Məhkəmə qərarları › İş №1(101)-1846/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1846/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1846/2021 22.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxx 1974-cü ildə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Lənkəran rayonu, Sütəmurdov ərazi dairəsi, Sütəmurdov kəndində qeydiyyatda olan, naməlum ünvanda evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etmə, saxlama, daşıma barədə razılığa gəlib Naxçıvan MR-dan İran İslam Respublikası ərazisindən keçməklə Azərbaycan Respublikasına «Badamlı» mineral sular gətirən Şahid1 tərəfindən idarə olunan «MAN 18 440 XLX MANUAL E4» markalı Az ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə qoşulmuş «KOGEL» markalı Az ** ZA *** dövlət qeydiyyat nişanlı yarım qoşqunun bayır tərəfində quraşdırılmış sol yan yeşiyinin üst hissəsində gizlədilərək keçirilmiş bir ədəd polietilen bağlamada qablaşdırılmış külli miqdarda, yəni təmiz çəkisi 780 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təmiz çəkisi 205 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini həmin tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Xocasən-Lökbatan yolunun 10-cu kilometrində Xocasən istiqamətdə dayanmış avtomobilə yerləşdirilmiş hissədən götürüb əldə edib üzərində saxlamaqla daşımış, bu halı aşkar edən sürücülər Şahid1 və Şahid2 tərəfiəndən o, hadisə yerində saxlanılaraq 102 zəng xidmətinə verilmiş məlumat əsasında, Qaradağ RPİ-nin 10cu PB-nin əməliyyat qrupu tərəfindən o, bölmənin inzibati binasına gətirilib həmin günü saat 17:45 radələrində üzərində şəxsi axtarış aparılarkən əlindəki bir ədəd polietilen bağalamanın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 780 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 205 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 206.3,2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, ifadələrində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır. İfadə vermək iqtidarındadır. Əvvəllər 2000-ci ildə törətdiyi oğurluq cinayətinə görə Binəqədi rayon məhkəməsi və külli miqdarda narkotik daşıdığına görə RF-nm Astarxan şəhərində məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Narkotik və psixotrop maddələrin alüdəçisi olduğu üçün arada bir tanımadığı şəxslərdən əldə edib qəbul edir. Lakin maddi vəziyəti pis olduğundan narkotik ala bilmədiyi üçün İranda yaşayan «Əliheydər» adlı şəxsin vasitəsi ilə əldə edib qəbul edirmiş. Belə ki, «Əliheydər» adlı şəxs, ona İran İslam Respublikasından Bakı şəhərinə gələn tırların nömrələrin deməklə onların qoşqularında gizlədilmiş Narkotik və psixotrop tərkibli maddələri əldə edib dediyi ünvanlara çatdırmağına görə onada həmin maddələrdən verməklə qəbul edir. Təxminən 2021-ci ilin aprel ayında təsadüfən telefon vasitəsi «Əliheydər» adlı şəxslə tanış olmuşlar. Sövdələşmişlər ki, «Əliheydər» adlı şəxs, İran İslam Respublikasından Bakı şəhərinə gələn tırlarm nömrələrin deməklə onların qoşqularında gizlədilmiş narkotik və psixotrop tərkibli maddələri əldə edib dediyi ünvanlara çatdırmağına görə onada həmin maddələrdən verməklə qəbul edəcəkdir. 01.07.2021-ci il tarixdə səhər saatlarında «Əliheydər» adlı şəxs ona “whatsapp” proqramı vasitəsi ilə zəng edərək İrandan Azərbaycana gələn üzərində «BADAMLİ» yazısı olan MAN markalı ** AD *** dövlət qeydiyyat nişanlı tırın qoşqu hissəsinin çöl yan tərəfində olan qutunun arxa tərəfində qara skoçlu selofanda bağlamada narkotik vasitə olan heroin və psixotrop maddə şüşə göndərir. Onu əldə etdikdən sonra dediyi ünvana çatdırmalıdır. Onunla razalaşaraq 20 yanvar ətrafında markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi qara rəngli tanımadığı taksi sürücüsü ilə pul müqabilində Biləsuvar yoluna çıxmışlar. Lakin sürücüyə heç bir söz bildirməmişdir. Yolda həmin üzərində BADAMLİ yazısı olan qoşqulu MAN markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobili görmüş, qoşqusunun nömrəsi isə ** ZA *** imiş. Taksi sürücüsünə bildirmiş ki, onu təqib etsin. Həmin avtomobil Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi Meyvəli bazarın yanından keçərək Xocasən yoluna çıxmış, bir neçə kilometr getdikdən sonra qarşıda yolun sağ tərəfdə Sovtrans yəni TİR qarjımn qarşı tərəfində daşlıq sahədə saxlamışdır. Artıq saat 16 radələri olarmış. Meyvəli bazar tərəfdə uzaq məsafədən taksidən düşüb onu yola salıb piyada həmin dayanmış üzərində BADAMLİ yazısı olan MAN markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin qoşqu hissəsinin çöl yan tərəfində olan qutunun arxa tərəfində qara skoçlu selofanda bağlamada olan narkotik vasitə heroini və şüşəni götürüb Meyvəli istiqamətdə getmək istəyərkən orada onu görən həmin avtomobilin və digər avtomobilin tanımadığı sürücüləri arxasıyca qaçıb onu saxlamışlar və qoşqudan nə götürdüyünü soruşmuşlar. O, onlara götürdüyü qara skoçlu selofanda bağlamada narkotik vasitə olan heroin və şüşə olduğunu, onlara heç bir aidiyyəti olmadığını və onu buraxmaqlarını bildirmişdir. Sürücülərdən biri 102 xidmətinə zəng edib ora polis çağırmışlar. Polis əməkdaşları hadisə yerinə gəlib onu 10-cu polis bölməsinə aparmışlar. Orada polis əməkdaşları ona xəbərdarlıq edib video çəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O, da şəxsi axtarış və götürmə zamanı əlində olan MAN markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin qoşqu hissəsinin çöl yan tərəfində olan qutunun arxa tərəfində qara skoçlu selofanda əldə etdiyi narkotik vasitə heroini və şüşəni 01 ədədə bağlamada təqdim etdim və baş verənləri olduğu kimi danışmışdır. Həmin bağlama açıldıqda içərisindən qəhvəyi rəngli toz şəklində (kakos) yəni narkotik vasitə hesab edilən heroin və şüşə yəni psixotrop maddə metamfetamin aşkar edilmişdir. Ondan aşkar edilmiş həmin bağlama, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri o, və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə təhqiqatçı protokol tərtib etmiş. Protokol ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. Ondan başqa heçnə aşkar olunmamışdır. Heroinə digər sözlə Kakos, Metamfetamiınə digər sözlə şüşə deyildiyinə görə o, da həmin qaydada adlandırır. Ona heç bir fiziki və psixi təsir göstərilməyib, bədənində heç bir xəsarəti yoxdur. Törətdiyi əməlin cinayət olduğunu dərk edir, özünü təqsirli bilir, əməlindən peşmandır. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, O, həmin narkotik bağlamanı götürdükdən sonra, Əliheydərə bildirməli imiş və bundan sonra o, da ona həmin bağlamanı hara aparmalı olduğu bildirməli imiş. Bunun müqabilində Əliheydər ona həmin bağlamadan 20 qram narkotik vasitə heroin verməli imiş. O, Əliheydərlə adına olmayan yadında qalmayan mobil nömrəsi ilə əlaqə saxlamışdır. Mobil telefonu isə yadında qalmayan yerdə itirmişdir. Bu hadisədən 5-10 gün öncə iyun ayı ərzində eyni üsulla «Əliheydər» adlı şəxsin yadında qalmayan TİR- ların qoşqularında göndərdiyi bağlamalarda olan narkotik vasitələri birini dediyi qaydada Bakıxanov qəsəbəsində Ruslan marketin yanında ağacın dibində, digərini isə Sulutəpə tərəfdə tikinti mağazaları sırasında həmçinin ağacın dibində qoymuşdur. Lakin kim tərəfindən götürülməsini görməmişdir. Onu tutub saxlayan sürücüləri əvvəllər tanımamış və onların həmin narkotik vasitəyə psixotrop maddələrə heç bir aidiyyəti yoxdur. 051 *** ** ** saylı nömrə ona məxsusdur, həmin nömrəni əvvəllər istifadə etməklə votsapı olmamışdır və həmin nömrə ilə Əliheydər ilə əlaqə saxlamamışdır. 077 ilə başlayan nömrənin kimə məxsus olmasını bilmir. Xəzər markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobili və onun sürücüsünü tanımır. Həmin avtomoblin kimisə təqib etməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılan zaman ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerindədə əyani olaraq göstərmiş və müəyyən olunmuşdur ki, hadisə yeri Bakı şəhəri, Xocasən-Lökbatan yolunun 10-cu k/m-də yerləşən Bakı şəhəri, Qaradağ rayon ərazisinə aid olan Xocasən istiqamətdə yolun sağ tərəfində yerləşən TİR avtomobillərinin dayanacağının qarşı tərəfində daşlıq sahədir. Şahid1 ifadəsində göstərdi ki, heç kəslə ədavəti yoxdur. Mineral Sular MMC-yə məxsus KOGEL markalı ** ZA *** dövlət qeydiyyat nişanlı furqon tentli yarım qoşqulu MAN 18 440 XLX MANUAL E4 markalı ** AD *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı avtomobili yol vərəqəsi ilə idarə etməklə qoşquya yüklənmiş badamlı mineral sularını təyinatla İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan MR-dan Azərbaycan Respublikasının Bakı şəhərinə gətirir. 30 iyun 2021-ci il tarixdə saat 08:00 radələrində Naxçıvan şəhərində badamlı mineral suları ilə yüklənmiş avtomobil ilə Bakı şəhərinə yola düşmək üçün Naxçıvan şəhərində yerləşən Baş Gömrük İdarəsinə gəlmişdir. Həmçinin onun ilə bərabər iş yoldaşı Şahid2 eyni qaydada idarə etdiyi «HUMBAUR HSA» markalı Az ** ZA *** dövlət qeydiyyat nişanlı furqon tentli yarım qoşqulu X7 1840 LS 4x2 markalı ** AD *** dövlət qeydiyyat nişanlı dartıcı avtomobil ilə həmin yerə gəlmişlər. Orada təxminən iki saat ərzində avtomobil və qoşqular yoxlanıb möhürləndikdən sonra 30 iyun 2021-ci il saat 11:00 radələrində həmin yerdən Bakı şəhərinə yola düşmüşlər. Yolda saxlamadan 35-40 km məsafədə olan Culfa gömrüyünə daxil olmuşlar. X6 Respublikasının gömrüyünə daxil olmuşlar. Avtomobillər yoxlandıqdan sonra təxminən saat 13-14 radələrində yollarım davam etməyə başlamışlar. Heç bir yerdə saxlamadan təxminən saat 19 radələrində İran İslam Respublikasının Aslandüz şəhərində dayanıb yemək yeyib təxminən saat 20:00 radələritndə yenidən yola düşmüşlər. Heç bir yerdə saxlamadan saat 23:00 radələrində Biləsuvar rayonu tərfdən İran İslam Respublikasının gömrüyünə daxil olub və gecəni orada qalmışlar. 1 iyul 2021-ci il tarixdə saat 09;00 radələrində İran İslam Respublikasının sərhədindən çıxıb Biləsuvar rayonu istiqaməti tərəfdən Azərbaycan Respublikasının sərhədinə daxil olub təxminən bir saat müddət ərzində Gömrük nəzarət sərhədini keçib Biləsuvar gömrüyünün qarşısında adını bilmədiyi kafedə çay içib 01 iyul 2021-ci il saat 11:00 radələrində magistral yol ilə Bakı şəhərnə yollarını davam etməyə başlamışlar. Salyan yolunda Masallı yeməkxanasında sürücü yoldaşı Mübariz dayansada o, onu görmədiyi üçün yolunu davam etməyə başlamışdır. Həmin zaman yolda ağ rəngdə «Xəzər» markalı Az 99 PY582 dövlət qeydiyyat nişanlı avtomobilin üzünü görə bilmədiyi sürücüsünün onu təqid etməyini hiss eləmişdir. Avtomobili idarə edərkən arxasıyca gəlməsini, saxladıqda isə qarşıda irəlidə saxlayaraq onu təqib etdiyini görmüşdür. Həmin avtomobilin içərisində üzlərini görmədiyi sürücüsü ilə birlikdə üç nəfər kişi cinsli şəxslər var idi. O, məsələnin olduğunu başa düşməmiş və bu barədə sürücü yoldaşı Mübarizə zəng vuraraq həmin avtomobil tərəfindən təqib olunmağını, güdülməyini bildirmişdir. Bir müddətdən sonra Mübariz idarə etdiyi avtomobil ilə gəlib ona çatmış və o, da həmin avtomobilin ona təqib etməsinin şahidi olmuşdur. Bu minvalla 01 iyul 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Xocasən-Lökbatan yolunun 10-cu k/m-də Bakı şəhəri, Qaradağ rayon ərazisinə aid olan Xocasən istiqamətdə yolun sağ tərəfində yerləşən TİR avtomobillərinin dayanacağının qarşı tərəfində daşlıq sahədə avtomobilləri müvəqqəti olaraq park etmişlər. Lökbatan qəsəbəsi, Meyvəlik tərəfdən Xocəsən yoluna döndükdən sonra həmin avtomobil gözdən itmişdir. Avtomobilinin güdülməsindən şübhələnərək sürücü yoldaşı Mübariz ilə avtomobilinin qarşı tərəfində gizlənərək qoşqu tərəfi güdməyə başlamışlar. Onlar avtomobilləri park etdikdən təxminən 10 dəqiqə sonra Xocəsən yolunda Lökbatan istiqaməti tərəfdən bir nəfər arıq hündür boy şəxsin piyada gələrək idarə etdyi avtomobilin qoşqusunun sol yan tərəfində olan dəmir yeşiyin üst hissəsinə əlini salaraq skoçlu qara selofanda olan bağlamanı götürüb qaçmaq istəyərkən Mübariz ilə arxasınca qaçaraq onu saxlamışlar. Ondan əlindəki bağlamanın nə olmasını soruşduqda həmin şəxs içərisində narkotik vasitə heroin (kakos) və metamfetamin (şüşə) olmasını, bunun onlara aid olmadığını, buraxın, çıxın gedin deyib bağlamanı da əlində möhkəm saxlayaraq vermirdi. Ondan adını soruşduqda o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Onlar Rövşən hadisə yerindən qaçmasının qarşısını almaq üçün ona nəzarət etmişlər. Mübariz 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdi. Bir müddət sonra hadisə yerinə Qaradağ rayon polis idarəsinin 10-cu PB-nin əməliyyat qrupu gələrək Rövşəni polis bölməsinə apardılar. O, Rövşənin «Xəzər» markalı 99 PY582 dövlət qeydiyyat nişanlı avtomobil ilə əlbir olmasından şübhələnir. Həmin narkotik vasitə bağlamanın idarə etdiyi avtomobilin qoşqusuna nə vaxt, harada, kim tərəfindən yerləşdirilməsini bilmir. Əliheydər adlı şəxs isə tanımır. Təqsirləndirilən şəxs da əvvəllər tanımamışdır. Onları yolda təqib edən qara rəngli avtomobil görməmişlər. Hesab edir ki, Rövşən qara rəngli avtomobili yalandan deyir. Şahid2, Şahid1 ifadəsinə oxşar ifadə verərək göstərmişdir ki, Mineral Sular MMC-yə məxsus HUMBAUR HSA markalı ** ZA *** dövlət qeydiyyat nişanlı furqon tentli yarım qoşqulu X7 1840 LS 4x2 markalı ** AD *** dövlət qeydiyyat nişanlı dartıcı avtomobili yol vərəqəsi ilə idarə etməklə qoşquya yüklənmiş badamlı mineral sularını təyinatla İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan MR-dan Azərbaycan Respublikasının Bakı şəhərinə gətirir. 30.06.2021-ci il tarixdə saat 08 radələrində Naxçıvar MR-nın Naxçıvan şəhərində badamlı mineral suları ilə yüklənmiş qeyd etdiyi avtomobil ilə Bakı şəhərinə yola düşmək üçün Naxçıvan şəhərində yerləşən Baş Gömrük İdarəsinə gəlmişdir. Həmçinin onun ilə bərabər iş yoldaşı Şahid1 eyni qaydada idarə etdiyi KOGEL markalı ** ZA *** dövlət qeydiyyat nişanlı furqon tentli yarım qoşqulu MAN 18 440 XLX MANUAL E4 markalı ** AD *** dövlət qeydiyyat nişanlı dartıcı avtomobil ilə həmin yerə gəlmişlər. Orada təxminən 2 saat ərzində avtomobil və qoşqular yoxlanıb möhürləndikdən sonra 30.06.2021-ci il saat 11 radələrində həmin yerdən Bakı şəhərinə yola düşmüşlər. Yolda saxlamadan 35-40 km məsafədə olan Culfa gömrüyünə daxil olmuşlar. Oradanda tran İslam Respublikasının gömrüyünə daxil olmuşlar. Avtomobillər yoxlandıqdan sonra təxminən saat 13-14 radələrində yollarım davam etməyə başlamışlar. Heç bir yerdə saxlamadan təxminən saat 19 radələrində İran İslanı Respublikasının Aslandüz şəhərində dayanıb yemək yeyib təxminən saat 20 radələritndə yenidən yola düşmüşlər. Heç bir yerdə saxlamadan saat 23 radələrində Biləsuvar rayonu tərəfdən İran İslam Respublikasının gömrüyünə daxil olub gecəni orada qalmışlar. 01.07.2021-ci il tarixdə saat 09 radələrində İran İslam Respublikasının sərhədindən çıxıb Biləsuvar rayonu istiqaməti tərəfdən Azərbaycan Respublikasının sərhədinə daxil olub təxminən 1 saat müddət ərzində Gömrük nəzarət sərhədini keçib Biləsuvar gömrüyünün qarşısında adını bilmədiyi kafedə çay içib saat 11 radələrində magistral yol ilə Bakı şəhərnə yollarını davam etməyə başlamışlar. Salyan yolunda Masallı yeməkxanasında o, dayansada sürücü yoldaşı Abbas yolunu davam etmişdir. Həmin zaman sürücü yoldaşı Abbas mobil telefonuna zəng vuraraq bildirmişdir ki, yolda ağ rəngdə Xəzər markalı 99 PY582 dövlət qeydiyyat nişanlı avtomobilin üzünü görə bilmədiyi sürücüsü onu təqib edir. Yəni Avtomobili idarə edərkən arxasıyca gəlməsini, saxladıqda isə qarşısında irəlidə saxlayaraq onu təqib edir. Həmin avtomobilin içərisində üzlərini görmədiyi sürücüsü ilə birlikdə üç nəfər kişi cinsli şəxslər var. Lakin nə məsələ olduğunu başa düşmür. O, bu barədə məlumat aldıqdan sonra Özünü Abbasın idarə etdiyi avtomobilə çatdırmışdır. Yolda görmüş ki, həqiqətəndə həmin avtomobil Abbasın idarə etdiyi avtomobili təqib edir. Həmin avtomobilin içərisndə sürücü ilə birlikdə üç nəfər olsada onların üzlərini görə bilməmişlər. Bu minvalla 01.07.2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xocasən-Lökbatan yolunun 10-cu k/nı-də Bakı şəhəri, Qaradağ rayon ərazisinə aid olan Xocasən istiqamətdə yolun sağ tərəfində yerləşən TİR avtomobillərinin dayanacağının qarşı tərəfində daşlıq sahədə avtomobilləri müvəqqəti olaraq park etmişlər. Lökbatan qəsəbəsi, Meyvəlik tərəfdən Xocəsən yoluna döndükdən sonra həmin avtomobil gözdən itmişdir. Abbasın avtomobilinin güdülməsindən şübhələnərək sürücü yoldaşı Abbas ilə Abbasın avtomobilinin qarşı tərəfində gizlənərək qoşqu tərəfi güdməyə başlamışlar. Onlar avtomobilləri park etdikdən təxminən 10 dəqiqə sonra Xocəsən yolunda Lökbatan istiqaməti tərəfdən bir nəfər arıq hündür boy şəxsin piyada gələrək Abbasın idarə etdyi avtomobilin qoşqusunun sol yan tərəfində olan dəmir yeşiyin üst hissəsinə əlini salaraq skoçlu qara selofanda olan bağlamanı götürüb qaçmaq istəyərkən Abbas ilə arxasınca qaçaraq onu saxlamışlar. Əlində ki, bağlamanın nə olmasını soruşduqda həmin şəxs içərisində narkotik vasitə heroin (kakos) və metamfetamin (şüşə) olmasını, onlara heç bir aidiyyəti olmadığını və onu buraxmaqla çıxıb getmək istədiyini bildirmişdir. Əlində ki, bağlamamda əlində möhkəm saxlayaraq onlara vermirmiş. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onun üzərində heç bir mobil telefonu yox imiş. Biz bunu belə görüb Abbas nəzarət edirmiş ki, Rövşən hadisə yerindən qaçmasın. O, isə 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Qaradağ rayon polis idarəsinin 10-cu PB-nin əməliyyat qrupu gələrək Rövşəni polis bölməsinə aparmışlar. Tərəflərindən Rövşənə qarşı heç bir fiziki təsir göstərilməyib. Bağlamanı qoşqudan götürən Rövşənin Xəzər markalı 99 PY582 dövlət qeydiyyat nişanlı avtomobil ilə əlbir olmasından şübhələnir. Həmin narkotik vasitə bağlamanın Abbasın idarə etdiyi avtomobilin qoşqusuna nə vaxt harada kim tərəfindən yerləşdirilməsini bilmir. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, onun həmin narkotik vasitə olan bağlamanın Abbasın idarə etdiyi qoşquya nə vaxt harada kim tərəfindən yerləşdirilməsindən, həmçinin Rövşənin əvvəllərdə eyni qaydada narkotik tərkibli bağlama əldə etməsindən xəbəri yoxdur. «Əliheydər» adlı şəxs isə tanımır. Təqsirləndirilən şəxs da əvvəllər tanımamışdır. Onları yolda təqib edən heç bir qara rəngli avtomobil görməmişlər. Hesab edir ki, Rövşən qara rəngli avtomobili yalandan deyir. 102 məlumatında idarə etdiyi səf yazılmışdır, sürücü yoldaşı Abbasın idarə etdiyi avtomobilin qoşqusundan tanımadığı şəxsin narkotik maddə bağlamanın götürməsini bildirmişdir. Həmçinin həmin bağlamanın onu götürən Rövşən tərəfindən narkotik vasitə olduğu bildirdiyinə görə 102 xidmətinədə həmin bağlamanın narkotik olmasını bildirmişdir. Şahid Qaradağ RPİ-niıı 10-cu PB-nin sahə inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 01.07.2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid4, Şahid5 ilə xidmətdə olduqları zaman saat 16:24-də 10-cu PB-nə DİN-nin 102 zəng məlumatı xidmətindən məlumat daxil olmuş ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli bazar yaxınlığında Xocəsən yolunda TİR yük avtomobillərinin yanından Şahid2 zəng edərək idarə etdiyi MAN 18 440 XLX MANUAL E4 markalı ** AD *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı avtomobilə qoşulmuş KOGEL markalı ** ZA *** dövlət qeydiyyat nişanlı furqon tentli yarım qoşqu ilə Naxçıvan MR-dan Badamlı içkisi gətirməsini Meyvəli bazar yaxınlığında Xocəsən yolunda TİR yük avtomobilləri saxlanılan qarajda olduğu zaman tanımadığı şəxs onun yük avtomobilinə yaxınlaşıb narkotik maddələri götürən zaman tutub saxlamışdır. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu ilə Bakı şəhəri, Xocasən-Lökbatan yolunun 10-cu k/m-də Bakı şəhəri, Qaradağ rayon ərazisinə aid olan Xocasən istiqamətdə yolun sağ tərəfində TİR-rın qarajının qarşısına daşlıq sahayə gəlmişlər. Həmin zaman orada MAN 18 440 XLX MANUAL E4 markalı ** AD *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı avtomobilə qoşulmuş üzərində «Badamh» yazısı olan KOGEL markalı ** ZA *** dövlət qeydiyyat nişanlı furqon tentli yarım qoşqunu və avtomobilin yanında isə əlində qara skoçlu selofanda bağlama olan əvvəllər tanımadıqları sonradan şəxsiyyəti onlara Təqsirləndirilən şəxs kimi bəlli olan şəxsi həmçinin sonradan şəxsiyyətləri onlara Şahid1 və Şahid2 kimi bəlli olan TİR avtomobili sürücüləri tərəfindən saxlanmasını görmüşlər. Sürücülər onlara 102 xidmətinə vermiş olduqları məlumatı bir daha təstiq edib Təqsirləndirilən şəxs qoşqunun sol yan tərəfində olan boşluqdan qara skoçlu selofanda bağlama götürüb qaçmaq istəyərkən tərəflərindən saxlandıqlarını bildirmişlər. Həmçinin həmin zaman Təqsirləndirilən şəxs özüdə sürücülərin dediklərini təsdiq etmiş və həmin bağlamanın İran İslam Respublikasından «Əliheydər» adlı şəxs tərəfindən ona göndərilməklə ona aid olmasını və sürücülərə heç bir aidiyyəti olmadığını bildirmişdir. Tərəflərindən dərhal təxirə salınmaz orada dayanan MAN 18 440 XLX MANUAL E4 markalı ** AD *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı avtomobilə və ona qoşulmuş üzərində «Badamlı» yazısı olan KOGEL markalı ** ZA *** dövlət qeydiyyat nişanlı furqon tentli yarım qoşquya baxış keçirilmiş və heç bir qanunla qadağa edilmiş əşya aşkar olunmamışdır. Əlində qara skoçlu selofanda bağlama olan Təqsirləndirilən şəxs tərəflərindən 10-cu PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd qara sellofanı masanın üzərinə qoydu və həmin selofanm içərisində «kakos» yəni heroin və şüşə «yəni» metamfetamin olmasını və həmin bağlamanın İran İslam Respublikasından «Əliheydər» adlı şəxs tərəfindən MAN markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin qoşqu hissəsində gizli şəkildə ona göndərilməklə o, da narkotiki əldə etdikdən sonra ona çatası narkotik müqabilində «Əliheydər» adlı şəxs ilə danışdıqdan sonra təyin olunmuş naməlum ünvana aparmalı imiş. Həmin bağlamanın sürücülərə heç bir aidiyyəti olmadığını bildirdi. Həmin qara selofan bağlama açıldıqda içərisindən ayrı bağlamalarda birində qəhvəyi rəngli toz şəklində maddə, digərində isə ağ rəngli kristallik hissəciklərdən ibarət maddə olmaqla ümumilikdə iki bağlama aşkar olunmuşdur. Aşkar edilmiş həmin qara selofanda bağlamalar iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və onlar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməyibdir. O tutularkən onun üzərində mobil telfonu olmamışdır. Təqsirləndirilən şəxs özünün deməsinə görə həmin narkotik vasitəni, psixotrop maddəni «Əliheydər» adlı şəxsin verdiyi məlumat əsasında təyin olunacaq yerə aparmalı imiş. Buna görə ona qəbul etmək üçün 20 qram narkotik vasitə heroin verməli imiş. Tərəflərindən əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq həmin narkotik vasitə olan heroinin və psixiatrik maddə olan metamfetaminin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Şahid Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid4, Şahid5 da eyni məzmunlu ifadə verərək Şahid3 göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ilə Təqsirləndirilən şəxs üzləşdirmədə dindirilən zamanı hər biri istintaq zamanı verdiyi ifadəsini biri-birinin üzünə qarşı təstiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış 01 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolunun məzmunundan və protokola əlavə edilərək videoçəkilişi aparılmış bir ədəd DVD diskdəki çəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əlində saxladığı skoçlu qara selofanı təqdim edərək masanın üzərinə qoyur. Həmin bağlama açıldıqda içərisində ayrı-ayrılıqda qəhvəyi rəngli və ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr aşkar olunur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdəki maddələrin narkotik vasitə olan (kakos) heroin və “şüşə” yəni psixotrop maddə metamfetamin olmasını, həmin bağlamanın İran İslam Respublikasından Əliheydər adlı şəxsin gizli olaraq Naxçıvan MR-dan İran vasitəsi ilə Bakı şəhərinə gələn MAN markalı ** AD *** dövlət qeydiyyat nişanlı tirin qoşqu hissəsinin çöl yan tərəfində göndərməsini və tərəfindən Qaradağ rayonu ərazisində Xocəsən yolu kənarında qoşqudan götürülərkən hənıiıı avtomobilin və digər sürücü tərəfindən hadisə yerində saxlanılmasını bildirir. Məhkəmədə elan olunub araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2021-ci il tarixli 6/2674 JNq-İİ rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 780 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 205 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.Ekspertiza zamanı 780 qram olan heroindən tədqiqata 0,100 qram sərf edilmiş, qalığı 779,9 qram təşkil edir, 205 qram olan metamfetamindən tədqiqata 0,100 qram sərf edilmişdir, qalıq 204,9 qram təşkil edir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 3542 Nq-1İ rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin msateriallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 780 qram çəkidə narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 205 qram olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 779,9 qram heroin və qalıq qalmış 204,9 qram metamfetamin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində ibtidai istsisntaq zamanı prokuror köməkçisinin təzyiqi altında verməsi, onun təzyiqi altında ibtidai istintaq zamanı, Əliheydər adlı şəxs və onun İrandan narkotiki göndərməsi, həmin narkotiki götürüb harasa aparacağı, bunun müqabilində ona narkotik veriləcəyi, uydurduğu barəsinəki ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Çünkü həmin halları təsdiq edən sübütlar və hallar müəyyən olunmadı. İstintaq orqanı bu sübutlar əsasınqda Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə uyğun gəldiyi qənaətinə gəlib onun əməllərini həmin maddələrlə tövsüf etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ondan aşkar edilib götürülməsi iddia olunan narkotik vasitələrin ona aidiyyəti olmadığını göstərdi. Məhkəmədə, Təqsirləndirilən şəxs göstərdiyi dəlilləri ittiham tərəfinin ittihamı təsdiq edən sübutlar kimi məhkəməyə təqdim etdiyi sübutlarla müqayisəli təqdiq etdikdə müəyyən olundu ki, 01 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılmış və onun içrisindən də həqiqətən bu cinayət işti üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxsin əməlinin predmetini təşkil edən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bunun nəticəlri barəsində protokol tərtib olunmuşdur, Təqsirləndirilən şəxs protokolu imza etmişdir. Həmin tarixdə bu narkotik vasitələrin aşkar edilib götürülməsinin halları və narkotik vasitələrin mənşəyi haqqında vəkilinin iştirakı ilə izahat verib, izahatını təsdiq etmişdir. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaqın qurtarması elan edildikdə o, iş üzrə vəsatətinin olmadığını bildirib ibtidai istintaqın tamamlanmasına etiraz etməmişdir. İşin materialları ilə tanış olduqdan sonra bu iş üzrə cinayətin predmetini təşkil edən narkotik vasitələrin ona aid olmadığını iddia edərək onun barəsində cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini xahiş etmiş, lakin hansı səbəbdən ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini inkar etmədən ona bəraət verilməsini, nəyə görə narkotik vasitələrin ona məxsus olmasını inkar etdiyini, narkotik vasitələrin ondan aşkar edilməsini hansı sübutlarla təkzib olunduğunu göstərməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün təqsirsiz olmamasını sübuta yetirməyə borclu olmamasını nəzər alır. Bununla bərabər məhkəmə, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəliləri sübuta yetirməli olduğunu əsaslı sayır. Çünki cinayət mühakimə icraatının çəkişmə prinsipi tərəflərin öz mövqelərinin müdafiəsi üçün gətirdikləri dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməli olmalarını ehtiva edir. İstintaq zamanı müdafiə tərəfi bunu etməmişdir. Əksinə Təqsirləndirilən şəxs bu iş üzrə şübhə edlib tutulduqda və sonradan isə ittihamın mahiyyəti üzrə özünü təqsirli bilib törətdiyi əməlləri müdafiəçilərinin iştirakı ilə etiraf edib, həmin halların əsasını təşkil edən narkotik vasitənin ondan aşkar edilib götürlməsini ekspertə etiraf etmişdir. Həmin hallar isə işin faktiki hallarına uyğun olmuşdur. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs bu davranışını onun prosessual hüququndan istifadə etməsi kimi qiymətləndirir, lakin onun öz müdafiəsi üçün irəli sürdüyü dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alıb bu ifadələri müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan olunmuş ittihamın mahiyyəti üzrə verdiyi etirafedici ifadələrini həqiqətə uyğun, məhkəmədə isə həmin hallar barəsində verdiyi ifadələrini isə işin faktiki hallarına uyğun olmayan və özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə, yuxarıda araşdırıb ittihamedici sübut kimi öz təsdiqini tapmış bu sübutları Təqsirləndirilən şəxs hərəkətlərini başqa şəxslərlə qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etmə, saxlama, daşıma kimi qiymətləndirir. İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini 01 iyul 2021-ci il tarixdə sİran İslam Respublikasında yaşayan Əliheydər adlı şəxslə və başqaları ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə qabaqcadan cinayət əlaqəsinə girib bir qrup şəxs halında birləşərək küllü miqdarda narkotik vasitə heroini v əvə psixotrop maddəni qapçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək kimi qiymətləndirmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma ilə bərabər həm də, bu əməlin predmetini təşkil edən külli miqdarda, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və gizli yolla, bəyan etməməklə qaçaqmalçılıqla keçirmə barədə onun şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları olan “Əleheydər”, “adlı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmə kimi qiymətləndirib onun əməlini əlavə olaraq Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmənin qənaətinə görə istintaq orqanın Təqsirləndirilən şəxs əməllərini həmin maddə ilə tövsüf edilməsi üçün əsas cinayət işinin predmetini təşkil edən narkotik vasitənin və psixotrop maddənin İran İslam Respublikasından keçib gəlmiş yük maşının üzərindən aşkar olunması faktı olmuşdur. Məhkəmənn bu qənaətə gəlməsi üçün əsas cnayət əməlinin predmetini təşkil edən bu cismlərin kömrük sərhəddindən keçirilməsində Təqsirləndirilən şəxs iştirakını təsdiq edən sübut olmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs ibtidai istsisntaq zamanı verdiyi ifadələrini də təhlil edərkən müəyyən olundu ki, o, 01 iyul 2021-ci il tarixdə səhər saatlarında Əliheydər adlı şəxs ona zəng edib İrandan Azərbaycana gələn üzərində «badamlı» yazısı olan «Man» markalı ** AD *** dövlət nömrəli yük maşının qoşqu hissəsinin sol yan tərəfində olan qutunun arxa tərəfində qara skoçlu sellofanda bağlamda narkotik vasitə olan heroin və psixotrop maddə şüşə göndərdidiyni, onu əldə etdikdən sonra onun dediyi ünvana çatdırmalı olduğunu bilmişdir. Onun həmin ifadələrində narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçıdlıq yolu ilə xarici dövlətdən Azərbaycan Respublikasına gətirilməsinə yönlən qəsdi və ya hərəkəti müəyyən olunmadı. Məhkəmədə həmin hallar araşdırılarkən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və psixotorp maddəni qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirmək üçün digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib, həmin narkotik vasitələrin Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsində iştirakını təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmədə həmin hallar araşdırılarkən Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş narkotik vasitələrin ona məxsus olmadığını göstərdi. İbtidai istintaq zamanı verdiyi ifadələrində isə göstərmişir ki, narkotik və psixotrop maddələrin alüdəçisi olduğu üçün arada bir tanımadığı şəxslərdən əldə edib qəbul edir. Lakin maddi vəziyəti pis olduğundan narkotik ala bilmədiyi üçün İranda yaşayan Əliheydər adlı şəxsin vasitəsi ilə əldə edib qəbul edirmiş. Belə ki, Əliheydər adlı şəxs, ona İran İslam Respublikasından Bakı şəhərinə gələn tırların nömrələrin deməklə onların qoşqularında gizlədilmiş narkotik və psixotrop tərkibli maddələri əldə edib dediyi ünvanlara çatdırmağına görə ona da həmin maddələrdən verməklə qəbul edir. Təxminən 2021-ci ilin aprel ayında təsadüfən telefon vasitəsi Əliheydər adlı şəxslə tanış olmuşlar. Sövdələşmişlər ki, Əliheydər adlı şəxs, İran İslam Respublikasından Bakı şəhərinə gələn tırlarm nömrələrin deməklə onların qoşqularında gizlədilmiş narkotik və psixotrop tərkibli maddələri əldə edib dediyi ünvanlara çatdırmağına görə ona da həmin maddələrdən verməklə qəbul edəcəkdir. 01.07.2021-ci il tarixdə səhər saatlarında Əliheydər adlı şəxs ona whatsapp proqramı vasitəsi ilə zəng edərək İrandan Azərbaycana gələn üzərində «BADAMLİ» yazısı olan MAN markalı ** AD *** dövlət qeydiyyat nişanlı tırın qoşqu hissəsinin çöl yan tərəfində olan qutunun arxa tərəfində qara skoçlu selofanda bağlamada narkotik vasitə olan heroin və psixotrop maddə şüşə göndərir. Onu əldə etdikdən sonra dediyi ünvana çatdırmalıdır. Onunla razalaşaraq 20 yanvar ətrafında markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi qara rəngli tanımadığı taksi sürücüsü ilə pul müqabilində Biləsuvar yoluna çıxmışlar. Lakin sürücüyə heç bir söz bildirməmişdir. Yolda həmin üzərində BADAMLİ yazısı olan qoşqulu MAN markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobili görmüş, qoşqusunun nömrəsi isə ** ZA *** imiş. Taksi sürücüsünə bildirmiş ki, onu təqib etsin. Həmin avtomobil Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi Meyvəli bazarın yanından keçərək Xocasən yoluna çıxmış, bir neçə kilometr getdikdən sonra qarşıda yolun sağ tərəfdə Sovtrans, yəni TİR qarjımn qarşı tərəfində daşlıq sahədə saxlamışdır. Artıq saat 16 radələri olarmış. Meyvəli bazar tərəfdə uzaq məsafədən taksidən düşüb onu yola salıb piyada həmin dayanmış üzərində BADAMLİ yazısı olan MAN markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin qoşqu hissəsinin çöl yan tərəfində olan qutunun arxa tərəfində qara skoçlu selofanda bağlamada olan narkotik vasitə heroini və şüşəni götürüb Meyvəli istiqamətdə getmək istəyərkən orada onu görən həmin avtomobilin və digər avtomobilin tanımadığı sürücüləri arxasıyca qaçıb onu saxlamışlar. Məhkəmə, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsində iştirak etməməsi qənaətinə gəlir. Çünkü məhkəmədə, Təqsirləndirilən şəxs başqa şəxslərlə narkotik vasitələri əldə edib qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barəsində qabaqcadan razılığa gəlməsini təsdiq edən sübut müəyyən olunmadı. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs bu işin predmetini təşkil edən narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikasının dövlət sərhədindən kənar, gizli keçirməsinə xidmət edən əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Çünki bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. Məhkəmənin mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Çünki, məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin predmetini təşkil narkotik vasitələrin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən Azərbaycan Respublikasının ərazisinə gizli keçirilməsində iştirak etməsini təsdiq edən sübut müəyyən olunmadı. İstintaq orqanı təqsirləndirilən şəxsin ifadələrinin bu hissəsinə hüquqi qiymət verərkən həm bu ifadələrdə həmin maddənin dizpozitiv əlamətlərinin olmamasını, həm də Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinin tələbləri baxımından həmin ifadənin başqa sübutlarla təsdiq olunmaması nəzərə alınmamışdır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs oğlluna qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan şəxslə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən gizli keçirmələri ilə bağlı hissəsinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin xaric olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə gəldiyi bu nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarı baxımından da əsaslı sayır. Çünki həmin qərarda birbaşa göstərilmişdir ki, “əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir.” Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs 01 iyul 2021-ci tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması sübuta yetirildi. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrinin tərkiblərinin əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərinin həmin maddələrlə tövsif edilməli olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs bu əməllərini qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi.Buna görə də məhkəmə, Təqsirləndirilən şəxs həmin əmlləi törətməsinə görə təqsirli bilinməsini əsəaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə 81,82 (səksən bir manat səksən bir qəpik) manat xərclənmişdir. Məhkəmə, həmin məbləğin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir. Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Qaradaq RPİ-nin saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ilkin tədqiqat zamanı sərf edildikdən sonra qalmış bir ədəd bağlamada 779,9 qram çəkidə narkotik vasitə heroinin və 01 ədəd bükümdə 204,9 metamfetaminin sərbəst dövriyyəsi qadağan edildiyi üçün məhv edilməsini, əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin və psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və o, qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan onun təyin edilmiş cəzanın Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənədək onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə tutulduğu 01 iyul 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 3542 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərın birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 01 iyul 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübüt kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Qaradaq RPİ-nin saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ilkin tədqiqat zamanı sərf edildikdən sonra qalmış bir ədəd bağlamada 779,9 qram çəkidə narkotik vasitə heroinin və 01 ədəd bükümdə 204,9 metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, cinayət işinin materiallarına əlavə olunmuş əks olunduğu 1 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş hüququ yardıma görə 408 (dörd yüz səkkiz) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzinin hesabına, məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 81 (səksən bir) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Bu məbləğlər Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğlu isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar