəxsə məlumat verməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oьlunun ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini, işdə olan ekspertiza rəylərini və digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, onların ibtidai istintaq zamanı 26 oktyabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində, eləcə də 25 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində verdikləri ifadələr obyektiv həqiqəti əks etdirir və ona görə də həmin ifadələri sübüt növü kimi qəbul edir. Bundan başqa, məhkəmə müdafiə tərəfinin zərərçəkmiş şəxs Həbib Zadə Elvin Nazim oğlunun ölümünün zəruri müdafiə həddini aşmaqla törədilməsi barədə iddiasının da əsassız olmaqla tədqiq edilmiş sübutlarla təkzib edildiyini qeyd edir. Belə ki, tягсирляндирилян шяхс Təqsirləndirilən şəxs1 məhkəmədə ifadə verərkən bildirmişdir ki, hadisə günü avtomobildə Zərərçəkmiş şəxs ilə aralarında narkotik vasitə üstündə mübahisə yaranmış, Elvin onu аьыр сюйцшлярля тящгир етmiş вя o, Elvini яли ilə синясиндян вурmuşdur. Bu zaman Elvin bıçaq çıxarmış və onu vuranda, o, яlиnи иrяlи vermiş və bычaq onun sol яlиnя gиrmişdir. Elvin onu bычaqla иkиncи dяfя ona vuranda, bıçaq yenə onun əlinə dəymişdir. Bu zaman o, bычaьы яlи ilə vurub yerя salmış, bычaq Elvinin ayaьыnыn altыna dцшmüş, Elvin bычaьы gюtцrmяk иstяyəndə o, buna imkan verməmişdir. Sonra qышqыrыq sяsи gəlmiş vя Elvиnиn xыrыltы sяsиnи eшиtmişdir. Elvinin boьazыnın kяsиldiyini və qanının fontan verdiyini görmüşdür. Rəşad Elvinin qolundan vurmaq istəmiş, lakin zərbə boğazına dəymişdir. Təqsirləndirilən şəxs2 niyyəti Zərərçəkmiş şəxs öldürmək deyil, onu Elvindən qorumaq olmuşdur. Təqsirləndirilən şəxs2 isə məhkəmədə ifadəsində göstərmişdir ki, hadisə günü avtomobildə Elvinlə Səbuhi arasında narkotik vasitə üstündə mübahisə olmuş, Elvin Səbuhini ağır сюйцшля söymüş вя Səbuhi Elvini яли ilə синясиндян вурmuşdur. Bu zaman Elvin bıçaq çıxarıb Səbuhini qolundan vurmuşdur. Ona elə gəlmişdir ki, bıçaq Səbuhinin sinəsinə dəymişdir. Sonra Səbuhi ilə Elvin əlbəyaxa olmuşlar və Səbuhi Elvinin əlindən tutmuşdur. X23 əlini tutmaqda məqsədi onun Elvini qayçı ilə vurmasına kömək etməsi deyil, əksinə bıçağı Elvinin əlindən alması olmuşdur. O, Elvini sakitləşdirmək üçün əlində olan qayçı ilə onu çiynindən vurmaq istəmiş, lakin zərbə Elvinin boğazına dəymişdir. O, Elvinə cəmi bir zərbə vurmuşdur. Lakin məhkəmə-kriminalistik və təkrar məhkəmə-tibb ekspertizasının 19 mart 2020-ci il tarixli 81-MTKŞ/2020 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı kəskin çürümə dəyişiklikləri fonunda boynun sağ yan səthində daxili yuxu arteriyasının tam kəsilməsi, daxili vidaci venasının hissəvi zədələnməsi ilə müşayiət olunan iki ədəd deşilmiş-kəsilmiş yaralanması aşkar edilmişdir. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş və təqdim edilmiş qayçıyabənzər digər qayçının təsirindən yarana bilərdilər. Mərhum Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan qısaqol yay köynəyinin yaxalığının sağ tərəfindən aralarındakı məsafə 1,0 sm olan iki deşikdən ibarət üç ədəd, ümumilikdə isə altı ədəd zədə aşkar edilməsi göstərilmiş və bunların təqdim edilmiş qayçı ilə yetirilməyə xarakterik olması müəyyən olunmuşdur. Bu isə yetirilən ən azı üç zərbənin təsirinin nəticəsidir. Meyitdə isə bunların aşkar edilməməsi onun kəskin çürümə prosesinə məruz qalması ilə izah olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tягсирляндирилян шяхсlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oьlunun məhkəmədə verdikləri ifadələr özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Tяqsиrlяndиrиlяn шяxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oьlunun əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onların əməli ibtidai istintaq orqanı tərəfindən Azяrbaycan Respublиkasы Cиnayяt Mяcяllяsиnиn 120.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azяrbaycan Respublиkasы Cиnayяt-Prosessual Mяcяllяsиnиn 145.1-ci maddяsиnə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azяrbaycan Respublиkasы Cиnayяt-Prosessual Mяcяllяsиnиn 146.1-ci maddяsиnə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Беляликля, мящкямя, məhkəmənin gəldiyi nəticələrin məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 120.2.1-ci маддяsinдя нязярдя тутулан ъинайят ямялini тюрятмяляри vя onларын hяmиn яmяli tюrяtmяkdя tяqsиrlи olmaлары tam sцbuta yetиrиlmишdиr. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edиlяn cиnayяt яmяliни tюrяtmяkdя tяqsиrlиdиrляр, onларын яmяlini cиnayяt olmasыnы aradan qaldыran hallar yoxdur. Tяqsиrlяndиrиlяn шяxsляр Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cиnayяt mяsulиyyяtиndяn vя cяzadan azad olunmasы цчцn яsaslar yoxdur, onлара qanunla mцяyyяn edиlmиш qaydada cяza tяyиn edиlmяlиdиr. Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 8.1-ъи маддясинин тялябляриня эюря ъинайяти тюрятмиш шяхс щаггында тятбиг едилян ъяза вя йа ъинайят-щцгуги характерли тядбирляр ядалятли олмалыдыр, йяни ъинайятин характериня вя иътимаи тящлцкялилик дяряъясиня, онун тюрядилмяси щалларына вя ъинайяти тюрятмякдя тягсирли билинян шяхсин шяхсиййятиня уйьун олмалыдыр. Hяmиn Mяcяllяnиn 58.3-cц maddяsиnя яsasяn, cяza tяyиn edиlяrkяn tюrяdиlmиш cиnayяtиn xarakterи vя иctиmaи tяhlцkяlиlиk dяrяcяsи, tяqsиrkarыn шяxsиyyяtи, o cцmlяdяn cяzanы yцngцllяшdиrяn vя aьыrlaшdыran hallar, habelя tяyиn olunmuш cяzanыn шяxsиn иslah olunmasыna vя onun aиlяsиnиn hяyat шяraиtиnя tяsиrи nяzяrя alыnыr. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının, 5-ci bəndində qeyd olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-nin 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Мящкямя tяqsиrlяndиrиlяn шяxs Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını və илк дяфя cиnayяt tюrяtmяsиnи onun ъязасыны йцнэцлляшдирян щал кими гиймятляндирир. Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 61-ъи маддясиня ясасян tяqsиrlяndиrиlяn шяxs Təqsirləndirilən şəxs1 ъязасыны аьырлашдыран щаллар мцяййян олунмамышдыр. Mяhkяmя tяqsиrlяndиrиlяn шяxs Təqsirləndirilən şəxs1 oьluna tяyиn edиlяcяk cяzanыn nюvцnц vя hяddиnи mцяyyяn edяrkяn tюrяdиlmиш cиnayяtиn xarakterиnи vя иctиmaи tяhlцkяlиlиk dяrяcяsиnи, tяqsиrlяndиrиlяn шяxsиn шяxsиyyяtиnи, cяzanы yцngцllяшdиrяn halы, habelя tяyиn olunacaq cяzanыn tяqsиrlяndиrиlяn шяxsиn иslah olunmasыna vя aиlяsиnиn hяyat шяraиtиnя tяsиrиnи nяzяrя alaraq hesab edиr kи, tяqsиrlяndиrиlяn шяxs Təqsirləndirilən şəxs1 oьluna Azяrbaycan Respublиkasы Cиnayяt Mяcяllяsиnиn 120.2.1-ъi маддяsinin sanksiyasında нязярдя тутулmuш mцяyyяn mцddяtя азадлыгдан мящрум етмя нювцндя ъяза тяйин едилмяли, Azяrbaycan Respublиkasы Cиnayяt-Prosessual Mяcяllяsиnиn 158.6-cы maddяsиnиn tяlяblяrиnя uyьun olaraq cиnayяt иши цzrя иcraatыn aparыlmasы zamanы hяbsdя saxlama mцddяtи cяzaчяkmя mцddяtиnя daxиl edиlmяklя, Təqsirləndirilən şəxs1 oьluna tяyиn edиlяcяk cяzanыn яvvяlи 25 oktyabr 2019-cу иl tarиxdяn hesablanmalы vя Azяrbaycan Respublиkasы Cиnayяt Mяcяllяsиnиn 56.1.3-cü maddяsиnя яsasяn cяzasыnы ciddi rejиmlи cяzaчяkmя mцяssиsяsиndя чяkmяlиdиr. Barяsиndя seчиlmиш hяbs qяtиmkan tяdbиrи hюkm qanunи qцvvяyя mиnяnя qяdяr dяyишdиrиlmяdяn saxlanыlmalыdыr. Мящкямя tяqsиrlяndиrиlяn шяxs Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını və ilk дяфя cиnayяt tюrяtmяsиnи onun ъязасыны йцнэцлляшдирян щал кими гиймятляндирир. Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 61-ъи маддясиня ясасян tяqsиrlяndиrиlяn шяxs Təqsirləndirilən şəxs2 ъязасыны аьырлашдыран щаллар мцяййян олунмамышдыр. Mяhkяmя tяqsиrlяndиrиlяn шяxs Təqsirləndirilən şəxs2 oьluna tяyиn edиlяcяk cяzanыn nюvцnц vя hяddиnи mцяyyяn edяrkяn tюrяdиlmиш cиnayяtиn xarakterиnи vя иctиmaи tяhlцkяlиlиk dяrяcяsиnи, tяqsиrlяndиrиlяn шяxsиn шяxsиyyяtиnи, cяzanы yцngцllяшdиrяn halы, habelя tяyиn olunacaq cяzanыn tяqsиrlяndиrиlяn шяxsиn иslah olunmasыna vя aиlяsиnиn hяyat шяraиtиnя tяsиrиnи nяzяrя alaraq hesab edиr kи, tяqsиrlяndиrиlяn шяxs Təqsirləndirilən şəxs2 oьluna Azяrbaycan Respublиkasы Cиnayяt Mяcяllяsиnиn 120.2.1-ъi маддяsinin sanksiyasında нязярдя тутулmuш mцяyyяn mцddяtя азадлыгдан мящрум етмя нювцндя ъяза тяйин едилмяли, Azяrbaycan Respublиkasы Cиnayяt-Prosessual Mяcяllяsиnиn 158.6-cы maddяsиnиn tяlяblяrиnя uyьun olaraq cиnayяt иши цzrя иcraatыn aparыlmasы zamanы hяbsdя saxlama mцddяtи cяzaчяkmя mцddяtиnя daxиl edиlmяklя, Təqsirləndirilən şəxs2 oьluna tяyиn edиlяcяk cяzanыn яvvяlи 25 oktyabr 2019-cу иl tarиxdяn hesablanmalы vя Azяrbaycan Respublиkasы Cиnayяt Mяcяllяsиnиn 56.1.3-cü maddяsиnя яsasяn cяzasыnы ciddi rejиmlи cяzaчяkmя mцяssиsяsиndя чяkmяlиdиr. Barяsиndя seчиlmиш hяbs qяtиmkan tяdbиrи hюkm qanunи qцvvяyя mиnяnя qяdяr dяyишdиrиlmяdяn saxlanыlmalыdыr. Azяrbaycan Respublиkasы Cиnayяt Mяcяllяsиnиn 93.1.2-cи maddяsиnя яsasяn Təqsirləndirilən şəxs2 barяsиndя narkomanиyadan mяcburи mцalиcя tяyиn edиlməlidir. Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 41.2-ъи маддясинин мязмунуна эюря ъяза сосиал ядалятин бярпасы, мящкумун ислащ едилмяси вя щям мящкумлар, щямдя башга шяхсляр тяряфиндян йени ъинайятлярин тюрядилмясинин гаршысыны алмаг мягсяди иля тятбиг едилир. Mяhkяmя hesab edиr kи, tяqsиrlяndиrиlяn шяxslərя tяyиn olunacaq cяza иlя cяzanыn mяqsяdиnи tяmиn etmяk mцmkцndцr. Azяrbaycan Respublиkasы Cиnayяt Mяcяllяsиnиn 99-1.2-cи maddяsиnяяsasяn, mяhkяmя hяr bиr cиnayяt иши цzrя Cиnayяt Mяcяllяsиnиn 99-1.1-cи maddяsиndя nяzяrdя tutulmuш mцsadиrя edиlmяlи яmlakыn olub-olmamasы mяsяlяsиnи hяll etmяlиdиr. Cиnayяt Mяcяllяsиnиn 99-1.1.1 vя 99-1.1.2-cи maddяlяrиndя mяhkumun cиnayяt tюrяdиlяrkяn иstиfadя etdиyи alяt vя vasиtяlяrиn, mяhkumun cиnayяt yolu иlяяldя etdиyи pul vяsaиtlяrи vя ya dиgяr яmlakыn, habelя hяmиn pul vяsaиtlяrи vя ya dиgяr яmlak hesabыna яldя edиlmиш gяlиrlяrиn mяcburи qaydada vя яvяzsиz olaraq dюvlяt nяfиnя alыnmasы nяzяrdя tutulmuшdur. Mяhkяmя hesab edиr kи, иш цzrя nяzяrdя tutulmuш mцsadиrя edиlmяlи яmlak олмадыьындан йухарыда гейд олунан мцддяа тятбиг олунмамалыдыр. Mяhkяmя Azяrbaycan Respublиkasы Cиnayяt-Prosessual Mяcяllяsиnиn 132.1.1 və 132.1.7-cи maddяlərini rяhbяr tutaraq belя nяtиcяyя gяlиr kи, иш цzrя maddи sцbut kиmи tanınaraq Bakı şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs meyitinin üzərindən götürülmüş ağ rəngli qısaqol köynək və qara rəngli idman şalvarı, Zərərçəkmiş şəxs meyitinə məxsus bir ədəd barmaq sümüyü, bir ədəd qara rəngli dərzi qayçısı, BMW markalı, **-VP-*** nömrə nişanlı avtomobilin salonundan götürülmüş 03 ədəd örtük kəsiyi, 01 ədəd plastmas hissə, 02 ədəd tompon nümunələri nümunələri məhv edilməlidir və 02 ədəd **-CA-*** nömrə nişanları X5 ailə üzvlərinə qaytarılmalıdır. Мящкямя Азярбайъан Республикасы Ъинайят-Просессуал Мяъяллясинин 198-ъи маддясиня уйьун олараг мящкямя мясряфляри иля ялагядар мясяляни мцзакиря едяряк беля нятиъяйя эялир ки, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə təqsirləndirilən şəxsляр Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 130 ( yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) манат pul mяhkяmя mяsrяfи kimi onlardan tutularaq dюvlяt bцdcяsиnя юdяnиlməlidir. Иш цzrя mцlkи иddиa йохдур. Йухарыдакылара ясасян вя Азярбайъан Республикасы Ъинайят-Просессуал Мяъяллясинин 344-347, 349, 351-353, 356 вя 384-ъц маддялярини рящбяр тутараг мящкямя щюкм етди: Təqsirləndirilən şəxs1 oьlu Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 120.2.1-ci мaddясиндя нязярдя тутулмуш ъинайят яmяlинин тюрядилмясиндя тягсирли билинсин vя ona 17 (on yeddi) il mцddяtя azadlыqdan mяhrum etmя cяzaсы tяyиn edиlsиn. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2019-cu il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hяmиn cяza ciddi rejиmlи cяzaчяkmя mцяssиsяsиndя чяkиlsиn. Təqsirləndirilən şəxs2 oьlu Азярбайъан Республикасы Ъинайят Мяъяллясинин 120.2.1-ci мaddясиндя нязярдя тутулмуш ъинайят яmяlинин тюрядилмясиндя тягсирли билинсин vя ona 17 (on yeddi) иl mцddяtя azadlыqdan mяhrum etmя cяzaсы tяyиn edиlsиn. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2019-cu il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hяmиn cяza ciddi rejиmlи cяzaчяkmя mцяssиsяsиndя чяkиlsиn. Azяrbaycan Respublиkasы Cиnayяt Mяcяllяsиnиn 93.1.2-cи maddяsиnя яsasяn Təqsirləndirilən şəxs2 oьlunun barяsиndя narkomanиyadan mяcburи mцalиcя tяyиn edиlsиn. Иш цzrя maddи sцbut kиmи Bakı şəhər prokurorluğunda saxlanыlan Zərərçəkmiş şəxs meyitinin üzərindən götürülmüş ağ rəngli qısaqol köynək və qara rəngli idman şalvarı, Zərərçəkmiş şəxs meyitinə məxsus bir ədəd barmaq sümüyü, bir ədəd qara rəngli dərzi qayçısı, BMW markalı, **-VP-*** nömrə nişanlı avtomobilin salonundan götürülmüş 03 ədəd örtük kəsiyi, 01 ədəd plastmas hissə, 02 ədəd tompon nümunələri məhv edilsin və 02 ədəd **-CA-*** nömrə nişanları X5 ailə üzvlərinə qaytarılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə təqsirləndirilən şəxsляр Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 130 ( yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) манат pul onlardan mяhkяmя mяsrяfи kimi tutularaq dюvlяt bцdcяsиnя юdяnиlsin. Hюkmdяn elan olunduьu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 иsя hюkmцn surяtи verиldиyи andan 20 (иyиrmи) gцn mцddяtиndя Bakы Aьыr Cиnayяtlяr Mяhkяmяsи vasиtяsи иlя Бакы Apellyasиya Mяhkяmяsиnя apellyasиya шиkayяtи vя ya apellyasиya protestи verиlя bиlяr. Щюкмдян апеллйасийа гадасында шикайят вя йа протест верилмядикдя щюкм щямин мцддят баша чатдыьы вахтдан сонракы эцн гануни гцввяйя минир.
Məhkəmə qərarları › İş №1(101)-184/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-184/2021
26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver