Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1847/2022 04.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X11 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs– xx.xx.1982-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvvələr məhkum olunmamış, Bakı şəhəri, X.Yunisov küçəsi ev 10-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdaqda təmiz çəkisi 13,593 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 7,162 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, daşıyaraq, saxlamış, Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 05 iyul 2022-ci il tarixdə saat 20:30-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində saxlanılaraq, Qaradağ RPİ-nin 38ci PB-nə aparılmış və 06 iyul 2022-ci il tarixdə saat 10 radələrində orada video çəkiliş ilə Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi-axtarış zamanı onun əlində olan pul kisəsinin içərisindən istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq, saxladığı bir ədəd sellofan bükümdə külli miqdaqda təmiz çəkisi 13,593 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 7,162 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, özünü tam təqsirli bilir. təxminən 5 il olar ki, narkotik vasitə olan kakos yəni heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edirmiş. xx.xx.2022-ci il tarixdə sosail şəbəkə vasitəsi ilə tanış olduğu adını bilmədiyi özünü İran vətəndaşı kimi təqdim etmiş şəxslə danışan zaman, ondan narkotik maddə olub-olmadığını soruşmuş və həmin şəxs bildirmişdir ki, onda heroin və metamfetamin vardır. O, özü narkotik vasitə istifadəçisi olduğu üçün həmin şəxsin xatırlamadığı hesab nömrəsinə 200 manat pul göndərmiş və onun üçün heroin və metamfetamin təşkil etməsini xahiş etmişdir. Həmin şəxs ona Binəqədi rayonu ərazaisində yer demiş və həmin günü axşam saatlarında o, həmin şəxsin dediyi yerə gedərək yerdə gizlətdiyi bir ədəd şəffaf sellofan bükümdə heroini və bir ədəd şəffaf sellofan bükümdə metamfetamini götürüb üstündə saxlamışdır ki, istifadə edər. Bundan sonra o, həmin maddələrdən bir qismini falqaya doldurub çəkmiş, bir qismi isə üstündə saxlamışdır ki, istifadə edər. 05 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində yaşadığı Bakı şəhəri, Sahil qəsəbəsi Z.Qasımov küçəsi ilə gedərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat–axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına dəvət etmişlər. Burada o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə səhər saatlarında müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əlində saxladığı pul kisənin içərisindən bir ədəd istifadə etdiyi “Samsung” markalı mobil telefonu, özünə məxsus 423 manat pul və birbirinə yapışqan lentlə bağlanmış, iki ədəd sellofoan bükümü çıxarıb masanın üstünə qoymuşdur. Həmin bükümlərin içərisində narkotik maddə kakos və patı olmasını şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümlər açılan zaman bir bükümdə kristal şəkilli maddə, digər bükümdə isə tünd qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. O, polislərə bildirmişdir ki, həmin maddələri tanımadığı İran vətəndaşı kimi bildiyi şəxsin hesabına pul göndərməklə Binəqədi rayonu ərazisində həmin şəxsin dediyi yerdən götürmüşdür. Daha sonra şəxsi axtarış zamanı, şalvarının sağ yan cibindən bir ədəd asma üçün dərman, bir ədəd boş falqa və bir ədəd kağız boru aşkar edilmişdir, üstündən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra ondan aşkar olunmuş iki ədəd bükümdə olan maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. 423 manat pul isə özünə geri qaytarılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Bundan başqa o, 3 uşaq anası olduğunu, hərdən narkotik vasitə satıb uşaqlarını dolandırdığını və tutduğu əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, 05 iyul 2022-ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edərək üzərində saxlması və daşıması barədə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə həmin günü saat təxminən 20:30-da Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2la birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsində onlara şifahi məlumata əsasən məlum olmuş şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyətini soruşduqda, özünün Təqsirləndirilən şəxs olmasını bildirməsinə görə şübhəli şəxs qismində Qaradağ rayon polis idarəsinin 38-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs kimi özünü təqdim etmiş şəxs etiraz etmədən onlarla birlikdə Qaradağ RPİ-nin 38-ci PB-nə getmişdir. 38-ci PB-də xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən video çəkilişdən də istifadə edilmiş və Təqsirləndirilən şəxs qadın olduğu üçün şəxsi axtarışın keçirilməsində 38-ci PB-nin dəftərxana operatoru X4 da iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etmək təklif edilmişdir. Həmin vaxtı Elmira Əliyeva əlində olan pul kisəsinin içərisindən bir ədəd “Samsung” markalı mobil telefonu, pul əskinazları, həmçinin bir-birinə yapışqanlı lentlə bağlanmış 2 ədəd sellofan bükümü çıxarıb masanın üstünə qoymuş və bildirmişdir ki, həmin bükümlərdə narkotik maddə kakos, yəni heroin və patı, yəni metamfetamin vardır. Həmin maddələri İran vətəndaşı kimi bildiyi şəxsdən hesabına pul göndərilməklə Binqədi rayonu ərazisində həmin şəxsin dediyi yerdən götürmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarın sağ yan cibindən bir ədəd asma xəstəliyi üçün dərman, bir ədəd boş falqa və bir ədəd kağız boru aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş iki ədəd sellofan büküm açılıb baxılan zaman birinin içərisində qəhvəyi rəngli toz şəkilli maddə, digərinin içərisində kristal şəkkili maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə olan maddə zərfə qoyularaq, protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və zərf polis əməkdaşları və saxlanılan Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiqlənmişdir. Həmin vaxtı polis bölməsində Təqsirləndirilən şəxs qarşı heç bir zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitlərin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatları olsa da konkret kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismndə ifadə vermiş Şahid2 eyni məzmunlu ifadə verərək şahid X2 göstərdiklərini mahiyyəti üzrə eynilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 06 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş, üzərindən 02 ədəd bir-birinə yapışqanlı lentlə ağ sellofon büküm, 423 manat pul, 01 ədəd “Samsung” markalı telofon aşkar edilərək götürülmüş, bükümlər müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 06 iyul 2022-ci il tarixli «video diskə baxış keçirilməsi barədə » protokolundan görünür ki, həmin video diskə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi tam şəkildə aydın olunur. Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi-axtarış kamera vasitəsi ilə video çəkilişlə qeydiyyata alınaraq 01 ədəd DVD diskə köçürülmüş və iş materiallarına əlavə edilmişdir. Məhkəmədə həmin diskə baxış keçirilmiş, yuxarıda göstərilən hallar öz təsdiqini bir daha tapmışdır. Cinayət işinin materiallarında olan 04 avqust 2022-ci il tarixli «telofon məlumatlarına baxış keçirilməsi barədə » protokolundan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin, sms-lərin mətinləri "xxxx" MMC şirkətindən götürülmüş və daxil olmuş məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs adlı istifadəçi ilə müxtəlif şəxslər arasında narkotik vasitələrin alışı və satışı ilə bağlı sms mətnləri mövcuddur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 iyul 2022-ci il tarixli 6/3697 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün No47“ dairəvi möhür əksi olan, “ Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri. soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 13,593 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmzi çəkisi 7,162 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı 1) daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 avqust 2022-ci il tarixli 4344 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 05 iyul 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 4(002)-118/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X6 adında yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 5(002)-158/2022 saylı qərarı ilə Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərar qanuni hesab edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış zamanı qeydə alınmış video görüntü olan 01 ədəd DVD disk, "xxxx" MMC mobil telefon operatorundan götürülmüş telefeon məlumatlarının qeyd edildiyi 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatında istifadə olunmuşlar nəzərə alınmaqla, qalıq qalmış bir ədəd bükümdə 13,543 qram kustar üsullar hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 7,112 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanış üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, istintaq zamanı maddi sübut olaraq Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına verilmiş ekspertiza tədqiqatında istifadə olunmuşlar nəzərə alınmaqla, qalıq qalmış bir ədəd bükümdə 13,543 qram kustar üsullar hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 7,112 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış zamanı qeydə alınmış video görüntü olan 01 ədəd DVD disk, "xxxx" MMC mobil telefon operatorundan götürülmüş telefeon məlumatlarının qeyd edildiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 05 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili X3 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş ekspertiza tədqiqatında istifadə olunmuşlar nəzərə alınmaqla, qalıq qalmış bir ədəd bükümdə 13,543 qram kustar üsullar hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 7,112 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarış zamanı qeydə alınmış video görüntü olan 01 ədəd DVD disk, "xxxx" MMC mobil telefon operatorundan götürülmüş telefeon məlumatlarının qeyd edildiyi 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili X3 150 (yüz əlli) manat manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1847/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1847/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver