Məhkəmə qərarları › İş №1(101)-184/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-184/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-184/2022 11.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Məcidov X11 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1963-cü il tarixdə Kəlbəcər rayonunun Yanşaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 07 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında azyaşlı uşaqlarını Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərardadı əsasında Sabunçu rayon İcra şöbəsinin əməkdaşlarının iştirakı ilə təhvil almağa gəlmiş gəlini Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yaşadığı evin mətbəxindən götürdüyü zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə yaxın qohumları - anası Şahid11, azyaşlı övladları - 2016-cı il təvəllüdlü X3 və 2018-ci il təvəllüdlü X4 həmir hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda, onların gözü qarşısında müstəsna dərəcədi qəddarlıq nümayiş etdirməklə, yəni xüsusi amansızlıqla döş qəfəsindən qəsdən bir dəfə vurub yerə yıxaraq ona sol dirsək və sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları ilə müşaiyət edilən sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, döş qəfəsinin sağ yarısının ön səthinin sağ döş boşluğuna nüfuz edərək sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna hava və qan yığılmasına) və sağ ağciyərin yaralanmasına səbəb olan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 07 may 2021-ci il tarixdə saat 10 radələrində Sabunçu rayon İcra şöbəsinin əməkdaşları yaşadığı evə gələrək məhkəmə qəqarı əsasında uşağın onlardan alınaraq anası Zərərçəkmiş şəxs veriləcəyini bildirmişlər. O, həmin əməkdaşlara uşağa onlar tərəfindən qayğı göstərildiyini, anasının isə günlərlə evə gəlmədiyi halda, hansı səbəbə uşaqların anaya verildiyini soruşmuşdur. İcra şöbəsinin əməkdaşları məhkəmə qərarının icrasının məcburi olduğunu ona bildirmişlər. Bundan sonra Sona, Sonanın əmisi İlqar, anası Mətanət onların yaşadığı evə gəlmişlər. O, Sona və əmisi İlqarla söhbət edərək, gəlinin evdən birdəfəlik getməsinin səbəbini soruşmuş, Sona oğlu Vüsal ilə münasibətinin pis olmasına görə evdən birdəfəlik getdiyini bildirmişdir. Bundan sonra Sona uşaqları götürüb evdən çıxmaq istədikdə uşaqlar ağlamış və bu, ona pis təsir etmiş, Sonaya bu cür hərəkətə yol verməməsini bildirmişdir. Lakin Sona və anası Mətanət uşaqlan götürüb çölə çıxmışlar. O da, buna əsəbləşərək Sona ilə Mətanəti qorxudub uşaqları onlardan almaq məqsədilə mətbəxdəki stolun üzərindən bıçağı götürüb onların arxasınca getmişdir. Onlar uşaqları avtomobilə mindirdiyi zaman o, Sonaya tərəf gedib uşağı almaq istəmiş, bu zaman Mətanət əlindəki bıçağı görərək ona tərəf gəlmiş və bıçağı ondan almaq istəyərkən, bıçaq Mətanətin sağ qolunu kəsmişdir. Bundan sonra Sona uşağı yerə qoymuş və onunla əlbəyaxa olmuşdur. Həmin vaxt o, Sonanın üzərinə yıxılmış və əlindəki bıçaq Sonanın sinəsinə batmışdır. Sonra qonşuluqda yaşayan şəxslər onu uzaqlaşdıraraq həyətə salmışlar. Mətanət və Sona isə əmisi İlqarın idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gələrək onu polis bölməsinə aparmışlar və o, hadisə zamanı istifadə etdiyi bıçağı polisə təqdim etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmənin qərarı ilə uşaqların anasına verildiyini, hadisə həyətdən kənarda maşının yanında baş verdiyini, onun Sonaya bir bıçaq zərbəsi vurduğunu, həmin vaxt yanında qonşularının olduğunu, gəlinin anasının həmin vaxt onun yanında olduğunu, Sonanı bıçaqla vuranda uşaqların bunu gördüklərini, əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2015-ci ildə X6 ilə ailə həyatı qurmuş və həmin evlilikdən Məhəmməd və Mehman adlı 2 azyaşlı uşaqları vardır. X5 qeyri-etik söhbətlər etdiyindən və onu istədiyini bildirdiyindən, Vüsalla münasibəti pis olmuşdur. X18 isə bu məsələni bilmiş, lakin laqeyd yanaşmış, o da, özünü çarəsiz hiss etdiyindən ər evini tərk etmək qərarına gəlmişdir. Boşanmaq üçün Səbail rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə uşaqlar onun himayəsinə verilmişdir. 07 may 2021-ci il tarixdə saat 11 radələrində Sabunçu rayon İcra şöbəsinin əməkdaşları onunla əlaqə saxlamış və uşaqları təhvil almaq üçün İlqar Ağayevin yaşadığı ünvana getdiklərini bildirmişlər. O da, anası Mətanət və əmisi İlqarla birlikdə həmin ünvana getmişlər. İcraçılar ona uşaqları götürərək evdən çıxmağı tələb etmiş, o da, uşaqları götürüb evdən çıxmaq istəmişdir. Bu zaman uşaqlar ağlamış və qaynatası Təqsirləndirilən şəxs uşaqları onun əlindən almışdır. İcraçılar bir daha Şahindən uşaqların verilməsini tələb etdikdə, o, uşaqları götürərək evi tərk etmişdir. Onlar əmisi İlqarın idarə etdiyi avtomobilə çatdıqda, Təqsirləndirilən şəxs onların arxasınca gələrək uşaqları qucağından yerə qoyaraq sakitləşdirməyi tələb etmişdir. O, qucağındakı oğlu Məhəmmədi yerə qoymuş, bu zaman Şahin onun arxasına keçərək bıçaqla ona zərbə endirmək istədikdə, o, sol əlini qaldırmış və bıçaq havada olarkən sol əlinin iç hissəsini cızmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun döş qəfəsindən bıçaqla zərbə endirmiş və yenidən bıçaqla zərbə endirdikdə, anası Mətanət sağ qolunu bıçağın qarşısına ataraq bıçağın ona dəyməsinin qarşısını almış və nəticədə anası sağ qolundan xəsarət almışdır. O isə, yerə yıxılmış və əmisi İlqar qonşuların köməkliyi ilə Şahini oradan uzaqlaşdırmışdır. Bundan sonra anası ona köməklik göstərmiş və onlar əmisi İlqarın idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs sərbəst ifadə verdikdən sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilkin olaraq onunla üzbəüz dayanmış və Şahin ani olaraq onun arxasına keçdikdə, anası ona Şahinin əlində bıçaq olduğunu bildirmişdir. Bu zaman o, üzünü tutaraq Şahindən yayınmaq istədikdə, qaynatası onun döş qəfəsindən bıçaqla zərbə endirmişdir. Bundan sonra Şahin yenidən ona bıçaqla zərbə endirdikdə, anası sağ qolunu bıçağın qarşısına ataraq bıçağın ona dəyməsinin qarşısını almışdır. Bütün bunlar anasının və azyaşlı uşaqlarının gözləri qarşısında baş vermiş, o, yerə yıxıldıqdan sonra əmisi İlqar qonşuların köməkliyi ilə Şahini oradan uzaqlaşdırmışdır. Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirsə də, məhkəmə baxışının sonunda notarial qaydada təsdiq olunmuş 13.10.2021-ci il tarixli ərizəsini məhkəməyə təqdim edərək, ona vurulmuş 5000 manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, bununla əlaqədar təqsirləndirilən şəxsə qarşı şikayəti, iddiası və tələbi olmadığını, aralarında barışıq olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilən Şahid11 ifadəsində göstərdi ki, 2015-ci ildə qızı X13 ailə həyatı qurmuş və onların Məhəmməd və Mehman adlı 2 uşaqları olmuşdur. Qızı və kürəkəninin münasibəti normal olsa da, X16lə münasibəti psi olmuşdur. Belə ki, Vüsal Ağayev qızına qarşı qeyri-etik ifadələr işlətmiş və qızından xoşu gəldiyini bildirmişdir. Sona isə X18in bu məsələyə biganə yanaşdığını görüb çarəsiz evi tərk etmiş və boşanmaq üçün Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərarı ilə uşaqlar Sonanın himayəsinə verilmişdir. 07 may 2021-ci il tarixdə saat 11 radələrində Sabunçu rayon İcra şöbəsinin əməkdaşları qızı ilə əlaqə saxlamış və uşaqları təhvil alımaq üçün İlqar Ağayevin yaşadığı ünvana gəlmələrini bildirmişlər. O, qızı Sona və qaynı İlqarla birlikdə həmin ünvana getmişlər. Onlar icraçılarla birlikdə evə daxil olmuş, icraçılar Sonaya uşaqları götürüb evdən çıxmağı tələb etmişlər. Sona uşaqları götürərək evdən çıxan zaman onlar ağlamış, Təqsirləndirilən şəxs uşaqları qızının əlindən almaq istəmişdir. İcraçılar bir daha Təqsirləndirilən şəxs uşaqları qızı Sonaya verilməsini tələb etmiş, onlar uşaqları götürərək evi tərk etmişlər. Qaynı İlqarın idarə etdiyi avtomobilə çatdıqda Təqsirləndirilən şəxs onların arxasınca gələrək uşaqları yerə qoymağı tələb etmişdir. Sona qucağındakı oğlu Məhəmmədi yerə qoyduqda, Şahin Sonanın arxasına keçərək qızının döş qəfəsindən bıçaqla zərbə endirmişdir. Bundan sonra Şahin yenidən Sonaya bıçaqla zərbə vurduqda, o, sağ qolunu bıçağın qarşısına ataraq bıçağın qızına dəyməsinin qarşısını almış və nəticədə o, sağ qolundan xəsarət almışdır. Sona ilə Şahin yerə yıxılmış və Şahin yerdə olarkən qaynı İlqar qonşuların köməkliyi ilə Şahini qızından uzaqlaşdırmışdır. Bundan sonra o, qızı Sonaya köməklik edərək qaynı İlqarın idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Mehdi oğlu ifadəsində göstərdi ki, 2015-ci ildə qardaşı qızı X13 ailə həyatı qurmuş və həmin evlilikdən onların iki uşaqları olmuşdur. Sonra onların arasında münasibətlər pisləşdiyinə görə Sona boşanmaq üçün məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə uşaqlar Zərərçəkmiş şəxs himayəsinə verilmişdir. 07 may 2021-ci il tarixdə saat 11 radələrində Sabunçu rayon İcra şöbəsinin əməkdaşlarının təklifi ilə Sona uşaqları götürmək üçün qaynatasıgilin evinə getməli olmuş, o da, qardaşının xahişi ilə Sona və anası Mətanətlə birlikdə həmin ünvana getmişlər. Onlar icraçılarla evə daxil olmuş, icraçılar Sonaya uşaqları götürərək evdən çıxmağı tələb etmişlər. Sona uşaqları götürüb evdən evdən çıxan zaman uşaqlar ağlamış və Təqsirləndirilən şəxs uşaqları vermək istəməmişdir. İcraçılar bir daha Təqsirləndirilən şəxs uşaqları Sonaya verilməsini tələb etmiş, Sona və Mətanət uşaqları götürüb evi tərk etmişlər. Şahin də onların arxasınca getmişdir. O isə, icra əməkdaşları ilə bir qədər söhbət etmiş, evdən çıxdıqda Sona ilə Mətanətin yerdə uzandığını görmüşdür. Bu zaman Şahinin əlində bıçaqla dayandığını görmüş, qaçaraq Şahinin biləyindən tutmuşdur. Adını bilmədiyi icra məmuru isə Şahini oradan uzaqlaşdırmışdır. Bundan sonra o, Sonaya köməklik edərək idarə etdiyi avtomobillə oradan getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2015-ci ildə qardaşı X17 Ağayeva ilə ailə həyatı qurmuş və həmin evlilikdən iki uşaqları doğulmuşdur. Evlilikdən sonra onlar arasında münasibətlər normal olmuşdur. Sonradan qardaşı Vüsal ilə Zərərçəkmiş şəxs arasında münasibətlər normal olmadığından, Sona evdən çıxaraq 2 gün ərzində onlara məlum olmayan yerə getmiş və sonradan atasının yaşadığı evə gələrək onlarla yaşamaqdan imtina etmişdir. Bundan sonra Sonanın boşanma üçün Səbail rayon Məhkəməsinə müraciət etdiyini öyrənmişlər. 2021-ci ilin aprel ayının sonlarında uşaqların anası Zərərçəkmiş şəxs himayəsində qalması barəsində məhkəmə tərəfindən qətnamə qəbul olunmuşdur. 07 may 2021-ci il tarixdə səhər Sabunçu rayon İcra şöbəsinin əməkdaşları yaşadıqları evə gələrək məhkəmə qətnaməsi əsasında uşağın onlardan alınaraq anası Zərərçəkmiş şəxs veriləcəyini bildirmişlər. Onlar həmin əməkdaşlara uşaqlara onlar tərəfindən qayğı göstərildiyini, anasının isə evə gəlmədiyi təqdirdə hansı səbəbə görə uşaqların anaya verildiyini soruşmuşlar. İcra şöbəsinin əməkdaşları məhkəmə tərəfindən qətnamə qəbul olunduğunu və həmin qətnamənin icrasının məcburi olduğunu bildirmişlər. Bundan sonra Sona, Sonanın əmisi İlqar, anası Mətanət evə daxil olmuşlar. X14 evdən birdəfəlik getməsinin səbəbini soruşmuş, Sona isə Vüsalla münasibətinin pis olmasına görə evdən getmək qərarına gəldiyini bildirmişdir. Bundan sonra Sona uşaqları götürərək evdən çıxmaq istədikdə uşaqlar ağlamış və atası Şahin Sonaya bu cür hərəkətlərə yol verməməsini, uşaqların 1-2 günə özünün gətirəcəyini bildirmişdir. Sona və anası Mətanət isə əhəmiyyət verməyərək uşaqları götürərək evdən çıxmışlar. Sona evdən çıxarkən “bunun özü də oğraşdı, uşaqları da oğraşdı” deyə atası Şahinin ünvanına təhqiredici ifadələr işlətmişdir. Sona və Mətanət evdən çölə çıxdıqdan sonra atası Şahin Sona ilə Mətanətin arxasınca getmişdir. Az müddətdən çöldən səs-küy eşitmiş və atasının Sonanı bıçaqla vurduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid6 və Şahid7 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs və ailəsi ilə qonşuluqda yaşayır. 07 may 2021-ci il tarixdə səhər məhəllədə olarkən iki nəfər İcra şöbəsinin əməkdaşları Şahinin yaşadığı evə daxil olmuşlar. Təxminən 10 dəqiqə sonra Şahinin gəlini Sona, anası Mətanət və İlqar adlı şəxs də gələrək Şahinin yaşadığı evə qalxmışlar. Az müddət sonra Sona və Mətanət hərəsinin əlində bir uşaqla çölə çıxmışlar. Onların dalınca Şahin də çölə çıxmış və Sonaya yaxınlaşaraq Sonanın qucağındakı uşaqla sağollaşmaq istəmişdir. Sona isə buna imkan verməmiş, qucağındakı uşaq ağlayıb babası Şahinə anası ilə getmək istəmədiyini demişdir. Sona uşağı əlindən yerə qoyduqda, Şahin Sonanı arxadan boğazını tutub sinəsinə bir bıçaq zərbəsi endirmiş və Sonanı özündən kənara itələmişdir. Sona yerə yıxılmış, o da, hadisənin qarşısını almaq üçün Şahini yerə yıxmış və Sonanı yerdən ayağa qaldırmışdır. Bundan sonra Hüseyn oraya gələrək Şahini hadisə yerindən uzaqlaşdırmışdır. Bundan sonra Sona və anası avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 və Şahid10 Təqsirləndirilən şəxs və ailəsi ilə qonşu olduqlarını bildirərək, Şahid8 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə ilasında şahid - Sabunçu rayon İcra şöbəsinin əməkdaşı Şahid2 Məmmmədəli oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, Səbail rayon Məhkəməsinin qərardadı üzrə icra vərəqəsi əsasında Zərərçəkmiş şəxs iki azyaşlı uşağının Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, ev 32, mənzil 11 ünvanında yerləşən fərdi yaşayış evindən götürüb uşağın anasına verilməsi üçün iş yoldaşı Şahid3 ilə birlikdə 07.05.2021-ci il tarixdə saat 10 radələrində qeyd edilən ünvana getmişlər. Onlar həmin evə daxil olaraq ev sahibi Təqsirləndirilən şəxs ilə bir qədər profilaktik söhbətlər aparmış və hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra uşaqların anası Zərərçəkmiş şəxs və onun anası Şahid11 uşaqların təhvil verilməsi üçün evə çağırmışlar. Sona və Mətanət evə daxil olmuş və bir qədər ailədaxili söhbətlər etdikdən sonra mübahisə yaranmaması üçün Zərərçəkmiş şəxs uşaqları götürüb getməsini bildirmişdir. Sona uşaqları götürüb evdən çıxmış və təxminən 1-2 dəqiqə sonra evə qayıtmışdır. Sona evə qayıdaraq Təqsirləndirilən şəxs “sən də oğraşsan, uşaqların da oğraşdı” deyə bildirmiş və bundan sonra hər iki tərəf arasında mübahisə yaranmışdır. Uşaqlar isə ağladığından Təqsirləndirilən şəxs uşaqları daha sonra özünün təhvil verəcəyini bildirmişdir. Sona və anası Mətanət uşaqları götürərək çölə çıxmış və o da, Rəşadla birlikdə akt yazmışlar. Az müddət sonra çöldən səs-küy eşidilmiş və Təqsirləndirilən şəxs evə gətirmişlər. Şahinin anası Qumru adlı şəxs ağladığından onlar nə baş verdiyini soruşmuş və Təqsirləndirilən şəxs Sonanın onu təhqir etdiyi üçün bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra onlar ərazi üzrə 15-ci Polis Bölməsinə məlumat vermişlər. Şahid2 istintaqa verdiyi ifadəsinə görə, onunla Rəşad evdə akt tərtib etdikləri üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmağının şahidi olmamışdır. O, Rəşadla birlikdə akt tərtib edərkən Şahid7 onlarla söhbət etmişdir. Daha sonra Qumru adlı yaşlı qadın qışqırdıqdan sonra Şahinlə birlikdə evə qayıtmışdır (cild 1, iş vərəqi 91-93). Məhkəmə iclasında şahid - Sabunçu rayon İcra şöbəsinin əməkdaşı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 88-90). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 avqust 2020-ci il tarixli üzləşdirmə protokoluna əsasən, istintaq hərəkəti zamanı iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı istintaqa verdiyi sərbəst ifadəsini təsdiq edərək onu ifşa etmişdir (cild 1, iş vərəqi 178-180). İbtidai istintaq zamanı 08 may 2021-ci il tarixdə Şahid11 ilə Təqsirləndirilən şəxs arasında da üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı da Şahid11 sərbəst ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişdir (cild 1, iş vərəqi 43-45). Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 17 may 2021-ci il tairxli 622 №-li rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının ön səthinin sağ döş boşluğuna nüfuz edərək sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna hava və qan yığılmasına) və sağ ağ ciyərin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin 2 ədəd səthi kəsilmiş yarası, sol dirsək və sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlərin törənmə müddəti qərarda göstərilən 07.05.2021-ci il tarixə uyğun gəlir. Xəsarətlərdən döş qəfəsinin sağ yarısının ön səthinin sağ döş boşluğuna nüfuz edərək sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna hava və qan yığılmasına) və sağ ağ ciyərin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər, sol əlin 2 ədəd səthi kəsilmiş yarası kəsici alətin təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin kəsici kənarının təsirindən törənə bilər, sol dirsək və sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları isə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. Dərəcəsinə görə, döş qəfəsinin sağ yarısının ön səthinin sağ döş boşluğuna nüfuz edərək sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna hava və qan yığılmasına) və sağ ağ ciyərin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sol əlin 2 ədəd səthi kəsilmiş yarası, sol dirsək və sol aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 147-150). Məhkəmə-trasoioji ekspertizasının 30 iyun 2021-ci il tarixli 3/1061 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (cild 1, iş vərəqi 154-156). Ambulator-məhkəmə psixiatrik ekspertizasının 30 iyul 2021-ci il tarixli 1646 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs cinayət əməli törədən zaman öz hərəkətlərinin mənasını, faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqla hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 168-169). İbtidai istintaq orqanının 03 avqust 2021-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 157). Cinayət işində olan 16 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 145-146). Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eyni zamanda cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Sabunçu RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçaq məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş iş üzrə maddi sübut olan 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfatməişət təyinatlı mətbəx bıçaq məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 74 (yetmiş dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar