Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1841/2023 15.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, ev 60-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə naməlum şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2023cü il tarixdə saat 11 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncundan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,703 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan mefamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 17:45-də Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsindəyaşadığı evin yaxınlığında saxlanılıb oradan ünvan 1 ünvanda yerləşən 43-cü Polis Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibində bir bükümdə təmiz çəkisi 5,703 qram olan külli miqdarda ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir, narkotik vasitələri tanımadığı şəxslərdən əldə edir. O, qəbristanlıqda fəhlə olaraq işləyir. O, qəbristanlıqda fəhlə kimi işləyərək az miqdarda pul qazanır. Ailəlidir, 2 övladı var. Qazandığı pulla həm ailəsini, həm də narkotik vasitəni birtəhər çatdırırmış. 28 mart 2023-cü il tarixdə üzərində narkotik vasitə var imiş. Təqribən saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, yaşadığı evin yaxınlığında olan zaman ona özlərini polis kimi təqdim edən şəxslər yaxınlaşıb, xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları bildirmişlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Bundan sonra Binəqədi RPİ-nin 43-cü PB-nə aparılmış və orada videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı o əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd büküm və telefonu çıxarıb masanın üzərinə qoymuşdur. O, bildirmişdir ki, üzərində aşkar olunan bükümün içindəki narkotik vasitədir. Telefonunda narkotik vasitəni şəxsi istifadə etməyi ilə bağlı danışıqlar olmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, o yalnız narkotik vasitələrin istifadəçisidir. Ona qarşı fiziki təzyiq olmamışdır. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitəni tanımadığı şəxsdən alırmış. O, hərdənbir narkotik vasitədən istifadə edir. O, narkotik vasitə olan patıdan həftədə iki gündən bir istifadə edir. O, tutulanadək ***- ***-**-** nömrəli telefon nömrəsindən istifadə edirmiş. Həmin telefon nömrəsində olan danışıqlarının məzmunu göyərçin satışı ilə məşğul olduğundan bununla bağlı danışıqlar, həmçinin kimdənsə şəxsi istifadəsi üçün narkotik vasitə istəməyi lə bağlı danışıqlar ola bilər. Quşbazlıqla məşğul olur. Həyətində 100-ə yaxın göyərçin var və o həmin göyərçinləri saxlayır. Telefonda narkotik vasitə ilə bağlı sətiraltı danışıq və ya yazı, kiməsə narkotik vasitə satmağı ilə bağlı danışıq olmamışdır. O, kimdənsə narkotik vasitə istəyə bilər, lakin kiməsə narkotik vasitə satmaq və ya təklif etmək kimi danışığı olmamış, heç kimlə də narkotik vasitə ilə bağlı oturub-durmamışdır. Narkotik vasitədən işiylə bağlı istifadə edirmiş. İşləyən zaman həmin narkotik vasitə ona güc verirmiş. Axır vaxtlar o narkotik vasitədən asılılığını hiss edirmiş. O, narkotik vasitədən asılılığına görə pis vəziyyətə düşməmiş, belə hal baş verməmişdir. Onda cəmi 5 qram narkotik vasitə aşkar olunmuşdur. O AR CM-nin 234.4.3 maddəsi ilə ittiham olunma səbəbini bilmir. Onun üzərində telefon aşkar olunmuş, lakin həmin telefonda narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə heç bir danışıq yoxdur. Hətta o AR CM-nin 234.4.3 maddəsi ilə ittiham olunmağına razı olmadığını deyib sənədlərə imza çəkməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 43-cü PB-də əməliyyat müvəkkili vəzifəsində baş leytenant rütbəsində xidmət göstərir. 28 mart 2023-cü il tarixdə ona Məmməd Zülfüqar oğlunun narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, 28 mart 2023-cü il tarixdə o və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 da daxil edilməklə əməliyyat qrupu yaradılmışdır. 28 mart 2023-cü il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, yaşadığı evin yaxınlığında olarkən «Məmməd» adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi və istifadə etməsində şübhəli olduğunu deyərək onu 43-cü Polis bölməsinə dəvət etmişlər. Binəqədi RPİ-nin 43-cü PB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə əynində olan qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd büküm və şalvarın sol cibindən özünə məxsus olan 1 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs həmin bükümdə psixotrop maddə olan “metamfetamin” olduğunu, həmin psixotrop maddəni 28 mart 2023-cü il tarixdə saat 11 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Lakin, əməliyyat məlumatı onlara təqsirləndirilən şəxsin psixotrop maddələrin satışı ilə də məşğul olması barədə daxil olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması dedikdə yəni şəxsin həmin maddələri üzərində gəzdirməsi, başqa şəxslərə verməsi başa düşülür. Təqsirləndirilən şəxs şalvarının sol cibində telefon və sağ cibində 01 ədəd büküm var imiş. Təqsirləndirilən şəxs heç bir fiziki təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Tural Əsgəroun 28 mart 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 4-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 28 mart 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 29-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 32-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə sonuncuya üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm və həmin cins şalvarın sol yan cibindən özünə məxsus olan 1 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm açılaraq içərisinə baxılan zaman, Təqsirləndirilən şəxs həmin bükülünün içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş və o, həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunaraq götürülmüş büküm və bir ədəd mobil telefon boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 39-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2023-cü il tarixli, 6/1785 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “...3) Təqsirləndirilən şəxs imza....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi - 5,703 qram olan ağ rəngli kristalşəkiili maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in İ siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 73-74-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 mart 2023-cü il tarixli DVD-R disküzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm və həmin cins şalvarın sol yan cibindən özünə məxsus olan 1 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Sonra üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmur. Aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm açılaraq içərisinə baxılan zaman, Təqsirləndirilən şəxs həmin bükülünün içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmiş və həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra büküm və mobil telefon boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Cinayət işinin 106-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 iyun 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş, sonuncuya məxsus 1 ədəd «Samsung» markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 121-129-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 iyul 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus sim-kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və həmin nömrədən çıxan zəng, SMS məlumatlarını özündə əks etdirən bir ədəd “CD” diskə baxış keçirilən zaman aşağıdakılar müəyyən edilmişdir; ***-***-**-** mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs Züifüqar oğluna məxsus olması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs Züifüqar oğlunun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda xx-xx-2023-cü ildə saat 20:45:59-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Yaxci qaqaw bidenede daş qoyacam sende olacag 25 man sebirli ol gelirem” məzmunlu; xx-xx-2023-cü ildə saat 14:45:12-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə “Daş işi Var” məzmunlu; xx-xx-2022-ci ildə Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Ceka 4 dənə Əfqanka var istirsən” məzmunlu; xx-xx-2023-cü ildə saat 18:38:27-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Yadu 4 dinide qara ele” məzmunlu; xx-xx-2023-cü ildə saat 16:09:29-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Yadu falqada ketrde qerdeşimsen” məzmunlu; xx-xx-2023-cü ildə saat 09:25:10-da Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Kör falqada zada olsa birtike könderde sen kelince başimi qatim” məzmunlu; xx-xx-2023-cü ildə saat 09:27:11-də Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “He bildim simen olsa özum vererem ama kim var hele Allah haqi ele adam yoxdu sen temani daqidmada vereriy duzeler da 50 yox biraz az axdarariqda” məzmunlu mesajlar daxil olmuşdur. Cinayət işinin 108-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən daxil olmuş 04 iyul 2023-cü il tarixli, 060-4225- 1223 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Cinayət işinin 144-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 13 iyul 2023-cü il tarixli cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, üzərində həqiqətən psixotrop maddə metamfetamin olduğunu, lakin, həmin metamfetamini öz istifadəsi üçün əldə etdiyini, satış məqsədi olmadığını bildirmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun ifadələrinin təkzib olunduğunu, onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “metamfetamin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 5,703 qram olan psixotrop maddə metamfetamin şəxsi istelak miqdarından 38,02 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun psixotrop maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs üzərində külli miqdarda, yəni təmiz çəkisi 5,703 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan başqa, cinayət işinin 109-110-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 iyun 2023-cü il tarixli 3831 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA Xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan sms mətnləri ilə də sonuncunun, həqiqətən psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərini, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrıayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 87-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 05 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 111-112-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza X3 şəxsinin 17 iyun 2023-cü il tarixli, 1683 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Züifüqar oğlu hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs Züifüqar oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik və ya sair psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs Züifüqar oğlu ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs Züifüqar oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Züifüqar oğlunun Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirilən halları və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs Züifüqar oğlunda narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs Züifüqar oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 28 mart 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 20-ci vərəqəsində olan 28 mart 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 81-85-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 4(001)-307/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış, 5,563 qram psixotrop maddə metamfetamin məhv edilməli, 02 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuº ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs Züifüqar oğluna məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Züifüqar oğluna qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış, 5,563 qram psixotrop maddə metamfetamin məhv edilsin. 02 ədəd diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1841/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1841/2023
15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver