Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-185/2021 14.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 və müdafiəçilər - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 22 dekabr 2015-ci il tarixdə Nərimanov rayon məhkəməsinin hökmü ilə CM-in 128 maddəsi ilə 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri, 1 aprel 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xətai rayon məhkəməsinin 10 iyul 2015-ci il tarixli hökmü ilə CM-in 221.2.3, 221.3, 186.1-ci maddələri ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2016-cı il tarixli qərarı ilə cəzası 4 il 1 ay müddətə endirilmiş, 9 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xətai rayonu, OPD qəsəbəsi, N.Şükürov küçəsi, ev 1 S-də qeydiyyatda olan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-ci maddələri, xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3anında yaşayan və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə xeyli miqdarda əmlak əldə etmək məqsədilə silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək iradəsindən kənar və iradəsi ziddinə bir yerdən başqa yerə qanunsuz olaraq aparmaqla oğurlayaraq saxlamış və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumat yayacağı hədəsi ilə xeyli miqdarda əmlakını tələb edib əldə etmişdir; belə ki, o, 2019-cu ilin may ayında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olduğunu bildikləri Zərərçəkmiş şəxs1 oğurlayaraq hədə-qorxu ilə tələb edib yaxınlarından xeyli miqdarda əmlak əldə etmək məqsədilə aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 24 may 2019 cıı ıl tarixdə saat l3:44-də (055) ***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan (077) ***-**-** mobil nömrəyə zəng edib narkotik almaq adı ilə sonuncunu aldadaraq ünvan 4 ünvanında yerləşən gül satılan dükanın yanına görüşə dəvət etmiş, həmin gün, yəni 24 may 2019-cu il tarixdə saat 15 radələrində, Zərərçəkmiş şəxs1 qeyd edilən ünvana görüşə gəldikdə, aparılmış vəzifə bölgüsünə əsasən orada qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və «Azər» adlı şəxs Zərərçəkmiş şəxs1 zor tətbiq edərək onu Təqsirləndirilən şəxs1 idarə etdiyi «CİTY MMC»dən kirayə götürülmüş «KİA-RİO» markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə qanunsuz olaraq mindirib, avtomobilin arxa oturacağında Təqsirləndirilən şəxs3 silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək, Zərərçəkmiş şəxs1 bədəninə dirəyib, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlayaraq avtomobildə iradəsi əleyhinə qanunsuz olaraq Binəqədi rayonunda yerləşən, ünvanı istintaqa məlum olmayan, fərdi yaşayış evinə aparıb orada saxlamış və niyyətlərinə nail olmaq üçün Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 istifadəsində olan (050) ***- **-** nömrəli mobil telefonuna zəng etdirib Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərəcəkləri və narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə polis orqanlarına məlumat verəcəkləri hədəsi ilə azadlığa buraxılması müqabilində 10.000 manat məbləğində pul tələb etmiş, ilkin olaraq 8.000 manat, sonradan isə qalan 2.000 manat ödəniləcəyinə razılaşdıqdan sonra, həmin gün saat 21:30 radələrində aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvi Təqsirləndirilən şəxs3 ünvan 6 ünvanında yerləşən “Araz’' supermarketin qarşısında Zərərçəkmiş şəxs2 8.000 manat məbləğində nağd pul vəsaitini almaqla Zərərçəkmiş şəxs1 azadlığa buraxmış, əldə etdikləri vəsait qrup üzvləri arasında bölündükdən sonra, növbəti gün, yəni 25 may 2019-cu il tarixdə saat 11 radələrində, Zərərçəkmiş şəxs2 yenidən zəng edərək oğlu Zərərçəkmiş şəxs1 təkrarən oğurlayacaqları və şəxsiyyəti üzərində zor göstərəcəkləri hədəsi ilə qalan 2.000 manat pul vəsaitinin onlara verilməsini hədə-qorxu ilə tələb etmişlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə xeyli miqdarda əmlak əldə etmək məqsədilə silah qismində istifadə edilən əşyadan istifadə etməkləzərərçəkmiş şəxsə həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək iradəsindən kənar və iradəsi ziddinə bir yerdən başqa yerə qanunsuz olaraq aparmaqla oğurlayaraq saxlamış və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumat yayacağı hədəsi ilə xeyli miqdarda əmlakını tələb edib əldə etmişdir: belə ki, o, 2019-cu ilin may ayında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olduğunu bildikləri Zərərçəkmiş şəxs1 oğurlayaraq hədə-qorxu ilə tələb edib yaxınlarından xeyli miqdarda əmlak əldə etmək məqsədilə aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 24 may 20İ9-cu il tarixdə saat 13:44-də (055) ***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan (077) ***-**-** mobil nömrəyə zəng edib narkotik almaq adı ilə sonuncunu aldadaraq ünvan 7 ünvanında yerləşən gül satılan dükanın yanına görüşə dəvət etmiş, həmin gün, yəni 24 may 2019-cu il tarixdə saat 15 radəbrində, Zərərçəkmiş şəxs1 qeyd edilən ünvana görüşə gəldikdə, aparılmış vəzifə bölgüsünə əsasən orada o, qrup üzvləri Təqsirləndirilən şəxs1 və «Azər» adlı şəxs Zərərçəkmiş şəxs1 zor tətbiq edərək sonuncunu Təqsirləndirilən şəxs1 idarə etdiyi «CİTY MMC»dən kirayə götürülmüş «KİA-RİO» markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə qanunsuz olaraq mindirib, avtomobilin arxa oturacağında o, silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək, Zərərçəkmiş şəxs1 bədəninə dirəyib, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlayaraq avtomobildə iradəsi əleyhinə qanunsuz olaraq Binəqədi rayonunda yerləşən, ünvanı istintaqa məlum olmayan, fərdi yaşayış evinə aparıb orada saxlamış və niyyətlərinə nail olmaq üçün Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefonuna zəng etdirib Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərərəcəkləri və narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə polis orqanlarına məlumat verəcəkləri hədəsi ilə azadlığa buraxılması müqabilində 10.000 manat məbləğində pul tələb etmiş, ilkin olaraq 8.000 manat, sonradan isə qalan 2.000 manat ödəniləcəyinə razılaşdıqdan sonra, həmin gün saat 21:30 radəbrində aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, ünvan 8 ünvanında yeıiəşən “Araz” supermarketin qarşısında Zərərçəkmiş şəxs2 8.000 manat məbləğində nağd pul vəsaitini almaqla Zərərçəkmiş şəxs1 azadlığa buraxmış, əldə etdikləri vəsait qrup üzvləri arasında bölündükdən sonra, növbəti gün, yəni 25 may 2019cu il tarixdə saat 11 radəbrində, Zərərçəkmiş şəxs2 yenidən zəng edərək oğlu Zərərçəkmiş şəxs1 təkrarən oğurlayacaqları və şəxsiyyəti üzərində zor göstərəcəkləri hədəsi ib qalan 2.000 manat pul vəsaitini onlara verilməsini hədə-qorxu ib tələb etmişlər. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o qabaqcadan əlbir olan bir qrup şəxs halında, tamah niyyəti ilə xeyli miqdarda əmlak əldə etmək məqsədilə silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək iradəsindən kənar və iradəsi ziddinə bir yerdən başqa yerə qanunsuz olaraq aparmaqla oğurlayaraq saxlamış və zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, onun haqqında rüsvayedici məlumat yayacağı hədəsi ilə xeyli miqdarda əmlakını tələb edib əldə etmiş və təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir; belə ki, o, 2019-cu ilin may ayında əvvəllər tanıdığı X10, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olduğunu bildikləri Zərərçəkmiş şəxs1 oğurlayaraq hədə-qorxu ilə tələb edib yaxınlarından xeyli miqdarda əmlak əldə etmək məqsədilə aralarında aparılmış vəzifə bölgüsünə əsasən 24 may 2019-cu il tarixdə saat 13:44 radələrində o, (055) ***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs1 istifadəsində olan (077) ***-**-** mobil nömrəyə zəng edib narkotik almaq adı ilə sonuncunu aldadaraq ünvan 7 ünvanında yerləşən gül satılan dükanın yanına görüşə dəvət etmiş, həmin gün, yəni 24 may 2019-cu il tarixdə saat 15 radələrində, Zərərçəkmiş şəxs1 qeyd edilən ünvana görüşə gəldikdə, aparılmış vəzifə bölgüsünə əsasən orada qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və «Azər» adlı şəxs Zərərçəkmiş şəxs1 zor tətbiq edərək sonuncunu Təqsirləndirilən şəxs1 idarə etdiyi «CİTY MMC»dən kirayə götürülmüş «KİA- RİO» markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə qanunsuz olaraq mindirib, avtomobilin arxa oturacağında Təqsirləndirilən şəxs3 silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirərək, Zərərçəkmiş şəxs1 bədəninə dirəyib, həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə oğurlayaraq avtomobildə iradəsi əleyhinə qanunsuz olaraq Binəqədi rayonunda yerləşən, ünvanı istintaqa məlum olmayan, fərdi yaşayış evinə aparıb orada saxlamış və niyyətlərinə nail olmaq üçün Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefonuna zəng etdirib Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərəcəkləri və narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə polis orqanlarına məlumat verəcəkləri hədəsi ilə azadlığa buraxılması müqabilində 10.000 manat məbləğində pul tələb etmiş, ilkin olaraq 8.000 manat, sonradan isə qalan 2.000 manat ödəniləcəyinə razılaşdıqdan sonra, həmin gün saat 21:30 radələrində, aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvi Təqsirləndirilən şəxs3 ünvan 9 ünvanında yerləşən «Araz» supermarketin qarşısında Zərərçəkmiş şəxs2 8.000 manat məbləğində nağd pul vəsaitini almaqla Zərərçəkmiş şəxs1 azadlığa buraxaraq əldə etdikləri vəsait qrup üzvləri arasında bölündükdən sonra, növbəti gün, yəni 25 may 2019-cu il tarixdə saat 11 radələrində, Zərərçəkmiş şəxs2 yenidən zəng edərək oğlu Zərərçəkmiş şəxs1 təkrarən oğurlayacaqları və şəxsiyyəti üzərində zor göstərəcəkləri hədəsi ilə qalan 2.000 manat pul vəsaitini onlara verilməsini hədə-qorxu ilə tələb etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən,özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 iyul 2019-cu il il tarixdə saat 21:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektindəki 52 saylı evin yaşayış sahəsi olan 14-cü mənzilinə plastik pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı dolabın gözündən 1 ədəd 1500 manat dəyərdə dairəvi kulonu ilə tros formalı qızıl boyunbağını, 1 ədəd 650 manat dəyərində tros formalı qızıl qolbağı, 1 dəst 4.000 manat dəyərdə brilyant qaşlarla qızıldan sırğa və üzük dəstini, 1 ədəd 800 manat dəyərində brilyant qaşlarla qızıl kişi üzüyünü, 2 ədəd 1.000 manat dəyərində qızıl qadın üzüklərini, cəmi 600 manat dəyərində 6 ədəd qızıl diş koronkalarını, 1 ədəd 350 manat dəyərində qızıl boyunbağını və 2.800 manat nağd pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 11.700 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 avqust 2019-cu il tarixdə saat 17 radələrində ünvan 10 ünvanında yerləşən «Ruslan-93» adlanan marketin qarşısında dayanmış Zərərçəkmiş şəxs4 məxsus, baş etibarnamə ilə idarə etdiyi “Mercedes-bens” markalı 90- CJ-820 dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sərnişin tərəfindən qapısının şüşəsinin açıq qalmış aralığından əlini salıb avtomobilin qapısını açdıqdan sonra oturacağın üzərində olan Zərərçəkmiş şəxs4 hər biri 5 AZN dəyərində olmaqla, hər birinin hesabında 20 AZN olan (070) ***-**-** və (050) ***- **-** mobil nömrələri ilə istifadə etdiyi 500 AZN dəyərində “Samsunq Galaxy J5” markalı mobil telefonu və avtomobilin qarşı oturacağın arasındakı saxlanc yerindən içərisində 1.000 AZN və həmin dövrün rəsmi məzənnəsi ilə 170 AZN-ə bərabər 100 ABŞ dolları pul vəsaiti olan 10 manat dəyərində pul kisəsini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 1.730 AZN miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 avqust 2019-cu il tarixdə saat 07 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi - 11 saylı evin yaşayış sahəsi olan 16-cı mənzilinə plastik pəncərəni açma yolu ilə qanunsuz olaraq daxil olaraq, yataq otağındakı dolabın gözündən qaşlarla olan 1 ədəd sırqa və kolye dəsti, 800 AZN dəyərində sarı qızıldan 1 ədəd sırqa, qolbaq və boyunbağı dəsti, 1.500 AZN dəyərində ağ qızıldan 1 ədəd sırqa dəsti və 800 AZN dəyərində ağ qızıldan 1 ədəd sapfir qaşlı sırqa dəsti, 200 AZN dəyərində 1 ədəd kişi paltosu, həmin paltonun cibindən həmin dövrün rəsmi məzənnəsi ilə 11.900 AZN-ə bərabər 7.000 ABŞ dollar nağd pul vəsaitini, hər biri 80 AZN dəyərində 2 ədəd qutuları ilə ayaqqabı dəstləri, qonaq otağında 100 AZN dəyərində 1 ədəd DVD aparatı, 500 AZN dəyərində uşaq oyunu olan “X-boks” aparatı, 300 AZN dəyərində 1 ədəd yürüş üçün “Suqvey” aparatı, 2.000 AZN dəyərində 01 ədəd “LG” TV, 500 AZN dəyərində 1 ədəd “LG” TV, 50 AZN dəyərində 1 ədəd qulaqcıqı və 150 AZN dəyərində 1 ədəd “Samsung" markalı fotoaparatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 22.810 AZN məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı cəzçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuşlar, 24 may 2019cu il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs3lə, istifadəsində olan «CİTY Renta Car MMC»yə məxsus icarəyə götürüb idarə etdiyi «Kia Rio» markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Nizami rayonu, R.Rüstəmov küçəsi, 289- 301 ünvanında yerləşən gül satılan dükanın yanında narkotik vasitələrin satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 görmüşlər və sonuncunu cəzalandırmaq qərarına gəlmişlər, bu məqsədlə Zərərçəkmiş şəxs1 avtomobilə əyləşməsini demişlər, Zərərçəkmiş şəxs1 onun idarə etdiyi avtombilin arxa oturacağında əyləşmiş, bundan sonra nəyə görə narkotik vasitələin satışı ilə məşğul olduğunu, nəyə görə yeniyetmələrə narkotik vasitə satmasını bildirmişlər, avtomobillə bir qədər getdikdən sonra Zərərçəkmiş şəxs1 təcili narkotik vasitə qəbul etməli olduğunu, vəziyyətinin çox pis olduğunu bildirmiş, onlardan narkotik vasitə qəbul etmək üçün sakit bir yerə aparmalarını xahiş etmiş, bundan sonra Zərərçəkmiş şəxs1 Binəqədi qəsəbəsi yaxınlığında xatırlamadığı bir ünvana aparmışlar, həmin ünvanda Yasin narkotik vasitədən istifadə etmiş, bundan sonra Yasini polisə təhvil verəcəklərini bildirmişlər, Yasin isə polisə verməmələrini, evində satdığı narkotik vasitələrin satışından qazandığı 10.000 manat pulunun olduğunu, həmin pulu onlara verəcəyini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs1 anasına zəng etmiş, polis əməkdaşları tərəfindən tutulduğunu, təcili olara pul lazım olduğunu, evdə olan pulu anasından gətirməsini xahiş etmiş, bundan sonra Nizami rayonu, E.Süleymanov küçəsi 2566 ünvanında yerləşən “Araz” supermarketin qarşısına qayıtmışar, həmin ünvanda Təqsirləndirilən şəxs3 Yasinin anasından 8.000 manat pulu götürmüş, bundan sonra Yasin avtomobilindən düşərək getmiş, Fəridin Yasinin anasından aldığı pulu aralarında bölmüşlər, lakin ona nə qədər pul verildiyini xatırlamır. Təqsirləndirilən şəxs1 ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, əvvəllər məhkumluq həyatı yaşamış, 24 may 2016-cı il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı cəzçəkmə müəssisəsindən azadlığa buraxılmış, cəza çəkərkən Təqsirləndirilən şəxs3 ilə tanış olmuş, münasibətləri yaranmış, futbol mərc oyunlarının həvəskarı olduğu üçün teztez Nizami rayonu, Ə.Vəliyev, bina 7 ünvanında yerləşən “Ruslan-93” marketin yaxınlığındakı “Topaz” klubunda olmuş, bir dəfə klubda Kamran adlı bir oğlandan bir nəfər şəxsin mütəmadi olaraq yeniyetmə uşaqlara narkotik vasitələr satıb onları zəhərlədiyini eşitmiş, Kamran narkotik vasitə istifadəçisi olduğu üçün narkotik satan şəxsi ona göstərə biləcəyini demiş, o Kamrana narkotik satan həmin şəxsi döyüb cəzalandıracağını, əlindən alacağı narkotik vasitədən Kamrana verəcəyini, bu səbəbdən narkotik satan şəxsi ona göstərməli olduğunu demiş, Kamran onunla razılaşdıqdan sonra o, bu işin öhdəsindən özü tək gələ bilməyəcəyi üçün dostu Təqsirləndirilən şəxs3 zəng vurub planı haqqında söyləmiş, narkotik satan həmin şəxsi müəyyən etdikdən sonra tutub döymələrini, qorxudaraq əlindəki pullarını almalarını təklif etmiş, 24 may 2019-cu il tarixdə səhər saatlarında istifadəsində olan «CİTY Renta Car MMC»yə məxsus **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nizami rayonunun Keşlə qəsəbəsinə gedib Təqsirləndirilən şəxs3 götürmüş və oradan tanışı Kamranın yaşadığı “Ruslan” marketin yanına gəlmişlər, Kamran və tanımadıqları daha başqa bir narkotik qəbul edən şəxslə görüşüb niyyətləri barədə söhbət etmişlər, bundan sonra Kamran həmin narkotik satan şəxsə zəng edib narkotik vasitə sifariş etdikdən sonra görüş yerini ünvan 4 ünvanında yerləşən gül satılan dükanın yanına təyin etmiş, eyni zamanda Təqsirləndirilən şəxs3 bu işdə onlara kömək üçün Elnur adlı tanışına zəng vurub çağırmış, əvvəllər tanımadığı həmin Elnur adlı şəxsi “Neftçilər” metrosu yaxınlığında avtomobilinə götürmüş, bir yerdə“Araz” marketin yaxınlığına gedib Kamranın kimlə alver etdiyini izləmişlər, narkotik satan həmin şəxsi nəzarətə götürüb sonuncunun həqiqətən də ayrı-ayrı şəxslərə narkotik satmasını görmüşlər, nəhayət 24 may 2019-cu il tarixdə saat 15 radələrində ünvan 7 ünvanında yerləşən gül satılan dükanın yanına narkotik satan, sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 Elnur saatı öyrənmək bəhanəsi ilə yaxınlaşdıqdan sonra o, Təqsirləndirilən şəxs3lə bir yerdə Zərərçəkmiş şəxs1 tutub müqavimət göstərməsinə baxmayaraq, çətinliklə avtomobilinin arxa oturacağına otuzdurmuşlar, o, sükan arxasına əyləşmiş, arxa oturacaqda Zərərçəkmiş şəxs1 sağında Təqsirləndirilən şəxs3, sol tərəfində isə Elnur əyləşib yola çıxmışlar, yolda Yasin Bəxliyarova bir-neçə sillə vurmuş, yeniyetmələrə narkotik vasitə satıb zəhərlədiyi üçün polisə aparıb təhvil verəcəklərini demişlər, Zərərçəkmiş şəxs1 onlara yalvarıb döyməmələrini, polisə aparmamalarını, əvəzində pul verəcəklərini demiş, Zərərçəkmiş şəxs1 yol boyu narkotik qəbul etdiyini, satdığını, hazırda ağrılarının olmasını bidirib üzərində olan dörd büküm narkotik vasitə olan “kakosu” onlara göstərmiş, onlar yolda Zərərçəkmiş şəxs1 narkotik satışından əldə etdiyi pulları tələb etmişlər, Elnur Zərərçəkmiş şəxs1 tanışının evinə apara biləcəklərini demiş, bundan sonra Elnur tanışı ilə telefonla danışdığını, ona avtomobili Binəqədi qəsəbəsi istiqamətində sürməsini, yolu göstərəcəyini demiş, həmin gün təxminən saat 18 radələrində Binəqədi qəsəbəsi yaxınlığında, xatırlamadığı bir ünvana gəlmişlər, orada əvvəllər tanımadığı, Elnurun tanışı onları qarşılayıb bir mərtəbəli fərdi evə aparmış, həmin mənzildə Zərərçəkmiş şəxs1 ağrılarının başlamasını, narkotik vasitə qəbul etmək istədiyini bildirmiş, sonuncudan aldıqları həmin narkotik vasitədən bir büküm Zərərçəkmiş şəxs1 vermişlər, Zərərçəkmiş şəxs1 narkotik vasitəni miqdarından çox qəbul edib problem yaradacağını nəzərə alıb Təqsirləndirilən şəxs3 baş verənləri mobil telefonla çəkmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 polisə təhvil vermədikləri halda 1.500 manat verməyə razı olduğunu demiş, Elnur yanız 10.000 manat pulun müqabilində canını onlardan qurtara biləcəyini Yasinə demiş, Zərərçəkmiş şəxs1 mobil telefonla anasına zəng edib narkotik satdığı üçün saxlanıldığını, buraxılması müqabilində 10.000 manat pul çatdırmağın vacib olduğunu bildirmiş, razılaşma olduqdan sonra həmin gün təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs1 eyni qaydada avtomobilinə mindirib “Araz” marketin qarşısına gətirmişlər, orada Təqsirləndirilən şəxs3 avtomobildən düşüb Zərərçəkmiş şəxs1 anası ilə görüşüb 8.000 manat pul aldıqdan sonra Zərərçəkmiş şəxs1 azad etmişlər, Təqsirləndirilən şəxs3 həmin puldan 5.300 manat pulu ona vermiş, o, həmin puldan 3.000 manat pulu Kamran və sonuncunun yanında olan adını xatırlamadığı narkotik vasitə istifadəçisinə vermiş, yerdə qalan 2.300 manat pulu isə özünə götürmüş, Təqsirləndirilən şəxs3 yerdə qalan 2.000 manat pula görə Zərərçəkmiş şəxs1 anasına zəng etməsindən xəbərinin olmadığını bildirmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 10 iyul 2015-ci il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 4 il 01 ay müddətinə azadlıqdan məhrum edilmiş və 2016-cı ilə PX-nin 16 saylı CÇM-dən azadlığa buraxılmışdır, Təqsirləndirilən şəxs1 ilə həmin CÇM-də tanış olmuş, sonuncu ilə münasibəti olduğu üçün azadlığa buraxıldıqdan arada-bir görüşmüşlər, 24 may 2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 ona zəng vurub yerini soruşmuş və bir işlə əlaqədar onunla görüşmək istəmiş, həmin gün saat təxinən 11 radələrində yaşadığı məhəllədə sonuncu ilə görüşmüş, Asim oraya tək gəlmiş, Asimin “CİTY Rent a Car MMC” məxsus **-RD-*** dövlət qeydiyyatlı avtomobilinə əyləşdikdən sonra Asim ona bir nəfər norkotiik vasitələrin satışı ilə məşğul olduğunu, hətta yeniyetmə oğlanlara da narkotik satıb zəhərlədiyini, çoxlu pul qazandığını demiş və həmin narkotik satanı tutmaqda kömək etməsini təklif etmiş, o, həmin şəxs narkotik alverçisi kimi tanığını və adının Yasin olmasını bilmiş, saat 15:00 radələrində adətən narkotik alveri etdiyi yerdə, gül dükanının yanında Yasini görmüşlər sonuncunu cəzalandırmaq məqsədi ilə avtomobilə oturmasını bildirmişlər, Yasin Asimin “CİTY MMC”-dən kirayə götürdüyü “Kio Rio” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında əyləşmiş, bundan sonra Yasinə niyə bu işlə məşğul olmasını və nə üçün yeniyetmələrə narkotik vasitə satmasını bildirmişlər, avtomobillə müəyyən məsafə getdikdən sonra Yasin təcili narkotik qəbul etməli olduğunu, vəziyyətinin çox pis olmasını və onlardan narkotik qəbul etməsi üçün sakit bir yerə aparmalarını xahiş etmiş, bundan sonra Zərərçəkmiş şəxs1 Binəqədi qəsəbəsi yaxınlığında, xatırlamadığı bir ünvana aparmışlar, orada Yasin narkotik qəbul etdikdən sonra, sonuncunu polisə təhvil verəcəklərini, Yasin isə onu polisə verməmələrini, evində satdığı narkotik vasitələrdən əldə etdiyi 10.000 manat pulu olduğunu, həmin pulu onlara verəcəyini bildirmiş, bundan sonra Yasin anasına zəng etmiş, polisin onu tutduğunu bildirmiş və təcili olaraq pul lazım olduğunu, evdə olan pulu anasından gətirməsini xahiş etmiş, Nizami rayonu, E.Süleymanov küçəsi 2566 ünvanında yerləşən “Araz” supermarketin qarşısına qaytmışlar, o, Yasinin anasından 8000 manat pul götürmüş, bundan sonra Yasin də avtomobilinin arxa oturacaqdan düşərək çıxıb getmiş, onların fikirləriYasini oğurlamaq və ondan hədə qorxu ilə pul tələb etmək olmamış, lakin son anda fikirlərini dəyişmişlər, Yasindən aldıqlərı puldan Asim ona 2500 manat pul vermişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, törətdiyi cinayət əməlinə görə 2019-cu ilin iyun ayında barəsində axtarış elan olunmuş, 21.12.2019-cu il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır; əvvəllər fərdi olaraq alver ilə məşğul olmuş, 10.07.2015-ci il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 4 il 01 ay müddətinə azadlıqdan məhrum edilmiş və 2016-cı ildə 16 saylı CÇM-dən azadlığa buraxılmış, Təqsirləndirilən şəxs1 və X8 ilə həmin cəzaçəkmə müəssisəsində tanış olmuş, 24.05.2019-cu il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 ona zəng vurub onunla görüşmək istədiyii bildirmiş, həmin gün saat təxinən 15:00 radələrində yaşadığı məhəllədə onunla görüşmüş, Asimin idarə etdiyi “CİTY Renta Car MMC"yə məxsus **-RD-*** dövlət qeydiyyallı avtomobilinə əyləşdikdən sonra sonuncu söyləmişdir ki, bir nəfər norkotik vasitələrin satışı ilə məşğul olur, hətta yeniyetmə oğlanlara da narkotik satıb zəhərləyir, çoxlu pul qazanır, Təqsirləndirilən şəxs1 həmin narkotik satanı tutmaqda ona kömək etməyi təklif etmişdir ki, Azərin təklifi ilə Azərə zəng vurmuş, Bakı metropoliteninin “Neftçilər” stansiyası yaxınlığında olan Azər gəlib onlara qoşulmuş, üçü bir yerdə Təqsirləndirilən şəxs1 avtomobilində bir neçə yerə getmişlər, Təqsirləndirilən şəxs1 telefonda tanımadığı bir narkomanla danışmış və həmin narkotik satanın getdiyi istiqamətləri ondan öyrənmişdir; həmin tarixdə saat 15 radələrində onlar bir yerdə Nizami rayonunda yerləşən Məsçidin yanındakı “Araz” marketdən “Neftçilər” dairəsinə gedən yolda dayanarkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik satan ora gəlməlidir, az keçmiş Təqsirləndirilən şəxs1 onlara 40-45 yaşlarında arıq bədən quruluşlu, hündür boylu bir nəfəri göstərmiş və həmin şəxsin narkotik satıcısı olmasını və sonuncunu götürmək lazım olduğunu bildirmişdir, sonradan həmin şəxsin Zərərçəkmiş şəxs1 olmasını bilmiş, əvvəl avtomobildən Təqsirləndirilən şəxs1 düşmüş, arxası ilə o və Azər düşüb Zərərçəkmiş şəxs1 yaxınlaşmışlar, həmin vaxt ətrafda heç kim olmamış, Azər yaxınlaşıb Zərərçəkmiş şəxs1 yalandan söz soruşan vaxt, Təqsirləndirilən şəxs1 onunla birlikdə Zərərçəkmiş şəxs1 tutub zorla avtomobilin arxa oturacağına otuzdurmuşlar, o, Yasinin sağ tərəfındə, Azər isə sol tərəfində əyləşmiş, yol gedərkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sifətinə bir-neçə şillə vurmuş, o daəlinin arxası ilə sonuncunun sifətindən vurmuşdur, yolda Zərərçəkmiş şəxs1 onlara yalvarmışdır ki, onu döyməsinlər, söyüş söyüb and vermişdir ki, bir daha narkotik vasitə satmayacaq, yol boyu Zərərçəkmiş şəxs1 narkotik qəbul etdiyini və satdığını, hazırda ağrılarının olmasını bidirib üzərində olan dörd bükün narkotik vasitə olan “kokosu” onlara göstərmişdir, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 narkotik satışı ilə məşğul olduğu 3 ay ərzində qazandığı pulları onlara verməli olduğunu demiş, Azər isə Zərərçəkmiş şəxs1 onun tanışının evinə aparmaq mümkün olduğunu bildirmişdir, bundan sonra Azər həmin tanışına zəng vurub danışdıqdan sonra yolu göstərəcəyini demişdir, Təqsirləndirilən şəxs1 Azərin göstərdiyi istiqamət üzrə avtomobili sürüb Binəqədi rayonuna getmişlər, həmin tərəfləri yaxşı tanımadığı üçün getdikləri yeri xatırlamır, Azərin tanışı evin qarşısına çıxıb onları qarşıladıqdan sonra Zərərçəkmiş şəxs1 özləridə həmin evə aparmışlar; evə daxil olduqdan sonra onunla söhbət etməyə başlamış, Zərərçəkmiş şəxs1 söhbət zamanı yeniyetmələrə də narkotik vasitə satmasını etiraf etmişdir, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 10.000 manat pul tələb etmiş və bildimdişdir ki, həmin məbləğin müqabilində onu azad edə bilər, Zərərçəkmiş şəxs1 üzərində olan mobil telefonu ilə anası ilə danışmış, ümumiyyətlə Zərərçəkmiş şəxs1la pul barədə bütün söhbətləri Təqsirləndirilən şəxs1 etmişdir, nəhayət Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 anası ilə danışdırıb Yasinin azadlığa buraxılması üçün həmin gün 8.000, növbəti gün 2.000 manat alacağı şərti ilə razılaşmış, bundan sonra Zərərçəkmiş şəxs1 anası ilə danışıb razılaşmışdır ki, taksiyə minib Nizami rayonu, Məsçidin yanında olan “Araz” marketin qarşısına gəlsin, onlar bir yerdə əvvəlki qaydada avtomobilə minmiş və həmin gün saat təxminən 21:30 radələrində “Araz” marketin yanına getmişlər, Yasin avtomobildə anasını göstərmiş, Təqsirləndirilən şəxs1 avtomobili həmin yerdən bir qədər irəlidə saxlayıb ona demişdir ki, həmin qadına yaxınlaşsın və pulu alsın, o da avtomobildən düşüb həmin qadına yaxınlaşapar oğlunun narkotrik satışı ilə məşğul olduğunu demişdir, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 həmin vaxt ona bir söz deməmiş və əlində olan paketi ona uzatmışdır, paketi götürüb yolun o biri tərəfinə keçmiş və bir qədər irəlidə dayanan gəldikləri avtomobilin qarşı oturacağına əyləşmişdir; həmin vaxt Zərərçəkmiş şəxs1 avtomobildən düşüb getmiş, bundan sonra onlar yola dyşmyş, Asım Quliyev onu və Azəri yaşadığı məhləyə aparmış, orada ona aldıqları puldan 2.300 manat vermiş və demişdir ki, qalan pulu müəyyən adamlarla öz arasında böləcəklər, Asim Azərə onun yanında pul verməmişdir; növbəti gün Təqsirləndirilən şəxs1 ona zəng vurub Zərərçəkmiş şəxs1ıın anası Sabirə Bəxiyarovanın nömrəsini ona söyləmiş və tapşırmışdır ki, Sabirə Bəxiyarovaya zəng edib 2.000 manat pulu alsın, o, Sabirə Bəxiyarovaya zəng etməkdən qorxduğu üçün Təqsirləndirilən şəxs1 telefonda demişdir ki, qadınla danışmaq istəmir, o, öz mobil nömrəsindən qadının nömrəsinə zəng vurmaqdan qorxduğu üçün məhəllələrində taksi fəaliyyəti ilə məşğul olan Şahid2 xahiş edib yalandan demişdir ki, bir qadının ona 2.000 manat borcu var, həmin pulu almaq lazımdır, Sahib etiraz edib ona demişdir ki, borc məsələlərinə qarışmaq istəmir, o, Zərərçəkmiş şəxs1 bıçaq dirəməmiş, fiziki cəhətdən zəif olduğu üçün sonuncuya bıçaq dirəməyə ehtiyac olmamışdır, hadisə vaxtı avtomobildə Yasini aparakən həqiqətəndə əlinin arxası ilə Yasinin sifətinə bir neçə zərbə vurmuşdur; Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək, həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 narkotik alveri ilə məşğul olan şəxs kimi tanımış, özü də narkotik vasitə istifadəçisi olduğu üçün dəfələrlə Zərərçəkmiş şəxs1 narkotik vasitələr alıb qəbul etmiş, o cümlədən Təqsirləndirilən şəxs1 də qardaşının vasitəsi ilə qonşuluqda yaşayan şəxs kimi tanımış, lakin Təqsirləndirilən şəxs1 ilə birlikdə heç bir cinayət törətməmiş, o cümlədən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tanışları Fərid və Azər adlı şəxslərin köməyi ilə oğurlanıb anasından 8.000 manat pulunun alınmasından məlumatı olmamışdır, sonrakı vaxtlarda maddi ehtiyacı ilə əlaqədar bir neçə dəfə oğurluq cinayəti törətmişdir; 04 iyul 2019-cu il tarixdə saat 21 radələrində Nizami rayonu, Q.Qarayev prospekti, 52 saylı binanın qarşısından keçərkən binanın 5-ci mərtəbəsindəki mənzillərdən birində işığın yanmadığı və eyvanın açıq olması onun diqqətini cəlb etmiş, həmin binanın damına qalxıb oradan mənzilə daxil olmaq qərarına gəlmiş, binanın damına qalxmaq üçün blokları yoxlamış və 1-ci blokdan dama qalxmaq üçün qapının açıq olduğunu görüb oradan dama qalxmış, həmin mənzilin balkonuna düşüb plastik pəncərənin torunu çıxartmış və oradan mənzilə daxil olmuş, mənzilin yataq otağında olan dolabın gözündə dəmir qutuda dəqiq xatırlamadığı, bir neçə, o cümlədən sırqa, üzük və nazik boyunbağını, təxminən 70 manat pulu oğurlayıb mənzilin bayır qapısından çıxmaq istəmiş, lakin mənzilin bayır qapısını içəridən aça bilməmiş, odur ki, mənzilə daxil olduğu yerdən çıxmış, oğurladığı həmin qızılları Nizami rayonu, “Neftçilər" metrosunun yaxınlığında olan qızıl dükanına verib 700 manat pul almış, 27 avqust 2019-cu il tarixdə saat 17 radələrində ünvan 14 ünvanında yerləşən "Ruslan-93" marketin qarşından keçərkən orada dayanmış ağ rəngli, “Mersedes” markalı avtomobilin sərnişin tərəfdən qapısının şüşəsinin bir qədər aralı olması və oturacağında mobil telefon və pul kisəsinin olması diqqətini cəlb etmiş, həmin qapının şüşəsinin aralı yerindən əlini salıb çətinliklə qapısını açmış, sonra qarşı oturacağın üzərində olan “Samsung-J5” markalı mobil telefonu və telefonun altındakı içərisində 900 manat və 100 ABŞ dolları olan pul kisəsini götürüb oradan uzaqlaşmış, pulu xərcləmiş, “Samsung-J5” markalı mobil telefonu isə “Tapaz” saytında tanımadığı bir nəfərə 100 manata satmış, 29 avqust 2019-cu il il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 11 saylı evin qarşısından keçərkən binanın 2-ci mərtəbəsində olan mənzillərdən birinin eyvanının açıq olması, həmin mənzilin kənardan bahalı görünüşü diqqətini cəlb etmiş, o oğurluq məqsədilə həmin mənzilə daxil olmaq qərarına gəlmiş, həmin mənzilin aşağı mərtəbəsində olan mənzildən səs gəldiyindən və yuxarı mənzillərin işıqları yanmadığı üçün binanın damına qalxıb oradan eyvanlara söykənərək həmin mənzilin eyvanına düşmüş, eyvandan mənzilə asanlıqla qapıdan daxil olmuş, mənzildə olan DVD, Ailə TV, qulaqcıq, qadın ətiri, oyun aparatı olan X-boks, “LG” və“Vestel” markalı televizorları, yürüş üçün təkərli “Seqvey” aparatını, dolabın gözündən 1 ədəd qara rəngli kişi üçün yarımpaltonu götürmüş, mənzildəki çarpayılardan 3 ədəd üzlük çıxartmış, onlardan ikisini torba kimi düzəldib götürdüyü əşyaları onların içərisinə yığmış, 3-cü üzlükdən kəndir kimi istifadə edib mənzilin eyvanından həmin torbaları aşağı düşürmüş, beləliklə oğurladığı bu və başqa xatırlamadığı məişət əşyalarını aşağı düşürdükdən sonra özü də 2-ci mərtəbədən aşağı tullanmış, aşağı tullanarkən ayağını əzmiş, torbaları 1-ci mərtəbədəki eyvanın altında saxlayıb özü yoldan taksi saxlatmış, torbaları həmin taksinin arxa yük yerinə yükləyib yaşadığı Nizami rayonu, T.Abbasov küçəsi, 17 saylı binanın girişinin qarşısına gətirmiş, həmin əşyalardan kişi üçün olan yarımpaltonu özü ilə götütürüb qalan əşyaları girişdə bir yerdə gizlətmiş, evinə qalxdıqdan sonra bir qədər narkotik qəbul edib mənzildə özünə gəldikdən sonra yenidən aşağı düşmüş, sonradan taksi ilə həmin əşyaları atasının Nardaran kəndindəki bağ evinə aparmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək, həmin Məcələnin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, 11 ildir nakotik vasitə qəbul edir; son bir ildir ki, narkotik vasitəni təsadüfən tanış olduğu Zərərçəkmiş şəxs1 almış; əvvəllər ünvan 15 ünvanında yaşadığı üçün orada onun qardaşı ilə dostluq etmiş Təqsirləndirilən şəxs1 yaxşı tanımış, Təqsirləndirilən şəxs1 onun narkotik vasitə qəbul etməsindən məlumatı olmuş, hətta bir neçə dəfə Təqsirləndirilən şəxs1 avtomobili ilə gedib öz istifadəsi üçün Zərərçəkmiş şəxs1 bir neçə dəfə norkotik vasitə almış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 onun kimi çoxlarına narkotik vasitə satdığını və çoxlu pul qazandığını danışmış, bir gün Təqsirləndirilən şəxs1 ona narkotik vasitə almaq bəhanəsi ilə Zərərçəkmiş şəxs1la görüş təyin etməsini, özü görüşə getməməsini təklif etmiş, sonuncunu tutub başına oyun açacağını, narkotik satışından əldə etdiyi pulları əlindən alacağını, narkotikdən müalicə olunması üçün aldığı puldan ona verəcəyini demiş, o, Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşmış, bundan sonra Zərərçəkmiş şəxs1 mobil telefonuna zəng vurub istifadəsi üçün narkotik vasitə istəmiş, 24 may 2019-cu il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs1la Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşüb 20 manat verib hər birindən bir büküm olmaqla “şüşə” ilə “kakos” deyilən narkotik vasitələri almış, bu barədə Təqsirləndirilən şəxs1 dedikdə sonuncu ona Zərərçəkmiş şəxs1 yenidən narkotik vasitə sifariş etməsini, görüş yerini Nizami rayonu, R.Rüstəmov küçəsi 289-301 ünvanında yerləşən gül satılan dükanın qarşısına təyin etməsini, özü görüş yerinə getməməsini tapşırmış, o, həmin gün yenidən Zərərçəkmiş şəxs1 narkotik vasitə sifariş edib, görüşü Təqsirləndirilən şəxs1 tapşırığı ilə saat 15 radələrində deyilən yerə təyin etmiş, bir müddət sonra Zərərçəkmiş şəxs1 ona 2-3 dəfə zəng etmiş, lakin o bilərəkdən onun telefon zənglərinə cavab verməmiş, həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1 ona zəng edib Nərimanov rayonunda yerləşən “McDonalds” kafesinin yaxınlığında, “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında, görüşmş, orada Asim ona 1.000 manat pul verib həmin pulu Yasindən aldığını söyləmiş, hadisədən bir həftə keçdikdən sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının saxladığını və həbs etdiyini eşitmiş, lakin özünü polis tərəfindən axtarıldığını bilməmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, uzun illərdir narkotik vasitə istifadə edir. Narkotik vasitəni almaq üçün maddi imkanı olmadığı üçün adətən özü kimi xəstə olan 3-4 nəfərdən pul alıb həmin pulun müqabilində narkotik vasitə əldə etdikdən sonra özü pul əlavə etmədən həmin narkotik vasitədən bir pay öz istifadəsi üçün götürüb qalan narkotik vasitəni həmin şəxslərə paylayırmış. Bu məqsədlə narkotik vasitə qəbul edən Emin adlı tanışı ilə qabaqcadan razılaşdıqdan sonra narkotik vasitəni sonuncuya vermək üçün 24.05.2019-cu il tarixdə saat 15 radələrində ünvan 16 ünvanında yerləşən gül satılan dükanın yanına gəlmişdir. Həmin vaxt tanımadığı üç nəfər ona yaxınlaşmış, onlardan biri, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs1, arxadan onu tutmuş, digərləri isə ona zor tətbiq edib yaxınlıqda dayanan ağ rəngli “Kia” markalı avtomobilə mindirmişlər; avtomobili Təqsirləndirilən şəxs1 idarə etmişdir, həmin şəxslərdən nisbətən alçaq boylu və kök bədən quruluşlu olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs3, avtomobildə cibindən bıçaq çıxarıb ona səsküy salmamağı, əks halda deşik-deşik edəcəyini, narkotik vasitə satdığı üçün polisə təhvil verəcəklərini bildirmişdir. Yol boyu avtomobildə onu təhqir edib, əlləri ilə başından vurduqları üçün dəqiq hansı yolla getmələrini xatırlamamışdır. Yolda onun üzərində olan 4 büküm narkotik vasitəni götürüb gedəcəkləri yerdə onları gözləyən başqa narkomana verəcəklərini bildirmişlər. Binəqədi rayonu, R.Rəsulzadə qəsəbəsinə az qalmış, xatırlamadığı bir məhəlləyə girib avtomobili dayandırmışlar. Onu avtomobildən düşürdükdən sonra bir fərdi yaşayış evinə aparmışlar. Evin qarşısında onları əvvəllər tanımadığı arıq bədən quruluşlu, qolunda döymə olan, zahiri görkəmindən norkotik vasitə qəbul edən şəxsə oxşayan başqa bir şəxs qarşılamışdır. Evə daxil olan kimi Təqsirləndirilən şəxs1 onu təhqir etmiş, başına oyun gətirəcəyini deyib əli ilə başına və sifətinə vurmuş, sonra isə mənzildə divanın üzərində olan xəncərin dəstəyi ilə onun başına vurmuşdur. Təqsirləndirilən şəxs3 isə təpiklə onu vuraraq səs-küy salmamağı tələb etmişdir. O vəziyyəti belə görüb həmin şəxslərdən onu azad etmələri müqabilində nə istədiklərini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 10.000 manat pulun müqabilində azad edəcəklərini, əks halda uzun müddət saxlayacaqlarını, döyəcəklərini, narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə polis orqanlarına məlumat verəcəklərini demişlər. O, məcbur olub anası Bəxtiyarova Səbirəİsrail qızına zəng etmiş, tanımadığı şəxslər tərəfindən saxlanıldığını, azadlığa buraxılması müqabilində pul istədiklərini bildirmişdir. Zərərçəkmiş şəxs2 5.000 manat düzəldə biləcəyini desə də həmin şəxslər razılaşmamış və sonunda 10.000 manat pulun müqabilində buraxacaqlarını demişlər. Nəhayət razılaşmışlar ki, pulun bir hissəsi olan 8.000 AZN pulu həmin gün, qalanı isə səhəri gün çatdırılsın. Sonra ondan ağrılarının olması barədə soruşduqda etiraf etmiş, ona üzərindən götürdükləri narkotik vasitədən bir büküm verib qəbul etməyi təklif etmişlər. Eyni zamanda baş verənləri telefonla çəkiliş edib razılaşdıqları məbləği çatdırmayacağı halda yenidən onu saxlayacaqlarını, əllərində olan həmin video götüntüdən istifadə edəcəklərini bildirmişlər. Bundan sonra onu əvvəlki qaydada avtomobilə mindirib, qabaqcadan razılaşdıqları kimi Nizami rayonu, E.Süleymanov küçəsində yerləşən “Araz” marketin qarşısına gətirmişlər. Marketin qarşısında avtomobili dayandırdıqdan sonra Təqsirləndirilən şəxs3 onun anası Zərərçəkmiş şəxs2 8.000 manat aldıqdan sonra onu azad etmişlər. Növbəti gün həmin şəxslər taksafondan anası Sabirə Bəxtiyarovun mobil telefonuna zəng edib qalan 2.000 manat pulu tələb edərkən anası hadisə barədə polisə məlumat vermişdir. Eyni zamanda göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə barışmış, onlara qraşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun doğma oğludur və təxminən 15 ildir narkotik vasitələrdən istifadə edir; 24 may 2019-cu il tarixdə saat 18:40 radələrində Zərərçəkmiş şəxs1 istifadəsində olan (077) ***-**-** mobil nömrədən onun (050) ***-**-** nömrəsinə zəng vurub, tanımadığı şəxslər tərəfindən saxlandığını, narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün polisə məlumat verəcəklərini, azadlığa buraxılmağı üçün 10.000 manat istədiklərini bildirmiş, o, deyilən qədər pulunun olmadığını, tanışlarından borc alıb cəmi 5.000 manat pul tapıb verə biləcəyini demiş, lakin Zərərçəkmiş şəxs1 sonuncunu saxlayanların deyilən məbləğ ilə razı olmadıqlarını, 10.000 manat istədiklərini, əks halda uzun müddət saxlayacaqlarını, döyəcəklərini, narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə polis orqanlarına məlumat verəcəklərini demiş, nəhayət ilkin olaraq 8.000 manat, növbəti gün daha 2.000 manat verəcəyi şərti ilə aralarında razılaşma olmuş, razılaşmadan sonra Zərərçəkmiş şəxs1 telefonda ona 8.000 manat pulu götürüb bir taksi ilə Nizami rayonu, E.Süleymanov küçəsi 2566 ünvanında yerləşən “Araz” supermarketin qarşısına gəlməsini demiş, həmin saat 21:30 radələrində üzərindəki 8.000 manat pul ilə qeyd edilən yerə gəlmiş, oğlu zəng edib avtomobildən onu gördüyünü, pulu ona yaxınlaşacaq şəxsə verməsini demiş, az keçmiş əvvəllər tanımadığı, orta boylu, kök bədən quruluşlu bir oğlan ona yaxınlaşıb 8.000 manat pulu ondan götürüb getmiş, həmin şəxs ondan uzaqlaşdıqdan bir qədər sonra oğlu Zərərçəkmiş şəxs1 gəlmiş, Yasin həmin şəxslərin pul verməyəcəyi halda onu (Yasini) uzun müddət saxlayacaqlarını, döyəcəklərini, narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə polis orqanlarına məlumat verəcəklərini bildirdiyini demiş, növbəti gün, yəni 25 may 2019-cu il tarixdə gündüz saatlarında həmin şəxslər ona danışıq avtomotından-taksofondan zəng vurub qalan 2.000 manat pulu tələb etmiş, həmin gün axşam saatlarınadək pulu düzəldib verməyəcəyi halda oğlunu yenidən saxlayacaqları ilə hədələmişlər, həmin gün axşam saatlarında növbəti dəfə zəng edərkən o, əlacsız qalıb hadisə barədə polisə məlumat vermişdir Eyni zamanda göstərmişdir ki, ona vurulmuş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə barışmış, onlara qraşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində 52 saylı binanın 5-ci mərtəbəsində 14 saylı mənzildə ailəsi ilə yaşayır; 4 iyun 2019-cu il tarixdə axşam saatlarında ailəsi ilə bir yerdə binanın həyətində olmuş, həmin gün saat 21:30 radələrində mənzilə qalxdıqda naməlum şəxs (şəxslərin) mənzilin eyvanından daxil olaraq yataq otağındakı dolabdan ona məxsus qızıl-zinət əşyalarını və 2.800 manat nağd pulun oğurlandığını aşkar etmiş, oğurluq nəticəsində ona 11.700 manat miqdarında maddi ziyan dəydiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, 27 avqust 2019-cu il tarixdə saat 17 radələrində idarə etdiyi “Mercedesbens” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 17 ünvanında yerləşən “Ruslan-93” adlanan marketin qarşısında dayandırıb marketə getmiş, qayıdanda avtomobilinin salonundan ona məxsus “Samsunq Galaxy J5” markalı mobil telefonun və 1.170 manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 1.730 manat miqdarında ziyan dəymişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadə verərək göstərmişdir ki, ünvan 18 ünvanında ailəsi ilə yaşayır; 28 avqust 2019-cu il tarixdə ailəsi ilə bir yerdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki bağ evinə getmiş, 29 avqust 2019-cu il tarixdə səhər saatlarında mənzilə qalxdıqda naməlum şəxsin mənzilin eyvanından daxil olub müxtəlif məişət, qızıl-zinət əşyalarını və nağd pul vəsaitinin oğurlandığını aşkar etmiş, oğurluq nəticəsində ona 22.810 manat miqdarında ziyan dəydiyini bildirmişdir. Məhkəmə zamanı şahid qismində dindirlmiş Şahid1 ifadə verərək göstərmişdir ki, fərdi olaraq rəqqasəliklə məşğul olub dolanır; Təqsirləndirilən şəxs1 3 ildir ki, tanıyır; Asim tutulmamışdan bir ay əvvəl sonuncu ilə Nizami rayonu, “Xalqlar dostluğu” metrosu yaxınlığında kirayə ev tutub bir yerdə yaşamışlar; işi ilə əlaqədar təxminən 2 aydır “CİTY MMC” rentakar şirkətindən “Kia-Rio” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, icarə müqaviləsinə əsasən həmin avtomobili həm Asim, həm də o idarə etmiş, 28 may 2019-cu il tarixdə onun mobil nömrəsinə Bakı şəhəri, Nizami RPİ-dən zəng edilib, idarənin CAŞ-a dəvət etmiş, idarədə ona Təqsirləndirilən şəxs1 həmin avtomobil ilə cinayət əməli törətdiyi məlum olmuş, baş vermiş cinayət hadisəsi barədə məlumatı olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi tədqiq olunaraq elan edilmiş Şahid2 göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, OPD deyilən yaşayış massivində ailəsi ilə bir yerdə kirayədə yaşayır və istifadəsində olan “Lada-Priora” markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. Adətən yaşadığı massivdə“Üç Qardaş” adlanan kafenin yanında dayanıb müştəri gözləyir. Təqsirləndirilən şəxs3 bir qonşu kimi tanımış, sonuncunun əvvəllər məhkumluq həyatı yaşamasını bildiyi üçün yaxın münasibəti olmamamışdır; 2019-cu ilin may ayının axırlarında Təqsirləndirilən şəxs3 ondan xahiş etmişdir ki, Azər adlı tanışını Xırdalan şəhərinə aparsın. O, həmin şəxsi deyilən yerə aparmış, lakin qayıtdıqdan sonra Təqsirləndirilən şəxs3 onun yol pulunu verməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 ona söhbət etmişdir ki, bir qadının ona borcu var, özü həmin qadınla danışmaq istəmir. Ondan xahiş etmişdir ki, həmin qadına zəng edib onun adından verəcəyi pulu alsın. O, Təqsirləndirilən şəxs3 borc məsələlərinə onu qatmamağı xahiş edərək, sonuncunun xahişini icra etməmişdir. Təqsirləndirilən şəxs3 tanışları ilə adam oğurlayıb pul almaları barədə məlumatı olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi tədqiq olunaraq elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev - 55 ünvanında yerləşən “City telekom” dükanında arenda müqaviləsi əsasında qızıl və gümüşdən olan qızıl-zinət əşyalarının alışı ilə məşğul olur. Hər gün ayrı-ayrı şəxslərdən qəbul etdiyi qızıl-zinət əşyalarının qeydiyyatını jurnalda özü aparır və qəbul etdiyi qızıl-zinət əşyalarını həmin gün tanıdığı zərgərlərə təklif edib satır. Təxminən 1 ay əvvəl Nizami RPİ-nin 25-ci Polis şöbəsinin əməşdaşları bir nəfər ilə işlədiyi dükana gəlib həmin şəxsdən qəbul etdiyi qızıl-zinət əşyaları ilə maraqlanmışlar. O həmin şəxsi gördükdə tanımışdır. Belə ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 11.07.2019-cu il tarixdə onun işlədiyi dükanına gəlib 3,82 və 6,95 qram çəkilərdə 2 ədəd qızıl-zinət əşyalarını ona təklif etmişdir. O həmin əşyarları Təqsirləndirilən şəxs2 450 manata alacağını bildirdikdən sonra sonuncu şəxsiyyət vəsiqəsinin surətində təqdim etdiyi qızılların ona məxsus olması barədə imza edib həmin məbləği götürüb getmişdir. Təqsirləndirilən şəxs2 sonradan 15.07.2019-cu il tarixdə 1,35 qram çəkidə əzilmiş vəziyyətdə 1 ədəd qızıl sırqanın bir tayını verib 50 manat, 21.07.2019-cu il tarixdə 9,05 qram çəkidə qızıl-zinət əşyası verib 365 manat və 22.07.2019-cu il tarixdə 4 qram çəkidə qızıl-zinət əşyası verib 230 manat pul almışdır. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin, zərrçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında 28.05.2019-cu il tarixli protkoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə 28.05.2019-cu il tarixdə hadisə yerinə baxış keçirilərkən 24.05.2019-cu il tarixdə saat 14 radələrində ünvan 4 ünvanında yerləşən gül satılan dükanın qarşısında baş verdiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 üzərində olan narkotik vasitəni tanışı Emin adlı şəxsə çatdırmaq üçün həmin ünvana görüşə gəlib gözləyərkən əvvəllər tanımadığı üç nəfər ona yaxınlaşıb zor tətbiq edərək avtomobilə mindirdikdən sonra, onun narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olmasını səbəb gətirib polis orqanlarına təhvil verəcəklərini, avtomobildə və sonradan saxlanıldığı, ünvanını bilmədiyi mənzildə saxlanılarkənonu yumruq və təpiklə döydüklərini, azadlığa buraxılması müqabilində anası Zərərçəkmiş şəxs2 8.000 manat aldıqlarını bildimişdir. Baxış zamanı fotoşəkillər çəkilb tərtib edilmiş protokola əlavə edilmişdir. İşdə olan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında 29 may 2019-cu il protokoldan görünür ki, 25 may 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 hadisə yeri olan ünvan 4 ünvanında yerləşən gül satılan dükanın qarşısını göstərərək ifadəsini bir daha təsdiq etməklə, 24 may 2019-cu il tarixdə saat 14 radələrində orada tanışı Təqsirləndirilən şəxs3 və adını bilmədiyi Fəridin tanışı ilə bir yerdə narkotik satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 idarə etdiyi **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə mindirib apardıqlarını bildirirək cinayəti hansı qaydada törətdiklərini əyani olaraq təsvir edib göstərmişdir. Baxış zamanı fotoşəkillər çəkilb tərtib edilmiş protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 66-67). İşdə olan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında 25 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nizami rayonu, İcra Hakimiyyətinin inzibati binasının qarşısını, həmçinin ünvan 20 ünvanında yerləşən "Ruslan-93" adlanan marketin qarşısını və Nizami rayonu, K.Balakişiyev küçəsi ev 11, mənzil 16 ünvanları göstərərək hadisələrin həmin ünvanlarda baş verdiyini bildirmiş və göstərmişdir ki, 29 may 2019-cu il tarixdə saat 13 radələrində Nizami rayonu, İcra Hakimiyyətinin inzibati binası qarşısında narkotik satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 öz istifadəsi üçün narkotik vasitə almış və sonra ona narkotik vasitə sifariş edib görüş yerini ünvan 4 ünvanında yerləşən gül satılan dükanın qarşısını təyin etmişdir; bundan sonra o, Nizami rayonu, Q.Qarayev prospekti 52 saylı binanın qarşısına gəlib 4 iyul 2019-cu il il tarixdə saat 21:30 radələrində həmin binanın 5-ci mərtəbəsində yeləşən 14-cü mənzilinə oğurluq məqsədilə binanın banından düşdüyünü bildirmişdir; sonra təqsirləndirilən şəxs Əliyev X12 rayonu, Ə.Vəliyev küçəsi 7 ünvanında yerləşən ”Ruslan-93” adlanan marketin qarşısına gəlib 27 avqust 2019-cu il tarixdə saat 17 radələrində orada dayanmış “Mercedes-benz” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı sərnişin tərəfindən qapısının şüşəsinin açıq qalmış aralığından əlini salaraq salonunda olan nağd pul və mobil telefonunu oğurladığını bildirmişdir; daha sonra o, Nizami rayonu, K.Balakişiyev küçəsi 11saylı evin qarşısına gəlib 29 avqust 2019-cu il il tarixdə saat 7 radələrində həmin binanın 2-ci mərtəbəsində olan 16-cı mənzilinə oğurluq məqsədilə girib mənzildən məişət əşyalarını oğurladığını bildirmişdir; baxış zamanı fotoşəkillər çəkilb tərtib edilmiş protokola əlavə edilmişdir (2-ci cild iş vərəqi 124-128). İşdə olan Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması haqqında 23 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 289-301 ünvanında yerləşən gül satılan dükanın yanına gəlib bildirmişdir ki, 24 may 2019-cu ildə saat 15 radələrində tanışları Asim və Azər ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “KİA” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobildə gəlib narkotik vasitələrin satışı ilə məşğul olan Zərərçəkmiş şəxs1 orada gözləmiş, az sonra Zərərçəkmiş şəxs1 gəldikdə sonuncuya yaxınlaşıb zor tətbiq etməklə həmin avtomobilə mindirib aparmalarını bildirərək cinayəti hansı qaydada törətdiklərini əyani olaraq təsvir etmişlər; baxış zamanı fotoşəkillər çəkilb tərtib edilmiş protokola əlavə edilmişdir (4-cü cild iş vərəqi 200). İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin baş eksperti X3 iştirakı ilə keçirilən baxış və götürmə barədə 10 iyun 2019-cu il tarixli protokoldan görünür ki, “KİA-RİO” markalı **- RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən təyin edilmiş məhkəmə-lifli ekspertizanın keçirilməsi ilə əlaqədar ekspert tərəfindən avtomobilin arxa oturacaq və söykənəcək üzlüyünün üzərində kənar lif mikrohissəcikləri götürülmüşdür; baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (1-ci cild iş vərəqi 94-95). İşdə olan 11 iyun 2019-cu il tarixli təqdim edilmiş əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş 1 ədəd köynək və 1 ədəd cins şalvar gələcəkdə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (1-ci cild iş vərəqi 103). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 31 may 2019-cu il tarixli 493 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (1-ci cild iş vərəqi 211-213). İşdə olan Zərərçəkmiş şəxs2 iştirakı ilə 21 iyun 2019-cu il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 24 may 2019-cu il tarixdə saat 21:31 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, “Araz” marketin qarşısında dayanmış Zərərçəkmiş şəxs2 bir nəfər yaxınlaşıb söhbət etdikdən sonra oradan bir qədər kənarda dayanmış ağ rəngli avtomobilə minib gedir; baxış zamanı Zərərçəkmiş şəxs2 görüntüdə olan qadının özünün olduğunu və ona yaxınlaşan tanımadığı şəxsə oğlu Zərərçəkmiş şəxs1 girovdan buraxılması müqabilində 8.000 manat pul verdiyini bildirmişdir (1-ci cild iş vərəqi 133). İşdə olan Zərərçəkmiş şəxs1 iştirakı ilə tərtib edilmiş 21 iyun 2019-cu il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Kia-Rio” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil 24 may 2019-cu il tarixdə saat 12:32-də Nizami rayonu, Q.Qarayev 31A, saat 17:51-də Q.Qarayev prospekti ilə Ə.Vəliyev küçələrinin kəsişməsində, saat 20:10-da isə Binəqədi-Novxanı yolu 2-ci mədən küçəsində quraşdırılmış NTS-lərdə qeydiyyata düşmüşdür; baxış zamanı Zərərçəkmiş şəxs1 həmin vaxtlarda avtomobildə olmasını və onun Binəqədi qəsəbəsində, ünvanını tanımadığı mənzilə aparılıb orada saxlanıldığını bildirmişdir (1-ci cild iş vərəqi 130). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 19 iyun 2019-cu il tarixli 1424 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 214-215). İşdə olan məhkəmə-narkoloji ekspertizası üzrə 27 iyun 2019-cu il tarixli 1476 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır; hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir; narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 216-218). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 19 sentyabr 2019-cu il tarixli 2263 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 165-166). İşdə olan məhkəmə-psixiatrik ekspertizası üzrə 14 iyun 2019-cu il tarixli 1033 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur; cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb; həmin dövrdə o, öz hərərkətlərınin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır; onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür (1-ci cild iş vərəqi 218-219). İşdə olan məhkəmə-psixiatrik ekspertizası üzrə 18 oktyabr 2019-cu il tarixli 2098 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur; onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir; cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb; həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; buna görə dəTəqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır; onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür (1-ci cild iş vərəqi 163-164). İşdə olan məhkəmə-psixiatrik ekspertizası üzrə 25 fevral 2020-ci il tarixli 368 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur; onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir; cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs3 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb; həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; buna görə də Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır; onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür (4-cü cild iş vərəqi 241-243). İşdə olan Nizami rayon məhkəməsinin 12 iyun 2019-cu il tarixli 5(007)-105/1912 saylı qərarından görünür ki, "xxxx" MMC-dən götürülmüş Zərərçəkmiş şəxs1 məxsus (077) ***- **-** nömrəli mobil telefona aid məlumatların olduğu 1 ədəd CD diskə 3 iyul 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 24 may 2019-cu il tarixdə saat 13:44-də (055) ***-**-** və həmin gün saat 15:42-də (055) ***-**-** mobil nömrələrdən (077) ***-**-** mobil nömrəyə zənglər daxil olmuşdur; Zərərçəkmiş şəxs1 həmin nömrələrin narkotik vasitə satdığı və hadisə zamanı onu görüşə çağırmış Emin adlı şəxsə məxsus olduğunu bildirmişdir (1-ci cild iş vərəqi 136-137). İş üzrə Nizami rayon məhkəməsinin 12.06.2019-cu il tarixli 5(007)-104/1912 saylı qərarına əsasən “Azercell MMC”dən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus (050)753- 80-23 nömrəli mobil telefona aid məlumatların olduğu 1 ədəd CD-yə baxış keçirilərkən 24.05.2019-cu il tarixdə saat 22:05-də Təqsirləndirilən şəxs3 məxsus (055) ***-**-** nömrədən Təqsirləndirilən şəxs1 məxsus (050) ***-**-** nömrəyə zəng daxil olması müəyyən olunmuşdur (1-ci cild iş vərəqi 139) İşdə olan Nizami rayon məhkəməsinin 19 iyul 2020-ci il tarixli 5(007)-125 1912 saylı qərarından görünür ki, "xxxx" MMC-dən götürülmüş həmin cinayətdə iştirakına görə axtarışda olan Təqsirləndirilən şəxs3 istifadəsində olmuş (055) ***-**-** mobil nömrəsinə aid məlumatlar olan 1 ədəd CD diskə Şahid2 iştirakı ilə baxış keçirilərkən 24 may 2019-cu il tarixdə saat 14:33-də (055) ***-**-** nömrədən “qardaşımsan tez çatdır özüvü, vaxtımız azdır” və həmin gün 15:59-də (050) ***-**-** nömrədən “tez gəlində evdəyəm” mesajlarının (055) ***-**-** nömrəyə gəlməsi, 25 may 2018-ci il tarixdə 13:32-də (055) ***-**-** nömrədən (055) ***-**-** nömrəyə “***-***-**-**. mamasıdı zeng vur” mesajları müəyyən olunmuşdur (1-ci cild iş vərəqi 238). İşdə olan 4 iyul 2019-cu il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Yusif Yusifzadə tərəfindən tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs3 məxsus ünvan 22 ünvanda olmuşdur; 4 iyul 2019-cu il tarixdə saat 21:30 radələrində mənzildə kimsə olmamışdır; həmin vaxt nəməlum şəxs (şəxslər) mənzilə binanın damından mənzilin eyvanına düşüb oradan mənzilə daxil olaraq ümumi dəyəri 11.700 AZN olan müxtəlif qızıl-zinət əşyalarını və nağd pul vəsaitini oğurlamışlar; baxış zamanı fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild iş vərəqi 264-268). İşdə olan 27 avqust 2019-cu il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə 27 avqust 2019-cu il tarixdə saat 17 radələrində ünvan 17 ünvanında yerləşən "Ruslan-93" adlanan marketin qarşısında baş vermişdir. Naməlum şəxs Zərərçəkmiş şəxs4 məxsus “Mercedes-bens” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açıb salonunda olan “Samsunq Galaxy J5” markalı mobil telefonu, avtomobilin saxlanc yerindən içərisində 1.000 AZN və həmin dövrün rəsmi məzənnəsi ilə 170 AZN-ə bərabər 100 ABŞ dolları pul vəsaiti olan 10 manat dəyərində pul kisəsini oğurlamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (2-ci cild iş vərəqi 12-15) İşdə olan 29 avqust 2020-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı tərəfindən tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi barədə tərtib ediliş protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs5 məxsus ünvan 23 ünvanı olmuşdur; 29 sentyabr 2019-cu il il tarixdə saat 9 radələrində mənzilin sahibi Zərərçəkmiş şəxs5 mənzilə daxil olarkən nəməlum şəxsin (şəxslərin) mənzilə eyvandan daxil olub ümumi dəyəri 22.810 AZN olan müxtəlif qızıl-zinət əşyalarını, nağd pul vəsaitini və məişət əşyalarını oğurlamasını müəyyən etmişdir; baxış zamanı Nizami RPİ-nin KTQ-nun baş isnspektoru tərəfindən hadisə yerində əl-barmaq izləri aşkar edilərək yapışqan lentlə götürülmüşdür; baxış zamanı fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (2-ci cild iş vərəqi 30-32). İşdə olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 26 sentyabr 2019-cu il tarixli 011-8571-1219 saylı məktubundan görünür ki, 29 avqust 2019cu il tarixdə vətəndaş Zərərçəkmiş şəxs5 məxsus ünvan 24 ünvanında baş vermiş oğurluq faktı ilə əlaqədar baxış zamanı hadisə yerindən götürülmüş əl-barmaq izlərindən 3 ədədi xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin böyük və sağ əlinin orta və adsız barmaqlıqlarının əksləri ilə eynilik təşkil etmişdir (2-ci cild iş vərəqi 1-2). İşdə olan 3 sentyabr 2019-cu il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən baxış və götürmə barədə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Nizami rayonu, K.Balakişiyev küçəsi ev 11, mənzil 16 ünvanından oğurladığı 1 ədəd “Anatomik AİR sistem” markalı məktəbli çantası, 1 ədəd “Ailə TV” naqilsiz idarəetmə aparatı, 1 ədəd “Vestel” TV naqilsiz idarəetmə aparatı, 1 ədəd “LG” DVD naqilsiz idarəetmə aparatı, 1 ədəd ”S460” markalı naqilsiz qulaqcıq, 2 ədəd “Ailə TV” qəbuledici aparatı, 1 ədəd “TP-link” internet ötürücüsü, 9 ədəd müxtəlif növ elektrotexnika aparatlarına aid kabellər, 1 ədəd “ATABA” markalı adapter, 1 ədəd “AC-DC” markalı adapter, 1 ədəd “GO-492-V” markalı universal adapter, 1 ədəd “SOVER” markalı adapter, 1 ədəd “XBOX” markalı naqilsiz idaetmə aparatı, 1 ədəd “XBOX” markalı oyun aparatı, 1 ədəd “XBOX” markalı oyun aparatına aid kameralı qurğu və 1 ədəd “US.POLO ASSN” markalı kişi paltosu sonuncunun atasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsindəki bağ evində aşkar edilmişdir; qeyd edilən əşyalar işüzrə maddi sübut əhəmiyyəti daşıdığı üçün götürülmüşdür (2-ci cild iş vərəqi 38-39). İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 15 oktyabr 2019-cu il tarixli 24991 saylı rəyindən görünür ki, 1 ədəd “Anatomik AİR sistem” markalı məktəbli çantası 15 AZN, 1 ədəd “Ailə TV” naqilsiz idarəetmə aparatı 2 AZN, 1 ədəd “Vestel” TV naqilsiz idarəetmə aparatı 3 AZN, 1 ədəd ”LG” DVD naqilsiz idarəetmə aparatı 2 AZN, 1 ədəd “S 460” markalı naqilsiz qulaqcıq 5 AZN, 2 ədəd “Ailə TV” qəbuledici aparatı 30 AZN, 1 ədəd “TP-link” VR842 N” internet ötürücüsü 15 AZN, 1 ədəd “ATAVA” markalı DC adapter 5 AZN, 1 ədəd “AC-DC” markalı adapter 2 AZN, 1 ədəd “GO-492-V” markalı unuversal adapter 3 AZN, 1 ədəd “SOVER” Z5X2 markalı adapter 3 AZN, 1 ədəd “XBOX” makalı naqilsiz idarəetmə aparatı 60 AZN, 1 ədəd “XBOX” markalı oyun aparatı 400 AZN, 1 ədəd “XBOX” markalı oyun aparatına aid kameralı qurğu 80 AZN, 1 ədəd “US.POLO ASSN” markalı kişi paltosu 25 AZN, 2 ədəd elektrik kabeli 2 AZN, 2 ədəd VGA imput kabeli 1 AZN, 2 ədəd HDMİ kabeli 1 AZN, 2 ədəd antenna kabeli 1 AZN, LG DV586 markalı DVD aparatı 20 AZN dəyərində olması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 168-170). İşdə olan materialların məhkəmə ekspertizası üzrə 28.06.2019-cu il tarixli 15445 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC-yə məxsus "KİA- RİO" markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq və söykənəyəcək hissəsi üzlüyünün üzərində kənar lif mikrohissəcikləri vardır; Həmin lif mikrohissəcikərinin arasında, "KİA-RİO" markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq və söykənəcək hissəsi üzlüyünün üzərindən tapılmış göy rəngli pambıq lifləri cinsi əlamətlərə görə Yasın Bəxtiyarovun şalvarının tərkib liflərinə uyğun gəlirlər (2-ci cild iş vərəqi 220-224). İşdə olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, “Araz” marketin qarşısında quraşdırılmış TŞ-4-83 kamerasının 24 may 2019-cu il tarixdə saat 21:28-dən 21:32-dək olan müddətə video görüntüləri yazılmış 1 ədəd CD, Təhlükəsiz Şəhər Xidmətinin video qeydiyyat sistemi vasitəsi ilə qeydiyyata alınmış AZ **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 23 may 2019-cu il tarixdən 26 may 2019-cu il tarixədək olan müddətə hərəkəti barədə məlumatlar yazılmış 1 ədəd CD 21 iyun 2019-cu il tarixli qərarla, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 1 ədəd köynək və 1 ədəd cins şalvar 3 iyul 2019-cu il tarixli qərarla, “Azerfon MMC”-dən götürülmüş 1 ədəd CD 3 iyul 2019-cu il tarixli qərarla, "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD 9 iyul 2019-cu il tarixli qərarla “Bakcell MMC”-dən götürülmüş 1 ədəd CD 7 noyabr 2019-cu il tarixli qərarla, “Bakcell MMC”-dən götürülmüş 1 ədəd CD 18 sentyabr 2019-cu il tarixli qərarla Təqsirləndirilən şəxs2 atasına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsindəki bağ evində aşkar edilərək götürülmüş 1 ədəd “Anatomik AİR sistem” markalı məktəbli çantası, 1 ədəd “Ailə TV” naqilsiz idarəetmə aparatı, 1 ədəd “Vestel” TV naqilsiz idarəetmə aparatı, 1 ədəd “LG” DVD naqilsiz idarəetmə aparatı, 1 ədəd ”S460” markalı naqilsiz qulaqcıq, 2 ədəd “Ailə TV” qəbuledici aparatı, 1 ədəd “TP-link” internet ötürücüsü, 9 ədəd müxtəlif növ elektrotexnika aparatlarına aid kabellər, 1 ədəd “ATABA” markalı adapter, 1 ədəd “AC-DC” markalı adapter, 1 ədəd “GO-492-V” markalı universal adapter, 1 ədəd “SOVER” markal adapter, 1 ədəd “XBOX” markalı naqilsiz idaetmə aparatı, 1 ədəd “XBOX” markalı oyun aparatı, 1 ədəd “XBOX” markalı oyun aparatına aid kameralı qurğu və 1 ədəd “US.POLO ASSN” markalı kişi paltosu 15 iyul 2019-cu il tarixli qərarla, Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Nizami rayonu K.Balakişiyev küçəsi 11, mənzil 16-dan baxış zamanı götürülmüş Təqsirləndirilən şəxs2 məxsus 3 ədəd əl-barmaq izləri 18 sentyabr 2019-cu il tarixli qərarla, cinayətdə vasitə kimi istifadə olunmuş “KİA-RİO” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil 28 iyun 2019-cu il tarixli qərarla maddi sübut kimi tanınmışdır. (1-ci cild iş vərəqi 104,131,134,137,140,240; 2-ci cild iş vərəqi 157,171,180). İşdə olan 23 dekabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 öz ifadəsini Təqsirləndirilən şəxs3 ilə keçirilmiş üzləşdirmədə təsdiq etmişdir (4-cü cild iş vərəqi 204-207). İşdə olan 18 may 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 öz ifadəsini Təqsirləndirilən şəxs2 ilə keçirilmiş üzləşdirmədə təsdiq etmişdir (5-ci cild iş vərəqi 139-142). İşdə olan 19 may 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 öz ifadəsini Təqsirləndirilən şəxs1 ilə keçirilmiş üzləşdirmədə təsdiq etmişdir (5-ci cild iş vərəqi 162-165). İşdə olan 19 may 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X4 öz ifadəsini Təqsirləndirilən şəxs3 ilə keçirilmiş üzləşdirmədə təsdiq etmişdir (5-ci cild iş vərəqi 169-171). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 3 sentyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 il 6 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2 il sınaq müddəti müəyyən edilməklə cəza şərti hesab edilmişdir; bundan başqa Nərimanov Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 may 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir (4-cü cild iş vərəqi 36-38). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs1 sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 83.3.1 və 83.3.2-1-ci maddələrinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 3 sentyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Xətai Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.3 və 186.1-ci maddələri ilə təqsirli bilinib 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2016-cı il tarixli qərarı ilə cəzasının müddəti 4 il 1 ay müddətə endirilmiş, 9 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (4-cü cild iş vərəqi 39-40). Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs3 sonuncu məhkumluğu üzrə Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri az ağır cinayətlər kateqoriyasına, 186.1-ci maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Odur ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs3 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və məhkumluğu ödənilmədən onun tərəfindən yenidən qəsdən ağır cinayət törədilməsi cinayətin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs3 cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddəsinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının yarısından - 6 il müddətə azadlıqdan məhrum etmə cəzasından və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin, yəni 10 il müddətə, azadlıqdan məhrum etmə cəzasının yarısından - 5 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 3 sentyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (4-cü cild iş vərəqi 41). İşdə olan şübhəli şəxsin tutulması haqqında 28 may 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28 may 2019-cu il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 44). İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı tutulduğu 28 may 2019-cu il tarixdən hesablanmışdır (2-ci cild iş vərəqi 12-13). İşdə olan şübhəli şəxsin tutulması haqqında 4 sentyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 4 sentyabr 2019-cu il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 181,200-202). İşdə olan Bakı şəhəri 6 sentyabr 2019-cu il tarixdə Nizami Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı tutulduğu 4 sentyabr 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 156-269,279). İşdə olan 21 dekabr 2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 21 dekabr 2019-cu il tarixdə tutulmuşdur (4-cü cild iş vərəqi 167). İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı tutulduğu 21 dekabr 2019-cu il tarixdən hesablanmışdır (4-cü cild iş vərəqi 215-218). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə zamanı verdikləri ifadələri özlərini və biri-birilərini müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdikləri cinayət əməllərinə görə məsuliyyətlərini yüngülləşdirmək məqsədi daşıyır, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri ilə bağlı ibtidai istintaqın ilkin mərhələsində verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ifadələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 №-li 3 mart 2005-ci il tarixli qərarının 6-cı maddəsinə əsasən Soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-in 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Həmin Qərarın 15-ci maddəsinə görə, CM-in 177-ci maddəsinin qeydinin 3-cü bəndinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin «təkrarlıq» əlamətləri üzrə tövsif edilməsi üçün CM-in 177, 178, 180, 181-ci maddələri ilə, habelə CMin 179. 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər. Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərindən əvvəl CM-in 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birinin törədilməsi də eyni qaydada tövsif edilir. Həmin Qərarın 15-ci maddəsinə görə CM-in 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq, soyğunçuluq və ya quldurluq törətmiş şəxslərin əməlini yuxarıda qeyd edilən əlamətlə (CM-in 177.2.2, 180.2.2 və 181.2.2-ci maddələri ilə)həm də o zaman tövsif etmək olar ki, AR CM-in 177-ci maddəsinin qeydinin 3-cü bəndində sadalanan cinayətlərə görə məhkumluq yeni cinayət törədilən anda ödənilməmiş və ya götürülməmiş olsun və törədilmiş əməlləri CM-in 177.3.3, 180.3.3 və 181.3.4-cü maddələri ilə hüquqi tövsif etmək üçün əsaslar olmasın. Həmin Qərarın 18-ci maddəsinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-in 16.2ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin « təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Əgər şəxs CM-in müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.3.3 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.3.3, yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 180.3.2, 180..3.3, 181.3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda bir neçə oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-ci, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ağır cinayətlər kateqoriyasına, CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://e-qanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri nəzərdə tutan Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 12 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 9 (doqquz) ildən artıq, həmin Məcəllənin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 10 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən – 7 (yeddi) il 6 (altı) aydan artıq ola bilməz. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, , Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4,144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-cı maddəsinn tələbləri nəzərə alınmaqla) cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı tutulduğu 28 may 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı tutulduğu 4 fevral 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı tutulduğu 21 dekabr 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinn tələbləri nəzərə alınmaqla), Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 28 may 2019-cu il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 4 fevral 2019-cu il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, , Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4,144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-cı maddəsinn tələbləri nəzərə alınmaqla), Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları tam toplamaq yolu ilə cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının başlanğıcının 21 dekabr 2019-cu il tarixdən hesablanmasını və Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-nin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, “Araz” marketin qarşısında quraşdırılmış TŞ-4-83 kamerasının 24 may 2019-cu il tarixdə saat 21:28-dən 21:32-dək video görüntüləri yazılmış 1 ədəd, Təhlükəsizlik Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış AZ ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilin 23 may 2019-cu il tarixdən 26 may 2019-cu il tarixədək olan hərəkəti barədə məlumatlar yazılmış 1 ədəd CD, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş cəmi 3 ədəd CD və ünvan 25 ünvanından götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 1 ədəd köynək və 1 ədəd cins şalvarın Zərərçəkmiş şəxs1 qaytarılması, “Kia-Rio” markalı AZ **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-nin təsisçi direktoru X7 qaytarılması və “Anatomik AİR sistem” markalı məktəbli çantası, 1 ədəd “Ailə TV” naqilsiz idarəetmə aparatı, 1 ədəd “Vestel TV” naqilsiz idarəetmə aparatı, 1 ədəd “LG” DVD naqilsiz idarəetmə aparatı, 1 ədəd “S-460” markal naqilsiz qulaqcıq, 2 ədəd “Ailə TV” qəbuledici aparatı, 1 ədəd “TP-link” VR842 N internet ötürücüsü, 1 ədəd “ATAVA” markalı DC adapter, 1 ədəd “AC-DC” markalı adapter, 1 ədəd “GO-492-V” markalı universal adapter, 1 ədəd, “SOVER” Z5X2 markalı adapter, 1 ədəd “XBOX” markalı naqilsiz idarəetmə aparatı, 1 ədəd “XBOX” markalı oyun aparatı, 1 ədəd “XBOX” markalı oyun aparatına aid kameralı qurğu, 1 ədəd “US.POLO ASSN” markalı kişi paltosu, 2 ədəd elektrik kabeli, 2 ədəd VGA input kabeli, 2 ədəd HDMİ kabeli, 2 ədəd antenna kabeli, LG DV586 markalı DVD aparatı sahibi Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertiza üzrə tədqiqatın dəyəri - 50 (əlli) manat, materialların məhkəmə ekspertizası üzrə tədqiqatın dəyəri 114 (yüz on dörd) manat, cəmi 164 (yüz altmış dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 may 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 6 (altı) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 4 sentyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona ona Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6-cı maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertiza üzrə tədqiqatın dəyəri - 50 (əlli) manat, materialların məhkəmə ekspertizası üzrə tədqiqatın dəyəri 114 (yüz on dörd) manat, cəmi 164 (yüz altmış dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar - cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, “Araz” marketin qarşısında quraşdırılmış TŞ-4-83 kamerasının 24 may 2019-cu il tarixdə saat 21:28-dən 21:32-dək video görüntüləri yazılmış 1 ədəd, Təhlükəsizlik Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış AZ ** RD *** dövlət qeydiyyat nişanlı avtomobilin 23 may 2019-cu il tarixdən 26 may 2019-cu il tarixədək olan hərəkəti barədə məlumatlar yazılmış 1 ədəd CD, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş cəmi 3 ədəd CD və ünvan 25 ünvanından götürülmüş əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 1 ədəd köynək və 1 ədəd cins şalvarın Zərərçəkmiş şəxs1 qaytarılması, “Kia-Rio” markalı AZ **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-nin təsisçi direktoru X7 qaytarılması və “Anatomik AİR sistem” markalı məktəbli çantası, 1 ədəd “Ailə TV” naqilsiz idarəetmə aparatı, 1 ədəd “Vestel TV” naqilsiz idarəetmə aparatı, 1 ədəd “LG” DVD naqilsiz idarəetmə aparatı, 1 ədəd “S-460” markal naqilsiz qulaqcıq, 2 ədəd “Ailə TV” qəbuledici aparatı, 1 ədəd “TP-link” VR842 N internet ötürücüsü, 1 ədəd “ATAVA” markalı DC adapter, 1 ədəd “AC-DC” markalı adapter, 1 ədəd “GO-492-V” markalı universal adapter, 1 ədəd, “SOVER” Z5X2 markalı adapter, 1 ədəd “XBOX” markalı naqilsiz idarəetmə aparatı, 1 ədəd “XBOX” markalı oyun aparatı, 1 ədəd “XBOX” markalı oyun aparatına aid kameralı qurğu, 1 ədəd “US.POLO ASSN” markalı kişi paltosu, 2 ədəd elektrik kabeli, 2 ədəd VGA input kabeli, 2 ədəd HDMİ kabeli, 2 ədəd antenna kabeli, LG DV586 markalı DVD aparatı sahibi Zərərçəkmiş şəxs5 qaytarılması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Siyavuş Hacıyev
hakimlər: Rahib Salmanov
Eldar Mikayılov