Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1842/2025 16.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, tərcüməçi – X2 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs terrorçuluq, yəni insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 mart 2025-ci il tarixdə axşam saatlarında Şahid2 Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, Sabir Əliyev 8 ünvanında yerləşən fərdi yaşayış evində spirtli içki məclisi zamanı sonuncu və Şahid4 ilə arasında yaranmış mübahisə səbəbindən sonuncuları xarici xüsusi xidmət orqanları və terrorçu təşkilatlarla əlaqəli şəxslər kimi təqdim etməklə onlardan qisas almaq məqsədilə 23 mart 2025-ci il tarixdə saat 00:00-03:00 aralığında yaşadığı ünvan 1 ünvanında quraşdırılan ***-***-**-** saylı stasionar telefon nömrəsindən vahid niyyətlə Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə və Dövlət Təhlükəsizliyi Xidmətinin Növbətçi Hissəsinin ***-***-**-** saylı stasionar telefon nömrəsinə zənglər edərək yalan olduğunu bilə-bilə 22 mart 2025-ci il tarixdə saat təxminən 20:00 radələrində Şahid2 fərdi yaşayış evində sonuncu vasitəsilə tanış olduğu özünü İran İslam Respublikasının xüsusi xidmət orqanının əməkdaşı kimi təqdim edib onu məxfi əməkdaşlığa cəlb etməyə çalışmış mayor rütbəli şəxsin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən metrostansiyalarda 50.000 ABŞ dolları və ictimai nəqliyyat vasitəsi olan avtobuslarda 20.000 ABŞ dolları müqabilində terrorçuluq, yəni insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək partlayış, yanğın və başqa hərəkətlər törədiləcəyi barəsində bilə-bilə yalan məlumat vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü evdə saxladığı pişiklərə yemək almaq üçün marketə getmiş və evə qayıdan zaman yolda Ariflə rastlaşmışdır. Arif ondan işləyib-işləmədiyini soruşmuş, o, isə hələlik sabit iş yerinin olmadığını, müvəqqəti olaraq müxtəlif yerlərdə işlədiyini bildirmişdir. Daha sonra Arif onu öz evinə dəvət etmiş, bir saat sonra isə Ruslan da Arifgilə gəlmişdir. Arif Ruslanın ona iş tapa biləcəyini demiş, buna görə də ondan Ruslanla danışmağını istəmişdir. Ruslan ondan harada və necə işləmək istədiyini soruşaraq Rusiya Federasiyasında qohumlarının, həmçinin xarici pasportunun olub-olmaması ilə maraqlanmışdır. O, Ruslana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu demiş və Ruslana valideynləri və Rusiya Federasiyasında yaşayan bacısı barədə məlumat vermişdir. O, Ruslanla söhbət edən zaman Ruslana zəng gəlmiş və Ruslan fars dilində danışmağa başlamışdır. Ruslan telefonla danışdıqdan sonra ona yüksək məbləğ qarşılığında işlər görəcəyini və onların dəstəsinə qoşulmağı təklif etmişdir. O, işin nə olduğunu soruşduqda Ruslan ona 50000 dollar qarşılığında metronu, 20000 dollar qarşılığında isə avtobusu partlatmağı təklif etmiş, o da biraz düşündükdən sonra bu təkliflərlə razılaşmışdır. Ruslandan mobil nömrəsini istədikdə Ruslan verməmiş, lakin onun telefon nömrəsini götürərək səhəri gün bu barədə söhbət edəcəklərini demişdir. Daha sonra Arif Ruslanı yola salmış, o da öz evinə qayıtmışdır. Evdə Ruslanın təklifi barədə düşündükdə, bu təklifi qəbul edəcəyi təqdirdə onu 20 il və ya ömürlük azadlıqdan məhrum etmə cəzasının gözlədiyini fikirləşmişdir. O, ilk öncə 102 qaynar xətti ilə əlaqə saxlamış, onlar da ona 161 qaynar xətti ilə əlaqə saxlamasını məsləhət görmüşdür. 161 qaynar xətti ilə də əlaqə saxladıqda onlar da məsələnin onlara aid olmadığını 1656 qaynar xətti ilə əlaqə saxlamaq lazım olduğunu bildirmişlər. Daha sonra 1656 qaynar xətti ilə əlaqə saxlayaraq Ruslanın təklifi ilə bağlı onlara məlumat vermişdir. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ona evdən bayıra çıxmamasını bildirmişlər. Səhəri gün DTX-nin əməkdaşları onun yaşadığı evə gələrək onu saxlamışdır. Saxlanıldıqdan sonra əməkdaşlar onu başqa yerə aparmış, Ariflə təkbətək görüşməsinə şərait yaratmışlar. O, Ariflə görüşdükdə Arif ona Ruslan barədə heçnə danışmamasını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər iki dəfə məhkum olunmuşdur. Birinci dəfə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmışdır. İkinci dəfə isə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 7 il cəza çəkdikdən sonra barəsində amnistiya aktının tətbiq olunması ilə əlaqədar cəzadan azad olunmuşdur. Ariflə eyni məhəllədə yaşamışdır. Hadisə günü Arifin evində əvvəllər tanımadığı, həmin evdə kirayə qalan şəxslər də olmuşdur. Həmin gün evdə ümumilikdə 5-6 nəfər olmuşdur. O gün Ruslandan başqa hərkəs araq içmiş, lakin o, özünü idarə edə bilmişdir. Dövlət orqanlarına zəng vurarkən də özündə olmuşdur. Ruslanın adını DTX-da öyrənmişdir. Ruslan ona İran İslam Respublikasında “kontrrazvedka”da polkovnik olduğunu demişdir. Ruslanın təklifi ilə maraqlanma səbəbi dövlət orqanlarına məlumat vermək olmuşdur. Ruslanın təklifi ilə bağlı Arifə heçnə deməsə də Arifin məsələdən xəbərdar olduğundan şübhələnmişdir. Ruslan getdikdən sonra Ariflə yenə araq içmiş, amma dövlət orqanlarına zəng vurarkən spirtli içkinin təsirində olmamışdır. 4-5 nəfər DTX əməkdaşı onun yaşadığı evin qapısını və pəncərələrini sındıraraq evə daxil olmuş, daha sonra onu idarəyə aparmışlar. Dövlət orqanlarına məlumat verərkən Ruslanın adını bilmədiyindən onun yerinə Arifin adını onlara vermişdir. Ruslanı əvvəllər tanımamış, axırıncı dəfə DTX-də görmüşdür. Arif idarədə ondan Ruslanın adını çəkməməsini xahiş etdiyindən birinci dəfə ifadə verərkən Ruslanın adını hallandırmamışdır. Lakin sonra bunun öz ziyanına olduğunu düşünərək hadisəni olduğu kimi danışmışdır. Ariflə onun arasında düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta saat 16-17 radələrində evdə kirayəşin kimi qalan Şahid3lə birlikdə kiçik bir süfrə açaraq spirtli içki qəbul etməyə başlamışdır. 1-2 saat içəndən sonra içki və yemək qurtarmışdır. Bu səbəbdən Fərmanla birlikdə evin yaxınlığında yerləşən marketə getmişdir. Marketin qapısına çatanda orada Vitalinin pişiklərə yemək verdiyini görmüşdür. Bu hərəkət xoşuna gəlmiş və Vitaliyə salam verərək etdiyi yaxşı hərəkəti demişdir. Vitaliy cavabında evində 19 pişik olduğunu və onlara baxdığını bildirmişdir. Bundan sonra söhbət etmişlər və X8 yaşadığını və rus millətindən olduğunu öyrənmişdir. Həmin günlər bayram günləri olduğundan Vitalinin kef-əhvalı yaxşı olmuşdur. Bu səbəbdən Vitaliyi də evə spirtli içki içməyə dəvət etməyə qərar vermişdir. Sonra marketə daxil olub araq və yanında yemək üçün kolbasa almışdır. Çölə çıxanda Vitaliyə “istəyirsənsə, sən də bizimlə gəl, evdə içək” məzmunlu təklif etmişdir. Vitaliy bu təkliflə razılaşmışdır. Marketdən çıxıb evə gəlmiş və 2-ci mərtəbəyə qalxmışlar. Orada zalda Fərman və Vitali ilə birlikdə oturub yemək yeyərək spirtli içki qəbul etməyə başlamışdır. Evə gələndə saat təxminən 20 radələrində olmuşdur. Zal otağında yeyib-içərkən kirayəşin qismində qalan Elgün də evdə olmuşdur. Səhv etmirsə, digər kirayəşin Elşad da evdə olmuşdur. İçməyə başlayandan təxminən 30-40 dəqiqə sonra Elgün də yanlarına gəlmiş, 1 rumka araq içmiş, 5-10 dəqiqə söhbət edərək yenidən otağına qayıtmışdır. Bir müddət sonra Vitaliyə zəng gəlmiş, anasının xəstə olduğunu deyərək çıxıb getmiş, 20-25 dəqiqə sonra geri qayıdaraq içməyə davam etmişdir. Hətta Vitaliy 5-10 dəqiqə Elgünün otağına da girmiş, orada da 1-2 rumka araq içmiş, sonra yenidən Fərmanla birlikdə masaya qayıtmışdır. Üçü birlikdə saat 22 radələrinə qədər içməyə davam etmişlər. Həmin saatlarda evdə kirayəşin kimi qalan Ruslan evə gəlmiş, 2-ci mərtəbəyə qalxaraq salamlaşmışdır. Onun əvvəllər hərbi xidmətdə olduğu və “mayor” rütbəsi daşıdığını eşitmişdir. Bu səbəbdən ona “salam mayor” deyə müraciət etmişdirlər. Vitaliy bu sözü eşitmiş, Ruslanla salamlaşarkən ona qarşı rus dilində bir neçə təhqiramiz ifadə işlətdikdən sonra “sənin qabağında dəniz donanmasının podpolkovniki dayanıb” məzmunlu ifadələr demişdir. Vitaliyin bu sözləri əsəbləşmələrinə səbəb olmuşdur. Çünki Ruslan gəlməzdən əvvəl içkili halda Vitaliy uzun illər həbsdə olduğunu və orada “vorovskoy həyat” yaşadığını danışmışdır. Özünü podpolkovnik adlandıranda ona “sən necə podpolkovnik ola bilərsən ki, bayaqdan “vorovskoy” həyatından, lotu aləmindən danışırsan, indi isə deyirsən ki, paqonam. Belə şey yalandır məzmunlu cavab vermişdirlər. Həqiqətən də içki içdikləri 1-2 saat ərzində Vitaliy yalnız türmədəki həyatından danışmışdır. Vitaliyin həddindən artıq içdiyi, artıq özünü idarə edə bilmədiyini görmüşdürlər. Bu səbəbdən evdən çıxaraq öz evinə getməsini tələb etmişdirlər. Əks halda Ruslan və digərləri ilə, eləcə də ev sahibi ilə münaqişə baş verə biləcəyini düşünmüşdürlər. Vitalidən getməsi tələb edildikdə, o, stoldan qalxaraq 1-ci mərtəbəyə düşmək üçün pilləkənə doğru getmişdir. Pilləkənlərdən enərkən sərxoş olduğundan səndələmiş, ayağı ilişərək yıxılmış, alnı zədələnmişdir. Bundan sonra Ruslan və Elgün arxasınca gedərək onu qaldırmış, əl-üzünü yuduzdurmuşlar. Ruslan onunla 1-2 dəqiqəlik söhbət apararaq sakitləşdirmiş, sonra əl çantasını verib evinə yola salmışdır. Növbəti gün DTX əməkdaşları həmin evə gələrək izahat vermək üçün inzibati binaya dəvət etmişlər. Həmin gün aralarında partlayış törədilməsi ilə bağlı ümumiyyətlə söhbət olmamış və ya kiminsə bu barədə söhbət etməsinə şahid olmamışdır. Həmin gün aralarında ümumi məişət mövzuları və onunla Vitaliyin türmədə başına gələnlər barədə söhbətlər aparılmış, hər hansı partlayış törədilməsi barədə söhbət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Novruz bayramı ilə əlaqədar qeyri-iş günü olduğundan evdə olmuşdur. Günorta saatlarında ev sahibi Şahid2lə birlikdə bir qədər spirtli içki qəbul etmişdir. Axşama yaxın saat 19-20 radələrində evin yaxınlığında yerləşən marketə gedərək spirtli içki və yemək üçün kolbasa, çörək almışdır. Marketdən çıxarkən Arif qapıda Vitaliylə rastlaşmışdır. Həmin vaxt Vitaliy də oradan alış-veriş etmişdir. Söhbət əsnasında Vitaliy tək olduğunu demişdir. Daha sonra Arif onu da evə dəvət edərək spirtli içki içməyə çağırmışdır. Bundan sonra üçü birlikdə evə gəlmiş və içməyə başlamışlar. Bir müddət sonra evdə kirayə qalan Elgün də onlara qoşulmuş, 5-10 dəqiqə süfrə arxasında oturaraq bir rumka araq içmiş, sonra otağına qayıtmışdır. Bundan sonra yenə içməyə davam etmişlər. Bu vaxt Elgün və evdə olan digər kirayəşin Elşad tez-tez mətbəxə gedib öz otaqlarına qayıtmışlar. Hətta 5-10 dəqiqəlik Vitaliy də Arifgildən ayrılaraq onların otağına gəlmiş, orada da az miqdarda araq içmiş və geri qayıdaraq yenidən içməyə davam etmişdir. Araq içərkən Arif və Vitaliy cəzaçəkmə müəssisəsindəki xatirələrindən danışmışlar. Axşam saat 21-22 radələrində evdə kirayə qalan Ruslan evə gəlmiş, 2-ci mərtəbəyə qalxaraq yanlarına gəlmiş, salam verib görüşmüşdür. Bu zaman Vitaliy salamın qarşılığında rus dilində bir neçə təhqiramiz ifadə işlətmişdir. Arif və Ruslan onun bu sözlərinə əsəbləşmişlər. Arif Vitaliyə “utanmırsan, bu nə hərəkətdir, sənə salam verilir, sən isə söyüş söyürsən, səni zonlardan tanıyıram, bu düzgün deyil” məzmunlu sözlər demişdir. Bundan sonra Vitaliy daha da qızışaraq “sizin qarşınızda polkovnik dayanıb, siz nə danışırsınız” məzmunlu ifadələr işlətmişdir. Arif isə ona “sən bayaqdan yeyib-içərkən türmədən, zonlardan, “vorovskoy”dan danışırsan, indi isə deyirsən paqonam, polkovnikəm – bu necə olur?” məzmunlu cavab vermişdir. Bundan sonra Vitaliy əsəbiləşərək cavabında sözlər demiş və tərəflər arasında mübahisə yaranmışdır. Arif isə Vitaliyə “dur, çıx get buradan, boş-boş danışma” demişdir. Vitaliy bundan sonra arağı başına çəkmiş, ayağa qalxaraq pilləkənə tərəf getmişdir. Gedərkən ayağı ilişərək pilləkəndən yıxılmışdır. Səsə Elgün də otağından çıxaraq yanlarına gəlmişdir. Bu zaman Ruslan və Elgün Vitaliyi qaldırmış, əl-üzünü yuduzdurmuş və onu qapıya qədər yola salmışlar. Yıxılma nəticəsində Vitaliyin alnı zədələnmişdir. Bir gün sonra özlərini DTX əməkdaşları kimi təqdim edən şəxslər evə gəlmiş, izahat vermək üçün inzibati binaya dəvət etmişlər. Çağırışa əsasən oraya getmişlər. Həmin gün evdə içərkən Elgün və Elşad orada olmuşdur. Ancaq Ruslan evə çox gec gəlmiş, o, gələndə artıq demək olar ki, yeyib-içməyi yekunlaşdırmışdırlar. Qeyd edilən şəxslərdən başqa həmin gecə içki içərkən evə başqa bir şəxs gəlməmişdir. Vitaliy çıxıb getdikdən sonra digər kirayəşin Fizuli evə gəlmişdir. Həmin gün aralarında partlayış törədilməsi ilə bağlı ümumiyyətlə söhbət olmamış və ya kiminsə bu barədə söhbət etməsinə şahid olmamışdır. Həmin gün aralarında ümumi məişət mövzuları və Ariflə Vitaliyin türmədə başlarına gələnlər barədə söhbətlər aparılmış, hər hansı partlayış törədilməsi barədə söhbət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təxminən 2025-ci ilin mart ayının əvvəllərindən Kənd Əhmədli qəsəbəsində qəbirsanlığın yaxınlığındakı Arif adlı şəxsə məxsus evdə kirayə qalmağa başlamışdır. Gündəlik olaraq Arifə 3 manat verirdi. 2025-ci ilin mart ayının 22-si təxminən saat 10 radələrində evə gəlmiş, evə daxil olarkən Vitalinin, Fərmanın və Arifin yeyib-içdiklərini görmüşdür. Onlarla görüşən zaman Vitalinin çox sərxoş olduğunu görmüşdür. Vitaliy ona qarşı təhqiramiz ifadələr işlətmişdir. O, Vitaliyə qarşı çıxdıqda aralarında mübahisə yaranmışdır. Arif Vitaliyə “O sənə salam verir, utanmırsan ona söyüş söyürsən” demişdir. Vitaliy isə Arifə “Sən kimi tanıyırsan əvvəlcədən? Məni ya Ruslanı? Mən sənlə 21 il srokda olmuşam”. Daha sonra Vitali arağı başına çəkmiş və əlini stola vuraraq Arifə “Morskoy pexotanın podpolkovnikidi sənin qabağında duran” deyərək cavab vermişdir. Arif də Vitaliyə “Səhərdən burda vorovskoydan danışırsan ki, sənlə 21 il srok yatmışam. Amma mən səni zonda görməmişəm görməyinə. İndi də deyirsən ki, polkovnikəm. Çıx bayıra!” Vitaliy Arifi söyməyə başlamışdır. Onlar, yəni Fərman, Vitaliy və Arifin əlbəyaxaya çıxdığını görəndə onları ayırmağa başlamışdır. Daha sonra Vitaliy koridorda çıxışa tərəf qaçmağa başlayanda yıxılmışdır. O, gedib Vitaliyin üzünü yuması üçün kömək etmiş və onu otağına aparmışdır. Vitaliy ona “mən podpolkovnikəm” demişdir. O, isə cavabında onu sakitləşdirmək məqsədilə “Mən də mayoram, özümüzünküyəm. Sakit dur. Gəl səni yola salım get evə” demişdir. Vitaliy razılaşaraq evdən çıxıb getmişdir. Vitali ilə aralarında hər hansı terror aktı və ya partlayış barədə söhbət aparılmamışdır. Vitalinin dedikləri onun uydurmasıdır. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 və Şahid5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, əslən Cəbrayıl rayonundandır. Valideynləri Biləsuvar rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Təxminən 2015-ci ildə ailə həyatı qurmuşdur, 1 azyaşlı övladı vardır. Həyat yoldaşı və övladı rayonda atası və anası ilə birgə yaşayır. Təxminən 2025-ci ilin mart ayının əvvəllərindən Bakı şəhərinə gəlmiş və müxtəlif tikintilərdə günəmuzd fəhlə kimi işləmişdir. İş olmadıqda isə “Əhmədli” metrosu yaxınlığında səyyar formada göyərti satışı ilə məşğul olmuşdur. Bakıya gələndən Bakı şəhəri, Xətai rayonu, Köhnə Əhmədli qəsəbəsi, Sabir Əliyev 8 ünvanında Şahid2 məxsus fərdi yaşayış evində otaqlardan birində günlük 3 manat müqabilində kirayə qalır. Hazırda da orada yaşayır. Şahid2 tək yaşayır, subaydır. Həmin evdə ondan başqa 3-4 nəfər əvvəllər tanımadığı şəxslər də kirayə yaşayır. Şahid2 evdə olan boş 3 otağı kirayə vermişdir. Kirayəşinlər tez-tez dəyişir. xx.xx.2025-ci il tarixdə tikintidə işləyərkən əli zədələnmiş, bu səbəbdən xx.xx.2025-ci il tarixdə işə getməmiş, evdə olmuşdur. Həmin gün təxminən axşam saat 19-20 radələrində kirayə otaqda istirahət edərkən evin zal otağında tanımadığı şəxsin rus dilində danışdığını eşitmişdir. Həmin vaxt ev sahibi Arif kişiyə evin gündəlik kirayə haqqı 3 manatı vermək üçün otaqdan çıxmışdır. Bu zaman evin zalında Arif kişi, eləcə də evdə kirayə qalan Fərman adlı şəxs və əvvəllər görmədiyi, tanımadığı, 40-45 yaşlarında rus millətinə oxşar, sarışın, ortaboy, sonradan adının Vitaliy olduğu öyrənilmiş bir şəxs stol ətrafında oturub spirtli içki içmişdir. Kirayə pulunu vermək üçün stola yaxınlaşaraq 3 manat Arif kişiyə vermişdir. Stol ətrafına yaxınlaşdıqda Arif kişi ona da oturub içki içməyi və onlarla yemək yeməyi təklif etmişdir. Stol arxasına əyləşmişdir. Söhbət zamanı sonradan adının Vitaliy olduğu bilinən şəxsin rus olduğu güman edilmiş və Rusiya dövləti barədə suallar verilmişdir. Orada əvvəllər olmamışdır, buna görə mövzu maraqlı gəlmişdir. Vitaliy yarı rus, yarı azərbaycan dilində cavablar vermişdir. Danışıqlar tam başa düşülməmişdir. Təxminən stol ətrafında yarım saat oturmuş, 50 qram araq içmişdir. Vitaliy adlı şəxsin danışıqları tam başa düşülmədiyinə görə stoldan qalxaraq otağa keçmişdir. Həmin vaxt evdə kirayə qalan Şahid5 yanına gəlmiş, birlikdə mətbəxə keçərək əvvəlcədən hazırladıqları toyuq yeməyini götürüb otağa qayıtmışlar. Yemək yeməyə başlamışlar. Sonra tez-tez su və çay gətirmək üçün mətbəxə keçərək otağa qayıtmışdır. Bu əsnada Fərman, Arif və Vitaliyin süfrə ətrafında içki içmələrini davam etdirdiklərini görmüşdür. Onu da qeyd etmişdir ki, Elşadla otaqda yemək yeyərkən özləri aldıqları kiçik araqdan içmişlər. Yeməyə başlayandan təxminən 40-45 dəqiqə sonra Vitaliy otağa daxil olmuş, süfrə arxasında oturmuşdur. Ona toyuq budundan yemək verilmişdir. Vitaliy 5-10 dəqiqə orada oturmuş, 1 rumka araq içmişdir. Sonra otağı tərk edərək zalda Arif və Fərmanın yanına getmiş, onlar içki qəbul etməyə davam etmişlər. Yeməyi bitirdikdən sonra Elşad öz otağına gedərək yatmış, digəri isə otaqda telefonla oynayıb istirahət etmişdir. Təxminən saat 22 radələrində zaldan Vitaliy və Arifin yüksək səslə danışaraq mübahisə etdikləri eşidilmişdir. Nə baş verdiyini bilmək üçün otaqdan çıxanda Arif və Vitalinin bir-birinə qışqıraraq mübahisə etdiklərini, evdə kirayə qalan Ruslan adlı şəxsin isə onları sakitləşdirdiyini görmüşdür. Bundan sonra Ruslan Vitalinin qolundan tutaraq digər otağa aparmışdır. Otağın qapısı açıq olmuşdur, Ruslan onunla 1-2 dəqiqəlik söhbət aparmışdır. Belə başa düşülmüşdür ki, Ruslan onu sakitləşdirərək mübahisənin qarşısını almağa çalışmışdır. 1- 2 dəqiqə söhbətdən sonra Vitaliy geri qayıtmış, kurtkasının cibində olan 95 faizlik spirti birbaşa başına çəkmişdir. Bundan sonra özünü itirmiş, gözləri qızarmış, su axtarmağa başlamışdır. Vitaliy evin 2-ci mərtəbəsindən 1-ci mərtəbəsinə düşərkən pilləkənlərdən yıxılmışdır. Bundan sonra Ruslan onun arxasınca gedərək yerdən qaldırmış, əl-üzünü yumağa kömək etmişdir. O da onların yanına getmişdir. Daha sonra Ruslan Vitaliyin sumkasını gətirərək ona vermiş, birlikdə çölə çıxmış və Vitaliyi yola salmışlar. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə DTX əməkdaşları yaşadıqları evə gələrək onları izahat vermək üçün inzibati binaya dəvət etmişdir. Vitaliy evdə Ruslanla söhbət edərkən özünün polkovnik rütbəli şəxs olduğunu Ruslana demişdir. Bunu söhbətləri zamanı eşitmişdir. Həmin gün evdə o, Elşad, Arif, Fərman və Vitaliydən başqa kimsə olmamış. Ruslan məclisin sonlarına yaxın evə gəlmişdir. Ruslan da həmin evdə kirayə qalmış, onunla eyni otaqda kirayə qalan Fizuli Məmmədov həmin gecə evə gec gəlmiş, yəni Fizuli gələndə artıq Vitaliy çıxıb getmiş, məclis dağılmışdı, hamı öz otağına çəkilmişdi. xx.xx.2025-cü il tarixində axşam saatlarında evdə olarkən oraya digər hər hansı tanımadığı şəxsin gəldiyini və ya Vitaliy ilə söhbət etdiyini, ona partlayış törətməyi təklif etdiyini müşahidə etməmişdir. Belə bir hal olmamışdır. Orada hər hansı terror hadisəsi törədilməsi barədə söhbət aparılmamışdır. Vitaliy içkili olduğundan yəqin nələr baş verdiyini xatırlamamışdır. Həmin gün Vitaliy hədsiz dərəcədə içkili olmuş, özünü ümumiyyətlə apara bilməmişdir. Ayaq üstə güclə dayanmışdır. Vitaliy çox içkili olduğundan nə danışdığını bilməmişdir. Həmin gün o məclisdə Vitaliyə kiminsə terror törətmək barədə təklif etməsi halı olmamışdır. Bu sadəcə Vitaliyin uydurmasıdır və yalanıdır. Yəqin ki Vitaliy çox içdiyindən belə şeylər uydurmuşdur. Şahid X7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, orta təhsillidir, subaydır, anası vəfat etdiyinə görə nənəsi onu qəyyumluğa götürmüşdür və təxminən 2009- 2010-cu illərdə nənəsi ilə birlikdə Türkiyəyə getmiş və orada yaşamışdır. Təxminən 2024-cü ilin əvvəllərində Azərbaycana qayıtmışdır. 2025-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində fəaliyyət göstərən avtoyuma məntəqəsində işləməyə başlamış, həmin qəsəbədə Şahid2 evində kirayə otaq tutmuşdur. xx.xx.2025-ci il tarixdə saat 19-20 radələrində kirayə qaldığı Şahid2 evinə gəlmiş, 2-ci mərtəbəyə qalxarkən ev sahibi Şahid2, digər kirayəşin Şahid3 və tanımadığı, sonradan adının Vitaliy olduğu öyrənilən rus millətinə oxşar şəxsin birlikdə süfrə arxasında spirtli içki qəbul etdiyini görmüşdür. Stolun üzərində 96 faizlik spirt butulkaları olmuşdur. Onlar səs-küylə yeyib içmiş, bir-birilə rus dilində danışmışlar. İçəri daxil olan zaman onlarla görüşmüş və öz otağına keçmişdir. Həmin vaxt qonşu otaqda kirayə qalan Elgünün də evdə olduğunu görmüşdür. Təxminən 15-20 dəqiqə otaqda istirahət etdikdən sonra Elgün onu öz otağına dəvət etmişdir ki, birlikdə yemək yesinlər. Əvvəlcə mətbəxə keçərək toyuq hazırlamış, daha sonra Elgünün otağına keçərək yeməyə başlamışlar. Həmin gün Elgün özünə kiçik ölçüdə “çubuş” deyilən araq da almışdır. Yemək zamanı Elgün spirtli içki qəbul etmiş, digəri isə içməmişdir. Onlar mətbəxdə yemək hazırladıqları müddətdə Arif, Fərman və Vitaliy zalda süfrə arxasında yeyib içmiş və rus dilində söhbət etmişlər. Elgünlə otaqda toyuq yeyərkən Vitaliy də onların yanına gəlmiş, təxminən 5-10 dəqiqə orada oturmuş, Elgünlə birlikdə 50 qram araq içmiş və sonra yenidən Arifgilin yanına qayıtmışdır. Yeməkdən sonra otağına keçərək musiqi qoşmuş və yatmışdır. Səhər oyanaraq işinə getmiş, həmin vaxt Vitaliy artıq evdə olmamışdır. xx.xx.2025-ci il tarixdə axşam işdən evə qayıtmış, təxminən bir-iki saat sonra isə özlərini DTX əməkdaşları kimi təqdim edən şəxslər evə gəlmiş, izahat vermək üçün inzibati binaya çağırmışlar. xx.xx.2025-ci il tarixdə evdə olarkən Vitaliy, Fərman, Arif və Elgündən başqa adam görməmişdir. Axşam saatlarında gedib yatdığı üçün ondan sonra nə baş verdiyini görməmişdir. Həmin gecə Ruslanı evdə görməmişdir. Arif, Vitaliy, Fərman içərkən gedib yatmışdır. Sonrakı gün Elgündən eşitmişdir ki, Ruslan da o, yatandan sonra evə gəlmişdir. Amma Ruslanı həmin gün yatdığı üçün evdə görməmişdir. Həmin gecə evdə olarkən oraya Vitalidən başqa tanımadığı kimsənin gəldiyini görməmişdir, orada hər hansı partlayış törədilməsi ilə bağlı söhbət aparılmasına şahid olmamışdır. Yatandan sonra evdə nə hadisələr baş verdiyini bilməmişdir. Çünki yatanda Vitaliy, Arif və Fərman hələ də zalda oturub içmişlər, yəni bundan sonra onlar arasında nələr baş verdiyinə şahid olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Kompakt diskə baxış keçirilməsi haqqında” 24 mart 2025-ci il tarixli protokoldan görünür ki, diskin daxilində 4 ədəd fayl vardır. Həmin fayllara ayrı-ayrılıqda qulaq asılmış və onların məzmunu aşağıdakı kimidir: 1-ci fayl DTX:Dövlət Təhlükəsizliyi Xidməti Təqsirləndirilən şəxs : Alo axşamınız xeyr DTX: Axşamınız xeyr Təqsirləndirilən şəxs : Bağışlıyın mən kimnən söhbət edirəm? Özünü təqdim edə bilərsən? Mən Zabalotski. Xətai rayonunda yaşıyıram, Bakı şəhərində doğulmuşam DTX: Sizə hara lazımdı vətəndaş? Təqsirləndirilən şəxs : Mən indi 161 yığmışamda sizin nömrənizi ordan veriblər DTX: 161? Təqsirləndirilən şəxs : Bəli,bəli. Bu korrupsiya yoxdu? DTX: Hə Təqsirləndirilən şəxs : Ora yığmışam dedim mənə terror deyiblər eləməyə DTX: Nə terror deyiblər? Sizə qarşı terror olunub? Təqsirləndirilən şəxs : Yo,yo. Mənə təklif eliyiblər eləməyə DTX: Sizə təklif eliyiblər eləməyə? Təqsirləndirilən şəxs : Dedilər 1656 yığarsan deyərsən orda DTX: Kim təklif edib terror eləməyi? Təqsirləndirilən şəxs : Mənim qonşum. Qonşum deyəndəki, bu mənnən biraz uzaq qalır. Mən məsciddən biraz aşağı qalıram, bu məsciddən biraz yuxarı qalır. Mən kənd əhmədlidə yaşıyıram. DTX: Nə terror eləməyi təklif edib sizə? Təqsirləndirilən şəxs : O heçnə demir ay brat. İnanırsan necə olub danışımda mən sənə. O mənnən görüşüb, salamlaşdıq gəldik onun evinə. Oturduq bir dənə araq içdik, iki dənə, üç dənə, dördüncü gələndə bir dənə də mayor gəldi. Bunu belə təqdim elədidə dedi bu mayordu. Axırda bu mənnən söhbət eliyib, məni verbalat eliyib. Dedi nə qədər pul lazımdı verək sənə. Belə eliyərsən, elə eliyərsən buranı partladarsan DTX: Nə eliyərsən? Təqsirləndirilən şəxs : Metronu partladarsan nə bilim avtobusu partladassan. Kankret o mənə sabah deyəcək, mən onnan sabah səhər görüşməliyəm. Bu mənə zəng vurmalıdı, görüş yerini deməlidi. Məndə 102 yığdım, korrupsiyaya da yığdım. Çünki korrupsiya 161 o vaxtı mən srokda olanda yaddaşda saxladımda mən. Hamısını dedim korrupsiyada dediki sizə zəng vuraq. Məlumat ver onlar sənə deyəcəklər özünü necə aparmalı olduğunu. Səhv elədim, düz elədim qaqa? DTX: Düz eləmisiniz. Adınızı birdə deyin Təqsirləndirilən şəxs : 1977 kənd Əhmədli orda yaşıyıram. Babayev 18 mənzil 6 DTX: Bakı şəhəri? Təqsirləndirilən şəxs : Bakı şəhəri kənd Əhmədli də DTX: Xəzər rayonu gedir yoxsa Xətai rayonu? Təqsirləndirilən şəxs : Xətai rayonu qaqa. İndi sənnən bir dənə söz soruşum, mən səhv elədim yığdım sizi yoxsa düz? DTX: Düz yığmısız Təqsirləndirilən şəxs : Mənə problem olmuyacaq? DTX: Yo, yo narahat olma Təqsirləndirilən şəxs : Heç bir problem olmuyacaq? DTX: Dediyiniz düzdü yoxsa düz deyil? Bilirsizdə yalan ifadəyə görə cinayət məcəlləsinə cəlb oluna bilərsiniz Təqsirləndirilən şəxs : Mənə nə təklif ediblər- dedilər sabah görüşək, ətraflı söhbət edək. Razılaşırsansa qiymət budu DTX: Qiymət nə qədərdi? Təqsirləndirilən şəxs : Mənə demədidə dediki sabah görüşək oturaq söhbət eliyək. Mən sənə başa salım nədi, nə deyil. Razılaşırsan qiymətnən hə-hə, yox-yox DTX: Kənd Əhmədli ünvan nə gedir? Təqsirləndirilən şəxs : Qədibabayev 18 mənzil 6 DTX: Deməli telefon nömrən-050 475 23 21. Bu şəhər nömrəsidə sizindidə? 012 olan Təqsirləndirilən şəxs : Bəli bəli mənim nömrəmdi. 012 375 65 29 ev nömrəsidi DTX: Deməli siz kimnən görüşmüsüz? Qonşu Təqsirləndirilən şəxs : Qonşu yoxe dostum. Mən onu 10 il əvvəl görmüşəm srokda. Yenə rastlaşdıq oturduq onun evində DTX: Deməli dostunuzun adı, soyadı, atasının adı, təvəllüdü Təqsirləndirilən şəxs : Yoo adını, soyadını bilmirəm. Adı Arifdi DTX: Necə yəni dostunuzun adını, soyadını bilmirsiz? Təqsirləndirilən şəxs : Bilmirəmdə ay qaqa. Bu başqa zonda olub, mən başqa zonda olmuşam DTX: Türmədə tanış olmusuz? Təqsirləndirilən şəxs : Hə. Gör nə deyirəm sənə. Bibisulkada olmuşuq ordada bizi bölürlər. Mən gedirəm birinci zona, o gedir beşinci zona DTX: Deməli dostunuzun adı Arif. Harda qalır bu Arif? Təqsirləndirilən şəxs : Adını bilirəm amma soyadını, atasının adını bilmirəm DTX: Soyadını bilirsən? Təqsirləndirilən şəxs : Yo, yo DTX: Hə deməli harda qalır? Təqsirləndirilən şəxs : Oda kənd Əhmədlidə qalırda harda qalasıdı. Məscidin yanında qalır. İstiyirsən gəl mən sənə o evi göstərim indi DTX: Məscidin yanı. Deməli haçan görüşmüsüz? Təqsirləndirilən şəxs : Bu gün görüşdükdə ordan gəlirəm mən DTX: Hə deməli 22 tarixində Təqsirləndirilən şəxs : Mənim telefonum orda qalıbda, mənə imkan vermirdilər mən onu götürüm. Dedilər sabah səhər gələrsən götürərsən DTX: İçki içmisiz? Təqsirləndirilən şəxs : Hə DTX: Mayor kim idi? Təqsirləndirilən şəxs : ... DTX: Qrajdanski paltarda gəlib? Təqsirləndirilən şəxs : Bəli, bəli qrajdanski. Yo formada gələcək səndə prikolsane DTX: Yo indi mayor deyirsiz bu İranın mayorudu? Təqsirləndirilən şəxs : Ay brat sənə qurban olum İranın vətəndaşıdı o DTX: Adı nədi? Təqsirləndirilən şəxs : Adını demiyib. Mənə bir dənə dediki mən mayoram sabah sənnən görüşəcəm metronun üstündə, söhbət eliyərik ətraflı. Razısan bu qədər pul veririk bunu eliyərsən, bunu eliyərsən, bunu eliyərsən DTX: İran vətəndaşı, rütbəsi mayor. Özü dediki mən mayoram hə? Kəşfiyyatçı gedir o nə gedir? Təqsirləndirilən şəxs : Nə bilim. Bunların kəşfiyyatını mən bilmirəmdə. Amma sənə bir söz deyimdə, məndə getmişəm ora məni konkret söndürmək istiyirdi. Çünki mən biraz əl-qol atmışam məni otuzdurub başa salıblar DTX: Təklif edib sizə Təqsirləndirilən şəxs : Amma yaxşı pulda verirlər. Deyir metronu partladarsan 50000, avtobusu partladarsan 20000 DTX: 50000 nə? Dollar yoxsa Euro? Təqsirləndirilən şəxs : Yo dollar DTX: Metro-dollar, o biri nə qədər idi? avtobus Təqsirləndirilən şəxs : Avtobusu partladarsan 20000 DTX: 20000 ABŞ dolları avtobusa Təqsirləndirilən şəxs : İndi mən onnan bugün səhər görüşməliyəm bu mayornan. Necə edək? Bu mənə zəng vurmalıdır DTX: Arifin mobil nömrəsi yadındadı? Təqsirləndirilən şəxs : Yox onun nömrəsini götürməmişəm. Bilirsən necədi? Biri var zondu qaqa sən orda pastayannı srok çəkirsən, biri var prisulka necə deyim sənə. Blok kimi də saxlıyırlar DTX: Bildim başa düşdüm Təqsirləndirilən şəxs : Sən bilmirsən hansı zona gedəcəksən DTX: Aprofkanı gözdüyürsən Təqsirləndirilən şəxs : Ay sağol. Mən orda onnan rastlaşdım, tanış oldum. Mən nə bilim getdim 15-ə, o getdi 22-ə ya 1-ə. İndi rastlaşdımda onnan. Mən srokdan çıxdım, o srokdan çıxdı DTX: Sabah saat neçədə görüşməlisiniz? Təqsirləndirilən şəxs : Yo mənə demiyibdə, mənə dedi zəng vuracam sənə DTX: Sənin telefonun onlardadı axı necə zəng edəcək sənə Təqsirləndirilən şəxs : Yo WhatsApp götürüblər, mənim iki telefonum varda DTX: Onlarda qalan hansı nömrədi Təqsirləndirilən şəxs : Gör nə deyirəm bir dənə telefon qalıb onlarda, bir dənə WhatsApp nömrə qalıb məndə. 050 448 02 38. Belə açıq deyimdə sənə DTX: *** ** ** Təqsirləndirilən şəxs : Açıq deyimdə sənə mən srokdan çıxanda mütəşəkkilnən işləmişəm. ... şöbəsi vare bildin hansı? DTX: Hə Təqsirləndirilən şəxs : Onlarnan işləmişəm. Ona görə mən sənə yığdım yoxsa o olmasaydı mən sənə yığmazdım DTX: Aha. Nə əcəb mütəşəkkilə yığmamısan? Təqsirləndirilən şəxs : Çünki mənim rəisim rəhmətə gedib. Mən bir nəfərnən işləmişəm ömür boyu, ikinci mən preznavat eləməmişəm. Mənim rəisim rəhmətə gedib mən ordan çıxmışam. Məni min dənə yerə çağırıblar DTX: WhatsAppa bugün yazacaqlar səhər? Təqsirləndirilən şəxs : Nə? DTX: Hansı nömrənin WhatsAppına yazacaqlar? 050 448 02 38 yığacaqlar? Təqsirləndirilən şəxs : Buna zəng vurmalıdı ya o birisinə. Çünki mən iki dənə nömrə vermişəm DTX: Hə Təqsirləndirilən şəxs : Amma o birisinə yığa bilmiyəcək bağlıdı qalıb onlarda DTX: 050 475 23 21 onlarda qalıb? Təqsirləndirilən şəxs : Bəli onlarda qalıb DTX: 050 448 02 38 səndə? Təqsirləndirilən şəxs : Bəli. Ona deyəcəklər bu qalıb onlarda DTX: Aha Təqsirləndirilən şəxs : Çünki bilirsən biz çölə çıxdıq, bu mənə dedi nə fikirləşirsən razılaşırsan? Biznən işləməyə. Mən dedim ki fikirləşəcəm dediki yox vaxt yoxdu. Hə, yox dedim yaxşı işliyəcəm siznən. Nə qədər pul verirsiz? Bu mənə dedi metro partladassan 50000, avtobus partladassan 20000 DTX: Aha Təqsirləndirilən şəxs : Dedim hə mən razılaşıram DTX: Aha əla. Başa düşdüm Təqsirləndirilən şəxs : Prosda bir şey var məni 34-ə yönləndirmə rəisnən yola getmirəm DTX: Nə 34? Təqsirləndirilən şəxs : 34-cü polis bölməsinədə DTX: Yox narahat olma Təqsirləndirilən şəxs : Bizim rayona baxan DTX: Polislik bir iş yoxdu burda bizə aiddi bu məsələ Təqsirləndirilən şəxs : Mən konkret çıxmışam srokdan təmiz yaşamaq istiyirəm amma belə bir şey olanda görürsən yığdım, xəbər elədim DTX: Düz eləmisən Təqsirləndirilən şəxs : Çünki bugün mənə deyən, sabah başqasına deyəcək DTX: Hə Təqsirləndirilən şəxs : Elə deyil qaqa? DTX: Düzdü, düzdü əlbətdəki Təqsirləndirilən şəxs : Hamısı mənimkimi deyilki. Səndə məni bağışla bir dənə götverən çıxacaq ble partladacaq metronu ble DTX: Söyüşə söymə 2-ci fayl Təqsirləndirilən şəxs : Alo DTX: Alo Təqsirləndirilən şəxs : Bağışlıyın bayaq mən sizə yığdımda? DTX: Bəli, bəli yığdız bizə dediz Təqsirləndirilən şəxs : İndi 34 dən mənə zəng vurublar, xox gəlirlər mənə. Sən bizim başımıza oyun açırsan, yığmısan ora demisən belə demisən DTX: Hardan zəng eliyiblərki? Təqsirləndirilən şəxs : Elə 24-dən yığıblarda. Mənə o lazımdı? DTX: Hardan yığıblar? 34-dən polisdən? Təqsirləndirilən şəxs : Hə DTX:Polisdən niyə yığıblar? Təqsirləndirilən şəxs : Ümid yığıb DTX: Polisə demişdiz? Təqsirləndirilən şəxs : Yox. Mən birdənə sizə yığmışam, 102-ə yığmışam birdə korrupsiyaya 161-ə DTX: Biz polisə heçnə deməmişik. Bizdən polisə zəng getmiyib Təqsirləndirilən şəxs : Polis məni yığır deyir sən mənim başıma oyun açırsan. Noldu mən deyirəm ki mənə bunu təklif edirlər, mən kiminsə başına oyun açıram? DTX: Yo bəlkə ora korrupsiyadan yığıb deyiblər. Amma biz yığıb deməmişik, bizdən yığılmıyıb narahat olma Təqsirləndirilən şəxs : Heç olmasa siz zəng vurun onlara deyində DTX: Narahat olmuyun Təqsirləndirilən şəxs : O məni bezdirəcək mən konkret fikirləşirəm ki mən sroka gedəcəm. Mən onu tapacam bölmənin yanında vuracam bıçaqnan öldürəcəm DTX: Elə şeylər eləmiyin lazım deyil Təqsirləndirilən şəxs : Bunu istəyirdə o mənimlə elə danışır ki elə bil dünənki uşağam. 50 yaşım var mənim DTX: Polis danışıb siznən yoxsa kim? Təqsirləndirilən şəxs : Polis məni yığıbda 34-dən. Elə bil mənim 14 yaşım var 50 yaşım vare mənim. Sən bizim başımıza oyun açırsan, sən ara yığmısan. Nə demi.əm sənə nə var nə demişəm? Nə demişəm düz demişəm DTX: Düz demisiz. Məlumat düz vermisiz Təqsirləndirilən şəxs : Deyirsən pisdi, demirsən pisdi necə eliyim DTX: Yox narahat olma Təqsirləndirilən şəxs : Sizə qurban olum elə edirsiniz ki, bu növbətçidi indi qalxım 34-ə öldürüm onu? DTX: Elə şeylər eləmə Təqsirləndirilən şəxs : Mən istəmirəm 14-15 il gedim sroka DTX: Narahat olmuyun Təqsirləndirilən şəxs : Siz zəng edin deyində burnunu soxmasında ora. Siz mənə necə demisiz, səhər zəng vuracam deyəcəm neynəmək lazımdı elə deyil? DTX: Narahat olmuyun Təqsirləndirilən şəxs : Pox yedim mən yığdım DTX: Narahat olmuyun bizdən sizə zəng daxil olacaq Təqsirləndirilən şəxs : Doğurdan pox yemişəm yığmışam demişəm belə bir şey var indi məni davadit eliyir DTX: Narahat olmuyun deyin ki mən sizə deməmişəm, aidiyyatı orqanlara demişəm sizə deməmişəm 3-cü fayl DTX: Dövlət Təhlükəsizliyi Xidməti Təqsirləndirilən şəxs : Alo DTX: Bəli Təqsirləndirilən şəxs : Axşamınız xeyir DTX: Axşamınız xeyr olsun Təqsirləndirilən şəxs : Mən bayaq yığmışdım size DTX: Kim idi? Təqsirləndirilən şəxs : Vitaliç DTX: Da da Vitaliç, buyur Təqsirləndirilən şəxs : Noldu 34 məni nə qədər dastavat eləsin? Prezident aparatına getmək lazımdı? DTX: Yo, yo heçnə eləmiyin. 34-ə dediz aiddiyyatı orqanlara yığmışam tədbir görüləcək Təqsirləndirilən şəxs : 100 dəfə mənə 34-dən yığıblar xox gəlirlər mənə DTX: Nə deyirlər? Təqsirləndirilən şəxs : Sən srokdan çıxmısan hoqqa çıxardırsan. Nə hoqqa çıxardıram mən? Mənə nə deyiblər mən yığmışam demişəm budu DTX: Düz eləmisiniz Təqsirləndirilən şəxs : Artıq nəisə etmişəm? Mənə ordan xox gəlirlər belə olacaq, elə olacaq. Sroka getmək istiyirsən noldue bu nədi? DTX: Onu biz deməmişik vətəndaş, narahat olmayın bizdən çıxmıyıb o Təqsirləndirilən şəxs : Bilirəm 34 deyib DTX: 34 deyib amma biz 34-ə deməmişik bu barədə Təqsirləndirilən şəxs : Axırı ordan mənə zəng vurublarda DTX: Yəqin korrupsiyadan deyiblər amma biz deməmişik vətəndaş. Biz polisə bu barədə məlumat verməmişik Təqsirləndirilən şəxs : Yox sizdən qabaq 102 yığmışam DTX: 102-ə demisəndə bəs deyirsən mən deməmişəm? 102-ə demisən ona görə 102 yığıbda ora Təqsirləndirilən şəxs : Ona görə mən deyirəmdə nəisə başqa problem olacaq? DTX: Yox başqa problem olmuyacaq narahat olmuyun. Eşidirsən? Təqsirləndirilən şəxs : Necə edək? DTX: Denənki aidiyyatı orqanlara demişəm özləri tətbir görəcəklər siz narahat olmuyun fso Təqsirləndirilən şəxs : Bu məni davadit eliyir deyir sroka getmək istiyirsən? DTX: Söndür telefonunu yat. Yox, yox söndürmə Təqsirləndirilən şəxs : Mənə deyiblər məndə demişəm hara lazımdı DTX: Düz eləmisən demisən, vaxtında məlumat vermisən orqanlara Təqsirləndirilən şəxs : Görürsən 34 mənə deyirki sroka getmək istiyirsən? Hoqqa çıxardırsan DTX: 34 sənə heçnə edə bilməz Təqsirləndirilən şəxs : Sabah harasa partlıyacaq ləzzət edəcək ona DTX: Narahat olma 34 sənə heçnə edə bilməz Təqsirləndirilən şəxs : Səhv deyirəm qaqa? DTX: Yox düz deyirsən əlbətdəki. Vaxtında məlumat vermisiniz, tədbir görüldü narahat olmuyun Təqsirləndirilən şəxs : Atasının pulunnan oturmusan orda. Mən neyniyim? DTX: Aydındı vətəndaş oldu xəttdə gözləyin Təqsirləndirilən şəxs : Bəlkə onuda səhv deyirəm? Sən özün bilirsən Azərbaycandıda bu DTX: Bəli, bəli siz narahat olmuyun gərək bir-başa bizə yığardız Təqsirləndirilən şəxs : Mən narahat deyiləm prosda mən günahkar olmuyumda sonra DTX: Yaxşı oldu vətəndaş 4-cü fayl DTX: Bəli vətəndaş bəli Təqsirləndirilən şəxs : Bağışlıyın yenə mənəm DTX: Bəli, bəli Təqsirləndirilən şəxs : Mən elə başa düşürəmki mən sabah istiyirəm president aparatına qəbula düşüm, prezidentin yanına DTX: Ay vətəndaş heç yerə getmiyin, telefonunuzu açıq saxlayın bizdən məlumat gözləyin Təqsirləndirilən şəxs : Yox mən görürəm məni günahkar edəcəksiniz, mənə o lazım deyil. Mən gedim lutşi prezidentə deyim, o özü qərar çıxardacaqda. Əgər o qərar çıxartmıyacaq, kimsə onun yanında varda mənə kim pirinimat eliyəcək. O mənə deyəcək necə eləmək lazımdı. Mən istəmirəm qayıdım sroka ay brat başa düşürsən? Mən təzə çıxmışam DTX: Mən yenədə sizə deyirəmki sizi heç kim sroka salmıyacaq Təqsirləndirilən şəxs : Sən deyirsən onu DTX: Elə belə yer deyil bura Dövlət Təhlükəsizliyi Xidmətidi Təqsirləndirilən şəxs : Başa düşdüm DTX: Narahat olmada, narahat lma Təqsirləndirilən şəxs : Narahatamda ay brat. Mən istəmirəmdə qayıdım 12 il yatdımda bəsdi DTX: Vətəndaş sən səhv elədində 102-ə yığdın, gərək bir-başa bura yığardın Təqsirləndirilən şəxs : Mən bilməmişəmdə hara yığmaq lazımdı, mən taxtabaşam axı təzə çıxmışam DTX: Heçnə denənki aidiyyatı orqanlara demişəm Təqsirləndirilən şəxs : Sənə deyirəm ki 34 mənə xox gəlir niyə yığmısan ora, niyə yığmısan bura. Elə olacaq, belə olacaq. Mən düz eləmişəm yoxsa düz eləməmişəm yığmışam sizə DTX: Nolacaq məlumat vermisizdə Təqsirləndirilən şəxs : 34 mənə deyir sroka getmək istiyirsən gijdıllağ DTX: Yaxşı Təqsirləndirilən şəxs : Mən gıjdıllağam? DTX: Oldu narahat olmuyun (cild 01, i/v 25-29). 24 mart 2025-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i/v 42-43). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 mart 2025-ci il tarixli, 4(009)-150/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 23 mart 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 103-105). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 04 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. xx.xx.1998-ci il tarixli Milli Məclisin “Amnistiya haqqında” qanununa əsasən cəzanın müddəti azaldılaraq 1 il 11 ay 1 gün müddətinə endirilmişdir. Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinə əsasən 10 ay 26 gün şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. xx.xx.2005-ci ildə cəzasının sonu ilə azad edilib. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1 və 310-cu maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. xx.xx.2009-cu il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay 15 gün azaldılmışdır. xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad edilib. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il 816-VQD saylı CM-nə dəyişiklik edilməsi ilə bağlı qanunun tətbiq edilməsi ilə şəxsin əməli CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməklə cəzası 05 ilə endirilmiş və xx.xx.2016-cı il tarixdə cəzanın müddəti bitdiyindən azad edilmişdir (cild 1, i/v 112-113). 28 aprel 2025-ci il tarixli baxış protokolundan görünür ki, iki nəfər hal şahidinin iştirakı ilə təqsirləndirilən şəxsin yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir (cild 1, i/v 188-190). Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən daxil olan xx.xx.2025-ci il tarixli 3-39-9/1-1430/25 saylı məktub və ona əlavə edilən məlumatlardan görünür ki, xx.xx.2025-ci il tarixdə gecə 1:11-2:36 saat aralığında Təqsirləndirilən şəxs istifadəsində olan yaşadığı evdə quraşdırılmış ***-***-**-** saylı stasionar telefon nömrəsindən Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhəri, Parlament prospekti 14 ünvanında yerləşən Növbətçi Hissəsinin ***-***-**-** saylı stasionar telefon nömrəsinə zənglər edilmişdir (cild 1, i/v 196-200). Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən və Daxili İşlər Nazirliyindən daxil olmuş məktublar, ona əlavə edilmiş diskə keçirilən xx.xx.2025-ci il tarixli baxış protokolunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə zəng edərək aşağıdakı məzmunda danışıqlar aparmışdır: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olan diskdə: KQMBİ: Korrupsiyaya qarşı mübarizə baş idarəsi buyurun Təqsirləndirilən şəxs: Axşamınız xeyr KQMBİ: Axşamınz xeyr Təqsirləndirilən şəxs: Bağışlıyın mən kimnən danışıram? KQMBİ: X6, buyurun Təqsirləndirilən şəxs: Cənab müstəntiq Əliyevdə, elə deyil? KQMBİ: Bəli, bəli Təqsirləndirilən şəxs: Bağışlıyın mən sizə yığdım. Mən təzə srokdan çıxmışam ay brat KQMBİ: Aha özünüzü təqdim eləyin zəhmət olmasa Təqsirləndirilən şəxs: Zabolotskiy Vitali KQMBİ: Buyurun Vitali müəllim, eşidirəm Təqsirləndirilən şəxs: Yo müəllim yoxda prosda Vitali. Gör nə deyirəm sənə, mən prosda yaddaşda bu nömrəni saxlamışam başqa nömrə saxlamamışamda KQMBİ: Aha Təqsirləndirilən şəxs: İndi mən köhnə dostumnan görüşmüşəmdə srokdan çıxan bilKQMBİdə necə KQMBİ: Aha aydındır Təqsirləndirilən şəxs: Biz oturduq yedik-içdik axırda bir nəfər gəldi İran vətəndaşı KQMBİ: Aha Təqsirləndirilən şəxs: Özünü mayor kimi təqdim elədi mənə verbalat eləyir, mən terror edimdə Azərbaycanda. Mən hara müraciət edim? KQMBİ: Aydındır mən qeydə alıram indi bu müraciətinizi Təqsirləndirilən şəxs: Mən 102-də yığmışam, sizədə yığmışam KQMBİ: Mən başqa nömrədə verəcəm ora da yığarsız Təqsirləndirilən şəxs: Aha KQMBİ: Mən sizi qeydiyyata alım. Adınız Vitali... Təqsirləndirilən şəxs: X3. 1977.12.13 KQMBİ: Tələsməyin zəhmət olmasa mən yazıram. Deməli Zabolotskiy... Təqsirləndirilən şəxs: Vitali Aleksandviç. İndi mən onnan sabah görüşməliyəm bu məni verbalat eləyirdə orda KQMBİ: Aydındı başa düşdüm. Yaşayış yeriniz haradır? Təqsirləndirilən şəxs: X12 rayonu KQMBİ: Bakı şəhəri... Təqsirləndirilən şəxs: Bakı şəhəri X12 rayonu KQMBİ: Tofiq Hacıbabayev küçəsi Təqsirləndirilən şəxs: Bəli, bəli. Bu mənim nömrəmi götürüb, dediki sabah zəng vuracam görüşərik metronun üstündə mən sənə deyəcəm KQMBİ: Soruşacam qeyd edəcəm narahat olmayın. X10 küçəsi ev, mənzil neçə? Təqsirləndirilən şəxs: 6 KQMBİ: Ev 6? Təqsirləndirilən şəxs: Bəli, bəli. İndi mən sizdən bir dənə söz soruşum cənab Əliyev. Mən düz elədim yoxsa eləmədim? KQMBİ: Əlbətdə düz eləmisiniz Təqsirləndirilən şəxs: Mən köhnə məhkum olmuşam mənə heçnə olmuyacaq KQMBİ: Qətiyyən fikirləşməyin, səhv etdiyinizi qətiyyən fikirləşməyin Təqsirləndirilən şəxs: Yoxe mən məhkum olmuşamda, mənə bir şey olmuyacaqki KQMBİ: Aha Təqsirləndirilən şəxs: Nə? KQMBİ: Necə? Təqsirləndirilən şəxs: Deyirəm mən qabaq məhkum olmuşamda KQMBİ: Sizin məhkum olunmağınızın bu məsələynən heç bir aidiyyatı yoxdur. Məhkum olmusunuz cəzanızı çəkmisiniz Təqsirləndirilən şəxs: Cəzamı çəkmişəmdə, çıxmışamda KQMBİ: Azərbaycan Respublikasının qanunvericiliyində belə məhkum olunduqdan sonra, cəzanızı çəkmisinizsə bu sizin həyat tərzinizə hər hansı bir dəyişikliyi yoxdur Təqsirləndirilən şəxs: Yox mən düz elədimdə indi KQMBİ: Əlbətdəki mütləq qaydada düz etmisiniz. İndi mən suallar verəcəm. Deməli hadisə bugün olub? Təqsirləndirilən şəxs: Bəli. Biz oturduq yeyib-içmişik sonra bu gəlib məni tanış edib onnan KQMBİ: Deməli zəhmət olmasa mən başdan deyəcəm, verəcəm sualları. Təqsirləndirilən şəxs: Aha KQMBİ: Harda oturmuşdunuz? Təqsirləndirilən şəxs: Deməli mən düşürdüm qəbirstanlıq var bizdə metronun üstündə KQMBİ: Hansı metronun? Təqsirləndirilən şəxs: Əhmədli metrosunun. Əhmədlidə bir dənə qəbirstanlıq var KQMBİ: Aha Təqsirləndirilən şəxs: Hardasa 150 metr aşağı düşən kimi onun evidi KQMBİ: Orda kafe var? Təqsirləndirilən şəxs: Yox, yox. Onun evində oturmuşduq KQMBİ: Aydındır. Kimin evidi? Təqsirləndirilən şəxs: Arifin evi KQMBİ: Arifin? Təqsirləndirilən şəxs: Bəli KQMBİ: Bir saniyə Təqsirləndirilən şəxs: Oda srokda olub KQMBİ: Tələsməyin bir saniyə Təqsirləndirilən şəxs: Oda 31 il srokda olub KQMBİ: Bir saniyə Təqsirləndirilən şəxs: Prosda mən bilməmişəmdə belə olacağını. Məni kimsə verbalat edəcək İrana KQMBİ: Adı nə idi gələn şəxsin Təqsirləndirilən şəxs: Yox adını demiyib KQMBİ: Adını demədi Təqsirləndirilən şəxs: Dedi mən mayoram sabah görüşərik, söhbət eliyərik KQMBİ: Harda mayordu dedi? Təqsirləndirilən şəxs: Spernazda KQMBİ: Yəni Azərbaycanda güya? Təqsirləndirilən şəxs: Yox, yox KQMBİ: Hə İranda? Təqsirləndirilən şəxs: İranda. O burda illeqalnidi. Başqa sənədnən burdadı. Adını soyadını bilmirəm amma elə dedi də. Biz sabah görüşək, mən sənə deyim neyləmək lazımdı, haranı partlatmaq lazımdı. Bu qədər pulunu alarsan KQMBİ: Yaxşı bir saniyə Təqsirləndirilən şəxs: Cənab müstəntiq mənə nəyisə problem olmayacaq? KQMBİ: Niyə problem olsunki sizə? Təqsirləndirilən şəxs: Yoxda mən sizə deyirəm partlatmaq nə bilim o, bu... Ona mən hazırlaşmamışam KQMBİ: Əlbətdə əksinə siz izah edirsiniz, belə deyimdə məlumat verirsiniz Təqsirləndirilən şəxs: Mən buranın vətəndaşıyamda Azərbaycan Respublikasının. Nə olsunki mən məhkum olmuşam cəzasını çəkmişəm KQMBİ: Bunu siz məlumat vermisinizsə qəti sizin heç bir məsuliyyətiniz yoxdur Təqsirləndirilən şəxs: Bura Azərbaycandır ay brat KQMBİ: Yox narahat olmayın onun bir dəxli yoxdur. Azərbaycandı lap yaxşı Təqsirləndirilən şəxs: Mən vətəndaş kimi bildim, yığdım KQMBİ: Düz eləmisiniz bir dəqiqə mən fikrimi toplayım, yazım zəhmət olmasa Təqsirləndirilən şəxs: Yox mən bilmək istəyirəm problem olacaq, olmuyacaq KQMBİ: Mən sizə arxayınlıqnan deyirəm ki sizə heç bir problem olmuyacaq Təqsirləndirilən şəxs: Ay brat mən bilirəmdə prokuraturaya yığmışamda 161-də KQMBİ: Korrupsiyaya qarşı mübarizə baş idarəsi Təqsirləndirilən şəxs: Hə də onuda bilirəmdə. Brat bilirsən necə o mənə dedi sabah zəng vuracam, görüşək mən sənə deyəcəm neyləmək lazımdı. Nə qədər pul lazımdı verək. Mən elə başa düşdüm bunlar adnarazvi axtarırlar KQMBİ: Sizə harda görüş təyin edib? Təqsirləndirilən şəxs: Yer demədi dedi səhər zəng vurub deyəcəm harda görüşək. Konkret yer demiyib. Əgər mümkün olsa mən özüm ona yer deyəcəm, mümkün olmasa bilmirəm necə olacaq KQMBİ: Aydındır Təqsirləndirilən şəxs: Prosda mən buranın vətəndaşı kimi özümə borc bildim, dedim sizə. Səhv elədim? KQMBİ: Düz eləmisiniz Təqsirləndirilən şəxs: Amma bir söz deyimdə 34-ün rəisi ilə yola getmirəm onlardan kimsə mənim yanıma gəlməsin KQMBİ: Aydındır. Deməli sizin başqa mobil nömrəniz var? Təqsirləndirilən şəxs: Başqa deyəndəki mən bir dənə nömrə işlədirəm KQMBİ: Nömrənizi deyərKQMBİiz zəhmət olmasa Təqsirləndirilən şəxs: ***-***-**-** telefon onlarda qalıb KQMBİ: Necə yəni? Bu telefonu siz işlətmirsiniz? Təqsirləndirilən şəxs: Yoxe mən işlədirəm, mən ordan çıxdım telefon qaldı stolun üstündə mən çıxdım getdim KQMBİ: Bir saniyə. Bəs siznən necə əlaqə saxlıyacaq? Təqsirləndirilən şəxs: Mən ona başqa nömrə verdim. İndi oda məndədi WhatsAppdı KQMBİ: O nömrənidə verin mənə Təqsirləndirilən şəxs: ***-***-**-** KQMBİ: Bir saniyə. Telefonu onlar dediki qalsın? Təqsirləndirilən şəxs: Yoxe mən çıxdım çölə qayıtmadım telefon qaldı orda. Biz dalaşdıqda o birisi ilə, dostunnan dalaşmışam qayıtmadım. Prosda mən istəmirəm deyimdə nə məsələdi. O dedi ay belə, bu belə, məndə dedimki bizimkilər vuruşanda sən harda iKQMBİ? Ona görə qayıtmadım. Sözün açığı evin yeyəsi dedi qayıtma səhər gəlib telefonu götürərsən, çıx get KQMBİ: Bir saniyə. ***-***-**-** WhatsAppını istifadə edirsiniz? Təqsirləndirilən şəxs: Bəli, bəli. Bir dənədə söz soruşum sizdən. Mənnən görüşən adam mənnən biraz cavandı hardasa 28-30 yaşı olar. Məndən bir dənə söz soruşdu dedi sən silahdan başa düşürsən? Dedim lboy silahdan hə KQMBİ: Aydındı onsuzda sizinlə əlaqə saxlananda bu barədə məlumat verəcəksiniz. ***- ***-**-** oldu düzdürmü? Təqsirləndirilən şəxs: Bəli, bəli KQMBİ: Mən sizə başqa nömrədə verəcəm zəhmət olmasa əlaqə saxlıyarsınız Təqsirləndirilən şəxs: Mənim qələmim yoxdu axı yazmağa KQMBİ: Dövlət Təhlükəsizliyi xidmətinin qaynar xəttidi. 16-56 Təqsirləndirilən şəxs: Yox dayan bir dəqiqə zəhmət olmasa olar KQMBİ: Buyurun Təqsirləndirilən şəxs: İki dəqiqə telefon açılsın KQMBİ: 16-56 Təqsirləndirilən şəxs: Olar siz növbətçi hissəyə yığasınız onlar mənə yığsınlar KQMBİ: Yox siz özünüz zəng eKQMBİ. Telefonu açın yığın Təqsirləndirilən şəxs: Hə problem yoxdur KQMBİ: Şəhər telefonundan yığında 16-56 Təqsirləndirilən şəxs: Mən sizdən bir söz soruşum mən ora yığanda nəticə nə olacaq? KQMBİ: Nəticə belə məlumatı verəcəksiniz, heçnə siznən əlaqə saxlayıb məlumat alacaqlar Təqsirləndirilən şəxs: Mənim qonşum işləyirdə orda KQMBİ: Məlumat verində onada, 16-56 yada zəhmət olmasa Təqsirləndirilən şəxs: 16-56 nədiki? KQMBİ: Dövlət Təhlükəsizliyi xidməti Təqsirləndirilən şəxs: O köhnə MTN-di? KQMBİ: Bəli, bəli. Burada mütləq məlumat verin Təqsirləndirilən şəxs: Sizdən bir dənə söz soruşmaq istiyirəm, mənə problem olmuyacaq? KQMBİ: Yox sizə problem niyə olsunki? Təqsirləndirilən şəxs: Mənə terror deyirlər oranı partlat, buranı partlat KQMBİ: Narahar olmayın Təqsirləndirilən şəxs: Ona görə mən narahatamda KQMBİ: Deyirəm heç bir narahatlığı yoxdur siz məlumat verirsiniz 16-56-ya Təqsirləndirilən şəxs: Mən sroka getmək istəmirəm təzədən ay brat. Təzə çıxmışam mən KQMBİ: Yox məhkumluğunuz ilə əlaqəsi yoxdur Təqsirləndirilən şəxs: Whatsappnan yığmaq olar? KQMBİ: Yox mən bilən, şəhər telefonunnan yığında 16-56 Təqsirləndirilən şəxs: 16-56? KQMBİ: Aha bəli Təqsirləndirilən şəxs: Dayan bir dəqiqə zəng edim. Növbətçi hissədi hə? KQMBİ: Bəli qaynar xəttdi Təqsirləndirilən şəxs: Ulduznan yığılır? KQMBİ: Yox ulduzsuz. Yaxşı oldu Vitali müəllim sağolun Təqsirləndirilən şəxs: Sağolun Daxili İşlər Nazirliyindən daxil olan diskdə: DİN: 102 xidməti serjant Fərziyeva Təqsirləndirilən şəxs: Axşamınız xeyr xanım DİN: Salam, buyurun Təqsirləndirilən şəxs: Mən sizdən məsləhət görmək istəyirdim xanım DİN: Nə ilə bağlı? Təqsirləndirilən şəxs: Mən srokdan çıxmışam DİN: Aha Təqsirləndirilən şəxs: Köhnə dostumnan rastlaşdım o çağırdı evinə. Oturduq yedikiçdik axırda bir nəfərdə gəldi. Mənə başlıyırlar verbofka eləməyə terrora DİN: Nə deyirlər sizə? Təqsirləndirilən şəxs: Mənə dedilər nə bacarırsan, nə edirsən. Birinci açıq demirlər axı, birinci baxırlar adam necədi başqası deyir bu hər işə gedəndi. Düzdü mən vaxtında hər işə gedən olmuşam indi darmatis olmuşam DİN: Yaxşı indi şikayətiniz nədir? Nə istəyirsiniz? Təqsirləndirilən şəxs: Yo mən şikayət eləmirəm, prosda deyirəm mən indi neyniyim? Mənə iki gün sonra deyir gələrsən söhbət edərik, sən biznən işləyəcəksən yoxsa işləməyəcəksən? DİN: Biz indi bilmirik axı bunlar sizə nə iş vermək istəyirlər, nə təklif edirlər. Problem yaransa deyərsiz Təqsirləndirilən şəxs: Yoxe necə yəni nə təklif etmək istəyirlər, partlatmaq istəyirlərdə nəyisə DİN: Dedilər sizə belə bir söz? Təqsirləndirilən şəxs: Hə mənə deyiblərki bizdə belədi razılaşırsan? Dedim mən fikirləşərəm onlarda dediki çox fikirləşmə DİN: Belədi, belədi, nə belədi? Əsas məsələ nəyi dedilər? Təqsirləndirilən şəxs: Mənə dedilərki biz sənə deyərik buranı partlatmaq lazımdı, eliyərsən? Dedim fikirləşərəm, dedi bizdə fikirləşmək yoxdu. Hə yoxsa yox? kankret. Biz bu qədər pul veririk buraxırıq edirsən yoxsa etmirsən? İndi mən siznən məsləhət etmək istəyirəm necə edim? Mən etmək istəmirəm DİN: Vətəndaş mən sizə heç bir məsləhət görə bilmirəm bu məsələ ilə bağlı. Mən burda operatoram, şikayətiniz varsa qeydə alım Təqsirləndirilən şəxs: Yox şikayətim yoxdu mən sizdən məsləhət almaq istəyirdim, əgər siz edə bilmirsinizsə başqa nömrə verin DİN: O barədə bizdə məlumat olmur nədəki məsləhət verə bilmirik. Mən şikayətinizi qeydə alıb polis bölməsinə yönləndirə bilərəm, həmin o dostunuzun yaşadığı ərazidəki polis bölməsinə Təqsirləndirilən şəxs: 34 olmasında mən onlarnan yola getmirəm DİN: Harda yaşıyır sizin bu dostunuz? Kimin evinə getmişdiz? Təqsirləndirilən şəxs: Əhmədlidə, kənd Əhmədlidə DİN: Kənd Əhmədlidə yaşıyır. Onun evinə getmişdiz? Təqsirləndirilən şəxs: 34-cü polis bölməsi baxır, mən rəisnən yola getmirəm DİN: Rəisnən yola getmirsiz yönləndirərik bölməyə bununla bağlı araşdırma aparılar Təqsirləndirilən şəxs: Yox başqa bölmə yoxdu axı, 34 baxırda bizə DİN: Vətəndaş sizə bu təklifi edənlər barədə şikayət qeydə alınır, göndərilir orada Təqsirləndirilən şəxs: Mən şikayət eləmirəm DİN: Məsləhət sizindi, mən day nə deyim Təqsirləndirilən şəxs: Bunu preqlajit eliyiblər DİN: Eliyiblər bununla bağlı məlumat verirsiz qeydə alırıq yönləndiririk polis bölməsinədə başqa mən sizə nə deyim? Təqsirləndirilən şəxs: Ay xanım sizə qurban olum bir dənə olar mən sizə söz deyim DİN: Buyurun Təqsirləndirilən şəxs: Bax mən vətəndaş kimi...düzdü mən srokda olmuşam, cəza çəkmişəm indi istəyirəm təmiz yola qayıdımda elə deyil? İndi qayıdıramda bax mənə təklif edirlər bunu mən 102 yığmışam deyirəm bunu mənə təklif ediblər, mən necə edim? Düz edim səhv edim? Necə edim? Səhv edirəm ay xanım? DİN: Təklif ediblər yaxşı eləmisiniz 102 xidmətinə məlumat verirsiniz Təqsirləndirilən şəxs: Səhv edirəm ay xanım? DİN: Kim sizə deyirki səhv edirsiniz, deyirəmki yaxşı edirsiniz Təqsirləndirilən şəxs: Prosda bu adam buranın vətəndaşı deyil, İran vətəndaşıdı DİN: Bunu sizə təklif edən şəxs İran vətəndaşıdı? Düzdü? Təqsirləndirilən şəxs: Bəli DİN: Məndə bununla bağlı deyirəmki, əgər bir məlumat vermək istəyirsinizsə qeydiyyata alaq qabaqcadan tədbir görülsün bununla bağlı. Başqa mən sizə nə deyim? Təqsirləndirilən şəxs: Problem yoxdu prosda bu sabah mənə görüş verəcək DİN: Harda deyib görüş yerini? Təqsirləndirilən şəxs: Bilmirəm hardadı o mənə zəng vuracaq. Sabah görüş verəcək, mənim telefonum onda var DİN: Bəli Təqsirləndirilən şəxs: Deyir biz oturarıq söhbət edərik nədi nə deyil. Razılaşarsan hə işliyərik, razılaşmarsan day bilmirəm necə olacaq DİN: İndi yaxşı hal-hazırda sizin müraciətinizi, məlumatınızı qeydə alım? Təqsirləndirilən şəxs: Yox xanım mən səhv elədim yığdım sizə yoxsa düz elədim? DİN: Xeyr düz etmisiniz yığmısınız, müraciətinizi qeydə alım? Yönləndirim polisə? Təqsirləndirilən şəxs: 34-ə yoxda. Mən 34-nən konkret yola getmirəm DİN: Ay yoldaş, ay vətəndaş biz hara lazımdısa ora göndərəciyik məlumatı. Aydındı sizə? Təqsirləndirilən şəxs: Mən bilirəmdə siz 34-ə göndərəcəksiniz, oda mənə zəng vurur beynimi xarab edir DİN: Ay yoldaş 6 dəqiqədir mən sizinlə danışıram. Məlumat verirsinizsə qeydiyyata alım yönləndirim aidiyyatı üzrə polisə Təqsirləndirilən şəxs: Tolka 34-ə yoxda? DİN: Adınız, soyadınızı deyin mən müraciətinizi qeydə alım Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxsa Aleksandrit DİN: Yaşayış ünvanınızı deyin. Harada yaşıyırsınız? Təqsirləndirilən şəxs: Tofiq HacıBabayev 18 DİN: Xətai rayonudu? Təqsirləndirilən şəxs: Xətai rayonu bəli 34 baxır bura DİN: Yaxşı harda görüşmüşdünüz həmin adamlarnan bugün? Təqsirləndirilən şəxs: Mən düşürdüm qəbirstanlıq tərəfdən əhmətli metrosu yoxdu? DİN: Aha Təqsirləndirilən şəxs: O qəbirstanlığa düşürdüm orda da dostum ilə rastlaşdım hansı ki srokda mənimlə birgə olub DİN: Adı nədi dostunuzun? Təqsirləndirilən şəxs: Arif. Getmişdim onun evinə DİN: Arifin evi hardadı? Təqsirləndirilən şəxs: Düz qəbirstanlıqdan hardasa 100-150 metr aralı DİN: Kənd Əhmədlidə qəbirstanlıqdan... Bu gün getmişdiniz onun evinə? Təqsirləndirilən şəxs: Bəli, birinci dəfə getmişəm çünki birinci dəfə rastlaşdıq DİN: Sonra kim gəldi? Təqsirləndirilən şəxs: Sonra bir nəfər gəldi oturduq yedik-içdik, sonra bir nəfərdə gəldi. Mən heç birini tanımıram amma o birisi gəldi dedi mən mayoram DİN: Aha Təqsirləndirilən şəxs: O söhbət edirki mən reski girdim söhbəti eşitdimdə. Dedi mən mayoram, sən bilmirsən mən kiməm? DİN: Bu harda mayor işləyir? Demədi harda işlədiyini? Polis əməkdaşıdı, hərbidə mayordu hardadı Təqsirləndirilən şəxs: Yo polis əməkdaşı deyil bu İranda hardasa işləyir DİN: İran vətəndaşıdı? Təqsirləndirilən şəxs: Bəli, bəli DİN: Adını bildiniz? Nə idi adı? Təqsirləndirilən şəxs: Yo, yo. O mənnən sabah görüşmək istəyir DİN: Nə təklif elədi sizə? Konkret olaraq Təqsirləndirilən şəxs: Verbalat eliyirdə ora DİN: Yaxşı konkret olaraq nəyi təklif elədi? Təqsirləndirilən şəxs: Konkret dediki verbalat eliyirəm səni, bu qədər pul verəcəklər nə deyirəmsə onuda edəcəksən DİN: Nə deyirəm onuda edəcəksən. Sonra kriminalni nəsə dedi sizə? Təqsirləndirilən şəxs: Kriminalni deyəndəki onnan o tərəfə kriminalni yoxduda uje. O deyəcək adam öldür öldürməliyəmdə ay xanım DİN: Yaxşı mobil nömrəniz var sizin? Deyin mobil nömrənizi Təqsirləndirilən şəxs: Mənim telefonum onlarda qalıb DİN: Mobil telefonunuzu götürüblər özlərinə? Təqsirləndirilən şəxs: Hə, götürməmişəm. Biz yeyib-içirdik axı mən durdum belə çıxdım getdim DİN: Hal-hazırda bu ev telefonunuzdu sizin? Təqsirləndirilən şəxs: Bəli, bəli DİN: Yaxşı gözləyin əlaqə saxlıyacaqlar polisdən sizinlə Təqsirləndirilən şəxs: Aha DİN: Oldu sağolun təşəkkürlər zənginiz üçün Təqsirləndirilən şəxs: Sağolun. Prosda mən vətəndaş kimi bildirmək istədim DİN: Lap yaxşı düzgün eləmisiniz məlumat vermisiniz Təqsirləndirilən şəxs: Düzdü cinayət törətmişəm amma o dərəcədə yoxda DİN: Oldu düzgün etmisiz məlumat vermisiniz təşəkkürlər. Gözləyin polisdən əlaqə saxlıyacaqlar sizinlə. Sağolun vətəndaş qeydə aldım Təqsirləndirilən şəxs: Sağolun, Çox sağolun (cild 1, i/v 216-220). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1261 nömrəli ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, halhazırkı dövrədək hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir, hazırda da psixi xəstəlik qeyd olunmur. Törətdiyi əməllər dövründə öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Ona istinad edilən əməlləri törədərkən öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməmələrinə və idarə edə bilməmələrinə səbəb olan hər hansı psixi pozuntu keçirməmişdir. Odur ki, onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, i/v 6-8). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 4(009)-360/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 24 oktyabr 2025-ci il tarixədək uzadılmışdır (cild 2, i/v 17-18). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/593-4/605 saylı ekspert rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş 01 ədəd üzərində “Tədqiqat obyekti” xüsusi qeydi olan “BİNGO” markalı DVD-R diskdə və 01 ədəd üzərində “252990032 xx.xx.2025 saylı qərara əlavə disk” xüsusi qeydi olan ağ rəngli DVD diskdə olan mübahisəli fonoqramlarşəxsiyyəti müəyyənləşdirmək üçün yaradılır.
2. Ekspertizaya təqdim edilmiş 01 ədəd üzərində “Tədqiqat obyekti” xüsusi qeydi olan “BİNGO” markalı DVD-R diskdə və 01 ədəd üzərində “252990032 xx.xx.2025 saylı qərara əlavə disk” xüsusi qeydi olan ağ rəngli DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir.
3. Ekspertizaya təqdim edilmiş 01 ədəd üzərində “Tədqiqat obyekti” xüsusi qeydi olan “BİNGO” markalı DVD-R diskdə və 01 ədəd üzərində “252990032 xx.xx.2025 saylı qərara əlavə disk” xüsusi qeydi olan ağ rəngli DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnilərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – X1 məxsusdur.
4. Ekspertizaya təqdim edilmiş 01 ədəd üzərində “Tədqiqat obyekti” xüsusi qeydi olan “BİNGO” markalı DVD-R diskdə və 01 ədəd üzərində “252990032 xx.xx.2025 saylı qərara əlavə disk” xüsusi qeydi olan ağ rəngli DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 250,0 manat təşkil edir (cild 2, i/v 26-38). “Maddi sübut kimi tanınma və cinayət işi üzrə icraatın materiallarına əlavə edilməsi haqqında” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, DTX Əks-kəşfiyyat baş idarəsindən xx.xx.2025-ci il tarixli 9.958 saylı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən xx.xx.2025-ci il tarixli 3-39-9/1- 1426/25 saylı və Daxili İşlər Nazirliyindən 03.06 2025-ci il tarixli 3-39-9/1-1786/25 saylı məktublarla istintaqa daxil olmuş Təqsirləndirilən şəxs telefon danışıqlarının əks olunduğu 03 ədəd disk yaddaşlarında olan məlumatlara görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən hazırkı iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, i/v 42-43). Məhkəmə, təqsirləndirilən şəxsin ifadsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulan əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdikləri və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadəni özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikasının CM-in 216-cı maddəsinə əsasən terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə, yəni insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə – beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxsna təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 mart 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 23 mart 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdr. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 23 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut qismində tanınmış 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 250,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 23 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 250,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Hafiz Kamranov
Hakimlər Babək Pənahov
Hüseyn Hüseynli