Məhkəmə qərarları › İş №1(101)-1843/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1843/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1843/2022 30.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X2 və Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, General S.Qılmanov küçəsi, ev 31B/6-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, General S.Qılmanov küçəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, S.Qılmanov küçəsindəki nömrəsiz evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan 299 ədəd kol çətənə (kannabis) bitkisini kultivasiya etmiş, 06 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPl-nin və RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ünvana keçirilmiş baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qulluq edilmiş 299 ədəd yaş vəziyyətdə ümumi çəkisi 11660 qram (11 kq 660 qram) olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək, ifadəsində göstərmişdir ki, o əsəb xəstəsi imiş və ona görə də çətənə bitkisi əkmişdir ki, gələcəkdə istifadə etsin. 06 iyun 2022-ci il tarixdə evində imiş və yatıbmış. Bu vaxt polis əməkdaşları evinə daxil olaraq onu tutmuşlar. Bundan sonra onlar evinin həyətinə baxış keçirmişlər və əkdiyi çətənə bitkilərini onlara göstərmişdir. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə aparmışlar. Orada üzərinə şəxsi axtarış keçirmişlər. Əkdiyi çətənə bitkilərini 1 illik istifadə üçün əkmişdir. O, əkdiyi çətənə bitkisindən heç kəsə verməmiş və heç kəs ondan çətənə bitkisi istəməmişdir. 5 ay imiş ki, nəşə çəkirmiş. Xəzər klinikasına əsəb sistemində pozğunluq olması barədə müraciət etmişdir və ona əsəb xəstəsi olması barədə diaqnoz qoyulmuşdur. Əkdiyi çətənə bitkiləri hələ yetişməmişdilər və onlardan istifadə etməmişdir. Həyətində çətənə bitkisini əkməyi barədə polis əməkdaşlarının haradan məlumat əldə etməsini bilmirmiş. Polis bölməsindən evə qayıtmamışlar. Polis bölməsində üzərinə şəxsi axtarış keçirmüşlər.Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. 06 iyun 2022-cİ il tarixdə Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitədən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı rəhbərliyə məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və digər əməkdaşlar Şahid1, Şahid2 iştirak edirmişlər. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlamışlar. Bundan sonra onu Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə aparmışlar. Orada vəkilin iştirakı və videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir, lakin onun üzərində hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evinin həyətində çətənə bitkisini əkdiyi bildirmişdir. Bundan sonra onun yaşadığı evə getmişlər və evə baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısını açıb girişdən sağda yerləşən və qapısı yan tərəfdə olan iki mərtəbəli həyət evinin qapısını açaraq girişlə üzbəüz dəhlizin sonunda yerləşən plastik qapını açmış və oradan dar dəhlizlə gedib həyətə çıxaraq həmin hissədə torpağa əkdiyi bitkiləri göstərmişdir. Onlar Təqsirləndirilən şəxs küçədə saxladıqdan sonra onu polis şöbəsinə aparmışlar. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə yox, sadəcə olaraq narkotik vasitədən istifadə etməsi barədə məlumatları var imiş. Təqsirləndirilən şəxs saxlayarkən onun yanında başqa şəxs olmamışdır. Onu saxladıqdan sonra təqribən 15-20 dəqiqə ərzində polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs vəkil təyin olunmuşdur. Polis bölməsindən evə nə qədər vaxt ərzində getdiklərini xatırlamır. Onlara daxil olmuş məlumata əsasən güman edirmişlər ki, Təqsirləndirilən şəxs evi onun evinin yanındakı digər evdir. Belə ki, həmin evdən tiryək iyi gəlirmiş. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi müddətdə sübutların məhv olmaması üçün onun evinə nəzarət etməmişlər. Onlar Təqsirləndirilən şəxs evində olarkən yox, küçədə saxlamışlar. Təqsirləndirilən şəxs həyətində təqribən 300-ə yaxın çətənə bitkisi kolu aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid3 verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiyməət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 06 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Suraxanı RPİ-nin 30-cu PŞ təhqiqatçısı, polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli, üzəri fərqli naxışları olan şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, əynindəki həmin şalvarın sol yan cibindən isə bir ədəd “Rothmans” markalı siqaret qutusunu və bir ədəd kibrit qutusu aşkar edilmiş, həmin bir ədəd “Samsung” markalı mobil telefon qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Həmçinin şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya maddələr aşkar edilmişdir. Cinayət işində olan Suraxanı RPİ-nin 30-cu PŞ təhqiqatçısı, polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin həyətyanı sahəsində olan üç hissəyə bölünmüş torpaq sahəsindən cəmi 299 ədəd narkotik tərtkibli çətənə koluna bənzər kollar aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/582 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “165”, “73”, “61” yazıları olan 03 (üç) ədəd ağ rəngli sintetik torbalardakı ümumi sayısı 299 (iki yüz doxsan doqquz) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 11660 qram (11kq660qram) olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Qeyd: Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi-11660 qram, tətqiqata sərf edildi 1,7 qram, qalıq 11658,3 qram.(Ekspertiza xərcinin dəyəri-78(yetmiş səkkiz) manat) Cinayət işində olan xx.xx.2022-ci il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünü və yaşadığı evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı1905816 KB ölçüsündə 38 dəqiqə 56 saniyə həcmində bir ədəd fayl olması, həmin fayla nəzər yetirdikdə, videogörüntünün 04 dəqiqə 45-ci saniyəsinə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan boz rəngli, üzəri fərqli naxışları olan şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, əynindəki həmin şalvarın sol yan cibindən isə bir ədəd “Rothmans” markalı siqaret qutusunu və bir ədəd kibrit qutusunu çıxarıb təqdim etməsi, həmin siqaret qutusunun açılaraq içərisində siqaret kötükləri olması və kibrit qutusunun açılaraq içərisində kibrit çöpləri olmasının müəyyən edilməsi, sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə “nəşə” kimi tanıdığı nnarkotik maddə əksiyini və onu göstərə biləcəyini qeyd etməsi, bir ədəd “Samsung” markalı mobil telefonun qablaşdırılaraq götürülməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və onun üzərindən əldə edilməsi, saxlanması və ya daşınması qadağan edilən hər hansı bir əşya və ya maddə aşkar olunmaması, həmin videogörüntünün 04 dəqiqə 46-cı saniyəsindən etibarən isə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə onun müdafiəçisinin və dəvət edilmiş mütəxəssisin iştirakı ilə baxış keçirilməsi, əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə və onun həyətyanı sahəsində qanunsuz olaraq əkdiyi narkotik tərkibli kolları göstərməsinin təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin hasarının darvaza qapısını açıb içəriyə daxil olması və həyətdə girişdən sağda yerləşən iki mərtəbəli həyət evinə yaxınlaşması, sağda yerləşən dəmir materialdan olan qapıya yaxınlaşıb qapının kilidini açması və evə daxil olması, daha sonra həmin evin girişi ilə üzbəüz olan dəhlizin sonundakı ağ rəngli plastik qapını açıb dar dəhlizdən keçdikdən sonra kiçik ölçülü həyət sahəsinə keçməsi və həmin həyət hissəsinə daxil olduqda hündür hasarın içərisində olan torpaq sahəsində sıra ilə düzülmüş qaydada torpağa əkilmiş vəziyyətdə yaşıl rəngli kollar olması, Təqsirləndirilən şəxs həmin kolların “nəşə” kimi tanıdığı kollar olduğunu və onları öz şəxsi istifadəsi üçün əkib-becərdiyini və niyyətinin satmaq deyil, yalnız özünün istifadə etməsi olması, həmin kolların bir-bir sayılmaqla çıxarılıb ağ rəngli torbaya qoyulması və cəmi 165 ədəd kol olması, sorğu zamanı Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə bitişik olan iki kiçik ölçülü torpaq sahəsində də “nəşə” kimi tanıdığı bitkiləri əkdiyini və pilləkənlə bir yerdən o birinə keçdiyini bildirməsi, bundan sonra həmin torpaq sahəsində hasarın küncündə divara dayanmış halda olan taxta pilləkənə çıxılaraq hasara qalxdıqda bu torpaq sahəsinə bitişik olan yan-yana və arada daş hasarla ayrılmış iki kiçik ölçülü torpaq sahəsində də eyni görünüşdə kolların sıra ilə əkilməsi, solda yerləşən birinci torpaq sahəsinə düşərək torpağa əkilmiş kolların bir-bir çıxarılıb sayılaraq ağ rəngli başqa torbaya yığılması və həmin yerdə olan kolların cəmi 73 ədəd olması, sonra isə həmin torpaq sahəsinə bitişik üçüncü kiçik ölçülü torpaq sahəsinə baxış keçirilməsi, həmin torpaq sahəsindəki bitkilərin də bir-bir çıxarılıb sayılaraq başqa ağ rəngli torbaya yığılması və cəmi 61 ədəd olmasının müəyyən edilməsi, həmin kolların yığıldığı üç ədəd ağ torbanın bağlanaraq qablaşdırılması və götürülməsi, daha sonra İsə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə daxil olaraq evə baxış keçirilməsi, ona yaşadığı evdə saxlanması, daşınması və ya əldə edilməsi qadağan olunan hər hansı bir əşya və ya maddə, kol varsa təqdim edilməsinin təklif olunması, Təqsirləndirilən şəxs isə yaşadığı evdə hər hansı bir qanunsuz əşya, maddə və ya kol olmadığını bildirməsi, sonra həmin evin hər iki mərtəbəsində otaqlara baxış keçirilməsi və əldə edilməsi, saxlanması və ya daşınması qadağan edilən hər hansı bir əşya və ya maddə aşkar olunmaması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işi materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(010)-348/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2003-cü il təvəllüdlü X3 adlı biri yetkinlik yaşına çatmayan olmaqla iki övladı vardır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/657 saylı rəyindən görünür ki, aqranomun (mütəxəssisin" rəyinə əsasən 299 (iki yüz doxsan doqquz) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. (Ekspertiza xərcinin dəyəri-78(yetmiş səkkiz) manat) Cinayət işi materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1586 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının 11 avqust 2022-ci il tarixli 4411 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni 06 iyun 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhər Suraxanı RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan ümumi sayı 299 (iki yüz doxsan doqquz) ədəd olmaqla yaş vəziyyətdə ümumi çəkisi ekspertiza tədqiqatından sonra qalıq 11658,3 qram (11kq 658,3qram) olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ibtidai istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli, ondan ekspertiza xərci təşkil edən 156 (yüz əlli altı) manat alınıb dövlət büdcəsinə verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 06 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhər Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ümumi sayı 299 (iki yüz doxsan doqquz) ədəd olmaqla yaş vəziyyətdə ümumi çəkisi ekspertiza tədqiqatından sonra qalıq 11658,3 qram (11kq 658,3qram) olan çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, ibtidai istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 156 (yüz əlli altı) manat manat 46(qırx altı) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar