Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1847/2024 22.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X5 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməklə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda və narkotik vasitəni əldə edib saxlamaqla üzərində daşımışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda və narkotik vasitəni əldə edib satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan tarix və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən külli miqdarda 2,244 qram çəkidə ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 0,12 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla üzərində daşımış, xx.xx.2024-cü il tarixdə, saat 18:45-də ünvan 2 ünvanının qarşısında Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq həmin polis bölməsinə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərində “xabsolutev xtracts” sözləri yazılmış bir ədəd qutunun içərisində 01 ədəd ağ kağıza bükülmüş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı külli miqdarda, təmiz çəkisi 2,244 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd ağ kağıza bükülmüş təmiz çəkisi 0,12 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd folqa parçaları və 6 ədəd plastik boruları, şalvarının sol yan cibindən isə üzərində psixotrop maddə metamfetamin izləri olan 1 ədəd ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayında Biləcəri qəsəbəsinə xalasıgilə qonaq getmişdir. O, xalasıgilə çanta aparırmış. O, Biləcəridən çıxıb mağazaya gedən zaman onu yaxalamışlar və tutduqları yerdə üzərinə axtarış keçirilmişdir. Daha sonra onu bölməyə gətirmişlər. Bölmədə olarkən axtarış zamanı üzərindən heroin çıxmışdır. Metamfetamini isə bölmədə onun üzərinə qoymuşlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər marixuana istifadə etdiyinə görə AR CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. İkinci dəfə də heroin istifadə etdiyinə görə saxlanılmışdır. Onun törətdiyi əməl AR CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Narkotik vasitəni aldığı şəxsi demək istəmir. O xalasıgilə qonaq getmişdir. Xalasıgildən çıxıb mağazaya gedirmiş. Həmin vaxt o, tək olmamış, xalası qızı da onun yanında olmuşdur. Saxlandığı yerdə üzərinə axtarış keçirmişlər və üzərindən 01 büküm marixuana çıxmışdır. Onun üzərində eyni zamanda tərəzi də olmuşdur. Elektron tərəzini üstündə daşımaqda məqsədi özü üçün aldığı narkotik vasitəni çəkmək olmuşdur. Saxlandığı yerdə üzərindən çıxan narkotik vasitə və tərəzini götürmüşlər. Xalası qızının da üzərinə baxış keçirmişlər. Bölmədə video-çəkiliş aparılmazdan əvvəl üzərinə metamfetamin qoymuşlar və ona həmin metamfetaminin ona məxsus olduğunu bildirməyi tapşırmışlar. Müdafiəçi çəkilişdən əvvəl onunla təklikdə görüşməmişdir. Videoçəkilişdə üzərinə baxış keçirilməmiş və onun üzərindən heç bir şey çıxmamışdır. Belə ki, narkotik vasitələri artıq stolun üstünə qoymuşlar. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun narkotik vasitənin satışı barədə heç kəslə mesajlaşması olmamışdır. Polis əməkdaşları onun xalası qızını tutduqları üçün metamfetamini boynuna götürmüşdür. Tərəzini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən çıxan falqa parçaları və plastik boru narkotik vasitəni istifadə etmək üçündür. O, marixuana və "xxxx"dan istifadə edir. Firmada sürücü işləyir. O xalası qızı Şahid1 evində saxlanmışdır. Onlar evdə olarkən qapı döyülmüşdür. Qapını döyən şəxs sahə müvəkkili olduğunu bildirmiş və səsvermə ilə əlaqədar siyahıya alma aparıldığını bildirmişdir. Onu saxlamaq üçün təxminən 8 nəfər mülki geyimdə şəxs gəlmişdir. Evə daxil olduqdan sonra axtarış keçirmişlər və evdən tərəzi aşkar edilmişdir. Üzərindən bir büküm marixuana aşkar edilmişdir. Tutulan zaman xalasıgilin evində yalnız o və Şahid1 olmuşdur. Onu Binəqədi rayonunda evdə saxlamışlar. Polis əməkdaşı Şahid2 onu xalası qızının evinin içində saxlamışdır. Polislər onun saxlanmağı ilə bağlı sənəd təqdim etməmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Polis əməkdaşları onun xalasıqızı Şahid1 tutmaqla hədələdikləri üçün belə məzmundə ifadə vermişdir. O narkomaniya xəstəliyindən əziyyət çəkir və bununla bağlı qeydiyyatdadır. Həkim reseptinə əsasən narkotik vasitə qəbul edir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, təxminən 5-6 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, əvvəllər Azərbaycan Republikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 16:30-da Nəsimi rayonu Papanin deyilən ərazidə üzdən tanıdığı şəxsdən 30 manata bir büküm psixotop maddə olan metamfetamin və 10 manat müqabilində isə narkotik maddə marixuananı alaraq üzərində saxlamış, metamfetamin və marixuananı alan zaman özü ilə tərəzi götürmüşdür ki, aldığı narkotiki və psixotrop maddəni çəksin. O, malları aldıqdan sonra Biləcəri qəsəbəsində yaşayan xalası qızı Şahid1 yaşadığı evə qonaq getmiş, saat təxminən 18 radələrində Samirə ilə birlikdə mağazaya getmək üçün evdən çıxıb bir qədər piyada getdikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məhəllə 5057\68, ev 10nun qarşısında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslər psixotrop maddə və narkotik maddələrdən istifadəsi barədə özündə şübhələr doğurduğunu bildirərək Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişdirlər. Həmin vaxt Samirənin də izahatının alınması üçün bölməyə dəvət etmişdirlər. Polis şöbəsində olduğu zaman hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunaraq hüquq və vəzifələri izah edilmiş, daha sonra öz razılığı əsasında müdafiəçinin iştirakı olmadan video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir və şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qutu, şalvarın sol yan cibindən tərəzi, sağ arxa cibindən bir ədəd Leo banka məxsus 4098 5844 9411 4083 və Uni banka məxsus 5243 7544 4341 5151 saylı bank kartları və özünə məxsus olan AA******* seriyalı şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Qutu açıldıqda iki ədəd ağ kağıza bükülmüş büküm, dörd ədəd falqa, bir ədəd dərman, iki ədəd nazik sarı rəngli boru, üç ədəd narıncı rəngli boru, bir ədəd isə şəffaf rəngli boru aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş bükümlərdəkilərin narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin olduğunu, onları öz istifadəsi üçün Papanin adlanan ərazidən tanımadığı şəxsdən aldığını, falqa və boruları metamfetamindən istifadə edən zaman istifadə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş bükülülər, tərəzi, falqalar və borular zərfə qoyularaq möhürlənmişdir. O, əlavə olaraq ifadəsində bildirmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olsa da heç vaxt satışı ilə məşğul olmamışdır. (Cild 1, iş vərəqi 191-193) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Qüdrət oğlu ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, hadisənin üstündən uzun müddət keçdiyi üçün hadisəni tam xatırlamır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 Qüdrət oğlu bildirdi ki, əməliyyat qrupunda Şahid2 və o olmuşdur. Təqsirləndirilən şəxs əməliyyatçı Şahid2 məlumatı əsasında saxlanılmışdır. Təqsirləndirilən şəxs binanın qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs tək olmamış, yanında Şahid1 adlı şəxs də olmuşdur. Şahid1 da tutmalarının səbəbi şübhəli şəxs kimi Təqsirləndirilən şəxs yanında olması olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələri xatırlamır. Şəxsin üzərinə şəxsi axtarış aparılan zaman videoçəkilişdə iştirak etmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs tutularkən onlara heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs axşamüstü saat 17-18 radələrində məhəllə 57, bina 68-in qarşısında saxlanılmışdır. Şahid2 Təqsirləndirilən şəxs tanımış və Rüfətə yaxınlaşmışlar. Yaxınlaşdıqdan sonra özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış şöbədə keçirilmişdir. Saxlayarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmadığını Şahid2 soruşmuş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitəni şöbədə təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs evinə girməmişlər. Təqsirləndirilən şəxs üzərindən nə çıxdığını xatırlamır. Şahid3 Qüdrət oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, o, Binəqədi RPİ-nin 6-cı PB-də işləyir. Mahiyyəti üzrə verilən suallara cavab olaraq qeyd edir ki, 02 fevral 2024-cü il tarixdə Binəqədi RPİ-nin 6cı PB-nə xx.xx.1985-ci il təvəllüdlü, Nərimanov rayonu, Azadlıq prospekti, bina 149, mənzil 96-da qeydiyyatda olan Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qanunsuz olaraq olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi bölmənin əməkdaşı Şahid2 raportla rəhbərliyə müraciət etmiş və bundan sonra onun iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 02 fevral 2024-cü il tarixdə saat 18:00 radələrində Rüfətin qanunsuz əməlini ifşa etmək üçün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 10-nun yaxınlığına gələrək əməliyyat mövqeyi seçmişlər. Zahiri əlamətləri bizə əvvəlcədən məlum olan Rüfətin saat 18:45-də yanında bir nəfər qadınla gəldiyini gördük və əlverişli məqam yaranan kimi tədbir iştirakçıları ilə birlikdə onlara yaxınlaşıb, özlərini təqdim etmiş, xidməti vəsiqələri göstərib, həmin şəxslərdən özlərini təqdim etmələrini istəmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu, qadın isə Şahid1 olduğunu bildirdikdən sonra biz Rüfətə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində gəzdirməsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİnin 6-cı PB-nə dəvət etdik. Həmin vaxt biz Rüfətin yanında olan Şahid1 da izahatının alınması üçün bölməyə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində Rüfətə hüquq və vəzifələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyinə dair ərizə ilə müraciət etmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra Rüfətin özünün razılıq ərizəsi əsasında vəkilinin iştirakı olmadan video çəkilişlə onun üzərinə axtarış keçirilmişdir. Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Rüfət əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qutu, şalvarın sol yan cibindən tərəzi, sol arxa cibindən Samsung və Nokia markalı mobil telefonları, sağ arxa cibindən bir ədəd Leo banka məxsus 4098 5844 9411 4083 və Uni banka məxsus 5243 7544 4341 5151 saylı bank kartları və özünə məxsus olan AA******* seriyalı şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Qutu açıldıqda iki ədəd ağ kağıza bükülmüş büküm, dörd ədəd falqa, bir ədəd dərman, iki ədəd nazik sarı rəngli boru, üç ədəd narıncı rəngli boru, bir ədəd isə şəffaf rəngli boru aşkar edildi. Sorğu zamanı Rüfət üzərindən aşkar edilmiş bükümlərdəkilərin narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin olduğunu, onları öz istifadəsi üçün Papanin adlanan ərazidən tanımadığı şəxsdən aldığını, falqa və boruları metamfetamindən istifadə edən zaman istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş bükülülər, tərəzi, falqalar və borular zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra protokol tərtib edilib ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqi 153-156) Məhkəmədə ifadəsi elan edildikdən sonra Şahid3 Qüdrət oğlu bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2024-cü ilin fevral ayında daxil olmuş məlumat əsasında Biləcəri qəsəbəsində Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yanında xanım da olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Şöbədə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman telefon və bank kartları aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən telefon, narkotik vasitələr, rəngli borucuqlar aşkar edilmişdir. Əməliyyat məlumatl ona daxil olmuşdur. Təqsirləndirilən şəxs barədə məlumat narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanması ilə bağlı olmuş, lakin sonradan narkotik vasitələrin satışı ilə məşğul olduğu da məlum olmuşdur. Təqsirləndirilən şəxs yanında olan xanımın üzərinə baxış keçirildiyini xatırlamır. Təqsirləndirilən şəxs və yanındakı xanım onlara qarşı müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən metamfetamin qoyulması tamamilə yanlışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs onun xalası qızının tutulması ilə bağlı heç bir hədə qorxu gəlməmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən yanındakı xanımın iştirak edib-etmədiyini xatırlamır. Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68 nömrəli binanın qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs xarici görünüşünü müəyyən etdikdən sonra saxlamışlar. Şəxs 2024-cü ilin fevral ayında axşamüstü saxlamışlar. Təqsirləndirilən şəxs yanındakı xanım da izahatının alınması üçün şöbəyə aparılmışdır. Təqsirləndirilən şəxs saxlayan zaman özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərindən telefon, bank kartları və kiçik qutu aşkarlanmışdır. Təqsirləndirilən şəxs binanın qarşısında saxlamışlar. Şahid1 üzərinə baxış keçiril-keçirilməməsini xatırlamır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, 02 fevral 2024-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nə xx.xx.1985-ci il təvəllüdlü, Nərimanov rayonu, Azadlıq prospekti, bina 149, mənzil 96-da qeydiyyatda olan Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra bölmənin əməkdaşı Şahid3 Qüdrət oğlunun iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 02 fevral 2024-cü il tarixdə saat 18:00 radələrində Rüfətin qanunsuz əməlini ifşa etmək üçün Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 10-nun yaxınlığına gələrək əməliyyat mövqeyi seçmişlər. Zahiri əlamətləri əvvəlcədən məlum olan Rüfətin saat 18:45-də yanında bir nəfər qadınla gəldiyini görüb əlverişli məqam yaranan kimi tədbir iştirakçıları ilə birlikdə onlara yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxslərdən özlərini təqdim etmələrini istəmişlər. Rüfət özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu, qadın isə Şahid1 olduğunu bildirdikdən sonra Rüfətə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində gəzdirməsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Həmin vaxt Rüfətin yanında olan Şahid1 da izahatının alınması üçün bölməyə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində Rüfətə hüquq və vəzifləri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyinə dair ərizə ilə müraciət etmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra Rüfətin özünün razılıq ərizəsi əsasında vəkilinin iştirakı olmadan video çəkilişlə onun üzərinə axtarış keçirilmişdir. Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş və Rüfət əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qutu, şalvarın sol yan cibindən tərəzi, sol arxa cibindən Samsung və Nokia markalı mobil telefonları, sağ arxa cibindən bir ədəd Leo banka məxsus 4098 5844 9411 4083 və Uni banka məxsus 5243 7544 4341 5151 saylı bank kartları və özünə məxsus olan AA******* seriyalı şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Qutu açıldıqda iki ədəd ağ kağıza bükülmüş büküm, dörd ədəd falqa, bir ədəd dərman, iki ədəd nazik sarı rəngli boru, üç ədəd narıncı rəngli boru, bir ədəd isə şəffaf rəngli boru aşkar edilmişdir. Sorğu zamanı Rüfət üzərindən aşkar edilmiş bükümlərdəkilərin narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin olduğunu, onları öz istifadəsi üçün Papanin adlanan ərazidən tanımadığı şəxsdən aldığını, falqa və boruları metamfetamindən istifadə edən zaman istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülülər, tərəzi, falqalar və borular zərfə qoyularaq möhürlənmiş, protokol tərtib edilib ucadan oxunduqdan sonra protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-Axtarış Tədbirləri sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin əldə etmə, daşıma və saxlanılmasına görə keçrilsə də keçirilmiş X3 nəticəsində Təqsirləndirilən şəxs digər şəxslə əlbir olub narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasıda öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqi 149-152) Məhkəmədə ifadəsi elan edildikdən sonra Şahid2 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Tərəfindən şəxsə qarşı fiziki və psixi təsir olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, xalası oğlu Təqsirləndirilən şəxs onlarda olan vaxtda təkidlə qapı döyülmüş və seçkilərlə bağlı siyahıyaalma keçirildiyini bildirmişlər. Qapını açdıqdan sonra evə çoxlu adamlar daxil olmuşdur. Evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs və onu ayrı-ayrı otaqlara salaraq evi axtarmağa başlamışlar. Binanın girişində nəzarət kamerası var. Daha sonra onu və Təqsirləndirilən şəxs şöbəyə aparmışlar. Sonradan isə onu buraxmışlar. Evdən tərəzi də aşkar olunmuşdur. Həmin tərəzi ona valideynlərindən qalmışdır. Daha sonra ona ifadə yazdırmışlar. Onun telefonuna da baxış keçirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı narkotik vasitələr istifadə etdiyini bilirmiş. Təqsirləndirilən şəxs ilk dəfə narkotik vasitə istifadə etdiyini təxminən 5 il əvvəl bilmişdir. Təqsirləndirilən şəxs hansı növ narkotik vasitədən istifadə etdiyini bilmir. Təqsirləndirilən şəxs onun evinin içində saxlanılmışdır. Belə ki, binanın girişində kamera var. Həmin görüntülərə də polislərin basqın etdiyi düşmüşdür. Həmin şəxslər Rüfəti evdən çıxararkən onun qoluna qandal vurmuşlar. Evin içində videoçəkiliş də aparılmışdır. Təqsirləndirilən şəxs onun evində narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu ona deməmişdir. Rüfətin üstündən kiçik ölçüdə içində ota oxşar maddə olan bir büküm çıxmışdır. Ona və Təqsirləndirilən şəxs qarşı psixi təsir olmuş, bu səbəbdən ibtidai istintaq zamanı o məzmunda ifadə vermişdir. O Təqsirləndirilən şəxs fiziki təsir göstərilməsinin şahidi olmamışdır. Evə daxil olan şəxslərdən həm mülki geyimdə olan, həm də formada olan şəxslər var imiş. Evdə Rüfətdən və ondan başqa heç kəs olmamışdır. Evdə axtarış keçirərkən yalnız mətbəxdən tərəzi aşkar edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirərkən onları ayırmışlar. O şöbədə bir gecə qalmışdır. Onun telefonu iki gün şöbədə qalmış və telefonuna baxış keçirilmişdir. Müstəntiq ona tərəzinin onun evində olduğunu deməməsini bildirmişdir. O həmin evdə kirayə yaşayır. İbtidai istintaq zamanı evin sahibi də ifadə verməsi üçün şöbəyə çağırılmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs xalası oğludur. Rüfət əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşamışdır. 02 fevral 2024-cü il tarixdə saat 18 radələrində Rüfət onlara qonaq gəlmişdir. Bir qədər oturduqdan sonra Rüfətlə birlikdə marketə getmək üçün evdən çıxmış və bir qədər piyada hərəkət etmişlər ki, iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim edib Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları Rüfətə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 6-cı polis bölməsinə dəvət etmişdirlər. Həmin vaxt polis əməkdaşları izahatının alınması üçün onu da polis bölməsinə dəvət etdikdə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində izahatı alınmış və bölmədə ona məlum olmuşdur ki, Rüfətin üzərindən narkotik vasitə və psixatrop maddə aşkar edilmişdir. O, əlavə olaraq bildirmişdir ki, Rüfətin narkotik vasitələrdən istifadə etməsini bilsə də, onun üzərində narkotik vasitə və psixotrop maddə olmasından xəbəri olmamışdır. Şahid1 şahid qismində əlavə ifadəsində göstərmişdir ki, Rüfətin narkotik vasitələrdən istifadə etməsini bilsə də, onun üzərində narkotik vasitə və psixotrop maddə olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onun heç bir məlumatı yoxdur. Rüfət ifadəsində düz demişdir. Rüfətə tərəzini özü vermişdir. Belə ki, Rüfət həmin günü onlara gəlib evdə həmin tərəzini gördükdə həmin tərəzini onda istəmiş, o da Rüfətə etiraz etməyərək tərəzini sonuncuya vermişdir. Rüfətə tərəzini verən zaman ondan tərəzini hansı məqsədlə istəməsini soruşmamış, Rüfət də ona bu barədə heç bir məlumat verməmişdir. Rüfətə verdiyi tərəzini hardansa almamışdır. Həmin tərəzi onların evində çoxdan olmuşdur. Ola bilsin ki, həmin tərəzini valideynlərindən hansısa almışdır. Onun hər iki valideyni rəhmətə getdiyi üçün o, hal-hazırda özündən yaşca balaca olan bacısı Şəfiqə ilə yaşayır. (Cild 1, iş vərəqi 105-107, 197-199) Məhkəmədə ifadəsi elan edildikdən sonra Şahid1 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin səbəbi polislərin onu məcbur etmələri və psixi təsir göstərmələri olmuşdur. O, polis əməkdaşlarının Təqsirləndirilən şəxs fiziki təsir göstərmələrinin şahidi olmamışdır. Onun evinə daxil olarkən polis əməkdaşları onun çiyninə vurmuşlar, lakin bununla bağlı o, heç yerə şikayət etməmişdir. Təqsirləndirilən şəxsla doğma xala uşaqlarıdırlar. Ev ona məxsusdur. Həmin evəd o bacısı ilə birgə yaşayır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul etmək haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (Cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs Binəqədi rayonu Biləcəri qəsəbəsində üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü DİN-in Binəqədi rayon Polis İdarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18.45 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5057/68, ev 10un qarşısında olan zaman saxlanılmış və 6-cı PB-nə gətirilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs yanında Şahid1 olmuş və onun izahatının alınması üçün 6-cı PB-nə dəvət olunmuşdur. (Cild 1, iş vərəqə 8) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 19.50-də şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 20, 28) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qutu, şalvarın sol yan cibindən tərəzi, sağ arxa cibindən bir ədəd Leo banka məxsus 4098 5844 9411 4083 və Uni banka məxsus 5243 7544 4341 5151 saylı bank kartları və özünə məxsus olan AA******* seriyalı şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Qutu açıldıqda iki ədəd ağ kağıza bükülmüş büküm, dörd ədəd falqa, bir ədəd dərman, iki ədəd nazik sarı rəngli boru, üç ədəd narıncı rəngli boru, bir ədəd isə şəffaf rəngli boru aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələri xx.xx.2024-cü il tarixdə Papanin adlanan ərazidən üzdən tanıdığı şəxsdən aldığını bildirir. Həmin kütlələr tərəzi vasitəsi ilə çəkilərək metamfetaminin çəkisinin 2,54 qram, marixuananın çəkisi 0,26 qram olması müəyyən edilir. Aşkar edilmiş psixotrop maddəyə və narkotik vasitəyə bənzər kütlə kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 175 saylı möhürü ilə möhürlənərək götürülür. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq edilmədiyini bildirir. Təqsirləndirilən şəxs üzərində olan şalvarının ciblərinə axtarış keçirilsə də heç bir əşya tapılmır. (Cild 1, iş vərəqə 32-34) Məhkəmə-bioloji ekspertizasının 03 fevral 2024-cü il tarixli 3-16-16/2-7/188 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” sözləri yazılmış kağız paketdə qara rəngli qutunun içərisində bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,12 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. QEYD: Marixuananın təmiz çəkisi 0,12 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,10 qram. (Cild 1, iş vərəqə 42-45) Məhkəmə-kimyəvi ekspertizasının 03 fevral 2024-cü il tarixli 3-16-16/2-6/765 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşya və maddələr (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,244 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd elektron tərəzinin, 4 ədəd folqa parçaların üzərində və 6 ədəd plastik boruların içərisində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümdəki metamfetaminlər eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd konvalyutdakı ağ rəngli dairəvi formalı həbin tərkibində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddəlrin və onların külli miqdarının” siyahılarına daxil olan maddələr yoxdur. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. QEYD: metamfetaminin təmiz çəkisi 2,244 qram, sərf edildi 0,1 qram, qalıq 2,144 qram. (Cild 1, iş vərəqə 46-51) Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Muqumov X2 RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirildikdən sonra inzibati otaqda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verilməsi barədə qərarla tanış edilərək təklif edildiyinin, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində “xabsolutev xtracts” yazısı olan qutunu, şalvarın sol yan cibindən tərəzi, sol arxa cibindən Samsung və Nokia markalı telefonları, sağ arxa cibindən bir ədəd Leo banka məxsus 4098 5844 9411 4083 və Uni banka məxsus 5243 7544 4341 5151 saylı kartları və özünə məxsus olan AA******* seriyalı şəxsiyyət vəsiqəsini masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində olan paltara axtarış keçirilmiş, lakin heç bir sübut əhəmiyyətli predmet aşkar edilməmişdir. Qutu açıldıqda iki ədəd ağ kağıza bükülmüş büküm, dörd ədəd falqa, bir ədəd tablet, iki ədəd nazik sarı rəngli kiçik həcmli boru, üç ədəd narıncı rəngli, kiçik həcmli boru, bir ədəd isə şəffaf rəngli kiçik həcmli boru aşkar edilmişdir. Ağ kağıza bükülmüş büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli olan psixotrop maddəyə bənzər kütlə, növbəti ağ kağız açıldıqda isə yaşıl rəngli bitki mənşəli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin metamfetamin və marixuana olmasını və xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu Papanin adlanan yerdən tanımadığı şəxsdən 30 manat müqabilində almışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin hər birinin ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırıldığının, möhürləndiyinin, zərfin üzərinin, həmçinin şəxsi axtarışın keçirilməsi barədə tərtib edilmiş protokolun Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalandığının görüntüləri aydın görünmüşdür. (cild 1, iş vərəqə 65) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 68-69) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 fevral 2024-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 87- 91) Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,144 qram metamfetamin, 0,10 qram qurudulmuş marixuana və bir ədəd tərəzi, 4 ədəd folqa parçaları və 6 ədəd plastik boruları ********* saylı cinayət işi üzrə maddi sübut hesab edilmiş, 2,144 qram metamfetamin, 0,10 qram qurudulmuş marixuana və bir ədəd tərəzi, 4 ədəd folqa parçaları və 6 ədəd plastik boruları saxlanılması üçün Binəqədi RPİ-nin növbətçi hissəsinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 102) Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərinin köçürüldüyü 01 ədəd DVD disk ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 103) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 241 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (cild 1, iş vərəqə 124-125) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 889 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorlarm qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 126-127) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə CM-nin 77-ci maddəsinə əsasən 04 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Muqumov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 1, iş vərəqə 138-140,142-147) xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması öz təsdiqini tapsa da, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq onun psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. (cild 1, iş vərəqə 148) Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-in xx.xx.2024-cü il tarixli, 444 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 163-165) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunmuş və ona həmin maddələrdə nəzərdə tutlan yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “Həbs” qətimkan tədbiri nəzərə alınmış, aparılmış istintaqla əməlində Azərbaycan Republikası CM-nin 206, 234.1-1 və 234.4.2-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə olan sənədlərin surəti saxlanılması üçün Binəqədi rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayırılmış və qərarın surəti əməliyyat-axtarış tədbirlərinin davam edirilməsi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə göndərilmiş, Təqsirləndirilən şəxs оğluna Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilməmiş, video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,10 qram qurudulmuş marixuana, 2,144 metamfetamin, bir ədəd elektron tərəzi və 4 ədəd folqa parçaları və 6 ədəd plastik boruları iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı təqdim etdiyi 01 ədəd Samsung markalı və 01 ədəd Nokia markalı mobil telefonlara baxış keçrilsə də iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı bir məlumat aşkar edilmədiyi üçün təqsirləndirilən şəxsin yaxın qohumuna qaytarılmışdır. (cild 1, iş vərəqə169-175) Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 1, iş vərəqə 177-178) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 182-183) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən ziddiyyətli ifadələr verərək ilkin ifadəsində Biləcəridə xalasıgildən çıxıb mağazaya gedən zaman polis əməkdaşları tərəfindən yolda tutulduğunu, daha sonra polis əməkdaşları tərəfindən bölməyə aparıldığını, bölmədə üzərinə şəxsi axtarış keçirilən zamanı üzərindən heroin aşkar olunduğunu, metamfetaminin isə bölmədə polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu söyləmiş, lakin sonrakı ifadələrində tutulan zaman üzərində 01 büküm marixuana olduğunu, elektron tərəzini üstündə daşımaqda məqsədinin özü üçün aldığı narkotik vasitəni çəkmək olduğunu, bölmədə üzərinə metamfetamin qoyulduğunu, müdafiəçinin çəkilişdən əvvəl onunla təklikdə görüşmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, metamfetaminin onun olduğunu qəbul etməsinə və ibtidai istintaq zamanı verdiyi ifadənin səbəbi kimi polis əməkdaşları tərəfindən xalası qızı Şahid1 da tutmaqla hədələnməsi olduğunu, polis əməkdaşları tərəfindən xalası qızı Şahid1 evində saxlanıldığını söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən ziddiyyətli ifadələr verərək ilkin ifadəsində Biləcəridə xalasıgildən çıxıb mağazaya gedən zaman polis əməkdaşları tərəfindən yolda tutulduğunu, daha sonra polis əməkdaşları tərəfindən bölməyə aparıldığını, bölmədə üzərinə şəxsi axtarış keçirilən zamanı üzərindən heroin aşkar olunduğunu, metamfetaminin isə bölmədə polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu söyləmiş, lakin sonrakı ifadələrində tutulan zaman üzərində 01 büküm marixuana olduğunu, elektron tərəzini üstündə daşımaqda məqsədinin özü üçün aldığı narkotik vasitəni çəkmək olduğunu, bölmədə üzərinə metamfetamin qoyulduğunu, müdafiəçinin çəkilişdən əvvəl onunla təklikdə görüşmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, metamfetaminin onun olduğunu qəbul etməsinə və ibtidai istitaq zamanı verdiyi ifadənin səbəbi kimi polis əməkdaşları tərəfindən xalası qızı Şahid1 da tutmaqla hədələnməsi olduğunu, polis əməkdaşları tərəfindən xalası qızı Şahid1 evində saxlanıldığını söyləmişdir. Şahidlər Şahid2 və Şahid3 Qüdrət oğlu isə ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, sonuncunun xx.xx.2024-cü il tarixdə, saat 18:45-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə gətirildiyini, üzərində şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə və psixotrop maddə, folqa parçaları və plastik boruları və 01 ədəd ədəd elektron tərəzi aşkar edildiyini, Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Bundan başqa xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntüsü olan DVD diskə məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verilməsi barədə qərarla tanış edilərək təklif edildiyinin, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd üzərində “xabsolutev xtracts” yazısı olan qutunu, şalvarın sol yan cibindən tərəzi, sol arxa cibindən Samsung və Nokia markalı telefonları, sağ arxa cibindən bir ədəd Leo banka məxsus 4098 5844 9411 4083 və Uni banka məxsus 5243 7544 4341 5151 saylı kartları və özünə məxsus olan AA******* seriyalı şəxsiyyət vəsiqəsini masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində olan paltara axtarış keçirilmiş, lakin heç bir sübut əhəmiyyətli predmet aşkar edilməmişdir. Qutu açıldıqda iki ədəd ağ kağıza bükülmüş büküm, dörd ədəd falqa, bir ədəd tablet, iki ədəd nazik sarı rəngli kiçik həcmli boru, üç ədəd narıncı rəngli, kiçik həcmli boru, bir ədəd isə şəffaf rəngli kiçik həcmli boru aşkar edilmişdir. Ağ kağıza bükülmüş büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli olan psixotrop maddəyə bənzər kütlə, növbəti ağ kağız açıldıqda isə yaşıl rəngli bitki mənşəli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin metamfetamin və marixuana olmasını və xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu Papanin adlanan yerdən tanımadığı şəxsdən 30 manat müqabilində almışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin hər birinin ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırıldığının, möhürləndiyinin, zərfin üzərinin, həmçinin şəxsi axtarışın keçirilməsi barədə tərtib edilmiş protokolun Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalandığının görüntüləri aydın görünmüşdür. Bundan başqa təqsirləndirilən şəxs məhkəmədə dindirilən zaman ifadəsində bildirmişdir ki, polis bölməsində tutulan zaman müdafiəçinin çəkilişdən əvvəl onunla təklikdə görüşməmişdir. Təqsirləndirilən şəxslərin qeyd etdiyi bu xüsusatla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə ifadə vermiş və buna dair müvafiq protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda və narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun boynuna qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda ibtidai istintaq zamanı eyniməzmunlu ifadə verməsini və təqsirini qismən etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi külli miqdarda 2,244 qram psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 0,12 narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd folqa parçaları, 6 ədəd plastik boruları və 01 ədəd elektron tərəzinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitə ilə yanaşı onların çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanması, aşkar edilən narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması, əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsini və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni külli miqdarda və narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə və psixotrop maddənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından çox olmasına, narkotik vasitə və psixotrop maddənin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanmasına, narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə etməsini, həmçinin narkotik vasitələri qabaqcadan əlbir olduğu üzdən tanıdığı şəxsdən almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, əldə etdiyi psixotrop maddəni külli miqdarda və narkotik vasitəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Muqumov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə az ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmamasını, cəzasını ağırlaşdıran halı, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 02 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 203 (iki yüz üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,10 qram qurudulmuş marixuana, 2,144 qram metamfetamin, 01 ədəd elektron tərəzi, 4 ədəd folqa parçaları və 6 ədəd plastik boruları məhv edilməli, şəxsi axtarış və götürmənin əks edildiyi 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,10 qram qurudulmuş marixuana, 2,144 qram metamfetamin, 01 ədəd elektron tərəzi, 4 ədəd folqa parçaları və 6 ədəd plastik boruları məhv edilsin, şəxsi axtarış və götürmənin əks edildiyi 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 203 (iki yüz üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova .
Məhkəmə qərarları › İş №1(101)-1847/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1847/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver