Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1842/2024 17.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə bəraət verilmiş, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məkhum edilmiş, CM-in 67.1 maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı 01 il 10 ay 15 gün müddət nəzərə alınmış və Təqsirləndirilən şəxs təyin edilmiş cəza çəkilmiş hesab edilmiş, natamam orta təhsilli, subay, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə etməklə saxlamış və daşımışdır. Belə ki, o, narkotik vasitələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan «Səccad» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, «Səccad» adlı şəxsin göstərişi ilə istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda 1950 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 14 fevral 2024-cü il tarixdə Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:50-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 Nəsimi RPİ-nin 21-ci polis bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əlində olan sellofanın içərisindən 01 bükümdə xüsusilə külli miqdarda 1950 qram çəkidə kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, saxlanıldığı ərazini tanımır, lakin xx.xx.2024-cü il tarixdə dərman, yəni metadon almaq üçün getmiş və yerdə olan qara sellofanı görmüş, lakin götürməmişdir. Üzərində hər hansı qanunsuz maddə olmamışdır. Həmin vaxt üzərinə bir çox polis əməkdaşları gəlmiş və onu saxlayıb Nəsimi RPİ-nin 21-ci PB-yə aparmışlar. Polis əməkdaşları orada onu döymüşlər və onun hüquqlarını müdafiə etmək üçün təyin edilən vəkil ona olan fiziki təzyiqləri görüb buna dözməyini bildirmişdir. O, fiziki təzyiqlərə görə polis əməkdaşlarının təqdim etdiyi 1 kq narkotik maddəni üzərinə götürmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, metadon almaq üçün bir şəxslə danışmış və saxlanıldığı əraziyə medaton almaq üçün getmişdir. Metadon almaq üçün danışdığı şəxs İran İslam Respublikası vətəndaşı olmuşdur. Metadon almaq üçün danışdığı İran İslam Respublikası vətəndaşını bir dostu onunla əlaqələndirmişdir. Dostu narkotik maddəni həmin İran İslam Respublikası vətəndaşından alırmış, sonuncunun nömrəsini ona vermişdir. Həmin dostu polis əməkdaşları tərəfindən saxlanılmışdır. Dostu onun üçün metadon almamış və ona həmin İranlı şəxslə danışmağını bildirmişdir. Ondan kimsə narkotik maddə istəməmiş və bunun üçün ona hər hansı şəxs pul göndərməmişdir. Kiminsə ondan narkotik maddə istəməyi və onun həmin şəxslərə narkotik maddə verməyi barədə hər hansı sms yazışmaları olmamışdır. İran İslam Respublikası vətəndaşı kimi danışdığı şəxsin adının Səccad olduğunu Nəsimi RPİ-nin 21-ci PB-in polis əməkdaşları bildirmişdir. Həmin Səccad adlı şəxsdən narkotik maddəni ilk dəfə idi alırdı. Əvvəllər aldığı narkotik maddəni müxtəlif yerlərdə kimlərdənsə əldə etmişdir. Əvvəllər sms yazışmalarla kiminləsə əlaqə saxlayıb narkotik maddə almamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı ərazidə gördüyü qara sellofan videoçəkilişlə üzərinə qoyulan sellofandır. Həmin qara sellofanda olan narkotik maddənin çəkisini dəqiq bilmir, amma təxminən 1-2 kq olardı. Videoçəkilişdə əməliyyat müvəkkillərinin ona dediklərini bildirmişdir. O, Sumqayıt şəhərində yaşayır və Sumqayıt şəhərində metadon olan narkotik maddəni satan olmamış, bunun üçün Bakı şəhərinə gəlmişdir. Telefonda danışdığı İranlı şəxs metadon olan narkotik maddəni Sumqayıt şəhərinə göndərə bilmirdi. Metadon olan narkotik maddədən istifadə etdiyinə görə həmin maddəni alırdı. İki ədəd metadon almağı barədə İranlı şəxslə danışmışdır. İranlı şəxs metadonun pulunu əvvəlcə ödəməyini tələb etsə də, sonuncuya inanmadığını bildirmiş və metadonu götürdükdən sonra ödənişi etməyi ilə razılaşmışdır. Təcridxanaya daxil olanda bədəninə baxış keçirilmişdir. 2 ədəd metadon olan narkotik maddə sellofana qoyulmadığını düşündüyündən həmin qara sellofanı götürməmişdir. Polis əməkdaşları Səccadla əlaqə saxlayıb danışmışlar. Ondan kimsə narkotik maddə istəməmiş və bu barədə kiminləsə hər hansı sms yazışması olmamışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, o, heroin üçün ora getməmiş, dərman üçün getmiş, orada olan sellofanda çox olduğunu görüb götürməmişdir. İfadəsində qeyd olunanlar doğru deyil, həmin ifadəsini təzyiq göstərdiklərinə görə imzalamışdır. Onun saxlanılmağında Şahid2 görməmiş, amma üzərində keçirilən şəxsi axtarışda görmüşdür. O, narkotik istifadəçisidir, fəhlə işləyib 10 manat dəyərində narkotik vasitə alır. Onun 2 kq narkotik vasitə almağa pulu yoxdur. Nəsimi RPİ-nin 21-ci PB-də Şahid4 tərəfindən ona heç bir psixi və fiziki zor tətbiq olunmamışdır. Onu saxlayarkən Şahid3 görməmişdir. O, Şahid3 Nəsimi RPİ-nin 21-ci PB-də xidməti otaqda görmüşdür. Şahid3 tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Polis əməkdaşları tətəfindən saxlanıldığım gün narkotik vasitə istifadəçisi olduğu üçün ağrıyırdı. Polis əməkdaşları ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarını imzalamağı üçün ona ağrılardan qurtarmaq üçün narkotik vasitə verəcəklərini söz vermişdilər. Bundan da əlavə fiziki təzyiqlər altında olduğu üçün şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarını imzalamışdır. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur, ***-***-**-** saylı mobil nömrə isə ona məxsus deyil. «Qaqa qadan alaram gelen kimi xeber elede mene olureme agridan terin icinde qalmişam yerimde» SMS mətnlərinin nə olduğunu bilmir. «Qaqam pulu atsax saat necye gotrerik?birde qaqam sen sifarisivi vermisen yoxsa yox hele? Yaz qaqa danisa bikmrem evde yaz isimi bilim cixim pulu vurum kartiva» SMS mətnlərini yazan şəxs özü üçün narkotik vasitə almağa gedəndə onun üçün də narkotik vasitə almağı xahiş edirdi, amma o razılaşmamışdır. Himayəsində az yaşlı övladının və xəstə anasının olmasının nəzərə alınmaqla məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xeyli müddətdir ki, narkotik vasitə istifadəçisidir, hətta bu yaxınlarda CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Tanışlarının instagram sosial şəbəkəsində “Səccad” adlı istifadəçi vasitəsi ilə narkotik vasitə alıb əldə etməsi barədə məlumatı olmuşdur. Bundan başqa özü birbaşa əlaqədə olmasa da tanışları vasitəsi ilə həmin şəxsdən narkotik vasitə alıb istifadə etmişdir. Həmin şəxsin əslən İran İslam Respublikasının vətəndaşı olmasını və Azərbaycan Respublikasının müxtəlif yerlərinə “zakladka” göndərdiyini bilsə də əsl adının nə olmasını bilməmişdir. Sonradan onun tanışları həmin şəxsdən narkotik vasitə alıb pulunu vermədiklərindən onunla əlaqə qırılmışdır. O da həmin şəxsin nömrəsini itirmişdir. Beləliklə də son dövrlərdə ölkə ərazisində narkotik vasitə əldə etməyin çətin olması səbəbindən yəni çox adamın tapa bilməməsini nəzərə alıb sosial şəbəkədən “Səccadın” +**********23 saylı mobil nömrəsini tapıb onunla Whatsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaratmış, sonuncuya tanışlıq edib kim olmağını xatırlatdıqdan sonra «Səccad» adlı şəxs onu tanımış və onlar söhbətləşdikdə sonuncu Azərbaycanda narkotik vasitələrin çətin tapılmasını bildiyini ona isteza ilə bildirib lazım olarsa ona bu mövzuda köməklik edə biləcəyini bildirmişdir. O, onunla razılaşıb 4-5 büküm narkotik vasitə olan heroin istədikdə “Səccad” ona qısa zamanda narkotik vasitə heroin göndərəcəyini söz vermişdir. Bundan sonra bir neçə gün əvvəl «Səccad» ona zəng vuraraq Quba rayonuna narkotik vasitə “zakladkası” göndərəcəyini bildirib ora getməyini istədikdə o, imtina edib Qubaya getməyə vaxtının olmamasını bildirmişdir. «Səccad» onu başa düşüb razılaşmış və qısa zamanda şəhər mərkəzinə göndərib ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə, təxminən səhər saatlarında ona zəng vuraraq günorta saatlarında ona şəhər mərkəzinə təxminən 28 May metrostansiyası yaxınlığına narkotik vasitə göndərəcəyini bildirib ondan şəxsiyyət vəsiqəsinin sürətini istəmişdir. O, «Səccad» adlı şəxsə şəxsiyyət vəsiqəsinin surətini göndərmiş və təxminən bir neçə saat sonra ona “məkan” (location, olduğun yeri bildirmək) yəni narkotik vasitəni qoyduğu yeri göndərib oradan götürə biləcəyini bildirmişdir. O, taksi ilə həmin yerə gəlmiş və çətinliklə də olsa həmin yeri tapıb ora tərəf yaxınlaşmışdır. Binanın küncündəki boşluq hissədə bükümün olmasını görmüş və əyilib həmin bükümü götürdükdə oradakı bükümün böyük olmasını görmüş və qorxduğu üçün həmin sellofanı yerinə qoyub oradan bir neçə addım uzaqlaşmışdır. Lakin bir anda ağlına həmin bükümün çox böyük olmasına baxmayaraq içərisindəki narkotik vasitənin bir neçə büküm olmasını və diqqəti yayındırmaqdan ötrü bu cür paketləndiyini düşünüb həmin yerə qayıtmışdır. Əyilib həmin boşluqdan paketi götürdükdən sonra kənardakı daşın üstünə qoyub onu yoxlamaq məqsədi ilə oradan 1-2 addım uzaqlaşan kimi bir neçə nəfər onu əhatəyə almışdır. Həmin şəxslər özlərini təqdim edib Nəsimi rayon polis idarəsinin 21ci polis bölməsinin əməkdaşları olmalarını bildirib ondan ad, soyadını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsindən ötrü onu polis şöbəsinə dəvət etmişlər. O, onlarla razılaşıb birlikdə polis şöbəsinə getmişdir və yolda olarkən hansı məqsədlə binanın küncünə yaxınlaşıb oradan nəsə götürməyini soruşduqda o, ora narkotik vasitə götürmək üçün gəldiyini və əlindəki paketdə narkotik vasitə olmasını səmimi etiraf etmişdir. Polis bölməsində hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim edilib, otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, vəkilin onu saxlayıb polis şöbəsinə gətirən əməkdaşların iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. İlkin olaraq ona üzərində olan əşyaları təqdim etmək təklif olunmuşdur. O, əlində olan ağ rəngli sellofanı yəni içərisində, yuxarıda qeyd etdiyi yerdən götürüb əldə etdiyi və üzərində saxladığı həmin 01 büküm narkotik vasitəni stolun üzərinə qoymuşdur. Bundan başqa ciblərindən 01 ədəd leo bank kartını, şəxsiyyət vəsiqəsini və “Honor” markalı mobil telefonunu təqdim etmişdir. Suallara cavab olaraq həmin bükümün içərisində olan qəhvəyi rəngli kütlənin el arasında “kakos” deyilən narkotik vasitə heroin olmasını və onu öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç bir əşya aşkar edilmədiyinə görə həmin büküm zərfə qoyularaq qablaşdırılmış və protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, göstərmişdir ki, xeyli müddətdir ki, narkotik vasitə aludəçisidir və həmin heroini yalnız şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. O, bu günə kimi heç kimə narkotik vasitə satmamış, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə heroindən kiməsə satmaq niyyəti olmamışdır, o, həmin narkotik vasitəni özünün istifadəsi üçün almış, İran İslam Respublikası vətəndaşından 4-5 büküm narkotik vasitə istəməyinə baxmayaraq sonuncu ona bu qədər çox miqdarda narkotik vasitə göndərmişdir. Həmin şəxslə yalnız telefon vasitəsi ilə əlaqə saxladığına görə onun zahiri görünüşünü bilmir, həmin şəxslə danışdığı mobil nömrəni və həmin şəxsin instagram hesab adını təqdim etmişdir. Narkotik vasitəni aldığı şəxslə aralarında əvvəlcədən hər hansı sövdələşmə və ya razılıq olmamışdır. Üzərindən aşkar olunmuş bank kartından hər hansısa narkotik alverində istifadə etməmişdir. Həyəcanlı olduğu üçün təhqiqat dövründə verdiyi izahatında həmin narkotik vasitəni İranlı şəxsin sonradan bildirəcəyi yerə qoyacağını və bunun qarşılığında 200 manat pul alacağını bildirmişdir. Həmin narkotik vasitəni aldıqdan sonra istifadə etməmiş, narkotik vasitəni götürən kimi polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şübhəli şəxs qismində gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq göstərilməmişdir. «Saccad» adlı şəxsin narkotiki hər hansı bir ölkədən qaçaqmalçılıq yolu ilə göndərməsi barədə heç bir məlumatı olmamış, «Saccad» adlı şəxslə yazışdıqdan sonra isə mobil telefondan yazışmaları silmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə xidmətdə olarkən Məmməd adlı şəxs narkotik vasitələri üzərində qanunsuz olaraq saxlaması, gəzdirməsi və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, əməliyyat müvəkkili Şahid1, Şahid4 və Şahid3 Əlimsusa oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 11:00 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsinə getmişlər, saat 13:50 radələrində həmin küçədə 135 saylı ünvanın qarşısında olarkən Məmməd adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və barəsində narkotik vasitələrin üzərində saxlaması, gəzdirməsi və satması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, Məmməd adlı şəxsi Nəsimi RPİ-nin 21-ci polis bölməsinə dəvət etmişlər. Sonuncu onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində olarkən Məmməd adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və raportla rəhbərliyə müraciət olunmuşdur. Raportla bağlı araşdırma aparılması təhqiqatçı E.Hüseynova həvalə olunmuşdur. Təhqiqatçı E.Hüseynov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərində olan sellofanda narkotik maddə olan heroin aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin çəkisi 1 kq olardı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni dediyinə görə harasa qoymalı idi. Təqsirləndirilən şəxs saxlanılan vaxt heç bir narazılıq, etiraz bildirməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında şəxsən özü iştirak etmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs saxlayarkən narkotik maddə olan sellofan sonuncunun əlində olmuşdur. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra Nəsimi RPİ-nin 21-ci PB-yə aparmışlar. 21-ci PB-də təhqiqatçının xidməti otağında müdafiəçinin iştirakı və video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirtmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-yə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə, günorta saat 14:00-15:00 radələrində təqsirləndirilən şəxs M.X8 135 ünvanın qarşısında saxlayaraq Nəsimi RPİ-nin 21-ci PB-yə aparmışlar. Nəsimi RPİ-nin 21-ci PB-də Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil təyin olunmuşdur. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci PB-də üzərində mobil telefon, kart, şəxsiyyət vəsiqəsi və sellofana bükülmüş narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni “İnstagram” adlı tətbiq vasitəsilə İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni müəyyən miqdar pul qarşılığında harasa qoyacağını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir şikayəti və etirazı olmamışdır. Təqsirləndirilən şəxs saxlayarkən üzərində sellofana bükülmüş narkotikə bənzər maddə olmuşdur. 14 fevral 2024-cü il Nəsimi RPİ-nin 21-ci PB-yə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs gödəkçəsinin içərisində sellofana bükülmüş narkotikə bənzər maddə aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayarkən 4 nəfər polis əməkdaşı olduqlarından sonuncu qaçmağa cəhd etməmişdir. Onlar əməliyyat yerinə 2-3 avtomobillə getmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onlar sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində sellofana bükülmüş narkotikə bənzər maddə olmuşdur. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir psixoloji və fiziki zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadəsi elan edildikdən sonra bildirmişdir ki, ifadəsində olan ziddiyətlər hadisədən uzun müddət keçməyi ilə bağlıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-yə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə, səhər saat 11:00 radələrində daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs ola biləcəyi yerlər barəsində əməkdaşlar məlumatlandırılmışdır. Günorta saat 14:00-15:00 radələrində Təqsirləndirilən şəxs saxlayaraq Nəsimi RPİ-nin 21-ci PB-yə aparmışlar. Nəsimi RPİ-nin 21-ci PB-də Təqsirləndirilən şəxs hüquqların müdafiəsi üçün vəkil təyin olunmuşdur. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci PB-də üzərində olan sellofana bükülmüş maddənin sonuncuya aid olduğunu könüllü surətdə etiraf etmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs saxlayanda əlində sellofan olmuşdur. Təqsirləndirilən şəxs sellofana bükülmüş narkotik maddənin könüllü özünə aid olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni “İnstagram” adlı tətbiq vasitəsilə İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni müəyyən miqdar pul qarşılığında harasa qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir şikayəti və etirazı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onlar Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdə, saat 14:00-15:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən sol əlində içərisində narkotik vasitə olan sellofan olmuşdur. O, Təqsirləndirilən şəxs qarşı heç bir psixoloji və fiziki zor tətbiq etməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, «Məmməd» adlı şəxs narkotik vasitələri üzərində qanunsuz olaraq saxlaması, gəzdirməsi və satması ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin qərarın icra olunması ilə bağlı o, 21-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid4 və Şahid3 Əlimsusa oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 11 radələrində əldə etdikləri məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsinə getmişlər. Saat 13:50 radələrində həmin küçədə 135 saylı ünvanın qarşısında olarkən «Məmməd» adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və barəsində narkotik vasitələrin üzərində saxlaması, gəzdirməsi və satması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, «Məmməd» adlı şəxsi Nəsimi RPİ-nin 21-ci polis bölməsinə dəvət etmişlər, sonuncu onlarla birlikdə Nəsimi RPİ-nin 21-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində olarkən «Məmməd» adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması X4a həvalə olunmuşdur. X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əlində olan üzərində «Depo Aptek» yazısı həkk olunmuş sellofandan bir ədəd qara rəngli sellofan bükümü, özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd bank kartını və bir ədəd üzərində ***- ***-**-** saylı mobil telefon nömrəsi olan «Honor» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, özünün narkotik vasitə alüdəçisi olduğunu, həmin narkotik vasitəni 14 fevral 2024-cü il tarixdə ünvan 6 ünvandan «zakladka» vasitəsilə 4 ay əvvəl «İnstagram» sosial şəbəkəsində tanış olduğu «Saccad» adlı, +**********23 saylı mobil telefon nömrəsi olan İran İslam Respublikası vətəndaşından əldə etdiyini, satmaq məqsədinin olmadığını, heç bir ödəniş etmədiyini, razılaşmaya əsasən həmin heroini İran İslam Respublikası vətəndaşının deyəcəyi ünvanlara qoyacağı müqabilində 200 manat pul alacağını, lakin narkotik vasitəni əldə etdikdən sonra sata biləcəyi təqdirdə İran İslam Respublikası vətəndaşını aldatmaqla narkotik vasitənin pulunu verməyəcəyini, yaşadığı ünvanda narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroin, şəxsiyyət vəsiqəsi, bank kartı və mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Daha sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.4-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “Məmməd” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, istifadəsi, saxlaması, daşıması, göndərməsi və satması barədə bildirilmişdir. (l cild i.v. 4) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Məmməd” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, istifadəsi, saxlaması, daşıması, göndərməsi və satması barədə Nəsimi RPİ-nin 21-ci PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (l cild i.v. 5) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:35-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (l cild i.v. 28-29) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əlində olan içərisindən 01 ədəd qara rəngli sellofana bükülmüş büküm olan ağ rəngli üzərində “Depo Aptek” yazısı olan sellofanı, 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 ədəd üzərində 5411 2498 0131 9000 rəqəmlər olan “Leo” banka məxsus bank kartı, 01 ədəd qara rəngli üzərində 050 ***- **-** saylı mobil nömrə olan “Honor” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkini nə olduğunu deməklə təqdim etməsi təklif olunmuş, o, 01 ədəd qara sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin” olduğunu bildirmişdir, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, narkotik aludəçisi olduğunu, həmin bükümü xx.xx.2024-cü il tarixində Baki şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 135 saylı ünvandan “Zakladka” vasitəsilə 4 ay əvvəl “instagram” sosial şəbəkəsində tanış olduğu “Saccad” adlı, istifadəsində mobil nömrəsi +**********23 olan İran İslam Respublikasının vətəndaşından satmaq məqsədilə almadığını, heç bir ödəniş etmədiyini, əldə etdiyi narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı olan adını mobil telefonda “Cimi” yazdığı şəxsin sonradan deyəcəyi ünvanlara çatdıracağını, bunun müqabilində 200 manat pul alacağını bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs əldə etdiyi heroini sata bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda əlavə narkotik vasitə heroinin olub-olmadığını soruşduqda, o, yaşadığı ünvanda narkotik vasitə saxlamadığını, ümumiyyətlə narkotik vasitəsinin olmadığını bildirmişdir. Əlavə olaraq Məmməd Valiyev əgər əldə etdiyi narkotik vasitə olan heroini sata bilsəydi, pulunu İran İslam Respublikasının vətəndaşı olan “Cimi” adlı şəxsə verməmək fikri olduğunu qeyd etmişdir. (l cild i.v. 49-52) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/898 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən çıxmış narkotik maddəyə bənzər kütlə şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan paketdəki, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1950 qram (1 kq 950 qram) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild i.v. 57-61) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 70-71) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-71/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 93-97) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-4/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə CM-in 180.2.2-ci maddəsi ilə təqsirli bilinib ona 03 il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə bəraət verilmiş, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məkhum edilmiş, CM-in 67.1 maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CMin 69.3-cü maddəsinə əsasən həbsdə saxlandığı 01 il 10 ay 15 gün müddət nəzərə alınmış və Təqsirləndirilən şəxs təyin edilmiş cəza çəkilmiş hesab edilmişdir. (İ cild, i.v. 120-121, 155-168) xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar və anten məlumatları ilə bağlı "xxxx" MMC-nin məktubuna əlavə edilmiş bir ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsinə ayrı-ayrı mobil telefon nömrələrindən aşağıdakı məzmunda SMS-lər göndərildiyi müəyyən olunmuşdur: “Qaqa qadan alaram gelen kimi xeber elede mene olureme agridan terin icinde qalmiwam yerimde”; “Qaqam pulu atsax saat necye gotrerik?birde qaqam sen sifarisivi vermisen yoxsa yox hele? Yaz qaqa danisa bikmrem evde yaz isimi bilim cixim pulu vurum kartiva”. (İ cild i.v. 132-134) xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar və anten məlumatları ilə bağlı "xxxx" MMC-nin məktubuna əlavə edilmiş bir ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsinə ayrı-ayrı mobil telefon nömrələrindən aşağıdakı məzmunda SMS-lər göndərildiyi müəyyən olunmuşdur: “Qaqa men burda gozduyuremde neyniyim men birwey dide pul elimde qalmiwam avara”; “....... menə qarşı. Menim evimə ….. o Malin içine”; “Qardawim sebrli ol yarim saata zada atiram 50 manat «.......» icini evde qirgindi ble hansiysa qonwu dedeme diyib oglun mal satir iyne vurur ogurlug eliyir b”, “emi hec olmasa yolpulu duz gowda sen ol kanalada borjdu qaldim usdeliyde bir gepiy yoxdu yolpulu.birde terezini tap saxla ozunde”, “Memmed camaatin temasin ver ozne kino cekme vqryoxim «,,,,,,,» meni ....... salma”, “Qaqas olmadi ki.Ozundə agri nə olan seydi bilirsən.İki gundu gozlədirs”. (İ cild i.v. 135-137) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X9 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1783 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.148-149) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 kompleks ambulator məhkəmə-psixiatrik və psixioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 603 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs Babakışi oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə özü və başqa şəxslərə zərər yetirilməsi təhlükəsi müəyyən edilmir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə araşdırma üzrə zəruri olan hərəkətlərdə iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi durumunda normadan kənaraçıxma halları aşkar edilmir. O, araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs fantaziyaya və özündən uydurmağa meyilillik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. (İ cild i.v. 151-153) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01 ədəd disk, "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1950 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 1949,8 qram qalığı saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (İ cild i.v. 169-179) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 189-190) AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X3 adlı azyaşlı uşağı vardır. Məhkəmənin sorğusu əsasında Nəsimi rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olmuş, Təqsirləndirilən şəxs hər iki bud nahiyəsində qızartı olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin qızartı izlərini tutulmamışdan əvvəl qaçdığı zaman olduğunu, şikayəti olmadığını bildirmişdir. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasının TSH-də təlimata uyğun olaraq tibbi müayinələrdən keçirilmişdir. Bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, saxlanıldığı əraziyə metadon almaq üçün getməsi və orada sellofanı görüb götürməməsi, fiziki təzyiqlərə görə polis əməkdaşlarının təqdim etdiyi 1 kq narkotik maddəni üzərinə götürməsi, ondan heç kimin narkotik maddə istəməməsi və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokol, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokollar, şahidlərin ifadələri, məhkəmə sorğusu əsasında Nəsimi rayon Polis İdarəsindən, 3 saylı İstintaq Təcridxanasından daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə üzərindən aşkar olunmuş narkotik maddənin “heroin” olduğunu, narkotik aludəçisi olduğunu, həmin bükümü xx.xx.2024-cü il tarixində Baki şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi 135 saylı ünvandan “Zakladka” vasitəsilə 4 ay əvvəl “instagram” sosial şəbəkəsində tanış olduğu “Saccad” adlı, istifadəsində mobil nömrəsi +**********23 olan İran İslam Respublikasının vətəndaşından satmaq məqsədilə almadığını, heç bir ödəniş etmədiyini, əldə etdiyi narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşı olan adını mobil telefonda “Cimi” yazdığı şəxsin sonradan deyəcəyi ünvanlara çatdıracağını, bunun müqabilində 200 manat pul alacağını səmimi etiraf edir. Digər tərəfdən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş CD disklərə baxış zamanı müəyyən edilmiş mətn yazıları, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının xüsusilə külli miqdar üçün müəyyən olunmuş həddindən dəfələrlə çox olması və digər təkzibedilməz sübutlar onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:35-də şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-71/2024 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il, saat 14:35 tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 114 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 1949,8 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "xxxx" MMC və "xxxx" MMC-nin məktublarına əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş qalıq çəkisi 1949,8 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC və "xxxx" MMC-in məktublarına əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1842/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1842/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver