Məhkəmə qərarları › İş №1(101)-1844/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1844/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1844/2023 07.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(006)-264/2012 nömrəli hökmü ilə CM-nin 263.2, 234.1-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatla olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə istintaqa məlum olmayan “Hacı” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 350 AZN müqabilində, əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “whatsapp” ani mesajlaşma proqramı vasitəsilə göndərilmiş fotoşəkillərə uyğun Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 15 ünvanında qoyulmuş küllü miqdarda ayrı- ayrılıqda iki bükümdə təmiz çəkisi 115,015 qram və 93,878 qram ümumi təmiz çəkiləri 208,893 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,455 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd №9019 modelli qara rəngli elektron tərəzini götürərək əldə edib daşımaqla saxlamış, onun narkotik vasitə və psixotrop maddələri qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 aprel 2023-cü il tarixdə, saat 20:30-da Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 54 ünvanın yaxınlığında saxlanılıb ünvan 3İ-nin 35-ci Polis bölməsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı sol əlində olan qəhvəyi rəngli, üzərində “Giorgio Armani” markalanma yazısı olan dəri materialdan pul kisəsinin içərisindən külli miqdarda ayrıayrılıqda iki bükümdə təmiz çəkisi 115,015 qram və 93,878 qram, ümumi təmiz çəkiləri 208,893 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,455 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd №9019 modelli qara rəngli elektron tərəzi, “Uni Bank ASC”-yə aid olan “Albalı” debet 5243-7544-1044-6163 nömrəli, “Leobank” 4098-5844-5014-5782 nömrəli, “Səninkartın” 5243 7544 4071 1651 nömrəli və “Kapital banka” aid olan “Umico” 4169 7385 8191 6404 nömrəli bank kartları və əynində olan qara rəngli idman şalvarının şağ yan cibindən ***-***-**-** nömrəli “Vivo” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, artıq 1 ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir. O, ünvan 5 ünvanında olduğu zaman Xətai RPİ-nin 37-ci PB-nin əməkdaşları onu saxlamış və bölməyə aparmışlar. Təhlükəsizlik kameralarından da əlində heç nə olmadığını görmək mümkündür. O, bölmədə narkotik vasitəni üzərinə götürməyi üçün təzyiqlərə məruz qalmışdır. Sonra polis əməkdaşları onu yaşadığı evə gətirmişlər. Həmin evdə o, yaşlı anası ilə birgə yaşayır. Evində ona məxsus narkotik vasitə olmağını etiraf etmədəyi təqdirdə 1 kq narkotik vasitə çıxaracaqlarını və yaşlı anası ilə birgə onu PB-yə aparacaqlarını bildirmişlər. X12 Respublikasının vətəndaşı ilə heç vaxt əlaqəsi olmamışdır. İttiham aktında göstərilən ünvan, yəni Xətai rayonu, Gəncə prospekti 15 ünvanında heç vaxt olmamışdır. Polis əməkdaşları evdən onu PB-ə aparan zaman evindən ona məxsus telefon və planşet götürmüşlər. Telefonu tutulmamışdan iki gün əvvəl kreditlə X9 almışdır, lakin həmin telefona nömrə taxmamışdır. O, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə heroin istifadə etmişdir. İstifadə etdiyi heroini tanışlarından əldə etmişdir. Avtomobil detalların təmiri sexində işləyir. O, ünvan 5 ünvanında axşam saat 20:00-21:00 radələrində saxlanılmışdır. Bölmədə üzərinə baxış keçirilən zaman heç nə aşkarlanmamışdır. Polis bölməsinə aparılan zaman onu yolda əməliyyatçılar döymüşlər, yəni şillə vurmuşlar və bundan üzərində heç bir xəsarət qalmamışdır. Onu vuranlardan birinin adını xatırlayır, adı Samir olmuşdur. Polis bölməsində ona olan təzyiqlərə görə hər şeyi etiraf etmişdir. Məhkəmə istintaq zamanı Şahid1 verdiyi ifadələr yalandır, saxlanıldığı vaxt barəsində dedikləri doğrudur. Ona qarşı fiziki təzyiq və təsir göstərilməmişdir. Şahid1 ona qarşı psixolji təsir və təzyiq göstərmişdir. O narkotik vasitə istifadəçisi olduğunu səmimi etiraf etmiş və narkotik vasitə istifadə etməyinə əsaslı səbəb depressiya olmuşdur. O,özünü CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmir, ilk gündən də məhkəmədən işinin araşdırılmasını xahiş etmişdir. Deyilənlərin nəzrə alınaraq ədalərli qərar çıxarılmasını xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, əvvəllər CM-in 234 və 263-cü maddələri ilə Nəsimi rayon Məhkəməsi tərəfindən həbs olunaraq məhkum edilmişdir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 2023-cü ilin əvvələrində “İnstaqram” sosial şəbəkəsinə sonradan ona məlum olan İran İslam Respublikasının vətəndaşı “Hacı” adlı şəxs sms yazaraq ümumi sosial problemlər barədə söhbətlər etmişdir. O, Hacı kimi tanıdığı şəxsə narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir. Hacı ona narkotik vasitələr göndərə biləcəyini bildirdikdə o, Hacıdan hansı yolla narkotik vasitə göndərəcəyini soruşduqda Hacı ona Bakı şəhərində olan tanışlarının vasitəsi ilə ona yaxın yerə narkotik vasitəni qoydurub məkanı “whahsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərəcəyini bildirmişdir. O, Hacı ilə razılaşmış, bir neçə dəfə Hacı ona “whatsapp” ani mesajlaşma proqramı vasitəsi məkanı göndərmişdir. O, öz növbəsində Hacının bank hesabına pul göndərmişdir. Lakin Hacı dərhal həmin bank hesab nömrəsini silmişdir. Bu minvalla ondan 3-4 dəfə narkotik vasitələr almışdır. Həmin narkotik vasitələrin bir qismini istifadə etdikdən sonra qalan hissəsini tanımadığı şəxslərə satmışdır. Sonuncu dəfə 14 aprel 2023-cü il tarixdə narkotik vasitə heroin qurtardığı üçün Hacı ilə əlaqə saxlamış, təxminən 350 manat dəyərində 200 qram narkotik vasitə heroin göndərməsini xahiş etmişdir. Hacı ona bir neçə dəqiqədən sonra, təxminən saat 19 radələrində zəng edərək narkotik vasitəni qoydurduğu yerin məkanını göndərərək oradan narkotik vasitəni götürə biləcəyini bildirmişdir. Hacı həmin kütləni Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindən yerləşən “Fəridə” şadlıq sarayının yanına qoydurmuşdur. O, həmin ünvana yaxınlaşıb qeyd etdiyi narkotik vasitə heroini götürən zaman heroinin yanında təxminən 2-3 qram psixotrop maddə metamfetamində qoyulduğunu aşkar etmişdir. O, dərhal həmin narkotik vasitə heroindən tüstü şəkilində bir hissəsini istifadə edib yaşadığı evə doğru piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu yaxınlıqda olan Xətai RPİ-nin 35ci PB-nin inzibati binasına aparmışlar. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əlindəki qəhvəyi rəngli, üzərində “Giorgio Armani” yazısı olan əl çantanın içərisindən 01 ədəd qara rəngli elektoron tərəzini, “Uni Bank ASC”-yə aid olan “Albalı” debet 5243-7544-1044-6163 nömrəli, “Leobank” 4098-5844-5014-5782 nömrəli, “Səninkartın” 5243 7544 4071 1651 nömrəli və “Kapital banka” aid olan “Umico” 4169 7385 8191 6404 nömrəli bank kartlarını, bundan başqa hər biri şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bükümdə narkotik vasitə heroin kütləsini və bir ədəd şəffaf rəngli bükümdə psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir maddə aşkar edilməmişdir. Lakin əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd istifadəsində olan “Vivo” markalı üzərində ***-***-**-** nömrəli mobil telefonu aşkar edilmişdir. Sorğu zamanı əlində aşkar olunmuş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Hacı adlı şəxsdən öz istifadəsi üçün və satmaq məqsədi ilə 350 manata aldığını bildirmişdir. Hacı adlı şəxsə 200 qram narkotik vasitə heroin göndərməsini xahiş etmişdir. Lakin Hacı ona əlavə olaraq psixotrop maddə metamfetamində qoymuşdur. O, Hacının nömrəsinin ələ keçməməsi üçün hər dəfə silirdi. Bu səbəbdəndə onun nömrəsini xatırlamır. Onu bölməyə apararkən orada təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə heroinin çəkisi 105.47 qram, 84.91 qram, psixotrop maddə metamfetaminin çəkisi isə 1.40 qram olmuşdur. Bundan sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 154 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, üzərinə daha əvvəl baxış keçirilmədiyini bildirmişdi. O, özünü təqsirli bilir və əməlindən peşmandır. O, suallara cavab olaraq bildirmişdir ki, o, avtomobillərin təmiri ilə məşğul olduğu üçün müəyyən vaxtlarda müştəriləri onun kart hesabına pullar köçürmüşlər, müştərilərin sifariş etdiyi ehtiyat hissələrini almışdır. O, öz tanıdığı şəxslərə həmişə pay kimi narkotik vasitə vermişdir. O, həmin narkotik vasitə olan heroini özü tədricən istifadə edəcəkdir. Lakin hansısa bir tanışı istədiyi təqdirdə ona verəcəkdir. Konkret olaraq satmaq istədiyi şəxs olmamışdır. O, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürdükdən sonra Hacı adlı şəxsə 350 manat e-manat vasitəsi ilə pul göndərmişdir. Hacı adlı şəxs ona zəng edərək rəqəmləri bir-bir dediyi üçün hazırda xatırlamır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və istifadəsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat raportla rəisə məruzə olunmuş və qərarla əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində ünvan 9 ünvanının yaxınlığında, köhnə tikili, 5 mərtəbəli binanın yanında tərəflərindən saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-yə gətirilmişdir. Xətai RPİ-nin 35-ci PB-də Təqsirləndirilən şəxs üzərinə axtarış aparılan zaman sonuncunun üzərində olan qara çantanın içərisindən 2 büküm narkotik vasitə heroin tərəflərindən götürülərək maddi sübüt kimi saxlanılmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri əsasında Təqsirləndirilən şəxs yaşadığı yer barədə məlumatları olmuş və həmin ünvanda da narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman tək olmuş, heç bir narazılıq bildirməmiş və müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman qara çanta üzərində olmuşdur. Təqsirləndirilən şəxs saxladıqdan sonra Xətai RPİ-nin 35-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxladıqları yerdən Xətai RPİ-nin 35-ci PB arasında 1 km məsafə olar. Təqsirləndirilən şəxs üzərinə axtarış video çəkilişlə müdafiəçinin iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərindən aşkar olunan narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı Xətai RPİ-nin 35-ci PB-də polis əməkdaşları tərəfindən heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa nəsə aşkar olunması yadında deyil. Təqsirləndirilən şəxs saxlanılmasında 2 nəfər polis əməkdaşı iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs üzərinə axtarışı saxladıqları yerdə deyil, Xətai RPİ-nin 35-ci PB-də aparmışlar. Ağayev narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Əl çantasından aşkar olunan narkotik vasitələri Təqsirləndirilən şəxs özü təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilinərək tərəflərindən saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-yə gətirilmişdir. Xətai RPİ-nin 35-ci PB-də Təqsirləndirilən şəxs üzərinə axtarış aparılan zaman sonuncunun üzərindən 2 büküm narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni nə üçün əldə etməsi barədə dedikləri yadında deyil. Təqsirləndirilən şəxs qarşı Xətai RPİ-nin 35-ci PB-də heç bir fiziki, psixolji təsir və təzyiq göstərilməmişdir. Xətai RPİ-nin 35-ci PB-də xidmət etsə də, Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi inzibati ərazisi onun xidməti ərazisi deyil. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs üzərinə Xətai RPİnin 35-ci PB-də baxış keçirtmişlər. Narkotik vasitələr Təqsirləndirilən şəxs məxsus qara rəngli əl çantasından aşkar olunmuşdur. Təqsirləndirilən şəxs çantasından narkotik vasitələrdən əlavə plastik bank kartları və tərəzi aşkar olunmuşdur. Aşkar olunan plastik bank kartlarının sayı tam yadında deyil. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam radələrində oğlu Təqsirləndirilən şəxs gözləyərkən birdən evin qapısı döyüldü. Qapını açanda oğlu Təqsirləndirilən şəxs əlləri qandallı görmüş, o, polis əməkdaşlarından nə baş verdiyini, oğlunun niyə əllərinin qandallı olmasını soruşsa da heç kim cavab verməmişdir. Evə 4-5 nəfər polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları yaşadığı evin otaqlarına keçib nəsə axtarmağa başladılar, evin hər yerini dağıtdılar, amma nə axtardıqlarını bilmirdi. Polis əməkdaşları dolabdan pul qabını, içindəki pulları və otağın küncündə olan spirtli içkini götürdülər. Polis əməkdaşlarından oğlunu nə üçün saxladıqlarını soruşduqda cavab vermirdilər. Təqsirləndirilən şəxs əlində nə avtomobilləri təmir etmək üçün alət çantası, nə də ki çantanın içərisində planşet və mobil telefon yox idi. O, suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşlarının dolabdan götürdükləri çanta düzbucaqlı formada, boz rəngdə idi. Dolabdan götürülən çanta zəncirbəndli idi. Çanta götürülən dolab çarpayının yanında idi. Polis əməkdaşları aprel ayında Təqsirləndirilən şəxs gətirəndə əynində gödəkcəsi yox idi, amma köynəyi var idi. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 35-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Məxfi əməkdaşdan ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və satışını təşkil etməsi barədə məlumat daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. 14 aprel 2023-cü il tarixdə, saat 20:30-da ünvan 12 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb onu saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və satışını təşkil etməsi barədə məlumat daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək ona 35-ci PB-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tərəfindən raport yazıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması bölmənin baş təhqiqatçısı polis mayoru İlahi Heydərova həvalə olunmuşdur. Baş təhqiqatçı İlahi Heydərov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil dəvət edilərək təqdim edilmişdir. Bundan sonra videoçəkiliş edərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlanmişdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, o, 35-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirak etmişlər. Şəxsi axtarışdan öncə baş təhqiqatçısı X11 Ağayevin üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs sol əlindəki qəhvəyi rəngli, üzərində “Giorgio Armani” yazısı olan əl çantasının içərisindən 01 ədəd qara rəngli elektoron tərəzini, “Uni Bank ASC”-yə aid olan “Albalı” debet 5243-7544-1044-6163 nömrəli, “Leobank” 4098-5844-5014-5782 nömrəli, “Səninkartın” 5243 7544 4071 1651 nömrəli və “Kapital banka” aid olan “Umico” 4169 7385 8191 6404 nömrəli bank kartlarını, bundan başqa hər biri şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bükümdə narkotik vasitə heroin kütləsini və bir ədəd şəffaf rəngli bükümdə psixotrop maddə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümlər baş təhqiqatçı İlahi Heydərov tərəfindən açılmış, həmin bükümdə qəhvəyi rəngli, müm şəkilli, spesifik iyli narkotik vasitə hesab edilən heroinə bənzər, digər bir ədəd bükümdə isə ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin elektron tərəzi ilə çəkilmiş və narkotik vasitə heroinlərin çəkisi 105,47 qram və 84.91 qram və psixotrop maddə metamfetaminin çəkisi isə 1,40 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının yaxınlığında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı anket məlumatlarını bilmədiyi “Hacı” adlı şəxsdən 350 manat müqabilində həm öz istifadəsi üçün, həm də satmaq niyyəti ilə aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində bir ədəd üzərində ***-***-**-** nar nömrəsi olan “Vivo” markalı mobil telefon aşkar olunmuşdur. Aşkar edilmiş maddələr “Pocket Scale” markalı elektron tərəzidə çəkildikdən sonra baş təhqiqatçı İlahi Heydərov tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, o və digər iştirakçılar zərfin üzərində imza etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, məxfi əməkdaşdan əldə olunmuş məlumatda Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması bildirilmişdir.(İ cild, i.v. 5) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz istifadəsi və satışı ilə məşğul olması barədə Xətai RPİ-nin 35-ci PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (i.v. 6-7) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:10-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 20.30-dən tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 23) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla istifadəsi və satışı qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki qəhvəyi rəngli, üzərində “Giorgio Armani” yazısı olan əl çantasının cibindən 01 ədəd qara rəngli elektron tərəzini, “Uni Bank ASC”-yə aid olan “Albalı” debet 5243-7544-1044-6163 nömrəli, “Leobank” 4098-5844-5014-5782 nömrəli, “Səninkartın” 5243 7544 4071 1651 nömrəli və “Kapital banka” aid olan “Umico” 4169 7385 8191 6404 nömrəli bank kartlarını, hər biri şəffaf rəngli sellofana bükülmüş 02 ədəd içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə hesab olunan heroinə bənzər və 01 ədəd içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə hesab olunan metamfetaminə oxşar maddələr olan bükümləri çıxarıb təqdim edərək həmin maddələrin heroin (kakos) və metamfetamin (şüşə) olduğunu, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən “Fəridə” şadlıq sarayının yaxınlığında Hacı kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından 350 manat pul müqabilində həm öz istifadəsi, həm də satmaq məqsədi ilə həmin əraziyə qoydurduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmış, əynində olan qara rəngli idman şalvarının şağ yan cibindən ***- ***-**-** nömrəli “Vivo” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə heroinin çəkisi 105.47 qram, 84.91 qram, psixotrop maddə metamfetaminin çəkisi isə 1.40 qram olmuşdur. (İ cild, i.v. 34-37, 64-65) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2233 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 154” möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan... və s. yazıları, imzalar olan kağız paketdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 115,015 qram; 93,878 qram; ümumi təmiz çəkiləri 208,893 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 2,455 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in İ siyahısına daxildir. (İ cild, i.v. 43-47) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 59-60) Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(011)-265/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 78-83) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(006)-264/2012 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2, 234.1-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-95/2023 nömrəli hökmündən və xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1, 69.3-cü maddələrinə əsasən ona qəti olaraq 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2023-cü il tarixdən hesablanmış, həmin hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. (İ cild, i.v 116-118, 136-143) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2322 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd qara rəngli elektron tərəzi..” qeydli zərfdəki “№9019” modelli qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə-heroinin və psixotrop maddə-metamfetaminin izləri müəyyən edilmiş, tərəzinin üzərində həmin maddələr iz şəkilində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və təqdim olunması müvafiq maddələrlə eyniləşdirilməsi üzrə tədqiqatın aparılması mümkün olmamışdır. (İ cild, i.v. 119-121) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X10 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 132-133) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsünün əks olunduğu 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 208,893 qram narkotik vasitə olan heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 2,455 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 208,733 qram çəkidə narkotik vasitə heroin, 2,355 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (İ cild, i.v. 148-158) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 172-174) Məhkəmənin sorğusuna cavab olaraq DİN X4 Xidmətindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün deyildir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, narkotik vasitə satmaması, təzyiqlər altında ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, ekspertiza rəyləri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbi kimi ona qarşı hədələrin olmasını qeyd etsə də, şahid ifadələrindən görünür ki, sonuncuya qarşı heç bir psixoloji təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid X3 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə həmin ifadəyə də tənqidi yanaşır və hesab edir ki, şahidin Təqsirləndirilən şəxs anası olması onun xeyrinə məhkəmədə ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram, metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-95/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək şübhəli şəxs kimi saxlandığı 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından 02 gün çıxılaraq onun üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə, ona qəti olaraq 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərum etməklə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, cəzaçəkmə müddətinin əvvəli 28 iyul 2023-cü il tarixdən hesablanmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı, digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(006)-264/2012 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 263.2, 234.1-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası icra olunmamış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-95/2023 nömrəli hökmü ilə CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərum etmə cəzası həmin hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə, ona qəti olaraq 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərum etməklə 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməllərini əvvəlki hökmlə (Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(006)-264/2012 nömrəli hökmü) yaranmış məhkumluğu ödənilmədiyi dövrdə törətdiyindən onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olmaması, ağırlaşdıran halın olması halları ilə yanaşı CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran halın olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.4, 66.5-ci maddələrinin tələbləri rəhbər tutularaq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-95/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən və 2 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası tam toplanılmaqla üzərində qəti cəza saxlanılmalı, ona hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək (220110454 saylı cinayət işi üzə) tutulduğu 02 gün müddət çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20.30-da azadlığı faktiki məhdudlaşdırılmış, həmin tarixdə, saat 21:10-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(011)-265/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20.30-dan azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 220 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 208,733 qram narkotik vasitə heroin, 2,355 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4, 66.5-ci maddələrinə əsasən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-95/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası isə, hazırkı hökmlə ona təyin edilmiş cəza ilə tam toplanılmaqla barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından (xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək - ********* saylı cinayət işi üzə) onun tutulduğu 02 gün müddət çıxılaraq üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla hazırkı cinayət işi üzrə həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 208,733 qram narkotik vasitə heroin, 2,355 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar