Məhkəmə qərarları › İş №1(101)-185/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-185/2020

17.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-185/2020 17.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – x1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Bakı şəhər "Yusifbəyli və Partnyorları" vəkil bürosunun vəkili x3 iştirakları ilə, Təqsirləndirilən şəxs - xx xxxxxx 1973-cü ildə Kürdəmir rayonu Muradxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Hacıbabəyov küçəsi ev 24-də yaşayan, barəsində «polisin nəzarəti altına verilməsi növündə» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, 14 iyul 2019-cu il tarixdə saat 18 radələrində ünvan 1 ünvanda fəhlə işlədiyi yeni inşa olunan binanın işçilərin yemək yedikləri otaqda ümumi tanışları olan Şahid ilə zarafatına iradını bildirən Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zəminində dava-dalaş zamanı bıçaqla bir dəfə Zərərçəkmiş şəxs1 və iki dəfə sonuncunun qardaşı, həmin binada fəhlə işləyən Zərərçəkmiş şəxs2 vuraraq, Zərərçəkmiş şəxs1 qəsdən həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının X- Xİ qabırğaarası nahiyyədən döş boşluğuna və diafraqmanı dəlib keçən qarın boşluğuna nüfuz edərək dalağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, Zərərçəkmiş şəxs2 qəsdən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aid sağ əlin İ-İİ barmaq arası nahiyyənin və döş qəfəsinin sol yarısının bayır səthinin kəsilmiş yaraları xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1 və 128-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 14 iyul 2019-cu il tarixdə hava küləkli olduğundan iş olmayacağını fikirləşib, təxminən saat 13 radələrində baş çəkmək məqsədilə 2019-cu ilin iyul ayının əvvəllərindən günəmuzd fəhlə işlədiyi ünvan 1 ünvana getmişdir. Külək olduğundan iş olmamış, ətrafda bir qədər gəzişəndən sonra orada onunla fəhlə işləyən Şəhriyar və adını bilmədiyi bir-iki şəxslə rastlaşıb, söhbətləşmişlər. Daha sonra o, onlardan ayrılıb yaxınlıqdakı mağazadan pivə alıb, 0,5 litr pivə içmişdir. Təxminən saat 13 radələrində o, iş yerinin yaxınlığına qayıdanda Şəhriyarın və adını bilmədiyi bir-iki şəxslə söhbətləşdiyini görüb onlara yaxınlaşmışdır. Bir qədər sonra tikintidə onunla işləyən, lakin hər hansı münasibəti olmayan Pünhan onlara yaxınlaşmışdır. Daha sonra Pünhanın qardaşı, əvvəl tanımadığı sonradan adı ona məlum olan sərxoş vəziyyətdə olan Sahil onların yanına gəlmişdir. Şəhriyarla söhbətləşən adını bilmədiyi həmin bir-iki şəxs oradan getdikdən sonra o, Şəhriyar, Sahil və Pünhan bir yerdə yemək yeməyi qərara almışlar. Həmin vaxt təxminən saat 17 radələri olmuşdur. Dördü də pul toplayıb, yeyib-içmək almaq üçün Pünhana vermiş, Pünhan da yaxınlıqdakı mağazadan qril, çörək, su və 0,7 litr araq alıb, gətirdikdən sonra binada işçilərin yemək yedikləri otağın içərisində yeməyə başlamışlar. O, Sahil və Şəhriyar araq içsələr də Pünhan spirtli içki içməmişdir. Bir qədər yeyib-içəndən sonra təxminən saat 18 radələrində söhbət əsnasında o, Şəhriyarla sözlə zarafat etmişdir. Sahil, onun zarafatını Şəhriyarı zəif adam kimi aşağılamaq kimi başa düşüb, onun ünvanına nalayiq sözlər demişdir. O, Sahilə nalayiq sözlər dediyinə görə iradını bildirdikdə Sahil yenidən onun ünvanına nalayiq sözlər demiş, bundan sonra o, əsəbiləşib əllərilə onun yaxasından tutaraq Sahilin dediyi nalayiq sözləri özünə demiş, əlini buraxıb oturmaq istəyəndə Pünhan, arxadan armatur parçası ilə onun başının sağ qulaq nahiyyəsindən bir dəfə vurmuşdur. O, arxaya dönəndə Pünhanın ikinci dəfə armaturla onun baş nahiyyəsinə vurmaq istədiyini görüb, armaturu əlindən almaq istəyəndə zərbə sol qoluna dəymişdir. Sahil isə stolun üzərindən götürdüyü şüşə butılka ilə bir dəfə onun sifətinin sol göz nahiyyəsinə, üç dəfə isə başının üst nahiyyəsinə vurmuşdur. Pünhan armaturla başına, ayaqlarına, sinəsinə və bədəninin digər nahiyyələrinə bir neçə dəfə də vurmuşdur. Həmçinin, Sahil və Pünhan əl və təpiklə də onu vurmuş, nalayiq sözlərlə onu təhqir etmişlər. Vəziyyəti belə görüb, o, binanın həyətində yemək yedikləri stolun üzərindəki mətbəx bıçağını götürüb, həmin bıçaqla Sahili qabaq, yəni qarın tərəfindən bir dəfə vurmuşdur. Bundan sonra oradan qaçıb uzaqlaşaraq yaşadığı evə getmişdir. Gedərkən yolda Sahilə xəsarət yetirdiyi tiyəsi təxminən 10- 15 sm, dəstəyi də təxminən 10-15 sm uzunluqda olan bıçağı xatırlamadığı yerdə tullamışdır. Sonradan onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edən hazırda xatırlamadığı şəxs, Sahilin x2 və ona yetirdiyi xəsarətə görə 1000 manat pul lazım olduğunu demişdir. O da maddi imkanı olmadığını, çalışıb həmin pulu verəcəyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, hadisə vaxtı özünü qorumaq və müdafiə etmək məqsədilə Sahili bıçaqla vurduğunu, həmin vaxt Sahilə daha bir neçə bıçaq zərbəsi yetirmək və ya daha ağır xəsarət yetirmək imkanı, habelə onu öldürməyə real imkanı olsa da Sahili öldürmək fikri olmadığını, hadisə vaxtı ola bilsin ki, özünü qorumaq məqsədilə əlindəki bıçağı havada yelləyərkən bıçağın Pünhana dəyməsi nəticəsində sonuncunun da xəsarət aldığını qeyd etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, Zərdab rayonu Otmanoba kəndində qeydiyyatda olsa da 2019-cu ilin may ayından Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsində fərdi yaşayış evində yaşayır, Bakı şəhərində kondisioner təmiri ilə fərdi qaydada məşqul olmaqla özünü dolandırır. Qardaşı Pünhan 2019-cu ilin iyul ayının əvvəllərində ünvan 1 ünvanda inşa olunan yaşayış binasında fəhlə işləməyə başlamışdır. 14 iyul 2019-cu il tarixdə işi olmadığı üçün qardaşı Pünhanın işlədiyi yerə gedib, onu ziyarət etmək qərarına gəlmiş və bu məqsədlə saat 16 radələrində Pünhanın istifadəsində olan telefon nömrəsinə zəng edib, onunla işlədiyi ünvan 1 ünvanda inşa olunan binanın yaxınlığında görüşmüdür. Həmin vaxt Pünhanın yanında əvvəl tanımadığı sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs və Şəhriyar olmuşdur. O, onlarla görüşmüş və söhbət zamanı Teymur və Şəhriyarın, Pünhanın iş yoldaşı olduqlarını bilmişdir. Bir qədər söhbətləşəndən sonra bir yerdə yemək yeməyi qərara almış, dördü pul toplayıb, yeyib-içmək almaq üçün Pünhana vermişlər. Pünhan da yaxınlıqdakı mağazadan qril, çörək, su və 0,7 litr araq alıb, gətirəndən sonra binada işçilərin yemək yedikləri otağın içərisində yeməyə başlamışlar. O, Teymur və Şəhriyar araq içsələr də Pünhan spirtli içki içməmişdir. Şəhriyar bir qədər oturub yeyib-içdikdən sonra təxminən saat 17 radələrində oradan getmişdir. Bundan sonra, yemək arası Pünhan içməyə su almaq üçün yaxınlıqdakı mağazaya getmişdir. Pünhan gedəndən sonra, Teymur nalayiq söz işlətmişdir. O, çörək üstündə nalayiq söz işlətdiyinə görə ona iradını bildirmişdir. Həmin vaxt təxminən saat 18 radələri olmuşdur. Bu zəmində aralarında sözlə mübahisə yaranmışdır. Onlar oturduqları yerdən qalxıb ayaq üstdə mübahisəni davam etdirmişlər. Mübahisə zamanı Teymur, onun ünvanına nalayiq söz demiş və qəfildən stolun üzərində olan yağ bıçağına oxşatdığı bıçağı götürüb, onun boğaz nahiyyəsinə dirəmiş və yenə də ünvanına nalayiq sözlər demişdir. O da Teymurun dediyi nalayiq sözü özünə demişdir. Həmin vaxt, oraya gələn qardaşı Pünhan qorxudan qışqırmışdır. Teymurun diqqətinin yayınmasından istifadə edb həmin vaxt sağ əlilə yumruqla bir dəfə Teymurun sifətinə vurmuşdur. Teymur isə sağ əlindəki bıçaqla onun sol böyür nahiyyəsindən bir dəfə vurmuşdur. Teymur, sağ əlindəki bıçaqla ikinci dəfə onun üsünə gəlib onu vurmaq istəyəndə o, təpiklə Teymurun qarın nahiyyəsinə vurmuş və zərbədən o, yerə yıxılmışdır. Bundan sonra Teymur, yenə də bıçağı yerdən götürüb onun üstünə gələndə Pünhan, xatırladığına görə yerdən tapdığı taxta parçası ilə Teymurun bıçaq olan əlinə bir dəfə vurub bıçağı yerə salmış, Teymur bıçağı yerdən götürüb Pünhanın üzərinə getmiş və Pünhan oradan qaçmış, o isə yemək yedikləri yerdə qalmışdır. Bir qədər sonra Pünhan onun yanına gəlib, Teymurun oradan qaçıb getdiyini, onu xəstəxanaya aparmaq üçün taksi saxlatdığını deyərək, köməklik edib onu tanımadığı taksi avtomobili ilə x7 aparmışdır. Orada ona tibbi yardım göstərilmişdir. Şəhriyarın həmin vaxt hara getməsini xatırlamır. Sonradan ona məlum olmuşdur ki, hadisə vaxtı Teymur ona xəsarət yetirdiyi bıçaqla Pünhanın da qarın nahiyyəsinə vurub xəsarət yetirmişdir. O, xəsarət aldığından halı özündə olmadığına görə Teymurun Pünhanı bıçaqla vurub xəsarət yetirməsini görməmişdir. Pünhan, Teymurla barışacaqlarını güman edərək bu barədə istintaqa ilk vaxtlar məlumat verməmişdir. Hazırda ona dəymiş ziyan təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində günəmuzd fəhləlik etməklə ailəsini dolandırdığını, 2019-cu ilin iyul ayının əvvəllərindən ünvan 1 ünvanda inşa olunan yaşayış binasında fəhlə işləməyə başladığını, Təqsirləndirilən şəxs həmin tikintidə işlədiyi vaxtdan fəhlə işləyən şəxs kimi tanıdığını bildirərək mahiyyət üzrə göstərmişdir ki, 14 iyul 2019-cu il tarixdə saat 07 radələrində o, ünvan 1 ünvanda inşa olunan yaşayış binasında fəhlə işlədiyi iş yerinə gəlib orada fasad işlərini görməyə başlamışdır. İşdə olduğu vaxt təxminən saat 16-17 radələrində binanın yanına keçəndə orada Təqsirləndirilən şəxs tək görmüşdür. Bir qədər sonra qardaşı Sahil ona zəng edib, harada olduğunu maraqlananda o, işlədiyi binanın yanında olduğunu demiş və bir neçə dəqiqə sonra Sahil də oraya gəlmişdir. Həmin vaxtlarda da binada fəhlə işləyən, anası həmyerlisi olan Şəhriyar da oraya gəlmiş, o, Sahil və Teymuru orada tanış etmişdir. Bir qədər sonra pul toplayıb özlərinə yemək və 0,7 litr araq alıb, binada işçilərin yemək yedikləri otağın içərisində yeməyə başlamışlar. Sahil və Teymur araq içsələr də o, spirtli içki içməmişdir. Yemək arası o, içməyə su almaq üçün yaxınlıqdakı mağazaya getmiş, su alıb, bir neçə dəqiqə sonra yemək yedikləri yerə qayıtmışdır. Qayıdıb gələndə Sahil və Teymurun ayaq üstdə olduqlarını, Teymurun əlindəki mətbəx bıçağının tiyəsini Sahilin boğazına dirədiyini görmüşdür. Həmin vaxt saat 18 radələri olmuşdur. Teymur, «mənim sözümün qabağında söz deyə bilmərsiniz» dediyini eşitmişdir. O, bunu görüb «nə edirsən?» qışqırmışdır. Teymur, başını ona tərəf çevirəndə Sahil bıçaqdan canını qurtarmaq üçün yumruqla onun göz nahiyyəsinə vurmuşdur. Bundan sonra Teymur, əlindəki bıçaqla Sahilin qarın nahiyyəsinə bir dəfə vurmuşdur. Sahil də Teymuru özündən uzalaşdırmaq üçün təpiklə Teymurun qarın nahiyyəsinə vurmuşdur. Zərbədən Teymur armaturların üzərinə yıxılmışdır. Bundan sonra Teymur yerdən qalxıb ikinci dəfə bıçaqla Sahili vurmaq istəyəndə yerdən tapdığı ağac parçası ilə Teymurun bıçaq olan sağ əlindən bir dəfə vurmuş və Teymurun əlindəki bıçaq yerə düşmüşdür. Bundan sonra Teymur, bıçağı yerdən götürüb qışqıra-qışqıra onun və qardaşının ünvanına nalayiq sözlər deyə-deyə əlindəki bıçaqla üstünə gəlmişdir. O, dönüb qaçmaq istəyəndə Teymur əlindəki bıçaqla bir dəfə onun qarın nahiyyəsinə vurub ona da xəsarət yetirmişdir. O, qaçıb oradan uzaqlaşmışdır. Lakin, Teymur da onun ardınca gəlmişdir. O, Teymurun gözündən itib yenidən qardaşı Sahiln olduğu yerə gəlmişdir. O da Sahilin özünə gəlməsinə köməklik edib yoldan keçən tanımadığı taksi avtomaşını ilə onu x7 aparmışdır. Xatırladığına görə Şəhriyar, Sahili xəstəxanaya aparmağa ona köməklik etmişdir. Lakin, Şəhriyarın dəqiq hərəkətlərini xatırlamır. Bundan əlavə, Zərərçəkmiş şəxs2, hadisənin səbəbinin Teymurun nalayiq söz deməsi olduğunu, münaqişənin başlanmasını görmədiyini, bu səbəbdən dəqiq olaraq hadisənin səbəbini bilmədiyni, onun iştirakı ilə hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini, hadisə vaxtı orada o, Sahil və Teymurun olduğunu, xatırladığına görə Sahili xəstəxanaya aparmağa Şəhriyarın ona köməklik etdiyini, lakin, Şəhriyarın hadisə yerində nə vaxt gəlib-getməsi və dəqiq hərəkətlərini xatırlamadığını, əvvəllər Teymurla aralarında dava-dalaş və ya münaqişə olmadığını qeyd etmişdir. Hazırda ona dəymiş ziyan təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə Şahid ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 uşaqlıqdan anasının həmkəndliləri kimi tanıdığını, Təqsirləndirilən şəxs 2014-cü ildən Bakı şəhərində fəhlə kimi birgə işlədikləri işlərdən tanıdığını bildirərək, mahiyyət üzrə göstərmişdir ki, 14 iyul 2019-cu il tarixdə saat 15-16 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən işlədiyi tikintilərin birində işdə olarkən Teymurla zəngləşib hal-əhval biləndə onun, fəhlə işlədiyi ünvan 1 ünvanda yeni inşa olunan yerdə olduğunu bilib orada görüşməyə getmişdir. Oraya gəlib Teymurla görüşmüşdür. Həmin vaxt Teymur tək olmuşdur. Bir qədər sonra həmin tikintidə işləyən Pünhan da oraya onların yanına gəlmişdir. Onlarla hal-əhval biləndən sonra o, qardaşı Sahillə danışdıqdan sonra Sahilin də onun yanına gələcəyini demişdir. Bir neçə dəqiqə sonra Sahil də oraya gəlmişdir. Pünhan, Sahil və Teymuru orada tanış etmişdir. Bir qədər sonra pul toplayıb özlərinə yemək və içki almaq üçün Pünhana vermiş, Pünhan yaxınlıqdakı mağazadan qril, çörək, su, 0,7 litr araq və pivə alıb, gətirəndən sonra binada işçilərin yemək yedikləri otağın içərisində yeməyə başlamışlar. Sahil və Teymur araq, o isə pivə içmişdir. Pünhan isə spirtli içki içməmişdir. Bir qədər yeyib-içəndən sonra təxminən saat 18 radələrində söhbət əsnasında Teymur ona «sən malyar işinə keçmisən?» soruşanda o «hə» cavabını vermişdir. Teymur isə zarafatla «hə, zəifləmisən» demişdir. Sahil isə Teymurun zarafatını onu zəif adam kimi aşağılamaq kimi başa düşüb, Teymura iradını bildirmişdir. O, Sahilə «Teymurun hər sözü mənə qanundur» deyib, narahat olmamasını bildirmişdir. Buna baxmayaraq Sahil stol arxasında Teymurun ünvanına nalayiq sözlər demişdir. Teymur da əsəbiləşib əllərilə onun yaxasından tutaraq Sahilin dediyi nalayiq sözləri özünə demiş və əlini buraxıb oturmaq istəyəndə Pünhan, hardansa görmədiyi yerdən armatur parçası götürüb arxadan həmin armatur parçası ilə Teymurun baş nahiyyəsindən bir dəfə vurmuşdur. Zərbədən Teymur özünü itirmişdir. O, Pünhanı sakitləşdirmək üçün yaxınlaşıb onu kənara çəkmək istəmişdir. Pünhan isə sakitəşməyib Teymurun ünvanına nalayiq sözlər deyib, yaxınlaşıb armaturla yenə də bir neçə dəfə Teymurun bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Həmin zərbələrin hansının Teymura dəydiyini görməmişdir. O, Pünhanı sakitləşdirib Teymurdan aralayarkən Sahil, stolun üzərində olan şüşə butılkanı götürüb Teymurun baş nahiyyəsinə bir dəfə vurmuşdur. Bir neçə saniyə sonra isə Sahil əlilə böyrünü tutub, Teymurun bıçaqla onu vurduğunu demişdir. O, Teymurun Sahili bıçaqla vurmasını və Teymurun əlində bıçaq görməmişdir. Həmin vaxt Teymur, oradan uzaqlaşıb getmişdir. O, yoldan keçən markasını və dövlət nömrə nişanını bilmədiyi avtomobil saxlatdırıb, Pünhanla birlikdə Sahili həmin avtomobilə otuzduraraq x7 aparmışdır. Xəstəxanaya gedərkən Sahil və Pünhan, Sahilin aldığı xəsarətə görə müalicəyə 1.000 manat pul lazım olduğunu və şikayət etməmək üçün həmin pulu Teymurdan istəməsini demişdir. O da istifadəsində olan telefonla Teymura zəng edib, bu barədə dedikdə Teymur, nə lazımdırsa edəcəyini bildirmişdir. Bundan sonra o, bu barədə Sahilgilə bildirmişdir. Xəstəxanada Sahil cərahiyyə əməliyyatı olunmuşdur. O da bundan sonra oradan getmişdir. Sonradan ona məlum olmuşdur ki, Sahilgil Teymurdan şikayət edib. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və x5-Təcrübi və Tədris Birliyi tərəfindən verilən 15 avqust 2019cu il tarixli 721 saylı ekspertiza rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarət – döş qəfəsinin sol yarısının X-Xİ qabırğaarası nahiyyədən döş boşluğuna və diafraqmanı dəlib keçən qarın boşluğuna nüfuz edərək dalağın zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 14 iyul 2019-cu il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş Azərbaycan Respublikası SN-in Məhkəmə Tibbi Ekspertiza və x5-Təcrübi və Tədris Birliyi tərəfindən verilən 29 avqust 2019cu il tarixli 765 saylı ekspertiza rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər – sağ əlin İ-İİ barmaq arası nahiyyənin, döş qəfəsinin sol yarısının bayır səthinin kəsilmiş yaraları – kəsici alətin(alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 14 iyul 2019-cu il tarixdə bıçağının tiyəsinin iti kənarının təsrindən əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş Azərbaycan Respublikası SN-in Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi Ambulator məhkəmə psixatrik ekspertizasının 27 avqust 2019-cu il tarixli 1595 saylı ekspertiza rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 126.1 və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə baxışında iş üzrə dindirilmiş onun özünün, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə, keçirilmiş istintaq hərəkətlərinin protokolları ilə, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş işə aid biri digərinə uyğun gələn çoxsaylı digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 126.1-ci və 128-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə aid hissədə qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunur ki, "Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir". Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2lə barışıq əldə etmiş və ona dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan 15 iyul 2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 iyul 2019-cu il tarixdə həbsdən azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini - Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinin tələblərinə əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tərkibini yaradan bıçaq zərbəsinin vurulmasından əvvəl zərərçəkmiş şəxslərin söyüşlərlə müşaiyyət olunan təhrikedici hərəkətlərini, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasını, dəymiş ziyanın ödənilməsini məcmu halda Təqsirləndirilən şəxs münasibətdə müstəsna hal hesab edir və Təqsirləndirilən şəxs cəza təyin edilərkən barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də aşağı cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Cinayət işi üzrə mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə aid hissədə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs 15 iyul 2019-cu il tarixdən 17 iyul 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin edilmiş cəza müddətinə hesablansın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirimi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar