Məhkəmə qərarları › İş №1(101)-1840/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1840/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1840/2022 09.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X6 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X3, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 22 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Ramazanzadə küçəsi ev 11 qeydiyyatda olmaqla həmin üvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1.866 qram kustar üsulla hazııianmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşlan tərəfındən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyun 2022-ci il tarixdə saat 10:30-da ünvan 1 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 2 ünvanmda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan köynəyin sağ döş cibindən 02 ədəd bükümdə ayr-ayrılıqda təmiz çəkiləri 0.985 qram və 0,881 qram olmaqla. ümumi təmiz çəkisi 1,866 qram qəhvəyi rəngli ımadda kütlələri, öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə hcroın aşkar cdilərək götürülmüş və əməliyyat-axtarış tərbirlrinin davamı olaraq, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Ramazanzadə küçosi 11 ünvanında yerləşən evin həyətyanı sahəsinə baxış zamanı dibçəklərdə aqrotexniki qaydada qulluq göstərilmiş, ümumi sayı 32 (otuz iki) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 1180 qram (1 kq 180 qr) olan bitki nümunələri. əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkilərinin toxumlarını bir neçə müddət əvvəl tanımadığı şəxsdən əldə etmişdir. Tutulmamışdan 2 ay əvvəl yaşadığı evin həyətyanı sahəsində şəxsi istifadəsi üçün narkotik vasitə tərkibli kollar əkib-becərmişdir. 11 iyun 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evə polis əməkdaşları gələrək xidməti vəsiqələrini ona göstərib Suraxanı RPİ-nin əməkdaşları olduqlarını ona bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində onun şübhəli olduğunu bildirərək onu Polis bölməsinə dəvət etmişlər və o, polislərlə birlikdə Polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət olunmuş və həmin otaqda onun üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılmışdır. Əynindəki köynəyinin sağ döş cibindən bir ədəd «Nokia» markalı mobil telefon və bir ədəd ağ rəngli salfeti çıxarıb təqdim etmiş. Təqdim etdiyi 02 (iki) ədəd şəffaf sellofan kəsiyinin arasında «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı amma adını və ünvanını bilmədiyi şəxsdən 20 manata öz tələbatı üçün aldığını bidirmişdir. Bundan sonra yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olubolmadığı soruşuldu və etirazı olmadığını bildirmiş, müdafiəçisinin və dəvət edilmiş aqronomun iştirakı ilə yaşadığı evə videoçəkilişlə baxış keçirilmişdir.Baxış keçirilən zaman polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətində bir müddət əvvəl onun əkib becərdiyi 32 ədəd narkotik tərkibli kollar aşkar edilib götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o, həmin protokolla razı olaraq protokolu imzalamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, özünün və uşağının xəstə olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 iyun 2022-ci il tarixdə Bakı şohori Suraxanı RPİ-nə ünvan 6 ünvanda qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlayıb daşıması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı barədə dərhal polis idarəsinin rəhbərliyinə məruzə edib əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Polis idarəsinin rəisinin əmri ilə onun rəhbərliyi ilə ondan və Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 İmanqulu oğlundan ibarət əmliyyat qrupu yaradılmış. Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 11 iyun 2022-ci il tarixdə saat 10:30-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Ramazanzadə küçəsi, 11 nömrəli evin qarşısında olduğunu müəyyən edərək orada ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayıb daşımaqda şübhəli olduğunu bildirib Bakı şəhəri Suraxanı RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş və videoçəkiliş apanlmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynindəki köynəyinin sağ döş cibindən bir ədəd «Nokia» markalı mobil telefo və bir ədəd ağ rəngli salfeti çıxarıb təqdim etmişdir. Salfet açıldıqda arasında iki ədəd şəffaf sellofan kəsiyi bükümləri, sellofan bükümləri açıldıqda isə narkotik vasitə olan heroinə oxşar kütəlin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) ədəd şəffaf sellofan kəsiyinin arasında «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində üzdən tanıdığı, amma adını və ünvanını bilmədiyi şəxsdən 20 manata öz tələbatı üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Suraxam rayotıu, Əmircan qəsəbəsi, M.Ramazanzadə küçəsi, 11 nömrəli evin həyətində dibçəklərdə narkotik tərkibli çətənə bitkiləri əkib, quluq edib becərdiyini bildirmiş, X1 Suraxanı rayon Yaşıllıq Sahəsinin rəisi X2 mütəxəssis qismində dəvət olunaraq Təqsirləndirilən şəxs razılığı ilə özünün, müdafiəçisinin və dəvət olunmuş mütəxxəsis Bəylər Qurbanovun iştirakı ilə yaşadığı evə və həmin evin yardımçı binalanna videoçəkiliş apanlmaqla baxış keçirilmişdir. Baxış keçirilən zamaıı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən həyətdəki dibçəklərdə əkilib qulluq edilməklə becərilmiş narkotik tərkibli çətənə bitkilərini göstərib təqdim etmiş, həmin narkotik tərkibli bitkiləri özü sonradan yığıb istifadə etməsi üçün əkib becərdiyini bildirmişdir. Təqdim olunun narkotik tərkibli 32 (otuz iki) ədəd bitkilər və dibçəklərdən çıxarılaraq zərfə qablaşdırılmış, zərf möhürlənmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən 32 (otuz iki) ədəd narkotik tərkibli çətənə bitkilərənə oxşar bitkilərin aşkar elib götürülməsi barədə protokol tərtib olunmuş, protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin əməliyyat müvəkkili Şahid2 İmanqulu oğlu qeyd olunan əməliyyat tədbirinin keçirilməsində qrup üzvü kimi iştirak etdiyini bildirərək, Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2022-ci il tarixli raportdan görünür ki, “Təqsirləndirilən şəxs” adlı şəxsin yaşadığı ünvan 8 ünvanında narkotik vsaitələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur(cild 01, iş vərəqə 3) Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 27). “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ci il tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suat Həmzəyev tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynnindəki köynəyinin sağ döş cibindən bir ədəd «Nokia» markalı mobil telefonu və bir ədəd ağ rəngli salfeti çıxarıb təqdim edir. Salfet açıldıqda məlum olur ki, salfetin arasında iki ədəd şəffaf sellofan kəsiyi bükümləri vardır. Sellofan kəsiyi bükümləri açıldıqda isə arasında narkotik vasitə olan heroinə oxşar kütlənin olduğu məlum olur. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) ədəd şəffaf sellofan kəsiyinin arasında «kakos» kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qosəbəsində üzdən tanıdığı, amma adını və ünvanını bilmədiyi şəxsdən 20 manata öz tələbatı üçün aldığını bildirmişdir (cild 01, iş vər. 32-34). İşdə olan Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Suad Həmzəyevə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı Suad Həmzəyevə müraciət edərək polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 11 ünvanında olan mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir (cild 01, iş vər. 40). “Həyətyanı sahəyə və mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhori, Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyev tərəfindən tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Ramazanlı küçəsi, 11 nömrəli evinə və həmin evin yardımçı binasına baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Ramazanlı küçəsi, 11 nömrəli evə və həmin evin yardımçı binalarına baxış keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə və həmin evin yardımçı binalarında əldə edilib saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olaraq evin həyətindəki dibçəklərdə əkilmiş bitkiləri təqdim edərək bildirdi ki, təqdim etdiyi bitkilər narkotik tərkibli çətənə bitkiləridir və həmin çətənə bitkilərini o, özü əkib qulluq edərək becərmişdir (cild 01, iş vər. 44-46). Məhkəmə-biloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7/615 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdım olunmuş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş..» sözləri yazılmış qırmızı rəngli polietilen bağlamada ümumi say 32 (otuz iki) ədəd yaş vəziyyətdə, ümumi çəkisi 1180 qram (bir kq yüz səksən qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bikiləridir. Təqdim olunmuş aqranom rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 01, iş vər. 57-60). Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/3297 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində AR «DİN»Zərflər üçün JN«45» möhür əksi və «Vət. Təqsirləndirilən şəxs üzərində ıı...» və s, yazılar, yazılar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,985 qram 0,881 qram ümumi təmiz çəkiləri 1,866 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyıın tarixli Azorbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 1,866 qram, tədqiqatan sərf edilmişdir 0,1 qram, qalıq qram (cild 01, iş vər. 62-66). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 iyun 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 01, iş vər. 82-83). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-358/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində əvvəli 13 iyun 2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 103-108). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnfromasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01,iş vər. 122). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X5-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2022-ci il tarixli 4999 nömrəli rəyində göstərilmişdir ki. müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlorin qəbulu nəticəsində yaranan ashlıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 134-135). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Göründüyü kimi həmin siyahıda narkotik vasitə marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı – 5 qram, külli miqdarı isə 500 qramdan artıq olması nəzərdə tutulmuşdur. Bundan başqa qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (İİİ siyahı) miqdarları çətənə növlü bitkilər 3-15 ədəd olmaqla xeyli miqdar kimi, 16 ədəd və daha artığı külli miqdar hesab olunur. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış aparılması haqqında” 11 iyun 2022-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntü və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək kultivasiya etməsinin satış məqsədi ilə deyil, gələcəkdə həmin bitkiləri ağrılarını kəsmək üçün şəxsi istifadə etməsi məqsədilə kultivasiya etdiyi barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan çətənə bitkilərinin toxumlarını yaşadığı ünvan 12 ünvanın həyətyanı sahəsində əkdiyi andan artıq cinayət əməli başa çatmışdır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Belə ki, Hikmət Əlizadə qeyd olunan toxumları əkdikdən sonra müntəzəm olaraq suvarmaqla və ətrafındakı digər yabanı otlardan təmizləməklə qulluq etmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəsini alanadək «həbs» qətimkan tədbiri ilə əvəz olunmalı və Təqsirləndirilən şəxsməhkəmə iclas zalında həbs olunmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-358/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində əvvəli 13 iyun 2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 103-108). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib peşman olmasını və ağır xəstə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 11 iyun 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: AR DİN Suraxanı RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ümumi sayı 32 (otuz iki) ədəd, ümumi çəkisi 1180 qram (bir kq yiiz soksən qram) olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bikiləri və iimumi təmiz çəkisi 1,866 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış. ckspertiza tədqiqatmdan sonra qalıq çəkisi qram narkotik vasitə hcroin və ümumi sayı 32 (otuz iki) ədəd, ümumi çəkisi 1180 qram (bir kq yüz səksən qram) olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun yaşadığı evin həyətyanı sahəsinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 199 (yüz doxsan doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı ) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: AR DİN Suraxanı RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ümumi sayı 32 (otuz iki) ədəd, ümumi çəkisi 1180 qram (bir kq yiiz soksən qram) olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bikiləri və iimumi təmiz çəkisi 1,866 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış. ckspertiza tədqiqatmdan sonra qalıq çəkisi qram narkotik vasitə hcroin və ümumi sayı 32 (otuz iki) ədəd, ümumi çəkisi 1180 qram (bir kq yüz səksən qram) olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun yaşadığı evin həyətyanı sahəsinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 199 (yüz doxsan doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar