Məhkəmə qərarları › İş №1(101)-185/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-185/2022

14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-185/2022 14.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X4 və X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı Şəhər 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Bakı Şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Türkiyə Respublikası İstanbul şəhərindən “Paşabahçe", “Güral Porselen” və digər brend firmalara məxsus müxtəlif çeşidli qab-qacaq gətirib Bakı şəhərində yerləşən marketlərə satıb əldə olunacaq gəlirdən bir hisəsini ona verəcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 14 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe” restoranının qarşısında həmin dövrdəki məzənnə ilə 20.400 (iyirmi min dörd yüz) manat təşkil edən 12.000 (on iki min) ABŞ dollarını, 10 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospekti, “Heydər Əliyev” adına parkda həmin dövrdəki məzənnə ilə 30.600 (otuz min altı yüz) manat təşkil edən 18.000 (on səkkiz min) ABŞ dollarını, 05 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe” restoranının qarşısında həmin dövrdəki məzənnə ilə 27.200 (iyirmi yeddi min iki yüz) manat təşkil edən 16.000 (on altı min) ABŞ dollarını, 06 dekabr 2018-ci il tarixdə eyni ünvanda həmin dövrdəki məzənnə ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil edən 5.000 (beş min) ABŞ dollarını, 28 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 62A nömrəli yaşayış binasının qarşısında həmin dövrdəki məzənnə ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil edən 5.000 (beş min) ABŞ dollarını ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 95.200 (doxsan beş min iki yüz) manat məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 16 nömrəli yaşayış binasının arxasında yerləşən 350 kv/m torpaq sahəsini göstərib həmin torpaq sahəsinin özünə məxsus olduğunu yalandan bildirərək sonuncu ilə göstərdiyi torpaq sahəsində şərikli restoran tikib işlədərək yaxşı qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 26 fevral 2019-cu il tarixdə ünvan 3 ünvanda yerləşən “Loğman” klinikasında tanışı Şahid1 vasitəsi ilə 50.000 (əlli min) manat, 23 aprel 2021-ci il tarixdə həmin ünvanda tanışı Şahid1 vasitəsi ilə 8.000 (səkkiz min) manat pulunu ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs1 58.000 (əlli səkkiz min) manat məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittriham olunduğu cinayət əməlləri üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 uşaqlıqdan tanıyır, münasibətləri normal olmuşdur. 2018-ci ilin əvvəllərindən Türkiyə Respublikasının İstanbul şəhərindən “Paşa Bahçeli”, “Gural Porselen” və digər adları yadında qalmayan brend firmaların qab-qacaq və digər mətbəx avadanlıqlarını gətirməklə və restoranlar şəbəkəsi işlətməklə məşğul olmuş, sifarişi Bakı şəhərində tanış olduğu Türkiyə Respublikasının vətəndaşı Suad Çakıcıya verirmiş, Suad Çakıcı isə Türkiyə Respublikasına məxsus “Paşa Bahçeli", “Gural Porselen” qab-qacaq istehsalı ilə məşğul olan firmalara sifariş verərək Azərbaycan, Belarus və Ukraynaya qab-qacaq gətirmiş, o, Azərbaycan Respublikasının vətəndaşları X6 və X12 ilə birlikdə işləmiş və həmin şəxslərin vasitəsilə Bakı şəhəri, “Sədərək” TM-də olan anbara qab-qacaq və mətbəx avadanlıqları gətirib oradan paylamaqla məşğul olmuşdur. 2018-ci ildə həmin işdə yaxşı qazanc əldə etdiyindən gətirdiyi malların çeşidini çoxaltmaq və dövriyyəni artırmaq məqsədi ilə sinif yoldaşı Sami Əfəndiyevdən borc pul götürüb əldə etdiyi qazancdan ona da hörmət etmiş, həmin vaxtı uşaqlıqdan tanıdığı Zərərçəkmiş şəxs2 də dövriyyəsini artırmaq üçün pul istəmiş və Tamerlandan hissə-hissə 50.000-60.000 manat pul alıb, əldə etdiyi qazancdan hər ay ona minimum 2000 manat, maksimum isə 5000 manat pul verməyə razılaşmışdır. 2018-cin ilin təxminən sentyabr ayında Tamerlan ona zəng edib pul vermək istədiyini bildirmiş, o da Tamerlana pulu mütamadi olaraq Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe” restoranında olan və işləri ilə məşğul olan Şahid1 verməsini demiş, Orxanın 070 *** ** ** saylı mobil telefon nömrəsini də Tamerlana vermiş, Tamerlan da 2018-ci ilin sentyabr ayında sürücüsü Şahid8 vasitəsi ilə aparıb Orxana 12.000 ABŞ dolları vermişdir. Orxan bu barədə ona bildirdikdən sonra gedib pulu restorandan götürmüş, təxminən bir ay sonra Tamerlanın verdiyi 12000 ABŞ dollarının müqabilində ona 2000 manat pul vermiş, həmin pulu Orxanın Tamerlanın sürücüsünə verməsini xahiş etmiş, bundan sonra Tamerlan ona zəng edərək yenə pul vermək istədiyini demiş, 2018-ci ilin oktyabr ayının 10-da Tamerlanla telefon vasitəsi ilə danışmış, Tamerlan ona 18000 ABŞ dolları vermək istədiyini demiş, o da yenə Tamerlana pulu Orxana verməsini demiş, Tamerlan da sürücüsü Hafizlə pulu Orxana göndərmiş, bundan sonra gedib pulu Orxandan götürmüş, bir neçə gündən sonra Tamerlana vəd etdiyi qazancı vermək üçün Orxana Tamerlanın sürücüsünə çatdırmaq üçün 2000 manat pul vermiş, Hafiz də həmin pulu Tamerlana vermiş, 2018-ci ilin təxminən noyabr ayının 5-də Tamerlanla telefon vasitəsi ilə danışmış və Tamerlan ona 16.000 ABŞ dolları məbləğində pul vermək istədiyini demiş, o, həmin pulu yenə Orxana verməsini, Orxanın pulu ona verəcəyini demiş, Tamerlan Hafizlə pulu Orxana göndərmiş, o da eyni qaydada pulu götürmüş, sonra restorana gedəndə pulu Orxandan götürmüş, həmin ayın sonu Orxana 2000 manat pul vermiş və həmin pulu Tamerlana göndərməsini bildirmiş, 2018-ci ilin dekabr ayının təxminən 6-da Tamerlanla yenidən telefon vasitəsi ilə danışarkən sonuncu ona 5000 ABŞ dolları göndərmək istədiyini demiş, o da pulu Orxana verməsini tapşırmış, Tamerlan həmin gün pulu Hafizlə Orxana göndərmiş və Orxan həmin pulu götürdükdən sonra restorana gedəndə pulu Orxandan götürmüş, bundan sonra Orxana Tamerlana verməsi üçün 2000 manat pul vermiş, 2018-ci ilin dekabr ayının sonunda Tamerlan onunla telefonla danışaraq 5000 ABŞ dolları vermək istədiyini dediyi üçün onunla Tamerlanın yaşadığı binanın qarşısında görüşmüş və sonuncu dəfə ondan 5000 ABŞ dolları pul götürmüşdür. Tamerlandan pulları aldıqca hissə-hissə qab-qacaq gətirilməsi üçün X6 və X10, Türkiyə Respublikasının vətəndaşı Suad Çakıcıya vermiş, o, 2018-ci ilin noyabr ayının sonunda X10 qab-qacaq gətirilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yanında 80.000 ABŞ dolları, 2019-cu ilin yanvar ayında eyni məqsədlə Türkiyə Respublikasının İstanbul şəhəri, Kapalı Çarşı rayonunda X10 70.0000 ABŞ dolları, 2019-cu ilin fevral ayının 08-də İstanbul şəhərinin Ləvənd rayonunda Suad Çakıcıya 50.000 ABŞ dolları, 2019-cu ilin fevral ayının 28-də X3 70.000 ABŞ dolları vermiş, onlar pulu alarkən qab-qacaq gətirmələrini vəd etsələr də qəfil yoxa çıxdıqları üçün onları tapa bilməmişdir. Həmin şəxslər onu aldadıb pulunu ələ keçirdikləri üçün Tamerlanın pulunu qaytara bilməmiş, ona olan borcu qaytarmaq üçün özünə məxsus “Kia Rio” markalı avtomobili Tamerlana vermiş, sonuncu da həmin avtomobili 11.000 ABŞ dollarına sataraq pulundan çıxmış, bundan sonra Tamerlana əlavə 3000 manat pul qaytarmış, Bakı şəhəri Nərimanov RPİ-nə şikayət etdikdən sonra istintaq zamanı Tamerlana əlavə olaraq yenə 5100 manat pul qaytarmış, ümumilikdə Tamerlana 34800 manat pul qaytarsa da hazırda imkanı olmadığı üçün pulun qalan hissəsini qaytara bilmir. Zərərçəkmiş şəxs1 2018-ci ilin fevral ayından tanıyır, Zərərçəkmiş şəxs1 Bakı şəhərində yerləşən “Loğman” klinikasının baş həkimidir, qaynatası İbrahim İbrahimov müalicə üçün həmin klinikanın stomotoloqu Mustafa həkimin yanına gedərkən aralarında olan söhbət zamanı qaynatası onun restoran işi ilə məşğul olduğunu demişdir. Belə ki, o, 2018-ci ildə icarə əsasında götürdüyü obyektlərdə restoran işi ilə məşğul olmuş, Bakı şəhəri, 8-ci mikrorayon ərazisində “8 kafe” restoranı, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində “İncir” restoranı, Binəqədi rayonu, Heydər Əliyev adına parkın içərisində “Park Çinar” restoranı, Bakı şəhəri, Binəqədi rayonu, “X11" ərazisində “Tezbazar” restoranı, Bakı şəhəri, A.Cəlilov küçəsində “İncir” restoranı, Bakı şəhəri, Mirqasımov 2 küçəsində, Tibb Universitetinin yaxınlığında “İncir” restoranı, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Rəssamlıq Akademiyasının arxasında “İncir” restoranını işlətmiş, 2018-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1lə Mustafa arasında söhbət olan zaman Mustafa onun restoran işi ilə məşğul olduğunu dediyi üçün İlqar ona zəng edib görüşmək istədiyini bildirmiş, görüş zamanı Zərərçəkmiş şəxs1 ona baş həkimi olduğu “Loğman” klinikasının 1-ci mərtəbəsindəki 75 kv/m sahəsi olan kafeni işlətməyi təklif etmiş, o da razılaşaraq həmin kafeyə Zərərçəkmiş şəxs1 verdiyi pul vəsaiti hesabına avadanlıqlar alıb klinikanın kafesinə quraşdırmış və aralarında olan razılaşmaya əsasən İlqara hər ay 800 manat icarə haqqı vermiş, həmin vaxtdan Zərərçəkmiş şəxs1lə aralarında səmimi münasibət yaranmış, Zərərçəkmiş şəxs1 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, “Lukoil” YDM-nin yaxınlığında olan “8 kafe” restoranına gəlib-getmiş, həmin vaxtı İlqar ondan kafenin sol yan hissəsində yerləşən boş torpaq sahəsinin kimin olduğunu soruşan zaman ona torpaq sahəsinin onun olduğunu demişdir. Həqiqətdə isə həmin torpağın “8 kafe” restoranının sahibi Şahid6 məxsus olduğunu bildiyi üçün Elnurla danışmış, Elnur həmin torpaq sahəsinin onlara məxsus olduğunu, torpaq sahəsi ilə bağlı qohumu Sabitin adına bələdiyyə sənədlərinin olduğunu demiş, İlqar həmin boş torpaq sahəsində restoran tikib şərikli işlətməyi təklif etdiyi üçün onunla razılaşmış və restoran tikilməsi üçün iş icraçısı Liparitlə görüşmüş, birlikdə restoranın lahiyə-smetasını hazırlamış, lahiyəyə əsasən 4 sot torpaq sahəsinin içərisində 6 ədəd yüngül konstruksiya ilə tikilmiş kabinet, 01 ədəd böyük zal inşa edilməli idi. Lahiyənin smeta məbləğini 110.000 manat hesablamış, bundan sonra həmin lahiyə-smetanı aparıb İlqara vermiş, lahiyə-smeta təxminən 3 gün İlqarda qalmış, sonra onun özü də başqa lahiyə-smeta hazırlamış, həmin smetaya əsasən restoran tikintisinə 106.000 manat xərc çəkilməli idi. Öz lahiyəsi ilə İlqarın təklif etdiyi lahiyə arasında 4000 manat fərq etdiyi üçün sonuncuya öz lahiyəsi əsasında tikinitini icra etməyi bildirdikdə İlqar onunla razılaşmışdır. 110.000 manat pulun 58000) manat hissəsini İlqar verməli və iş icraçısı Liparit də lahiyəni icra etməli idi. Müəyyən işlərin görülməsi üçün Liparitə 3000 manat pul vermiş, 2019-cu ilin fevral ayında “Loğman” klinikasında İlqarla görüşmüş və ona 500 ABŞ dolları kirayə haqqı verib işləri ilə bağlı İstanbul şəhərinə getdiyini demiş, İlqar ondan öz işlərinin necə olacağını soruşduqda ona “əgər fikrini dəyişməsən pulun olsa işçim Orxana verərsən, işə başlayarlar, mən də gəlib davam edərəm” demiş, İlqar isə nağd pulunun olmadığını, bankdan pul götürəcəyini demişdir. İstanbul şəhərinə gedib oradakı işləri ilə məşğul olmağa başlayan zaman, yəni 2019-cu ilin fevral ayında İlqara zəng edib 50.000 manat pul lazım olduğunu, tikintiyə başlamaq istədiyini demiş, İlqar isə hazırda 40.000 manat pulunun olduğunu, 50.000 manat pul düzəldə bilmədiyini demiş, o da 50.000 manat pulu düzəltməsini, pulu bütöv götürəcəyini dediyi üçün 2019-cu ilin fevral ayının 28-də İlqar ona zəng edib 50.000 manatın hazır olduğunu və pulu götürməsini demiş, Türkiyə Respublikasıda olduğu üçün Orxanla danışmış və ona gedib Zərərçəkmiş şəxs1 50.000 manat pulu götürməsini tapşırmış, Orxan da gedib İlqardan həmin məbləğdə pulu götürüb bu barədə ona məlumat vermişdir. Orxana həmin puldan 2000 manat aparıb iş icraçısı olan Liparitə verməsini, onun materialları alıb işə başlamasını demiş, təxminən 2 gün sonra Orxana zəng edib 10.000 manat pulu aparıb evdə həyat yoldaşı Şahid7 verməsini, bundan təxminən 2 gün sonra da yenidən Orxana zəng edərək İlqardan götürdüyü puldan 10.000 manat pulu aparıb ondan borc pul istəyən tanışı Samiyə verməsini demişdir. Pul alnandan təxminən bir həftə sonra ona Türkiyədə pul lazım olduğu üçün Orxana zəng edib İlqardan götürdüyü puldan 28000 manat pulu ona göndərməsini demiş, bunun üçün Türkiyədə tanışı əslən azərbaycanlı olan Əşrəf adlı şəxslə danışmış, Əşrəf onun Bakı şəhərində adamlarının olduğunu, onlara verilən pulun müqabilində 0,7 faiz çıxmaqla həmin pulu ona verəcəyini bildirmiş, bu qaydada onunla razılaşmış və Orxana aparıb pulu Əşrəfin Bakı şəhərində olan adamlarına verməsini demiş, Orxan da 10.0000 manat bir, 18000 manat bir olmaqla ümumilikdə 28000 manat pulu tanımadığı adamlara vermiş, o da İstanbul şəhərində Əşrəfdən pulu götürmüşdür. Bundan sonra, İlqar ona zəng edib 8000 manat pulu da götürməsini demiş, bunun üçün Orxana zəng edib İlqardan 8000 manat pulu götürməsini demiş, Orxan da aprel ayının 23-də gedib İlqardan 8000 manat pulu götürmüş, həmin puldan da 5000 manat pulu Bakı şəhəri, 7-ci mikrorayonda, “Bolluq” bazarının yerləşən “İncir” restoranına mebel quraşdırılması üçün həmin ustalara aparıb verməsini demiş, Orxan da həmin adamlara aparıb 5000 manat pul vermiş, qalan 3000 manat pulu da Orxana həmin restoranların icarə haqqını ödəməyi tapşırmışdır. Hesab edir ki, cinayət əməli törətməmişdir, kommersiya fəaliyyəti ilə məşğul olaraq uğursuzluğa düçar olması səbəbindən ziyana düşmüşdür. Bu səbəbdən də zərərçəkmiş şəxslərdən aldığı pulu qaytara bilməmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi cinayət işində olan dəlillərin aşağıdakı məcmusu ilə sübuta yetir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonunda yerləşən 160 saylı orta məktəbdə oxumuş, Təqsirləndirilən şəxs həmçinin kürəkəni X1 yoldaşı olmuşdur. Əvvəllər elektron ticarət sahəsi üzrə biznes fəaliyyəti ilə məşğul olmuş, 2018-ci ilin yay aylarında kürəkəni Sami Əfəndiyev ona dostu Təqsirləndirilən şəxs qab-qacaq işi ilə məşğul olduğunu, həmin işlə bağlı ona maraqlı təklifinin olduğunu demiş və onların görüşməsini təklif etmişdir. 2018-ci ilin yay aylarında Badamdar qəsəbəsində Nadirlə görüşmüş, Nadir ona Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə Türkiyə Respublikasına məxsus “Paşa Bahçeli” və digər adları yadında qalmayan brend firmaların qab-qacaqlarını gətirdiyini, qab-qacaqları “Bravo” marketlər şəbəkəsinə və digər mağazalara satdığını, həmin işdə yaxşı gəlir götürdüyü üçün dövriyyəsini yüksəltmək istədiyini, malların çeşidini çoxaltmaq istədiyini, Türkiyə Respublikasından Azərbaycana ay ərzində 2 konteyner mal gətirdiyini demiş, ona katoloqlar göstərmiş, sonra da dövriyyəsini qaldırmaq üçün ondan 60.000 ABŞ dolları istəmiş və ilkin olaraq pulu ondan götürəndən sonra malı Azərbaycana gətirib realizə etdikdən sonra birinci ay ona qazancından 2000 manat, dövriyyəsi qalxdıqca daha çox pul verəcəyini, ancaq dövriyyəsinin nə qədər qalxmasından asılı olmayaraq bu həddin 5000 manatı keçməyəcəyini demişdir. Nadirdən ona qəfil pul lazım olsa necə qaytaracağını soruşarkən sonuncu ona istənilən halda pulu ondan istəyəndə hətta ziyan etsə də 1 ay ərzində pulu geri qaytaracağını demiş, Nadirlə razılaşsa da, ona hazırda çox pulu olmadığı üçün 60.000 manat pulu birdəfəlik verə bilməyəcəyini, hissə-hissə verəcəyini demiş, Nadir də onunla razılaşmışdır. Nadirin Sami ilə yaxın münasibətinin olması, “Bravo” marketlər şəbəkəsində “Paşa Bahçe” firmasına məxsus qabları görməyi onda Nadirə qarşı inam yaratmış və Nadirin təklif etdiyi işdən yaxşı gəlir götürəcəyinə inanaraq 2018-ci ilin sentyabr ayının 14-də şəxsi istifadəsində olan 050 210-94-10 saylı nömrəsindən Nadirin 050 573-19-88 saylı mobil telefon nömrəsinə zəng edib ona 12.000 ABŞ dolları vermək istədiyini bildirdikdə Nadir Türkiyədə olduğu üçün pulu dostu Orxana verməsini demiş, sonra da onun 070 *** ** ** saylı mobil telefon nömrəsini vermişdir. 2018-ci ilin sentyabr ayının 14-də yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, ev 62A-nın qarşısında sürücüsü Hafizlə görüşmüş və 12.000 ABŞ dollarını ona verərək həmin pulu aparıb Nadirin dostu Orxan adlı şəxsə verməsini demiş, Orxanın mobil telefon nömrəsini də Hafizə vermişdir. Hafiz də pulu ondan götürüb həmin gün Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe”-də Orxanla görüşüb 12.000 ABŞ dollarını ona vermiş, sonra da ona zəng edərək pulu Orxana verdiyini bildirmiş, o da Nadirlə bu barədə “Watsapp” proqramı vasitəsi ilə danışmış, Nadir pulun Orxan tərəfindən götürüldüyünü təsdiq etmişdir. Nadirə pulu verəndən bir ay keçdikdən sonra Orxan və Hafizin vasitəsi ilə Nadir ona 2000 manat pul göndərmiş, Nadirin ona 2000 manat pulu verməsi onda olan inamı artırmış və ona yenə pul vermək üçün 2018-ci ilin oktyabr ayının 10-da Nadirlə “Watsapp" proqramı vasitəsi ilə danışmış və ona 18000 ABŞ dolları göndərmək istədiyini demiş, Nadir yenə pulu Orxana verməsini, Orxanın pulu ona göndərəcəyini demiş, yenə həmin gün pulu Hafizə vermiş, Hafiz Orxanla Bakı şəhəri, Azadlıq prospekti, “Heydər Əliyev” adına parkda görüşüb 18000 ABŞ dollarını ona vermiş və ona zəng edərək bu barədə məlumat vermiş, bundan sonra “Watsapp” proqramı vasitəsi ilə Nadirlə danışaraq pulun çatıb-çatmağını soruşmuş, Nadir də ona pulun çatdığını demiş, təxminən bir ay sonra Nadir yenə də eyni qaydada Orxan və Hafizin vasitəsi ilə ona qazanc kimi 2000 manat pul göndərmişdir. Nadirin bu dəfə də ona 2000 manat pul göndərməsi ona olan inamı daha da artırmış, buna görə də 2018-ci ilin noyabr ayının 5də Nadirə “Watsapp” proqramı vasitəsi ilə zəng edib ona 16.000 ABŞ dolları vermək istədiyimi bildirmiş, Nadir həmin pulu yenə Orxana göndərməyini demiş, o da 2018-ci ilin noyabr ayının 5-də 16.000 (on altı min) ABŞ dollarını Hafizə vermiş, Hafiz də pulu götürüb Orxanla Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe”-də görüşərək ona vermiş və bu barədə zəng edib ona məlumat vermiş, sonra Nadirə “Watsapp” proqramı vasitəsi ilə danışmış, Nadir 16.000 ABŞ dollarını götürdüyünü təsdiq etmişdir. Nadir bir neçə gün sonra noyabr ayının əvvəllərində ona Orxan və Hafizin vasitəsi ilə qazanc kimi 2000 manat pul göndərmiş, 2018-ci ilin dekabr ayının təxminən 6-da Nadirlə danışıb ona 5000 ABŞ dolları pul göndərmək istədiyini bildirmiş, Nadir yenə İstanbul şəhərində olduğu üçün həmin pulu Orxana verməsini demiş, o da 2018-ci ilin dekabr ayının 6-da Hafizlə görüşərərk ona 5000 ABŞ dolları vermiş, sonuncu da həmin pulu aparıb Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe”-də Orxanla görüşərək ona vermiş, bundan sonra yenə Nadirlə danışmış, Nadir 5000 ABŞ dollarını almağını təsdiq etmiş və bir neçə gün sonra yenə Orxan və Hafizin vasitəsi ilə ona 2000 manat pul göndərmişdir. 2018-ci ilin dekabr ayının sonlarında Nadir Azərbaycana qayıtmış və yenidən ona 5000 ABŞ dolları vermək istəyərkən 2018-ci ilin dekabr ayının təxminən 28-də Nadir yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, ev 62A-nın qarşısına getmiş, orada Nadirə sonuncu dəfə 5000 ABŞ dollarını vermişdir Bundan sonra Nadirin ona bir neçə ay pul vermədiyini görüb ondan pulunu istəyəndə Nadir müxtəlif bəhanələr etmiş, buna görə də 15.03.2019-cu il tarixdə X2 şəhərinə getmiş, ora gedərkən gediş-gəliş bileti almışdır. İstanbul şəhərində Nadir özü onu qarşılamış, onunla birlikdə eyni oteldə qalmış, Türkiyədə Nadirin iş gördüyü şəxslərlə tanış olmaq istəsə də 3 gün ərzində Nadir onu müxtəlif bəhanlərlə aldatmış, həmin şəxslərlə və həmin şirkət nümayəndələri ilə görüşdürməkdən yayındırmış, 17.03.2019-cü il tarixdə Nadir onu həmin şəxslər və şirkətlə tanış etmək üçün dediyi ünvana aparmaq qərarına gəlsə də, həmin gün bazar günü olduğu üçün ora bağlı olmuş və Nadir həmin yerin bağlı olduğunu bildirib onunla birlikdə geri qayıtmış, 18.03.2019-cu il tarixinə geriyə bileti olduğu üçün səhər saatlarında Azərbaycan Respublikasına qayıtmışdır. Nadirin yalanlarından bezdiyindən ondan pulunu tələb etməyə başlamış, Nadir isə ona Türk vətəndaşları tərəfindən aldadıldığını bildirmiş, uzun söz-söhbətdən sonra Nadir ona özünə məxsus “Kia Rio” markalı avtomobili vermiş, həmin avtomobili 11.000 ABŞ dollarına satmış, bundan sonra Nadir ona əlavə 3000 manat da puul qaytarmışdır. Bundan başqa Nadir ona heç bir ödəniş etməmiş, Təqsirləndirilən şəxs ümumilikdə onun hissə-hissə 56000 ABŞ dollarını ələ keçirmiş, ümumilikdə ona 34800 manat qaytarsa da, pulun qalan hissəsini qaytarmamışdır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 2006-cı ildən ünvan 3 ünvanında yerləşən “Loğman” klinikasının baş həkimi işləyir, 2018-ci ilin sentyabr-oktyabr aylarında klinikanın tərkibində kafe açnmaq istəmiş, bunun üçün həmin klinikanın stomotoloq həkimi işləyən Mustafanın vasitəsi ilə Nadirlə tanış olmuşdur. Nadir ona açmaq istədiyi kafedə zəruri olan avadanlıqları haradan almaq, harada quraşdırmaqla bağlı öz məsləhətlərini vermiş, Nadirlə birlikdə həmin kafeni işlətmək üçün təxminən 7500 manat pul xərcləyərək avadanlıqlar almış və Nadir həmin kilinkada kafe işlətməyə başlamışdır. Nadir kafeni 4-5 ay normal işlətmiş və razılaşmaya əsasən kafeni işlədən zaman klinikanın xəstələrinə pulsuz yemək verməyi öhdəsinə götürmüş, klinikaya gələn digər şəxslər, habelə klinikanın işçiləri kafedən ödənişli istifadə etmişdir. 2019-cu ilin yanvar-fevral aylarında Nadirin kafe işlətməkdən başı çıxdığını görüb gələcəkdə oğlu X8 Nadirlə birlikdə kafe işlətməsini fikirləşərək Nadirlə danışmış və oğlu Fəridin onunla başqa kafe açıb işlətməsini istəmiş, Nadir ona başqa yerlərdə də kafelər işlətdiyini, yaxşı gəlir əldə etdiyini demiş, həmin kafelərə baxmağı, kafelərin necə işlədiyini öz gözü ilə görməsini təklif etmiş və onu aparıb əvvəl işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 16 nömrəli yaşayış binasının yaxınlığında yerləşən “8 kafe” adı ilə fəaliyyət göstərən kafeni göstərib həmin kafeni icarə əsasında özünün işlətdiyini bildirmişdir. Kafedə birikdə çay içmiş, kafenin 300 kv/m-dən çox sahəsinin olduğunu, qarşısında qazon örtüyünün olduğunu görmüş, bu vaxtı Nadir kafenin böyründə təxminən 10 sot sahəsi olan boş torpaq sahəsini göstərib ona məxsus olduğunu bildirmişdir. Nadirlə birlikdə Binəqədi rayonu ərazisində yerləşən Heydər Əliyev adına parkın içərisində olan kafeyə getmiş, həmin kafenin sahəsinin həddindən artıq böyük olduğunu, həyətində uşaqların oynaması üşün avadanlıqlar quraşdıridığını görmüş, daha sonra Nadir onu Azərbaycan Tibb Universiteteinin yaxınlığında yerləşən “Əncir” kafesinə aparmış, həmin kafe binanın altında yerləşən 2 mərtəbəli yer olmuş, oranın yaxşı işləyən kafe olduğunu görmüşdür. Nadir ona şəhərdə olan bütün “Əncir” kafelərini onun işlətdiyini desə də digər kafelərə getməmişdir. Nadir onu sonra Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən köhnə “Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti”nin inzibati binasının yaxınlığında yerləşən adı yadında qalmayan kafeyə aparmış, daha sonra Xətai metrostasnsiyasının yaxınlığında yerşən adı yadında qalmayan kafeyə aparmış, həmin kafe onun çox xoşuna gəlmiş, kafenin “lyuks" şəraitli olduğunu, hətta orada müğənnilərin də gəldiyini görmüşdür. Nadiri kafelərdə adminstratoru qarşılamış, hətta Nadir onlara göstəriş vermiş, nadirdən bu kafelərdə gəlirin-xərcin nə olmasını soruşarkən Nadir ona bunların kompüterində bir sistemdə mərkəzləşdirdiyini, sabah gəlib klinikada göstəcəyini demiş, bir neçə gün sonra Nadir klinikaya gələrək dəftərdə qeyd olunmuş hesabatını ona göstərmiş, o da onun hər kafedən təxminən 2500-4500 manat gəlir əldə etdiyini, bunun da ümumilikdə təxminən 24000 manat gəlir demək olduğunu görmüşdür. Bundan sonra ona oğlu Fərid üçün iş axtardığını, maraqlı kafe olsa götürüb işlətmək istədiyini, kafenin avadanlıqlarını şərikli alıb qazancı yarıbayarı bölməyi təklif etmiş, bu təklifin qarşılığında Nadir ona Bakı şəhəri, Sahil metrosyunun yaxınlığında binanın altında icarəsi 5000 manat olan təmirli kafeni təklif etsə də ora müəyyən qədər xərc çəkilməli olduğunu demiş, bundan başqa o, “Fəvvarələr bağı”nın yaxınlığında iki mərtəbəli obyektin 8000 manata icarəyə verildiyini bildirmiş, təxminən 2-3 gün sonra Nadirlə görüşən zaman sonuncu ona həmin kafeləri işlətməkdənsə göstərdiyi boş torpaq sahəsində pul qoymağı, “8 kafe”nin böyründə yerləşən boş torpaq sahəsində 8 ədəd kabinet tikməyi təklif etmiş, həmin kafenin ancaq zalı olduğunu, ayrıca otaqlarının olmadığını demişdir. Nadir ona tikiləcək obyektin lahiyəsini də göstərmiş və aralarında olan danışıq zamanı ona həmin torpaq sahəsinin hazırda orta bazar qiymətinin 190.000 manat olduğunu, torpaq sahəsinin öz adına “kupça”sının olduğunu, həmin torpaq sahəsində kafe tikmək üçün 50.000-60.000 manat pul verməsini, qalan hissəsini özünün düzəldəcəyini demiş, o isə razılaşmamış və torpağın qiymətinin 190.000 manat etdiyi halda Nadirə 95.000 manat pul təklif etmiş və torpaq sahəsinin yarısını onun adına keçirməsini, gələcəkdə inşa edilən tikintinin qeydiyyat şəhadətnaməsində isə hər ikisinin adının qeyd edilməsini təklif etmişdir. Nadirlə bu cür razılaşandan sonra Nadir Türkiyə Respublikasına getmiş və fevral ayının 27-də mobil telefonun “Watsapp” proqramı vasitəsi ilə ona zəng edərək artıq işə başladığını, tikintinin bünövrəsi töküldükdən sonra quraşdırılacağını demiş, buna görə ondan 50.000 manat pul istəyərək pul işinə baxan Orxan adlı oğlanın pulu ondan götürəcəyini demiş, o da Nadirə 40.000 (qırx min) manat verə biləcəyini desə də Nadir ona “elə yox, pul bütöv lazımdır” dediyi üçün məcbur olub dostu Şahid3 10.000 manat pul borc almış və 50.000 manat pul düzəldərək həmin gün Orxan adlı şəxs gəlib işlədiyi klinikada ondan həmin pulu götürüb getmişdir. Orxan yanına gələrkən onun pul götürməsi ilə bağlı Orxanla aralarında olan söhbəti mobil telefonunun səsyazma funksiyası vasitəsi ilə qeydə almış, bundan sonra Nadirlə danışmış və Nadir ona mart ayının 1-dən tikintiyə haşalayacağını, tikintinin üstündə olmasını demiş, bundan bir neçə gün keçsə də tikintinin başlamadığını görüb Orxanla danışmış, Orxan da ona bu işə ancaq Nadir müəllimin baxdığını, onunla danışmasını demiş, təxminən 2019-cu ilin aprel ayında Nadirlə danışanda o, sənədlə bağlı problem yarandığını, ona görə tikintiyə başlaya bilmədiyini, Binəqədi rayonu İcra Hakimiyyətindən 15000 manat pul istənildiyini, bunun üçün 8000 manat verməsini, qalan pulun isə özünün verəcəyini demiş, o da həmin gün dostu Şahid3 8000 manat pul borc alaraq yenə də Orxan adlı Nadirin adamı işlədiyi klinkaya gələrək orada pulu ondan götürmüş, həmin vaxtı da Orxana pul verməsi ilə bağlı səsi şəxsi istifadəsində olan “Xiomi 8” markalı mobil telefonun səsyazma funksiyası vasitəsi ilə qeydə almışdır. Bundan sonra Nadir ona gündə bir bəhanə edərək Türkiyə Respublikasından gəlib çıxmamış, 2019-cu ilin ortalarında Nadir Bakı şəhərinə gəlib klinikada onunla görüşmüş, klinikanın kafesinin icarə haqqını təxminən 5-6 ay ödəmədiyi üçün təxminən 2000 manat borcu qalmış, ona verdiyi 58000 manat pulu ondan istəmiş, Nadir bu gün-sabah deyərək pulunu qaytarmamış, o da məcbur olub özünü sığortalamaq etmək üçün Nadirə onunla borcun etirafı üçün borc müqaviləsi bağlamasını demiş və 20.12.2019-cu ildə oğlu Şahid4lə Təqsirləndirilən şəxs arasında Bakı şəhəri, 11 saylı notariat ofisində borc müqaviləsi bağlanmış, bundan da sonra Nadirin pulunu vermədiyini görüb onun barəsində polisə müraciət etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır, Təqsirləndirilən şəxs həmin vaxtı Binəqədi rayonu, Azadlıq prospekti, Heydər Əliyev adına parkın ərazisində “Park Çinar” restoranını işədirdi. Boş vaxtlarında Nadirin xahiş etdiyi işlərlə məşğul olmuş, çox vaxtı Nadirin işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe” restoranında olmuşdur. 2018-ci ilin sentyabr ayının 14-də Nadir ona zəng edərək bir nəfər şəxsin ona 12.000 ABŞ dolları verəcəyini, pulu götürüb özündə saxlamasını, ondan götürəcəyini demiş, bir neçə dəqiqə sonra 050 ***-**-** saylı nömrədən zəng edən şəxs adının Hafiz olduğunu, Nadirə çatacaq pulu ona vermək istədiyini bildirərək onunla görüşmək üçün hara gəlməsini soruşmuş, ona “8 kafe”yə gəlməsini dediyi üçün X18 markalı avtomobillə kafenin yanına gəlmiş və ona 12.000 ABŞ dolları vermiş, o da Nadirə zəng edib bu barədə demiş, sonra da Nadir gəlib restoranda pulu ondan götürmüşdür. Bir neçə gün sonra Nadir ona 2000 manat verərək Hafizilə pulu onun tanışına göndərməsini demiş, o da öz şəxsi istifadəsində olan 070 *** ** ** saylı nömrə ilə Hafizin şəxsi istifadəsində olan 050 ***-**-** saylı nömrəli telefon vasitəsi ilə əlaqə saxlamış və onunla “8 kafe”nin qarşısında görüşüb Hafizə 2000 manat pul vermişditr., 2018-ci ilin təxminən oktyabr ayının 10-da Nadir yenidən mobil telefonla onunla əlaqə saxlamış və Hafizin ona 18000 ABŞ dolları gətirib verəcəyini demiş, bir az sonra Hafiz ona zəng edib “8 kafe” restoranının qarşısına gələrək ona 18000 ABŞ dolları vermiş, bundan sonra Nadir gəlib 18000 ABŞ dolları pulu götürən zaman Hafizə verməsi üçün ona 2000 manat pul vermiş, o da Hafizin həmin nömrəsinə zəng edib Nadirin 2000 manat pul verdiyini və pulu gəlib götürməsini demiş, Hafiz həmin gün gəlib “8 kafe" restoranının yaxınlığında pulu ondan götürüb getmiş və bu barədə özü Nadirə məlumat vermişdir. 2018-ci ilin təxminən noyabr ayının 5- də Nadir ona yenidən mobil telefonla zəng edərək Hafizin ona 16.000 ABŞ dolları göndərdiyini deyərək pulu götürməyini tapşırmış, bir az sonra Hafiz onunla telefonla “8 kafe” restoranına gəldiyini demiş və kafenin yanında görüşərək ona 16.000 ABŞ dolları vermişdir Bir az sonra Nadir gəlmiş və ondan pulu götürəndə Hafizə vermək üçün ona 2000 manat pul vermiş, o da həmin pulu Hafizə vermişdir. 2018-ci ilin təxminən dekabr ayının 6-da Nadir ona zəng edərək Hafizin 5000 ABŞ dolları gətirib ona verəcəyini demiş, bir neçə dəqiqə sonra Hafiz ona zəng edərək “8 kafe” restoranına gəldiyini demiş və orada ona 5000 ABŞ dolları vermiş, o da bu barədə Nadirə zəng edib demiş, Nadir ona pulu saxlamağı, özünün gəlib götürəcəyini demişdir Bundan sonra Nadir gəlib 5000 ABŞ dollarını götürmüş və Hafizə verməsi üçün ona 2000 manat pul vermiş, o da Hafizlə danışmış və “8 kafe” restoranında onunla görüşüb 2000 manat pulu Hafizə vermişdir. 2019-cu ilin mart ayının 15-də ailə vəziyyəti ilə əlaqədar öz ərizəsi ilə xidmətdən xaric olunmuş, həmin vaxtı Təqsirləndirilən şəxs ona Bakı şəhəri, 8-ci mikrorayon ərazisində “8 kafe” restoranına nəzarət etməyi tapşırmış, restoranda administrator olmadığı üçün kafenin işləməsinə, işçilərin fəaliyyətinə nəzarət etmiş, həmin vaxtı “Loğman" klinikasının baş həkimi Zərərçəkmiş şəxs1 də ora gəlməsini görmüşdür. 2019-cu ilin əvvəlində Təqsirləndirilən şəxs Türkiyə Respublikasına gedib deməsinə görə orada da “İncir” restoranı işlətmiş, 26 fevral 2019-cu il tarixdə Nadir onun mobil telefonuna zəng edərək həkimlə, yəni İlqarla danışdığını, ona 50.000 manat pul verəcəyini, həmin pulu götürməsini tapşıraraq İlqarın nömrəsini ona göndərmiş və həmin gün gedib İlqarla “Loğman” klinikasında görüşmüş və ondan otağında 50.000 manat pulu götürmüş, təxminən 3 gün sonra Nadir ona zəng edib iş icraçısı kimi tanıdığı Liparitə 2000 manat pul verməsini demiş, 01.03.2019-cu il tarixdə Liparit 8ci mikrorayon ərazisində yerləşən “8 kafe” restoranına gələrək onunla görüşüb 2000 manat pulu alıb getmişdir. Liparit 2 gün sonra tikinti materialları-çınqıllı qum, sement, araba, şlanq, bel, əlcək və digər materiallar alıb kafenin yaxınlığındakı boş əraziyə tökmüş, 2 fəhlə gətirmiş, səhəri gün fəhlələr tikinti aparılacağı ərazidə yerə armatur basdıraraq tikinti aparılan sahənin dioqonalını iplə tutmuş, çınqıllı qumu sementə qarışdıraraq yerə beton tökmək istəyərkən Binəqədi rayonu İH-nin Memarlıq şöbəsinin əməkdaşı gələrək orada tikinti aparılmasına icazə olmadığını bildirmiş və tikintini təcili saxlamağı tapşırmış, buna görə də fəhlələr tikintini saxlamış, əraziyə beton belə tökə bilməmişlər. Bu barədə Nadirə zəng edib tikintinin saxlanıldığını bildirmiş, Nadir isə məsələni özü həll edəcəyini demiş, tikinti dayandığı gündən təxminən 2 gün sonra, təxminən 04 mart 2019-cu il tarixdə Nadir “Watsapp” proqramı vasitəsi ona zəng edib Zərərçəkmiş şəxs1 götürdüyü puldan 10.000 manat götürüb arvadı Səbinəyə verməsini demiş, o da həmin puldan 10.000 manat götürüb Səbinəyə vermişdir. Təxminən bir gün sonra Nadir ona eyni qaydada zəng edərək dostu Samirin sürücüsünün gələcəyini demiş və ona 10.000 manat pul verməsini tapşırmış, təxminən 06 mart 2019-cu il tarixdə ağ rəngli Nissan Sunny markalı, dövlət qeydiyyat nişanı yadında qalmayan avtomobillə gələn orta yaşlı adam onunla görüşərək Samir müəllimin sürücüsü olduğunu bildirmiş, o da həmin şəxsə Nadirin dediyi 10.000 manat pulu vermişdir. 19 mart 2019-cu il tarixdə Nadir ona eyni qaydada zəng edərək Zərərçəkmiş şəxs1 götürdüyün puldan 25000 manat pul götürüb ABŞ dollarına çevirərək ona göndərməsini bildirsə də o, Nadirə o qədər pulu ABŞ dollarına çevirə bilməyəcəyini demiş, 1 saat sonra yenidən ona zəng edərək Zərərçəkmiş şəxs1 aldığı puldan 27.000 manat götürməsini, necə göndərəcəyini ona deyəcəyini bildirmişdir. Evdən həmin məbləğdə pulu götürmüş və Nadir ona zəng edərək 17.000 manat pulu bir yerə, 10.000 manat pulu isə başqa bir yerə aparıb verəcəyini demişdir. Nadir ona 27000 manat pulu götürüb Bakı şəhəri 28 may metrostansiyasının yaxınlığında yerləşən “Aviakassa”nın qabağında olan hansısa obyektdə adı yadında qalmayan bir nəfər tanışına verməyini bildirmiş, həmin yeri gedib taparaq içəri daxil olaraq Nadirin ona dediyi adı yadında qalmayan bir nəfərlə görüşərək həmin şəxsə 17000 manat vermiş, oradan çıxanda Nadirə eyni qaydada zəng edərək pulu həmin şəxsə verdiyini bildirmiş, bundan sonra Nadir ona 10.000 manat pulu da aparıb Heydər Əliyev adına sarayın yaxınlığında olan ünvana verməsini bildirmişdir. Nadirin dediyi ünvana getmiş və Nadirin dediyi şəxslə görüşərək ona 10.000 manat pul vermiş, sonra Nadirə zəng edərək pulu həmin şəxsə verdiyini bildirmişdir. 23 aprel 2019-cu il tarixdə Nadir yenidən ona zəng edərək Zərərçəkmiş şəxs1 8000 manat pulu götürməyini tapşırmış, o da gedib Zərərçəkmiş şəxs1lə “Loğman” klinikasında şəxsi otağında görüşüb ondan 8000 manat pulu götürüb evə getmişdir. Nadir ona həmin pulu özündə saxlamasını, nə etmək lazım olduğunu ona deyəcəyini bildirmiş, sonra da bir sıra cari xərclərin ödənilməsini, Türkiyə Respublikasına ərzaq malları göndərməsini tapşırmışdır. 2019-cu ilin aprel ayında Nadirin dediyi bir sıra xərcləri İlqarın verdiyi 8000 manat puldan xərcləmiş, həmin pulları xərcləyən zaman özündə qeydiyyat aparmışdır. Belə ki, 2019-cu ilin aprel ayında Nadirin tapşırığı ilə kürəkəni Əli adlı şəxsə 600 manat pul vermiş, həmin vaxtı Nadirin arvadı maşınını vurduğu üçün avtomobilin düzəlməsini Nadir ona tapşırmış, o da ümumilikdə avtomobilin təmirinə 335 manat pul xərcləmişdir. Bundan başqa, 2019cu ilin aprel ayında Nadir ona Türkiyə Respublikasına işlətdiyi kafedə istifadə etmək üçün ərzaq məhsulları alıb göndərməsini tapşırmış və bu barədə də özündə qeydiyyat aparmışdır. Belə ki, 5 ədəd nərtaxta almaq üçün 85 manat, 10 kq kişmiş üçün 115 manat, mürəbbə üçün 170 manat, 12 ədəd kompot üçün 17 manat, plastik qablar üçün 13,5 manat, bayraq, skoç üçün 10 manat, yol pulu 100 manat olmaqla cəmi 510 manat, 50 (əlli) qəpik pul xərcləmişdir. Bundan başqa, aprel ayında Nadir ona zəng edərək hansısa onunla Türkiyədə işləyən oğlanın anasına 300 manat pul verməsini tapşırmış, o da həmin qadınla görüşərək ona 300 manat pul vermişdir. Bundan başqa, aprel ayında “8 kafe” restoranının işıq pulu üçün 237 manat, internet ödənişi üçün isə 65 manat, həmin restoran üçün 160 manat ödəyərək 10 ədəd çaynik almışdır. Bundan başqa, Nadir 2019-cu ilin aprel ayında ona zəng edərək Nərimanov rayonunda restoranında işləyən Sabina adlı qıza bir dəfə 80 manat, bir dəfə 30 manat verməsini, may ayında isə onun telefonun krediti üçün 77 manat pul ödəməsini tapşırdığı üçün qeyd etdiyi məbləği Zərərçəkmiş şəxs1 götürdüyü puldan xərcləmişdir. Bundan başqa, aprel ayında Nadir ona zəng edərək onun işlətdiyi Xətai rayonu ərazisində olan “İncir” restoranında şkaf düzəltməyi tapşırmış və bunun üçün ustaya 150 manat pul xərcləmiş, həmçinin, həmin vaxtı restoranda künc divanı restovrasiya edilməsi üçün 600 manat pul xərcləmişdir. Bundan başqa, 2019-cu ilin aprel ayında Nadir ona zəng edib 8-ci mikrorayonda yerləşən “8 kafe” restoranının sahibinə 2500 manat icarə haqqı pulunu verməyini tapşırmış, o da 2500 manat pulu götürüb restoranın sahibi olan Şahid6 adını bilmədiyi sürücüsünə vermişdir. Beləliklə, aprel ayında digər cari xərcləri də ödəmiş, belə ki, aprel ayında Zərərçəkmiş şəxs1 götürdüyü puldan Nadirin tapşırığı ilə cəmi 6200 manat 50 qəpik pul xərcləmiş və bu barədə özündə qeydiyyat aparmışdır. Bundan başqa, Nadir ona 2019-cu ilin may ayında zəng edib tanışı, Türkiyə Respublikasında yaşayan Fərəh adlı şəxsin oğluna 500 manat pul verməyini tapşırmış, o da Fərəhin oğluna 500 manat pul vermişdir. Bundan başqa, Nadirlə danışarkən o, 2019-cu ilin may ayında kafelərinin poveri işləyən Sənan adlı şəxsə 200 manat pul verməyini tapşırmış, o da Sənana 200 (iki yüz) manat pul vermiş, göstərdiyi məbləğdən başqa digər xərcləri də ödəmişdir. 2019-cu ilin may ayında Nadirin tapşırığı ilə cəmi 951 manat pul xərcləmiş və bu barədə özündə qeydiyyat aparmışdır. Bundan başqa, 2019-cu ilin may ayında Nadir ona zəng edib Binəqədi rayonu Heydər Əliyev parkının içərisində olan “Çinar” restoranının icarə haqqı üçün 2000 manat pulu aparıb həmin restoranın sahibi olan Şahid6 sürücüsünə verməsini demiş, o da Nadirin dediyi kimi həmin pulu “8 kafe” restoranının yanında Şahid6 sürücüsünə vermişdir. Beləliklə, 2019-cu ilin may ayında Nadirin tapşırığı ilə Zərərçəkmiş şəxs1 aldığı puldan 2451 manat xərcləmiş, özündə apardığı qeydə əsasən 2019-cu ilin aprel-may aylarında Nadirin tapşırığı ilə təxminən 8651 manat 50 qəpik pul xərcləmişdir. Məhkəmədə dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 2015-ci ildən tanıyır, onun vasitəsi ilə də Təqsirləndirilən şəxs və Şahid1 tanımış, 2018-ci ildə Tamerlanın ailə sürücüsü kimi fəaliyyət göstərmişdir. 2018-ci ilin sentyabr ayının 14-də Tamerlan ona 12.000 ABŞ dolları verərək həmin pulu Şahid1 çatdırmasını xahiş etmiş, Orxanın mobil telefon nömrəsini də ona verib Orxanla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb görüşmələrini tapşımış, o da 12.000 ABŞ dollarını götürüb Orxana zəng edib onunla danışmış və Orxanla görüşərək 12.000 ABŞ dollarını sonuncuya vermişdir. Təxminən bir ay keçdikdən sonra Orxan ona zəng edib Tamerlana çatan 2000 manat pulu götürməsini xahiş etmiş, o da həmin pulu Orxandan götürüb Tamerlana vermişdir. 2018-ci ilin oktyabr ayının 10-da Tamerlan ona 18000 ABŞ dolları vermiş, o da Orxanla görüşüb ona 18000 ABŞ dolları vermiş, bu barədə Tamerlana məlumat vermişdir. Təxminən bir ay sonra-oktyabr ayının əvvəllərində Orxan ona zəng edib 2000 manat pulu Tamerlana çatdırmağı demiş, o da 2000 manat pulu götürüb Tamerlana vermişdir. 2018-ci ilin noyabr ayının 5-də Tamerlan ona 16.000 ABŞ dollarını Orxana verməyini deyərək ona 16.000 ABŞ dolları vermiş, o da Orxanla görüşərək 16.000 ABŞ dollarını sonuncuya vermişdir. Bir neçə gün sonra-noyabr ayının əvvəllərində Orxan zəng edib 2000 manat pulu Tamerlana verməsini xahiş etmiş, o da ondan 2000 manat pulu götürüb Tamerlana vermişdir. 2018-ci ilin dekabr ayının 6-da Tamerlan Orxana 5000 ABŞ dolları aparıb verməyini bildirərək ona 5000 ABŞ dolları vermiş, o da Orxanla telefon vasitəsi ilə əlaqə saxlayaraq sonuncuya 5000 ABŞ dollarını vermiş, sonra da Tamerlana zəng edib pulu Orxana verdiyini bildirmişdir. Bundan bir neçə gün sonra Orxan ona zəng edib Tamerlana 2000 manat pul çatdırmağını xahiş etmiş, buna görə də gedib onun işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe”-də pulu Orxandan götürüb Tamerlana vermişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, tanışları onu Mübariz kimi tanıyır. 2019-cu ildə Nadir ona zəng edib Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “8 kafe” restoranının yanında tikinti işi olduğunu demiş və həmin tikintini işləməsini təklif etmiş, o da razılaşaraq bir neçə gün sonra Nadirlə həmin restoranda görüşmüş, Nadir tikintinin lahiyəsini ona göstərmiş, o da A4 formatlı kağızda olan lahiyəyə baxmış və lahiyədə təxminən 8 otaq olduğunu, həmin otaqların sahəsinin ümumi uzunluğu 25 metr, ümumi eni isə 5-6 metr olduğunu görmüş, Nadir ona lahiyənin smetasını çıxartmasını tapşırmış, o da lahiyənin smetasını hesablayıb demiş, Nadir ondan ilkin başlanğıc üçün nə qədər pul lazım olduğunu soruşmuş, o da Nadirə əvvəl torpaq sahəsində olan qarajın götürülməsini, sonra yerə beton örtüyü tökülməsini, betondan sonra fermaların quraşdırılmasını, betonun üzərində isə dəmir boruların quraşdırılmasını, eyni vaxtda otaqların sayına uyğun fermalar sifariş verilməsini, bunun üçün də təxminən 4000-5000 manat pul lazım olduğunu demişdir. Həmin gün Nadir ona 2500 (iki min beş yüz) manat pul vermiş, həmin pulu qaynaqçıya verib 20 ədəd ferma düzəltməsini tapşırmışdır. Fermalar hazır olana kimi boş torpaq sahəsində beton işləri görməli olmuş, bunun üçün Nadir ona təxminən 2000 (iki min) manat pul vermiş və həmin pulla Nadirin göstərdiyi torpaq sahəsinə beton tökmək üçün 300 (üç yüz) manat verib 50 (əlli) kisə sement almış, 200 (iki yüz) manat pul vermiş, 1 maşın çınqıllı qum, təxminən 160 (yüz altmış) manat pul verib betonun içərisinə vurmaq üçün məftil çəpər almış, bundan başqa, tikintidə istifadə olunması üçün araba, bel, əlcək və digər xırdavat avadanlıqlar alınması üçün təxminən 700 (yeddi yüz) manat pul ödəmiş, iş görmək üçün 6 nəfər fəhlənin hər birinə 30 (otuz) manat, 2 nəfər usta üçün 50 (əlli) manat olmaqla 280 (iki yüz səksən) manat pul ödəmiş, bundan başqa, digər tikinti xərclərini də ödəmiş, cəmi 2000 (iki min) manat pul xərcləmişdir. 2019-cu ilin mart ayında fəhlələr Nadirin göstərdiyi yerdə beton vurmaq istəyərkən ona zəng edib dövlət orqanlarının tikinti aparılmasına icazə vermədiyini bildirmiş, ustalar da tikinti üçün əraziyə beton vura bilməmiş, o da həmin vaxtı Türkiyə Respublikasında olduğunu deyən Nadirə zəng edib tikinti aparılmasına icazə verilmədiyini demiş, sonuncu da özünün maraqlanıb xəbər edəcəyini demiş, bir neçə dəqiə sonra ona zəng edib tikintini dayandırmasını, tikinti aparılmasına icazə verilmədiyini demiş, buna görə də ustalar tikinıi materiallarının üstünü örtüb getmiş, bir neçə gün sonra qaynaqçı zəng edib ona fermaların artıq hazır olduğunu dediyindən Nadirə zəng edib “fermalar hazırdır, həmin fermaları hara göndərim” desə də Nadir ona “saxla, sənə deyəcəm” deyə bildirmiş, bundan sonra qaynaqçı bir neçə dəfə ona zəng edib fermaları götürməsini dediyi üçün yenə Nadirlə telefon əlaqəsi saxlamış və ona fermaları götürməsini demiş, Nadir də ona “onları nə edirsən et” dediyi üçün o da qaynaqçıya zəng edib fermaların ona lazım oldmadığını demişdir. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən tanıyır, sonuncu ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 16 nömrəli yaşayış binasının arxasında yerləşən “8 kafe” kafesində adminstrator işləmiş, kafenin hesabatını özü aparsa da, Nadir kafedə nəzarəti həyata keçirmiş, bir neçə aydan sonra Nadirə kafeni icarəyə vermək istədiyini demiş, Nadir də obyekti ona icarəyə verməsini xahiş etmiş, o da razılaşaraq kafeni Nadirə icarəyə vermiş, razılaşmaya əsasən Nadir hər ay 2000 manat icarə haqqı ödəməli idi. Kafenin sahəsi 149 kv/m, bir mərtəbəli yüngül konstruksiyadan inşa edilmiş, az həyətyani sahəsi olmuş, Nadir kafeni təxminən 6-7 ay icarə müqaviləsi əsasında işlətmiş, son vaxtlar icarə haqqını ödəmədiyi üçün onu kafedən çıxartmış, bir müddət sonra da həmin kafeni başqa şəxsə satmışdır. Kafenin yan hissəsində sahəsi 350 kv/m olan boş torpaq sahəsi olmuş, həmin torpaq sahəsi ona məxsus olsa da, orada heç bir tikinti işləri aparmamış, orada tikinti işləri aparılması ilə bağlı Təqsirləndirilən şəxsla aralarında heç bir danışıq, razılaşma olmamış, ümumiyyətlə tikinti aparılması, restoran tikilməsindən məlumatı olmamışdır. Məhkəmədə dindirilmiş Şahid5 Şahid6 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə təsdiq etdi. Məhkəvədə dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs1 15 il olar ki, tanıyır. 2019cu ilin yanvar ayında İlqar ona bir nəfər tanışının olduğunu, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 16 nömrəli yaşayış binasının arxasında torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin bütün sənədlərinin qaydasında olduğunu, orada restoran tikmək istədiyini deyərək restoranın lahiyəsini də göstərmiş və həmin restoranı Təqsirləndirilən şəxs ilə şərik tikəcəyini, aralarında olan razılaşmaya əsasən İlqar 58000 manat pul qoymalı olduğunu bildirib bunun üçün İlqar ondan 10.000 manat pul borc istəmiş, o da İlqara 10.000 manat pul vermiş, təxminən 20 gün sonra İlqar yenidən zəng edərək ona 8000 manat borc pul lazım olduğunu bildirmiş, yenə 8000 manat pul götürüb İlqara vermişdir. İlqar ona həmin məbləğdə olan pulu da Təqsirləndirilən şəxs vermiş, bir müddət keçdikdən sonra İlqardan pulu istəyərkən ondan aldığı pulu Nadirə verdiyini, Nadir ona şərikli restoran tikməyə söz versə də həmin torpaq sahəsi Nadirə məxsus olmadığı üçün, İlqarı aldatdığını, pulunu geri qaytarmadığını bildirdiyindən bununla bağlı İlqarla birlikdə gedib Təqsirləndirilən şəxsla görüşmüş, ondan ilqarın verdiyi pulu geri istəmiş, Nadir onlara söz versə də pulu geri qaytarmamış, buna görə də Nadirlə təxminən 10 dəfə görüşsə də o, hər dəfə bu gün-sabah edərək pulu qaytaracağını vəd etsə də, bu vaxta kimi İlqarın ona verdiyi pulu geri qaytarmamış, İlqar da polisə şikayət etmişdir. Məhkəmədə dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə təsdiq etdi. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, birgə nikahlarından 2 övladları vardır, Nadir restoran biznesi ilə məşğul olmaq üçün 2018-ci ilin oktyabr ayından 2019-cu ilin may ayına kimi Türkiyə Respublikasının İstanbul şəhərinə gedib-gəlmiş, 2019-cu ilin fevral ayında Nadir ona Türkiyədən zəng edib Şahid1 evə 10.000 manat pul gətirib verəcəyini demiş, bundan sonra Orxan ona gətirib 10.000 manat pul vermiş, həmin vaxtı pulun məbləğinin nə qədər olduğunu bilməmiş, bu barədə sonra məlumat almış, Nadir Türkiyədən qayıtdıqdan sonra həmin pulu götürüb hara xərcləməsi barədə məlumatı olmamışdır. Cinayət işinin 3-cü cildinin 8-13-cü vərəqlərində olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Zərərçəkmiş şəxs2 əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək sonuncunun üzünə demişdir. Cinayət işinin 1-ci cildinin 178-181-ci vərəqlərində olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Zərərçəkmiş şəxs1 əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək sonuncunun üzünə demişdir. Cinayət işinin 1-ci cildinin 171-177-ci vərəqlərində olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Şahid1 əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək sonuncunun üzünə demişdir. Cinayət işinin 2-ci cildinin 19-21-ci vərəqlərində olan protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid6 ilə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Şahid6 əvvəl verdiyi ifadəsini bir daha təsdiq edərək sonuncunun üzünə demişdir. Cinayət işinin 1-ci cildinin 90-98-ci vərəqlərində olan məhkəmə-fonoskopik ekspertizasının 29 iyun 2021 -ci il tarixli, 4/543-4/544 saylı rəyinə əsasən; ekspertizaya təqdim olunmuş “hoco” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqsim olunmuş 1 ədəd “hoco" markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı əsas mövzu üzrə danışıqlarda 3 nəfər kişi cinsinə məxsus şəxs iştirak etmişdir. Ekspertizaya təqsim olunmuş 1 ədəd “hoco” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1 “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs1 “KZ” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “hoco” markalı fləş yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqlarda montaj əlamətləri müəyyən olunmadı. Cinayət işinin 1-ci cildinin 41-42-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi torpaq sahəsinə baxış keçirilərək həmin yerdə heç bir tikinti işinin aparılmadığı müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 34-cü vərəqində olan Binəqədi Rayon Bələdiyyəsinin 01.02.2021-ci il tarixli, 74 saylı məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 16 nömrəli yaşayış binasının arxasında yerləşən torpaq sahəsi Binəqədi rayonuna aid olmaqla Binəqədi rayonu Binəqədi Bələdiyyəsində bələdiyyə ərazisi kimi uçotdadır. Hazırda həmin torpaq sahəsi ilə bağlı Binəqədi Bələdiyyəsi ilə vətəndaş Şahid5 arasında torpaq sahəsinə mülkiyyət hüququ ilə bağlı məhkəmə mübahisəsi vardır. Cinayət işinin 1-ci cildinin 38-ci vərəqində olan Binəqədi rayon Bələdiyyəsinin 11.02.2021-ci il tarixli, 139 saylı məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 16 nömrəli yaşayış binasının arxasında yerləşən torpaq sahəsi ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən müraciət daxil olmamış, o cümlədən həmin torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməmişdir. Cinayət işinin 2-ci cildinin 24-cü vərəqində olan Binəqədi Rayonu İcra Hakimiyyətinin 07 iyun 2021-ci il tarixli, 03/14-11-31/1103 saylı məktubuna əsasən Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərüffatı şöbəsində “Elmir” və “Orxan” adlı əməkdaşlar işləmir. Cinayət işinin 2-ci cildinin 18-ci vərəqində olan DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsinin 11.06.2021-ci il tarixli, 020-7082-1221 saylı məktubundan görünür ki, 01.07.1984-cü il təvəllüdlü X6, 18.03.1986-cı il təvəllüdlü X12, Türkiyə Respublikasının vətəndaşı 22.05.1985-ci il təvəllüdlü X15 01.01.2018-ci il tarixdən hazırki vaxtadək Azərbaycan Respublikası dövlət sərhədini keçməsi barədə məlumat yoxdur. Cinayət işinin 2-ci cildinin 27-ci vərəqində olan DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 21.06.2021-ci il tarixli, 018-8676-1221 saylı məktubundan görünür ki, 01.07.1984-cü il təvəllüdlü X6, 18.03.1986-cı il təvəllüdlü X12 Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə sənədləşdirilməmişlər. Cinayət işinin 2-ci cildinin 107-108-ci vərəqlərində olan DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsinin 10.08.2021-ci il tarixli, 020- 9944-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2018ci ildə ilk dəfə 11.11.2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinin hüdudlarını tərk etmiş və Türkiyə Respublikasının İstanbul şəhərinə çıxış etmişdir. Cinayət işinin 1-ci cildinin 55, 2-ci cildinin 1-3 və 72-77-ci vərəqlərində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 vurduğu ziyandan 3500 manat, 08 iyun 2021-ci il tarixdə isə 10.000 manat pul təqdim etdiyi üçün Bakı Şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Əsgərov tərəfindən götürülərək Maliyyə-Plan İdarəsində depozitə qoyulmuşdur. Cinayət işinin 2-ci cildinin 192-193-cü vərəqlərində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 istintaqdan kənar 29700 manat, istintaq zamanı isə 5100 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 34800 manat ödəmişdir. Cinayət işinin 1-ci cildinin 114-118, 2-ci cildinin 91-98 və 104-117-ci vərəqlərində olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs1 bir ədəd “Hoco.” markalı USB fləş kartı istintaqa təqdim edərək bildirmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs ilə olan danışıqlarını şəxsi istifadəsində olan “Xiomi 8” markalı mobil telefon vasitəsi ilə yazmış və sonradan həmin danışıqları USB fləş kartına köçürmüşdür. Buna görə də Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 01 (bir) ədəd “Hoco” markalı USB fləş kart tərəfimdən götürülərək həmin səs yazılarının həqiqi olub-olmamasını müəyyən etmək məqsədi ilə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatı zamanı Zərərçəkmiş şəxs1 səsyazmada istifadə etdiyi “Xiomi 8” markalı mobil telefon cihazını da ekspertizaya təqdim etmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 təqdim etdiyi “Hoco.” markalı USB fləş yaddaş kartı və “Xiomi 8” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işi üzrə materiallara əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 78-89 və 104-117-ci vərəqlərində olan sənədlərdən görünür ki, Azercell Telekom” MMC-nin 21.05.2021-ci il tarixli, 10374 nömrəli müşaiyət məkktubu ilə daxil olmuş 01 ədəd diskə baxış keçirilərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1, şahidlər Şahid1, Şahid2, Şahid6, X5 və qeyriləri ilə aralarında telefon danışığı olmuşdur. Buna görə də Azercell Telekom” MMC-nin 21.05.2021-ci il tarixli, 10374 nömrəli müşaiyət məkktubu ilə daxil olmuş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işi üzrə materiallara əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 135-137, 2-ci cildinin 104-117-ci vərəqlərində olan sənədlərdən görünür ki, Şahid1 01 vərəqədən ibarət sənədi təqdim edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 götürdüyü pulu Təqsirləndirilən şəxs göstərişi ilə müxtəlif istiqamətlərdə xərcləmiş və xərclədiyi pulların məbləğini özündə bir vərəqədə qeydiyyat aparmışdır. Həmin sənəd tərəfimdən götürülərək baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əldə etdiyi pulu xərclərinin ödənilməsində istifadə etmişdir. Buna görə də Şahid1 təqdim etdiyi 01 (bir) vərəqədən ibarət sənəd maddi sübut kimi tanınaraq cinayət işi üzrə materiallara əlavə edilmişdir. Təqsirləndirilən şəxs kommersiya fəaliyyəti ilə məşğul olaraq uğursuzluğa düçar olması səbəbindən ziyana düşməsini bildirsə də, həmin dəlillər yuxarıda sadalanmış zərərçəkmiş şəxslər, şahid ifadələri, maddi sübutlar və digər sübutlarla təkzib olunduğundan məhkəmə onun bu ifadələrini ittihamı təkzib edən sübut qismində qəbul etmir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7 №-li qərarında göstərilmişdir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və maddi sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi məhkəmədə tam sübuta yetirilmişdir, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 167-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, məhkəmədən gizləndiyindən 27.10.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmişdir. Nizami RPİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 25.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdə saat 23:30 radələrində Yasamal rayonu ərazisində saxlanılaraq Nizami RPİ-nin 25-ci PB-nə gətirilmişdir. Cinayət işinin 2-ci cildinin 64-71-ci vərəqlərində olan arayış, xasiyyətnamə və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, yaşadığı müddətdə sadə bir vətəndaş kimi tanınmış və bugünə kimi özü barəsində mənfi fikir formalaşdıracaq heç bir hərəkəti olmamışdır. Himayəsində 02.07.2015 və 29.08.2019-cu il təvəllüdlü uşaqları var. Himayəsində iki nəfər azyaşlı uşağının olması, maddi ziyanı qismən ödəməsi, əvvəllər məhkum olunmaması, yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.1.4, 59.1.14 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 24 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddia vermədiklərindən onlara vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, 300 (üç yüz) manat məhkəmə xərci təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza Mərkəzinin hesabına keçirilməli, maddi sübut olan “Hoco.” markalı USB fləş yaddaş kartı və “Xiomi 8” markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılmalı, 01 ədəd disk və Şahid1 təqdim etdiyi 01 vərəqədən ibarət sənəd cinayət işi materiallarında saxlanılmalıdır. Bakı şəhəri Nizami RPİ-nin Maliyyə-Plan İdarəsində depozitə qoyulmuş 13500 (on üç min beş yüz) manat pulun 6750 (altı min yeddi yüz əlli) manatı Zərərçəkmiş şəxs1, 6750 (altı min yeddi yüz əlli) manatı isə Zərərçəkmiş şəxs2 verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 24 noyabr 2021-ci il tarixdən hesablansın. Maddi sübut olan “Hoco.” markalı USB fləş yaddaş kartı və “Xiomi 8” markalı mobil telefon Zərərçəkmiş şəxs1 qaytarılsın, 01 ədəd disk və Şahid1 təqdim etdiyi 01 vərəqədən ibarət sənəd cinayət işinin materiallarında saxlanılsın. Bakı Şəhəri Nizami RPİ-nin Maliyyə-Plan İdarəsində depozitə qoyulmuş 13500 (on üç min beş yüz) manat pulun 6750 (altı min yeddi yüz əlli) manatı Zərərçəkmiş şəxs1, 6750 (altı min yeddi yüz əlli) manatı isə Zərərçəkmiş şəxs2 verilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izah edilsin ki, vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları var. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar