Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1848/2024 25.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X7 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lənkaran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 6-cı döngədə yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs telefon vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan Araz adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni pul müqabilində deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində bir qrup şəxs halında həmin şəxsin Beyleqan-Füzuli avtomagistral yolunun Daşburun qəsəbəsindən keçən hissəsində yolun kənarında quraşdırılmış «121 km» yazısı olan yol nişanın yaxınlığına qoyduğu, umumi çəkisi 5251,8 qram olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Nurlan Həsənov küçəsi, 6-cı döngədə yerləşən nömrəsiz fərdi evə daşımış, 01 ədəd bükümdə çəkisi 76,8 qram olan narkotik vasitə qurudulmuş marixuananı ayırıb üzərində, 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1095,0 qram, 1005,0 qram, 1005,0 qram, 1015,0 qram, 1055,0 qram ümumi təmiz çəkisi 5175.0 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Nurlan Həsənov küçəsi, 6-cı döngə, nömrəsiz fərdi evde saxlamışdır. xx.xx.2024cu il tarixdə, saat 20:20-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 6-cı döngə nömrəsiz fərdi evin qarşısında saxlanılıb DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada həmin gün, saat 21:30-dan 21:39-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 76,8 qram olan xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin əməliyyat tədbirinin davamı kimi BNMİ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 23:05-dən 23:19-a kimi yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qqəsəbəsi, N.Həsənov küçəsi, 6-cı döngə nömrəsiz fərdi evə keçirilən baxış zamanı evin zirzemisində 5 ədəd qara rəngli sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1095,0 qram, 1005,0 qram, 1005,0 qram, 1015,0 qram, 1055,0 qram ümumi təmiz çəkisi 5175,0 qram olan külli miqdarda eyni terkibli bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində marixuananın hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil. xx.xx.2024-cü il tarixdə işdən evə qayıdan zaman yolda tanışı Hafiz ona zəng edərək usta tapdığını bildirdikdən sonra hər ikisi ustanı götürüb evə getmişlər. Evə yenicə daxil olduqları zaman, 15-20 nəfər polis əməkdaşı həmin evə basqın ediblər. Onu üzü üstə uzadıb, qoluna qandal vuraraq DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada gödəkçəsinin sağ yan cibinə 89 qramlıq çəkidə olan bir büküm narkotiv vasitə olan qurudulmuş marixuana qoyaraq və hədələyərək həmin bükümün onun olduğunu etiraf etməsini, əks halda isə anasının da tutulacağını bildirmişlər. İttiham aktında qeyd edildiyi kimi polis əməkdaşları onu küçədə deyil, evində saxlamış, həmçinin evində 100 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğu halda guya evindən 5000 qram narkotik vasitə aşkar edildiyini göstərmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, xx.xx.2024cü il tarixdə, saat 20:20-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlan Həsənov küçəsi, 6-cı döngə, yaşadığı nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərək barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** simkart nömrələri olan “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd əgər və 16 (on altı) manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütle elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 86 (səksən altı) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüşdür. 1 (bir) ədəd və 16 (on altı) manat pul isə özünə geri qaytarılmışdır. О verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adiı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Araz” adlı şəxsin ona 10000 (on min) manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş və yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, evdə zirzəmidən 5 (beş) ədəd bağlamada qurudulmuş marixuananı və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın ümumilikdə çəkisi 5 (beş) kq 765 (yeddi yüz altmış beş) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçinin və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hisselərinə baxış keçirilmiş və narkotik vasitə və psixotrop maddə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Araz” adlı şəxsin ona 10000 (on min) manat pul verəcəyini bildirmişdir. İİR-nın vətəndaşı olan Araz kimi özünü ona təqdim edən şəxs ona xx.xx.2024cü ildə, saat 23:30 radələrində “Redmi” markalı mobil telefonda istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı simkart nömrələrindən birinə Whatsapp şəbəkəsi vasitəsi ilə zəng vurub Füzuli rayon, Daşburun qəsəbəsinə gedən yolun 121 km yol nişanı yazılan hissəsinə narkotik vasitə qoyduğunu, ora gedib həmin narkotik vasitəni götürməyini bildirmişdir. О da onunla razılaşıb Bakı şəhərindən idarə etdiyi “Toyota Prius” markalı, **- CL-*** dövlət nömrə nişanlı avtomaşınla Füzuli rayonuna getmişdir. xx.xx.2024-cü ildə təxminən saat 04:00 radələrində Füzuli rayon, Daşburun qəsbəsinə gedən yolun 121 km yol nişanı yazılan hissəsinə gəlmişdir. Ora çatandan sonra Arazla Whatsapp şəbəkəsi vasitəsi ilə əlaqəsi saxlamışdır. Araz ona həmin kütlənin yerini dəqiq bildirmiş və ona narıncı rəngli kisədə olan kütlələri götürüb maşına qoyub saxlamağını, sonra onun deyəcəyi ünvanlara qoyacağını, bunun müqabilində ona 10000 (on min) manat pul verəcəyini bildirmişdir. Həmin kisəni götürüb idarə etdiyi “Toyota Prius” markalı, **-CL-*** dovlət nömrə nişanlı avtomaşına qoyub yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, N.Həsənov küçəsi, 6-cı döngədə yerləşən nömrəsiz evə gətirmişdir. Həmin kütləni zirzəmidə saxlamış və bu barədə Araza bildirmişdir. Həmin kütlələrə baxanda 5 ədədi böyük bükümdə, 1 bükümü isə balaca bükümdə idi. Həmin bükümlərdən nisbətən balaca bükümdə olan bükümü götürüb Arazın deyəcəyi yerə qoymağı üçün xx.xx.2024-cü il tarixdə, saat 20:20-də yaşadığı ünvan 2 6-cı döngədə yerləşən nömrəsiz evdən çıxıb piyada gedərkən polis əməkdaşları onu saxlamışlar. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun törətdiyi əməl yalnız müəyyən pul məbləği müqabilində mobil telefonuna İİR-nın vətəndaşı olan “Araz” adlı şəxs tərəfindən göndərilmiş məkanlardan narkotik vasitələri götürərək həmin şəxsin ona tapşırılmış yerlərə qoymasından ibarət olub və bu hərəkətləri də pul qazanmaq məqsədi ilə edib. Həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, gənc olmasını və barəsində verilmiş müsbət xasiyyətnamələri nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və evə baxışı özündə əks etdirən DVD disklərdə olan videogörüntülər, “Redmi Note 9S” markalı mobil telefonda olan mətn və səs yazışmaları, eləcə də foto-şəkillər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, idarəyə daxil olmuş əməliyyat məlumatına əsasən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməlinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsələ xx.xx.2024-cü il tarixdə, saat 20:00-də о və qrup üzvü DİN-nin BNMİ-də baş əməliyyat müvəkkili V.A.Bədəlov ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlan Həsənov küçəsi 6-cı döngəyə gəlmiş, həmin tarixdə, saat 20:20-də yuxarıda göstərilən ünvanda olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs yaxınlaşaraq onu DİN-nin BNMİ-nə dəvət etmiş, o, buna etiraz etməyərək onlarla birlikdə idarəyə getmiş və onlar Təqsirləndirilən şəxs təhqiqatçı Yelmar Vahabova təhvil vermişlər. Sonuncu ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkillərin və onların iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola bilecek digər əşyaları və ya sənədləri vermesi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd açar və 16 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zaman sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkildikdə həmin maddənin çəkisinin 86 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Redmi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür, 1 ədəd açar və 16 manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Araz” adlı şəxsin ona 10000 manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Binəqədi şəhəri, Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlan Həsənov küçəsi, 6-cı döngə, nömrəsiz fərdi evdə narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə təhqiqatçı Y.Vahabova ərizə təqdim etmişdir. Bundan sonra sonuncunun yaşadığı evə gedilmiş, baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra evdə zirzəmidən 5 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və 1 ədəd elektron tərəzini təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 5 kq 765 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs oğlunun yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs oğlu aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsilə xx.xx.2024-cü il tarixdə Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Araz” adlı şəxsin ona 10000 manat pul verəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı psixi və ya fiziki təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd açar və 16 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zaman sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkildikdə həmin maddənin çəkisinin 86 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Redmi” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür, 1 ədəd açar və 16 manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Araz” adlı şəxsin ona 10000 manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Binəqədi şəhəri, Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlan Həsənov küçəsi, 6-cı döngə, nömrəsiz fərdi evdə narkotik vasitə saxladığını, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə təhqiqatçı Y.Vahabova ərizə təqdim etmişdir. Bundan sonra sonuncunun yaşadığı evə gedilmiş, baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra evdə zirzəmidən 5 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və 1 ədəd elektron tərəzini təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 5 kq 765 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs oğlunun yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs oğlu aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsilə xx.xx.2024-cü il tarixdə Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Araz” adlı şəxsin ona 10000 manat pul verəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılarkən və ya sonra hər hansı psixi və ya fiziki təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 100-106-cı vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 220-225-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni 12 iyun 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 228-229-cu vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 239-240-cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 40-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/129 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...sözləri yazılmış 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 76,8 qram və üzərində “Təqsirləndirilən şəxs yaşadığı evindən... sözləri yazılmış narıncı rəngli sintetik torbada 5 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1095,0 qram, 1005,0 qram, 1005,0 qram, 1015,0 qram, 1055,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalər tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi 5251,8 qramdır. Təqdim edilmiş 1 ədəd elektron tərəzinin üzərində cuzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuananın hissəcikləri cuzi miqdarda olduğu üçün onun çəkisini və eyniliyini müəyyən etmək mümkün deyil. Qeyd: 1) Tədqiqatlar “Çətənənin yoxlanması üçün tövsiyə olunan metodlar” Bakı 2005-ci il metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. 2) Marixuananın ümumi çəkisi – 5251,8 qram, cəmi tədqiqata sərf edildi 0,3 qram (hər obyektdən 0,05 qram). Qalıq – 5251,5 qramdır. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 160-161-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 878 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 157-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 171 saylı rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş sağ bazu nahiyəsinin çapığı İ-İİ dərəcəli termiki yanıq yarasının izi olub yüksək hərarətin (alovun) təsirindən müayinədən ən azı 1,5 il əvvəl əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 162-165-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1003 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Sonuncuda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Sonuncunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Sonuncu hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara qarşı təhlükə əhəmiyyəti kəsb etmir. Cinayət işinin 168-169-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi 5251,8 qram olan tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 5251,5 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 9S” markalı mobil telefon, həmçinin həmin telefondan götürülmüş məlumatların yazıldığı 01 ədəd CD disk, sonuncunun üzərinə şəxsi axtarışı, götürməni və evə baxışı əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, narkotik vasitə marixuana, 01 ədəd elektron tərəzi və 01 ədəd mobil telefon saxlanması üçün Binəqədi RPİ-yə təhvil verilmişdir. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 25-26-cı vərəqələrində olan şəxsi axtarışın keçirilməsi və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə saat 21:30-dan 21:39-dək AR DİN-nin BNMİnin inzibati binasında qeydə alınmışdır. Həmin idarənin təhqiqatçı Y.M.Vahabov özünü və digər iştirakçıları təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncu əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd içərisində ***-***-**-** ve ***-***-**-** simkart nömrələri olan “Redmi” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd açar və 16 manat pul aşkar edilərək götürülür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkildikdə qurudulmuş marixuananın çəkisi 86 qram olduğu müəyyən edilir və həmin maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına göre “Araz” adlı şəxsin ona 10000 manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Cinayət işinin 27-ci vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlan Həsənov küçəsi, 6-cı döngə, yaşadığı nömrəsiz fərdi evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. Cinayət işinin 29-30-cu vərəqələrində olan evə baxış keçirilməsi və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2024-cü il tarixdə saat 23:05-dan 23:19-dək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlan Həsənov küçəsi, 6-cı döngə, nömrəsiz fərdi evə qeydə alınmışdır. Təhqiqatçı Y.M.Vahabov özünü və digər iştirakçıları təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı nömrəsiz fərdi evə baxış keçirilir. Baxış zamanı sonuncuya evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi teklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin evin zirzəmisindən 5 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və 1 ədəd elektron tərəzini təqdim edir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə kütlələrin ümumilkdə çəkisi 5 kq 765 qram olduğunu müəyyən edilir və həmin kütlələr və elektron tərəzi qablaşdırılır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilir, lakin narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına göre “Araz” adlı şəxsin ona 10000 manat pul verəcəyini bildirir. Cinayət işinin 119-137-ci vərəqələrində olan “Redmi Note 9S” mobil telefona baxış keçirilməsi haqqında protokoldan və foto-şəkillərin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Araz» adlı abunəçi (+98-902-115-1375) ilə mətn və səs yazışmaları, foto-mesajlar aşkar edilmişdir. Səs yazışmaları dinlənilmiş və yazışmada «Araz» adlı abunəçi Təqsirləndirilən şəxs ünvanları deyir, yarım kilonu qoymasını tapşırır, 2000-3000 manat göndərəcəyini bildirir, evdə yarım kilo hazır olduğu halda gedib qoymasını tapşırır, yarım kilonu Biləcəridə qoymasını bildirir. Təqsirləndirilən şəxs «Araz» adlı abunəçiyə konum və şəkil atdığını, gedib götürmələrini, 3-4 kart göndərəcəyini bölüb pulları atmasını, 2000- 3000-4000 manat göndərməsini bildirir. Yazışmada olan şəkillərdə məkanların şəkili əks olunub və ox işarəsi ilə bağlamaların qoyulduğu yerlər göstərilir, həmçinin tərəzidə bağlamanın çəkisi göstərilir. Yazışmalarda məkan nöqtələrinə baxış keçirilərkən məkanların Məmmədli kəndində və Biləcəri qəsəbəsində yerləşdiyi müəyyən edilir. Cinayət işinin 111-112-ci vərəqələrində olan Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.S.ünvan 4 ünvanında yaşayıb. Yaşadığı müddətdə qonşularla normal münasibətdə olmuş və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 112-ci vərəqəsində olan N saylı Hərbi hissə tərəfindən verilmiş xasiyyətnamənin surətindən və 113-114-cü vərəqələrində olan təşəkkür məktublarından görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü nizam, intizamlı, bacarıqlı, bir əsgər kimi göstərmişdir. Hərbi işi vicdanla öyrənir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşır. Yuxarı komandanlıq tərəfindən verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirir. Bilik səviyyəsini artırmaq üçün daima öz üzərində çalışır, özünə qarşı tələbkardır. Nizamnamələrin tələblərini bilir və gündəlik xidməti işində tətbiq etməyi bacarır. Baş tuşlayıcı vəzifəsində üzərinə düşən vəzifə borcunun öhdəsindən layiqincə gəlir. Xidmət müddəti ərzində batareyanın kollektivi arasında hörmət və nüfuz qazanmışdır. Yoldaşları ilə mehriban davranır. Fiziki cəhətdən sağlamdır, mənəviyyatca safdır. Silahını, döyüş və digər hərbi texnikanı mükəmməl öyrənir həmişə təmiz və döyüşə hazır vəziyyətdə saxlayır. Dövlət sirləri qorumağı bacarır. Azərbaycan Respublikası Qanunlarına və xalqına sadiqdir. Cinayət işinin 115-ci vərəqəsində olan N saylı Hərbi hissə tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Fəxri Fərmandan görünür ki, Təqsirləndirilən şəxs döyüş və ictimaisiyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərə görə təltif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən narkotik vasitə olan qurudulmuş marixuananın kütləsi 5 qram təşkil etdikdə - xeyli miqdar, 500 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və evə baxışı özündə əks etdirən DVD disklərdə olan videogörüntülər, “Redmi Note 9S” markalı mobil telefonda olan mətn və səs yazışmaları, eləcə də foto-şəkillər və iş materiallarında olan digər mötəbər sübutlarla onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuanın miqdarı, ona məxsus telefonda olan sms və səs yazışmaları sonuncunun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə, eləcə də həmin maddələrin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci iltarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi, narkotik vasitə olan qurudulmuş marixuanın satışı ilə məşğul olmaması və bu əməlləri tamah məqsədi ilə etməməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şəxsi axtarış və götürmə aparılması (i/v 25-26), evə baxış keçirilməsi (i/v 29- 30), şübhəli şəxsin izahatı (i/v 31-32), şübhəli şəxsi və təqsirləndirilən şəxsin dindirmə protokollarından (i/v 58-60 və 73-75) və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, (i/v 100-106), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmədə narkotik vasitəni daşımaqla bağlı razılığa gəldiyindən həmin narkotik vasitəni daşıdığını və onun müqabilində pul aldığını etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan (şəxsi axtarış və götürmə aparılması) video görüntülərdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur, kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına göre “Araz” adlı şəxsin ona 10000 manat pul verəcəyini, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu bildirmişdir (i/v 25-26). Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan (evə baxış keçirilməsi) video görüntülərdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nurlan Həsənov küçəsi, 6-cı döngə, nömrəsiz fərdi evə baxış keçirilən zaman evdə zirzəmidən 5 kq 765 qram, 5 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr və 1 ədəd elektron tərəzi aşkar olunur, sonuncu aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İİR-nın vətəndaşı olan “Araz” adlı şəxsin vasitəsi ilə xx.xx.2024-cü il tarixdə Füzuli rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına göre “Araz” adlı şəxsin ona 10000 manat pul verəcəyini bildirir (i/v 29-30). Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş digər DVD diskdə olan (Redmi Note 9S markalı mobil telefona baxış keçirilməsi) video görüntülərdə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «Araz» adlı abunəçi (+98-902-115-1375) ilə mətn və səs yazışmaları, foto-mesajlar aşkar edilir. Səs yazışmaları dinlenilmiş və yazışmada «Araz» adlı abunəçi Təqsirləndirilən şəxs ünvanları deyir, yarım kilonu qoymasını tapşırır, 2000- 3000 manat göndərəcəyini bildirir, evdə yarım kilo hazır olduğu halda gedib qoymasını tapşırır, yarım kilonu Biləcəridə qoymasını bildirir. Təqsirləndirilən şəxs «Araz» adlı abunəçiyə konum və şəkil atdığını, gedib götürmələrini, 3-4 kart göndərəcəyini bölüb pulları atmasını, 2000-3000-4000 manat göndərməsini bildirir. Yazışmada olan şəkillərdə məkanların şəkili əks olunub və ox işarəsi ilə bağlamaların qoyulduğu yerlər göstərilir, həmçinin tərəzidə bağlamanın çəkisi göstərilir. Yazışmalarda məkan nöqtələrinə baxış keçirilərkən məkanların Məmmədli kəndində və Biləcəri qəsəbəsində yerləşdiyi müəyyən edilir (i/v 119-120). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi, eləcə qanunsuz hərəkətlərin edilməməsini bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, gənc olmasını, barəsində verilmiş müsbət xasiyyətnamələri və Fəxri Fərmanı cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən və yaşadığı evdən aşkar edilən narkotik vasitə marixuananın miqdarını (5 bükümdə 5251,8 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 878 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın və evə baxışın gedişatını əks etdirən, 02 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus və Binəqədi RPİ-nin saxlancında saxlanılan 01 ədəd “Redmi Note 9S” markalı mobil telefon sonuncuya və ya ailə üzvlərinə qaytarılmalı, Binəqədi RPİ-nin saxlancında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 5251,5 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD və 01 (bir) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd “Redmi Note 9S” markalı mobil telefon sonuncuya və ya ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 5251,5 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1848/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1848/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver