Məhkəmə qərarları › İş №1(101)-1842/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1842/2021

25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1842/2021 25.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Yusif Alllahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etmişdir. Belə ki, o, ayrı yaşamalarına baxmayaraq keçmiş arvadı Zərərçəkmiş şəxs ilə münasibətlərinin yenidən bərpa olunmasına və barışmalarına təkidlə cəhd etsə də Zərərçəkmiş şəxs onunla birgə yaşamaqdan imtina etdiyindən sonuncunun başqa kişilərlə münasibətdə olub məhz bu səbəbdən də onunla nəzakətsiz davrandığını ehtimal edib ona xəyanət etməsindən şübhələnərək, şəxsi münasibətlərinin pozulması zəminində Zərərçəkmiş şəxs qısqanclıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, alkoqol sərxoşluğu vəziyyətində cinayətkar niyyətini həyata keçirməkdən ötrü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bıçağı qabaqcadan əldə edib 01.07.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gələrək, aralarında baş vermiş növbəti mübahisədən sonra sol cibində gizlədib saxladığı bıçağı çıxarıb 2018-ci il təvəllüdlü azyaşlı oğlu X1 gözləri qarşısında ona xüsusi əzab verdiyini dərk edərək müstəsna dərəcədə qəddarlıq, rəhmsizlik göstərib, Zərərçəkmiş şəxs işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə, yəni xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə sonuncunun bədən səthinə əlindəki bıçaqla ardıcıl çoxsaylı zərbələr vuraraq ona sol bud nahiyəsinə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmaya aid iki ədəd, qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın və uşaqlığın yaralanmasına səbəb olan ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa ağır zərərvurmaya aid iki ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət edilən ümumilikdə 4 ədəd bədən xəsarətləri yetirmiş, bu zaman oğlu Abdulla Məmmədovun aralarına girməsi səbəbindən növbəti zərbələri yetirə bilməyib, habelə Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən öləcəyini zənn edərək hadisə yerini tərk etdiyindən, habelə sonuncunun ailə üzvləri tərəfindən vaxtında Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özün təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahından 2 övladları dünyaya gəlmişdir. Özü uzun müddət Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində məişət tullantılarını yığan fəhlə kimi işləmişdir. Hadisədən 6-7 ay əvvəl Zərərçəkmiş şəxs qeyri-rəsmi ayrılmışdır. Lalə övladları ilə birlikdə onunla eyni həyətdə qonşuluqda yaşamış, özü isə yaxınlıqda yaşayan anasının yanına köçmüşdür. Arvadı Lalə tez-tez qonşuları Nəcibənin evinə getmiş, narkotik vasitələr qəbul etmiş və müxtəlif kişilərlə ona xəyanət etmişdir. Arvadı Lalə düzgün yolda olmadığı üçün o, Lalədən ayrılmışdır. 30 iyun 2021-ci il tarixdə axşam saat 22 radələrində evdə olduğu zaman yan evdə yaşayan Lalənin evindən yad kişi səsi eşitmiş, bərk qəzəblənərək evin pəncərəsini döymüşdür. Lakin nə qədər döysə də Lalə pəncərəni açmamışdır. Daha sonra Lalə pəncərə arxasından ona demişdir ki, “nə var gəlmisən bura, mən səni çağırmışam? görmək istəmirəm səni”. Həmin an anlamışdır ki, evdə yad kişi var və Lalə onu bu səbəbdən evə buraxmır. Lalənin bu hərəkətlərinə əsəbləşib qərara gəlmişdir ki, Laləni öldürsün. Bu səbəblə evdəki qara qulplu çörək bıçağını götürüb həyətdəki hamamda gizlətmişdir. 01 iyul 2021-ci il tarixdə işdən qayıtdıqdan sonra axşam saat 23 radələrində hamamda gizlətdiyi bıçağı götürüb Lalənin yaşadığı evin qapısını döymüşdür. Lalə qapını açmış və o, həyətə daxil olmuşdur. O, çöl darvazanı bağlamışdır ki, hadisənin şahidi olmasın və evə heç kəs girə bilməsin. Qapını bağladıqdan sonra o, Laləyə sual vermişdir ki “evdə dünən kişi olubmu?”, Lalə isə kişinin olmadığını, anasının olduğunu demişdir. Bu zaman kiçik oğlu Abdulla həyətə çıxmış, o isə oğlu Abdullaya evə girməsini söyləmişdir. Abdulla evə girən zaman evdə qonşuları Ravili görmüşdür. Abdulla evə girdikdən sonra o, arxa sol cibindən bıçağı götürərək Lalənin bədəninə müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Lalə aldığı zərbələrdən yerə yıxılmış və bu zaman kiçik oğlu Abdulla yenidən həyətə çıxmışdır. Lakin Abdullanın bıçaq zərbələrini endirdiyi zaman hadisənin şahidi olub-olmadığını bilməmişdir. Lalə yerə yıxıldıqdan sonra onun öldüyünü düşünüb evi tərk etmişdir. Evi tərk etdikdən sonra öz evində olan hamama keçərək əl-üzünü yuyaraq daha sonra isə oranı tərk etmişdir. Evdən çıxdıqdan sonra evlərinin yaxınlığındaki qəbirstanlığa getmişdir. Orada ona mülki geyimli polis əməkdaşları yaxınlaşaraq polis olduqlarını və polis idarəsinə onlarla birlikdə getməyini söyləmişlər. Lalənin hadisə zamanı hamilə olduğunu bilməmiş, Lalənin hamilə olmasını məsuliyyətə cəlb olunduqdan sonra öyrənmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu ildə Təqsirləndirilən şəxs ailə həyatı qurmuşdur. Onların birgə nikahından 2 övladları dünyaya gəlmişdir. Həbib uzun müddət Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində məişət tullantılarını yığan fəhlə kimi işləmişdir. O özü isə heç yerdə rəsmi olaraq işləməsə də, ara-bir qonşu və qohumların evlərinə xadimə olaraq gedib işləyib çörək pulu qazanıb ailəsini dolandırmışdır. Həbiblə ünvan 3 ünvanda yaşamışlar. Belə ki, həmin ünvanda iki həyət evi yerləşir. Birində o, Həbib və övladları ilə yaşamış, digərində isə Həbibin valideynləri və qardaşı Əli Məmmədov yaşamışdır. Əvvəllər onun Həbiblə münasibəti yaxşı olsa da ailə həyatı qurduqlarından bir müddət sonra ona Həbib spirtli içki aludəçisi olmuş, mütəmadi olaraq spirtli içki qəbul edib evdə dava dalaş salmış, onu təhqirəqamiz ifadələrlə təhqir etmişdir. Lakin bu barədə polis orqanlarına müraciət etməmişdir. 2020-ci ilin əvvəllərində o, Həbibdən artıq ayrılmaq qərarına gəlmiş, bu barədə Həbibin ölən atası Məmmədəli Məmmədova dedikdən sonra atası onların ayrılmağını təklif etmişdir. Həmin söhbətdən sonra Həbib valideynlərinin yaşadığı evə köçmüş, o özü isə övladları ilə evlərində yaşamağa davam etmişdir. 2021-ci ilin aprel ayında onlar rəsmi olaraq boşanmışlar. Boşanmalarına baxmayaraq Həbib mütəmadi olaraq onları narahat edirmiş, içkili halda evə gələrək onu söymüş, əxlaqsız təkliflər etmişdir. O isə övladlarına görə onu bağışlasa da Həbiblə evlilik həyatını bərpa etmək istəmədiyini bildirmişdir. 01.07.2021-ci il tarixdə axşam saat 23 radələrində evdə olduğu zaman evdə kiçik oğlu Abdulla və qonşusu Gülnarın 10 yaşlı oğlu Ravil olmuşdur. Ravil onun övladı Abdulla ilə tez-tez oynayır və vaxt keçirirmiş. Həmin axşam da Ravil onlarda olmuş və gecə Abdulla ilə qalmaq qərarına gəlmişdir. Həmin vaxt evin qapısı döyülmüş, o, qapıya yaxınlaşıb kimin olduğunu soruşduqda Həbib özünü təqdim etmişdir. O, qapını açaraq Həbibi içəriyə həyətə buraxmışdır. Həbib içəriyə girdikdən sonra çöl darvazanı bağlamış, qapını bağladıqdan sonra “Noldu, nə fikirləşdin Lalə, barışmaq istəmirsən?” cümləsini işlədərək ona sual vermişdir. O isə isə Həbibə “Sən bir öz vidfasonuva bax, sərxoş halda aşa-aşa gəlmisən evimə” cavab vermişdir. Bu zaman Həbib ona “100 manat verim, mənimlə bir yerdə olarsan?” deyərək, ona əxlaqsız təklif etmişdir. O da Həbibə “ayıb olsun, mən sənin üçün əxlaqsız pozğun qadınam bəyəm” deyərək cavab vermişdir. Bu zaman həyətə övladı Abdulla çıxmış və Həbib onu öpdükdən sonra evə girməyini, guya onun üçün pampers almağa pul verəcəyini söyləmişdir. Abdulla evə keçdikdən sonra Həbib evin qapısını örtmüş, qapını örtdükdən sonra sol əlini cibinə salaraq sağ əli ilə onun boğazından tutub özünə tərəf fırlatmış, qəflətən sol əlini cibindən çıxardaraq, onun qarın nahiyəsindən bir neçə dəfə zərbə vurmuşdur. O özünü müdafiə etmək üçün həbibi sol ayağı ilə itələmiş, Həbib bunu görüb bıçaqla onun sol ayağına bir neçə dəfə xəsarət yetirmişdir. Bu zaman səs-küyə evdən çıxmış oğlu Abdulla onların arasına girmişdir. O, Abdullanı özündən itələyərək qırağa çəkmək istəmişdir ki, oğluna bıçaq xəsarətləri dəyməsin. Abdullanın onların aralarına girməyi Həbibə yenidən zərbələri endirməyə maneçilik yaratmış və eyni zamanda Həbib artıq vurduğu bıçaq xəsarətlərin onu öldürmək üçün yetəri olduğunu, artıq öldüyünü zənn edib bıçaq zərbələrini dayandıraraq çönüb çıxıb getmişdir. O, bir təhər özündə güc toplayıb qapını kilitləyərək mobil telefon vasitəsi ilə hadisə barədə anasına məlumat vermişdir. Bir müddət sonra isə təcili tibbi yardım gələrək onu 3 saylı ŞKX-na çatdırmışdır. Hadisə zamanı qonşusu Gülnarın 10 yaşlı oğlu Ravil evdə otaqda uzanmışdır, hadisənin şahidi olub-olmaması barədə məlumatı yoxdur. Hadisə vaxtı həyətdə o, Həbib və övladı Abdulladan başqa heç kəs olmamışdır. Həbiblə 2020-ci ilin yanvar ayından ayrıldıqdan sonra xalası oğlu Qardaş Hüseynovla münasibətdə olmuş, həmin münasibətdən hamilə qalmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Lalə Həbiblə 2010-cu ildə ailə qurmuş və uzun müddət ünvan 3 ünvanda yaşamışlar. Belə ki, həmin ünvanda iki həyət evi yerləşir, evin birində Həbib, Lalə və övladları birlikdə yaşamışdır. Digər evdə isə Həbibin valideynləri və qardaşı Əli Məmmədov yaşayır. X5 münasibətləri yaxşı olsa da ailə həyatı qurduqlarından bir müddət sonra Həbibin spirtli içki aludəçisi olması, evdə dava-dalaş salması, Laləyə təhqirəqamiz ifadələr işlətməsi və əxlaqsız təkliflər etməsi onların boşanmasına səbəb olmuş və 2020-ci ilin əvvəllərində onlar ayrılmışlar. Onlar ayrıldıqdan sonra Həbib valideynlərinin yaşadığı evə köçmüş, Lalə isə övladları ilə yan evdə yaşamağa davam etmişlər. 2021-ci ilin aprel ayında onlar rəsmi olaraq boşanmışlar. Onların boşanmasına baxmayaraq Həbib həmişə içkili halda Lalənin yaşadığı evə gedərək onu söymüş və əxlaqsız təkliflər etmişdir. 01 iyul 2021-ci il tarixdə axşam saat 23 radələrində o öz evində olduğu zaman Lalə ona zəng vuraraq Həbibin içkili halda evlərinə gəlib bıçaqla ona xəsarət yetirərək onu öldürmək istədiyini bildirmişdir. O da təcili olaraq təcili tibbi yardıma və polis orqanlarına məlumat vermiş və Lalənin evinə getmişdir. Təcili Yardım maşını gələrək Laləni Xəstəxanaya aparmışdır. Məhkəmədə şahid Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O Həmin ifadəsində anası Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Həbib onun oğludur, Zərərçəkmiş şəxs isə onun gəlinidir. Lalə Həbiblə onlarla eyni ünvanda yan hasarla ayrılmış evdə yaşayırmışlar. Lalə ilə Həbibin münasibətləri əvvəllər yaxşı olmuş, lakin X2 dünyaya gəldikdən sonra onların münasibətləri pisləşməyə başlamışdır. Onların münasibətlərinin korlanmasına səbəb Həbibin spirtli içki aludəçisi olması olmuşdur. Lalə ilə Həbib rəsmi qaydada boşanmışlar, Həbib onların yaşadığı evə köçmüş, Lalə isə övladları ilə birlikdə əvvəl qaldıqları evdə yaşamışlar. 30.06.2021-ci il tarixdə axşam saat 22 radələrində Həbib içkili halda işdən evə gəlmiş, evə gəldikdən sonra Həbib küçədən keçən zaman Lalənin evindən kişi səslərinin eşitdiyini bildirmişdir. onun özü də Lalənin evindən yad tanımadığı səsləri eşitdiyi üçün şübhələnmişdir ki, Lalənin kiminləsə münasibəti vardır. Həbib bu sözləri ona deyəndən sonra o, Həbibi sakitləşdirib qabağına yemək qoymuş, Həbib yeməyini yedikdən sonra keçib uzanıb yatmışdır. 01.07.2021-ci il tarixdə saat 19 radələrində o, həmişəki kimi işdən evə qayıtmış, saat təxminən 23 radələrində evin həyətində olan hamamdan su səsi eşitmişdir. Bir neçə dəqiqə sonra çöldən həyətdən səs-küy səsləri eşidib çölə çıxdıqda ətrafda qonşuların həyətdə Lalənin ətrafında dayandıqlarını görmüşdür. Lalə bıçaq xəsarətləri ilə ağır vəziyyətdə stulda oturmuşdur. Orda olanlardan nə baş verdiyini soruşduqda, Lalə Həbibin onu bıçaqla vurduğunu bildirmişdir. O, dərhal öz evinə keçərək hamamın qapısını döyərək Həbibin orda olub olmadığını yoxlamış, Həbib qapını açdıqda ona nə etdiyini soruşmuşdur. Həbib isə ona “o ölmədi?” deyərək sual vermişdir. O da Lalənin sağ olduğunu, xəsarətlərlə həyətdə oturduğunu söyləmişdir. Həbib isə evdən çıxaraq naməlum istiqamətdə getmişdir. Bir neçə dəqiqə sonra isə təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmədə azyaşlı Şahid1 Röyal oğlunun ibtidai itstintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə alımış ifadəsi elan olunmuşdur. O Həmin ifadəsində göstərmişdir ki, Lalənin oğlu Abdulla onun dostudur. 01 iyul 2021-ci il tarixdə o, Balaxanı qəsəbəsində Abdulla ilə sonuncunun evlərində oynayarkən axşam vaxtı evin qapısı döyülmüş və Lalənin əri Həbib evə gəlmişdir. Həbiblə Lalə həyətdə danışaraq mübahisə etmişlər, Həbib sol cibindən bıçağı çıxardaraq Lalənin ayağından və qarnından vurmuşdur. Həbib Laləni vurduqdan sonra Abdulla onlar tərəfə qaçmış və aralarına girmişdir, Həbib bıçaqla Laləni vurmağı dayandırmışdır. Sonra isə Həbib çıxıb getmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadəsi ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan "cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 02 iyul 2021-ci il tarixli protokollardan müəyyən olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhər Sabunçu rayon məhkəməsinin 03 iyul 2021-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 02 iyul 2021-ci il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01.09.2021-ci il tarixli 1176 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın; və uşaqlığın yaralanmasına səbəb olan iki ədəd, sol bud nahiyəsinin iki ədəd deşilmiş- deşilmiş-kəsilmiş yaraları (cəmkdörd ədəd) müəyyən edildi. Xəsarətlər deçici-kəsici alətin (alətlərin) törənmişdir, müddəti qərarda qeyd olunan 01.07.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən qarının ön divarının daxilə nüfuz edərək nazik bağırsağın və uşaqlığın yaralanmasına səbəb olan iki ədəd deşilmiş-kəsilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR, sol bud nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamığa YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətlər qısamüddət ərzində törəndiyindən hansı ardıcıllıqla yetirilməsini təyin etmək mümkün deyildir. Xəsarətlər yetirilən zaman Zərərçəkmiş şəxs müxtəlif vəziyyətdə (arxası üstə uzanıqlı) ola bilərdi. Cinayət işinin materiallarında olan tibbi-kriminalistika ekspertizasının 28.09.2021-ci il tarixli 406/2021-MTKŞ nömrəli rəydə göstərilmişdir ki, təqdim olunmuş Zərərçəkmiş şəxs qızma məxsus köynəyin (gecə paltarı) ön səthinin orta hissəsində iki ədəd deşilmişkəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs qızma məxsus köynəyin (gecə paltarı) ön səthinin orta hissəsində bir ədəd, ön səthinin sol yarısında iki ədəd və ön səthinin aşağı hissəsində bir ədəd dəlib-keçən zədə var. Bu zədələr cırılmış zədələrdir, küt mexanizmlə törənmişlər. Zərərçəkmiş şəxs qızma məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs qızma məxsus köynəyin üzərində olan zədələrin hansı şəraitdə yetirilməyə, eləcə də qarşılıqlı dalaşmaya xarakterik olubolmamasının qiymətləndirilməsi istintaq orqanının səlahiyyətinə aiddir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan tibbi-biologiya ekspertizasının 30.09.2021-ci il tarixli 590/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosürətinə əsasən). Ekspertizaya təqdim edilmiş bir ədəd ipli sarafan üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Belə olan halda bu qan ləkələri bir şəxsə məxsus olduğu halda Abeta (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs qızma və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan məhkəmə - narkoloji ekspertizasının 13.08.2021-ci il tarixli 3392 nömrəli rəyində göstərilmişdir ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 13.08.2021-ci il tarixli 1786 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Nitqi ardıcıl, mühakimələri məntiqlidir. Fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meyilli şəxs olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədən zaman hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman, onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllılıq və ya sair psixi pozuntu əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs qərarda qeyd edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhülükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci, 21.3-cü və ya 22.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiqedilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər, öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Təqsirləndirilən şəxs hövsələsizlik, məsuliyyətsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli törətməsini əvvəlcədən planlaşdırmış, hadisə baş verən zaman onun psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması keçmiş həyat yoldaşının onunla barışmaq istəməməsi, bu səbəbdən onun əxlaqsız yolda olduğunu, evdə başqa kişilərlə görüşdüyünü düşünməsi, həyat yoldaşının onun dedikləri ilə razılaşmaması və s. ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs xüsusi ilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət işi üzrə məhkəmə xərcləri yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus sarafan (geyim əşyası), cinayətin aləti olmuş bıçaq məhv edilməlidir. Təqsirləndirilən şəx Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan- 02 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Yusif Alllahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– 02 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus sarafan (geyim əşyası), cinayətin aləti olmuş bıçaq məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının «Yusif Alllahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar