Məhkəmə qərarları › İş №1(101)-1845/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1845/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1845/2024 09.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, psixoloq-mütəxəssis X2, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 2007-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Gəncə şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi (köhnə redaksiyada) ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs o, on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 2022-ci ilin iyul-avqust ayları ərzində müxtəlif vaxtlarda ünvan 1 ünvanda yerləşən birgə yaşadıqları evdə qeyri-təbii yolla cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə yataq otağındakı çarpayının üzərində on dörd yaşma çatmayan xx.xx.2010-cu il təvəllüdlü doğma bacısı Zərərçəkmiş şəxs azyaşlı olmasından və köməksiz vəziyyətindən istifadə etməklə müqavimət göstərməsinin qarşısını almaq üçün qollarını arxadan bağlamaqla və əlləri ilə müxtəlif nahiyyələrini tutub sıxaraq hərəkətini məhdudlaşdırıb zor tətbiq etməklə ereksiya vəziyyətində olan öz cinsiyyət üzvünü Zərərçəkmiş şəxs anal dəliyi nahiyyəsinə yeridib hərəkət etdirmiş və hər dəfə Zərərçəkmiş şəxs qışqıraraq ağlamasına əhəmiyyət verməyib iradəsi ziddinə olaraq hərəkətlərini davam etdirməklə fiziki ağrı yetirərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmçinin öz cinsiyyət üzvünü Zərərçəkmiş şəxs cinsiyyət üzvünə sürtməklə cinsi ehtirasını pozğun şəkildə təmin edib on dörd yaşma çatmayan Zərərçəkmiş şəxs zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, ittiham aktında hadisənin baş verdiyi tarix düzgün qeyd olunmamış, 2021-ci ilin mart-aprel ayının ortalarında bacısı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bacısına qarşı göstərilən hərəkətlərə yol verərkən ona qarşı hər hanzı təzyiq göstərməmiş, əlini və qolunu bağlamamışdır. Bacısı ilə ümumilikdə iki dəfə,sonuncunun razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bacısını zorlamamış və ona bu hadisə barədə kiməsə məlumat verməməsinə dair tapşırıq verməmişdir. Bacısına qeyri təbii yolla cinsi əlaqədə olmağı özü təklif etsə də ona qarşı hədə qorxu gəlməmişdir. Hadisədən sonra tutulmamışdan əvvəl səhv hərəkətlər etdiyini başa düşmüşdür. Tutulmamışdan öncə bacısının məktəbdəki müəllimlə münasibətdə olmasını eşitmişdir. Bacısı ilə olan münasibətindən evdəkilər xəbərdar olmamışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs şahid qismində bacısı Nərmin İbrahimova ilə üzləşdirmə zamanı, şübhəli şəxs qismində dindirilərkən, habelə təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrindən görünür ki, o, hadisənin baş vermə tarixini 2022-ci ilin iyul ayı kimi göstərmişdir. Məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələr arasındakı ziddiyyəti o, müstəntiq tərəfindən psixoloji təzyiqə məruz qalması ilə izah etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, ailə üzvləri 6 nəfərdən ibarət olmuşdur. Yaşadıqları ev bir otaqlıdır. Ata, ana, iki bacısı və qardaşı ilə bir otaqda qalmışdır. Qardaşı ayrı çarpayıda özü isə bacıları ilə bir çarpayıda yatmışdır. Hadisə 2021-ci ilin yay aylarında baş vermişdir. Qardaşı ona qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, o qardaşının hərəkətlərinin mahiyyətini başa düşməmiş və sonuncun təklifinə könüllü olaraq razılıq vermişdir. Qardaşından başqa heç kim onunla cinsi əlaqədə olmamışdır. Qardaşının ona qarşı etdiyi hərəkətlərin ayıb olduğunu bilməmişdir. Qardaşı ilə iki dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Baş verən hadisədən sonra atası özünü öldürmüşdür. Zərərçəkmiş şəxs sonradan məhkəmə iclasında verdiyi ifadəni dəqiqləşdirərək hadisənin 2021-ci il mart aylarında baş verdiyini qeyd etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 2022-ci ilin avqust ayında tarix dəqiq yadında deyil günorta saatlarında ailə üzvləri evdə olmadığı zaman o, qardaşı Təqsirləndirilən şəxslə birlikdə evdə olmuşdur. Yuxarıda göstərilən ailə üzvləri ilə bir otaqdan ibarət mənzildə yaşamışlar və hamısı bir otaqda, lakin ayrı çarpayılarda yatmışlar. Həmin zaman o, öz çarpayısında uzanıb yatmaq istəyən zaman qardaşı İbrahim onun yanına gələrək çarpayıda uzanıb onu qucaqlamış və onun üzündən və boğazından öpməyə başlamışdır. O, İbrahimin bu hərəkətinə etiraz edərək qışqırıb İbrahimi özündən kənarlaşdırmaq istəsə də, buna nail ola bilməmişdir. Bundan sonra İbrahim daha da aqressivləşərək onun müqavimətini qırmaq üçün onu çarpayının üzərinə üzü üstə çevirmişdir. Bundan sonra o, artıq İbrahimə müqavimət göstərə bilməmişdir. Daha sonra o, qışqırmasın deyə İbrahim əli ilə ağzını tutmuş, digər əli ilə isə əynində olan cins şalvarının düyməsini açıb şalvarını əynində olan tumanla birlikdə aşağı dizinə qədər çəkmişdir. Daha sonra güzgünün qabağında olan əl üçün nəzərdə tutulan nəmləndirici kremi götürərək öz cinsiyyət orqanına və onun arxa keçəcəyinə (anal dəliyi) sürtmüşdür. Daha sonra öz cinsiyyət orqanını onun anal nahiyyəsinə salaraq irəli geri etməyə başlamışdır. Həmin zaman o, anal nahiyyəsində ağrı hiss edirmiş və ağlayırmış. İbrahim onunla qeyri-təbii yolla cinsi əlaqədə olub öz şəhvət hissini ödədikdən sonra onun üzərindən qalxmışdır. Həmin zaman o, ağlamağa davam etmiş və İbrahimin bu əxlaqsız hərəkətlərini qəbul edə bilməmiş və şokda olmuşdur. Bundan sonra İbrahim onun əlini açaraq sərbəst buraxmış və o, əynini geyinmişdir. İbrahim ona hədə-qorxu gələrək ailə üzvlərinə, heç kimə baş vermiş hadisə barədə heç bir məlumat verməməyi tapşırmış, onsuz da məlumat versə heç kimin ona inanmayacağını və onun başına oyun açacağını bildirmişdir. O, da İbrahimdən qorxduğu üçün İbrahimin ona qarşı etdiyi hərəkət barədə ailə üzvlərinə deməmişdir. Baş vermiş hadisədən sonra da, tarix dəqiq yadında deyil onlar evdə tək olan zaman İbrahim ona hədə-qorxu gələrək, əllərini tutub müqavimətini qıraraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında verdiyi ifadələr ilə ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti, o cümlədən ilkin məhkəmə iclasında hadisənin 2021-ci il yay aylarında baş verməsi barədə ifadəsinin dəyişdirməsi səbəblərini zərərçəkmiş şəxs halhazırda hadisələri daha yaxşı xatırlaması ilə izah etmiş, hadisənin məhz aprel ayında baş verməsini hazırda xatırlamasının hansısa əlamətdar gün və ya hadisə ilə əlaqədar olması ilə bağlı verilmiş sualları isə cavablandıra bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun şagirdi olmuşdur. Zərərçəkmiş şəxs qarşı pis hərəkətə yol verməmiş, məktəbin direktoru ilə ədavəti olduğu üçün zərərçəkmiş şəxs vasitəsilə işdən uzaqlaşdırılmışdır. Məktəbə ən yaxın olan avtobus dayanacağı 2 kilometrlik məsafədə yerləşdiyindən orada tanıdığı şəxsləri məktəbdən dayanacağına öz avtomobili ilə aparmışdır. Həmin şəxslərin içində Zərərçəkmiş şəxs da olmuşdur. Dərsdən sonra şagirdlər mütəmadi olaraq ümumi zaldan onun yanına gəlmişdir. Zərərçəkmiş şəxs sinifdəki şagirdlərdən ayrı gəzdiyi üçün onun həssas uşaq olduğunu anlamışdır. 2021-ci ildən zərərçəkmiş şəxsin müəllimi olmuş, psixoloqa və məktəbin digər tərbiyəçilərinə zərərçəkmiş şəxsin həssas şagird olması barədə məlumat versə də bu müraciətlərinə biganə yanaşılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, oğlunun bu hadisələri 2021-ci ilin aprel ayında pandemiya vaxtı törətməsi barədə məlumatı ona qızı söyləmişdir. 2021-ci ildə heç bir yerdə işləməmişdir. Hadisə baş verən ərəfələrdə ərinə kömək məqsədilə sonuncunun iş yerinə gedib-gəlmişdir. Pandemiya vaxtı işə gedə bilməyinin səbəbi həmin iş yerinin yaxın olmasında idi. Evləri bir otaqlı olmuş, hadisə vaxtı digər uşaqlarının parka getməsini güman etmişdir. Nərmindən bu hadisələrin nə üçün baş verməsinin səbəbini soruşan zaman o, hadisələrin mahiyyətini dərk etmədiyini bildirmiş , oğlundan isə bu hadisələrin baş vermə səbəbini soruşmamışdır. Nərmin və İbrahim dindirilərkən onların yanında olmamışdır. Şikayət ərizəsini idman müəllimi haqqında yazmışdır. Qızı Nərmin ona müəllimi Şahid1 onu qucaqlayıb, öpüb və öz otağına apardığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 11 oktyabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşlu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. N.Q.Hüseynovada arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Anal dəlik nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmadığı üçün müddət haqqında fikir söyləmək mümkün deyil (cild 1, iş vərəqi 21-23). 18 dekabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı anomaliya və patalogiya aşkar edilmədi ( cild 1, iş vərəqi 143-145). 15 dekabr 2023-cü il tarixli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmamağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə ona qarşı edilən seksual xarakterli hərəkətləri qavramaq, həmin hərəkətlərin mahiyyətini dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, hadisə zamanı və hadisəsdən sonra psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edən hər hansı kəskin dəyişikliklərin baş verməsi müəyyən olunmur ( cild 1,iş vərəqi 147-149). 07 dekabr 2023-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünə məxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri, intelektual imkanları normaya uyğundur. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillik əlamətləri müşahidə edilmədi ( cild 1, iş vərəqi 162-164). 18 noyabr 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı təsdiq etmişlər ( cild 1, iş vərəqi 53-56). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan 29 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (cild 1, iş vərəqi 221). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin tərəfindən yol verilən hərəkətlərin 2021-ci ilin aprel ayında baş verməsi barədə ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq dövründə zərərçəkmiş şəxs hadisənin 2022-ci ilin avqust ayında baş verdiyini qeyd etmiş, onunla təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən qeyd edilən xüsusat sonuncu tərəfindən təsdiq edilmiş, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən də həmin halı etiraf etmişdir. İlk dəfə həmin hadisənin 2021-ci ilin aprel ayının ortalarında (yəni, 7 may 2021-ci il tarixdə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmazdan əvvəl) törədilməsi barədə hal 05 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxsə müdafiəçi təqdim edilməsi barədə protokola işə yeni buraxılmış Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxslə konfidensial görüş zamanı sonuncunun məlumatına əsasən verdiyi qeydlə ibtidai istintaq orqanının nəzərinə çatdırılmışdır. Məhz həmin protokoldan sonra təqsirləndirilən şəxs ifadəsini dəyişmiş, ifadəsinin dəyişmə səbəbi kimi ilkin ifadələr verən zaman gərgin olduğunu qeyd etmiş, hər hansı təzyiqə məruz qalması barədə nə aidiyyəti orqanlara müraciət etmiş, nə də ki barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət baxılarkən müvafiq məsələ ilə əlaqədar məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında isə psixoloji təzyiq məruz qaldığını göstərsə də həmin təzyiqin məzmununu məhkəməyə açıqlaya bilməmişdir. Məhkəmə zərərçəkmiş şəxs Nərmin İbrahimovanın ibtidai istintaq dövründə verdiyi ifadələrdən fərqli olaraq məhkəmə iclasında hadisənin 2021-ci ilin aprel ayında baş verməsi barədə ifadəsinin həqiqətə uyğun olmadığını, təqsirləndirilən şəxsin müdafiəsi naminə verildiyini hesab edərək bildirir ki, əvvəla zərərçəkmiş şəxs 16 yaşına çatmayan şəxsdir, yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşımır, təqsirləndirilən şəxsin yaxın qohumu, yəni bacısıdır. Digər tərəfdən zərərçəkmiş şəxs müstəntiqdən başqa barəsində keçirilmiş məhkəmə psixoloji ekspertizası zamanı ekspertə də hadisənin məhz 2022-ci il avqust ayında baş verməsini, qardaşının onun iradəsi ziddinə qeyri-təbii yolla cinsi əlaqədə olmasını, qardaşının ona barəsində yol verdiyi hərəkətlər haqqında heç kimə məlumat verməməsini deməsini bildirmiş, məhkəmə iclasında isə ifadələrinin dəyişdirilməsi səbəblərini izah edə biləmişdir. Məhkəmə üzləşdirmə, digər istintaq hərəkətləri protokolllarını, zərərçəkmiş şəxsin və şahidin ifadələrini ekspertiza rəylərini, habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə birgə müqayisə etməklə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, ilk dəfə məhkum olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yetkinlik yaşına çatmayan şəxs olması kimi barəsində yüngülləşdirici halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85-ci maddəsinin müddəaları rəhbər tutulmaqla onun barəsində həmin Məcəllənin 60-cı maddəsi tətbiq edilməsini, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 71), Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 18 noyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 101-105). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə xərcləri haqqında məsələni həll edərkən, məhkəmə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını əsas götürərək hesab edir ki, iş üzrə 120 ( yüz yirmi) manat ekspertiza xərci dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 30 (otuz ) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi2 işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında”, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 85,346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2023-cü il tarixdən hesablansın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəksin. İş üzrə mövcud olan 120 (yüz yirmi) manat ekspertiza xərci dövlət büdcəsi hesabına ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi2 işlədiyi 5 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar