Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1843/2024 27.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Namazov Fərid Arif oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X5 və X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 25 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka Bağ sahəsi 973 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 noyabr 2024-cü il tarixdə, saat 13:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini külli miqdarda 2,526 qram təmiz çəkidə əldə edərək üzərində saxlamaqla yaşadığı Bakı şəhəri ünvan 2 ünvanınadək daşımış, yaşadığı ünvanda həmin narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini özünə məxsus elektron tərəzidə çəkib hissələrə bölərək ayrı-ayrı bükümlərdə qablaşdırmaqla satış üçün hazırlamış, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə olan kustar üsulla hazırlanmış heroinin 1(bir) bükümünü, yəni 0,804 qram təmiz çəkidə olan hissəsini 22 yanvar 2024-cü il tarixdə, günorta saatlarında yaşadığı evin qarşısında tanışı Şahid4 1(bir) ədəd 40 manat dəyərində “Bosch-GBH 2-26 DRE” markalı perforatorla əvəzləşdirməklə satmış, həmin tarixdə, saat 19 radələrində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə (bundan sonra mətndə - Sabunçu RPİ-nin 14-cü PŞ) aparılmış Şahid4 üzərindən satdığı həmin 1(bir) bükümdə 0,804 qram təmiz çəkidə narkotik vasitə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüş və bununla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu RPİ-nin 14cü PŞ-nin əməkdaşları tərəfindən 22 yanvar 2024-cü il tarixdə, saat 22:30-da yaşadığı ünvanın yaxınlığında saxlanılaraq gətirildiyi Sabunçu RPİ-nin 14-cü PŞ-nin ünvan 3 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən çıxarıb təqdim etdiyi 1(bir) ədəd üzərində “Show” yazısı olan şəffaf plastik qutunun içərisindən ayrı-ayrılıqda təmiz çəkiləri 1,364 qram, 0,056 qram, 0,052 qram, 0,053 qram, 0,054 qram, 0,047 qram, 0,040 qram və 0,056 qram olmaqla ümumi təmiz çəkisi 1,722 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin qablaşdırılmaqla ümumilikdə 8(səkkiz) ədəd büküm və 1(bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 22 yanvar 2024-cü il tarixdə, təxminən saat 21-22 radələrində evdə olarkən 8-9 nəfər polis əməkdaşı evin həyətinə hasardan tullanıb keçərək evinə daxil olub onu tutaraq polis şöbəsinə aparmışlar. Orada şəxsi axtarış istintaq hərəkəti keçirilərkən ittihamda göstərilməklə saxlanılmamışdan təxminən bir həftə əvvəl əldə etdiyi gödəkcəsinin cibində saxladığı 8 ədəd bükümdə ümumi təmiz çəkisi 1,722 qram narkotik vasitə heroin aşkar edilmişdir. Həmin heroin özünə məxsus olmuş, lakin guya ittihamda ondan aşkar edildiyi göstərilən elektron tərəzi isə ona məxsus olmamış, həmin elektron tərəzi şöbədə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Polis əməkdaşları övladları ilə birlikdə yaşadığı evinə daxil olarkən oğlu Ramin də evdə olmuşdur. O, Şahid4lə uzaq qonşuluq münasibətində olmuş, sonuncuya heç vaxt narkotik vasitə satmamış, lakin Şahid4 ona ağrıdığını bildirdikdə özündə olan narkotik vasitədən hər hansı qarşılıq güdmədən istifadə etməsi üçün ona pay kimi vermişdir. Şahid5 isə ümumiyyətlə tanımamış, onu 1-2 dəfə Şahid4 yanında görmüş, ona hər hansı narkotik vasitə verməmiş, habelə onun narkotik vasitə istifadə etməsi barədə də məlumatı olmamışdır. Saxlanılmamışdan 1 həftə əvvəl evdə işləyərkən Həmid ona köməklik etmiş, həmin vaxt sonuncuya öz istifadəsi üçün əldə etdiyi narkotik vasitədən, yəni təxminən 1 qram çəkidə narkotik vasitənin 1/10 hissəsini vermişdir. Həmid perforatoru ona tutulmamışdan 1 həftə əvvəl vermiş, həmin perforatoru ondan evdə tikinti işləri görmək üçün almış, lakin perforator nasaz olmuşdur. O, saxlanılarkən üzərində hər hansı xəsarət yaranmamış, polis əməkdaşları tərəfindən üzərinə hər hansı narkotik vasitə qoyulmamışdır. Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitə ona (Təqsirləndirilən şəxs) məxsus olmamış, həmin narkotik vasitəni daha əvvəl görməmişdir. İbtidai istintaq zamanı verilən ifadələri həqiqəti əks etdirməmiş, habelə Şahid4lə üzləşdirmə istintaq hərəkəti zamanı elektron tərəzinin ona məxsus olmadığını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etdiyini, “Hepatit B” və narkomaniya xəstəliyindən əziyyət çəkməklə müalicə olunmaq istədiyini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı və yaşlı anasının olmasını, övladı Ramin Qasımlının 44 günlük Vətən Müharibəsində iştirak etməklə xidmətlərinə görə 2 medalla, habelə fəxri fərman və təşəkkürnamələrlə təltif olunduğunu və özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olduğunu bildirərək əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməklə barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 20 ildir narkotik vasitələrin qəbulu ilə məşğul olur, son vaxtlar narkotik vasitəni əsasən Həci adlı tanışından almış, lakin son günlər Bakı İstintaq Təcridxanasında olarkən televiziya xəbərlərində həmin Həci adlı şəxsi narkotik satdığına görə polislərin tutduğunu görmüşdür. Özü narkotik vasitələrin satışı ilə məşğul olsa da, bu işdən heç bir pul qazanmamış, yalnız özü istifadə etdiyi narkotik vasitənin pulunu çıxarmış, yəni aldığı narkotik vasitəni satdıqda üzərindən özü üçün də havayıdan götürmüşdür. Şahid4 məhəllə adamı kimi çoxdan tanımış, lakin aralarında narkotik alverinin başlanğıcı həbs olunmamışdan üç ay əvvələ təsadüf etmişdir. Şahid5 isə Həmidin vasitəsi ilə tanımış, çox vaxt sonuncular onun yanına birlikdə gəlmiş, lakin bir dəfə tək gələn Mövlüd qaranlıqda onu aldadaraq 30 manat əvəzinə 3 manat pul verərək narkotik vasitə aldıqdan sonra o, Mövlüdla ünsiyyət saxlamamış, Mövlüdü yaxınına buraxmamış, əksinə Həmidə pulunu Mövlüddan alıb qaytarmasını tapşırmış, lakin Həmid həmin pulu Mövlüddən alıb ona qaytarmamışdır. Sonuncu dəfə 21 yanvar 2024-cü il tarixdə Həmid yanına gələrək ona bir ədəd perforator verib pulu olmadığını, perforatorun atasından qaldığını, artıq onlara lazım olmadığını bildirərək, əvəzinə bir büküm narkotik vasitə verməyini xahiş etmiş, o da razılaşaraq Həmidə bir büküm narkotik vasitə heroin vermişdir. Sabahı gün isə həmin perforatoru aparıb “3-cü Mikrorayon Bazarında” tanımadığı bir nəfərə 10 manata satmışdır. Elə həmin günün axşamı 14-cü PŞ-nin əməkdaşları məhəllələrinə gələrək onu küçədən tutub aparmış, şöbəyə daxil olduqda Həmidlə Mövlüdün də orada olduğunu görmüşdür. Həmin vaxt onun üzərindəki şəffaf plastik qutunun içərisində yalnız bir bükümdə, təxminən 1,5 qram çəkidə narkotik vasitə heroin olmuş, lakin Həmidgil onun adını polislərə narkotik satan kimi verdiklərindən oradakı Samir adlı polis zabiti ona təzyiq göstərərək üzərindəki bir ədəd sellofan büküm narkotik vasitənin üzərinə əlavə edilən digər 7 ədəd kağız bükümləri və 1 ədəd elektron tərəzini də guya özününkü kimi boynuna götürməsini məcbur etmişdir. Amma reallıqda həmin əlavə 7 ədəd kağız bükümlərdəki narkotik vasitələr və bir ədəd elektron tərəzi ona məxsus deyildir. Buna baxmayaraq o, təzyiqlər altında həmin əlavə olunmuş bükümləri və tərəzini də öz üzərinə götürmüş və qalan hissəsində hadisələri olduğu kimi danışmışdır. Hazırda narkotik vasitələri həm öz istifadəsi, həm də tanıdığı narkomanlara satmaq üçün Həci adlı tanışından əldə etmiş, həqiqətən də Şahid4 dəfələrlə narkotik vasitə satmış, sonuncu dəfə isə gətirdiyi perforator ilə əvəzləşdirməsini təsdiq edir. Lakin Həmid ilə Mövlüdün oğurluqla məşğul olduqlarını, ona verdikləri perforatorun oğurluq olmasını bilməmişdir. İstintaq zamanı əldə olunmuş telefon danışıqları haqqında məlumatlarda əks olunan SMS yazışmaları ilə tanış olmuş, həmin mesajlar ona məxsus olmuş, özü də narkotik vasitələrin satışı ilə məşğul olmasını danmır. Lakin hazırda həmin yazışmaları apardığı şəxsləri xatırlamır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 49; 76-77; 107-108; 229-231; 290-293;).
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
6. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis sahə inspektoru polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, son vaxtlar xidmət apardıqları polis şöbəsinin inzibati ərazisində əmlak oğurluqlarının və narkotk vasitələrin qanunsuz dövriyyəsinin sayının kəskin surətdə artması ilə əlaqədar iş yoldaşı, əməliyyat müvəkkili Şahid3 ilə birlikdə 22 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar yaşayış massivi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparmış, saat 19 radələrində orada diqqətlərini bir nəfər əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər şəxs cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim edərək həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvvəllər məhkum olub-olmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyə fikirləşib çətinliklə cavablandırmış, hətta adını və soyadını da çətinlikdə demişdir. Sorğu-sual zamanı həmin şəxsin danışdıqca sanki üzərində olan hansısa predmeti gizlətməyə çalışdığı və narkotik vasitələrin təsiri altında olması hiss olunduğundan onu şöbəyə aparıb üzərində şəxsi axtarış aparmaq qərarına gəlmişlər. Həmin şəxsi polis şöbəsinə dəvət etmiş, sonuncu etiraz etməmiş, birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 14-cü PŞ-nin inzibati binasına getmişlər. Orada növbədə olan təhqiqatçı Samir Allahverdiyev müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakı ilə saxlanılan şəxs Şahid4 üzərinə şəxsi axtarış aparılacağı bildirilərək üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra həmin şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək əynindəki qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd içərisində tünd qəhvəyi rəngli toz şəkilli kütlə olan sellofandan hazırlanmış bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində “kakos” adlanan narkotik vasitə heroinin olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlanılan gün Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində yaşayan Fərman adlı tanışından aldığını, həmin narkotik vasitənin əvəzinə Fərmana bir müddət əvvəl oğurluq etməklə ələ keçirdiyi bir ədəd su nasosunu verdiyini bildirmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Həmin şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Müəyyən etdikləri həmin fakt tərəflərindən rəhbərliyə məruzə olunmuş, saxlanılan şəxs Şahid4 qeyd etdiyi Fərman adlı şəxsin şəxsiyyəti müəyyən edilərək həmin şəxsin Albalılıq yaşayış massivi ərazisində yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmin şəxsin barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, müvafiq əməliyyat qrupu təşkil olunmuş, o da həmin əməliyyat qrupuna daxil edilmiş, daha sonra elə həmin gün şöbənin digər əməliyyat müvəkkili Şahid2lə birlikdə yenidən əraziyə çıxaraq Fərman adlı şəxsin axtarışı ilə məşğul olmuş, saat 22:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Maştağa qəsəbəsi Albalılıq yaşayış massivi ərazisində müəyyən edərək saxlayıb 14-cü PŞ-nin inzibati binasına gətirmiş, növbədə olan təhqiqatçı Samir Allahverdiyev müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonuncu üzərində narkotik vasitə olmasını etiraf edərək əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd üzərində “Show” yazısı olan şəffaf plastik qutunu və bir ədəd “Samsung” markalı mobil telefon cihazını, sol yan cibindən isə bir ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim etdiyi plastik qutu təhqiqatçı tərəfindən açıldıqda içərisindən 7 ədəd standart xırda ölçülü kağız bükümlər və 1 ədəd konfet kağızına bükülmüş böyük sellofan büküm aşkar olunmuş, həmin bükümlər təhqiqatçı tərəfindən bir-bir açıldıqda hər birinin içərisində qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlələrin olması müəyyən edilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki kütlələrin narkotik vasitə heroin olmasını, narkotik vasitəni həm öz istifadəsi üçün, həm də satıb pul əldə etmək məqsədi ilə Hacı adlı tanışından əldə etdiyini, Şahid4 həqiqətən də bir ədəd su nasosunun əvəzinə narkotik vasitə satdığını, üzərindən aşkar olunmuş elektron tərəzini isə əldə etdiyi və satdığı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmışdır. Həmin şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə, elektron tərəzi və mobil telefon cihazı qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Tərəflərindən saxlanılan Şahid4 digər tanışı Şahid5 ilə birlikdə 2024-cü ilin yanvar ayı ərzində Maştağa qəsəbəsi ərazisində Elminaz Orucova və Nüsrət İbrəhimov adlı şəxslərin fərdi həyət evlərindən oğurluq etmələrini də etiraf etmişlər, taladıqları əmlaklar satdıqları yerlərdən müəyyən olunaraq tərəflərindən götürülmüşdür. Saxlanılan Şahid4 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə hər hansı bir məlumatı yoxdur. Belə ki, onu hər hansı bir məlumat əsasında deyil, təsadüfən saxlamışlar, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması özü tərəfindən etiraf edilməsi ilə yanaşı, sonradan barəsində toplanmış məlumatlarla da təsdiq olunmuşdur. Sonradan Şahid4 məsuliyyətdən yayınmaq məqsədi ilə guya tərəfindən təzyiqlərə məruz qalaraq üzərindən narkotik vasitə aşkar edilməsini etiraf etməyə məcbur edilməsini göstərmişdir. Halbuki, nə o, nə də hər hansı şəxs tərəfindən nə Şahid4, nə də Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təzyiq göstərilməmiş, pis rəftara məruz qalmamışlar. Eyni zamanda Şahid4lə Şahid5 törətdikləri oğurluq əməllərini və üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs almalarını səmimi etiraf etmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı andan etibarən müdafiəçi ilə təmin olunmuş, bütün sənədləşdirmə zamanı da vəkili yanında olmuş, saxlanılarkən və sonradan o, heç bir təzyiq və işgəncəyə məruz qalmamışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması qeyd olunmuş, saxlanılarkən onun özü üzərindən aşkar olunmuş narkotik vasitələri Həci kimi tanıdığı naməlum şəxsdən əvvəlcədən telefon ilə danışıb sövdələşərək saxlanılmazdan əvvəl gizlədildiyi yerlərdən götürərək əldə etməsini etiraf etmiş, öz növbəsində Təqsirləndirilən şəxs də həmin naməlum Həci adlı şəxsdən külli miqdarda narkotik vasitələri topdan satış qiymətinə, yəni nisbətən aşağı qiymətə aldıqdan sonra üzərindən aşkar olunmuş elektron tərəzi vasitəsi ilə bölüb çeşidləyərək nisbətən kiçik həcmlərdə qablaşdırmaqla sonradan özünün Şahid4 və Şahid5 kimi müştərilərinə sataraq qazanc əldə etməklə məşğul olmuşdur. Fərman saxlanılarkən Şahid4 verdiyi narkotik vasitənin əvəzində sonuncunun ona oğurladağı su nasosunu verdiyini bildirmişdir. Videoçəkiliş zamanı Fərman törətdiyi əməli etiraf etmişdir. O, Fərmanı əvvəllər tanımamış, habelə sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara əvvəllər hər hansı məlumat daxil olmamışdır. Onda olan məlumata görə Həci adlı şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 0,5 kiloqram narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılmışdır.
7. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən Həmid adlı şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəni Fərman adlı şəxsdən oğurladığı su nasosunun əvəzində əldə etməsini bildirməsi nəticəsində rəhbərliyə məruzə edilməklə özündən və sahə inspektoru Şahid1 ibarət əməliyyat qrupu yaradılaraq saat 22-23 radələrində Təqsirləndirilən şəxs Albalılıq yaşayış massivində yaşadığı ünvanın yaxınlığında saxlanılmış, şöbəyə dəvət edilərək keçirilmiş şəxsi axtarış zamanı üzərindən 7-8 ədəd bükümdə narkotik vasitə və elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmiş, aşkar olunmuş narkotik vasitələrə hər hansı etirazını bildirməmiş, narkotik vasitələri Hacı adlı şəxsdən həm şəxsi istifadəsi, həm də satış məqsədi ilə əldə etdiyini bildirmişdir. O, Şahid4 saxlanılmasında iştirak etməmiş, sonuncunun üzərindən aşkar olunmuş narkotik vasitəni görməmişdir. Təqsirləndirilən şəxs guya polis əməkdaşlarının hasardan evin həyətinə daxil olaraq birincini evindən çıxarmaqla saxlamalarına dair verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla tamamilə yalandır.
8. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Sabunçu RPİ-nin Növbətçi hissəsinin məsul növbətçisi vəzifəsində işləyən, hadisə vaxtı isə Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkili vəzifəsində işləmiş polis baş leytenantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və şahidlər Şahid1 və Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs qonşusu kimi tanımaqla narkotik vasitə istifadəçisi olmasını bilmiş, habelə birlikdə az miqdarda narkotik vasitə istifadə etmiş, ondan pay olaraq narkotik vasitə götürmüş, lakin nəyinsə müqabilində, o cümlədən pul qarşılığında ondan narkotik vasitə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs evinin həyətində iş görərkən ona kömək etmiş, onun perforatora ehtiyacı olduğunu bilib evindəki oğurluq perforatoru gətirib Fərmana vermiş, sonuncu isə perforatorun işlək vəziyyətdə olmadığını görüb bu barədə ona məlumat verərək perforatoru qaytarmaq istəmiş, lakin o, perforatora ehtiyacı olmadığını bildirib onda qalmasını bildirmişdir. O, oğurluq əməlinin törədilməsində şübhəli olması ilə əlaqədar saxlanılmış, üzərindən aşkar olunmuş 0,8 qram narkotik vasitəni ona Samir adlı əməliyyat müvəkkili verərək əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyini bildirməklə həmin narkotik vasitəni Fərmandan aldığını deməsini tapşırmış, o da təzyiq altında olduğundan videoçəkiliş zamanı narkotik vasitəni nəyinsə müqabilində Fərmandan aldığını demişdir. O, Fərmana nasaz mobil telefon satmış, sonuncu həmin telefonu qaytardığından ona 30 manat borcu qalmışdır. 0,8 qram narkotik vasitənin qiyməti 15 manatdır.
10. Şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı barəsində olan cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və Şahid4 həmin ifadələrində göstərmişdir ki, təxminən bir aydır narkotik vasitələrin qəbulu ilə məşğul olur, narkotik vasitəni əsasən tanışı Təqsirləndirilən şəxs almışdır. Şahid5 isə qonşuluqdan təxminən 5 ildir tanımaqla dostluq etmiş, Mövlüd da onunla birlikdə narkotik vasitə qəbul etmişdir. 2024-cü ilin yanvar ayının ortalarında narkotik almağa pulları olmadığından Mövlüd onda bir ədəd perforator olduğunu bildirərək aparıb birlikdə sataraq əldə olunmuş pul ilə narkotik vasitə əldə etmələrini təklif etmiş, o da sonuncu ilə razılaşmışdır. Mövlüd ilə birlikdə onların evinə getmiş, o, bayır qapısının qarşısında dayanmış, Mövlüd isə içəri keçərək bir müddətdən sonra əlində bir ədəd perforator ilə bayıra çıxmış, köməkləşib həmin perforatoru əllərində həmişə narkotik vasitə aldıqları Fərmangilin məhəlləsinə aparmış, Mövlüdun əvvəlcədən aldıqları narkotik vasitənin pulundan Fərmana borcu qaldığı üçün kənarda gizlənmiş, o, tək Fərmanla görüşüb həmin perforatoru təklif etmişdir ki, əvəzində Fərman ona narkotik vasitə versin, Fərman razılaşmış və həmin perforatoru ondan qəbul edərək əvəzində ona bir büküm narkotik vasitə vermişdir. O da Fərmandan ayrılaraq kənara çəkilmiş və onu kənarda gözləyən Mövlüdla görüşərək aldığı narkotik vasitəni birlikdə istifadə etmişlər. Həmin günün axşamı Mövlüd ona bir ədəd lazımsız su nasosu olduğunu bildirib, həmin nasosu birlikdə aparıb sataraq əldə olunmuş pul ilə narkotik vasitələrin əldə olunmasından Mövlüdün əvvəlcədən Fərmana yaranmış 30 manat məbləğində borcunu ödəməyi təklif etmiş, o da razılaşmışdır. O, məhəllədə yaşayan və ustalıq etməklə məşğul olan Arif adlı şəxsə həmin su nasosunun lazım ola biləcəyini düşünüb sonuncunun məhəlləsinə gedib Ariflə görüşmüş, su nasosunu ona təklif etmiş, Arif razılıq verdikdən sonra Mövlüd ilə birlikdə nasosun arxasınca evlərinə getmiş, o, bayır qapısının qarşısında dayanmış, Mövlüd isə içəri keçərək bir müddətdən sonra əlində bir ədəd su nasosu ilə bayıra çıxmış, köməkləşib əllərində həmin su nasosunu Arifgilin məhəlləsinə aparmış, orada Arif nasosu yoxlayıb bəyənmiş və əvəzində 25 manat məbləğində pul ödəməklə həmin nasosu onlardan almışdır. Həmin pul ilə gedib Mövlüdün Fərmana yaranmış borcunu bağlamışlar. Belə ki, Fərman onlardan əl çəkməmiş, borca görə hər gün zəng vuraraq SMS yazmışdır. Mövlüd onda satılası əlavə əşyalar da olmasını deyərək təklif etmişdir ki, birlikdə həmin əşyaları hissə-hissə sataraq pul əldə edib özləri üçün narkotik vasitə alarlar, o da razılaşmışdır....Bir neçə gündən sonra isə Mövlüdla məhəllədə görüşdükdə həyəcanlı şəkildə 14-cü PŞ-yə dəvət edildiyini bildirmiş, səbəbini soruşduqda isə bilmədiyini deyərək səhər atası ilə gedib öyrənəcəyini demişdir. Səhərisi gün atası oğurluqda şübhəli olduğu üçün Mövlüdü 14-cü PŞ-də saxladıqlarını bildirmişdir. Bir gün sonra isə onun arxasınca 14-cü PŞ-nin əməkdaşları gəlib aparmışlar. Oradakı söhbətlərdən aydın olmuşdur ki, Mövlüd qonşuluqlarındakı evlərdən oğurluq etmiş, onunla birlikdə satdığı əşyalar da oğurluq olmuşdur. Özü polislərə etiraf etmiş, malları hara satmaqlarını, Fərmandan narkotik almaqlarını tam ətraflı danışmış, hətta satdıqları əşyaların bəzisi də artıq müəyyən olunaraq götürülməklə PŞ-yə gətirilmiş, ona görə də o da polislərə səmimi hər şeyi olduğu kimi danışmışdır. Orada onu sorğu-sual edən, yaşadıqları ərazinin sahə inspektoru Samir adlı polis zabiti narkotik aludəçisi olduğunu bilib ona fiziki və psixoloji təzyiq göstərək məcbur etmişdir ki, tərəfindən onun cibinə qoyulan bir büküm narkotik vasitəni üzərinə götürərək özününkü olmasını etiraf etsin və bildirsin ki, həmin narkotik vasitəni Fərmandan oğurluq su nasosunun əvəzinə aldığını göstərsin. O da Samirin təzyiqlərinə tab gətirə bilməyərək razılaşmış və Samirin dediyi formada izahat verərək videoçəkilişdə bu cür danışmışdır. Daha sonra 14-cü PŞ-nin təhqiqatçısı sənədləşdirmə işlərini aparmış, o da bütün sənədləri imzası ilə təsdiq etmişdir. Daha sonra isə Fərmanın özünü də tutub gətirib sənədləşdirmişlər. 22 yanvar 2024-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PŞ-də tutularkən onun üzərində heç bir narkotik vasitə olmamış, Şahid5 törətdiyi oğurluqlardan onun əvvəlcədən məlumatı olmamış, o, sadəcə olaraq Mövlüda oğurladığı əşyaların bir neçəsinin satılmasında köməklik etmiş, lakin həmin vaxt onların oğurluq olmasını bilməmişdir. İlkin sənədləşdirmə zamanı o, 14-cü PŞnin Samir adlı polis zabitinin təsiri altında olmuş, ona görə də məcbur qalaraq, təzyiqlərə tab gətirə bilməyib özü-özünə qarşı bu cür şər-böhtan atmış, reallıqda isə hadisələr hazırda ifadəsində qeyd etdiyi kimi cərəyan etmişdir (Cild 1, i.v. 15, 73-74; 86-89; 224- 227;).
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, hadisə vaxtı narkotik vasitələrin təsiri altında olduğundan hadisələr dəqiq yadında qalmamışdır. O, Təqsirləndirilən şəxs məhəllədən tanımış, tanışı Həmidlə birlikdə Fərmanın evində 15 manat müqabilində daş daşımışdır. O, Həmidlə birgə oğurluq etmiş, sonuncu evə girib perforator və “drujba” götürüb çıxmış, onlar əvvəlcə həmin əşyaları Fərmana satmaq istəmiş, Fərmanın ilkin etirazına baxmayaraq perforatoru aparıb Fərmana 10 manata satmış, “drujbanı” isə Maştağada onun (Mövlüdün) şəxsiyyət vəsiqəsi ilə satmış, habelə yaşının az olması ilə əlaqədar satıcının təkidi ilə Həmid də nömrəsini yazaraq imza çəkmişdir. Bu hadisələrdən təxminən iki gün sonra Həmid ona zəng edərək törətdikləri əməlin üstünün açıldığını bildirib onu evinə çağırmış, Həmidgilə gedərkən yolda sahə rəisi Samir onu saxlayaraq sabah polis şöbəsinə yaxınlaşmasını bildirmişdir. Növbəti gün polis şöbəsinə getdikdə ondan narkotik vasitə istifadə edib-etməməsi soruşulduqda narkotik vasitənin heroin növündən istifadə etdiyini bildirdikdən sonra narkoloji mərkəzə analiz verməyə aparılmış, analizin nəticəsində qanından narkotik vasitə aşkar edilmiş, axşam saatlarında da Həmid şöbəyə gətirilmişdir. Onun Təqsirləndirilən şəxslə hər hansı alışverişi olmamış, lakin Həmidin ağrıları olduqda sonuncu Fərmandan narkotik vasitə istəmiş, Fərman da ona pulsuz narkotik vasitə vermişdir. Fərman polis şöbəsinə gətirildikdə Həmid və o şöbədə olmuşdur. O, ailə üzvləri ilə çox ünsiyyətdə olmamış, narkotik vasitəni də evdə olarkən qəbul etməmişdir. Fərmanın oğlu Ramindən 30 manat borc alıb əvəzində telefon vermişdir. O, satması üçün Raminə pul verməmişdir. İbtidai istintaq dövründə ona qarşı hər hansı təzyiq olmamış, Fərmanla aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Həmid Fərmandan narkotik vasitə istəyərkən ona çölə çıxmasını demiş, narkotik vasitə əldə etmək üçün hətta Fərmana yalvarmaq dərəcəsinə gəlmişdir. İbtidai istintaq zamanı izahat verərkən narkotik vasitələrin təsiri altında olduğundan verilən bütün sualları təsdiq edərək qəbul etmiş, Fərmandan narkotik vasitə alıb 30 manat əvəzində 3 manat verməmişdir.
12. Şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və Şahid5 müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrinin Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu olması müəyyən edilmişdir (Cild 1, i.v.80-81; 129-130; 243- 249;).
13. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Hadisə günü axşam saatlarında atası ilə evdə oturarkən həyətlərindəki itin hürməsi ilə əlaqədar atası ona evə kimin gəldiyini müəyyənləşdirmək üçün çölə baxmasını bildirmiş, qapını açdıqda 7-8 nəfər polis əməkdaşı evə girib atasının əl-qolunu bağlayıb ona təzyiq göstərərək narkotik vasitələrin harada olmasını soruşmaqla evin hər yerində axtarış aparmağa başlamış, o, polislərə atasının ciyərlərinin xəstə olmasını bildirib göstərilən göstərilən təzyiqlərə etiraz etmiş, lakin etiraz etdiyinə görə onun da əllərini bağlayıb hər ikisini şöbəyə aparmışlar. Şöbədə şəxsi axtarış zamanı atasının “kurtkasının” cibindəki maz qabından 8 “çet” (bükümdə) narkotik vasitə aşkar olunmuşdur. O, ibtidai istintaq dövründə polislərin həmin hərəkətlərindən hər hansı orqana şikayət etməmiş, baş vermiş hadisələri danışmaq üçün məhkəmə prosesini gözləmişdir. O, uzun müddətdir atasının narkotik vasitə istifadə etdiyini bilmiş, Həmidlə Mövlüdü məhəllədən tanımış, sonuncular onların evinin tikintisi zamanı fəhlə kimi işləmişlər. O, narkotik vasitələrdən istifadə etmir, 44 günlük Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak etməklə medallarla təltif edilmişdir.
14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
15. “Cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 3 may 2024-cü il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqi polis mayoru X14 tərəfindən Şahid4 və Şahid5 təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində ayrıca icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə cinayət işi ayrılaraq cinayət işinə ********* nömrəsi verilməklə istintaqın həmin nömrə altında davam etdirilməsi, həmçinin ********* nömrəli cinayət işindən ayrılan materialların siyahısının tərtib olunaraq qərara əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v. 1-2;).
16. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, X7 və X3 məlumatları və həmin məlumatlar əsasında toplanmış materialları, eləcə də Şahid4 və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satması faktına görə Sabunçu RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X20 tərəfindən 23 yanvar 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.4-5;).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisi X10 iştirakı ilə Şahid4 elan edilmiş müvafiq qərar əsasında həmin gün Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru X1 tərəfindən həmin şöbənin sahə inspektoru polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 iştirakı ilə Sabunçu RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində saat 21:12-dən 21:17-dək Şahid4 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Şahid4 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 1(bir) ədəd şəffaf sellofan bükümün içərisində heroinə bənzər maddə təqdim etmişdir. Şahid4 təqdim etdiyi 1(bir) ədəd sellolfan bükümdə olan narkotik vasitə heroini Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində yaşayan Fərman adlı şəxsə yaxın zamanlarda oğurladığı su nasosunu verərək əvəzində narkotik maddəni aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Şahid4 təqdim etdiyi 1(bir) ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddə iş üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 1(bir) ədəd kağız zərfdə qablaşdırılmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokolda “Samsung” markalı videokameradan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 11; 13-14).
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/439 saylı, 23 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 100“ dairəvi möhür əksi, “vət. Şahid4 üzərindən aşkar edilərək götürülmüş ...saxlanılan (imza) Şahid4” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,804 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (Cild 1, i.v. 16- 21;).
19. “İstintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid4 üzərindən narkotik maddə olan heroin aşkar olunması faktı əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 22;).
20. “Əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında” 22 yanvar 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, satması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Sabunçu RPİ-nin rəisi polis mayoru Süleyman Abbasov tərəfindən təsdiq edilərək Şahid2 rəhbərliyi ilə həmin şöbənin sahə inspektoru polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə, saat 22:30-da Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi ərazisində saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 24-28;).
21. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 5(008)- 76/2024 saylı qərarından görünür ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi polis mayoru Süleyman Abbasov tərəfindən təsdiq edilmiş 22 yanvar 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarın qanunauyğunluğu yoxlanılaraq qanuni hesab edilmişdir (Cild 1, i.v. 82;).
22. “Şübhəli şəxsin tutulması haqqında” 22 yanvar 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Babayev X16 RPİ-nin 14-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru X1 tərəfindən həmin tarixdə, saat 23:15-də müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili X11 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə bu barədə protokol tərtib edilmişdir. Qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 22 yanvar 2024-cü il tarixdə, saat 22:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 23;38;).
23. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisi X11 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Sabunçu RPİ-nin 14cü PŞ-nin baş təhqiqatçısı polis mayoru X1 tərəfindən həmin şöbənin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və sahə inspektoru polis kapitanı Şahid1 iştirakı ilə Sabunçu RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində saat 23:41-dən 23:52-dək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı şəkildə izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1(bir) ədəd üzərində “Show” yazılmış plastik qutunu, 1 ədəd Samsung markalı mobil telefonu və həmin gödəkcənin sol yan cibindən 1 ədəd elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd üzərində “Show” yazılmış qırmızı rəngli plastik qutunun içərisində 7 ədəd siqaretin gümüşü rəngli kağızına və 1 ədədi şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin olduğunu, bu narkotik vasitələri Hacı adlı şəxsdən 80 manata aldığını, narkotik vasitələri müəyyən miqdarını istifadə etmək üçün, müəyyən miqdarını isə satmaq üçün, elektron tərəzini isə satdığı narkotik vasitələri çəkmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən “Samsung” markalı mobil telefonu təqdim etmiş, təqdim etdiyi 7 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə və 1 ədəd şəffaf sellofan bükümündə olan tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmiş, aşkar olunmuş 7 ədəd siqaretin gümüşü rəngli kağızına və bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd elektron tərəzi və 1 ədəd “Samsung” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan üç ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokolda “Samsung” markalı videokameradan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 45; 47- 48;).
24. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 yanvar 2024-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disklər istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq iki ədəd müddəti 11 dəqiqə 13 saniyə olan (Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə) və 4 dəqiqə 53 saniyə olan (Şahid4 üzərinə şəxsi axtarış və götürmə) həmin videogörüntülərin əks olunduğu disklərə müstəntiq İ.M.Həmidov tərəfindən təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin iştirakı ilə baxış keçirilməsinə dair müvafiq olaraq 2 may 2024-cü il tarixli protokollarla, eləcə də həmin disklərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin, habelə Şahid4 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs və Şahid4 xarici görkəmlərinin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab vermələri müşahidə edilməklə onların hər hansı fiziki, psixi və sair təsirə məruz qalmaları müəyyən edilməmişdir. Eyni zamanda xüsusilə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ona verilən suallara həddən artıq rahat və fəal şəkildə cavablar verərək narkotik vasitələri narkotik vasitə istifadəçiləri ilə müxtəlif predmetlər qarşılığında dəyişdirdiyini, habelə Şahid4 də su nasosunun əvəzində narkotik vasitə verdiyini bir daha təsdiq etmişdir. Eyni zamanda Şahid4 üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ona verilən suallara cavab olaraq şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitəni Fərman adlı tanışından əldə etdiyini, o cümlədən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılığın tətbiq olunmadığını bir daha sərbəst şəkildə təsdiq etmişdir (Cild 1, i.v. 236; 238-239;).
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/440 saylı, 23 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100“ dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; - Təqsirləndirilən şəxs-imza, ...iki-imza, tərtib etdi: S.Abdullayev - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 8 (səkkiz) ədəd bükümlərdəki təmiz çəkiləri - 1,364 qram, 0,056 qram, 0,052 qram, 0,053 qram, 0,054 qram, 0,047 qram, 0,040 qram və 0,056 qram, ümumi təmiz çəkiləri 1,722 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 1,722 qram, tədqiqata sərf edildi 0,16 qram, qalıq 1,562 qram. Aparılmış tədqiqatın dəyərinin 92 (doxsan iki) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 56-61;).
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/438 saylı, 23 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100“ dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə; - Təqsirləndirilən şəxs-imza, ...iki-imza, tərtib etdi: S.Abdullayev - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır (Cild 1, i.v. 63-67;).
27. “İstintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik maddə olan heroin aşkar olunması faktı əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 69;).
28. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 4(008)- 46/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək öz istifadəsi üçün əldə etdiyi narkotik vasitənin bir hissəsini satdığını etiraf edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v.113-118;).
29. “CD-yə baxış keçirilməsi haqqında” 16 fevral 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, məhkəmə qərarı əsasında iş üzrə təqsirləndirilən şəxslərin istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə 23 yanvar 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin və mesajların siyahısı, mesajların mətnləri barədə məlumatlar əks olunmuş 1 ədəd CD-yə baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumatı müəyyən etmək mümkün olmamışdır (Cild 1, i,v. 142-177;).
30. “CD-yə baxış keçirilməsi haqqında” 29 fevral 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş çıxarışlardan görünür ki, "xxxx" MMC-dən 3284 nömrəli 16 fevral 2024-cü il tarixli məktubla daxil olmuş 1 ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 23 yanvar 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixə qədər digər şəxslərə göndərilmiş və cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən digər narkotik vasitə istifadəçilərinə müəyyən məbləğlərdə pul müqabilində, habelə iş üzrə şahid qismində dindirilmiş Şahid4 müxtəlif vaxtlarda narkotik vasitə satmasına dair smsmesaj yazışmalarının olması, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid5 Təqsirləndirilən şəxs 30 manat pul borclu olması, eyni zamanda öz şəxsi istifadəsi üçün Həci adlı şəxsdən müxtəlif vaxtlarda narkotik vasitə istəməsi müəyyən olunmuşdur (Cild 1, i.v. 179-195;).
31. “Maddi sübut kimi tanınma haqqında” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən 3284 saylı 16 fevral 2024-cü il tarixli məktubla daxil olmuş özündə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmasına dəlalət edən məzmunlu xeyli sayda SMS-lərin olduğu 1 (bir) ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (Cild 1, i.v. 135;).
32. “Mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Samsung Galaxy J2 Core” markalı SM-J26F/DS modelli RZ8MA16TTTF seriya nömrəli **********21623 və **********21621 İMEİ kodlu mobil smartfonun yaddaşındakı fayllara baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 196;).
33. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 19 fevral 2024cü il tarixli, 1096 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə, “Hepatit B” xəstəliyi keçirmiş, 6-7 ildir narkotik vasitə heroini inyeksiya yolu ilə, habelə 1-2 ildir psixotrop maddə metamfetamini narkotik vasitə heroinlə qatıb inyeksiya yolu ilə istifadə etmiş, həmçinin əvvəllər narkotik vasitələri inyeksiya yolu ilə yuxarı ətraf venalarına, son zamanlar isə əsasən dərialtına vurduğunu qeyd etmişdir (Cild 1, i.v.200-202;).
34. Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin rəisi polis mayoru Süleyman Abbasovun 27 aprel 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatları daxil olmuş, lakin konkret müştəriləri barədə məlumat əldə etmək mümkün olmamış, onun yaşadığı ünvanda narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil edilməsi təsdiq olunmamışdır (Cild 1, i.v.203;).
35. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 234.4.3-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi müstəntiq X14 tərəfindən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 205;).
36. “Maddi sübut kimi tanınma haqqında” 29 aprel 2024-cü il tarixli qərar və müvafiq raportdan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Şahid4 üzərindən 1(bir) ədəd bükümdə aşkar edilmiş 0,804 qram təmiz çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərindən isə 8(səkkiz) ədəd bükümlərdə aşkar edilmiş ümumilikdə 1,722 qram çəkidə narkotik vasitə heroin və üzərində heroinin izləri olan 1(bir) ədəd elektron tərəzi cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaqla ekpertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi müvafiq olaraq 0,754 qram və 1,562 qram qalıq qalmış narkotik vasitə kustar üsulla hazırlanmış heroin və üzərində heroinin izləri olan 1(bir) ədəd elektron tərəzi saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (Cild 1, i.v. 206-207;).
37. “Maddi sübut kimi tanınma haqqında” 2 may 2024-cü il tarixli qərarlardan görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PŞ-də üzərilərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən ümumilikdə 2 (iki) ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 237; 240;).
38. “Üzləşdirmə” 2 may 2024-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ilə Şahid4 arasında onların müdafiəçilərinin iştirakı ilə keçirilən üzləşdirmə zamanı hər ikisi ilkin ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid4lə aralarında olan narkotik alverinin həbs olunmamışdan üç ay əvvələ təsadüf etdiyini, Şahid5 da Həmidin vasitəsilə tanıdığını, çox vaxt sonuncuların onun yanına birlikdə gəldiyini, bir dəfə Mövlüdün onun yanına tək gələrkən qaranlıqda onu aldadaraq 30 manat əvəzinə 3 manat pul verib narkotik vasitə aldığını, bu səbəbdən onunla artıq ünsiyyət saxlamadığını, Həmidə pulunu Mövlüddan alıb ona qaytarmasını tapşırdığını, lakin Həmidin də həmin pulu qaytarmadığını, habelə 21 yanvar 2024-cü il tarixdə Həmidin onun yanına sonuncu dəfə gələrək bir ədəd perforator verib pulu olmadığını, həmin perforatorun atasından qaldığını, artıq onlara lazım olmadığını bildirərək əvəzində ona bir büküm narkotik vasitə verməyini xahiş etdiyini, onun da Həmidlə razılaşdığını, növbəti gün isə həmin perforatoru aparıb 3-cü mikrorayon bazarında tanımadığı bir nəfər şəxsə 10 manata satdığını bildirmişdir. Şahid4 isə Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun dedikləri ilə tam razı olduğunu, lakin onun həqiqətən də Mövlüdün borcunu sonradan Fərmana ödədiyini, ola bilsin ki, Fərmanın bunu unutduğunu qeyd edərək məhz həmin hissədə Fərmanla razı olmadığını bildirmişdir (Cild 1, i.v. 241-242;).
39. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 258;).
40. “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin əldə olunduğu mənbənin müəyyən edilməsi məqsədi ilə hazırkı cinayət işinin materiallarından ayrıca icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılaraq istintaqının davam etdirilməklə ********* nömrəli cinayət işindən ayrılan materiallarının siyahısının tərtib olunaraq qərara əlavə edilməsi, həmçinin Təqsirləndirilən şəxs və Şahid4 üzərilərindən götürülmüş narkotik vasitələrin ümumi təmiz çəkisinin məhkəmə-kimyəvi ekspertizalarının rəylərində göstərildiyi kimi, yəni müvafiq olaraq 1,772 qram və 0,804 qram çəkidə olmalarının müəyyən edilməsi qərara alınmışdır (Cild 1, i.v. 262-277;).
41. “Təqsirləndirilən şəxsə yenidəın ittiham elan edilməsi haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (Cild 1, i.v. 279-280;).
42. “Üzləşdirmə” 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilən üzləşdirmə zamanı hər ikisi ilkin ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə demişlər. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs saxlanılarkən üzərindəki şəffaf plastik qutunun içərisində həqiqətən də 8 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunduğunu, həmin narkotik vasitələri həm öz istifadəsi, həm də tanıdığı narkomanlara satmaq üçün Həci adlı tanışından əldə etdiyini, elektron tərəzidən isə aldığı və satdığı narkotik vasitələrin çəkisini müəyyən etmək, onları lazım olan miqdarda hissələrə bölmək üçün istifadə etdiyini, həqiqətən də Şahid4 dəfələrlə narkotik vasitə satdığını, sonuncu dəfə isə gətirdiyi perforator ilə əvəzləşdirdiyini, habelə hazırkı vəziyyətini, cinayət məsuliyyətini yüngülləşdirmək, özünü müdafiə etmək məqsədi ilə sonradan fikirləşərək ilkin ifadələrini danmaq istədiyini, ona qarşı hər hansı polis əməkdaşı tərəfindən hər hansı təzyiq göstərilmədiyini bildirmişdir (Cild 1, i.v.294-298;).
43. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair **********4 nömrəli cinayət işi üzrə müstəntiq İ.M.Həmidov tərəfindən 20 may 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 22 may 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.304-318;).
44. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;)
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Təqsirləndirilən şəxs adına tərtib edilmiş 888/2024 saylı məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs dəri səthində xəsarət izləri aşkar olunmamış, sol saidin ön səthində köhnə çapıq toxumalar, sağ qılçada kiçik köhnə çapıq toxumalar aşkar olunmuşdur. Həmin kitabçanın 14-cü bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı şikayəti olmamış, baxış zamanı yuxarı və aşağı ətraflarda post hiperpiqmentləşmiş trafiki pozuntular aşkar olunmuşdur (Cild 2;).
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/2636 saylı, 7 iyun 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obekti №59” ştamp əksi olan MEM-nin maddi sübutlar üçün nəzərdə tutulmuş üzərində: “Ekspert rəyi N6/439...176...Sabunçu RPİ-nin 14-cü PB..Vət.Şahid4...yazısı və imza” və “Tədqiqat Obyekti №68” ştamp əksi “Ekspert rəyi N6/440... Sabunçu RPİ-nin 14cü PB...Təqsirləndirilən şəxs...yazısı və imza” yazı əlavələri olan 2 ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır (Cild 2;).
47. “Doğum haqqında” AZ-İİ 726236, AZ-İİ 758533 və AZ-İİ 758534 nömrəli şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs X15 ilə birgə nikahından 17 yanvar 2008-ci il təvəllüdlü Vüsal Qasımlı, 29 mart 2003-cü il təvəllüdlü Vəfa Qasımlı və 22 fevral 2002-ci il təvəllüdlü Ramin Qasımlı adlı üç uşağı vardır (Cild 2;).
48. SX№0574225 saylı hərbi biletdən görünür ki, X2-Şuşa rayonu istiqamətində 11 oktyabr 2020-ci il tarixdən 15 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində heyət nəfəri vəzifəsində döyüş əməliyyatlarında iştirak etmişdir. Həmçinin Azərbaycan Respublikası Medalının İ-8617 nömrəli və İ-21426 nömrəli vəsiqələrindən görünür ki, müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli 2716 nömrəli və 2711 nömrəli Sərəncamları ilə X17 “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir (Cild 2;).
49. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 1(008)- 503/2024 saylı hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 66.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmçinin həmin hökmlə Şahid5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Şahid4 oğurluqla əldə etdiyi bir ədəd 40 manat dəyərində “Bosch- GBH 2-26 DRE” markalı perforatoru narkotik vasitələrin satışı ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs pul əvəzinə verməklə sonuncudan 22 yanvar 2024-cü il tarixdə günorta saatlarında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini xeyli miqdarda 0,804 qram təmiz çəkidə əldə etmişdir. Hökmlə müəyyən edilmişdir ki, məhkəmə iclasında Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə almadığını, bəzən Fərmanla birlikdə narkotik vasitə istifadə etdiklərini, həmin vaxt narkotik vasitəni Fərmanın ona özündə olan narkotik vasitədən istifadə üçün əvəzsiz verdiyini, hadisə günü üzərində narkotik vasitə olmadığını bildirsə də, həm Şahid4 ilkin ifadəsi, həm də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə həmin hallar təzib edilmiş, eləcə də Şahid4 ibtidai araşdırma zamanı fiziki və ya psixi zorakılığa məruz qalması öz təsdiqini tapmamışdır(Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
50. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
52. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
53. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
54. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
55. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir.
56. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 1,722 qram, habelə Şahid4 1 (bir) ədəd perforatorla əvəzləşdirməklə satdığı 0,804 qram, ümumi təmiz çəkisi 2,526 qram narkotik vasitə heroinin miqdarının şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsasən verən xeyli miqdarından təxminən 16 dəfədən, külli miqdarından isə təxminən 1,26 dəfə artıq olması, satış üçün külli miqdarda narkotik vasitəni xüsusi hazırlanmış çoxsaylı ayrı-ayrı bükümlərdə qablaşdırmaqla üzərində gəzdirməsi, üzərində heroin izləri olan elektron tərəzinin aşkar edilməsi, özünün məhkəməyədək icraat zamanı barəsində qapalı məhkəmə iclasında həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə törətdiyi əməli etiraf edərək, habelə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində və üzləşdirmə istintaq hərəkətləri zamanı öz şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitənin bir hissəsini satmasını bildirməsi, habelə istifadəsində olan mobil telefon nömrəsinə daxil olmuş və çıxmış narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair çoxsaylı sms-mesaj yazışmaların müəyyən edilməsi, əldə etdiyi narkotik vasitə heroinin 0,804 qram miqdarda bir bükümdə olan hissəsini bir ədəd perforator qarşılığında Şahid4 satması və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
57. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən evində olarkən saxlanılması, narkotik vasitələrin satışı ilə məşğul olmaması, əldə etdiyi narkotik vasitələri öz şəxsi istifadəsi məqsədilə üzərində saxlaması, Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olmaqla onun tərəfindən sonuncuya verilməməsi, aşkar olunmuş elektron tərəzinin ona məxsus olmamaqla polis əməkdaşları tərəfindən üzərinə qoyulması və sair ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs mobil telefonundan narkotik vasitə istifadəçiləri, habelə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi, habelə satışı və alışı, Şahid5 Təqsirləndirilən şəxs narkotik vasitələrin alışından qalan borcunu ödəməkdən yayınması ilə bağlı aşkar olunmuş sms-mesajlar, Şahid4lə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti, habelə mötəbərliyi şübhə altına alına bilməyən videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı sonuncuların qarşılıqlı əvəzləşdirmə yolu ilə Təqsirləndirilən şəxs Şahid4 müxtəlif vaxtlarda narkotik vasitə verməsini təsdiqləmələri, o cümlədən Şahid5 həm məhkəməyədək, həm də məhkəmə icraatında Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə almasına dair verdiyi ifadələri və iş materiallarında olan digər mötəbər sübutlarla Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edərək saxlayıb daşıması, habelə həmin narkotik vasitənin bir hissəsini satması tamamilə sübut olunur.
58. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
59. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
61. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
62. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
63. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
64. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
65. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
66. Eyni zamanda, məhkəmə müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X9 ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, sonuncunun ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla atasının ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaq məqsədi daşıyır. Belə ki, Ramin Qasımlı atasının müəyyən xəstəliklərdən əziyyət çəkməklə narkotik vasitə istifadəçisi olmasını bildiyini, atası ilə evdə olarkən polis əməkdaşlarının evlərinə qanunsuz daxil olaraq atasına qarşı fiziki zor göstərdiklərini, özünün etirazına baxmayaraq onun da əllərini bağlayıb hər ikisinin birlikdə şöbəyə aparıldığını qeyd etmişdir. Halbuki, o, iddia etdiyi kimi polis əməkdaşlarının evinə qanunsuz şəkildə daxil olaraq atası, o cümlədən özünə qarşı göstərilmiş zorakılıq və təzyiqlər barəsində ümumiyyətlə uzun müddət ərzində davam edən məhkəməyədək icraat zamanı hər hansı dövlət orqanına və ya vəzifəli şəxsə şikayət etməmiş və bildirməmişdir. Bundan başqa, Ramin Qasımlı ifadəsində hər ikisinin (özü və atası) zorakılığa məruz qalmaqla polis şöbəsinə gətirilmələrini bildirsə də, həmin ziddiyyətli ifadələr təqsirləndirilən şəxsin (Təqsirləndirilən şəxs ümumiyyətlə oğlu ilə birlikdə şöbəyə gətirilməsini bildirməmişdir) və şahidlərin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə icraatı dövründə verdikləri ifadələri, habelə iş materiallarında olan digər sübutlarla tam inkar olunduğundan məhkəmə X9 verdiyi ifadəsinə tənqidi yanaşılmaqla rədd edilməli olması qənaətinə gəlir.
67. Eyni zamanda, məhkəmə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraatın sonrakı mərhələlərində, o cümlədən məhkəmə iclasında verdiyi ifadələrində 22 yanvar 2024-cü il tarixdə saxlanılarkən üzərində narkotik vasitə olmaması, aşkar olunmuş narkotik vasitənin ona polis əməkdaşları tərəfindən verilməklə videoçəkiliş zamanı həmin narkotik vasitənin Fərmandan almasını bildirməsinin tələb edilməsi, ümumiyyətlə Fərmandan narkotik vasitə almaq üçün ona qarşılıqlı əvəzləşdirmə şəklində hər hansı əşya, o cümlədən perforator verməməsi ilə bağlı və sair göstərdikləri hallara tənqidi yanaşaraq onları işin faktiki halları ilə öz təsdiqini tapmadığından rədd edir. Belə ki, Şahid4 narkotik vasitə istifadəçisi olmaqla Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün xeyli miqdarda narkotik vasitə heroin əldə edərək üzərində saxlayaraq daşıması faktı həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 1(008)-503/2024 saylı hökmü ilə öz təsdiqini taparaq onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Şahid4 uzun müddət yaşadıqları ərazidən tanışı, narkotik vasitə əldə etmə mənbəyi, hətta böyüyü kimi bildiyi (iş materiallarından “əmican” deməsi müəyyən olunur) şəxs olmaqla sonuncunun məhkəmə icraatı zamanı ifadələrində göstərdiyi xüsusatlar işin faktiki halları ilə tam inkar edilməklə Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayındırmaqla qorumaq məqsədi daşımaqla, habelə Şahid4 “məhkum həmrəyliyi” nümayiş etdirməklə məhkəmə və istintaq təcrübəsində tez-tez rast gəlinən məhkumların biri-birinə qarşı ifadə verməməklə özünü başqa şəxsin məhkum olunmasında hər hansı formada iştirakçı olmaqdan yayındırmağa çalışması kimi qiymətləndirir.
68. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır.
69. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
70. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
71. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
72. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
73. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının və yaşlı anasının olmasını, onun “Hepatit B” xəstəliyindən əziyyət çəkməsini, 46 yaşında olmaqla əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyərək məhkum olunmamasını, özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını, habelə narkomaniya xəstəliyindən müalicə olunaraq sağalmaq istəməsini bildirməsini və övladının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməklə dövlət tərəfindən müvafiq təltiflərlə mükafatlandırılmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
74. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
75. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
76. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
77. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
78. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
79. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
80. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 22 yanvar 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 21 may 2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 11 iyun 2024cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
81. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.
82. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 yanvar 2024-cü il tarixdən hesablanmalıdır.
83. Məhkəmə hökmün 33-cü bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
84. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
85. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 1,562 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, 1 (bir) ədəd “Samsung Galaxy J2 Core” markalı SM-J26F/DS modelli mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs və Şahid4 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu 2 (iki) ədəd disk və "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 3 (üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
86. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
87. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 276 (iki yüz yetmiş altı) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
88. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
89. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
90. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
91. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1,562 qram olan narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, “Samsung Galaxy J2 Core” markalı “SM-J26F/DS” modelli mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın və 5 (beş) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 276 (iki yüz yetmiş altı) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.